Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qum fırtınası», sayfa 4

Yazı tipi:

Kara bir müddət bu vəziyyətdə uzanıb qaldı. Onun tərpənməyə belə taqəti yox idi. Ancaq, atası üçün yaranan təlaşa görə yanı üstə çevrildi. “Qum iblisi” uzaqlaşdı, özündən sonra havada yalnız kirli toz qatı saxlayaraq ölüb getdi. Qız çətinliklə oturaraq ağrıdan zarıdı və qolundan yapışdı. Kara ətrafa nəzər saldı.

Bu, heç cür ola bilməzdi! Ətrafda üzərində nə insan ləpiri, nə də təkər izi olmayan hamar düzənlik yaranmışdı. Hər şey it-mişdi. Nə qum çalası, nə buğanın bədəni, nə də motosikl qalmışdı.

Qulaqları tutulan Kara səhra qumlarına baxırdı.

– Ata…

* * *

Qalereyadan eşidilən səs Karanı indiki zamana qaytardı. Əlindəki siqaret filtrə qədər yanmışdı. Gənc qadın qalxaraq, si-qaret kötüyünü söndürdü.

– Bura! – onunla birgə gələn ekspertlərdən biri səsləndi. – Mən bir şey tapmışam.

* * *

Şərq qurşağı vaxtı ilə 08:02

Ledyard, Konnektikut ştatı

Böyük Peko qülləsindəki liftin qapıları sonuncu mərtəbədə açılmağa başladı və Peynter Krou aşağı əyilib liftdən çıxdı. Pus-quya müntəzir halda tapançasını qabağa verdi: daraq paronla do-lu idi, şəhadət barmağı isə tətiyə sıxılmışdı.

Liftin qarşısındakı meydança boş idi. Peynter nəfəsini saxlayıb ətrafı dinləməyə başladı. Nə səda, nə də addım səsi eşidilirdi. Hardasa uzaqda televizor ucadan səs saldı: “Sabahın xeyir, Amerika”. Ancaq, Peynter üçün, bu sabah heç də xeyirli deyildi.

O, qəddini düzəldib dəhlizi nişangahda saxlayaraq ehtiyatla küncə nəzər saldı. Heç nə. Peynter çəkmələrini çıxarıb birini elə qoyu ki, liftin qapısı bağlanmasın. Bu, lazım olan anda onun asanlıqla aradan çıxa bilməsi üçün idi. Yalnız corablarda qalan Peynter üzbəüz divara tərəf üç addım irəliləyib ətrafı gözdən keçirdi.

Hər şey təmizdir.

Peynter ürəyində donquldanıb adamların azlığından hid-dətləndi. O, artıq bütün çıxışları bağlamış mehmanxanın mühafizə xidməti və yerli polisin dəstəyi ilə təmin edilsə də, federal xidmətinin agentlərinin sayı hind rezervsiyalarının suverenliyinə hörmət əlaməti olaraq qəflətən məhdudlaşdı. Bundan başqa, ehtimal edirdi ki, bütün tapşırıq cinayətkarların yaxasından tutmaqla bitəcək. Ən pis ssenariyə əsasən, silahlar haqqında məlumatları çinlilərin əline keçməməsi üçün məhv etmək lazım idi.

İndi isə hər şey puç oldu. Peynteri onun öz şəxsi avadanlığı aldatdı. Hərçənd, indiki zamanda onu narahat edən bu deyildi. Kassandra…

Peynter Kassandra barəsində yanıldığına inanmaq istəsə də, ancaq, onun buna heç bir ümidi yox idi. O, dəhlizin ortasında düz liftin qarşısında divar boyunca sivişib keçdi. Hər iki tərəfdə üzərində nömrələri olan qapılar yerləşirdi. Peynter əyilib cəld sola-sağa çevrildi. Heç kim yox idi. Nə Çjan, nə də onun cangüdənləri.

Peynter dəhlizdə gedirdi. Onun hisləri hədsiz dərəcədə kəskinləşdi. Qəflətən arxasında qapı kilidinin şıqqıltılı səsini eşidib dizi üstə çöküb tapançasını öz qarşısına tutdu. Məlum oldu ki, bu, mehmanxananın qonaqlarından biridir. Dəhlizin o biri ba-şında əyninə xalat geymiş ahıl bir qadın göründü. Qapı kandarından mehmanxananın bütün qonaqlarının təchiz edildiyi təzə qəzet nüsxəsi götürüb öz nömrəsinə qayıtdı və dəhlizin bu biri başında silahlı bir adam dayandığının fərqinə də varmadı.

Peynter yenidən çevrilib öz nömrəsinin qapısına sarı qaçdı. Qapının dəstəyini dartdı. Bağlı idi. O, bir əli ilə tapançasını Çjanın lyuks nömrəsinin qapısına tuşlayıb, o biri əli ilə açarı çıxarıb elektrik kilidə keçirdi. Qapının kilidində yaşıl lampa yandı. Peynter qapını itələyib çöl divara qısıldı.

Nə atəş, nə səs eşidildi.

O, nömrəyə atıldı. Qapıdan beş addım kənarda atəşə hazır vəziyyətdə ayaqlarını aralayıb dayandı. Buradan həm qonaq, həm də yataq otağı aydın görünürdü. Heç kim yox idi.

Peynter irəli qaçıb həm yataq həm də vanna otağına nəzər saldı. Nə bir yad adam, nə də Kassandranın bir izi yox idi. O, elektron aparatların cərgə ilə düzüldüyü yerə qayıdıb monitora baxdı. Orada Çjanın lyuks nömrəsinin müxtəlif rakurslardan görüntüləri əks olunmuşdu. Sakinlərin hamısı nömrəni tərk etmişdilər. Kompüter itmişdi. Otaqlarda yalnız bir nəfər qalmışdı.

– Ay Allah, bircə bu olmasın.

O, ehtiyatlılığı unudaraq qapıdan içəri atıldı. Dəhlizdə şütüyərək təlaşla mühafizə xidmətinin qüllədəki bütün otaqların qapısını aça bilən xüsusi-açarını çıxarıb Çjanın nömrəsinə daxil olaraq qonaq otağından keçib yataq otağına qaçdı.

O, çılpaq vəziyyətdə tavanın altına ventilyatora bərkidilmiş kəndirdən asılmışdı. Rəzədən sıxılmış boynu və üzü qıpqırmızı qızarmışdı. Peynter monitorun ekranında onu görəndə hələ də tərpənən qıc olmuş ayaqları indi cansız vəziyyətdə aşağı sallanırdı.

Peynter tapançasını qoburuna qoyub stuldan qalxaraq yuxarı atıldı. Xəncəri biləyindəki qınından çıxarıb ildırımsürətli bir hərəkətlə kəndiri kəsdi. Peynter ağır halda aşağı düşərək xəncəri tulladı və müvazinətsiz bədəni tutub saxlamağa müvəffəq oldu. Özünü yarıya qədər əyib qızı çarpayıya qoydu, özü isə dizi üstə düşdü. Onun barmaqları həyəcanla düyünü açmağa məşğul oldu.

– Lənət şeytana!

Kəndir qızın arıq boğazına ilişib qalsa da, nəhayət, öz qurbanından əl çəkdi. Peynter təcrübəli hərəkətlə onun boğazını əli ilə yoxlayaraq, düyünü dartıb çəkdi. Onurğası sınmamışdı.

Görəsən, o sağ idimi?

Cavabında qız həyəcanla nəfəs aldı, bədəni titrədi. Peynter rahatlıqla başını aşağı saldı.

Qız gözlərini açdı. Baxışı xoflu və çaşqın idi. Sinəsində öskürək qopurdu. Gözə görünməyən düşməni ilə çarpışan əlləri titrəməyə başladı. Peynter çin dilində danışaraq onu sakitləşdirməyə cəhd etdi.

– Heç nədən qorxma. Hər şey qaydasındadır. Sakit uzan. Heç nədən qorxma.

Qız öz on üç yaşından da kiçik görünürdü. Çılpaq uşaq bədənində zorakılıq izləri qalmışdı. Çjan utanmadan və vəhşicəsinə ondan istifadə edib, təqibi yubatmaq üçün onu rəzənin üstündə yellənən vəziyyətdə qoymuşdu.

Peynter dabanı üstə geri çəkildi. Qız yumağa bükülü halda hönkürməyə başladı. Peynter ona toxunmadı. Belə daha yaxşı olacağını düşündü. Onun qulağında ratsiya cingildədi.

– Kommander Krou, – mehmanxananın təhlükəsizlik xidmətinin rəisi Con Fenton çağırdı. Qüllənin şimal çıxışında atışma var.

– Çjan?

Peynter ayaq üstə dik qalxıb pəncərəyə sarı atıldı.

– Bəli, cənab. Mənim adamlarımın verdiyi xəbərə görə, o, sizin həmkarınızı canlı qalxan kimi istifadə edir. Ona təsadüfən güllə dəyə bilər. Mən ora əlavə qüvvələr yollayıram.

Peynter pəncərəni dartdı. Qoruyucu qurğularla təchiz olunmuş laylar belə açıldı ki, o, yalnız başını sala bildi.

– Bütün yolları blokadaya almaq lazımdır.

– Xətdə qalın.

Peynterin qulağına təkər səsi dəydi. “Linkoln” limuzini dayanacaqdan çıxıb qülləyə doğru hərəkət etdi. Bu, Çjanın şəxsi avtomobili idi və onların arxasınca yönəldi.

Qulaqcıqda təhlükəsizlik xidmətinin rəisinin səsi eşidildi.

– O, şimal çıxışdan küçəyə girdi. Sizin həmkarınız hələ də onun əlindədir.

“Linkoln” qüllənin küncünə gəlib çatdı. Peynter geriyə, otağa cumdu.

– Lənət şeytana, cəld yolları blokadaya alın.

Vaxt məhdud idi. Həyəcan siqnalı cəmi dörd dəqiqə bundan qabaq verilmişdi. Yerli mühafizəçi əsasən milli təhlükəsizliklə deyil, sərxoşların davası və xırda oğurluqlarla məşğul olurdu. Çjanın qarşısını o özü almalı idi. Peynter əyilib yerdən xəncəri götürdü.

– Burada qal, – o, çin dilində mülayim tərzdə söylədi.

Krou qonaq otağına atılıb xəncərin köməyi ilə ventilyasiya barmaqlığını qopartdı. Peynter əlini içəri salıb orada gizlədilmiş qara bir qurğu çıxardı. Elektromaqnit qumbarası futbol topu böyüklüyündə idi. Peynter onunla bayaqkı kimi ayaqyalın beynində ildırım sürətilə plan cızaraq və axırıncı mərtəbənin planlaşdırılmasına əsasən şimal çıxışının harada yerləşdiyini müəyyən edərək dəhlizə qaçıb xalçalı cığırla qaçmağa başladı. Dəqiq hesaba vaxt yox idi.

Peynter səkkiz qapı keçib dayandı və yenidən xüsusi açarı çıxardı. Elektron qıfıla kart keçirib, yaşıl işıq alışan kimi qapını taybatay açdı.

Təhlükəsizlik xidməti, – Peynter qışqıraraq otağa soxuldu.

Bayaq gördüyü ahıl qadın kresloda oturmuşdu. O, tələsik qəzeti tullayıb xələtini çənəsinə çəkdi.

– Nə olub? – qadın qorxa-qorxa almanca soruşdu.

Peynter onun yanından keçib pəncərəyə tərəf getdi.

– Boş şeydir, narahat olmağa dəyməz.

O, pəncərəni açdı. Pəncərənin layı yenə də elə qalxdı ki, ora-dan yalnız başını çıxara bildi. Peynter aşağı baxdı. “Linkoln” düz onun aşağısında dayanmışdı. Limuzinin arxa qapısı çırpıldı. Atəşlər açıldı. Güllələr avtomobilin cinahlarına batdı. Maşın zi-rehli idi (amerika istehsalı olan əsl tank kimi). Təkərlər yanmış rezindən çıxan tüstü şahını tullayıb zingildədi.

Peynter geri çəkilib pəncərəyə topa bənzəyən bir qurğu sox-du. Qumbaranın işləmə düyməsini basıb, gecikməməsi üçün dua edərək, var gücü ilə aşağı tulladı.

“Linkoln”un çarxları asfaltla birgə qoşquya daxil oldu, bu-nunla da cingiltinin səsi kəsildi. Peynter xəyalən ulu babalarının ruhuna dua ilə müraciət etdi. Elektromaqnit qumbarasının fəaliyyət radiusu cəmi iyirmi mil idi. Peynter nəfəsini kəsdi. Köhnə atalar sözündə deyildiyi kimi “Yalnız əl qumbarası və ya çəkmə ilə o halda düşmənə kifayət qədər yaxınlaşmaq olar.

Nəhayət, boğuq alqış səsi gəldi. Görəsən hədəfə dəydimi? Peynter saxladığı nəfəsini buraxıb yenə də başını pəncərədən çıxardı. Bu vaxt “Linkoln” qüllənin döngəsindən burulurdu. An-caq limuzin döngəni rəvan formada dönmək əvəzinə, yöndəmsiz halda fırlanıb cərgə ilə parklanmış avtomobillərlə toqquşdu. “Linkoln” kapotu ilə avtomobillərin birinə girib yerində qaldı. Formalı mühafizəçilər cəld küçəyə çıxıb cərgədən çıxan maşını dövrəyə aldılar.

– Nə baş verir?– ahıl alman qadın təkrar etdi.

Peynter geri dönüb cəld qapıya tərəf yönəldi.

– Heç, mən sadəcə zibil atdım.

O almancanı çin dili kimi mükəmməl bilməsə də, qadın onu anlaya bildi. Peynter dəhlizdən liftin önündəki meydançaya qaçdı. Çəkməsini çıxarıb liftin qapısını boşaldaraq birinci mərtəbənin düyməsini basdı.

Elektromaqnit qumbarası Çjana qaçmağa imkan vermirdi, amma bununla belə, o, yəqin ki, kompüterdən bütün informasiyaları, silərək tədqiqatın nəticələrini məhv etmişdi. Bu, Peynteri çox da narahat etmirdi.

O, mütləq Kassandranı görməlidir!

Kabinənin qapıları açılan kimi, Peynter oyun zalına qaçdı. Orada ümumi çaxnaşma hökm sürürdü. Atışma diqqətdən kənarda qalmasa da, oyun avtomatlarının qarşısında sakitcə oturub inadla düymələri basmağa davam edənlər də vardı.

Peynter şimal girişinə tərəf qaçaraq bir neçə zəncirli halqaları öz vəziqəsini göstərərək keçə bildi və nəhayət təhlükəsizlik xidməti rəisinin ona əl yelləməsini gördü. Con Fenton Peynteri küçəyə çıxardı. Vestibüldə dağınıqlıq hökm sürürdü. Ayaq altında sınmış şüşə xırçıldayır, havada barıt qazının kəskin qoxusu qalırdı.

– Maşının dağılması mənə aydın deyil, – Fenton söylədi. – Amma buna baxmayaraq, bu bizimçün xeyirli oldu.

– Burada məsələ bəxtin gətirməyində deyil, – Krou cavab verdi və elektromaqnit qumbarasından qısaca danışıb yekunlaşdırdı – Belə çıxır ki, bu gün qonaqlar avtomobillərini işə salanda kiminsə problemi yaranacaq. Və birinci mərtəbədə yəqin ki, bir neçə televizor sıradan çıxıb.

Peynter küçəyə çıxarkən, yerli təhlükəszilik xidmətinin hadisələrin gedişatını artıq öz əlinə aldığını gördü. Polislərin bir neçə tünd-boz maşınını köməyə gəlib çatdı.

Peynter ətrafa göz gəzdirdi. Çjanın cangüdənləri əlləri boyunlarının ardına qatlanmış halda diz üstə çökmüşdülər. Yerdə təhlükəsizlik xidmətinin əməkdaşlarının gödəkcələri ilə örtülmüş iki meyid vardı. Hər ikisi kişi idi. Peynter onlara yaxınlaşıb gödəkçələrin birini qaldırdı. Onun altında daha bir cangüdən vardı. Üzünün yarısı güllədən dağılmışdı. İkincini yoxlamağa ehtiyac yox idi. Peynter Çjanın laklı çəkmələrini tanıdı.

– Özünü vurub, – polis və mühafizəçi qrupunun içində tanış səs gəldi. – O, bizim əlimizə keçməkdənsə, ölməyi üstün tutdu.

Peynter çevrilib ona tərəf gələn Kassandranı gördü. Onun solğun üzündə utancaq bir təbəssüm oynayırdı. O, köynək geyməmişdi, yalnız lifçikdə idi. Sol çiyni qalın tənzif layı ilə sarınmışdı. Kassandra yerdəki qalın çamadana –Çjanın noutbukuna sarı əyildi.

– Beləcə, bütün informasiyalar itdi, – Peynter qeyd etdi. – Onu elektromaqnit impulsu yox etdi.

– Ola bilsin ki, yox, – Kassandra gülümsədi. – Çemodan Fradeyin mis toru ilə təchiz edilib. Buna görə də, ola bilsin ki, o, elektromaqnit impulsların təsirindən qorunur.

Peynter yüngül nəfəs aldı. Əgər informasiya sağ-salamatdırsa, o zaman ümid var. Amma, parolu öyrənmək nəsib olacaqmı? O, Kasaandraya sarı bir addım atdı. Qız sevincək gülümsündü. Peynter tapançasını çıxarıb onu gənc qadının alnına dayadı.

–Peynter, sən nə edirsən? – qız geriyə atıldı.

O, silahın lüləsini qızın başına tuşlamış halda onun ardınca gedirdi.

– Giriş parolunu de!

Fenton onlara yaxınlaşdı.

– Kommander Krou…

– Mane olmayın, – Peynter onun sözünü kəsdi.

Onun bütün diqqəti Sançesə yönəlmişdi.

– Çjan və onun dörd cangüdəni. Onlar hamısı buradadır. Əgər bizim Çjanı izlədiyimiz ona məlum olsaydı böyük ehtimalla o, öz rabitəçisini xəbərdar edərdi. Onlar missiyanı sona qədər aparmaq üçün hamısı birgə qaçmalı idilər.

Kassandra başını çevirib yerə uzadılmış meyitlərə baxmağa cəhd etmək istədi, lakin, Peynter tapançanın lüləsi ilə onu saxladı.

– Yəni, sən düşünürsən ki, bunu mən etmişəm? – o, əsəbi hada güldü.

Peynter tapançanı onun başından ayırmadan boş əli ilə meyitləri göstərdi.

– Mən qırx beşinci kalibrdən olan tapançaların işlərini tanıyıram. Səninkilərdən olanı.

– Onu Çjan geri aldı. Səndə təqib maniyası var. Mən…

Peynter əlini cibinə salıb ona liftin kabinəsində aşkar edilmiş dinləmə qurğusunu göstərdi. Kassandra nəzərini ondan çəkib, gərginləşdi.

– Kassandra, bunun üzərində qan yoxdur. Bir damcı belə. Belə çıxır ki, sən onu implantasiya etməli olduğun halda etməmisən.

Onun siması bir anda sərtləşdi.

– Giriş parolu, Kassandra.

O, soyuq və yad nəzərlərini Peynterin üzərinə saldı.

– Sən bilirsən ki, mən bacarmıram

Peynter qadında köhnə ortağının üz cizgilərini axtardı və indi ona çox yad gələn bu simaya diqqət yetirdi. Kassandranın üzündə nə abır, nə də günahkarlıq vardı. Yalnız qətiyyət. Peynterinsə onu sındırmaq üçün nə gücü, nə də vaxtı vardı. O, başı ilə Fentona işarə etdi.

– Adamlarınıza deyin, onu qandallasınlar. Gözünüzü də ondan çəkməyin.

Peynter çamadanı yerdən götürüb uzaqlaşdı.

– Peynter, sən təhlükəli dəryada üzürsən. Akulalarsa, ətrafda halqanı daraldaraq qaynaşırlar.

O, Kassandraya heç bir əhəmiyyət vermədən şimal çıxışından keçib getdi. Yalnız etiraf etmək qalırdı: Onun qəti şəkildə qadınlardan heç bir anlayışı yoxdur.

Peynter binaya girməyə macal tapmamış, onun yolunu başında şerif şlyapası olan hündür bir kişi kəsdi. Bu, yerli polislərdən biri idi.

– Kommander Krou?

– Bəli, nə olub?

– Sizə təcili zəng var.

Peynter qaşlarını çatdı.

– Kim?

– Admiral Rektor, ser. Siz onunla maşında radiotelefonla danışa bilərsiniz.

– Peynter üz-gözünü turşutdu. “Pələng” ləqəbli admiral Toni Rektor DARPA-nın direktoru, oranın ən böyük rəhbəri idi. Hələ indiyə qədər Peynterə onunla şəxsən görüşmək nəsib olmamışdı. O, yalnız əmrlərdə və xidməti sənədlərdə Rektorun imzasını görmüşdü.Yəni, bugünkü uğursuzluğun sorağı Vaşinqtona qədər gedib çıxıb?

Hindli polis Peynteri damlarında parlaq mayakların yanıb-söndüyü boz polis maşınlarından birinə apardı. Krou dəstəyi gö-türdü.

– Kommander Krou eşidir. Buyurun, cənab.

– Kommander, təcili Arlinqtona geri qayıdın. Sizin üçün vertolyot göndərilib.

Sanki, onun sözünə qüvvət olaraq, uzaqdan motor uğultusu eşidildi.

Admiral Rektor davam etdi.

– Sizi kommander Cayls əvəz edəcək. Onu işin mahiyyəti ilə tanış edərsiniz. Dalles aeroportuna enəndə, mənimlə əlaqə saxlayarsınız. Sizi orada maşın gözləyəcək.

– Oldu, ser. – Peynter cavab versə də, artıq, əlaqə kəsildi.

O, maşından düşərək meşəli təpələrin, onun ulu babalarının torpaqlarının üstündən rəvan şəkildə uçan boz-yaşıl vertolyota diqqətlə baxdı. Onu xoşagəlməz bir duyğu bürüdü. O hiss ki, onun atası bunu “ağ gözlərin qorxusu” adlandırırdı. Admiral Rektorun təcili çağırışı nə cür izah oluna bilər? Bu nə fövqəladı vəziyyətdir? İradəsindən savayı onun qulaqlarında Kassandranın qabaqcadan xəbər verdiyi nəhs spzlər səsləndi: “Peynter, sən təh-lükəli dəryada üzürsən. Akulalarsa, ətrafda halqanı daraldaraq qaynaşırlar”.

3

14 noyabr, Qrinviç vaxtı ilə 17:05

London, İngiltərə

– Bura! Mən nə isə tapmışam.

Safiyə çevrilib mütəxəssislərdən birinin metalaxtaran alətlə öz yoldaşını yanına çağırdığını gördü. Yenə nə baş verib?

Kişilər kiçik tunc heykəllərin qalıqlarını, ətirli maddələri yandırmaq üçün istifadə olunan çuqun qabları və mis sikkələri kənara səpələməyə başladılar. Safiyə suyun içində yeriyərək, bu tapıntıya baxmaq üçün onlara yaxınlaşdı. Bu, nəsə əhəmiyyəti bir şey ola bilərdi. Qalereyanın o biri başındakı qapılarda səs eşidən Kara göründü və kiçik qrupa qoşuldu.

– Siz nə tapmısınız? – Kara sakit, amma amirənə səs tonuyla soruşdu.

– Cavab verməyə çətinlik çəkirəm, – əllərində metalaxtaran alət tutmuş mütəxəssis başını yelləyib izah etdi. – Ancaq, mən çox güclü siqnalı qeydiyyatdan keçirirəm.

–Meteorit parçası?

–Dəqiq deyə bilmərəm. Məncə bu daş qaymanın altındadır.

Safiyə beli üstə yıxılmış “daş qaymanın” gövdəyə bənzədiyini, onun aşağı hissəsinin qumdaşından ibarət oduğunu gördü. Partlayışın onun başını və yuxarı hissəsini qoparmasına baxmayaraq, Safiyə bu heykəli tanıya bildi. İnsan boyu qədər hündürlüyü olan bu heykəl bir vaxtlar Salaladakı sərdabənən girişini qoruyurdu. O, İsa peyğəmbərin mövludundan iki yüz il əvvəl hazırlanmışdı. Heykəl çiynində hansısa uzun bir əşya olan kişini təcəssüm etdirirdi. Kimsə bu predmetin silaha bənzədiyini ehtimal edirdi, halbuki bu, dəfn şamdanı idi və mərsiyə deyənlər bunu çiyinlərində gəzdirirdilər.

Heykəlin məhv olunması böyük itgi idi. İndi ondan yalnız bədən gövdəsi və ayaq qalıqları qalmışdı. Partlayış vaxtı temperatur o qədər yüksək idi ki, qumdaşı ərimişdi. Onun üst hissəsi bərk şüşəli qabıqla örtülmüş.

Dağıdılmış heykəlin ətrafına Karanın komandasının qırmızı maskalı üzvləri yığıldılar. Açılış etmiş kişi metaldetektoru ilə zə-dələnmiş heykəli göztərdi.

Bu daş qayanı bir kənara yuvarladıb onun altında nə ol-duğuna baxmaq lazımdır.

– İş başına, – Kara razılıqla başını yellədi. – Bizə kiçik linglər lazım olacaq.

– İki fəhlə toplanmış alətlərə tərəf tələsdi. Safiyə heykəlin qa-bağını kəsərək qabağa irəlilədi.

– Kara, dayan. Məgər sən bu heykəli tanımadın?

– Sən nə demək istəyirsən?

Diqqətlə bax. Bu, sənin atanın aşkar etdiyi heykəldir. O heykəl ki, Salaladakı sərdabənin girişində yerdə idi. Biz xilas ola biləcək hər şeyi xilas etməyə çalışmalıyıq.

– Mənim vecimə də deyil. – Kara rəfiqəsinin dirsəyindən tutub uzaqlaşdırdı. – İndi ən mühüm şey atamın başına gələnlərinin səbəbini tapmaqdır.

Safiyə inadla öz dediyinin üstündə durdu.

– Kara, məgər sən bunun, sənin atanın ölümünə bir aidiyyatı olmasını düşünürsən?

Kara əlini yeləyib lingi olan fəhlələrdən birini çağırdı.

– Birini verin!

Safiyə yerində donub qaldı. O, qalereyanın başqa zallarına nəzər saldı və onları tamamilə başqa aləmdə gördü. Doğrudanmı bu kolleksiyalar, onun bütün işləri, illərin zəhməti Kara üçün yalnız Recinald Kensinqtona olan memorialdan ibarət idi? Amma əslində, Kara özünəməxsus eksperiment etmək istəyirdi. O, təd-qiqatın bütün nəticələrini bir yerə toplayıb neçə illər bundan qa-baq səhrada atasının başına məhz nə gəldiyini müəyyən etmək is-təyirdi.

Safiyə rəfiqəsinin gənc vaxtlarında göz yaşlarına qərq olaraq ona bir əhvalat danışmasını xatırladı. Kara onun atasını hansısa bir fövqəltəbii qüvvənin məhv etdiyinə əmin idi. Safiyə təfsilatı ilə xatırlayırdı.

Nəsnaslar… Kimsəsiz səhralarda məskunlaşan kabuslar.

Yeniyetməlik dövründə, o, Kara ilə bu mövzuya aid olan bütün əfsanələri tədqiq edirdi. Onlar sirli nəsnaslar haqqında mümkün qədər çox məlumat əldə etməyə səy göstərirdilər. Rəvayətlərə görə, bu, qədim zamanlarda səhranın düz ortasındakı böyük şəhərdə məskunlaşmış insan ruhlarıdır. Bu şəhər rəvayətlərdə müxtəlif adlarda verilirdi: İram, Vabar, Ubar, “Min kolonna şəhəri”. Onun məhv olmasına Quranda, “Min bir gecə” nağıllarında, Makedoniyalı İsgəndərin yürüşlərinin təsvirində rast gəlmək olar. Bibliyada adı çəkilən Nuhun kötücələri tərəfindən salınan və əhalisi ağla gələn bütün peyğəmbərlərə tabe olan Ubar şəhəri tez bir vaxtda varlı və əxaqsız bir şəhərə çevrilir. Şəhərin hökmdarı Hud adı peyğəmbərin xəbərdarığına heç bir məhəl qoymadığına görə, Allah bu şəhəri yer üzündən silib, qumluqda izini itirdi ki, bu şəhəri daha heç kim görməsin. Cansız səhrada dəfn olunmuş Ubar qurudakı Atlantidaya çevrildi. Şəhərin qum atında indiyə qədər mövcud oduğunu təsdiq edən əfsanələr yaranmışdı. Şəhər ölülərin kabusları tərəfindən məskunlaşıb, əhali daşa dönərək donub, şəhər ətrafında isə kinli cinlər və fövqəladə qüvvəyə malik olan daha iyrənc nəsnaslar dolaşır.

Safiyə əmin idi ki, Kara lap çoxdan, ələxüsus istintaqın onun atasının ölümünün qəflətən qumluqda açılan karst qatının qırılması nəticəsində baş verməsi qərarına gədikdən sonra bütün əfsanələri uyudurma hesab edərək beynindən çıxarmışdı. Xüsusilə, istintaq onun atasının ölümünün qumda qəflətən açılan karst qatının parçalanmasına görə baş verdiyi qənaətinə gələn. Bu qəbildən olan ölümcül tələlər bu yerlərdə mütəmadi baş verirdi. Hərdən onların qurbanları heç nədən şübhələnməyən səyahətçilər və hətta yük maşınları da olurdu. Səhranın bünövrəsinə başlıca olaraq əhəngdaşları, çoxdan yeraltı sularla yuyulmayan mağaralar və tunellər xidmət edir. Onlar bir qayda olaraq Karanın təsvir etdiyi təzahürlərlə – səhranın üzərinə qalxan böyük dirəklə fırlanan toz qatının müşayiət olunaraq vaxtaşırı dağıntılara məruz qalırlar.

Kara səbirsiz halda ling götürüb darmadağın edimiş heykələ yaxınlaşdı. Görünür, geoloqların o vaxtkı izahı onu razı salmamışdı. Safiyə Kara üçün əsl maniyaya qədər yüksələn qədim Ərəbisatana olan aludəsini hesaba alaraq, bütün bunları anlamalı olduğunu düşünürdü. Rəfiqəsi keçmişə nüfuz etmək üçün, bütün dövrlərə aid mümükün qədər daha çox tarixi yadigarlar yığmaq üçün milyardlar xərcləmişdi. Kara bu məqsəd üçün ən yaxşı mü-təxəssisləri cəlb etmişdi.

Safiyə öz həyatının hansı hissəsinin boş yerə bu sərsəm niy-yətlər naminə xərcləndiyini təxmin edərək gözlərini bağlamışdı. O, təhsilini hansı istiqamətdə davam etdirəcəyini seçərkən Kara ona hansı təzyiqləri göstərmişdi? Kara buradakı – muzeydəki tədqiqat işlərinə necə təsir göstərmişdi? Safiyə bu işlərdən baş açmaq üçün çox vaxt lazım olduğunu anlayaraq başını silkələdi.

Safiyə gözlərini açaraq heykələ tərəf yeriyib onun qarşısını tutdu.

– Mən sənə heykəli linglə xarab eləməyə imkan vermərəm.

Kara rəfiqəsini kənara çəkdi. Onun səsi mülayim və düşüncəli idi.

– Əgər orada meteorit qırıntısı varsa, o zaman onu tapmaq vacibdir və buna görə də qırıq heykələ bir neçə cızıq salmaq da olar.

– Kim üçün vacibdir? – Safiyə rəfiqəsinin bu sakitliyini təqlid etməyə çalışdı, halbuki, onun sualı daha çox ittihama kimi səsləndi. – O vaxtdan indiyə qədər Ərəbistandan yalnız bir qisim heykəl qalıb və bu da onlardan biridir. Hətta zaman tərfindən şikəst edilsə də, o dəyərini itirib. Sənsə onu məhv etmək istəyirsən.

– Meteorit…

– Gözləyər – Safiyə öz havadarını dayandıraraq, sözünü kəsdi. – Uzaq başı heykəli ehtiyatla bir kənara qoymaq olar.

Kara hətta kişiləri belə sındıra biləcək polad baxışlarını ona çevirdi. Safiyə özünü saxlaya bildi, çünki, onu uşaq vaxtından tanıyırdı. O, rəfiqəsinə tərəf addımlayıb əlindən lingi aldı və onun əllərinin əsdiyini görüb heyrətləndi.

– Mən sənin nəyə ümid etdiyini bilirəm, – Safiyə pıçıldadı.

Onların ikisinə də ingilis arxeoloqu tərəfindən tapılan möcüzəli formada olan diz üstə çökmüş dəvəyə bənzəyən meteoritin tarixi məlum idi. Guya məhz bu dəvə qumda basdırılmış Ubar adlı itgin şəhərin girişini qoruyurdu. Və indi meteorit qəribə bir şəraitdə partlamışdı.

– Hansısa bir əlaqə olmalıdır – Kara bir qədər əvvəl söylədiyi öz sözlərini təkrar edərək öz-özünə dedi.

Safiyə öz rəfiqəsinin ümidlərini dağıtmaq üçün yalnız bir yol bilirdi.

– Sənə Ubarın artıq tapıldığı məlumdur. O, susaraq Karanın onun sözlərini dərk etməsi üçün imkan yaratdı.

1992-ci ildə əfsanəvi şəhər həvəskar arxeoloq Nikolas Klepp tərəfindən torpağın üst qatını işıqlandırmağa malik olan sputnikli lokatorun köməyi ilə aşkar edilmişdi. Eramızdan təxminən doqquz yüz il əvvəl bu yerlərdə az sayda olan quyulardan birinin yanında əsası qoyulmuş bu qədim şəhər “Ətir yolunun” üstündə yerləşən və Omanın sahil kənarındakı dağlarındakı oazisləri şimaldakı varlı şəhərlərlə əlaqələndirən yükboşaltma məntəqəsi idi. Əsrlər boyunca Ubar böyüyüb, çiçəklənirdi. Ancaq, elə bir gün gəldi ki, şəhərin yarısı nəhəng karst təbəqəsinin qırılması nəticəsində yerlə-yeksan oldu və bundan sonra salamat qalmış mövhumatçı sakinlər Ubarı tərk etdi və qumlar şəhəri uddu.

Ubar adi bir ticarət şəhərindən artıq bir şey deyildi – Safiyə davam etdi.

Kara başını yellədi, ancaq Safiyə rəfiqəsinin onun son təsdiqi ilə razılaşmadığını, yaxud da özünü həqiqəti qəbul etməyə məcbur etdiyini müəyyən edə bilmədi. Safiyə Kleppin bu kəşfini biləndə Karanın necə vəcdə gəldiyini xatırladı. Dünyanın bütün qəzetləri onun haqqında kəskin başlıqlarla aləmə car çəkmişdilər: “Qeyb olmuş əfsanəvi şəhər Ərəbistanda aşkar edilib!” Kara hər şeyi öz gözləri ilə görmək və şəxsən qazıntılar prosesində iştirak etmək üçün Omana tələsdi. Safiyə qeyd etdiyi kimi, iki illik iş ərzində yalnız gildən düzəlmiş saxsı qırıqları və mətbəx ləvazimatlarının aşkar olunmasıyla, karvan yolunun üstündə yerləşən qədim şəhərin başlı-başına qalmış yükboşaltma məntəqəsindən artıq bir şey olmaması məlum olmuşdu və bundan sonra ona maraq itmişdi. Nə saysız-hesabsız sərvət, nə də qara kabuslar, qalan yalnız dirilərə əzab verən ağrılı xatirələr idi.

– Ledi Kensinqton, – güclü siqnalı birinci aşkar edən metalaxtaran aləti olan mütəxəssis yenidənə danışmağa başladı – mümkündür ki, doktor Əl-Məaz doğru deyir və bu lənətə gəlmiş bu əşyaya əl vurmaq lazım deyil.

Qadınlar böyrü üstə düşmüş heykələ tərəf çevrildilər. Mütəxəssislər öz metalaxtaranlarını iki tərəfdən onun yanına qoydular. Alətlər mehribancasına cingildədilər.

– Mən səhv etmişəm – birinci mütəxəssis davam etdi. – Mənim aşkar etdiyim siqnalın mənbəyi daşın altında deyil.

– O zaman o haradadır? – Kara əsəbi hada soruşdu.

İkinci mütəxəssis cavab verdi.

– O, daxildədir.

Yaranan heyranedici sakitiyi birinci Kara pozdu.

– Daxildə?

Bəli, mem. Mən üzr istəyirəm. Pelenqi iki metalaxtaranın arasından götürmək dərhal ağlıma gəlməmişdi. Mən daşın içində nəyinsə ola biləcəyini hec cür ehtimal etmirdim.

Safiyə irəli addımladı.

–Güman ki, bu, sadəcə xalis dəmirin təsadüfi səpələnməsidir.

– Yox, əgər bizim alətərin göstəricilərinə ehtimal etsək, siqnal çox güclüdür

– Dərhal heykəli sındırmaq lazımdır – Kara dedi.

Safiyə qaşqabağını saladı. Lənətə gələsən! O, heykəlin önündə diz üstə çökdü.

– Mənə fənər lazımdır.

Karanın komandasının bir üzvü ona fənər verdi.

– Sən neyləmək fikrin var? – Kara səbrsiz hada soruşdu.

– İçəri baxmaq.

Safiyə ovcunu partlayışın istisindən ərimiş heykəlin üzərinə çəkdi. Qumdaşı şüşəyə çevrilmişdi. Gənc qadın fənərin lampasını heykəlin ağır gövdəsinin aşağısına qoyub onu söndürdü.

Həmin anda heykəlin şüşəyə dönmüş üst hissəsi bütövlükdə işıqlandı. Tutqun və tünd qabığı arasından anlaşılmaz detallar göründü. Safiyə qeyri-adi bir şey görmədi, hərçənd şüşə cəmisi iki düym qalınlığında idi.

Kara Safiyənin yanında əyilib çiyni üzərindən boylandı və ah çəkdi. Onların axtardığı daş qaymanın dərinliyində olmalıydı.

–Nə olub? – Safiyə fənəri yığışdırmağa başlayaraq soruşdu.

– Dayan, – Kara onu saxladı. – Orta hissəni işıqlandır.

Safiyə itaətkarlıqla şüanın işığını düz gövdənin ortasına saldı.

Dərinlikdə, şüşənin daşa çevrildiyi yerdə gizlənmiş yerdə bir kölgə, tünd laxta göründü. Şüanın işığında laxta tünd-qırmızı rəngdə parıldayırdı. Onun formasını – xüsusilə də sinəsinin hansı yerində olduğu nəzərə alınsa heç nə ilə dolaşıq salmaq olmazdı.

– Bu, ürəkdir. – Kara pıçıldadı.

Rəfiqəsindən heç də az heyrətə düşməyən Safiyə geri sıçradı.

– İnsan ürəyi…

* * *

Saat 20:05

Kara Kensinqton bir neçə saat keçdikdən sonra Yaxın Şərqin qədim tarixi şöbəsinin yaxınlığında yerləşən, xidmət personalına aid olan tualet otağında dayanmışdı.

Hə, indi daha birini…

Gənc qadın ovcunda bir narıncı həb silkələdi. Addera –tərkibində iyirmi milliqram amfetamin olan və tonus fəaliyyətini gücləndirən bu güclü vasitə həkim resepti ilə buraxılır. Kara həbi əlində ölçüb-biçdi. Bu kiçik həbə necə də qüvvətli təsir yeridilib?! Ancaq, indi deyəsən bu da kifayət etməyəcək. Kara bunu düşünərək ikinci həbi də sikələdi. Əvvəl-axır, dünən gecə o gözünü də yummamışdı, qarşıda isə çox iş vardı. Kara həbi ağzına qoyub başını geriyə atdı. Həbi su içmədən udduqdan sonra güzgüdə öz əksinə baxdı. Üzü qızardı, bəbəkləri genişləndi. Kara əlini saçlarında gəzdirib onları hansısa formaya salmaq üçün çırpmağa başladı. Heyhat!

O, əlüzyuyana əyilib soyuq suyu açdı və bacardıqca dərindən nəfəs almağa cəhd edərək ovuclarını isladıb yanaqlarına sıxdı. Onu Bekxitdəki ata-baba malikanəsindəki çarpayıdan qaldıran gözləniməz zəngdən sanki saatlar yox, günlər keçmişdi. Partayış haqqında eşidən Kara cəd limuzinə tərəf cumdu. Sürücü gecə vaxtı tufanlı havada onu boş küçələrlə Britaniya muzeyinə gətirib çıxardı.

– İndi nə olacaq?

Bütün bu nəhayətsiz və uzun gün ərzində müxtəlif istintaq briqadaları qalereyadan cürbəcür dəlillər – kömürlənmiş ağaclardan nümunələr, plasmas, metallar və hətta sümüklər tapmışdılar. Nəhayət yanmış zibillik qalağının içindən şlak qatı ilə örtülmüş bir neçə meteorit qırıntıları çıxarıldı. İlkin versiyalara əsasən kürəşəkilli ildırımın elektrik boşalmasından xalis dəmirin dərinliyində yerləşən hansısa uçan komponentlər alovlandı. Ancaq, hələ ki, heç kim bu komponentlərin nə olduğunu ehtimal etməyə cürət etmirdi. Sonrakı tədqiqatlar həm İngiltərədə həm də onun hüdudlarında davam edəcək.

Kara məyusluğunu gizlədə bilmədi. Monitorda şar ildırımının parlayan kürəsinin videomüşahidəsini görüb atasının elektrik boşalmasının qığılcımlanan burulğanla əhatə olunmuş toz buludunda qeyb olduğu günü xatırladı. İndi partlayış və daha bir ölüm. Gənc qadın keçmişlə indiki aman arasında hansısa əlaqənin olmasına şübhə etmirdi. Ancaq hansı? Doğrudanmı, o ötən illərdə tez-tez olduğu kimi yenə çıxılmaz vəziyyətə düşüb?

Qapının döyülməsi Karanı güzgüdə özünü süzməsindən ayırdı.

– Kara, biz tədqiqatlara başlamağa hazırıq.