Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Cins və xarakter», sayfa 4

Yazı tipi:

Həm də elə bir “korlanmış” fərd yoxdur ki, yalnız əks cinsi meyilli olsun (bu cəhət mənim fikrimi təsdiq edir və hətta yalnız onunla izah olunur). İlk başlanğıcda hamı biseksualdır, yəni həm kişilərlə, həm də qadınlarla cinsi əlaqədə ola bilərlər. Ola bilər ki, onlar özləri sonradan bir-tərəfli cinsiyyət yaranmasına şərait yaradır, cinsi yek-rənglik istiqamətində özlərinə təsir göstərir, nəhayət, bə-zən xarici təsirlərə tabe olaraq özlərini heteroseksual və ya homoseksuallığa sahib olmaq həddinə çatdırırlar, baxma-yaraq ki, biseksuallıq heç vaxt məhv olmur, əksinə çox tez-tez özünün müvəqqəti olaraq arxa plana keçirilmiş möv-cudluğunu bəyan edir.

Çox tez-tez, xüsusilə də, son vaxtlar homoseksual hal-ların heyvanlar və bitkilər aləmində rüşeymin biseksual quruluşu ilə əlaqəsinə işarə olunurdu.

Mənim şərhimdəki yenilik ondan ibarətdir ki, homo-seksuallıq onun üçün digər araşdırmalarda qəbul olundu-ğu kimi yarımçıq inkişaf, cinsiyyətin zəif diferensasiyası demək deyildir; mənim nöqteyi-nəzərim, ümumiyyətlə, homoseksuallığı cinslərin tamamlanmış xüsusiləşdirilmə-sinə yalnız keçmiş qeyri-diferensiyallığın qalığı kimi daxil olmuş tamamilə xüsusiləşdirilmiş anomaliya hesab etmir. O, homoseksuallığı otra seksual pillələrin cinsi xüsusiy-yətlərinə və aralıq cinsi formalarla onların kəsilməz rabi-təsinə aid edir, çünki onlar ona müstəsna real varlıq kimi, kənarlaşmalar isə ideal kimi görünür. Beləliklə, mənim nəzəriyyəmə görə, bütün varlıqlar eyni zamanda həm ho-moseksual, həm də heteroseksualdır.

Digər cinsin böyük və kiçik qalıqlarına (rudimentləri-nə) uyğun olaraq hər bir varlığın zəif ölçüdə də olsa, ho-moseksuallığa meyli aşağıdakı faktla açıq-aşkar sübut olu-nur. Hələ cinsi qeyri-diferensiallığın hakim olduğu cinsi yetkinliyə qədərki yaş dövründə, rüşeym vəzilərinin daxili ifrazatının birtərəfli cinsi inkişaf dərəcəsinə hələ qətiyyətli təsir göstərmədiyi vaxtlarda həm oğlanlarda, həm də qız-larda hissiyatlı xarakterə sahib xəyalpərəst “gənclik dost-luğu” ümumi qayda hesab olunur.

Doğrudur, hər kim daha böyük yaşlarda hələ də öz cinsindən olan şəxslə “dostluq” etməyi arzulayırsa, bəlkə də, əks cinsin əlamətləri onda daha qabarıq şəkildə özünü büruzə verir. “Hər iki cins” arasındakı dostluqdan, digər cinslə (mahiyyətcə elə öz cinsi ilə) dostluq münasibətlə-rindən ruhlanan insanlarda aralıq cinsi formalara mənsu-biyyət daha aşkardır. Onlar öz hislərini ört-basdır etmək qayğısına qalmadan onlarla yoldaşlıq münasibətlərinə gi-rir, etibar qazanmağa çalışır, hətta bu ”təmiz”, “ideal” əla-qəyə başqalarını da çəkmək istəyirlər, halbuki onlara bu şəraitdə təmiz qalmaq hədsiz dərəcədə çətin olardı.

Hərçənd ki, dostluğun mahiyyəti cinsi ünsürlə hər şeydən az müəyyən olunur, cinsi ehtiraslılıq təhqiramiz-dir və dostluq ideyasına daban-dabana ziddir, ümumiy-yətlə, kişilər arasında cinsi ünsürdən məhrum dostluq ol-mur. Söylənmiş fikrin ədalətli olmasına yetərli sübut bu-dur ki, əgər xarici görünüşləri qarşılıqlı simpatiya yarat-mırsa, onda kişilər arasında dostluq tamamilə imkansız-dır. Axı əks halda onlar heç vaxt bir-birilərinə yaxın belə gəlməzdilər. Kişilər arasında olan çox sayda “xeyirxahlıq”, dostbazlıq, havadarlıq şüursuz cinsi münasibətlərdən qay-naqlanır.

Gənclər arasındakı ehtiraslı dostluğa uyğun olaraq yaşlı kişilərdə müşahidə olunan analoji hal – yetkin yaşda birtərəfli inkişaf edən cinsi əlamətin qocalıq atrofiyasının başlanması ilə gizli amfiseksuallığın meydana gəlməsidir. Əlli yaşdan yuxarı kişilərin çoxunun “əxlaqa zidd cinayət törətmək” üstündə məhkəməyə düşməsinin səbəbi elə bu deyilmi?

Nəhayət, homoseksual aktlar heyvanlarda da az mü-şahidə olunmur. F.Korş ədəbiyyatda məlum olan çoxlu halları bir yerə toplamışdır. Əfsus ki, araşdırmaçılar bu heyvanlarda “kişilik” və “qadınlıq” dərəcəsi haqqında az məlumat verirlər, lakin şübhəsizdir ki, biz burada da hey-vanlar aləmində bizim qanunu sübut edən daha bir dəlillə rastlaşırıq. Əgər öküzləri uzun müddət bağlı saxlayıb inəklərin yanına buraxmasaq, gec-tez onlarda əks cinsi ak-tın mövcudluğunu müəyyən etmək olar.

Daha qadınxislət olan bəziləri buna daha tez uyur, digərləri bir az gec, bəziləri isə, düzü heç vaxt (amma məhz buynuzlu heyvanlarda aralıq cinsi formaların sayı daha çoxdur). Sonuncu hər halda onlarda meylin mövcudlu-ğunu sübut edir, lakin onda onlar öz tələbatını daha yaxşı təmin edə bilərdilər. Bağlanmış heyvanlar özlərini tama-milə dustaqxanalarda, internatlarda və konviktlərdəki in-sanlar kimi aparırlar. Heyvanlarda nəinki onanizm (onlar-da buna insanlarda olduğu kimi rast gəlinir), həm də ho-moseksuallığın olması faktına mən aldığımız cinsi cazibə qanununun mühüm təsdiqi kimi baxıram.

Bizim nəzəriyyədə əks cinsi duyğuya təbiət qanunun-dan istisna kimi baxılmır, o yalnız xüsusi haldır. Yarı kişi, yarı qadın olan fərdin ona ehtiyacı var ki, onu tamamla-yan fərd bərabər miqdarda eyni əlamətlərə sahib olsun. Bu isə aşağıdakı halın axtarılan səbəbidir: “əks cinsi əla-mətlərə” sahib fərdlər, demək olar ki, həmişə öz mühitin-də cinsi akt törədirlər. Cinsi tələbatı ödəmənin normal for-masını axtaran digər şəxs təsadüfən onlara rast gəlir. Cinsi həvəs həmişə qarşılıqlıdır, o həm də homoseksual insanları o saat bir-birini tanımağa məcbur edən qüdrətli amildir. “Normal” insanlar homoseksuallığın ağlasığmaz yayğın-lığı haqqında anlayışa belə sahib deyillər, buna görə də, hətta ən iyrənc “normal” əxlaqsız belə qəfildən homosek-sual akt barədə bir şey eşidərkən “belə əclaflıqları” müha-kimə etməkdə özünü haqlı hesab edir. Bir alman univer-sitetindəki hansısa bir psixatr professor 1900-cü ildə ciddi şəkildə bütün homoseksualistləri sadəcə axtalamağı təklif etmişdir.

Cinsi pozğunluğun müalicəsində (ümumiyyətlə, bu cür cəhdlərin edildiyi hər yerdə) istifadə olunan nəzəriy-yə üsulları, doğrudur ki, bu məsləhət kimi o qədər də ra-dikal deyil, ancaq hər halda onlar praktikada tətbiq olu-narkən homoseksuallıq haqqında belə nəzəri təsəvvürlə-rin tam yetərsiz olduğunu göstərir. Göründüyü kimi, gü-nümüzdə başlıca olaraq, “qazanılma” nəzəriyyəsinin tə-rəfdarları homoseksualistləri hipnozla müalicə edirlər: on-lara “qadın” haqqında, “normal” cinsi akt haqqında təsəv-vür təlqin etməyə, beləliklə də, onları ona alışdırmağa çalı-şırlar. Ancaq etiraf edirlər ki, müalicənin nəticəsi hədsiz dərəcədə az olur.

Bizim nöqteyi-nəzərimizcə, bu öz-özlüyündə başa dü-şüləndir. Hipnozçu öz pasiyentinə tipik(!) qadın təsviri çə-kir, amma bu ona bütöv, şüurlu olmayan, lakin anadan-gəlmə, təlqinlə ram edilməyən təbiəti hesabına nə isə qor-xunc bir şey kimi görünür. Axı Q onu tamamlamır, həkim müalicə kursunu başa çatdırmaq üçün əbəs yerə öz pasi-yentini qarşısına çıxan ilk fahişənin üstünə göndərir, bu da yalnız onun “normal” cinsi akta qarşı nifrətini artırır. Özü-müzdən soruşaq: belə subyektin tamamlayıcısı kim ola-caq? Ən yaxşı halda bu sualın cavabı belə ola bilər: ən kişixislət qadın, yəni lesbiyanka. Həqiqətən də, bu əks cinsi duyğuya malik subyekti cəlb edəcək və onun xoşuna gələ biləcək yeganə qadın olacaq. Əgər “nəzəriyyə” mütləq la-zımdırsa və verilmiş halda onun tətbiqindən imtina müm-kün deyilsə, onda bizim nəzəriyyəyə görə, pozğunu poz-ğunun, homoseksualisti lesbiyankanın üstünə göndərmək lazımdır. Bu təklifin mənası ondan ibarətdir ki, onların hər ikisinin indi də qüvvədə olan (İngiltərə, Almaniya və Avs-triyada) homoseksualistlər əleyhinə qanuna uyğunlaşma-sını daha da asanlaşdırmaq lazımdır. Bu qanun sadəcə ola-raq gülüncdür; biz də istərdik ki, bu sətirlər onun ləğvinə xidmət etsin. Əsərimin ikinci hissəsində aydınlaşdırmağa çalışmışam ki, nə üçün homoseksual fahişəlikdə kişinin həm aktiv, həm də passiv rolu kişi ilə qadın arasında cinsi əlaqədə olduğundan daha böyük biabırçılıq hesab olunur. Etik nöqteyi-nəzərdən hər iki hal arasında heç bir fərq yox-dur. Fərdlər üçün fərqli hüquqlar haqqında sevilən boşbo-ğazlığa rəğmən, insan obrazına malik hər kəs üçün eynilə yalnız bir məntiq olduğu kimi bərabər ümumi etika möv-cuddur. Heteroseksual cinsi aktlara icazə verib homosek-sual cinsi aktları qadağan etmək tamamilə nalayiq və gü-nah deyil, yalnız cinayəti cəzalandıran cinayət hüququna uyğun gəlməyən bir şeydir, çünki onların hər ikisi eyni də-rəcədə “ictimai günahdan” məhrumdur. Məntiqi cəhətdən yeganə doğru qərar o olardı ki, əks cinsi həvəsli fərdlərə axtardıqları yerdə, yəni öz aralarında öz tələbatlarını təmin etməyə imkan yaradılsın (verilmiş halda mən sırf huma-nizm və cinayət hüququ nöqteyi-nəzərini bir kənara qoyu-ram, çünki sonuncu sosi-alpedaqoji məqsədlər üçün “qor-xudan” sistem deyildir).

Hər cür ziddiyyətlərdən məhrum öz-özünə qapanmış bütün bu nəzəriyyə, göründüyü kimi bizi maraqlandıran bütün halların izahı üçün imkan yaradır. Lakin nəzəriy-yənin əleyhdarlarının, yəqin ki, irəli sürə biləcəyi faktlara müraciət edək; onlar sanki mənim əks cinsi həvəsli fərd-ləri aralıq cinsi formalar hesab etməyimi, hətta cinsi mü-nasibətlər qanununun özünü rədd edirlər. Həqiqətən, hər cür şübhədən kənardır ki, fövqəladə az sayda qadınxislət kişilər var və bununla belə, onlara öz cinsindən olan şəxs digərlərinə, daha qadınxislət kişilərə qadının kişiyə gös-tərdiyi təsirdən daha güclü təsir göstərir. Albert Moll ta-mamilə haqlı olaraq deyə bilərdi: “hər iki cinsə həvəsi olan psixoseksual hermafroditlər vardır, lakin hər bir cins üçün yalnız onun tipik xüsussiyətlərini sevənlər vardır. Digər tərəfdən, elə psixoseksual (?) hermafroditlər də olur ki, nəinki cinsin tipik xüsusiyyətlərini sevmir, əksinə onlara etinasızlıq göstərir, hətta onları gözləri götürmür”. Bu fəs-lin homoseksuallıqla uşaqbazlıq arasındakı fərqi nəzərə çarpdıran adı elə bu fərqə əsaslanır. Homoseksu-alist bu bölgünü asanlıqla əsaslandıra bilər: çox teliid kişilərə və çox arrenoid qadınlara üstünlük verən tipi adlandırmaq la-zımdır, əksinə uşaqbaz həm kişixislət kişiləri, həm də qadınxislət qadınları sevə bilər. Sonuncu uşaqbaz olmadığı qədərdir. Onda kişi cinsinə meyillik hər halda qadın cinsi-nə meyillikdən daha güclü olacaq. Uşaqbazlığın səbəbi haqqında məsələ xüsusi problem yaradır, lakin bunun bi-zim araşdırmaya heç bir aidiyyəti yoxdur.

V FƏSİL

XARAKTEROLOGİYA

VƏ MORFOLOGİYA

Məlumdur ki, fiziki və psixi elementlər arasında han-sısa bir anadangəlmə əlaqə mövcuddur, ona görə də mor-foloji və fizioloji münasibətlər arasında geniş tətbiq olunan aralıq cinsi formalar prinsipi psixologiyada da bir o qədər zəngin nəticələr verə bilər. Şübhəsiz, elə psixi kişi və qadın tipləri mövcuddur ki, (ən azından artıq tapılmış nəticələr belə tiplərin axtarılmasını bir vəzifə kimi qarşıya qoyur) gerçəklik bu tiplərə heç bir vaxt çata bilmir, çünki o həm mənəvi, həm də cismani cəhətdən zəngin aralıq cinsi for-malara malikdir. Deməli, tamamilə ümid etmək olar ki, bu prinsip ruh sahəsində də saxlanılacaq və insanlar arasın-dakı psixoloji fərqləri elmdən gizlədən xaotik qaranlığı işıqlandıracaq. Bununla da, hər bir insanın ruhi məzmunu barədə daha diferensiyal təsəvvürə sahib olmaq mənasın-da irəliyə doğru addım atılmış olur. Daha artıq hər hansı bir şəxsin xarakteri elmi nöqteyi-nəzərdən kişi və ya qadın olaraq müəyyən olunmayacaq, araşdırılacaq və soruşula-caq: bu adamda nə qədər kişilik və qadınlıq var? Edən, deyən, düşünən bu fərddəki kişi və ya qadındır? Bütün in-sanlığın, insani olan hər şeyin fərdiləşdirilmiş təsviri bu-nunla asanlaşır. Yeni metod bütün tədqiqatın kitabın giri-şində göstərilmiş istiqaməti ilə üst-üstə düşür: hər cür dər-ketmə ümumi orta anlayışlardan çıxış edərək iki bir-birinə əks istiqamətdə yayılır, həm də nəinki daha geniş anlayışlara tərəf, eyni zamanda ən tək, fərdi hala doğru. Aralıq cinsi formalar prinsipinin xarakterologiyanın hələ həll edilməmiş problemləri üçün ən güclü dəstək olacağına bəslənən ümid buna əsaslanmışdır. Bu səbəbdən bu prinsi-pi metodik cəhətdən “fərdiyyət fərqləri psixologiyasında”, “diferensiyal psixologiyada” idraki (geurestik) bünövrə dərəcəsinə yüksəltmək cəhdinə haqq qazandırılmalıdır. Bu prinsipin xarakterologiyanın qarşısında duran vəzifələrə, yalnız müstəsna olaraq ədəbiyyat tərəfindən işlənmiş, elmi cəhətdən tamamilə toxunulmamış bu zəngin sahəyə tətbiqi ona görə alqışlanmalıdır ki, o bilavasitə hadisənin bütün kəmiyyət pillələrinə müdaxilə edir, həm də psixologiyada da hər bir fərdin sahib olduğu K və Q-nin faiz tərkibini müəyyənləşdirməkdən qorxmaq lazım deyildir. Məsələ orqanizmin kişi və qadın arasındakı cinsi vəziyyəti barədə-ki suala anatomik cavabla da həll olunmur və hətta, xüsu-silə, cinsi cəhətdən daha anatomik oxşarlıq və ya fərqlər tə-zahür etdirsə də, ümumiyyətlə, daha bir xüsusi araşdırma tələb edir.

Belə bir fikrin doğruluğu məlum fərdin bədəninin ay-rı-ayrı hissələrindəki kişilik və ya qadınlığın dərəcəsin-dəki və keyfiyyətlərdəki fərqlər barədə artıq ikinci fəsildə edilmiş qeydlərdən alınır.

İnsanda kişilik və qadınlığın birgə mövcudluğunu bu və ya digər ünsürün tam və yaxud təqribən eyni zamanda olması anlamında başa düşmək lazım deyil. Burada bir şeyi qeyd etmək fövqəladə vacibdir və bu nəinki prinsipin düzgün psixoloji tətbiqininin sadə göstəricisi deyil, həm də əvvəlki müddəalara fövqəladə mühüm əlavədir.

Hər bir insan kişi və qadın arasında tərəddüddədir. Tərəddüd bir insanda hədsiz dərəcədə böyük, digərində isə hiss olunmayan ola bilər. Bununla yanaşı o həmişə var-dır və əgər əhəmiyyətlidirsə, həmişə dəyişilən görkəmdə özünü büruzə verir. Cinsi xarakteristikanın bu tərpənişləri yer maqnetizminin titrəyişlərinə oxşar olaraq düzgün və düzgün olmayan titrəyişlərə ayrılır. Düzgün tərpənişlər ya çox kiçikdir (məsələn, bəzi insanlar səhərlərə nisbətən axşamlar özlərini daha kişixislət hiss edirlər), ya da üzvi həyatın elə böyük dövrlərinə aiddir ki, onlara hələ indi-indi diqqət yetirilməyə başlanılıb, onların tədqiqi, görün-düyü kimi, hələ öncədən görülməyən çoxlu sayda halları aydınlatmalıdır. Qeyri-düzgün tərpənişlər, böyük ehtimal-la, xarici təsirlərlə, hər şeydən öncə, ətraf mühitin cinsi xarakteristikaları ilə əmələ gəlir. Şübhəsiz, onlar qismən kütlənin psixologiyasında əhəmiyyətli rol oynayan və bu vaxta qədər hələ pis tədqiq olunmuş qəribə hallara şərait yaradır. Bir sözlə, biseksuallıq psixoloji cəhətdən bir anda deyil, yalnız ardıcıl olaraq bütöv bir sıra anlarda təzahür edir, həm də cinsi xarakteristikadakı bu zaman fərqinin dövrilik qanununa tabe olub-olmasından, ya da digərinə nisbətən bir cinsə tərəf sapmada fərqli amplituda göstər-məsindən, ya da kişi və qadın fazalarına tərəf bərabər uzaqlaşma olmasından tamamilə asılı olmadan (sonuncu hal məcburi deyil, əksinə o sonsuz sayda mümkün hallar-dan yalnız biridir).

Beləliklə, təcrübəyə müraciət etmədən prinsipial ola-raq qəbul etmək olar ki, aralıq cinsi formalar prinsipi fərdlərin daha yaxşı xarakteroloji təsviri üçün imkan ya-radır, çünki o hər bir ayrıca fərddə kişi və qadın başlan-ğıclarının faiz nisbətini tapmağa və hər bir insanın malik olduğu tərpəniş bucağını təyin etməyə sövq edir. Biz elə bir məsələyə yaxınlaşmışıq ki, o dərhal həll edilməlidir, çünki gələcək tədqiqatın gedişi bütünlüklə bundan asılı-dır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu tədqiqat hər şeydən öncə sonsuz dərəcədə zəngin aralıq cinsi for-malar sahəsini, mənəviyyat sahəsindəki cinsi rəngarəng-liyi ölçməli, xüsusi zəruri nöqtələrdə münasibətlərin müm-kün qədər tam müəyyən olunmasına nail olmalıdır və yaxud cinsi tipləri müəyyənləşdirib, onların empirik yolla birləşdirilməsinin müxtəlif variantlarını inconcrete araş-dırmazdan qabaq “ideal kişi” və “ideal qadın”ın psixoloji stukturunu tamamlamalı, ondan sonra deduktiv yolla alın-mış təsvirlərin gerçəkliyə nə qədər uyğun olduğunu yoxla-malıdır. Birinci yol ümumi qənaətə görə həmişə fikirləri-mizin axarını qəbul edən psixoloji inkişafla üst-üstə düşür, axı ideyalar gerçəklikdən alınır, cinsiyyət tiplərini isə yal-nız real cinsi rəngarənglikdən götürmək lazımdır: bu in-duktiv, analitik yoldur. İkinci yol isə başlıca olaraq, formal məntiqi tələblərin ciddiliyini təmin etməlidir. Bu – deduk-tiv yol, sintez yoludur.

Mən ona görə ikinci yoldan istifadə etməmişəm ki, hər kəs tamamilə müstəqil şəkildə artıq müəyyən olunmuş iki tipi asanlıqla konkret gerçəkliyə tətbiq edə, nəzəriyyəni praktikaya uyğunlaşdıra bilər. Bundan başqa, (hətta müəllifin kompetensiyasından kənara çıxan tarixi-bioqra-fik tədqiqat üsulunun seçildiyini fərz etsək belə) deyiləni təkrarlamaq lazım gələrdi və detallı dağınıqlıq sayəsində ayrıca götürülmüş bir şəxsə maraq yaranardı, ancaq bu halda nəzəriyyə uduzmuş olardı. Birinci induktiv yol da işə yaramır, çünki bu halda işin cinsiyyət tiplərində əkslik-lər cədvəlinin açılışı ilə bağlı hissəsində çoxlu təkrarlara yol vermək lazım gələrdi, həm də aralıq cinsi formaların ilkin öyrənilməsi və ona paralel olaraq tiplərin qurulması oxucunun xeyli vaxtını alar, uzun və faydasız olardı.

Digər mülahizə mənim işimin bölgüsünü qabaqladı. Mən cinsi ifratçılıqları morfoloji və fizioloji yöndən tədqiq etməyi bir vəzifə kimi qarşıya qoymamışam. Məqsədim aralıq formalar prinsipinə onun, göründüyü kimi, hətta bioloji nöqteyi-nəzərdən də çox şeyləri aydınlaşdıra bilə-cəyi bütün tərəflərdən baxmaqdır. Buradan əsl iş başlayır. Aralıq pillələrin adı çəkilən tədqiqi birinci hissəni forma-laşdırır, ikinci hissə K və Q-nin sırf psixoloji analizini mümkün olduğu qədər daha geniş və daha dərin vermə-yə can atır. Konkret halları isə hər kəs onları tətbiq və alınmış nəticələrlə və anlayışlarla müqayisə etməklə müs-təqil şəkildə müəyyənləşdirə bilər.

Bu ikinci hissə cinslər arasındakı mənəvi fərqlər barə-də ictimaiyyət içərisində dolaşan rəylərə çox az istinad edəcək. Ancaq burada mən yalnız şərhin tamlığı üçün bu-na xüsusi əhəmiyyət vermədən aralıq cinsi formaların psixi həyatının bəzi məqamlarını qısaca təqdim edəcə-yəm. O məqamlar ki bəzi hamıya məlum xüsusiyyətlərə daha aydın tərif verir və burada onların daha yaxından analiz edilməsinə gərək yoxdur. Maddi cəhətdən çox par-laq təmin olunmaqlarına baxmayaraq qadınxislət kişilər-də çox vaxt güclü evlənmək tələbatı olur (anlaşılmazlıq olmasın deyə bunu xatırladıram). Bu imkan dairəsində da-ha erkən nikaha girənlərdir. Əgər arvadı görkəmli adam, şairə, rəssam, müğənni yaxud aktrisadırsa, bu onların xü-susilə xoşuna gəlir.

Onlardakı qadın xislətinə uyğun olaraq belə kişilər digər kişilərlə müqayisədə fiziki cəhətdən çox lovğadırlar. Elə kişilər var ki, qiyafələrinin insanlarda doğurduğu heyranlığı hiss etmək üçün gəzməyə çıxırlar. Onların sifə-ti eyni qadınlardakı kimi öz sahibinin niyyətini büruzə verir. Bundan sonra onlar tam məmnunluqla evə qayıdır-lar. Narsis belə kişilərin prototipi olmuşdur. Belə fərdlər saç düzümünə, geyimə, ayaqqabıya, alt paltara fövqəladə diqqət yetirirlər. Onlar hazırkı anda öz boy-buxunlarının vəziyyətinə, hər gün necə göründüklərinə, tualetin ən xır-da incəliklərinə fikir verir, professorun hər təsadüfi baxı-şını nəzərdən qaçırmır və çox vaxt eynən qadınlar kimi ye-rişlərində və jestlərində səliqəlidirlər. Əksinə, viragolarda (kişixislət qadınlarda) çox halda tualetə qarşı tam bir etina-sızlıq, bədənə pis qulluq nəzərə çarpır: o istənilən qadın-xislət kişidən daha sürətli geyinir. Bütün bayağı yüngül-lüklər, eləcə də (qismən) qadın azadlığı hermafroditlərin sayının artdığını göstərir; bunlar hamısı “adi dəb”dən başqa bir şey deyildir. Həmişə özümüzdən soruşa bilərik: nə üçün hər hansı bir şey “dəb” olur, çünki “adi dəb”ə da-yaz tənqidi baxışa sahib müşahidəçinin güman etdiyindən daha az rast gəlinir.

Qadında Q nə qədər çoxdursa, o kişini bir o qədər az anlayır, əvəzində kişi öz cinsi xüsusiyyətləri ilə ona nə qə-dər güclü təsir göstərirsə, onda bir kişi kimi o qədər böyük təəssürat yaradır. Bu təkcə adı çəkilən cinsi cazibə qanunu-nun nəticəsi deyil, həm də onu göstərir ki, qadında qadın-lıq nə qədər xalis ifadə olunubsa, o əks cinsi bir o qədər tez başa düşür. Əksinə, kişidə K nə qədər çoxdursa, onun Q-ni anlamaq meyli daha azdır, lakin qadını onun xarici təza-hürləri ilə, onun spesifik qadınlığı ilə daha qüvvətli təsəv-vür edəcək. “Qadın sərrafları” adlandırdıqlarımız heç də “sərraf” deyillər, daha çox elə özləri “qadın”dırlar.

Qadınxislət kişilər çox halda qadınlarla daha yaxşı yola gedirlər, parlaq ifadəli kişilər isə az istisnalarla hətta uzun təcrübədən sonra da qadınları tamamilə öyrənə bil-mirlər.

Xarakterologiya prinsipinin işlək olduğunu əyani gös-tərən bu illüstrasiyalara, köhnə üçüncü dərəcəli cinsi əla-mətlər sferasından götürülmüş misallara mən bir də peda-qogika üçün faydalı ola biləcəyini güman etdiyim onlara uyğun bəzi qeydləri əlavə etmək istəyirəm. Düşünürəm ki, ümumi əsasa malik bu və digər faktların hamı tərəfindən qəbul olunması tərbiyənin fərdiləşdirilməsinə təsir göstərə bilər. Ayağın ölçüsünü götürən bir çəkməçi fərdiliyi bu mənəvi borcun canlı dərkinə nail ola bilməyən məktəbdə və evdə çalışan müasir pedaqoqlardan daha yaxşı fərqlən-dirə bilir. Axı indiyə kimi aralıq cinsi formalara aid (xüsu-silə qadınlar arasından) uşaqları kişi və qadın idealına mümkün qədər yaxınlaşdırmaq anlamında tərbiyə edir, mənəvi ortopediya ilə məşğul olur, sözün həqiqi mənasın-da onlara işgəncə verirlər. Bununla nəinki təbiətdəki fərqi azaldırlar, həmçinin kök sala biləcək çox şeyi məhv edir, bəzisini ən qeyri-təbii yolla sındırır, sünilik və qeyri-səmi-milik yaradırlar.

Uzun müddət bizim tərbiyə sistemi bir ölçü altına bü-tün kişi cinsiyyət orqanı ilə doğulanları, digər ölçü altına isə bütün qadın cinsiyyət orqanı ilə doğulanları qoyurdu. Çox erkən yaşlardan “oğlanlara” və “qızlara” müxtəlif paltarlar geyindirir, onlara müxtəlif oyunlar öyrədir, ta-mamilə müxtəlif elementar tədris proqramları tətbiq edir, “qızların” hamısına ucdan tutma tikiş öyrədirdilər və sai-rə və i.a. Bu zaman aralıq formaların heç biri nəzərə alın-mırdı. Amma belə pis tərbiyə olunmuş varlıqlarda ins-tinktlər, onların təbii vəziyyətinin “determinantları” nə qədər qüvvətlidir! Hələ cinsi yetkinlik yaşına qədər olan dövrdə bu daha sıx-sıx özünü büruzə verir: oğlanlar var ki, xüsusi həvəslə kuklalarla oynayır. Onlar öz bacılarından toxumaq və tikmək öyrənir, qadın paltarı geyinməkdən xoşlanır və məmnuniyyətlə özlərini qadın adları ilə adlan-dırırlar. Əksinə elə də olur ki, oğlanların vəhşi oyunlarında həvəslə iştirak edən qızlara rast gəlinir və çox vaxt oğlanlar onları eyni hüquqlu yoldaş kimi qəbul edirlər. Tərbiyə ilə tapdalanan təbiət həmişə cinsi yetkinliklə birlikdə qabarır: kişixislət qadınlar qısa saç saxlayır, kişi kostyumuna oxşar paltara üstünlük verir, universitetlərə gedir, içki içir, siqa-ret şəkir, dağa dırmanır, ehtiraslı ovçu olurlar. Qadınxislət kişilər isə, əksinə saçlarını uzadır, korset taxır, qadın tualeti sahəsində çox anlayışlı görünməyə çalışır, bu mövzuda qa-dınlarla mehriban söhbət edir və çox vaxt cinslər arasında mehriban münasibətin həsrətini çəkirlər, məsələn, qadına-oxşar tələbə oğlanlar tələbə qızlarla “yoldaşlıq münasibət-ləri” arzulayırlar və s.

Belə hamarlayıcı tərbiyənin təzyiqi altında həm qız-lar, həm də oğlanlar əzab çəkirlər. Birincilər əxlaqın şab-lonluğu ucbatından, ikincilər isə gələcəkdə onların bir qa-nuna tabe etdiriləcəyindən. Qorxum ondandır ki, mənim tələbimin oğlanlarla bağlı qismindən daha çox qızlarla bağlı qismi “ağıllı başlarda” nisbətən daha passiv müqa-vimətlə üzləşə. Burada hər şeydən öncə, geniş yayılmış mükəmməl avtoritetlər tərəfindən müdafiə olunan daim təkrarlanan “qadınların” yekrəngliyi barədə fikrin (“qa-dınlar arasında heç bir fərq, heç bir fərdiləşmə yoxdur, bi-rini tanısan, hamısını tanımısan”) tamamilə yanlış olduğu-na əmin olmaq lazımdır. Doğrudur, K-dan çox Q-ya daha yaxın fərdlər içərisində (“qadınlar” arasında) çoxlu digər varlıqlar içərisində olduğu kimi o qədər də çox fərqlər və imkanlar olmur. Nəinki insanlarda, eləcə də bütün hey-vanlar aləmində “erkək”lərin çox böyük rəngarəngliyi ümumi bir faktdır və Darvin tərəfindən, xüsusilə, müfəssəl araşdırılmışdır. Lakin Q içərisində də kifayət qədər fərq-lər mövcuddur. Bu yanlış fikrin psixoloji genezisi onunla izah olunur ki, hər bir kişi (3-cü fəslə bax) öz həyatı boyu, təbii ki, öz aralarında çoxlu ümumi cəhətlərə malik müəy-yən qrup qadınla daha yaxından tanış olur. Çox vaxt qa-dınlardan da elə bu səbəbdən və daha az əsaslarla “kişilər hamısı eynidir” sözünü eşitmək mümkündür. Yumşaq de-sək, çox azad qadının kişi haqqında onun güman edilən haqsız üstünlüyü ilə bağlı cəsarətli fikirləri də elə bunula izah oluna bilər. Bu məhz onların, adətən, hansı kişiləri daha yaxından tanıdıqları ilə izah olunur.

Bir orqanizmdə K və Q-nin mövcud olmasının müx-təlif pillələrində məhz bizim bütün elmi xarakterologiya-nın əsas prinsipini tapdığımız yerdə mən xüsusi pedaqo-gika üçün çox vacib bir fakt görürəm.

Xatakterologiya psixologiyaya elə aiddir ki, məhz bu-rada təkcə bir psixoloji “aktuallıq nəzəriyyəsi” anatomi-yanın fiziologiya üçün daşıdığı əhəmiyyətə bərabər əhə-miyyətə malik ola bilər. Lakin o həmişə həm nəzəri, həm də praktiki tələbat olaraq qalacağı üçün idrak nəzəriyyəsi-nin əsas müddəalarından və onun ümumi psixologiyanın predmetindən ayrılmasından asılı olmadan fərdi fərqlər psixologiyasının tədqiq olunması zəruridir. Psixofiziki pa-ralellik nəzəriyyəsinə müsbət yanaşan hər kəs bizim tədqi-qatda ifadə olunmuş prinsipial nöqteyi-nəzərlə razılaşar ki, onun üçün psixologiya dar anlamda fiziologiyaya (mər-kəzi sinir sisteminin fiziologiyası) paralel elm olduğu kimi xarakterologiya da morfologiyanın doğma bacısıdır. Həqi-qətən də, anatomiyanın xarakterologiya ilə əlaqəsindən, onların olası qarşılıqlı təsirindən gələcəkdə böyük nəticələr gözləmək olar. Eyni zamanda bu birlik fərdiləşdirilmiş psi-xologiyanın zəruri şərti olan psixoloji diaqnostikaya misil-siz köməkçi vasitələr verə bilər. Aralıq cinsi formalar prin-sipi və ondan da artıq morfoloji-xarakteroloji paralellik metodu geniş tətbiq olunarsa, bizə daim görkəmli zəkaları cəlb etmiş və həll edilməz olaraq qalmış bu məsələnin həll ediləcəyi zamana, fizionomikanın, nəhayət ki, elmi fənn ol-maq kimi yüksək şərəfə nail olacağı zamana nəzər salmaq imkanına sahib olmağa zəmanət verəcəkdir.

Fizioloji psixologiyanın problemi qanunauyğun hərə-kət edən psixoloji başlanğıcın hərəkət edən fiziki başlan-ğıca tabeçiliyi olduğu üçün (bu zaman sinir proseslərinin xüsusi mexanikasından bəhs etmirik) eyni ilə fizionomi-kanın problemi də dinc psixoloji başlanğıcın dinc fiziki başlanğıca daimi tabeçiliyi problemidir. Birinci bəlli şəkil-də statikdir, ikinci isə daha çox sırf dinamikdir. Onların hər ikisi az və ya çox dərəcədə bərabər yaşama haqqına sahib-dir. Beləliklə, həm metodoloji olaraq, həm də obyektiv mü-hakimə yürüdərək böyük çətinliklər hesabına fizionomika ilə məşğul olmağı əhəmiyyətsiz bir şey hesab etmək böyük bir insafsızlıq olardı. İndi bəzən çox vaxt şüurlu şəkildə deyil, şüursuz olaraq elmi dairələrdə belə edirlər. Qallın anadangəlmə riyaziyyatçının fizionomiyasını tapmaq cəh-dinin Mobius tərəfindən dirçəldilməsinə münasibətdə baş verənləri buna misal göstərmək olar. Əgər tanış olmayan adamın zahirinə görə bilavasitə təəssürat əsasında onun xarakterindəki çox şeyi tamamilə doğru təyin etmək müm-kündürsə (yüksək dərəcədə belə qabiliyyətə sahib insanlar vardır), onda bu sahədə elmi sistem yaratmaqda qeyri-mümkün heç nə yoxdur. İşin bütün mahiyyəti yalnız mə-lum qüvvətli hissləri üzə çıxarmaqdan, kobud desək, şüu-run mərkəzinə kabel çəkməkdən ibarətdir, lakin bu vəzifə fövqəladə çətindir.

Hələ çox vaxt keçməlidir ki, rəsmi elm fizionomikanı nə isə mənəviyyatsız bir şey hesab etməkdən əl çəksin. Psixofiziki paralelliyin möhkəm tərəfdarı olmaqla yanaşı, eyni zamanda fizionomistləri şarlatan, həlak olmuş insan hesab etmək mümkündür. Hipnoz sahəsindəki araşdır-maçıların başına gələnlər heç də çox qədimdə olmayıb. Bununla yanaşı, elə insan yoxdur ki, özü də bilmədən fizi-onomist olmasın, hərçənd ki, bütün tanınmış insanlar şü-urlu fizionomistdirlər. Fizionomikanı elm saymayan in-sanlardan tez-tez belə ifadələr eşidirik: “bu onun alnına yazılıb”. Məşhur bir adamın yaxud bir quldurun portreti hətta “fizionomika” sözünü eşitməmiş insanları da maraq-landırır.

Psixinin fizikiyə münasibətləri ilə ədəbiyyatın doldu-ğu, kiçik, amma cəsarətli hər bir “qarşılıqlı təsir” harayı-nın kompakt əksəriyyətin “psixoloji paralellik!” harayına qarşı qoyulduğu dövrümüzdə xatırlanan hallara diqqət yetirmək faydalı olardı. Doğrudur, onda belə bir sual ver-mək lazım gələrdi: psixi və fiziki başlanğıclar arasındakı uyğunluq ehtimalı təfəkkürümüzün indiyə qədər nəzər-dən keçirilməmiş aprior sintetik funksiyası deyilmi? Mə-nə ən azı inandırıcı görünən budur ki, hər kəs fizionomi-kanı qəbul edir, çünki təcrübədən asılı olmadan onu tət-biq edir. Kant bu faktı heç görməsə də, sonuncu yalnız onun bu baxışını təsdiq edir ki, cismaninin mənəviyə münasibəti bundan belə elmi yolla sübut edilə bilməz. Buna görə də ruhun materiya ilə əlaqəsi hər bir araşdırmada əsas olaraq alınmalıdır, metafizika və din mövcudluğu isə hər bir insa-na a priori məlum olan bu əlaqənin xarakterinə daha yaxın təriflər tapmalıdır.

Xarakterologiyanı morfologiya ilə əlaqələndirib-əla-qələndirməməkdən asılı olmayaraq, həm birinciyə, həm də hər ikisi tərəfindən fizionomikanın birgə öyrənilməsinin nəticəsinə münasibətdə onu dərk etmək lazımdır ki, belə elmlərin əsasını qoymaqla bağlı demək olar ki, uğursuz cəhdlərin kökü belə çətin müəssisənin öz təbiətinin dərin-liyindədir, lakin lazım olan metodun yoxluğunu da uğur-suzluq səbəblərindən hesab etməliyik. Hamı tərəfindən qə-bul edilmiş metodun əvəzinə irəlidə təklif edəcəyim üsul çox dolanbaclarda mənim etibarlı bələdçim olmuşdur. Mən çox gecikdirmədən onu ümumi mühakiməyə təqdim edirəm.

Bəzi insanlar itləri sevir, pişiklərdən isə xoşlanmırlar, digərləri pişik balalarının oyununa həvəslə baxır, iti isə murdar heyvan hesab edirlər. Bütün belə hallarda fövqə-ladə qürur duyuruq və haqqımız çatır ki, soruşaq: nə üçün biri pişiyə üstünlük verir, digəri isə itə? Nə üçün? Nə üçün?

Lakin məhz burada məsələnin belə qoyuluşu ən azı əlverişlidir. Düşünmürəm ki, eynizamanlı və ardıcıl səbə-biyyət arasında heç bir xüsusi fərq qoymamaqda Yum, əl-əlxüsus da Maks haqlıdırlar. Öz sistemlərinin silkələnən binasını saxlamaq üçün onlar məlum şəksiz analogiyaları güclü surətdə şişirtməli olurlar. Qanunauyğun olaraq za-manca ard-arda təzahür edən iki halın münasibətini müx-təlif eynizamanlı ünsürlərin qanunauyğun funksional ra-bitəsi ilə heç cür eyniləşdirmək olmaz: həqiqətən də biz zaman duyumlarından danışmaq və onları digər hislərlə birgə tətbiq etmək hüququna malik deyilik. Həqiqətən, hər kim zaman problemini onu yerin saat bucağı ilə eyni bilmək şərtilə həll olunmuş hesab edirsə, o ən azı onu gö-rə bilmir ki, əgər yer qəfildən öz oxu ətrafında qeyri-bəra-bər sürətlə fırlanmağa başlasa belə, biz hər halda zamanın bərabər sürətlə axdığına dair aprior ehtimalımızda qalmış olardıq. Ardıcıl və paralel asılılıq bölgüsü və bununla bə-rabər dəyişikliklərin səbəbi haqqında sual, şərt və şərtlən-dirilən bir-birini zaman etibarilə izləyəndə qanunların nə-yə görə həm də məhsuldar olması sualı zamanın maddi yaşantılardan fərqliliyinə əsaslanır. Baxılan halın ayrı-ayrı cəhətlərinin qanunauyğun şəkildə eyni zamanda mövcud olmasının substansiyanın metafizik tətbiqi ilə aydınlaşdır-mayan empirik elmdə məsələnin fərdi-psixoloji qoyuluşu-nun nümunəsi olan halda niyə sualı qoyulmamalı, hər şeydən öncə, pişiksevərlərlə itsevərlərin bir-birindən daha nələrlə fərqləndikləri araşdırılmalıdır. Yalnız hər hansı bir fərqin göründüyü hər yerdə mövcud olan digər fərqlərin axtarılması vərdişi, məncə, nəinki təkcə xarakterologiya-nın, həm də morfologiyanın xeyrinədir və buna uyğun olaraq onların birləşməsi olan fizionomikada metod kimi istifadə oluna bilər. Hələ Aristotel diqqət yetirmişdi ki, heyvanlardakı çoxlu əlamətlər bir-birindən asılı olmadan dəyişilmir. Daha sonralar, əvvəlcə məlum olduğu kimi, Küvye, onun ardınca Joffrua Sent-İler və Darvin bu “kor-relyativlik” hallarını geniş tədqiq etmişlər. Sabit nisbətlə-rin mövcudluğunu məqsəd birliyindən asanlıqla anlamaq olur: məsələn, teleoloji cəhətdən gözləniləndir ki, həzm kanalının ətlə qidalanmaya uyğunlaşdığı yerdə gövşəmə aparatı və qidanı tutmaq üçün orqanlar olsun. Ancaq niyə bütün gövşəyən heyvanlar cüt dırnaqlıdır, kişi fərdlərdə isə buynuz var, niyə məlum zəhərlərə qarşı həssaslığın ol-maması bəzi heyvanlarda tüklərin müəyyən rəngi ilə əla-qədardır, niyə qısa dimdikli göyərçinlərin ayaqları balaca, uzun dimdiklilərinki isə böyük olur, yaxud da niyə mavi gözlü ağ pişiklərin, demək olar ki, istisnasız olaraq hamısı kordur? Bütün bu doğru, yanaşı mövcud olan halların ay-dın bir səbəbi yoxdur, eyni məqsəd nöqteyi-nəzərindən də onları başa düşmək olmur. Bununla demək istədiyim o deyil ki, araşdırma həmişə yanaşı mövcud olma faktları-nın sadəcə sadalanması ilə kifayətlənməlidir. Təbii ki, on-da mümkündür ki, kimsə belə bir müşahidə ilə kifayət-lənmənin tamamilə elmi olduğunu təsdiq etsin: ”Əgər mən avtomata dəmir pul salsam, onda oradan bir qutu kibrit çıxmalıdır, amma bundan yuxarısı çıxarsa, bu meta-fizikadır, şeytan əməlidir”. Əsl tədqiqatçının meyarı təva-zökarlıqdır, sadəlikdir. Niyə eyni bir adamda, demək olar ki, istisnasız olaraq başda uzun saçlar iki normal xayanın mövcudluğu ilə yanaşıdır. Bu qəbildən olan problemlər çox böyük əhəmiyyətə malikdir, lakin onlar morfologiya və fiziologiya sahəsinə aiddir. İdeal morfologiyanın məq-sədi, bəlkə də, aşağıdakı müddəa ilə daha yaxşı müəyyən olunur: morfologiya deduktiv-sintetik bölməsi ilə ayrıca mövcud olan hər bir növ və ya yarımnöv ardınca yer qat-larında sürünməməli və dənizin dərinliyinə baş vurma-malıdır (bu poçt markaları toplayanın elmiliyidir). Ona la-zım olan keyfiyyət və kəmiyyətcə müəyyən olunmuş his-sələrdən intuisiya ilə (bunu yalnız Küvye edə bilmişdir) deyil, təcrübədən alınmış ciddi sübutlar əsasında bütün orqanizmi bərpa etməkdir. Dəqiq tədqiq olunmuş orqa-nizm gələcək elmə yeni qeyri-ixtiyari yox, tam dəqiqliklə müəyyən olunmuş xüsusiyyət verə bilərdi. Bizim dövrün termodinamikasının dilində “deduktiv morfologiya üçün orqanizm sonlu sayda sərbəst pillələrə malik olmalıdır” tələbi kimi bunu da beləcə yaxşı ifadə etmək olar. Ya da Maxın yüksək dərəcədə elmi metodundan istifadə etmək-lə tələb etmək olardı ki, üzvi aləm elmi surətdə tədqiq olunduğu üçün n sayda az dəyişən kəmiyyətə malik ol-malıdır, nəinki n sayda tənliyə (əgər elmi sistemdə bu alə-min bir müəyyən qiyməti mümkündürsə, bu məhz (n-1)-dir: tənliklər az olduqda qeyri-müəyyən olur, çox olduq-da isə bir tənlikdə ifadə olunmuş asılılıq digəri tərəfindən heç bir mühakimə yürütmədən təkzib oluna bilərdi).