Kitabı oku: «Cins və xarakter», sayfa 6
Hər cür xarakteroloji araşdırma materialın mürək-kəbliyi ucbatından böyük maneələrlə mübarizə aparmalı-dır. Çox vaxt elə olur ki, sanki meşədən salınmış yol yeni-dən yabanı cəngəllikdə yoxa çıxır, sap sonsuz yumaqda dolaşır. Ən pisi odur ki, artıq əldə olunmuş materialın sis-tematik şərhi, tədqiqatın uğurlu əsaslarının prinsipial təf-siri ilə bağlı yenidən başlıca olaraq tiplərin müəyyən olunması prinsipində ciddi şübhələr baş qaldırır. Məsə-lən, cinsi əksliklər məsələsində yalnız hər iki ifratın qütb-lüyü və onlar arasındakı sonsuz sayda pillələr üslubu mü-nasib görünür. Qütblüyə oxşayan hər hansı bir şeyi, görü-nür ki, qalan əksər xarakteroloji hallara da tətbiq etmək olar. Bunlar haqqında bir az irəlidə bəhs edəcəyəm (belə bir izahı hələ Krotonlu pifaqorçu Alkemeon sezmişdi); ola bilər ki, bu sahədə Şellinqin natural fəlsəfəsi günümüzün bir fizik və kimyaçısının ona verməyi düşündüyü o dirçə-lişi yox, hələ başqa bir məmnunluq duyacaq.
Lakin fərdin vəziyyətini iki qütbü birləşdirən xəttin müəyyən nöqtəsində möhkəm yerləşdirməklə, hətta belə xətlərin sayını hədsiz çoxaldaraq sonsuz sayda çox ölçülər üçün koordinat sistemi yaratmaqla onu bitirməyə ümid etməyin əsası varmı? Bir insan fərdinin hansısa recept for-masında mükəmməl təsvirini gözləyərək biz yenidən mü-əyyən konkret sahəyə, ehkamçı skeptisizmə, insan “mən”inin Max-Yum analizinə yaxınlaşmarıqmı? “Moza-ik psixologiya”dan uzaqlaşdıqdan sonra Veysmansayağı determinist-atomistik üslub bizi mozaik psixoqnomikaya aparmırmı?
Biz yenidən qədim və daima yeni problemlə qarşı-qarşıyayıq: insanda vahid sadə bir varlıq mövcuddurmu və o özündə şərtsiz mövcud olan rəngarəngliyə necə ya-naşır? Ruh varmı? Ruhi hallara onun münasibəti necədir? Nə üçün bu vaxta qədər heç bir xarakterologiyanın möv-cud olmaması indi anlaşılır. Bu elmin obyekti olan xarak-ter öz-özlüyündə problemlidir. Hər cür metafizikanın və idrak nəzəriyyəsinin problemi, psixologiyanın ali prinsi-pial məsələsi həm də elə xarakterologiyanın problemi, “elmi sistem kimi baxılan hər cür xarakterologiyayaqə-dərki” problemdir. Ən azından bu özünün bütün fərziy-yələrini, tələblərini və məqsədlərini tənqidi şəkildə aydın-laşdırmağa, insani mahiyyətinin vasitəsilə bütün fərqləri anlamağa can atan xarakterologiyanın problemidir.
Xarakterologiyanı qeyri-ciddi adlandıra bilərlər, la-kin o hər hansı bir “fərdi fərqlər psixologiyasından” daha çox şey vermək istəyir və L.Vilyam Sternin böyük xidməti onu psixoloji idrakın məqsədi kimi dirçəltməkdən ibarət-dir. O, fərddəki hərəki və hissi reaksiyaların adi toplusun-dan daha çox şey verəcək. Buna görə də o, yalnız statistik materialların və fiziki praktikanın təəccüb doğuran kom-binasiyasından ibarət olan digər müasir eksperimental psixoloji tədqiqatlar səviyyəsinə enə bilməz. O, zəngin mə-nəvi gerçəkliklə səmimi razılıqda qalmaq istəyir, linglər və vintlər psixologiyasının qarışığını elə təkcə onun yaddan çıxarılması ilə izah etmək olar. O qorxmur ki, özünü dərk etmək arzusu ilə alışıb yanaraq psixologiya öyrənən tələ-bənin ümidlərini boşa çıxardar və onu birhecalı sözün yad-da saxlanması və ya kofenin kiçik dozasının cəbri toplama-ya təsiri ilə bağlı psixoloji axtarışlarla məmnun etməli olar. Tamamilə aydındır ki, psixologiyanı onların elmində hökm sürən səhranın ortasında duyğular və assosiyasi-yalar haqqında təlimdən daha böyük bir şey təsəvvür edən daha möhtərəm alimlər bu fikrə gəlirlər ki, əqli nəticələrə əsaslanan elm qəhrəmanlıq, fədakarlıq, dəlilik və ya cina-yət problemlərini həmişəlik olaraq onları analayan yeganə orqana – incəsənətə verməli, onları nəinki daha yaxşı dərk etmək (bu Şekspirə və Dostoyevskiyə qarşı çox böyük ədəbsizlik olardı), hətta sxematik belə olsun əhatə etməklə bağlı ümidlərindən əl çəkməlidir. Digər heç bir elm psixo-logiya kimi fəlsəfəsini itirib belə sürətlə bayağılaşdırıla bilməzdi. Fəlsəfədən məhrum olması onun süqutunun əsl səbəbidir. Bu aydındır ki, psixologiya təkcə fərziyyələrin-də deyil, son nəticələrində də fəlsəfi olaraq qalmalıdır. Yal-nız o zaman o, bu fikrə gələ bilərdi ki, duyğular haqqında təlimlə psixologiya arasında ümumi heç nə yoxdur. Empi-rik psixologiya təmasdan və ümumi duyğulardan başlayır ki, “mənəvi xarakterin inkişafı ilə” qurtarsın. Duyğuların analizi hisslər fiziologiyası sahəsini yaradır və onun sosial problemlərini psixologiyanın yerdə qalan məzmunu ilə daha dərin əlaqələndirmək cəhdləri uğur qazana bilmir.
Uzun müddət iki fizikin – Fexner və Helmholsun tə-siri altında olmaq elmi psixologiya üçün böyük bir bəd-bəxtçilik olmuşdur. Beləliklə, etiraf olunmuşdur ki, nəinki xarici, həm də daxili aləm təmiz duyğulardan ibarətdir. Son dövrün yeganə iki ən yaxşı empirik psixoloqu Vilyam Ceme və Rixard Avenarius ən azından instinktiv olaraq hiss etdilər ki, psixologiyanı təmasdan və ya əzələ duyğu-sundan başlamaq olmaz, baxmayaraq ki, bütün yerdə qa-lan müasir psixologiya duyğuların hansısa yapışqanlı qarı-şığıdır. Müasir psixologiyanın adətən psixoloji problem-lərə aid edilən – qətlin, dostluğun analizi, tənhalıq və s. kimi problemlərə nə üçün toxunmamasının Diltey tərəfin-dən kifayət qədər aydın ifadə olunmamış səbəbi elə bu-dur, burada artıq onun gəncliyinə edilmiş köhnə işarənin köməyi olmur, o heç bu problemlərin həllinə nail də ola bilmir. Ona görə ki, elə istiqamətdə hərəkət edir ki, bu onu heç vaxt gözəl sona gətirməyəcək. Bax buna görə də psi-xoloji psixologiya uğrunda mübarizənin şüarı hər şeydən öncə belə olmalıdır: duyğular haqqında təlim psixologiya-dan çıxarılmalıdır! Yuxarıda göstərilmiş geniş və dərin an-lamda xarakterologiyaya hər şeydən öncə xarakter anlayı-şı, yəni daima vahid olan varlıq anlayışı daxildir. Birinci hissənin V fəslində fizioloji təbəddülatlarda həmişə eyni qalan üzvi tam formalarını öyrənən morfologiya ilə bağlı artıq nəzərdən keçirildiyi kimi xarakterologiya da özünün tədqiqat predmeti olaraq fərdin psixi həyatında dəyişməz qalan, analoji olaraq onun mənəvi həyat təzahürlərində özünü büruzə verən şeyləri nəzərdə saxlayır. Burada xa-rakterologiya hər şeydən daha öncə dəyişməyən heç nəyi qəbul etməyən psixinin “aktuallıq nəzəriyyəsinə” qarşı qoyulur, ona görə ki, onun özü duyğuların atomistikasına əsaslanır.
Xarakter fərdin fikir və hisslərinin fövqündə yerləşən bir şey deyildir, əksinə o hər bir fikirdə və hər bir hisdə aşkarlanandır. “İnsanın etdiyi hər şey fizionomikin nöqte-yi-nəzərindən yanaşdıqda tipikdir.” Hər bir hüceyrə fər-din bütün xüsusiyyətlərini özündə saxladığı kimi, insanın hər bir psixi hərəkəti də yalnız “ayrı-ayrı xarakterik cizgi-ləri” deyil, onun bütün varlığını əks etdirir və oradan bir anda hansısa bir xüsusiyyət, başqa bir anda isə digər bir xüsusiyyət üzə çıxır.
Təcrid edilmiş duyğular olmadığı, lakin həmişə bü-töv bir duyğular kompleksi, hansısa müəyyən bir subyek-tə qarşı qoyulmuş obyekt, bizim “mən”imizin aləminə bənzər geniş görmə meydanı olduğu kimi, oradan da gah bir, gah da daha çox və ya daha az aydınlığa malik digər əşya peyda olur. Təkcə “təsəvvürlər” deyil, yalnız həyatın keçmişdən götürülmüş ayrı-ayrı anları, şüurumuzun müx-təlif vəziyyətləri assosiyasiya oluna bilir (bu zaman onların hər birinin görmə sahəsində öz fiksasiya nöqtəsi olur). Buna oxşar olaraq psixi həyatın hər bir anına bütöv olaraq insanın özü qoyulmuşdur və yalnız müxtəlif vaxtlarda onun varlığının müxtəlif məqamları vurğulanır. Bu hər anın psixoloji halında həmişə təzahür edən varlıqdır və xarakterologiyanın obyektidir. Beləliklə, sonuncu öz adı ilə qəribə ziddiyət təmkil edən və bu vaxta qədər yalnız müs-təsna olaraq duyğular sahəsindəki növbələşməni və dün-yanın əlvanlığını nəzərdən keçirən və insan “mən”inin zənginliyinə diqqət yetirməyən müasir empirik psixologi-yaya zəruri əlavədir. Burada subyektin obyektlə (onların hər ikisi yalnız absrakt olaraq bir-birindən təcrid edilə bilər) birləşdirilməsinin nəticəsində bütöv haqqında təlim olaraq xarakterologiya ümumi psixologiyaya səmərəli tə-sir göstərə bilərdi. Beləliklə, psixologiyanın çoxlu mübahi-səli məsələlərini, bəlkə də, onun prinsipial problemlərini yalnız xarakteroloji tədqiqat həll edə bilər, çünki nə üçün birinin inadla bir fikri, digərinin isə digər fikri müdafiə etdiyini göstərə biləcəkdir. O, eyni bir mövzuda danışan insanların nə üçün razılaşa bilmədiklərinə aydınlıq gətirir: ona görə ki, onlar eyni bir hadisəyə və ya eyni psixi prosesə bu hallar hər bir fərddə onun xarakterini əks etdirən xüsusi çalara malik olduğu üçün müxtəlif cür baxırlar. Beləliklə, fərqlər haqqında psixoloji təlim ümumi psixologiya sahə-sində birləşməni mümkün edir.
Formal “mən” dinamik psixologiyanın sonuncu prob-lemi, maddi “mən” isə statistik psixologiyanın problemi olardı. Bununla belə, axı hələ bu günə qədər ümumiyyətlə xarakterin olub-olmamasına şübhə ilə yanaşırlar, ən azın-dan, Yumun, Maxın və Avenariusun anlamında ardıcıl pozitivizm onu inkar etməlidir. Anlamaq asandır ki, nə üçün bu günə qədər müəyyən xarakter haqqında təlim ki-mi xarakterologiya mövcud deyildir.
Xarakterologiyaya ən böyük zərəri onun ruh haqqın-da təlimlə birləşdirilməsi vurmuşdur. Xarakterologiya ta-rixən “mən” anlayışının taleyi ilə birləşdirilmişsə də, hələ bu onu bu sonuncu ilə mahiyyətcə bağlamaq haqqı ver-mir. Mütləq skeptik mütləq doqmatikdən sözdən başqa heç nə ilə seçilmir. Mütləq fenomenalizm nöqteyi-nəzə-rində dayanan və bu sonuncunun, ümumiyyətlə, yalnız başqa nöqteyi-nəzərlər üçün zəruri olan sübutların ağırlı-ğını onun üzərindən götürdüyünü güman edən biri gələ-cək mühakimələr olmadan xarakterologiyanın müəyyən etdiyi və hər hansı bir metafizik varlıqla heç cür uyğun gəlməyən varlığın mövcudluğunu rədd edər.
Xarakterologiyanın iki çox təhlükəli düşməni vardır. Birinci xarakteri bir bəxşiş olaraq qəbul edir və eynilə bə-dii təsvir kimi elmin onunla bacara biləcəyini inkar edir. Digəri tək gerçəkliyi duyğularda görür. Onun üçün real-lıq və duyğular eyni bir şeydir. Duyğu onun üçün üzərin-də həm dünyanın, həm də insan “mən”inin dayandığı bir qayadır, lakin sonuncu üçün heç bir xarakter mövcud de-yildir. Xarakter haqqında elm olan xarakterologiya nə et-məlidir? “De individuo nulla scientia” (fərdilik bilinməz-dir), “indivuum est ineffbile (fərd təsvirə gəlməzdir)" – fərdin tərəfində olanlardan o bunları eşidəcək, tamamilə elmə sadiq olan, incəsənətə hətta həyatı anlama orqanı ki-mi belə haqq tanımayan digər tərəfdəkilərdənsə elmin xa-rakter haqqında heç bir şey bilmədiyini eşidəcəkdir. Xa-rakterologiyanı belə çarpaz alovun arasında ayağa qaldır-maq lazım gələcəkdir. Onun öz bacılarının taleyini bölü-şəcəyindən və fizionomika kimi əbədi olaraq yerinə yeti-rilməmiş vəd, eynilə qrafologiya kimi falabaxma sənəti olaraq qalacağından qorxmayan varmı?
Bu suallara növbəti fəsillərdə cavab verməyə çalışaca-ğam. Qarşıda xarakterologiyanın müəyyənləşdirdiyi var-lığı onun sadə və ya rəngarəng əhəmiyyəti ilə tədqiq et-mək bir vəzifə olaraq dayanmışdır. Nə üçün bu məsələnin cinslərin psixi fərqləri ilə bu qədər sıx bağlandığı yalnız mənim əsərimin son nəticələrindən aydın olacaq.
II FƏSİL
KİŞİ VƏ QADIN SEKSUALLIĞI
Psixologiya dedikdə, ümumiyyətlə, psixoloqların psi-xologiyası başa düşülməlidir, sonuncular isə istisnasız olaraq kişilərdir: insanların tarixi yazmağa başladıqları vaxtdan bir nəfər də olsun psixoloq qadın haqqında eşi-dilməyib. Buna görə də qadın psixologiyası da uşaq psi-xologiyası kimi ümumi psixologiyaya aid bir fəsildir. Psi-xologiya kişi tərəfindən və tamamilə ardıcıl şəkildə, başlı-ca olaraq və həm də çətin ki, şüurlu şəkildə kişini nəzərə alıb yazıldığı üçün ümumi psixologiya “kişilərin” psixo-logiyası olmuş, cinslər psixologiyasının problemi isə yal-nız qadın psixologiyası haqqında fikirlə üzə çıxır. Kant demişdir: “Antropologiyada qadın xüsusiyyətləri kişi xü-susiyyətlərinə nisbətən daha çox fəlsəfi tədqiqat predmeti olmalıdır”. Cinslər psixologiyası həmişə Q psixologiyası ilə bağlanır.
Ancaq qadın psixologiyası da hər halda yalnız kişilər tərəfindən yazılmışdır. Buna görə də başa düşmək çətin deyil ki, gerçəkdən də onu yazmaq mümkün deyildir, çünki kənar adamlar haqqında özünümüşahidə yolu ilə təsdiqlənməyən müddəalar irəli sürmək lazım gələcəkdir. Tutaq ki, qadın özünü lazımi tamlıqla təsvir edə bilər, la-kin iş bununla bitməyəcək, çünki onda biz bilməzdik ki, o məhz bizi məşğul edən hallara maraqla yanaşacaqmı? Hətta belə bir hadisəni fərz edək ki, o özünü dərk etmək istəyir və bunu bacarır, lakin yenə də məlum olmur ki, onu özü haqqında danışmağa vadar edən səbəblər olacaqmı? Bundan sonrakı şərhdə biz müəyyən edirik ki, üç halın üçünün də ağlasığmazlığının ümumi mənbəyi var ki, bu da qadın təbiətidir.
Deməli, belə tədqiqata yalnız onda təşəbbüs etmək olar ki, kimsə (qadın deyil) qadın haqqında düzgün nəti-cələr çıxarmaq iqtidarında olsun. Beləliklə, birinci etiraz öz qüvvəsini saxlayır, lakin onun təkzibi yalnız bir az sonra edilə biləcəyi üçün, bizcə, ən yaxşısı odur ki, onu hələlik bir kənara qoyaq. Bunula belə mənim yalnız bir neçə iradım var. Məsələn, hələ neçə vaxt hamilə qadın öz duy-ğularını və hissələrini nə şeirdə, nə memuarda, nə də ki, ginekoloji əsərdə ifadə etməmişdir (bəlkə bu da kişi əsarə-tinin nəticəsidir) və bu hədsiz utancaqlığın nəticəsi ola bilməzdi, çünki hələ Şopenhauer tamamilə düzgün olaraq qeyd etmişdir ki, öz vəziyyətindən utanmaq qədər hamilə qadına məxsusolmayan digər heç nə yoxdur. Bundan baş-qa, hələ imkan var ki, hamiləlik başa çatdıqdan sonra bu dövrün psixoloji yaşantıları barədə xatirələr əsasında mə-lum etiraflar edilsin. Əgər utancaqlıq hissi hər halda ilkin mərhələdə cürbəcür mesajların verilməsinə mane olursa, onda bunun nəticəsində motiv itir, belə ki, hər yerdə belə açıqlığın doğurduğu maraq sükutu pozmaq üçün yetərli əsas olardı. Ancaq belə bir şey baş vermir! Həmişə olduğu kimi qadının psixi vəziyyəti ilə bağlı qiymətli kəşfləri yal-nız kişilər vermişlər, baxılan halda da hamiləlik duyğula-rını yalnız onlar təsvir etmişlər. Onlar bunu necə edə bi-lərdilər? Əgər son dövrlər üçdə dördü və ya yarısı qadın olan qadınların verdiyi məlumatlar çoxalıbsa, onda bu he-kayələr onlarda olan əsl qadından çox, kişi ünsürünü şərh edir. Bizə düşən isə yalnız bir şeyi, yəni məhz kişilərin özündə olan qadınxislətliyi göstərməkdir. Baxılan halda kişinin qadın haqqında hər cür düzgün mühakimə yürüt-məsinin şərti aralıq cinsi formalar prinsipidir. Bununla belə, gələcəkdə bu prinsipin əhəmiyyətini həm məhdud-laşdırmaq, həm də tamamlamaq lazımdır. Axı onu məh-dudiyyətsiz qəbul etməsək, elə çıxacaq ki, qadınxislət kişi qadını daha yaxşı təsvir etməyə qadirdir, yəni bu o de-məkdir ki, yalnız əsl qadın özünü hamıdan daha yaxşı sə-ciyyələndirə bilər, lakin elə bu da şübhə doğurur. Burada qeyd edək ki, kişi aralıq cinsi formalara aid edilmədən müəyyən miqdarda qadınlığa malik ola bilər. Üstəlik on-da qəribədir ki, kişi qadın təbiəti haqda dəyərli müddəa-ları hansı yolla yarada bilir. Qadın barədə gözəl mühaki-mə yürüdən görkəmli adamların əksəriyyətinin, şəksiz, ki-şiliyi ilə bərabər göründüyü kimi K-də də bu qabiliyyəti inkar etmək mümkün deyil, belə ki, kişinin qadın barədə mühakinə yürütmək hüququ daha dəyişkən problemdir. Nəticədə, bu hüquqla bağlı prinsipial metodoloji şübhə barədə məsələdən yan keçməyə əsasımız olmayacaq, an-caq hələlik, qeyd olunduğu kimi, onu bir kənara qoyaraq mövzunun özünü araşdırmağa başlayaq. Hər şeydən ön-cə, özümüzə belə bir sual verək: qadınla kişi arasında əhə-miyyətli psixoloji fərq nədən ibarətdir?
Cinslər arasındakı bu fərqi kişidə cinsi həvəsin daha intensiv olmasında görmək, bütün digər fərqləri də bura-dan çıxarmaq istəmişlər. Belə bir iddianın düzgün olub-olmadığı, “cinsi həvəs” sözünün özünün, həqiqətən, ölçü-lənlə nə dərəcədə tamamilə eyni mənalı olması barədə da-nışmadan belə bir nəticənin qanuniliyinin özü böyük bir məsələdir. Doğrudur, qadının “təmin edilməmiş uşaqlığı” və kişinin “seminis retenti – saxlanmış toxum”unun təsiri barədəki bütün antik və orta əsr nəzəriyyələrində müəy-yən qədər həqiqət var. Ola bilsin ki, sevimli “hər şey yal-nız ali cinsi həvəsdir” ifadəsi təkcə bizim günlərdə işlədil-məmişdir. Lakin heç bir sistematik tədqiqat belə davam-sız duyğulara istinad edə bilməz. Cinsi həvəsin gücünün azlığı və ya çoxluğunun cinslərin digər keyfiyyətləri ilə bəlli ölçüdə bağlılığını möhkəm şəkildə müəyyənləşdir-məyə bu vaxta qədər cəhd göstərilməmişdir.
Bununla belə, cinsi həvəsin intensivliyinin Q-lara nis-bətən K-larda daha çox olması iddiasının özü düzgün de-yildir. Bundan başqa, axı bunun tam əksi olan fikir də söylənmişdir ki, o da doğru deyildir. Həqiqətən də, görü-nür ki, eyni Q-yə sahib qadınlarlarda olduğu kimi bərabər ifadə olunmuş kişiliyə malik kişilərdə də cinsi akt tələba-tının gücü həmişə müxtəlifdir. Kişilər arasında burada ta-mamilə başqa əsasların rolu var və onların bir qismini kəşf edə bilmişəm. Başqa bir əsərdə mən onları geniş tədqiq edəcəyəm. Beləliklə, dolaşan fikirlərə rəğmən cinslərin müxtəlifliyi cinsi həvəsin coşqunluğuna əsaslanmır. Belə bir fərqi cinsi həvəs anlayışını Albert Moll tərəfindən irəli sürülmüş iki analitik məqamın kişi və qadına tətbiqində də görmək mümkündür. Bunlar detumenssensiyaya və kon-trektasiyaya olan meyildir. Birincisi böyük ölçüdə yetkin cinsiyyət hüceyrəsinin yığılmasından yaranan narazılıq hissi, ikincisi isə özünün cinsi tamamlayıcısı hesab etdiyi fərdin bədəninə toxunma tələbatıdır. Yalnız K-də həm de-tumenssensiyaya, həm də kontrerktasiyaya meyil vardır, Q-da isə detumenssensiyaya canatma tamamilə yox səviy-yəsindədir. Bu ondan aydın olur ki, cinsi aktda nəyi isə K-ə Q vermir, əksinə Q həm öz ifrazatını, həm də kişinin ifra-zatlarını tutub saxlayır. Anatomik quruluşda bu onda özü-nü göstərir ki, kişidə cinsiyyət orqanları bədənin üzərində seçilir və buna görə də qab formasındadır. Ən azından bu morfoloji faktda, əlbəttə, heç bir natur fəlsəfi nəticəni bu-nunla əlaqələndirmədən detumessens həvəsin kişiyə məx-susluğunun nişanəsini görmək olar. Aşağıdakı fakt Q-da detumessensiyaya meylin olmadığını sübut edir: 2/3-dən yuxarı K-ya malik insanların əksəriyyəti heç bir istisnasız uzun və ya qısa müddətə onanizmə mübtəla olmuşlar, hal-buki qadınlar arasında bu eyibə yalnız ən kişixislətlər mübtəla olmuşlar. Q-yə ona-nizm tamamilə yaddır. Bili-rəm ki, bu müddəa kəskin etirazla qarşılanacaq. Amma bütün görünən ziddiyyətlər indi tamamilə aydınlaşdırıla-caq. Hər şeydən qabaq Q-nin kontrektasiyaya meylinin təsvir olunmağa ehtiyacı var. Qadında bu nəhəng və yega-nə rol oynayır. Ancaq bu həvəsin bir cinsdə digərindən daha güclü olduğunu demək olmaz. Kontrektasiyaya meyil anlayışına təmasda aktivlik deyil, yalnız digər insanla təmas ehtiyacı daxildir, bununla belə məhz kimin təmas etdiyinə və bədənin hansı bir hissəsinin digər hansı hissəsi ilə təmas etdiyinə heç bir diqqət yetirilmir. İki halın – istəyin intensivliyi ilə aktiv istəyin qarışdırılması o fakta əsaslanmışdır ki, eynilə heyvan və ya bitki toxum sapının hər mikrokocmu yumurta hüceyrəyə qarşı axtarıcı, üzəri-nə gedici rol oynadığı kimi bütün heyvanlar aləmində K də Q-yə münasibətdə eyni rolu oynayır. Məqsədə nail olmaq üçün edilən hücum hərəkətinin və bu məqsədə nail olmaq istəyinin qanuna-uyğun şəkildə bir-birindən alındığını və sabit nisbət təşkil etdiyini, ən ehtiyac olan şeyin onu təmin etmək üçün aydın hərəki cəhdlərin olmadığı yerdə möv-cud olduğunu fərz etməklə burada asanlıqla səhvə yol ver-mək olar. Be-ləliklə, kontrektasiyaya meyli qadına yox, müstəsna olaraq kişiyə aid etmişlər. Lakin aydındır ki, kontrektasiya meylinin özünün içində fərqlərə rast gəlinir. Gələcək şərhlərdə aydın göstəriləcək ki, cinsi cəhətdən K hücum etmək (həm birbaşa, həm də məcazi anlamda), Q isə hücum obyekti olmaq ehtiyacına malikdir, lakin bu o demək deyil ki, qadının ehtiyacı passiv olduğu üçün kişi-nin aktiv ehtiyacından daha azdır. Daima hansı cinsin da-ha böyük həvəsə malik olması məsələsinin qaldırıldığı özəl mübahisələrdə bu fərqləndirmə çox faydalıdır. Qadınlarda onanizm hesab olunan şeyin səbəbi detumessensiyaya olan həvəs deyil, başqa bir şeydir. Q-nin K-dən birinci gerçək fərqi odur ki, Q K-yə nisbətən daha böyük cinsi qı-cıqlanmaya sahibdir. Onun fizioloji qıcıqlanması (həssas-lığı deyil) cinsi sahədə daha qüvvətlidir. Qadınlarda asan cinsi qıcıqlanma faktı özünü ya cinsi ehtiras istəyi, ya da təmasdan yaranan ehtiras qarşısında xüsusi, qıcıqlandırıcı, onun özünə də aydın olmayan, buna görə də narahat, yan-dırıcı qorxu şəklində büruzə verir. Cinsi ehtiras istəyi də həmçinin asan qıcıqlanmanın gerçək götəricisidir. Bu istək insanın təbiətində yeri olan tale tərəfindən heç vaxt yerinə yetirilməyəcəyi təqdir olunmuş istəklərdən deyil, əksinə bütün orqanizmin cinsi ehtiras halına keçməsi ilə bağlı asanlığı və təmayülü bildirir. Qadın bu halı gücləndirmə-yin və mümkün olduqca uzatmağın həsrətindədir, amma kişidə o təbii olaraq kontrektasiyadan doğan detumessen-siya ilə sonlanır. Belə çıxır ki, qadın onanizmi hesab olunan şey kişilərdə olan oxşar akt kimi deyildir, yəni cinsi ehtiras halını dayandırmaq cəhdi olmayıb bu cəhdin daha yüksək dərəcəsində ehtiras yaratmaq, onu yüksəltmək və uzat-maqdır. Təhlili qadın psixologiyası qarşısında asan olma-yan, daha doğrusu, çox çətin bir vəzifə qoyan cinsi ehtiras qarşısında qadının keçirdiyi qorxudan da, həmçinin əmin-liklə bu nəticəyə gəlmək olar ki, bu cəhətdən qadın çox zəifdir. Qadındakı cinsi ehtiras halı onun bütün varlığının yalnız ali yüksəlişini bildirir. Sonuncu onda müstəsna olaraq cinsi hislə müəyyən olunur. Q yalnız cinsi həyatda, cinsi akt və çoxalma sferasında, ərə və uşağa münasibətlə-rində inkişaf edir. Onun mövcudluğu tamamilə bu şeylərlə dolur, o halda ki, K müstəsnalıqla seksual deyildir. Cinsi həvəsin müxtəlif intensivliyində aranan gerçək fərq elə məhz burada imiş. Cinsi istəyin ehtiraslılığını və cinsi af-fektin gücünü cinsi istək və qayğı-ların kişi və qadın tərəfindən yerinə yetirildiyi vüsətlə qarışdırmaqdan çəkin-mək lazımdır. Yalnız cinsi sferanın bütün insan orqanizmi-nə daha geniş yayılması qadında iki cinsi ifrat arasında mühüm spesifik fərq yaradır. Beləliklə, Q tamamilə cinsi həyatla dolmuş olduğu halda, K daha çox şeylərdən xəbər-dardır: mübarizə və oyun, dostlarla ünsiyyət və ziyafətlər, idman və elm, adi məşğuliyyətlər və siyasət, din və incə-sənət. Mən nə vaxtsa başqa cür olub-olmadığından danış-mıram, bunun bizə hər şeydən az dəxli var. Burada müşa-hidə olunan yəhudi məsələsindəkinin eynidir. Deyirlər ki, yəhudilər yalnız indi belə – biz tanıdığımız kimi olublar, nə vaxtsa qabaqlar başqa cür imişlər. Ola bilər, yalnız biz bunu bilmirik. Kimin belə tarixi inkişafa etimadı varsa, qoy buna inansın. Bir tarixi rəvayətin digər zidd bir rəvayətlə təkzib olunduğu yerdə heç nəyi sübut etmək mümkün deyildir. Bizim üçün “qadınlar indi necədirlər?” sualı əhə-miyyətlidir. Əgər biz hansısa bir varlığa kənardan calan-mış hesab edə bilməyəcəyimiz hallarla rastlaşsaq, onda haqqımız var ki, onun elə həmişə belə olduğunu qəbul edək. İndi aşağıdakı fikri tamamilə doğru hesab etmək mümkündür: istisna sayıla biləcək bir faktı nəzərə almasaq (12-ci fəsil), qadın cinsiyyətdən kənar şeylərlə yalnız sev-diyi əri üçün və ya onun sevgisini qazanmaq üçün məşğul olur, onda şeyin özünə qarşı maraq tamamilə yoxdur. Elə olur ki, qadın latın dilini öyrənir, ancaq yalnız ondan ötrü ki, gimnaziyaya gedən oğluna dəstək olsun və onu öyrət-sin. Lakin axı hər hansı bir şeyə meyil və maraq və onun istedadlı və asan mənimsənilməsi bir-birinə mütənasibdir. Kimin əzələsi yoxdursa, onun müqavimət göstərməyə hə-vəsi də ola bilməz. Riyaziyyat sahəsində istedadı olan adam onu öyrənməyə təşəbbüs göstərir. Beləliklə, elə gö-rünür ki, əsl qadında həqiqi istedada az təsadüf olunur və onun intensivliyi aşağı olur (hərçənd ki, bu o qədər də va-cib deyil, axı əks halda onun cinsi xüsusiyyətləri digər cid-di məşğuliyyətlər üçün lazım olduğu həddən çox olardı). Elə buna görə də qadında kişidə fərdiyyət yaratmayan, la-kin yenə də onu fərqləndirən maraqlı kombinasiyalar əmə-lə gəlməsi üçün şərtlər yetərli olmur.
Buna uyğun olaraq yalnız müstəsna olaraq qadınxis-lət kişilər həmişə qadınların xidmətində olmağa can atır və yalnız sevgi intriqalarına və cinsi əlaqələrə maraq göstə-rirlər. Bununla belə, bu fikirlə Don Juan problemi heç də həll olunmur, hətta ona ciddi şəkildə toxunulmur da.
Q təkcə seksualdır, K isə seksualdır və həm də onun fövqündədir. Bu kişi və qadının cinsi yetkinlik dövrünün başlanmasını hiss etdikləri tamamilə müxtəlif üsulda, xü-susilə, aydın şəkildə özünü büruzə verir. Kişidə bu dövr həmişə böhran xarakterlidir. O, hiss edir ki, onun üçün ton yaradan hansısa bir başlanğıc onun bütün varlığını sarıb, bu elə bir şeydir ki, onun iradəsindən asılı olmayaraq onun keçmiş fikir və hisslərinə də qoşulur. Bu üzərində iradənin hökm edə bilmədiyi fizioloji ereksiyadır.
Buna görə də ilk ereksiya hər bir kişi tərəfindən nə isə sirli və narahat bir şey kimi hiss olunur. Kişilərin çoxu onu doğuran şəraiti ömür boyu böyük bir dəqiqliklə xatırlayır. Qadın isə, əksinə, cinsi yetkinlik dövrünə çox asan qədəm basır. O, varlığının yüksəldiyini, öz dəyərinin hədsiz artdı-ğını hiss edir. Kişi oğlan olanda cinsi yetkinliyə heç bir eh-tiyac hiss etmir, qadın isə qız olanda da bu dövrdən hər şey gözləyir. Kişilərdə cinsi yetkinliyin başlanmasının simp-tomları xoşagəlməz, təhdidedici və narahatedici hisslə mü-şayiət olunur, qadın isə çox böyük gərginliklə, əsəbi, səbr-siz intizarla cinsi yetkinlik dövründə öz cismani inkişafını izləyir. Bu sübut edir ki, kişinin cinsi həvəsi onun inkişafı-nın düz xətti üzərində yerləşmir, ancaq qadında onunla birlikdə onun bütün əvvəlki mövcudiyyətinin qeyri-adi yüksəlişi baş verir. Bu yaşda çoxlu oğlan var ki, yalnız sevə və ya evlənə biləcəklərini düşünən kimi (hansısa müəyyən bir qızla deyil, ümumiyyətlə evlənmək) artıq hiddətlə bu fikirdən imtina edir, bununla yanaşı, hətta ən kiçik yaşlı qızlar belə həyatlarının davamı kimi ehtirasla sevgi və ni-kahın həsrətini çəkirlər. Elə bu səbəbdən də qadın həm özündə, həm də öz cinsindən olan digər fərdlərdə yalnız cinsi yetkinlik dövrünü müsbət qiymətləndirir. O, uşaqlığa və qocalığa heç bir birbaşa münasibət göstərmir. Öz uşaq-lığı haqqında xatirələr onda ağılsızlığı haqqında fikir kimi-dir, gələcək qocalığı haqqında təsəvvür isə onda qorxu və nifrət doğurur. O, uşaqlıq dövrünün yalnız yaddaşında qalan seksual anlarını müsbət qiymətləndirir, amma onun həyatının sonrakı, müqayisə olunmaz dərəcədə böyük in-tensivliyi ilə müqayisədə onlar da öz əhəmiyyətini itirir, çünki sonrakı bütünlüklə seksualdır. Nəhayət, nikah gecə-si, deflorasiya anı ən vacib andır. Mən onu qadının bütün həyatının tam dönüş nöqtəsi hesab edirəm. Əksinə, kişinin həyatında ilk cinsi akt heç bir rol oynamır. Qadın yalnız seksualdır, kişi də həmçinin seksualdır. Həm məkan, həm də zaman cəhətdən bu fərqi daha da uzatmaq olar. Kişinin bədəninin toxunmaqla həyəcana gətiriləcək nöqtələrinin sayı əhəmiyyətsiz dərəcədə azdır və ciddi şəkildə lokallaş-mışdır. Qadında seksuallıq bütün bədənə yayılmışdır, qa-dının bədəninin istənilən bir hissəsinə hər toxunuş onu cinsi cəhətdən həyəcana gətirir. Deməli, əgər birinci hissə-nin ikinci fəslində bütün kişi və bütün qadın bədəninin müəyyən cinsi xarakteristikası müəyyənləşdirilibsə, onda bundan elə nəticə çıxarmaq lazım deyil ki, həm kişidə, həm də qadında bədənin hər bir nöqtəsi ilə eyni cinsi həyəcan yaratmaq imkanı birləşdirilmişdir. Doğrudur, qadında da bədənin ayrı-ayrı yerlərinin qıcıqlanmasında fərqlər var, lakin burada kişidəki kimi bütün digər hissələrdən kəskin fərqlənən cinsiyyət fərqləri yoxdur. Kişi cinsiyyət orqan-larının bütün bədəndən morfoloji ayrılmasını bu cəhətdən simvolik qəbul etmək olar. Kişinin cinsi həvəsi ona birbaşa dəxli olmayan hər şeydən seçilir, eynilə bunun kimi onun cinsi yaşamı da həmçinin müxtəlif vaxtlarda müxtəlib cür ifadə olunmuşdur. Qadın həmişə seksualdır, kişi fasilələr-lə. Qadının cinsi həvəsi daimidir (qadının cinsi həvəsinin əleyhinə həmişə dəlil olaraq gətirilən və istisna kimi görü-nənlər daha sonra müfəssəl olaraq nəzərdən keçiriləcək), kişidə o, uzun və ya qısa müddətə kəsilir. Kişinin cinsi hə-vəsinin vulkanik, bu səbəbdən də qadınınkına nisbətən daha çox nəzərə çarpan xarakteri bununla izah olunur. Bu da kişinin cinsi həvəsinin qadınınkına nisbətən guya daha intensiv olduğuna dair səhvin yayılmasına xidmət etmiş-dir. Fərq ondan ibarətdir ki, K üçün cinsi əlaqə tələbatı, belə demək mümkünsə, zaman-zaman dayanan qaşınma-dır, Q üçün isə daimi qıdıqlanmadır. Qadının müstəsna və daimi cinsi həvəsi fiziki və psixi cəhətdən bundan sonra da mühüm sonuclar verə bilər. Kişinin cinsi həvəsi yalnız tö-rəmədir, həlledici an deyildir. Elə bu səbəbdən bu vəziyyət ona onu psixoloji olaraq dərk etmək və ümumi fondan ayırmaq imkanı verir. Elə bu səbəbdən də kişi özünü öz cinsi həvəsinə qarşı qoya, ondan qurtula və onun seyrçisi ola bilir. Qadında onun seksuallığını nə cinsi təzahürün müvəqqəti məhdudlaşdırılması ilə, nə də bu təzahürün aydın şəkildə lokallaşdığı gözlə görülən anatomik orqanın vasi-təsilə ayırmaq olmaz. Buna görə də kişi öz seksuallı-ğını bilir, qadın isə ondan xəbərsizdir. O tam əminliklə onu inkar edə bilər, məhz ona görə ki, o təpədən dırnağacan seksualdır və gələcək tədqiqat da bunu göstərəcəkdir. Müstəsna dərəcədə seksual olduğu üçün zəruri ikiliyi çat-mır ki, öz seksuallığını görə bilsin. Bununla yanaşı, cinsi həvəslə bərabər daha böyük bir şeyə sahib olan kişidə sek-suallığı nəinki anatomik cəhətdən, həm də psixoloji cəhət-dən qalan bütün şeylərdən ayırmaq mümkündür. Elə buna görə də kişidə seksuallığa qarşı bu və ya digər mövqe tut-maq qabiliyyəti vardır. Cinsi həvəsi özü üçün tamamilə açıqladığı üçün kişi onu məhdudlaşdıra və ya genişlən-dirə, inkar və ya qəbul edə bilir: o həm Don Juan, həm də müqəddəs ola bilir. O, bu və ya digərindən yararlana bilir. Kobud desək, kişi öz penisinin yiyəsidir, amma vagina qa-dına hökm edir.
Burada biz məlum ehtimalla o nəticəyə gəldik ki, kişi tamamilə müstəqil olaraq öz cinsi həvəsini dərk edir, elə-cə də müstəqil olaraq onunla mübarizə aparır, lakin qadı-nın göründüyü kimi belə bir imkanı yoxdur. Bu iddianın əsasında kişinin cinsi və qeyri-cinsi sferada böyük dife-rensasiyaya malik olması durur. Həm də hansısa bir möv-zunu anlamaq imkanı və ya imkansızlığı bizim şüuru-muzdakı bəlli sözlə bağlı anlayışa əsaslanmır. Belə görü-nür ki, sonuncu aşağıdakı nəticəni çıxarmağa haqq verir: əgər bəlli bir varlıq şüura sahibdirsə, onda o hər obyekti onun məzmununa çevirə bilər. Beləliklə, burada, ümu-miyyətlə, qadın şüurunun təbiəti barədə məsələ qaldırıl-mışdır. Bu mövzunun nəzərdən keçirilməsi bizi uzun yol-çuluqdan sonra yenidən burada yalnız yüngülvari toxu-nulmuş nöqtələrə gətirib çıxaracaq.
Ücretsiz ön izlemeyi tamamladınız.