Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Son cənnət», sayfa 4

Yazı tipi:

O lənətli gündən bir neçə gün əvvəl məktəbin təvazökar mətbə-xində qara lobyalı plovu eyni masada yemişdik. Yusif, yemək yeyər-kən heç danışmamış, aclıqdan çıxmışcasına çörəyini lobyanın suyu-na batıraraq loxmaları dalbadal ağzına doldurmuşdu. “Heç dəyiş-məyib” deyə düşünmüşdüm. Pambıq tarlalarının içində necə gəldi səpilmiş pomidorların ən böyüklərini, ən yetişmişlərini qoparar, duzlayar, çörəklə yeyərdik. O vaxtlar da Yusif, sanki kiminsə əlindən alacağından çəkinərək pomidoru dişləyər, bir tərəfdən də çörəyi ovurdlarına doldurardı.

Evlərimiz kimi, tarlalarımız da yan-yanaydı. Payızda birlikdə pambıq qozası toplamağa gedərdik. Sərin küləkdə üşüyən barmaq-larımızı nəfəsimizlə istilədə-istilədə yaş qozaları çəkib, sarı çuvallara doldurardıq. Sonra Dursunun at arabasıyla kəndə doğru yola çıxar-dıq. Dursun ikimizi də yanına oturdardı. Atın yüyənini bircə dəfə tuta bilmək üçün Dursuna dil tökərdik. Sadəlövh Dursun bizim qəl-bimizi qırmaz, aradabir yüyəni bizə verərdi. Necə də sevinərdik! Biz sevinclə yüyəni yelləyərkən eynilə Dursun kimi atlara, “Ey yavrum ey” deyə səslənərdik.

Dursun da bizim sevincimizə qoşular, bizimlə birlikdə “Ey yav-rum ey!” deyə qışqırardı. Sonra bizə bitib tükənmək bilməyən “at nağılları” danışardı. Ən çox da dənizdən çıxıb gələn ağ atın nağılını danışmağı sevərdi. Biz o əhvalatlara inanmasaq da Dursunu qırma-maq üçün səsimizi çıxarmaz, səbirlə dinləyərdik. Göylərdən, dəniz-lərdən, dərin və qaranlıq meşələrdən birdən çıxıb gələn fövqəladə atlar sonunda Dursunun özünə bənzətdiyi süvariyə qovuşar biz də rahatlayardıq.

Məktubun tarixinə baxdım. Tam iki ay əvvəl yazılmışdı. Atam, məktubun poçtla deyil, şəhərdə yaşayan məktəb yoldaşım tərəfin-dən gətirildiyini söylədi.

– Yusifi kəndə gətirdilərmi? deyə soruşdum.

Atam başından papağını çıxararaq hirslə dizinə çırpdı.

– Gətirdilər! Sən kəndə gəldikdən bir həftə sonra da onun cəna-zəsi gəldi. Cənazəylə birlikdə məktəb müdiri və bir neçə müəllim də gəlmişdi. Müdir, hələ Yusifi kimin vurduğunu bilmədiklərini söylə-di. Anası, atası, qardaşları günlər, gecələr boyu dayanmadan ağladı, ağı dedilər. Kənd başdan-ayağa qaraya büründü. Ona güllə atanları bütün kənd lənətlədi.

O danışarkən gözlərimi ondan qaçırır, bütün kənd tərəfindən lənətlənmiş biri olduğumu ona hiss etdirməməyə çalışırdım. Görə-sən, atam, ona gülləni mənim atdığımı bilsə nə deyərdi? O yorğun və əldən düşmüş halıyla qalxıb məni yumruqlayardımı? Yoxsa dö-yənəkli, qupquru əllərini zəiflikdən bir sümük yığını halına gəlmiş üzünə sıxaraq ağlayardımı?

– Məni axtaran olubmu?

– Mən də onun üçün gəlmişəm. Bütün gəncləri yığırlar. Şəhərdə tutduqları uzun saçlı gənclərin saçlarını kəsirlər. Silah axtarışı bəha-nəsiylə kəndlərə basqınlar edirlər. Silahı olanların silahlarını gətirib muxtara təslim etmələrini söyləyirlər. Qərarlara boyun əyməyən kəndliləri döyürlər. Səni də iki dəfə polis bölməsindən soruşdular. “Harada olduğunu bilmirəm” – dedim. Son dəfə, şəxsən Başçavu-şun özü gəldi və məni döyməklə təhdid etdi. Yenə inkar etdim. Son-ra gecə yarısı bütün bunları sənə xəbər vermək üçün yola çıxdım.

Nə deyəcəyimi bilmirdim. Atamın, əsgərlərin və bizim kəndlə birlikdə bir neçə kəndə məsul olan mərhəmətsiz baş çavuşun qarşı-sında düşə biləcəyi səhnələr məni narahat edirdi. Onun döyülməsi-nə, təhqirlərə uğramasına dözə bilməzdim

– Ata, ən yaxşısı birlikdə geriyə dönək, dedim.

Qəbul etmədi.

– Sən hələ kiçiksən balam, səni döysələr dözə bilməzsən, ölər-sən!

– Bəs nə edək?

Cibindən bir məktub da çıxardı.

– Bunu kirvəmiz Molla Eyyub verdi. Onun İranın Maku şəhə-rində bir molla dostu var. Maku bura çox yaxındır. Maku buralar ki-midir və hər kəs bizim dildə danışır. Ora gedərsə heç bir çətinliklə qarşılaşmaz, dedi.

– Sən nə deyirsən bəs?

Çiyinlərini çəkdi.

– Nə deyim? Anan yenə dəli oldu, dizlərini döydü, saçlarını yol-du, səhərə qədər uladı. Durma get oğlanın yanına, xilas elə onu, de-di, mən də gəldim.

Üzümü gözyaşları islatdı. Boğazıma yumruq kimi oturan hıçqı-rıqlar sanki nəfəsimi kəsdi. Gözlərimi, üzümü onlardan qaçıraraq Ağrının parlaq, donuq və soyuq ağlığına baxdım. Ağrı da mənim ki-mi tək idi. Amma Ağrı əsrlərdir yerində dayanırdı. Mən isə bir yar-paq kimi bir yerdən başqa sovrulub gedirdim. Halbuki mən anam, qardaşlarım, məktəbim, sevgilim üçün darıxırdım. Mən yurdumda qalmaq, bəzilərinə söykənmək istəyirdim. Mən hələ uşaq idim. Mən də Ağrı kimi soyuq və heybətli görünürdüm, amma hələ böyümə-mişdim. Qırılmış əllərim silah tutmuşdu, amma ölməyin, öldürmə-yin nə olduğunu belə bilmirdim. Nə edəcəkdim indi? Hər şeyi geri-yə döndərmək mümkün idimi? Bütün bunların bir çarəsi yox idimi? Yox idi! Hər şey bitmişdi.

– Haqlısan ata, gedim!

Dilo narahatlıqla üzümə baxdı. Memo təsəlli verməyə cürət etdi:

– İran dediyin burdan buradır!

Əliylə dağların arxasını göstərdi.

Atam ayağa qalxaraq yanıma gəldi. Cibindən kiçik bir paket çı-xardı.

Al bunu, dedi. Tək söyüdün yanındakı tarlanı satdım. Onun pu-ludur. Bəlkə İranda Türk pulu işləməz, dedilər. Allah razı olsun, bankda çalışan Hidayətin oğlu Öztürkün köməyi ilə Amerikan pu-luyla dəyişdirdim. İçində beş yüz dollar var.

Bir əlimdə kiçik paket atama sarıldım. Sıxılmış çiyinlərini öp-düm, köhnəlmiş sarı köynəyinə sinmiş qoxusunu qoxladım. Günə-şin qarardıb büzüşdürdüyü boynuna üzümü, burnumu sürtdüm.

– Ata, mən sizin borclarınızı necə ödəyəcəyəm bilmirəm?

Saçlarımı oxşadı.

– Ata oğul arasında borc olar?

Memonun, Dilonun gözləri qarşısında başımı atamın sinəsinə söykəyib hıçqıra-hıçqıra ağladım. Mən ağladıqca atam saçlarımı öp-dü, kürəyimi tumarladı.

– Ata, mən sənə doğru-dürüst bir oğul ola bilmədim, dedim.

– Sən çox yaxşı oğulsan, dedi.

– Xeyr! Mən Allahın bəlasıyam, dedim. Allah qəhr etsin məni! Sənə dayaq ola bilmədim! Səni həmişə tək qoydum! Başına bəlalar açdım! Sözlərini dinləmədim! Səni həmişə üzdüm! Məni oxuyum, adam olum deyə bu yoxsul halınla məktəbə göndərdin, oxuya bil-mədim, adam ola bilmədim. Kaş ki, həmişə kənddə, sənin yanında qalsaydım. Kaş ki, bu dünyada heç bir şey öyrənməsəydim!

– Dünya belədir! Heç kim nə olacağını bilməz, oğul! Demək ki, sənin də taleyin beləymiş nə edək?

– Düzdür, tale deyək!

– Tale!

Gözləri yaşardı. Gözyaşlarını gizlətmək istədi, amma bacara bil-mədi. Yanaqlarından süzülən damlalar donuq və qızarmış üzünü şüşə kimi parıldatdı. Dodaqları səyridi, seyrək saqqalındakı tüklər titrədi, üzü daha da büzüşdü. Ayaq üstə dayanmaqda çətinlik çəkir-di, yerə çöməldi.

– Ən yaxşısı bu gün get, dedi.

Memoya baxdım.

– İstəsən, dərhal o tərəfə keçirərəm səni, dedi Memo. Ancaq bu gün gecdir. Sabah erkəndən yola çıxsaq daha yaxşı olar.

Başımla “oldu” dedim. Əslində heç yerə getmək istəmirdim. Atam və ya Memo, “olmaz, getmə qal”, desə getməkdən dərhal im-tina edəcəkdim. Amma ikisi də israrla üzümə baxırdılar. Yalnız Dilo yerində qurcuxurdu.

– Mina döşənilməmiş yeri bilirəm, dedi Memo. Qayaların oldu-ğu yerlər minasızdır. Oralarda növbətçi də yoxdur. Bizim kənddən hər kəs İrana oradan keçər. Hətta sürüylə qoyun belə keçirirlər.

Çadırın qarşısında ocaq yandırıb gecə yarısına qədər oturduq. Səmada ulduzlar qaynaşırdılar. Atam siqaret dalınca siqaret çəkirdi. Ay işığını içinə çəkmiş gözləri, ağzından çıxan tüstünün arxasında iki solğun ulduz kimi parlayırdı. Dilo mənimlə Memonun arasında oturub, sevgi dolu baxışlarla gah məni izləyir, gah səmaya baxıb ağ-layırdı.

Memo dodağının arxasına həb atdıqdan sonra bir qaçaq heka-yəsini bitirib digərinə başlayırdı. Yüngül bir əsinti ay işığında parla-yan otları tərpədir, quşlar, ağcaqanadlar, böcəklər qəribə səslərlə ge-cənin qorxusunu və təkliyini qulaqlarımıza doldururdular. Aradabir uzaqlardan inildəyə-inildəyə gələn qurd ulartısı, itləri qorxudan dəli edirdi. Sanki qoyunlar, quzular yerə batırmışdılar.

İçimdə sakitləşməyən sızıltı sinəmi deşirdi. Memo sussun, atam nə isə danışsın istəyirdim. Köhnə günlərdən, dünyasını dəyişmiş in-sanlardan, kasıblıqdan, yetimlikdən, təklikdən, çarəsizlikdən, ayrı-lıqdan… Amma nə Memo susur, nə də o danışırdı. Aradabir gözləri-ni üzümə dikir və içini çəkərək ay kimi susqunluğa qapılırdı. Bilir-dim, bizim insanların üsyanı susqunluq idi!

Arada əlimin üzərində bir istilik hiss etdim. Mən qurbağa və ya siçan sandım və dərhal əlimi çəkdim. Sonra Dilonun əli olduğunu görüncə hüznlü gülüşlə Dilonun üzünə baxdım. O da qəribə şəkildə gülümsədi və əlini yenidən əlimin üstünə qoydu. Kiçik incə barmaq-larıyla əlimin üstündən basır, sanki pianonun düymələrinə basır-mışcasına barmaqlarını əlimin üzərində oynadırdı. Nə demək istə-yirdi? O saf və təmiz ürəyindən nələr keçirirdi, görəsən? Bilirdim hər barmaq oynatmasında bir məna vardı və mənə bir mesaj çatdır-maq istəyirdi. Amma ağlım o qədər qarışıq, içim o qədər dolu idi ki, diqqətimi o mənalara toplayaraq onun nə demək istədiyini anlaya bilmirdim. O isə anladığımı düşünür və səssizcə gözyaşlarını axıdır-dı. Bu səssiz bir vida idi.

Memo danışmaqdan yorulmuş, əllərini dizlərində birləşdirmiş, ay işığının ağlara bürüdüyü uzaqdakı dağlara baxırdı. Nə düşünür-dü bilmirdim.

Atamın bir anlıq dönməsini fürsət bilərək Dilonun əlinin içini öpdüm. Elə içini çəkdi ki, bərkdən ağlayacaq və Memonu şübhələn-dirəcək deyə qorxdum. Amma səsini çıxarmadı. Səssizcə yerindən qalxıb çadırın arxasına keçdi. Bəlkə də orada ağlayacaqdı. Bir neçə dəqiqə sonra geri qayıtdı. Üzü kölgələrin arxasında itmişdi. Ağ şalın içində naməlum bir qaranlıq vardı.

Ocaq söndükdən sonra ayağa qalxdıq. Ay indi tam başımızın üstündə idi və ulduzlar sanki daha da çoxalmışdılar. Bir-birimizə heç bir şey demədən atamla çadıra, çadırdakı yataqlarımıza girdik. Memo ilə Dilo çöldə yatacaqdılar.

Atamla yan-yana uzandıq. Nəfəs almadan atamın nəfəsini din-ləyirdim. Sanki bir yoxuşa dırmaşırmışcasına tez-tez nəfəs alır, dal-badal udqunurdu. Ona sarılmağı, o kiçik çiyinlərini qollarımın arası-na almağı və onu bir uşaq kimi öpməyi o qədər arzulayırdım ki… Sanki ata o deyil, mən idim.

Sanki məni eşitdi, ikiəlli məni qucaqladı və alınımı, yanaqlarımı öpdü. Başını sağ qolumun üstünə qoyub saçlarından öpdüm. Üzünü boynuma sıxıb qəmli-qəmli ağladı. Onun gözyaşları boynuma, sinə-mə axdıqca atəşə düşmüş kimi hər yanımı alovlar sardı və həm alov içində yanmağa, həm də kürəyimə buz qoyulmuş kimi titrəməyə başladım. İçimdən ağlamaq səsləri gəlməsinə baxmayaraq gözlərim qurumuşdu və ağlaya bilmirdim. Duz basılmış kimi yanan gözləri-mi atamın saçlarına sürtür, mənasız və qırıq-qırıq sözlərlə atamı əzizləyirdim.

O sərt, o duyğusuz kimi görünən adam ərimiş, bitmiş, tükənmiş və bir ata qucağı kimi mənim qucağıma sığınmışdı. Hər baxışında ürəyimi titrədən, ayaq səsləri eşidiləndə özümüzü yığışdırdığımız atam bütün o sifətlərindən təmizlənmiş, bir uşaq məsumluğu ilə mə-nim verdiyim ağrıların içində yox olub getmişdi. Onunla bu qədər yaxın və iç-içə olmağı həmişə arzulamağıma baxmayaraq indi buna sevinə bilmirdim. Sanki onunla birlikdə mən də yoxluqlara qoşul-muşdum.

Arada ağlamağına ara verərək üzünü boyumdan çəkdi və başı-nı arxaya söykədi. Qorxumdan və narahatlıqdan dönüb ona baxa bilmirdim. Mən üzü yuxarı yatdığını düşünürdüm. Ağızından pıçıl-tıyla “oğul” sözcü çıxan kimi özümə gəldim və başımı qaldırıb qa-ranlıqda üzünə baxdım. Gözləri üzümdə idi. Təkrar “oğul” deməyi ilə içimdəki ağlamaq səsləri dayandı və gözlərimdən yaş süzülməyə başladı. “Atam, atacan” deyə hıçqıraraq təkrar başını sinəmə sıxdım. Bəlkə də bu istiliyi bir daha hiss edə bilməyəcək, bu qoxunu bir da-ha içimə çəkə bilməyəcəkdim. Bəlkə də, onun içindən daşan sərt, iti torpaq qoxulu nəfəsini, içini çəkməsini bir daha eşidə bilməyəcək-dim. Mən bərkdən ağlamağa başlayınca onun atalıq hisləri sanki ge-riyə döndü və özünü yığışdırıb qalxıb oturdu.

– Oğul, niyə bu işlərə qoşuldun?

Səsi boğuq və qırıq idi. Məni ilk dəfə sorğulayırdı. Bəlkə də mə-nə istiqamətli bütün küskünlükləri bu səsin içinə saxlanmışdı.

Bəs həmişə müəllim olmaq istədiyini deyirdin. Nə oldu? Niyə səbr etmədin?

Gözyaşlarımı yorğana silərək mən də dikəldim. Haqlı olduğu-mu isbat etmək üçün güclü görünməliyəm düşüncəsinə qapıldım. Qarşısında zəif və uşaq kimi dayansam da, etdiyim səhvdən utanan böyüklər kimi, səsimi qalınlaşdırdım.

– Ata sizin üçün, məmləkətimiz üçün, dedim.

Cümlənin sonuna doğru səsim yenə uşaqlaşdı. Atam dərin bir “ah” çəkdi. Əllərini qoynunda çarpazlamış, çiyinlərini aşağıya əyə-rək kürəyini əymişdi.

– Kənddə, oğulun kommunist olub, məmləkəti Ruslara satacaq-lar, deyirdilər.

– Yalan deyirlər ata.

– Hər şey bərabər olacaqmış, guya namus, din olmayacaqmış.

– Yalandır, ata! Hər şey daha gözəl, daha ədalətli olsun istəyir-dik. Qurdla quzu bir yerdə yaşasın istədik!

Yenidən içini çəkdi. Narahat şəkildə çiyinlərini çəkdi.

– Qurdla quzu nə vaxt bir yerdə yaşayıb ki? Sizi aldadıblar, oğul.

Özümdən əmin bir şəkildə başımı buladım.

– Yox ata, bizi kimsə aldatmayıb. Mən özüm oxudum bütün bunları, özüm öyrəndim kitablardan.

– Ah oğul ah! Bir az oxuyan kimi özünüzü alim hesab edirsiniz! O kitabların doğru yazdıqlarını hardan bilirsiniz? Bəlkə də onlar da bilmirlər! Bu yaxınlarda Qurban, “Kommunizm eynən qarışqaların həyatı kimidir”, dedi. İnsandan qarışqa olarmı oğlum? Onların nə dilləri var, nə də beyinləri! Bunlara necə inandınız anlamıram. Kaş ki, səni məktəbə göndərməsəydim!

Atamın məktəbə getməyimlə bağlı peşmanlığına ilk dəfə şahid olurdum. Sanki dilim tutulmuşdu. Halbuki məni oxumağım üçün necə təşviq edərdi! Hələ oxumağa yeni başladığım vaxtlarda İğdır-dan “Əsli və Kərəm”, “Şah İsmayıl ilə Gülüzar”, “Həzrəti Əlinin sa-vaşları” kimi kitabları alıb gətirər, mənə oxudar, anamla birlikdə dinləyərdilər. Evdə əlimə kitab alanda sevindiyindən uçan, gözləri-nin içi gülərdi. Narahat olmamağım üçün barmaqlarının ucunda gə-zər, heç kəs səsini çıxarmasın deyə danışanların üzünə tərs-tərs ba-xardı. İndi isə peşman idi və ağlayırdı. Səsimi çıxarmaqdan, özüm-dən və oxuduğum kitablardan danışmaqdan qorxarcasına yatağım-da qıvrılıb tərpənmirdim. Nə inqilabçılığım, nə elmi sosializm umu-rumda belə deyildi. Atamın kədər dolu səsini içimə çəkə-çəkə ağla-yırdım. Atam hıçqırqlarımla birlikdə susdu və dərin bir səssizliyə qapıldı.

Mən necə yatdım və atam nə vaxt təkrar yatağına uzandı xatır-lamıram. İtlərin səsindən ikimiz də eyni anda oyandıq. Çöl işıqlan-mışdı, amma günəş hələ doğmamışdı. Dağların arxasında doğum sancıları içində olan günəşin qırmızılığı, üfüqü qan rənginə boya-mışdı. Sərinlik ürəyimi titrədirdi. Atamın üzünə baxmamağa çalışır-dım. Aradabir ona doğru dönəndə üzünə çökmüş dərin qorxu və hüznü görə bilirdim.

Dilo süd qaynatmış, çörəkdən dürüm düzəltmişdi. Atam önünə qoyulan çörəyə və südə əlini vurmadan cibindən çıxardığı qutusun-dan tütün çıxarıb siqaret bükdü.

Memo qoyunlarla məşğul olur onları çadırın önündəki meyda-na toplamağa çalışırdı. Çadırın arxasından keçən kiçik çaya doğru getdim. Gözlərimdən axan yaşları ancaq çayın sərin sularıyla gizlə-də bilərdim. Qayaların arasından özünə yol tapmış və xoş bir şırıl-tıyla axan kiçik çayın ağ və qırmızı lalələrlə bəzənmiş sahilinə çök-düm. Arxadan səs eşidəndə dönüb baxdım. Dilo idi. Qab yumaq bə-hanəsiylə arxamca gəlmişdi. Yanımda çöməldi, əlimi tutdu. Kiçik qara gözləri dolmuşdu.

– Nə olar getmə, dedi.

Tutqun və kədərli səslə danışırdı.

– Nə olar, getmə. Bir daha səni heç vaxt narahat etmərəm! Qa-yaların arxasında gizlənib sənə ordan baxaram! Gözünə görünsəm, sənə bir söz desəm mənə nə istəsən de! Getmə! Mən buralarda sən-siz nə edərəm? Kimi qucaqlayaram, kimin əlindən qaçaram, kiminlə zarafatlaşaram?

Yaşlı üzünü çiyinimə sıxdı. Gözyaşları qaynar su kimi dərimi yandırdı. İçimdən ona təsəlli vermək və çox söz demək keçirdi am-ma sanki dilimə kilid vurulmuşdu. Ağzımdan bir söz çıxmırdı. O isə hıçqıraraq ağlayır, çiynimə söykədiyi ağzıyla anlaşılmaz şeylər söy-ləyir və yalvarırdı. Başını çiyinimdən qaldırıb gözyaşları ilə tutul-muş kiçik və körpə üzünü əllərimlə sildim. Şalı çiyninə düşmüşdü. Dağınıq saçlarını oxşadım, öpdüm.

– Lütfən ağlama, dedim pıçıltıyla. Lütfən! Onsuz da içimdən qa-ra qanlar axır. Qərarsızlıqdan nə edəcəyimi bilmirəm. Səni bu halda qoyub getsəm daha pis olaram. Atamın dediklərini sən də eşitdin! Getməsəm məni gəlib tapıb həbsə atarlar. O zaman nə edəcəksən?

– O zaman gəlib qapıda gözləyərəm səni!

– İllər boyu necə gözləyəcəksən?

– Gözləyərəm!

Gözlərim yaşlı olmasına baxmayaraq gülümsədim.

Oxumağın, saymağın da yoxdur! Bax, dedim dinləmədin. Gəl-sən şəhərdə itərsən!

– İtmərəm! Sənin üçün oxumaq-yazmaq da öyrənərəm!

– Ah şirin göyərçinim…

Şalını düzəltdim, alınından və kiçik islaq əllərindən öpdüm.

– Qalxaq, indi Memo narahat olub arxamızca gələr.

Ayağa qalxdım. O hələ çöməldiyi yerdə eləcə dayanmışdı və axıb gedən soyuq, duru çaya baxırdı. Ensiz çiyinlərinə toxundum. Əlinin arxasıyla gözyaşlarını sildi. Nə isə mızıldanır, mənasız şəkil-də çiyinlərini oynadırdı. Yenidən yanında çöməldim.

– Üzümə bax, dedim.

Etinasızlıqda mızıldanmağa davam edirdi. Əllərimlə üzünü özümə tərəf çevirdim. Gözləri qıpqırmızı idi, dodaqları hələ səyri-yirdi.

– Lütfən belə etmə, mənimlə danış!

Mızıltılarına ara verərək uşaq mehribanlığı ilə pıçıldadı:

– Nə danışım?

– Nə isə de. Nə mızıldanırdın öz-özünə?

Çiyinlərini çəkdi. Yenidən gözlərini çaya dikdi.

– Mən bu həyatı heç başa düşmürəm.

– Mən də anlamıram.

– Amma mən heç nə başa düşmədim.

– Mən də.

– Yalan deyirsən! Sən çox şey anlayırsan, çox şey bilirsən. Mən-sə…”

Təkrar gözyaşlarını və burnunu sildi. Başını sinəmə sıxıb saçla-rından öpdüm.

– Yalan demirəm. Elə sənin yanında çoxbilmiş-çoxbilmiş danış-mağıma baxma! Həyatdan bir zibil qanmıram. Tək qalanda qorxu-ram.

– Bir az əvvəl çayda qırmızı ot axıb-getdi gördünmü?

– Görmədim.

– O ota bənzətdim özümü… Boş, quru və sahibsiz…

– Amma sən sahibsiz deyilsən ki… Bax, Memo var.

– Bu kiminsə olması demək deyil ki…

– Bəs nədir?

– Gücün, cəsarətindir. Sən İrana özün gedirsən. Sahibin özün-sən. Mən gedə bilmərəm. Buradan başqa yerə gedə bilmərəm, bura bağlıyam. Burada böyüyən ot kimi…

– Unutma mən də özüm getmirəm. Getməkdən başqa yolum ol-madığı üçün gedirəm. Eyni zamanda özünü otla müqayisə etməyin də səhvdir. Bax sən sevə bilirsən, ağlaya bilirsən. Ot sevib ağlaya bi-lirmi?

Dodaqlarını dişlədi. Yenidən gözlərini sildi.

– Kaş ki, mən də sevə bilməsəydim… Ot kimi quruyub tökül-səydim.

– Lütfən belə danışma.

– Eh, nə deyim? Dilim o qədər kasaddır ki… Sözlərim içimdə boğulur. İçim çaydır, içim dəryadır… Sözlərim dilimə çatana qədər itib gedir. Sənə son sözlərimi də deyə bilmirəm. Bu nə qədər pisdir bilirsənmi?

Sanki bütün üzünü gözlərinin ətrafına toplamışdı.

– Anlayıram səni. Heç bir şey dəməsən də də anlayıram.

– Həqiqətən, anlayırsanmı?”

– Bəli, hər şeyi…

Qalxmadan sarıldıq bir-birimizə. Üzünü boynuma sıxaraq yeni-dən ağladı. Üzümü axan çaydan ovucladığım suyla yudum, dikəl-dim.

Qayıdanda, atam çənəsini dizlərinə söykəyib, gözlərini dağlara dikib siqaret çəkirdi. Memo hələ qoyunlarıyla, quzularıyla məşğul olurdu. İtlər qoyunların ətrafına şöngümüşdü.

– Biz qayıdana qədər itlər qoyunları qoruyarlar, dedi.

Yalnız atamın gətirdiyi torbanı götürərək yola düşdük. Memo ilə Dilo qabaqda gedirdilər. Mən isə başıaşağı gedən atamın bir ad-dım arxasınca sakitcə gedir və həyəcanla məni nələrin gözlədiyini düşünürdüm. Öz-özümə, necə olsa da hər şeyin belə davam etməyə-cəyini deyirdim. Hərbçilər rəhbərlikdən gedəndən sonra yenidən dönə bilərdim. Dönən kimi təslim olar, cəzamı çəkərdim. Nə qədər cəza verə bilərdilər ki? Ən çox iyirmi dörd il! Hələ əfv fərmanı çıxar-sa beş-on il yatıb, çıxardım. On il yatsam iyirmi doqquz, otuz yaşın-da çöldə olardım. İki il əsgərlik, etdi otuz iki! Otuz iki yaş nədir ki? Bəlkə yenidən oxuya bilərdim… Bəlkə, atamın anamın xəyallarını yenidən gerçəkləşdirə bilərdim… Gül o qədər gözləyərdimi? Sevən gözləyərdi. Əgər məni həqiqətən sevirsə on il deyil, iyirmi il də göz-ləyərdi! Bəs Səhnə xala, bəs Adil əmi? Onların təndirlərinin başına necə dönəcəkdim? Onların gözlərinin içinə baxa biləcəkdimmi?

Yoxuş dikləşdikcə getmək çətinləşirdi. Bəzi yerlərdə qayalardan yapışmaq məcburiyyətində qalırdıq. Memo sürətli tempini heç poz-madan bir keçi cəldliyi ilə qabaqda gedirdi. Aradabir yanındakı Di-lonun qolundan tutur, onun dırmaşmasına kömək edirdi. Eyni za-manda bizim də yıxılmamağımız üçün xəbərdarlıq edirdi:

– Aman, kollardan deyil, qayalardan yapışın! Kolların kökü yoxdur, çəkəndə qopa bilərlər.

Memonun arxasınca yıxıla-dur yoxuşu aşdıq. Memo ətrafı göz-dən keçirdikdən sonra iki qayanın ortasındakı darısqal yarğanı gös-tərdi.

– Kirvəm, bu yarğandan keçdinmi İrandasan! Oradan da sağa-sola sapmadan qayaların arasıyla dümdüz gedəcəksən. Diqqət yetir, ancaq qayaların üstüylə get. Onsuz da təpədən aşağıya doğru endik-cə asfalt yol gözünə dəyəcək. Yolu görən kimi, çəkinmədən yola enərsən. Çünki oralarda idarə yoxdur. Köhnədən o yol çox işlək idi. İndi Şahın devrilməsindən sonra yol tənhalaşdı. Yenə də sən yoldan çıxmazsan. Yoluna yük maşını və ya avtomobil çıxanda saxlat, Ma-kuya getmək istədiyini söylə. Heç nədən qorxma, oldu?

– Oldu, narahat olmayın.

Memoyla qucaqlaşıb öpüşdük. Dilonun kiçik əlini sıxdım və üzünə baxdım:

– Dilo haqqını halal et.

Dilonun üzü hüznlə qızardı. Yaşaran gözlərini göstərməmək üçün türbanlı başını aşağıya endirdi.

– Hər şey halal olsun Can, dedi astadan. Adımı ilk dəfə dilinə gətirirdi.

Son olaraq atama yaxınlaşdım. Uzun-uzadı qucaqlaşdıq. Dol-muşdum, amma ağlamaq istəmirdim. Hətta yalandan gülürdüm.

– Anama, qardaşlarıma yaxşı bax ata! Onlara mənim yoxluğu-mu hiss etdirmə! Necə deyərlər, “Gedib gəlməmək, gəlib görməmək var” görüşə bilməsək, sizlər həmişə ürəyimdə olacaqsınız! Amma necə olur-olsun, bir gün dönəcəyəm!

Atam çiyinlərimi tumarladı.

– Sən bizi düşünmə, yalnız dediklərimi yadında saxla! Makuda Molla Eyyubun dostu Molla Həsəni tap və məktubu ver! Allah kə-rimdir! İnşallah hər şey düzələcək!

Danışarkən səsi titrəyirdi. Bir az kənarda dayanan Memonu ya-nıma çağırdım.

– Ata, səndən bir xahişim də var!

– Buyur.

– Bu Memo var ha, bir qıza vurulub. Əgər o qızı qaçırsa bizim kəndə apar və ona kömək et!

– Narahat olma, sənin dostun mənim də dostumdur.

Yerə qoyduğum torbanı götürdüm və Memonun göstərdiyi isti-qamətə doğru bir neçə addım atdım. Atamın ağlamaq səsini eşidin-cə dayandım və geriyə döndüm.

– Oğul, özünə yaxşı bax! Anan, “qalın geyinsin, soyuqdan qo-runsun”, “Gecələr yatarkən üstünü yaxşı örtsün”, “Bizi düşünüb kə-dərlənməsin, canını sıxmasın”, dedi.

O danışır, mən də səssizcə dinləyirdim. Hər şeyi gözlərimin içi-nə toplamaq istəyirdim. Otlara, kül rəngli qayalara, kiçik kollara, kolların ətrafındakı lalələrə, arxadakı sıra dağlara, dağların zirvələ-rindəki dümağ qara, Diloya, Memoya, atama, atamın dolmuş, kiçik qurğuşun gözlərinə baxdım. Bütün bədənimi əsməcə tutmuşdu. Ürəyimdən fışqıran fırtına dalğası düşüncələrimi əsib bürümüşdü. Sanki Memonun buz çıxardığı buzluğa düşmüşdüm. Halbuki hava isti idi. Arada bir əsən yüngül külək otları yalandan yelləməkdən başqa bir işə yaramırdı. Yaxşı, mən nə üçün üşüyürdüm? Qorxudan-mı? Xeyr, içimdə qorxuya bənzər duyğu yox idi. Mən, qorxunun ne-cə duyğu olduğunu az-çox dadmışdım. Ayrılıqdan ola bilərdimi? Xeyr, o da ola bilməzdi. Çünki mən ayrılıqlara az da olsa alışmış-dım. Balacalıqdan bəri evdən ayrı deyildimmi? Yaxşı, haradan qay-naqlanırdı bu içimdə əsən və məni tir-tir titrədən fırtına? İçimdə damla-damla əriyən buzun səbəbi nə idi?

Baxışlarım təkrar boynunu büküb eləcə dayanan atama yönəldi. O ağrılar görmüş ağrılarla yoğrulmuş, kobud, sərt, daş ürəkli bir kişi idi, amma ağlayırdı. Və üzünə calanan gözyaşlarını da silmirdi. O an içimdəki fırtınanın səbəbini anladım. Məni atamın gözyaşları üşüdürdü. Onun əlli ildən bəri içində donmuş buzlamış göz yaşları məni içinə çəkir, ruhumu buz qəlibində dondururdu. Onun üzünə, gözlərinə, yanaqlarından süzülən yaşlara baxmamaq üçün baxışla-rımı üfüqlərə çevirdim.

Eh mənim gözəl ürəkli atam! Üzünün yanmış, qovrulmuş dəri-si, həyatda payına düşən ağrıların şahidi idi. Bu qızğın çöldə cayır-cayır yanmasını, qovrulmasını sətir-sətir üzündəki xətlərdən oxu-maq mümkün idi. Papağın altında qaçmaq, itib getmək təlaşıyla ge-dişinin məqsədi nə idi atam? Sanki həmişə bir yerlərə çatmaq üçün tələskənliyin varmış kimi niyə elə qaçardın? Bunu səndən heç soruş-mamışam, elə deyilmi? Amma mən, indi getdiyi üçün gözyaşlarını axıtdığın ağılsız oğlun, səndən soruşmasam da sənin nələrdən qaç-dığını və ya qaçmaq istədiyini çox yaxşı bilərdim. Künc-bucaqdan o qara gözlərinlə nələr axtardığını da… Sən əslində, bir az işıqlı ümid, ürkək və təlaşlı ürəyinlə özünə dinclik tapacağın gizli bir küncü, qurtuluşu axtarırdın. Amma elə rahat küncü kim tapa bilmişdi ki? Hər yanı yoxsulluqla, qeyri-mümkünlüklə, darlıqla əhatə edilmiş bu lənətə gəlmiş məkanda elə bir yer varmı? Çox vaxt belə şey olanda işi zarafata salar, gülməyə çalışırdın. Amma quru dodaqlarının arxa-sındakı hüznü bu cahil və üsyankar oğlun dərhal fərq edə bilirdi. Sənin gedişin bir təlaş, közərən siqaretin üsyan, içinə qapanmağın da əzabdı atacan, anlamadığımı düşünmə! Sənin gülüşün yalan olsa da içinə axıtdığın gözyaşların realizmin anasına söyür, atacan! Sala-mat qal atam, salamat qal!

Bunları ancaq içimdən keçirə bildim. Kaş ki, bunları onun üzü-nə yüksək səslə deyə bilsəydim… O an, Frankonun sürgünə göndər-diyi Juan Goytisolonun bir fikrini xatırladım: “Hamısı boşuna imiş vətənim! Hələ vaxt varkən gəl dostcasına ayrılaq”.

Bu sözü də atama söyləmək istədiyim sözlərlə birlikdə ölkəmi-zin gözəl üzünə baxaraq qışqırmaq, dağların zirvələrində, qar uçqu-nunda, uçurumların dərinliklərində səsləndirmək istədim. Amma boğazıma yumruq kimi oturan hıçqırıq, səsimi, nəfəsimi kəsmişdi. İçimdən söylədiyim “Salamat qalın”la kifayətləndim və qaçaraq qa-yanın altındakı yarğandan o biri tərəfə keçdim.

IV

Taksi sürücüsünə, Makuda ilk gördüyümüz məscidin qarşısın-da saxlamağı tapşırmışdım. Molla Həsən molla olduğuna görə müt-ləq Makudakı bir məsciddə işləməliydi. Elə olmasa belə orada onu tanıyan biri çıxa bilərdi.

Məni asfalt yolda maşına mindirən qırx yaşlarındakı taksi sürü-cüsü, boşboğazın biri idi. Yolboyu məni sorğu-suala tutmağa çalışır-dı. Nə iş gördüyümü, haradan gəlib, hara getdiyimi, hansı şəhərdə yaşadığımı soruşmuşdu. Qısa və ötəri cavablar verdim. Təbrizin bir kəndində yaşadığımı, Türkiyəyə qohumlarımı görməyə getdiyimi dedim.

Xarici olduğumu anlayacaq deyə ödüm ağzıma gəlirdi. Təmiz Azərbaycan türkcəsində danışırdı. Amma onların ləhcələri bizim danışdığımız Azərbaycan türkcəsindən fərqli idi. Uzun-uzadı nəyi isə izah etməyə çalışsam dərhal anlaya bilərdi. Həm də danışmağa kefim də yox idi. Atamın, gözlərimin bəbəyində qalmış yorğun, bez-gin və sevgi dolu üzü, Dilonun gözyaşları, Memonun əl eliyən silu-eti ağlımdan heç cür çıxmırdı. Taksinin arxa oturacağında büzül-müş, başıma gələcəkləri gözlərimin önünə gətirməyə çalışırdım.

Molla Həsən necə insan idi? Dostu Molla Eyyubu xatırlayacaq-dımı? Mənə kömək edə biləcək gücü var idimi? Bəs ortalıqda qal-sam nə olacaqdı? Buna bənzər suallar ürəyimi sıxdıqca sıxırdı. Taksi sürücüsü isə bir gözü yolda, bir gözü güzgüdəki əksimdə mənə, Şahdan, Xomeynidən, dindən, siyasətdən, Amerikadan ağlına gələni danışırdı.

– Sən hələ gəncsən, çox şeyi bilməzsən. Mən çox şey görmüşəm. İnsanın gözlərinə baxanda ürəyini oxuyuram. Məsələn bu gün yox-sul görkəmli birini Türkiyə sərhəddinə apardım. Türkiyədə bir qo-humunu görməyə getdiyini deyirdi. Dedikləri təbii ki, yalan idi. Be-lələrinin cibləri dollarla doludur. Türkiyəyə çatan kimi ilk təyyarəy-lə Amerikaya qaçırlar. Çünki belələri Amerikanın xidmətçisidirlər. Allah, İmamdan razı olsun. Belələrini sildi-süpürdü. Saraylarını, dəbdəbələrini yerlə bir etdi. Hələ o lənətə gəlmiş Şahı qulağından tutub cəhənnəmə atdı.

Günəş işığında asfalt yol par-par parıldayırdı. İlan kimi qıvrılıb gedən yola arada bir gözüm sataşanda sanki çayın üzərində getdiyi-mizi hiss edirdim. Makuya yaxın yerlərdən biriydi. Amma hara? Sü-rücüdən hələ neçə kilometr yolumuz qaldığını soruşmağa da çəki-nirdim. Səbirsizliklə sağa-sola göz gəzdirir, birdən bir təpənin arxa-sından meydana çıxacaq şəhərin yüksək evlərini, dik minarələrini görəcəyimi düşünürdüm. Lakin ətrafda şəhər yox idi. Aradabir için-dən keçdiyimiz, kiçik və yoxsul kəndlərin kərpicdən tikilmiş evləri mənə öz kəndimizi xatırladırdı. Mənim nigaranlıqla arxa kresloda eşələndiyimi görən şofer güzgüdən üzümə baxıb güldü.

– Narahat olma, yolumuz az qalıb! Bir azdan Makudayıq.

Həqiqətən də, çox keçmədən Makuya girdik. Biz çatanda gü-norta azanı oxunurdu. Böyük bir kənd boyda olan Maku qəzası bir qarışqa yuvasını xatırladırdı. Yüksək dağların arasına sıxışmış dar düzəngah və ortasından axan çay insana dinclikdən çox qorxu verir-di. Nizamsız və darısqal küçələrdə gəzişənlər, alış-veriş üçün yük-sək səslə danışanlar, məscidlərə qaçanlar, dükanlarını bağlayan ta-cir, köhnəlmiş, dağılmış asfaltdan qopan toz buludları, motorlu, mü-hərriksiz nəqliyyat vasitələri dözülməz xaos yaradırdı.

Qarşıma çıxan ilk məscidin yanında endim və boşboğaz taksi sürücüsü ilə vidalaşdım. Məscidin yaxınlığındakı dükanlardan biri-nə girib Molla Həsənin evini soruşdum. Məni Mollanın evinə apar-maq üçün yanıma on beş yaşlarında bir uşaq qoşdular.

Molla Həsənin evinin qapısını döyərkən həyəcandan əlim-aya-ğıma dolaşırdı. Heç tanımadığım insanlara nə deyəcəkdim? Hansı yalanları uydurmaq məcburiyyətində qalacaqdım? Qəfil gəlişim, məmləkətimdən qaçıb buralara gəlməyim onları şübhələndirəcək-dimi? Şübhəli, qaçaq bir adama evlərində yer verərdilərmi? Yalnız dost məktubu mənə kömək etməklərinə kifayət edəcəkdimi? Adam özü qəbul etsə də, arvadı, uşaqları razı olacaqdımı? Lap mənə yer versələr də, yanlarında nə qədər qala bilərdim ki?

Min bir sual və düşüncəylə boğuşa-boğuşa böyük qara dəmir qapını döydüm. Qapını çarşaflı bir qadın açdı. Çarşafın ucları qolla-rının yanından aşağı doğru sallanırdı. Bir əliylə çarşafı çənəsinin üs-tündə tutmağa çalışırdı. Qorxudan üzünə baxmadım.

– Molla Həsənin evi buradırmı?

– Buradır.

– Onunla görüşə bilərəm?

– İndi məsciddədir. Buyurun içəri girin. Bir azdan gələr.

Dəmir qapıdan içəri keçən kimi özümü rəngarəng çiçəklərlə bə-zənmiş bir bağın içində gördüm. Ərik, şaftalı, alça ağaclarının bir-bi-rinə qarışdığı bağın ətrafında yüksək divarlar hörülmüşdü. Bağça-nın ortasında daşdan, damsız evin yaşıl boyalı balkonunda əlli yaş-larında başı yarıaçıq, saçları xeyli ağarmış bir qadın oturub həm hör-gü hörür, həm də qarşısındakı stulda oturan doqquz-on yaşlarında-kı bir qız uşağıyla söhbət edirdi. Məni görüncə əlindəki hörgünü bu-raxıb ayağa qalxdı. Yanlarına gedib-getməməkdə tərəddüd etdim. Göründüyü qədəri ilə evdə kişi yox idi. “Ən yaxşısı Molla Həsən gə-lənə qədər çöldə dayanım, deyə düşündüm. Mən arxamı dönüb gir-diyim qapıdan çıxmaq istəyərkən qadın arxamdan səsləndi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺80,43