Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sürətli oxu», sayfa 3

Yazı tipi:

DÖRDÜNCÜ HİSSƏ

SÜRƏTİNİZİN VƏ ANLAMAQ SƏVİYYƏNİZİN ARTMASI ÜÇÜN GÖZ HƏRƏKƏTLƏRİNİZ ÜZƏRİNDƏ NƏZARƏTİN QURULMASI

Göz, insanın sahib olduğu ən sehrli optik mexanizimdir. Gözlərimiz yüksək dərəcədə inkişaf etmiş teleskop və mikroskoplarla belə müqayisə edildiyində öz sehrini itirmir. Bu xariqüladə orqanın təbiətinin araşdırılması və təhlil edilməsi nəticəsində qeyri-adi nəticələr əldə edilə bilər.

ÖN SÖZ

Bu hissədə gözləriniz haqqında bilmədiyiniz bəzi həqiqətləri öyrənəcək, oxuyarkən gözlərinizin necə hərəkət etdiyini təhlil edəcək, oxu sürətinizi və anlamaq səviyyənizi dərhal artırmaq üçün beş yeni medodla tanış olacaqsınız.

GÖZLƏRİNİZ HAQQINDA BƏZİ HEYRƏTAMİZ HƏQİQƏTLƏR

Gözləriniz kainatdakı möhtəşəm mexanizmlərdən biridir! Aşağıdakı heyrətamiz həqiqətlər haqqında bir azca düşünün:

Hər bir gözünüz yüz otuz milyon işıq qəbuledicisinə sahibdir. Hər bir qəbuledici isə özlüyündə saniyədə ən azı beş işıq dəstəsini qavraya bilir.

Gözləriniz on milyondan çox müxtəlif rəngi seçə bilir.

Harmoniya şəklində işləyən işıq qəbulediciləriniz bir saniyədən də az bir müddətdə milyardlarla bilgi hissəciyini daşıyan görüntünü superfotoqrafik dəqiqliklə deşifrə edə bilir.

İsveçrədəki Kerne Laboratoriyasından verilən məlumata görə, gözlərimizin gücünə sahib bir aparat düzəltmək altmış səkkiz milyon dollara başa gələr.

Laboratoriyanın məlumatına görə bu mexanik “göz” tərpənməz və ev böyüklüyündə olar.

Göz bəbəyində dəyişilmələr

Bəzən hiss edirik ki, göz bəbəklərimiz işığın gurluğuna və nəsnənin yaxınlığına görə böyüyüb kiçilə bilir. İşıq nə qədər parlaq, baxılan nəsnə nə qədər yaxındırsa, göz bəəkləri də bir o qədər kiçik olur.

Qərbli elm adamları göz bəbəkləri ölçüsünün hislərə görə də dəyişdiyini deyirlər. Misal üçün, sizi cəlb edən bir görüntü ilə (qarşı cinsdən cazibədar biri ilə) qarşılaşdıqda göz bəbəyiniz böyüyəcək. Göz bəbəklərinizdəki bu dəyişiklik az da olsa diqqətlə baxıldıqda görülə bilinir. Çinli zərgərlər illərdir bu bilgidən istifadə edir. Nəzər salması üçün alıcıya qızıl üzük verən zərgər, müştərinin göz bəbəklərindəki dəyişikliyi görməkdən ötrü bütün diqqəti ilə onun gözlərinə baxır. Alıcının göz bəbəklərinin istədiyi səviyyədə böyüdüyünü görən zərgər, müştərinin tora düşdüyünü və lazım olan məbləği ödəyəcəyini bilir. Sürətli oxucu olaraq əgər bir şeylə maraqlanırsınızsa demək göz bəbəkləriniz içəri daha çox işığın girməsini təmin edəcək səviyyədə böyüyəcək. Başqa bir sözlə, bir şeylə nə qədər çox maraqlanırsınızsa, beyniniz gözlərinizin arxasındakı qapalı pərdələri açacaq: beləliklə də, əlavə cəhd göstərmədən gözlərinizin (və sizin) bir saniyədə qəbul etdiyi məlumat miqdarı artacaqdır.

Başınızın arxasındakı gözlər

Torlu qişadakı işıq qəbulediciləri tərəfindən udulan qarışıq simvollar optik sinirlərə göndərilir və beyninizin görməklə əlaqəli hissəsinə (beynin arxa yarımkürəsi) ötürülür. Arxa yarımkürə gözlərinizin yox, kəllə sümüyünüzün arxa hissəsində yerləşir. Müşahidə qabiliyyəti yaxşı olan adamlara deyilən “sanki başının arxasında gözü var” ifadəsi də buradan yaranmışdır.

Oxu fəaliyyətinizi reallaşdıran, məlumat toplamaq üçün gözlərinizi səhifələr üzərində hərəkət etdirən beyninizin arxa yarımkürəsidir. Bu bilgi sonrakı hissələrdə açıqlanacaq inqilabi əhəmiyyətə malik olan sürətli oxunun təməlini yaradır.

Gözlərlə bağlı bu qeyri-adi məlumatlar sayəsində ənənəvi oxu vərdişləri və oxu sürətləri təlimlərinin səhv olduğunu görəcəksiniz. Əgər gözlərimizin işləmə formasını qavraya və uyğun şəkildə idarə edə bilsək, onların funksiyaları lazımi şəkildə yüksələcək.

REALLIQDA GÖZLƏRİNİZ NECƏ OXUYUR?

Oxuyarkən gözlərimiz kiçik və davamlı sıçrayışlar edir. Bu sıçramalar, bir fasilə nöqtəsindən digərinə doğru reallaşır və hər bir fasilə nöqtəsində birdən çox söz olur. Yəni gözlər səhifə üzərində düz bir şəkildə hərəkət etmir. Soldan sağa kiçik sıçramalarla, başqa bir sıçrama etmədən əvvəlcə bir və ya iki söz oxuya bilmək üçün qısa bir müddət fasilə verərək oxu prosesini davam etdirir. (bax şəkil 4a, səh.60).

Göz hərəkət və fasilə zamanındaykən məlumatlar yalnız fasilə vaxtı qavranılır. Oxu prosesinin çoxunu bu fasilələr tutur. Hər bir fasilə 0,5 və 1,5 saniyə arasında olduğuna görə bu fasilələrə daha az zaman ayıraraq oxu sürətini dərhal artırmağınız mümkündür.

Şəkil 4b zəif oxucunun göz hərəkətlərini göstərir. Bu oxucu, mətni yaxşı anlamaq üçün lazım olanın iki qatı qədər fasilə verir. Daha çox fasilə verməyinin səbəbi onun sözləri yenidən oxumağı, düzgün anladığından əmin olmaq üçün tez-tez əvvələ qayıtmasıdır. Bu geri qayıtmalar (vərdişə çevrilərək yenicə oxunan sözə qayıtma) və təkrar-təkrar oxumalar (oxucunun şüurlu şəkildə arada qaçırdığını və ya yaxşı anlamadığını düşündüyü sözlərə qayıtması) zəif oxucunun hədsiz dərəcədə fasilə verməsinə səbəb olur.

Bu haqda aparılan araşdırmaların birində, oxunulan yerə geri qayıtmağa və yenidən təkrar-təkrar oxumağa icazə verilmədiyi üçün iştirakçıların 80-nin əslində oxuduqları mətni qavradıqları və sonrakı cümlələri oxuyarkən onları mənimsədiyi ortaya çıxmışdır. Sürətli oxucu, oxu sürətini aşağı salan bu lazımsız təkrarlara çox nadir hallarda ehtiyac duyur. Əgər hər bir geri qayıtma və təkrar oxu bir saniyəni alırsa və hər sətirdə ən azı iki dəfə edilirsə, bu orta hesabla qırx sətirdə bir dəqiqə iyirmi saniyənin boşa getməsi deməkdir. Üç yüz səhifəlik normal bir kitab üzərində hesablama aparsaq, bir dəqiqədə 20 saniyə x 300 səhifə = 400 dəqiqə = 6 2/3 saatın boş yerə xərclənməsi deməkdir.

SÜRƏTLİ OXUCU

Şəkil 4c-də geri qayıtmalar və təkrar-təkrar oxumalar deyil, uzun sıçrayışlar edən sürətli oxucunun diaqramı verilmişdir. Sürətli oxucu hər fasilədə bir yox, üç, dörd ya da beş sözü qavrayır.

Bu an üçün hər fasilənin yarım saniyə olduğunu düşünsək, ortaya qəribə bir tablo çıxar. On iki sözdən ibarət olan normal bir sətirdə hər fasilə zamanı ancaq bir söz qavrayan və iki dəfə geri qayıdan yaxud da yenidən təkrar-təkrar oxuyan zəif oxucu, 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 + 1/2 = 7 saniyə sərf etdiyi halda, hər saniyədə üç və ya dörd söz qavrayan, heç zaman geri qayıtmayan və yenidən təkrar-təkrar oxumayan sürətli oxucu isə 1/2 + 1/2 + 1/2 + 1/2 = iki saniyə sərf edir.

Gözün işləmə mexanizmində kiçik bir düzəliş edən sürətli oxucu, zəif oxucudan 350 % daha çox və sürətli oxuyur.

Anlama

Sanki “Bir dəqiqə dayanın. Yaxşı anlamaq üçün yavaş və diqqətli bir şəkildə oxuyarkən sürətim nə qədər artarsa anlama səviyyəm bir o qədər aşağı düşməzmi?” deyə soruşduğunuzu eşidirəm.

Şəkil 4a. Oxuyarkən gözün əsas irəliləyişini göstərən diaqram

Şəkil 4b. Zəif oxucunun göz hərəkətlərini göstərən diaqram

Şəkil 4c. Sürətli oxucunun göz hərəkətlərini göstərən diaqram

Bu fərziyyə həqiqət kimi görünsə də, kiçik bir araşdırma onun tamamən yanlış olduğunu ortaya çıxaracaq. Əksinə nə qədər sürətli oxusanız, bir o qədər yaxşı anlayacaqsınız. Bunu sübut etmək üçün aşağıda verilmiş cümləni olduğu kimi, yavaş və diqqətli şəkildə oxuyun:

Sürətli oxunun daha yaxşı anlamaq səviyyəsi üçün yavaş oxudan daha yaxşı olduğu təqdiq edilmişdir.

Çətindir? Əlbəttə? Çünki beyniniz bu bezdirici yavaş sürət ilə oxumaq üçün formalaşdırılmayıb. Yavaş və diqqətli oxumaq, get-gedə anlama səviyyənizin azalmasına, çətinliyinizin artmasına səbəb olmaqla yanaşı, həm də beyninizi daha yavaş oxumağa meyilləndirir.

İndi isə aşağıdakı cümləni qruplaşdırılmış sözlərə oxuyun;

İnsan beyninin, gözlərin köməyi ilə, məlumatlar uyğun və mənalı silsilə şəklində qruplaşdırıldığında onları daha tez qavradığı təsdiq edilmişdir.

Beyniniz dəqiqədə dörd yüz və daha artıq söz oxumaq sürətinə rahatlıqla çata bilər. (qeyd olaraq deyim ki, sətri barmaqla izləmək üsulu ilə oxumaq dəqiqədə dörd yüz və daha artıq söz oxumağa imkan yaradır).

Bu səbəblə də, oxu sürətinizdəki yüksəliş anlama səviyyənizdəki yüksəlişi də özü ilə bərabər gətirir. Bu, cümlələrin mənalı söz dəstələri şəklində qruplaşdırılmasıyla beynin məlumatları daha asan qavraması nəticəsində reallaşır.

Əldə etdiyiniz bu yüksək anlama bacarığı, bəlli bir müddət sonra daha yaxşı xatırlamanıza kömək olur, çünki yaddaş, beynin məlumatları məzmunlu qruplara ayırma bacarığına əsaslanır.

Elə isə ilk işiniz, geri qayıtma, yenidən təkrar-təkrar oxuma, hər bir fasilədə çox az söz qavrama kimi pis vərdişlərinizdən yaxa qurtarmaqdır.

Bu pis vərdişlərdən yaxa qurtarmaqdan başqa, sürətinizi artırmağınızın dördüncü bir yolu daha vardır. Əgər sözlər arasında verdiyiniz fasilə müddəti, hər fasilə də bir saniyədirsə, bunu yarıya endirərək (gözün məlumatı saniyənin beş yüzdə biri qədər müddətdə qavradığını xatırlayın) oxu sürətinizi yüksəldə bilərsiniz.

QAVRAMA MƏŞĞƏLƏSİ 1

Aşağıdakı tapşırıq, daha sürətli fasilələr verməyinizə və hər bir “vizual tikədə” daha çox məlumat qavramağınıza kömək olmaq üçün hazırlanmışdır. Beləliklə, özünüzə inamızın artacaq: geri qayıtmalar və yenidən təkrar-təkrar oxuma vərdişlərinizdən qurtulmaq üçün lazım olan motivasiyanı əldə edəcəksiniz. Bu tapşırıq, eyni zamanda ilk baxışda daha çox məlumat əldə etməyinizi təmin edəcək.

Tapşırq həm sağ, həm də sol əllərindən istifadə edən şəxslərin yararlana biləcəyi şəkildə hazırlanıb. Rəqəmlərin üstünü bağlayın. Hər bir rəqəmi görmək üçün əlavə zaman sərf etmədən mümkün olduğu qədər tez müddətdə üstünü açın. Açar-açmaz da bağlamağı unutmayın. Sonra rəqəmin yanındakı boşluğa gördüyünüzü düşündüyünüz rəqəmi yazın və bunun düz olub-olmadığını yoxlayın. Bu prosesi son rəqəmə qədər təkraralayın və bu zaman digər rəqəmləri görməmək üçün üstlərini bağlayın. Səhifələr irəlilədikcə tapşırığın çətinləşdiyini görəcəksiniz, çünki rəqəmlərin pillələri artacaq. Altı pilləli rəqəmlərin öhdəsindən az səhvlə gəldikdən sonra tapşırığı uğurla yerinə yetirmiş olacaqsınız.

Təcrübə qazandıqca, ilk baxışda altı pilləli rəqəmləri xatırlayacaqsınız və bu sizdə özünüzə inam qazandıracaq, oxuyarkən iki və ya daha artıq sözü qavraya biləcəksiniz. Aşağıdakı tapşırıq, bir sonrakı səviyyəyə keçməmişdən əvvəl gözünüzün və beyninizin o səviyyəyə uyğunlaşması üçün lazımlı sayda rəqəmlərlə qruplaşdırılıb.

............26............

............53............

............74............

............79.............

............82............

.............63............

............91............

.............73............

............22.............

............53.............

............35.............

............29.............

............66.............

.............24............

............25.............

.............31….........

............46.............

............02.............

............13............

.............85...........

............72 ............

............43............

............20............

.............67............

............50............

............76............

............23............

.............06............

............40............

............28............

............96............

............88............

............77............

............84............

............45............

.............15............

............21............

.............60............

............83............

............49............

............99............

............78............

............58............

.............87............

............18............

............03............

............277............

............864............

............833............

...........825.............

............013............

...........953............

............736 ............

............425............

............226............

............736............

............129 ............

...........490............

............903............

............363............

............271............

............646............

............736............

............726............

............813............

...........411............

............413............

............361............

............908............

............058............

............862............

...........864............

............832............

...........956............

............864............

............525............

............865............

............37............

............837............

............635............

............747............

...........737............

............109............

............107............

............251............

............747............

............982............

............837............

............825............

...........215............

............211............

............847............

............267............

............880............

............837............

...........626............

............108............

............103............

............411............

............217............

............716............

...........870............

............975............

...........544............

............779............

...........656............

............744............

............458............

............764............

............168............

............216............

............562............

............077............

............641............

............865............

...........655............

............877............

............668............

............755............

............302............

............866............

...........110............

............199............

............617............

............8638............

............7475...........

............7875............

............7356............

............1178............

...........1088............

............2277............

............2436............

............7426............

............8656............

............7655............

...........6423............

............7777............

............6555............

............5433............

...........6545............

............7657............

............5433............

............9880............

............8702............

............8612............

............0188............

............9871............

...........0677............

............8766............

............3343............

............3777............

............2244............

............7544............

...........7702............

............1074............

............7653............

............7654............

............7623............

............8764............

............5433............

............5325............

...........6543............

............6423............

...........7056............

............0653............

...........8765............

............8644............

...........7655............

............6118............

............1154............

............7703............

...........8674............

............5423............

............7534............

............8762............

............5734............

............8277............

............7374............

............7272............

............8862............

............0177............

............1761............

............8767............

............2345............

............7654............

............5433............

............6511............

............6531............

............1075............

............7120............

............9841............

............1106............

............3753............

............2754............

............8297............

...........1173............

............9275............

............4828............

............5702............

............8567............

............3089............

............9861............

............2850............

............8422............

............76542............

............46533............

............75252............

............64322............

............19866............

............98011............

............44904............

...........66255............

............37621............

............64533............

............95412............

............27549............

............95339............

............86422............

............15155............

...........08436............

............85369............

............18643............

............36438............

............74323............

............47721............

............52741............

............76201............

............79285............

............51915............

............29477............

............68244............

............13655............

............01678............

...........29371............

............82102............

............35727............

............44627............

............64652............

............50664............

............45610............

............27392............

............82547............

............99266............

............21420............

............56439............

............47539............

............14733............

............49763............

............38657............

............95079............

............63644............

...........91637............

............30080............

............26091............

............17533............

............14161............

............16843............

............08222............

............93867............

............49653............

............84611............

............42983............

............12548............

...........60258............

............62938............

............46104............

............47250............

............51252............

............52952............

...........83704............

............07650............

...........15733............

............29332............

............62969............

............345783............

............987104............

............201896............

............916846............

............456782............

............376520............

............569832............

...........238755............

............387513............

...........452876............

............984764............

............045018............

............298436............

............112785............

............090769............

............234743............

............954137............

............564220............

............759484............

............887632............

............656892............

............876926............

............332558............

...........031410............

............476831............

............517195............

............219575............

............376490............

............857393............

............438753............

............386280............

............875316............

............619474............

...........219564............

............219575............

............376982............

............487615............

............085377............

............764973............

............387520............

............114874............

............978564............

............576330............

...........103866............

............657894............

............984372............

............349715............

............769103............

............496511............

...........041673............

............392588............

............643192............

............567682............

............638726............

............284191............

............116794............

............767936............

............436795............

............432615............

...........998665............

............816155............

............654732............

............764130............

............284938............

............084503............

............563982............

............278402............

............876944............

............801019............

............932548............

............342988............

............478902............

............865014............

............543790............

............987655............

............037686............

............765839............

............258765............

............965411............

............423699............

............356794............

...........157894............

............763297............

...........538722............

............090808............

............443245............

............5778392............

............121377............

............578343............

............987532............

............013677............

............467832............

............284680............

............538763............

............998577............

............105790............

............334877............

...........857644............

............876653............

............664893............

............189568............

............356543............

............987564............

............467558............

............958747............

............465379............

............836753............

...........556794............

............001579............

...........567833............

............378696............

............189696............

............276460............

...........354673............

............287655............

............801568............

............765844............

............968477............

İndi isə “Sınaq imtahanı 2”-yə keçin. Bu hissədə öyrəndiklərinizi tətbiq edin.Yəni geri qayıtma və yenidən təkrartəkrar oxuma kimi pis vərdişlərinizdən qurtulun, sözlər arasında qısa fasilələr verin və hər bir fasilədə daha çox sözü qavramağa çalışın. Oxumağa başlamadan əvvəl saatınızı işə salın və oxumağı bitirən kimi dayandırın.

Üstəgəl bir qaydası

“Üstəgəl bir qaydası”nı sadə bir cümlə ilə belə ifadə edə bilərik: daha sürətli oxu üçün cəhd etməyə başladığınızda əvvəlki ən yüksək sürətinizdən ən azı bir söz artıq oxumağa çalışın. Bu yolla lazımsız yerə stress keçirməyəcək, sürətinizi dəqiqədə on sözdən çox artrdığınızı hiss edəcək, beləliklə də, sürətli və yaxşı oxuya bildiyiniz üçün özünüzə olan inamınız artacaq və hədəflərinizə rahatlıqla çatacaqsınız.

SINAQ İMTAHANI 2.

İbtidai dövrdən xristianlığa qədərki incəsənət

Giriş

İncəsənət insan beyninin ən təsirli ifadə vasitələrindən biridir. Tarixin ilk dövrlərindən üzü bəri, əlin və fırçanın arxasındakı düşüncələrin, ifadələrin ən mükəmməl və dolaşıq formaları ila məşğul olmuşdur. Aşağıdakı mətnlər, incəsənət tarixinin ən qəribə hesab etdiyimiz dövrləri haqqındadır.

İbtidai incəsənət

Bütün incəsənət növlərinin təməli eramızdan da əvvəlki dövrlərə qədər uzanır. Fil dişlərindən və sümükdən düzəldilmiş heyvan fiqurları, şimali İspaniya və cənubi Fransadakı mağara divarlarında aşkar edilmiş rəsmlər qeyri-adi gücləri və bu günə qədər qoruyub saxladıqları “müasirlikləri ilə” hələ də öz aktuallıqlarını saxlayırlar. Bunların bəziləri e.ə. 40.000 – b.e 10.000-ci illəri arasında hazırlanmışdır. Bu tapıntıların şəkillərində və çıxarılmış surətlərində sənətkarların mamont, bizon, maral, çöl donuzu, vəhşi at kimi heyvanların seçdikləri və ön plana çəkmək istədikləri xüsusiyyətlərini əks etdirmə üsulları, onların anatomiyaları haqqında bilgiləri; qara və qırmızı torpaq boyasından istifadə etməklə onların bədən formalarını və hərəkətlərini olduğu kimi göstərmək bacarıqları diq-qətimizi çəkir.

Daha sonralar isə bənzər həyatı yaşayan başqa insanların da hazırladığı və müqayisə etməyə dəyər rəsmlər də tapılmışdır. Başqa cür desək, afrikalı mağara adamının hazırladığı heyvan fiqurları və rəsmləri on doqquzuncu əsr Avropa sənətkarlarının hazırladıqları qədər gözəl və üslub baxımından da olduqca yaxındır. Mədəniyyət inkişaf etdikcə ovçuluq dəyərini itirməyə və qəbilə şəklində yaşamaq üstünlük təşkil etməyə başlamışdır. Daşdan və bürüncdən hazırlanan əşyalar daha da təkmilləşdirilmiş, dulusçuluq və toxuculuq geniş yayılmış, kənd təsərrüfatının inkişafı nəticəsində isə pis ruhları qovmaq üçün müxtəlif ritualllar meydana gəlmişdi. O zamanlarda da ibtidai icma quruluşları Polineziya adasında bu gün də yaşayan yerli qəbilələr kimi, yalnız öz dinləri ilə əlaqəli sənətlərlə maraqlanmışlar. O dövrlərdə heykəltəraşlıq vacibliyinə görə rəsm sənətini ötüb keçmişdi: üç ölçülü heykəllərin həyata təsir edən gücləri təmsil etdiyi düşünülürdü. Rəsm sənəti isə işarələr və simvollar silsiləsinə çevrilmişdi.

Antik Aralıq dənizi dünyası

Antik Aralıq dənizi dünyasında təsviri sənətin üç istiqaməti var idi.

Birincisi, tünd xətləri və sadə rəngləri ilə bir növ modern tablolara bənzəyən divar rəsmləridir. Antik misirlilər divar rəsmlərindən məbədlərin çöl hissəsini bəzəmək üçün istifadə edirdilər. Bu rəsmlər, parlaq rənglərdən ibarət az da olsa, hiss edilən qabartmalar şəklindədir. Bu günümüzə qədər gəlib çatan Misir rəsmlərinin bir çoxu məzar divarlarındadır və onlar ölən şəxsin həyatından fraqmentləri əks etdirir. Bu rəsmlərdə bədii ənənədən istifadə olunub. Misal üçün kişi rəsmləri qırmızı, qadın rəsmləri isə sarı rəngdədir; baş və ayaqlar hər zaman yan tərəfdən, bədənin qalan hissələri isə bizə dönük formada verilirdi. Misirli rəssamların çəkdiyi ziyafət, rəqs, Nil çayının sahilində ov və balıq tutma mərasimləri bugün də öz keyfiyyətini qoruyub saxlayır. Knossos sarayında olan antik Yunan Mədəniyyətinə aid divar rəsmləri, parlaqlıq, sadə rənglər və gözə çarpan xətlər baxımından antik Misirdəki rəsmlərə bənzəyir. Lakin Knossos sarayındakı rəsmlər tamamən dünyəvi xüsusiyyət daşıyır.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
233 s. 22 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri

Bu yazarın diğer kitapları