Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

– Yox, – deyə bu böyük dövlətə şirnikməmək üçün qoca öz nəfsinə güc gələrək etiraz etdi, – Bu saat mənim qəbiləm müşavirəyə toplaşıb, onlar Zarinskanı sənə verməyimi istə-mirlər.

– Axı sən rəhbərsən.

– Doğrudur, ancaq cavanlar qəzəblənirlər ki, Qurd öv-ladları onların nişanlılarını əllərindən alır.

– Qulaq as, Tlinq-Tinnex! Bu gecə keçib, sabah olmamış Qurd öz itlərini Şərq dağlarından da uzağa uzaq Yukona tə-rəf qovacaq. Zarinska da onun itləri üçün yol açacaq.

– Bəlkə, heç bu gecə yarı olmamış bizim cavanlar Qur-dun ətini itlərə atacaqlar və onun sümükləri bahar günəşi çı-xıb ətrafı qızdırana qədər qarın altında qalacaq.

Hədəyə qarşı hədə. Makkenzinin tutqun bürünc rəngli sifəti qanla doldu. O səsini qaldırdı. Qoca qarı, bu vaxta qə-dər özünü tamaşaçı kimi aparan rəhbərin arvadı, onun yanından sivişib bayıra çıxmaq istədi. O qadını kobudcasına heyvan dərisindən olan oturacağa itələdi və o bayırda mahnı səsinin kəsildiyini və xeyli adamın gurultulu səsini eşitdi.

– Yenə sənə müraciət edirəm – qulaq as, ey Tlinq-Tinnex! Qurd ölərkən, çənəsini möhkəm sıxır. Onunla birlikdə on nəfər sənin qəbilənin kişilərindən də öləcək. Kişilərə isə sonra ehtiyac olacaq. Ov mövsümü təzə başlayıb, balıq ovuna da çox ay qalmayıb. Mənim ölməyimdən sənə nə fayda var? Xal-qınızın adətini yaxşı bilirəm, mənim bu dövlətimdən sənin payına çox şey düşməyəcək. Yaxşısı budur, qızını ver mənə – hamısı da sənə çatsın. Bir şey də söyləyim, bura mənim qardaşlarım gələcək – onlar çox və acgözdürlər. Qarğanın qız-ları Qurdların evində uşaq doğacaq. Mənim qəbiləm sənin-kindən güclüdür. Taleyin hökmü budur. Qızını mənə ver – bütün bu dövlət sənin olsun.

Bayırdan makasin altında xırıldayan qarın səsi eşidildi. Makkenzi tüfəngi əlinə alıb, kəmərindən hər iki yandan asıl-mış tapançaların qoburunu açdı.

– Razılaş, ey Tlinq-Tinnex!

– Axı mənim xalqım “yox” deyəcək!

– Razılaş, bu dövlət sənin olsun. Sənin xalqınla özüm son-ra danışaram.

– Qoy Qurd istəyən kimi olsun. Hədiyyələrini götürü-rəm, ancaq unutma ki, sənə xəbərdarlıq etdim.

Makkenzi hədiyyələri ona ötürdü, arada tüfənginin çaxmağını geri çəkməyi də unutmadı, üstəlik ağlığından göz qamaşdıran bir dəsmal da bağışladı. Bu vaxt şaman 5-6 dö-yüşçünün müşayiəti ilə içəri girdi. Makkenzi onları sərt bir hərəkətlə itələyərək qapıdan bayıra çıxdı.

Zarinskanın çadırının yanından ötərkən, “Yığış!” – deyə qısa şəkildə əmr verdi və tələsik itləri qoşmağa getdi. Bir ne-çə dəqiqədən sonra qoşqusunu arxasınca çəkərək, şuraya gəldi. Qız onun yanı ilə gəlirdi. O, tapdalanmış meydançanın yuxarı başında, rəhbərin yanında özünə yer saldı. Zarin-skaya layiq olduğu kimi özündən sol tərəfdə bir addım ar-xada dayanmağı tapşırdı. Namünasib vaxtda, təhlükə olarsa, onu qoruya bilmək üçün.

Kişilər sağ və soldan çömbələrək ocağın qırağında otur-muşdular. Onların səsi qədim, artıq yaddan çıxmaqda olan bir mahnıya qarışmışdı. Qəribə, gözlənilməz keçid, təkrar və pauzalardan ibarət olan bu mahnının gözəl olduğunu söy-ləmək olmazdı. Onu qorxunc, dəhşətli adlandırmaq daha doğru olardı. Meydançanın o başında ona qədər qadın şa-manın qarşısında mərasim rəqsini edirdi. Şaman mərasimə lazımi etiqadla yanaşmayanlara acıqlanırdı. Qarğa qanadı ki-mi tünd qara saçlarına bürünmüş qadınlar yavaş-yavaş yel-lənərək, dala-qabağa hərəkətlər edir, bəziləri ritmə görə əyi-lib-düzəlirdi.

Bu çox qəribə mənzərə – əsl anaxronizm idi. Uzaq Cə-nubda 19-cu əsr sona çatır, onun sonuncu onilliyinin axırıncı illəri bitməkdə idi. Burada isə, əsil ibtidai insan, tarixə qədər-ki mağara insanının kölgəsi, qədim zamanların unudulmuş səhnəsi təcəssüm edirdi. İri, kürən itlər öz heyvan dərisinə bürünmüş sahibləri ilə yanaşı oturub, ocağa daha yaxın yer üstündə mübarizə aparırdılar. Alovun oynaq işığı onların qanlı gözlərində, iri ağaran dişlərində əks olunub oynayırdı. Əsrarəngiz qalın qar örtüyü ilə bürünmüş böyük, qocaman meşə hər şeydən xəbərsiz möhkəm yuxuya getmişdi. Az bir vaxtda geri çəkilmiş Ağ sükunət sanki yenidən hər tərəfi ağuşuna almaq istəyirdi. Həmişə Böyük Soyuqlarda olduğu kimi ulduzlar səmada titrəşərək rəqs edirdilər. Qütb Ruhları böyük səma boyu odlu-parıltılı paltarlarını sərmişdilər.

Biryuki Makkenzi bu vəhşi mənzərənin böyüklüyünü bulanıq halda dərk edərək, gözlərini dolandırıb bu xəz pal-tarlı fiqurları bir-bir gözdən keçirirdi ki, kimin olmadığını tə-yin etsin. Bir anlıq onun nəzərləri anasının açıq döşünü əmən yeni doğulmuş bir uşağın üzərində dayandı. Sıfırdan aşağı 70 dərəcə şaxta var idi. Makkenzi öz xalqının zərif, incə qadınla-rını xatırlayıb tutqun-tutqun gülümsədi. Həmin zərif qadınla-rın birindən doğulan biri kimi, Biryuki elə bir vərəsəyə sahib olmuşdu ki, bu ona və onun həmcinslərinə quruda və dəniz-lərdə, heyvanlar və insanlar üzərində yer kürəsinin hər tərə-fində hakimiyyət ixtiyarı vermişdi. Yüz nəfərə qarşı tək, Ark-tika qışında, doğma yerlərdən uzaqda olan Makkenzi həmin bu vərəsəliyin çağırışını eşidirdi: hakimiyyət iradəsi, təhlükə-lərə qarşı düşüncəsiz məhəbbət, döyüşən ruh, ya qalib çıx-maq, ya da ölmək qətiyyəti.

Mahnı və rəqs kəsildi. Şaman qızğın şəkildə nitqə baş-ladı. O, hindu əsatirindən mürəkkəb və dolaşıq misallar çə-kərək, avam dinləyicilərinə çox bacarıqla təsir göstərirdi. Onun danışığı inandırıcı və qətiyyətli idi. O, həyatın başlan-ğıcının mücəssiməsi Qarğa ilə Qurdu – Makkenzini qarşı-laşdırırdı. Qarğanı sülh, Qurdu isə hərb və dağıntı mücəssi-məsi adlandırırdı. Mübarizə təkcə yaranışın əsasında duran bu iki qüvvə arasında yox, həm də insanlar arsında gedir. Onlar öz totemləri uğrunda mübarizə aparırlar. Stisklər qə-biləsi Prometey odunun aparıcısı olan Qarğanın – Celksin övladlarıdır. Makkenzi isə Qurdun, başqa sözlə deyilsə, şey-tanın övladıdır. Yaranışın əsasında duran bu iki qütbün mü-barizəsini dayandırmağa cəhd etmək, qəbilə qızlarını lənət-lənmiş düşmənlərə ərə vermək böyük bir günah və satqın-lıqdır. Şeytanın qulu və elçisi olan Makkenziyə qarşı ən mur-dar təhqir və sərt sözlər söyləmək, ona yumşaqlıq göstərmək deməkdir. Burada dinləyicilər hiddətlə deyinməyə başladı-lar. Şaman sözünə davam etdi:

– Qardaşlar, Celks hər şeyə qadirdir! Bizim qızına bil-məyimiz üçün odu göydən yerə o gətirməmişdimi? Bizim görə bilməyimiz üçün Günəşi, Ayı, ulduzları səmadakı yu-valarından o çıxartmamışdımı? Aclıq və Şaxta ruhları ilə mübarizə aparmağı bizə o öyrətmədimi? İndi isə Celksin öz övladlarına acığı tutub, qəbilədən bir ovuc adam qalıb, onla-ra da Celks kömək etməyəcək. Ona görə ki, onlar Celksi unutmuş, axmaqlıq etmiş, yanlış yolla getmiş və düşmənlə-rini viqvamlarına gətirərək ocaq başında əyləşdirmişlər. Öv-ladlarının bu hərəkətlərinə Qarğanın acığı tutmuşdur. Nə vaxt onlar öz səhvlərini dərindən başa düşərlər və sübut et-sələr ki, doğru yola qayıdıblar, onda Celks qaranlıqdan çıxar və onların köməyinə çatar. Qardaşlar! Odun daşıyıcısı öz ira-dəsini, hökmünü şamana söyləmişdir. İndi ona qulaq asın! Qoy cavanlar qızları öz viqvamlarına aparıb, Qurdun üzəri-nə atılsınlar! Qoy onların qəzəbini heç nə soyutmasın! Onda qadınlar uşaq doğmağa başlayar və Qarğanın xalqı artaraq qüdrətli olar. Onda Qarğa ata və babalarımızın qüdrətli qə-bilələrini Şimaldan gətirər, onlar qurdları bir heçə – keçən il-ki tonqalın külünə çevirənə qədər vuruşarlar və yenidən bü-tün ölkənin sahibi olarlar. Celks – Qarğa belə demişdir!

Bu yaxın zühurun sorağını eşidən stisklər xırıltılı səslə bağırıb, ayağa qalxdılar. Makkenzi baş barmaqlarını əlcəklə-rindən çıxarıb gözləyirdi. Bağırtılar eşidildi: “Tülkü! Tülkü!” Bağırtılar daha da şiddətləndi; nəhayət, gənclərdən biri irəli çıxıb danışmağa başladı:

– Qardaşlar! Şaman müdrik sözlər söylədi. Qurdlar ar-vadlarımızı əlimizdən alırlar və bizim üçün uşaq doğan ol-mur. Qurdlar bizim əlimizdən isti xəzləri alıb, əvəzində şü-şədə yaşayan qəzəbli ruh və qunduz, vaşaq dərisindən yox, otlardan tikilmiş paltar verirlər. Bu paltarlar bədəni qızdır-mır, adamlarımız isə anlaşılmayan xəstəliklərdən ölürlər. Mən Tülkünün arvadı yoxdur. Nəyə görə? Ona görə ki, istə-diyim qızların hər ikisi qurdların düşərgəsinə getmişlər. Bax, indi də, çoxlu qunduz, sığın, maral dərisi toplamışam ki, Tlinq-Tinnexin razılığını ala bilib, qızı Zarinskanı özümə ar-vad edim. İndi isə baxın, o ayaqlarına xizək geyib Qurdun it-lərinə yol açmaq istəyir. Mən təkcə özüm üçün danışmıram. Həmin bu sözləri Ayı da deyə bilərdi. O da Zarinskanın uşaqlarının atası olmaq üçün çoxlu dəri toplamış və Tlinq-Tinnexə vermək fikrindədir. Mən bütün arvadı olmayan ca-van ovçuların adından danışıram. Qurdlar həmişə acdırlar. Onlar həmişə ən yaxşı tikələri götürürlər. Qarğalara isə onla-rın artığı qalır. Bax, bu Quklaya baxın! – deyə Tülkü saymaz-yana surətdə əli ilə axsaq bir qadını göstərdi. – Onun ayaqları qayığın böyürləri kimi əyridir. O, nə odun yığa bilir, nə də ovçuların öldürdüyü ovu… Qurdlar onu seçərlərmi?

– O! O! – deyə Tülkünün yoldaşları bağırışdılar.

– Bu da Mayra, – Tülkü davam etdi, – qəzəbli ruh onun gözlərini çəpləşdirib. Uşaqlar ona baxanda qorxurlar. Deyi-lənə görə, hətta ayı da, rastlaşanda ona yol verir. Qurdlar onu seçərlərmi?

Yenidən təsdiqedici nidalar ucaldı.

– Bu oturan Pişeta mənim dediklərimi eşitmir. O, heç vaxt nə şən söhbətin səsini, nə ərinin sözünü, nə də uşağının qığıltısını eşidib. O, Ağ Sükunətdə yaşayır. Görün Qurdlar heç ona fikir verərlərmi? Yox! Onlara ancaq seçmə ov qalır, bizə isə qalıqlar. Qardaşlar, daha belə davam edə bilməz! Qurdların bizim ocaqların başında dolaşdıqları kifayətdir. İntiqam vaxtı çatıb.

Nəhəng şimal parıltısı yerin bir kənarından o biri kəna-rına qədər bütün səmanı bürüdü. Tülkü başını yuxarı qaldı-raraq əllərini göyə uzatdı və çığırdı:

– Baxın! Bizim əcdadlarımızın ruhları oyanıblar. Bu gecə Böyük işlər baş verəcək!

O, geri çəkildi və yoldaşlarının dümsüklədiyi digər gənc bir ovçu tərəddüdlə irəli çıxdı. Onun sanki şaxtanın acığına sinəsi tamam açıq, boyu isə ətrafdakılardan bir baş qədər hündür idi. Utancaq olduğundan bir yerdə tapdanır, ağzın-dan söz çıxarda bilmirdi. Sifətinə baxanda dəhşət götürürdü. Görünür nə vatsa dəhşətli, qeyri-adi bir zərbə ilə onu bu cür eybəcərləşdirmişlər. Nəhayət, o, yumruğunu gumbultu ilə təbil kimi sinəsinə çırpıb dilə gəldi. Onun səsi okean sahilin-də yerləşən mağarada eşidilən ləpədöyən səsi kimi uğultu və gurultu ilə səsləndi:

– Mən Ayıyam! Gümüş Nizəyəm və Gümüş Nizənin oğ-luyam! Hələ mənim səsim qız səsi kimi cingildəyəndə vaşaq da, sığın da, maral da öldürürdüm. Səsim tələyə düşmüş Sibir porsuğu səsinə oxşayanda Cənub dağlarını keçdim və Ağ Sa-hil qəbiləsindən 3 adam öldürdüm. Səsim Çinukinin nərəsinə oxşayanda, qrizli ayısı ilə rastlaşdım və ona yol vermədim.

O dayandı, çoxmənalı ifadə ilə əlini üzünün qorxunc ça-pığına sürtdü və davam etdi:

– Mən Tülkü deyiləm! Dilim çay kimi donub. Mən bəla-ğətlə danışa bilmirəm. Mənim sözüm azdır. Tülkü deyir: “Bu gecə böyük işlər baş verəcək”. Olsun! Sözlər onun dilindən bol sulu çay kimi axar, ancaq o əməldə o qədər də səxavətli deyil. Bu gecə mən Qurdla döyüşəcəm. Mən onu öldürəcə-yəm və Zarinska mənim ocağımın başında əyləşəcək. Mən Ayı, sözümü dedim.

Ətrafını ölüm qorxusu bürüsə də, Makkenzi möhkəm dayanmışdı. O tüfənginin belə yaxın məsafədən faydasız ol-duğunu yaxşı başa düşdüyündən gizlin surətdə kəmərindəki hər iki qoburu irəli çəkdi ki, lazım gələndə revol-verləri işə sa-la bilsin. Əlcəklərini lap barmaqlarının ucuna endirdi. O yaxşı bilirdi ki, ətrafındakılar birlikdə onun üzərinə atılsalar heç nəyə ümid bəsləyə bilməz, lakin bir əvvəlki öyünməsinə sadiq qalaraq çənəsini düşməninin boğazında qapayıb ölmək fikrində idi. Ancaq Ayı yoldaşlarının qarşısını almağa müvəf-fəq oldu, sözə baxmayanları isə öz dəhşətli yumruğu ilə kə-nara tulladı. Tufan sakitləşməyə başlayanda Makkenzi gözu-cu Zarinskaya baxdı. Bu çox gözəl bir mənzərə idi. O xizəklər üzərində bədənini bir az qabağa əymişdi, dodaqları azca ara-lanmış, burun pərələri titrəyirdi – lap sıçrayış ərəfəsində olan pələng idi. Qəbilədaşlarına dikilmiş iri qara gözlərində qorxu da, çağırış da var idi. Bütün varlığı gərilmiş yaya bənzəyirdi, hətta nəfəs almağı da unutmuşdu. O elə beləcə bir əli sinə-sində, o biri əlində isə qamçını sıxaraq donub qalmışdı. An-caq Makkenzi ona baxan kimi Zarinskanın bütün bədəni bo-şaldı. Əzələləri əvvəlki gərginliyini itirdi, bədənini dikəltdi və ona sonsuz sədaqət ifadə edən baxışları ilə cavab verdi.

Tlinq-Tinnex danışmağa cəhd etsə də, səsi ümumi hay-küyün içində itib batdı. Bu vaxt Makkenzi irəli çıxdı. Tülkü ağzını açmaq istərkən, elə qəzəblə ona tərəf çevrildi ki, həmin dəqiqə geri sıçradı və zingiltiyə bənzər bir səs boğazında ilişib qaldı. Tülkünün bu məğlubiyyəti qəbilədaşları tərəfindən gu-rultulu qəhqəhə ilə qarşılandı, indi onlar qulaq asmağa hazır idilər.

– Qardaşlar! – deyə Makkenzi sözə başladı, – Sizin düş-mən adlandırdığınız ağ adam yanınıza açıq ürəklə gəlib. O sizə yalan danışmayacaq. O sizə qardaş olmaq istəyən bir adam kimi gəlib. Lakin sizin kişilər söylədilər və sülh danı-şıqlarının vaxtı ötmüşdür. İndi isə qulaq asın: hər şeydən əv-vəl sizin şaman murdar bir boşboğazdır, onun uzaqgörənliyi də yalandır. Onun sizə söylədikləri Od Aparanın sözləri de-yil. Onun qulaqları Qarğanın səsinə laqeyddir. Mümkünü ol-mayan şeylər uydurub sizi aldadıb. O, gücsüzdür. Siz itləri-nizi öldürüb ətini yeməyə məcbur olanda, mədəniz makasin-lərin xam dərisini çətinliklə həzm edəndə, qocalar öləndə, körpə uşaqlar analarının qurumuş döşlərini sora-sora ölən-də; sizin torpaq zülmətə qərq olub bütün canlılar nər balığı yay vaxtı ölən kimi ləğv olanda, sizin üzərinizə aclıq hücum çəkəndə şaman ovçularınıza uğur gətirdimi? O sizin mədəni-zi ətlə doldurdumu? Yenə deyirəm: şaman gücsüzdür. Budur, mən onun üzünə tüpürürəm.

Bu küfürdən hamı donub qalmışdı, lakin heç kim səsini çıxartmadı. Bəzi qadınlar qorxuya düşdülər, kişilər isə mö-cüzə baş verəcəyini gözləyirdilər. Hamının nəzəri hadisənin iki baş qəhrəmanına yönəlmişdi. Kahin həlledici anın yetiş-diyini anladı, duydu ki, hakimiyyəti əldən getmək üzrədir. Bağırmaq, hədələmək fikrində idi, lakin birdən fikrini dəyiş-di. Makkenzi qəzəblə, gözləri alov saça-saça ona tərəf addım-ladı. Şaman kinli-kinli gülümsəyib geri çəkildi.

– Nə oldu, gözlənilməz ölüm məni haqladı? Şimşək mə-ni yandırıb kül etdimi? Bəlkə, göydəki ulduzlar məni əzmək üçün yerə düşdülər? Tfu! Mən bu köpəklə qurtardım. İndi mən sizə dünyanın hər yerinə sahib olan öz qüdrətli qəbiləm haqqında danışacağam. Əvvəlcə biz, mənim kimi, təklikdə ova çıxırdıq. Sonra biz sürü ilə ova çıxırıq və nəhayət, maral sürüsü kimi hər yeri bürüyürük. Kimi öz viqvamıma götü-rürəmsə sağ qalır, qalanlarını isə ölüm gözləyir. Zarinska gö-zəl, möhkəm, qüvvətli qızdır, o Qurdlar üçün yaxşı ana ola-caq. Siz məni öldürə bilərsiniz, ancaq o yenə də Qurdların anası olacaq. Ona görə ki, mənim qardaşlarım çoxdur, onlar itlərimin izi ilə gələcəklər. Qulaq asın, Qurdun qanunu bu-dur: əgər bir Qurdun həyatına qəsd edərsənsə, on nəfər sənin qəbiləndən bu borcu öz həyatı ilə ödəyəcək. Bu qiyməti çox torpaqlarda ödəyiblər, hələ çox torpaqlarda da ödəyəcəklər.

İndi isə mən Tülkü və Ayı ilə danışacağam. Görünür, bu qız onların xoşuna gəlib. Eləmi? Ancaq baxın – mən onu satın almışam! Tlinq-Tinnex mənim tüfəngimə söykənib, bundan başqa mən ona başqa mallar da vermişəm. Həmin mallar indi də onun ocağının yanındadır. Ancaq mən hər halda gənc ov-çulara qarşı ədalətli olacağam. Uzun danışıqdan dili-boğazı quruyan Tülküyə mən 5 iri qutu tütün verəcəyəm. Qoy burda daha ləzzətlə küy salmaqdan ötrü ağzı bir daha sulansın. Ayı-ya isə, mən bu tanışlıqla fəxr edirəm, 2 adyal, iyirmi qab un, Tülküyə verdiyimdən 2 dəfə artıq tütün və hərgah mənimlə Şərq dağlarına getmək istəsə, Tlinq-Tinnexə bağışladığımın eyni olan bir tüfəng də verəcəyəm. Əgər o istəmirsə, nə olar, çox gözəl! Qurd danışmaqdan yorulmaz. Ancaq Qanunu sizə bir də təkrar edirəm: əgər bir Qurdun həyatına qəsd edirsən-sə, sənin qəbiləndən on nəfər bu borcu öz həyatı ilə ödəyəcək.

₺39,93
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
131 s. 2 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3,6, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre