Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hüzur küçəsi», sayfa 9

Yazı tipi:

–Yox, gəlinbacı, yox. Hələ heç siz bunu geyinmə-misiniz…

– Belə sözlər ancaq aralarında rəsmiyyət olan insanlar üçün ola bilər. Sən mənim balaca bacımsan!

Zühal, sevinclə Sevalın boynunu qucaqladı:

– Ah, gəlinbacı, sən necə gözəl insansan … Əminəm, səni görüb tanıyanda anam və bacım Nihal da, ən az mənim kimi sevəcəklər… Bax, mən də indi bu qəşəng paltarları geyinəcəyəm!…

Tələm-tələsik, əynindəki koftanın düymələrini açıb çıxardı. Yubkasını da çıxarıb bayaq Sevalın verdiyi paltarları geyindi. Bəli, Seval yanılmamışdı. Elə bil əyninə biçilmişdi.

Seval, çamadandan koftanın yaxalığını və belliyini çıxardı, bunları geyinəndən sonra artıq Zühalın əynində çox gözəl bir paltar var idi. Zühal sevinirdi. Bu hərəkətindən sonra gə-linlərinə daha çox bağlandığını hiss edirdi Günortadan sonra saat iki…

Toyun keçiriləcəyi şadlıq sarayı vaxtından xeyli əvvəl qonaqlarla dolub artıq. Saray bir binanın zirzəmisində keçiriləcəyi üçün yuxardakı girişdə gözləyən iki işçi aşağıya kişilərin keçməməsinə diqqət edirdilər. Sarayın küçəyə

163

baxan pəncərələrinə isə tül pərdələr taxılmışdı. Beləliklə

içəridə olan xanımların sərbəst hərəkət etmələri təmin edilmişdi.

Seval toy salonunun olduğu binanın qarşısında anası, bacısı, baldızı və iki səmimi rəfiqəsi ilə maşından düşəndə, əynində həmişə geyindiyi hicabı, plaşı və qalın corabları var idi. Maşından götürdükləri böyük bir paketi etina ilə daşı-yaraq aşağı mərtəbəyə apardılar. Şadlıq salonunun dərhal yanında yerləşən boş geyinmə otağına girdilər. Seval vaxt itirmədən əynindəkiləri çıxarıb, paketin içində olan olduqca fərqli və orijinal bir dizaynla tikilən gəlinliyini geyindi. Saçlarını düzəltdirmək üçün bərbərə getməmiş, bir qadın bərbərini evə gətirtmişdi…

Sevalda qısa müddət ərzində elə mükəmməl bir İslami şüur yaranmışdı ki, artıq hər bir məsələdə nəyin İslama uyğun və nəyin İslama zidd olduğunu ayırd edə bilirdi. Sevalın ətrafında ən çox fırlanan Zühal idi … Zühal, gəlinbacısını bə-zəmək, onu bir az da gözəlləşdirmək üçün əlindən nə gəlir-disə edirdi. Gəlinliyinin ipini o, bağlayır, başına tacı və duvağı o, yerləşdirirdi. Və bütün bunları o qədər sürətlə və məharətlə edirdi ki, onu görən bu sahədə xüsusi kurs keç-diyini düşünərdi. Üstəlik, təkcə əli yox, çənəsi də işləyirdi durmadan. Zarafatlar edir, şirin atmacaları ilə hamını güldürürdü. Sevalın həyəcanını bir az da olsa azaltdığını düşünən Zühal etdiyi zarafatların hamının xoşuna gəldiyini görəndə yerində dayana bilmir, gəlinbacısının boynunu qucaqlayır və üzündən öpürdü …

Nəhayət gəlinin bütün bəzək işləri tamamlandı… Və Seval gözləri qamaşdıran bir gözəllik haləsi altında salona tərəf getməyə başladı… Başqa toylarda səhnədə hazır dayanan or-164

kestr gəlinlə bəyi qarşılamaq üçün mütləq bir mahnı ifa edirdi… Halbuki bu toyda səhnə var idi, amma orkestr gözə dəy-mirdi. Gəlin var idi, amma kürəkən yox idi… Şəhərin bütün hafiz xanımları, hamısı şadlıq sarayının əsas yerlərindən birində oturub, gəlinin salona girməyini gözləyirdilər…

Elə Seval, anasının və bacısının arasında incə qaməti ilə

qapıda görünən kimi, salonu bir anda gur və yanıq bir təkbir sədası bürüdü:

–Allahu Əkbər!… Allahu Əkbər!… La ilahə illəllah. Allahu Əkbər! … Allah Əkbər! … Vəlilləhilhəmd! …

Təkbir üç dəfə ard-arda təkrarlandı… Zaldakıların çox az bir hissəsi xaricində, əksəriyyət bu ülvi atmosfer qarşısında göz yaşlarını tuta bilmir, ağlayırdı… Ömürləri boyunca bu cür toyda olmamışdılar. Zalda əks-səda verən təkbir səsləri ruhlara öz təsirini elə göstərmişdi ki, hətta Seval da bir yandan duvağını sürüyərək onun üçün hazırlanan yerə doğru addımlayanda gözyaşlarına mane ola bilmir, o da ətrafında olan xanımlarla birlikdə ağlayırdı…

Zaldakıların hamısı ovsunlanmışdı. Sevala gəlinlik paltarı necə də gözəl yaraşırdı… O yerinə oturan kimi, bacısı Meral səhnəyə çıxdı. Və mikrofonun qarşısına keçib qonaqların maraq dolu baxışları arasında bu nitqi etdi:

– Hörməti qonaqlar, dəyərli böyüklər! Əvvəla, Giray və

Akalı ailələri adından hamınızı hörmətlə salamlayır, bu məsud günümüzdə bizlərə şərəf verdiyiniz üçün hamınıza təşəkkür edirəm.

– Möhtərəm xanımlar, toyun forması və proqramı heç şübhəsiz ki, sizə qəribə gəlib. Siz də haqlısınız. Elədir, amma bu gün toy deyiləndə bir şadlıq sarayının içində qadın-kişi qarışıq, bir-birini qucaqlayan, orkestrin çaldığı xarici musi-165

qilərlə rəqs edən cütlüklər, rəqslər, əyləncələr, yeri-göyü lərzəyə gətirən şən qəhqəhələr və dinimizə görə düzgün sa-yılmayan, qadağan olunan hər cür hərəkətin normal sayıldığı bir cəmiyyət gəlir gözümüzün qabağına. Lakin görəsən, heç düşünmüşükmü, bütün bu hərəkətlər bizim mü-səlmanlığımıza və Türklüyümüzə nə qədər uyğundur? Çox təəssüf ki, bunu düşünə bilmir və qərbdən əsən bir küləklə

bizə uyğun olmayan, bizim olmayan batil və çirkin bir adətin arxasınca gedirik.

Hörmətli qonaqlar, kişili-qadınlı, cazlı, rəqsli, içkili, oyunlu toyları dinimiz qadağan edib. Cürbəcür əxlaqsızlıq və bidətlərlə yanaşı, bu cür toylar da bizə Qərbdən gəlib.

Ancaq unutmamalıyıq ki, qərblilər xristian olduqlarından və

onların dini də batil olduğu üçün belə bir qadağa tanı-madığından, valslar, içkili, əyləncəli, çalğılı,rəqsli toylar, onlar üçün təbii və normal sayılır… Halbuki, bizlər, qərbli yox, şərqliyik… Xristian yox, müsəlmanıq, əlhəmdülillah …

Və dinimiz olan İslamiyyət də bu kimi toyları müsəlmanlara qadağan etmişdir. Belə olan halda dinimizin qadağan etdiyi nəyəsə bir müsəlman kimi rəğbət göstərməməliyik. Öz dinimizin zərurətlərini, öz gözəl adət və ənənələrimizi tərk edib, xaricilərə bənzəmək istəyir, bizləri gündən günə elə alçaq bir vəziyyətə gətirib çıxarıb ki, bu gün halımıza bütün dünya gülür.

Biz, Giray və Akalın ailələri, bu həqiqətləri nəzərə alaraq, sizlərin hüzuruna qərb adətlərinə görə yox, İslam adətlərinə uyğun, yəni yüzdə yüz yerli bir toyla çıxmış oluruq.

Bütün xahişimiz, cəmiyyətimizin Allahın razılığına uyğun bir şəkildə olması və qonaqlarımızın bu toydan böyük zövq 166

almalarıdır. Hər iki ailənin adından hamınızı hörmətlə salamlayır, hüzurunuzdan hörmətlə ayrılıram".

Meral ın bu gözəl çıxışı, zaldakıların çox xoşuna gəldi.

Meral keçib yerində əyləşənə kimi alqışlar kəsilmədi. Təbii ki, bu zaman dindən və mənəviyyatdan məhrum bir neçə

nəfər bu vəziyyəti və Meral ın sözlərini öz aralarında tənqid etdilər bir xeyli. Amma əksəriyyət, sözlərin doğruluğundan və həqiqəti əks etdirməsindən danışdılar. Meral ın çıxışından sonra müxtəlif hafizlər tərəfindən oxunan Quran və ilahilərlə davam edən toya Sevalın lisey illərindən yoldaşları, milli paltarlarla etdikləri rəqslərlə ayrı bir rəng və

cazibə qatdılar. Qonaqlara qulluğu yenə milli paltarları ilə

Sevalın rəfiqələri edirdilər. Və nəhayət, toy orta yaşlı bir hafiz xanımın ən xoş diləklərlə etdiyi uzun və gözyaşardıcı gözəl bir dua ilə sona çatdı. Toyun sonunda, əvvəldən tənqid etmək məqsədi ilə toyda iştirak edən xanımlar belə, mənəvi ab-havanın verdiyi dərin bir həzlə Sevala xoşbəxtlik arzulayırdılar.

Ertəsi gün Sevalla Necatini aparan qatar uzun-uzadı fit verərək irəliləyirdi…

167

***

Qarlı, soyuq bir gün… Günlərdir fasiləsiz yağan qar şəhər həyatını iflic edib. Cərrahpaşa xəstəxanasının dəhlizləri, içəri girənlərin ayaqqabılarından süzülən qar suyu ilə yam-yaş olub… Bilal, bu uzun dəhlizlərdə əsəbi və həyəcanlı addımlarla bir aşağı, bir yuxarı gəzişir. Qarşısından xərəkdə

aparılan xəstələrin iniltiləri, onun kimi gözləyən xəstə sa-hiblərinin göz yaşları ürəyində qəribə hislər yaradırdı.

İçərinin istiliyinə və əyninin qalınlığına baxmayaraq, iliklərinə kimi üşüdüyünü hiss edirdi…

Dodaqları durmadan oynayır, mütəmadi olaraq dualarını oxuyurdu …

Dəhlizlərdə nə qədər var- gəl etdiyini xatırlamırdı… Gələndən bəri istirahət etmək üçün bir dəfə də olsun divarın kənarına qoyulan divanda oturmamışdı… Saatlar ötdükcə

həyəcanı daha da artırdı. Paltosunun içində büzüşdükcə bü-züşürdü.

Nəhayət, qarşıdan bir tibb bacısı göründü. Orada olan xəstənin bütün yaxınları ümidlə parıldayan gözlərini yaxınlaşmaqda olan tibb bacısına dikdilər… Tibb bacısı qaçaraq addımlarla Bilala yaxınlaşdı. Qarşısında dayanıb şirin-şirin gülümsəyərək:

– Muştuluğumu verin, cənab – dedi. – Nur topu kimi bir oğlunuz oldu.

Bu, Bilalın bütün ömrü boyunca eşitmək istədiyi bir cümlə idi. Böyük bir sevinclə:

168

– Doğrudan, xanım, qulaqlarıma inana bilmirəm, – dedi.

Sonra öz-özünə: "Oh, çox şükür, ya Rəbbim!" – deyə pıçıl-dayaraq təzədən həyəcanla tibb bacısına çevirdi üzünü:

– Xanım, bəs anası necədir? Nə vaxt görə bilərəm onu?

– Anası da yaxşıdır, narahat olmayın. Bir saat sonra görüşməyiniz mümkün olar yəqin ki…

Bilalın sevinc və həyəcandan tibb bacısına təşəkkür belə

etmək yadına düşməmişdi … Amma tibb bacıları bu cür hallara artıq öyrəşmişdilər… Gənc tibb bacısı da təşəkkür gözləmədən ar-xasına dönüb uzaqlaşmışdı artıq…

Çöldə lopa-lopa qar yağırdı. Havanın soyuq olmağına baxmayaraq, Bilalın bədəni əvvəlkindən fərqli olaraq od tutub yanırdı… Paltosunun yaxasını yuxarıya qaldırıb, əllərini cibinə salıb küçədə avara-avara gəzirdi. Evdə xəbər gözləyən ana-sı yadına düşməsəydi kim bilir hələ nə qədər bu şəkildə gə-zib dolannacaqdı. Sevincini dağa-daşa hayqırmaq, yanından ke-çən hamını saxlayıb: " – Mənim oğlum olub! …" – deyərək ha-mıdan muştuluq almaq istəyirdi.

Saçları və paltosu dümağ qarlarla bəzənmişdi. Buz kimi havanı ciyərlərinə çəkib: "Oh, Rəbbim, – dedi… – Məgər övlad sahibi olmaq nə gözəl şey imiş".

Sonra övladı olmayan hamıya övlad sahibi etməsi üçün Allaha dua etdi. Evinin pilləkənlərini qaça-qaça çıxanda bir uşaq kimi sevincli və nəşəli idi.

Anası yuxarıda səccadəsinin üstündə əllərini açaraq dua edirdi. Oğlunun gəldiyini görəndə salavat çəkdi və ayağa durdu. Bilal:

– Muştuluq, anacan, muştuluq… Aslan kimi bir oğul nə-vən var. – deyə anasının boynuna sarıldı. Yaşlı qadın, heç nə

169

demədi, bir anda gözlərindən boşalan yaşlarla təkrar səccadəsinin üstündə dayandı. Və ağlaya – ağlaya iki rükət şükür namazı qıldı… Uzun – uzadı dualar etdi…

Təzədən ayağa duranda Bilal həyəcanlı və qərarlı bir səslə danışmağa başladı:

– Bax, anacan, bilirsən nə düşünürəm? Oğlumu daha rahat bir evdə, daha geniş şərtlər altında yetişdirmək üçün, daha geniş və komfortlu bir evə çıxaq, nə deyirsən? Hərçənd əslində doğulub böyüyüb boya-başa çatdığım, acılı-şirinli xatirələrim olan bu küçəni və bu təvazökar evciyəmizi ömrümün sonuna kimi tərk edib getmək istəmirəm amma, sən də bilirsən ki, bu gün artıq sokağımız köhnə, əvvəlki "Hüzur küçəsi" deyil. Üzbəüzdəki bina bu küçəyə salınandan sonra küçəmizin üzü birdən dəyişdi. Hər şeydən daha mühümü də hər an qarşımda mənə acı bir xatirəmi təzələyən bir pəncərə ilə üzbəüz yaşamaq istəmirəm.

Gözlərini bir müddət üzbəüzdəki binaya Feyzagilin pəncərəsinə dikdi… İncə tül pərdələrin arxasından elə bil Feyza ona baxırdı. Üzbəüzdəki pəncərəyə gözü hər dəfə baxanda alt- üst olurdu Bilal … Halbuki indi evlənmişdi və üstəlik, bir uşağı da dünyaya gəlmişdi. Artıq onu düşünməməli, tamamilə ondan uzaqlaşmalı idi… Birdən üzünü təzədən anasına çevirdi və sözlərinə davam etdi:

– Anlayırsan da məni, anacan? Hüzur küçəsi artıq mənim üçün öz əvvəlki dinclik dolu ahəngini itirib… Allaha şükür, təhsilimi də bitirmişəm… Yenə də şükür, həmd olsun ki, çox gözəl bir işim və yaxşı bir gəlirim var. Sakit bir yerdə, gözəl, geniş bir evə köçək deyirəm. Sən də, biz də, daha rahat olarıq; nə deyirsən, anacan?

170

Yaşlı qadın hər nə qədər gizlətməyə çalışsa da kədərli görünürdü. Bir az əvvəlki xoş xəbərdən dərhal sonra gələn bu təkliflə yaşlı qadının üstünə elə bil bir qazan qaynar su tökmüşdülər. O, bu evə gəlin gəlmişdi. Bu evdə övlad sahibi olmuşdu… Və bu evdə çox sevdiyi ərini torpağa tap-şırmışdı… Bu ev onun üçün acılı – şirinli xatirələrlə dolu idi…

Bu evi tərk etmək ona şübhəsiz ki, ağır gələcək… Lakin oğlunun yeganə balasının da səadətini düşünmək məcburiyyətində idi … Oğlunu ilk eşqinin acı xatirələrindən xilas etmək üçün o da fədakarlıq göstərməli idi. Nəhayət ondan cavab gözləyən oğuluna dönüb:

– Özün bilərsən, övladım, – dedi. – Madam bu cür münasib görürsən, elə olsun. Qazancına görə yaşamaq və ya-şatmaq hamı kimi sənin də haqqındır əlbəttə…

Aradan bir il keçmişdi. Bilal Fatihdə gözəl bir ev ki-rayələmiş, Hüzur küçəsindəki evlərini də imanlı, müsəlman bir ailəyə kirayəyə vermişdi. İndi kimyəvi məhsullar istehsal edən böyük bir fabrikdə kimyəvi mühəndisi kimi yüksək maaşla çalışırdı… Anası əvvəllər mühitə də daxil olmaqla evə çox da isinə bilməmişdi. Amma, zaman keçdikcə o da istər-istəməz alışmağa başlamışdı. Xüsusilə evin isidici sis-teminin olması, qışda soba yandırma dərdinin olmaması xoşuna gəlmişdi. Yaşlı qadın, özündən daha çox gəlinin rahatlığını düşünürdü. Bu gözəl xasiyyətli, tərbiyəli və

itaətkar qadını, yalnız oğlunun həyat yoldaşı olduğu üçün yox, həm də gözəl əxlaqına görə get – gedə artan bir sevgiylə

öz qızı kimi çox istəyir və üstündə əsirdi. Adını deyəndə də

biri ağzından düşürdü elə bil. On bir aylıq nəvəsi də, yaşlı qadının həyat mənbəəyinə çevrilmişdi.

171

Fatih, digər yerlərə görə daha əxlaqlı insanların səmtdir.

Xüsusilə müsəlmanların bolluğu bu məhəlləyə ayrı bir mənəvi hava qatırdı… Belə bir mühitdə yaşamağına baxmayaraq, təxminən bir ildir buralarda heç bir dostu yox idi. Təbii ki, o, özünə dost seçəndə çox diqqətli davranırdı.

Dr. Nazim ilə olan dostluqları isə günü gündən daha da möhkəmlənirdi.

O gecə anası və həyat yoldaşı Həcərlə birlikdə süfrədə

yemək yeyəndə yadına nəsə düşdü:

– Təmiz yadımdan çıxmışdı. Bu gecə Necatigili və Dr.

Nazimgili bizə qonaq gələcəklər. Dünən zəng eləmişdilər …

Həcər buna çox sevinmişdi:

– Lap yaxşı, – dedi. – Çoxdandır Şükran xanımla da, Sevalla da görüşmürdük. Lap darıxmışam onlar üçün…

Yeməklərini tələm-tələsik yedilər. Həcər süfrəni yığışdırırdı, qayınanası da uşağın üstünü dəyişdirmək üçün dolabdan paltar çıxarırdı. Bilal isə, taxta beşiyin qıraqlarından tutan oğlu ilə oynayırdı …

Bir azdan qapı döyüldü. Gələnlər, Dr. Nazimlə Şükran idi. Bilal, Nazimlə qonaq otağına apardı, Həcər, Şükranı ikinci qonaq otağı kimi istifadə etdikləri otağa apardı. Çox keçmədi ki, Necatigili də gəldilər. Necatinin yanında bu dəfə

Sevaldan başqa bacısı Zühal da gəlmişdi …

Zühal toydan bəri yaman dəyişmişdi. O modabaz, mini yubkalı, makiyajlı qız indi dizlerini örtən plaşı, saçlarını tamamı ilə örtən hicabı, ayağındakı qalın, rəngli, idman çorapları ilə ciddi, xanım – xatın bir müsəlman qızı olmuşdu… Necati ilə Bilal içəri girəndən sonra, Həcər Sevalla Zühalı da Şükranın yanına apardı. Seval'in paltarı bağlı olmaqla birlikdə, ən az Avropalı bri manken kimi də qəşəng 172

və müasir idi. Üzərində açıq yaşıl, zərif bir plaş, başında yenə eyni tonda, naxışlı, çox dəyişik bir şəkildə bağlanmış, ipəkli hicab var idi. Çanta, ayaqqabı və əlcəkləri asortikdi.

Zühal isə tam yaşına uyğun olan idman paltarı ilə ən az yengesi kimi gözəl və müasir bir hicab geyinmişdi. Bütün aksesuarları məxmərdən idi. Bir-birlərini sevgi ilə salam-layandan sonra plaşlarını və hicablarını çıxarıb şirin – şirin söhbət etməyə başladılar. Şükranı da, Həcəri də Zühalın vəziyyəti narahat edirdi. Zühalın ata və anası ilə olan münasibəti o qədər də yaxşı deyildi. Qardaşının toyundan sonra Zühal ailəsi üçün böyük bir problemə çevrilmişdi. Həm Seval, həm də Sevalın bacısı Meral hal və hərəkətləri ilə Zühala o qədər təsir etmişdilər ki, Zühal onların yanında ikən hiss etdiyi əzikliyi başqa heç kimin yanında hiss etməmişdi.

Məhz, bixəbərlik sindromu onun yaxasını Məhz bu əzilmə

hissi onu İstanbulda da rahat buraxmamışdı, qardaşı Əlinin də köməkliyi ilə onu hər gün bir az da dinə bağlayan bir səbəb halına gəlmişdi. Dünənə kimi qardaşlarına namaz qıldıqlarına görə lağ edən, mini yubka geydiyinə görə özünü müasir hesab edən gənc qız, Eskişehirə gələndən qısa bir müddət sonra namaza başlamış və bir müddət sonra da Seval kimi o da hicab taxmağa başlamışdı… Təbii bu hərəkət, ailə-də bomba təsiri oyandırmış və Zühal atası, anası və bacısı tərəfindən sanki yaylım atəşinə tutulmuşdu. Zühalın hicab barəsində ata – anasına üsyan etməsi anasına pis təsir etmiş, anası ağlamsınaraq:

– Tanrım, nə olub belə mənim balalarıma, qısa müddət ərzində hər üçünü də itirdim – deyə fəryad etmişdi. Atası isə

qızına əl qaldırmaqdan belə çəkinmiməşdi. Zühalı ən çox kə-dərləndirən atasının hərəkətləri idi. Indiyə kimi atası heç 173

vaxt onun bir dediyini iki etməmiş, hər zaman ona xoş davranmışdı. Amma hicab məsələsi ortaya çıxandan iki dəfə ona əl qaldırmışdı. Bu cür sərt hərəkətlər Zühalın fikrini dəyiş-dirməmiş, əksinə onu tutduğu yolda israr etməyinə gətirib çıxarmışdı.

Zühal, öz hisləri ilə baş-başa qalanda həmişə düşünürdü: “Allahın əmrlərini yerinə yetirmək günah idi? Bu əmrlərə riayət etməkdə bəlkə bir ayıb var idi? Qadın olsun, kişi olsun, yaşlı olsun, gənc olsun bir müsəlma üçün, dininin zərurətlərini, müslümanlığın əmrlərini yerinə yetirməkdən daha təbii nə ola bilərdi axı? Əlbəttə, heç nə! Yaxşı, elə isə ata

– anasının və bacısının dini əmrlərlə bağlı bu qədər sərt dav-ranmaqlarının səbəbi nə idi görən? Allahın əmrlərini rədd edən, inkar edən kafir idisə, onlar da kafir sayıla bi-lərdilərmi?”

Zühalın evdə Əlidən başqa etibar edəcəyi heç kimi yox idi… Əli, hər nə qədər kiçik bacısına dəstək olmağa, onu müdafiə etməyə çalışırdısa, bu Zühala kifayət etmirdi. Onun bütün ümidi qardaşı Necatiyə və qardaşının xanımı Sevala idi. Lakin artıq onlarla da görüşmək ümidi qalmamışdı.

Çünki Necati toydan sonra Sevalla birgə ata-anasının əlini öpməyə gələndə anası bir otağa, atası da başqa bir otağa keçmiş; gənc evliləri qarşılamamış və evlərində bu paltarda bir gəlin qəbul etmək istəmədiklərini bildirmişdilər. Təbii, Necati də bu ağır və kobud həqarətdən sonra bir daha evlərinə

ayaq basmamışdı.

Həcərlə Dr. Nazimin xanımı Şükran bundan əvvəlki söhbətlərdən hadisənin buraya kimi hissəsini bilirdilər.

Bundan sonrasını isə Seval danışdı:

174

– Bir gün gecə Zühal otaqda yatıbmış. Birdən səs eşidib və gözlərini açıb. Gözlərini açıb ki, gecə lampasının işığında bacısı əlində qayçı Zühalın yeni tikdirdiyi uzun paltarlarının ətəklərini kəsir. Təbii ki, Zühal da dəli kimi qışqıra – qışqıra ayağa durub və bacısının üstünə hücum çəkib. Iki bacı saç-basaç olublar. Səs-küyə oyanan atası, iki qızının bu cür sü-pürləşdiyini görəndə bu davanın səbəbini soruşub. Davanın Zühalın paltarlarının üstübdə düşdüyünü eşidəndən sonra onu bəsqədər döyüb. Dünən səhər Necatiylə yemək ye-yirdik. Qapının zəngi çalındı. Açdım qapını ki, Zühal qapının ağzında dayanıb. Atası bütün paltarlarını alıb əlindən, qısa bir paltarla atıb bayıra.

Yazıq qız həmin paltar əynində qaçıb gəlib… Ağlaya –

ağlaya gah mənim, gah da Necatinin boynunu qucaqlayırdı.

"Nə olar, qardaş, gəlinbacı, icazə verin mən sizin yanınızda qalım. Ölərəm, amma o evə qayıtmaram. Onlar tamamilə Allahı inkar edirlər. Yalvarıram, aparmayın məni ora" – deyə

ağlayıb sızlaması mənim də, Necatinin də ürəyini yaralamışdı. Gecə danışdıq və Zühalı yanımızda saxlamağı qərara aldıq. Necati səhər atası ilə telefonda danışıb. Qayınatam əvvəl əsəbiləşib, qışqırıb, bağırıb, "Övladlarımı sən məhv etdin, sən zəhərlədin" – kimi təhqirlər edib. Amma Necatinin israrlarından sonra nəhayət "Özünüz bilərsiniz” –

de-yib və dəstəyi asıb. Zühalın bizə gəlməyinə ən çox mən sevindim. Çünki, qızcığaz, bu imanla o evdə çox əziyyət çəkirdi. Bu gün bərabər bazara getdik, bir müsəlman xanımına yaraşan paltarlar aldıq.

Həqiqətən də Zühal sevincindən bir yerdı dayan bilmir, gözləri par-par yanırdı. Həcərin, qayınanasının və Şükranın təqdiredici sözləri qarşısında Zühal ancaq: 175

– Hər şeyi qardaşımla, gəlinbacıma borcluyam, – dedi… –

Onlar olmasaydı mən neyləyərdim? Bu həqiqətləri kimdən öyrənər, dar günümdə kimə sığınardım?

Digər tərəfdən qonaq otağında oturan üç yoldaş, Bilal, Dr. Nazim və Necati, müxtəlif mövzularda söhbət edirdilər.

Bir ara Dr. Nazim, həmişə şən – şaqraq halı ilə Necatiyə Bilalı işarə edib:

– Ey adəm övladı, – dedi – həyatımda bu uşaq kimi məharətli adam görməmişəm. İkimizin səadəti əvvəl Allahın, sonra onun sayəsində deyil?

Necati düşüncəli bir şəkildə sanki soruşurmuşcasına:

– Bəli, əslində elədir, amma qəribə deyil? – dedi. – Başqalarının səadətinə vasitə olan bir insan bəzən öz səadətini əldə etməyə müvəffəq olmur.

Bilal Necatinin nə demək istədiyini anlamışdı … Ürəyinin sıxıldığını hiss etməyinə baxmayaraq vəziyyətdən çıxmaq üçün:

– Bu nə deməkdir, qardaş? – deyə soruşdu. – Allaha şükür idealima uyğun bir yoldaşım, nur topu kimi bir də oğlum var. Bundan daha böyük səadət olar səncə?

Necati:

– Hər nə isə, – dedi. – Bağlayaq bu mövzunu burda. İnsanın həyatında elə şeylər var ki, onları qurdalamağa ehtiyac yoxdur.

Bilal cavab vermədi. Ortalığa qəribə, insanı darıxdıran bir sükut çökdü. Sonra Bilalın gözləri sevinlə parıldadı, ayağa durdu və:

– Dayanın, sizə oğlumu gətirim. – dedi. – Yaman dəcəl baladır. Iməkləməyə də başlayıb artıq. Çölə çıxdı. Bir azdan içəri girəndə, qucağında nur topu kimi sağlam bir oğlan uşa-176

ğı var idi. Uşaq, Dr. Nazimin əllərini oynatmağına kiçik qəhqəhələr çəkib şirin – şirin gülürdü. Bir anın içində otaq sevinc və qəhqəhələrlə dolmuşdu …

İki il sonra …

Bilal, eyni xəstəxananın eyni dəhlizində həyəcanla gəzişirdi. Bayırda gözəl bir günü var idi. Günəşin rahatlıq bəxş

edən istiliyindən ağaclar tumurcuqlamışdı. Ağaclar bəzəkli bir gəlini xatırladırdı. İnsanlar tamamı ilə başqa cür olurdu bu füsunkar fəsildə. Demək olar ki, bütün üzlərdə sevinc, rahatlıq və ümid izləri var idi.

Xəstəxana dəhlizlərində durmadan yuxarı – aşağı gəzişən Bilal həyatla əlaqəsi kəsmişdi elə bil. Üzü narahatlıqdan sapsarı saralmışdı. Dodaqlar yenə durmadan tərpənmirdi. Dayanmadan oxuyurdu. Əsasən belə anlarda içinə rahatlıq bəxş edəcək yeganə dərman dua idi onun üçün… Otaqdan çıxan tibb bacısı ona doğru yaxınlaşırdı. Gəlib qarşısında dayandı və kədərli bir səslə:

– Cənab, – dedi. Sizə verəcəyim xəbər qarşısında mətanətinizi qorumalısınız. Bunu sizdən xahiş edirəm.

Əsəblərinizə maksimum dərəcədə hakim olmanısınız…

– Nə demək istəyirsiniz, xanım? Yoxsa?! Açıq danışın, xahiş edirəm! …

– Təəssüf ki, uşağınızı xilas edə bilmədik… Doğuş əsnasında göstərilən bütün səylərə baxmayaraq bu kədərli nə-ticənin qarşısını almaq çox təəssüf ki, mümkün olmadı …

Bilalın onsuz da saralmış üzü bir az da saraldı. Lakin tez özünü yığışdırıb:

– Yaxşı, bəs anası? Yoldaşımın vəziyyəti necədir? – deyə

soruşdu.

177

Bu dəfə tibb bacısı başını önə əydi və kədərdən qısılan bir səslə bu suala da çətinliklə cavab verdi:

– Siz Allaha inanan bir insansınız, əfəndim. Qədərdir bu, qarşısında boynumuz tükdən nazikdir. Xanımınız yaşayır.

Ancaq vəziyyəti çox ağırdır. Bir-iki saat yaşayıb ya-şamayacağı da məlim deyil heç. İstəsəniz, son anlarında çox yormamaq şərtiylə görüşə bilərsiniz. Xahiş edirik, buyurun mənimlə …

Bilal pərişan idi. Heç nə demədən çiyinləri çökmüş bir halda tibb bacısının arxasından getdi. Və tibb bacısının açdığı birnəfərlik xüsus otaqdan içəri girdi …

Həcər, dümağ örtüklər içində, başında həmişəki kimi gözəl namaz örtüyü yataqda uzanmışdı. Bilal yavaş-yavaş

ona yaxınlaşdı. Fədakar həyat yoldaşının əlini mehribanlıqla və şəfqətlə ovuclarının içinə aldı və yavaşca dodaqlarına aparıb bu kiçik əli öpdü. Həcər bu təmasdan gözlərini açdı, qarşısında sevdiyi insanı Bilalı görəndə, gözlərindən axan yaşlar, gicgahlarına doğru süzüldü…

Bilal həyəcanla:

–Həcər!… -dedi amma, Həcər onun danışmağına imkan vermədi. Barmağını yavaşca dodağına

apardı. Sonra kəsik kəsik:

– Sus Bilal, – dedi. Danışma və məni dinlə. Çünki mənim bu dünyada elə də çox ömrüm qalmayıb onsuz da. Ev-ləndiyimiz gündən bəri həmişə səni xoşbəxt etmək üçün çalışdım. Əgər edə bilmişəmsə gözlərim açıq getməyəcək.

Şükürlər olsun Allahıma, sənə nur topu kimi bir oğlan uşağı yadigar qoyub gedirəm. Bir də qızımız olsun istəyirdim.

Amma neyləmək olar, qəzavü – qədərdi də… Oğluma yaxşı bax, Bilal… Anan sağ olsaydı, nəvəsi ilə o, özü məşğul olardı.

178

Amma artıq o da yaşamır. Necə qəmli bir həyatdır ki, bir il ərzində həm ananı, həm qızını, həm xanımını itirirsən…

– Həcər, belə danışma… Allahdan ümid kəsilməz. Sən yaşayacaqsan inşaallah və oğulumuzu bir yerdə bö-yüdəcəyik.

Həcər, acı – acı güldü və çətinliklə danışaraq:

– Gəl, bir – birimizi aldatmayaq, Bilal – dedi. – Mənim bəlkə də bir neçə dəqiqəlik ömrüm qalıb. Sən məni təsəlli et-mə, mənə qulaq as. Oğulumuza yaxşı bax, demişdim. Bunun nə qədər çətin olduğunu çox, çox yaxşı bilirəm. Amma sənə

inanıram. Oğlumuz indi balacadır… Onu da özün kimi dini əmrləri yerinə gətirən tərtəmiz bir müsəlman gənci kimi ye-tiştirəcəyinə şübhə eləmirəm. Oğlum bu fani dünyanın zövqünə aldanan qafil gənclərdən olmamalıdır. Yaxşı bir təhsil ver ona… Allahım hər ikinizi də bütün pisliklərdən mühafizə

etsin …

Qəfil susdu. Halı pisləşdi… Sonra təkrar, amma cox böyük çətinliklə sözlərinə davam etdi:

– Yaxınlaş, Bilal… Son nəfəsimi vermədən istəyirəm biləsən ki… Başqa birisinə aid olduğu üçün… Evliliyimiz boyunc ürəyində taxt qura bilmədim. Amma ürəyində bir neçə il də

olsa yerim olduğuu bildiyim üçün çox… çox… bəx.. ti… ya…

ram… Əş… hədü… ən… la… ilahə illəllah… Və əşhədü…

ənnə… Mühəm.. mədən… Rəsulullah …

Həcər sözlərini ancaq hecalaya – hecalaya tamamladı və

son hecanı tamamlayan kimi başını yastığına qoydu. Gözləri bir az aralı qalmışdı!… Üzünə xoşbəxt bir təbəssüm yayılmışdı. Bilal, çaşqın bir halda bir müddət eləcə baxdı, daha sonra isə həyəcanla:

179

– Danış Həcər, danış!… Həcərim!… – deyə hakim ola bilmədiyi hıçqırıq dolu bir səs tonu ilə onu çiyinlərindən tutub sirkələdi. Amma Həcər artıq onu eşitmirdi. Bir mələk saflığı ilə əbədiyyət yolçuluğuna çıxan fədakar, sadiq, itaətli və vəfalı xanımının istiliyini eyni hərarəti ilə mühafizə edən kiçik əllərini hələ də ovucları içində tutan Bilal pərişanlığına baxmayaraq, özünü çox tez yığışdırdı… Və qəzavü-qədərə

inanan insanlara xas bir səbirlə və təvəkkül kamilliyi içində

əlinin içində olan bu kiçik əlləri sanki incit-məkdən qorxurmuşcasına, şəfqətli Həcərin sinəsi üstündə birləşdirdi

İndi bu fani həyatla tamamilə əlaqəsini kəsmiş, əbədiyyət aləminə ilk addımını atmış olan fədakar həyat yoldaşının üzünə böyük bir təqdir və heyranlıqla tamaşa edirdi.

Çünki bilirdi ki, uşaq dünyaya gətirəndə ölən anaların yeri Cənabi-Haqqın yanında şəhidlər mərtəbəsindədir. Bəli, Həcər də indi bu mübarək şəhidlər karvanına qoşulmuşdu.

Elə isə, onun ölümünə kədərlənib, ağlamaq yerinə, belə

bir ölüyə qibtə ilə baxmaq ən doğrusu idi …

Otağının qapısı sakitcə açıldı. Bir az bundan əvvəl ona xəbər verən tibb bacısı, yatağa doğru yaxınlaşdı. Həcərin nəbzini əlinə aldı. Sonra üzündə gizlədə bilmədiği bir kədərlə təzədən sinəsinin üstünə qoydu. Pıçıltılı bir səslə, Bilala:

– Cənab, sizi başa düşürəm, – dedi. Lakin artıq onu tərk etməlisiniz. Çünki gördüyünüz kimi, o artıq sizi tərk edib.

Başınız sağ olsun, cənab…

Bilal başını önə əyərək sonuncu dəfə Həcərin mələk-simasına baxaraq səssizcə qapıdan çıxdı. Artıq o, yeganə

oğlu ilə həyatda tək-tənha qalmışdı…

180

İstanbulun ən müasir və ən qarışıq məhəllələrindən biri olan Leventdə bağça içində bir mərtəbəli bir villa… Villanın həyəti olduqca zöqlə dizayn edilmişdi. Şirin bir musiqi səsi ilə açılan naxışlı bağça qapısından, bir xeyli içəridə olan villa qapısına kimi üstünü sarmaşıq gülləri örtən bir keçid uzanırdı. Villanın ən böyük xüsusiyyəti bağçanın az qala dörd-də üçünü örtən böyük və müasir üzmə hovuzudur bəlkə də… Çəhrayı rəngli mərmərdən hazırlannmış hovuzun kənarlarına diz çökmüş vəziyyətdə, əllərində səhəng olan beş yarıçılpaq qız heykəli var idi… Qızlar əllərindəki səhəngləri hovuza uzatmışdılar, hovuzun suyu fasiləsiz olaraq bu səhənglərin içindən axırdı… Hovuzun kənarında rəngarəng çınqıl daşları, günəşli havalarda parlaq şüşə parçaları kimi par-par parıldayırdı… Bağçanın digər hissələrində isə

əkilən yasəmən ağacları ətrafa saçdıqları ləziz qoxuları ilə

bağçaya sirli-sehrli bir cazibə verirdi…

Böyük əmək sərf olunaraq başa gətirilən bağçanın ortasında nazlı bir şahzadə ədası ilə dayanan gözəl görünüşlü villanın içi isə xaricindən daha dəbdəbəli idi… Hiss olunurdu ki, villanın daxili dekorasiyası üçün pul əsirgənməmişdi. Qonaq, yemək və yataq otaqları, ən samballı, ən bahalı me-bellərlə bəzənmiş, geniş zal isə ipək atlas örtüklərlə tam bir şərq stilinə uyğun şəkildə dizayn olunmuşdu…

Bura, Hüzur küçəsindən gəlin köçəndən bəri Feyzanın içində rahat bir şəkildə yaşadığı ev idi… Bu gecə də qonaq olduqları bir gecəyə çatdırmaq üçün ayna qarşısında oturan Feyzanın əynində yaxası kifayət qədər açıq, qolsuz, yaxası və ətəklərinin kənarları uzun rəngli tüklərlə bəzənmiş, uzun, qəşəng bir gecə paltarı var idi. Makiyajını tamamlamaq istəyirdi ki, içəri əyninə qara smokinq geyinmiş Səlim girdi.

181

Qaşqabağını sallayıb saatına, daha sonra isə güzgünün qabağında bəzənib düzənən Feyzaya baxdı …

– Düz bir saatdır güzgünün qabağındasan. Bu gedişlə

rəqsin axırına belə gedib çata bilməyəcəyik.

Feyza qəhqəhə çəkərək güldü:

– Ah, Səlim… Elə bil, həmişə "zalda ən gözəl xanım mənim xanımım olmalıdır" – deyən sən deyilsən…

Səlim ləzzətlə:

– Həə.. Orası elədir, – dedi. – Amma bir az da geciksən, getməkdən imtina edəcəyəm.

– Yaxşı…yaxşı… Bax, hazıram… İnsanı tələsdirməkdən zövq alırsan, elə bil…

Sonuncu dəfə güzgüyə baxdı. Gözəlliyindən əmin bir halda ayağa qalxdı və çantasını alıb otaqdan çölə çıxanda içəri səsləndi:

– Xala… Ay xala!… Ordan qara kürkümü gətir də, mümkündüsə…

Qulluqçu əlində ağır və bahalı bir kürk küçə qapısının ağzında onu gözləyən Feyzanın və Səlimin yanına gəldi.

Səlim:

– Sən dəymə, xala – dedi. Özün bilirsən ki, o şərəf hər zaman mənə aiddir. – dedi və qulluqçunun əlindən aldığı kürkü centlimen bir əda ilə Feyzanın çiyinlərinə qoydu.

Qapıdan çıxanda Feyza "Xudahafiz" – deyib çevrilərək qulluqçunun yanaqlarından öpdü. Və qulluqçu qadının durğun halını görüb incik bir tərzdə soruşdu:

– Nə olub? “Xudahafiz” – deməyəcəksən bizə, xala?..

Qulluqçuı:

– Sizinki əyləncə deyil axı, nə bilim nə zəhrimardır… -

deyə əsəblə deyindi… Və qapını Feyzanın üzünə çırpdı.

182

Feyzanın da, Səlimin də, qulluqçu qadını əsəbiləşdirməkdən xoşları gəlirdi. Gülərək villanın pillələrini endilər. sar-maşıqların altında, ətirli çiçəklərin arasından keçib avto-mobillərinə minərək uzaqlaşdılar. Avtomobil uzun yollar qət etdikdən sonra qəhqəhə və musiqi səslərinin ətrafa yayıldığı böyük bir salonun qapısı ağzında dayandı. Feyza ilə Səlim, avtomobildən enərək salonun qapısına doğru getdilər və

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
720 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu