Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika», sayfa 3

Yazı tipi:

Hörmətli alimimiz Ə.Mirəhmədov əslində Hadinin "bir dənə də olsun tutarlı, sanballı realist əsər" yaratmadığına təəssüflən məklə, onun yaradıcılığında zorla realizm metodunun (!) işar tılarını axtarmaqla ədəbi metod kimi romantizmin tarixi rolunu, əhəmiyyətini istər-istəməz kölgədə qoymuş olur. Əgər yaratsaydı belə "bir dənə də sanballı realist əsər" Hadinin sənətkar qiyməti nə çətin ki, bir şey əlavə edə biləydi. Hadinin sənətkar gücü məhz onun romantizmində idi. Ədəbiyyatımız, mənəvi ehtiyacımız ba xımından yarımçıq realist Hadi yox, bütöv, dolu romantik Hadi qiymətlidir.

M.Hadi "Qələmə", "Qələm", "Qələm nə söyləyir?" kimi şeirlə rində qələmin qarşısında ciddi vəzifələr qoyurdu. Bu şeirlərdə qələm obrazının arxasında qələm sahibləri dururdu, şair də sözü nü onlara deyirdi. Hadi göstərirdi ki, qələm sahibləri vətənin, xalqın gələcəyini azad və xoşbəxt görmək istəyirlərsə, boş sözlər dən əl çəkib konkret məsələlərin həllinə girişməlidirlər. O, zalimə tərəf durub məzlumları ağladan sənətkarları vətəndaş olmaqa ça ğırırdı:

 
Əgər amalın iqbali-vətəndir, urma boş lafi,
Həzizi məskənətdən milləti balayə isad et.
Muavin olmaq ilə zalimə ağlatma məzlumu,
Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et. (7, I, 13)
 

Azərbyacan romantizminin vətəndaşlıq ruhunu doğru müşa hidə və təsbit edən tədqiqatçı K.Əliyevin aşağıdakı fikirlərinə biz də şərikik: "Romantiklər xalqın taleyi üçün narahat olan, bir növ əzabları törədənləri ittiham edə bilən ədəbiyyatın tərəfdarları idi lər. Onların azadlıq meyllərinin gücü sənətin istiqamətini məhz azadlıq çarpışmalarına doğru yönəltməyə qadir idi." (43.64)

M.Hadi "Qələm" şeirində bütün cahanı darulfünunə, qələmi müəllimə, bəşəriyyəti isə təlimə möhtac uşaqlara bənzədərək ya zıçılardan tərbiyəvi əsərlər, millətə yeni ruh aşılayan "nəğmeyi-milliyə"lər tələb edirdi. Şair ictimai həyatdan, mübarizələr mey danından kənara çəkilib sükut içərisində dayanmaq vaxtı olmadı ğını qələm sahiblərinin nəzərinə xüsusi tərzdə çatdırırdı:

 
Deyil vəqti-sükunət, nəğməsaz ol,
Təninən dazi-guşi-əhli-raz ol.
Sükutu tərk edib, eylə təranə,
Ola nəğmən maarifpərvəranə.
Dayanma, çal o canbəxşeyi-suru,
 

Həyatə dəvət et əhli-qüburu. (7, I, 140)

Hadi 1910-cu ildə yazdığı bir məqaləsində fikrini daha açıq şə kildə ifadə edib yazırdı ki, mühərrirlər "Ruhları oxşayan, ürəkləri yumşaldan, qardaşlığı öyrədən fikirləri ortaya qoymalıdırlar. İd rakımız səmasına ahənpüşzülam olan təbəqati-xurafatı söküb at malıdırlar." (10)

Romantiklərin yeni ədəbiyyat istiqamətində düşüncələri və mübarizələri, əslində yeni insan, yeni vətəndaş uğrunda mübari zə idi. Buna görə də onlar vətənin azadlığı, gələcəyi, gənc nəslin xoşbəxtliyi üçün aparılan mübarizələrdə poeziyaya, sənətə böyük qiymət verir, sənətkarın, yaxud hər hansı bədii əsərin vətəndaşlıq çəkisini həm də onların vətəndaş tərbiyəsində tutduqları vəzifə, oynadıqları rol ilə ölçürdülər. Hadi inqilabı vücuda gətirən sə bəblərdən danışarkən Volterlərin, Russoların, Miraboların, Ro-bespyerlərin "fəyyaz fikirləri, atəşin nitqləri, cəsur və kəskin qə ləmləri" ilə bərabər "vətəni şairlərin (seçdirmə mənimdir-V.Ə) atə şin nəğmələrini də" unutmurdu. (14) Burada diqqəti cəlb edən "vətəni şairlər" ifadəsidir. Həmin ifadəni vətənpərvər, yaxud və təndaş-şairlər kimi başa düşmək olar. Qeyd edək ki, bu ifadə ədə biyyatımızda yeni bir termin, yeni bir tanıtım idi.

Şair başqa bir məqaləsində hansı kitablara üstünlük verdiyini belə bildirirdi: "Ciddən şayani mütaliə ol kitabdır ki, yatmış his sləri, sönmüş vicdanları, qararmış qəlbləri tənvir və təhrik etsin, ziyalandırsın." (11) Burada Hadinin mütaliə olunacaq kitabların ideya-məzmun cəhətinə necə böyük əhəmiyyət verməsinin xüsu si izahata ehtiyacı yoxdur. O "mürdələrə həyat", azmışlara "ir şad" bəxş edən kitablara nə qədər rəğbət bəsləmişsə, "sırf xəyal dan ibarət olan divlərə, çinlərə, kabuslara, quli-biyabanlara nəşi-məngah edən, öz sayəmizdən özümüzü vəhşətləndirən, dəhşət ləndirən kitabi-müzürrlərə" qarşı bir o qədər amansız olmuşdur. Elə həmin məqaləsində şair fikrinə davam edərək qətiyyətlə ya zırdı ki, hər kəs "övladi-millətə pis və çirkin əxlaq ögrədən, nifaq və ixtilafa dəvət edən kitabları araya qoymamalı, böylə övraqın məhv və izalə olmasına çalışmalıdır." Yuxarıdakı fikirlərin maya sını vətənin gələcəyi olan vətəndaşların təlim-tərbiyəsinin vətən daş-şairdə doğurduğu həyəcanlar, təşvişlər təşkil edir.

Gələcək nəslin tərbiyəsində ədəbiyyatın rolu barədə fəal və təndaşlıq nigarançılığı Hüseyn Cavidin də ədəbi-estetik görüşlə rində qabarıqdır. O da Hadi kimi bədii əsərlərin ideya-mövzusu na diqqətlə yanaşır, vətəndaş tərbiyəsində onların rolunu bir az da mübaliğəli şəkildə ifadə edərək göstərirdi: "Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələm lərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkəməz." (3, IV, 233)

Romantik şair fikrini sübut üçün misal gətirib deyir ki, bir gənc oxuduğu əsərlərdən bir qəhrəman seçər, həyatda onun kimi, o məsləkdə yaşamağa çalışar və "bu yazılan əsərlər isə, adətən, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar…", "İştə məzkur əsərlər zəhərli, əxlaqsız, kövşək bir mövzu təqib edərsə, er-gec bütün oxucularını da zəhərləmiş olar. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz qaredə də eyni fikri, eyni duyğunu oyandırmış olar." (3, IV, 234)

Romantiklərimizin bu istiqamətdə söylədikləri fikirlərdən məqsəd yazıçıları vətəndaşlıq ruhlu və məzmunlu əsərlər yazma ğa sövq etmək idi. Azərbaycan romantikləri həm bədii yaradıcı lıqlarında, həm də ədəbi-nəzəri görüşlərində vətəndaş yazıçılara böyük qiymət verir, onlara olan rəğbətlərini gizlətmirdilər. A.Səhhətin, A.Şaiqin, M.Hadinin Sabirə, Seyyid Əzim Şirvaniyə və başqalarına həsr etdikləri şeir və məqalələrdə birinci növbədə həmin yazıçıların vətəndaşlığını ön plana çəkilir, onların millət, vətən qarşısında xidmətləri geniş şərh edilirdi. Bu şərhlərlə ro mantiklərimiz bir tərəfdən haqqında danışdıqları sənətkarlara hörmət və məhəbbətlərini ifadə edirdilərsə, digər tərəfdən həmin sənətkarların vətənə, millətə xidmətlərini qabartmaqla yazıçılar da vətəndaşlıq mövqeyini fəallaşdırmağa çalışırdılar. Nümunə üçün Səhhətin və Şaiqin Sabir haqqında yazdıqları məqalələrə diqqət edək. A.Səhhət yazırdı: "Sabir əfəndi millətdən ötrü çalı şırdı. O, aşiq idi. Ondan gördüyü tən və ləndən, təfkir və təhqir lərdən, yağış kimi üstünə yağan töhmət və nifrətlərdən əsla geri getməyib öz məsləkində kəmali-səbati-əzmlə davam etdi və sev gili millətinə xidmətdən bir an qafil olmadı." (28, II, 20)

A.Şaiq də böyük satirikimizin əsərlərini çəvahirat ilə dolu na dir xəzinəyə bənzədərək deyirdi: "Sabir əfəndi millətinə soltanla ra müyəssər ola bilməyən girənbəha cəvahirat ilə məmlüvv xəzi-neyi-nayab buraxdı da getdi." (30, IV, 116) Göründüyü kimi hər iki şair Sabirin millət qarşısında xidmətlərini, millət üçün çalışdı ğını xüsusi olaraq vurğulamışlar.

Sənətkarın vətəndaşlıq mövqeyini önə çəkib təqdir edən fikir lərə təkcə Sabir deyil, başqa yazıçılar, mədəniyyət xadimləri haq qında yazılmış məqalələrdə də sıx-sıx rast gəlirik. H.Cavid "Na kamlıq" məqaləsində həyatdan gənc ikən getmiş Abdulla Surun "təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyatı üçün çalışıb-çapalamaqda" (3, IV, 216) olmasını nəzərə çatdırırdı. Yaxud Qurbanəli Şərifzadə haqqında yazdığı nekroloqda onu "səmimi millət xadimlərindən biri" kimi qiymətləndirərək xid mətlərini belə qeyd edirdi: "Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətse-vər (seçdirmə mənimdir-V.Ə) ruhu ilə öz arkadaşlarını düşünür dü." (3, I, 238)

Azərbaycan romantikləri haqqında söhbət açdıqları sənətkar ların vətən, millət yolunda xidmətlərinin əvəzində mürtəce qrup lar, cahil insanlar tərəfindən həmişə məhrumiyyət, təhqir və lə nətlərə məruz qaldıqlarını göstərir, lakin bütün bunlara baxma yaraq onların öz vətəndaşlıq fəaliyyətlərindən əl çəkmədiklərini də xüsusi qeyd edirdilər. A.Səhhət yazır ki, Sabir "kəmali-məta-nətlə öz əzmində səbat edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan təfkir və təhqirlərdən əsla geri getməyib öz məsləkində davam edir." (28, 11, 29) M.Hadi Seyid Əzimdən danışanda bu məsələyə daha çox yer ayıraraq, mərhum şairin qaraguruhlarla mübarizəsini qəhrəmanlıq səviyyəsinə qal dıraraq göstərirdi ki, "S.Əzim çox-çox acı və yaxıcı təhqirlərə, zəhmət və əziyyətlərə sinə gərmiş, bununla bərabər yenə də tə rəqqi və təalidə-millət xüsusundəki əfkarını söyləmədən bir dür lü mən nəfs edəməmiş, söyləmiş, söyləmiş, söyləmişdir. Zülmət əsakirilə daima çarpışmışdır. İştə şücaəti-mədəniyyə, cəsarəti ədəbiyyə və ictimaiyyə buna deyirlər. Bu yoldakı mücahidə və mübarizələrində hər nə qədər təhəmmülsüz və taqətgüdaz mane lərə təsadüf etmiş isə də inkisari-əmələ düçar olmamış, iləriyə doğru yürümüşdür. Sögmüşlər, dögmüşlər, lakin Fikrət bəgin de-digi kibi: "ona hər zərbə şəfa, hər açı söz bir müjdə, bir nəvid, bir bəşarət istiqbal olmuşdur." (17) Səhhət və Hadi bununla müasir ləri olan yazıçılara üz tutaraq sanki demək istəyirdilər ki, heç bir cəfa, zülm, maneə, hədə-qorxu sənətkara vətəndaşlıq borcunu və fəaliyyətini yerinə yetirməkdə mane ola bilməz, mane olmamalı dır. Sənətkar hansı şəraitdə olursa-olsun fəal vətəndaşlıq mövqe yini qoruyub saxlamalıdır.

Azərbaycan romantiklərinin bu fikirləri Avropa və rus roman tizminin nümayəndələrinin fikirləri ilə yaxından səsləşirdi. Təsa düfi deyil ki, 19-cu əsrdə italyan romantikləri də tələb edirdilər: "Şair sadəcə olaraq təlim görmüş natiq deyil, insan, vətəndaş və insansevər olmağa borcludur." (128, 68) Şair-vətəndaş ideyası de-kabrist romantizmi üçün də çox səciyyəvi olmuşdur. (99) Azər baycan romantiklərinin şair-vətəndaş haqqında fikirlərinin ital yan və rus romantiklərinin ideyaları ilə üst-üstə düşməsi təsadüfi sayılmamalıdır. Çünki vətəndaşlıq həqiqi sənətin əsas və həlledi ci şərti, vətəndaş olmaq hər bir əsl sənətkarın borcudur.

Deyilənlərdən belə bir nəticə çıxartmaq olar ki, sənətkarın və təndaşlıq mövqeyi barədə fikir və mülahizələr Azərbaycan ro mantiklərinin ədəbi-estetik görüşlərində mühüm yer tutmuş, on ların hər hansı sənətkara qiymət verməsində vətəndaşlıq əsas meyar olmuşdur.

II Fəsil
Azərbaycan romantik lirikasinda vətəndaşliq problemi

Artıq təsdiqlənmiş faktdır ki, sənətdə romantizm cərəyanını inqilablar və milli azadlıq hərəkatları doğurur. Hələ 1868-ci ildə Karl Marks Fridrix Engelsə məktubunda yazmışdı ki, romantizm "fransız inqilabına və onunla bağlı maariflənməyə bir reaksiya idi." (116,44) Romantizmin muasir tədqiqatçısı da Marksın bu fik rini davam etdirərək yazırdı: "Romantizm dövrü-böyük və kiçik Avropa inqilabları, milli-azadlıq hərəkatı dövrü idi." (105,19)

20-ci əsr Azərbaycan romantizmi də, V. İ.Leninin "mübarizə ili", "dəli il" – deyə xarakterizə etdiyi 1905-ci il inqilabının nəti cələrinin təsiri ilə yaranır və bütöv cərəyan kimi formalaşır. 1905-ci il inqilabının dünya əhəmiyyətindən danışan V. İ.Lenin yazırdı: "Rus inqilabı bütün Asiyanı hərəkətə gətirmişdir. Türkiyədə, İranda, Çində olan inqilablar sübut edir ki, qüdrətli 1905-ci il üs yanı dərin iz buraxmışdır və onun təsiri, yüz milyonlarla adam ların irəliyə hərəkətində özünü göstərən bu təsir aradan qaldırıla bilməz." (60, 367)

Azərbaycan romantizminin ən qabaqcıl nümayəndələrinin (M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid) yaradıcılığı da 1905-ci il in qilabının təsirini, "oyanmış Asiya" nın tarixi-ictimai mənzərəsini, inqilabi əhval-ruhiyyəsini romantizmin poetikası daxilində əks etdirirdi. Zülm və milli təzyiq altında inləyən Azərbaycan xalqı nın ictimai azadlıq və nicat, qardaşlıq, bərabərlik, xoşbəxt həyat haqqında arzuları inqilab illərində daha cəsarətlə, kəskin şəkildə irəli sürülürdü. Həmin dövrə, ictimai-sosial çağırışlara cavab ki mi yaranmış Azərbaycan romantik lirikası birinci növbədə vətən daşlıq idealları ilə silahlanır. Azərbaycan romantizminin vətən daşlıq xarakteri özünün bədii ifadəsini məhz lirikada qabarıq su rətdə tapa bilir. Çünki tədqiqatçıların da təsdiq etdiyinə görə, liri ka romantizmdə özünün çiçəklənmə dövrünü keçirir. Məsələn, görkəmli ədəbiyyat nəzəriyyəçisi və romantizmin tədqiqatçıların dan olan N.Qulyayev yazır ki: "İnsanın daxili dünyasını açıb gös tərən lirik poeziya öz misilsiz yüksəlişinə romantizmin bərqərar olması dövründə gəlib çatır." (100,144)

İnqilabi demokratizmin və vətəndaşlıq ideallarının qüvvətli olması 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq sə viyyəsini şərtləndirirdi. Dövrün ən irəlidə gedən cərəyanı olan tənqidi realizmlə eyni zamanda mövcudluğu, onunla qarşılıqlı əlaqə, həmrəylik şəraitində mövcud olması, həyatın cari və sosi al-siyasi məsələlərini işıqlandırmaq baxımından tənqidi realizmin ona təsiri də romantak lirikamızın vətəndaşlıq məzmununu artı rırdı. Digər tərəfdən, Avropa romantizmindən fərqli olaraq Azər baycan romantizmi maarifçilik ideologiyasına qarşı olmamış, ək sinə ondan bəhrələnərək inkişaf etmişdir. Maarifçilik isə vətən daşlıq hisslərinin güclü olması, milli özünüdərkə çağırışla xarak terizə olunur. Bu da fikrimizi sübut edir ki, "vətən", "millət", "vətəndaşlıq" sözləri bizim ədəbi-ictimai fikir tarixində ilk sosial izahını böyük Azərbaycan maarifçisi M. F.Axundovun yaradıcılı ğından alır. (83,15–16) Rus çarizminin milli zülmünün güclənmə si, imperializmin süquta uğraması dövrünün maarifçiliyi sözsüz ki, 19-cu əsr maarifçiliyi ilə eyni ola bilməzdi. Azərbaycan roman tikləri maarifçiliyin məhz imperializmin süqutu dövrünə məxsus idealları zəminində özlərinin ideya-fəlsəfi baxışlarını yaradırdı lar. Maarifçiliyin romantik sənətkarların qəlbinə doğma olan, əqi dəsinə uyğun gələn idealları romantik bədii inikasda xüsusi bir forma alırdı. Bu baxımdan Y.Qarayevin aşağıdakı fikri maraq do ğurur: "Romantikləri, ümumiyyətlə, maarifçilik yox, onun icti mai-milli qeyrətlə və vətəndaşlıq idealları ilə bağlı motivləri cəzb edirdi. Burada tənqid edilən qafilliyin və avamlığın məzmunu da dəyişirdi: o, ictimai avamlıq, vətəndaşlıq qafilliyi, bilavasitə milli inqilabi şüur nadanlığı şəklində irəli sürülürdü." (55)

Türkiyə romantizminin görkəmli nümayəndələrinin, xüsusilə T.Fikrətin yaradıcılığı ilə Azərbaycan romantiklərinin yaxından tanışlıqları da onların vətəndaş-şair kimi formalaşmalarında az rol oynamamışdır. Ümumiyyətlə, azadlıq, inqilab, maarif mə sələlərinin – bir sözlə, Azərbaycan romantiklərinin bədii tədqiqata cəlb etdikləri vətəndaşlıq problemlərinin işlənilməsində T.Fikrətin onlara güclü təsiri duyulmaqdadır.

XX əsr Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaş lıq lirikası yuxarıda yığcam şəkildə göstərdiyimiz bir tarixi-icti mai, ideya-fəlsəfi zəmində formalaşmışdır. Biz bu fəsildə yazıçı nın vətəndaşlıq mövqeyi barədə Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində irəli sürdükləri prinsiplərə bədii yara dıcılıqlarında nə dərəcədə əməl etdiklərini izləyəcəyik. Bəri baş dan deyək ki, romantiklərimizin ədəbi yaradıçılıqlarında bədii təhlil obyektinə çevirdikləri problemlər onların ədəbi-estetik gö rüşlərində qoyulmuş məsələlərdən qat-qat geniş və əhatəlidir.

Həm də poeziyada vətəndaşlıq hədsiz dərəçədə geniş anlayışdır. Biz bu vətəndaşlığın Azərbaycan romantiklərinin vətəndaşlıq liri kasında daha qabarıq və köklü işlənmiş motivlərini təhlil obyek tinə çevirmək fikrindəyik.

a) Vətənpərvərlik və humanizm

XX əsr Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasında əsas, aparıcı motivlərdən biri vətənpərvərlikdir. Vətən məhəbbə ti ideyasını öz yaradıcılıqlarında yüksək bir səviyyəyə qaldıran Azərbaycan romantikləri "Hübbül-vətən-minəl-iman" (Vətəni sevmək iman sahibi olmaq deməkdir) – deyən «Quran» ayəsinə əsaslanırdılar. Vətənpərvərlik klassik poeziyamızın da sevimli motivlərindən olmuşdur. Əsrimizin başlanğıçında isə bu elə bir güclü ideya motivinə çevrildi ki, romantik lirikanın əksər mövzu istiqamətlərinə də təsir etdi. Tədqiqatçı İ.Həbibov bu cəhəti "inqi lablar dövrünün murəkkəb hadisələri, xalqın, ölkənin taleyi, yerli istismarın və xarici müdaxilənin güclənməsi" (46,13) ilə izah edir. Romantiklər dövrün real həyat hadisələrinə – inqilablara, impe rialist müharibələrinə də vətən məhəbbəti ideyası prizmasından münasibət bəsləmişlər.

Romantik şairlərimizin yaradıcılığında vətənpərvərlik əsasən iki tip şeirlərdə daha qabarıq əksini tapmışdır:

1. Mövzusu təbiətdən götürülmüş, Vətənin təbii gözəlliklərini təsvir edən şeirlərdə.

2. Vətənin taleyindən bəhs olunan şeirlərdə.

Birinci qism şeirlərdə təsvir və tərənnüm xarakteri güclüdür. Şairlər bir tərəfdən Vətənin təbii gözəlliklərini rəsm edir, digər tə rəfdən həmin gözəlliyin doğurduğu hiss-həyəcanı tərənnümlə məşğul olurdular. Bəzən isə bu iki cəhət şeirdə qaynayıb-qovu şurdu. Ona görə də İ.Həbibovun yuxarıdakı fikrinin davamı kimi deyilmiş "klassik poeziyadakı vətənin tərənnümü motivlərini bu mərhələdə vətənin taleyi problemi əvəz etmişdi" (seçdirmə mənim-dir-V.Ə) (46,13) mülahizəsi ilə razılaşmaq mümkün deyil. Ro mantik lirikanın inkişaf mənzərəsinə diqqətlə nəzər saldıqda, hər iki motivin yanaşı bədii təcəssümünü görürük. Əvvəla ona görə ki, romantik şairlərdə vətənin tərənnümü, yoxsa vətənin taleyi? – dilemması olmamışdır. Onlar vətəni tərənnüm edərkən elə vətə nin taleyini düşünmüşlər. Təkcə A.Səhhətin vətən təbiətinin gö zəlliklərinə həsr edilmiş şeirlərinə diqqət yetirmək kifayətdir. İkincisi də, vətəni tərənnüm etmək – vətən məhəbbətinin poeziya da tərənnüm xarakterli təzahürüdür. Təsadüfi deyil ki, tədqiqatçı özü də vətən məhəbbətinin, onun taleyi və nicatı barədə düşün cələrin davamı kimi qiymətləndirdiyi vətən təbiətinin müxtəlif mənzərələrini əks etdirən peyzaj lirikasından da geniş danışmış dır.

Azərbaycan romantik lirikasında, xüsüsilə A.Şaiq və C.Cab-barlı yaradıcılığında təbiət lövhələri bəzən insanın ictimai vəziy yətini, daxili aləmini açmaq üçün rəmzə çevrilir, lirik qəhrəmanın əhval-ruhiyyəsinin qabarıqlaşdırılması üçün vasitə rolunu oyna yır. A.Şaiqin "Qış gecəsi" şeirində (30, II, 28) xəstə uşaqla qəmli ananın acınacaqlı taleyindən söhbət açılır. Şair ana və balanın tənhalığını, çıxılmaz vəziyyətini daha təsirli vermək üçün təbiətin də sərt məqamını seçir. Ana-balanın köməksizliyi, məzlumluğu ilə kəskin təzad təşkil edən qış gecəsinin müdhişliyinin təsviri in sana qarşı mərhəmət hissi oyatmaq üçündür.

C.Cabbarlının "Boranlı qış gecəsi" ndə də təxminən eyni vəziy yətlə rastlaşırıq. O da Şaiq kimi təbiətin amansız anını təsvir etdi yi hadisəyə,vermək istədiyi məna və ideyaya uyğun seçmişdir. Xəstə ana ilə xəstə övladın köməksizliyi müqabilində təbiət yum şalmaq əvəzinə öz amansızlığını sanki birə-beş artırır.

Əsir külək yenə vəhşi kimi guruldayaraq, Vıyıldayır, bağırır, artırır da dəhşətini.

Vurur, yıxır, dağıdır, sındırır,uçaldır səs, Bəşər vücuduna san göstərir ədavətini. (2,167)

Göründüyü kimi hər iki şeirdə hadisə də, təbiətin məqamı da, ideya da eynidir. Bu isə gənc Cabbarlıya A. Şaiq yaradıcılığının tə siri ilə bağlıdır. (Bu barədə bax: 71, 10–11)

Təbiətə üz tutmaq, orada rahatlıq axtarmaq – bütövlükdə ro mantizmə xas olan tipoloji bir xüsusiyyətdir. Lakin Azərbaycan romantizmində təbiəti kulta çevirmək meyli zəifdir. Təbiət hadi sələri, ona məxsus detallar heç də həmişə simvolikaya, rəmzləş-dirməyə xidmət etməmişdir. Bu cəhət nəzərə alınmadığındən bə zi tədqiqatçılar istisnasız olaraq peyzaj lirikasının bütün nümunə lərində ictimai simvolika axtarmaq istəmişlər. Məsələn, İ. Həbibov tədqiqatında "şəhər peyzajı" (46, 20) ifadəsi işlədir. O, A.Səh hətin "Şamaxı zəlzələsi" və H.Cavidin "Bakıda" şeirlərini doğu ran ictimai-iqtisadi amillərin rolunu göstərməklə rus ədəbiyyat şünaslığından götürdüyü həmin ifadəyə milli ədəbiyyatünaslığı-mızda da vətəndaşlıq vəsiqəsi verə bilir. Etiraz doğuran cəhət isə odur ki, tədqiqatçı "Şamaxı zəlzələsi" şeirinə ictimai don geydir məyə çalışmış, konkret fakta istinad edə bilməsə də, orada "inqi labi çaxnaşmaya simvolik işarələr" (46, 21) axtarmağa can atmış dır. Halbuki şeir sözün müstəqim mənasında zəlzələdən sonra Şamaxının düşdüyü vəziyyəti göz önündə canlandırır. A.Səhhət "Şamaxı zəlzələsi" ində doğma şəhərinin təbii gözəlliklərinin yer lə yeksan olmasından və biçarə xalqa kömək göstərilməməsindən doğan kədər, pərişanlıq hisslərini ifadə etmişdir.

Təbiət lövhələrindən bəhs edən şeirlərin çoxunda insan ilə təbiət arasındakı təmasdan, ünsiyyət və əlaqədən doğan hiss-hə yəcanlar əksini tapır. Şeirlərdə hökm sürən əhval-ruhiyyə isə gah şadlıq, gah da kədər motivi ilə müşayiət olunur. Azərbaycan ro mantikləri təbiət lövhələrini rəssam istedadı ilə müşahadə edir, rəssam ustalığı ilə onları söz vasitəsilə rəsm edirdilər. Belə şeir lərdə təbiət canlı bir varlıq kimi onları ovsunlayırdı. Şairlər təbi ətdə öz daxili aləmlərinin əks-sədasını axtarmır, əksinə təbiətin onların daxili aləmində doğurduğu əks-sədanın, heyranlığın təs virinə üstünlük verirdilər. A.Səhhətin "Yay səhəri" şeiri dediklə rimizə sübut ola bilər:

 
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan. (28,1,76)
 

"Yay səhəri" şeirində bu cəhəti dəqiq müşahidə edən K.Talıb-zadə yazır: "Peyzaj lirikasının gözəl nümunələrindən olan bu parçada heç bir süni, xeyali, qondarma fikir və duyğu yoxdur. Şa ir yay səhərini gördüyü və duyduğu kimi, bütün təbii xüsusiy yətləri və əlamətləri ilə təsvir edir." (74, 172) Doğrudan da, Səh hət həmin şeirində səhərin bir anını zəngin boyalarla canlandır mağa, təbiətlə insanın vəhdətini əks etməyə ustalıqla müvəffəq olmuşdur. Şair burada fərdi müşahidələrinə, canlı naturadan alı nan ilk təəssürata əsaslandığından uqurlu şeir yarada bilmişdir.

H.Cavidin "Dəniz tamaşası" şeirində də təbiət şairin diqqətini filosof, moralist kimi, dünyanın əzablarından qaçmaq üçün siğı-nacaq məskəni kimi deyil, şair-rəssam kimi cəlb etmişdir. Y.Qarayenin belə bir fikri ilə razılaşmaq lazımdır ki, "Dəniz tamaşası" şeirində "dəniz ilk dəfə idi ki, doğrudan da "tamaşa" hədəfinə çevrilirdi. O, bizim romantik şeirdə ruhun rəmzi, fikrin simvolu olmayan ilk təbii saf təbiət mənzərələrindən biridir." (55,121)

Bu baxımdan həmin şeirlə A.Səhhətnn "Dərya kənarı" şe rinin müqayisəsi maraqlıdır. Səhhət dənizi gecə yarısı təsvir edir. Onun lirik qəhrəmanı həyatdan, "qəmli dövrandan" bezdiyinə görə dərya kənarına gəlmiş, öz daxili aləmi ilə dəniz arasında uy ğunluq axtarır, qəmini onunla bölüşmək istəyir. Cavid isə dənizi oxucuya romantiklərimizin tez-tez müraciət etdikləri bir vaxtda-günəşin qürub etdiyi zamanda təqdim edir. Bu təqdimatda dəni zin sakit və tufanlı dəmlərinin romantik təsviri ilə üzləşirik. Bu dur, dəniz sakitdir:

 
Günəş qürub eləyir, göy…mühitimiz gömgöy…
Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,
Günəş qürub eləyir; göy…fəza, dəniz gömgöy…
Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. (3,1,74)
 

Lirik qəhrəmanın uşaqkən cənnət haqqında eşitdiyi əfsanələr, indi qüruba qarşı dənizi seyr edərkən ona həqiqət kimi görünür. Çünki dəniz öz rəngləri, əlvanlığı, gözəlliyi ilə cənnəti xatırladır. Çünki:

 
Qürubə qarşı dəniz səhneyi-lətafət olur,
Qüruba qarşı dəniz başqa bir qiyamət olur. (3,1,74)
 

Lakin dənizin sakitliyi uzun çəkmir. Azacıq keçməmiş "çıldı-rıb qudurur dəniz":

 
Uca dağlar qədər, əvət qocaman,
Dalğalar gurlayıb gəlir hər an.
Gəmi sərsəmləyib bu fırtınadan,
Bağırır sanki istəyirdi aman.
Yüksəlir, yüksəlirdi ərşə qədər,
Alçalır, alçalırdı fərşə qədər. (3, 1, 76)
 

Əgər şeirdə dənizin müxtəlif anlarının təsvirindən sonra mü əyyən düşünncələr gəlirsə, bu da dənizin gözəlliyinin şairdə do ğurduğu fikir və arzulardır. Göründüyü kimi, dəniz bədii obraz kimi Səhhətə və Cavidə başqa-başqa məqsədlər üçün lazım ol muşdur. Ümumiyyətlə, onu da deyək ki, dəniz və okean roman tizm ədəbiyyatında tez-tez müraciət olunan obrazlardandır. Bu mövzunun köklü işlənməsi romantizmlə bağlıdır. (136, 224) Hə min cəhət Azərbaycan romantizmində də qabarıqdır.

Təbiət mövzusunda yazılmış şeirlərdə real müşahidə və detal lar bəzi tədqiqatçılara həmin əsərlərin realist üslubda yazıldığı fikrini söyləmək üçün əsas olmuşdur. Şeirdəki təbiət lövhələrinin reallığı hələ onun təsvir üsulunun realist olması demək deyildir. Təsvir və ifadə vasitələrinin parlaqlığı, bütün şeir boyu davam edən romantik pafos, dərin lirizm həmin şeirlərin romantik üs lubda yazılmasını söyləməyə haqq verir.

Romantik poeziyada təbiət şairin vətənpərvərlik duyğularının mənbəyi, vətən gözəlliklərinin bir parçasıdır. Yuxarıda misal gə tirdiyimiz şeirlərdə şairlərin vətən məhəbbəti təbiət lövhələrinin gözəlliyini şeirin obyektinə çevirmələri ilə izah olunur. Sözsüz ki, bu təkcə romantik şairlərin məhəbbəti olmaqla məhdudlaşıb qal mır, oxucunun qəlbində də vətənpərvərlik duyğuları oyadır.

Azərbaycan romantikləri peyzaj lirikasının nümunələrini yara darkən, birinci növbədə, vətəni sevən, onun təbii gözəlliklərinin qədrini bilən vətəndaşlar tərbiyə etməyi nəzərdə tuturdular. Bu, əlbəttə, Azərbaycan romantizminin maarifçilik xüsusiyyətindən irəli gəlirdi. A.Səhhət "Vətən" (1914) şeirində Qafqazın təbii gö zəlliklərindən romantik bir dillə söhbət açandan, öz ölkəsini "dünya üzrə bimisli bibədəl yer" adlandırdıqdan sonra oxucula rının qəlbində məhəbbət duyğularını coşdurmaq üçün onlara be lə sualla müraciət edir:

 
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm. (30,1,81)
 

A. Şaiqin "Dağlar sultanı" şeirində də demək olar ki, eyni məq səd izlənir:

 
Gözəl olur bizim elin yaylağı,
Gül-çiçəkdir bu yerlərin otlağı.
Bir cənnətə bənzəyir hər bucağı,
Durna gözü kimi vardır bulağı. (30, II, 42)
 

H.Cavid də məktəblilərə həsr etdiyi "İlk bahar" şeirində ilk baharın gəlişilə doğma torpağında yaranmış gözəllikləri təsvir edərkən, yəqin ki, kiçik yaşlı uşaqlarda vətən məhəbbətini tərbiyə etmək məqsədini izləmişdir:

Bahar, bahar gəlmiş, yenə ilk bahar;

 
Güllər, çiçəklər gülər,quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar.
İnsanların tutqun könlünü açar. (3,1,44)
 

Yuxarıdakı nümunələrdə romantik şairlərin vətən məhəbbəti təsvir üsulu ilə ortaya çıxmışdır. Onlar vətənin maddi nemətləri-dağ, meşə və bulaqları haqqında iftixarla danışmış, həmin tor pağa məxsus vətəndaş olmaları ilə fəxr etmişlər.

Romantik poeziyada təsvir üsulundan başqa, vətən məhəbbə tini birbaşa tərənnüm üsulu da geniş yer tutur. İkinci tip şeirlərdə romantik şair konkret obyektin, səhnənin təsviri ilə məşğul ol mur. O, açıq şəkildə, monoloqvari özünün vətənə olan sonsuz məhəbbətini ifadə edir. A.Səhhətin "Ey vətən, getmə ki, əldən ge-dəriz", "Vətən" (1909), A.Şaiqin "Vətənə qayıdarkən", H.Cavidin “Olubdu qəlbimə hakim mənim məlali-vətən" misrası ilə başla yan qəzəli, M.Hadinin "Ah, kimsəsiz vətən", "Ümid səhneyi-ta-maşeyi-həyatın ruhudur", "Yadi-Vətən", "Qürbət ellərdə yadi-Vətən" şeirləri həmin üsulla yaradılmışdır. Adını çəkdiyimiz şeir lərdə müşahidə olunan yeni keyfiyyətlərdən biri odur ki, vətənlə vətənpərvər lirik qəhrəman arasındakı münasibət məşuqla aşiq arasındakı məhəbbəti xatırladır. Vətən Leyli misallı bir ünvana-lirik qəhrəman isə vüsal, gözəllik, azadlıq eşqi ilə çağlayan Məc nuna çevrilir. Vətən taleyinin doğurduğu narahatlıq, ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı əsil Məcnun yanğısı ilə fəryad qopar mağa məcbur edir:

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Yazıldığı tarih:
2017
Hacim:
230 s. 1 illüstrasyon
Telif hakkı:
Автор
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 2, 2 oylamaya göre
Metin
Ortalama puan 4,3, 4 oylamaya göre
Metin
Ortalama puan 4, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre