Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 8

Yazı tipi:

V fəsil
Turan etnocoğrafiyası

Etnocoğrafiya etnosların qədim dövrdən başlayaraq müasir dövrə qədər yer üzərində yayılma və coğrafi ərazilərdə məskunlaşma hadisəsini əks etdrir. Etnocoğrafiya etnosların bütövlükdə və ya onun tərkib hissəsini təşkil edən ayrı-ayrı qəbilə və tayfaların yer üzərində yayılaraq məskunlaşması və müxtəlif ərazilərdə yaratdıqları özünəməxsus mədəniyyət mərkəzlərini arxeoloji, linqvistik, etnoqrafik, antropoloji və genetik araşdırma yolu ilə müəyyən edir. Bütün bu elmi dəlillərin müqayisəsi nəticəsində əldə edilən sonuclar etnosların formalaşdıqları öz ilkin yurdlarından hərəkət edərək məskunlaşdıqları coğrafi əraziləri və etnoslar arasındakı qohumluq və varislik əlaqələrini müəyyən etməyə imkan verir.

Biz Turan etnocoğrafiyası dedikdə qədim dövrlərdə Turan irqinə və ya Turan superetnosuna aid edilən müxtəlif qədim tayfaların, etnik birliklərin və xalqların dünyanın müxtəlif coğrafi ərazilərinə yayılaraq məskunlaşmasını nəzərdə tuturuq. Turan etnocoğrafiyasının formalaşması tarix öncəsindən hələ sami və hind-avropa (ari) irqi tarix səhnəsinə qədəm qoymadan min illər öncə başlamışdır.

Sovet tarixşünaslığında və Sovet Ensiklopediya lüğətində Turan coğrafiyasına qərbdə Xəzər dənizinin sahillərindən başlayaraq şərqdə Mərkəzi Qazaxıstan, şimalda çöl zonasını və cənubda Orta Asiyanın Qaraqum və Qızılqum səhralarını da əhatə edən ərazi daxil edilir. V.Bartold Turan coğrafiyasını Aral dənizinin əhatə edən ərazidən ibarət hesab edirdi. Rus sovet tarixşünaslığında Turanı qədim zamanlarda məskunlaşdıran əhalinin türklər deyil, irandilli tayfalardan ibarət olduğu fikri hakim idi. Türklərin bu ərazidə məskunlaşması məsələsi daha gec dövrlərə aid edilərək qane edicilikdən uzaq və olduqca ziddiyətli bir şəkildə təqdim edilirdi.

Rus tarixçisi B.Vaynberq Turanın tarixini e.q. VII əsrdən başlayaraq eramızın VIII əsrə qədərki dövrünü “iran dövrü” adlandırır. Onun fikrinə görə Turan eramızın VIII əsrindən başlayaraq peçeneq və oğuzlar tərəfindən türkləşdrilməyə başlamışdır. Turanın Xarəzm adlanan hissəsinin isə X–XII əsrlər arasında köçəri tayfaların axını ilə türkləşdiyini yazır. (Б.Вайнберг. 1999, Səh. 3)

Tarix elmini öz ideoloji məqsədlərinə tabe edərək siyasiləşdirən üzdəniraq tarixçilər türklərin ana yurdu olan Turanı e.q. VII ərsrdən etibarən iran dövrünə aid etdikləri zaman burda X minilliyə aid edilən yüksək inkişafa malik Anau arxeloji mədəniyyətini, VI–V minilliklərə aid Botay, Kelteminar, Namazqantəpə kimi digər mədəniyyətlərin mövcudluğunu xatırlamayaraq görməməzlikdən gəlirlər.

Çin səddindən başlayaraq Karpat dağlarına qədər uzanan Böyük Bozkır Avrasiya materikinin döyünən qəlbi, dünyaya yayılaraq onu məskunlaşdıran mədəni insanların təşəkkül tapdığı beşik idi.

Avropalıların Böyük Step və ya bizim dilimizdə Böyük Bozkır adlanan bu ərazini İranlılar doğru olaraq bu çölün əsl sahiblərinin adı ilə Turan, yunanlılar Skifiya, çinlilər isə Bey-xu adlandırırdılar.

Ön Asiyanın qədim tarixini və mədəniyyətlərini araşdıran XVIII–XIX əsr Avropa tarixçiləri dünyanı məskunlaşdıran ilk irqin Avrasiya bozkırının məhz bu Turan sakinləri, yəni öntürk turlar olduğu fikrini irəli sürərək onu elmi cəhətdən əsaslandırmışlar. Onlar öz əsərlərində turanlıları, Asiya köçərilərini mədəniyyətə yabançı, vəhşi kimi təqdim edən görüşləri təkzib edən dəyərli elmi fikirlər irəli sürmüşlər. Onların irəli sürdükləri tezislərə görə sami və ari irqləri tarix səhnəsinə qədəm qoymadan öncə minilliklər ərzində Turan irqi mövcud olmuş və onlar bu günkü bəşər mədəniyyətinin kökünü təşkil edən ilkin uyqarlığın əsasını qoyaraq mixi və heroqlif yazını kəşf etmiş, metal emalını və metal əşyaların istehsalını həyata keçirmiş, heyvanları, o cümlədən atı əhliləşdirmək və bəsləmək vərdişlərinə yiyələnmiş, ilk şəhər məskənlərini meydana gətirmişlər.

Turanın öntürk subetnosunun Asiyanın Böyük Bozkırından hərəkət edərək dünyanın müxtəlif ərazilərini ilkin məskunlaşdırdığı miqrasiya prosesini müasir genetika elmi araşdırmalar nəticəsində də izləmək mümkün olmuşdur.

Lev Qumilyov Avropada və Mərkəzi Asiyada iqlim dəyişikliyini tarixən türklərin taleyində önəmli rol oynadığını qeyd edirdi. O Türk irqinin tarixi inkişaf prosesindəki bir-birini ardıcıl əvəz edən proqress və reqress – yüksəliş və çöküş – dövrlərini, irəli sürdüyü passionarlıq və Mərkəzi Asiyada baş verən dövrü iqlim dəyişikliyi nəzəriyyəsi ilə izah edir. Atlantik okeanından gələn isti və rütubətli siklonun öz istiqamətini dəyişməsi nəticəsində torpağa bərəkət verən musson yağışları bəzən öz istiqamətini dəyişərək əsas yaşayış mənbəyi olan çöllərə deyil, Sibirin tayqa və tundra meşələrinə yağırdı. İbtidai dövrlərdən etibarən insan toplumunun əsas yaşayış mənbəyini təşkil edən təsərrüfat formaları ovçuluq, heyvandarlıq və əkinçilikdən ibarət idi. Təbiət hadisələrinə təsir edib onu öz məqsədlərinə uyğun şəkildə dəyişdirmək səriştəsinə malik olmayan qədim insanların həyatı bütövlükdə təbiət qüvvələrindən asılı idi.

Çaylarda suyun azalması əkinçiliyin, çöllərdə rütubətin azalması və otlaqların quruması isə heyvandarlığın inkişafına böyük zərbə vururdu. Bir neçə yüz ildən bir təkrar olunaraq dövri xarakter daşıyan bu iqlim dəyişikliyi hadisəsi Mərkəzi Asiyanın turanlı öntürk superetnosunun zaman-zaman öz yurdlarını tərk edərək daha əlverişli həyat məkanı axtarışına sövq edən köçlərinə səbəb olmuşdur. (Л.Гумилев. 1991, Səh. 23, 85)

Lakin turanlı öntürk xalqlarının bu köçləri köçərilik həyat tərzinin davamı deyil, iqlim dəyişikliyi və digər səbəblər üzündən məskunlaşdıqları ərazini kütləvi şəkildə tərk etmə məcburuyyəti üzündən baş verən köçmənlik xarakteri daşıyırdı.

L.Qumilyovun irəli sürdüyü passionarlıq nəzəriyyəsinə əsasən insan birliyi forması olan etnosların daxilində yaranan biokimyəvi enerji onların fəliyyətini stimullaşdıraraq hərəkətliliyə təkan verir.

Məhz etnosların daxilində yaranan passionar gərginlik etnoslarda əlaqə sistemini dəstəkləyir və onun sabitliyini və yaradıcı aktivliyini təmin edir. Etnoslarda passionar enerjinin artması nəticəsində baş verən passionar təkan onların yüksəlişinə, hərkətliliyinə və orijinal mədəniyyətlərin yaranmasına səbəb olmuşdur. (Л.Гумилев. 1991, Səh. 35)

Qumilyovun irəli sürdüyü passionarlıqla yanaşı coğrafi determinizm nəzəriyyəsinin tərəfdarları iqlim şəraitində baş verən dəyişikliklərin, yəni coğrafi amillərin insanların öz yurdlarını tərk edərək köçlərə məruz qalmasının başlıca şərtlərindən hesab edirdilər

Quraqlıq, toz tufanları və bunların nəticəsində baş verən qıtlıq heyvandar köçəri xalqları daima hərəkətdə olmağa, yer dəyişməyə, daha əlverişli şərait axtarmağa sövq edirdi. Lakin köçəri təsərrüfat forması insanların yaxın məsafələrə köçlərinə səbəb olsa da, insanların uzaq məsafələrə kütləvi miqrasiya hərəkətləri üçün təkanverici səbəb ola bilməzdi. İnsanların uzaq məsafələrə miqrasiya axınları köçərilik deyil, köçmənlik xarakteri daşıyırdı və onu şərtləndirən çoxsaylı səbəblər içərisində coğrafi və demoqrafik səbəblər önəmli rol oynayırdı.

Avropanın XVIII–XIX əsr tarixçiləri, linqvistləri, arxeoloq və antropoloqları tarixdən öncəki dövrdə qədim insan məskəni olan, coğrafi baxımdan Cənubi Sibiri və Uralı əhatə edən ərazini və Orta Asiyanı Turan adlandırırlar. Onlar bəşər mədəniyyətinin ilk rüşeymlərinin yarandığı Turan ərazisini tərk edib dünyaya yayılan öntürkləri əsasən Alp və Turan irqinə mənsub hesab edirdilər. Bu irqlərə mənsub olan və fiziki görünüş etibarı ilə avropoid tipinə aid insanlar tarixin ilk dövrlərində öz ilkin yurdları Turanı tərk edərək cənub və qərb istiqamətlərində irəliləyərək Ön Asiyada və Avropada məskunlaşmış, orda ilkin mədəniyyətin əsasını qoymuşlar. İlkin mədəniyyətin yaradıcıları olan bu xalqları Avropa tarixçiləri sumerlər, elamlar, liqurlar, iberlər, xattilər, kassilər, aslar, saklar, kimmerlər və sarmatlar adlandırırlar.

Beləliklə, istər müasir dövrün genetik və arxeoloji araşdırmaları istərsə də XVIII–XIX əsr və daha sonrakı dövrün assuroloqlarının və tarixçilərinin qədim mixi yazı mətnlərinə əsaslanaraq gəldikləri elmi araşdırmaların nəticəsinə görə onların özlərinin də ifadə etdikləri kimi Cənubi Sibirdə ilkin və Orta Asiyada isə yeni olmaqla bəşər mədəniyyətin təşəkkül tapdığı Turan adlı iki areal mövcud olmuşdur. Ön Türklər istər iqlim şəraiti, istərsə də digər səbəblər üzündən öz ilkin ana yurdları olan Turanı tərk edərək tarixin müxtəlif dövrlərində dəfələrlə təkrarlanan köçlərə məruz qalmış, Yer üzünün müxtəlif ərazilərinə yayılaraq məskunlaşmışlar. Lakin tarixi qaynaqlarda Mərkəzi Asiyadakı bu iki Turan arealından ayrılaraq qərbə doğru hərəkət edən insanlar Ön Asiyada və Avropada yeni mədəniyyət mərkəzlərinin əsasını qoydular. Bu ərazilərdə Turan adlı ölkələrin və hətta dövlətlərin meydana çıxdığı haqqında tarixi dəlillər də mövcuddur.

Avropanın bir çox görkəmli bilim adamları öntürklərin öz ilkin vətənləri Turanı tərk edərək tarixin çeşidli dövrlərində zaman-zaman doğuya və batıya doğru hərəkət etmələrini tarixi qanunauyğunluq kimi izah edirlər. Bəşər tarixində önəmli rol oynayan bu hadisələri müsbət dəyərləndirən fransız alimi R.Qrosset yazırdı: “Orta Asiya çöllərinin köçəriləri dünya tarixində mühüm rol oynamışlar. Onlar tarix ərzində iyirmi dəfə Turan yaylasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə-Fərat vadilərini işğal edərək ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni insan axını əlavə etməklə canlılıq gətirmişlər. Xaqların bu köçləri böyük tənzimləyici gücə malik idi. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyətə malik müxtəlif xalqları vahid hakimiyyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərin çulğalaşmasına səbəb olurdular. (Grosset R. 1921, Səh. 6)

Fiziki görünüş baxımından Avropa irqinə mənsub turanlılar batıya və güney-batıya doğru hərəkət edərək Mərkəzi Avropada məskunlaşdılar, Anadoluda və Qafqazda yerləşdilər. Onlar həmçinin qarşılarında heç bir aralıqdənizi irqinə mənsub rəqibin mövcud olmadığı İranın yüksək yaylalarına məskunlaşdılar. Turanlılar Belucistan üzərindən Hindistana gedərək burda yerləşdilər. Burdakı hunlar, saklar, turuskalar, kuşanlar, hindiskitlər, eftalitetlər və qurcarlar turanlılardırlar. (E.Eikstadt, 1934, Səh. 282)

Etnoloq və tarixçilər insanların ilk kütləvi miqrasiyalarının buzluqların əriməsi ilə əlverişli iqlim şəraitin yaranması ilə əlaqələndirir və ilk miqrasiyanın Cənubi Sibir ərazisindən turanlılar tərəfindən gerçəkləşdirildiyi fikrini irəli sürürlər.

Görkəmli İtalyan arxeoloqu və paleontoloqu Françesko Molon Cənubi Sibiri və Ural dağlarını Turan irqinin vətəni hesab edir. Onun tezisinə görə buzluqların əriməsi ilə turanlıların şimaldan cənuba doğru hərəkəti başlamışdır. Onlar Cənuba doğru hərəkət edərək bir qolu Himalaydan şərqə, Hindistan və Ərəbistana doğru, digər qolu isə İran üzərindən Qafqaza və daha irəliyə doğru hərəkət edərək həmin əraziləri məskunlaşdırmışlar. (Fracesco Molon. 1880, Səh. 16)

Molon turanlıların Avropaya doğru hərəkətini və məskunlaşma yerlərini şərh edərək yazır: “Asiyanın böyük hissəsi bəşəriyyətin ikinci böyük hissəsini təşkil edən Turan irqinə məxsus idi. Buzluq erası sona çatdıqdan sonra ilk olaraq Turan irqi Ural dağları üzərindən batıya və güney-batıya doğru hərəkət edərək Avropaya gəlmiş, ilk öncə Avropanın güney bölgələrinə doğru hərəkət etdikləri zamanı müxtəlif ərazilərdə dayanaraq məskən salmış və bir müddətdən sonra irəliləməyə davam etmişlər. Onlar ilk növbədə Aralıq dənizi hövzəsinə doğru yenmiş, Avropanın güney ərazilərində yerləşən İtaliyanı, İsveçrəni, Fransanın cənubunu və İspaniyanı məskunlaşdırmışlar”. (Francesco Molon, 1880, Səh. 19)

Molonun konsepsiyasına görə Ural-altaylı Turanlıların ilkin vətənləri olan Mərkəzi Asiyadan ikinci axın Kiçik Asiya üzərindən Babilə və sonra Dunayın aşağısından Alp regionuna oldu. Babilin xarabalıqlarında Assuriyalılardan öncə burda Ural-altay xalqlarının yerləşmiş olduqları haqqında çoxlu dəlillər mövcuddur. Babildə 3000 min il öncə aqlütinativ ural-altay dilində danışan xalqlardan qalma çoxlu abidələr mövcuddur. İtaliyada, İspaniyada və Fransanın cənubunda məskunlaşan bu xalqı italiyalı Nikolucci və digər antropoloq bilim adamları ligurlar adlandırır və onları fin-uqor ailəsinə aid edirlər. Molon bu ilk turanlıları liquroidlər adlandırır və onların liqur və iber olmaqla iki qoldan ibarət olduqlarını təsbit etdiyini yazır. (F.Molon, Al Popolo Ligure, Səh. 21)

Bu iki qohum xalq Bəsrə körfəzinə qədər bütün Aralıq dənizi hövzəsini əhatə edən İtaliya, İsveçrə, Fransa ərazisinə yayılaraq İtaliyada, İsveçrədə, Fransada və İspaniyanın güneyində məskunlaşmışlar, lakin onlardan öncə gəlib yerləşmiş qohum xalq olan Baskların dağlarla əhatə olunaraq qorunan ərazisinə müdaxilə edə bilmədilər. Ural və Altay arasında yaşamış olan bu xalqlar özləri ilə əhliləşdirmiş olduqları ev heyvanlarını da gətirmişdilər. (Francesco Molon. 1880, Səh. 22)

Klaprot türkləri Hind-avropalılardan sonra qədim dünyanın ən geniş yayılmış xalqı hesab edir. Onların yayıldıqları ərazi güney-batıda Adriatik dənizindən başlayıb, quzey-doğuda Lenanın Buzlu okeana töküldüyü ərazini əhatə etməkdədir. Buzların əriməsindən sonra başlanan Böyük tufandan sonra türklər indi başları əbədi qarla örtülü Böyük Altay dağlarından yenərək güney-doğu və güney-batı istiqamətindəki ərazilərə yayıldılar. Onlar çox erkən dövrlərdə Çin sərhəddi ərazilərində məskunlaşmışdılar. Çinlilər onları Hyunq-nular adlandırırdılar. (Klaprot, Asia Poliglotta. Səh. 225)

İngiltərədə nəşr olunan “Turanlılar və Panturanizmin soraq kitabı” adlı əsərdə Qədim Turanın Mərkəzi Asiyanı, yəni İranın şimalından Əfqanistanı, ordan Aral dənizi və şərqdə Çin Türkistanının da daxil olduğu ərazini əhatə etdiyi yazılmışdır. (A Manual of the Turanians and Panturanism, 1920. Səh. 13)

Fransız tarixçisi Maspero türklərin Ergenekon əfsanəsinin güman edildiyindən daha qədim dövrləri əks etdirdiyini və turanlıların dünyaya yayılmasını bu əfsanə ilə əlaqələndirmişdir. Pamir dağlarından şimalda Altay dağlarının arasında sıxışıb qalmış türklər əfsanəyə görə dəmir dağı əridərək xilas olmuş, onların bir qolu qərbə doğru hərəkət edərək Avropaya yayılmışlar, basklar onların son məntəqəsini təşkil edir. Turanlı türklərin digər bir qolu isə güneyə doğru hərəkət edərək Baktriya çöllərində qərar tutmuş, sonra Hindiquş dağ silsiləsini aşaraq öncə İran yaylasının doğu ucqarında yerləşdilər, onların böyük kütləsi isə qərbə doğru hərəkət edib, sonradan Midiya adlanan İran yaylasının batı hissəsində məskunlaşdılar. Bir neçə turanlı türk tayfası isə daha qərbə gedərək Kiçik Asiya yolunu tutmuş, Atropatenada və Armeniyada məskunlaşmışdılar. Turanlıların bir qolu daha cənuba doğru gedərək Susiananın düzənliklərində, Fərat və Dəclənin sahillərində məskunlaşmışdılar. (Caston Maspero. 1876, Səh. 135)

XIX əsrin bir çox bilim adamları o cümlədən ingilis assuroloqu E.Norris elmdə turanlı etnonimi öz təsdiqini tapmadan öncə turanlıları və hətta sumerləri iskit/sak termini ilə ifadə edirdilər. İskit/saklar öz ilkin vətənlərindən eyni zamanda və ya tədricən hərəkət edərək ilk öncə İranın güneyi üzərindən Hindistana, digər istiqamətdə isə Misirə, Efiopiya və Nimibiyaya və Ərəbistanın cənubuna doğru hərəkət etmişlər. Eyni zamanda onlar Suriya və Kiçik Asiya üzərindən Yunanıstana, İtaliyaya, Qafqaz üzərindən quzey istiqamətində Avropanın və Asiyanın ən ucqar guşələrinə yayılmışlar. Bu yayılmanın mərkəzi Sinar-Sumer olmuşdur. Biz belə bir nəticəyə gəlirik ki, samilər və arilər tarix səhnəsinə qədəm qoymadan öncə Asiyanın, Avropanın və Afrikanın əhalisini əsasını təşkil edən böyük iskit-sak kütləsinin danışdığı dilin söz ehtiyatı az və ya çox dərəcədə bir-birlərindən fərqlənsə də oxşar qarammatik və dil qruluşuna malik idilər. (Norris M. 1852, Səh. 232)

Norris Sak-iskitlərin Suriya üzərindən Kiprə, Siciliyaya və Fransanın cənubu və İberiyaya (İspaniya) yayıldıqlarını, müasir bask dilinin və iberlərin sak-iskit mənşəyə malik olduqlarını sübut etdiyini yazır. O bu haqda öz fikrini daha da inkişaf etdirərək yazır, “Mən güman edirəm ki, Avropadakı böyük sak-iskit axınının kökünü tirren-pelasqlar, yəni etrusklar təşkil edir. Buna şübhə edənlərə qarşı bunu deyə bilərəm ki, makedoniyalılar, epirlər və albanlar hellen-yunanlılar istisna olmaqla bütün İlliriya xalqları sak-iskitlərə mənsubdurlar”. (Norris E. 1852, Səh. 234)

Alman assuroloqu A.Virth turanlı türklərin qərbə doğru baş vermiş axınlarının üç mərhələdə baş verdiyini yazır. M.ö. IV minillikdən etibarən Turan irqinə mənsub Kas tayfası Avropaya və Afrikaya doğru köç etmişlər. Bu ilk turanlı axını idi. M.ö. II minillikdə isə Ön Asiyaya və Misirə doğru ikinci axın Qoqlar və Huklar (Huksos) olmuşlar. Turanlıların bu ikinci köçləri iskitlərin e.q. VII əsrdə iflasına və Qoqun Fələstindəki uğursuzluğuna qədər davam etmişdir. Turanlıların üçüncü axını Avropanı lərzəyə salan hun axınları olmuşdur. (A.Wirth, Səh. 1905, 231)

Qrosset Türk köçlərinin bəşər tarixinin inkişafındakı rolundan bəhs edərək yazırdı: “Avropa tarixinin gedişini üç-dörd dəfə qəfləti gəlişləri ilə dəyişdirən böyük Asiya köçərilərini biz yalnız öz bilgisizliyimiz səbəbi ilə qeyri-adi bir hal kimi dəyərləndiririk”. (Grosset R. 1938, Səh. 49)

Görkəmli türk tarixçisi Yusif Ziya Özər yazır ki, əgər biz tarixin ilkin dövrlərində insan irqinin Yer üzərində yayılma mərkəzini axtarmaq istəsək, Arxeoloji tədqiqatlar və yer adları o mərkəzin Turan və Sibir olduğunu göstərməkdədir. (Y.Ziya Özer. 1932, Səh. 4)

İngilis arxitektura tarixçisi Ceyms Ferqusson dünyanın dörd bir tərəfində, Hindistan və Çindən başlamış, İspaniyaya qədər və Əfqanistandan başlamış Nil çayına qədər geniş ərazidə mövcud olan və tarixin ilkin dövrlərinə aid daşdan tikilmiş meqalit abidə və tumulların turanlılara məxsus olduğunu elmi faktlarla təsdiq edir. Ferqusson Turan irqinin öz ölən əcdadlarının dəfninə daha sayqılı yanaşdıqlarını və əcdad kultunun turanlılara xas bir keyfiyyət olduğunu yazır. Ferqusson ən qədim dövrdə hələ arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə turanlıların məskunlaşma arealını onlara xas dolmen, tumul və kurqan abidələrinin yayılma coğrafiyası üzrə müəyyən edir. Dolmen mədəniyyətinin turanlılara məxsus olduğunu qeyd edən Ferqusson turanlıların ilkin ana yurdlarının Mərkəzi Asiya və onun şimalında olduğunu ehtimal edir. Onlar burdan şərqə Hindistana, cənuba Okus çayı boyunca Baktriyaya və İrana, qərb istiqamətində isə Xəzər və Azov dənizi şimal sahili boyunca Dnepr, Visla çayları boyunca Baltik dənizi sahillərinə və bütün Avropaya doğru, Qafqaz üzərindən Suriya və Ərəbistana, hərəkət etmişlər. Beləliklə, güman etmək olar ki, turanlıların ilkin ana yurdları nisbətən şimalda olmuş və onlar tarixin ən erkən dövrlərində burdan bütün dünyaya yayılmışlar. Bəşəriyyətin bu ulu ailəsinin ilk məskənləri olan çöllərdə onlara xas çoxlu kurqanlara rast gəlmək olur. Onlar dəfn etdikləri əcdadlarının məzarları üzərində kurqanlar yaradır və bu kurqanların üzərində balbal adlanan üzləri şərqə doğru baxan daş heykəllər ucaldırlar, bu heykəllərin əllərində içki piyalələri olur. Varlı, adlı sanlı adamların məzarları üzərində piramida və ya daşdan evə bənzər tikili və ya böyük bürc ucaldırlar. (Fergusson J. 1872, Səh. 448)

Tarixin ən erkən dövrlərdən etibarən isə Turan irqinə mənsub olan insanlar öz ölülərinin məzarları üzərində dolmenlər və tumullar ucaldırdılar. Bu cür tumullar Asiyanın şimalında, Kiçik Asiyada geniş yayılmışdır, onları Etrusklar öz məzarları üzərində ucaldırdılar, Yunanıstanda, Germaniyada və Fransanın qərbində, Skandinaviyada və bütün Avropada onlara çox rast gəlmək olur. (Fergusson J. 1868, Səh. 80)

Dolmenlərin aşkar olunduğu yerlərdə hələ xristianlıq hakim deyildi və onu quran insanların damarlarında turanlı qanı hələ çoxluq təşkil edirdi. Məlum olduğu kimi bu tikililər dünyanın uzaq guşələrində Fransa və İngiltərədə VIII–IX əsrlərə qədər geniş yayılmışdı. Skandinaviyada isə bu dolmenlərin ucaldılması XI–XII əsrlərə qədər davam etmişdir. Ferqusson dolmenlərin mövcud olduğu bütün ərazilərdə onları yaradanların turan qanı daşıyan insanlar olduğunu yazır, o cümlədən, hətta Fələstində, İordaniyada və s. yerlərdə onların mövcudluğunu təsbit edir. (Fergusson J, 1872, Səh. 508)

Ferqusson dolmenlərin yayıldığı belə bir qanunauyğunluğu müəyyən etmişdir ki, harda dolmenlər mövcuddursa orda “Ak” sonluğu ilə bitən yer adları üstünlük təşkil edir. O dünyanın bir çox ərazilərində, o cümlədən Fransada və İspaniyada bu qanunauyğunluğu müşahidə etmişdir.

Arxeologiya elminin də təsdiq etdiyi kimi İberiya yarımadasından başlamış Rusiyanın dərinliklərinə qədər yayılaraq davam edən menqir, dolmen və təpələrdən ibarət abidələr, nəhayət Qara dənizdən Sibirə qədər mövcud olan kurqanlar Alp insanlarının və ya turanlıların Avropaya doğru miqrasiyasını təsdiq edən abidələrdir. (Y.Ziya Özer, 1932, Səh. 531)

Turanlıların öz əcdadlarının məzarları üzərində ucaltdıqları Menqir sözünü kelt dilində “uzun daş” kimi izah edirlər, lakin nəhəng daş abidə olan Menqir türk sözü olub “Menq” və “ir” olmaqla iki tərkibdən ibarətdir. Qədim türk dilində Menq-əbədi deməkdir, İr isə daş anlamındadır. Turanlı öntürklərin öz əcdadlarının məzarı üzərində yüksəltdikləri və ya əcdad ruhlarına sitayiş məqsədilə ucaltdıqları bu möhtəşəm abidələr “Əbədi daş” adlanırdı. (ДТС, 1969, Səh. 341)

Dolmen sözünü də kelt dilində “böyük daş” kimi izah edirlər, lakin fikrimizə görə dolmen məzarın qədim türkcə adıdır, tol-man olmaqla iki tərkibindən ibarətdir, mənası həyatın bitdiyi və ya başa çatdığı yer deməkdir. Qədim türklərdə öldü sözünü çox zaman “tiriqlik toldu” yəni həyatı başa çatdı şəklində ifadə olunurdu. (ДТС, 1969, Səh. 572)

İngilis tarixçisi Elizabet Sevellə görə dünyanın Batı Asiya hissəsində məskunlaşmış ilk insanlar tatarlar və ya Turan əhalisi olmuşdur. İndiyə qədər insanların malik olduğu bilgilər və onların danışdıqları ilk dilin ən qədim dövrlərdə danışıq ünsiyyət forması Turan dili olmuşdur. Bu dil Qafqazdan Hind okeanına qədər, Aralıq dənizi sahillərindən Qanq çayının mənsəbinə qədər olan ərazidə yayılmışdı. Onun dialektləri Batı yarımkürəsinin bütün ərazisində istifadə olunurdu. (Sewell E. 1862, Səh. b1)

Turan dili Asiyanın beşdə dörd hissəsində və Avropanın uzaq guşələrində danışılan dildir, bu ərazilərin əngin çöllərində yaşayan köçərilərlə yanaşı macarlar və türklər də bu dildə danışırdılar.

Sevellin yazdığına görə bəşəriyyətin ilkin dili olan Turan dilindən ilk ayrılan dil Ərəbistanda, Fələstində, Misirdə, Babildə, Sidonda, Tirdə danışılan hami dili olmuşdur, sonrakı mərhələdə hami dili inkişaf edərək sami dilinə çevrilmişdir. Dillərin bölünməsinin üçüncü mərhələsində formalaşan hind-avropa dilləri Turan dilindən ayrılmışdır.

Hind-avropa dilinin təmsilçiləri olan arilər e.q. 1500-ci illərdə batıya və doğuya yayılaraq buralarda kaloniyalar şəklində məskunlaşdılar. Onların doğuya doğru hərəkət edən qolu Əfqanistanda və Hind çayı boyunca, Pəncabda yayılaraq buranın yerli turanlı əhalisini tədricən dağlara doğru sıxışdırdılar, onların varisləri bu gün də müxtəlif turan ləhcələrində danışmaqdadırlar. Onların yerlərində məskunlaşan arilər isə bugünki hindus xalqını meydana gətirdilər. Arilərin digər qolu batıya doğru hərəkət edərək Persiyada, Midiyada və quzey-batıda yerləşən qonşu ölkələrdə məskunlaşaraq buranın öncədən əsl yerli əhalisi olan turanlıları və ya iskitləri özlərinə tabe etdilər. (Sewell E. 1862, Səh. V, VI)

Bir çox tarixçilər, o cümlədən ingilis Robert Ellis Amerikanın güneyindəki Peru, Boliviya və digər ölkələrdə mövcud olmuş İnk imperiyasının yaradıcıları olan keçua xalqının turanlılar olduğunu yazır. R.Ellis və C.Ferquson öz araşdırmalarında sübut edirlər ki, İspaniyanın arilərdən öncəki qədim əhalisi iberlər Turan xalqı idi. R.Ellis yazdığına görə Kiçik Asiyanın ən önəmli xalqı turanlılar olmuşlar. O İtaliyanın ən qədim xalqları olan pelasqların, liqurların, etrusk və toskanalıların turanlılar olduğunu sübut edir. Hindistanın arilərdən öncə ən qədim əhalisi sanskritcə Turuşa adlanan türklər idi.

Turan nəzəriyyəsinin banisi hesab olunan ingilis tarixçi assuroloqu G.Rauilson “Millətlərin mənşəyi” adlı əsərində Babildəki ən qədim dövlət olan Kaldi (Xaldey) (sumer ölkəsi öncələri xaldey və ya kəldani adlandırılırdı) krallığının m.ö. 3783 il Turanlılar tərəfindən yaradıldığı fikrini irəli sürmüşdü. Onun yazdığına görə bəzi tarixçilər Mesopotamiyada Turan sülaləsinin mövcudluğunu m.ö. 8 min, 7 min il qabaq olduğunu əsaslandırmağa çalışırlar. Bu tarixi belə bir arqumentlə əsaslandırırlar ki, Tufan 10 min il əvvəl baş vemişdir və Nuhdan Nimruda qədər olan dövrdə hər bir hakimiyyət sülaləsi min il davam etmişdir. (G.Rawlinson. The Origin of Nation, Səh. 36)

Babildə samilərdən öncə turan hakimiyyəti mövcud idi və o zaman da ölkə ayrı-ayrı krallıqlara bölünmüşdü. Mesopotamiyada (Babildə) Turan svilizasiyasının hakimiyyət dövrü e.q. 2000-ci ilə qədər davam etmişdir, sonra onu 2000-ci ildən 1575-cü ilə qədər samilər davam etdirmişlər, 1575-dən 1545-qədər elamlıların hakimiyyət dövrüdür, 1545-ci ildən 1300-cü ilə kimi isə ərəblərin hakimiyyət dövrüdür. (G. H. Rawlinson. 1883, Səh. 410)

Arilərin mütəşəkkil subetnos kimi tarix səhnəsinə qədəm qoyması tarixini m.ö. 1500–1400 illərdən etibarən qəbul etsək, dünya tarixinin həmin dövrə qədərki tarixini Turan tarixi dövrü kimi səciyyələndirmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, arilərin tarix səhnəsinə qədəm qoymasını Turan dövrünün sona çatması kimi dəyərləndirmək yanlış bir düşüncədir. Arilərin peyda olması ilə dünya tarixində İran-Turan savaşları adlandırılan, dünyada iki irqin hakimiyyət uğrunda mübarizə apardığı və min illər ərzində davam edən tarixi dövr başlanmışdır.

Alman tarixçisi A.Virth bəşər tarixində ilk dövləti yaradanlar Mesopotamiyanın cənubunda sumerlər və akkadlar, yəni turanlılar olduğunu və onların şimaldan gəlmiş böyük ural-altay irqinə mənsub olduqlarını yazır. Onlar sonradan samilər tərəfindən ortadan qaldırılmışlar. (A.Wirth. 1905, Səh. 11)

F.Lenormanın irəli sürdüyü nəzəriyyəyə görə Turan xalqlarının ana yurdu Sumer-akkadın quzey-doğusundakı Zaqros dağları və onun yaylalarıdır. Lenormanın göstərdiyi bu ərazi Azərbaycan ərazisinə uyğun gəlməkdədir. Lenorman Türklərin mənşəyi və dünyaya yayılma prosesini özündə əks etdirən “Yüksəliş və təkrar dönüş” tezisini irəli sürmüşdür. Lenorman yazır: “Turanlıların yayıldığı çıxış məntəqəsi sivil bəşəriyyətin dörd böyük irqinin ümumu beşiyi olan ərazidə idi. Hətta bu gün Altayda yaşayan şimal turanlıları, uqro-finlər, samoyed türk-tatarlar, monqollar, tunquzlar üçün Altay beşik deyil, E.Renan da qeyd edirdi ki, türklərin indi yaşadıqları yer onların köçlərinin 3-cü mərhələsini təşkil edir və Altaylar onlar üçün yenidən qalxıb yüksələrək yeni yerləşim məntəqəsini tapmaq üçün bir çıxış nöqtəsidir. Hər dəfə Altay dağlarında məskunlaşaraq artıb çoxalan turanlı türklər yenidən öz yurdlarını tərk edərək yer üzərinə yayılırlar və bu hadisə tarixin müxtəlif dövrlərində yenidən təkrarlanır”.

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
1071 s. 2 illüstrasyon
ISBN:
9789952837124
Telif hakkı:
Kohlan Publishing House
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Porno. Sesso online
Vitaly Mushkin
Metin
Ortalama puan 4,2, 5 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin
Ortalama puan 3,7, 3 oylamaya göre