Kitabı oku: «Arvadsız kişi», sayfa 3
– Niyazi müəllim, biz söz danışmışıq, siz də mənə verdiyiniz sözə əməl edin. Yoxsa pis olar.
Niyazi müəllim kreslosuna yayxanaraq uca-dan güldü. Sonra da ciddiləşib ona tərəf əyilərək pıçıltı ilə:
– İndi deyirsən, gedib camaata xəbər verə-cəksən ki, biz dövlətin puluna göz dikmişik, ma-lını oğurlamışıq, sənədləri "fiktivni" düzəltmişik? Ay bədbəxt, elə bilirsən döşünə medal taxacaq-lar? Yoxsa bunu eşitsələr, kimsə sənə inanacaq? Özün bilərsən, ya pulu götür, ya da əlindən gələ-ni beş qazana çək! Sənə bundan artıq verə bilmə-rəm, xərcim çox çıxıb.
– Yoldaş Niyazi, o pulun on qatını səndən alacağam. Necə olur, olsun. Bunu qulağında sır-ğa elə. Sən hələ məni tanımırsan. Canın sağ ol-sun, Bayramqulunun kim olduğunu tanıtdıraram sənə, – deyib otağına keçdi.
Elə ordaca hadisəni öz maraqları naminə ka-ğıza yazdı. On surət çıxarıb, müxtəlif rəsmi or-qanlara göndərdi.
Hər gün məktublarına nə cavab gələcəyini gözləyirdi. Bir axşam yazdıqlarına cavab gəldi. Amma məktub şəklində yox, KQB işçiləri şəklin-də.
Gecə ilə Bayramqulunun qolunu qandallayıb apardılar. Kiçik bir məhkəmə edib, anonim mək-tublar yazmaqda günahlandıraraq, iki il iş ver-dilər. Bayramqulu yaxşı bilirdi ki, məsələnin ger-çək tərəfi Mərkəzi Komitəyə çatdırılmayıb. Bunu Azərbaycan daxilində Niyazinin əlaltı və qarın-daşları eləmişdi.
Bayramqulu qələmdən istifadə etməyi hamı-dan yaxşı bacaran adam idi. Onunla “baş da kəs-məyi, yaş da kəsməyi” bacarırdı. Yazdığı ərizələr daşdan keçərdi. İnandırma qabiliyyəti, əlində olan faktlardan məharətlə istifadə etmək onun-çün su içmək kimi bir şey idi. Elə həbsxanada da gününü bu mirzəliklə məşğul olmaqla keçirmiş-di. Qeyri-rəsmi olaraq dustaqlara vəkillik, mir-zəlik edirdi. Öz işi qalsın bir tərəfə, neçə-neçə dustağın işini yüngülləşdirmiş, haqsız həbs edi-lənləri buraxdırmışdı. Bunu sadəcə onlar üçün yazdığı məktubları ünvanına göndərməsi ilə ba-cara bilmişdi. Bunun da müqabilində azadlıqda-kından daha çox qazanmışdı. Hətta o pullarla evlərinə televizor, soyuducu almışdı. Bu bir ya-na, hər ay pul da göndərirdi.
Amma öz işini də boş buraxmamışdı. Bir ne-çə ay keçəndən sonra yanına gələn qaynına bir neçə məktub verib, təcili Moskvaya uçmasını və məktubları yazdığı ünvanlara çatdırmasını istə-mişdi.
Fəaliyyətinin nəticəsini bir neçə ayın içində görmüşdü. Heç ili tamam olmamış Moskvadan göstəriş gəlmiş, Bayramqulunun “üzərindən” həbs qərarını götürmüşdülər. Bu xəbər rayonu bir-birinə vurmuş, Bayramqulunun "hörməti" bi-rə-beş artmışdı. Təcili olaraq Raykom katibi də onu qəbul etmiş, bu rayonda istədiyi işi ona ver-məyə hazır olduğunu bildirmişdi. Təki qələmini rayonun xeyrinə işlətsin.
Bayramqulu hər şeyi başa düşürdü. Ona gö-rə də ilk olaraq rayon mərkəzində ev tikmək üçün torpaq istəmiş və almışdı. Sonrakı müddət-də isə heç bir işlə məşğul olmamış, camaatın işini düzüb-qoşmaqla güzəranını keçirmişdi.
Beləcə, birini polisdən qurtarıb, birinin təqa-üdə çıxmasına kömək edib günlərini yola salırdı. Daha nəsə yazmağa da ehtiyac yox idi. Neçə müddət idi ki, qələm üçün çalışan Bayramqulu indi qələminin "barını" yeyirdi.
Bir gün rayon mərkəzindəki çayxanalardan birində oturub nərd oynayırdı. Bu dəm Niyazi müəllim çayçıya gəldi. Ortaq dostlar aradakı nifaqın azalması üçün onları bir araya gətirdilər. Amma söhbətləri yenə düz gəlmədi. Niyazi iro-niya ilə:
– Necə oldu? Bir il yaman dincəldin ha! Sö-zümə qulaq asmadın, qarşılığını da aldın, − de-yib, qəlibləşmiş müdir gülüşü ilə qələbə çalıbmış kimi güldü.
Bu tənəli sözlər camaatın yanında Bayram-qulunu yaman tutdu. Ayağa duraraq ucadan de-di:
– Qoy hamı eşitsin, əgər mən səndən iki yüz min almasam, soyadımı dəyişib sənin soyadını – Məmmədovu götürəcəyəm.
Bu sözü o qədər əminliklə dedi ki, Niyazi be-lə diksindi. Özünü o yerə qoymasa da, gözlərin-də qorxunu rahatlıqla hiss etmək olurdu. Bəlkə də, onun iki yüz mini olmasa idi, belə qorxmaz-dı. Fikri artıq özündə deyildi. Canına vəlvələ düşmüşdü. Oğurluqla topladığı və hamıdan giz-lətdiyi pulları qorxmasına səbəb olmuşdu. Am-ma özünü sındırmadı. Sadəcə: "Görərik – deyib çayxanadan çıxdı.
Bu söhbətdən bir xeyli keçmişdi. Bəlkə də, Niyazi Bayramqulunun verdiyi vədi unutmuşdu. Amma Bayramqulu ov güdən timsah kimi qisas almaq üçün fürsət gözləyirdi. Bayramqulunun üstün xasiyyətlərindən biri də çox səbirli olması idi. Bütün işlərini təmkinlə, tükünü belə tərpət-mədən edərdi. Hətta ən ağır günlərdə də hər şe-yin yaxşı olacağı inamını əldən verməz, gözlə-yər, əldə etdiyini iştahla, ağız dadı ilə yeyərdi. Çünki bilirdi ki, həyatın nəbzini tuta bilməyən-lər bu zövqü ala bilmirlər.
Bayramqulu bir gün axşam fikirli-fikirli ra-yon univermağının yanı ilə evinə doğru gedirdi. Birdən gördü ki, Niyazi müəllimin "Volqa"sı uni-vermağın şüşə qapısını sındırıb, maşının farala-rından biri içəri girib. Niyazi müəllim isə başını maşının sükanına söykəyərək yatıb. Heç tələsmə-dən astaca yaxınlaşdı, onun başını qaldırdı. Ni-yazi müəllimin ağzından gələn arağın üfunəti onu vurdu. Bu iyi duyan Bayramqulunun üzün-də təbəssüm yarandı. Sanki həyatın qoxusunu duymaq istəyirmiş kimi, bir də ona tərəf yaxın-laşdı:
–Həəə, Niyazi müəllim, indi nə deyirsən? – deyə pıçıldadı.
Sonra o tərəf-bu tərəfə baxıb, ehmalca sın-mış qapıdan univermağa girdi. Bir-iki top parça-nı maşının salonuna atdı. Sonra da univermağın qabağındakı telefona jeton salaraq polisə zəng et-di:
– Tez olun, univermağın qabağına polis gön-dərin; oğru girib, saxlaya bilmirəm.
Dəstəyi asandan sonra Niyazi müəllimi oyatmağa başladı. Niyazi müəllim qarşısındakı-nın kim olduğunu belə tanımayacaq qədər dəm idi. Bayramqulu məqsədinə çatmaq üçün onun univermağın qapısına qədər gəlməsinə kömək etdi. Sonra daiçəriyə keçən kimi onu yerə yıxdı.
Artıq hər şey bitmişdi. Vəziyyətdən belə bəl-li olurdu ki, o boyda Niyazi müəllim univerma-ğı yarmaq istəmişdi, söz ustası, gözündən heç nə yayınmayan Bayramqulu isə hadisənin tək şahidi idi. Özü də univermağı yarmaq istəyən Niyazi müəllimi saxlaya bilməyən Bayramqulu onu vu-rub yerə sərmiş, oğurluğun qarşısını almışdı.
Sonra necə oldusa, Bayramqulu şahidlik əri-zəsini dəyişdi, Niyazi müəllimi də cərimə edə-rək azad buraxdılar. Bu hadisə camaat arasında Bayramqulunun ikinci qələbəsi kimi dəyərləndi-rilirdi. Hamı deyirdi ki, Bayramqulu ərizəni geri götürmək üçün Niyazi müəllimdən iki balon qı-zıl alıb. Amma Bayramqulu bu haqda heç kimə heç nə demədi, heç arvadına da.
Arvadı Bayramqulunu yaxşı tanıdığı üçün Niyazini elə-belə buraxmadığını yaxşı bilirdi. Amma kişinin pulları hara qoymasından xəbəri yox idi.
“İki balon qızıl” əhvalatı isə sadəcə dillərdə əfsanə kimi qaldı. Bayramqulu bu mövzuda heç nə danışmır, bu mövzulardakı zarafatı yaxın belə buraxmırdı.
Artıq Bayramqulunun oğlanları böyümüş, Moskvada oxumuş, hərəsi bir iş sahibi olmuşdu-lar. Uşaqlar oxuduqları müddətdə atalarının “zəhmətkeşliyi” nəticəsində heç bir korluq çək-məmiş, ailə quran kimi də ataları onlara növbəsiz filansız ev aldırmışdı.
Bir axşam yemək zamanı Bayramqulu arva-dına: "Bəlkə bir gedək Moskvaya, uşaqları görək, bir az onlarla qalıb istirahət edək? Nə düşünür-sən, arvad?", – dedi. Leyla xanımın ürəyindən olan bu təklifə sadəcə bir cavabı ola bilərdi: “Əl-bəttə”.
Beləcə, ayın-oyundan götürüb, uzunmüd-dətli səfərə çıxdılar. Bu səfər bir aydan çox çəkdi. Rayondan "evinizə oğru girib" teleqramı gəlməsə idi, hələ bir neçə ay da qalacaqdılar. Oğlanları tə-cili bilet aldılar və onlar da ataları ilə birgə rayo-na qayıtdılar. Həyətə girəndə bütün ailə hələ də atasının iki balon qızılı hara qoyduğunu düşü-nür, atasının ilk olaraq hara baxacağını gözləyir-dilər. Bayramqulu gözucu zirzəmiyə baxdı, sonra diqqət çəkmədən yuxarıya qalxdı, kostyumları-nın cibini axtardı: “Elə bir şey götürməyiblər, sadəcə cibimdən iki min manat götürüblər”, – dedi. Sonra üzünü onlarla birgə evə gələn "uças-kovı"ya tutdu: “Sabaha qədər iki min manatı ta-pıb gətirməsən, yenicə tumurcuqlanmaqda olan paqonlarından möhkəm yapış”.
Ailə artıq iki balon qızılın, doğrudan da, bir dedi-qodu olduğuna inanmışdı.
Hər şey yat-yut olandan sonra Bayramqulu axşam xəlvətcə zirzəmiyə endi. Neçə illər bun-dan qabaq basdırdığı "ölü"nün "diri"liyini yoxla-maq istəyirdi. Nə qədər qazsa da, daşın altından bir şey çıxmadı. Bunu görən o boyda Bayramqu-lu "vayyyy, sizin nəslinizə lənət!", – deyib dizi üstə çökdü. Səsə yığılan ailə tələsik çölə çıxıb Bayramqulunu axtardılar. Zirzəminin işığının yandığını gördükdə içəri girdilər. Bayramqulu-nun qazılmış çalanın yanında dizi üstə çökdü-yünü görən ailə üzvləri bir anlıq duruxsalar da, Leyla arvadın ucadan şaqqanaq çəkərək gülməsi vəziyyəti dəyişdi.
– Ay ata, ha dedik belə bir şey varsa, bizə də de, yaxşı bir yerdə gizlədək. Görürsən nə etdin, – deyə böyük oğlu Zaur gileyləndi.
Amma Leyla arvadın da, Bayramqulu kişi-nin də ətini kəssən, xəbərləri olmazdı; Bayram-qulunun əsəbdən, Leylanın isə gülməkdən. Bay-ramqulu artıq səbir və təmkinini itirmişdi:
– Mən bura qoymuşdum, iki balon idi. Yarı-sını sizi oxumağa göndərəndə götürmüşdüm. Baxın, bu daşın altında olmalı idi. İndi heç nə yoxdur. O alçaqlar götürüblər, yəqin. Heç cibim-də də iki min pul yox idi. "Uçaskovı”nı qorxuda-raq aldım ondan. O yazıq da, yəqin, qorxusun-dan borc zad alıb gətirib. Haram mənə düşmür, deyəsən. Gərək harama əl atmayaydım. Gülmə, Leyla, gülmə. Biz batdıq. Bundan sonra mən ölə-rəm, − deyə deyinirdi ki, qəfil gələn tək səbir sö-zünü ağzında qoydu. Öz səbirinə güvənən, tək səbirin ona uğur gətirdiyini düşünən Bayramqu-lu bu dəfə buna önəm vermədi. Çünki artıq gec idi. Bu səbir sadəcə onu susdurmuşdu. Əlini diz-lərinin üstünə qoyub, gözlərini çalaya dikdi. Bir-dən Leyla gülməyini saxlayıb, ciddiləşdi.
Ücretsiz ön izlemeyi tamamladınız.