Qasırğa

Abonelik
0
Yorumlar
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
İfritə
İfritə
E-Kitap
38,19  TRY
Daha fazla detay
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

Teodor Drayzer

Qasırğa

İda Zobel hər şeyə biganə olan adi adamların əhatəsində dünyaya gəldi. Ciddi və səliqəli alman qadını olan anası onu üç yaşında atasının və bibisinin, ümidinə qoyaraq öldü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdə özünə və əvvəlki arvadına oxşayan ikinci bir arvad aldı.



Hər ikisi onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluğu ilə heç vəchlə barışa bilmirdi. Simic, yerəbaxan, uzağı görməyən, həm də diribaş alman olan bu adamlar, rahatlıq bilməyən, həmişə nə isə axtaran, nəyinsə arzusunda olanların sırasında idilər. Zobelə elə gəlirdi ki, bu cür həyat həddindən artıq hay-küyçü olan gənc kişi və qadınların hər axşam küçələri dolaşıb, kefdən başqa heç nə düşünməməsindən çox-çox yaxşı idi. Hələ avtomobillərdə o yan-bu yana şütüyən bu gənc avaralar, onların gəzdikləri qızlar! Başlarını itirmiş biganə valideynlər! Bütün uşaqların müstəqil, özbaşına hərəkətləri! Belə millətin axırı nə olacaq? Evdə, boş vaxtlarında vərəqlədiyi qəzetlər də belə məzmunsuz yazılarla dolu deyildimi? Hər yerdə çılpaq qadın şəkillərinə rast gələrsən! Caz! Ehtiras mərasimləri! Kəmərlərinin altında butulka gəzdirən yuxarı sinif oğlanları! Hələ qızlar! Dizdən yuxarı yubka geyən, lüt baldırlı, yaxaları döşlərinin arasına qədər açıq, çılpaq qollu, kəsik saçlı, tünüklüyündən alt paltarları belə görünən qızlar!



«Necə? Onun qızı da bu cürmü böyüyəcək? Özünü bu əndazəsizliyin ağuşunamı atacaq? Heç vaxt!»



Düşüncələr içində qovrulan Zobel, İdanın böyüməsi və tərbiyəsi üçün ən ciddi qaydalar qoydu: Qızın saçı öz qaydası ilə uzun olmalıdır. Dodaqları və yanaqları heç vaxt oğlanlara gəl-gəl deyən ənlik-kirşan üzü görməyəcək. Sadə paltar geyəcək. Alt paltarı, corabları, ayaqqabısı və şlyapaları adi olacaq. Bir sözlə, geyimi çox sadə və ciddi olmalıdır! Məktəbdə dərslərə başı qarışmasa və ya atasının evi dolandırdığı boyalar satılan dükanında gərək olmasa, İda bütün günü evdə oturmalıdır. Ümumiyyətlə, qızı elə tərbiyə etmək lazımdır ki, onu heç bir qüvvə sürükləyib çürük, mənasız cəmiyyətə atmasın.



Bu məqsədlə Zobel, Elizabet Hohstaufer adlı yaşlı bir dindar alman qadını tərəfindən idarə olunan, öz qayda-qanunları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini hesab edilən məktəbi seçdi. Bu qadın illər uzunu yararlı xidməti sayəsində ətrafdakı yüzlərcə alman ailəsinin dərin rəğbətini qazanmışdı. Həddindən artıq açıq-saçıq tərbiyə verən abırsız şəhər məktəblərinə İdanı göndərməyə dəyməzdi. Elə ki, qız məktəbə girdi, evdə, hər gün qızı sorğu-suala tutur, ona nəsihət edirdilər ki, cığırını azmasın.



– Tələs! Dərsin başlanmasına cəmi on dəqiqə qalır. Vaxtı itirmə!… Necə oldu ki, bu gecə beş dəqiqə gecikdin? Nə edirdin?… Müəlliminiz saxladı? Dəftər almaq istəyirdin?… Niyə əvvəlcə evə gəlmədin, onu sonra birgə gedib alardıq. – Bütün bu sözləri İdanın analığı deyirdi.–Bilirsən ki, dərsdən sonra məktəbdə yubanmağını atan xoşlamır… Bəs, bu gün saat on iki ilə bir arasında Uorren avenyuda nə edirdin? Atan səni bir qızla görüb… Vilma Bəlet? Kimdir bu Vilma Bəlet? Harada yaşayır? Nə vaxtdan o