Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir illüziyanın gələcəyi», sayfa 3

Yazı tipi:

Mədəniyyətin tələblərinin insanların daxili təlabatla-rına çevrilməsi – elmi olmayan loru dillə desək, mədəniy-yət daşıyıcılarının mənəvi səviyyəsi, –mədəniyyəti dəyər-ləndirməyə çalışanda nəzərə alınmalı olan tək bir ruhani dəyər deyildir. Mədəniyyətin bundan başqa da, ideallar və incəsənət yaradıcılığı kimi dəyərləri də vardır və bu dəyərlər onun daşıyıcılarının təlabatlarını ödəməyə, onla-rı razı salmağa qulluq eləyir.

Biz çox vaxt hansısa bir mədəniyyətin yaratdığı ideal-ları – daha doğrusu bu mədəniyyətlərin yaratmış olduq-ları uğura çatdıran ən yüksək dəyərləri – onun insan psixologiyasına verdiyi töhfələr kimi qiymətləndirməyə çalışırıq. İlkin yanaşmada adama elə gəlir, sanki, mədə-niyyətin uğurları birbaşa bu ideallardan asılıdır; ancaq gerçəklikdə bu, büsbütün başqa cür də ola bilər: buradakı ideallar mədəniyyətin ilkin uğurlarından sonra formalaşır və onun ortaya çıxmasında daxili meyillərlə xarici duru-mun qarşılıqlı ilişkiləri başlıca rol oynayır, beləliklə də, bu ilkin uğurların təkrarlanması istəyi onların ideal kimi qeydə alınmasına gətirib çıxarır. Bu idealların mədəniyyət daşıyıcılarında yaratdığı məmnunluğun kökündə nar-sisizm (özünəvurğunluq) duyğusu dayanır, bu artıq əldə olunmuş uğurlara görə öyünməklə bağlı yaranan bir du-rumdur. Bu idealların özünü doğrultması isə, onların baş-qa mədəniyyətlərin öz uğurları əsasında yaratdığı ideal-ları ilə tutuşdurulmaqla qavranılmağa başlayır. Belə fərq-lərin olmasına görə, hər bir mədəniyyət başqa mədəniy-yətlərə yuxarıdan aşağı baxmaqda özünü haqlı saymağa başlayır. Beləliklə də, mədəniyyətlərin yaratdığı ideallar ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan bölgələrin yad-laşmasına və sonucda yağılaşmasına gətirib çıxarır, bu-nun qabarıq örnəyini millətlərarası ilişkilərdə görmək olar.

Bu sayağı idealların yaratdığı özünəvurğunluqdan doğan özündənrazılıq isə, baxılan bölgədəki mədəniyyətə qarşı yönələn dağıdıcı güclərə qarşı dayanan ən güclü tə-sir vasitələrindən biridir. Burada yalnız elə bu mədəniy-yətin içində yaşayıb ondan daha çox bəhrələnən siniflər deyil, habelə, əzilən siniflər də bu idealların doğurduğu özünəvurğunluq duyğularına qapıla bilirlər, burada mə-dəniyyətin verdiyi: yadellilərə yuxarıdan aşağı baxa bil-mək “üstünlüyü” onlara öz toplumlarında necə alçaldıl-dıqlarını da unutdurur. Roma imperiyasının örnəyində baxsaq belə bir durum yarandığını görürük: “Mən yazıq, borc içində boğulan və hərbi qulluğa çağırılmaqla əldən düşən bir plebey olsam da, ancaq mən axı romalıyam, başqa xalqların boyun əydirilməsi və onların Romanın qoyduğu qanunlarla yaşamasının gerçəkləşdirilməsində mənim də öz payım vardır!” Əzilən siniflərin öz ağaları və istismarçıları ilə belə “doğmalaşması” daha böyük bir olayın yalnız kiçik bir görüntüsüdür. Başqa bir yandan, əzilən siniflər aşırı duyğulanmaqdan doğan bir yanlışlığa qapılaraq onları əzən siniflərlə “doğmalaşa” bilərlər, on-lar bu durumda içində yaşadıqları mədəniyyətin doğur-duğu duruma yağılıq bəsləsələr də, ancaq onları istismar eləyən ağalarının şəxsində öz ideallarının gerçəkləşdiyini sanırlar. Əzilən və əzən siniflər arasında onları qarşılıqlı şəkildə məmnun eləyən belə qarşılıqlı ilişkilər olmasaydı onda bu çağadək olmuş mədəniyyətlərin, onlara qarşı kütlənin kin bəsləməsinə baxmayaraq, çox uzun bir müd-dətdə necə yaşaya bilməsi də aydın olmazdı.

Mədəniyyətin oturuşduğu ayrı-ayrı bölgələrdə insan-lara belə bir məmnunluğu incəsənət də gətirə bilir, düz-dür, bu incəsənət, ağır əməklərə qatlaşan və təhsil görmə-yən qara kütlə üçün əlçatmaz olaraq qalır. Bizim artıq çoxdan bildiyimiz kimi, mədəniyyətin yasaqladığı nəs-nələrdən həzz almağa əli çatmayan insan, bu həzzlərin yerini incəsənətin verdiyi “yalançı” həzzlərlə doldurmağa çalışır və bu onlara mədəniyyət uğrunda verdikləri qur-banlardan doğan ağrılarını unutdurmaqda çox böyük kö-məklik eləyə bilir. Bundan başqa da, bədii yaradıcılıq top-lumdakı insanların hamılıqla yüksək dəyərləndirdiyi duyğular yaratmaqla onları “birləşdirir” və onların birgə-yaşayışına yardımçı olmaqla, istənilən mədəni çevrənin ehtiyac duyduğu, mədəniyyət daşıyıcıları olan insanların bir-biri ilə doğmalaşmasına gətirib çıxarır; incəsənət əsər-ləri, habelə, bəlli mədəniyyətin uğuru kimi çıxış eləyərək insanlara onun ideallarını xatırladır və beləliklə də, bu mədəniyyətin daşıyıcıları arasında özünəvurğunluq həzzi yaradır.

Biz indiyədək, mədəniyyətin psixi sursatları sırasında ən önəmli bir yeri tutan bir nəsnəni xatırlamağa gəlib çat-mamışıq. Bu, mədəniyyətlərin hamısının içində çox geniş yer tutan dini baxışlardır, biz bu baxışları bir az aşağıda illüziya kimi dəyərləndirməyə çalışacağıq.

Dini baxışların belə önəmli bir dəyər daşımasının sə-bəbi nədir? Biz mədəniyyətin insanları öz ehtiraslarından əl çəkməyə məcbur elədiyini və buna görə də, onun ya-ratdığı bu basqının özünə qarşı yağılıq yaratdığını demiş-dik. Bir anlığına onun yasaqlarının aradan qaldırıldığını düşünsək, yəni istənilən kimsə istənilən bəyəndiyi qadını öz cinsi ehtiraslarını soyuda bilmək üçün seçə bilərdisə, onunla seçdiyi qadınla, ya da başqa bir işlə bağlı öcəşən istənilən kimsəni öldürmək haqqı alardısa, başqasının yiyəliyində olan istənilən nəsnəni ondan soruşub eləmə-dən götürə bilərdisə, – onda kütlənin içindəki adamlar üçün yaşam necə də gözəlləşər, əyləncə və həzzlərin tü-kənməz qaynağına çevrilərdi! Düzdür, biz bu durumda o andaca aşağıdakı problemlərlə də üzləşməli olardıq. Belə bir durumda istənilən adam da eyni istəklərə qapılacaqdır və mənimlə, mənim onunla davrandığımdan heç də yaxşı davranmayacaqdır. Beləliklə də, mədəniyyətin qoyduğu yasaqların aradan qaldırılması ilə yalnız bir adam hüdud-suz səadət qazanacaqdır, bu isə, öz əlində bütün hakimiy-yət araclarını toplamış tiran olacaqdır; ancaq onun özü də ən azından mədəniyyətin qoyduğu: “başqasını öldürmə” deyilən təkcə bir yasağınsada yerinə yetirilməsini uma-caqdır.

Ancaq, belə bir durum yaranarsa, insanlar, çox keç-mədən, mədəniyyətin aradan qaldırılmasına çalışmağın necə bir nankorluq və qanmazlıq olduğunu da anlayardı-lar! Belə bir durumda bizim taleyimiz yenə də bütünlüklə təbiətdən asılı olardı və belə bir ömrü yaşamağın necə acı-nacaqlı olduğunu bütün çılpaqlığı ilə anlayardıq. Düzdür, bu durumda, təbiət bizdən heç bir ehtirasımızın məhdud-laşdırılmasını istəməyəcəkdir, bizə öz davranışlarımızda bütünlüklə azadlıq verəcəkdir, ancaq onun da bizim hərə-kətlərmizi məhdudlaşdırmaq üçün əl atdığı üsulları ola-caqdır, o bizi soyuqqanlılıqla, amansızcasına yoxluğa sü-rükləyəcəkdir və bunu ən çox biz öz ehtiraslarımızı yerinə yetirən anlarda ona verdiyimiz fürsətlərdən yararlanaraq eləyəcəkdir. Axı təbiətin bizim varlığımıza qarşı yaratdığı qorxular biz insanları birləşməyə və birgə yaşamaq üçün mədəniyyət yaratmağa gətirib çıxarmışdır, insanın ictimai varlığa çevrilməsi məhz elə buna görə baş vermişdir. Mə-dəniyyətin ən başlıca məqsədi, onun özülündə dayanan ilkin vəzifə, insanları təbiətdən qorumaq olmuşdur.

Bəlli olduğu kimi, mədəniyyət bir sıra yönümlərdə görməli olduğu işləri yetərincə bacarır və onun zaman öt-dükcə bunları daha yaxşı bacaracağını da düşünmək olar. Məncə, heç bir insan təbiətin bütünlüklə insana boyun əy-məyə gəlib çıxacağına inanacaq qədər dardüşüncəli deyil-dir; onun hansısa bir gözəl gündə bütünlüklə insana bo-yun əyəcəyinə inanan insanlar da, elə bilirəm, çox az tapı-lar. Bizim qarşımızda heç bir gücə boyun əyməyən və sanki, insanın çalışıb-vurnuxmalarını ələ salıb gülən bir qarşısıalınmaz axın vardır, bir də görürsən, torpaq ayaq-larımızın altından qaçır, titrəyir, insanın yaratdıqlarını onun özüqarışıq, bir anın içində öz altına alıb yox eləyir, sular coşub-daşır, qarşısına çıxan nə varsa silib-süpürüb aparır, hər şeyi öz amansız dalğalarında qərq eləyir, tu-fanlar qarşısına çıxan nə varsa uçurub dağıdır, bizi ad-dımbaşı yaxalayan xəstəliklər – biz yalnız yaxın keçmiş-lərdə onların da üstümüzə basqı ilə gələn canlı – heyvani varlıqlar olduğunu öyrənə bilmişik – bizi ağrı-acılar için-də üzüb əldən salır və ən sonunda isə indiyədək heç bir əlac tapıla bilməyən (və tapıla bilməyəcək də!) qorxunc ölüm tapmacası ilə qarşılaşacağımız da qaçılmaz olur. Tə-biət bizim qarşımızda özünün bütün gücü, azmanlığı, amansızlığı, ipə-sapa yatmayan qabalığı ilə dayanır, biz gücümüzü toplayıb yaratdığımız mədəniyyətə sərf elədi-yimiz əməklə onu boyun əyməyə məcbur elədiyimiz yer-də o, addımbaşı, bizim gözlərimizi gücsüzlüyümüz və kö-məksizliyimizlə qorxudur. Elə insanlığın da az-çox də-yərli və ürəkaçan işləri ən çox bu təbii fəlakətlərlə üzlə-şəndə olur: o bu anlarda bütün başıpozuqluğunu, mədə-niyyətin doğurduğu çətinliklərlə bağlı olaraq ona qarşı duyduğu yağılığını bir qırağa tullayıb qarşısında dayanan ən böyük problemi: təbiət gücləri ilə savaşın içində özünü qoruyub saxlaya bilməyi xatırlayır və birbaşa bununla bağlı çalışmalara başlayır.

İstər bütün insanlıq üçün, istərsə də, ayrıca fərdlər üçün, yaşam çox ağır bir işdir. Mədəniyyət də bu yaşamı ağırlaşdıran bir sıra yoxsunluqlar (məhrumiyyətlər) ya-radır, habelə, hansısa mədəniyyətin içində yaşayan insa-nın yaşamında, bu mədəniyyəti tanımayan insanların, ya-xud da bu mədəniyyətin çatışmazlıqlarından doğan duru-mun yaratdığı çətinliklər də olur. Buraya, ağına-bozuna baxmadan öz işini görən təbiətin yaratdığı uğursuzlaqları da artıra bilərik – insanlar təbiətin gətirdiyi bu uğursuz-luqları tale adlandırırlar. İnsanın işlərinin belə pis getməsi onun öz yaşamını, daimi bir həyəcan və taledən küs-künlük içində yaşamasına, bu isə öz sırasında onun özü-nəvurğunluq duyğularının aşağılanmasına gətirib çıxar-maya bilməz. Ayrıca bir fərdin mədəniyyətin və başqa in-sanların ona verdiyi korluqlara qarşı necə qıcıqlandığını biz artıq bilirik: bütün bunlarla qarşılaşdıqca bu fərdin daxilində onu bu çətin durumlara salan mədəniyyətin qu-rumlarına qarşı dirəniş yaranır və onun içində yaşadığı mədəniyyətə bəslədiyi yağılıq duyğusunun səviyyəsin-dən asılı olaraq, bu dirəniş də artıb-azala bilir. İndi də gə-lin, bu fərdin onu daimi bir qorxu altında saxlayan özü-nün “tale” adlandırdığı təbiətin ölçüyəgəlməz güclərinə qarşı necə dirəniş göstərdiyinə bir az da yaxından baxma-ğa çalışaq.

Bu baxımdan yanaşanda, mədəniyyət təbiətlə qarşı-durmada dara düşən bu fərdin işlərini yüngülləşdirməyə qulluq eləyir və mədəniyyət bu yönümdəki fəaliyyətində ayrı-seçkilik salmadan hamı üçün çalışır; özü də, təbiət qarşısındakı çətinliklərində insanlara ayrı-seçkilik qoyma-dan arxa durmaq bütün mədəniyyətlərdə özünü göstərir. Mədəniyyətlər harada yaranmasından asılı olmayaraq, nəfəs dərmədən, insanı təbiətdən qorumaq vəzifələrini yerinə yetirməkdən bir an da olsa belə əl götürmürlər, an-caq onlar bu işi, həm də, özlərinəməxsus olan vasitələrlə görürlər. Burada eyni zamanda üç məsələ həll olunur: bi-rincisi, insanın təbiətin qabalığı nəticəsində zədələnmiş özünəvurğunluğu ovundurulmalıdır, ikincisi, insana ya-şamın heç də qorxunc olmadığı aşılanmalıdır, üçüncüsü isə, insanın praktiki maraqlarından yaranan dünyanı qav-ramaq istəklərinə cavablar tapılmalıdır.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺56,22
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
90 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,3, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre