Kitabı oku: «Avropa. Türklər. Böyük Çöl», sayfa 5
Böyük Çöldə bir “xalqın” digərinə çevrilməsi adi iş idi. Ənənə belə idi. Bunları bilmədən türklər, onların mədəniyyəti haqda fikir yürütmək düzgündürmü? “Xalq” meydana gəlir, bir neçə onillikdən sonra “yoxa çıxır”, onun yerində yeni, bu dəfə də türk olan “xalq” peyda olur… Sizcə, bu nədir? Cəfəngiyyat? Axmaqlıq? Yox, bu, “köçəri sivilizasiyası” haqqında bilik kimi qələmə verilən cəhalətdir.
Yenə də guya Çöl üzrə ixtisaslaşan alimlərin mövqeyi başa düşülmür. Onlar açıq-aşkar olan şeyləri, bir tərəfdən Çölün türk birliyini, digər tərəfdən türk Kiyevi ilə slavyan Novqorodunun mədəniyyətləri arasında olan fərqi nümayişkaranə şəkildə görmək istəmirdilər. Hər şeyi slavyanlara aid edirdilər. Niyə? Bunlar ki ayrı-ayrı şeylərdir!
Özlərini, öz xalqını, öz əcdadlarını çıxılmaz vəziyyətə salıblar. Bundan başqa, qonşularına hörmətsizlik ediblər. Rus siyasətçiləri təkcə türkləri vəhşi elan edərək, onların tarixini və mədəniyyətini özünə çıxaraq tarixdən yoxa çıxarmağa cəhd göstərməyiblər. Onlar fin-uqor xalqlarını da belə qarət ediblər. Belarusların və ukraynalıların da tarixini təhrif edib onların ən yaxşı oğullarını əllərindən alıblar; məsələn, ilk belarus çapçısı İvan Fedoroviç dönüb rus Fyodorov oldu. Bəstəkar Qlinka, yazıçı Dostoyevski və onlarca başqaları da onun kimi… Belarus üzərində səma ulduzsuz qaldı.



Müqayisə üçün – qədim Altayın (e.ə. V–IV əsrlər) kurqanlarından tapılmış heyvan təsvirləri.

Maral, qıpçaq mədəniyyətinin sevimli mövzularından biri (Z.S.Samaşevin müqayisəli cədvəli): 1 – Sağır I; 2–5 – Çiliktin kurqanı; 6 – Ters çayı üzərində qaya, Kiçik Qara-tau silsiləsi; 7 ‒ Yelanqaş; 8 ‒ Monqolustan; 9 ‒ Moynak; 10 – Kostroma kurqanı; 11 – Poltava vilayəti; 12 – Melqunov kurqanı; 13 – Ziviyə; 14 – Cənubi Sibir.

Üzərində maral təsvir olunmuş daşlar – qıpçaqların məşhur vizit kartları. Altaydan tutmuş Mərkəzi Avro payadək səma maralının – «yelenin» təsviri olan daşlara rast gəlinir.
Qıpçaq Kiyevi
Hadisələrin yeni “şərhi” ancaq nəsə təzə bir şey düşünmək arzusunu gücləndirir… Bu sahədə Kiyev şəhərinin tarixi gözəl nümunədir. Məhz burada yaradıcılığın, kamilliyin sərhədi yoxdur.
“Salnaməçilər” şəhərin əsasının qoyulma tarixini 854-cü ilə aid edirlər. Amma arxeoloqlar inandırırlar ki, insanlar burada V əsrdən məskunlaşıblar. Ərəb mənbələri bunu təsdiqləyir. Beləliklə, 350 illik vaxt fərqini rus salnamələrində sıfıra endiriblər.
Belə üsul nə deməkdir? O deməkdir ki, I Pyotr çox rahat şəkildə Stalinin müasiri ola bilər, onlar Poltava döyüşünə birgə rəhbərlik edəndən sonra repressiyalara başlayardılar… Cəfəngiyyatdır? Lakin Kiyevin nümunəsi həmin qəbildəndir.
Vaxtın qısaldılması rəsmi rus tarixçilərinin sınaqdan keçirilmiş üsuludur. “Ötən illərin dastanı”nın giriş hissəsini təsadüfən beş dəfə dəyişməyiblər ki: dalandan çıxış axtarırdılar, slavyanları rusa çevirməyin yollarını arayırdılar! Və tapdılar. Olduqca sadə bir yol seçdilər: nəyinsə üstündən xətt çəkdilər, nəyisə əlavə etdilər, sonra varyaq hakimlərin adlarını dəyişdilər. Beləliklə, Kiyev Rusunun tarixi slavyan tarixi oldu… Qəşəngcə hamını barmaqlarına doladılar.
Lakin yeni xalqın (rus xalqının), yeni ölkənin (slavyan Rusunun) belə başlanğıcı ilə razılaşmaq mümkündürmü? Yəqin ki, yox. Slavyanların başlarını qaldırmaları, hakimiyyətə gəlib rus xalqı adlanmaları üçün hansısa daha ciddi hal və səbəb olmalıdır.
Burada həmin dövrdə dünyada baş verən hadisələri saf-çürük etmədən keçinmək olmaz.
XI əsrdə Bizansın ulduzu sönməyə başladı; ölkə sürətlə zəifləyirdi. Xristian kilsəsinə rəhbərlik etmək üçün gedən mübarizə Romanın xeyrinə başa çatdı, siyasətdə və iqtisadiyyatda da bu özünü göstərdi. Bizansda hakimiyyət tədricən yararsız hala gəlirdi. Yunanlar çox şeydən imtina etməyə məcbur oldular; məsələn, rusların onların ölkəsini təmin etdiyi bəzək əşyalarından. Kölə slavyanlar da pula getmirdilər.

Ev xoruzunun sevimli təsviri. Onlara qədim Altayın kurqanlarının əşyalarında tez-tez rast gəlinir və Böyük Çölün xalqlarının yadda şından çıxmır, məsələn, Fransanın.
Rusların cavab reaksiyasını çox gözləmək lazım gəlmədi, onların da bizanslılara olan marağı söndü. “Varyaqlardan yunanlaradək” gedən yol tez bir zamanda zəiflədi və onunla birlikdə ruslar da kasıblamağa başladı. Həmin vaxtadək onlar artıq özlərini türklər vasitəsilə İranla apardığı ticarətdən məhrum etmişdilər. İndi isə Bizansın itkisi ruslar üçün ölümcül zərbə idi.
Kiyev (varyaq) knyazlarının yoxsullaşmasını təsdiq edən faktın biri də o idi ki, artıq XII əsrin ortalarından onlar pul zərb etmirdilər… Ancaq bu xaos və zəifləmənin qalın qatlarından tədricən yeni həyat əlamətləri gözə dəyirdi. Xalq içərisində deyilir: “Müqəddəs yer heç vaxt boş qalmır”.
Məhz bu vaxt slavyanlar keçmiş “varyaqlardan yunanlaradək” olan yolun üstündə yerləşən boşalmış varyaq şəhərlərinə doluşmağa başladılar. Pskov, Smolensk, Novqoroda… Keçmiş varyaq şəhəri Xolmqard25 məhz o zaman Novqoroda çevrildi. Əlbəttə, slavyanlar Polotsk knyazlığında da, uzaq Kiyevdə də göründülər.
Kiyev knyazları Ruotsidən – Skandinaviyadan əvvəllər aldıqları dəstəkdən məhrum oldular. Bundan da qonşular faydalandılar, zəif Novqorod knyazı Kiyevə hücum etdi və onu asanlıqla ələ keçirdi. Kiyev artıq yox idi! Çökməkdə olan şəhər müqavimətsiz təslim oldu. Hər şey limandakı körpüdə baş verən kiçik döyüşdə həll edilmişdi, şəhərin yeni sahibi məhz orada müəyyənləşdi.
Salnamədən gələn, “vəhşi kimi” yaşayan slavyanlar haqqında olan ifadə maraq doğurur. Görünür, “katsap”, türk dilində “saqqallı keçi” ifadəsi məhz o vaxt, Kiyevin “yeni” və “köhnə” sakinləri arasında tez-tez baş verən toqquşmalar zamanı dilə daxil olmuşdur. “Vəhşi həyat tərzi” və onlardan gələn qoxuya görə slavyanları belə adlandırırdılar. Cavabında isə “xoxol” sözü eşidilirdi, guya söyüş kimi səslənirdi, lakin bu sözün həqiqi mənasını slavyanlar, əlbəttə ki, bilmirdilər.
Zaman və hadisələr dayanmadan slavyanların xeyrinə işləyirdi, tale onların üzünə gülürdü, baxımsız qalmış ölkədə onların qızıl dövrü gəlib çatmışdı! Ətrafda vəziyyət nə qədər çətin idisə, onlar üçün bir o qədər əlverişli idi. Xüsusilə Kiyevdə hakimiyyətə novqorodluların adamı, qanına görə varyaq, ruhuna görə slavyan olan Vladimir gələndən sonra. Meşədən gələnlər rusların yaratdığı, sonra onlar üçün tərk etdikləri ictimai boşluğu tezliklə doldurdular. Varyaqlar Rusu slavyanlara qoyub getdilər. “Sadəcə, elə-belə” qoyub getdilər. Daha doğrusu, əvvəlki itaətkarlıqları və köləlikləri müqabilində onlara təhvil verdilər.
Lakin Kiyev Rusunun əhalisində xalq birliyi hiss olunurdumu? Orada, rus alimlərinin inandırmağa cəhd etdikləri kimi, rus xalqı formalaşa bilərdimi?
Reallıq bunun əksini göstərir: XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölündü. Hansılara, necə və niyə? Bu başqa məsələdir. Lakin fakt faktlığında qalır – dövlət parçalandı və buxarlandı! O, bir neçə on il güclə müqavimət göstərərək əzablı ölümə düçar oldu.
Novqorodun tozağacı qabığı üzərindəki yazıları bunu inandırıcı şəkildə sübut edir. Akademik V.L.Yanin yazır ki, bu fərmanlar “əvvəllər sanki mübahisəsiz qəbul edilən bir sıra problemlərin həllinə yenidən baxmağa imkan verdi”.
Həqiqətən, qədim Rus dövlətinin yaranma mexanizminə indiki baxış köklü surətdə dəyişilməlidir. Ümumiyyətlə, bu, iki müxtəlif mədəniyyətin, türk və slavyan mədəniyyətlərinin birləşdirilməsi cəhdi idi. Kiyev və Novqorod mədəniyyətləri bir çox əlamətlərinə görə bir-birindən fərqlənirdi; məsələn, novqorodluların dili, Yaninin “Cənubi Baltik slavyanları” adlandırdığı venedlərin dialekti idi. Yerli kiyevlilərin dili tamamilə başqa idi.

XII əsrdə tozağacı qabığı üzərində yazılmış slavyan yazıları. Yazı run ilə mü qa yisədə tamam başqadır.
Gördüyümüz kimi, slavyanlara miras kimi qalmış Kiyev Rusu onların siyasətinin məhsulu deyildir. Ona görə də o, daimi ola bilməzdi: kometa kimi səmada parıldadı və sönüb yoxa çıxdı.
Rus çox sürətlə söndü, o, sadəcə olaraq parçalanmadı, düşmənçilik edən knyazlıqlara bölündü: hakimiyyətdəkilər və xalq qarşılıqlı öhdəliklər olmadan birgə yaşaya bilməzlər. Hakimiyyəti ələ keçirmək böyük əziyyətdir. Lakin onu əldə saxlamaq yüz dəfə artıq ağır zəhmət tələb edir.
Belə olmuşdur… Lakin nəyə görəsə ənənəvi Rusiya tarixində olan məntiqsizlik heç kəsi narahat etmir; məsələn, niyə ukraynalılar novqorodlulardan, voloqdalılardan, vyatiçilərdən fərqlənirlər? Təkcə xarici görünüşləri ilə fərqlənmirlər. Elə götürək geyimlərini, mətbəxlərini, mahnılarını, tikililərini və s. Hər şeydə fərq var!
Burada təəccüblü heç nə yoxdur, çünki Rus və Ukrayna heç də bir ölkə demək deyil. Onların arasında münasibət çox qısa, XIII əsrin ortalarına qədər, cəmi yetmiş26 il olmuş, sonra isə tamamilə kəsilmişdir. 1620-ci ildə onu bərpa etmişlər. Ancaq necə?
Ukraynanın Rusiyaya yenidən birləşməsi haqda sənədlər onu göstərir ki, “birləşən” tamamilə müxtəlif xalqlar idi, onar heç bir-birini başa düşmür, tərcüməçi tolmaçların köməyi ilə ünsiyyət qururdular. Belə ki, V.Buturlinin başçılığı ilə Ukraynaya gələn ilk Moskva səfirliyinin tərkibində iki tərcüməçi – türk Bilal Baytsa və Stepan Konçinski var idi. Onlar “yadelli-çerkasların” (Rusda kazakları belə adlandırırdılar) və “litvinlərin” (yəni qərbi ukraynalıların) yanına gedirdilər. Birincilər türkcə, ikincilər isə “rus” slavyanlarının o qədər də başa düşmədiyi slavyan dilinin dialektlərinin birində danışırdılar.
İki xalqın “birləşməsi” çətin, demək olar ki, açıq qarşıdurma şəraitində başlandı. Bu “birləşmənin” mahiyyətini isə II Yekaterina öz göstərişlərindən birində belə izah edirdi: “Yumşaq üsullarla elə vəziyyətə gətirib çıxarmaq lazımdır ki, onlar ruslaşsınlar və meşədəki canavarlar kimi baxmasınlar…” Bu, Ukraynanın müstəmləkələşdirilməsi deyilsə, bəs nədir?
Getman hakimiyyətini ruslar ləğv etdilər “…ki, əsrlərboyu getman adı yox olsun, heç bir şəxs bir daha bu səviyyəyə qaldırılmasın”. Ukrayna kilsəsini də başsız qoydular, çünki ruslar ona da şübhə ilə baxırdılar, belə ki, Rus kilsəsinin rəhbərləri xoxolları öz dindaşları hesab etmirdilər. Lakin kilsə xadimlərini qovmadılar, onları dini rütbələrindən məhrum etmədilər, öz yanlarında kilsə vəzifələrinə təyin etdilər (Matskeviç və başqalarını).
“Əbədi ittifaqa” çar II Aleksandr son qoydu: onun 30 may
1876-cı ildə verdiyi fərmana görə, ukrayna dilində danışmaq, kitab buraxmaq, onu məktəbdə tədris etmək, hətta bu dildə mahnı oxumaq da qadağan olunurdu… Beləliklə, ukrayna dili ildən-ilə daha başadüşülən, ruslar üçün qulağa yatımlı olurdu.
Əgər ukraynalılar, həqiqətən də, başqa yox, məhz slavyan kökənlidirlərsə, onda niyə digər “rus” slavyanları, məsələn, novqorodlular türklər kimi başlarına papaq qoymurlar, türklər kimi çəkmə, şalvar, yanyaxa köynək geymirlər? Niyə onlar türklər kimi həzin mahnılar oxumur, türklər kimi qızğın və təsirli rəqs etmirlər? Niyə novqorodlu üçün at sadəcə yabı, nəqliyyat vasitəsidir, amma qıpçaq üçün (qoy ukraynalı, rus və ya başqa cür adlansın) at onun ruhunun, bədəninin davamıdır, onun ikinci “mən”idir?
Suallar minlərlədir, lakin onlar hamısı tarixin qərəzli surətdə saxtalaşdırılması haqqındadır.
Yalan o qədər ayaq tutub ki, indi heç kəs həqiqətin və cəfəngiyyatın harada olduğunu fərqləndirə bilmir. Baxmayaraq ki hər şey göz qabağındadır, Ukraynada qıpçaq mədəniyyəti qorunub-saxlanılmışdır!
Moskva Rusu ilə Ukrayna arasında XVII əsrdə meydana gələn münasibətlər elə ilk gündən ikimənalı xarakter aldı. Bu, günümüzə qədər davam edir: bir şey danışılır, digər hərəkət edilir. Moskva və onun yüksək dairələri həmişə “kozak torpağının” əhalisinə öz düşmənləri kimi baxmışdır; V.N.Tatişşevin sözlərinə görə, onlardan “Rusiya dövlətinə dəfələrlə qiyamlar və ziyanverici hərəkətlər törənmişdi”. Məhz buna görə ruslar həmişə Ukraynanı “çar əli altında saxlamağa çalışmış”, onlar isə, öz növbəsində, müqavimət göstərmişlər.
Siyasi mədəniyyətdə olan fərqlərə görə iki “qardaş” xalqın yuxarı dairələri bir-birini sadəcə olaraq başa düşmür, bir-birinə etibar etmirdilər. Bu haqda V.N.Tatişşev və V.O.Klyuçevski də yazıblar. Məgər Ukrayna ilə Rusiyanın birləşməsindən sonra “bir getmanın27 da axıradək öz həyatını təhlükəsiz başa vurmaması və onların heç birinin Kiçik Rusiyada qəbrinin olmaması bunu açıq-aşkar sübut etmir?” Sözgəlişi, “getman” sözü türk dilində “ruhun daşıyıcısı”, xalqın “qeyrətinin daşıyıcısı” deməkdir!
Buna daha aydın bir sübut isə “çerkaşin”, yəni “ukraynalı” ləqəbinin Moskva rəhbərlərinin şüurunda uzun müddət “xain” mənasını daşımasıdır. II Yekaterina öz təlimatında “Kiçik Rusiyanın baş komandanı” Pyotr Rumyantsevə yazırdı ki, rus xalqı “Kiçik rusiyalılara gözəgörünməz nifrət hissi bəsləməyə adət edib”. Sonuncular da eyni hiss ilə cavab verirdilər28…
Bu iki “qardaş xalqın” qarşılıqlı antipatiya hissini XIX əsrdə alman səyyahı İohann Kol çox dəqiq ifadə etmişdir: “Malorossiya29 xalqının Velikorossiya30 xalqına bəslədiyi ikrah hissi o qədər böyükdir ki, düzü, bunu ancaq milli nifrət kimi xarakterizə etmək olar”31.
Yaddaşsızlıq – dəhşətli xəstəlikdir, Rusiya bu xəstəlikdən əziyyət çəkir. Özü də tək o yox. Məşhur fransız tarixçisi Mark Ferro “Dünyanın müxtəlif ölkələrində tarixi uşaqlara necə danışırlar” adlı maraqlı bir kitab yazmışdır. Aydın olur ki, özləri haqda hər şeyi uydururlar. Bu, “rəsmi” tarixin ümumi qəbul edilmiş qaydasıdır.
Mark Ferronun fikrincə, məsələn, Hindistanda tarix mahiyyətdən məhrumdur, özünün əsasına görə isə o, mifikdir. Ərəblərin tarixi “şəkillərdə çəkilmiş tarixdir”. Farslar ölkələrini dünya sivilizasiyasının mərkəzi yerinə qoyurlar. “Bir sıra məğlubiyyətlərə düçar olan Ermənistan həvəslə öz tarixini yüksəldir, ona işıqlı əzabkeş obrazı verməyə çalışır”. Demək olar ki, hər bir ölkə uşaqlara ÖZ tarixini danışır! Buna görə rus tarixçilərini çox da günahlandırmaq olmaz: onlar özləri haqqında başqalarından çox uydurmayıblar. Ola bilər ki, bir az çox.
Lakin… keçmişsiz gələcək olmur, belə ki, məhz keçmiş gələcəyə keçir: zaman bir-biri ilə əlaqəlidir. Tarix – zaman haqqında qeydlərdir və orada baş verən hadisələrdir. Qeydlərdə hadisəni təhrif etmək, hadisəni kəsməklə insanlar zamanı dəyişdirmir, hadisəni dayandırmırlar, onlar öz nəslini yaddaşsızlığa düçar edirlər; deməli, yeni nəsil gələcəyə baxmağı bacarmayacaq.
Lakin bəzən yaddaşsızlıq – yaxşıdır. O, dərmandır, düzdür, zəhərlə qarışıqdır, müsibət yaşamış xalqın ruhi yaralarını sağaldır. Sonralar, zaman keçdikcə zəhər yaddaşda toplanır və ziyan etməyə başlayır… Əlbəttə, keçmişi yada salmaq ağırdır, lakin xalq olaraq qalmaq istəyirsənsə, qonşuların arasında itib-batmaq istəmirsənsə, bu lazımdır.
Qədim türk hikməti öyrədir: “Özgəsininkinin ardınca getsən, özününkünü itirəcəksən”. Qıpçaq xanı Kurya məhz bu sözləri Böyük Çölə yürüşü rüsvayçılıqla başa çatmış və ələ keçmiş rus knyazı Svyatoslavın kəlləsindən düzəldilmiş piyalənin üzərinə yazmağı əmr etmişdi.
Xalqı yaratmaq olmaz. On kitab əsasında bir kitab tərtib etmək olar, lakin on “etnik parçadan” bir xalq yığmaq olmaz: tarixi kök və ənənələrindən məhrum olmuş kütlə xalq deyil. Bu həm Amerika xalqına, həm də istənilən “yeni” xalqa aiddir. O, ideya əsasında yaranmış birlik, ya da siyasi (dövlət) icma olacaqdır. Lakin bundan artıq heç nə ola bilməyəcək.
Dünya xalqları təkcə xarici görünüşləri, mədəniyyətləri, adət-ənənələri, vərdişləri, əxlaqları ilə fərqlənmirlər. Onlar, bioloqların da təsdiqlədiklərinə görə, genetik səviyyədə də bir-birindən fərqlənirlər. Odur ki zəncilərdən çinlilər doğulmurlar. Bu səbəbdən də bir xalqa bir mədəniyyət, digərinə isə başqa mədəniyyət xasdır. Bu səbəbdən də dünyada dörd min xalq var. İlk baxışdan hamısı bərabər olsa da, əslində, müxtəlifdirlər.
Hələ qədim dövrdən adamları xalq kimi birləşdirən əlamətlər məlumdur. Bu barədə bütöv traktatlar yazılıb. Bioloji xüsusiyyətlər insanları irqlərə, irqləri xalqlara ayırır. Hər birimizin təbiəti (və yaxud cinsi?) bizə nəsildən-nəslə, gedənlərin ardınca gələnlərə ötürülüb… Bu hər zaman və hər yerdə məlum həqiqətdir.

Kişi şalvarının ilk «modeli». Onları 2 min il bundan əvvəl qədim Altayda yun və ipəkdən tikirdilər.
Lakin təkcə Rusiyada belə deyil. Burada insanı tədqiq etmək qəbul olunmur, baxmayaraq ki bu sahədə əldə edilmiş uğurlar çox maraqlıdır. Görünür, buna siyasi ehkamlar mane olur. İsraillilər isə özlərini, öz genetik köklərini öyrənən zaman barmaqlarının ucunda, dərinin üzərindəki şəklə görə heyrətamiz kəşf etdilər. Aydın oldu ki, nəinki hər bir adam, eyni zamanda bütöv xalq da bu əlamətlərə görə fərdi xüsusiyyətə malikdir. Beləliklə, dəri üzərində şəklə görə yəhudi olub-olmamağı müəyyənləşdirməyi öyrəndilər.

Zbruç bütü (X əsr, Qərbi Ukrayna). O, Böyük Çöldə onlarca, yüzlərcə rast gəlinən qıpçaq «qadınlarının» «qardaşıdır».
Bu, irqçiliyə doğru atılmış bir addımdır? Qətiyyən yox, heç kimi irqçiliklə qorxutmaq lazım deyil. Söhbət tamam başqa şeydən gedir: biz hər şeydən əvvəl canlı məxluquq, sonra isə cəmiyyətin üzvü. Biri ilkin, digəri isə ikinci gəlir. Öz təbiətimizi, fərdi xüsusiyyətlərimizi dərk etmək biz insanlara imkan verir ki, həyatın ictimai və başqa hadisələrinin mənbəyini başa düşək. Onlardan nəinki xalqların tarixi, həm də bütün ictimai proseslər başlayır.
“Bioloji sima” hökmdarların hakimiyyətindən asılı deyil; məsələn, türklərin hətta toxumalarının zülalları və sümükləri slavyanlarınkından, vepslərinkindən və digər meşə zonasının xalqlarınkından fərqlənir. Altayın və Çölün təbiəti minilliklərlə özünəməxsus sağlamlığı, özünün dünyagörüşü, özünün ənənəsi və mədəniyyəti olan xüsusi tip insan yaratmışdır. Çox inadkar tipdir. Məhz bu elə qıpçaq xalqıdır! O, fərdidir. Onun bu fərdiliyi təkcə xalqın mədəniyyətində əks olunmur, hətta barmağının ucundakı şəkildə də görünür. Qıpçağı necə adlandırırsan adlandır (qumuq, rus, ukraynalı və s.), onun “bioloji siması” genetik cəhətdən dəyişməzdir… O hər bir şəxsi öz valideynlərinə, əcdadlarına oxşar edir. “Toxum necədirsə, tayfa da elədir”, – hələ qədimdə insanlar bunu fərqləndirə biliblər. Bu gün bu qaydanı dəyişmək istəyirlər; belə hesab edirlər ki, sivil xalqlar özlərinə qapanmalı deyillər… Çox mübahisəli mövqedir, lakin təəssüf ki, o mövcuddur.
Etnoqrafiyada da fizikadakı kimi hər şey öz qanunlarına tabedir, hətta xalqlarda olan fərqlər, onların rəftarı, bu və ya digər xörəyə, içkiyə bağlılığı da qanunlara bağlanır… Bir sözlə, xalqların həyatında təsadüflər olmur.
Məhz etnoqrafiyanın bioloji qanunlarının qəbul edilməməsi üzündən içərisində adamların etnik icmalara (istənilən iri bir şəhərdə italyan, Çin və digərlərinin məhəllələri vardır) bölündüyü və sürətlə yaradıldığı Amerika “xalqının” uğursuzluğu başlanır. Kədərli də olsa, oxşar hadisə ruslar arasında da (həmin məhəllələrə burada da rast gəlmək olar) müşahidə olunur.
İvan Qroznının dövründən Moskva Rusunda adamlar arasında öz yeni məsləkdaşlarına, həmvətənlərinə inamsızlıq, təcavüz, hörmətsizlik hökm sürməyə başlayıb; məsələn, opriçninanı32 “ruslar” sırasına qəbul edilən türk-qıpçaqlar həyata keçirirdilər. Belə nümunələr minlərlədir. Təəssüf ki, keçmiş xəstəliyin əlamətləri indi də özünü göstərir. 1993-cü ildə Ağ evlə Ostankino qarşısındakı qırğını buna ən son nümunə kimi göstərmək olar. Bu həm 1937-ci il repressiyası və Vətəndaş müharibəsi, tarix pilləkənləri ilə aşağı ensək, Puqaçovun, Bolotnikovun, Bulavinin, Razinin, streleslərin üsyanı və digər xalq hərəkatlarının vəhşicəsinə darmadağın edilməsidir. Bu həm də opriçninadır, xeyli belə epizodlar göstərmək olar ki, çox böyük məmnuniyyət və zövqlə rus rusu qırırdı. Öldürərkən doğma qanı belə hiss etmədən, düşmən kimi məhv edirdi. Dünyada heç bir xalq – heç biri! – özünə belə əzab verməmişdi.
Baxın görün etnoqrafik təcrübələr nə ilə nəticələnir. Onlar xalqın özünüməhvinə aparır. Özünə qarşı amansız təcavüzə.
…Əlbəttə, bu sətirlər bir çoxlarının xoşuna gəlməyəcək. Bəzi oxucuların vətənpərvərlik hissinə və əhvalına toxunmayaraq demək istəyirik: inanın, bu sətirlər sizi alçaltmaq üçün yazılmayıb. Lakin qədim Kiyevin nə tikilmiş və hazır şəhəri ələ keçirmiş varyaqlara, nə də slavyanlara aidiyyəti var. Kiyev – türk tarixinin bu parlaq səhifəsi sonralar Rusiya tarixinə də çevrilmişdir. Onun tarixi həm run yazıları ilə, həm də kirillə yazılmışdır.
İlk rus salnaməçiləri bunu gözəl bilirdilər, ona görə sonrakı hakimlər salnaməni cidd-cəhdlə yenidən redaksiya edirdilər.
IX əsrdə kiyevlilər “çudovoye move” dilində, yəni öz dillərində danışırdılar, axı onlar türk-qıpçaq idilər. Kiyev türkcə tərcümədə “kürəkənin şəhəri” deməkdir. V əsrdə salınıb, əvvəlcə onu Baştau adlandırmışlar. Sonra o, Ukrayna xaqanlığının ərazisindən keçən, “varyaqlardan yunanlaradək” gedən yolun üstündə gömrük şəhəri oldu. Orada xaqan hökmdarlıq edirdi33.
Qonşu xaqanlıqların: Avar, Böyük Bulqar, Xəzər, Volqa Bulqarının hökmdarları da məhz bu titulu daşıyırdılar. Bütün bu xaqanlıqların hamısı Dəşt-i Qıpçaq (qıpçaqların çölü və ya poloves düzənliyi) ölkəsini təşkil edirdi. Xoşbəxtlikdən bu, yaddaşlardan silinməyib.
Bu yaxınlarda müstəqil Ukraynada Kiyevin əsasının qoyulmasının 1500 illiyi keçirilirdi. Şükür Allaha, həqiqət yada düşdü! Radio ilə qədim Kiyev Rusunun duaları eşidilirdi, moizə oxuyan aşağıdakı sözləri deyirdi: “Xoday aldında beten adem açıq bulsun”. Təəssüf ki, hansısa ağıllı həmin duanı slavyan-kilsə dilində izah etməyə başladı… Sadəlövh bir müqəddəslik!
Hər bir türk uşağı bu “qədim slavyan” mətnini izahsız da tərcümə edə bilər: “Hər bir adam Allah qarşısında açıq qəlblə dayanmalıdır”. Burada digər tərcümə ola da bilməz. Kiyev Rusunda, həqiqətən də, üzü şərqə tərəf, səmaya baxaraq türk dilində dua edirdilər. Kiyevin və Ukraynanın qədim məbədlərinin üzərindəki türk run yazıları, qədim dualar indiyədək qalır… Ukraynalı qıpçaqlar onları qorudular.
Dəşt-i Qıpçaq ölkəsi V əsrdə – 370-ci ildə Don uğrunda güclü alanlarla möhtəşəm döyüşdən sonra yarandı və türklər Avropa düzənliklərinə çıxdılar. Elə onda qıpçaq tarixinin Avropa səhifəsi açıldı. Bu ölkə Xalqların Böyük köçünün coğrafi nəticəsidir. XVIII əsrədək, I Pyotrun Azov yürüşündən sonra Malorossiyanın istilasına qədər mövcud olub. Çöl sakinlərinin indiki nəsilləri isə hətta onun adının anlamını belə tam başa düşə bilmirlər. Niyə?
Ensiklopedik lüğətdə rusiyalıların ilk vətənləri haqqında, demək olar ki, heç nə ifadə etməyən bir arayış verilir: “Dəşt-i Qıpçaq (Qıpçaq Çölü) deyəndə XI–XV əsr ərəb və fars mənbələrində İrtış çayından Dunayadək, Krımdan Böyük Bolqara qədər geniş ərazidə köçəri həyat keçirən qıpçaqların (poloveslərin) yaşadığı yer nəzərdə tutulur. XIII əsrdə monqol-tatarlar tərəfindən ələ keçirilib. XVI–XVIII əsrlərdə onun ancaq şərq hissəsi (indiki Qazaxıstanın ərazisi) bu cür adlanırdı”. Sərhədi Moskva çayından keçən türk ölkəsi haqqında olan məlumat təkcə budur.

Çöl daş heykəlləri, bu məşhur poloves «qadın ları» mon qolla rın yürüşünə qə dər çöl mədə niy yə tinin fərqləndirici nişa nə si idi.
Hətta “dəşt” sözü də nə üçünsə, məlum olduğu kimi, düzənliyi olmayan İrana aid edilib. Ensiklopediyanı tərtib edənlərin heç ağıllarına gəlməyib ki, öz Vətənlərini adlandırmaq üçün qıpçaqlar fars sözünü neynirdilər.
Bəli, söz türklərə sanskritdən34 keçib, lakin onlarda tamamilə yeni məna, daha dərin, daha obrazlı şəkil alıb. Qədim türk dilində “taşta” sözünün bir neçə mənası var idi, o cümlədən həm də “xaricdə” deməkdir. Öz qədim Vətənindən, Altaydan getmiş, tanış olmayan çölə düşmüş, xaricdə olan xalq daha dəqiq söz tapa bilməzdi.
Məhz xaric türk-qıpçaqların yeni Vətəni oldu, beləcə, Dəşt-i Qıpçaq adı yarandı. Başqa cür demək də olmaz… Buradan isə indiyədək də qıpçağın qəlbini isidən step35 (rusca “çöl”) sözü peyda oldu.
Ücretsiz ön izlemeyi tamamladınız.