Kitabı oku: «Qiyamət günü açarı», sayfa 6
Qrey bunun nə demək olduğunu dərhal dərk etmədi. Avropa mehmanxanalarında kirayənişinləri qabaqcadan xəbərdar etmək adətdir; əgər onları kimsə soruşur və kirayənişinlər heç kimi qəbul etmək istəmirlərsə. Franko isə
110
keçmişdə Qrey və Reyçelin yaxın münasibətdə olduğunu bilirdi. Əgər belə demək olarsa, o, istəmirdi ki, qonaqlar onları yüngül ev paltarında görsünlər.
Lakin Qrey heç kimi gözləmirdi. O, bunun nə olduğunu başa düşdü. Tələsik “Grazie” mızıldanıb qalanlarına tərəf döndü.
− Bizə qonaq gəlir.
− Qonaq? – Kovalski təəccüblə qalxdı.
Seyhan o saat hər şeyi anladı.
− Sizi izləyirdilər?
Qrey fikrə getdi. O, Reyçelin yoxluğundan o qədər narahat olmuşdu ki, taksidə gələndə ətrafda heç nəyi görməmişdi. Bundan başqa o, yadına saldı ki, özü elə indicə
ovçulara görə necə narahat idi. Qorxurdu ki, onlar Reyçellə
bağlı hər şeyə nəzarət qurarlar. Özü isə müxtəlif adamlara zəng etmişdi.
Belə görünür ki, onun narahatlığından lazım olmayan adamlar da xəbər tutublar.
Qreyin üzündə artan qətiyyət ifadəsini düzgün yozan Seyhan, kəmərinin altından tapançanı çıxararaq qapıya tərəf cumdu.
− Hə, uşaqlar, bu mehmanxanadan çıxmaq vaxtıdır.
111
11 oktyabr
Saat 08:04
Norveç, Oslo
İvar Karlsen fiordda1 bərkiyən fırtınaya göz qoyurdu. O, pis havanı sevirdi və indi payızın lapdan qışa keçməsinə
sevinirdi. Gecələr artıq soyuq olurdu, sulu qar yağırdı. Sə-hərlər ayaz adi hal olmuşdu. Elə indi də sümüklü barmaqları ilə qədim daşlara söykənən və tağlı pəncərədən baxan Karlsen sərinliyin üzünə necə vurduğunu hiss edirdi.
O, Munk qülləsinin başında durmuşdu. Bu Oslonun əsas diqqətəlayiq yerlərindən olan Akershus qalasının ən yüksək nöqtəsi idi. İlk dəfə şəhərin müdafiəsi üçün əzəmətli daş istehkamlar körfəzin şərq tərəfində kral V Hokon tərəfindən on üçüncü əsrdə tikilmişdi. Sonralar qala yeni xəndəklər, divarlar və istehkamlarla təkmilləşdirilmişdi. Karlsenin indi olduğu Munk qalası XVI əsrin ortasında, qalanın və qəsrin müdafiəsi toplarla möhkəmlənən vaxt tikilmişdi.
Qəddini düzəldən Karlsen əlini qədim silahlardan birinin üzərinə qoydu. Soyuq çuqun onun yadına borcunu, vəzifəsini saldı: o, təkcə öz ölkəsini deyil, bütün dünyanı qorumalıdır.
Buna görə Karlsen ərzaq problemləri üzrə YUNESKO-nun illik konfransını keçirmək üçün məhz bu qədim qalanı seçmişdi.
Bu istehkam indiki həyəcanlı zaman üçün çox uyğun idi.
Bütün dünya üzrə milyarddan çox insan qida məhsullarının çatışmazlığı ilə üzləşir və Karlsen dərk edirdi ki, bu, hələ baş-lanğıcdır. Konfransın bütün dünya və ayrılıqda “Viatus International” şirkəti üçün mühüm həyati əhəmiyyəti vardı.
1 Fiord – qayalı sahilləri olan dar və girintili-çıxıntılı körfəz.
112
Onun planlarına heç nə mane ola bilməz: nə Afrikada baş
verən, nə də indi Vaşinqtonda baş verənlər. Qarşısına qoyduğu məqsədlər nəinki ailə əmlakını saxlamağa, həm də bütün dünyanın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.
Hələ min səkkiz yüz ikinci ildə, Oslo Xristianiya ad-lanarkən, Knut və Artur Karlsen qardaşları gələcək im-periyanın bünövrəsini qoyaraq, ağac tədarükü şirkətini və
dəyirmanı barıt istehsalı üçün birləşdirdilər. Tezliklə onlar əfsanəvi var-dövlətə sahib oldular və ölkənin ən böyük sənaye maqnatlarına çevrildilər. Lakin hələ o vaxt qardaşlar biz-nesdəki uğurlarını xeyirxah işlərlə uyğunlaşdırmağa başladılar. Onlar məktəbləri maliyyələşdirir, xəstəxanalar tikir, yollar salır və ən başlıcası özlərinin sürətlə inkişaf edən vətənində təzə hər şeyə sponsorluq edirdilər. Buna görə onlar bu kampaniyaya “Viatus” adını verdilər, latın sözlərindən via
– yəni “yol” və vita – “həyat”. Karlsen qardaşları üçün
“Viatus” adı “həyat yolu” demək idi. Onların inamı firmanın əsas məqsədinin dünyanın mükəmməlləşdirilməsi və var-dövlətin böyük məsuliyyət olmasıyla ifadə olunurdu.
İvar Norveçin rifahına kömək olan əcdadlarının işini davam etdirmək niyyətindəydi. Şayiələr gəzirdi ki, Karl-senlərin ailə şəcərəsi qədim Skandinaviya əsatirinin məşhur ağacının kökləri olan İqqdrasilə dolaşaraq, ilk vikinqlər dövrünə gedib çıxır. Lakin İvar bilirdi ki, bu cür iddialar, əslində
onun qoca bestefar1 və bestemoru2 tərəfindən söylənən rəvayət nəsildən-nəslə keçən rəngarəng nağıllardan başqa bir şey deyil.
1 Bestefar – baba (ital.)
2 Bestemor – nənə (ital.)
113
Hər halda İvar ailəsinin tarixi ilə fəxr edirdi. O, vikinqlərlə
müqayisəni razılıqla qəbul edirdi. Məhz vikinqlər əjdaha başı ilə bəzədilmiş gəmilərini Avropa sahillərinə, Rusiyaya və hətta Amerikaya daxil edərək şimal dünyasını yaratmışlar.
Belə ki, İvar Karlsenin öz keçmişi ilə fəxr etməyə bütün əsasları vardı.
Munk qülləsinin başından Karlsen fiordun üzərində
səmanı örtən qara buludlara nəzər yetirirdi. İndicə leysan başlayacaq, günortaya sulu qara, axşama isə yəqin ki, əsl qara çevriləcək. Hər şey qarın bu il tez yağacağını deyirdi –
havanın dəyişkən xüsusiyyətinin daha bir şəhadəti. Təbiət insanın ona yetirdiyi zərərdən hiddətlənirdi, boğucu tok-sinlərə və karbon qazının artan qatılığına qarşı qiyam edirdi.
Qoy başqaları qlobal istiləşmədə insanın təqsirkar olduğuna şübhələnsinlər. İvar buzlaqlar ölkəsində yaşayırdı. Həqiqət ona məlum idi. Dağların başındakı qar papaqlar və daimi donuşluq olmazın sürətlə əriyirdi. 2006-cı ildə Norveç buz-laqlarının çəkilməsi bütün müşahidə tarixində rekord göstərici idi.
Dünya dəyişir, göz önündə əriyirdi. Kimsə insanlığın müdafiəsinə qalxmalı idi.
“Hətta bu qanlı vikinq olsa belə”, – Karlsen kədərli təbəssümlə fikirləşdi.
O, səfeh fikri qovmağa çalışaraq, başını silkələdi. Onun yaşındasa! Qəribədir, illər ötdükcə, keçmiş daha çox ağırlıqla insanın ürəyinə yatır. İvar altmış beş yaşına yaxınlaşırdı.
Baxmayaraq ki, onun kürən saçları çoxdan ağarmışdı, o, yenə
də onları çiyninə qədər tökürdü. Bundan başqa Karlsen istər buxarlı hamamlarda, istər də buz kimi soyuqda səylə idmanla məşğul olurdu. Elə bu səhər o, şaxtada bu hökmran nöqtəyə
114
piyada qalxmışdı. İllər keçdikcə, onun bədəni möhkəmlənmiş, üzünün dərisi isə bərk qonur perqamentə1 çevrilmişdi.
Karlsen saata baxdı. Baxmayaraq ki, YUNESKO-nun konfransı sabah başlayacaqdı, bu gün o bir neçə təşkilati mü-şavirələrə baş çəkməli idi.
Nəhayət yağış yağmağa başlayanda İvar aşağı yönəldi. O, həyətdə hazırlıq getdiyini gördü. Pis havaya baxmayaraq orda çadırlar və masalar düzülmüşdü. Xoşbəxtlikdən iclas və
mühazirələrin çox hissəsi Akershus qəsrinin geniş zallarında keçiriləcək. Hətta orta əsr qalasının kiçik kilsəsində belə bütün dünyanın xor qruplarının iştirakı ilə bir neçə axşam konserti də veriləcək. Bundan başqa, qalada yerləşən hərbi muzeylər konfransın iştirakçıları və qonaqları üçün açılacaqdı: Norveç Müqavimət muzeyi, Hərbi qüvvələr muzeyi və qəsrin yeraltı otaqları. Həmçinin bütün qədim qaranlıq qalalarda yaşayan ruhlar və cadugərlər haqqında hekayələrlə müşayiət olunan zindan və qazamatlarda ekskursiyalar təşkil olunacaq.
Ancaq burası da var ki, Akershusun gerçəkliyi də belə
qaranlıq idi. İkinci Dünya müharibəsi zamanı qalanı alman qoşunları tutmuşdular. Bir çox norveçliləri bu divarlar arasında işgəncə verib öldürürdülər. Sonra isə tribunal məhz burda iclas keçirmiş, məhz burda nasistlərlə əməkdaşlıq edən satqınlar və kollaborasionistlər, həmçinin acınacaqlı məşhur kimi tanınan Vidkun Kvislinq güllələnmişdir.
Qüllənin aşağı mərtəbəsinə düşən Karlsen qalanın daxili həyətinə çıxdı. Bir ayağıyla indiki, o biri ayağıyla keçmiş
zamanda dayanaraq o, alçaqboy, qarınlı kişini yalnız onunla toqquşanda gördü. İvar o saat Antonio Qraveli tanıdı. Roma klubunun hazırkı prezidenti nədənsə narazı idi.
1 Qədimdə yazı üçün işlədilən heyvan dərisi.
115
Məhz nədən narazı olduğunu Karlsen bilirdi. O, ümid edirdi ki, Qravellə görüşünü bir neçə saat uzatsın, lakin görünür, klubun prezidenti bir dəqiqə də gözləmək istəmirdi.
Karl-sen təşkilata daxil olandan bəri Qravellə daim rastlaşırdı.
Roma klubu görkəmli alimlərdən, müəssisə sahiblərindən, siyasətçilərdən, hətta kral ailələri üzvlərindən ibarət olan beynəlxalq “beyin fabriki” idi. 1968-ci ildə yaranandan sonra o, beş qitənin otuzdan çox ölkəsinin nümayəndələrini birləşdirən təşkilata qədər böyüdü. Roma klubunun əsas məqsədi bütün insanlığı hədələyən qlobal böhranın yaxınlaşdığı xəbərini yaymaqdan ibarət idi. İvarın atası onun banilərindən idi.
Atasının ölümündən sonra İvar onun yerini tutdu; tezliklə
Roma klubunun ona həm şəxsi planda, həm də qarşısındakı vəzifələri yerinə yetirmək üçün tam uyğun gəldiyini başa düşdü. Bir neçə il ərzində Karlsen sürətlə lap yuxarılara qalxdı. Nəticə kimi, Antonio Qravel ona artan təhlükə kimi baxırdı və bir neçə ay idi ki, o da İvarın böyründə ağrılı tikan kimi qalırdı.
Amma yenə də Karlsen üzünə səmimi ifadə verdi.
– Hə, Antonio, mənim vaxtım azdır, niyə mənimlə gəz-məyəsiniz?
O, yoluna davam etdi və Qravel onun ardınca getdi.
– İvar, siz vaxt tapmalısınız. Mən YUNESKO-nun konfransının bu il burda, Osloda keçirilməsinə razılaşdım. Hər halda siz mənim qayğılarımı lazımı şəkildə qiymətləndirə bi-lərdiniz.
Karlsenin üzü həvəssiz qalırdı. Qravel heç nə ilə
“razılaşmırdı”; o İvarın hər addımına var qüvvəsi ilə qarşı çıxırdı. O özü indiki konfransı hal-hazırda Roma klubunun katibliyinin yerləşdiyi Sürixdə keçirmək istəyirdi. Lakin Karlsen prezidenti aldatdı və nail oldu ki, konfrans Osloda 116
keçirilsin. Əsasən də, onun hazırladığı və sonuncu iş gününə
təyin olunan xüsusi ekskursiya xatirinə. Bu ekskursiyada yalnız seçilmişlər iştirak etməliydilər.
– Mən hesab edirəm ki, – Qravel təkid edirdi, – Roma klubunun prezidenti kimi mən Şpitsbergenə gedənləri müşayiət etməliyəm.
– Mən hər şeyi başa düşürəm, Antonio, amma qorxuram bu mümkün deyil. Siz başa düşməlisiz ki, bu səyahəti təşkil etmək necə çətin idi. Əgər məndən asılı olsaydı, mən sevinclə
sizinlə ünsiyyətdən həzz alardım. Lakin Norveç hökuməti Şpitsbergen ziyarətçilərinin sayını məhdudlaşdırıb.
– Lakin… – Qravel cəhdlə uyğun dəlili tapmaq istəyirdi.
Onun üzündə açıq-aşkar qibtə oxunurdu.
Karlsen həmkarının acıqdan coşmasını sakitcə izləyirdi.
Konfransın elitasını Şimal Buzlu okeanındakı uzaq Norveç arxipelaqı Şpitsbergenə çatdırmaq üçün reaktiv laynerləri kirayələmək lazım gəlmişdi və buna “Viatus” xeyli məbləğ
xərcləməli olmuşdu. Səyahətin məqsədi Şpitsbergendə yerləşən Qlobal toxum bankına xüsusi ekskursiya idi. Dünyanın bütün bitkilərinin, ilk növbədə kənd təsərrüfatı bitkilərinin toxumlarını saxlamaq və qorumaq üçün böyük yeraltı anbar yaratmışdılar.
O yerin dərin qatında, uzaq, əlçatmaz yerdə, daimi buzlar arasında – qlobal təbii və ya digər fəlakətə görə qurulmuşdu.
Əgər belə bir fəlakət baş verərsə, dondurulmuş, yerin altında gizlədilmiş toxumlar sağ qalanlar üçün saxlanılacaq.
Beləliklə Şpitsbergen “Qiyamət gününün anbarı” ləqəbini aldı.
– Lakin… mən hesab edirəm ki, belə səyahətdə, – Qravel davam edirdi, – Roma klubunun idarə heyəti yeganə cəbhədə
117
çıxış etməlidir. Ərzaq təhlükəsizliyi problemi hal-hazırda kəskin şəkildə qabarmaqdadır.
Karlsen, gözlərinmi süzdürməkdən özünü güclə saxladı.
O, bilirdi ki, Antonio Qravelin Şpitsbergenə getmək arzusunun ərzaq təhlükəsizliyi problemilə heç bir əlaqəsi yoxdur. Bu, yalnız özünü yeni nəsil dünya liderləri cəmiyyətinə soxmaq cəhdiylə izah olunurdu.
– Ərzaq təhlükəsizliyi problemi barəsində siz tamamilə
haqlısınız, – Karlsen razılaşdı. – Bundan əlavə, bu mövzu mənim giriş nitqimdə əsas yer tutacaq.
O, ümid edirdi ki, öz nitqilə Roma klubunun gücünü yeni istiqamətə yönəltsin. Hərəkət etmək zamanı çatıb. Qravelin üzü bozardı. Yaltaqlıq açıq-aşkar acıqla əvəz olundu.
– Yeri gəlmişkən, sizin nitqiniz barədə, – Qravel acı-acı dilləndi, – ilkin variant aldım və onunla tanış oldum.
Yerində donan Karlsen yol yoldaşına tərəf döndü:
– Siz mənim nitqimi oxumusuz? –Heç kim qabaqcadan onun məzmununu bilməməliydi. – Siz onu hardan tapdınız?
Qravel etinasızlıqla sualı qulaqardına vurdu.
– Dəxli yoxdur. Başlıcası odur ki, əgər siz gələcəkdə də
Roma klubunun maraqlarını təmsil etməyə ümid edirsinizsə, belə bir nitqi söyləyə bilməzsiniz. Mən bu məsələni həmprezident Buta ilə müzakirə etdim. O da mənimlə
tamamilə razıdır. İndi bütün dünyaya qaçılmaz kollaps 1
təhlükəsini yükləmək vaxtı deyil. Bu… bu, məsuliyyətsizlikdir.
Beyninə vuran qan Karlsenin üzündəki soyuq ifadəni yox etdi.
– Bəs bu halda, həmin zaman nə vaxt gələcək? – çənəsini irəli tutaraq soruşdu.
1 Ürək fəaliyyətinin birdən dayanması.
118
– O vaxt ki, bütün dünya xaosa yuvarlanacaq və əhalinin doxsan faizi qırılacaq?
Qravel başını yellədi:
– Mən elə məhz bundan danışıram. Siz bizim klubu, dünyanın sonundan xəbər verən dəli yığını kimi nümayiş
etdirmək istəyirsiniz. Biz buna dözmərik.
– Dözməzsiniz? Mənim nitqimin məğzi Roma klubunun dərc edilmiş məruzəsidir!
– Bəli, bilirəm. “İnkişafın hüdudu”, siz onu nitqinizdə dəfələrlə sitat gətirirsiniz. Bu məruzə uzaq min doqquz yüz yetmiş ikinci ildə yazılmışdı.
– Lakin indi o daha aktualdır! Məruzədə bizim indi rəhm-sizcəsinə yaxınlaşdığımız ümumdünya kollapsı xırda təfərrüatları ilə təsvir olunur.
Karlsen, məruzədəki qrafik və cədvəlləri analiz edərək,
“İnkişafın hüdudu”nu ətraflı tədqiq etmişdi. İnsanların sayının çox sürətlə, ərzaq istehsalının isə yalnız hesabda artdığı zaman dünyanın gələcəyi bu işdə modelləşdirilirdi.
Sonda isə əhali özünü yedirtmək üçün kifayət qədər qida məhsulu istehsal etmək imkanından məhrum olacaq. Dünya lokomotivtək bu nöqtəyə yönələcək və irəli gedəcək. Sonra isə
xaos, aclıq və müharibələr gələcək, bunun nəticəsi isə
imanlılığın tam məhvi olacaq. Hətta ən optimist modellər göstərdi ki, əhalinin ən azı doxsan faizi məhv olacaq. Bundan sonra tədqiqatlar dəfələrlə təkrar olunurdu – hər dəfə də bu cür qorxunc nəticələrlə.
Qravel, bu problemə laqeyd yanaşaraq, çiyinlərini çəkdi. Karlsen, onun burnunu sındırmaq həvəsilə yumruğunu sıxdı.
– Öz nitqinizdə, – üzərində asılmış təhlükədən şübhələnməyən Qravel davam edirdi, – siz, əhalinin sayı üzə-119
rindəki qəti nəzarət barədə çıxış edirsiniz. Bununla heç kim heç zaman razılaşmayacaq.
– Başqa çıxış yolu yoxdur, – Labüd gələcəyi aldatmaq alınmayacaq. İyirmi il ərzində Dünya əhalisinin sayı dörd milyarddan altı milyardadək artıb və heç bir inkişaf tempinin ləngimə əlamətləri yoxdur. İyirmi ildən sonra isə biz artıq 9
milyard olacağıq. Bütün bunlar becərilməyə yararlı son torpaq parçalarının istifadə olunması, qlobal istiliyin fəlakətli nə-ticələrə gətirməsi, okeanların quruması ilə eyni vaxtda baş
verir. Bəşəriyyət böhranlı nöqtəyə gözlənildiyindən daha tez çatacaq, – O, hislərini biruzə verərək, Qravelin qolundan tutdu. – Lakin biz, planlaşdırmanı elə indi başlasaq zərbəni yüngülləşdirə bilərik. Tam qlobal fəlakətdən qaçmağın yalnız bir yolu var – məhz “bərk qızdırılma” nöqtəsinə çatmamış, planetdə insan biokütləsinin sayını tədricən və ardıcıllıqla azaltmaq. Bəşəriyyətdən gələcəyi bundan asılıdır.
– Bizdə elə-belə də pis alınmır, – Qravel etiraz etdi. –
Yoxsa siz öz təkmilləşdirmələrimizə inanmırsınız? Məgər sizin korporasiyanın patentləşdirdiyi genetik şəklini dəyişmiş bitkilər kənd təsərrüfatı üçün yeni torpaqlar kəşf etmək, böyük məh-sullar gətirməli deyillər?
– Hətta bu da bizə yalnız bir qədər vaxt qazanmaq imkanı verər.
Qravel saata baxdı.
– Yeri gəlmişkən, vaxt barədə. Mən getməliyəm. Mən Butanın nöqteyi-nəzərini sizə çatdırdım. Siz öz nitqinizi dəyişməlisiniz.
Karlsen, Kirkeqatı darvazasının qalxan körpüsünə yönələn Qraveli nəzərlərilə yola saldı.
O, yaxınlaşan tufanın ilk müjdəçisi olan çiskinə fikir vermədən dayanıb durdu. İstəyirdi ki, buz kimi soyuq damcılar 120
onun hiddətlənmiş, bərk döyünən ürəyini soyutsun. O, bu sualı klubun həmprezidenti ilə sonradan müzakirə edəcək. Bəlkə
o, həqiqətən öz çıxışının əhatəsini bir qədər azalt-malıdır. Bəlkə, dünyanın taleyini həll edən sükanı kəskin döndərmək lazım deyil.
Sakitləşmiş, qətiyyətlə dolu Karlsen, böyük xoncalı pəncərələri olan kilsəyə yollandı. O, görüşə gecikirdi. Karlsen Roma klubu üzvləri arasında öz həmfikirlərini də toplamışdı.
Onlar mürəkkəb qərarlar qəbul etməyə və öz əqidələrini qorumağa hazır idilər. Qoy Antonio Qravel və iki prezident ortağı Roma klubunun nomina1 başçıları sayılsınlar; İvar Karlsen və onun koqortası2, təşkilat içində təşkilat, idarəsinin əsl dəmir ürəyi idi və planetin gələcəyi üçün ümidə yanırdı.
Karlsen kilsəyə keçərkən, hamının kiçik nefdə yığıldığını gördü. Skamyalara bir divara çəkilmişdi, mehrabdan solda isə kiçik tribuna qurulmuşdu. Gur yanan zərli çılçıraq tağlı pəncərələrdən içəri sürülən tutqun işığa bir damla nəə qatırdı.
Karlsen gələndə hamı çevrilib baxdı.
Onlar cəmi 12 nəfər idilər.
Lakin həqiqi qüvvə məhz onlarda idi. Onların arasında sənaye maqnatları, alimlər, Nobel mükafatı laureatları, böyük dövlətlərin görkəmli siyasətçiləri, hətta şöhrəti ilə qrupun fəaliyyətinə həm pul, həm də diqqət cəlb edən bir Hollivud məşhuru vardı.
Hər kəs öz tapşırığını yerinə yetirirdi.
Hətta Karlsenin qabağına çıxan qara kostyunlu, arıq və
qayğılı sifətli kişi də.
– Sabahın xeyir, İvar, – kişi əlini uzadaraq dedi.
1nominal – yalnız kağız üzrində olan
2koqorta – möhkəm birləşmiş dəstə.
121
– Salam, senator Qormen. Xahiş edirəm itkinizə görə, baş
sağlığımı qəbul edin. Malidə baş verənlər… Mən düşərgənin qorunması üçün pul əsirgəməməliydim.
– Özünüzü təqsirləndirməyin, – senator Karlsenin çiynini sıxdı.
– Ceyson bu işin hansı təhlükələrlə bağlı olduğunu bitirdi.
O, belə mühüm layihədə iştirak etdiyinə görə fəxr edirdi.
Belə danışdığına baxmayaraq, hiss olunurdu ki, bu mövzu senatoru əvvəlkitək ağrıdır. O, hələ oğlunun ölümündən özünə gəlməmişdi. Kənardan bu iki kişini doğma qardaş hesab etmək olardı. Sebastyan Qermen də Karlsen kimi hün-dür və əzələli idi. Lakin onun çal saçları səliqə ilə vurulmuşdu, şalvarının qatı isə ülgüc kimi iti ütülənmişdi.
Karlsen senatoru bunu görəndə təəccübləndi, lakin bunu gözləmək lazım idi. Keçmişdə Sebastyan Qarmen dəfələrlə
mətinliyini nümayiş etdirmişdi. O, qərb dünyasında bioyanacaq yaradılması işinin genişləndirməsindəəsas rol oynayırdı. Hazırki konfrans onunçün mühüm əhəmiyyət kəsb edirdi. Həmçinin növbəti seçkilər yaxınlaşırdı və senator oğ-luna yaş tutmağı bir qədər sonraya saxlamalı idi.
Hər halda Karlsen Qormenin ağrısını başa düşürdü. O
özü həyat yoldaşını və körpə oğlunu doğum zamanı itirmişdi; o vaxt Karlsenin cəmi otuz yaşı vardı. Faciə az qala onu sındırmışdı. Beləliklə o, bir daha ailə qurmadı.
– Başlamağa hazırıq? – kənara çəkilən senator soruşdu.
– Bəli. Tələsməliyik. Müzakirə üçün çoxlu mövzumuz var.
– Yaxşı.
Senator digərlərini skamyaların yanında toplayanadək, Karlsen ona arxadan baxırdı. O, günah hiss etmirdi. “Viatus”
“həyat yolu” deməkdir. əzən bu yol çox çətin olur, qurban tələb edir.
122
Ceyson Qormenin ölümü kimi.
Gənc oğlan İvar Karlsenin əmri ilə öldürülmüşdü.
Faciəli itkiydi, lakin Karlsen qüssəyə qapıla bilməzdi.
11 oktyabr
Saat 08:14
İtaliya, Roma
Onların 1 dəqiqədən az vaxtı vardı. Mehmanxana sahibinin xəbər verdiyi gözlənilməyən qonaqlar yuxarı qalxırdılar. Qrey onların gəlişini burda gözləməyə hazırlaşmırdı.
O, cəld hamını yanğın nərdivanına aparan koridora ötürdü. Xoşbəxtlikdən, nərdivan onların otağının tinində yerləşirdi. Qrey, pəncərəni açıb kənara çəkildi. Reyçeli irəli buraxdı.
– Aşağı düşün, – deyə əmr etdi. – Bir yerdə gizlənin!
Reyçel pəncərədən dəmir nərdivana çıxdı.
Qrey Kovalskiyə tərəf dönüb, nəhəngi sinəsindən itələdi.
– Ondan bir addım geri qalma.
– Arxayın ola bilərsən – o, Reyçelin arxasınca nərdivana çıxaraq dedi.
Seyhan pəncərənin iki addımlığında ayaqlarını aralı qoyaraq dayanmışdı. Əlindəki böyük, qara “ZİQ-zauer” tapançanı sıxaraq irəli uzatmışdı. O, bütün koridoru nişangahda tutmuşdu.
–Səndə yenə silah var? – Qrey soruşdu.
– Mən qoruyaram. Tərpən!
123
Koridora taxta döşəmənin cırıltısıyla müşayiət olunan yavaş səslər eşidildi. Qatillər mərtəbəyə qalxıb onların otağına gəlirdilər.
Görünür, qədim mehmanxananın dolaşıq koridorları qaçqınlara tələdən çıxmaq üçün vaxt qazandıraraq, hə-yatlarını xilas etdi.
Lakin yalnız bu qədər.
Qrey pəncərəyə dönərək, nərdivana çıxdı. Seyhan onun ardınca getdi. O çevrilmədən kor-koranə geriyə, koridoru tam gözdən qoymayaraq açıq pəncərəyə addımladı.
Reyçel və Kovalski artıq aşağı enirdilər. İkinci mərtəbəyə
çatanda birdən onlara atəş açıldı. Qrey güllə səsini eşitməmişdi, lakin səsboğucunun ciyiltisini tanıdı və divardan qopan kərpic qırıntısının tozunu gördü.
Kovalski söyərək, Reyçeli enli kürəyilə qorudu və onlar cəld geri qalxdılar.
Qrey zibil yeşiklərinin arxasında gizlənən atıcını gördü.
Əclaflar artıq dalana çıxan yolu tutmuşdular. Seyhan cavab atəşi açdı. Qatil yeşiyin arxasına keçdi. Seyhanın tapançasında səsboğan yox idi. Güllələrin küyü Qreyin qulaq pərdələrinə
pis təsir etdi. Şübhəsiz içəridə olan rəqiblər də bu səsi eşitdilər.
– Tez olun dama! – Qrey göstəriş verdi.
Yerdəki atıcı onların ardınca bir neçə atəş açdı. Lakin Seyhan ona rahat nişan almağa imkan vermirdi, yanğın nərdivanının dəmir qəfəsi az da olsa sığınacaq yaradırdı.
Xoşbəxtlikdən, o qədər də uzağa qaçmaq lazım deyildi. Mehmanxananın cəmi 5 mərtəbəsi vardı.
Yuxarı qalxan kimi, hamıya damın kənarından çəkilməyi tapşırdı. İrəlidə bitumlanmış göyərçin peyiniylə qalaqlanmış, 124
orda-burda ventilyasiya və istilik boruları sallanan qara boşluq vardı.
Burdan aşağıya başqa yol tapmaq lazım idi. Yanğın nər-divanından ağır çəkmə tappıltısı gəlirdi. Təqibçilər yuxarı tələsirdilər.
Qrey mehmanxananın uzaq cinahını göstərdi. Orda binaya, bir mərtəbə aşağı, qonşu tikili bitişirdi. Bu qaçqınlara nəzərdən itməyə, ya da heç olmasa, atəşlərdən gizlənməyə imkan verərdi.
Onlar qaça-qaça qonşu binaları ayıran alçaq divara tərəf cumdular. Qrey ora birinci çatdı. Mehmanxananın divarına boltlarla ağ rənglənmiş dəmir nərdivan bərkidilmişdi; o qonşu tikilinin damına aparırdı.
– Getdik!
Reyçel divarı aşaraq, nərdivanla tələsik aşağı düşməyə
başladı. Kovalski növbəsini gözləmədi. Divarın kənarından tutaraq əllərilə asıldı və aşağı tullanıb kürəyi üstə ruberoidin üzərinə düşdü.
Atəş səsi Qreyi çevrilməyə məcbur etdi.
Damın axırında, yanğın nərdivanının yanında qara maskalı üz göründü.
– Pirs, indi ya heç vaxt! – Seyhan xəbərdar etdi.
Seyhan, təqibçilərə divardan boylanmağa imkan verməyərək, iki dəfə atəş açdı. Qrey, müvəqqəti sakitlikdən istifadə edərək, divarı aşdı və nərdivanın sürahisindən tutdu.
Pillələrə məhəl qoymadan o, yanğınsöndürən şüvüllə sürüşən kimi, aşağıyadək sürüşdü.
Yuxarıda yenə atəş səsləri eşidildi.
Qrey, ayaqları ruberoidə dəyən kimi, yuxarı baxdı. Seyhan bir əlilə nərdivandan tutaraq divarı aşdı. O biri əlində
tüstülənən tapançanı tutmuşdu. Cavan qadın tələsikdə yuxarı 125
pillədən yıxılaraq aşağı düşməyə başladı. O? tapançanı əlindən salıb, yenidən pillədən tutmağa çalışdı. Bir an barmaqları dəmir borunun ətrafında qapandı. Tapança Qreyin ayaqları altına düşdü. Seyhanın əli yenə açıldı. O, aşağı uçdu.
Qrey irəli atılıb, özünü nərdivanın altına çatdırdı. Seyhan onun qolları arasına düşdü. Ağırlıqdan Qrey bir dizi üstə
düşdü, lakin onu saxlaya bildi. Başı gicəllənən Seyhan, onun biləklərindən tutaraq, çətin nəfəs alırdı.
Tapançanı yerdən qaldıran Kovalski onlara ayağa qalxmağa kömək etdi.
Qreyin qucağından kobudcasına azad olan Seyhan addımladı və səndələdi, lakin özünü ayaq üstə saxlaya bildi.
Çevrilib, bir şey anlamağa macal tapmamış Kovalskinin əlindən çevikliklə tapançasını aldı.
–Ey… – bir şey anlamayan Kovalski öz əlinə baxdı.
– Orda daha bir yanğın nərdivanı çağırdı.
Onun nəzəri bir anlığa Qrey və Seyhanın üzərində dayandı.
Hamı irəli tələsdi. Yanğın nərdivanın yuxarı hissəsi nəhəng ventilyasiya borusunun arxasında etibarlı şəkildə gizlənmişdi. Qaçqınlar, bir meydançadan o birinə, tullanaraq, cəld aşağı enməyə başladılar. Nərdivan onları başqa dalana gətirdi. Bu, onlara rahat nəfəs almaq imkanı verəcək, lakin Qrey başa düşürdü ki, mehmanxananın ətrafında qurulmuş
tələ indi sürətlə genişlənir. Nə qədər ki, yolları qapanmayıb, buranı tez tərk etmək lazımdır.
Dalan qələbəlik küçəyə çıxardı. Qaçqınlar ora yönəldilər.
İzdihamın içində hücumçuları ayırd etmək imkanı olmadığından onlar yenə də təhlükədə idilər. Onlar bilmədən qatillərdən biriylə qarşılaşa bilərdilər. Mehmanxanadan bacardıqca uzaqlaşmaq, şəhəri tərk etmək lazımdır.
126
Qrey sualedici nəzərlə Reyçelə və Seyhana baxdı.
– Sizdən hansınızdasa maşın var?
– Məndə, – deyə Reyçel cavab verdi.
– Lakin o, mehmanxananın qarşısında qaldı.
Qrey başını yellədi. Geriyə dönmək çox təhlükəlidir. Həm də nəzərə alınsa ki, şəhərin bu qızğın vaxtında küçələr başdan-başa dayanacağa çevrilib, maşının elə bir faydası olmayacaqdı.
Qreyin diqqətini soldan gələn boğuqsəsli deyinmə cəlb etdi. O, kənara sıçrayacaq, yolda dayanmış maşınların yanından keçən və tez-tez səkiyə çıxan motosikletçini buraxdı.
Kovalski bir anlıq yubandığına görə motosikl az qala onun üstünə çıxacaqdı və bu nəhəngi əsəbiləşdirdi.
– Ay səni, səfeh Knivel!
Kovalski yanından keçən motosikletçini iki əllə itələdi.
Sürücü motosiklindən yerə yıxıldı. Motosikl dayanan maşına dəyib yanakı düşdü. Maşınların arası ilə gələn ikinci motosikletçi maneəni vaxtında görmədi və tormozlamağa macal tapmayıb motosikllə birgə yağışsuları novuna yıxıldı.
Seyhan Qreyə baxıb, sualedici şəkildə qaşlarını qaldırdı.
– Gedər, – Pirs astadan cavab verdi.
Seyhan birinci, Qrey isə ikinci motosiklə tərəf atıldı.
Nəqliyyat onlara xirtdəyədək lazım idi.
Seyhanın tapançası birinci motosikletçinin bütün etiraz-larını yerindəcə boğdu. Şəraiti tez müəyyənləşdirən Reyçel Qreyin ardınca tələsdi. O, karibiner vəsiqəsini çıxarıb əlində
yuxarı qaldırdı və hökmlə italyanca nəsə çığırdı. İkinci motosikletçi tələsik iməkləyərək yıxılan motosiklindən ara-landı.
Qrey motosikli qaldırıb ayağının yəhərinin üzərindən aşırdı. Reyçel arxada yerləşib, bir əlilə onun belini qucaqladı.
127
Seyhan artıq ikinci motosikldə oturmuşdu. Kovalski nə
edəcəyini bilməyərək yerindəcə donub qalmışdı. Seyhan arxasındakı dəri oturacağı şappıldatdı.
– Zarafat edirsən? – deyə nəhəng incidi. – Mən heç kəslə
arxada getmərəm, hələ qalmışdı qızla!
Seyhanın əlində əvvəlkitək “Ziq-zauer” vardı. O, tapançanın dəstəyini irəli tutaraq Kovalskiyə uzatdı. Bununla demək istəyirdi ki, motosikl sürərək, eyni zamanda ata bilməz.
Bu, ac itə sümük uzatmaq kimi bir şey idi.
Kovalski qarşı dura bilmədi. Tapançanı qapıb Seyhanın arxasında əyləşdi.
– Belə daha yaxşıdır.
Uzaqda eşidilən polis sirenaların səsi altında onlar yola düşdülər. Birinci Qrey gedirdi. O, digər motosikllərdən qaçaraq sürünən maşınların arasıyla o yan-bu yana manevr edirdi. reyçel onun qulağına çığıraraq daha enli və tıxacı nisbətən az olan küçələrə yönəldirdi. Onlar tədricən sürəti artırırdılar.
Lakin qaçqınlar çox uzağa gedə bilmədilər.
Tormoz ciyiltisi Qreyin diqqətini geriyə çəkdi.
Tindən tüstülənən təkərlərindən qara izlər qoyan qara
“Lamborghini” çıxdı. Sağ pəncərədən çiynində qalın boru tutmuş qara gödəkçəli fiqur boylandı.
Qrey “M-32” reaktiv qumbaraatanını o saat tanıdı.
Seyhan da onu tanıdı.
O, sükana tərəf əyilərək sürəti artırdı, lakin nəqliyyatda dolmuş küçədə nə etmək olardı.
Qatil hədəfin bir yana gizlənə bilməyəcəyindən əmin olaraq atəş açdı.
128
Saat 02:22
Vaşinqton
Monk Ketlə birlikdə onun “Siqma”nın mənzil qə-rargahındakı kabinetində gözləyirdilər. Onlar ikilikdə dəri taxtda uzanmışdılar. Monk arvadını qucaqlayıb, onun bədəninin istilikdən həzz alırdı. Binada bir neçə istirahət otağı olduğuna baxmayaraq, hər ikisi başa düşürdü ki, Qreydən məlumat almayınca yata bilməyəcəklər.
– Mən gərək onunla Romaya gedəydim, – deyə Monk mızıldandı.
– Kovalski onun yanındadır.
Monk dinməzcə onu süzdü.
– Yaxşı, – deyə Ket razılaşdı. – Ola bilsin belə daha da pis olacaq. Lakin biz heç dəqiq bilmirik, Qreyin başında bəla varmı?
– O, zənglərə cavab vermir.
Ket ərinə lap sığındı.
– Axı o Reyçellə görüşüb, – o, qaşlarını mənalı şəkildə
əyərək dedi.
Lakin Monk belə izahatla razılaşmadı.
Uzun səssizlik çökdü, hər kəs öz fikirlərilə məşğul idi.
Peynter ümid edirdi ki, öz əlaqələri vasitəsilə Romada nə baş
verdiyini öyrənsin. Ket də Vatikanda baş verən partlayış barədə əlavə məlumat məlumat öyrənmişdi və indi İnterpoldan ətraflı hesabat gözləyirdi. Bu tufandan qabaqkı sakitlik idi.
Hər halda Monk vaxtını hədər yerə itirmirdi.
O, əlini uzadaraq ovcu ilə Ketin qarnına toxundu. Ket öz əlilə onun əlini örtdü. Onların barmaqları bir-birinə sarıldı.
– Məgər oğlan arzulamaq pisdir? – deyə Monk soruşdu.
129
Ket o biri əlilə onun böyrünü dümsüklədi.
– Hə…
Monk onu özünə bərk sıxaraq davam edirdi:
– Amma oğlan… Mən onunla güləşə, basketbol oynaya, balıq tuta bilərdim…
Ket qurtulmaq istədi, sonra ah çəkib ərinə sığındı.
– Bütün bunlarla qızınla da məşğul ola bilərsən, qadınxoflu!
– Sən məni qadınsevən adlandırdın?
– Qadın xoflu… nə isə, fikir vermə.
Monk əyilərək arvadının dodaqlarından öpdü.
– Mənim qadınsevən daha çox xoşuma gəlir.
Ket anlaşılmaz nəsə mırıldandı. Monk sözləri ayırd edə
bilmədi, lakin bir an sonra xoş sakitlik çökdü. Onların sa-kitliyini qapının tıqqıltısı pozdu. Bir-birindən aralanaraq, qəbildən yaxalanmış kimi, taxtda oturdular. Ket qalxdı, əzilmiş paltarını hamarlayaraq qapıya getdi. O, çevrilib ərinə gözlərini ağartdı, guya hər şeydə o təqsirkar idi.
Qapını açan Ket Peynteri gördü.
– Cənab direktor…
Ona sözünü bitirməyə imkan verməyən Peynter koridora tərəf əlini yellədi.
– Mən peyk əlaqəsi mərkəzinə gedirəm. Romada pis hadisələr baş verir.
Monk ayağa sıçradı.
– Qrey?
– Daha kim olacaq? – Peynter artıq koridora gedirdi.
130
Saat 08:21
İtaliya, Roma
“Lamborghini” motosiklə çatırdı. Qrey heç nə edə bilmirdi.
Qatil qumbaraatandan atəş etdiyi zaman, Kovalski bir neçə dəfə həyəcanla maşına atəş açdı. Maşının qabaq şüşəsi hörümçək toru kimi çatladı. “Lamborgini” azacıq yana çəkildi
– bu hədəfin nişandan qaçmağına kifayət idi.
Qumbara arxasınca tüstülü iz buraxaraq, Kovalskinin başı üzərindən keçib küçə boyunca irəli getdi. O, yaxınlıqdakı yol ayrıcında yerləşən binanın küncünə dəydi.
Tüstü, alov, hər yana səpələnən kərpic.
Təşvişə düşən piyadalar pərakəndə halda səpələndilər.
Yol ayrıcında maşınlar bir-birinə dəydilər. Qrey yol ayrıcına birinci çatdı. O, sıçrayışlarla xaos və tüstüdə dolaşaraq irəli yol açan kiçicik aralardan keçib toqquşanı keçdi.
Seyhan və Kovalski ona tez çatdılar.
Tıxacda ilişən “qara Lamborgini” səkiyə çıxdı. Maşın təkərlərin qarşısında vurnuxan piyadalara fikir vermədən sürətini artırdı.
Ücretsiz ön izlemeyi tamamladınız.