Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qutadqu bilik», sayfa 3

Yazı tipi:

– Səni xaqanla tanış edəcəyəm. Beləcə, istədiyinə çatarsan. Amma xaqanın suallarına doğru cavab verərsənmi, səni köməkçisi götürərmi, ya yox, bunu bilmirəm.

Aydoldu çox sevindi. Hacibə və özünü onunla tanış edən dostuna təşəkkür etdi. Amma Hacib onu sonuncu dəfə yoxlamaq istəyirdi. Aydolduya baxıb dedi:

– Gərək tələsməyəsən. Mən xəbər edənədək səbir edə biləcəksənmi? Yalnız vaxtı çatanda səni xaqanla görüşdürə bilərəm.

Aydoldu cavab verdi:

– Bilirəm ki, hansı işdə tələsərlərsə, o iş uzanıb gecikər. Tələsik görülən işlər peşmanlıqla nəticələnər. Hər iş öz vaxtında olar. Mənə vaxt ayırıb dəyər verdiniz. Görüşüb sözlərimi dinlədiniz, məni tanıdınız. İndi nə etməli olduğumu, işin ən doğru vaxtını siz daha yaxşı bilirsiniz. Səbirlə sizdən xəbər gözləyəcəyəm.

Hacibin Aydolduya sevgisi bir az da artdı. Çünki Aydoldunun tələskən olub-olmadığını anlamaq istəmişdi. Amma Aydoldu tələsik işin sonunun yaxşı olmadığını, səbirli davranmağın önəmini bildiyini çoxdan göstərmişdi. Hacib Aydoldu və Küsəmişi xeyir-dua ilə yola saldı. Aydoldunun ağıllı insan olduğunu anlamışdı. Artıq könül rahatlığı ilə Xaqan Gündoğduya ondan bəhs edə bilərdi.

Xaqan Gündoğdu ilə Aydoldunun görüşü

Aradan xeyli vaxt keçdi. Nəhayət, Hacib uyğun zamanın yetişdiyini düşünüb Xaqan Gündoğdunun yanına getdi. Gündoğdu məyus halda taxtında oturmuşdu. Ən etibatlı adamlarından olan Hacibi görəndə sevindi. Hacib xaqana salam verib vaxt itirmədən söhbətə başladı:

– Xaqanım, Aydoldu adlı bir ağıllı adamla tanış olmuşam. Ona cürbəcür suallar verdim. Onu yaxşıca ölçüb-biçib sınağa çəkdim. Ağıllı, bilikli, çalışqan və çox yaxşı insan olduğunu gördüm. Davranışını da çox bəyəndim. Əgər uyğun görsəniz, hüzurunuza dəvət edə bilərəm. Siz də ondan istədiyinizi soruşun. İstədiyiniz kimi sınağa çəkin. Bu bilikli şəxs axtardığınız köməkçi ola bilər.

Hacibi diqqətlə dinləyən Gündoğdu çox sevindi. Aydoldunu görmək üçün səbirsizləndi. Görəsən, hökmdarın illərlə axtardığı o ağıllı, bilikli, çalışqan köməkçi Aydoldu ola bilərdimi? Bunu bilmək üçün Hacibdən Aydoldunu yanına çağırmasını istədi.

Aydoldu səbirlə Hacibdən xəbər gözləyirdi. Hacib adam göndərib onu çağırtdırdı. Aydoldu dərhal atını minib gəldi. Hacib onu qarşılayıb içəri apardı, sayğıyla yuxarı başda oturtdu. Sonra yubanmadan xaqanın yanına getdi. Aydoldunun gəldiyini xəbər verdi. Xaqan Gündoğdu onu dərhal içəri gətirmələrini bildirdi.

Aydoldu Xaqan Gündoğdunun hüzuruna çıxıb onu salamladı. Gündoğdu ondan soruşdu:

– Adın nədir? Hardan gəlmisən?

Aydoldu cavab verdi:

– Ey böyük xaqan! Adım Aydoldudur. Sizin köməkçi axtardığınızı eşitdim. Anamla atamın xeyir-duasını alıb, xurcunumu götürüb, atıma süvar olub ölkəmizin ucqar şəhərindən gəlmişəm., Bəzən ağacın kölgəsində yatmış, bəzən də dövlətimizin tikdiyi mehmanxanada gecələmişəm. Dağlar aşıb, dərələr keçib uzun yol gəlmişəm. Məqsədim sizinlə görüşməkdi. İndi hüzurunuzdayam. Yeganə istəyim sizə və dövlətimizə xidmət etməkdir.

Aydoldu o qədər sakit, zərif və gözəl danışırdı ki, Xaqan Gündoğdunun xoşuna gəldi. Bu qədər uzun yol gəlməsini, hər cür zəhmətə qatlanmasını çox bəyəndi. Dövlətə, millətə xidmət etmə həyəcanını, dürüstlüyünü təqdir etdi. Axtardığı ağıllı köməkçinin Aydoldu olduğunu anladı. O həm ağıllı, həm bilikli, həm dürüst, həm də çalışqandı. Ən əsası da insanları, heyvanları, təbiəti sevir, ehtiyacı olan hər kəsə kömək etməyi özünə borc bilirdi. Xaqan ona dedi:

– Səni görüb tanıdım. Ölçüb-biçdim, sözlə sınağa çəkdim. Zahiri görünüşün, davranışın məni çox sevindirdi. Əgər xidmətimdə olsan, həmişə yanımda qalacaq, dövlətin, millətin hər işində mənə yol göstərəcəksən. Amma doğru-dürüstlükdən heç vaxt ayrı düşməməli, gecə-gündüz demədən xalqın rifahı üçün çalışmalısan. Əgər qəbul edirsənsə, elə bu gündən xidmətə başlaya bilərsən.

Aydoldu çox sevindi. Dərhal Xaqan Gündoğdunun təklifini qəbul etdi. Artıq qazandığı bütün biliklərini ölkəsinin firavanlığı uğrunda xərcləyəcəkdi. Xaqana baxıb dedi:

– Xaqanım, əlimdən gəldiyi qədər sizə və xalqıma xidmət edəcəyəm. Bu vəzifəni alnıaçıq bacarmaq üçün Allah mənə qüvvət versin, səhv addım atmaqdan qorusun!

Ücretsiz ön izlemeyi tamamladınız.

₺43,63

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
34 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre