Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 7

Yazı tipi:

Nəticədə İlk Türklər bugünkü Monqolustanda yerləşən Ötükən-Orhun vadisini və Altayları özlərinin müqəddəs Ana yurduna çevirmişdilər. Çin qaynaqlarında bəhs olunan Su, Çu və Çou kimi Ön Türk boylarından sonra bu salnamələrdə adları çəkilən və Çin dövləti ilə daima mübarizə şəraitində olan Hyunq-nular və ya Böyük Hun imperatorluğudur. Çin salnamələri Göy Türk dövlətinin qurucuları olan Aşina boyunun kök etibarı ilə Su və Hyunq-nulara aid olduqlarını yazırlar. (Reha Oğuz Türkkan. Türkler, cilt 1, 2002, Səh. 602)

Klaprot, Vamberi, Radlov, Ramşted, Viedeman, Karsten kimi bilim adamları Türkləri monqoloid irqinə aid edərək onların Altay dağlarından şərqdəki hətta Baykal gölündən monqolların vətəni olan Qobi səhrasına qədərki ərazilərdə təşəkkül tapdıqlarını iddia edir və Ural-Altay nəzəriyyəsini qəbul etmirlər.

Ural-Altay nəzəriyyəsi tərəfdarları isə Türklərin avropoid antropoloji tipinə mənsub olduqlarını və onların Altay dağlarında deyil, Altay və Ural dağları və Aral gölü arasındakı ərazidə təşəkkül taparaq tarixin sonrakı mərhələsində şərqdən gələn monqoloid irqinə mənsub insanlarla yüz illər ərzində davam edən ünsiyyət və qaynayıb qarışma nəticəsində türklərin yalnız bir qismində monqoloidliyin formalaşdığı fikrini müdafiə edirlər. Bu tezisin ən önəmli müdafiəçisi macar Qyula Nemetdir.

L.Rasonyi də Türklərin ana yurdunun Ural və Altay dağları arasındakı düzənlik olduğu tezisini müdafiə edir. (Laslo Rasonyi. Türkler. cilt 1, Səh. 494–498)

Z.V.Toğanın da fikrinə görə “Türkün vatanı Orta Asiya, daha doğrusu Türkün ana vətəni Tyanşanın qərb ve şimal yamacları ilə Aral gölü məntəqəsidir. V.Koppers də bu fikre meyl etmektedir”. (Z.V.Toğan. 1981, Səh. 11)

Elmdə Mauvərünnəhr adlanan Amudərya və Sırdərya İkiçay arası ərazilər Türk tarixində Altaylar və Tanrı dağları qədər önəmli rol oynayaraq Mərkəzi Asiyadakı tarixi Turan ölkəsinin mərkəzini təşkil etmiş və sonrakı dövrlərdə tarixi ədəbiyyatda Türkistan adı ilə ifadə olunmuşdur.

Beləliklə, Türklərin törəyiş yeri və ya ilkin vətəni haqqında elmdə ən çox rəğbət görən nəzəriyyə ayrıca götürülmüş Altay nəzəriyyəsi deyil, Ural-Altay nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə ön türklərin və bütövlükdə turanlı xalqlarının ilkin vətəni Güney Sibirin Ural və Altay dağları və Aral gölü arasındakı ərazidir.

Türk arxeoloqu və tarixçisi Semih Günəri son dövrlərin arxeoloji və genetik araşdırmaları nəticəsində əldə edilən elmi dəlillərə əsaslanaraq Türklərin etnogenezini və onların dünyaya yayılma prosesini özündə əks etdirən yeni bir Türk-Altay tezisi irəli sürmüşdür.

S.Günəri Ural-Altay tezisinin özünə məxsus yeni bir dəyişik variantına uyğun olaraq Türk dilinin ən arxaik şəklini danışan xalqların ana yurdlarının Yenisey-Lena həyat alanı, quzeydə Anqara çayı və güneydə Baykal gölü arasındakı ərazini əhatə etdiyini yazır. Onun Türk-Altay adını verdiyi tezisə görə Türk dilli xalqlarının öz ana yurdları Yenisey-Lenadan köçərək dünyaya yayılmaları dörd mərhələdə gerçəkləşmişdir. İlk köç hərəkətinin hipotetik, yəni tamamilə bir fərziyyədən ibarət olduğu halda, digər üç köç dalğasının gerçəkləşməsini isə konkret arxeoloji dəlillərlə izləmək mümkün olmuşdur.

Paleolit-Mezolit dövründə baş verən birinci dalğa köçləri üç istiqamətdə baş vermişdir. Batıya doğru yönələn köçlər Yaxın Şərqi, doğuya doğru yönələn köçlər Uzaq Şərq və Quzey Amerikanı, güneye doğru yönələn köçlər Çinin quzeyini və Hind çayı vadilərini hədəf götürmüşdülər. Bu köçləri genetik araşdırmaların sonucları, mikrodilqi daş alətlərin Altay mədəniyyəti coğrafiyasından dünyaya yayılması ilə əlaqədar araşdırmaların nəticələri və dilə dair bəzi hipotetik fərziyyələrə əsaslanaraq izləmək mümkün olmuşdur. Bu mədəni qruplar e.q. 12000-ci illərdə Yenisey-Lena hövzəsini tərk etdikləri təxmin olunur.

Yenisey-Lena mənşəli Yaxın Şərq mədəniyyətlər topluluğunu təşkil edənlər Sumer, Mari, Elam, Hatti, Hurri, Hiksos, Kassi, Luristan dəmirçiləri qrupudur. Yaxın Şərqin oturaq mədəniyyətinə mənsub bu mədəniyyətlərin köklərində açıq şəkildə heyvandar köçəriliyi, yarım köçəriliyi, dillərində isə iltisamlı-bitişik xarakteri təsbit etmək mümkün olmuşdur.

Altaylarla Anadolu arasında baş verən ilk köçlər iki istiqamətdə gerçəkləşmişdir. Batıya doğru hərəkət edənlər Altaylardan Xəzərin quzeyi isiqamətindən Anadolu və Mesopotamiyaya doğru istiqamətlənmişlər. Xəzər dənizinin güneyi tərəfdən baş verən köç ilkin və daha qədimdir. Bu istiqamətdə baş verən köç Sumer, Mari və Elam kimi üç ana mədəniyyətin təməlini təşkil edən qruplardır. Hiksos, Kassi və Luristanın dəmirçiləri kimi digər mədəniyyətlər üç ana mədəniyyətin içərisindən ayrılmışlar. İkinci köç Xəzərin quzeyindəki bozqır üzərindən baş vermişdir. Bu istiqamətdə miqrasiyanı həyata keçirənlər Hatti və Hurri xalqlarının ataları idilər. (Semih Güneri. 2018, Səh. 705)

Müasir dövrün genetik araşdırmaları və arxeoloji qazıntılar nəticəsində aşkar edilən dəlillər Türklərin ana yurdu olaraq Ural-Altay nəzəriyyəsinin elmi gerçəkliyə daha uyğun olduğunu sübut edir.

Sovet dövrünün rəsmi tarixşünaslığında “iranizm” konsepsiyası hakim mövqeyə malik idi. Sovet-kommunist ideologiyasının tərkib hissəsini təşkil edən bu konsepsiya Türklərin əleyhinə olub onların qədim tarixini saxtalaşdırmağa yönəlmişdi. Arxeoloji, antropoloji və linqvistik faktlara məhəl qoymayan bu konsepsiyaya görə Sibir, Qazaxıstan və Orta Asiya irandilli xalqların qədim dövrlərdən etibarən məskunlaşdıqları ərazilər olmuş və sonradan türklər Altay dağları tərəfdən gələrək yerli iranlı xalqları türkləşməyə məruz qoymuşlar. Bu tezisi ortaya atmaqda əsas məqsəd özlərini hind-avropa və ya ari irqinə aid edən Rusiya hakim dairələrinin Türk yurdlarının işğalına haqq qazandırmaq siyasəti durur. İngilisər də Hindistandakı öz işğalçılıq siyasətinə haqq qazandırmaq üçün Hindistanın arilərin vətəni olması haqqında uydurma bir tezis irəli sürmüşdülər.

Müasir rus tədqiqatçı Dmitri Verxoturov türklərin ən qədim dövrlərdə etibarən vətəni olan Sibir ərazisini Sibirin Turanı adlandırır. O Sibirin iranlı-arilərin vətəni olduğu haqqında qərəzli qeyri-elmi iddiaları təkzib edərək yazır: “İranistlər bir ağızdan Sibir, Qazaxıstan və Orta Asiyanı “İran dilli xalqların vətəni” elan edərək e.q. I minilliyin ortalarına qədər bu ərazilərdə irandilli xalqların yaşadıqlarını iddia etməkdədirlər. Əgər “iranistlərin” nəzəriyyəsinə inansaq, onda belə çıxır ki, türklər e.q. I minilliyin ortalarında Altaydan gəlib “iran dünyasını” sürətlə zəbt edərək iranlıları türkləşdirmişlər.

Həm də onlar bunu o qədər məharətlə etmişlər ki, “qədim iran dünyasından” hətta əsər-əlamət və kiçik bir zərrəcik də qalmamışdır. Lakin Altaydan başlayaraq bütün bu bölgələri əhatə edən kurqan altı kərtmə ağac məzarlar, atla birlikdə dəfn üsulu, çöl xalqlarına xas arxeoloji xüsusiyyətlər onların türk xalqları ilə mədəni varislik əlaqəsini sübut edir”. (Верхотуров Д. 2005, Səh. 20)

XIX əsr Avropa tarixçilərinin arxeoloji və linqvistik dəlillərə əsaslanaraq samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə dünyanın ilkin əhalisinin turanlılardan ibarət olduğu və ilkin bəşər mədəniyyətinin turanlı öntürklər tərəfindən yaradıldığı haqqında gəldikləri nəticə müasir dövrdə genetik araşdırmalar nəticəsində də təsdiq olunmaqdadır.

Rus etnoloqu və genetik bilim adamı Anatoliy Klyosov insanların DNK nümunələrinin genetik araşdırmaları əsasında türklərin ilk vətənlərini və onların yer üzərində yayılma arealını müəyyən etmişdir.

Onun gəldiyi nəticəyə görə aqqlütativ dil qruluşuna malik öntürklər və flektiv dil qruluşuna malik hind-avropa ailəsinə mənsub qədim insanlar e.q. I minilliyə qədər Atlantik okeanına qədər olan Avrasiya ərazisində yayılaraq növbə ilə üstünlük əldə etmişlər. Bu qaploqruplara mənsub insan toplumunun hər ikisi də avropoidlər olmuşlar. O türkləri genetik baxımdan R1b, hind-avropalıları isə R1a qaploqruplarına aid edir. Onun yazdığına görə R1b qaploqrupunu təmsil edən öntürklər miladdan 16 min il öncə Güney Sibir ərazisində təşəkkül tapmışlar. Onlar bu ilkin vətənlərindən 8–6 min il öncə orta Volqa və Samara üzərindən qərbə doğru hərəkət edərkən bu ərazilərdə qədim kərtmə kurqan arxeoloji mədəniyyətin əsasını qoymuşlar. Onların digər qolu 5700 və ya 6000 min il öncə Qazaxıstanın quzeyinə doğru hərəkət edərək burda Botay arxeoloji mədəniyyətini meydana gətirmişlər. Öntürklər təxminən 6000–6800 il öncə Qafqaza doğru hərəkət etmiş sonra ordan Anadoluya keçmişlər, 5700 il öncə onlar Ön Asiyada yerləşmiş, ordan isə Afrikanın quzeyi ilə hərəkət edərək Priney yarımadasına keçmişlər. Priney yarımadası və ya İspaniyadan öntürklər təxminən m.ö. 3800 il Böyük Britaniya və İrlandiyaya keçmişlər. Öntürklər Avropa qitəsində m.ö. 4225–4150 il Flandriyada və İsveçdə məskunlaşmışlar. M.ö. 4500–4880 illər arasında öntürklərin R1b qaploqrupunun izləri Balkanlarda və İtaliyada meydana çıxır.

A.Klyosov bir çox bilim adamları kimi hind-avropalıların və öntürklərin təşəkkül tapdıqları ilkin vətənlərinin Cənubi Sibir olduğu fikrini müdafiə edir. Lakin hind-avropalılar öz ilkin vətənlərini tezliklə tərk edərək Avropada məskunlaşmışlar. Onun gəldiyi nəticəyə görə Öntürklərin müntəzəm axınlarla Avropaya daxil olması burda 10000 il öncə təşəkkül tapmış hind-avropa dilli R1a qaploqrupunun daşıyıcılarının öz yerlərini tərk edib təxminən 4800 il öncə, yəni m.ö. 3-cü minillikdə Avropadan Rusiya çöllərinə doğru hərəkət etmələrinə səbəb olmuşdur. 4500–4000 min il bundan öncə R1a1 qaploqrupunun daşıyıcıları olan hund-avropalılar Avropadan yox olmuş və R1b1 qaploqrupunun daşıyıcıları olan insanların burda məskunlaşması ilə Avropa türk xalqının məskəninə çevrilmişdir. Türklərin Avropada hökmranlığı e.q. I minilliyin ortalarına qədər davam etmişdir.

Avropanı tərk edən R1a1 qaploqrupuna mənsub insanlar indiki Rusiyanın güney çölləri ilə doğuya doğru hərəkət etmiş və türklərə məxsus qədim kurqan arxeoloji mədəniyyətinin hakim olduğu ərazilərdə məskunlaşaraq orda izlər buraxmışlar. Bu hadisə müasir dövrdə kurqan mədəniyyətinin hind-avropalı arilərə məxsus olması haqqında yanlış nəticələrə səbəb olmuşdur. Lakin protohind-avropa dilli insanların Rusiya çöllərində yayılması e.q. III minillikdə baş verdiyi halda, türklərin kurqan mədəniyyətinin tarixi e.q. IV minilliyə aiddir.

Eyni hadisə hind-avropalıların “qafqaz” qolunun ilkin vətəni kimi təqdim olunan “Anadolu nəzəriyyəsi” ilə əlaqədar olaraq da təkrarlanmaqdadır. Hind-avropalılar R1b1 qaploqrupuna mənsub insanların, yəni öntürklərin Anadoluda və Ön Asiyada məskunlaşıb orda ilkin bəşər mədəniyyətinin əsasını qoymalarından çox-çox sonralar işğalçı kimi bu əraziyə gələrək turanlı öntürklərin bir qisminin bu ərazidən köçlərinə səbəb olmuşlar.

Bütün bu hadisələr türk dilinin Avropada on mininci ildən başlayaraq, Rusiyada isə tarixin ilk dövrlərindən, e.q. I minilliyin ortalarına qədər oynadığı fundamental rolun təhrif olunmasına səbəb olmuşdur. (Клесов А. 2010. Səh. 2–3)

Müasir uyğurlar, qazaxlar, başkırdlar, Sibirin, Mərkəzi Asiyanın və Uralətrafı ərazilərin digər xalqları 16 min ildir ki öz kökləri ilə R1b1 qaploqrupuna bağlıdırlar.

Bu xalqlar doğudan batıya doğru hərəkət edərkən təbii olaraq öz nəsillərinin bir qismini keçdiyi ərazilərdə buraxaraq yayılmışlar. Öntürklər müxtəlif istiqamətlərdə hərəkət edib yayıldıqları zaman genləri də müxtəlif qarışımlar nəticəsində mutasiyaya uğrayaraq müəyyən dəyişikliklərə məruz qalmışdır. Onların ilkin R1b qaoloqrupu dəyişikliyə uğrayaraq R1b1, R1b1b2 və s. kimi qaploqrup şəkilləri almışlar.

Klyosov genetik araşdırmalar nəticəsində Qafqazın yerli xalqının da prototürklər kimi R1b qaploqrupuna mənsub olduqlarını yazır. Bu nəticə XVIII–XIX əsr və sonrakı dövr Avropa tarixçilərinin Qafqaz xalqlarının Turani irqə mənsub olduqları haqqındakı fikirlərini doğrulamaqdadır.

Mutasiyaya uğramış R1b1b2 qaploqrupuna mənsub türk dilində danışan insanların Avropada məskunlaşması 4200–3600 il bundan öncə baş vermişdir. Klyosov da bir çox tarixçi kimi öntürkləri protokeltlərin və protoitalyanların əcdadları hesab edir. (Клесов А. 2010, Səh. 11)

Flektiv dil qruluşuna malik R1a1 qaploqrupuna mənsub protohind-avropalıların təşəkkül tapdıqları Cənubi Sibir ərazisindən qərbə doğru hərəkət edib Avropanın Balkan ərazisində məskunlaşmaları 12 min il öncə baş vermişdir. Genetik araşdırmalar və linqvistik dəlillər nəticəsində məlum olmuşdur ki, 5 min il öncə Avropanı tərk edib Rus çöllərinə geri dönən R1a1 qaploqrupuna mənsub olan hind-avropa ailəsinə mənsub insanlar bir müddət sonra yenidən müxtəlif istiqamətlərdə hərəkət etmişlər. 3500 il öncə, yəni e.q. 1500-cü illərdə onlar Ural, Cənubi Sibir, Mərkəzi Asiya, İran və Hindistan istiqamətində hərəkət edərək öz dillərini burda yaymışlar. Hind-avropalıların Avropaya doğru yenidən hərəkət edərək burda məskunlaşmaları 2900-2500-cü illər arasında baş vermişdir. R1a1 qaploqrupunun iranlı arilər adlanan qolunun Cənubi Sibirdən hərəkət edərək Orta Asiyada, İranda və Hindistanda məskunlaşmaları m.ö. 2-ci minillikdə baş vermişdir. (Клесов. А. 2010, Səh. 23)

Hind-avropalıların Ön Asiyaya gəlib məskunlaşmaları e.q. 1600-1000-ci illər arasında baş vermişdir. İranlılar isə şərqdən hərəkət edərək Qərbi Azərbaycan və Midiya ərazisinə e.q. IX əsrdə Gələrək məskunlaşmışlar. (Клесов А. 2010, Səh. 32)

Klyosov linqvistik və genetik dəlillərə əsaslanaraq Priney yarımadasındakı bask dilinin R1b qaploqrupuna mənsub türkdilli ailəyə aid olduğu fikrini müdafiə edir. Qədim öntürklər Sibirin cənubundan hərəkət edərək Volqa-Ural və Qafqaz üzərindən keçməklə Anadolu, Ön Asiya və Afrikanın quzeyi istiqamətindən Priney yarımadasına – İberiyaya gedərək orda məskunlaşmışlar.

Klyosovun fikrincə uyğurlar ən qədim qaploqrup tipinə malik olub doğuda öntürklərin ən qədim qalıqlarıdırlar.

Klyosovun genetik araşdırmalarının nəticəsi XIX əsr Avropa tarixçilərinin Avropa qitəsinin ən qədim sakinləri və bu qitədə ilkin mədəniyyətin yaradıcıları olan liqurların və iberlərin mənşə etibarı ilə turanlı ön türklər olduqları haqqındakı fikirlərini təsdiqləmiş olur.

Digər türk qruplarına gəldikdə isə Qafqaz türklərinin ümumi əcdadları 6 min ildən çox bir zamandır burda məskunlaşmışlar. Anadoludakı türklər 5500 ildir burda yaşayırlar, Ön Asiyadakı türklər 5300 ildir burda yaşayırlar. Türklər Avropada 4000 min ildir yaşamaqdadırlar. (Клесов А. 2010, Səh. 34)

R1b qaploqrupunun daşıyıcıları olan öntürklər 5700–5100 il öncə Qazaxıstanda Botay arxeoloji mədəniyyətinin əsasını qoymuşlar. Son arxeoloji məlumatlara görə at 5500 il öncə ilk olaraq Qazaxıstanda əhliləşdrilmişdir. (Клесов А. 2010, Səh. 40–41)

Son dövrlərdəki genetik araşdırmalar ilə arxeolojik araşdırlmaların nəticələrinin qarşılaşdırılmaları sayəsində insanların ən qədim zamanlarda baş verən miqrasiya hərəkətlərinin istiqamətlərini müəyyənləşdirmək yönündə böyük uğurlar əldə edilmişdir.

Amerikalı genetik uzmanı Erika Tamm və qrupu 2007-ci ildə Sibirdə və Amerikada aşkar edilən qədim insan qalıqlarının DNT nümunələri ilə həmin ərazilərdə yaşayan müasir insanların DNA nümunələrini, toplam 623 DNT nümunəsini müqayisə edərək həyata keçirdikləri bir genetik araşdırma nəticəsində “Berinq durğunluq modeli” adlı bir tezis irəli sürdülər. Bu tezisə görə m.ö. təxminən 28 min il qabaq Sibir əhalisindən 8-10 min nəfərlik bir qrup Berinq boğazı yaxınlığında Çukot yarımadasında yerləşərək Son Buz dövrünün sərt iqlim şəraitində əlverişli bir məskən seçərək burda təcrid olunmuş şəkildə minlərlə il yaşamışlar. Son buz dövrünün başa çatması ilə onlar Berinq boğazı üzərindən Amerika qitəsinə keçmiş və ordakı yerli insanları meydana gətirmişlər. (Tamm E. 2007)

Biri Sibirdə aşkar edilmiş e.q. VII–VI yüzilliklərə aid Arjan-2 adlı Abdıbel kurqanından əldə edilən və iskitlərə məxsus olan, digəri isə m.ö. IV–III yüzilliklərə aid Pazırık kurqanından əldə edilən hər iki DNT nümunələri müqayisəli şəkildə uzmanlar tərəfindən araşdırılmışdır. Genetik təhlillər nəticəsində əldə edilən bilgilərə görə hind-avropalı və iran mənşəli olduqları iddia edilən iskitlərin genləri iranlılardan tamamilə fərqlidir. Bu testlər nəticəsində iskitlərin ən çox başqırdlara, sonra isə Volqa tatarlarına, sırası ilə çuvaşlara və udmurtlara bənzədiklərini sübut edilmışdir. Bu analizlər iskitlərin çox az dərəcədə taciklərə də bənzədiklərini aşkar etmişdir ki, bu onların özbək və türkmənlərlə qarışması nəticəsində mümkün ola bilər. Abdıbel kurqanından əldə edilən maddi nümunələrin də Pazırık kurqanındakılarla eyni olduqları müəyyən edilmişdir. Beləliklə, genetik analiz nəticəsində Doğu bölgəsindəki iskitlərin Ön türklərin əcdadları olduqları aydın şəkildə sübut olunmuşdur. Pazırık kurqanından əldə edilən genetik analizin nəticəsi bu mədəniyyətə mənsub insanların hind-avropalı və iranlı olduqları iddialarını boşa çıxarmışdır. Pazırık kurqanı insanlarının genetik olaraq ən çox xakaslara, sibir tatarlarına, kazaklara və altay xalqlarına bənzəmələri iskitlərin etnik kök etibarı ilə Ön türklərə mənsub olduqlarını sübut etmişdir. Lakin Pazırık kurqanındakı insanlar tam monqoloid olmasalar da, onların genində monqoloid ünsürü az da olsa nəzərə çarpır. Araşdırmalar Asiyanın doğusuna doğru getdikcə türklərin genetik yapısında monqoloid izlərinin tədricən artdığını göstərir ki, bu da sonrakı gec dövrlərdə monqoloid tipinə mənsub insanların batıya doğru hərəkət etməsinin nəticəsidir. Burdan belə bir nəticə doğur ki, artıq e.q. IV–III yüzilliklərdə ön türklər kimi qəbul etdiyimiz iskitlər monqol irqi ilə müəyyən qarışıma məruz qalmışlar. E.q. IV–III yüzilliklərdəki iskit insanlarının genetik nümunələrinin 2400 il sonra həmin coğrafiyada yaşayan türk xalqlarına bənzəməsi türklərin bu coğrafiyaya eramızın ilk əsrlərində gələrək burdakı xalqı türkləşdirdikləri haqqındakı elmi gerçəkliyə uymayan iddialarını kökündən rədd etməkdədir. (“Ancestry and demography and descendants of İron Age nomads oft he Eurasian Steppe” internet saytı.)

Türkmənistanın paytaxtı Aşqabad yaxınlığındakı Anauda aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan və e.q. 9000 il bundan öncəyə aid olan qədim mədəniyyət Sibirin güneyində təşəkkül tapan öntürk etnosunun güneyə doğru hərəkət edərək burda ilkin qədim mədəniyyətin əsasını qoyduqları haqqındakı bir sıra tezisləri təsdiq etməkdədir.

Klyosovun və digər genetika uzmanların genetik araşdırmaları və müasir arxeoloji tədqiqatlar nəticəsində əldə edilən elmi dəlillər yüz il öncə Avropa linqvistlərinin, tarixçilərinin və etnoloqlarının Turanlı Ön Türklərin ilkin vətənləri və onların mərhələlərlə yer üzünə yayılaraq müxtəlif ərazilərdə bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərinin meydana gətirdikləri haqqındakı fikirlərini təsdiq etməkdədir.

Turan irqini Avropa irqinin bir qolu hesab edən Alman Antropoloqu Eqon Aykştatd Cənubu Sibiri əski Turan, Türkmənistandan başlayaraq Kazaxıstanı da əhatə edən Orta Asiyanı isə Yeni Turan adlandrır. O Sibiri Avropa irqinin, o cümlədən Turan və Nordik irqlərin ilkin vətəni və sonradan bəşər mədəniyyətinin mərkəzi olduğunu yazır. O, Turanı, yəni Sibirin güneyini bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir. Turan irqi Sibirin qərbindən durmadan çöllər boyunca hərəkət edirdilər. Öz özlüyündə barışcıl və mədəniyyətsever olan Turanlılar və türklər bozkırın heyvandar köçəri turanlıların təzyiqi ilə qərbə doğru köçlərə məruz qalarkən nordik irqinə mənsub avropalıları da yerlərindən edərək batıya doğru köçlərinə səbəb olurdular. (E.Eikstadt, 1934, Səh. 267)

Aykştadt yazır ki, Turanlıları bir hissəsi ən qədim zamanlarda Sibirdən güneyə doğru hərəkət edərək yeni ərazilərdə məskunlaşdılar. Həmin yeni Turan indiki Türkmənistandan başlayaraq Qazaxıstanın yerləşdiyi ərazini də əhatə edən ərazilərdir. Turanlılar sonradan daha güneyə doğru hərəkət edərək İran və Anadolu üzərindən geniş ərazilərə çıxdılar, burda tundrada olduğu kimi rütubətli şərait mövcud idi. Lakin sonradan Turanlılar Ön Asiyanın bu ərazisində protoaralıqdənizi insanları timsalında bir rəqiblə qarşılaşdılar. Turanlıların İran üzərindən qərbə doğru yürüşləri sonrakı tarixi dövrlərdə dəfələrlə təkraralandı. (E.Eikstadt, 1934, Səh. 280)

Aral-Xəzər və Qaradəniz hövzəsinin yaşayış ücün əlverişli əraziyə çevrilməsi və turanlıların bu əlverişli şəraitdə inkişafı onların yaşayış və fəaliyyət alanlarının durmadan qərbə doğru genişlənməsinə və yeni ölkələrin meydana çıxmasına səbəb olurdu. Aral dənizi və Ural dağları arasındakı ərazi qərbə doğru uzanan təbii körpü və yol rolunu oynayırdı. Turanlıların Avropaya doğru yayılması burda Şimal dənizi ətrafında məskunlaşmış avropalı nordik irqin öz yerlərini tərk edərək Rusiyanın cənubuna doğru irəliləmələrinə səbəb oldu. Ural yolu turanlıların qərbə doğru yolu olduğu kimi avropalıların da geriyə, Sibirə doğru köçlərinin başlıca yolunu təşkil edirdi. Turani irqinin təsiri nəticəsində Avropada biodinamik hərəkətlilik başlamış oldu.

Turan çölləri dinamik inkişafın mərkəzi idi. Bu bözkırın yaşayış alanı kimi təkcə bioloji özəlliklərinin deyil, orda əhali artımının sosial psixoloji özəlliklərindən də irəli gəlirdi. Bozkırın geniş çöllərində bir-birinə bağlı olan insan qrupları geniş ataerkil ailənin meydana çıxmasına səbəb olmuş və bu insan birliyi modeli tarixin ilkin dövrlərində əsası qoyulmuş dövlət təşkilatı üçün də model təşkil etmişdir. (E.Eikstadt, 1934, Səh. 281)

Turanlı Ön türklərin ilkin vətəni və onların təşəkkül tapdıqları ərazi məsələsində belə bir önəmli amil diqqəti cəlb edir ki, ilkin Turanlı uyqarlığının yaradıcıları olan Sumer və onların digər bir qolunu təşkil edən Subir/Subarlar da daxil olmaqla Ön türklərin məskunlaşdıqları və həyat sürdükləri ərazilər hər zaman çay sahilləri və vadiləri olmuşdur. Sumer və subirlərin varisləri olan Oğuzlar və digər türk etnosların da məskunlaşdıqları ərazilər Mərkəzi Asiyanın Amudərya və Sırdərya, İrtış, Yenisey, Orxun, Uzboy, Azərbaycanda Kür, Araz, Qızılüzen, Qərbi Asiyada Ural, İtil, Kama kimi böyük çayların sahil və vadiləri olmuşdur. Bu baxımdan dünya çaylarının böyük əksəriyyəti türk dilində çay anlamında olan İd, Okuz, Uz, Qus, Quzan, Balik, Araz kimi adlar daşımaqdadırlar.

Bu tarixi ənənyə uyğun olaraq görkəmli alman assuroloqu Aleksandr Virth Mesopotamiyadakı çaylardan və onun ətrafında məskunlaşmış turanlı xalqlardan bəhs edərkən “çayların adlandırma ənənəsi türkcədir” deyir. (Wirth A. 1905, Səh, 22)

Bununla, o, türklərin hər zaman çayların sahillərində məskunlaşdıqlarını və çay xalqı olaraq çay adlarının onlara bağlı və türkcə olduğunu vurğulayır.

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
1071 s. 2 illüstrasyon
ISBN:
9789952837124
Telif hakkı:
Kohlan Publishing House
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Porno. Sesso online
Vitaly Mushkin
Metin
Ortalama puan 4,2, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3,7, 3 oylamaya göre