Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azadlıqdakı ruhum», sayfa 3

Yazı tipi:

Bəlkə də heç bilməyirsən dadın onun. Ondan-bundan dinlədin sən sevgi nədir…

Nağıllarda Leyli olar, Məcnun olar… Həyat sənə Məcnun verməz,

Gözləmə heç…

***

Yağış yağır sevgilim

Bəlkə bir az gəzək biz

Göydən yerə nədir ki…

Bizdən bizə süzək biz…

Yağış yağır sevgilim

Göydən yerə sevgidir

Torpaq qucaq açıbdır

Yerdən göyə sevgidir…

Yağış yağır sevgilim

Gəl gəzişək yağışda

Mən yer olum sənsə Göy

Qarşılayım sevgini

Bu döyünən ürəkdə…

Yağış yağır sevgilim

Düşünürəm indicə

Yanağına qonum mən

Yağış yerə enincə…

Yağış yağır sevgilim

Çöl çəmənlər sel sudur.

Sevgi yağır qəlbimə

Əsl leysan bax budur.

Yağış yağır sevgilim

Çətir olum mən sənə..

Qısqanıram yağışı…

Axı heyranam sənə…

Bir gün…

Gedəcəm buralardan, tək qalacaqsan,

Gözlərin yol çəkəcək

Əllərin əl üzəcək

Dilin dilə gələcək…

***

Bir gün…

Gedəcəm buralardan,

tək qalacaqsan,

Gözlərin yol çəkəcək

Əllərin əl üzəcək

Dilin dilə gələcək…

Hey axtaracaq, tapmayacaqsan…

Bir gün mən olmayanda…

Parçalanacaqsan…

Hecalar kimi

Defislər olacaq trelər kimi…

Tərkib hissən yox,

Əlavən olacaq cümlələr kimi…

Bir gün…

Xəbərsiz, mübtədasız təyin olarsan,

Tamamlıq da olmayacaq

mən olmayanda…

Zərf kimi xəbərə möhtac,

Nida kimi naəlac

Həm də yalavac olarsan

mən olmayanda…

Bir gün…

Mən olmayanda…

Vergüldə qalarsan, nöqtən olmasa,

Üç nöqtələr təsəllin olar…

Bitməmiş fikir kimi…

Dırnaqlar üstünə hücum çəkəcək.

Dövlətsiz səfir kimi…

Bir gün…

Sual cümləsi də ola bilməyəcəksən

Çünki cavabın mənlə gedəcək…

Nəql etməyə adamın olmaz

Çünki duyanın olmaz…

Əmr cümləsi…

Ənrinə amadə kimlər olar ki,

Mən olmayanda…

Ümidin yalnızca nidaya qalar..

Gözəl, pafoslu, sevimli, qürurlu

Görənin ruhunu canından alar…

Amma kimsəsizlik səni yaralar…

Özünü boşluqda hiss edərsən

Mən olmayanda

Bir gün…

Mən olmayanda…

Hərflər olarsan yalquzaq kimi,

Məna yaratmağa umacın olmaz.

Bəlkə, bəlkə də zirvələr oldun.

İnan ki mənsiz yamacın olmaz…

Bəlkə də bütün əlaqələr toplanar səndə…

İdarə, yanaşma, uzlaşma…

Amma məna əlaqəsinə həsrət çəkərsən,

Tabesizlik əlaqəsi səni məhv edər…

Mən olmayanda…

Amma sən mənim baş hərfimsən,

Heç nəyə başlaya bilmirəm ki mən…

Sən olmayanda…

Sən olmayanda.

***

Tənha qadın, tənha qadın…

Sən ilham pərisitək yalnız yaşadın

Sarsılmış ruhlara məlhəm olaraq…

Gözlərin yol çəkdi alovlanaraq.

Tənha qadın…

İçində öldürdün yalnızlığını

Axşamlar saata hey boylanaraq…

Tükana bazara tək yollanaraq…

Tənha qadın....

Bir çiyin aradın başın qoymağa

Hərdən ruhlanaraq, hərdən qorxaraq…

Gah dinməzcə axdın, gah çağlayaraq..

Tənha qadın…

Bir kişi istədin qayğını çəksin,

Döyülən qapıya kimdir deyərək…

İşıqpulu versin evə gələrək…

Tənha qadın....

Bir ürək istədin halına yansın

Kefini soruşsun səni duyaraq…

Qəşəngsən söyləsin qoxulayaraq…

Tənha qadın…

Əlinə baxacaq bir əl istədin…

Qaldırsın yıxılsan əldən tutaraq…

Sənə dayaq olsun zibil ataraq…

Tənha qadın…

Azadlıq istədin tənhalığından…

Azadam deyərək qürurlanasan…

Qurtula bilmədin azadlığından....

Tənha qadın, tənha insan…

İnsan tənhadır yaradılandan.

Cismlərə ağlın getməsin,

Ruhlar tənha olub

Qanadlanandan…

Sən sev məni uzaqdan…

Sən sev məni uzaqdan!

Elə mən də!

Qoy sevgimiz enməsin yerə!

Yer adidir, çirklidir,

İnsanlar məkirlidir.

Sevgilər şəriklidir.

Sən sev məni uzaqdan!

Elə mən də!

Sev Günəşin Yeri sevdiyi kimi,

Sev Yerin Göyü sevdiyi kimi,

Sev ruhumun səni sevdiyi kimi.

Qəlbim sənindir ancaq,

Orda sənə taxt da quracaq,

Yaxınlaşıb toxunacaq,

Qanadsız quştək uçacaq,

Lap görünməz olacaq.

Ona görə, sevgilim,

Gəl sev məni uzaqdan,

İlahi bir eşq kimi,

Günahlı bir eşq kimi.

Ulu bir varlıq kimi,

Bu sevgini sadəcə

Ruhum duysun,

Ruhum yaşasın.

Hər bizim bu qəlbə qonaq gələndə

Gəlişini görməyim,

Qamaşdır gözlərimi,

Sonra durub gedəndə

Sakit, asta, xəfif get.

Alışdır gözlərimi,

Gedişini görməyim.

Varlığını yaşadım

Bu incə qəlbimdə mən.

Bəlkə, bir ömür boyu varlığımla yaşadın,

O incə qəlbinlə sən…

Axı mən o ürəkdə necə yaşayım…

Deyirsən, sən mənim qəlbimdəsən,

Deyirsən, bircə onu görə biləydim.

Mənsə baxıb gülümsünürəm.

Sonra qaşlarını çatırsan,

İncik-incik baxırsan,

İnanmırsan…

İnanmırsan mənə sən…

“Gəl, aç bax, ürəyimi”-deyirsən.

Mən yenə gülürəm.

Bilirsən niyə?

Bilməzsən, gülüm,

Bilməzsən …

Necə ki, mən sənin qəlbini görə bilmirəm.

Gördüyümün dalınca gedə bilmirəm.

Mən güldüm,

Sənsə buna inanmadığım üçün güldüyümü anladın.

Amma mən sənin ürəyindəki yerimə güldüm.

Diriykən sarsıldım,

Utandım, gülərək öldüm.

Mənim o ürəkdə nə işim var axı,

Axı mən o ürəyi incidə billəm,

Ücretsiz ön izlemeyi tamamladınız.

₺42,25
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
37 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 4,2, 6 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre