Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sev», sayfa 2

Yazı tipi:

hər şeyi unudaram. Burda məni həriflədilər. Başıma min oyun açdılar. Bura gələndə ora-dakı maşınımı satdım. Bir az da pul yığmış-dım, özümlə gətirdim. Əsgər yoldaşım alda-daraq hamısını əlimdən aldı. Başımın ətin yedi “gedək qumar oynayaq, çox qazanaq” deyə. Uydum şeytana. Əsgər yoldaşım digər-ləri ilə əlbir olub hər şeyimi əlimdən aldılar. Qaldım küçələrdə. Pul yox, ev yox, iş yox. İşin ən pis tərəfi bütün sənədlərimi də əlimdən al-mışdılar. Düşdüm küçələrə. Kimə ağız açdım, söydü, qovdu. Heç kim kömək etmədi. Gecə-ləri parkda yatdım. Zibil eşdim. Quru çörəyə möhtac qaldım. Gerisini bilirsən artıq. Burda-yam, – gözləri uzun-uzadı süfrəyə çökmüş halda susdu. Sonra birdən ağlayaraq davam elədi:

– Ən piş şey bilirsən, nədi? Hər şey cə-hənnəm olsun, rədd olsun hər şey. Nə qızı-mın, nə də yoldaşımın məndə bir şəkli yox-dur. Artıq üzlərini unuduram yavaş-yavaş, səslərini isə çoxdan unutmuşam. Bunun necə bərbad şey olduğunu başa düşürsən? Hər şey – bütün xatirələr hamısı evdə yanaraq yox oldular. Sən soruşdun, Türkmənistanda kim-sən yoxdurmu? Var, iki məzar var – soyuq torpağın altında yatan, – deyib hönkür-hön-kür ağlamağa başladı.

Sualı verdiyimə peşman olmuşdum. “Nə qələtdir elədim” deyib özümə hirslənirdim, bir tərəfdən də mənə bu olanları anlatdığı üçün çox sağ ol deyirdim ona içimdə. Əlimi çiyninə qoymuşdum. O, ağladıqca mən köv-rəlirdim. Ürəyim dözmürdü. Yaşadıqları, hə-qiqətən, dəhşət idi.

Artıq getmək zamanı çatmışdı. Əsgərliyə gedirdim. Hər kəslə görüşüb sağollaşdıqdan sonra evdən ayrıldım. Əsgərlikdə olduğum zamanlarda da evdəkilər ilə hal-əhval tutan-da Muradı mütləq soruşurdum. Onun mənə anlatdıqlarını heç kimə demədim. Sirdaş ol-muşduq onunla, mənə sirrini açmışdı. Onu tanıyan yeganə insan idim. Əsgərliyi bitirib evə qayıtdım.

Söhbət zamanı atamdan Muradı soruş-dum.

– Murad ölüb, – dedi.

Qulağıma inanmadım.

– Necə? Nə vaxt? Niyə xəbərim yoxdur axı? – dedim.

Atamsa bunun təzəlikcə baş verdiyini söylədi. Daha ətraflı anlatmasını istəmədim. Kəndə gedəcəkdim. Olanları babamdan eşit-səydim, daha yaxşı olardı.

Kəndə çatdıqdan sonra babamdan olub-keçənləri soruşdum. Həyətdə qoyunun yunu-nu qırxırdı. Oturub daşın üstündə ona baxır-dım. Bir tərəfdən də danışacaqlarını dinləmək istəyirdim. Küskün, bir az əsəbi, bir az da heyfsilənərək sözə başladı:

– Səhər ayıldıq, Murad yox idi yerində. Hər şeyi yığıb çıxıb getmişdi.

– Necə yəni, hər şeyi? – dedim.

Düşündüm, yəqin, oğurluq edib. Yox, o, belə şey etməzdi axı.

– Əşşi, zadı daa – şələ-şüləsin. Çıxıb gedib qonşu kəndə. Cəhənnəm, getmisən-getmisən, adama bir xəbər edərlər da əvvəldən. Neçə ildir evimizdəsən, bizlə yeyib, bizlə içirsən. Bizlə yatıb, bizlə qalxırsan. Bu qədər də nan-korluq etmək olmaz axı…

– Hara getmişdi ki? – soruşdum.

– Başını aldadıblar ki, gəl, sənə arvad ala-cağıq kəndimizdən, evləndirəcəyik, iş tapa-cağıq daha yaxşı. Bu sərəy də qoşulub onlara, çıxıb gedib. Mənə dedi ki, evlənmək istəyi-rəm. Cəhənnəm, o heç, day keçib, arvad istə-yirəm! Mən ona dedim, yox?

– Sonra nə oldu bəs? – astadan soruşdum.

– Heç zad, axşam oturmuşduq. Bir də gör-dük darvaza açıldı. Fətalının nəvəsi qaça-qaça gəldi ki, bəs baba, sizi axtarırlar. Çölə çıxdım, Muradın meyitini gətirmişdi polislər. İki gün əvvəl Kürün sahilindən tapıblar cəsədin. Ax-tarıb ediblər, Körpükəndlidir deyib, gətiriblər bizə. Bir balamı itirmiş kimi oldum. Bilirsən, onu atandan ayırmadım heç. Çox kömək oldu mənə. Verdiyim maaşı yığırdı ki, bəs Türkmə-nistana qayıdacam haçansa. Bunu da domino zad oynayanda ağzından buraxıb, başını bişi-rib aparıblar beləcə. Əlindən alıb pulunu, öl-dürüb atıblar Kürə.

– Öldürənlər tapılmadı bəs?

– Tapıldı, ikisi də indi türmədədi.

Muradın qəbrinin harda olduğunu soruş-dum. Onu ailəvi məzarlıqda basdırmışdı ba-bam. Baş daşına da bizim nəslin soyadını yaz-dırmışdı. Onu gördükdən sonra babamın Muradı necə çox istədiyini anladım. Babama da haqq verdim – əsəbiləşməkdə, küsməkdə haqqı vardı. Babam Muradın otağında olan açarı gətirib mənə verdi.

– Boynunda da bu vardı, – dedi.

Açarın hekayəsini mən bilirdim təkcə. Əvvəl açarı boynumdan asmaq, ondan xatirə saxlamaq istədim. Sonra açarı götürüb qaç-dım qəbiristanlığa. Qəbrin qazdım – açarla. Basdıracağım dərinlikdə olduqdan sonra aça-rı basdırdım ora. O da ailəsinin yanında idi artıq. Murad, qızı, yoldaşı və hər şeyə səbəb olan açarı…

Qaraçı

Y

az fəsli yenicə qədəm basmışdı. Ağaclar yeni çiçək açır, torpaq qızışır, quşların gözəl səsi ətrafa yayılırdı. Mən evdə oyuncaq maşınımla oynayır, anam isə mətbəxdə nahar üçün yemək hazırlayırdı. Birdən qapı döyül-dü. Anam əllərini dəsmala silə-silə qapıya tə-rəf yönəldi. Gələn üzbəüz mənzilə yeni köç-müş Mədinə xala idi. Demək olar ki, onlarla qonşu olduğumuzdan bu yana, arada bizə gəlir, anama uşaqları parka çıxardıb gəzdir-məyi təklif edirdi. Bu təklif ən çox da mənim ürəyimcə olurdu. Parkda olarkən Mədinə xa-lanın oğlu Pərviz ilə birgə özümüz üçün qum-dan yol düzəldir, maşınlarımızı sürürdük. Qonşumuzun oğlu ilə, demək olar, eyni yaşda idik. Valideynlərimiz skamyada oturub söh-bət edir, ara-sıra bizə də göz-qulaq olurdular. Bir gün, anam mənə yeni aldığı “Tom&Jerry” şəkilli köynəyi geyindirib parka aparacaqdı Mədinə xala və oğluyla birgə. Parka çatarkən analarımızın əlindən çıxıb yelləncəklər olan tərəfə qaçdıq. Analarımız da adəti üzrə otura-caqda oturub söhbət etməyə başladılar. Ara-da bizə baxır, sonra da söhbətlərinə qaldıqları yerdən davam edirdilər. Yelləncəkdə yellən-diyimiz zaman bir qadın bizə yaxınlaşdı. Pər-vizdən onun dondurma sevib-sevmədiyini soruşdu. Pərvizə əlində tutduğu “bir manatı” verib:

– Get, özünə dondurma al, – dedi.

Mənsə yelləncəkdə yellənməyə davam edirdim. Pərviz yanımızdan aralılaşan kimi, qadın tez mənə yaxınlaşaraq burnuma bir yaylıq sıxdı və bədənimin boşaldığını hiss et-dim, elə oradaca özümdən getdim…

* * *

Parkda bir qadın ağlayaraq saçını yolur, o tərəf, bu tərəfə qaçırdı. Bir neçə dəqiqədən sonra polislər ora yığıldı. Bir oğlan uşağı yoxa çıxmışdı. Polislər qadına təskinlik verir, “uşaqdır, yəqin, bu-ralıqdadır, uzaqda deyil, narahat olma, ay bacı” – deyib onu təsəlli edirdilər. Qadın ağlamaqdan əl-dən düşmüşdü.

– Balamı tapın, balamı tapın, – deyib fəryad etməkdən başqa etdiyi bir şey yox idi. Qadın ağlayıb, bağırdıqdan sonra yıxılaraq yerə sərildi. Ürəyi getmişdi… Ətrafdakılar su tapmaq üçün ora-bura qaçışdılar.

* * *

Gözümü açarkən anbara bənzər bir otaq-da olduğumu gördüm. İçəridə inşaat mate-rialları, bel, qum, kisə və s. başqa şeylər var idi. Ağlıma ilk anam gəldi. Otağa nəzər sal-dım. Pəncərə çərçivələri taxtalar ilə mismar-lanaraq bağlanmışdı. İçərini taxtaların arasın-dan keçən gün işığından başqa heç bir işıq aydınlatmırdı. Ayaq üstə qalxmışdım ki, qapı açıldı. İçəri girən cavan oğlan məni görüb, qə-ribə dildə iki dəfə eyni sözü dedi, qaqqıltı çəkərək gülüb, sinəmə bir təpik vurdu və dəli kimi qaçaraq otaqdan çıxdı. O kəlmənin kürd-cə “oyandı-oyandı” sözü olacağını sonradan öyrənəcəkdim. Təpiyin şiddəti ilə balaca bə-dənim divara tappıltıyla dəydi. Gözüm qaral-dı. Divara sürtünə-sürtünə yerə oturdum. Hə-yatımda ilk dəfə idi ki, bu cür zərbə alırdım. İndiyə qədər anam və ya başqası tərəfdən bu cür zərbə almamışdım. Bu vəhşicə hərəkət qarşısında çox qorxmuşdum. O qədər qorx-muşdum ki, hətta anamın səhər evdən çıxar-kən geyindirdiyi şortiki işəyərək batırmış-dım. Divarın küncünə çəkildim. Qorxumdan dizlərimi alnıma sıxaraq ağlayırdım. Yenidən təpik dəyməsindən qorxduğum üçün səsimi içimə atmışdım. Qapı yenidən açıldı. Bu səfər otağa girən üzünün sol yanında kəsik izi, qızıl dişləri olan ortayaşlı kişi idi. Yanıma yaxın-laşan kimi boynumdan tutaraq məni havaya qaldırdı. Bu hərəkəti qonşumuz Nataşa xa-lanın pişiyinin balasını bir yerdən-başqa yerə qoyarkən boynundan tutub havaya qaldır-masına oxşatdım bir anlıq. Adamın nəfəsini üzümdə hiss edirdim. Ağzından o qədər araq və siqaret iyi gəlirdi ki, az qalsın öyüyəcək-dim.

– Xort2, sən bura ayitsanaa, axilli ol! – de-yib, yerə endirdi. Boynumdan şillə vuraraq, – Di get, düş qabağıma, – deyib məni itələdi.

Qapıdan çıxıb qaranlıq dəhlizlə beş-altı addım getdikdən sonra, kərpicdən tikilmiş pilləkənləri qalxdıq. Qapıdan çölə çıxanda isə buranın bir villanın həyəti olduğunu anla-dım. Başımı qaldırıb evə baxırdım ki, boynu-mun arxasından yenidən şilləni hiss etdim. Evə daxil olduq. İçəridə uşaqlar ora-bura qa-çır, bir-birilərinə söyüşlər söyüb, əylənirdilər. Bizi içəridə görən kimi hamısı sakitləşdi. Uşaqların gözü məndə, kimisi diqqətlə baxır, kimisi tərbiyəsiz əl-qol işarələri edir, kimiləri də yavaş səslə söyüşlər sovururdu havaya. Məni yanında aparan adam nəsə deyib, qış-qırdı ətrafdakı uşaqlara. Uşaqlar sırtıq kimi gülüşüb otaqlara çəkildilər. Pilləkənləri qal-xaraq üçüncü mərtəbəyə çıxdıq. Otaqlar səli-qəli, gözəl mebellərlə döşənmişdi. Gözəl gö-rünüşlü bir otağın qapısının yanına gəldik. Yanımdakı adam qapını döyüb, içəridən “gəl” səsini eşitdikdən sonra içəri keçdi və mənə də gözünü ağardıb, əl hərəkəti ilə içəri gəlməyimi söylədi. İçəri keçdikdən sonra kreslosunda oturan adamı gördüm. Bapbala-ca boyu ilə kresloda oturmuşdu və masa arxasında olduqca gülməli görsənirdi. Saçının ortası, demək olar ki, yox idi, sadəcə yanların-dan çıxan saçları onu qəribə göstərirdi. Əy-nindəki ağ kostyum da, sanki bədəninə bö-yük idi. Boynundakı və barmaqlarındakı qızıl adamın diqqətini ilk cəlb edən şeylərdən idi.

₺58,88

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
74 s. 7 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu