Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika», sayfa 2

Yazı tipi:

I fəsil
Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yaziçinin vətəndaşliq mövqeyi məsələsi

Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının elmi təd qiqinə onların ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsinin hansı şəkildə qoyulduğunu öyrənilməsin dən başlamaq vacib və zəruridir. Çünki romantik lirikanın vətən daşlıq məzmunu və keyfiyyətini meydana çıxarmaq üçün yazıçı nın vətəndaşlıq mövqeyi və bu barədə nəzəri mülahizələri bir fon təşkil edir. 20-ci əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri gö rüşlərinə həsr olunmuş tədqiqlərin (75,127–261; 43) elmi dəyərini azaltmadan, deməliyik ki, həmin araşdırmalarda romantiklərimi zin yazıçının vətəndaşlıq mövqeyi barədə fikirləri xüsusi prob lem kimi öyrənilməmişdir. Əslində bu bəzi çətinliklərlə də bağlı olmuşdur. Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifest-lə gəlməmişdilər. Onların ədəbi-nəzəri görüşləri bədii yaradıcılıq prosesində, ədəbi mübarizələrdə yaranır, formalaşır, elan olunur du. Onların bədii yaradıcılıqları bu ədəbi döyüşlərdə möhkəm lənir, yeni keyfiyyətlər qazanırdı. Elə buradan irəli gələrək ro mantiklərimizin ədəbi-nəzəri görüşləri onların bədii əsərlərində, yoldaşlıq məktublarında, xüsusi ədəbi gecələrdə, müsamirələrdə, müxtəlif mövzulara həsr edilmiş məqalələrində, kitablarına yaz dıqları müqəddimələrdə şərh edilmişdir. Göründüyü kimi ro mantiklərimizin nəzəri görüşlərinin təbliği yolları və vasitələri məhdud və azdır. Lakin bunların da hamısı bizə gəlib çatmamış dır. Təkcə bunu demək kifayətdir ki, K.Talıbzadənin göstərdiyinə görə, XX əsrin əvvəllərində ədəbiyyatşünas F. Köçərli A. Səh hətdən 27, A.Şaiqdən 24, H.Caviddən 4 məktub almışdır. (75,142) Hal-hazırda bu məktubların müəyyən qisminin əldə olmaması onların haqqında ətrafli və dəqiq fikir söyləməyə imkan vermir. Lakin aydın həqiqətdir ki, adlarını qeyd etdiyimiz romantikləri miz F.Köçərli ilə yazışmalarında daha çox ədəbi məsələlərdən da nışmış, fikir mübadiləsi etmişlər. Həmin məktublar bu gün əldə olsa idi, şübhəsiz, romantiklərimizin ədəbi görüşlərinin bir sıra prinsipləri haqqında daha inamla danışmaq olardı. Buna baxma yaraq əldə olan materiallar əsasında romantik şairlərimizin ədə bi-nəzəri görüşləri haqqında qənaət yaratmaq olur. Fəal həyat mövqeyi, sosial məsələlərə müdaxilə meyli, ümumiyyətlə, dərin vətəndaşlıq duyğusu romantik sənətkarlarda qabarıq surətdə nə zərə çarpır. Bu onların dünyagörüşündən, sənətkar idealından doğan bir keyfiyyət idi.

20-ci əsr Azərbaycan romantiklərinin istər bədii yaradıcılığın da, istərsə də ədəbi-nəzəri görüşlərində vətəndaşlıq vəzifəsi ən mühüm keyfiyyət kimi fəaliyyətlərində təzahür edirdi. K.Əliyev çox doğru olaraq yazır ki: "…XX əsr Azərbaycan romantik tənqi dinin vətəndaşlıq xarakteri güclü idi. Romantiklərin əksər müla hizələrinin bir tərəfi məhz vətəndaşlığa gəlib çıxır və milli özünə məxsusluqla tamamlanırdı. Onlar ədəbi hərəkatın inkişafına da bu meyarla yanaşır, sənətkar qayğılarını da eyni tələblə şərh edir dilər.” (43,10)

Romantik şairlərin ədəbi-nəzəri görüşlərində vətəndaşlıq key fiyyətinin formalaşması və inkişafına 20-ci əsr Azərbaycan ədəbi-elmi fikrinin görkəmli simaları F.Köçərli, N.Nərimanov, S.Hüseyn, M. Ə.Sabir və başqaları ilə onların yaxın dostluq və yara dıcılıq əlaqələri, rus və Avropa ədəbi fikri, türk ədəbiyyatı tarixi ilə tanışlıqları böyük rol oynasa da, onun əsl mənbəyi birinci xalq inqilabından (1905) sonra yeni inkişaf mərhələsinə qədəm qoyan real Azərbaycan varlığı olmuşdur. Bu vətəndaşlıq keyfiyyətləri özünü birinci növbədə epiqon poeziyaya qarşı mübarizədə göstə rirdi. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində poeziyamızın vəziyyətini göz önünə gətirək. Azərbaycan poeziyası, o cümlədən romantik lirika yeni əsrin ərəfəsində gərgin və təzadlı bir axtarış dövrü keçirirdi. O, artıq ictimai və bədii funksiyasını itirib texniki bir vəzifəni yerinə yetirirdi. Epiqon poeziya məzmun və forması na görə xalqın vəziyyətindən doqan ürək ağrılarını şeirin atəşin və həyəcanlı dili ilə deyə bilmədiyinə görə, yeni dövrün qabaqcıl sənətkarlarını, eyni zamanda romantik şairləri təmin etmirdi. On lar birinci rus inqilabının əmələ gətirdiyi "nəfəs genliyindən” (C.Məmmədquluzadə) vətənin dərdlərini müzakirəyə qoymaq, "biçarə vətəndaşlarına” tərəqqi və həqiqi yaşayış yollarını nişan vermək üçün əlverişli fürsət kimi istifadə etmək istəyirdilər. Ro mantiklər epiqon şeirdəki kif basmış fikirlərə, mədhiyyəçiliyə, qəzəlxanlığa, millətin taleyi əvəzinə nimdaş bir eşqin uğursuzlu ğu üçün tökülən göz yaşlarına qarşı vətəndaşlıq ehtirasları ilə zəngin ədəbi-nəzəri ideyalarla çıxış edirdilər. Buna görə də epi-qonçuluğa qarşı aparılan ədəbi mübarizə böyük ədəbi və məfku rəvi əhəmiyyət kəsb edirdi. M. F.Axundov və "Əkinçi" nin zərbə sindən sonra epiqon poeziya nüfuzunu müəyyən qədər itirsə də, hələ 20-ci əsrin əvvəlində kif iyi verərək yaşayırdı. Əsrimizin baş lanğıcında H.Zərdabi "Bizim nəğmələrimiz" adlı məqaləsində "Əkinçi" müəlliflərinin epiqon şeirə qarşı mübarizələrinin etina sızlıqla qarşılanmasından bəhs edərək yazırdı: "Keçmişdə "Əkin çi" qəzeti çıxanda, o vaxtın şairlərindən yazıb təvəqqe etmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm, təhsil etməyin nəflərindən (faydalarından-V.Ə) və biz mü səlmanlara olan zülmlərin barəsində şeirlər yazıb, onları bizim aşıqlara sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdı ki, "Əkinçi" də çap olunmuşdur." (80) "Əkinçi" nin çapa başlama sından otuz illik bir müddətin ötüb keçməsinə baxmayaraq və ziyyət əsaslı surətdə dəyişilməmişdi. Yeni əsrdə də epiqonçuluğa qarşı mübarizə zəruri bir ehtiyac olaraq qalmışdı. Artıq bu vətən daşlıq vəzifəsinin komponentlərindən birinə çevrilmişdi. Çünki epiqonçuluq ədəbiyyatımıza yeni ideyaların, formaların və bədii obrazların gəlməsi yolunda bir səddə çevrilmişdi. Ədəbiyyatşü naslığımızda bu mübarizə mütərəqqi və mürtəce romantizm ara sında gedən mübarizə kimi qiymətləndirilsə də, əslində yenilik və köhnəliklə, fəal mövqe və passivlik arasında gedən mübarizə idi. Epiqonçuluqla mürtəce romantizm arasında ideya baqlılığı müşahidə edən ədəbiyyatşünas K.Talıbzadə yazırdı: "Epiqonçu-lar mürtəce romantiklərin sələfləri idi. Epiqonçulara məxsus fər diyyətçilik, həyatdan, siyasətdən uzaqlıq, sənətin formal cəhətlə rinə uymaq və s. mürtəce romantiklərə qida verən amillər idi. Odur ki, 1905-ci ildən sonra ayrı-ayrı məqamlarda mürtəce ro mantizm ilə epiqonçuluğu birləşmiş şəkildə görürük." (76,95) Ədəbiyyatşünasın epiqonçuluğun mahiyyəti barədə dedikləri ilə qismən razılaşmaq mümkün olsa da, onun mürtəce romantiklər barədə söylədikləri ədəbi faktlarla özünün təsdiqini tapmır. Azərbaycan romantizminin mürtəce qolu haqqında söhbət açmaq üçün əlimizdə yetərli bədii material, ədəbi mülahizələr yoxdur.

Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi yanı kökündən yıxan, şeiri "Füzuli tilsimi" ndən ilk silkinib çıxa ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş dir. 19-cu əsrin sonunda "təzə şeir" problemi ətrafında mübarizə lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə "Həyat" qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?" (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun dan, məqsədindən ("ədəbiyyatımızın islahatı") aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: "Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil." (28, II, 7)

Göründüyü kimi A.Səhhət "köhnə şeirin" əsas qüsurunu "in san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi" yində gör müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Köçərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:

 
Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)
 

Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi "dönüklüyün", özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı bu ideyanı aşı lamağa çalışır. A.Səhhətin nəzəri mülahizələri bir çox qabaqcıl ro mantik şairlərin ədəbi manafestinə çevrilir. O, müxtəlif şairlər tə rəfindən daha da inkişaf etdirilir. Məhəmməd Hadi də A.Səhhə tin mövqeyində dayanaraq yazırdı: "İndi əsri cədiddir. Fikirlər, xəyallar da əski fikirlər, köhnə, qədim hisslər deyildir, tazə və ye ni fikirlərdir." (13) Eynilə Abdulla Şaiq də şairlərdən yazdıqları əsərlərlə "camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətmə yə müvəffəq" olmadıqları üçün şikayətlənirdi. (30, I, 123)

A.Səhhətin ədəbi görüşlərində diqqət yetirilməli bir incə cəhət də vardır. O da şairimizin "şüərayi-sabiqəmizin əşar və əbyatına" hörmətlə yanaşmasıdır. Diqqət etdikdə məlum olur ki, o heç də bütövlükdə klassik ədəbi irsimizə arxa çevirmir, onu inkar etmək mövqeyində dayanmırdı. A.Səhhətin, eləcə də bütün romantiklə rimizin klassik irsə bağlılığı, klassik şairlərimizə olan məhəbbət ləri onlar haqqında yazılmış az qala hər bir əsərdə göstərildiyin dən burada onları təkrar etməyə lüzum yoxdur. Bu, 20-ci əsrin qarşıya qoyduqu vəzifələr ilə şair arasında uçurum yaradan, sə nətkarları bir-birinin kölgəsinə döndərən qanun-qaydalara, bas-maqəlib ifadələrə, şablon bənzətmələrə etirazdır. 1905-ci il inqila bının oyatdığı yeni hisslər, yeni dünyagörüşü müqabilində "əski ədəbiyyatın" poetikasına, insanı darıxdıran, bezdirən, nəm qoxu yan hiss və fikirlərinə qarşı üsyandır. Hələ 19-cu əsrdə Avropa və rus romantikləri də ədəbiyyatda köhnə məzmun, darıxdırıcı hiss lər, poetik ştamplar əleyhinə çıxırdılar. Ədəbiyyatşünas N.Tomaşevski yazırdı: "Teatrın təsirli, fail olması üçün, madam dö Stal deyirdi ki, ağlağan sentimental pyesləri səhnəyə yaxın qoyma maq və ona yeni, mövzusuna görə vətəndaş qayəli repertuar ver mək gərəkdir." (133, 3)

1820-ci illərdə rus şairi Kyuxelbeker ironiya ilə poeziyada duy-ğusuzluqdan, eyni həyat lövhələrinin əsərlərdən əsərlərə keçmə sindən yazırdı. (125, 14)

1859-cu ildə Fet də Tutçevin fikrinə şərik çıxaraq poetik dur-ğunluqdan şikayətlənirdi: "Ay, arzu, qız! Cır-cındır! Hə, doğru dan da, onlar təkcə tənbəllərin ora-bura dürtüşdürmədiyi cır-cın dıra çevrilirdilər." (135, 148)

Yuxarıda gətirdiyimiz misallardan göründüyü kimi sənətdə köhnəliyə qarşı mübarizə bütün milli ədəbiyyatlarda olmuşdur. Bizim ədəbiyyatda M. F.Axundov tərəfindən epiqonçuluğa qarşı elan edilmiş "müharibə" 20-ci əsrin əvvəllərində tənqidi realistlər və romantiklər tərəfindən qalibiyyətlə başa çatdırıldı.

A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan əsərlər içərisində öz yaxın dostu, sabiq qələm yoldaşı Ağaəli bəy Nasehə yazdığı mənzum məktub mühüm yer tutur. Həmin məktubda "köhnə" və "tazə şeirə" münasibət, şairin vətən və xalq qarşısın da borcu, vətəndaşlıq mövqeyi kimi məsələlər aydınlaşdırılmış dır. Ədəbiyyatşünaslığımızda indiyə qədər bu şeirə nisbətən az fikir verilmiş, şairin nəzəri görüşlərinin tədqiqi baxımından geniş təhlildən kənarda qalmışdır. Halbuki "Tazə şeir necə olmalıdır?" məqaləsində hələ qısa tezis şəklində deyilən fikirlər bu mənzum məktubda bir az da əhatəli və sistemli şərhini tapa bilmişdir. Məktub göstərir ki, Səhhətin nəzəri görüşləri bir yerdə donub qalmamış, illər keçdikcə inkişaf edərək mükəmməlləşmiş, büllur laşmışdır.

"Naseh" mənzum məktubunun ümumiləşdirilmiş iki qəhrə manı var: "köhnə" şeirin nümayəndəsi Naseh və "tazə" şeirin ilk carçılarından sayılan Abbas Səhhət. Sənətə, onun idrakı və tərbi yəvi əhəmiyyətinə münasibətdə bir-birinə zidd mövqe tutan bu iki şairin mubahisəsi əslində köhnə şeirlə yeni şeir, epiqonçu şa irlə novator şair arasında gedən mübarizənin əksidir. Ədəbiyyat şünas K.Talıbzadə də bu fikirdədir ki: "Bu iki müxtəlif ədəbi cəb həyə məxsus şairin mübahisəsidir. Elə bil Şamaxı ədəbi məclisi dir, Nasehlə Səhhət – "köhnə şeirlə" "yeni şeir" in nümayəndəsi üz-üzə dayanıb mübahisə edirlər, hərə öz möqeyini elan edir, təs diqləyir, ancaq mübahisə çox qəti və prinsipialdır, Səhhət heç nə yə güzəşt etmədən, ustadına hörmət dairəsində "köhnə şeir" in məhdudluqlarını bir-bir sayır, "yeni şeir" in məqsəd və vəzifələ rini aydınlaşdırır." (74, 249–250)

A.Səhhət yeni şeirlə bərabər yeni şair problemini ortaya atır. O, yeni şairin səciyyəvi xüsusiyyətlərini əks qütb kimi "köhnə şe ir" yaradıcısının mənəvi süstlüyünə, əhlikefliliyinə, fəaliyyətsiz lik və qeyri-mübarizliyinə qarşı qoyur. "Yeni şair kim olmalıdır?" – sualına Səhhət qətiyyətlə cavab verir: xalqın həyatı ilə nəfəs alan vətəndaş – şair! Bu vətəndaş – şairin xüsusiyyətləri epiqonçu şairlə müqayisədə daha aydın və əhəmiyyətli görünür. Epiqonçu şeirin xüsusiyyətləri mənzum məktubda həm Nasehin, həm də Səhhətin dilindən deyilmiş fikirlərdə öz əksini tapmışdır. Naseh deyir:

 
Şair azadə gərək, azadə,
Laübali dolana dünyadə.
Yaza vəsfi – ruxi – yarü xətü xal,
Oxuyanlar ola ta ki, xoşhal.
Sizlər azadə ikən olduz əsir,
Şüəra rəsmini etdiz təğyir.
Əhli-hal ikən olub maili – qal,
Olmusuz həmdəmi – cəmi – əffal. (28, I, 164)
 

Oxucuları "xoşhal" etmək üçün yarın vəsfini yazmağa, "xətü xalını" tərif etməyə çağıran yuxarıdakı fikirlərdə poeziyanı icti mai həyatdan uzaq salmaq, sənətkarı vətəndaşlıq qayğılarından azad etmək kimi "sənət sənət üçündür" nəzəriyyəsinə dayanılı bir ruh hakimdir. Yeri gəlmişkən deyək ki, ədəbiyyatşünas K.Əli-yev adı keçən tədqiqatında Nasehin yuxarıda misal gətirdiyimiz fikirlərini səhvən A.Səhhətin adından vermiş, beləliklə, yazıçı azadlığı haqqındakı tezisini həmin misralara yanlış və uğursuz bir surətdə tətbiq etmişdir. (43, 102) Sözsüz ki, A.Səhhətin yazı çının ictimai mühitdə dustaq olmasından şikayətlənməsini, həqi qəti yazmaq üçün "qələm azadə"liyi tələb etməsini, Nasehin "la-übali dolanmağı" şair azadlığı kimi qələmə verməsi ilə eyniləş dirmək olmaz. Səhhət gördüyünü, düşündüyünü yaza bilmək üçün sənətkar azadlığını irəli çəkir, Naseh isə şairin ictimai dərd lərdən uzaq gəzib öz zövqü üçün yaşamağını arzulayırdı.

A.Səhhətin Nasehə verdiyi cəsarətli cavabda epiqonçu şairlə rin mənəvi puçluğu, köhnə üsulun heç bir vəchlə "təqazayi-za-mana" uyğun gəlmədiyi göstərilir:

 
Bu zaman siz buyuran köhnə üsul
Eybdir, eyb: deyildir məqbul.
Çünki indi dəyişib vəzi cahan,
Başqadır, başqa təqazayi-zaman.
Varsa təlimə bizim rəğbətimiz,
Biləsiz kəsb deyil niyyətimiz.
Biz pula, dövlətə mail deyiliz,
Rəsmi-dirinə də qail deyiliz. (28, I, 164–165)
 

Misal gətirdiyimiz parçada dəyişən cahan və zamanla, dəyiş məyən inikas üsulu arasındakı uçurum çox incə və yığcam şəkil də deyilib. Yeni zaman yeni vətəndaş tərbiyəsini tələb edir. Buna görə də romantiklər öz yaradıcılıqlarında və fəaliyyətlərində məktəbə, maarifə böyük yer verirdilər. Epiqonçuların nəzərində isə romantik şairlərin bu vətəndaşlıq fəaliyyəti "kəsb üçün" imiş. Səhhət öz qələm yoldaşlarını müdafiə edərək, pula, dövlətə görə təlimə rəğbət göstərmədiklərini söyləyir. Bəs onların qəsdi, fikri nədir? Şair çox aydın cavab verir:

 
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir xidmətdir. (28, I, 165)
 

M.Hadi də "Tərbiyeyi-ümumiyyə calibi-səadətdir" məqaləsin də yazmışdı: "İnsanlar yalnız yaşamaq üçün deyil, mənsub oldu ğu cəmiyyətə xidmət etmək üçün yaranmışdır…"(31)

Vətən dərdindən yazmaq, millət qayğısı çəkmək – göründüyü kimi romantik şairlərin vətəndaşlıq mövqeyi əsasən bu şəkildə ifadə olunurdu. A.Səhhət öz fikrində davam edərək daha sonra yazır ki, hər bir şair dövranın ayinəsidir. Xalqın vəziyyəti, onu cə halət və gerilik girdabında saxlayan bəlalar isə köhnə şeirin ayinəsində görünə bilmir. Güldən, bülbüldən, yarın xətü-xalından yazmaqla "nehrə kimi çalxalanan" (M.Ə.Sabir) yeni zamanı qav ramaq və izah etmək mümkün deyil. Elm və əxlaq "haiz olma yan" şeir nə qədər "şirin məzmun", ifadəcə ecazkar olsalar belə, xalqı qəflət yuxusundan oyatmağa qadir deyillər. Müstəbidlər əlində alətə çevrilən, işrətə uyan, bəxşiş naminə əqidəsini satan şairlər xalqa ictimai gerilikdən, milli zülmdən qurtuluş yolunu nişan verə bilməzlər:

 
Çün budur lazımeyi-istibdad,
İşrətə, qəflətə uysun əfrad.
Müstəbidlər yaşamaqçın rahət
Şairi əldə ediblər alət.
Bəxş edib şairə ənamü səlat,
Rahət etmiş bu da imrari-həyat.
Gecələr məst, günüz dərdi-xumar,
Yatmışı yatmış edərmi bidar?! (28, I, 166)
 

Məlumdur ki, romantizmdə şairin ictimai həyatda roluna bö yük qiymət verilirdi. Öz idealları ilə cəmiyyət arasında kəskin tə zadı görən romantiklər ideallarına çatmaq üçün sənətkarlardan yaşadıqları mühitdən ucada dayanmağı, əsərləri ilə bəşəri dəyər ləri təbliğ etməyi, insanların qəlbində təmizliyə, munisliyə, qəh rəmanlığa tələbat doğurmağı, beləliklə də, xalqın ictimai-sosial düşüncəsini genişləndirməyi tələb edirdilər. Əlbəttə, bu onların idealist dünyagörüşə malik olmalarından irəli gəlirdi.

İctimai bə-lalardan çıxış yolunu xalqın qabaqcıl ziyalılarının, sənətkarlarının yüksək vətəndaşlıq səviyyəsi ilə izah edən romantiklərimiz bir tərəfdən onları xalqın taleyi uğrunda mübarizələrə çağırırdılarsa, digər tərəfdən həmin səviyyədən aşağı dayananları tənqid atəşinə tutmaqdan da çəkinmirdilər. Məzmun və ideya cəhətdən xalq taleyinə biganə olan şeirləri A. Səhhət istehza ilə «meir» adlandırır, "sözün təhərindən tərifnamə yazıb bir böyük şəxsi mədh edən, tainki puldan-maldan alıb cibişdanına qoymaq" (28, I, 139) arzusu ilə qələmə sarılanları kinayə obyektinə çevirirdi.

Digər romantik şairimiz Hüseyn Cavid "Müharibə və ədəbiy yat" məqaləsində yazıçıların, filosofların xalqın tərbiyəsində təsi rini nəzərdə tutaraq deyirdi: "İngilislər məğrur və soyuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə, bunlar, bu sifətlər mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kimi dahilərin əməlpərvər, aləmşümül əsərləri, Herbert Spenser kimi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhə siz ki, hər ingilisdə, bütün xalq ruhunda böyük və səmimi bir tə sirə malikdi." (3, IV, 235)

Məhəmməd Hadi də "ictimai yazıçılar" ifadəsi işlədir, onların qələmlərini "inqilab bıçağı"na bənzədərək yazırdı: "Qalın qafala rı incəldən, maziyə aşiq əfkari-natəraşidələri rəndələyən, kif at mış damaqları silən həp ictimai yazıçılar olmuşdur." (14)

A.Səhhət bu fikirdədir ki, keçmişdə müstəbidlər, dövlət başçı ları xalqı üsyana çağıra biləcək, onlara əsil həyatın, mübarizənin yolunu başa salmaqa qadir olacaq şairləri daim bəxşişlər vasitəsi ilə əldə saxlamış, öz xeyirləri və rahat yaşamaqları üçün "gecələr məst, günüz dürdi-xumar" etməklə xalqdan uzaq salmışlar. Belə olan halda məst şair yatmış xalq qarşısında öz vətəndaşlıq borcu nu yerinə yetirmək əvəzinə qəzəl, qəsidə, həcv yazmaqla xalqın əxlaqını pozmuş, əfsanələrlə onu yuxuya vermişdir. Nəzərə al maq lazımdır ki, A.Səhhət qəzəl, qəsidə yazanları tənqid etməklə, heç də klassik ədəbiyyatda bu şeir formalarının rolunu danmırdı. O, 20-ci əsrin irəli sürdüyü məsələləri müasir dövrdə işıqlandıra bilməyən qəzəlin məzmunundan şikayətlənirdi. Səhhət kimi qə ləm dostları A.Şaiq və H.Cavid də qəzəl və qəsidənin həmin cə hətini nəzərdə tutaraq, forma daxilində azadlıq tələblərini irəli sürərək yazırdılar: "Mövzusu iki şəklə münhəsir qalan bir ədə biyyat heç bir zaman yaşamış və hiss etmiş bir millətin ədəbiyyatı olmazdı, bunun üçün mənzum faciələr, mənzum teatrolar, məz həkələr, hətta kiçik hekayələr yazmaq icab edər. Bunları bir qəsi dəyə, bir məsnəviyə sığdırmaq qabil olurmu?" (4)

Məhz bu prinsipdən çıxış edərək, M.Hadi də mərhum şairin özü çap olunmasını məsləhət bilmədiyi halda Seyyid Əzimin həcvlərini nəşr etdirməyi "günahi-ədəbi və günahi-ictimai" (17) adlandırmışdı.

A.Səhhət sənətdə epiqonçuluq, sxolastika, eşqbazlıq, həcvgu-luq, mədhiyyəçiliyin əleyhinə şairin "vətəndaşlıq kodeksi" ni (K.Marks) qoyurdu. Bu kodeksə uyğun olaraq şairdən vətəndaş lıq təəssübkeşliyi tələb edirdi. Elə bir təəssübkeşlik ki, şairin fikri milləti tərbiyə, məqsədi xalqa xidmət olsun. Şair qələm sahiblə rini xalqı gözəl həyat və səadət uğrunda mübarizəyə səsləyən şeirlər yazmağa, fəaliyyət göstərməyə çağırırdı:

 
Yox, gərək biz gecə-gündüz çalışaq,
Dürlü-dürlü zəhəmata alışaq.
Qorxmayaq rəncü üqubətlərdən,
Qurtaraq bəlkə bu zillətlərdən. (28, I, 167)
 

Maraqlıdır ki, A.Səhhətin ədəbi-estetik görüşlərinin vətəndaş lıq məzmunu genişləndikcə o, forma məsələlərinə ikinci dərəcəli məsələ kimi yanaşır. Şairin fikrincə, xalqa fayda verməyən şeir heç kəsə gərək deyil. "Özlərini sevənlərə" şeirindən misal gətirə cəyimiz parça fikrimizi sübut edir:

 
Gər adın bir ədibi-danadır,
Qələmin möcüzi-Məsihadır.
Nəzmü təlifdə hünərvərsən,
Ya ki, bir şairi-süxənvərsən.
Sənə mafövqdən gəlir ilham,
Tüf, sənə, həm sənin kitabətinə,
Həm də təqririnə, fəsahətinə! (28, I, 63)
 

Bir az aşağıda görəcəyimiz kimi, Səhhət bu fikrini "Şair, şeir pərisi və şəhərli" əsərində bir az da açıq və aydın şəkildə demiş dir. Şairin ədəbi görüşləri bu əsərində daha mükəmməl əksini tapmış, öz demokratizminə, vətəndaşlıq məzmununa görə şöhrət qazanmışdır. K.Talıbzadə yazır: "Sənətkarın ictimai vəzifələri haqqında görüşlər Abbas Səhhətin ədəbi manifesti hesab olunan "Şair, şeir pərisi və şəhərli" poemasında hərtərəfli şəkildə ifadə olunmuşdur. Şair göstərir ki, müasir tələblərə cavab verən, icti mai inkişafa kömək edən ideyalı ədəbiyyatı ancaq ürəyi vətən pərvərlik və vətəndaşlıq ideyaları ilə döyünən sənətkarlar yarada bilərlər." (75.201)

Səhhətin vətəndaşlıq mövqeyi barədə düşüncələri əsərdə Şə hərli obrazı ilə təcəssüm etdirilmişdir. Əsərdə Şəhərli obrazı Şairi onda məhz vətəndaşlıq keyfiyyətləri çatmadığına – millətin halı na yanmadığına, "rəd kimi fəryad" etmədiyinə, biçarə vətəndaş larına, sevgili dindaşlarına kömək göstərmədiyinə görə tənqid atəşinə tutur. Poemada həm Şeir pərisi, həm də Şəhərli Şairi çağı rışları, öyüd-nəsihətləri ilə öz tərəfinə çəkmək istəyir. Şairin hansı cəbhəyə keçməsi öz dövrünə görə onlardan hansının mütərəqqi mahiyyətdə olduğunu aydınlaşdırır. Şeir pərisinin çağırışı, ifadə etdiyi məzmun zamanın çağırışlarına, ruhuna ziddir. Şeir pərisi nin dedikləri 20-ci əsrin əvvəllərində geniş surətdə əksini tapan "sənət sənət üçündür" nəzəriyyəsini ifadə edir. O, Şairi "ev dərdi, qadın dərdi, uşaqlar dərdi" çəkməməyə, ictimai həyatın real löv-hələrindən, əzablarından uzaqlaşmağa, "cavidani-yaşayış"dan ruhani ləzzət almaq üçün göylər aləminə səsləyir:

 
Gəl mənimlə aparım övci-səmavata səni,
Orada nail edim dürlü füyuzata səni.
Orada könlün əlaiqdən olur varəstə,
Sənə təqdim edər əfvaci-mələk güldəstə.
Orada hürü pərilərlə edərsən xəndə,
Bəxtiyarlıqla yaşarsan əbədi fərxəndə. (28, I, 91)
 

Şeir pərisindən sonra şair Şəhərli ilə üz-üzə gəlir. Kəskin tən qid, ittiham nidaları ilə başlanan Şəhərlinin nitqi Şairi fəaliyyətə sövq edən atəşin çağırışla, güclü patetika ilə bitir:

 
Sən də duzsuz, yaramaz, nasəlis əşarın ilə,
Lakin atəşli, ürəkdən çıxan əfkarın ilə.
İldırımlar saçaraq fırtınalar icad et!
Nəzmə çək, qəmli təəssürlərini inşad et! (28, I, 95)
 

Misaldan aydındır ki, Şəhərlini şeirin bər-bəzəyi, forma kamil liyi, səlisliyi deyil, məzmunu, "zülm zəncirinin altında işgəncə" çəkən xalqın həyatını nə dərəcədə əks etdirə bilməsi maraqlan dırır.

Eynilə M.Hadi də "Şair, hücreyi-iştiğalı və düşüncələri" (1910) şeirində şairi göylərdən, xəyal aləmindən ayrılıb ictimai həyatla qaynayıb qovuşmağa çağırır. O, şairin simasında sanki öz taleyi nə, aldanışlarına ağlayır, "fərağət olmağa" bir otaq tapmadığı halda, xülyalara qapılmasına acıyır. Bununla bərabər, şeirdə tən qid notları da güclüdür. Hadi şair-qəhrəmanını sənət aləmində, real gerçəkliyə, xalqının həyatına və gələcəyinə münasibətdə ay dın vətəndaşlıq mövqeyi olmadığına görə tənqid edir:

 
Bu kargaha müdir olmaqın deyil caiz —
Ki, kəndini oluyorkən idarədən aciz!
Özün gəzib duruyorkən bir özgəyə möhtac,
İdareyi-bəşəriyyət sənə deyil möhtac.
Dolaşmağın nə gərək şeirgahi-lahuti,
Dolaş iş istər isən kargahi-nasuti.
O boşluğu dolaşınca, dolu cəhanı dolaş,
Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş! (7, I, 214)
 

M.Hadinin görkəmli tədqiqatçısı Əziz Mirəhmədov bu şeirin metodu haqqında ziddiyyətli fikirlər söyləmişdir. (67, 80–85) O, şeiri Hadinin "realizmə doğru atdığı yeganə ciddi addım" hesab edir. Belə isə bütünlüklə həmin şeirə həsr olunmuş bölmənin sər-lövhəsindəki (Realizmə doğru?..) sual işarəsini necə başa düşək? Əgər şeir "Hadi romantizminin özgün xüsusiyyətləri" ni əks etdi rirsə, onda hansı realist meyllərdən söhbət açmaq olar? Bir halda ki, hörmətli Ə.Mirəhmədovun dediyi kimi "yalnız xülyapərəstli-yə istehza etməklə, yaradıcılığında xəyalın "xüsusi çəkisi" ni azaltmaq meyli ilə, canlı, real həqiqətə can atmaqla iş qurtarmır", onda "realizm yoluna keçmək" üçün hansı meyllərdən söhbət ge dir? Daha çox etiraz doğuran isə, əvvəla, Hadinin öz qəhrəmanını real gerçəkliyə dəvət etməsini, xəyal aləmindən yerə enmək çağı rışını tədqiqatçının realizm kimi qələmə verməsidir. Real həyatı əks etdirmək hələ realizm olmadığı kimi, romantizm olmamaq da demək deyildir. Tədqiqatçılar təsdiq edir ki, romantizm özü də real gerçəkliyə yad deyil. O da həyat həqiqətlərindən çıxış edir. (98, 5; 129, 7; 127, 242; 101, 41) Real gerçəkliyə münasibət və on dan çıxış yolu məsələsi bədii metodun xarakterini təyin edir. Ə.Mirəhmədovun fikrinə şərik çıxsa da, tədqiqatçı Kamran Əli yev "Şair, hücreyi-iştiğalı və düşüncələri" şeirinin metodu haq qında qəti bir söz demir. (43, 48–49) Bizcə, şeir romantizm meto dunun tələblərinə cavab verir. Hadi öz qəhrəmanını zavallı və ziyyətə salan ictimai səbəblər, mühit haqqında heç nə söyləmir, ancaq gerçəklik faktını təsvir edir. Bu da məhz romantizmə xas olan cəhətdir. Hadinin tənqidi şairi açizə çevirən mühitə, zəma nəyə deyil, onun özünə, xəyalpərəstliyinə qarşıdır, ona göstərdiyi nicat yolu da (yaşadığı cəmiyyətə qarşı mübarizə yox, xəyaldan əl çəkmək) romantikcəsinədir. Nəhayət, şeir ifadə tərzinə, bədii təsvir vasitələrinə görə də romantik əsərdir.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Yazıldığı tarih:
2017
Hacim:
230 s. 1 illüstrasyon
Telif hakkı:
Kohlan Publishing House
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 3,5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,3, 4 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre