Kitabı oku: «Acı həyat. Roman», sayfa 4
Axşam olmuşdu, Uğur işdən çıxaçaqdı Səlim gəldi. Uğur yaxşı bilirdi Səlimin xasiyyətini. Səlim gəlib qarşısında dayanıb baxdı, Uğurda baxdı Səlimə. Səlim əsəblə – Uğura: evinin açarlarını ver mənə, Uğur anladı Səlimin fikrini. Uğur – Səlimə: bax qardaşım çox yorğunam, yenə oyunlar açma dinç dur. Bir oyununun nəticəsi babana toxundu, yetmədimi? yetər məcə. Səlim – Uğura: qorxma sən heç, bu dəfə dostundan başqasına fəsadları toxunmayacaq. Uğur əlbətddə verməyəcəkdi açarları, Səlimdə bunu çox gözəl bilirdi. Uğur yanından keçib qapıda dayandı, – Səlimə: qapatmağım lazımdır mağazanı. Çıx deyə işarə etdi, və üzü qapı tərəfə döndü. Səlim kinlə baxıb, arxadan gedib cibindən çıxarıb Uğurun burnuna əl dəsmalını tutdu. Dəsmala nə vurmuşdusa Uğur huşunu iitirdi. Səlim Uğuru ehtiyatla yerə uzatdı. Bağışla xala oğlu, sən öz xoşula verməyəcəkdin açarlarını. Mağazaya iki nəfər oğlanlar girdilər. Səlim – olara: buna imkan verməyin burdan çıxsın. Ancaq elə edin ruhuda inciməsin, anladınız? oğlanlar hə dedilər. Səlim cibindən açarları götürüb, tələsərək çıxdı getdi mağazadan. Oğlanlar tez qapını bağladılar ki, görən olmasın.
Mələk mətbəxtdə axşam yeməyi hazırlayırdı, olanlardan xəbərsiz idi. Başı qarışıdığından hec qapının açlan səsinidə duymamışdı. Birdən döndüyündə, qapıya söykənib özünə baxan Səlimi gördü. Ona tərs – tərs baxıb, dönüb yeməyi hazırlamaqla məşğul oldu. Az vaxtdan hiss etdi ki, Uğur evə gəlməmişdi. Dönmədən öz – özünə: Allahım nə olar düşündüyüm olmasın. Səlim ədayla qollarını bir – birinə dolayıb baxdı. Mələk masadan telefonunu götürüb, Uğura zəng etmək istədi. Səlim-Mələyə: boşa dostunu arama gəlməyəcək. Bu gün mağazada qalmalı oldu, mənim bura gəlməyimçün. Mələk – Səlimə: manyak nə etdin adama sən? bilirəm Uğur sənə evin açarını verməzdi. Səlim gəlib əlindəki açarları masaya əsəblə qoydu. Elə ona görədə xala oğlum indi mışıl – mışıl yatır mağazada. Narahat olma ona iki gözüm kimi baxaçaq uşaqlar. Mələk əlinin yaxınındakı pıçağa baxdı. Səlim kinlə gülümsəyib, – Mələyə: götür qorxma. Mələk toxunmadı pıçağa, – Səlimə: sən gərçəkdən mənim içəridə yatmağıma səbəb olacaqsan. Səlim birazda yaxınlaşdı, üz – üzə dayandılar. Səlim – Mələyə: səndə mənim, sözünün sonunu demədi. Mələk – Səlimə: sən məni şəhər qızları ilə səhv salma. Səlim – Mələyə: nə olmuş bizim şəhər qızlarına kəntci? Mələyə birazda yaxınlaşdı hədsiz. Səlim ikki əlləriylə üzündən tutudu, Mələyə: indi kənt qızının dadına baxarıq. Mələk gözlərinə baxdı, – Səlimə: mən arzunu ürəyində qoyaram indi sənin. Birdən masadakı tavanı götürüb Səlimin başından necə gəldisə, dəyən zərbədən Səlim yıxılmasada, başını tutdu. Mələk o arada istifadə edib, Səlimin arxadan qılçalarına təpik vurdu. Səlim dizləri üstə düşdü yerə. Bir – neçə təpikdə qarnına vurub yıxdı. Səlim başını tutub ağrıdan qalmışdı yerdə. Mələk – Səlimə: indi gördünmü fərqimizi? səni inan öldürərdim. Çox təssüflər olsun babanın xətrinə bacarmıram. Alçaq evə gizlin girib nə edəçəyini düşünürdün? cavab versənə, bir – neçə təpikdə vurdu. Səlim çox pis halda qalmışdı, köhnə vurulan zərbə yeridə pis ağrıyırdı. Bu Mələkdən aldığı ikinci tutarlı zərbə idi.
Babası yatağında oturmuşdu. Dəniz uşaq kimi babasını yedirdi sulu xörəkdən. Qızım bəsdir mən doydum, – Babasına: yox elə şey bax az qaldı. Babası gülümsəyərək, – Dənizə: unutmadım qızım, kiçikliyinizdə siz kəndə gələndə, rəhmətlik nənədə sizi belə yedirdərdi. Deyərdi açın ağzınızı baxın az qaldı, kişi bir anlıq kövrəldi kənara baxdı. Dəniz anladı, başını qatmaqçün – babsına: birazdan Mələk gələcək. Bax məndən hesab soraçaq baba, yedinmi – yemədinmi deyə. Yazığın gəlsin nəvənə, hadi aç ağzını az qaldı. Babası uşaq kimi dərdini unudub gülümsədi. Mələk qızımın mənimçün başqa yeri var qızım, çox mərd və güclü qızdır. Kəndimizin oğlanları ondan qorxub çəkinərdilər. Babası nəyisə xatırlayıb ürəkdən güldü. Dəniz baxdı gülümsədi, babasının uşaq kimi xasiyyətinə. Bilirsənmi bəzən əlindan almaq çətin olurdu döydüklərini. Gözləri yaşardı gülməkdən, Dənizin verdiyi yeməkdən yedi. Dəniz başını narazılıqla sirkələyib gülümsəyib, baxdı babasına.
Babasının evdə Dənizə danışdıqları gərçək olmuşdu, xəbərsiz idilər olanlardan. Mələk Səlimin əllərini – ayaqlarını bağlayıb, eləcə döşəmədə qoymuşdu qaldırmamışdı yerdən. Qabda su gətirib başının zərbə aldığı yerə tutdu. Səlim ofuldayıb – Mələyə: fərz et bundan sonra öldün sən. Mələk qalxıb getdi, az vaxdan qayıdıb əlindəki skoçdan açdı. Aşağı çöküb Səlimin ağzına kobutca yapışdrdı. Bayaqdan baş beynim getdi vır – vırından. Səlim dartınırdı əllərinidə aça bilmirdi. Mələk dəsmalı suda nəmlədib sıxıb, – Səlimə: tərpənmə dedim sənə, qalan boş başınıda yardıtma mənə. Səlimin üstü batmışdı su tökülüb. Mələk dəsmalı başına qoyub, Səlimin ciblərini axtardı. Telefonunu tapdı, Səlim danışada bilmirdi ağzı bağlı olduğundan. Əsəbindən az qala partlayacaq halda idi. Oh nə gözəl telefonun kodda deyil, boş başın çatmamış koda qoymağa. Mənə elə baxma, indən sonra heçdə catmaz, bilirsənmi niyə? çünki qalanıda mən vurduqdan sonra getdi. Telefonda son gələn və gedən zənglərə baxdı, zəng etdi son gələn nömrəyə. Alo şərəfsiz Səlim deyil qulaq as, indi dediklərimi edirsən anladınmı? etməssən Səlimini bir daha sağ görməssən.
Atası saatına baxdı, – Dənizə: qardaşın hardadır? Dəniz çiyinlərini çəkib bilmədiyini işarə etdi. Atası narahat oldu nədənsə, – Dənizə: Mələyə getməz elə deyilmi? Dəniz birdən kimisə görüb pərt halda baxdı. Atasıda dönüb baxdı, Səlimi ona yardım edən ikki oğlan, qollarını boyunlarına salıb gətirdilər. Atasıda, Dənizdə ayağa qalxdılar həyəçanla, nə oldu oğlum? indi gərcəkdən qəzamı etdin? narahat oldu. Bu anda arxadan Mələklə, Uğur gəldilər. Səlim halsız idi, başıda sarıqlı idi. Mələk arxadan gəlib Səlimin atasının qarşısında dayandı. Paşa bəy oğlunuzu təkrar mən bu günə qoydum, səbəbini sizə indi Uğur anlatar. Mən icazənizlə Murad dayıya baxım getdi, ardınca təçüblə baxdılar Mələyin. Atası tez yardım etdi oğlunu divana otuzdurdular. Dənizdə qardaşının yanında əyləşib, həyəcanla baxdı. Uğur gəlib qarşılarında dayanıb, əsəblə baxdı Səlimə və onu gətirən oğlanlara.
Mələk ehtiyatla qapını açıb gəldi kişi yatırdı, gəlib ehtiyatla yanında əyləşib baxdı. Kişi gözlərini açmadan – Mələyə: gəldinmi qızım? Mələk gülümsədi çarəsiz. Gəldim canım Murad dayım. Kişi gözlərini açmadan – Mələyə: bir neçə saat öncə Dənizə sən haqda danışdım, xatırlayıb çox güldüm. Mələk kişinin əlini tutub, nə danışdın Murad dayı? kişi gülümsədi. Dənizə danışdım sənin kəntdə yaramaz oğlanları necə döymən haqqında, hətta əlindən almaq çox çətin olardı. Mələk bir anlıq kənara baxdı, kişinin xəbəri yox idi nəvəsinin yaxşıca payını verdiyindən. Mələk – Kişiyə: bəzən yaramazlıq edənləri döyməyimə necə baxırsan? kişi gülümsəyib, yaramazları olar qızım. Mələk əlini üzünə çəkib, – kişiyə: bəzən yaramazları bir dəfə vurmaqla axıllanmırlar. Təkrar əl hərləməli olursan, kişi gözlərini açıb şüphəli baxışlarla baxdı. Mələk kənara baxdığında anladı, nə isə olmuşdu.
Uğur olanları anlatmışdı, atası oğluna çox əsəb olub acılamışdı. Səlim çarəsiz susrdu atasının qarşısında. Sən axlınımı oynatdın? zorla açarları götürüb evə gizlin girməkdə nə deməkdir? oğlum niyə bu qədər üzürsən məni. Səlimin başı ağrıyırdı gərçəkdəndə. Atası biraz yüksəkdən danışdığında, ikki əlləri ilə başını tuturdu. Atası – Səlimə: bilirsənmi nə var? o qızın əllərindən öpəcəm indi gedib. Vallahidə əllərinə sağlıq, illərdir mənim sənə edə bilmədiyimi etmiş, vallahidə bravo qıza. Səlimi kəssələr qan çıxmazdı. Birdən Dənizi gülmək tutdu, qardaşını Mələyin döyməsinə. Həmdə babası anlatmışdı Mələk haqda olanları. Səlim bacısına tərs – tərs baxdı. Dəniz – Səlimə: qardaşım düz ünvanına evə gəlsəydin vaxdında, babamın Mələk haqda anlatdıqlarını duyardın. Yəni səhv ünvana getməzdin. Dəniz ürəkdən qəh – qəhə cəkib, eyni babası kimi güldü. Uğur əsəbi idi Səlimə, Mələyin belə cəsarətli çıxıb Səlimin tək ağzının deyil, başnanda vuraraq payını verməsindən çox razı idi. Dənizə baxıb birdən Uğurda güldü. Gəlib əlini Səlimin çiyninə vurub, bir daha mənə bulaşma xala oğlu. Bax mənim necə dostum var, payını verib əllərinidə bağlayıb upakovka edib. Hələ ondan sonra mənidə qurtardı bir zəngii ilə, o bandit dostlarından. Düzü elə qorxaqlardan dost olmaz. Əsil dost mənim dostum kimi olar, gülüb getdi babasının yanına. Səlim dinmirdi, Dəniz gözlərini silib gəlib qardaşının yanaqlarından sıxıb, – Səlimə: yaraşıqlı qardaşım mənim. Gəl yardım edim gedək yerində yat. Səlim qalxmadı, – bacısına: səndəndə o gülməyinin heyifini alacam, unutma. Dəniz çiyinlərini cəkib – Səlimə: o zaman məndə səni Mələyə şikayət edərəm, yaxşıça əzişdirər səni. Yenə ürəkdən gülüb getdi. Səlim başına toxunmaq istədi başı ağrıdı, ofuldayıb baxdı əsəblə.
Səlimin Atası gəlib Mələyə haqq vermişdi, artıq olanları babasıda bilmişdi. Mələk Səlimin atasının qarşısında biraz xəcalət çəkdi. Kişi gülümsəyib, – Mələyə: qızım dedim axı haq olanı etmisən, əllərinə sağlıq. Birdən babası oturduğu yerində, Mələyin çiyninə alnını qoyub gülməyə başladı. Mələk kişinin bu gülüşünə hər zaman heyran idi, necədə ürəkdən gülürdü dərdini – ağrısını unudub. Bir qoluyla kişini qucaqlayıb, üzünü başına qoyub baxdı. Mələkdən başqa hamısıda yaşı anlayırdılar, Səlim artıq durmayacaqdı heyif almadan.
Geçə Uğurla evə gec gəldilər. Uğurun kerfi yaxşı idi, – Mələyə: dostum hələ inana bilmirəm. Evə gəldiyimdə Səlimin bağlı olduğunu gördüyüm gözümün önündən getmir. Uğur pencəyini divana atıb əyləşdi. Mələk mətbəxtdə gedib səsləndi, – Uğura: sənə çay – qəhvə? – Mələyə: sən içəndən dostum. Az vaxtdan Mələk sinidə iki fincan çaylarla gəldi, çayın birisini Uğura verdi əyləşdi. Uğur təşəkkür etdi, sinidən götürüb şirinyyat qabınıda Uğura yaxın qoydu. Uğur birdən gülməyə başladı, – Mələyə: ağzına skoc bağlamağın ayrı ləzzət elədi mənə. Mələk çayından içib, – Uğura: onun dır- dirina qulaq asacaq deyildim ki, kənt qarıları kimi vır – vır ağzı durmurdu. Uğur gülməkdən özünə hakim ola bilmirdi. Mələk zarafatla, – Uğura: oğlan o günü babasınada deyirdi, qanım sənin qanındandır filan, guya çəkmiş kənt tərəfimizə. Düz deyir çəkmiş, sadəcə kənt qarılarına. Allah saxlasın olar dır – dıra başladıqlarında. Uğur gülməkdən göz yaşlarını silib, – Mələyə: komediyasan dostum vallahi. Ancaq unutma, ondan ehtiyat etməyin gərəkir. Mələk çayını içərək baxmadan, – Uğura: mən niyə ki? mən tərəfdən problem olmadı. Mağazada xalan oğlu tərəfindən təcavüzə uğrayıb, huşsuz yatan mən deyildim. Hələ döşəmədə leş düşüb sərələnmiş Səlim bəyi demirəm. Siz məndən ehtiyat edin dostum. Uğur zarafatına yenə ürəkdən güldü. Vallah dostum səninlə savaşa belə gedərəm. İnan silahsız düşmənləri 10 dəqiqəyə upakovka edərsən. Mələk Uğurun uşaq kimi deyən sözlərinə, başını narazılıqla sirkələyib gülümsədi. Anacaq üzünü tez bir zamanda ciddi ifadə alaraq fikirə daldı. Uğur çayını götürüb içərək baxdı Mələyə.
Səhər açıldı, bazar günü olduğundan Uğurda evdə idi. Mələk oyanıb gəldiyində, Uğurla əyləşib özünü gözləyən Gülsümü görüb baxdı əsəblə. Dönüb getmək istəyirdi Gülsüm səslədi, bağışla bacım nə olar. Mələk Gülsümü cox istəyirdi, özünə bacım deməsinidə çox özləmişdi. Dönüb ciddi üz ifadəsi ilə – Gülsümə: bu birinci – axırıncı olsun yalançı bacım. Elə bil Gülsümə dünyaları hədiyyə etdilər. Qalxıb qaçıb gəlib Mələyə elə sarıldı ki, Uğur baxıb gülümsədi. Mələkdə qucaqlayıb – Gülsümə: bax bacım bir daha gizlin işlər çevirərsənsə ardımdan, Gülsüm imkan vermədi. Bir daha olmayacaq, bağışla, bağışla, bağışla. Mələk – Uğura: dostum bazar günü budilniki kim qurmuş? Gülüsmü işarə etdi. Uğur Mələyin Gülsümün bağışla sözlərini təkrarlamasına işarə etdiyini anladı. Əlini- əlinə vurub güldü ürəkdən. Mələk Gülsümü qacaqlayıb baxdı, zarafatını anlayıb gülən Uğura.
Beləcə günlər keçdi, Murad dayısı sağalmışdı. Mələklə artıq hazır idilər öz doğma kəntlərinə qayıtmağa. Avtobus voqzalına Gülsümlə, Uğurda, gəlmişdilər yola salmağa. Gülsüm – Mələyə: canım bacım yenə gəl tamammı? Mələk Gülsümə elə təcüblə baxdı ki, Uğuru gülmək tutdu. Amandı sizin şəhəriniz sizə qalsın istəmirəm artıq. Gülsüm incik baxışlarla baxdı. Dənizdə gəldi, – Mələyə: bax Mələk Gülsümün sözünə məndə qoşuluram. Çalış yenə gəl, tamammı? oldu xırda – para problemimiz o heç. Mələk əsəbləşəcəkdi Dənizə, o arada Murad dayısı yaxınlaşdı. Kişi mehribanlıqla – Mələyə: gedək qızım, bizi gözəl kəndimiz gözləyir. Səlimin atası yaxınlaşdı salamatlaşmaqüçün. Ata bir daha deyirəm qal, nə olar getmə. Bax nə gözəl səninlə söhbət edirdik, sən burda olsan içim rahat olar. Atası gülümsəyib, – oğluna: gördün oğlum mən şəhər yerində bacarmıram, xəstələnirəm. Mənə kəndimiz yaxşıdır, sənədə məsləhətim öz doğma kəndinə qayıtmaqdır. Burda şəhərdə nə təmiz hava alırsınız, nə də kənt meyvəsindən yeyə bilirsiniz. Atası Dənizə baxıb, başını narazılıqla sirkələdi. Nə desədə atasını razı sala bilməyəcəyini yaxşı bilirdi. Kəndə gedəcək avtobusa bildiriş olundu. Mələklə, Murad dayısı bir – bir qucaqlaşıb salamatlaşdılar hamıyla. Uğur – Mələyə: dostum bilirəm burda yaxşı xatirələr yazılmadı xatirə dəftərinə. Ancaq mən kəndinizə mütləq gələcəm səni görməyə. Mələk gülümsəyib, – Uğura: hər zaman qapımız üzünə açıqdır dostum, gəlsən çox sevinərəm bunu bil. Çantasını götürüb – Uğura: Murad dayının Çantasını al avtobusa kimi. Uğur kişinin çantasını götürüb getdi. Səlimin atası – Mələyə: qızım səndən təkrar üzür istəyirəm olanlara görə. Mələk bir anlıq kişiyə baxıb olanları xatırlasada, əsəbləşmədi. Dərindən nəfəs alıb çarəsiz gülümsədi. Dəniz demişkən oldu kecdi Paşa bəy, mən unutdum, sizdə unudun. Kişi başıyla razılığını bildirdi. Dənizin çiyninə qolunu qoyub baxdı, atasının və Mələyin gedişinə. Murad dayısıda Mələyin çiyninə qolunu qoyub, – Mələyə: hadi qızım bizə uğurlu yol. Mələk zarafatla -kişiyə: Uğuru qabaqdan göndərdim Murad dayı, inşallah yolumuz uğurlu olar. Mələyin dediyi sözə kişi qəh – qəhə cəkib gülərək, getdilər. Atası arxalarınca baxıb – qızına: vallahi baban bu qızı bizdən çox istəyir baxsana. Dəniz gülümsəyib, – atasına: babamın üzünü güldürə bilirsə, demək ki qazamış sevgizini Mələk. Sən babamı bilirsən ata, hər adamla qanı qaynamaz onun. Atası dərindən nəfəs alıb – qızına: orası elədir gözəl qızım, gedək bizdə evə. Heç doğmalarımı uğurlamağı xoşlamıram. Gülsüm hələ üzgün baxırdı Mələyin ardınca. Dəniz – Gülsümə: ortaq gəl gedək bəsdi baxdın bacının ardınca, onsuzda dönən deyil. Gülsüm gözlərini silib, baxdı Dənizə üzgün baxışlarla. Dəniz gəlib mehribanlıqla qucaqladı. Canım indi mənidə ağladacaqsan, gəl biz səninlə bir yerə gedəcəyik. Gülsümü apardı ordan, boynunu qoluyla quçaqlayıb özünə sıxıb. Atasıda arxaya baxa – baxa getdi olarla, üzgün – kefsiz.
Beləcə bir neçə ay ötdü keçdi. Mələk öz evinə – kəndinə dönməsindən çox razı idi. Olan hadisədən sonra çox dəyişmişdi, heç oxumaq haqda düşünmürdü. Anası axşam yeməyini hazırlayırdı mətbəxtdə. Mələk gəldi, – anasına: ohh nə gözəl qoxur yeməklərin. Anası gülümsəyərək, -Mələyə: qızım məndə anamın hazırladıqlarına eyni sənin kimi deyərdim. Nə olur – olsun, ana hazırlayan yeməkləri təkrar başqa kimsə hazırlaya bilmir. Bu nəsillikcə davam edir, hər kəs öz anasının hazırladığı yeməkləri özləyir. Nə qədər çalışsaqda o yeməklərin dadını – tamını hzırlaya bilmirik. Mələk boş qabları götürüb – Anasına: demək sənədə rəhmətlik nənəmdən keçmiş dadlı yeməklər hazırlaman. Anasnın üzündən öpüb, qabları aparıb getdi. Anası bilirdi qızının xasiyyətini, yazıq qadın yenə üzülürdü qızını oxuda bilmədiklərinə görə. Bir anlıq dayanıb baxdı düşündü, Allahım sən kömək ol bizə.
Beləcə bir gündə ötdü keçdi. Səhər Mələk yuxudan oyanıb, gedib əl – üzünü yuyub gəldi. Ansını səslədi, anacan, anasından səs gəlməyinçə, öz – özünə: yəqin xalam gildədir. Özünə çay süzməkçün mətbəxtdə gedirdi, qapı döyüldü. Mələk gedib qapını açdığında üzünün ifadəsi dəyişdi sevindi, – kiməsə: ayy nə uğurlu sabahım açılmış üzümə. Gələn Uğur idi, Mələklə qucaqlşıb görüşdülər. Uğur – Mələyə: gəldim dostumun gününün uğuru olum. Mələk -Uğura: xoş gəldin canım dostum, gəl keç qapıda qalma, inan çoxx sevindirdin məni. Mehribanlıqla qolundan tutub içəri gətirdi. Uğur evə baxıb – Mələyə: indi anladım nədən şəhərdən tez qaçmaq istədiyinizi. Vallahidə çox gözəldir burası, hələ yol gələrkən insan təbiətin gözəlliklərinə baxıb heyran olur. Mələk divanda otuzdurub, – Uğura: niyə demədin gələcəyini? qarşılayardım səni. Uğur gülümsəyib, – Mələyə: mən sənə syurpriz etmək istədim dostum, məncə pis anlınmadı. Mələk çox sevinmişdi, – Uğura: mən ikimizədə çaylar süzüm birlikdə içək, qalxıb getdi. Uğur evə nəzər salıb gülümsədi, ev çox səliqəli və hüzur verici idi. Mələk mətbəxtdən – Uğura: dostum, mənim yalançı bacımın xəbəri vardımı gələcəyindən? o köhnə kəşviyatçıdır. Uğur gülümsəyib, – Mələyə: dostum məni mətbəxtdən sual atəşinə tutmağını özləmişəmmiş. Mələk sinidə mürəbbələr və şirinyat, iki fincan çayları gətirib gəldi. Sinini masaya qoyub, – Uğura: sənində sual atəşlərindən qəşəng yayınmaların var bilirsənmi? çayı qarşısına qoydu. Mürəbbə qablarını və şirinyyatıda yaxınına qoyub, – Uğura: sualdan yayınmağından anlaşıldı ki, əlbətddə vardı. Bu qız sizin şəhərə gedəni moşennik oldu arkadaş. Uğur Mələyin sözünə ürəkdən güldü. Canım dostum nə etsin qız? gördün şəhərimizdə dolanmaq o qədərdə rahat deyil. Biraz moşennik, birazda yalançı olmağın gərəkir. Mələk ağzını büzüb baxdı. Uğur çayını götürüb içdi, mmm nə qəşəng çaydır, – Uğura: nuş olsun dostum. Biz Murad dayıyla niyə ordan qaçdıq anladınmı indi. Uğur çayını icərək gülümsəyib, – Mələyə: yol gəlişi kəndinizin gözəl və, axıllı qızlarınıda gördüm. Burası vallahi ürəyimə çox yatdı. Mələk – Uğura: dostum kəndimizdə gördüyün o gözəllərin çoxu mənim kimi başdan xarablardı. Deyim bil Səlimin halına düşmə şansın var. Uğur xatırlayıb gülməyə başladı. Dostum hələ indiyə kimi Səlimi belə sındıran olmamışdı. Dəniz arada incidir qardaşını. Mələk gəlib – gedəni çox dəyişdin deyir. Heç evdəndə çıxmır dışarı, – Uğura: amandı qalsın evində. Dışarı çıxıb yalandan əsib guruldayır xalan oğlu, sonunda özü islanır tufanında, şahidi olduq. Uğur çayını masaya qoyub güldü. Sən az vaxlıq gəldin, inan bir ömürlük unudulmayacaq xatirələr qoydun getdin. Anan gil yoxmu? Mələk nə isə demək istəyirdi, anası gəldi içəri. Mələk -Uğura: var dostum, Uğur ayağa qalxdı qadını görüb. Anası mehribanlıqla yaxınlaşdı, – Mələyə: qonağımızmı var qızım. Mələk -anasına: haqqında danışdığım, dünyanın ən gözəl ürəkli dostum Uğur bəydir. Anası anladı, – Uğura: xoş gəldin oğlum. Uğurla öz evladı kimi qucaqlayıb görüşdü. Uğur bir anlıq qadının necə mehriban olmasına heyranla baxdı, xoş günüz olsun Roza xala. Qızınız gözəl ürəyindən necədə sizə bənzəyir. Arvad gülümsəyib, – Uğura: bütün evladlar bənzəyirlər analrına oğlum. Buyur əyləş ayaqda qalma. Allah sizləri hər zaman xöşbəxt etsin bu həyatınızda. Uğur əyləşdi, arvadda yaxınında əyləşdi, – Uğura: qızım dedi çox gözəl vaxt keçirdiyini sizlərlə. Cox sağolun varsınız, Gülsümdə mənə qızım sayılır. Mələk dediyində sən və Dəniz, Gülsümə çox dayaq olursunuz orda, inan oğlum çox sevindim. Uğur Səlimin etdiklərindən xəcalət çəkdi, baxdı Mələyə üzgün. Anladı anasına tam əksini anlatmışdı qırmamaqçün. Mələk baxıb işarə etdi ki, hər şey yaxşıdı üzülmə mənasında. Borçumuzdur Roza xala. Boğazı qovuşdu sözünü dediyində, çayından götürüb bir qurtum içdi. Arvad sevincək – olara: siz çayınızı için, mən indi yeyəcək şeylər hazırlayım. Uğur -arvada: zəhmət çəkməyin, mən yolda yedim əyləşin. Arvad – Uğura: oğlum olarmı heç elə şey? siz çayınızı için mən az vaxtda gəlirəm, qalxıb getdi. Uğur arvadın ardınca baxıb – Mələyə: şanslısan dostum, anaların ən gözəllərindədir sənin anan. Mələk gülümsəyib, – Uğura: orası elədir dostum, iç çayını soyutma. Sən hələ anamın hazırladığı mürəbbələrdən ye dadına bax. Uğurun nədənsə canı sıxıldığı, Mələyin gözündən yayınmadı. Uğur gülümsəyib, qaşığı götürüb mürəbbədən yeyib, mmm gərçəkdən çox dadlıdır. Əllərinə sağlıq olsun ananın, çayını icdi.
Səlim gərçəkdən evdən heç yana çıxmırdı, otağında oturub gözlərini bir nöqtəyə zilləyib düşünürdü. Qapı döyüldü içəri Dəniz girdi, – qardaşına: sən xəstə deyilsən ki? Səlim gözünü cəkmədən – bacısına: yox deyiləm xəstə. Dəniz gəlib əyləşdi, – qardaşına: mən mağazaya çatmalıyam Uğur dönüncə. Səlimçün maraqlı deyildi heçnə. Dəniz gördü qardaşı heç dediyinidə normal duymur. Ayağa qalxıb öz – özünə: Uğur çoxdan istirahət etmirdi, umarım Mələklə gözəl dincələcək kəntdə. Getmək istəyirdi qardaşı – Dənizə: Uğur o pisliyəmi getmiş? düzmü duydum. Dəniz gülümsəyib, – qardaşına: sənə görə pislik ola bilər. Mələk babamçün və Uğurçün, gərçək Mələk sayılır. Mənimdə xoşum gəldi qızın mərtliyindən, qardaşını əzişdirdiynə işarə edib güldü. Qardaşı əsəbləşincə tez otaqdan cıxdı. Səlim əsəblə yumuruğunu sıxıb dişlədi, nələrsə düşündü.
Mələk Uğuru gözəl yerlərdə gəzdirirdi. Uğur yorulmuşdu – Mələyə: dur dostum yoruldum mən. Mələk gülümsəyərək, – Uğura: noldu Uğur bəy? köhnə maşınlar kimi azacıq gedib sönürsən. Uğur yerdən əyləşib gülümsədi, – Mələyə: Murad dayı demişgən, kənt uşağıyla şəhər uşağında çox fərq var. Mələkdə gəlib Uğurun arxasında əyləşdi. Arxdan kürəyini, Uğurun kürəyinə söykəyib zarafatla, – Uğura: dostuna güvən, rahat sökən otur. Uğur gülümsəyib, Mələyin kürəyinə söykənib dərindən nəfəs aldı. Vay arkadaş, sanki arxamda dağları hiss etdim. Mələk – Uğura: əsil dağları yaxından görmək, hiss etmək istəyirsənsə aparım səni. Uğur yorulmuşdu ayaqları ağrıyırdı. Ayağından krasovkalarını çıxarıb – Mələyə: burdan pis görsənmirlər, qalsın. Mələk -Uğura: nə oldu dostum? rəhmətlik babam kimi ayaqlarını massaj edirsən, güldü. Mənə kim isə demişdi, səninlə dünyanın o tərəfinə savaşa belə gedərəm. Xatırlamıram kimiydi o? Uğur gülümsəyib, başının arxasıyla Mələyin başına sürtüb, sözü özünə dediyini anladığına işarə etdi. Uğura xoş idi Mələklə vaxt keçirərək, zarafatlı söhbətlərini dinləmək. Dostum inan dağlara getsəmdə, kürəyimdə belə gücü hiss etmərəm. Mələk – Uğura: heç dilini işə salıb başımı aldatma. Biz gedəcıyik dağada, orası daha gözəl və havası təmmizdir. Oğlum təmmiz havadan al istirahət et, bax tez – tez matorun vurur sönüb qalırsan yarı yolda. Sizin şəhərinizdə belə təmmiz hava almır yazıq ciyərləriniz. Murad dayım demişkən, gərçəkdən ummunitetiniz zəyifmiş, güldü. Uğur zarafatla, – Mələyə: hə dostum tək immunitetimiz deyil, qoldanda zəyiflərimizdə varmış. Səlimi qəst edib güldü ürəkdən. Mələkdə anladı Uğur kimi qəst edib gülürdü. Artıq söz demədən, dərindən nəfəs alıb baxdı.
Beləcə bir neçə günlər ötdü kecdi. Uğur Mələklə gözəl istirahət etmişdi, təbiətin gozəl yerlərini gəzərək. Axşamı geri şəhərə dönməli idi. Mələklə Murad dayısıyla salamatlaşmaqçün gəldilər sahəyə. Mələyi görən kimi it qaçıb gəlib şıltaqlıq etməyə başldı. Mələk iti oxşayıb öpdü, it artıq Uğurada toxunmurdu. Mələk – itə: dostum nə tez alışdın sən dostuma. Bax itlər bilrlər ürəyi gözəl insanlara toxunmurlar, pis insaları hiss edirlər və dişləyirlər. Uğurda bilirdi kiçikliyində Səlimi itin dişlədiyini, gülümsəyib, – Mələyə: Səlimi sevmir dostun. Mələk -Uğura: düz edir, elə tipləri heç sevməsələr yaxşıdı. Dostum dişini belə bulaşdırmasılar pis qanlarına. Bu vaxdı kimsə iti fitlə çağırdı, it qaçaraq getdi. Mələklə Uğur dönüb baxdıqlarında, gözlərinə inanmadılar. İti çağıran Səlim idi, it gedib Səlimin üstünə tullanaraq, şıltaqlıq etdi. Mələk – Uğura: dostum nə olar de, sən mən görəni görmürsən. Sənin bu xalan oğlu indi gözümə görsənməyəmi başladı? yox artıq, qara basır məni. Uğur əllərini belinə qoyub – Mələyə: bilirəm sualının cavabı xoşuna gəlməyəçək, hə məndə görürəm Səlimdir. Bu nə edir burda? heç Uğurunda xoşuna gəlmədi Səlimin gəlməsi. Mələk gözünü Səlimdən çəkmədən – Uğura: səndən xayiş edirəm dostum, apar bunuda özünlə burdan. Səlim gəlib çatıb qarşılarında dayandı. Səlim – Uğura: xalam oğlu bizim buralar xoşuna gəldimi? məncədə gəlmişdir. Uğur- Səlimə: mənim gəldidə, sən buraları sevməzdin heç, nə işin var burda sənin? nə vaxt gəldin xəbərim olmadı. Səlim kinlə gülümsəyib, – Uğura: sən getdiyində mənə demişdinmi? birdə ki, burası mənim babamın yeridir. Ürəyim nə vaxt və nəqədər istəsə qala bilərəm, yəni səndən fərqli olaraq. Mələk – Uğura: iti özünə alışdıra bildiyinə görə, demək ki çoxdan buralardaymış babasının itindən qorxan nəvəsi. Səlim əyilib yanındakı itin başını sığal çəkib, – Mələyə: itdə bizimdir, anladın? məncədə anladın. Artıq mən sənə icazə vermirəm bura gələsən, yada itə yaxın durarsan. Uğur Səlimin davakar sözündən əsəbləşib kənara baxdı. Çalışdı Səlimi acılamasın, çətində olsa özünü toparladı. Bax Səlim uşaqlıq etmə, gəlmişsən lap yaxşıda demirəm, çünki sən bura yaxşı niyyətlə gləməmisən. Gəl gedək mənimlə, insanların rahatlığını pozma. Səlim saymadan fit çala -çala, Uğurun yanından keçib getdi. Hec geri baxmadan iti səslədi, gəl dostum gedək gətirək qoyunları. Mələyi kəssələr qan çıxmazdı. Uğur baxdı – Mələyə: bəlkə sən gələsən mənimlə? Mələk əsəblə – Uğura: necə demişlər? ilanın başı ağrıyanda yola çıxarmış. Xalan oğlunun bərk başı ağrıyır deyim bil. Uğura xəcalət oldu, öz – özünə: bravo Səlim sənə, istirahətimin içinə pox qoya bildin. Mələk – Uğura: sən Murad dayıyla salamatlaş gəl, mən o tipin üzünü görmək istəmirəm. Əsəblə getdi, Uğur qaldı ortalıqda baxa. Bir tərəfdə əsəbinə hakim olmayan xalası oğluydu, o bir tərəfindədə çox sevdiyi dostu. Bunuda bilirdi ki, Səlim bura qızdan heyif almağa gəlmidi. Dərindən nəfəs alıb, ax Səlim axx, adam olmadın.
Mələk evə əsəbi gəldi. Anası – Mələyə: qızım Uğur hanı? Mələk elə əsəbləşmişdi ki, – anasına: birazdan gələcək. Getdi otağına, anası öz – özünə: nə oldu ki? narahat oldu, getdi qızının ardınca. Gəlib qapını açıb gəldi yanında əyləşdi, – qızına: qızım Uğurlamı davalaşdınız? nədir üzünün bu halı. Mələk dərindən nəfəs alıb, – anasına: yox ana. Murad dayının eşşək baş böyük nəvəsi var Səlim, o gəlmiş. Anası təcüblə, gəlsində qızım nə olmuş ki? Mələk əsəbləşdi – anasına: xoşum gəlmir o tipdən. Gəlmiş dostumu özünə öyrətmiş mənə acığa, dostum heç yanıma gəlmədi getdi onunla. Anası birdən qəh – qəhə çəkib elə güldü ki, qızının sözünə. Qızım siz Səlimlə itimi bölüşə bilmədiniz? Allahım sən mənə kömək ol. Qızım babasının itidir, itdə ona alışmış, burda nə var əsəbləşəsi? yenə güldü. Qızının üzündən öpüb, gülə – gülə qalxıb çıxdı otaqdan. Anası bilmirdi qızının başına gələn işləri, Səlim səbəb olub. Mələk əsəblə öz – özünə: babasının itiymiş, mərəfətsiz heyvan. Sən nə qanırsan qanacaq, mərəfət, baba, ya insanlıq, zibil.
Uğur əyləşmişdi babasının yanında kefsiz, babası yaxşı anlayırdı Uğur niyə kefsiz idi. Səlimdə gəldi, əlində qəhvəylə əyləşdi. Uğur dərindən nəfəs alıb – Səlimə: son qərarındırmı burda qalmaq? cavab gözlədi. Səlim qəhvədən içib, – Uğura: sənə hesabmı verəçəm? Babası – Səlimə: oğlum kobutlamayın bir – birinizi. Oğlum Uğur, Səlim qərarlıdır burda yanımda qalacaqmış, sən narahat olma gözüm üstündə olacaq. Elə deyilmi Səlim? Səlim – babasına: əlbətddə babacan, həmişə özün deyirdin gəlin. Məndə gəldim, düşündüm həmdə xəstələndin yanında qalım yardım edim. Uğur əsəblə – Səlimə: çalış əksi olmasın. Səlim heç vecinə almadı Uğurun sözünü. Yerdən döşəkcəyə üzandı, off doğurdan burası gözəlmiş, adama hüzur verir təbiət. Babası bilirdi Mələyə çətin olacaqdı Səlimlə burda. Dərindən nəfəs alıb – Uğura: itim Səlimə alışdı. Ümid edirəm Səlimdə ətrafımızdakı sevdiklərimizədə belə hörmətlə, tez bir zamanda alışacaq. Uğur ayağa qalxdı, Səlimə tərs – tərs baxıb, o zaman mən gedim Murad dayı. Məndə ümid edirəm dediyiniz kimi olacaq. Kişidə ayağa qalxdı, Uğuru yola salmaqçün. Səlim heç yatdığı yerdən qalxmadıda. Uğur artıq Səlimin tərs hərəkətlərini görməməkçün, – babasına: özünüzə yaxşı baxın Murad dayı. Kişiylə qucaqlaşıb salamatlaşdı, – Uğura: səndə oğlum, yenə gəl gözləyəcəyik. Səlim —Uğura: heç axlından belə keçirmə mağazanı baxımsız qoyub gəlməyə. Birdə məndən icazəsiz gəlsən incimə işdən ataram səni, duydunmu? get işinlə məşğul ol. Uğur necə əsəbləşdisə, babası tez işarə etdi ki, davalaşmasın. Uğur istəmədi kişi həyəcan keçirsin yenə. Burdakılar Mələk dostuma əmanət Murad dayı. Sözünə qulaq asmayan olsa de, yaxşıca əzişdirsin. Bəzilərinə burda qalıb tərbiyə almaq lazımdır məncədə. Babası yenə xatırlayıb güldü, əlini Uğurun ciyninə qoyub, gəl oğlum yola salım səni. Səlimə söz atıb dəyən daş kimi dəysədə, özünü sındırmadı. Qolunu başının altda qoyub, gözlərini yumub dayandı.
Uğur evə gəldi salamatlaşmaqçün, Mələk üzgün baxdı. Uğur çarəsiz gülümsəyib, boynunu qucaqlayərkən – Mələyə: ondan çalış qıraq dur səndən çox xayiş edirəm. Mən burdan çox arahat gedirəm, Mələkdə Uğurun qulağına pıçıldadı. Narahat olma dostum sən məndən, bilirsən xalan oğlunun başıçün deyil mənə girişmək. Uğur boynunu buraxıb baxdı gülümsədi, – Mələyə: sən yenədə dedyimi et dostum. Anası gəldi atasıyla, oğlum sənə biraz şeylər hazırladıq, aparın nuş edin. Uğur – olara: zəhmət cəkmişsiniz çox sağolun, vallahi utandırdınız məni. İkisində – Uğura: nə zəhməti oğlum, atası hazırladıqları karobkanı götürüb apardı maşına. Anası Uğuru qucaqlayıb, qapımız həmişə açıqdır oğlum, nə vaxt istəsən gəl. Uğurda arvadı qucaqlayıb təşəkkür etdi, sizdə gəlin Roza xala. İnanın çox sevinərəm, mənimdə qapım üzünüzə hər zaman açıqdır. Mələk —Uğura: anam elə bil oğlunu əskərliyə yola salır, burax ana oğlanı indi ağladacaqsan. Mələyin zarafatla dediyi söz gərçək oldu. Uğur anasından çəkilərkən gözlərindən yaş süzüldü. Anası baxdı Mələyə, Mələk tez baş qatmaqçün, – anasına: dostumun kövrək ürəyi var anacan. Bax ağlatdın yazığı, gəl dostum gedək, qolundan tutub apardı. Anasıda pis oldu Uğurun ağlamasına. Arxasınca baxıb oz – özünə: can oğlum bilmədiyimiz dərdinmi var anan haqda? tez getdi ardlarınca.
Gəlib maşının yanında dayandılar, atası hazırladıqlarını baqaja qoyub, —Uğura: çatdığında xəbər et oğlum. Yolda yavaş idarə et maşını, tamammı? Uğur yaşlı gözləriylə gülümsədi. Tamam Davud dayı edərəm soz, mütləq bildirəçəm çatdığımda. Çox sağolun hərşeyçün, maşının qapısını açıb sükan arxasına əyləşdi. Uğura Səlimin gəlişi dərt olmuşdu, heç getmək belə istəmirdi Mələyi qoyub. Çarəsiz gülümsəyib, maşının qazına basdı, siqnal edib getdi. Anası – Mələyə: qızım bu uşağın anası haqda dərdimi var? Mələk unutmuşdu soruşmağa Uğurdan ailəsi haqda. Ancaq anlamışdı Uğurun nəsə bir problemi olduğunu. Bilmirəm ana bəlkədə var, düzü soruşmadım. Anası – Mələyə: qızım soruşmalıydın, baxsana yazıq ağladı kövrəlib. Mütləq maraqlan soruş, ançaq indi deyil, sükan arxasında belə şeyləri soruşmaq olmaz, getdi. Mələk anasının ardınca baxıb, – tamam komandir xanım əmir edərsiz. Mələk – atasına: anamın rütbəsini qaldırmaq lazımdır ata. Bax komandirlikdən razı deyil, general olmağa qərar vermiş. Atası qızının dediyi zarafata ürəkdən güldü, aman qızım qalsın komandirliyini etsin, alışdıq. General olsa vay günümüzə, qızının boynuna qolunu qoyub, baxdı arvadının ardınca gülərək.