Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qiyamət günü açarı», sayfa 4

Yazı tipi:

– İki ay əvvəl?

– Bəli, belə çoxdan. Oğlan Afrikadakı təcrübə tədqiqat-larında iştirak etmək imkanına həyəcanla yanaşdı. O, bu məlumatı aləmə yaymalı deyildi. İşin əslində, Ceyson məxfilik haqqında razılığı pozmuşdu. Mən ona ehtiyatlı olmağını tap-şırdım, və etdiyi işə görə susmasını xahiş etdim. Təsəvvür edə

bilərəm ki, həmin son səhər o necə ümidsiz idi. Hər halda, onun imkan daxilində bütün məlumatları saxlamağa təd-birliliyi çatmışdı.

Andrea başını yırğaladı.

– Bəs o axırıncı gün nə göndərdi?

Henri ən yeni məlumatları göstərmək üçün klavişləri tıqqıldatdı.

– İndi göstərərəm. Elə həmin vaxt əkilmiş qarğıdalının ilk məhsulu yığılmışdı. Ceyson bu məhsulun nümunələrinin təf-silatlı analizini göndərib. Həmçinin də DNT-nin tam dəs-tini.

Bu da nəticələri.

Ekranda xromosomların ikinci dəsti göründü. Yenə də

çoxu qara rənglə nişanlanmışdı, bunlar adi qarğıdalı DNT-sini 1 Sözlərin baş hərfləri ilə müxtəsər yazılışı.

66

göstərirdi. Lakin, ağ rənglə nişanlanmış tək xromosoma əlavə

olaraq ondan yuxarıda ağ-qara zolaqlı ikinci xromosom əmələ

gəlmişdi.

– Heç nə başa düşmürəm, – Andrea dedi.

– Diqqətlə nəzər salın.

Henri şəklidəyişmiş xromosomun təsvirini böyütdü. İndi qara və ağ zolaqlarla növbələnən ayrı-ayrı genləri seçmək imkanı oldu.

Henri izah etdi:

– Yad DNT digər xromosoma keçib, öz qonşusuna so-xulub.

– O yayılır?

Malloy köməkçisinə tərəf döndü. Onun səsində həyəcan vardı.

67

– Dəqiq deyə bilmərəm. Amma mən təcrübəni üç dəfə

təkrar etdim. Ola bilsin, birinci dəfə Ceyson hansısa başqa hibridin DNT nümunəsini göndərmişdi. Ola bilsin, bu tarlada bir neçə yeni qarğıdalı növü təcrübədən keçirilir. Əgər belə

deyilsə, deməli, genetik şəkil dəyişdirilmə qeyri-sabitdir. O, bir nəsildən digər nəslə dəyişir. Nümunə daha çox özgələşib, onda qarğıdalıdan az şey qalıb.

– Bu nə deməkdir?

Henri çiyinlərini çəkid.

– Anlayışım yoxdur. Amma kimsə hər şeyi ay-dınlaşdırmalıdır. Mən artıq “Viatus”un dənli bitkilər biogenetikası şöbəsinə sorğu göndərmişəm. Əminəm, orada bu məlumatlar böyük maraq doğuracaq. Ola bilsin, mən korporasiyadan qrant qoparmağa da nail olaram.

Andrea qalxdı.

– Belə halda, mən də nəhayət sizin bu qədər söz atdığınız maaşımın artmasına müvəffəq olaram.

Onun üzündən təbəssüm kölgəsi keçdi və bunda onun müdirinin heyranlığı əks olundu.

– Baxarıq.

Andrea saata baxdı.

– Əgər mən sizə daha lazım deyiləmsə, evə qaçım.

Mənim itlərim bütün günü bağlı evdə qalıblar. Yəqin, onlar zingildəyir, qapını cırmaqlayırlar.

Henri onu qapıya qədər ötürdü.

– Bir daha sağ olun ki, istirahət günü gəldiniz.

Andrea qapıda yubandı.

– Sizə dəqiq yeməyə bir şey gətirmək lazım deyil? Baxın, mən hələ getməmişəm.

– Xeyr, mən testi bitirib, məlumatı serverə yükləyəcəyəm.

Bu, çox vaxt almayacaq.

68

Əlini yelləyərək laborant qadın çıxdı. Qapı onun ardınca xışıltıyla örtüldü.

Henri iş stansiyasına qayıtdı. Ona hesabatı qeyd etmək üçün bir saatdan az vaxt lazım olacaq. Baxmayaraq ki, Ceysonun Afrikadan göndərdiyi fayllar onun həlak olması şə-raitini işıqlandırmırdı, onlar cəsarətli ürəkdən şəhadət verirdi.

Senator Qormen bununla fəxr etməli idi.

– Sən əla işləmisən, Ceyson, – faylları son dəfə gözdən keçirən Henri mızıldandı.

Sonrakı on beş dəqiqə ərzində o, bir neçə qeyd və şərhi çap etdi. O, “Viatus”a təsir bağışlamaq istəyirdi. Dənli bitkilərin biogenetika şöbəsi nümunələri analiz etməyi bütün dünyada yerləşən laboratoriyalara tapşırırdı. Baxmayaraq ki, hal hazırda sifarişlərin əsas hissəsi Hindistana və Şərqi Avropaya göndərilirdi; orada işlərin qiyməti xeyli aşağı idi.

Əgər korporasiyanın rəhbərliyini ən vacib tədqiqatları onu etibar etməyə inandırmaq olsaydı…

Bu düşüncədən Malloyun üzündə təbəssüm oynadı, lakin qapı tıqqıltısı onu xəyaldan ayırdı. Təbəssümü üzünə daha çox yayıldı. Əgər o, Andreanı yaxşı tanıyırsa, qadın onun sözünə

məhəl qoymayacaq. Yəqin ki, o kafeteriyə getdi və yeməyə nə-sə aldı. – Gəlirəm! – Henri çığırdı.

Laboratoriyadan keçərək o, kilidə maqnit kartını toxun-duraraq qapını açdı.

69

Saat 17:30

Monk dəmir yolu vağzalının yanında gözləyən taksiyə

mindi. Onun ortağı arxa oturacaqda oturmuşdu və sürücüyə

göstəriş verirdi:

– Prinston Universitetindəki Karl İkanın1 laboratoriyası.

Bu Vaşinqton-roudda yerləşir.

Arxada əyləşən Monk pencəyini düzəltdi və oturacağın arxasına söykəndi. Kiçik çamadanını dizləriüstə qoydu. Bu, təbii dəridən olan, sifarişlə hazırlanmış çamadanı Ket ona iki ay əvvəl bağışlamışdı. O zaman o, yenidən öz xidməti vəzifələrini yerinə yetirməyə qayıtmışdı, baxmayaraq ki, onları bir qədər azaltmışdılar. Monk bu bahalı hədiyyənin arxasında gizlənən deyilməmiş istəyi başa düşürdü. O kağız işləri ilə

məşğul olanda, Ket daha rahat olurdu. Nə olur olsun, təki o təhlükələrdən uzaq olsun.

Monk ah çəkdi və yeni ortaq sualedici nəzərlə ona baxdı.

Con Krid bir az belini əymiş vəziyyətdə oturmuşdu. Baxmayaraq ki, aclıq çəkmiş teryer2 kimi arıq idi, gənc oğlan yeddi futa yaxın olardı. O, “Siqma”ya axırda gələn yeni iş-çilərdən idi. Üzü çilli, təmiz qırxılmış, uzun düz kürən saçlı idi. Uşaq cizgilərinə baxmayaraq, Kridin üzünün ifadəsi daima ciddi qalırdı.

Qaşqabağını yığaraq Monk bərkdən yeni ortağını ilk gördüyü andan onu narahat edən sualı verdi:

– Beləliklə, balaca, sənin neçə yaşın var? 14? 15?

– 25.

1 İkan Karl Silian – Amerika milyardçısı, filantrop, bir çox elmi tədqiqat layihələrini maliyyələşdirir.

2 İt cinsi

70

Monk bacardığı qədər öz şübhəsini gizlətməyə çalışdı. Bu mümkün ola bilməzdi. Onları yalnız yeddi yaş ayırır? Monk protezdəki gərilmiş barmaqlarını rahatladı; yadına saldı ki, yeddi ildə çox şey baş verə bilər. Amma yenə də o, ilk dəfə

olaraq ortağına diqqətlə göz qoydu; onu qiymətləndirməyə çalışdı.

Qatarda Monk doktor Henri Malloyun ətraflı dosyesi ilə

tanış oldu, lakin yol yoldaşı haqqında ona qısa bioqrafik faktlar məlum idi. Krid əslən Ohayodan idi, bir il tibb fa-kültəsində təhsil alıb, sonra iki il dəniz piyadası kimi xidmət edib. Demək olar, bütün bu vaxtı Kabulda keçirib. Əldə-qayırma partlayıcı qurğunun qəlpəsi onun axsamağına səbəb olub; ömrünün axrınadək bundan xilas ola bilməyəcək. Krid hərbi xidmətdə qalmaq istəyirdi, lakin tərxis olunmağa məcbur oldu; baxmayaraq ki, bunun səbəbləri dumanlı qalmışdı. Onun keçmişini və test nəticələrini nəzərə alaraq?

“Siqma”ya işləməyə dəvət etdilər. Krid Kornell Universitetində genetika kursunu dinləmişdi.

Amma yenə də onun görünüşü elə idi ki, elə bil indicə

məktəb skamyasından qalxıb.

– Beləliklə, Dugi1, – Monk davam edirdi, – sən çoxdan operativ işdəsən?

Krid dinmədən ona baxdı. Görünür, o, özünün uşaq si-fətinə görə zarafatlara öyrəşmişdi.

– Kornell Universitetini üç ay əvvəl bitirdim, – nəhayət o, gərgin cavab verdi. – İki aydır Vaşinqtondayam. Əsas eti-barilə, yeni işə düzəlirdim.

– Deməli, bu sənin ilk tapşırığındır?

1 “Dugi Hauser, tibb doktoru” qeyri-adi istedadlı, artıq on altı yaşında həkimlik təcrübəsi ilə məşğul olan məşhur teleserialın baş qəhrəmanı.

71

– Əgər bunu tapşırıq adlandırmaq olarsa… – pəncərə

tərəfə çevrilərək Krid mızıldandı.

Monk özü də belə hislər keçirdiyinə baxmayaraq, əsəbləşdi.

– Söhbət operativ işdən gedəndə, bayağı şeylər olmur.

Hər hansı təfərrüatın mənası var. Məlumatın lazımlı zərrəsi işin nəticəsini həll edə bilər. Və sən, Dugi, bunu yaxşıca anlamalısan.

Krid ona tərəf çevrildi. Onun tutqun sifətində səfeh ifadə

əmələ gəldi.

– Yaxşı. Dərs mənimsənildi.

Monk narazı halda əllərini sinəsində çarpazladı.

“Uşaqlar! Onlar fikirləşirlər ki, hər şeyi bilirlər.”

Monk başını bulayaraq, diqqətini taksi pəncərəsindən görünən mənzərəyə yönəltdi. Maşın məhz bu vaxt Prinston Universitetinin kampusuna 1 daxil oldu. Sanki kimsə Nyu-Cersinin ortasına qədim İngiltərənin yaşıllıqla dolu bir parçasını salmışdı. Hamar yaşıl çəmənliklər tökülmüş yarpaqlarla örtülmüşdü, mamır əzəmətli qotik binaların daş divarları ilə

dırmaşırdı. Hətta yataqxanalar elə bil on doqquzuncu əsrin qravyuralarından2 çıxmışdı.

Taksi bu zərif mənzərədə rahatlıqla gedirdi. Tezliklə təyin olunmuş yerdə dayandı. Monk və Krid maşından düşdülər.

Karl İkanın laboratoriyası geniş yaşıl çəmənliyin küncüdə

yerləşirdi.

Halbuki,

universitet

binalarının

çoxu

on

doqquzuncu və hətta on səkkizinci yüzilliklərə aid idi, bir neçə

il əvvəl tikilən laboratoriya müasir memarlığın valehedici nümunəsini göstərirdi. İki düzbucaqlı laboratoriya korpusu 1 Müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya şəhərciyidir.

2 Oymaçılıq sənəti.

72

bir-birinə perpendikulyar dayanırdı. Onları parka çıxan iki mərtəbəli əyri atrium birləşdirirdi.

Məhz burda onlar doktor Henri Malloyla görüşməli idilər.

– Hazırsan? – Saatları tutuşduraraq, Monk soruşdu.

Onlar beş dəqiqə gecikmişdilər.

– Nəyə hazıram?

– Söhbətə.

– Mən güman edirdim ki, professorla siz danışacaqsınız.

– Xeyr, Dugi, sən hər şeyi öz üzərinə götürəcəksən.

Krid bərkdən burnundan nəfəs aldı.

– Yaxşı.

Onlar binaya daxil oldular və atriuma çıxdılar. İki mərtəbə hündürlüyündə əyilmiş şüşə divar çəmənliyə baxırdı.

Pəncərələri ayıran qırxfutluq jalüzlər günəşlə birgə hərəkət edirdilər. Onlar atriumun dərinliyinə kölgə salaraq, masa və

stulları zolaqlarla örtürdülər. Adda-budda daim qəhvə stə-kanlarına yapışan əlləri ilə qızğın söhbət edən tələbə qrupları oturmuşdu.

Monk məzərləri ilə axtararaq, doktor Malloyla görüşəcəkləri yeri tapdı. Səhv etmək çətindi.

– Bura, – o, yoldaşını arxasınca atrium boyu çəkərək dedi.

Lap sonda, pilləkənlərin yanında yarımçıq dəniz balıq-qulağına bənzər heykəl ucalırdı. Əgər Monku bu barədə

xəbərdar etməsəydilər belə, o, memar Frenk Gerinin işini tanıyacaqdı. Balıqqulağı öz büküklərində görüş üçün kiçik, rahat yer gizlədirdi. Orda, kiçik masanın arxasında artıq bir neçə adam oturmuşdu.

Monk onlara tərəf yönəldi. Lakin yaxınlaşanda o, başa düşdü ki, onlar hamısı çox cavandılar. Onun çamadanında doktor Malloyun fotosu vardı. Yığışanların arasında o, dəqiq yox idi.

73

Bəlkə professor gözləmədən gedib?

Kənara çəkilərək Monk mobil telefonunu çıxardı və

professorun kabinetinin nömrəsini yığdı. Bir neçə zəngdən sonra səs poçtu işə düşdü.

“Əgər o artıq gedibsə, əgər mən nahaq yerə bu uzaq yolu gəlmişəmsə…”

Monk ikinci nömrəyə zəng elədi. Bu, professorun köməkçisinin nömrəsi idi.

Qadın cavab verdi. Monk ona tələsik izah etdi ki, doktor Malloy görüşə gəlməyib.

– Orda yoxdur? – qadın təəccüblə soruşdu.

– Burda yerləri məktəb olan yeniyetmədən savayı heç kim yoxdur.

– Başa düşürəm, – deyə qadın güldü. – Tələbələr ildən-ilə

cavanlaşırlar, elə deyil? Üzrlü sayın, amma doktor Malloy yəqin əvvəlki kimi öz laboratoriyasındadır. Mən onu axırıncı dəfə məhz elə orda görmüşdüm, mobil telefonların səsini isə o heç vaxt eşitmir. Bəzən doktor işə elə aludə olur ki, planlaşdırılmış məruzələri də unudur. Qorxuram, bu gün də

elə olub, siz getməyə tələsməyin. Professor öz kəşfinə çox aludə olmuşdu.

Axırıncı sözləri eşidən Monk diksindi. Bəs əgər doktor Malloya Afrika faciəsini araşdırmağa kömək edəcək nəsə

vacib bir şey tapmaq nəsib olubsa?

– Qulaq asın, – qadın davam edirdi, – mən indi üzbəüz binadayam, həmkarımla bir işi tamamlayıram. Binalar yeraltı keçidlə birləşir. Tələbələrin birindən soruşun. Mən admi-nistratordan açarı alı b, sizi orda qarşılayaram. Doktor Malloyun laboratoriyası zirzəmidə yerləşir. Hesab edirəm, o, sizə DNT analizinin nəticələrini göstərmək istəyər.

74

– Yaxşı. Sizi orda gözləyəcəyəm. – Telefonu cibinə qoyan Monk çamadanını yelləyərək Kridə işarə etdi. – Bu tipə baş

çəkək.

Çox tarım qofta geymiş tələbə qızdan yolu soruşub Monk ortağını zirzəmiyə apardı. Yeraltı keçidi tapmaq çətin olmadı.

Onlar yolun ortasına çatanda, qarşıdan orta yaşlı qadın onlara əl elədi. Monk da cavab olaraq ona əl elədi. Qadın təngnəfəs onlara yanaşdı və əlini uzatdı.

– Andrea Solderiç, – deyə özünü təqdim etdi.

Qadın onları qonşu dəhlizə apardı. O, susmadan danışırdı, görünür, çox əsəbiləşirdi.

– Yerin altında bir neçə laboratoriya var. Odur ki, azmaq çox asandır. Burda, əsasən, anbarlar, texniki otaqlar… hə, bir də, təcrübə üçün saxlanılan heyvanların vivariumu1 var. Ge-nomika şöbəsi mikrotədqiqatlar laboratoriyalarını yerin altında yerləşdirib ki, onları ozondan qorusun. Bax, biz artıq gəldik.

Elektron açarı əlində sıxaraq qadın bağlı qapıya yanaşdı.

– Administrator laboratoriyaya zəng etməyə çalışdı, –

deyə o, izah etdi. – Heç kim cavab vermədi. Mən yalnız içəri baxacağam. Əminəm, doktor Malloy universitetdən getməyib.

Andrea kartla qıfıla toxunub dəstəyi dartdı. Qapı xışıltıyla açılan kimi Monk o saat tüstü qoxusu hiss elədi. Kəskin qoxuya görə nəsə elektrik cihazı yanırdı, tüstünün içindən isə

yanmış saçların üfunəti gəlirdi. Monk çalışdı ki, Andreanı saxlasın, amma çata bilmədi. O, içəridə olanları gördü. Onun üzündə əvvəl təlaş, sonra isə dəhşət ifadə olundu. Əli ilə

ağzını tutdu.

Monk Andreanı Kridə ötürərək kənara çəkdi.

– Onu burda saxla.

1 Vivarium – heyvanları təbii şəraitə yaxın bir saxlamaq üçün yer.

75

Çamadanı ataraq o, əlini pencəyinin altına soxdu və

qoltuğundan qırx beş kalibrli “Heckler və Koch” tabel tapançasını çıxardı. Qadın gözlərini geniş açdı. O, çevrilərək üzünü Kridin çiynində gizlətdi.

– Səndə silah var? – Monk ortağından soruşdu.

– Xeyr… mən zənn edirdim ki, biz ancaq söhbət edəcəyik.

Monk başını yellədi.

– Qoy təxmin edim, Dugi. Sən heç vaxt boyskaut 1

olmamısan.

Cavab gözləmədən Monk laboratoriyaya girdi və tapançasını bütün gizli yerlərə tuşladı. O, əmin idi ki, bunu edən adamın artıq izi də qalmamışdı, amma yenə də, risk etmək lazım deyildi. Doktor Malloy otağın ortasında kresloya bağlı oturmuşdu. Onun başı sinəsinə düşmüşdü. Kreslonun altında, döşəmədə qan gölməçəsi yaranmışdı.

Yaxındakı kompyuterdən yalnız yanmış qırıqlar qalmışdı.

Monk ətrafa baxdı. Qatillər yanğın detektorlarını sıradan çıxarmışdılar.

Monk professora yaxınlaşıb onun nəbzini yoxladı. Heç nə.

Lakin cəsəd hələ soyumamışdı. Qatillər uzağa getməyə imkan tapmayıblar. Monk doktor Malloyun barmaqlarının sındığını gördü. Yəqin, hansısa məlumatı almaq üçün ona işgəncə

vermişdilər.

Ölümcül zərbə bıçaqla sinəsinə endirilmişdi. Yalnız bir, lakin ustalıqla endirilən zərbə. Professorun ölümü tez olub, buna görə, güman ki, o danışıb.

Monk gərgin halda dondu. Cəsədin yanında yanıq iyi daha güclü idi. Monk yanmış ət iyini tanıdı. O, ehtiyatla, barmağıyla ölünün çənəsini qaldırdı. Baş, qoxunun mənbəyini 1 Boyskaut – kapitalist ölkələrində hərbi-siyasi xarakter daşıyan burjua uşaq təşkilatı üzvü.

76

açaraq, cansız halda geri düşdü. Professorun alnında sümü-yədək işləyən, ətrafları hələ də parlayan təzə yanıq qaralırdı.

Dairə və xaç.

Qulaq batıran səs Monkun diqqətini yenidən qapıya cəlb etdi. Bu mobil telefon idi. Cinayət yerini batırmamaq üçün Monk dal-dalı dəhlizə çıxdı.

Andrea telefonu qulağına tutub dayanmışdı. Onun gözləri yaşlı idi, o hıçqırırdı.

– Nə? – o, burnunu çəkərək soruşdu. Bu sualdan çox, şokun ifadəsi idi. – Yox! Niyə?

Divara söykənən Andrea gücsüz halda yerə sürüşdü.

Telefon onun əlindən düşdü. Monk onun yanında sallağı oturdu.

– Nə olub?

Andrea olanlara inanmayaraq başını tərpətdi.

– Kimsə… – O, telefonu göstərdi, – zəng edən qonşum idi.

O, mənim itlərimin hürdüyünü eşidib və görüb ki, evdən kimsə çıxdı. Nə baş verdiyinə baxmağa gedib. Qapı açıq imiş.

Onlar… Onlar mənim itlərimi öldürüb. – Andrea əllərilə

üzünü tutdu. Axı niyə mən doktor Malloya söz verdiyim kimi birbaşa evimə getmədim?

Monk çevrilib Kridə baxdı. O, alnını qırışdırıb, heç nə an-lamadan durmuşdu.

Lakin Monk hər şeyi başa düşdü. Qadını qoltuqlarından tutub ayağa qaldırdı.

– Qonşunuz bu soyğunçuları çoxdan görüb?

Andrea özünü danışmağa zorlayaraq, başını yellədi.

– Mən… biulmirəm. O demədi. O polis çağırıb.

Monk çevrilib doktor Malloyun cəsədinə baxdı. Professor danışıb. Adları deyib. Eləcə də öz laborantının da adını deyib.

Doktor Malloy güman edib ki, Andrea öz evinə getdi. Gö-77

rünür, qatillərə onun ünvanını deyib. Onlar qadını susdurmaq üçün onun evinə yollanıblar. Onu evdə tapmayaraq…

Onlara yalnız bir neçə sual vermək, bir neçə zəng etmək lazım gələcək.

– Biz burdan getməliyik! Dərhal!

Monk gəldikləri yolu göstərdi. Hər üçü dəhlizlə yeraltı keçidə doğru qaçdılar. O, küçənin altıyla qonşu binaya – Andreanın işlədiyi yerə uzanırdı.

– Siz dediniz ki, laboratoriyada həmkarınızla birlikdə

idiniz. – Monk qaça-qaça danışdı. – O sizin hara yollandığınızı bilirdi?

O cavabı keçidin başına çatanda aldı. Onların qarşısına yeyin addımlarla, bir neçə gündür yağış olmamasına baxmayaraq, parıltılı plaş geymiş hündür kişi gəlirdi.

Onların baxışları görüşdü.

Monk gözlərdəki vəhşi parıltını tanıdı. Həmin anda kişi plaşının ətəyini aralayaraq və qısaqundağlı tapança-pulemyotunu açaraq əlini qaldırdı. O, keçid boyu uzun güllə

qatarı buraxdı. Qəribə silahın səsi mikser səsindən bərk deyildi. Lakin güllələr Monk və yoldaşlarının macal tapıb gizləndiyi küncə tutuşdular. Hər tərəfə sınmış kafel və

suvağın qırıntıları səpələndi.

– Pilləkənə tərəf! – Monk geriyə – atriuma tərəf göstərərək əmr etdi. Lakin onlar pilləkənin alt meydançasına çatanda uzaqdan, yuxarıdan eşidilən ayaq səsləri gəldi.

Monk yoldaşlarına dayanmağı əmr etdi. Ehtiyatla yuxarı baxanda o, uzunboğaz çəkməli və birincində olduğu kimi, qara plaşlı kişinin tələsik aşağı düşdüyünü gördü. Daha bir nəfər. Geri sıçrayan Monk yoldaşlarını yenidən yeraltı dəhlizlərin labirintinə apardı.

Burdan bacardıqca tez çıxmaq lazım idi.

78

Onlar zəif işıqlanan keçidlərlə qaçarkən hardasa zirzəminin qarşı tərəfində gurultu ilə ağır metal qapı örtüldü.

Monk Andreaya tərəf döndü.

– Deyəsən bu yanğın çıxışıdır, – o qeyri-adi dəhşətlə

pıçıldadı.

Bunun nə olduğunu izah etmək lazım deyildi.

Qatillər üç nəfər idilər.

10 oktyabr

Saat 18:32

Vaşinqton

– Bu simvol tanınmış terror qruplaşdırmalarına aid heç bir məlumat bazasında qeyddə yoxdur, – Peynter dedi.

O, iclas masasının arxasında dayanmışdı, divarda isə

böyük ekran asılmışdı. Orada xaç və dairənin böyüdülmüş

təsviri işıqlanırdı.

Peynter masaya söykəndi. Konfrans zalı “Siqma”nın qərargahına yeni əlavə idi. Onu partlayış və yanğından sonra tikmişdilər. Zalın ortasında dəyirmi masa və hər kreslonun 79

qarşısında kompyuter vardı. Masanın arxasında on iki nəfər yerləşə bilərdi, amma hal-hazırda dörd nəfər oturmuşdu.

“Siqma”ya beynəlxalq kəşfiyyat idarələrinin iş təcrübəsini gətirən Ket Peynterin yanında əyləşmişdi. Ondan sağda kriptoqrafiya 1 mütəxəssisi – Adam Prust, üzbəüzdə isə

biomühəndisliklə məşğul olan yeni işçi – Corcina Rou oturmuşdu.

− Beləliklə, bizə bu krosvordun birinci damasından başlamaq lazım gəlir, − masanın ətrafına dolanaraq, Peynter dedi.

O, bu otağı hərəkət etmək və dəyirmi masanın arxa-sındakılara göz qoymaq üçün yaratmışdıı.

− Bu simvolun mənası nədir? Qırmızı Xaç düşərgəsinin məhvi və senator Qormenin oğlunun amansız qətli ilə onun nə

əlaqəsi var?

Adam öskürərək əlini ekrana uzatdı. Qırxdan yuxarı yaşı olan bu adam əyninə sadə cins, boğazlı qara sviter və tviddən2

idman gödəkçəsi geymişdi.

− Bu simvolun ibtidai insanadək gedib çıxan uzun tarixi var. Bəzən onu “Şaqqalanmış dairə” adlandırırlar.

Onun mənası bütün qədim mədəniyyətlərdə, demək olar ki, eynidir. Dairə yer kürəsini bildirir. Xaç isə dünyanı dörd hissəyə bölür. Amerika hindilərində bu dörd hissə.....

− Dörd küləyi təcəssüm etdirir, − Peynter təsdiqlədi. Atası ona buna oxşar bir şey öyrətmişdi.

− Tamamilə doğrudur. Digər mədəniyyətlərdə isə onlar dörd ünsürün simvoludur. Torpaq, külək, su və odun. Bəzən belə edilir…

Adam əmri klaviaturada yığdı; ekrandakı təsvir dəyişdi.

1 Şərti gizli yazı, şifr.

2 Tvid – parça növü

80

− Gördüyünüz kimi, dörd yerə bölünmüş dairə, özündə

dörd ünsürü birləşdirən Yerin simvoludur. Bu nişana Yer kürəsinin hər yerində rast gəlmək olar. Bu etimologiya çox maraqlıdır və bütpərəstlik dövrünə gedib çıxır. Bir çox şimal ölkələrində bu simvolu daş lövhələrdə və dirəklərdə qazılmış

tapmaq olar. Çox zaman onu digər petroqlif – bütpərəstlik spiralı müşayiət edir. Hər iki nişan bir-birilə sıx bağlıdır.

− Bağlıdır? – Peynter soruşdu. – Nə yolla?

Adam əlini qaldırıb gözləməyi xahiş etdi və yenə

klaviaturanı döyəclədi. Ekranda yeni təsvir əmələ gəldi.

− Üslublaşdırılmış bütpərəstlik spiralı budur. Bu simvolun müxtəlif növlərinə bütün Şimali Avropada rast gəlmək olar.

81

Klavişlərə daha bir toxunuş və spiralın üzərində xaç şəkli əmələ gəldi.

− Görürsünüz, spiral dairənin ortasından başlayır, bütün dairəni dolduraraq ətrafa genişlənir. Dörd hissəyə bölünmüş

dairə Yeri təmsil etdiyi vaxt, spiral həyatı, ələlxüsus da, hə-yatdan ölümə və yenidən canlanmaya qalxan ruhun yolunu simvollaşdırır.

Ket ah çəkdi.

− Müşahidə çox gözəldir, mən başa düşürəm, lakin bunun Afrikada baş vermiş vəhşiliklərlə nə əlaqəsi var? Biz mövzudan yayınmırıq ki?

− Çox güman, xeyr. − Saçlarını kişisayağı qısa kəsdirmiş, cüssəli qadın olan Corcina Rou etiraz etdi. – Mən NATO-nun hesabatını diqqətlə öyrəndim. Baxmayaraq ki, təfərrüatlar hələ

ilkindir; son nəticəyə çox var, mən bunun Mali hökuməti qoşunları ilə üsyançıların toqquşması olduğundan əmin deyiləm. Hücumun məqsədi “Viatus” korporasiyasının təcrübə fermasını məhv etmək idi.

− Bununla tam razıyam, − Ket təsdiq elədi. – Üsyançı tuareqlər heç vaxt bu cür amansızlıq nümayiş etdir-məmişdilər. Onlar bir qayda olaraq çox cəld basqın edir və o 82

saat geri çəkilirlər. Burda isə söhbət tammiqyaslı qır-ğından gedir.

− Hələ üstəlik, o yazıq oğlanı bu nişanla damğalayıb, yanmış qarğıdalı tarlasında çarmıxa çəkdilər. – Corcina kədərlə başını tərpətdi. –.Bu, korporasiyanın kənd təsərrüfatı bitkilərinin genetik şəklini dəyişmə sahəsindəki tədqiqatlarına qarşı yönəlmiş xəbərdarlıqdır. İxtisasımın biomühəndislik olduğundan genetik şəklini dəyişmiş xammaldan alınan ərzaq mallarına qarşı zidd münasibətlər mənə yaxşı məlumdur.

Təbiətlə bu cür manipulyasiyaya qarşı hərəkat bütün dünyada genişlənir. Baxmayaraq ki, bu əsassız qorxulardan və yox-lanmamış məlumatlardan yaranır, hökumət orqanlarının bu cür sürətli inkişaf edən sahəyə nəzarətinin çox zəif olması da öz rolunu oynayır. Mən hər şey barədə ətraflı danışa bilərəm…

Peynter onu saxladı.

− Gəlin hələlik fikrimizi bunun işlə nə əlaqəsi olduğunda cəmləyək.

− Burda hər şey sadədir. Genetik şəklini dəyişmiş

ərzaqlara qarşı hərəkat Afrikada xüsusilə güclüdür. Baxmayaraq ki, hər iki ölkədə milyonlarla adam aclıq çəkir, Zambiya və Zimbabve bu yaxınlarda tərkibində genetik şəklini dəyişmiş ərzaq olan hər hansı qida yardımının idxalına qadağa qoydular. Əslində, bu səfeh siyasətdir. – “yaxşısı budur ölmək, nəinki qida qəbul etmək”. Bu cür davakar, sərsəm əhval-ruhiyyələr çox sürətlə qalxır. Mən əminəm, Qırmızı Xaç düşərgəsinin məhvi əslində “Viatus”a zərbə idi. –

Corcina ekrandakı simvolu göstərdi. – Məncə, Adamın təklif etdiyi kimi simvolun təsviri bu nöqteyi-nəzəri möh-kəmləndirir.

Peynter anlamağa başlayırdı.

− Yeri təsvir edən simvol.

83

Corcinanın qəti səsi sözlərinin düzgünlüyünə əmin olduğunu göstərirdi.

− Bunu edənlər əmindirlər ki, Yeri qoruyurlar. Mən hesab edirəm ki, biz ekoloji terrorçuların yeni davakar qruplaşması ilə üzləşmişik.

Ket qaş-qabağını tökdü.

− Bunda müəyyən məna var. Mən öz adamlarımdan bu işdə fikirlərini toplamağı xahiş edərəm. Aydınlaşdırmaq lazımdır ki, bu terrorçular kimdir və harda əsaslanırlar?

Peynter gözaçıqlığı əsas cəhəti olan Adam Prusta tərəf döndü.

− Biz sözünü kəsdik. Sən daha heç nə əlavə etmək istəmirsən?

− Daha bir məqam var. dairə içindəki xaç və spiral barədə. Bu iki simvolun Şimali Avropa bütpərəstləri üçün böyük mənası var. Xüsusən druidlər üçün. Bundan əlavə, Şimal ölkələri xristianlığı qəbul edəndə bu nişanlar yeni eraya keçdi. Druid xaçı bu günə qədər də yayılmış kelt xaçına çevrildi.

Adam ekrana yeni təsvir çıxartdı. Bütpərəst simvolunun şaquli xətti xristian xaçını yaradaraq aşağı uzandı.

84

− Beləcə də, − Adam davam edirdi, − spiral İsanın hə-yatdan ölümə keçidini və növbəti dirilməsini simvollaşdıraraq təsvir etməyə başladı.

− Bütün bunların mənası nədir? – Corcinanın ideyasını tutmaq arzusuyla alışan Ket səbirsizliklə soruşdu.

Lakin Peynter Adamın son mülahizəsini nəyə yönəlt-diyini anladı.

− Deməli, sən bu ekoloji terror qruplaşmasının Afrikada əsaslanmasını fikirləşmirsən? – o, kriptoqrafdan soruşdu.

Kriptoqraf başını yellədi.

− Baxmayaraq ki, dörd yerə bölünmüş dairəyə bəzi Afrika mədəniyyətlərində rast gəlinir, orda o, Yeri yox, Günəşi təmsil edir. Mən düşünürəm ki, biz təhqiqatlarımızı Şimali Avropaya yönəltməliyik. Xüsusən nəzərə alsaq ki, “Viatus”

korporasiyasının idarəsi Norveçdə, Osloda yerləşir.

Corcina gülümsədi.

− Başqa sözlə, biz bir dəstə təhqir olunmuş druidi ax-tarmalıyıq.

Onun sevincini bölməyən Adam çiyinlərini çəkdi.

− Bütün Avropada neodilçilik dirçəlir. Bundan əlavə, bu qrupların çoxunun uzun tarixi var. “Universal bağların Britaniya dairəsi”, “Druidlərin qədim ordeni”. Hər iki təşkilat on səkkizinci əsrin əvvəlinə gedib çıxır. Daha qədim keçmişə

aid olduqlarını iddia edən digər qruplar da var. Hər necə olsa, son vaxtlar hərəkat çox güclənir və bəzi təriqətlər olduqca acıqlı əhval ruhiyyədədir. Mənim fikrimcə bizim təhqiqatlar məhz orda – Şimali Avropada cəmləşməlidir.

Ket xəyalən planlar quraraq dalğın halda başını yellədi.

Peynter öz yerinə qayıtdı.

− Güman edirəm, bu yaxşı tramplin olacaq. Əgər hər şey…

85

Onun sözünü cibində vibrasiyalanan mobil telefon kəsdi.

Peynter əlini qaldırıb gözləməyi xahiş etdi və telefonu çıxarıb zəng edənin nömrəsinə baxdı. Bu onun köməkçisi idi. Peynter təhlükə hiss etdi. O, Brentə fövqəladə bir şey olmasa onu narahat etməməyi tapşırmışdı.

− Nə olub, Brent?

− Ser, bu dəqiqə operativ şöbədən zəng etdilər. Prinston Universitetindən fövqəladə xidmətlərə saysız-hesabsız zənglər gəlir. Deyəsən Karl İkanın laboratoriyasında atışma gedir.

Peynter üzünü ifadəsini dəyişməz saxlamağa çalışdı. Məhz bu laboratoriyaya Monk Kokkalis və Con Krid yollanmışdılar.

Onlar universitetə bir saat əvvəl çatmalı idilər. Peynter Monkun arvadı Ketə tərəf baxmırdı.

− Yerli hakimiyyətlə əlaqə saxlayın, peykdən məlumat tələb edin, − narahatçılığından çox əsəbiləşdiyini bildirmək istəyən Peynter göstəriş verdi. – mən hadisə yerinə gəlirəm. –

O, telefonunu söndürüb ətrafdakılara baxdı. – Əla, hər kəs öz işini bilir. İşə başlayın.

Peynter çevrilib çıxışa tərəf getdi.

O, kürəyində Ketin diqqətli baxışlarını hiss etdi. Qadın şübhələnmişdi, lakin hər şey aydın oluna qədər onu narahat etməyin mənası yox idi.

Xüsusən ona görə ki, o yenə hamilə idi.

Saat 18:45

Monk tapançasını irəli tutaraq, yoldaşlarını zirzəmi ilə

aparırdı. Onun cəmi on gülləsi vardı… Hücum edənlər isə azı üç nəfər idilər. Nisbət ümidverici deyildi, xüsusilə, nəzərə

alınsa ki, rəqiblər qısaqundaqlı tapança-pulemyotlarla silah-lanmışdılar. Bir atəşi də havaya buraxmaq olmaz. Çama-86

danında əlavə patron darağı vardı, lakin onu Malloyun laboratoriyasının girişində atmışdı.

− Burdan daha bir çıxış var? − Monk Andreadan soruşdu.

− Xeyr… amma…

O, dəhlizin hər iki tərəfinə göz gəzdirdi. Con Krid onu dirsəyindən tutmuşdu ki, geri qalmasın.

– Amma nə? – Monk səbirsizliklə soruşdu.

− Laboratoriya binası modul prinsipi ilə tikilib. Otaqların konfiqurasiyasını 1 dəyişməyin asan olması üçün, − Andrea tələsik danışdı. Sonra tavana işarə etdi. – Mərtəbələr arasında texniki qatlar var. Xidməti personal üçün körpücüklərlə.

Monk yuxarı baxdı. Bəlkə bundan bir şey çıxar. – Ən yaxın giriş hardadır?

Andrea başını yellədi. O hələ sarsıntıdan özünə gəlməmişdi.

− Bilmirəm…

Monk ayaq saxlayıb protez əllə onun çiynindən tutdu.

− Andrea, nəfəsinizi dərin, sakit…

Uzun bir güllə qatarı şaqqıldadı. Dəhlizin sonunda hər şeyi tapança-pulemyot atəşinə tutan qara plaşlı fiqur göründü.

Güllələr döşəməyə və divarlara dəyirdi. Çiyni ilə Andreanın üstünə atılan Monk qiymətli döyüş sursatını işlədərək qatil tərəfə kor-koranə atəş açdı. Hücum edən cəld tində gizləndi.

Monk qadını ən yaxın qapıya itələdi. Krid onların ardınca tələsdi.

Onlar kiçik otağa düşdülər. Burdan əsas otağa ikilaylı qa-pı açılırdı.

− Cəld ora! – Monk qışqırdı. Hər üçü qonşu otağa qaçdılar. Avtomatik yanan işıq paslanmayan metaldan hazırlanmış qəfəs sıraları ilə bölünən geniş otağı işıqlandırdı.

1 Xarici görünüş.

87

Monkun burnuna heyvan nəcisinin kəskin qoxusu doldu. O, Andreanın verdiyi zirzəmi mərtəbəsinin təsvirini yada saldı.

Yəqin ki, onlar təcrübəlik heyvanların saxlandığı vivariuma düşmüşdülər. Uzaq sıraların birində it hürdü. Yaxında, çox da kiçik olmayan cisimciklər qurdalanırdı.

Aşağı sıradakı, bir qədər böyük qəfəslərdə, donuzlar hay-küylə havanı qoxulayır və xortuldayırdılar. Bəziləri həyəcanla ciyildəyir və dövrə vururdular. Onlar hamısı cavan və futbol topu ölçüsündə idilər. Monk dalğın halda fikirləşdi ki, “donuz dərisindən top” ifadəsi onun üçün başqa məna kəsb edir.

O, yoldaşlarını qəfəs sıralarının arasıyla apardı. Qapıda barikada qurmaq mümkün deyildi, qatil isə indi burda olacaqdı.

− Burdan başqa çıxış var? – yenə Monk Andreadan soruşdu.

Başını tərpədərək vivariumun qarşı tərəfini göstərdi.

− Cəld!

Monk arxadan metal gurultusu eşitdi. Dönərkən o, Kridin qaça-qaça aşağı qəfəsləri açdığını gördü. Onun arxasınca keçidə balaca, çəhrayı-qara bədənlər cumurdular. Onlar bir yerdə vurnuxur, hər tərəfə qaçır, ciyildəyir və xoruldayırdılar.

Donuzların həngaməsi getdikcə artırdı.

− Sən nə?.. – Monk ağzını açmaq istədi.

− Maneçilik, – Krid yeni qəfəsləri açaraq dedi.

Monk onun fikrini başa düşüb başını yellədi. geridə

onlarla ciyildəyən futbol topu qoymaq pis olmayacaq. Bu qatilin hərəkətini yubadacaq.

İkilaylı qapı gurultu ilə açılanda onlar demək olar ki, vivariumun o biri başına çatmışdılar. Vahiməli qışqırıq səsi ilə

tez kəsilən qısa güllə qatarı səsi gəldi. Ondan sonra isə

guppultu ilə döşəməyə düşən bədən səsi eşidildi.

88

1-0 donuzların xeyrinə.

Monk Andreanı otağın o biri sonuna, digər ikilaylı qapıya tərəf itələdi. bir an sonra onlar yenə yeraltı dəhlizə qayıtdılar.

− Bu texniki yüksəkliklərə çıxış, − Monk yada saldı, −

hardasa yaxınlıqda var?

− Mənə məlum olan yeganə çıxış doktor Malloyun laboratoriyasında qaldı.

Monk çaşqın halda kəsişən dəhliz və otaqların labirintinə

nəzər saldı. O, səmtini itirmişdi.

− Siz bizi ora çatdıra bilərsiz?

− Bəli, gedək.

Andrea şokdan bir qədər özünə gəlmiş halda, qətiyyətlə

irəlidə getdi. Monk onun yanınca gedirdi.Krid də arxada gəlirdi. Monk fikir verdi ki, gənc əli ilə sağrısını sıxır. Şalvarı yaş

olmuşdu.

Onun nəzərini tutan Krid əlini yellədi.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
499 s. 32 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre