Kitabı oku: «Sürətli oxu», sayfa 2
İş adamları yadasalma texnikasından yararlanaraq yeni tanış olduqları qırx adamı, yüzdən çox məhsulu, onlarla əlaqəli məlumat və göstəriciləri çox rahat bir şəkildə xatırlaya bilirlər. Bu texnikalar indinin özündə də “IBM”-in Stokholm şəhərindəki Təhsil Mərkəzində istifadə olunmaqda və on yeddi həftəlik təhsil proqramından sonra möhtəşəm bir uğur əldə edilməkdədir. Eyni texnikalardan son beş ildə Dünya Yaddaş Çempionatında, xüsusən də, son dünya çempionu və bu sahədə rekordun sahibi Dominik O.Brayn tərəfindən istifadə edilir.
Hər hansı bir dərs keçirilməmişdən əvvəl veriləcək təlimin yaxşı olacağına dair qüvvətli məlumatlandırma olmalıdır. Bu səbəblə də bir çox beynəlxalq təşkilatlar yadasalma texnikalarını bütün təhsil kurslarının əsas missiyasına çevirdilər. Sadə bir hesablamaya nəzər salaq: əgər təhsilə bir milyon paund (pul vahidi) xərclənir və öyrədilənlərin 80 -i iki həftə ərzində unudulursa, bu o deməkdir ki, eyni zaman ərzində səkkiz yüz min paund havaya sovrulur.
Öyrəndiklərimizin yaddan çıxması
Öyrəndikdən sonra məlumatların yaddan çıxması geniş yayılmışdır.
Öyrənmə mərhələsindən sonrakı bir saat ərzində beyin yeni məlumatlarla dolduğu üçün məlumatların xatırlanmasında az da olsa, irəliləyiş olur. İyirmi dörd saat sonra isə məlumatın 80-i unudulur.
Məlumatı əldə etmə müddətinin uzunluğundan asılı olmayaraq bu faiz eynidir. Buna görə də üç günlük kursun bitdiyi gündən etibarən əldə edilən məlumatlar iki və ya üç həftə sonra unudulur.
Bu dəhşətli rəqəmlərə baxın: əgər bir beynəlxalq şirkət təhsilə ildə əlli milyon paund xərcləsə və bu təhsillə əlaqədar uyğun bir nəzarət proqramı olmasa, bu o deməkdir ki, kurs bitdikdən bir neçə gün sonra xərclənən vəsaitin 40-i havaya sovrulacaq.
Yaddaşın ritmini tutmaqla həm bu məlumatların unudulmasının qarşısına keçmək, həm də yaddaşın miqdarını artırmaq olar.
Beyin hüceyrələri
Beyin hüceyrələri keçən beş il ərzində yeni bir elmi araşdırma sahəsinə çevrildi.
Hər kəsin beynində bir milyon hüceyrə var. Bu hüceyrələr arasındakı əlaqələr insanı heyrətə gətirəcək qədər model və yerdəyişmələr yaradır. Rus fizioloq Pyotr Kuzmiç Anoxin tərəfindən hesablanan hüceyrələrin sayı, standart ölçülü yazı ilə milyon kilometrlərlə uzanan sıfırlardan ibarətdir.
Beyin üzərində aparılan araşdırmalara görə, milyardlarla məlumatı bir yerə toplayan və onları həll edən hazırkı tutumumuzla, təbii kompüterimizin (beynimiz) uyğun bir şəkildə öyrədilməsi sayəsində problemləri aradan qaldırmaq, analiz etmək, yaratmaq və əlaqələndirmək bacarıqlarımız zamanla inanılmaz bir şəkildə sürətlənəcək və artacaqdır. (Kray kompüterlərinin bir saniyədə dörd yüz milyonluq hesablama sürətiylə yüz ildə edəcəyi hesablamanı beynimiz bir saniyə içində edir)
Zehni bacarıqlar və qocalma
“Qocaldıqca beyin hüceyrələrimizə nə olur?” sualına insanlar bir ağızdan qeyri-adi bir həvəslə “ölürlər” deyir.
Lakin Kaliforniya Universitetində işləyən Dr. Marion Daymondun beyin üzərində apardığı araşdırmaların nəticəsində məlum olduğu kimi normal, aktiv və sağlam beyin hüceyrələrinin insanın yaşlanma prosesi zamanı öldüyünə aid heç bir sübut yoxdur.
Əksinə, araşdırmalar göstərir ki, əgər beyin istifadə edilirsə, onun bir-biriylə əlaqəli qırışlarında bioloji artım əmələ gəlir. Yəni fərdin zəka səviyyəsi artır.
Statistika göstərir ki, altmış, yetmiş, səksən, doxsan yaşındakı insanların təlimlərə cəlb olunması sayəsində zehni performanslarında vacib və qalıcı proseslər baş verir.
Dünyanın əvvəllər heç bir zaman görmədiyi inqilabın astanasındayıq: insan beyninin inkişaf etdirilməsində çox vacib addımlar atılır.
Artıq laboratoriyalardan gələn məlumatlar qocalma müddətinin ayrılmaz hissəsi sayılan problemlərin həll edilməsində istifadə olunur.
Fərqinə varmışıq ki, beyinin ayrı-ayrı funksiyalarına aid məlumatlardan yararlanaraq, daxili proseslərimizi Zehin xəritəsi şəklində xaricə əks etdirərək yaddaşımızın yarandığı gündən indiyə qədər gəlib çıxan amillərdən, ritmindən faydalanaraq beyin hüceyrələri haqqındakı biliklərimizə və həyatımız boyunca daima zehni inkişaf imkanlarına baş vuraraq zəka müharibəsində qalib gələ bilərik.
********************************************************************
Saatı dayandırın
Müddət ........ dəqiqə
Sonra oxu sürətinizi və mətndəki söz sayını (bu nümunədə 1099 söz var) müddətə (dəqiqəyə) bölərək bir dəqiqədə neçə söz oxuduğunuzu hesablayın.
Oxu sürəti düsturu
1 dəqiqədə söz sayı (dss) = söz sayı × müddət
Hesabladıqdan sonra əldə etdiyiniz rəqəmi paraqrafın sonunda dss üçün ayrılmış yerə yaxud 305-ci səhifədəki İrəliləmə tablonuza və İrəliləmə qrafikinizə qeyd edin.
Oxuma sürəti ........
SINAQ İMTAHANI 1:
Anlama
Sualları cavablayarkən “Düz” və “Səhv”i dairə içinə alın, variantlarla verilən testlərdə isə doğru olduğunu düşündüyünüz cavabın qarşısına “” işarəsi qoyun.
1. Zirvəyə yüksəlmiş İngiltərə şirkətlərinin 10%-i təhsil üçün böyük miqdarda vəsait və zaman ayırır.
Düz/Səhv
2. Milli Olimpiya Komandaları zamanlarının
(a) 20 -i
(b) 30 -i
(c) 40 -i
(d) 50 -i
motivasiyaya, zehni müdafiə və canlandırmanın inkişafına ayırır.
3. Dövlət tərəfindən “Beyin Naziri” vəzifəsinə təyin edilən şəxs kimdir?
(a) Dr. Marion Daymond
(b) Dr. Luis Alberto Makado
(c) Dominik O’Brayn
(d) Plato
4. Rəqəmlərlə iş sol beyin yarımkürəsinin funksiyasına daxildir. Düz/Səhv
5. Albert Eynşteyn, İsaak Nyuton, Pol Sezan və Motsart uğur qazandılar, çünki onlar:
(a) saylarla məntiqi
(b) sözlərlə analizi
(c) rənglə ritmi
(d) analizlə simvolu
birləşdirdilər.
6. Zehin xəritəsində
(a) Ortaya bir obraz yerləşdirirsiniz
(b) Ortaya bir söz yerləşdirirsiniz
(c) Ortaya heç nə yerləşdirmirsiniz
(d) Ortaya hər zaman bir söz və obraz yerləşdirirsiniz
7. Yeni çox sürətli və əhatəli oxu texnikalarından istifadə edərək:
(a) dəqiqədə beş yüz sözdən
(b) dəqiqədə min sözdən
(c) dəqiqədə on min sözdən
(d) dəqiqədə yüz min sözdən
artıq normal oxu sürətinə çata bilərsiniz.
8. Kitab oxumaq üçün zehni iş birliyi yaradan iki şirkət
(a) IBM və Coca Cola
(b) Digital və Nabisko
(c) Nabisko və Microsoft
(d) IBM və ICL
9. Yadasalma texnikaları
(a) çinlilər tərəfindən
(b) romalılar tərəfindən
(c) yunanlar tərəfindən
(d) Plato tərəfindən
kəşf edildi
10. Bir saatlıq müddətin sonunda
(a) məlumatların xatırlanmasında az da olsa, irəliləmə
(b) məlumatların xatırlanmasında sabitlik
(c) məlumatların xatırlanmasında azalma
(d) məlumatların xatırlanmasında sürətli azalma
meydana gəlir.
11. Öyrənmə mərhələsindən sonrakı iyirmi dörd saat ərzində məlumatların
(a) 60-i
(b) 70-i
(c) 80-i
(d) 90-i
unudulur.
12. İnsan beynindəki hüceyrələrin sayı
(a) bir milyondur
(b) bir milyarddır
(c) bir trilyondur
(d) bir katrilyondur
13. “Kray” kompüterinin hesablama gücü insan beyninin gücünə yaxındır.
Düz/Səhv
14. Dr. Marion Daymondun araşdırmalarına görə:
(a) normal, aktiv və sağlam beyin hüceyrələrinin insanın yaşlanma prosesi zamanı öldüyünə aid heç bir sübut yoxdur
(b) hər hansı beyindəki hüceyrələrin insanın yaşlanma prosesi zamanı öldüyünə aid heç bir sübut yoxdur
(c) 40 yaşdan aşağı bütün insanların beyin hüceyrələrinin öldüyünə aid heç bir sübut yoxdur
(d) normal, aktiv və sağlam beyin hüceyrələrinin insanın yaşlanma prosesi zamanı öldüyünə aid sübutlar var
15. Statistika göstərir ki, təlimlər sayəsində:
(a) altmış yaşa qədər olan insanların
(b) yetmiş yaşa qədər olan insanların
(c) səksən yaşa qədər olan insanların
(d) doxsan yaşa qədər olan insanların
zehni performanslarında vacib və qalıcı proseslər baş verir.
Cavablarınızı səhifə 301-dəkilərlə qarşılaşdırın. Anlama səviyyənizi hesablamaq üçün doğru cavabaların sayını on beşə bölün və alınan cavabı yüzə vurun.
Anlama səviyyəniz: ....... ÷ 15 × 100 = .......
Sonra əldə etdiyiniz rəqəmi 305-ci səhifədəki İrəliləmə tablonuza və ya İrəliləmə qrafikinizə qeyd edin.
NƏ ETDİNİZ?
İlk sınaq imtahanından keçdikdən sonra inkişaf etdirməli olduğunuz bir göstəriciyə sahibsiniz. Digər oxucularla müqayisə edildikdə hansı səviyyədə olduğunuzu bilmək üçün aşağıdakı tabloya baxa bilərsiniz. Bu tablodan kitabı oxumağa davam etdikcə hədəflərinizi yeniləmək üçün də istifadə edə bilərsiniz.
Oxucu
Dəqiqədə söz sayı sürəti
Anlamaq faizi
Zəif
10-100
30-5
Orta hesabla
200-400
50-70
Funksional oxucu
400
70-80
100 insandan biri
800-1000
80
1000 insandan biri
1000
80
Sürət dss
Magistraturada
Təcrübəli
Liseydə
Orta məktəbdə
İbtidai məktəbdə
Öyrətmə səviyyəsi
Şəkil 1. İnsanların həyatları boyunca oxu sürətini göstərən qrafik
Sürətli oxuya dair digər bir maraqlı statistik göstərici təhsil səviyyəsi ilə sürət arasındakı əlaqə haqqındadır. (baxın şəkil 1)
Təhsil səviyyəsinin artması ilə birlikdə oxu sürətində yüksəlişin meydana gəlməsinin səbəbi sürətli şəkildə necə oxuyacağımızı öyrənməyimiz yox, çoxsaylı materialı dar bir zaman çərçivəsinə sığışdırmaq məcburiyyətidir. Başqa sözlə desək, əsas amil motivasiyadır. Buna başqa bir sübut da yetişkin bir şəxsin oxu sürətinin təhsilini tam bitirdikdən sonra motivasiyasının böyük ölçüdə azalması və üzərindəki basqının aradan qalxması nəticəsində məktəb səviyyəsinə düşməsidir. Bu zaman orta hesabla mütaliə miqdarı ildə bir kitaba qədər enər.
Yuxarıda qeyd etdiyimiz şəxsin əksinə olaraq siz bu kitabdakı məlumatları mənimsədiyinizdə oxu sürətinizdəki əvvəlki aşağı səviyyələrə düşməyəcək, əldə etdiyiniz səviyyəni qoruyub saxlayacaq və inkişaf etdirəcəksiniz.
XÜLASƏ
1. İndiki sürətiniz.............
2. İndiki anlama səviyyəniz..............
3. dss hesablama düsturu: söz sayı × müddət
4. Dəqiqədə min sözdən artıq oxu sürəti
5. Orta hesabla oxu sürəti dəqiqədə iki yüz-iki yüz iyirmi söz arasındadır.
6. Təhsil səviyyəsi yüksəldikcə oxu sürəti artır. Lakin bunun səbəbi sürətli şəkildə necə oxuyacağımızı öyrənməyimiz yox, çox saylı materialı dar bir zaman çərçivəsinə sığdırmaq məcburiyyəti və motivasiyadır.
7. Hər kəs oxu sürətini və anlama səviyyəsini inkişaf etdirə bilər.
50 % anlama səviyyəsi (əksər insan)
Anlama səviyyəsi
Şəkil 2. Ümumi əhali içərisində sürətlə oxunulanı anlamaq faizini göstərən qrafik
DİQQƏT EDİLMƏLİ OLAN NÖQTƏLƏR
1. Oxu sürətinizi və anlama səviyyənizi 305-ci səhifədəki İrəliləmə tablonuza və İrəliləmə qrafikinizə qeyd etdiyinizdən əmin olun.
2. Qeyd dəftərinizdə daha sonrakı sürətli oxu dərsinizin tarixinə baxın.
3. Motivasiyanızı yüksəldin ki, sürətiniz artsın.
4. İkinci hissəni oxumadan əvvəl sürətlə incələyin.
NÖVBƏTİ HİSSƏ
Artıq birinci hissəni bitirdiniz, kitaba əlüstü göz gəzdirdiniz və ilk sınaq imtahanını verdiniz. İndi isə sizi ilk böyük addımınızı atmağa hazırlamaq üçün sürətli oxu sahəsindəki ən son yenilikləri nəzərinizə çatdıracaq və bildiklərinizi təzələyəcək tarixi səyahətə başlayırıq.
İKİNCİ HİSSƏ
Sürətli oxunun tarixi
Sürətli oxunun sirləri haqqında apardığımız araşdırmalar gözlərimizlə deyil, beynimizlə əlaqəli maraqlı cavablar tapmağımıza səbəb oldu.
ÖN SÖZ
Bu hissədə dövrümüzdəki informasiya axınından danışılacaq, oxumağı öyrənmək üsulları təhlil ediləcək, sürətli oxunun gözqamaşdırıcı tarixi anladılacaq, bu sahədəki rekordçular nəzərinizə çatdırılacaq və sizin də onların səviyyəsinə çatma potensialınız araşdırılacaqdır.
İNFORMASİYA AXINI
Son illərdə suyun stəkandan dolub daşdığı kimi beynəlxalq media sahəsinə dolan jurnal və kitabların həcmi o qədər artıb ki, artıq onları izləmək mümkünsüz hala gəlib çatıb. Digər tərəfdən də kompüterin kəşfi və faks aparatının da bura daxil olması sözün həqiqi mənasında informasiya axınına səbəb oldu.
Bir neçə il öncə adi bir insan informasiya “çayında” rahatlıqla səyahət etdiyi halda, indi həmin informasiya “çayları” bizi udmaqla hədələyən gur axan “selə” çevrilib.
İndi isə oxumağı necə öyrəndiyinizə, sürətli oxunun tarixi inkişaf mərhələlərinə və “sürətlilərə” çatmaq potensialınıza nəzər salaq.
OXUMAĞI NECƏ ÖYRƏNDİNİZ?
Oxumağı hansı üsulla öyrəndiyinizi xatırlayırsınızmı?
Səs üsulu
Səs üsulu ilə uşağa əvvəlcə əlifba A-dan Z-yə qədər öyrədilir. Sonra hər bir hərfin səsi verilir. “A” olur “a”, “B” olur “bı”. Daha sonra isə uşağa hər bir hərf və səs söz kimi deyilir. Yəni “pişik” sözü əvvəlcə “piii-i-şii-k” formasında tələffüz edilir. Uşaq səsləri düzgün tələffüz edəndə ondan bunu ürəyində etməsi istənilir. Adətən, bu son mərhələyə çox zaman sərf edilir. Buna səbəb isə bəzi uşaqların və hətta yeniyetmələrin hər hansı bir sözü ürəyində oxuyarkən dodaqlarını tərpətməmək mərhələsini aşa bilməmələridir. Lakin bu mərhələni keçənlərin bəziləri hələ də sözləri öz-özünə, uca səslə tələffüz edir, buna da “alt səsləndirmə” deyilir.
Bax və de üsulu
Bax və de üsulu da sözlərin və səslərin qarşılıqlı əlaqəsi prinsipinə əsaslanır. Uşağa bir şəkil göstərilir (məsələn inək şəkli). Şəklin altında da bu rəsimdəki nəsnənin adı yazılır (inək). Müəllim uşaqdan düzgün cavabı soruşur və səhv cavab verdiyi halda (məsələn fil desə) ona doğru cavabı öyrədir və digər sözə keçilir. Uşaq məqbul sayılacaq səviyyəyə çatdıqda oxumağı səs üsuli ilə öyrənən digər uşaqla eyni mövqeni paylaşacaq.
Həqiqi oxu nədir?
Uşağın sözləri qavrayıb bir dəfə ürəyində deməsi ilə onun oxumağı öyrəndiyini fikirləşirlər. Böyüklər əgər o, oxumağı bir dəfə öyrəndisə, deməli, bunu davam etməlidir düşünərək ona sonrakı dövrlərdə oxu prosesi ilə bağlı çox az şey öyrədirlər.
Oxumağı bacarmaq oxu prosesinin sadəcə ilk mərhələsi olduğundan bu cür düşünmək doğru deyildir. Uşağı bu vəziyyətdə buraxmaqla “iməkləməyi öyrəndisə, demək, bütün hərəkətləri bilir” demək düz mütənasibdir. Halbuki, yeriməyi, qaçmağı, rəqs etməyi öyrətmək lazımdır.
Bu nümunəni oxu prosesinə də aid edə bilərsiniz. Döşəmənin üstünə qoyulduğumuzda iməkləyirik, artıq yeriməyi, qaçmağı, rəqs etməyi öyrənmək zamanıdır.
SÜRƏTLİ OXUNUN İNKİŞAFI
Sürətli oxu XX əsrin əvvəlində vulkan şəklində meydana çıxan kitab, jurnal və bu kimi başqa nəşrlərin insanlar tərəfindən normal oxu sürəti ilə oxuna bilməməsindən yarandı. Lakin bu məsələni həll etmək yolunda ilk addım təəccüblü olsa da, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən atılmışdır.
Birinci Dünya müharibəsində Hərbi Hava Qüvvələrinin taktikaçıları gördülər ki, pilotlar müəyyən bir məsafədən sonra təyyarələri bir-birilərindən seçə bilmirlər. Hava müharibələrinin ölüm-qalım mücadilələrində bu vəziyyət dezavantaja səbəb olduğundan taktikaçılar bunun həll yollarını axtarmağa başladılar. Araşdırmalar nəticəsində böyük bir ekranda qısa fasilələrlə dəyişən görüntülərin yanıb-söndüyü takitoskop aparatı yaradıldı. Daha sonra dost və düşmən təyyarələrinin olduqca böyük şəkilləri çox qısa fasilələrlə bu aparat vasitəsilə pilotlara nümayiş etdirildi. Bir müddət sonra şəkillərin və fasilələrin ölçüsünü azaltmağa başladılar. Əldə edilən nəticə heyrətləndirici idi: belə ki, bir insan orta hesabla saniyənin beş yüzdə biri qədər müddətdə ekranda nöqtə böyüklüyündə görünən təyyarə şəkillərini belə bir-birindən ayıra bilirdi.
Göz bu qeyri-adi sürətdə öz funksiyasını tam yerinə yetirə bilirdisə, deməli, oxu sürəti də kökündən dəyişdirilə bilərdi. Beləliklə də, burada əldə edilən biliklər sürətli oxu sahəsinə köçürüldü. Sürətli oxu sahəsinin inkişafında da takitoskop aparatından istifadə edilirdi: sözlər ekranda böyük formada beş saniyəlik zaman ərzində göstərildikdən sonra həm sözün ölçüsü, həm də zaman müddəti azaldılırdı. Nəticədə, saniyənin beş yüzdə biri qədər olan müddətdə ekranda eyni anda dörd sözün görünməsinə baxmayaraq, üzərlərində təcrübə aparılan şəxslər onları oxuya bilirdi.
Bu kəşflər nəticəsində bir çox sürətli oxu kursunun təməlində fləşkart və ya takitoskop (sabit ekran təlimi də deyilir) aparatı dayanmağa başladı.
Bu təlimlər sayəsində insanın oxu sürəti dəqiqədə iki yüz sözdən dörd yüz sözə qədər yüksəldi. Qulağa xoş gəlir: əvvəlki sürətin iki qatıdır.
Lakin riyaziyyatı bilirsinizsə, bir şeylərin doğru olmadığını başa düşəcəksiniz. Əgər göz hər hansısa bir simvolu (təyyarə və ya söz) saniyənin beş yüzdə biri qədər müddət ərzində görürsə, bir dəqiqədəki oxu sürəti 60 saniyə × saniyədə 500 = 30.000 (yəni balaca bir cib kitabının həcmi) olmalı deyilmi? Bəs iyirmi doqquz min altı yüz söz hara yox oldu?
Takitoskop təlimçiləri bunun fərqinə varmadan işlərinə davam edirdilər. Bu təlimlərdə iştirakçıların inkişafı on vahidə bölünərək dəqiqədə yüz-dörd yüz sözlük qrafiklərlə ölçülürdü (baxın şəkil 3a). Sistemli təlimlərlə bir çox iştirakçı iki yüz sözdən dörd yüz sözə yüksələ bilirdi. 43-cü səhifədə göstərildiyi kimi məktəbli ilə magistratura tələbəsi arasındakı fərq bundan bəhs edir. Takitoskopla öyrədilən iştirakçılar bir neçə həftə sonra oxu sürətlərindəki inkişafdan narazılıqlarını bildirməyə başladılar. Bu iştirakçılardan bəzilərinin dediyinə görə, kursu bitirdikdən qısa bir müddət sonra oxu sürətləri əvvəlki səviyyəyə qayıtmışdı. Bu normal yetkin oxucunun oxu sürətinin azalmasına bənzəyir.
Son araşdırmalardan sonra məlum oldu ki, normal oxu sürətinin limiti iki yüz-dörd yüz söz arasındadır və bir çox insan bu limitdən də aşağı səviyyədə oxu sürətinə sahibdir. Takitoskop təlimlərində qeydə alınan yüksək göstəricilərin səbəbi verilən təlimlərin səviyyəsindən daha çox iştirakçıların kurs boyunca yüksək motivasiyaya sahib olmasıdır. Bu üsulun uğursuzluğa düçar olmasının başqa səbəbini də bir müşahidə qanununa nəzər salaraq açıqlaya bilərik: bir şeyi dəqiq görmək üçün gözünüz o nəsnəyə fokuslanmalıdır.
Fərdi inkişaf Nizamlı təlim
Ortalama irəliləmə Takitaskop təlimi
Fərdi inkişaf Takitaskop təlimi
Oxuma sürəti (dss)
Oxuma sürəti (dss)
Şəkil 3
a) Takitaskopla təlim qrafiki
b) Takitaskopla təlim fəailiyyətini təbii oxuma sürətilə qarşılaşdıran qrafik
Son otuz il
Zaman keçdikcə takitoskopun sürətli oxu sahəsində uğurlu olmaması anlaşılsa da, o bu təlimlərin əsas təməli olmağı bacarmışdı.
1960-cı illərə qədər içlərində amerikalı İvlin Vud kimi şəxslərin də olduğu araşdırmaçılar yetərli təlimlərlə gözlərin daha sürətli hərəkət edə, anlama səviyyəsinin isə dəqiqədə dörd yüz sözə qədər yüksələ bildiyini kəşf etdilər.
Müxtəlif dinamik oxu kurslarının meydana çıxması ilə sürətli oxunun sərhəddi yeni “Böyük limitə” doğru genişləndi – bir dəqiqədə min söz.
Sürətli oxu üsulundan istifadə edərək uğur qazanan ABŞ prezidenti Con Kennedi kimi məşhur simaların sayəsində də dinamik oxu kursları çoxaldı və müxtəlif formalara ayrıldı. Bunlardan biri də gözün optik imkanlarına əsaslanan foto-oxu kurslarıydı.
XXI əsrə girərkən – Zehni oxu
“Sürətli oxu” kitabının təkmilləşdirilmiş bu nəşrindəki inqilabi yenilik oxu prosesinin ilk öncə gözlərimiz vasitəsi ilə deyil, beynimizlə gerçəkləşən fəaliyyət olduğunu nəzərə çatdırmaqdır.
Bu önəmli kəşf sürətli oxu sahəsinə yeni yanaşma gətirdi. “Sürətli oxu” kitabında həm göz, həm də beyin bacarıqlarımızı inkişaf etdirməyimizə kömək edən araşdırmalar təqdim edilir. Beləliklə, bu iki bacarığı, sizi zehni enerji deposu halına gətirəcək tək maşın formasına sala biləcəksiniz.
DÜNYA REKORDÇULARI
Bu mərhələdə təqdim olunan şəxslərin oxu sürəti sizi təəccübləndirəcək. Lakin bu kitabı bitirən kimi onların rekordlarını qırmaq istəyəcəksiniz.
Sürətli oxu testləri roman oxumaq üzərində qurulur. Oxucu, bir romanı bacardıqca sürət ilə oxuyub bitirdikdən sonra o kitabı dərinliyinə qədər təhlil edən insanlarla müzakirə edir. Bu müzakirələr əsərin əsas hissələri ətrafında aparılmalıdır: obrazlar, struktur, fəlsəfə, simvollar, dil quruluşu və üslubu.
Sürətli oxu sahəsindəki rekordçular:
Şəxs
Ölkə
Bir dəqiqədə oxuduğu söz sayı
Sin Adams
ABŞ
3850
Kyetil Qunnarson
Norveç
3050
Vanda Nors
İngiltərə
3000
Kris van Eykın
Hollandiya
2520
Misimna Korke
Misimna Korke
2100
Luk van Hof
Hollandiya
1906
Maykl Qelb
Hollandiya
1805
Kinnamon Adam
ABŞ
1782
Ceyms Lonqvors
İngiltərə
1750
Frank van dr. Pol
Hollandiya
1560
Əgər sürətli oxu sahəsindəki bu xüsusi şəxslərin arasına qatılmaq istəyirsinizsə, bu kitabı ətraflı şəkildə oxuyun, “gözucu” məşqlərini edin, dünyanın hər yerində olan “Beyin klublarına” üzv olaraq o günə qədər olan ən yüksək oxu sürətlərinizi bizə göndərin və Dünya Sürətli Oxu Çempionatına qatılın.
SÜRƏTLİ OXU POTENSİALINIZ
İnkişaf etdirilməli olan sürətli oxu potensialınız indiki sürətinizin iki qatı qədərdir. Ən son mərhələdə isə dəqiqədə min sözlük sürətə çata bilərsiniz. Bu potensial yuxarıda qeyd etdiyimiz dünya çempionlarında da eynidir.
Onların hər biri sizin və mənim kimi başlanğıcda normal oxu sürətlərindən narazı olan, lakin bunu aradan qaldırmaq üçün zaman və çaba sərf etməyi gözə alan insanlardır. “Sürətli oxu” kitabı bu insanların açdığı cığırla getməyiniz üçün sizin qarşınızda böyük imkanlar yaradır.
XÜLASƏ
1. Uşaqlara oxumağı öyrətmək üçün səs və bax-de üsulları vardır.
2. Bu üsullar bizə oxumağın sadəcə ilk mərhələsini keçməyi öyrədir.
3. Sürətli oxu Britaniya Hərbi Hava Qüvvələrində aparılan bir araşdırmanın nəticəsində ortaya çıxıb. Taxitoskop aparatı ilə verilən təlimlərdə insanların bir neçə həftə sonra yenidən əvvəlki oxu sürətinə qayıtmasına baxmayaraq, bu aparat oxu sürətini ikiqat artırmağa kömək oldu.
4. Dinamik oxu kursları dəqiqədə dörd yüz söz limitini keçdi.
5. İndi bilirik ki, əslində oxu fəaliyyətini həyata keçirən beynimizdir.
6. Dünyada Ən Sürətli On oxucunun sürəti dəqiqədə min beş yüz ilə üç min səkkiz yüz əlli söz arasında dəyişir.
7. İnkişaf etdirməli olduğunuz sürətli oxu potensialınız başlanğıc mərhhələdə onlarla eynidir.
DİQQƏT EDİLMƏLİ OLAN NÖQTƏLƏR
1. Beş dəqiqədən də az bir müddətdə bu kitabdan indiyə qədər oxuduğunuz məlumatları bir daha gözdən keçirin.
2. Bu hissəni bitirdikdən sonra sürətli oxu hədəflərinizi bir daha yoxlayın, bəzilərini dəyişdirmək istəyə bilərsiniz.
3. Qeyd dəftərinizdə daha sonrakı sürətli oxu dərsinizin tarixinə baxın.
4. Üçüncü hissəyə gözucu baxmaq üçün bir dəqiqənizi ayırın.
NÖVBƏTİ HİSSƏ
Artıq hədəflərinizi yaradaraq, sürətli oxu tarixi ilə bağlı məlumatlara sahibsiniz. Yaxın zamanda mütəxəssisi olacağınız sürətli oxu sahəsinin tərifini verməyə hazırsınız.
ÜÇÜNCÜ HİSSƏ
OXU – YENİ TƏRİF
Tərif konkretliyin, konkretlik isə hədəflərinizin rəhbəridir.
ÖNSÖZ
“Oxu nədir?” deyə özünüzə sual verin və bu haqda düşündüklərinizi aşağıdakı boşluğa yazın:
........................................................................................................................................................................................................................................................................................................................................................................................................
İndi isə öz yazdığınızı, “oxu, yazarın nə demək istədiyini anlamaqdır”, “Oxu, sözlərin yazılışını qavramaqdır”, “oxu, dərc olunmuş məlumatların mənimsənilməsidir” kimi təriflərlə müqayisə edin.
Bu təriflərin hər biri oxu prosesinin sadəcə müəyyən bir hissəsini əhatə edir. Düzgün tərif isə bütün oxu bacarıqlarını özündə ehtiva etməlidir.
Üçüncü hissə bütün oxu bacarıqlarınızı inkişaf etdirəcək şəkildə oxumağın tərifini verəcək.
OXU – YENİ TƏRİF
Oxu əslində aşağıdakı addımları əhatə edən yeddi pillədən ibarətdir:
1. Tərif vermək
Tərif, əlifbadakı işarələr haqqında məlumatınızdır. Bu addım oxumağa başlamadan əvvəlki mərhələdir.
2. Mənimsəmə
Sözdən əks olunan işığın göz tərəfindən alınaraq optik sinirlər vasitəsi ilə beyinə ötürüldüyü mərhələdir.
3. Ara-bütövləşmə
İlkin başa düşülənlə ekvivalentlik təşkil edən ara-bütövləşmə, oxunan məlumatın bütün hissələri ilə əlaqə qurulan mərhələdir.
4. Üst-bütövləşmə
Əvvəlki məlumatlarınızı uyğun əlaqələr, tənqid, analiz, dəyərləndirmə və imtina etmək vasitəsi ilə oxuduğunuz şeyə inandığınız mərhələdir.
5. Yaddaşa yazmaq
Məlumatların bir yerə toplanmasıdır. Bir çox insan beyni, lazımlı məlumatlarla dolu şəkildə imtahana girib çıxdıqdan sonra o məlumatları xatırlamır. Elə isə tək başına gücsüz olan yaddaş xatırlamaq funksiyasının ona yoldaşlıq etməsini istəyir.
6. Yada salmaq
Vacib məlumatların lazımlı anda geri qaytarılmasıdır.
7. Ünsiyyət
Məlumatın anındaca və ya sonradan istifadə edilməsidir. Ünsiyyət yazılı və şifahi şəkildə olduğu kimi, sənət, rəqs və digər yaradıcı ifadə vasitələri ilə də qurula bilər.
Ünsiyyət, həyati təcrübəyə sahib, amma tez-tez ladeyd münasibət görən fəaliyyəti də – düşünməyi – əhatə edir. Dü-şünmək sizin daimi bir üst-bütövləşmə fəaliyyətinizdir.
Bu tərifin işığında əsas olaraq “Ağlını işlət” kitabında verilən aşağıdakı oxumaq və öyrənmək problemləri ilə:
görmək yorğunluq xatırlamaq
sürət tənbəllik səbirsizlik
anlamaq bezginlik söz haqqında məlumat
müddət maraq uca səslə tələffüz
miqdar analiz yazı şəkli
mühit tənqid bədii üslub
qeyd aparmaq motivasiya seçmək
toplama dəyərləndirmə imtina etmək
yaş tənzimləmə konsentrasiya
qorxu geriləmə geriyə qayıtmaq
bu kitabda danışılan daha əsas öyrənmək problemlərinin: yazını görməyi, mənimsəməyi, qavramağı, başa düşməyi, yaddaşa qazımağı, xatırlamağı və paylaşmağı öyrənən oxucu tərəfindən daha asan şəkildə həll ediləcəyini görəcəksiniz.
XÜLASƏ
1. Oxu çox mərhələli prosesdir.
2. Əgər sürətli oxucu olacaqsınızsa, hər bir mərhələ inkişaf etdirilməlidir.
DİQQƏT EDİLMƏLİ OLAN NÖQTƏLƏR
1. Sizin üçün oxunun yeddi mərhələsinin inkişaf etdirilməsi ən vacib olandan başlayaraq sırayla düzün.
2. Yuxarıda göstərilən problemlər içərisindən sizdə olanı seçin.
3. Beş dəqiqədəndə az bir zamanda sonrakı fəsilə nəzər salın.
NÖVBƏTİ FƏSİL
Bilgi bünövrəniz atıldı. İndi kainatdakı ən heyrətamiz kamera olan gözlərinizi ətraflı şəkildə incələməyə başlayırıq.
İKİNCİ FƏSİL
GÖZLƏRİNİZİN HEYRƏTAMİZ GÜCÜ