Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir illüziyanın gələcəyi», sayfa 2

Yazı tipi:

Təbiət güclərinə yiyələnməyin indiki səviyyəsində mədəniyyətin bu sayaq qurula bilməsi, ən azından hal-hazırda, ağlasığmaz görünür; soruşmaq olar, gələcək nə-silləri, deyilən kimi, sevgi ilə tərbiyə edəcək yararlı, gü-vənli, umacaqsız və sayı yetərincə olacaq bu başçıları ha-radan tapaq? Bu deyilən məqsədi gerçəkləşdirmək üçün yenidən, özü də qorxunc görünən bir ölçüdə, məcburilik tələb olunur. Belə bir planın insan mədəniyyətinə çox böyük töhfələr verə biləcək böyüklüyünü danmaq olmaz. Bu planın qurulmasında insan psixologiyasına bələdlik də özünü göstərir və onun çox güclü ehtiraslarla doğulduğu, uşaqlıqda aldığı tərbiyənin bu ehtirasları biryolluq yön-ləndirib qurtardığı da göz önündə tutulur. Ancaq insanın tərbiyəsinin bəlli sərhədlər tanıması belə bir mədəni inki-şafı da məhdudlaşdırmış olur. Burada yalnız yozumlara arxalanıb mülahizə yürütmək olar və belə bir mədəni or-tamın yaradılması ilə insan kütləsinin yuxarıda göstərdi-yimiz iki özəlliyinin aradan qalxacağını və bununla da onu yönətməyin çətinliklərinin bütünlüklə ortadan çıxa-cağını yəqinliklə demək mümkün deyildir. İndiyədək be-lə bir sınaq keçirilmədiyindən onun nə ilə qurtaracağını da demək çətindir. İnsanların bəlli bir kəsiminin, anadan-gəlmə qazandığı, xəstəlik həddində olan özəlliklərinin və ölçüyəgəlməz ehtiraslarının olması, nə olursa olsun, onla-rın toplumdakı qayda-qanunlara yağılıqla yanaşmasını aradan qaldıra bilməyəcəkdir, ancaq bugünkü mədəni də-yərlərə qarşı çoxluqda olan kütləni azlığa çevirmək olsay-dı, onda olduqca böyük bir irəliləyiş əldə eləmək olardı və burada qazanılması mümkün olan çox böyük uğurlara çata bilərdik.

Oxucunun, mənim öz araşdırma yolumdan yayınıb, çox uzaqlara gedib çıxdığımı düşünməsini istəməzdim. Ona görə də, oxucuya bütün aydınlığı ilə çatdırmaq istə-yirəm: mənim, bu gün Avropa ilə Asiya arasında yerləşən çox böyük bir bölgədə özünə yer eləmiş mədəniyyət üzə-rində hansısa bir nəhəng sınağın aparılması kimi istəyim və bu sınağın dəyərləndirilməsi kimi bir məqsədim yox-dur. Mənim peşə və başqa bacarıqlarım belə bir sınağın necə keçirilməsini irəli sürmək, burada işləyə biləcək me-todları incələmək və bu yöndəki istəklərlə, əldə olunan gerçəklər arasında yaranması qaçılmaz olan uçurumun ölçülərini ayırd eləmək üçün yetərli deyildir. Haradasa belə, yaxud da buna oxşar hansısa sınaqlar keçirilirsə də, bu sınaqlar hələ başa çatmadığından, onların necə sonuc-lanacağını bizim çoxdan oturuşmuş bu mədəniyyətimizin verdiyi materiallar əsasında müəyyən eləmək də müm-kün deyildir.

Biz gözəçarpmadan sivişərək, iqtisadi sferadan psixo-loji sferaya gəlib çıxdıq. Öncə, biz mədəni dəyərlərə, əldə olunan nemətlər və onları bölüşdürmək üçün yaradılmış sosial qurumların qaynağı kimi baxmağa çalışdıq. İstəni-lən mədəniyyətin özülündə əməyə qatlaşmağa və öz ehti-raslarından əl çəkməyə məcburetmənin dayandığını, və ona görə də, mədəni dəyərlərin daşıyıcılarının bu mədə-niyyətə qarşı dirənişlərinin yaranmasının da qaçılmaz ol-duğunu özümüz üçün aydınlaşdırandan sonra, belə bir sonuca gəlib çıxmış oluruq: yaşam üçün zəruri olan ne-mətlər, onların əldə olunması yolları və bu nemətlərin in-sanlar arasında bölüşdürülməsi üçün yaradılmış qaydalar mədəniyyətin məzmununda tək bir və başlıca özəllik sa-yıla bilməz. Yoxsa, bu mədəniyyətləri onun yaradıcıları-nın dağıdıcı ehtiraslarından doğan qiyamlar gözləyir. İn-sanları yaşadıqları mədəniyyətlə barışmağa gətirib çıxa-ran nemətlərlə yanaşı başqa bir məcburilik vasitəsi də or-taya çıxır və onları mədəniyyət üçün qurbanlar verməyə məcbur eləyir, habelə, bunun qarşılığında onları mükafat-landırır. Bu ikinci dərəcəli vasitələrə mədəniyyətin psixo-loji sursatı da demək olar.

Açıqlamalarımızın anlaşılan olması üçün iki termini özümüz üçün aydınlaşdıraq, bundan sonra, yerinə yeti-rilməsi yolverilməz olan bəlli ehtirasların qarşısının alın-ması faktını yasaq adlandıracağıq, bu yasağın yaratdığı duruma isə yoxsunluq (məhrumiyyət) deyəcəyik. Sonrakı addımda isə, hamıya toxunan yoxsunluqla, bəlli insan qruplarına, siniflərinə və ayrıca insanlara toxunan yox-sunluqların bir-birindən ayırd edilməsinə baxacağıq. Çox-çox əski çağlarda ilkin yasaqları ortaya çıxarmaqla, mə-dəniyyətin ilkin yoxsunluqları yaratmağa başlaması ilə, minillər bundan öncə, insanlar özlərinin ilkin heyvani varlıqlarından ayrılmağa başladılar. Ancaq biz indi apar-dığımız araşdırmalarımızda bu heyvaniliyin insanda hələ də yaşadığını və mədəniyyətə qarşı yağılıq duyğusu do-ğurduğunu görüb bundan təəccüblənmişdik. İnsanların varlığında yaşamaqda davam eləyən bu impulsiv istəklər doğulan hər bir körpə ilə birlikdə yenidən dünyaya gəlir; habelə, nevrotiklər adlanan çoxsaylı insanlar da vardır və onlar üzərlərinə qoyulan yasaqlardan yaranan yoxsunluq-ları mədəniyyətin yaratdığı dəyərlərə qarşı birbaşa və kəskin şəkildə çıxmaqla cavablandırırlar. Burada biz in-senst (ata-ana ilə övladlar və ya bir ata-ananın övladları arasında baş verən cinsi ilişkilər deməkdir), kannibalizm və qaniçənlik kimi impulsiv istəkləri nəzərdə tuturuq. Ne-cə qəribə görünsə də, hamılıqla pislənilən və yolverilməz sayılan bu impulsiv istəklərin, çox vaxt, mədəniyyətin ödənilməsini məqbul saymadığı bir çox başqa istəklərlə yanaşı, bir sırada qoyulduğunu da görürük, onların yana-şı qoyulduğu bu, başqa impulsiv istəklərlə bağlı mədəniy-yət hələ də sonacan aydın bir mövqeyə gəlib çatmasa da, bu impulsiv istəklərin hamısının bir yerdə araşdırılması psixoloji baxımdan özünü doğrulda bilər. Ancaq mədə-niyyətin bu çox əski çağlardan qalma impulsiv istəklərin hər birinə yanaşması da başqa-başqadır; bunlardan yalnız kannibalizm hamılıqla pislənilib danılan və az-maz istis-naları çıxmaqla, bütünlüklə aradan qalxmış bir instinktiv istək sayıla bilər; insestlə bağlı istəklərin hələ də öz gücü-nü saxlaya bildiyini biz ortalıqda bununla bağlı olan ya-saqların indiyədək də qalmasından bilirik; qaniçənlik, və ya insanı öldürmək deyilən istəklərə gəlincə, onlar heç də həmişə pislənmir, bəlli durumlarda yolverilən sayılmaqla təqdir də olunur. Ola bilsin, mədəniyyətin gələcəkdə çata-cağı hansısa dönəmində bu gün yolverilən sayılan hansısa istəklər də, indi kannibalizmə yanaşılan kimi olacaq və onlar da yasaqlanacaqdır.

Çox-çox əskilərdə yasaqlanmış hansısa yaramaz bir istəyin üzə çıxması bir psixoloji faktor kimi ortalıqda var-sa, onda bu gerçəyin yasaqlanmış başqa istəklər üzrə də üzə çıxması gözləniləndir. İnsan psixologiyasının əski çağlarda olduğu kimi qalıb dəyişikliyə uğramaması və elmlə texnikanın inkişafına baxmayaraq yenə də keçmiş-lərdə olduğu kimi qalması ilə bağlı deyilənlər doğru de-yildir. Burada, insan psixologiyasında yaxşılığa doğru baş verən dəyişikliklərlə bağlı bir örnəyə baxa bilərik. Bizim insan kimi inkişafımızın gedişində mədəniyyətin qoydu-ğu yasaqlar tədricən üzdə olmaqdan çıxıb insanın daxili-nə köçür və insanın nümunəvi psixi bir durumunda orta-ya çıxan, Üstün Mənlik adlanan dəyərin daşıyıcısı olan in-sanlar bu yasaqları özlərinin daimi işləyən davranış nor-malarına çevirirlər. İstənilən normal tərbiyə görən körpə yaşa dolduqca bunun necə baş verdiyini bizə əyani olaraq göstərir və bu yasaqların qoyduğu tələbləri özünün yaşa-yış normalarına çevirməklə mənəvi dəyərlər qazanır, ha-belə, sosial varlıq kimi öz yerini tapmış olur. İnsanda belə bir psixoloji faktorun yaranması, daha doğrusunu desək, onun Üstün Mənlik adlanan özəlliyinin yaranıb güclən-məsi mədəniyyətin yarada bildiyi çox yüksək dəyərlərdən biri sayılmalıdır. Belə bir özəlliyi ilə seçilən insanlar isə, mədəniyyətin yağıları olmaqdan çıxıb onun daşıyıcılarına çevrilirlər. Mədəniyyətin yayıldığı hansı bölgədə bu in-sanların sayı artıb çoxalırsa, burada onun yaşarılığı da tə-min olunur və bununla yanaşı olaraq, belə bir gücə arxa-lanan mədəniyyətlər üzdə olan məcburilik vasitələrinə əl amadan da keçinə bilirlər. Ancaq bu yasaqların göz önün-dən yığışılıb daxilə köçməsi də, onların hər biri üçün fərq-lidir. Mədəniyyətin yasaqladığı impulsiv istəklərdən əl çəkilməsi, bir sıra nevroz xəstələrində özünü göstərən du-rumları çıxsaq, əsasən insanın məcburi yerinə yetirilən davranışı olmaqdan çıxıb onun daxili istəkləri ilə yerinə yetirdiyi davranış normalarına çevrilə bilmişdir. Ancaq başqa impulsiv istəklərə baxanda buradakı durumun büs-bütün başqa cür olduğu aydınlaşır. Biz burada təəccüb və həyəcan doğuran belə bir durumla üzləşirik: sən demə, olduqca çoxlu sayda insanlar xaricdən göstərilən məc-buriyyət olmadan mədəniyyətin qoyduğu bəlli yasaqları gözləmirlər, daha doğrusu, ancaq, bu yasaqlara görə cəza-landırıla biləcəklərini və bu cəzanın real olduğunu anla-yanda bu yasaqları pozmağa ürək eləmirlər. Bu deyilənlər mədəniyyətin hamı üçün qoyduğu yasaqlarla bağlı olaraq da baş verir. İnsanların böyük çoxluğunun mənəvi baxım-dan etibarsızlığını göstərən faktları da biz ən çox bu or-tamda görə bilirik. Doğrudan da, olduqça çoxlu sayda, özünü mədəni sayan, insan öldürməkdən və insestdən sarsılan insanlar, özlərinin acgözlüyünə, aqressivliyinə, azğın seksual istəklərinə qarşı dayana bilmirlər, başqaları-nın ömrünü yalanla, fırıldaqla korlamaqla əylənməkdən çəkinmir və bütün bunları cəzalanmadan eləmək müm-kün olan durumların hamısında eləyir, ən acınacaqlısı isə, belə davranışlar bir-birinin yerini tutan çoxlu mədəni dö-nəmlərin hamısında qalmaqda davam eləməkdədir.

Toplumun yalnız ayrı-ayrı siniflərinə qarşı tətbiq olu-nan məcburi yoxsunluqlara gəlincə biz burada olduqca bayağı və yaramazlığı açıq-aydın görünən bir durumla üzləşirik. Bu durumlarda, təbii olaraq, toplumun aşağı qatındakı yoxsunluqda yaşamalı olan siniflər onlardan qat-qat artıq üstünlüklərə yiyələnərək yaşayan seçkin in-sanlara paxıllıqla yanaşırlar və özlərinin yaşadıqları bu yoxsunluğun azacıq da olsa belə azaldıla bilməsi üçün nə-yə desən hazır olurlar. Bu mümkün olmayanda isə, baxı-lan mədəniyyətin daxilində çox dərin qatlara kök atan və qorxunc qiyamlara gətirib çıxara bilən bir narazılıq yara-nır. Mədəniyyət onun daşıyıcıları olan bəlli bir qrupun bu mədəniyyətin daşıyıcıları olan başqa bir qrupa qarşı olan basqı və zülmünün qarşısını ala bilmək gücündə deyildir-sə, özü də, burada basqını yaradanlar özlərini gördükləri bu işdə haqlı sayırlarsa və çox vaxt da bu prinsiplə yerdə qalan böyük çoxluğa yanaşırlarsa (çağdaş mədəniyyətlə-rin demək olar hamısında bu durum özünü göstərmək-dədir), onda əzilən insanlar arasında öz əməkləri ilə ya-şatdıqları bu mədəniyyətin onlara əldə olunan nemətlər-dən çox az pay verməsinə görə, bu mədəniyyətə qarşı ya-ğılıq duyğusu yaranır və bu yağılıq getdikcə daha da güc-lənməyə başlayır. Bu durumda mədəniyyətin qoyduğu yasaqların bu insanların daxili təlabatlarına və gündəlik davranış normalarına çevriləcəyini gözləməyə də dəy-məz, əksinə, bu insanlar deyilən yasaqları pozmağa yönə-lik olurlar və oturuşmuş mədəniyyətin özünü dağıtmağa çalışır, onun bütün yasaqlarını ilk imkanda aradan qal-dırmaq istəyinə qapılırlar. Belə bir mədəniyyətin içində özünü göstərən siniflərarası yağılıq olduqca gözəçarpan olduğundan, bu mədəniyyətin daşıyıcılarından olan yaxşı təmin olunmuş qatdakı insanların bu mədəniyyətlərə qar-şı bəslədikləri yağılıq belə onun kölgəsində qalaraq göz-dən yayınır. Yaratdığı ortamda bunca çoxsaylı əzilənlər və narazıların olmasına və onların özünə qarşı qiyam qal-dırmasına yol verən mədəniyyətin perspektivindən da-nışmağa belə dəyməz, belə bir mədəniyyət uzunömürlü ola bilməz və olmamalıdır.

₺56,22
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
90 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,3, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre