Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qu quşunun yuvası», sayfa 2

Yazı tipi:

Şəfqətlə və qüssəli bir uzaqlıqda sanki əlçatmayan bir müdrikliyin zirvəsindən artıq açılan səhərə şəfəq sa-çan günün reallığında diqqətini cəlb eləməyəcək hansı-sa qüssəli həqiqəti xatırladır. Mən quqquldamağa başla-dım, əvvəlcə cəsarətsiz halda, utanaraq, amma özümü mənasız insanlıq xüsusiyyətlərindən ayırmadan, tədri-cən, alışıb yanaraq, fədakarcasına, bütün varlığımla uç-mağa çalışaraq, cəld, gözəl, lap elə kəsilmiş budaqların arasındakı özünü ifadə eləməyi də elə nəfəs almaq kimi bir xoşbəxtlik hesab edən quşa dönürəm.

Yəqin ki, kənardan mən ağlını itirmiş birisi kimi görünürəm: yaşı qırxa çatmaq üzrə olan qadın oturub və qatlanmış ayaqlarının üzərində özünü əsdirərək, başı-nı arxaya əyib, ağzını açıb yumur, hələ bir əllərini də quş qanadları kimi yelləyir. Bütün bu zaman ərzində də səsini çıxartmır!..

Amma neyləmək olar, səsimin tutulması mənim günahım deyil. Kimsə çiynimə toxunur. Boylanıb baxı-ram. Qardaşım arvadı Rəqiyyə gülümsəyərək mənə ba-xır. Onun əlində vedrə var.

– Qazanı su ilə doldur! – o dedi.

Mən başımla işarə eləyərək soruşdum: axı nəyə gö-rə?

– Saçını yu. Sonra paltarlarını dəyiş. Qonaqlarımız olacaq…

Mən çiyinlərimi çəkdim: bəs bunun mənə nə dəxli?

– Qonaqlar sənə görə gəlirlər, – Rəqiyyə mənalı tərzdə dedi.

Onun məni lağa qoyduğunu düşünərək gülümsə-dim. Amma Rəqiyyə mənə qüssəylə baxırdı və deyəsən zarafat eləyənə də oxşamırdı.

– Hansı qonaqlar? – mən baxışlarımla soruşdum.

– Görəcəksən, – o köks ötürdü.

* * *

Mən geyindirilmiş, keçindirilmiş halda öz otağımda oturmuşdum və həyətə baxırdım. Alma ağacının altında qonaqları gətirən madyan bir ayağını götürüb o birisini qoyurdu. Sobanın üstündə tüstülənən qazanın ətrafında qonşu qadınlar vurnuxurdular, gülürdülər, zarafat elə-yirdilər və bu bayram canlanması məni sıxırdı. Mənim üçün burda tək oturub qonaqların nə münasibətlə gəl-dikləri haqda düşünüb əzab çəkməkdənsə, qazanın ya-nında olmaq və ya bostana kartofun alağını eləməyə getmək daha asan olardı. Amma Rəqiyyə mənə həyətə çıxmağı qadağan eləmişdi. Otur, – o demişdi, – bu gün orda sənsiz də keçinərlər.

Qapının ağzında Rəqiyyə göründü.

– Gedək! – o dedi.

Biz qonaq otağına gəldik, burda qonaqlar oturmuş-dular.

– Otur! – Rəqiyyə dedi və mənimlə yanaşı oturdu.

Üzərinə araq şüşəsi və qəlyanaltı düzülmüş dəstər-xanın fəxri yerində qocalar oturmuşdular, qoca arvad və əlli yaşlı kişi.

Onlar diqqətlə mənə baxırdılar. Hamı susmuşdu. Qasım oturaraq üzünü məndən çevirmişdi və belə görü-nürdü ki, o bunu bilərəkdən eləyir. Sükut uzanırdı, otaqda boğucu bir ab-hava var idi.

– Demək, məsələ belədir, – Qasım öskürərək sözə başladı. – Bu mənim bacımdır. Allah ona hər şey verib: baş da, əl də, amma, – o dərindən ah çəkdi, – dilini alıb. Uşaqlıqda onu it qorxudub və beləcə lal olub… O vaxt-dan da mənim sevimli bacım… Eh!.. Hansı həkimlərin və ara həkimlərinin yanına getmədik, hə… – qardaşım ümidsiz halda əlini yellədi.

– Sən artıq yüzüncü dəfədi bu haqda danışırsan! – Rəqiyyə dedi. – İş haqda danış!..

Qoca kişi və qoca arvad başlarını razılıqla tərpətdi-lər, kişi isə sınayıcı baxışlarını mənə zillədi.

– Bermet! – Qasım dedi.

Mən ona baxdım, o isə qorxaqcasına baxışlarını ya-yındırdı.

– Bacarmıram! – o Rəqiyyəyə işarə eləyərək dedi. – Sən de!.. Axı sən onun üçün doğma anası kimisən…

– Bermet! – Rəqiyyə dedi və mən ona baxdım. O susdu, sözləri çətinliklə bir-bir seçərək birdən sözə baş-ladı. – Hə, sən özün de! Yoxsa adamlar elə düşünərlər mən baldızımı başımdan eləmək istəyirəm, amma Allah şahiddi, mən yalnız onun xoşbəxt olmasını istəyirəm!..

– Doğrudu, – qoca arvad astadan dedi. – Özün de!

– O hamısını eşidir, – Qasım qonaqlara tərəf dön-dü. – O quş kimidi.

– Qasım! – Rəqiyyə onun sözünü kəsdi.

– Bermet! Sənin üçün elçi gəliblər, – nəhayət mə-nim zavallı qardaşım deyə bildi.

Mən yandan qoca kişiyə, bu qoca şəhvətpərəstə baxdım. Bütün həyatım boyu mənim üçün ancaq ağıl-larını itirmiş qocalar elçi gəlirlər! Aman Allahım, onlar necə də məni boğaza yığıblar!.. Doğrudanmı mən bun-dan artığına layiq deyiləm?

Yəqin ki, mənim baxışlarım yaxşı heç nə vəd elə-mirdi, buna görə də qoca qurcuxdu və hətta əliylə mə-nimlə öz arasında bir pərdə çəkirmiş kimi hərəkət elədi.

₺78,46
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Çeviri tarihi:
2019
Hacim:
34 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Автор
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre