Kitabı oku: «Acı həyat. Roman», sayfa 5

Yazı tipi:

Beləcə günlər keçirdi, Mələk artıq getmirdi Murad dayısıın yanına, istəmirdi Səlimlə üzləşsin. Tez – tez Uğurla danışırdılar telefonda. Mələk sahəyə gəlmir deyə, Murad kişi özü gəlirdi olara. Mələyin dayısı xəstə olduğundan, ata – anası getmişdilər ziyarətinə. Mələk həyətdə oturub Gülsümlə telefonda danışırdı. Birdən kimisə gördü, üzünün ifadəsi dəyişdi. Telefonda – Gülsümə: bacım mən səni sonra arayacam. Telefonu söndürüb gələn adama baxdı əsəblə, gələn Səlim idi. Gəlib yanına çatıb üz-üzə dayndılar. Mələk – Səlimə: gəldin babamın yeridi dedin anladıq, artıq gəlmirik. Həyətimdə, evimdə, nə işin var sənin? nə cəsarət edib gəlmisən. Səlim kinlə gülümsəyib, ətrafa baxıb – Mələyə: sənin bəs mənim evimdə nə işin vardı? burnumun ucuna gəldiyini unutdun deyəsən. Mələk istəmirdi kimsə duysun davalaşdığını, – Səlimə: bax Səlim, mənim evinə gəlməyimə sən səbəb olmuşdun. Babana görə ordaydım unutmadınsa. Yəni sənin çıxardığın hoqqa oyunun nəticəsi idi, anladınmı. Səlim yalandan gülümsəyərək, —Mələyə: mənimdə burda olmağıma yenə babam səbəbdir, eyni sənin kimi. Mələk narahat oldu, nə olmuş ki babana? Səlim dərindən nəfəs alıb – Mələyə: xəstələnmiş yenə. Dedi səni cağırım, o üzdən burdayam anladınmı? Mələk narahat oldu. Heç Səlimi gözləmədən qaçıb getdi sahəyə kişinin yanına, Səlimdə ardınca getdi.

Mələk tələsərək qaçıb gəldi. Murad dayı yuxardasanmı? səsinə hay verən olmadı. Tələsik çıxdı yuxarı baxdı, kişi yox idi yerində, aşağı endi. Səlim gəldi, Mələk çox narahat idi – Səlimə: hanı baban? Səlim çiyinlərini cəkib, burda idi bilmirəm. Mələk – Səlimə: xəstəydisə hara getdi o halıyla? dönüb ətrafa baxan an, birdən Səlim Mələyi tutdu arxadan boynuna qolunu salıb özünə sıxıb tutdu. Mələk anladı bu yenə Səlimin oyunu idi. Mələk – Səlimə: demək yenə səni cəzalandımağımi istəyirən, şərəfsiz. Səlim bərk – bərk Mələyi arxadan tutumuşdu, tərpənməyə imkan vermirdi. Bu dəfə mənim növbəmdir səni cəzalandırmaq. Mələk çox dartınsada qolundan çıxa bilmədi. Səlim əsəblə qulağına pıçıldadı, dinc dur boynunu qırmayım. Mələk Səlimin qolundan iki əlləriylə tutdu, – Səlimə: bacarmayaçağın işi heç dilinə gətirmə şərəfsiz. Qollarından tutub bütün gücü ilə Səlimi arxadan atmaq istədi, alınmadı. Səlimdə işini bilmişdi bu dəfə, ehtiyatla davranırdı ki, Mələyin udarı tutmasın özünü. Mələk dizinə təpik vurdu, o arada Səlimi özü qarışıq yerə yıxa bildi. Ançaq Səlim bərk tutmuşdu buraxmırdı, Mələk gördü gücü yetməyəcəkdi Səlimə. Gözü axtardı bir şey tapsın yenə başına ilişdirsin, ancaq tərslikdən heç bir şey tapmırdı. Səlim əllərini başı üstə tutub, üstünə çıxıb bərk – bərk tutdu. Nə oldu? bu dəfə başıma vurmağa əlinə birşey çatmadımı? sən etdiklərinin cavabını verçəksən mənə. Mələk dartınsada çox pis ilişmişdi, əllərindən çıxması mümükün deyildi, gücü Səlimlə bir deyildi. Səlim ələ salaraq, – Mələyə: nə oldu, niyə susursan? buydumu kənt qızının gücü? çox lovğalanırdın. Mələk birdən diziylə qarnından vurdu, Səlim yenə özünü itirmədi buraxmadı. Acığa Mələyi öpməkçün dodaqlarına yaxınlaşmışdı, Mələk alnıyla Səlimin burnundan vurdu başıyla. Səlim bir əliylə burnunu tutdu, Mələk yumuruqla başının zədələnən yerindən vurdu. Səlimi üstündən saldı, cəld ayağa qalxmışdı, Səlim ayağından tutub yenə yıxdı. Mələklə Səlim artıq əlbə – ayağa davalaşırdılar. Səlim gördü başından və burnundan dəyən zərbədən Mələyi əldən buraxacaq. Əsəbləşib heç özüdə bilmədən, istəmədən Mələyin başından yumuruq vurdu. Vurulan zərbəni təsirindən Mələk özündən keçindi. Səlim başını tutub, dərindən – dərindən nəfəs alıb burnunun qanını sildi. Çox oldun sən, Mələk cavab vermədi, tərpənmədidə. Səlim ehtiyatçün tez Mələyi oturduğu yerdə özünə çəkdi. Quçağında sıxıb, boynuna qolunu salıb tutudu. Niyə danışmırsan? elə bilirsən yalanlarına inanacam hə? pislik. Mələyi elə sıxıb tutmuşdu ki, düşünürdü elə durub birdən özünü vuracaqdı. Əliylə burnunun qanını silib başını tutdu, off səni öldürsəm ürəyim soyumaz. Mələkdən cavab gəlmirdi, nə də əlindən çıxmağa çapalamırdı. Səlim ehtiyatla üzünə baxdı, əliylə üzünü şillələyib, ey duyursanmı məni? özünü tülkülüyə vurma. Birdən Mələyində burnundan qan gəldi. Səlim tez qolunu boşaltdı boğzaından, o qədər Mələkdən ehtiyat edirdi ki, bu halındada inanmırdı. Əliylə burnunun qanına toxunub, sən gərçəkdəndə özündənmi kecindin? pislik. İnan öldürtəcəksən özünü mənə. Tez dizi üstə durub Mələyi yerə uzatdı, aşağı əyildikdə başı ağrıdı, ofuldadı. Mələyin üzünə şillə vurdu yavaşdan, eyy aç gözlərini oyun oynama mənimlə. Bilirəm özünü tülkülüyə vurursan, bax deyirəm birdə məni vursan, öldürərəm səni. Gördü gərçəkdən Mələk özündə deyil, tez qalxıb su gətirdi, yanında çökdü. Sudan üzünə vurub ayıltmağa çalışdı, aç gözlərini işim bitmədi səninlə. Sudan sinəsinə – üzünə vurub, ayıltmağa çalışırdı. Ancaq başından dəyən zərbə ciddi tutumuşdu qızı.

Uğur Dənizə gəlmişdi, bilmirəm nədənsə içimdə narahatçılıq var. Dəniz – Uğura: xalamın yaraşıqlı oğlu, söz soruşum səndən, düzüün de. Sən Mələyə aşiqmi oldun? – Dənizə: Mələk mənim dostumdur. Dəniz gülümsəyərək, —Uğura: bu həyəcanın deyirsən dostcasınadır eləmi? Uğur əllərini üzünə çəkib baxdı. Dəniz deyirəm ürəyim yerindən qopacaq kimiyəm. Mələk telefonunu açmır, anlayırsanmı? of Allah. Qardaşının orda olması qıza təhlükəlidir. Hiss edirəm nəsə yaxşı şeylər olmur. Dəniz -Uğura: adamı qorxutmasana belə şeylər deyib. Mələk orda tək deyil ki? ata – anasının yanındadır. Qardaşım o dərəcədə də manyak deyil, hər halda. Uğurun özünə sual dolu baxdığını görüb, başını qaşıdı.Baxma elə, hə oldu tərs işləri bilirəm, ancaq orda babamda var. Yəni heçnə olmaz, sonra birdə yığarıq Mələyə narahat olma, yəqin telefonunu unutmuş. Kənt yeridir bəlkə dışardadır, Uğur yenə Mələyi aradı, gözlədi cavab vermirdi. Ayağa qalxıb, – Dənizə: mən belə qala bilmərəm, gedirəm elə indicə. Dəniz tərçüblə baxdı, o arada telefonuna zəng gəldi, – Uğura: dur bəlkə Mələkdir. Tez qalxıb masadan telefonunu götürüb baxdı, babamdır. Tez cavab verdi, alo babacan, biraz qulaq asdı üzünün ifadəsi dəyişdi. Dönüb həyəcanlı baxışlarla Uğura baxdı. Uğuru dahada həyəcan basdı, anladı Mələklə əlqəli idi bu zəng.

Mələyi həkimlərin yardım etməsinə baxmayaraq özünə gətirə bilməmişdilər, reonimasiya otağına yerləşdirmişdilər. Babasınada iynə vurmuşdular, yazıq kişi olanlara tab gətirə bilmirdi. Ürəyini tutub qalxıb Mələyin yanına getməyə istəyirdi, həkim tutub zorla yatızdırırdı. Tibb bacısı tələsik təkrar sakitləşdirici iynə vurdu. Yazıq kişinin ürəyi az qala dayanacaqdı həyəcandan.

Səlim etdiyinə peşman idimi? bunu bir Allah bilirdi, qapının yanında gözünü bir nöqtəyə zilləyib fikirə dalmışdı. Əslində bilmdən vurmuşdu Mələyi, qaçaraq Mələyin ata – anası gəldilər xəstəxanaya. Yazıq qadın çatan kimi qızım deyib ağlamağa başladı, atası tutub zorla saxlayırdı ki, otağa girməsin. Səlim baxdı anasının fəryad edib ağlamasına, bunda günahkar özü idi. Bi ixtiyar gözlərindən yaş süzüldü üzünə, anasınada qaçaraq gəlib iynə vurdular. Vurulan iynənin təsirindən yazıq qadın ərinin qucağında qaldı halsız. Atasıda arvadını otuzdurub qucaqlayıb tutdu, qızının yatdığı otağa tərəf baxıb ağldı. Səlim az qalırdı havalansın olara baxdıqca, öz – özünə: Allah mənim cəzamı indi verdi. Divara söykəndiyi yerdə aşağı çökərək ikki əlləri ilə başını tutdu, ayıl başımın bəlası. Anançün ayıl, qorxmuş uşaq kimi qısılıb oturdu yerdə, baxa bilmirdi atasının ağlaşına.

Beləcə gecə yarı olmuşdu, heç kimin canında taqət qalmamışdı. Qaçaraq xəstəxanaya Səlimin atasıyla, Uğur gəldilər. Uğur çatan kimi Səlimin ağzından yumuruq vurdu, Səlim Uğura cavab qaytarmadı. Uğur təkrar – təkrar Səlimi vurdu, sənə dedimmi şərəfsiz uzaq dur qızdan. Alçaq səni öldürmərəmmi mən? pis – pis vurdu Səlimi. Tez atası gəlib zorla Uğuru çəkdi kənara. Sakit ol dedim burası xəstəxanadı, ağzı – burnu qanamış oğluna tərs – tərs baxdı. Səlim atasının üzünə baxmadı, atası indi çətin durumda idi. Heç bilmirdi nə deyəcəkdi Mələyin ailəsinə, yazıq kişinində əsəbdən əlləri əsirdi. Səlim atasının əllərinə baxdı, yaşarmış gözləri ilə atasına baxdı. Atası başını narazılıqla sirkəlrdi, Uğuru o tərəfə çəkib apardı ki, vurmasın oğlunu. Uğur qolunu əsəblə çəkib bağırdı, tutma məni, get o şərəfsiz oğlunun qolundan tut apar gəbərtməyim. Atası əsəblə – Uğura: yetər dedim, başımda bir tərbiyəssiz var bəsdir, səndə oxşama ona sus. Uğur dərindən – dərindən nəfəs alıb, sakitləşməyə çalışdı. Birdən özlərinə baxan Mələyin ata – anasını gördüyündə, elə bil yuxudan ayıldı. İkisidə sual dolu baxışlarla baxırdılar olara, arvad halsız ayağa qalxdı gözləri yaşlı. Oğlum Uğur demişdi, Uğur qaçaraq gedib arvadı qucaqlayıb ağladı. Hay can Anam, arvatda Uğuru qucaqlayıb qızım deyib elə ağladı ki, Səlimin atası kənara baxdı xəcalətindən. Mələyin atasıda üzünü tutub ağlayırdı, oğlum qızım yıxılmış başı dəymiş, həkimlər özünə gətirə bilmirlər. Oğlum niyə getdin, kəşki getməsəydin. Səlim qulaqlarını tutdu, arvadın dediyini eşitməməkçün. Səlimin atası anladı olanları atası deməmişdi ailəsinə, Səlimə baxdı əsəbi baxışlarla. Uğurda arvadın belə deməsindən şoka düşmüşdü, Murad dayısına getmiş qızım. Orda talvardan düşmüş, sağ olsun nəvəsi çatdırmış qızımı xəstəxnaya. Uğur duyduqlarından şok keçirirdi, oğlum Səlimi nahaq vurdun onun bir günahı yoxdur. Səlim arvad ağlayaraq danışdıqca, xəcalətindən- üzüntüsündən qulaqlarını tuturdu. Uğurun gözlərində Səlimə və babasına qarşı nifrət dolu baxışları yarandı. Arvadı qucaqlayıb qızarmış, yaşarmış, gözləriylə kinli baxışlarla baxdı Səlimə.

Evdə Dəniz oturmuşdu xadimə gəldi, Dəniz xanım çox gec oldu yatmadın. Ürəyin bir şey istəyirmi? Dənizdə ağlamışdı olanları duyduğunda, yox narahat olma sən get yat. Xadimə getdi, Dəniz üzünü tutub ağladı.

Artıq səhər olmuşdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkimin üzündən bəlli idi hec xoş söz deməyəcəkdi. Yazıq anası heç oturduğu yerdən ayağa qalxada bilmədi stresdən. Qorxmuş uşaq kimi Uğurdan bərk – bərk yapışdı. Uğur bir anlıq arvadın qorxub necə özündən tutmasına baxdı, ürəyi param – parca oldu. Atasıyla, Səlimin atası yaxınlaşdılar həkimə. Həkim dərindən nəfəs alıb – olara: qızınızı təssüflər olsun ki, özünə gətirə bilmədik. Həkimin belə deməsindən bir anlıq hər kəs şok yaşadı. Səlim gözlərini qırpmadan baxırdı həkimə. Həkim – olara: sizə məsləhətim, paytaxt şəhərimizə aparıb ornın həkimlərinin nəzarəti altında saxlamaq daha yaxşı olar. Orda məncədə burdan daha yaxşı olacağını düşünürəm. Bu sözünü duyduqdan sonra, Səlimin atası əlini atıb divardan yapışıb dayandı. Öz – özünə: şükür Allahım çox şükür, Mələyin atası sanki keyləşmişdi. Birdən bağırdı həkimin yaxasndan tutub. Burası xəstəxana deyilmi? niyə qızıma dünəndən yardım etmirsiniz. Niyə bunu dünən demirdiniz, tez Səlimin atası həkimdən atasını ayırdı, – həkimə: üzürlü sayın. Gəlin Davud bəy etməyin belə, zorla kişini kənara çəkdi. Həkim anlayırdı şokda idi atası, artıq söz demədən getdi. Atası zorla danışırdı kövrəlmişdi, niyə qızıma yardım etmədilər? indi deyirlər aparın. Səlimin atası sakitləşdirməyə çalışdı, Davud bəy mənim orda tanıdığım güclü həkimlər var. Biz elə indicə qızı burdan aparacağıq, nə olar özünüzü ələ alın. İnanın mənə Mələk yaxşı olaçaq, sizin necə güclü və mərd qızınız olduğunu siz məndən daha yaxşı bilirsiniz. Atası elə kövrəldi ki, çarəsiz uşaq kimi Səlimin atasını qucaqlayıb ağladı. Uğur özünə qısılıb hələdə keyikib baxa qalmış arvada baxdı, yazığın üzünün rəngidə uçmuşdu. Qorxma anam, Mələk gərçəkdən güçlüdür, mənim dostum çox güçlüdür yaxşı olacaq. Arvad üzünü Uğurun sinəsinə qoyub qızım deyib ağladı, Uğur qucaqlayıb tutdu. Səlim bir addım atmışdı gözləri qaraldı, artıq heçnə görmədi, başını ikki əlləriylə tutdu. Atası anladı, qaçıb gəlib oğlunu tutdu. Səlim özündən keçinmək üzərə idi, Atası oğlunu gətirib otuzdurdu. Yanında əyləşib üzünü şillələdi. Səlim oğlum özünü ələ al, duyursanmı məni? oğlum, təkrar sələdi. Səlim özündən keçinməməkçün özünü toparlayıb gözlərini açıb baxdı. Halsız idi, dünəndən pərişan olmuşdu, üzündə Uğurun vurduğu yerlər bilinirdi. Atasının ürəyi acıyırdı, nə qədər tərs olsada evladı idi. Səlim alnını atasının çiyninə qoyub, – atasına: yaxşıyam. Sən get onu burdan aparmaqçün həkimlə danış, tez gedək burdan. Atası dərindən nəfəs alıb baxdı, Səlim alnını atasının çiynindən çəkdi ki, qalxsın getsin. Atası qalxıb getdi tez həkimlə danışsın. Səlim peşman baxışlarla baxdı Uğura qısılıb ağlayan Mələyin anasına. Uğurun nifrət dolu baxışlarıyla tuş gəldi baxışları. Səlimdə Uğura heyif cıxaçaq baxışlarla baxdı.

Beləcə 3 gün keçdi, Mələyi şəhər xəstəxanasına gətirmişdilər. Həkimlər əllərindən gələn yardımı əsirgəmədən edirdilər. Dənizlə Gülsümdə gəlmişdilər xəstaxanaya. Dənizdə gərçək olanları Gülsümə deməmişdi. Gülsüm Mələyin anasına qısılıb göz yaşlarına boğulmuşdu. Dəniz divara söykənib baxırdı gözləri yaşlı. Mələkdən hələ bir irəliyiş yox idi. Uğur gəldi əlində yeməklə, gəlib anasının o bir tərəfində əyləşdi. Gətirdiyi yeməkdən yedirməkçün səslədi anacan, yazıq arvad gözləri yaşlı dönüb baxdı. Hay can oğlum, Uğurunda gözləri yaşardı elə cavab duyduğunda. Canın ağrımasın anam, nə olar bir tikə ye mənim xətrimə. Belə olmaz, dostum ayıldığında yanında dayanmağa halımız olmasa, çox üzüləçək. Əliylə götürüb yeməkdən uzatdı ki yesin, arvad qırmadı verdiyini çətində olsa yedi. Yazıq o qədər kövrək olmuşdu, Uğurun əlini öpüb üzünə tutub ağladı. Uğura çox pis təsir edirdi yazıq qadını belə görməyi, dərdinin üstünə dərt gətiridi. Tez qucaqlayıb sinəsinə sıxıb tutdu, Gülsüm dayana bilmədi. Qalxıb ağlayaraq getdi, Dənizdə getdi Gülsümün ardınca. Səlimin atasıda kənardan dayanıb baxırdı. Mələyin atasıda bir kənarda otumuşdu, dinməz səssiz. Babasını gəlməyə qoymamışdılar, xəstə olduğundan. Səlimin bir səhvi hər kəsi pərişan etmişdi.

Beləcə axşam oldurdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkim gülümsəyərək, – olara: gözümüz aydın xəstəmiz özünə gəldi. Bir anlıqda hər kəsin ürəyinə rahatlıq gəldi, Uğur anasını qucaqlayıb öpdü. Duydunmu anam? dedimmi mənim dostum güclüdür ayılacaq. Anasıda Uğuru qucaqlayıb ağladı, yazıq danışa bilmədi. Atası ayağa qalxıb gəldi. Dənizdə Gülsümü qucaqlayıb sevinclərini bölüşdülər, şükür bacım ayıldı. Dənizdə çox sevinmşdi, – Gülsümə: bacının hələ qardaşımdan alacaq heyifi var, belə rahat təslim olmazdı. Gülsüm Dənizin zarafat etdiyini düşünüb gülümsədi, gözlərinin yaşını sildi. Ancaq yazıq bilmirdi sözlərində gərçək vardı. Atası – həkimə: qızımı görə bilərəmmi? Həkim – atasına: ancaq deyim çox az vaxtlıq. Atası həkim sözünü bitirməmiş girdi içəri, Səlimin atasıda gəldi. Təşəkkür etdi həkimə, həkim əlini sıxıb, Paşa bəy siz mənimlə gəlsəniz. İşarə etdi ki, xəstə haqda təklikdə deyəcəkləri vardı, bu Uğurun gözündən qaçmadı. Getdilər həkimlə, Uğur işarə etdi Gülsüm yaxınlaşdı, mən indi gəlirəm anam. Tez ayağa qalxdı, – Gülsümə: anamın yanında əyləş, gəlirəm indi. Tez getdi həkimlə, Səlimin atasının ardınca.

İçəridə qızının əlini tutub atası dayanmışdı yanında, Mələk çox halsız idi danışmağa çətinlik çəkirdi. Atası ağlamamaqçün özünü zor tuturdu, şükür səni Allahım bizə bağışladı qızım. Yorma özünü, sabaha daha yaxşı olacaqsan, danışarıq canım qızım. Mələk nə isə demək istəyirdi, bacarmırdı. Zorla Ana sözünü dedi, atası anından öpüb – qızına: ananda burdadır, narahat olma. Həkim az vaxlıq icazə verdi səni görməyimizə, indi anan gələcək. Alnından təkrar öpüb çıxdı otaqdan, atası çıxan kimi anası girdi otağa. Qızını elə halda görüb çox kövrəldi, can qızım, gəlib qucaqlayıb öpüb ağladı. Mələk nə isə deməyə calışırdı, yenədə bacarmırdı. Yazıq anasının ürək dağlayan ağlaşından dahada pis oldu, danışa bilmədi. Bir qoluyla çox çətinliklə anasını qucaqlayıb özünə sıxa bildi.

Beləçə daha 10 gün ötdü keçdi, Mələk artıq özünü yaxşı hiss edirdi. Həkim öz kantrolu altında saxlamışdı, icazə verməmişdilər kəndə qayıtsın. Mələyi anasıyla, Uğur öz evinə gətirmişdi, anası mətbəxtdə yemək hazırlayırdı. Mələk yerindən qalxdı, başında hələ ağrı hiss edirdi, içəri Uğur girdi. Sən niyə qalxırsan? duymadınmı həkim nə dedi? gəlib Mələyin qolundan tutdu. Mələk – Uğura: sən niyə işdə deyilsən? yoxsa bu gün bazardımı, mən günlərimidə qarışdırmağa başladım. Uğur zarafatla – Mələyə: bazardı dostum, o üzdən evdəyəm. Ğəl yardım edim, vannayamı gedirdin? Mələk bir anllıq nəsə düşündü, cavab verməyə çətinlik çəkdi. Uğurun ürəyi parcalanırdı Mələyi belə görməsi, yox mən sıxıldım yatmaqdan. Uğur istəmirdi Mələk özünü belə pis hiss etsin, gülümsəyib, – Mələyə: mən bilirəm niyə qalxdın. Anamız mətbəxtdə dadlı yeməklər hazırlayır, sən qoxusunu duymuşsan. Gəl gedək qolundan tutdu, – Uğura: anam burdadırmı ki? Uğur biraz şaşqın baxdı Mələyə. Ancaq tezdə özünü toparladı, hə burdadı, sən yatdın unutdun dostum gəl gedək. Mələyin hələ başı gicəllənirdi, uşaq kimi Uğurun qolundan tutub, otaqdan çıxdılar yavaş addımlarla.

Evdə Səlim kefsiz oturmuşdu, atası gəldi əyləşdi, oğluna baxdı əsəblə. Səlimi atası acılamışdı etdiyi yaramaz hərəkətdən sonra. Uğurun işdən çıxmasında sənin barmağınmı var? Səlim əsəblə yavaş səslə, – atasına: yoxdur. Atası şüphəylə baxaraq – oğluna: tapşırdım mağazaya başqa işçi götürülməsin. Sabah səhərdən sən gedib çalışacaqsan, duydunmu məni? get çalışda lazımsız şeylərə vaxdın qalmasın. Səlim heç bir söz demədi, atası əsəblə ayağa qalxıb – oğluna: bu sənə sonuncu şansdır verirəm. Birdə duyarsam bir tərs işini, silərəm səni evlatlıqdan, duydunmu? Səlim sakit dayandı. Dəniz gəldi, duymuşdu atasının dediklərini, atası getdi çıxıb evdən. Dəniz qardaşının yanında əyləşdi, üzülmə mən sənə yardım edəcəm işdə. Səlim o qədər danlanılıb acılanmışdı həm atası, həmdə Uğur tərəfdən. Elə yorğun idi ki, sanki çiyninə tonlarla yük qoymuşdular üzündən bəlli idi. Qardaşının belə susması Dənizi narahat edirdi, bilirdi yenə dinc durmayacaqdı. Başını qardaşının çiyninə qoyub, xayiş edici baxışlarla baxdı üzünə. Səlim kənara baxdığında, Dəniz anladı ki, qardaşını və Mələyi daha betəri gözləyirdi qarşıda.

Uğurla anası gözəl süfrə açmışdılar, masa ətrafında əyləşib günorta yeməklərini yeyirdilər. Mələk – anasına: atam gedibmi? anası gülümsəyib, hə qızım gedib. Mələk – anasına: mən yatrdımmı o gedəndə? mənimlə salamatlaşmadan atam getməzdi. Anası kövrəldi qızının olanları unutdaraq irəli – geri danışmasından, əliylə ağzını tutub baxdı Uğura. Uğur xayiş edici baxışlarla baxdı ki, ağlamasın. Uğür gülümsəyib, – Mələyə: atalar qızlarını yuxudan oyatmağa qıymazlarmış, gözümün şahidi oldum. Mələk birdən əlindəki qaşığı qoyub baxdı, anası – qızına: qızım sevmədinmi yeməyi? başqasından ye. Mələk nə qədər çalışdı fikrini toplaya bilmədi, nə edəcəyini şaşırmışdı. Uğur anladı tez stulunu çəkdi yanına, dostum bu yemək əllə yeyilir. Uğur yeməkdən əli ilə götürüb – Mələyə: aç ağzını dostum, bax anamız necə dadlı hazırlamış. Mələk Uğurun verdiyini əlindən yedi, anası baxa qalmışdı qızının yaddaşını itirməsinə. Gözünün önündə qızını belə görməsi, hansı anaya rahat olardı ki? əlbətdə heç birinə. Yazıq qadın ağladığını qızı görməsin deyə, – olara: mən çaya baxım. Tez getdi mətbəxtdə ki, ağladığını gizlətməkçün. Mələk uşaq kimi gözünü ovub baxdı Uğura. Uğur gülümsəməyə çalışırdı çətində olsa, – Mələyə: dostum sən yuxudan doymadınmı? hadi ye sonra yatarsan. Mələyin zarafatlı sözləriçün çox darıxırdı Uğur. Mələyi belə görməsinə çox cətin dayana bilirdi. İçindən param – parca olmuşdu, Mələk yeməkdən əliylə götürdü. Uğur baxdı ki Mələk yəqin özü yeyəcək, Mələk yeməyi uzadıb – Uğura: ye səndə dostunun əlindən. Uğur əlindən verdiyini yedi, mm vallahi yeməyin dadı – tamı bir başqa dəyişdi dostum. Mələk yenə yeməkdən götürdü, – Uğura: anamın xətrinə dəyər dostum, yemək öz dadında qalsa yaxşıdı. Uşaq deyilsən özün ye, Uğur elə sevindi ki, Mələyin zarafat etməsinə. Canım dostum, həsrət qoyma məni zarafatlarına, anası gəldi sinidə çaylarla. Uğur qalxıb yardım etmək istəyirdi, arvad icazə vermədi, əyləş oğlum narahat olma. Çayları masaya sinidə qoyub əyləşdi. Mələk – anasına: ana biz evimizə nəvaxt gedəçəyik? anası gülümsəməyə çalışdı. Həkim yaxınlarda gedəcəksiniz dedi, azacıqda burda qalmağımız gərəkir qızım. Uğur – Mələyə: dostum xətrimə dəyirsən, baxsana nə gözəl birlikdə vaxtımızı keçiririk. Qalın heç getməyin, bax məndə tək darıxıram. Mələk Uğura baxdı, nə isə soruşmaq istədi, ancaq deyəcəyini o andada unutdu. Bunu anasıyla Uğur çox gözəl anlayırdılar, hadi dostum bitir yeməyini. Anası qızının üzünə baxa bilmirdi, kənara baxıb özünü toparlamağa çalışdı.

Beləcə bir neçə gün keçdi, Uğur Mələyi şəhərin gözəl yerlərində gəzdirirdi. Uğura Dənizdən zəng gəldi. Uğur Səlimə incik olsada, Dənizin xətrini çox istəyirdi. Telefona cavab verdic alo Dəniz, biraz qulaq asıb kənara gedib, nə isə danışdı. Mələk kedib əyləşdi skameykada, telefonu söndürüb gəlib əyləşdi yanında. Mələk çox danışmırdı əvəllki kimi, – Mələyə: Dənizdi arayan, bizə getmiş. Mələk əstafa baxıb – Uğura: sənin ailən hardadır? Uğurun üzündən hiss olundu nə isə problemi vardı ailəsində. Mənim valideyinlərim başqa ölkədə yaşayırlar, yəni deməkdə çətinlik çəkdi. Anam başqasıyla yaşayır, atamda başqasıyla, məndə o üzdən olarla yaşamıram. Mələk – Uğura: əlaqəndə yoxmu? Uğur sinəsini ovdu əliylə, bu haqda danışmaq ona çətin idi. Var əlaqəm ikisiylədə, ildə bir dəfə, oda doğum günümdə məçbur çavab verirəm telefonlarına. Guya məni dünyaya gətirib yaxşı həyat vermişlər kimi, sözünün ardını demədi. Mələk əlini Uğurun dizinə qoyub, şükür həyatdadır valideyinlərin, olacağa çarə yoxdur üzülmə. Uğur zarafatla, – Mələyə: artıq üzülmürəm, sənin anan var mənimçündə. Qısqanmırsan demi dostum? – Uğura: əksinə, şadam dostum. Cibində siqaret çıxarıb yandırdı, – Uğura: birincidir səni siqaret çəkən görürəm. Uğur tüstünü ciyərlərinə çəkib, – Mələyə: tərgimişdim, yenidən ürəyim istədi. Mələk yavaş səslə – Uğura: buna dostun səbəb oldu, elə deyilmi? özünü qəst etdi. Uğur dəridən nəfəs alıb – Mələyə: xeyir sən deyil, yaramaz xalam oğlu səbəb oldu. Mələk biraz düşünüb, – Uğura: Murad dayını yenidən yatağa saldı eşşək. Uğur təcüblə baxıb – Mələyə: o sənin Murad dayında heç göründüyü kimi deyilmiş. Nəvəsini qorumaqçün sənin yıxıldığını demiş, – Uğura: mən ora getdiyimdə, Murad dayı orda deyildi. Onada mənim yıxıldığımı Səlim demiş. Uğur şaşqın baxaraq, – Mələyə: anlamadım, yəni gərçəklərdən xəbərsizmi olub? Mələk kinlə gülümsədi. Məni vurduqdan sonra Səlim olanları Dənizə demiş. Dənizdə atasına deyib, o üzdən atası gəlmiş qaçaraq. Murad dayı düzgün insandır, bilsəydi hadisə necə olmuş, inan olduğu kimi deyərdi. Sadəcə o anda yazıq yıxıldğımı düşünərək şok olmuş, bunu o heç vaxdı bilməyəcək. Əgər bilsə nəvəsinə çox qırılar, – Mələyə: sən onun nəvəsinimi düşünürsən? bilsin necə manyak olduğunu. Mələk -Uğura: olardan başqa onun kimsəsi yoxdur anla, yaşlı halında yetdik stress yaşadı. Mən istəmirəm yaşlı adam bizə görə dərt çəksin, sizdə onu səhv anlamışsınız. Gərçəkləri bildin, işdi Murad dayıyla rastlaşsan, xayiş edirəm hörmətlə davran. Uğur əlindəki siqareti qaraldıb atdı, – Mələyə: hammıya Mələk olub özümü yandıraram deyirsən. Mələk – Uğura: eyni sənin kimi dostum, bax neçə günlərdir işini – gücünü atıb yanımdan ayrılmırsan. Səninlə fərqimiz nədir ki? Uğur gülümsəməyə çalışdı, – Mələyə: mən dostumçün canımıda verərəm. Mələkdə zarafatla – Uğura: gözlərimin şahidiyəm dostum, deməyə gərək yox.

Uğurun evində Gülsümlə Dəniz oturmuşdular. Əlbətddə Dəniz Mələyin anasından gərçəkləri gizlətmişdi. Gülsümdə xəbərsizdi Mələyin başına gələn gərçək işdən. Dəniz- Gülsümə: arasaqmı birdə? Uğurun səsi duyuldu. Kimi itirdin Dəniz xanım, dönüb baxdılar gələn Uğurla Mələyə. Gülsüm tez qalxıb gedib Mələklə qucaqlaşıb görüşdü. Uğurlada əl verib görüşdülər, Dənizdə qalxıb gedib qucaqlaşıb, hər ikisiylə görüşdü. Gəlib əyləşdilər, Dəniz – Uğura: xalamın yaraşıqlı oğlu, sən heç belə çox gəzməzdin. Uğur Dənizə işarə etdi ki, Mələyin yanında işdən çıxdığını bildirməsin, Dəniz anladı. Uğur – Dənizə: hava yaxşıydı xalamın gözəl qızı, Mələk dedi ki, Dənizin dalğası sakit vaxdı çıxaq dolaşaq. Bu Mələyin zarafatı idi Dənizə dediyi. Gülsüm – Dənizə: yaxşıdır mənim ləqəbim yoxdur. Mələyin özünə baxdığınə görüb, – Dənizə: var mən unutdum, bacım baxdığında xatırladım. Zarafatlaşıb gülüşdülər, Mələk gülmürdü, – Dənizə: anam hanı? Dəniz gülümsəyərək, – Mələyə: otağına yatır. Mələk narahat oldu qalxacaqdı, Gülsüm – Mələyə: hava filan dəyişdi o üzdən yatır, narahat olma əyləş. Mələk – Gülsümə: sənin, nə isə deyəcəkdi yenə unutdu sözünü, belə olduğunda özündən asılı olmadan əsəbləşirdi. Gülsüm anladı tez cavab verdi, dərslərim normasındadır bacım narahat olma. Mələk unutduğu sözünü Gülsüm anladı deyə zarafatla, – Dənizə: dalğa xanım baxsana bacıma, sanki xüsusi hazırlanmışlar ünverstetdə oxuyur. Söz ağzımdan çıxmamış fikrimi oxudu, Dəniz həmişə gülər üzlü idi. Mələyin zarafatına ürəkdən güldü. Gülsümdə gülümsədi, Mələyin zarafatına. Uğur – Dənizə: dalğa xanım sən mənə yardım et qəhvələr süzək. Dəniz anladı Uğurun özünə sözü var idi, tamam mənmim yaraşıqlım. Ayağa qalxıb getdilər mətbəxtdə. Gülsüm uşaq kimi başını Mələyin çiyninə qoyub, necə kecdi gəzintiniz? – Gülsümə: vallahi mən buranın gözəlliyini, kəndimizin təbiətinə dəyişmərəm. Gülsüm bilirdi Mələk sevmirdi artıq buranı, son olanlardan sonra. Vallahi düz deyirsən bacım, məndə darıxdım kəndmizçün. Mələk – Gülsümə: sən məcbursan qalmağa burda, sənin əvəzindən mən kəndimizin dadını çıxararam. Gülsüm Mələyin zarafatına gülümsədi, ancaq artıq söz deyib kefini qaçırmaq istəmədi.

Beləcə bir gecənində sabahı oldu, Mələk yerindən qalxıb gəldi, anası mətbəxtdə yemək hazırlayırdı. Mələk – anasına: sabahın xeyir anacan, – Mələyə: sabahın xeyir qızım, gəl səhər yeməyin hazırdır. Mələk keçib əyləşdi, – anasına: Uğur qalxmadımı hələ? anası çay süzüb gətirib qarşısına qoydu. Uğur səhər tezdən getdi qızım, narahat olma mən onunda səhər yeməyini verdim. Mələk – anasına: yəqin işə gedib, neçə günlərdir yazıq işindən oldu. Anası gedib siniyə səhər yeməkçün, yağ – pendir və başqa şeylər qoyub gətirdi. Sinidəkiləri masaya düzüb – qızına: Uğura bir can borcumuz var qızım. Çox mədəni və tərbiyəli oğlandır, çox sağolsun hərşeyçün, bizə oteldə qalmağada icazə vermədi. Mələk çayından içib, – anasına: o mənim canım dostumdur, anası baxıb gülümsədi. Mələk birdən masada qalmış Uğurun telefonunu görüb, – anasına: off telefonunu unutmuş yazıq. Anası – Mələyə: məndə o gedəndən sonra gördüm qızım, – anasına: mən birazdan aparıb çatdıraram iş yerinə. O telefonla sifariş qəbul edir, anasıda üzüldü belə dediyində – Mələyə: of yazığa söz gəlməsin sonra. Məndə gəlim qızım səninlə, – anasına: yox ana sən narahat olma, taxsi çağırıb çatdırıb tez qayıdacam. Anası artıq söz demədi, tamam qızım yeməyini ye apararasan.

Evdə atası – Dənizə: bax qızım sənə deyirəm son dəfə, o yaramaz qardaşına yardıma filan getməyə düşünmə. Qoy işə alışsın, boş qalıb yaramaz oldu son vaxtlar. Dəniz gülümsəyib, – atasına: tamam ata. Sən gec qalma işə, gəl mən səni uğurlayım, uğur dediiyində atası – Dənizə: o Uğurlada danışacam mən. Bu nədir qız kimi küsüb işdən getmələr filan? hardadır o? Dəniz istəmirdi atası əsəbləşsin. Ata Uğur uşaq deyil, tapar başqa iş narahat olma. Bax özün dedin qardaşım boş qalıb yaramaz oldu, işləsin daha yaxşı. Atası əsəblə başını sirkələyib getdi, ardıncada Dəniz getdi yola salsın atasını.

Mələk taxsiylə gəldi, gül mağazasının qarşısında endi maşından, qapını örtüb getdi mağazaya. Gəldi mağazada kimsə yox idi, baxdı səslədi: Uğur burdasanmı? səs verən olmadı. Öz – özünə: mağazanı açıq qoyub getməzdi bu, arxaya döndükdə qarşısında Səlimi görüb baxdı əsəblə. Səlimdə əsəbi baxışlarla baxırdı, – Səlimə: pis yuxu kimi qarşıma çıxmasan olmazmış. Səlim kinlə gülümsəyib, – Mələyə: mənimçünmü darıxdın? yoxsa yenə xəstəxanaçünmü darıxdın. Məncə ikinci variantı sən çox sevirsən. Mələkdə əsəblə acıq verərək – Səlimə: unutmadınsa 2 – 1 – dir şotumuz. İki dəfə o boş başından vurduğumu və, birisində xəstəxanalıq etdiyimi unutmadın hər halda. Səlim – Mələyə: mən sevirəm şotumu düşmənimdən üstün etməyi. Narahat olma sənin şotun 2 – də, mənim isə 10 – da dayanacaq, həmdə bonusuyla. Mələk kinlə gülümsəyib, – Səlimə: sən məndən it kimi qorxursan, dediyin o onuncu şota çatmağına səndə g… t lazımdır. Səlim özünü zor tuturdu, Mələyin ağır sözlərinə cavab verməməkçün. Mən eyni yerdə düşmənimi təkrar nakaunta salmaram, qorxma səni vurmağa gəlmədim. Demək istədi Uğur telefonunu unudub, o arada yenə unutdu sözünü. Nə qədər çalışdı xatırlaya bilmədi. Səlim acıq verərək ürəkdən güldü, – Mələyə: nə oldu, qorxundan dilinimi unutdun? qarşımda əsib boşa gurlayırsan. Mələk alnına əlini tutub düşündü nə üçün gəldiyini, özündən asılı olmurdu əsəbləşirdi xatırlamadıqda. Keçib əyləşdi, bir anlıq əliylə üzünü tutub gözlərini yumub dayandı. Səlimdə acığa gəlib masada oturdu ayağını sallayıb. Mələk baxdı tərs – tərs, ayağa qalxdı ki Səlimdən uzaq dayansın, başı gicəlləndi. Səlim tez qolundan tutdu yıxılmasın, tezdə qolunu çəkib – Səlimə: toxunma mənə. Gedib qapıdan çıxaçaqdı Dənizlə rastlaşdı, az qaldılar bir – birinə çaxılsınlar. Dəniz – Mələy: Mələk? salam canım tez qucaqlayıb, arxadan özlərinə baxan qardaşına baxdı narazı baxışlarla. Nə yaxşı gəldin, Mələk elə bil keyləşmişdi – Dənizə: mən gəlmişdim bura Uğura. Yenə sözünü xatırlamadı, birdən nə isə düşündü, cibindən telefonu cıxardı. Dəniz anladı Uğurun telefonuydu. Uğur evdə telefonunumu unutmuş? sən ona görə gəldin bura. Mələk baxdı Dənizə, hə evdə unutmuş ona görə gəlmişəmmiş. Dəniz pis oldu Mələk belə dediyində, – Dənizə: sən verərsən Uğura telefonunu. O telefonsuz sifarişləri qəbul edə bilməz, Dəniz qaldı ortalıqda. Səlim arxadan – Mələyə: niyə Dəniz verməliymiş ki, Uğur dostunun telefonunu? Dəniz qardaşına işarə etdi sussun. Səlim susmadı, – Mələyə: onu burdan qovdum rədd oldu, artıq çalışmır anladınmı? bir daha bura gəlməyə hünər etmə. Dəniz – qardaşına: Səlim bəsdir sus, Mələk duyduğundan baxa qalmışdı. Düzmü eşitmişdi? Uğur işindənmi olmuşdu özünə görə? çox pis oldu. Peşman baxışlarla baxdı Dənizə. Dəniz qolundan tutub – Mələyə: gəl əyləş xayiş edirəm. Mələk qolunu Dənizdən çəkdi, bir söz demədən çıxdı getdi. Dəniz – Səlimə: nə olardı qızı üzməsən? of Səlim off, görmürsənmi yazığın halını. Nə üçün gəldiyini unutdu. Səlim hec veçinə almadan – bacısına: cəhənnəmə unutsun, mənə nə? Dəniz əsəbləşdi. Deyimi sənə nə? sən vurduqdan sonra qızın yaddaşı gedir, həkim dedi ki ola bilsin özünü belə unutsun. Anladınmı indi? yəni yaddaşı əbədi gedər qayıtmaya bilər, tələsik qaçdı Mələyin ardınca. Səlim bilmirdi bu qədərini, biraz baxıb masaya yumuruğunu vurub, az belə olmuş pisliyə. Belə desədə üzündən bəlli idi peşman olduğu.

₺230,90
Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
30 haziran 2021
Hacim:
491 s. 2 illüstrasyon
ISBN:
9785005396242
İndirme biçimi:
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 4 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 4 на основе 2 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 4,5 на основе 2 оценок
Metin PDF
Средний рейтинг 4,5 на основе 4 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок