Kitabı oku: «Acı həyat. Roman», sayfa 6

Yazı tipi:

Dəniz qaçıb çıxsada Mələyi tapa bilməmişdi, ətrafa baxıb öz – özünə: of Mələk hara getdin? tələsik maşınına əyləşib getdi.

Mələk yolun kənarı ilə gedirdi üzgün – peşman, Uğurun özünə görə işindən olmasına çox pis olmuşdu. Allah mənim cəzamı versin, axx dostum necə bunu məndən gizlədərsən sən. Qollarını bir – birin doladı, canından üşütmə keçdi bir anlıq, yenə yağış yağasına oxşayırdı. Yazıq son eşitdiyindən heç bilmirdi hara gedirdi.

Evə Uğur gəldi əlində poketlərlə, səslədi: mən gəldim. Anası gəldi əlini dəsmala silə – silə, – Uğura: gəldinizmi oğlum? Uğur birinci anlamadı, gədim anam. Xoş gədiniz oğlum, arxaya baxdı qızını görməyincə – Uğura: Mələk yoxmu? Uğur təcüblə – arvada: Mələkmi? evdə deyilmi Mələk? biraz şaşırdı. Əlindəki poketləri yerə qoyub baxdı, anasıda biraz şaşrdı, – Uğura: Mələk sənə getdi. Sən telefonunu evdə unudunca, dedi sifarişlərinə lazımdır. Uğurun elə bil başından qaynar su tökdülər, bir anlıq Mələyin ora getməsinə həyəcanlandı. Bilirdi orda Səlimin çalışdığını, – arvada: mən orda deyildim anam. İndi gedirəm narahat olmayın siz, Mələyi gətirəcəm. Yazıq arvad nəsə deyincə, tələsik qaçaraq getdi. Arvad ardınca – Uğura: oğlum Mələyi arayıb evə gəldiyini desəydikmi? of qızım. Yazıq az yorulurmuş kimi qaçdı getdi, yerə qoymuş poketləri götürüb apardı mətbəxtdə.

Dəniz hər tərəfə baxsada Mələyi tapa bilməmişdi, Mələyi arasada telefonunu açmamışdı. Of Mələk hara getdin sən? Uğurda telefonu evdə unutmağa vaxt tapdı. Offf Uğur off, maşının sürəətini artıqıb getdi.

Uğur tələsərək maşından enib qaçaraq gəldi gül mağazasına, yazıq tələsdiyindən həyəcanla nəfəs alırdı. Mağazada Səlimi tək görüb əsəblə baxdı, – Uğura: dostunu axtarırsansa burda deyil. Yəni bir neçə saat qabağa rədd olub getdi. Uğur əsəbləşib pis söz deyəcəkdi, arxadan Dəniz – Uğura: Uğur Mələk evə gəldimi? Uğur dönüb həyəcanlı baxışlarla baxdı Dənizə. Yox gəlmədi, nə etdi bu manyak yenə qıza? Səlim – Uğura: eyy sözlərinə diqqət et. Yenə bir – birinə girməsinlər deyə araya girdi Dəniz. Susun bir, itlə – pişik kimi girməyin bir – birinizə, Mələk hara gedər ki? Gülsümü aradım ona getməmiş. Uğur əsəblə – Dənizə: əğər Mələyə bir şey olarsa, qardaşını öldürəcəm bil. Dəniz – Uğura: deyirəm mən burdaydım o heçnə etmədi. Yəni sadəcə sənin burda artıq çalışmadığını dediyindən başqa, heçnə demədi. Uğur dərindən nəfəs alıb – Səlimə: sən nə şərəfsiz birisənmiş bir bilsən. Kəşki o ananın əvəzinə sən ölsəydin, Dəniz Uğurun dediyi sözdən pis oldu, ağzını tutdu əli ilə. Səlim bir anlıq baxdı Uğura. Uğur qaçaraq getdi Mələyi axtarmağa. Dəniz kövrəldi, dönüb hələdə baxa qalmış qardaşına baxdı. Səlimə bu söz elə tutmuşdu ki, sözlə ifadəsi yox idi. Bi ixtiyar gözləri yaşardı, mağazadan çıxdı getdi. Dəniz üzünü tutub ağladı.

Mələk oturmuşdu bir tərəfdə, yazıq fikirə dalmışdı. Uğurun bu qədər özünə görə əziyyət çəkməsinə xəcalət cəkirdi. Yağış çiskiləməyə başladı, heç fikirdən ayılmadıda, fikirləşdikcə başında ağrı hiss edirdi. Üşüdü, skameykada dizlərini qucaqlayıb büzüşüb oturdu. Başını qaldırıb göy üzünə baxdı, bi ixtiyar gözlərindən yaş süzüldü. Yağış hər bir insanın ötüb – kecmiş yaxşı və pis günlırini təkrar xatırladır. Yaş süzülən gözlərini yumub dayandı, öz – özünə: Allahım nə olar canımı alda, axlımı alma. Mələk özü anlayırdı, bu yaddaşını itirmələrin sonu yaxşı olmayacaqdı. Telefonuna zəng gəlsədə heç baxmadı, açmadı.

Uğurda maşınla gəzib baxırdı, öz – özünə: hara getdin sən? Allahım yardım et mənə. Lənət olsun sənə Səlim, heyvan mərəfətsiz, əlini əsəbləşib sükana vurdu.

Axşam olurdu, nə Dəniz, nədə Uğur Mələyi tapa bilməmişdilər. Tərslikdən Uğurunda telefonu Mələkdə olduğundan, əlaqə saxlaya bilmirdilər.

Səlim işdən çıxıb maşınla evə gedirdi, yağış hələ kəsməmişdi, olanlardan çox əsəbi idi. Uğurun ona dediyi ağır sözün şokundan hələ çıxmamışdı. Birdən yolun kənarında skameykada oturmuş Mələyi gördü, qarşıda maşını saxladı güzgüdən baxdı. Başımın bəlası, istədi qaza bassın getsin, nə isə düşündü endi maşından. Maşının qapısını örtüb biraz baxdı, dərindən nəfəs alıb getdi. Gəlib qarşısında dayandı. Mələk tam batmış və dizlərini qucaqlayıb oturmuşdu. Səlim ətrafa baxıb – Mələyə: duydum yaddaşında problemin var. Ancaq bütün günü yağışın altında oturacaq qədər axlını oynatdığınada heç təcüblənmədim. Az başından xəstə deyilsən, qalan yerlərinidə sıradan çıxarıb heyifimi almadan gəbərəcəksən. Bitmədi səninlə işim, qalx səni dostunun evinə çatdırım. Yorma insaları, hər yerdə səni axtarıllar, Mələk heç baxmadıda. Səlim dərindən nəfəs alıb cibindən telefonunu çıxardı ki, Dənizə desin burda olduğunu. Baxdı telefonunun enerjisi bitmişdi, lənət olsun zibil. Sənə deyirəm qalx aparım, gördü heç cavabda vermir, getdi. Gəlib maşınına əyləşdi, biraz dayandı baxdı güzgüdən, öz-özünə: öl orda elə mənə nə? maşını işə saldı. Birdan güzgüdən təkrar baxdığında, bir – necə nəfər oğlanların bir- biriləri ilə zarafatlaşa, deyə – gülə gəldiklərini görüb dayandı. Oğlanlar gəlib Mələyə çatmağa az qalmış, bir – birinə nə isə dedilər. Avara olduqları bilinirdi, Səlim güzgüdən oların hərəkətlərinə baxırdı. Gəlib Mələyin sağ – solunda oturdular, birisi qarşısında ayaq üstə dayandı. Oturanın birisi qoluna toxunub, – Mələyə: gözəlim burda niyə oturmusan? Mələk onada cavab vermədi. Oğlan qolunu Mələyin boynuna qoydu, çox üzgün görünürsən gözəlim, kim qırdı səni? yenə Mələk susdu. Oğlan o birinə, bu laldımı? o biri ələ salıb – oğlana: həmdə kardı deyəsən, gülüşdülər. Bu vaxdı Səlim gəldi, – oğlana: çək o qolunu qızın boynundanda qırmayım. Oğlan ədayla baxdı, – Səlimə: çəkməssəm nə edərsən? baxdı. Bu arada arxadan azmış kimi, 7 nəfərdə oların tanışları gəldilər. Nə olub, problemmi var? Səlimdən soruşdu gələnlərdən birisi. Səlim ona məhəl qoymadan təkrar, – oğlana: son dəfə deyirəm çək qolunu. Səlim yaxşı bilrdi 10 nəfərlə çətin olacaqdı, ancaq artıq sözü tərs gəlmişdi olarla. Bu arda qaçaraq Uğur gəldi. Çatan kimi oğlanın qolunu Mələyin boynundan götürüb, ağzından yumuruq vurdu. Sənə demədilərmi çək qolunu? Uğuru vurmaq istəyirdilər, Səlim tutub birsinə tutarlı udar vurdu yıxdı. Mələk elə bil ayıldı, bir anlıq şaşqın baxdı, tanımadıqlarıyla yumuruq davasına cıxan Səlimlə – Uğura. Səlimlə Uğur oğlanları vururdular, arada bularada dəyirdi vurduqları. Səlimin ağzı – burnu qanamışdı. Uğur Səlimdən fərqli olaraq, yaxşı döyüşərək cavablarını verirdi. Oğlanları Səlimlə çətində olsa vurub, üstəliyirdilər birlikdə. Uğurun başı başqalarını vurmağa qarışmışdı. Səlimi ikisi tutdular, qarnına – ağzına vurmağa başladı başqa oğlan. Mələk baxdı, sakameykanın yanındaki zibil qabında boş şüşələr vardı. Qalxıb götürdü, Uğura baxdı, o bacarırdı qarşısındakıları üstələməyə. Biraz Səlimə baxdı, Səlimi oğlan pis – pis vururdu, ikisidə qollarından tutmuşdular. Mələk gəlib arxadan oğlanın başından şüşəni vurdu. Şüşə sındı əlində sınmış yarısı qaldı. Oğlan başını tutub əyilən an, Səlim qarnından təpik vurdu yıxdı. Qollarını tutuanlarıda vurdu, qıraq etdi özündən. Arxadan başqası Mələyi vurmaq istəyirdi, o an cəld Səlim tutdu imkan vermədi. Oğlanı tutub yaxşıca yumuruqladı, artıq halları qalmamışdı, durub qaçdılar ki vurulmasınlar. Bir neçəsi yerə yıxılıb qalmışdı, Uğur olara yaxşıca təpik vururdu əsəbindən. Səlim gəlib çəkdi, – Uğura: bəsdi, gedək burdan polis gəlincə. Uğur elə əsəbləşmişdi ki, qayıdıb təkrar vururdu oları. Səlim zorla çəkib bağırdı, – Uğura: dedim bəsdi. Uğur dərindən – dərindən nəfəs alıb əsəblə baxdı Səlimə. Gəlib Mələyin qolundan tutub, yaxşıanmı? Mələyin əlindən sınmış şüşəni götürüb kənara atıb, qucqlayıb bağrına basıb tutdu. Qorxma keçdi, Mələk elə keyləşmişdi ki, Səlimin burda nə işi vardı? uşaq kimi Uğuru qucaqladı. Səlimdə gördü Mələk qorxmuş uşaq kimi Uğura qısılıb qucaqladı. Keçdi canım keçdi, Uğur Mələyi qucaqladığında anladı batmışdı. Tez əynindən pencəyini çıxarıb çiyninə saldı, gəl gedək üşümüsən. O arada yıxılandan birisi qalxdı, görmədilər onu Səlimlə Uğur. Cibindən pıçaq çıxarb açdığında Mələk baxdı, arxadan gəlib Səlimi vuracaqdı. Mələk qəfil Uğurdan qaçıb Səlimi qucaqlayıb tutub bu tərəfə fırladığı an, pıçağın qarşısında özü qaldı. Alçağın vurduğu pıçaq arxadan böründən tutdu. Hər şey bir anda olduğundan, Uğur gördüyündə geç oldu. Uğur tez qaçıb oğlanın əlindən pıçağı götürməkçün qolunu burdu yıxdı, qırdı əlini. Səni şərəfsiz öldürmərəmmi? yerə yıxılıb zarıyan alçağın ağzına – ağzına vurmağa başladı. Səlimdə o anda Mələyin belindən qucaqlamışdı, hiss etdi isti qanını əlinə baxdı. Analdı yaralnmışdı özünün qarşısına keçərək, Mələyin üzünə baxdı. Mələk Səlimdən sürüşüb yıxılacaqdı, tutudu qoymadı. Quçağına alıb bağırdı, – Uğura: Mələk yaralıdır. Uğur alçaq özündən getsədə hələdə vururdu, dönüb baxdı Səlimin qucağndakı Mələyə. Tez gəlib baxdı, – Mələyə: Mələk məni duyursanmı? ikisidə qorxmuşdular. Səlim – Uğuar: tələs aparaq xəstəxanaya, Uğur hələ Mələyi səsləyirdi. Səlimin qucağından almaq istəyirdi. Səlim təkrar bağrdı, Uğur qız qan itirir dedim tələs. Qucağında Mələklə öz maşınına tərəf qaçdı. Uğurda qaçaraq gəlib arxa qapını açdı ki, Mələyi qoysun. Səlim Mələyi qoyub yanında əyləşincə, tez öz köynəyini çıxardı. Mələyin yanında əyləşib böyrünə tutdu ki, qanı çox axmasın. Uğur qapını örtüb qaçıb sükan arxasına əyləşdi, tələsərək maşını işə salıb qaza basdı. Yol boyu tez – tez güzgüdən baxaraq, Mələyi səsləyirdi. Səlim Məlyin böyrünü köynyi ilə tutub, özünə qısıb tutmuşdu. Uğur maşını sürəətlə idarə edirdi, döz dostum döz, indi çatırıq.

Axşam olmuşdu, Dənizlə Gülsüm Uğurun evinə gəlmişdilər. Məcbur yalan danışmışdılar Uğurla Mələk kinoya gediblər, guya Mələyin biraz başı qarışsın filan. Yazıq qadın inanmışdı, – olara: getsinər qızım, mən Uğurla qızımın getməsinə narazılıq etmirəm. Uğur bizə çox dayaq olur, mərəfətli oğlandır, xətrini öz evladım qədər istəyirəm. Dənizə qardaşından zəng gəldi, Dəniz telefona cavab verdi, alo Səlim. Biraz qulaq asdı, bildirməməkçün – olara: qadaşmdır, qalxıb mətbəxtdə getdi. Səlim sən nə danışırsan? yavaş danışırdı duymasın anası. Dəniz həyəcan keçirirdi Səlim Mələk haqda dediyində. Səlim mənə yalan danışma. Səlim sən etmədin de nə olar, gözləri yaşardı. Biraz qulaq asıb, tamam mən indi gəlirəm ora. Telefonu söndürüb əliylə ağzını tutub dayandı, göz yaşını silib özünü toparladı. Gəldi – olara: mən evə getməliyəm, arvad anladı – Dənizə: qızım sən ağladınmı? Dəniz kövrəldi. Əliylə üzünü tutub ağladı, Gülsüm tez qalxıb gəlib qucaqladı. Arvatda qalxdı, – Dənizə: qızım birşeymi oldu? Dəniz göz yaşını silib – olara: evdə qardaşımla, atam davalaşmış. Ona görə pis oldum, arvad ah çəkdi, can qızım ağlama, olur ata – oğul arasında belə şeylər. Yazıq arvad özüdə pis oldu. Gəlib Dənizin göz yaşlarını sildi, alama qızım ürəyinə salma belə şeyləri. Gülsümün elə bil ürəyinə dammışdı, bu Mələklə əlaqədardı. Dənizə sual dolu baxışlarla baxdı. Dəniz işarə etdi ki sonra zəng edəcəm. Sən xalayla qal bacım mən gedim bir baxım, tez getdi. Arvad ardınca baxıb, – Gülsümə: anasız qızlar yazıq olurlar, can qızım can. Gülsüm keçib əyləşib baxdı şüphə dolu baxışlarla, arvad şüpələnməsin deyə Dənizində ardınca gedə bilmədi.

Dəniz qaçaraq gəldi xəstəxanaya, qardaşı divara söykənib dayanmışdı. Yazıq Uğur pərişan halda oyana – buyana gəzirdi, ikisinində üzlərində yaralanmış yerləri bilinirdi. Dəniz baxıb anlamağa çalışdı, – qardaşına: Səlim Mələyə nə oldu? Uğur baxdı üzgün baxışlarla. Dəniz qardaşına yaxınlaşıb qolundan tutub sirkələdi, cavab ver Səlim nə oldu Mələyə? – bacısına: vurdular pıçaqla. Dəniz ağzını tutub, baxdı dönüb Uğura sual dolu baxışlarla. Uğur stressdən düz əməlli danışa bilmirdi, bu arada həkim çıxdı otaqdan. Uğur – həkimə: necədir vəziyyəti? Həkim ağzından maskasını çıxardıb baxdı. Xəstəmizin şükür orqanına zərər verməş kəsiiyi, lazım olan yardımı etdik. Bunu deyim ki, hələki burda qalması gərəkir. Çox qan itirmiş, ancaq yenə deyirəm, qorxulu bir şeyi yoxdur. Hələlik burda müalicəsini davam edəcəyik və yaxşılaşacaq inşallah. Elə bil Uğurun üstündən dağları götürdülər, off Allahım çox şükür. Həkim – Uğura: qızın bu hala necə düşməsi haqda polislərə ifadə verəcəksiniz. Bu gün görməniz mümükün deyil xəstəmizi, icazənizlə, Həkim geti. Dəniz gəlib qolundan tutub, – Uğura: Uğur nələr olur? kim vurmuş Mələyi? Uğur dərindən nəfəs alıb baxdı Dənizə.

Gecə saat 10 olurdu. Anası narahat idi gəlib – Gülsümə: qızım Uğurla qızım nə çox qaldılar? Gülsüm artıq xəbərdar idi olanlardan. Roza xala indi Mələk mesaj yazıb bildirdi, Uğurun maşını xarab olmuş yolda qalmışlar. Uğuru tək qoymaq istəməmiş, narahat olmsın anama bildir dedi. Anası üzüldü duyduğunda, off yazıqlar yolda qalmışlar demək ki, mən bir arayım baxım qızıma. Gülsüm tez aramasın deyə bəhanə uydurdu, – arvada: Dəniz indi gedib Mələyi ordan götürüb, özüylə aparaçaq dedi. Olara yaxın yerdə qalmışlar yolda, arvad inandı – Gülsümə: Allah razı olsun, Dənizdə çox mərəfətli qızdır. Sən get yat Roza xala narahat olma. Mələyin telefonunun enerjisi azmış, sönə bilər dedi. Arvad şüphələnmədi, çünki inanırdı ətrafında olanlara, tamam qızım səndə get yat gecdir. İnşallah səhər gələrlər, gecən xeyrə qızım, getdi. Gülsüm arvad gedən kimi ağzını tutub, səsini içinə salıb ağladı, qızı haqda yalan danışmağı Gülsümə heç rahat deyildi.

Dəniz duyduqlarından şok olmuşdu, aman Allahım bu qızı niyə bəlalar tapır? Səlim bacısına baxdı. Uğur bir yerdə rahat dura bilmirdi, boynunun ardını tutub oyana – buyana gəzirdi. Bilmirəm niyə onu tapır bəlalar, əsəblə Səlimə baxdı. Ancaq bu dəfə Səlim səbəb olmamışdı, əksinə Mələyi qorumağa çalışmışdı. Bunu Uğur anlayırdı, ancaq öncə etdiklərinə hələdə əsəbi idi. Səlim gəlib əyləşdi, – bacısına: bilirsənmi, indi onun yerində mən yatmalıydım. Məni arxadan vurmaq istədikdə Mələk özünü qabağa verdi, yəni bu qəfil oldu. İnan ki görsəydim imkan verməzdim, Dəniz bir anlıq qardaşına baxdı üzgün baxışlarla. Qardaşını qucaqlayıb kövrəldi, heç birinizə bir şey olmasın, duyursanmı? Səlim uşaq kimi bacısını qucaqlayıb, başını çiyninə qoydu. Dəniz qardaşını çox istəyirdi, baxmayaraq bəzi tərs xasiyyətləri olsada, hamınız əzizsiniz mənə. Mələkdə yaxşı olacaq, Allah onu bizə bağışladı, Uğur dözmədi getdi harasa. Səlim baxdı Uğur getdi, qalxıb tez otağın qapısına yaxınlaşdı. Dəniz -qardaşına: Səlim olmaz dedi həkim duymadımı? Səlim heç cavab vermədən girdi içəri. Dəniz ayağa qalxıb, of Səlim off, gəlib qapının yanında dayandı ki, gələn olsa bildirsin.

Səlim içəri keçdi, otaqda heç kim olmadığını bilirdi, gəlib Mələyin yanında dayanıb baxdı. Mələyin qoluna sistem qoşulu idi, gözləridə qapalı idi. Səlim yanında çöküb pıçıltılı səslə, – Mələyə: heç axlıma gəlməzdi, bir gün düşmənim olan birisi qarşma keçib məni qoruyacaq. Nədən etdin bunu? bəs deyirdin məndə sənin düşməninəm. Mən sənin yerində olsam, sənin etdiyini edərdimmi? Mələk pıçıltıyla – Səlimə: gərçəkdən dediyim kimi, bizim kəndin qarılarına vır- vır etməyin oxşardı. Səlim baxdı bir anlıq əsəbləşdi, həmdə sevindi Mələyin özündə olmasına. Vallahi qarşılaşdığım ən pis birisən bu həyatımda, bu halınla belə cavab qaytarmağından qalmırsan. Mələk – Səlimə: şot neçə oldu? məncə bu dəfə hec – heçə oldu. Səlim – Mələyə: yox elə olmadı, sən məni iki dəfə qurtardın, birinci məni vuranın arxadan başına şüşə vurdun. Sonrada özünü pıçağın qarşısına atdın, sən profisyonalsan baş yarmağa, deyim bil. Qızım səndə adi hala çevrilib adamın başına vurub yarmaq. Mələk – Səlimə: pardon Səlim bəy, mən imkan verə bilməzdim, mənim düşmənimi başqası vursun. Yəni deyirsən özüm əzişdirəçəm hə? manyaksan sən. Mələyin dodaqları quruyurdu. Mələk – Səlimə: yardım et burdan çıxmağıma, evdə anam narahatdır bilirəm. Səlim – Mələyə: Gülsüm uydurmuş birşeylər anana çoxdan, narahat olma. Mələk udqunub, mənim başa vurmağımdan fərqli olaraq, bacımda yalan danışmağında profisyanaldır. Səlim -Mələyə: iki bacılar başqa – başqa manyaklarsınız. Mələk – Səlimə: gözünün şahidisən qıraq dur çalışıb, yəni başının tam sıradan çıxmasını istəmirsənsə. Səlim – Mələyə: yanında çox qala bilmirəm, krimnalni Mələk xanım. Ancaq bunu bil səninlə işim bitmədi, alnından öpüb çıxdı otaqdan. Mələk əsəbləşdi, ardınca – Səlimə: başımın bəlası pislik, tərpəndiyində canı acıdı ofuldadı.

Beləcə ağır gecənin sabahı oldu, üçudə oturmuşdular kalidorda. Dəniz oturduğu yerdə qardaşına qısılıb yatmışdı. Səlim bacısını özünə qısıb tutub fikirə dalmışdı. Uğur ayağa qalxıb, qapının yanına gəlib dayandı. İçərdən tibb bacısı çıxdı, – Uğura: birazdan həkim gəlib yoxlayacaq, sizə deyəcək xəstəmizi görmək olar ya yox. Getdi karidorla, Uğur tibb bacısının ardınca baxdı və, ehtiyatla qapını açıb girdi içəri. Səlim baxdı, Uğurun girməsi xoşuna gəlmədi. Dənizi oyatmamaqçün sakit dayandı.

Uğur gəlib Mələyin alnından öpdü. Mələk gözlərini açıb baxdı, – Uğura: dostum, – Mələyə: hay can dostum. Uğurun gözləri yaşardı, – Mələyə: qorxuzdun məni, birdə belə etmə tamammı? getmə bilmədiyin yerlərə mənsiz. Mələk anlayırdı Uğur çox həyəcan keçirmişdi, zarafatla – Uğura: dostum deyirdin mənimlə savaşa gedərdin. Bax kiçik bir savaşa düşdük səninlə, dediyin kimi düşmənlərimi 10 dəqiqəyə upakovka edə bilmədim. Əksinə sən həll etdin çoxunu. Uğur yaşarmış gözlərini silib, – Mələyə: səhvin var dostum sən, deməyə çətinlik çəkdi sözünün ardını. Mələk anladı istəmədi dostu üzülsün, – Uğura: boş ver xırda – para kəsikdir, oldu keçdi. Səndən bir xayişim var dostum, nə olar qaçırt burdan məni. Uğur gülümsəməyə çalışdı, – Mələyə: soz azacıq sıx dişinə qaçıraçam. Mələyin üzündən öpüb, az vaxdan həkim gələcək. Burda məni görsə, vır – vır edəcək dediyin kənt qarıları kimi. Mələk gülümsədi, tamam dostum çıx görməsinlər, Uğur təkrar üzündə öpüb çıxdı. Mələk öz -özünə: bağışla dostum, dişimə sıxa bilmərəm mən burda çox.

Beləcə günorta olurdu. Dəniz Gülsümə getmişdi ki, anasına birlikdı yenə yalan danışsınlar, olanları bilməsin yazıq qadın. Səlim siqaret çəkməyə həyətə çıxmışdı. Uğurda həkimlə otağında söhbət edirdilər, Mələk haqda.

Dəniz gəldi Uğurun evinə. Gülsüm qarşıladı, işarə etdi, neçədir Mələk? Dəniz pıçıltıyla – Gülsümə: birazda yola verməliyik. Gülsümün canını dərt bürüdü, baxdı üzgün. Gülsüm – Dənizə: nə deyəcəyik Roza xalaya? baxsana günorta yeməyini hazırlayır, gözləyir oları. Dəniz dərindən nəfəs alıb baxdı üzgün baxışlara, gəldilər mətbəxtdə. Arvad görüb sevindi – Dənizə: gəldinizmi qızım? xoş gəldiniz. Yeməyimizdə artıq hazırdır, pərişan oldunuz sizdə yollarda gecə, gedin əyləşin mən indi yeməkləri gətirəcəm. Qızım Mələk deyə səslədi, elə bilirdi qızıda gəlmişdi. Dənizlə Gülsüm bir – birinə baxdılar ki, yenə arvada nə yalan uyduracaqdılar. Bu arada arxadan Mələk – anasına: hay cann mənim gözəl anam. Dənizlə Gülsüm geri dönüb baxdılar Mələyə. Mələk ikisinində ortasından keçib gəlib anasını qucaqlayıb öpdü, ohh nə gözəl qoxur yeməklərin. Acam dünəndən, anasıda qızını öpüb bağrına basdı, can mənim balam qurban olaram. Hazırdı yeməklər, axşam maşın xarab olub yolda qaldınız dedi Gülsüm. Uğurda yorğundur, gedin əyləşin gəlirəm. Anası qucaqlayanda Mələyin canı acımışdı ancaq bildirmədi, – Mələyə: qızım sənin rəngində uçmuş baxsana. Gedin qızım indi mən sizi yedirdəcəm. Mələk gülümsəyib, təkrar anasının üzündən öpdü. Canım anam mənim, sənə Gülsümlə – dalğa xanım yardım edərlər masanı hazırlamağa. Geri dönüb özünə hələdə şok baxışlarla baxan Dənizlə, Gülsümə, işarə etdi ki, bildirməsinlər heçnə. Yanlarından keçərkən, ikisinində üzündən öpüb – olara: mən əynimi dəyişib gəlirəm, getdi. Gülsümlə, Dəniz yenə bir – birinə baxdılar təcüblə, anladılar Mələyin xəstaxanadan qaçdığını. Dəniz tez telefonunu çıxarıb Uğurla – Səlimə mesaj atdı. Arvad dönüb – olara: canlarım gəlin o zaman boş qabları aparın. Gülsüm hələ şokda idi, həmdə sevinmişdi canlarını qurtarmışdı Mələyin gəlişi. Dəniz Gülsümün qoluna vurub işarə etdi ki, özünə gəl, yalandan gülümsəyib gəldi arvadın yanına. Gülsüm ortalıqda qalmışdı, bilmirdi Mələyin ardıncamı getsin? yoxsa yardımmı etsin. Dənizin özünə işarə etdiyini görüb, gəldi yardıma.

Səlim həyətdə mesajı oxudu pərt baxa qaldı, öz – özünə: evdədirmi? bu nə vaxt getdi burdan? vallahi retki manyaklardansa sən. Tez qaçıb maşınına əyləşib getdi, Uğuru gözləmədən.

Uğurda telefonuna gələn mesaja baxdı, təcüblə həkimə baxdı, birdə mesajı oxudu yerindən qalxdı. Həkim təcüblə – Uğura: bir şeymi oldu? Uğur qaldı şaşırıb – həkimə: olmuş. Mələk qaçmış xəstəxanadan artıq evdəymiş, həkimdə duyduğunda ayağa qalxdı, nəə? ikisidə tez otaqdan çıxdılar. Qaçaraq otağa gəldilər, qapını açıb içəri giriklərində, Mələyi yerində görməyincə – Uğara: bu qız axlınımı oynatdı? necə getmiş yaralı halıyla. Uğur – həkimə: mən sizə zəng edəcəm, qaçaraq çıxdı otaqdan. Həkim şaşqın baxaraq öz – özünə: bu işimdə mən çox şey gördüm, beləsini birincidir görürəm.

Artıq masa hazır idi, anası sevincək gözləyirdi Uğurun gələcəyini. Mələk saatına baxıb, – anasına: dalğa xanım mesaj atdığı vaxdan 20 dəqiqə keçirsə, az vaxda burda olacaq dostum. Bu arada qaçaraq Səlim gəldi, hamı baxdılar Səlimə. Səlim bir anlıq hər kəsin masa arxasında heçnə olmamış kimi oturduqlarını görüb, baxdı olara şaşqın. Mələk – anasına: dalğa xanım yeməyə tək xalası oğlunu çağırmamış anacan. Bax qardaşını necə çox istəyir onada xəbər vermiş, yalandan gülümsəyib baxdı Səlimə. Bu arada qaçıb arxadan Uğurda gəldi. Səlimin yanında dayanıb, oda gördüklərinə şaşırdı. Mələk heçnə olmamış kimi oturmuşdu masa arxasında. Mələk – anasına: bax ana yeməyinin qoxusuna 21 – ci dəqiqəsində dostumda özünü çatdırdı. Anası qarşıya keçib ikisinidə mehribanlıqla quçaqlayıb öpdü, – olara: gəlin mənim yaraşıqlı balalarım. Kecin əyləşin sizi gözləyirdik yemək hazırdır. Səlim arvadın mehribanlığına bir anlıq baxdı qaldı. Can oğlum maşın gecə sizi yormuş, birdən ikisinində üzünə baxıb ah çəkdi. Nə olmuş üzünüzə? bu haqda unutmuşdular. İkisinində üzlərinə toxunub, siz davalşmısınızmı? nə cavab verəsini bilmədilər. Mələk tez – anasına: anacan Səlimlə – Uğur idmana gedillər, orda olmuş üzləri elə. Anası üzünü tutub, aman Allahım o nə idmandır elə? baxsana üzünüzdə sağ yer yoxdur. İkinizdə bu gündən getmirsiniz, duydunuzmu? İksidə baxdılar bir – birinə, sizə deyirəm, duymayım bir daha. İndi isə keçin yeməyinizi yeməyə, ikisidə bir anlıq analarının həsrətini çəkdilər. Arvadın özlərini danlamasından kövrəldilər, keçib əyləşdilər. Səlimə daha çox dəymişdi, ağzı – üzü yaralı idi. Anası gəlib yeməklər çəkib qarşılarına qoydu, hadi başlayın nuş olsun. Təşəkkür edib yeməyə başladılar, iştahları olmasada. Səlimin dodağı ağrıdı, yeməyə çətinlik çəkdi. Anası gəlib əyləşdi yanında, bax sən yaramaz uşaqların etdikləri işə. Bax nəyinizə lazımdır elə idman sizin? Səlimin əlindən qaşığı götürüb, – Səlimə: mən yedirəçəm ehtiyatla. Səlimi uşaq kimi yedirməyə başladı. Uğur baxdı Mələyə, Mələk işarə etdi ki, bildirməsin anasına. Anası – olara: vallahi kəndimizin yazıq oğlanlarının halına düşmüşsünüz. Arada qızım yazıqları əzişdirərdi pis – pis qaraldardı üzlərini. Birdən Gülsümlə Dəniz qəh – qəhə çəkib güldülər ürəkdən. Gülsüm yaxşı bilirdi Mələyi, Dənizədə babası danışmışdı. Uğurla Səlim olara baxdılar. Mələk – anasına: buların üzlərindəki peçatlar mənim işim deyil anacan, bilirsən mən əzişdirənlər qarşıma ikinci cıxmırlar. Bunlar bax necə rahat oturmuşlar qarşımda, Səlimə işarə etdi acıq verdi. Uğura xoş idi Mələyin belə zarafat etməsi, yaddaşında problemsiz unutmadan danışdığına sevinmişdi. Mələk gülümsəyib, baxdı gülməkdən gözləri yaşaran Dənizlə, Gülsümə.

Beləcə bir – neçə gündə ötdü kecdi. Mələyin polislə verəcək ifadısini həll etmişdi Səlim, getməmişdilər şövbəyə. Anası kəndə dönməliydi, – Uğura: bax oğlum, sənə etibarım yerdən göyə qədərdir. Bilirsən mənim getməyim lazımdır, nə olar qoyma qızım yayınsın həkimə getməkdən. Uğur gülümsəyib, arvadın boynunu qucaqladı, canım anam narahat olma sən. Təki səndə getməsəydin, nə gözəldi birlikdə qalırdıq. Arvatda Uğuru qucaqlayıb, oğlum hər şeyçün çox sağol. Bilirsən kəntdə hər şey ərimin öftəsində qalmış. Siz Mələk müalicəsini bitirən kimi birlikdə gəlin, tamammı? gözləyəcəm oğlum. Mələk gəldi, – anasına: ana mən yaxşıyam gəlim səninlə, anası baxdı üzgün baxışlarla Uğura. Uğur gülümsəyib, – arvada: narahat olma sən anam. Mələk bilirəm darıxır kəndiçün, ancaq burda qalmalıdır bilir. Elə deyilmi dostum? işarə etdi ki hələ baş bir tərəfə, böyründəki yaranda sağalmayıb. Mələk çarəsiz -Uğura: bilirəm Uğur bəy. Anası gəlib qızınıda qucaqlayıb, bağrına basdı. Bax qızım Uğuru üzmək yox, mən tez – tez əlaqə saxlayıb danışaçam. Birdə sənədə tapşırıram, əğər bular birdə o idmana getsələr mənə bildir. Tamamı qızım? qızının saçlarını sığallayıb baxdı üzün. Mələk təkrar anasını qucaqlayıb öpdü. Tamam rəyis xanım əmrin gözüm üstə, atamada salamımı çatdır. Anası qızından ayrılıb, – Uğura: gedək oğlum gecikməyim avtobusa. Uğur anasının çantasını götürüb – Mələyə: dostum mən az vaxtda gələcəm, sən yat dincəl. Anasıyla getdilər, Mələk arxalarınca baxıb, öz – özünə: burdan tez gedim deyirəm, mən düşən günə baxda. Getdi əyləşdi divana, oturduğunda yarası incitdi, ofuldadı..

Axşam olurdu, Səlim mağazanı bağlayıb tələsik getdi maşınına əyləşib.

Uğur evə gəlib yatmışdı otağında, Mələk gəldi əyləşdi mətbəxtdə. Qapının zəngi basıldı, Uğur oyanmasın deyə getdi qapıya, düşündü gələn ya Dəniz, yada Gülsümdü. Gəlib qapını açdığında tanımadığı qadını görüb baxdI, qadında Mələyə baxdı. Qadının geyimindən bilinirdi, özünə qulluq edən varlı biri idi. Mələk – qadına: buyurun kimə baxmışdınız? qadın biraz baxıb – Mələyə: siz kimsiniz? Mələyin yarası ağrıyırdı ayaq üstə qaldığında. Baxın xanım, qapının zəngini basan sizsiniz mən deyiləm, ya özünüzü təqdim edin, yada gəlmə səbəbinizi deyin. Qadın diqqətlə baxıb – Mələyə: mən Uğur bəyə gəldim, bildiyim qədəri evini dəyişməmişdi. Əğər dəyişmişsə üzürlü sayın. Mələk Uğur dediyində – qadına: yox düz gəlmişsiniz, dəyişməmiş. Buyurun keçin indi oyadaram Uğur bəyi, qadın keçdi gəldi evə nəzər yetirdi. Mələk – qadınada: buyurun əyləşin, mən indi bildirim Uğur bəyə, getdi. Qadın şüphəli baxışlarla baxıb əyləşdi.

Mələk ehtiyatla qapını açıb gəldi Uğur yatırdı, yanında oturub ehtiyatla səslədi. Uğur, Uğur gözlərini açıb baxdı, səksənib yerində oturdu. Mələk tez qolundan tutub, – Uğura: qorxma dostum. Bağışla oyatdım səni, bir qadın gəldi səni soruşdu, məndə dəvət etdim içəri səni gözləyir. Uğur gözlərini ovub, qadınmı? kimdir ki? Mələk çiyinlərini çəkib, bilmirəm dostum qalx bax. Uğur yerindən qalxdı, – Mələyə: ağrımırsan ki? bağışla içim keçmiş necə yatmışamsa. Mələk – Uğura: yaxşıyam narahat olma, yorğunsan əlbətddə yatacaqsan. İkisidə çıxdılar otaqdan.

Uğur öndən gəldi pərt oldu, – qadına: ana? Mələk ana dediyində baxdı qadına. Anladı gələn Uğurun anası idi, qadın ayağa qalxdı. Anası – Uğura: mən evinə gələ bilmərəmmi oğlum? Uğur bir anlıq baxdı. Gedib anasını qucaqladı öpdü, anasıda oğlunu qucaqlayıb öpdü. Əlbətddə bilərsən ana bu nə deməkdir? sadəçə şaşırdım, niyə şaşırdığımıda özün bilirsən. Anası əyləşdi, Uğurda yanında əyləşib baxdı anasına. Anası gülümsəyib, saçlarını sığalladı. Böyümüşsən oğlum, tərslik etdin yanımda yaşamaqdan imtina etməsəydin, necə böyüdüyünü görərdim. İldə bir dəfə telefon danışıqlarından hiss etmək olmur necə dəyişdiiyini. Uğurun anası biraz başqa dildə danışığa alışıq olduğu anlaşılırdı. Uğur dərindən nəfəs alıb baxdı, – anasına: şaşırdım ana, hansı rüzgar atdı səni bizim ölkəyə? niyə demədin gələcəyini qarşılayardım. Anası gülümsəyib, mən syurprizləri sevərəm oğlum bilirsən, həmdə yolu tanıyıram unutmadım. Mələk dönüb getmək istəyirdi – Uğura: bu qız sənin sevgilindirmi? Uğur -anasına: tanış edim. Bu gördüyün Mələkdir, mənim ən yaxın can dostumdur ana, işarə etdi ki qızı utandırmasın. Anası baxıb Mələyə, bir zamanlar mənimdə can dostum vardı, ancaq sonradan bilmədən aşik olduq bir – birimizə. Uğur alışıqdı anasının açıq danışmalarına, ancaq Mələyin yanında xəcalət çəkdi kənara baxdı. Anası anladı, – oğluna: oğlum bu həyatda sevmək günah deyildir, utanacaq bir şey yox. Uğur kənara baxıb başını narazılıqla sirkələdi. Mələk – qadına: bağışlayın sizi qapının önündə sorğu – suala tutuduğuma görə. Qadın gülümsəyib, – Mələyə: düz etdin Mələk, sən məni tanımırsan, tanımadığın insaları evə buraxmaq olmaz. Mələk artıq söz demədən getdi mətbəxtdə, anası – oğluna: sevgilin pis birinə oxşamır. Uğur anasına baxdı ki deməsin elə sözlər, İstəmirdi Mələk duysun incisin. Mələk gəlib iki fincan qəhvə süzüb siniyə qoydu, öz – özünə: ya səbir, duymuşdu dediklərini. Sinini götürüb gəldi, masaya qoyub birinci anasının qəhvəsini verdi. Qadın götürüb təşəkkür etdi, Uğurunda qəhvəsini qoyub – olara: sizə nuş olsun. Mən bir dışarı çıxaçam hava alım. Uğur – Mələyə: sənin yaran sağalmadı, olmaz dostum. Mələk işarə etdi ki, sussun deməsin anasının yanında. Anası bildirməsədə anladı, nəsə problem olduğunu. Mələk – Uğura: tamam dostum, mən o zaman otaqda dincəlim, qadın – Mələyə: gəl əyləş bizimlə. Mələk – qadına: siz söhbətinizi edin, mən icazınizlə, gedi. Uğur Mələyin arxasınca baxdı, anası qəhvəsindən içib baxdı oğluna. Birdən Uğur anasına baxdığında gülümsədiyini görüb, – anasına: ana yetər. Anası gülümsəyib, artıq bir söz demədi.

Beləcə sabah oldu, Mələyə Dəniz gəlmşdi. Anası Uğurla yatmışdı gecəni, coxdandı oğlunu görməyəni. Mələk masaya yazdığı kağızı qoyub – Dənizə: səs etməyək çıxaq, Uğur anasıyla vaxtını keçirsin. Ehtiyatla qapıdan çıxaçaqdılar Uğur sələdi, hara belə siz? ikisidə dönüb baxdılar. Gəlib qarşılarında dayandı. Dəniz – Uğura: sabahın xeyir xalamın yaraşıqlısı. Gəldim Mələyi həkimə aparım, istəmədik sizi oyadaq. Arxadan xalası – Dənizə: prensessam kimmiş oyanmayan? Dəniz uşaq kimi xalasına qaçıb qucaqladı. Xalasıda bağrına basıb öpüb qucaqladı. Dənizə biraz kənar durub baxıb, bax sən necədə böyümüş mənim gözəlim. Təkrar qucaqlaşdılar, Dəniz – xalasına: xoş gəldin canım xalam, nə gözəl syurpriz etdin bizlərə. Qadın gülüməsyib, – Dənizə: xoş günün olsun qızım, gəldim baxım necəsiz. Dəniz elə sevinmişdi ki, xalasına qısılıb gəlib əyləşdilər. Dəniz xalasını təkrar qucaqlayıb, yaxşı etdin canım xalam. Elə darıxmışdıq ki səninçün, xalası mehriban sadə insan idi. Uğur – Mələyə: mənimlə gedəcəksən dostum, etiraz istəmirəm. Unutmadıysan səni anan mənə tapşırdı, Mələk bir söz demədi. Gəl qəhvəmizi içək gedərik. Mən indi mesaj atıb bildirərəm gec gələcəyimizi həkimə. Mələk çarəsiz gəlib əyləşdi, biraz da Uğurun anasına görə narahat idi. Qadın – Mələyə: axşam səninlə tam tanış ola bilmədik Mələk, adımızda bənzərliyimiz var. Mənim adım Məryəmdir. Mələk- qadına: məmmun oldum Məryəm xanım, adımızın baş hərfləri eynidir dediyiniz kimi. Qadın gülümsəyib, – Uğura: oğlum qəhvələrimizi hazırla, mənə şəkərsiz olsun. Mələk qalxacaqdı Uğur imkan vermədi, əyləş mən hazırlayaram dostum. Uğur qalxıb – anasına: baş üstə ana, getdi mətbəxtdə. Dənizi öpüb bağrına basdı, Mələk baxdı bu qadın öz anası kimi deyildi. Düşündü yəqin heç bilmirdidə yemək hazırlayada, dözmədi qalxıb getdi Uğura yardıma. Qadın baxdı ardınca, – Dənizə: bular gərçəkdən dostular deyə inanırsanmı? Dəniz çiyinlərini çəkib gülümsəyib, xalasına qısıldı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺230,90
Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
30 haziran 2021
Hacim:
491 s. 2 illüstrasyon
ISBN:
9785005396242
İndirme biçimi:
Metin
Средний рейтинг 5 на основе 4 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 8 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 4,8 на основе 6 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 5 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 3 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок