Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Son cənnət», sayfa 3

Yazı tipi:

III

Memo tez-tez bəhanə uydurur, kəndə gedirdi. Kəndə endiyi vaxtlarda onun çadırında yatır, sürüsünə göz-qulaq olurdum. Me-monun yenə qoyunlarını mənə tapşırıb getdiyi bir gün Dilo gəldi.

–Memo yenə yoxdur, – deyə soruşdu.

–Yoxdur, – dedim.

Güldü. Sanki Memonun olmadığına sevinirdi. Xüsusilə son vaxtlar yaylağa Memonun olmadığı zamanlarda gəlirdi. Onun gəli-şindən mən də xoşlanmağa başlamışdım. Getdikcə gözümdə sevim-liləşir, uşaq baxışları, uşaqca gülüşləri ilə ürəyimə bir yaz günəşi ki-mi istilik yayırdı. Onda Güldən işarələr görürdüm. Bəzən yanım-daykən, bütün olanları, içimdəki kədəri, hüznü unudur və sanki Güllə bərabərəm duyğusuna qapılırdım.

Özü ilə gətirdiyi quzu qovurmasından birlikdə yedik və söhbə-tə başladıq. O məndən dənizi, gəmini, qatarı, fabriki, şəhəri, şəhərin insanelarını soruşdu.

–Dəniz çox böyükdür, – deyə soruşurdu.

–Çox böyükdür, deyirdim.

Gözlərini bərəldib dinləyirdi. Ona dənizin maviliyini, dalğala-rın sağa-sola çırpınmasını, suların ucsuz-bucaqsızlığını, ağ qağayıla-rı və onların qışqırıqlarını izah etməyə çalışdım. Dənizin üstündə, tanımadığımız ölkələrə gedən böyük gəmilərdən danışdım. Gəmilə-rin kapitanlarından, ağ, tərtəmiz formalarından başlayaraq, gündə-lik çörəyini qazanmaq üçün qollarına taxdıqları kiçik səbətlərdə daşıdıqları bıçaqları, qələmləri, saqqızları, alışqanları satmaq üçün səhərin erkən saatında yola çıxan və müştərilərin diqqətini çəkə bil-mək üçün müxtəlif hərəkətlər edərək çır-çır çığıran şərqli uşaqlara və onların üzlərindəki hüznlərə qədər hər şeyi izah etdim. Məni diq-qətlə dinlədikdən sonra yenidən soruşdu:

–Bəs qatar? Həqiqətən, dəmirin üzərində sürüşərək gedir?

Bu dəfə ona qatarı izah etməyə çalışdım. Ağzımdan qatar səsi kimi səslər çıxararaq qatarın gedişini, fit çalmasını, stansiyaların iz-dihamlarını, bir-birilərindən ayrılan insanların həsrətlə başlarını pəncərədən uzatmaqlarını bacardığım kimi danışdım. “Puf puf…” deyə səslər çıxarıb fit çalarkən o mənim komik halıma yerə yıxılana-can güldü.

Çiçəklərin arasında yan-yana diyirlənməyimiz əsnasında üzü-mü yandıran nəfəsi məni dəli etməyə bəs etmişdi. Bir anlıq özümü saxlaya bilmədim və qollarından yapışıb qucağıma aldım, dodaqla-rından öpdüm. Ani hərəkətimdən çaşdı. Əllərimdən xilas olaraq qaçmaq istədi. Qollarını buraxmadım. Yavaşca özümə çəkdim və donun üst qismindəki iki düyməni dartıb açdım, boyunu və boyu-nun altını öpdüm. Bədəni lavanda çiçəyi qoxuyurdu. Mənim öpüş-lərimi və oxşayışlarıma etiraz etmədən sakitləşdi, təslim oldu. Lakin mən çay kimi coşub-daşan arzularımdan utandım və bir anda peş-manlıq, günahkarlıq duyğularıyla onu buraxdım və onun yanında üzüqoyulu yerə uzandım. Yenidən Gülü xatırlamışdım. Gülə verdi-yim sözləri, onun kiçik və təmiz ürəyinə verdiyim ümidləri düşün-düm. Mən necə adamam?

Üzümü otlara sıxdım. Bir arı vızıldayaraq başımın üstündən uçub getdi. Lap aşağılarda bir quzu yazıq-yazıq mələdi. İçim sızım-sızım sızladı.

Saçlarımda Dilonun əli gəzişincə ona doğru döndüm. Kiçik döş-ləri həyəcanla enib-qalxırdı. Üzü qıpqırmızı olmuşdu. Üzüm ona doğru dönər-dönməz utandı və kiçik qara gözlərini yumdu, amma bir əli hələ saçlarımda idi. Mən də əlimi saçlarına apardım. Örtüyü boyuna düşmüş, qapqara saçları üzünə yayılmışdı, düzəltdim.

Bu günahsız qızla oynamağa mənim haqqım var idimi? Bu dağ çiçəyinə, bu əllərinə əl, dodaqlarına dodaq dəyməmiş qıza nələr et-mək istəyirdim mən? Bu kiçik dünyasında gözlədiyi ağ atlı şahzadə-ni öldürməyi, onu aldatmağı necə düşünə bilərdim mən? Necə bir insan olmuşdum mən? İndi də könül qatili olmağamı qərar vermiş-dim. Ya inanclarım, ideallarım? Ürəyimi, beynimi dolduran bütün bu sözlər, şüarlar, tezislər, nəzəriyyələr hamısı yalan və boş idimi? Mərhəmətsizcə əlimə silah almış və bir insanı vurmuşdum. Ürəyimi peşmanlıq duyğuları ağrıtsa da vurmuşdum! Qorxaqcasına qaçmış bu insanlara sığınmışdım. Yaxşı, indi? İndi utanmadan bunları da aldadacaqdım? Nəticədə yeri-yurdu, çarəsi, imkanları olmayan bir qaçaq deyildimmi? Eyni zamanda buraların adamı olmadığımı da bilirdim. Mən ömürboyu çoban olaraq dağlarda, yaylalarda Dilo ilə birlikdə qoyun, quzu güdə bilməzdim ki… Gec-tez ya tutulacaqdım, ya da bir jandarma gülləsiylə vurularaq qaya dibində ölüb gedəcək-dim. Günahsız və ürəyi sevgi dolu Dilonu özümlə birlikdə yandır-mağın mənası nə idi? Dərhal özümə gəldim. Ani dəyişməmdən heç bir şey anlamayan Dilo da toparlanaraq, şalını təkrar başına atdı, do-nun açılmış düymələrini bağladı.

Dilo savadsız dağlar qızı, kiçik göyərçin olsa da könlü dolu bi-riydi. Dinləməyə, öyrənməyə aşiq idi. Bir çox əfsanələr, xalq hekayə-ləri bilirdi. Birdən ona oxumaq-yazmaq öyrətmək istədiyimi söylə-dim. Üzünü çevirdi:

–Yox, istəmirəm, – dedi.

Çaşdım. Nazlandığını düşündüm.

– Yaxşı, mənə dön, üzümə bax, – dedim.

–Baxmayacağam, – deyə qışqırdı.

–Axı nə üçün?

–Elə!

–Yaxşı, məndən küs, amma sənə hərfləri öyrədim, oxumağı öy-rən!

–Öyrənməyəcəyəm!

–Səbəb?

–Öyrənib nə edəcəyəm?

–Kitab, qəzet, məktub oxuyacaqsan. Yeni məlumatlar öyrənər-sən.

–Yeni məlumatlar nə işimə yarayacaq ki?

–Nə işə yarayacaq nə deməkdir? Tutaq ki, şəhərə getdin və yo-lunu azdın, nə edəcəksən?

–Təkbaşına niyə şəhərə gedim ki?

–Tutalım ki getdin?

Çevrilib üzümə baxdı, sonra şeytanlığına salaraq gözlərini qıyıb güldü.

–Getsəm, səninlə gedərəm.

–Tutaq ki, mən yoxam! Memo da yoxdur. Təksən və işin çıxdı, getdin. Yollar çoxdur və qarışıqdır. Qayıtmaq istəyəndə yolunu az-dın və yol işarələrini də oxuya bilmirsən, nə edəcəksən?

–Soruşaram.

–Yolda heç kim yoxdur!

–Millətə nə olub ki?

–Uff, sən adamı dəli edərsən! Əşşi, oxumağının nə zərəri var ki? Oxuma öyrənib əlinə bir kitab alarsan, başqa insanlar nə düşünürlər, nə yeyirlər, nə içirlər öyrənərsən!

–Mənə nə başqa insanlardan? Mən onların yeməklərindən yeyə-cəm?

Şalını çəkdim, saçları təkrar üzünə dağıldı.

–Ay dəli! Ye deyən kimdir? Bax, dənizi soruşdun, qatarı soruş-dun, şəhəri soruşdun ha… Oxumağı bilsəydin kitabdan oxuyardın.

–Niyə oxuyum ki, sən izah elədin də.

Sürüşüb düşmüş şalını yenidən dartdı. Ceyran kimi hoppana-raq oturduğu yerdən qalxdı və yanımdan uzaqlaşdı. Onu tutmaq üçün mən də oturduğum yerdən qalxdım. Hoppana-hoppana bir ağacın arxasına qaçdı. Bir az qovaladıqdan sonra tutdum. Arxadan belini qucaqladım. Əllərimi dişlədi, buraxdım, yenidən qaçdı. Uzaq-da bir təpəciyin üzərinə çıxaraq dilini çıxardı.

–Sən bilsən yetər, mən öyrənməyəcəyəm.

–Şeytan, sən istəməsən də, məcbur öyrədəcəyəm.

–Öyrədə bilməzsən!

–Görərsən!

–Görərik! Barışaq, sənə bir hekayə danışım.

–Yaxşı, gəl danış.

–Amma toxunmaq olmaz.

–Oldu.

–Özün bil, toxunsan dişləyəcəyəm.

–Ay aman, qorxduq! Yaxşı, dişləyərsən.

Qaça-qaça yanıma gəldi, şalını başına bağladıqdan sonra yerə çömbəldi. Yanaqları qızarmış, dodaqları canlanmışdı. Sinəsi yenə sürətlə enib-qalxırdı.

–Əllərini göstər.

–Əlimə nə olub ki?

–Dişlədim axı, ağrıdı?

Əllərimin üstünü göstərdim. Üzərlərindəki diş izləri görünür-dü. Əllərimi üzünə doğru çəkərək öpdü. Başını tumarladım.

–Ay səni, dəli qız! Yaxşı, hekayəni danış.

–Əvvəlcə sənə bir sual verəcəyəm.

–Ver görək.

–İnqilabçı nə deməkdir?

–Bu sözü haradan eşitmisən?

–Hamı səni belə çağırır, sənə inqilabçı deyirlər.

Gülümsədim.

–Mən inqilabçı deyiləm, – dedim. – Yəni, hələ ola bilməmişəm.

Dodaqlarını büzdü:

–Eləmi? Nə vaxt olacaqsan?

–Oxumağı öyrənib oxusan, inqilabçının kim olduğunu da öyrə-nərsən. Sən belə şeyləri düşünmə, hekayəni danış.

Əliylə uzaqlardakı dərəni göstərdi.

–Bu Qarasunu görürsənmi?

–Bəli, nə olub Qarasuya?

Dəxlisiz-dəxlisiz gülümsədim. Dodaqlarını əsəbiləşmiş uşaq ki-mi sıxdı, üzünü qırışdırdı.

–Lağ etsən, danışmayacam.

Yaxşı, lağ eləmirəm, danış.

Gözlərini dərəyə dikərək danışmağa başladı.

–Bir zamanlar bu Qarasunun adı Ağsuymuş. Ağ köpüklü sular-da ağbalıqlar üzərmiş. Ətrafındakı otların içlərində ağ xallı çiçəklər açarmış. Suların üzərindən axdığı torpaqlar, qumlar, daşlar süd kimi ağappaq olarlarmış. Hətta bəzən qara buludlar göydən enərək ağ sudan qidalanıb ağararmış. Təbii ki, bunu hamı görə bilməzmiş. Yal-nız könlü ağ, ürəyi saf insanlar buna şahid ola bilərlərmiş. Burada üzü qapqara, amma ürəyi təmizlik və sevgi dolu qara bir çoban ya-şayarmış. Onun, bir qara tütəyi, bir qara atı və bir qara itindən başqa heç nəyi yox imiş. Üzünə baxılası deyilmiş, amma tütəyi ilə elə yan-ğılı türkülər çalırmış ki, kəndin bütün qızları qayaların arxasında gizlənib onun tütək çalmağını dinləyirlərmiş. Bir novruz sabahı Qa-ra Çoban buludların göydən enərək Ağsudan su içdiklərinə şahid olur. Gördüklərindən heyrətlənib qara tütəyi, qara atı və qara itiylə birlikdə özünü buludların içinə atır. Atılmağına atılır, amma çıxan-da nə özünü, nə tütəyini, nə atını, nə də itini tanıya bilmir. Çünki üçü də ağappaq olubmuş. Üçünün də gözləri başqa cür görməyə, dodaqları bir başqa cür gülməyə, ürəkləri başqa cür döyünməyə başlayır. Tütəyini hər piləyəndə yanğılı türkülərin kədərindən tütə-yinin ucundan ağ tüstü çıxmağa başlayır.

O gündən sonra Qara Çobanın adı dəyişib Ağçoban olur və Ağ-çoban otların, ağacların, quşların, böcəklərin, heyvanların dilini an-lamağa, onlarla danışmağa başlayır. Ağçoban onlarla danışdıqca dərdləri də artarmış. Çünki hər kəsin özünə görə bir dərdi varmış. Ağaclar quşlardan, quşlar küləklərdən, böcəklər qoyun-quzulardan, qoyun quzular qurdlardan, qurdlar insanlardan yəni hər kəs bir-bi-rindən şikayətçi və dərdli imiş. Qayğısız yaşadıqlarını sandığımız böcəklərin, heyvanların minlərlə dərdi varmış. Ağçoban bunları öy-rəndikcə kədərlənər, kədərləndikcə yeməkdən-içməkdən kəsilərmiş. Günlərlə kəndə enməz, insanlarla danışmazmış. Günlərini ya bir qa-ya dibində, ya da bir ağac altında keçirərmiş. Onu görənlər, oturdu-ğu yerdə saatlarla onun dayanmadan mızıldandığını eşidib, heyrət-lənərlərmiş. O isə dərdini soruşanlara gülüb-keçərmiş. –Mənim bil-məkdən başqa dərdim yox, deyirmiş.

Bilməyin nə olduğunu soruşanlara da, bilmək, çarəsi olmayan xəstəlikdir, deyirmiş. Bilən insan, öz-özünü atəşə atmağa hazır olan-dır, deyirmiş. Gözlərimin qarşısından pərdə açılınca gerçək görmə-yin nə olduğunu öyrəndim. Kaş heç bir şey bilməsəydim, köhnə ha-lımla qalsaydım, deyə şikayətlənərmiş. Xoşbəxtliyin sirri bilməmək-dəymiş, deyə nəsihət verirmiş. Daha dərindən maraqlanıb soruşan-lara da, maraq, öyrənməyin yarısıdır. Və əlavə edərmiş ki, görə bil-dikləriniz həyatın çox az hissəsidir. Hər şeyi görsəydiniz dözə bil-məzdiniz. Gün gəlir, çox şey bilən və görən Ağçoban buralarda ya-şayan bir bəyin qızına aşiq olur. Ağçoban sevdaya düşən kimi bütün bildiklərini unudur, gördüklərini görməzdən gəlir. Çünki yalnız sevda “bilmək xəstəliyini” sağaldırmış. Sevgisorğulayan gözünü bağlayır, könül gözünü açarmış. Ağçoban sevdaya düşdükdən son-ra, bildiklərini bilmir, gördüklərini görmür və gündən günə qaral-mağa başlayır. O qaraldıqca Ağsunun suları, daşları, balıqları da qa-ralırlar. Ağsunun adı Qarasu, Ağçobanın adı yenidən Qaraçoban olur. Qaraçoban Bəyin qızını qaçıraraq onunla evlənir. Bəy də, Qara-çobanın igidliyindən xəbərdar olduğundan, əsəbiləşsə də onlara to-xunmur. Bax, buralarda yaşayanlar Qaraçobanın nəslindəndir. Ha-mısı sevgini bilir, amma bilgiyə yaxınlaşmaqdan qorxurlar. Onlar bilmək üçün heç bir şeyi öyrənmək istəməzlər. Amma doğuşdan hisləri qüvvətlidir və dağları, daşları, heyvanları, otları, çiçəkləri bil-gisiz tanıyar və sevərlər. Burada az qala hər kəs Bəyin qızı kimi əv-vəl sevdalanar sonra da qaçaraq evlənərlər.

– Amma bütün bunlara baxmayaraq, bilmək pis bir şey ola bil-məz, dedim.

Çoxbilmiş yaşlı qadın ədasıyla çiyinlərini dikləşdirib başını yu-xarı qaldırdı.

– Çox şey bilmək pisdir, dedi.

– Nə üçün?

– Çox bilənin, çox dərdi olar, deyərlər. Ən yaxşısı az bilib çox sevməkdir.

– Məsələn, quşların səsini bilmədən dinləmək, çiçəklərin necə açdıqlarını bilmədən solana qədər iyləmək daha gözəldir. Bilmək is-tədinmi səbəblərini də soruşmağa başlarsan sonra çaşıb qalarsan!

Eşitdiklərimə inana bilmirdim. Kiçik bir qızdı, dağ başında ya-şayırdı və buna baxmayaraq çox maraqlı düşüncələri vardı.

– Qız sən nə qədər şey bilirsən, dedim. Filosof kimisən.

– O nədir?

– Filosof, həqiqəti araşdıran və hər şey haqqında düşünəndir.

– Mən hər şey haqqında düşünmürəm ki!

– Bəs sən ən çox nə haqqında düşünürsən?

– Sənin haqqında.

– Mənim haqqımda? Niyə?

– Yenə əllərini dişləmək üçün!

– Dayan, sənə göstərim dişləməyi…

Əllərimi ona uzadan kimi sıçrayıb və gülə-gülə qayaların arxa-sında gözdən itdi.

Bir gün sonra yenə gəldi. Bu dəfə çox qaradinməz idi. Nə desəm cavab vermir, çiyinlərini çəkməklə kifayətlənirdi. Sözlü adam kimi ətrafımda dolaşır, üzümə baxır, itlərə əsəbiləşib onlara daş atırdı. Problemi olduğunu anlamışdım. Yanıma çağırdım. Başını aşağı di-kib yellənərək gəlib önümdə dayandı. Düz bir qayanın üzərinə otur-muşdum. Yanımda yer göstərdim utanaraq gəldi və qəribə şəkildə yanımda oturdu. Bir qolumu boynuna doladım. Ağ şalını çəkib uzun qara saçlarını oxşadım. Bir quzu kimi sakit idi.

– Nə olub?

Çiyinlərini çəkməklə kifayətləndi. Yavaşca qucağıma çəkdim. Etiraz etmədi. Başını dizlərimə qoydum. Parlaq qara gözlərinin ətra-fını, qaşlarını, yüngül tüklü dodaqlarını barmaq uclarımla tumarla-dım. Heç səsini çıxarmadan baxışlarını üzümə zilləmişdi. Başı di-zimdə bir müddət səssiz yatdı. Sonra ağlamağa başladı. Üzünü ovuclarımın içinə aldım. Ovuclarım gözyaşlarıyla islandı.

– Dilo, danışsana, nə üçün ağlayırsan? deyə soruşdum.

Sulu gözqapaqlarını aralayıb üzümə baxdı. Qara gözləri sanki qan dənizində üzürdü. Qızarmış dodaqlarından pıçıltıyla iki söz çıx-dı:

– Məni Memodan istə.

– Tutuldum.

– Buna görə ağlayırsan?

– Mən səni çox sevirəm!

– Mən də səni, dedim, heç düşünmədən.

Sevinclə dikəldi.

– Elə isə məni Memodan istə, evlənək!

– Dilo, mən evlənə bilmərəm.

– Nə üçün?

– Bilirsən, mən qaçağam.

– Bilirəm, amma önəmli deyil, buralarda qaçaq çoxdur.

– Sonra sən dedin axı, mən inqilabçıyam.

– Hələ olmamışam demişdin.

– Olacağam.

– Olsun, inqilabçı evlənmir?

– Evlənmir.

Şübhə dolu baxışlarla gözlərəmin içinə baxdı:

– Yalan danışma mənə, dedi.

– Yalan söyləmirəm. Həm də sən hələ çox balacasan.

– Mən balaca deyiləm, anam evlənərkən məndən də kiçik olub.

Başımı buladım:

– Dilo, olmaz!

Bir sincab kimi sıçrayaraq ayağa qalxdı.

– Yalan söylədin, sən məni heç sevmirsən, deyə qışqırdı. İncəcik səsi qayalardan-qayalara çarpılaraq qalınlaşdı və uzaqlarda əks-səda verdi. Səssiz otlayan qoyunlar, quzular başlarını qaldırıb yuxarıya baxdılar. İtlər mırıldamağa başladı. Şalını başına bağlamağa çalışsa da, əli titrəyirdi.

Oturduğum yerdən ayağa qalxdım. Yanına gedib sarılmaq, kö-nülünü almaq istədim. Mən ona doğru getdikcə o məndən qaçdı. Dodağımın altında mızıldandım. Onu sevdiyimi isbat etmək üçün boş-boş danışdım. O heç dinləmədi. Ağlaya-ağlaya kəndə doğru qaçmağa başladı. İtlər qulaqlarını yenidən şəklədilər və mırıltıları uğultuya döndü. Külək birdən-birə dayandı. İndi bir ot belə tərpən-mirdi. Günəş gözlərimi qamaşdırırdı.

Ürəyimə çökmüş ağrıyla Ağrının zirvəsinə baxdım və çadırdan içəri girdim. Çadıra uzunlamasına sərilmiş qırmızı keçənin üstündə uzandım. Gözlərimi çadırın yumru tavanına dikərək Dilonu düşün-düm. Nə qədər təmiz ürəkli, nə qədər dürüst bir qız idi, Allahım! Düşüncələrinə, ürəyinə bir damla belə sünilik, saxtakarlıq qarışma-mışdı. Bir sərçə, bir kəklik, bir kəpənək kimi idi. Təbiət kimi dadlı, təbiət kimi qatqısız idi. Amma mən? Mənsə min yad düşüncəylə zə-hərlənmiş və çirklədilmişdim. Beyinimdə ideologiyasız və fəlsəfəsiz bir zərrə yer qalmamışdı. Hər ağlıma gələn düşüncəni başqa yad düşüncəylə qiymətləndirirdim.

Bəlkə də Dilo haqlı idi. Bəlkə də bizləri heç cür azad ola bilmə-diyimiz və lazımsız qədər dağarcığımıza doldurduğumuz məlumat-lar zəhərləmişdi. Mənasız ideologiyalar, səhv inanclar, səbəbsiz ön-yarğılar, axmaqca düşmənliklər, daxili və xarici istismar… Hamısı bilgi ilə birlikdə beyinlərimizə dolmamışdımı?

Kaş ki, məktəblərə heç addımımı atmasaydım! Kaş burada, bir qaya kölgəsində dünyaya gözlərimi açsaydım! Qoyun güdsəydim. Dərə, təpə demədən getsəydim, tanımadığım ağacların diblərində, yeni kəşf etdiyim mağaraların dərinliklərində quzuların nəfəsləri arasında yatsaydım. Yenə belə bir yaylada, kürəyimdə yapıncım, ət-rafımda itlərim, əlimdə dümdüz dəyənəyimlə Dilo ilə tanış olsay-dım! Onunla hər gün dalaşıb sonra öpüşə-öpüşə barışsaydım.

Düşüncədən düşüncəyə, xülyalardan xülyalara, peşmanlıqlar-dan peşmanlıqlara atlaya-atlaya uzandığım yerdə yatmış qaldım. Oyananda quzular mələyir, itlər hürür sanki səsləriylə mənə axşa-mın, bir saat sonra çökəcək olan qaranlığın xəbərini verirdilər.

Çadırın dirəyindən asılmış Memonun kiçik radiosunu götürə-rək çölə çıxdım. Günəş qərbdəki dağların zirvələrinə qıpqırmızı lalə kimi yerləşmişdi. Qarnı doymuş, keflə gövşəyən qoyunların, quzu-ların yanında uzanaraq bir az musiqi dinləmək istədim. Daim Ərzu-rum üstündə olan əqrəbi oynatmadan radionu açdım. Ərzurum ra-diosu o saatlarda gözəl musiqilər verirdi. Lakin açar-açmaz mahnı yerinə qəhrəmanlıq marşlarının melodiyaları səsləndi. Ankara, İstanbul stansiyalarını tutmağa çalışdım, o stansiyalarda da marşlar çalınırdı. Maraqla radioda müxtəlif stansiyaları axtardım. Görəsən, yenə müharibə başlamışdı? Çünki beş altı il əvvəl Kipr əməliyyatı əsnasında bütün radio stansiyaları gecə-gündüz marşlar çalmışdılar. Aylardır dağ başındaydım və dünyayla əlaqəm yox idi. Bu zaman ərzində şəhərdən nə xəbər ala bilmişdim nə də bir qəzet oxumuş-dum. Uzandığım yerdən qalxdım və çay boyunca o baş, bu başa gə-zişməyə başladım. Saat daha altının yarısı idi. Ən tez xəbəri saat altı-da dinləyə bilərdim. Lakin altı olmadan marşdan sonra məlumat ya-yınlanmağa başlandı.

“Türk Silahlı Qüvvələri bu səhərdən etibarən hakimiyyəti ələ keçirmişdir!”

Oturduğum yerdən sıçrayıb ayağa qalxdım. İzaholunmaz bir sevinclə sağa-sola qaçmağa başladım. Xilas olmuşduq! Qətillər, sağ-sol bəhanəsi ilə bir-birimizin kökün kəsmək dövrü bağlanmışdı ar-tıq! Hər gecə künc-bucaqda yerləşmiş lülələrdən çıxan güllələr və üzərləri qəzetlərlə örtülmüş genc cəsədlər olmayacaqdı! Sonra məni kəndə aparan sürücünün sözləri ağlıma gəlincə yerimdə dondum. “Əsgər gələcək və başımızı qundaqla əzəcək!”, demişdi sürücü.

Yenidən yerimdə oturdum və radionu dinləməyə başladım. Xə-bərlərin ardınca, bir siyasi partiya liderinin iki gündən bəri axtarıldı-ğı və ən qısa zamanda ən yaxın polis bölməsinə təslim olması lazım olduğu deyilirdi. Sonra dalbadal “Milli Təhlükəsizlik Şurası” adın-dan elanlar verilməyə başladı. Partiyalar bağlanılmış, parlament ləğv edilmiş, bütün səlahiyyətlər əsgərlərin əlinə keçmişdi.

Əsgər, qundaq, axtarış, həbs, cəzalandırmaq, işgəncə, baş əz-mək kimi sözlər ağlıma gəldikcə içimdəki qorxu böyüdükcə, böyü-dü. Tez bir vaxtda məni də tutar, döyə-döyə həbsə atardılar! Diksin-dim. Aqil qardaşın dediyi işgəncə səhnələri gözlərimin önündə can-landı. Əlləri yuxarıda, asılmış, çılpaq kürəyi plastik su borusu ilə dö-yülən bu adam mən idim! Diksindim! Xeyr, ora düşməyəcəkdim!

Yaxınlaşan addım səslərini eşidib dərhal yaxınlıqdakı qayanın arxasında gizləndim. Hər an əsgər dəbilqəsi və ya silah lüləsi gözü-mə dəyəcəkmiş kimi qorxu və narahatlıqla sağa-sola baxırdım. Uzaqdan Memonun günəşdə parlayan başını görüncə rahatlaşdım. Ayağa qalxaraq Memoya doğru qaçdım.

– Memo, qiyam olub, eşitmisən?

Memo qaşqabağını tökərək üzümə baxdı.

– O nədir qurban?

–Qiyam, qiyam! Yəni ordu hakimiyyəti ələ keçirib, başa düşür-sən?

– Niyə ələ keçirib ki?

– Əli boş olduğuna görə!

Lağ etdiyimi anlayaraq ciddiləşdi.

– Kirvəm sənə nə isə olub?

– Memo, bundan artıq nə olsun? Ordu var idi ha, hərbi…

– Hə, qurban…

– Bax, o ordu indi söz sahibidir. Yəni hər şey onların əlindədir.

– Ay qurban, onsuz da hər şey onların əlində deyildimi?

– Elə şey olar? Hökumət vardı, Məclisdə partiyalar, millət vəkil-ləri vardı. Baş nazir vardı. Adı Süleyman Dəmirəl, Ecevit… Heç eşit-məmisən?

Dayandı, bir müddət düşündü.

– Hə, Süleymanı eşitmişəm.

– Bax, indi o Süleyman yoxdur.

– Öldü mü?

– Ölmədi, amma artıq baş nazir deyil.

– Eh, yaxşı da, kirvəm ölməyib, görürsən. Baş nazir deyilsə sənə nə? Sənin qohumun idi?

– Deyildi, Memo. Amma artıq onun əlində güc yoxdur. İndi güc əsgərlərdədir.

– Olsun, bizə nə… Əsgərlərdən niyə qorxursan ki?

– Qorxum əsgərlərdən deyil, Memo! Qorxum qanunsuzluqdan-dır! İndi əsgər qanun deməkdir!

Qara gözlərini maraqla üzümə dikdi.

– Bəs qanun əvvəldən kim idi?

– Seçilmiş şəxslər. Xalqın içindən seçilir və lazım olduğunda qa-nunları dəyişdirirdilər.

Əvvəl əleyhinə olduğum sistemi indi Memoya faydalı bir şey kimi izah etməyə çalışırdım.

Anlamadığı üçün gözlərini döydü.

– Valla, kirvəm mənim o işlərdən başım çatmır. Kim rəhbərlik edir etsin, mənə nə?

– Elə demə, qanunsuzluq çox pis şeydir. Hər an, hər şey ola bi-lər. Bir də gördün sabah əsgərlər bura gəlir və bu yaylağı boşaldın, dedilər.

Qorxuyla qoyunlarını nəzərdən keçirdi, gözləriylə yüksək yay-lağı başdan-başa süzdü. İnamsız halda təkrar üzümə baxdı.

– Yaylağı nə edəcəklər ki?

– Onu bilə bilmərəm! Ağıllarına nə gəlsə onu edərlər!

Hirslə yaxında dayanan itlərin üstünə getdi. Yerdən götürdüyü daşı itlərə doğru atdı. İtlər hürüşərək sürüyə doğru qaçdılar.

– O dəqiqə qorxma, dedim. Bu sadəcə bir misaldır. Demək istə-diyim odur ki, qanun şəxslərə qalsa hər kəs istədiyini edə bilər.

Həyəcanımın səbəbini bir az anlamağa başlamışdı. Mənim, yox-sa yaylağın əldən gedəcəyini düşündüyünü bilmirdim.

– Mütləq məni də axtarırlar. Çox keçmədən burada olduğumu öyrənib aparmağa gələrlər, dedim.

Memo narahat halını unudub yerdə oturdu. Qutusundan bir həb çıxararaq alt dodağının arxasına qoydu. Özündən əmin bir şə-kildə başını yuxarı qaldırdı.

– Kirvə, qorxma, bura kimsə gəlməz!

– Memo, sən anlamırsan! Çox keçmədən hər yeri axtarmağa başlayacaqlar.

Memo güldü.

– Qurban, mən doğulandan bəri bura dövlət adamı gəlməyib. Bundan sonra da gəlməyəcək. Eyni zamanda qiyamət ancaq sənin başına gəlməyib ki? Onların səni axtarmaqdan başqa işləri yoxdur? Canını sıxma. Yad biri bura gəlsə belə itlərin əvvəldən xəbəri olacaq və səni gizlədərik.

Memonun rahat rəftarı məni də rahatlaşdırdı. Amma yenə də içimdəki ağırlığı üzərimdən ata bilmirdim. Görəsən, atamgil indi nə halda idilər? Atamı mütləq polis bölməsinə aparmış sorğuya çək-mişdilər. Birdən döysələr… Yazıq atam!

Gecə yarısına qədər Memonun məni əyləndirmək üçün çıxardı-ğı oyunları həvəssiz izləməklə kifayətləndim. Hər gələn səslə birlik-də ayağa atıldım, ətrafı nəzərdən keçirdim.

Memo qorxularımı aradan qaldırmaq üçün dayanmadan dil tökdü və orada qədimdən bəri dillərdə dolaşan “qaçaq” hekayələ-rindən danışdı. Qədimdən qaçaqların həmişə buralara sığındıqlarını və heç birinin də tutulmadığını, illərcə buralarda silahlı gəzdiklərini nümunələrlə mənə danışdı.

Günəşin dağların arxasında itib-getməsindən, ulduzların günə-baxan çiçəkləri kimi çırtlamasından, başımızın üstündə görünməsi-nə qədər Memo məni sakitləşdirmək üçün çalışdı. Yatmağa gedər-kən mənim rahat yaşamağımı, özünün çadırın qabağında yatacağı-nı, narahat olmamağımı söylədi. Yenə də gecənin yarısından çoxunu yuxusuz keçirdim. Sanki yumşaq yun yatağımın içi tikanlarla dolu idi. Yerimdə qurcuxdum və kəndimizi, atamı, anamı, kəndə tez-tez gələn və Muxtarın qonağı olan silahlı jandarmaları, məktəbdəki yol-daşlarımı düşündüm.

Səhərin alatoranında birtəhər yata bildim. Yuxumda Yusifi gör-düm. Sapsağlam qarşımda dayanmış gülümsəyirdi. Əlləri, üzü bir ölününkü kimi dümağ idi. Gözləri uzaq bir ulduz qədər kiçik, am-ma işıqlı idilər. Qalınlaşmış dodaqlarını büzür, qar kimi ağ dişlərini göstərə-göstərə gülürdü. Başında əsgər dəbilqəsi, əynində ağ köy-nək vardı.

Köynəyin üstündə incə bir dəlik, dəliyin ətrafında yüngül qır-mızılıq… Əlimlə köynəyini yoxlamağa, qırmızılığın qan olub olma-dığını anlamağa çalışırdım. O isə gülərək məni itələyirdi. Sonra mə-nə arxasını dönüb Ağrı Dağının zirvəsinə doğru qaçmağa başlayırdı. Arxasınca, “Dayan getmə, mən səni vurmaq istəməmişdim” deyə qışqırırdım. Eşitmirdi. Ayaq səsləri ürəyimi titrədirdi. Arxasınca təngnəfəs qaçırdım. Bir ağacın yanında saxladım. Bu ağac söyüd ağacıydı. Mənim, evimizin önünə əkdiyim salxım söyüdün az qala eynisi idi. Aşağı doğru sallanmış yamyaşıl və kiçik yarpaqlı budaq-larına toxunurdum. Zorla çəkib aparırdılar. Ağac da arxamca gəlir-di. Kökü çöldə, budaqları ovuclarımda, bir insan kimi inildəyərək, qışqıraraq gəlirdi.

Səhər oyandığım zaman günəş çoxdan doğulmuşdu. Qara keçə çadırın açıq dəliyindən içəri dolan dağlara xas sərin külək, yanan bir ocağı üfləyər kimi günəşi üfləyir, istinin təsirini azaldırdı. Tələsik əynimi geyinib çadırdan çölə çıxdım. Üzümə, günəşin işıqlarıyla bir-likdə Ağrının təpəsindəki qar ağlığı doldu. Qollarımı uzatsam bar-maqlarım minlərlə illik qara batacaqmış kimi duyğuya qapıldım. Gərnəşdim. Lalələrdən, bənövşələrdən, dağ çiçəklərindən, çöl çay-larından fışqıran qarmaqarışıq qoxular gənzimi yaladı. Nənəm kimi “Bax, yaşamaq budur” deyə düşünərkən ağlıma yenə əsgərlər gəldi. Qorxuyla aşağılara baxdım. Memo ətrafda yox idi. Aşağıdakı bulağa əllərimi və üzümü yumaq üçün endiyimdə onun fit səsini eşitdim. Bulağın altındakı açıqlıqda həm fit çalır, həm də süd sağırdı. Buz ki-mi suyla üzümü, boyumu yuduqdan sonra Memonun yanına get-dim. Məni görən kimi fit çalmağını saxlayıb güldü.

– Kirvəm, rahat yatdınmı?

– Bir neçə saat yata bildim! Atam ağlımdan çıxmırdı.

Yanındakı səhəngə vedrədən süd doldurdu.

– Kirvəm, bunu qaynadıb içsən yaxşı təsir edəcək.

Səhəngi alsam da, Memonun yanını kəsdirdim.

– Memo, görəsən, kəndə dönsəm daha yaxşı olar?

Memo sağdığı qoyunun məmələrini buraxıb ayağa qalxdı.

– Aman Kirvəm, burada qalsan yaxşıdır.

Mənim tərəddüd içində olduğumu hiss edincə, qoyunları sağ-mağı buraxdı və vedrəsini götürərək mənimlə birlikdə çadıra doğru addımladı.

– Hələ gözlə, dedi. İnsan qorxanda başında ağıl olmur. Ona gö-rə də qorxu keçənə qədər heç bir şey etmə. Sən ən yaxşısı mənim ya-nımdan ayrılma. Mən buraları qarış-qarış tanıyıram. Səni hər yerdə gizlədə bilərəm və ölsəm də heç kəsə vermərəm.

Çadırın qarşısında dayandım. Qərarımı vermişdim, gözləyəcək-dim. Eyni zamanda Memonun varlığı və qorxmazlığı da qərarıma təsir etmişdi. Aramızda heç bir bağ olmamasına baxmayaraq o Dilo-nun nağıl etdiyi Qaraçobanın soyundan olduğunu isbatlayırmış ki-mi, insanlığını göstərmiş və mənə qol-qanad gərmişdi.

Memo sönmüş ocağı yenidən yandırdı və alüminium səhəngi üstünə qoydu. Radionu açdım. Radioda hələ marşlar səslənirdi. Marşlar bitəndə də ya hərbi elanlar oxunur, ya da “küçəyə çıxma“ qadağasının ləğv edildiyi bildirilərək, xalqın sakitcə normal həyata dönməsi üçün çağırışları edilirdi. İtkin partiya başçısı hələ təslim ol-mamışdı. Günortaya qədər Memoyla söhbət etdik. Əsgərlər gəldiyi təqdirdə nələr edə biləcəyimizi düşündük. Memo, itlərdən birini ça-dırımızın qurulduğu sahədən beş yüz metr aşağıya bağlamağı təklif etdi.

– Üst tərəfdən gələ bilməzlər, dedi. Ora çox dikdir. Oralardan gəlmək hər igidin işi deyil. Tək işlək yol, bizim gəldiyimiz aşağıdakı dar yoldur. Ora da iti bağlasaq, vəssalam. Bu itlər sürü itidir. Yad qoxu alan kimi dərhal hürəcəklər. Biz də hürüşməni eşidən kimi tə-pəyə çıxıb aşağıları uzaqdan müşahidə edərik. Əgər gələn əsgərlər olsa dərhal gizlənərsən.

Elə də etdik. Memonun “Keki” deyə çağırdığı qara iti bir neçə yüz metr aşağıya qayanın dibinə bağladıq. İt bir müddət şikayət edərcəsinə uladıqdan sonra təkliyə alışdı və səsini kəsdi.

Axşama bir neçə saat qalmış aşağıdan Kekinin kəsik-kəsik hür-məsi eşidildi. Memoyla birlikdə dərhal təpəyə dırmaşdıq. Aşağıdan gələnlər vardı. İkimiz də həyəcanla gələnləri görməyə çalışırdıq. Gə-lənlər bir az yaxınlaşınca gələnlərdən birinin Dilo olduğunu gördük. Bunu, çiyininə qədər atdığı ağ şaldan anlamışdıq. O birisi isə kişi idi və atı yedəyə almış, Dilonu izləyirdi. Memo mənə təpədə dayanma-ğımı tapşırdıqdan sonra özü aşağıya endi.

Mən bir əlim alınımda ikinci adamı tanımağa çalışırdım. Bir az da yaxınlaşanda atı yedəyə alıb gələnin atam olduğunu gördüm və sürətlə aşağıya doğru qaçdım. Atamın çadıra çatmasını gözləmədən yanına qaçdım və əllərini öpmək üçün əyildim. İmkan vermədi. Çi-yinlərimdən yapışıb bərk-bərk qucaqladı. Gözləri qanlı idi və zəif üzünün iti sümüklərinə yapışmış əsmər dərisi qapqara olmuşdu. Kosa saqqalının uzanan tükləri tir-tir titrəyirdi. Möhkəm-möhkəm qucaqladığım zəif bədəni sanki əriyib getmişdi.

Atı Memo yedəyə aldı, mən atamın qoluna girərək çadıra doğru çəkdim. Dilo arxamızca gəlirdi. Dünən olanları unutmuş kimi idi. Üzü gülər, gözlərindəki işıq isti idi. Baxışlarımla dərdimi izah etmə-yə, üzr istəməyə çalışdım. “Özünü yorma, anladım” deyərmiş kimi gülümsədi.

– Atan kəndə çatan kimi dərhal bura gətirdim.

Mənə yaxşılıq etmənin, məni sevindirmənin ləzzəti ilə, yanımda dayanıb barmaqlarını şaqqıldadırdı.

– Sağ ol, Dilo!

Üçümüz də çadırın önündə kilimin üstündə oturduq. Dilo ça-dırdan atam üçün bir yastıq çıxardı. Sonra ocağın üzərinə su dolu çaydanı qoydu. Atam gecə yarısından bəri yoldaymış. Anamı, qar-daşlarımı soruşdum.

– Narahat olma, hamısı yaxşıdır, dedi.

Məktəbdən xəbər çıxıb-çıxmadığını, soruşdum. Cibindən dörd bükülmüş sarı zərf çıxardı. Üstünü oxudum, Aqil Abidən idi.

Bir dəfə, “Bütün əxlaq qanunları yalandır” demişdi mənə. Sonra da əlavə etmişdi. “Unutma, bu Vladimir İlyic Ulyanovun sözüdür”. İlk dəfə eşidəndə qorxunc tərəddüd fırtınasına tutulmağıma baxma-yaraq unutmamışdım bu sözü və Aqil Abiyə da bütün ürəyimlə bağlanmışdım. Onun axıcı, duru dili, sirli terminləri istifadəsindəki ustalıq və canayaxın baxışları ağlımı başımdan almışdı. Sadə geyi-nər, artist kimi saçlarını yana darayar, dik və cəsarətlə gəzərdi. Öl desə, ölərdim onun üçün!

Məktub qısa və konkret idi. Aqil Abi hadisələrdən sonrakı və-ziyyəti izah edir, Yusiflə birlikdə iki adamın da öldüyünü və tam on adamın axtarışda olduğunuı yazırdı. Mənim də axtarışda olduğu-mu, amma hansısa bir cinayətdə ittiham edilmədiyimi, bir müddət gizlənməyimin faydalı olacağını bildirirdi.

Təmizə çıxsam belə, öz-özümü, çirklənmiş ruhumu, qanlı əlləri-mi necə təmizə çıxaracaqdım? Hər şeyi heç nə olmamış kimi necə unudacaq, Yusifi, onun bükülmüş boynunu və günahsız xəyalını ağ-lımdan necə silib atacaqdım? O kənddə, o qumluqda, uşaqlığımızın şən və şaqraq izlərinin sindiği o küçələrdə Yusifi xatırlamadan necə gəzəcəkdim? Xəyalımda, onunla keçən günlərimizi bir film lenti ki-mi izlədikcə, izlədim. Dodaqlarımdan pıçıltıyla onun adı töküldü:

– Yusif!

Onun incə, uzun, günəşdə qaralmış üzünə, ortası çökək və sərt çənəsinə baxanda içimdən keçmişin titrəyişi keçdi. Kərpicdən divar-larla dolanmış dar kənd yollarındakı qaçışmaqlarımız, səhər erkən-dən yola çıxan heyvanların arasındakı köşəklərə minmə səylərimiz, heyvan sürüsünə öz heyvanlarını qatmaqla məşğul olan və heyvan-ları insafsızcasına çubuqlayan “hoy, hoy” deyə qışqıran kəndliləri-mizin səsləri, qadınların təlaşla gedən heyvanların arxasınca düşüb ən böyük təzəyi əldə etmək yarışları gözlərimin qarşısında yenidən canlanar, kəndə həsrətim artdıqca artardı.

₺80,43