Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dalğa», sayfa 3

Yazı tipi:

V

İnanıram ki, bu gün bəxtim gətirəcək. Dəniz mənə ümid verdi. Amma səbirli və iradəli olmalıyam. Heç bilməzdim ki, belə bir şey mümkündür. Bircə dəfə görmüşəm, ancaq neynim ki, unuda bilmirəm. Bəlkə də, bu niyyətim ağılsızlıqdır, lakin başqa çıxış yolum yoxdur. Saat neçədir? On bir. Əla. Meydanda elə çox adam yoxdur. Saat ikiyə kimi buralardayam. Sonrasına baxarıq. Əslində, gərək doqquzun yarısında burada olaydım. Nədənsə indi ağlıma gəldi, amma eybi yox-dur. Ürəyimə damıb ki, bu gün onu görəcəyəm.

Yaxşı, indi tutaq ki, onu gördüm, bəs sonra neylə-yim? Onun arxasınca getmək nə qədər düzgündür? Bu ona qarşı haqsızlıq deyilmi? Onu izləyərkən hü-quqlarını pozmuş olacağam axı. Amma başqa əlac yoxdur. Əgər onu ya evinə, ya da oxuduğu yerə qədər izləməsəm, onda gərək hər gün bura gəlib “Ümid Al-laha” deyəm.

Görəsən, bəs mənim özümü kimsə izləsə, bu mənə necə təsir edər? Əvvəlcə anlamasam da, sonradan mütləq hiss edərəm. İzlənilmək heç xoşuma gəlməzdi. İl boyu aramsız olaraq dəniz sahilinə getdiyimdən heç kəsin xəbəri yoxdur. Bunu kiminsə bilməsini istəmi-rəm. Yaxşı ki, məni heç kim izləmir. Həm də acı olsa da, kimə lazımam axı? Atam gör neçə ildir, bizi atıb gedib, düzdür, anamı hələ də pulla təmin edir, amma onun harada və kimlə olduğundan xəbərimiz yoxdur. Anamı bu heç maraqlandırmır da. Atam gedəndən sonra düz bir ay qanıqara gəzdim, bəlkə, anamın ata-mın getməsini heç vecinə də almaması məni depressi-yaya düşməyə qoymadı. Uzun müddət onun üçün da-rıxırdım. Artıq anam məndən narazı olanda “Qoy atan işdən gəlsin, ona danışacağam” demirdi. İndi dönüb arxaya baxanda özümü anlaya bilmirəm. Axı atam üçün niyə darıxırdım? Bizimlə yaşayanda onu, demək olar ki, heç görmürdüm. Həmişə işdən gec gələrdi, mənə heç vaxt fikir verməzdi, bəzən anamdan elə-belə soruşardı: “Oğlun necədir?” Halbuki bunu özümdən soruşa bilərdi. Nə qədər yadıma salmağa çalışsam da, amma on beş yaşıma qədər atamla danışdığım heç bir cümlə yadıma gəlmir. Sonra da getdi. Nə zəng edir, nə məktub yazır. Bəlkə də, onu artıq heç vaxt görmə-yəcəyəm. Neyləmək olar? Buna görə əhvaldan düşmü-rəm. Onu itirmək o qədər də ağır deyildi. Pişiyi itir-mək bundan daha ağır gəlmişdi mənə. Pişik məni se-virdi. Aytəndən çox mənə bağlıydı.

Gör nə qədər vaxt keçdi, ötüb keçən bütün qızlara baxıram, hərəsi bir reaksiya verir, bəziləri heç reaksiya da vermir. Belə etməyi xoşlamıram, amma əlimdən başqa heç nə gəlmir. Keçən gün onun yanındakı qızla-ra da fikir vermədim ki, indi heç olmasa, onları görsəy-dim… Odur! Odur! O!

İnana bilmirəm! İnana bilmirəm ki, onu tapdım. İndi əsas odur ki, onu gözdən itirməyim. 28 May stan-siyasına tərəf gedir. Deməli, səhər dərsdə olur. Onun tələbə olmasından əmin olmasam da, içimdəki səs məhz tələbə olduğunu deyir. Gözəl deyil, amma yerişi xoşuma gəlir.

Yaxşı ki, vaqonda adam çoxdur. Onu izlədiyimi ba-şa düşməyəcək. Əlində jurnal var, onu vərəqləyir. Oxumur, sadəcə, vərəqləyir. İşə bir bax, birinci dəfədir ki, metroya kitabsız minmişəm. Ancaq yaxşı ki, kita-bım yoxdur. Oxumağa başlayanda hər şey yadımdan çıxır, çox keçməz, onu da gözdən itirərəm.

Görəsən, nə oxuyur? Elmi məqalələr, yoxsa müasir qızların yorulmadan oxuduğu “şou-biznes xəbərləri”-ni? Nə isə… Maraqlarımızın üst-üstə düşüb-düşmədi-yini öyrənmək üçün hələ vaxtımız olacaq.

Ayağa qalxdı. Deməli, çıxacaq vaqondan. Hansı stansiyadır indi? “Neftçilər”dir. Nə tez çatdıq bura-ya… İcazə verin, zəhmət olmasa. İcazə verin, çıxım. Of. Axır ki… Sürətli soxulcan yoxa çıxdı. Hanı o? Hə, budur… İndi ən çətin hissə. Yəqin ki, evinə gedir. Mən də onu izləməliyəm. Amma bundan sonra insanların arasında gizlənə bilməyəcəyəm. Görəsən, onu necə iz-ləyim ki, arxasınca düşdüyümü başa düşməsin?

VI

Hə, buradır. Saat yeddi. İndi qalır gözləmək. Üçüncü mərtəbənin işığı yanır, bəlkə də, onun otağı-dır. Necə də soyuqdur. Çoxdandır ki, səhər tezdən ha-vada olmuram. İlin bu vaxtı da ki, əsl soyuq elə səhər-lər olur. Amma eybi yox, insan öz məqsədinə çatmaq üçün çox şeyləri qurban verməli olur. Mənimsə qurban verdiyim tək şey hələ ki, ancaq şirin yuxumdur.

Məqsəd demişkən, bəs mənim məqsədim nədir? Görəsən, insanlar belə incə məsələlərdə qarşılarına məqsəd qoyacaq qədər cəsarətlidirlər?

Məncə, indi konkret məqsədim yoxdur. Hələ ki, özümü və öz hisslərimi anlamalıyam. Belə düşünürəm ki, onu sevirəm. Amma yenə də, buna tam əmin olma-lıyam. İmran mənim bu sözlərimi eşitsə, qulaqlarına inanmaz, deyər, bəs hanı o cavan oğlan ki, hamıya in-sanın kiminsə xarici görünüşünü deyil, təkcə mənəviy-yatını sevməli olduğunu sübut etməyə çalışırdı? Nə bi-lim… İnsanın öz başına gəlmədiyi şeylər barədə fikir söyləmək asandır. Əvvəl dediklərim indi mənə çox uzaq görünür. İndi sevirəm, amma bu barədə deyəcək başqa bir sözüm, ya da şərhim yoxdur. Bilirsiniz, bu nəyə oxşayır? Oğurluqdan, narkomaniyadan, adam öldürməkdən tamamilə xəbəri olmayan, daha doğru-su, özü bu cinayətləri heç vaxt etməyən biri bunları elə pisləyir ki! Belə işlərə qurşanan insanların hansı vəziy-yətdən, yəni hansı səviyyədən belə işləri görəcək qədər alçalmalarını pillə-pillə təsvir edir və s. Gəl indi cina-yətkarlardan bu işlərlə nəyə görə məşğul olduqlarını, onları cinayət etməyə nəyin vadar etdiyini soruşanda çiyin çəkirlər. Yaxşı bir söz tapıblar: “Peşmanam”. La-kin nədən peşman olduqlarını heç özləri də bilmirlər. Hətta cəzalarını çəkib normal həyata döndükdən son-ra belə əvvəlki cinayətləri barədə soruşanda deyirlər ki, nə bilim, oldu da, cavanlıq idi.

Cavanlıq… Bəlkə, mən də cavanlığımı hədər yerə sərf edirəm…

Gəlir! Hanı qəzet? Yaxşı ki, mən tərəfə baxmadı. Saat səkkizdir. Deməli, hər gün səkkizə qalmış burada olsam, bəsdir. İndi vaxtımı ona sərf edəcəyəm, amma hədər olub-olmadığını zaman göstərəcək. Bu da ca-vanlığa məxsus bir şeydir, hər şeyi zamanın öhdəsinə buraxmaq.

Yerişi aktiv insan olmasından xəbər verir. Hava so-yuqdur, amma başını bağlamayıb. Soyuğa davamlı in-sanları çox xoşlayıram, bir az da onlara həsəd aparı-ram. Yenə metro. Deməli, onun hər gün istifadə etdiyi nəqliyyat vasitəsi budur. Metronu xoşlamıram, elə bil, Aidin səltənətinə girirsən, Letanın yerinə isə qatarlar axır. O isə özünü burada çox rahat hiss edir. Metronu xoşlayanlar çoxdur, o da onlardan biri. Bu gün hara getdiyini öyrənsəydim, elə həmişə getdiyi yerdə gözlə-yərdim, metrodan da canım qurtarardı.

Görək, qəzet nə yazır… Yenə Saakaşvilidən, mi-tinqdən, nə bilim, nədən. Çox maraqlıdır, hələ dünən Saakaşvilini elə mitinqlərlə, müxalif çıxışlarla haki-miyyətə gətirən qüvvələr bu gün də başqalarını irəli çəkirlər, dünən canlarını Saakaşviliyə qurban verməyə hazır olanlar bu gün onun canını almağa hazırdırlar. Bu hadisəyə oxşar hadisələr bütün dünyada baş verir, ali varlıqlar sayılan insanlarsa başa düşmürlər ki, onlar sadəcə vasitədir, güclü, ya da gücə meyil edən insanla-rın əlində oyuncaqdır. Məni mitinqə heç bir qüvvə apara bilməz, çünki bunun ağılsızlıq olduğunu yaxşı bilirəm. İndi də yadımdadır, bir neçə il bundan əvvəl prezident seçkilərinin nəticələrinə narazılıq edən bir yığın adam Azadlıq meydanında mitinq edirdi. Mən də İmranla həmin gün şəhərdə idim. Mitinq olacağın-dan heç xəbərim də yox idi. İmran, demə, bilirmiş, mənə qəsdən deməyib. İşlərimizi həll edib avtobusa mindik. Avtobus da Azadlıq meydanının yanından ke-çirdi. Mitinq iştirakçıları başladılar bizim avtobusu daşqalaq etməyə. Ağılsızlar! Biz də sizin kimi sıravi və-təndaşlarıq, bizə xətər yetirməklə əlinizə nə keçir ki?!

İmran az qalırdı, özünü atsın avtobusdan aşağıya, onlara qoşulsun, güclə saxladım. “Nədir, mənə daş atacaqsan?” soruşdum. Onda da başa düşmədi, indi də başa düşmür. Bir yığın adam anlamır ki, onların istə-diklərini heç də bütün millət istəmir.

Aha! 28 May. Çıxır. Zibil qutusu yoxdur? Qəzeti atardım…

VII

Təsadüfə bir bax. İmranın işlədiyi universitetdə təhsil alır. Heyif ki, içəri keçməyə cəsarət etmədim. Görəsən, hansı fakültədə təhsil alır? İmranla da çox-dandır danışmıram. Bəlkə də, artıq sağalıb, işə çıxır…

– Alo? İmran? İşdə deyilsən bəs? Həmişə ayaq üstə. Bağışla, başım bir qədər qarışıq idi. Vallah, danışsam, heç məndən incikliyin qalmayacaq. Yox. İndi yox. Ar-tıq gecdir. Hələ axşamımı yeməmişəm. Sabah sənə hər şeyi danışaram. Deyirsən, birinci gündən işdəsən? İn-şallah, sənə zəng vuraram. Sağ ol.

Niyə yalan danışdım? Axı İmrana baş verənləri hələ danışmaq istəmirəm. Qoy gedim, bir tikə yemək ye-yim.

Yenə telefon? İndi kimdir?

– Alo? Hə… ana. Salam, salam. Yaxşıyam. Nə olub? Əhvalın yoxdur? Bəs həkimə getmisən? Təzyi-qin var?! Sənin? Ola bilməz. Yox, yox. O mənada de-mək istəmirdim, sadəcə, sənin heç xəstə olduğun vaxt yadıma gəlmir, ona görə də təəccübləndim. Eybi yox, ana, sağalarsan. Sən güclü qadınsan. Elə yaxşı ki, zəng vurdun, səndən bir söz soruşacaqdım. Yadındadır, mən balaca olanda qonşumuz Aytəngil vardı? Aytən-gil də. Aytənin pişiyi də var idi, yadındadır? Yox? Nə əcəb yadında qalmayıb? Elə-belə soruşuram. Pişiyin adını yadıma salmaq istəyirdim, amma alınmadı. De-dim, ola bilsin, sənin yadındadır. Hirslənmə…

Dəstəyi yerə atdı. Heç sağollaşmadı da. Gələn dəfə anam zəng vuranda dəstəyi özüm yerə atacağam. İnanmıram ki, belə etsəm, anam məni bağışlasın. Am-ma nədənsə mən anamın çıxardığı bütün hoqqalara dözürəm. Bütün iştahamı öldürdü. Pişiyim də yoxdur ki, ətin qalanını ona verim…

Bir az kitab oxuyum, yoxsa sakitləşməyəcəyəm. Dovlatov üçün darıxmışam. İnsanın əhvalı olmayan-da, gərək ancaq Dovlatovu oxusun. Adama öz həyatı-na ironiya ilə baxmağı öyrədir. Gəlsənə, anama da bu məsləhəti verim? Ancaq çətin ki, məni dinləsin.

Bayaqdan oxuyuram, amma fikrimi toplaya bilmi-rəm, hey istəyirəm ki, anamı başımdan atım, ancaq alınmır. Elə bilirsən ki, hər növbəti səhifənin altında öz kölgəsini gizlədib. Səhifəni çevirməyə ürək etmirəm ki, indi oradan çıxıb ani bir hərəkətlə əhvalımı daha da pozacaq.

Anam… Bəlkə də, atamın əvəzinə, anam bizi tərk etsəydi, daha yaxşı olardı. Mənə həmişə elə gəlir ki, atam məni də anamdan bir parça daşıdığıma görə sev-mirdi. Qan qrupum atamınkı ilə eyni olsa da, zahirən ancaq anama bənzəyirəm. Amma ancaq zahirən! Da-xilən ona bənzəməyimi heç istəməzdim, heç bənzəmi-rəm də. Ruhən bir az atama oxşayıram, hərəkətləri-mizdə, dünyaya baxışımızda da oxşarlıqlar var. Hər ikimiz anamı tərk etmişik. Bir fərqimiz var, o bunu həmişəlik etməyi bacardı, mənsə yox. Anamı tərk et-mişəm, yəni on səkkiz yaşım tamam olan kimi heç azərbaycanlılara xas olmayan bir şey etdim. Azadlıq is-təyirdim. Əsl demokratiya arzusundaydım. Anamın yanında hər sözü demək, hər hərəkəti etmək olmazdı. Anam uşaqlıqdan bütün sərbəstlik istəklərimi ürəyim-də qoyardı. Əgər həyətə getmək istəyirdimsə, icazə verməzdi. İstəməyəndə məcburən sürüyə-sürüyə apa-rardı. Xoşladığım yeməkləri heç vaxt bişirməzdi, bə-yəndiyim oyuncaqları almazdı. Bir sözlə, xoşbəxt de-yildim. Ən əsası, azad deyildim. Çıxış yolu bir idi.

Bir-iki paltarımı götürdüm, gedib balaca bir yük maşını gətizdirdim, kitabların hamısını yüklədik ona. Sürdük bukinistə.

Elə bilirdim, anamın yanından gedəndən sonra azad olacağam. Lakin olmadım. İndi yaşadığım ev də anamındır, yediyim çörək də.

Azad olmaq üçün atamın etdiyini etməliydim, am-ma atam qədər güclü ola bilmədim. Bacarmadım. İndi də azad deyiləm, azad olacağıma da artıq inanmıram. Bəlkə də, azadlıq eşqi ilə artıq alışıb-yanmıram da…

Maraqlıdır, bəs atam necə? Təkcə anamdan azad oldu, yoxsa əsl azadlığa nail oldu? Bəlkə də, anamdan canını qurtardıqdan sonra bir başqa qadın onun azad-lığını buxovlarda saxlayır?

Elə mən özüm… İndi də həyatıma məni azadlıqdan bir az da uzaqlaşdıran ikinci qadın girir. Ancaq bunu özüm istəyirəm.

₺54,60
₺83,99
−35%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 eylül 2022
Hacim:
120 s. 1 illüstrasyon
ISBN:
978-9952-8360-2-8
Telif hakkı:
Автор
Metin
Ortalama puan 4,6, 12 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 4,8, 12 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 3,7, 3 oylamaya göre
Metin
Ortalama puan 4,7, 3 oylamaya göre
Metin
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 4,4, 14 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre