Kitabı oku: «Sev», sayfa 3
– Qağa, yeni gələn xort budir. İşimizə ya-riyacəqdir. Ona örgədərəm hər şeyi, heş narə-hət olma şən, qağa – deyib söhbətə başladı.
Kresloda oturan adam bir az mənə bax-dıqdan sonra, üzünü o kişiyə tutub:
– Yaxşı, Ceka, sənə inanıram, inanmasam sənə bu vəzifəni verməzdim, – deyib, əli ilə otaqdan çıxmağı göstəriş verdi.
Qapıdan çıxdığımız zaman kürdcə nəsə söylədi, Ceka isə qarşılığında hırıldayaraq göz vurdu və otaqdan çıxdıq.
Yemək zamanı idi və uşaqlar hamısı mət-bəxə doluşmuşdu. Bir qadın qazandan yemə-yi əllərində boşqab tutan uşaqlara sıra ilə çə-kir, eyni zamanda, nəsə qışqıra-qışqıra sözlər deyirdi. Uşaqlar da eynən gəldiyimizdə gör-düyüm kimi, az qala bir-birinin üstünə çıxır-dılar. Buna dəcəllikmi deyim, yoxsa tərbiyə-sizlikmi bilmirdim. Bildiyim bir şey vardı, mən evdə bu cür hərəkətlər etsəydim, anam məni mütləq cəzalandırardı. Ceka gedib boş-qab götürməyimi tapşırdı. Həm də qışqıra-qışqıra. Ümumiyyətlə, burada heç kim nor-mal danışmırdı. Hər kəs çığıraraq danışırdı. Yemək çəkən qadın yeməyimi boşqabıma tökdükdən sonra, masanın boş bir tərəfinə keçib oturdum. Yeməyimi qaşıqladıqca ana-mın məni necə nazımla oynayaraq yedizdir-diyini xatırladım. Çox az hallar olurdu ki, ye-məyimi özüm yeyirdim. Bu gün isə artıq san-ki anidən böyümüşdüm. Qorxumdan ağlaya da bilmirdim. Yeməyimin elə ilk tikəsin ud-muşdum ki, birdən beynimdə bir şey “danq” elədi. Burada gördüyüm çox uşağı daha əv-vəl də haradasa görmüşdüm sanki. Yaxud da bunlara bənzərlərin. Bir az düşündükdən sonra artıq əmin idim, bu insanlar anamın ad-landırdığı kimi “Siqanlar” idi. Tez-tez anamla parkda olarkən və ya alış-verişə gedərkən zəli kimi adamdan yapışan və dilənən insanlar, si-qanlar idi. Artıq onların arasında idim, bura necə gəlmişdim və niyə burada idim, bil-mirdim. Bildiyim tək şey var idi, mən anamı istəyirdim…
* * *
Qapı döyüldü. Qadın həyəcanla qapıya tərəf qaçıb, tələsik qapını açdı. Gələn polis idi və bir neçə dəqiqə sonra onlardan izahat alıb getdi. Fidan parkdan gəldikdən sonra heç bir iş görməmiş, heç bir şey yeməmişdi. Gözünü bir tərəfə zilləyib elə hey oğlunun adını sayıqlayırdı:
– Yazıq balam, yazıq Samirim.
Qonşuları Mədinə də parkdan gəldikdən bəri, onun yanında oturur, ona təsəlli verəcək sözlər söyləyirdi.
– O, mənə yoldaşımdan yadigar qalan yeganə dəyər idi, onun nişanəsiydi, – deyib zülüm-zülüm ağlayırdı.
Yoldaşı Qarabağ savaşında şəhid olmuşdu Fi-danın. Samir doğularkən artıq atası şəhid olmuş-du, öz övladını görmədən gözlərini yummuşdu dünyaya.
Günlər tez-tez keçirdi, Samirdən hələ də bir səs-soraq yox idi. Anası hər gün polis şöbəsinə bir ümidlə gedir, getmədiyi zamanlar isə zəng edərək oğlu haqqında polislərdən az da olsa bir məlumat almaq istəyirdi. Oğlundan xəbər yox idi, onun isə gözləməkdən başqa çarəsi…
* * *
Ceka qışqıra-qışqıra hamının toplanma-sını tapşırdı. Uşaqlar bir-birini itələyərək dəh-lizə yığışdılar. Ceka əllərini arxasında birləş-dirərək o tərəf-bu tərəf gedib, tapşırıqlarını verəcəkdi ki, bu sırada içəri cavan qızlardan ibarət bir qrup gəldi. Təxminən yeddi-səkkiz nəfər olardılar. Onları bura gələndən bəri ilk dəfə idi ki, görürdüm. Əyinlərində uzun don-ları, başlarında rəngbərəng yaylıqları vardı. Üzlərindən kir-pas axırdı. Saçları isə toz-tor-paqdan bir-birinə dolaşmışdı. Qızlardan bəzi-lərinin belinə bağladıqları körpələr vardı. Yaylıqla onları bellərində daşıyırdılar. Bir də-fə anamla metroya düşərkən bu cur qızlardan görmüşdüm, anama yaxınlaşaraq ondan pul dilənirdilər. Ceka qızların belindəki uşaqların ağlamasına əsəbləşib onları otağa göndərdi və onlara nəsə kürdcə tapşırıq verdi. Uşaqsız olanlara isə bizim qarşı tərəfimizdə durmaq-larını tapşırdı. Onlar da bir-birinə zarafatlar edərək, Cekanın tapşırdığı yerə tərəf ayaqla-rını sürüyə-sürüyə keçdilər. On beş-iyirmi uşaq dəhlizdə sıra ilə düzülmüşdük. Sıranın ən sonunda mən dayanmışdım. Ceka uşaq-lara bir-bir yaxınlaşaraq, hər kəsə hara gedə-cəyi və nə işi görəcəyi barəsində tapşırıqlar verirdi. Qulağımı danışıqlar gedən tərəfə şək-ləyib verilən tapşırıqları eşitmək istəyirdim. Tapşırıqlardan bəzilərini eşitdim:
– Sən Elmlər metrosu tərəfdə dilənirşən, pul almamış kəti əl kəkmirşən, qayıdanda qoyduğum limiti kıxarmış ol, əkş halda dağ-lanagaqşan.
Növbəti uşağa isə deyirdi:
– Öjünü agındır, şikəşt əlini göjlərinin gö-rəgəyi qədər akıqda qoy, qoy ürəkləri ağrışın, şən də limiti doldurmamış keri kəlmə, yoxşa öjün bilirşən, – üzünə yavaşca şillə vurub yola saldı.
Məndən öncəki uşağa isə deyirdi:
– Otaqdakı şalfetləri kötür, məgbur şat hamşın, elə et ki, alşınlar, onların hamşı şatıla-caq, vaxtından tej şatıb bitirşən, bir az da di-lən. Boş geri dönmə. Axşam hamujdan heşab-ları alagam.
Növbə mənə çatmışdı. Aşağı əyilib, qızıl dişlərini üzümə parıldatdı:
– Şən isə göjlə bir az, özüm şənə dərş keki-gəm, balaga götveren, – deyib qızlara tərəf çevrildi. Əllərini açıb:
– Ciblərinizi boşaldın, – deyə bağırdı. Qızlardan kimisi belinə bağladıqları yaylıq-dan, kimisi də köynəyinin içinə əlini salıb si-nəliyindən pulları çıxardıb, qoydular Ceka-nın ovucuna.
– Xoşim gəldi, maladeş, – deyib onları içə-ridəki otaqlardan birinə yolladı. Mənə isə dəhlizdə gözləməyimi tapşırdı. Özü isə yığı-lan pullarla bərabər yuxarı qalxdı. Ardınca gedib, pilləkənlərdən yuxarı baxdım. Bura gələrkən məni apardığı otağa girirdi, Qağanın yanına. Dəhlizdə isə bayaq gələn qızların be-linə bağladıqları uşaqların səsləri əks-səda ve-rirdi. Bir az keçəndən sonra isə uşaqların təd-ricən səslərinin kəsildiyini eşitdim. Qapını aralayıb baxmaq üçün irəli tərəf addım atdım. Qapını bir az aralamışdım ki, boynumda Ce-kanın əlini hiss etdim. Məni boynumdan tu-tub, geri çəkdi. Yenə də qorxumdan az qala ürəyim gedəcəkdi. Məni geri çəkdikdən son-ra, təpikləyərək bir otağa apardı. Burada gör-düklərim isə sadəcə dəhşət idi…
* * *
Telefona zəng gəlirdi. Çalan Mədinənin tele-fonu idi. Mədinə Fidandan üzr istəyərək oturduğu divandan qalxıb, yan otağa keçdi. Telefonla danış-dıqdan sonra isə Fidana evə getməli olduğunu, qo-nağının gələcəyini bildirdi. Artıq Mədinə əlindən gələni etmişdi, ona sadəcə Fidana dəstək olmaq qa-lırdı. Fidana:
– Əgər bir xəbər olsa, bacı qurban, xəbər edər-sən, – deyib xudahafizləşdi.
Mədinə evə yenicə keçmişdi ki, qapı döyüldü. Gələn bir kişi idi, pencəyinin cibindən çıxartdığı bir bağlama pulu qadına uzatdı.
– Buyur, bu da gördüyün işin bəhrəsi, halal xoşun olsun, bu barədə heç kimə heç nə demirsən, – deyib evdən çıxdı.
Razılığa əsasən Mədinə Fidanla yaxınlıq qur-malı, sonra isə parkda onun başını söhbətə tutub, Samirin qaçırılmasına şərait yaratmalı idi. Mədi-nə kişinin arxasından qapını bağladıqdan sonra dodağını büzərək:
– Bağışla, mənim əziz qonşum, adamlar indiki zamanda pula görə hər şey edir, – deyib otaqlardan birinə keçdi və pulu saymağa başladı…
* * *
Otaqda məndən və Cekadan başqa bir qadın və iki uşaq da vardı. Biz yenicə içəri keçmişdik ki, Qağa da otağa daxil oldu. Bala-ca boyu ilə tullana-tullana gəzirmiş kimi təəs-sürat yaradırdı adamda. Qağa içəri keçdikdən sonra, qapını bağlayıb açarı özü ilə götürdü. Məni və otaqda olan uşaqlardan birini Ceka-ya tapşırdı. O, bizi itələyərək otağın küncünə apardı. Qadın digər uşağa iynə vurub sakit-ləşdirdi. Bir az əvvəl ağlayan uşaqdan indi səs-səmir çıxmırdı. Deyəsən, iynə ilə onu ya-tızdırmışdılar. Mən və digər uşaq divarın küncündə durub sakitcə olanlara baxırdıq. Qağa yerə yan-yana iki kərpic qoydu. Qadın uşağı uzandırıb ayaqlarından birini kərpic-lərin üzərinə yerləşdirdi. Qağa kərpicin birini uşağın ayağının daban tərəfinə, digərini isə ayağının qatlanacaq tərəfinə sürüşdürdü. İşi-ni elə həvəs və soyuqqanlılıqla görürdü ki, bu işdə usta olduğu açıq şəkildə aydın görü-nürdü. Qağa bütün hazırlıqları bitirdikdən sonra, ayağa qalxıb, sarı dişləri ilə üzümüzə qıcandı. Sonra isə sağ ayağını qaldırıb şid-dətlə uşağın ayağına endirdi. “Xart” deyə bir səs gəldi və uşağın ayağı iki yerə paralandı. Ayağının sümüyü dərini cırıb çölə çıxmışdı. Qadın tez qanaxmanı saxlamaq üçün ayağını dəsmala bükdü və yenidən ayağına iynə vur-mağa başladı. Bu mənzərəni gördükdən son-ra isə artıq özümdən getmişdim…
Ücretsiz ön izlemeyi tamamladınız.