Kitabı oku: «Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər», sayfa 3
“Ana” faciəsindəki ana obrazı idi. Bu əsərdə, sanki, Cavid bütün humanist, insanlığa xidmət edən fikirlərini ortaya qoymaq istəmişdir. Düzdür, ananın faciəsi içərisində onun etdikləri çox qeyri-adidir, lakin Cavid əmin idi ki, ana kimi obrazlar bəşəriyyəti sürüklənən bəlalardan qurtara bilər.
Romantik qəhrəman axtarışında olan H.Cavid yaradıcılığına “Maral”la davam edərək yenə ailə-məişət mövzusuna toxunur. Böyük problemlərin həllini cəmiyyətin ən kiçik qurumu olan ailədə axtarır. “Ana”-
ya nisbətən “Maral”da romantizm zəifdir. Lakin onun ailə-məişət mövzusunda yazdığı “Maral”, “Afət”
pyesləri dramaturgiyamızda qadın hüquqsuzluğuna toxunulan ilk əsərlər idi. Ümumiyyətlə, H.Cavid romantizminin özünəməxsusluqlarından danışarkən onu da deməliyik ki, Cavid romantik qəhrəman tip-lərinin heç birini; nə müsbət, nə də mənfi obrazlarını ideal şəkildə nə mənfiləşdirmiş, nə də müsbətləş-dirmişdir. Hər hansı bir obrazına diqqətlə baxsaq, görərik ki, romantik qəhrəmanın daxili aləmində ikilik var, bir tərəddüd var, yaxşılıqla pislik bir-birinə üstün gələ bilmir. Bu da onu deməyə əsas verir ki, Cavid nə
30
qədər romantik olsa da, yaratdığı insan obrazı sada-ladığımız keyfiyyətlərinə görə bizlərdən elə də fərq-lənmir. Şərq fəlsəfəsindəki dualizmin təsiri Cavid yaradıcılığında aydın görünməkdədir. Bu, yəni ikilik bəşər övladının xislətidir.
Biz Cavidin yaradıcılığına ümumilikdə diqqət yetirsək, görərik ki, onun yaradıcılığında bir süjet xətti, bir kompozisiya var. Kiçik hadisələrə, məhəlli problemlərə, məişət problemlərinə toxuna-toxuna Cavid yaradıcılığı yüksələn xətt üzrə inkişaf edir. Əsərlərinin ardıcıllığına fikir versək, görərik ki, o, Səlma ana, Maral kimi obrazlardan sonra kamil insan (“Şeyx Sənan”), İblis (“İblis”), Allahın yerdəki elçisi Peyğəmbər (“Peyğəmbər”) mövzularına ardıcıllıqla müraciət etmiş, hətta bəzi mənbələrdə deyilir ki, Cavid son vaxtlar Allah haqqında da əsər yazmağı fikirləşirmiş.
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, həqiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri də dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir keçir. Misal üçün, hamımızın görə biləcəyi kiçik bir hadisəni drama çevirən Cavid Ana-Səlma (“Ana”) obrazını, aktual mövzuda olan “Uçurum” və “Şeyda”
pyeslərindəki Cəlal və Şeyda obrazını yaradır. Bunlar Cavidin dramaturgiyasının ilk qələm təcrübələri idi.
Bu qəhrəman tipləri nə qədər romantik olsalar da, or-ta səviyyəli oxucunun, tamaşaçının anlaya biləcəyi, başa düşə biləcəyi səviyyədədir. Lakin biz Cavidin Şeyx Sənan (“Şeyx Sənan”), Arif (“İblis”) obrazlarına diqqət yetirsək görərik ki, onlar haqqa, həqiqətə qo-vuşmağa daha yaxındırlar, necə ki Şeyx Sənan qovu-şur. Arif isə çılğın bir gəncə oxşayır, hər şeydə günahı 31
göylərdə axtarır, gücündən böyük işlərə girişir. Bu, onun dünyanı dərk etmək yolundakı çabalarıdır. Lakin Arif haqqı tapmaq, ona yaxın olmaq istərkən şərə
mübtəla olur. Bu, hər bir gəncin özünüdərki zamanı düşə biləcəyi bəlalardır. “İblis”i yazarkən Cavidin 35
yaşı olduğu fikrimizin anlaşılmasına kömək edən amillərdəndir. Düşünmək olar ki, axı Cavid “Şeyx Sənan”ı yazarkən daha cavan idi. Bəli. Amma onu da nəzərə almaq lazımdır ki, insanlar fərqli olduğu kimi, dahi şairin yaratdığı obrazlar da daxili keyfiyyətlərinə
görə bir-birilərindən fərqlənirlər. Şeyx Sənanın Arif-dən üstün cəhəti o idi ki, o özünüdərk mərhələsini keçmişdir. O, Füzulinin Məcnunundan dərs almışdır.
Cismin bir heç, ruhun isə əbədi olduğunu dərk etmiş, ilahiyə doğru üz tutmuşdur. Onun da eşqi ilahi eşq idi. Filosof-şairin yaratdığı üçüncü qəhrəman tipləri sırasına Peyğəmbəri (“Peyğəmbər”), Xəyyam (“Xəyyam”) obrazlarını daxil edə bilərik. Bu obrazlar dinin dediyi mərhələləri – şəriəti, təriqəti, mərifəti keçmiş, həqiqət mərhələsindədirlər. Onlar özünüdərkin ən yüksək pilləsindədirlər. Xəyyam nə Arif kimi çılğın, üsyankar, şübhəçi, nə də Sənan kimi sevgisi uğrunda gözlənilməz addım ataraq əqidəsindən dönən bir obrazdır. Onun dini-fəlsəfi fikri, təfəkkürü formalaşa-raq, dünyaya daha obyektiv baxma imkanı vermişdir.
Öz dostlarını, sevgilisini, həmfikirlərini itirən, dinin başında duranların əxlaqsızlığını görən Xəyyamda fikir dəyişikliyi görmürük. Çünki o artıq filosofdur, kamil insandır, öz yaşam tərzini, qarşısına çıxacaq problemləri əvvəlcədən bilirdi. Bəli, Xəyyam bu bəşəriyyəti artıq tanıyırdı. Türkiyəli təsəvvüf alimi A.Yükse-32
lin məqalələrinin birində fars şairi Ömər Xəyyamın yaradıcılığını təhlil edərkən qərara gəldiyi bir çox məqamlar fikirlərimizin əsassız olmadığını təsdiqləyən elmi sübutdur: “Din yolunu bilməyin şəriət, o yola əməl etmənin təriqət, Allah razılığını əldə etmək üçün birləşdirmənin həqiqət olduğunu söylər. Həvəsə uy-maya şəriət deyilməyəcəyini, şəriətsiz təriqətin mümkün olmayacağını, riyaziyyatdan isə yalnız xəyal do-ğacağını dilə gətirir. Bütün sufilər kimi o da insana böyük bir önəm verir: ulduzlar belə insana verilmiş
yem dənələridir. Dünyanı göstərən qədəhin qoyuldu-ğu sandıq qəlbdədir.
Mənəviyyat yolçuluğunda riyaziyyatı yox, eşqi se-çir. Xəyyama görə, “Müfti ilə şəhər vaizinin məhkə-məsində dilləri tutur, dövlət quşudur eşq… Ancaq eşq bülbül kimi ağlayıb sızlamaq deyil, səsi belə çıx-madan ölmək, yox olmaqdır…
Sevgililər iki başlı, tək bədənli pərgar kimidir, am-ma, əlbəttə, bir yerdə birləşəcəkdirlər. Sən və mən pərdənin arxasındayıq; o pərdə qalxdığında nə sən, nə də mən qalacağıq. Məscidi, mədrəsəni, kilsə və
monastırları dolduranlar cəhənnəmdən qorxan, cənnəti umanlardır. Allah sıralarından xəbərdar olanlar isə bu növ toxumu könüllərə əkməzlər”1.
Bəli, Cavidin də Xəyyamı həqiqət pilləsinə çatmış, kamilləşmiş, dünyanı dərk etmiş bir obrazdır. Sevgilisi Sevdanın ölümü zamanı söylədiyi fikirlər Xəyyamın iç dünyasını daha yaxşı açır.
1http://sufizmveinsan.com/tasavvuf.html. Ahmet F.Yüksel. İstanbul 33
Söylə kimdən diləyim mən imdad?
Həp təbiət, bəşəriyyət cəllad.
Yuxarıdakı fikirlərimizi əsas tutaraq “Cavid Allah haqqında da əsər yaratmağı fikirləşirdi” fikrinə inana bilərik. Çünki buna Cavidin həm gücü, həm də haqqı çatırdı. Çünki o, Şərqin mövhumat içində qıvrıldığı bir vaxtda Peyğəmbər haqqında əsər yazdı və xalq tərəfindən sevildi. İndiyə qədər hər yazıçının cürət edə
bilmədiyini Cavid 100 il bundan öncə etmiş, belə bir mübahisəli mövzuda səhnə əsəri yazmışdır. Özü ka-milləşdikcə, haqqa yaxınlaşdıqca obrazları da həmin yolu keçən Cavid Tanrı haqqında əsər yazmağa haqqı çatan dahilərdən idi.
Bəlkə də, Cavid ömrünün ahıl çağlarında o cür möhtəşəm bir əsəri bizlərə bağışlayacaqdı… Bəlkə də, Cavid o əsərin eskizini hazırlamışdı, bəlkə də yarada-cağı Allah obrazının monoloqlarını yazmışdı… Heç nə
bilmirik.
Çox maraqlıdır ki, Cavid həbs ediləndən sonra əlimizdə olan bir-iki məktubundan başqa heç nə yoxdur. Bəşəriyyətin taleyini düşünən filosof, ola bilməz ki, məşəqqətləri görə-görə heç nə yazmasın, qeydlər aparmasın.
Bəlkə də, həmin adı çəkilən ən ali obraz yaradılmış və bəlkə, tariximizin də gizlədildiyi bizə məlum olmayan arxivlərdə gizlədilir.
34
Hüseyn Cavid yaradıcılığında demonizm
“Demonizm”– “demon” anlayışını ilk dəfə Sokrat dilinə gətirmiş, haqsızlıq, ədalətsizlik əleyhinə içəri-sindən üsyan edən səsləri eşidərək onları “demon” –
“Allahın səsi” adlandırmışdır. Bu baxımdan demonizm bəşər tarixində zülmə, ədalətsizliyə qarşı bir mübarizə vasitəsi kimi müsbət hadisədir.
Demonizm tiraniyanı ədalətsizlik, zülm, haqsızlıq üzərində qurulan səltənəti daim inkar edir. Əslində
onun üsyanı göylər səltənətinə qarşı yox, yerdəki cahil, mövhum, əzazil tirana və onun cəmiyyətinə qarşıdır.
Platon Allahı “formalar forması”, yəni dünyada hər bir şeyə forma verib onu qoruyub saxlamaq və ya dəyişmək hüququna malik olan bir qüvvə adlandırmışdır.
Bəşər düşüncəsi ta qədimdən xeyirlə şərin mübarizəsini qəbul etmiş, bu mübarizədə xeyirin əvvəl-axır şərə qalib gələcəyinə, işıqlı, ölümsüz, səfalətsiz, ehti-yacsız bir səltənət qurulacağına inanmışdır. Bunun timsalını ən qədim və ən böyük dualist din olan Zər-düştilikdə görürük. Həm zərdüştilik dövründə, həm ondan əvvəl, həm sonra mövcud olan politeist dinlərdə də xeyir və şər qüvvələr daim mübarizədədir. Bu dinlərdə də xeyrin qələbəsi labüd göstərilir.
Tarixin sonrakı dövrlərində yaranan İudaizm, Xristianlıq, İslam dinləri monoteist mövqedə dursalar da, onlarda da xeyirlə şərin mübarizəsi ön plana çəki-35
lir. Şər qüvvələr olan Satana, İblis Allaha – yaradıcı qüvvəyə qarşı çevrilir.
Monoteist dinlər dövründə demonizm, bir çox hallarda əvvəlki müsbət funksiyasını itirərək şərə xidmət edən bir vasitəyə çevrilir. Bu Allahın iradəsiylə-dirmi, ya onun iradəsindən kənardır? Tanrının iradəsindən kənar heç nə mövcud deyil – nə zaman, nə
məkan, nə məzmun, nə də forma.
“İnkarı inkar” qanununa əsaslanaraq, Allah özünü bir dəfə inkar edib dünyanı yaratmış və həmin o dünyada özünə bənzər varlıq olan, bütün yaradılmışların əşrəfi insanı yaratmışdır. İnsan ona qoyulan qa-dağanı pozmuş və Allah özünü bir daha inkar edərək onu əbədiyyətdən, səadətdən, firavan yaşayışdan məhrum edib cənnətdən qovmuş, əzab-əziyyətə məhkum etmişdir.
Bütün bunlar öz əksini dünyanın romantik ədəbiyyatında Dante, Şiller, Şekspir, Höte, Bayron, Puş-kin, Lermontov və s. bizim ədəbiyyatımızda isə, əsasən, Hüseyn Cavid yaradıcılığında tapmışdır.
Hüseyn Cavid bir çox faciə və dramlarında demonik ruhlu insanların taleyini Zərdüştilik dövründən tutmuş İslamiyyətin qələbəsi, Böyük Cahan çarpışma-ları və ateizm dövrünə qədər izləmişdir. Onun “Səyavuş”, “Peyğəmbər”, “Xəyyam”, “Topal Teymur”,
“Şeyx Sənan”, “İblis”, “Azər” əsərləri bu qəbildəndir.
Cavidin inkar etdiyi, lənətlədiyi tiran şər qüvvələrə uyaraq, başına şər qüvvələri toplayaraq ucsuz-bucaqsız məmləkətlərə, milyon-milyon insanlara qaranlıq, zülmət, əsarət və ehtiyac gətirən yer tiranlarına qarşıdır.
36
İlk baxışdan inkaredici mövqedə durub Allahı “tiran” adlandıran, ona qarşı mübarizəyə səsləyən qüvvələr insanda təəccüb doğurur. Axı “formalar forması” olan Allah, istəsə insanın məzmununa da sahib dura bilər, lakin o ən ali olduğu qədər də demokratik bir varlıqdır. O, bizə ən gözəl forma və ən ali şüuru vermiş, xeyirlə şəri ayırıb-seçməyi isə öz öhdəmizə
buraxmışdır.
Bu baxımdan xeyrə xidmət edən adam demokratik ruha malik olsa, əməlləri bəşəriyyətə səadət, şərə
xidmət edən adam isə şər qüvvələrin tövsiyələrinə
əməl etsə, bütün kainata, insaniyyətə fəlakət gətirə-cək.
H.Cavidin tarixin ən qədim dövrlərindən bəhs edən əsəri “Səyavuş”dur. Xeyrə xidmət edən Səyavuş, şərin köləsi olan Kərşivaz və Südabə əsərin kon-fliktini təşkil edirlər. Səyavuş qurmaq, yaratmaq, bir-birinə düşmən olan iki böyük xalqı, iki məmləkəti sül-hə, qardaşlığa birliyə gətirmək əzmi ilə çarpışır. Ona qarşı mübarizə aparan Südabə və Kərşivaz isə öz şəxsi mənafe, murdar istəkləri ilə xeyrin qarşısına sədd çəkir. Keykavus, Əfrasiyab kimi şərə xidmət edən mənfur insanların əllərində oyuncağa çevrilirlər və
qədim tarixin ən qədim faciələrindən biri – Səyavu-şun öldürülməsi, şər demonunun xeyir demonuna qələbəsi, artıq yetişməkdə olan İran-Turan birliyinin pozulması, bu xalqların sonralar hələ uzun müddət bir-birinə qanlı, amansız düşmən olması faciəsi baş verir.
Şər xeyrə qalib gəlir…
Dramaturqun İslamın ilk təşəkkülü, inkişafı, qələbəsi və peyğəmbərin şəxsiyyətindən bəhs edən, ən 37
maraqlı, düşündürücü dramlarından biri “Peyğəmbər” əsəridir. Peyğəmbər yerə-göyə sığmayan, ancaq göydəki ali qüvvənin hökmünü, istəyini yolundan azmış, çoxallahlığa inanan, həqiqətdən uzaq düşmüş insanlara çatdırmaq istəyən, bu yolda heç nədən qorxub-çəkinməyən, yalnız xeyrə xidmət edən demonik bir obrazdır. Özündən əvvəl gələn İsa Peyğəmbərdən fərqli olaraq, o, təkcə kitabı yox, qılıncı da qələbə çal-maq üçün intixab etməli olur. Bu fikrə onu yönəldən Allahın özüdür. İlahi tərəfindən göndərilən mələk-lərdən biri ona kitab, digəri isə qılınc təqdim edir.
Hicrətdən sonrakı mübarizəsində həm kitab, həm də
qılınca dayaqlanaraq nüsrət sahibi olur.
Sufizm dövründə arif insan, həqiqətə varıb xidmət edən şəxsiyyət haqqında çox düzgün bir fikir söylənilmişdir. “Mənəm Allah” demək hüququna malik olan hər hansı bir şəxs ariflik zirvəsinə qalxmalıdır…
Və o, bu zaman dörd pillədən keçməlidir: şəriət, təriqət, mərifət, həqiqət.
Şəriət dövründə mövcud olan qanunları öyrənib ona riayət etməli, təriqət dövründə özünə mürşid se-çərək ilahi və elmi axtarışlarda olmalı, mərifət dövründə özü mürşid olaraq bildiklərini başqalarına öy-rədib yol göstərməli, həqiqət dövründə göstərdiyi yolun, çatdığı elmi-fəlsəfi nəticənin yayıldığını, qalib gəldiyini görməlidir. Əgər görərsə, demək o, həqdir, arifdir. Mənsur Həllac da, Nəsimi də bu yolla getmiş, onların “Mənəm Allah” deməyi, həqiqətə varmaları-na, küllə qovuşmalarına səbəb olmuşdur.
H.Cavid yaradıcılığında bu cür obrazlara rast gəl-mirik. Onun “Xəyyam” və “Topal Teymur” əsərlərin-38
də həqiqətin axtarışı, dünyanın dünəni, bu günü və
sabahını düşünən qüdrətli demonik obrazlar yaradılmışdır. Bu baxımdan “Xəyyam” pyesi diqqəti daha çox cəlb edir. Əsərdə üç dost təsvir olunur: Xəyyam, Xacə Nizam, İbn Səbbah. Xəyyam, ancaq xeyrə xidmət edən, şəri özündən qovan böyük filosof, alim, şa-ir-Sokrat xislətli bir şəxsdir. İbn Səbbah şərin carçısı, gələcəkdə baş verəcək bir çox fəlakətlərin səbəbkarı və icraçısıdır. Xacə Nizam xeyirlə şər arasında taraz-lıq yaratmaq istəyən, bütün dövləti ədalətlə, nizamla idarə etmək istəyən obrazdır.
Allahın özü kimi tənhalığı, öz xeyirxah demonunun pıçıltılarına qulaq asaraq yaratmaq, qurmaq əzmi ilə yaşayan Xəyyam şərə düşüb bir çox çətinliklərlə
rastlaşsa da, uzun, mənalı bir ömür sürür, qocalığın-da hamı ona məhəbbət, hörmət və ehtiramla yanaşır.
Şər ona yaxın gələ bilmir, çünki ruhu şərdən uzaq idi.
Ancaq hər gün, hər saat şər işlərlə qarşılaşan Alp Arslan, Məlik şah, Xacə Nizam kimi dünyaya sahiblik edən qüdrətli şəxsiyyətlər şərin əli ilə nizam, qayda-qanun yaradırlar. İbn Səbbah kimi şərə xidmət edənin ən böyük arzusu və istəyi isə elə həmin qayda-qanun və nizamı dağıtmaqdır – İblisin arzusu kainatın niza-mını pozmaqdır. Pozulmuş insan, pozulmuş cahan asanlıqla onun hökmü altına keçə bilər. Burada biz gələcəkdə “İsmailiyyə” terrorçu təriqətinin, təşkilatı-nın, dövlətinin, birliyinin yaradıcılarından biri olan Həsən ibn Səbbahı, əsərdə isə İblisin adı çəkilməsə də, ona xidmət edən demonik bir obrazı görür, tanıyır və
əməllərinə nifrət edirik.
39
H.Cavidin “Topal Teymur” əsəri qəhrəmanlıq dramıdır. Xeyirlə şərin mübarizəsi, Cavidin digər əsərlərində olduğu kimi, burada çox da qabarıq nəzərə çarpmır.
Əsərdə təsvir olunduğu kimi, iki cahangir üz-üzə
gəlmişdir. Bunlardan biri Yıldırım Bəyazid, digəri Əmir Teymur idi. Yıldırım Bəyazid serb qızı olan Me-liçanın, sərxoşluqdan ayrılmayan vəzirinin, ədalətsiz divan adamlarının dediyi ilə oturub-duran, öz sarayında xain, mənfur niyyətli adamlara yer verib ehtiram göstərən iradəsiz, lakin inad bir şəxsiyyətdir. Şər və çirkabla əhatə olunan bir hökmdar heç vaxt ədalət, nizam, qayda və qanun yaradıcısı ola bilməz.
Əmir Teymur isə ayıq, hər şeydən şübhələnən, hətta ən yaxın adamlarına da bir işi etibar edəndə onu dəfələrlə yoxlatdıran, ən xırda intizam, qayda-qanun pozğunçuluqlarına qarşı amansız olan, lakin ədaləti heç vaxt əldən verməyən, dostlarına sonsuz məhəbbət, düşmənlərinə nəhayətsiz kin və qəzəb bəsləyən bir şəxsiyyətdir. Onun demonik ruhu hərblə yoğru-lub. Bununla belə, Əmir Teymur şeirə, sənətə, gözəlli-yə qarşı laqeyd deyildir. Onu apardığı mübarizədə
heç nə – nəinki tək-tək, hətta yığın-yığın insanlar, ucsuz-bucaqsız məmləkətlər, bəşərin başına gətirilən faciələr çəkindirə bilmir. Qarşıya qoyduğu məqsədə, fikir və əməlinin qələbəsinə o hər şeyi qurban verməyə
qadirdir. Yıldırım Bəyazidə söylədiyi sözlər dediklərimizə sübutdur: “Heç maraq etmə, xaqanım!.. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə… sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”.
40
Bir nəticə hasil olur, onların hər ikisi icraçıdır. Biri durğunluq, şər mühitə xidmət edir, digəri isə dağıdıcı da olsa, qurub-birləşdirməyə, qayda-qanuna riayət edən bir cəmiyyət yaratmağa cəhd göstərir. Əmir Teymur özünü yol azmışlara qarşı mübarizə aparan bir “Allah bəlası” adlandırırdı.
H.Cavid “Şeyx Sənan” əsərini dini ayrıseçkilik əleyhinə yazmış, hələ dinlərin indiki formada mövcud olmadığı, ən ilkin dövrdə ilahiyə və yaxın bildiyi adamlara məhəbbət şəklində olduğu bir zamanla indiki təzadlı dövrü qarşılaşdırmışdır. Allah bizi xristian və ya müsəlman yaratmayıb. Bizi yaradarkən “yaxın və əziz bildiklərini sev”– deyib. Bu sevginin ən yüksək forması eşqdir. Sənanın Xumara olan məhəbbəti Məcnunun Leyliyə olan məhəbbətinə bənzəsə də, daha əzablı, daha keşməkeşlidir.
Yuxuda buta alan, sevginin dalınca Tiflisə gələn, daim şübhələr içində yaşasa da, pak eşqinə, məhəbbətinə şəkk gətirməyən Sənan demonik bir obrazdır. O
həm İslamın, həm də Xristianlığın mövhumat və cə-halətinə üsyan edən, “Allah birdir, din də bir olmalıdır və bu dinin əsası eşqdir”, – deyən bir şəxsiyyətdir.
Öz mürşidlərinin əhatəsindən uzaqlaşıb Xumarın ata-sının və onun ətrafındakı xristian cahillərinin tələblə-rini yerinə yetirərək istəyinə yenə də çata bilmədiyini anlayan Sənan Xumarın dəvəti və təhriki ilə sevgilisi ilə birlikdə uçuruma atılır. Onlar səadəti bu dünyada yox, özlərini inkar edərək o dünyada arayır və tapır-lar.
Cavidin I Dünya Müharibəsi əleyhinə yazılmış
“İblis” faciəsi ictimai məzmun və dərin fəlsəfi mənası-41
Ücretsiz ön izlemeyi tamamladınız.