Kitabı oku: «Meqrenin qəlyanı», sayfa 3
Ağ köynək və ciddi görkəmli tünd göy rəngli kostyum geyinmiş Fransina içəri girdi. Xoşagəlimli, cavan bir qız. Qırmızı şlyapasının altında görünən daranmış birçəkləri, hündür boyu, mütənasib bədəni. Yəqin ki, dünəndən bu yana Fransinanın matəm paltarı almağa vaxtı olmayıb.
– Oturun, madmazel… Əgər istidirsə jaketinizi çıxarda bilərsiniz…
Onun dodağının üstündə tər damcıları görünürdü.
– Dünən ananız dedi ki, Reomür küçəsindəki standart qiymətlər mağazasında işləyirsiniz. Səhv etmirəmsə bu mağaza Sevastopol bulvarındadır, solda. Elədir?
– Bəli, müsyö…
Onun dodaqları əsdi və Meqreyə elə gəldi ki, o nəsə demək istəyir, amma bir qərara gələ bilmir.
– Mağaza saat doqquzda açılır, doğrudur?.. və o atanızın hər gün səhər işə getdiyi – hamı belə fikirləşirdi – Santye küçəsinin yaxınlığındadır. Yəqin ki, tez-tez bu yolu bir yerdə gedirdiniz…
– Cəmi bir neçə dəfə…
– Əminsiniz?
– Əlbəttə, hərdən olurdu…
– Siz atanızla onun iş yerinin yanında ayrılırdınız?
– Hə, yaxınlıqda, tində…
– Bəs heç vaxt sizdə şübhə yaranmırdı?
O sakitcə qəlyanını tüstülədərək məsum nəzərlərlə artıq həyəcan əks elətdirməyə başlamış bu cavan sifətə baxırdı.
– Mən əminəm ki, sizin kimi gənc xanım polisə yalan danışmağı özünə yaraşdırmaz… Özünüz də yaxşı bilirsiniz ki, bu sizinçün yaxşı qurtarmaz. Özü də indi elə vaxtdır ki, atanızın qatilini tapmaq üçün bacardığımızı edirik.
– Bəli, müsyö…
O çantasından yaylıq çıxartdı və ağlamağa məqam axtaran gözlərinin nəmini sildi.
– Sizin gözəl sırğalarınız var…
– Ah, müsyö…
– Yox, doğrudan çox gözəldir. İcazə verirsiniz? Doğrusu, artıq sizin heyranınızın oluğunu fikirləşmək olar.
– O, nə danışırsınız, müsyö!
– Onlar qızıldır və üstündəki daşlar da həqiqidir.
– Yox, müsyö… Anam da əvvəl elə bildi həqiqidir, amma…
– Amma?
– Mən ona dedim ki, yox…
– Ona görə ki, bu sırğaları özünüz almısınız?
– Bəli, müsyö…
– Deməli siz maaşınızı validenlərinizə vermirdiniz.
– Verirdim, müsyö… Amma danışmışdıq ki, əlavə pulları özümə saxlayacağam.
– Çantanı da özünüz almısınız?
– Bəli, müsyö.
– Deyin görək, əzizim…
Qız başını qaldırdı və Meqre güldü.
– Daha bəsdir.
– Nə bəsdir, müsyö?
– Mənim başımı aldatmaq!
– Düz sözümdür…
– Bir dəqiqə bağışlayın… Alo… Komutator? Reomür küçəsindəki standart qiymətlər mağazasını calaşdırın… Hə…
– Dayanın, müsyö…
O əliylə susmaq işarəsi verdi və qızın gözlərindən yaş süzülməyə başladı.
– Alo… Mağazadır? Məni direktorla calaşdıra bilərsiniz? Ah, bu sizsiniz? Axtarış polisindən narahat edirəm… Satıcılarınızdan biri haqqında məlumat almaq istəyirdim… Madmazel Fransina Tramble… Necə? Artıq üç aydır? Təşəkkür edirəm… Ola bilsin bu gün mağazaya gəlim…
O qıza tərəf çevrildi.
– Buyurun, madmazel!
– Mən onsuz da deyəcəkdim…
– Haçan?
– Bir az cəsarətlənmək istəyirdim…
– Bu necə oldu?
– Anama deməyəcəksiniz?.. Mən axı ona görə danışmaq istəmirdim… Yenə ağlayacaq və şikayətlənəcək… Əgər anamı tanısaydınız!.. Dedim ki, hərdən metroda atamla bir yerdə gedirdik… O əvvəldən mənim işləməyi-mə, xüsusilə də bu mağazada işləməyimə razı deyildi… Başa düşürsünüz? Anamsa israr edirdi: biz varlı deyilik, güclə dolanırıq, bu əla şansdır… O özü məni direktorun yanına apardı… Belə… Üç ay qabaq evdən çıxanda pulum yox idi və bunu Santye küçəsinin tinində xatırladım… O gün anam tapşırmışdı ki, bir neçə mağazaya girim… Atamın dalınca qaçdım… Amma o “Kuvrer və Belşas”ın yanından keçdi və kütləyə qarışdı… Fikirləşdim ki, yəqin siqareti qurtarıb, ya da başqa nəsə alacaq… Çox tələsirdim… İşə getdim… Gündüz boş vaxt tapan kimi atamın iş yerinə qaçdım… Orda mənə dedilər ki, atam çoxdan ordan çıxıb…
– Axşam ondan nəsə soruşdunuz?
– Yox… Səhər onun dalınca düşdüm… O Senaya tərəf gedirdi… Elə oldu ki, o dala baxdı və məni gördü… Onda dedi: “Bu daha yaxşıdır”…
– “Daha yaxşıdır”nə deməkdir?
– Mənim mağazada işləməyim onun xoşuna gəlmirdi. Dedi ki, çoxdan məni ordan çıxartmaq istəyirmiş… Dedi ki, indi başqa yerdə işləyir, əvvəlkindən daha yaxşı yerdə, çünki burda bütün günü dörd divar arasında oturmalı deyil… Sonra məni mağazaya apardı və bu sırğaları aldı… “Əgər anan soruşsa ki, hardandır, yalançı olduğunu deyərsən”.
– Bəs sonra?
– İşdən çıxdım, amma anama heç nə demədim. Maaş günü atam mənə aldığım maaş qədər pul verirdi. Hərdən şəhərdə atamla görüşüb kinoya, ya da botanika bağına gedirdik…
– Bəs atanız nə ilə məşğul idi? Bilmirsiniz?
– Yox… Amma anama nə üçün demədiyini yaxşı başa düşürdüm… Əgər ona çox pul versəydi də heç nə dəyişməyəcəkdi… Evdə həmin səliqəsizlik davam edəcəkdi… Bunu izah etmək çətindir, əgər siz bizdə yaşasaydı-nız görərdiniz… Anam pis adam deyil, amma…
– Təşəkkür edirəm, madmazel.
– Anama heç nə deməyəcəksiniz?
– Hələ ki, bilmirəm… Zəhmət olmasa deyin görüm, atanızı başqa adamla görməmişdiniz?
– Heç vaxt.
– O sizə ünvan verməmişdi?
– Biz həmişə Sena tərəfdə görüşürdük. Ya Yeni körpünün, ya da İncəsənət körpüsünün yanında…
– Axırıncı sual: görüşlər zamanı o həmişəki geyimində olurdu, yəni De-Dam küçəsindəki mənzilinizdə olduğu geyimlərdə?
– Bir dəfə, iki həftə əvvəl, o boz kostyum geyinmişdi. Bu kostyumu heç görməmişdim, çünki onunla evə gəlməmişdi.
– Təşəkkür edirəm… Yəqin ki, başqa heç kimlə bu barədə danışmamısınız?
– Heç kimlə.
– Bəs qonşuluqda-filanda dostunuz yoxdur?
– And içirəm…
Sevinməyə səbəb olmasa da o razı idi: iş aydınlanmaq yerinə daha da qaranlıqlaşırdı. Bəlkə o sevinirdi ki, intuisiyası onu aldatmayıb və gecəki tapıntısı düz çıxıb?
– Lüka, o cənaba de ki, gəlsin…
Teodor Jüsom, Parisdəki sahil küçəsi Luvrda quş satıcısı.
– Mən şəkillə bağlı gəlmişəm…
– Öldürüləni tanımısınız?
– Əlbəttə ki, müsyö. O mənim ən yaxşı müştərilə-rimdən idi…
Budur, Moris Tramblenin həyatının başqa bir tərəfi də açıldı. Həftədə azı bir dəfə Teodor Jüsomun mağazasına gəlib saatlarla quşların oxumağına qulaq asırdı. Ən çox sarıköynəkləri sevirdi, xeyli alırdı.
– Mən ona azı iki yüz sarıköynək satmışam.
– Onları onun evinə aparmısınız?
– Yox, müsyö. Özü aparırdı, taksi ilə.
– Ünvanı bilmirdiniz?
– Heç soyadını da bilmirəm. Bizə demişdi ki, ona müsyö Şarle deyək. Onu hamı belə çağırırdı, tək arvadımla mən yox, elə satıcılarımız da. O qədirbilən idi, əsil qədirbilən. Başa düşə bilmirdim ki, nə üçün quşlarını müsabiqələrə aparmır. Bəziləri əla oxuyurdular və mütləq birinci yeri tutardılar.
– Sizcə o varlı adam idi?
– Varlı? Yox, müsyö… Təmin olunmuş… Bir az bədxərc olsa da, pulla davranmağı yaxşı bilirdi.
– Bir sözlə, yaşamağı bacaran adam?
– Çox gözəl adam və gözəl müştəri. Elələri çox deyil…
– Onun yanında heç kim olmurdu ki?
– Heç vaxt…
– Təşəkkür edirəm, müsyö Jüsom…
Amma müsyö Jüsom getmirdi.
– Bir şey də var ki, məni düşündürür və narahat edir… Qəzetlərə inansaq, De-Dam küçəsindəki evdə quş olmayıb. Əgər məndən aldığı sarıköynəklər orda olsaydı mütləq yazardılar, düzdür? İki yüzdən artıq quşu vardı, axı eləsi hər gün…
– Qısası, siz qorxursunuz ki, onlar…
– …Hə, elə yerdədirlər ki, müsyö Şarldan başqa qulluq edənləri yoxdur…
– Yaxşı, müsyö Jüsom, söz verirəm: əgər biz onları tapsaq, sizə mütləq bildirəcəyik ki, onlara lazım olduğu kimi qulluq edəsiniz, əgər gec olmasa.
– Təşəkkür edirəm… Ən əsas da arvadım narahatdır…
– Görüşənədək, müsyö Jüsom…
Qapı bağlandı.
– Dostum Lüka, sən nə fikirləşirsən? Ekspertlərin rəyini aldın?
– İndicə gətirdilər…
Ən əvvəl həkim rəyi. Həkim Polun rəyinə görə Tramblenin ölümü tamamilə təsadüf idi.
Komissarın heç nə anlamadığı tibb terminləri ilə dolu qırx sətir.
– Alo, həkim Pol?.. Rəyinizdə yazdıqlarınızı mənə izah edə bilərsinizmi?
– Əslində güllə ölənin döş qəfəsinə girməli deyildi, buna lazım olan qədər gücü yoxdur və əgər o möcüzəvi şəkildə həmin yumşaq parçanı deşməsəydi bədənə girməz və ürək üçün də təhlükə yaratmazdı. Sadəcə onun bəxti gətirməyib, vəssalam! – Deyə həkim Pol yekunlaş-dırdı. – Sadəcə həmin yerdən atmaq və öldürülənin o vəziyyətdə oturmağı lazım imiş.
– Siz hesab edirsiniz ki, qatil hər şeyi hesablayıb?
– Mən hesab edirəm ki, qatil axmaqdır. Əgər sizin Trambleni öldürə bilibsə, ola bilsin ki, heç də pis atmır. Amma o heç vaxt elə nişan ala bilməzdi ki, güllə ürəyə dəysin… Məncə onun odlu silahlardan da əməlli başı çıxmır…
Bunu silah eksperti Qastin-Renett də təsdiqlədi. Onun rəyinə əsasən güllə yarmarka tirlərində istifadə olunan pnevmatik silahdan atılmışdı.
Maraqlı detal: qatil gülləni iti eləmək üçün ucunu yonmuşdu. Meqre qatilin bunu nə üçün etdiyini soruşanda ekspert dedi:
– Yox, bunula güllənin öldürmək gücü artmır. Əksinə, itilənməyən güllə bədənə girəndə bundan daha çox zərər verərdi. Bunu edən adam özlüyündə nəsə ağıllı bir şey elədiyini fikirləşirmiş, əslindəsə onun silahlardan başı çıxmır…
– Bir sözlə, diletant. Yəqin ki, hardasa detektiv romanlarda buna oxşar nəsə oxuyub, amma tərsinə başa düşüb.
Moris Tramblenin öldürüldüyü gündən bu biri gün səhər saat on birəcən bütün öyrənilənlər bunlar idi.
De-Dam küçəsində isə Jülyetta hər günkü işlərindən əlavə ailə başçısı öldürüləndən sonra ortaya çıxan işlərlə də məşğul idi. Səhərdən-axşamacan müxbirlər onu sorğu-suala tutur, fotoqraflarsa pilləkanın yanında növbə çəkirdilər.
– Komissar səni neyləyirdi?
– Heç, ana…
– Sən məni aldadırsan… Hamınız məni aldadırsınız… Hətta atan da məni illər boyu aldadıb…
O ağlayırdı, hıçqırırdı, danışmağa davam edirdi, bununla bərabər sabah dəfndə uşaqların geyinməli olduğu matəm paltarlarını hazırlayırdı.
Hardasa iki yüz sarıköynək kiminsə onları yemləyə-cəyini gözləyirdi.
Meqre Lükaya müraciət edərək dedi:
– Ancaq gözləmək qalır…
Bu yeddi ildə o hardasa olmalıdır axı. Əgər evdə paltarını dəyişmirdisə, çoxlu sarıköynəklər və onlar üçün qəfəslər alırdısa, deməli onun hardasa daldanacağı olmalı idi – otaq, mənzil, ola bilsin böyük ev? Bəlkə onun dostları var idi? Bəlkə də sevgilisi?
Meqre bu işi özünə də etiraf etməkdən qorxduğu gizli həyəcanla aparırdı.
“Yazıqları öldürmürlər…”
İndi isə Meqrenin tanımadığı və hətta varlığından da xəbərsiz olduğu, ilk baxışdan heç bir təsir buraxmayan, çarpayıda oturub Jülyettanın deyinməyinə qulaq asanda onu öldürməməli güllədən ölən adam Meqreyə çox yaxın olmuşdu.
Yarmarka tirindən silah… Belələri ilə suda üzən qəlyanları və şarları vururlar…
Hələ gülləni səylə yonub onu daha zərərverici eləməyə çalışan qatil… Hər şeyə əsasən demək olar ki, “Ekselsior” mehmanxanasında özündən sonra dişlərinin yarısı sınmış daraqdan başqa heç nə qoymayan bu adam özü də yazıq idi.
Onun qara ciyəri xəstədir. Demək olar ki, bundan başqa onun haqqında heç nə məlum deyil.
Lüka yenə ova çıxdı. Cansıxıcı işdir – nə sevinclidir, nə də maraqlı… Parisin bütün silah satılan dükanlarını gəzmək. Sonra isə bütün tirləri; çünki bu subyekt silahı tirdən də ala bilərdi. İnspektor Janvye sahil küçələri Luvr və Messajeridəki bütün alverçiləri, eləcə də Təzə körpünün və İncəsənət körpüsünün yaxınlığındakı bütün barların sahiblərini sorğu-sual etdi. Ola bilsin Tramble qızını gözləyəndə buralarda bir stəkan şərab içib.
Nəhayət, gombul Torans taksi sürücüləri ilə məşğul oldu, çünki çoxlu quş alan adamlarla hər gün rastlaşmırlar.
Meqre isə Dofina meydanındakı restoranda oturub pivə içirdi. Bakalın yarısı artıq boşalmışdı və Meqre səhər yeməyi yeməyə gedəcəyi vaxtı gözləyə-gözləyə qəlyanından həzz alırdı.
Ücretsiz ön izlemeyi tamamladınız.