Kitabı oku: «Cins və xarakter», sayfa 5
Biologiyada korrelyativlik prinsipinin sehrli anlamı elə bundan ibarətdir! O, funksional anlayışın bütün canlı varlıqlara tətbiqi kimi açıqlanır və buna görə də nəzəri morfologiya yaratmaq ümidi onun işlənməsi və dərinləş-dirilməsi imkanına əsaslanır. Səbəbiyyətin tədqiqi bunun-la istisna olunmur: o yalnız öz xüsusi sahəsinə tətbiq edil-mişdir. Korrelyativlik prinsipini təsdiqləyən faktlar üçün zəmini isə o, idioplazmada tapa bilər.
Korrelyativ dəyişiklik prinsipinin psixoloji tətbiq im-kanı “diferensial psixologiyaya”, yəni fərqlər haqqında psixoloji təlimə əsaslanmışdır. Anatomik quruluşun və mənəviyyat tipinin hər hansı bir prinsipə birmənalı şəkil-də tabe etdirilməsi statik psixofizikanın və ya fizionomi-kanın vəzifəsidir.
Bu üç elm sahəsinin üçündə də tədqiq qaydası olaraq sual qoyulmalıdır: hansısa cəhətdən fərqlənən iki varlıq daha nə ilə fərqlənir? Sualın qoyuluşunun tələb olunan üsulu adı çəkilən elmlər üçün, məncə, tədqiq texnikası üçün uyğunlaşdırılmış ağla gələ bilən yeganə “methodus inveniendi”, “ars magna-böyük sənət”dir. Xarakteroloji tipi əsaslandırmaq üçün dəlici “niyə” sualının köməyi ilə bərk yer səltənəti deşiyində əlləşməyə lüzum qalmayacaq. Jak Lebin öz qanlarına bulaşmış stereotropik soxulcanları da bir-birini itələyə-itələyə, qabın bir küncünə sıxışdıra-sıxışdıra empirik idrak üçün əlçatmayan yer qatında nəfəs almaq üçün digərlərini görmədən yetişə biləcəkləri növ-bəti idrak səviyəsinin önünü kəsirdilər. Hər dəfə sanılan rahatlıq ucbatından etinasızlıq göstərməyərək hansısa bir fərq tapanda prinsipcə labüd şəkildə mövcud olan digər fərqlərə diqqət yetirmək ehtiyacı duyulacaq, əvvəl tapılan-larla funksional əlaqədə olan naməlum xassələrə “gözətçi zəkası” calayanda yeni korrelyativlər aşkarlamağa bəslə-nən ümid artacaq: əgər sual düzgün qoyulubsa, müşahidə-çinin səbrinin dərəcəsinə və sayıqlığına görə və ya sınanan materialın mürəkkəblik dərəcəsindən asılı olaraq tez, ya da gec cavab gəlməlidir.
Hər halda bu prinsipdən şüurlu istifadə edərək göz-ləmək lazım gəlməyəcək ki, kimsə xoş təsadüf, uğurlu fi-kir axarı nəticəsində bir fərddə iki halın daimi olaraq bir-gə mövcudluğunu kəşf etsin. Elə o saat özlərinə ikinci ha-lın şəksiz varlığı barədə sual verməyi öyrənəcəklər. Axı bu vaxta qədər edilmiş kəşflər bir insanın beynindəki təsəv-vürlərin xoşbəxt kombinasiyasına əsaslanırdı!
Kəsişən fikirlərin müxtəlif qruplarını lazımi anda bir yerə toplayan şərait burada necə nəhəng bir rol oynayır. Axı yeni baxışlar, yeni dünyagörüşü də elə onlardan yara-nır!
Bu rolu kiçiltməyə və ondan ancaq ayrı-ayrı zəruri hal-larda istifadə etməyə, məncə, yalnız məsələnin yeni qoyu-luşu qadirdir.
Səbəbin ardınca hərəkət gəlirsə, sual vermək kimi psi-xoloji tələbat yaranır, ona görə ki, baxılan psixi halda dai-miliyin və fasiləsizliyin pozulması elə o saat həyəcanlan-dırıcı təsir göstərir və həyati fərq (Авенариус) yaradır.
Elə bu səbəbdən həmin metod tədqiqatçının fəaliy-yətinə böyük xidmət göstərə, elmin inkişafını sürətləndi-rə, korrelyativlik prinsipinin (nisbətlər prinsipi) tətbiq edilə bilən olduğunu, deməli, məhsuldar olduğuna görə yeni-yeni baxışların yaradılmasına imkan verəcək bir me-todu qəbul edə bilər.
VI FƏSİL
AZAD QADINLAR
Aralıq cinsi formalar prinsipinin diferensial-psixoloji tətbiqinə bilavasitə əlavə, hər şeydən öncə, bu kitabın əs-lində həsr olunduğu məsələnin nəzəri və praktiki həllidir. Məsələ ona görə burada həll olunur ki, nəzəri tərəfdən onun entologiya və siyasi-iqtisadi, yəni sözün geniş mə-nasında sosial elmlərə, praktiki tərəfdən isə hüquqi və tə-sərrüfat quruluşuna, başqa sözlə, sosial siyasətə aidiyyatı yoxdur. Mən qadın məsələsini nəzərdə tuturam. Bu fəslin vermək istədiyi cavab bizim tədqiqatın qoyduğu prob-lemlərlə qurtarmır, o yalnız bir ilkdir, belə ki, indiyə qədər işarə olunmuş prinsiplərdən daha heç nə çıxarmaq olmur, o, bütünlüklə yalnız bir təcrübənin ən adi faktlarına əsas-lanır ki, bu faktlardan da dərin mənalı ümumi qanunlara yüksəlmək mümkün deyildir. Bizim cavabın verəcəyi praktiki göstəriş gələcək təcrübəni tənzimləməyə məcbur və ya tənzimləyə biləcək əxlaqi davranışın maksimumu deyildir, bu yalnız sosial-dietik istifadə üçün keçmiş təc-rübədən götürülmüş texniki qaydalardır. Mən ona əsasla-naraq belə hərəkət edirəm ki, tədqiqatın ikinci hissəsinə aid şeyi, yəni kişi və qadın tiplərini burada hələ müəyyən etmək istəmirəm. Bu ilkin araşdırma yalnız aralıq cinsi formalar prinsipindən qadın məsələsi üçün məlum əhə-miyyətə malik olan xarakteroloji nəticələri ortaya qoyma-lıdır.
Əvvəl deyilənlərdən prinsiplərimizi necə tətbiq edə-cəyimiz kifayət qədər aydındır. Məhz hər bir qadındakı qurtuluş ehtiyacı və qabiliyyəti malik olduğu K hissəsinə əsaslanır. Qurtuluş analayışı çox uzadıla biləndir. Onun anlaşılmazlığını artırmaq sözdən istifadə edərək praktiki məqsədlər güdən, mövzuya nəzəri cəhətdən baxmağa tə-şəbbüs göstərməyən adamların mənafeyinə xidmət edir. Qadının qurtuluşu dedikdə mən heç də, məsələn, daha çox dilsiz-ağızsız heyvana bənzəyən əri ola-ola ev təsər-rüfatını bütünlüklə idarə etmək kimi faktları başa düşmü-rəm, gecə vaxtı bələdçisiz təhlükəli yerlərdən keçmək cə-sarətini də buraya aid etmirəm. Qadına tənha yaşamağı, kişini ziyarət etməyi, özünün və ya onun yanında digəri-nin cinsi məhəbbət mövzusundan bəhs etməsini demək olar ki, qadağan edən hamı tərəfindən qəbul olunmuş adətlərə etinasızlığı da qurtuluşa aid etmirəm. Müstəqil yaşamağa can atmaq, universitetə, konservatoriyaya və ya müəllimlər institutuna getmək cəhdləri də bura aid de-yildir. Yəqin ki, heç bir araşdırma aparmadan qurtuluş hərəkatının böyük qalxanı ilə əhatə olunan hələ bir çox faktlar da mövcuddur. Mənim nəzərdə tutduğum qurtu-luş həmçinin, kişi ilə bərabər mövqe əldə etmək istəyi də deyildir. Bizim qadın məsələsini işıqlandırmaq cəhdimiz üçün problem yaradan yalnız qadının daxilən kişi ilə ya-rışmaq, onun ruhi və mənəvi azadlığını, onun maraqları-nı, yaradıcılıq gücünü əldə etmək istəyidir. Mən burada təsdiq edirəm ki, Q-də heç bir qurtuluş ehtiyacı və buna uyğun olaraq qurtuluş qabiliyyəti yoxdur. Həqiqətən qur-tuluşa can atanların hamısının, bütün məşhur və ruhən görkəmli qadınların xarakterində həmişə çoxlu kişi xüsu-siyyətləri özünü göstərir, diqqətlə müşahidə etdikdə isə onlarda onları kişiyə yaxınlaşdıran anatomik kişilik əla-mətləri nəzərə çarpır. Yalnız parlaq ifadə olunmuş aralıq cinsi formalar arasından, demək olar ki, adətən, “qadınla-ra” aid edilən cinsi orta pillələr içərisindən keçmişin və indinin elə qadınları çıxır ki, qurtuluş cəhdlərinin müda-fiəçiləri (kişilər və qadınlar) qadın qabiliyyətlərini isbat etmək üçün onların adlarını çəkirlər. Tarixdə ilk məşhur qadın olan Safo əks cinsi əlamətlərlə seçilir. Hətta qadın-lar arasındakı cinsi əlaqələrin simvolu olan safik lesbi mə-həbbətin mənbəyi də odur. Buradan görünür ki, qadın məsələsinin həllində 3-cü və 4-cü fəsillərin nəticələri necə əhəmiyyətlidir. İxtiyarımızda olan “dəyərli qadınlar”, yə-ni de-fakto qurtulmuş qadınlar haqqında xarakteroloji material o qədər qaranlıqdır və onun şərhi elə böyük eti-razlar doğurur ki, biz onun köməyi ilə bu məsələnin qə-naətbəxş həllinə ümid etmirik. Bizim əlimizdə bir prinsip yox idi ki, onun vasitəsilə ikibaşlılığa yol vermədən insa-nın K və Q arasındakı vəziyyətini müəyyənləşdirək. Belə prinsip tapılıb, lakin kişi və qadın arasındakı cinsi cazibə qanununda. Onun homoseksuallıq probleminə tətbiqi gös-tərdi ki, başqa qadına qarşı cinsi meyil hiss edən qadın yarı kişidir. Lakin bununla hər bir ayrıca götürülmüş tarixi hal üçün qadının qurtuluş dərəcəsinin onun kişilik dərəcəsi ilə üst-üstə düşdüyü barədə tezis artıq isbat olunub. Safo yal-nız məşhur qadınlar siyahısına salınmış qadınlar sırasında birincidir və həm də onların hamısı ya homoseksualdır, ya da ən azı biseksualdır. Filoloqlar qısqanclıqla Safonu onun qadınlarla, həqiqətən, mövcud olmuş sevgi əlaqələri ilə bağlı şübhələrdən təmizləməyə və bunları adi dostluq kimi izah etməyə çalışmışlar, sanki təsdiq olunduğu təqdirdə belə qınaq qadınlar üçün əxlaqi anlamda təhqiramiz ola bi-lərdi. Əksinə, ikinci hissədə isbat olunacaq ki, homosek-sual sevgi qadını heteroseksual sevgiyə hisbətən daha çox yüksəldir. Burada hələlik qeyd etmək kifayətdir ki, qadın-da lesbiyan sevgisinə meyil onun kişiliyinin nəticəsidir, so-nuncu isə onun daha yüksək strukturunun şərtidir. II Yekaterina, İsveç kraliçası Xristina, bir şəhadətə görə yük-sək istedadlı kor və lal-kar Laura Bricmen, qeyd-şərtsiz Jorj Sand qismən biseksual, qismən də, hətta müstəsna dərəcə-də homoseksual idilər, eynilə mənim tanıdığım görkəmli istedada malik çoxlu qadınlar və qızlar kimi.
Lesbiyan sevgisinə meyilləri ilə bağlı heç bir işarə ol-mayan böyük sayda qurtulmuş qadınlara gəldikdə isə bu-rada da demək olar ki, həmişə bizim əlimizdə elə digər əlamətlər var və onlar sübut edir ki, mən adları bəlli haqla qadın məharətinin dəlili kimi çəkilən bütün qadınların ki-şiliyindən danışıramsa, bu heç də ixtiyari təsdiq və hər şe-yi kişi cinsinin ayağına yazmaq istəyən rəhmsiz, tamahkar eqoizm deyildir. Axı iş ondadır ki, biseksual qadınlar kişixislət qadınlarla və ya qadınxislət kişilərlə cinsi əlaqə-yə girdikləri kimi, heteroseksual qadınlar da öz kişi məz-munlarını onunla büruzə verirlər ki, onların tamamlayı-cısı olan kişi əsl kişi olmur. Jorj Sandın çoxlu “əlaqə”-lərindən ən məşhuru tarixdə məlum olan ən qadınxislət lirik Müsse və Şopenlə olan əlaqəsidir. Şopen o qədər qadınxislətdir ki, onu yeganə qadın bəstəkar adlandırmaq olar. Viktoriya Kolonna poetik yardıcılığından daha çox yalnız kişilərlə erotik əlaqələrdə olan Mikelancelonun ona etdiyi pərəstişlə məşhurdur. Qadın yazar Daniel Stern hə-yatında və yaradıcılığında şəksiz nə isə qadına məxsusluq olan Frans Listin sevgilisi olmuşdur. Onun tamamilə kişi-xislət olmayan, hər halda uşaqbazlığa meyilli Vaqnerlə dostluğunda Bavariya kralı II Lüdovikin Vaqnerə qarşı duyduğu xəyalpərəst sevgidəki qədər homoseksuallıq vardır. Çox böyük ehtimalla, kitabı Almaniyada qadınlar tərəfindən qələmə alınmış kitabların ən dəyərlisi sayılan Jermena de Stal öz uşaqlarının müəllimi Avqust Vilhelm Şlegellə homoseksual əlaqədə idi. Klara Şumanın ərini yal-nız sifətinə görə həyatının müəyyən dövrlərində kişidən daha çox qadın hesab etmək olardı, onun musiqisində də həmişə olmasa da, qadınaməxsusluq daha çox duyulur. Qadınlarla cinsi əlaqələri olmuş insanlar haqqında işarələ-rin olmadığı və ya belələrinin adlarının, ümumiyyətlə, çəkilmədiyi yerdə məşhur qadınların xarici görkəmi haqda məlumatlar onları tamamilə əvəz edir. Onlar bu qadınların simasında və boy-buxununda nə qədər kişilik ifadə olun-duğunu göstərir və beləliklə, eyni ilə onların bəzilərinin bi-zə gəlib çatmış portretləri kimi söylənmiş fikrin düzgünlü-yünü təsdiq edir. Məsələn, Corc Eliotun geniş qüdrətli alnı haqda belə deyirlər: “onun hərəkətləri və mimikası qəti və müəyyəndir, lakin onlarda zəriflik və qadınaxas mülayim-lik çatışmır”. Biz Laviniya Fontanın xüsusi qəribəliklə xo-şumuza gələn nadir ilhamlanmış sifəti barədə də biliyə sahibik. Paşeli Rüyşün üzünün cizgiləri “demək olar ki, müəyyən kişi xarakteri daşıyır”. Orijinal şairə Annet fon Drostenin bioqrafı Gülshof onun elfdəki kimi üçqat incə boy-buxunundan danışır, onun sifəti isə ifadə etdiyi ciddi kişiliklə uzaqdan Dantenin cizgilərini xatırladır. Qadın ya-zar və riyaziyyatçı Sofya Kovalevskayanın Safo kimi anor-mal qısa saçları vardı, onun saçları, adətən, müasir şairə və tələbə qızlarda olduğundan da qısa idi. Qadınların mənəvi qabiliyyətlərindən söhbət gedəndə onlar onu misal gətirir-lər. Hər kim görkəmli qadın rəssam Roza Banerin sifətində heç olmasa bircə qadın cizgisi tapsa, onun adı eşidilən kimi sadəcə aldanmış olacaq. Məşhur Yelena Blavatckaya da həmçinin, çox kişi görkəmlidir. Hal-hazırda yaşayan və fəaliyyət göstərən azad qadınları mən bilərəkdən xatırlat-mıram, hərçənd ki, elə məhz onlar məni bəzi fikirlər söylə-məyə vadar etdilər və mənim əsl qadının “qadın azadlığı” ilə heç bir bağlılığı yoxdur fikrimi tamamilə təsdiqlədilər. Tarixi tədqiqlər nəticələri lap qabaqcadan müəyyən etmiş xalq deyiminə tamamilə haqq verməlidir: “saçı uzun ağlı qısa”. 2-ci fəsildə qoyulmuş məhdudiyyəti xatırlasaq, o za-man bu sözlər gerçəkliklə tamamilə uzlaşır.
Azad qadınlara gəldikdə isə onların barəsində aşağı-dakıları demək olar: yalnız onlarda həbs olunmuş kişi azadlığa çıxmaq istəyir. Qadın yazarların çox vaxt kişi tə-xəllüsü götürməsi faktının, adətən, zənn edildiyindən də böyük əsası var. Onlar özlərini, demək olar ki, elə kişilər kimi aparırlar, Jorj Sand kimi şəxsiyyətlərdə isə bu onla-rın kişi paltarına və kişi məşğuliyyətlərinə meyli ilə üst-üstə düşür. Kişi təxəllüsü götürməyə sövq edən motiv o hissə əsaslanıb ki, yalnız bu cür kişi adı qadının öz təbiətinə uyğundur. O özünə daha çox diqqət çəkmək və ictima-iyyət tərəfindən qəbul edilmək istəyində kök sala bilməz. Ona görə ki, bununla bağlı cinsi cazibənin gücü ilə qadın-lar tərəfindən yaradılmış hər şey bərabər şərtlərdə kişilə-rin yaradıcılığından daha böyük bir diqqət doğururdu. Qadınlar həmişə varlıqlara onlara qarşı dərin tələblər irəli sürmədən daha böyük ehtiram göstərirlər. Əgər əsər yax-şı olurdusa, onda ona həmişə misilsiz dərəcədə yüksək qiymət verilirdi, amma tamamilə onun eyni olanı kişi ya-ratmış olsaydı, daha az dəyər verilirdi. Bu, ələlxüsus, indi müşahidə olunur: qadınlar həmişə elə əsərə görə böyük şöhrət qazanır ki, həmin əsər kişi tərəfindən yaradılmış olsa idi, çətin ki, diqqəti cəlb edərdi. Bu halları xüsusiləş-dirməyin və bir-birindən ayırmağın zamanı, nəhayət ki, gəlib çatıb. Müqayisə üçün miqyas olaraq ədəbiyyat, fəl-səfə, elm və incəsənət tarixində dəyər verilən kişilərin ya-ratdıqlarını götürsələr, elə o saat görərlər ki, mənəvi iste-dad sahibi olan qadınların sayında acınacaqlı şəkildə azal-ma baş verir. Doğrudur, insan nə qədər böyük xeyirxahlıq və qətiyyətsizliyə sahib olmalıdır ki, Anjelika Kaufman, madam Lebren, Fernan Kaballero, Qrosvita fon Han-dersteym, Mari Somervil, Corc Ecerton, Yelizaveta Barret-Brauninq, Sofi Jermen, Anna Mariya Şurman və ya Sibilla Merian kimi qadınlara, heç olmasa bir az dəyər vermiş ol-sun. Mən hələ onu demirəm ki, qabaqda göstərilmiş, məsə-lən, viragines (məsələn, Droste-Gülsqof kimi kişixislət qa-dınlar) kimi qadınlara nə qədər yüksək dəyər verilir. Müa-sir qadın rəssamların biçdiyi dəfnələrin ölçüsünü aydınlaş-dırmaq fikrim yoxdur. Ümumi şəkildə onu demək kifayət-dir ki, bütün yüksək istedadlı qadınlardan bircə dənəsini də beşinci və altıncı dərəcəli, məsələn, şairlərdən Rükkert, rəssamlardan Van Deyk və filosoflardan Şleyermaxer kimi kişi dahilərlə müqayisə etmək mümkün deyil.
Əgər, məsələn, Sibilla, Delfi Pifya, Burinyon və Klet-tenberq, Janna de la Mott-Güon, İohanna Sauskot, Beata, Sturmin və ya müqəddəs Tereza kimi isteriyalı xülyaçıları hələlik bir kənara qoysaq belə, məsələn, Mariya Başkirse-va kimi hallar necə varsa, qalacaq. Doğrudur, portretini xatırlaya bildiyim qədəri ilə o, görkəmli qadın quruluşu-na sahib olmuşdur. Mənə kişilik təəssüratı bağışlayan alnı istisna olmaqla. Hər kim onun Paris Lüksemburqunun Sal-les des entagers-lərində məşuqu Bastien-Lepajın rəsmləri ilə yanaşı asılmış rəsmlərini görübsə, bilir ki, Hötenin qəh-rəmanı Ottiliya Eduardın xəttini götürdüyü kimi o da on-dan geri qalmayaraq məşuqunun üslubunu tamamilə mə-nimsəmişdir. Hələ o hallar da çox uzun bir siyahı əmələ gətirir ki, bütün ailə üzvlərinə xas olan istedad böyük bir güc ilə qadında özünü büruzə verir. Əlbəttə, onu dahi he-sab etmək lazım deyil, ona görə ki, dahilik yox, yalnız iste-dad irsi yolla ötürülür. Marqareta van Eyk, Sabina fon Şteynbax burada qadın rəssamların uzun bir sırasının ör-nəkləridir; incəsənətlə məşğul olan qadınlara fövqəladə rəğbət bəsləyən Ernest Qul onlar haqqında aşağıdakıları deyir: “Bizə müəyyən şəkildə məlumdur ki, incəsənətdə onlar atası, anası və ya qardaşı tərəfindən istiqamətləndi-rilmişlər, yəni başqa sözlə onların bədii istedadının səbəbi onların ailəsində axtarılmalıdır. Tarixin üzərindən sükutla keçdiyi yüzlərlə qadın var ki, məhz belə təsirlənmə sayə-sində rəssam olmuşlar”. Bu ədədi məlumatları dəyərlən-dirmək üçün ona diqqət yetirmək lazımdır ki, Qul bundan əvvəl təxminən bizə məlum olan min rəssamın adını çəkir.
Bununla da, mən azad qadınların tarixi icmalını başa çatdırıram. O tamamilə müəyyənləşdirdi ki, əsl azadlıq ehtiyacı və həqiqi azadlıq qabiliyyəti qadında olan kişiliyi nəzərdə tutur.
Axı incəsənət və ya elm ilə yəqin ki, ən az yaşayan, bu məşğələni adi “tikiş”lə əvəz edən və həyatlarının sakit xoş-bəxtliyi fonunda bunu yalnız vaxt israfı sayan çox sayda qadın var, bir də zehni və ya bədii fəaliyyəti yalnız kişilər qarşısında gərgin naz bilən o qadınların hamısı bu iki ağrı-yan qrup sırf elmi tədqiqatdan çıxarılmalıdır. Bütün qalan-lar yaxından nəzər saldıqda aralıq cinsi formaların bütün əlamətlərini təzahür etdirirlər.
Əgər azad olmaq və kişi ilə bərabər vəziyyətdə olmaq ehtiyacı yalnız kişixislət qadınlara xasdırsa, onda Q-nin azadlığa heç bir ehtiyac duymamasına dair çıxarılmış in-duktiv nəticə tamamilə ədalətlidir, baxmayaraq ki, bu müddəa Q-nin psixi xüsusiyyətlərindən deyil, yalnız tək-tək tarixi faktların nəzərdən keçirilməsindən alınmışdır. Qadınların azadlığı haqqında belə bir hökmü çıxarmaq üçün biz gigiyenik (etik) nəzər nöqtəsində dayanırıq; bu nöqteyi-nəzərə görə praktiki həyat fərdlərin təbii meyil-lərinə tətbiq olunur. Azadlığa can atmanın mənasızlığı hərəkətdə, təşviqatdadır. Şöhrətpərəstlik motivləri və ki-şilərin cəlb edilməsindən söz açmadan təqlidə güclü me-yil olduqda onun sayəsində buna tamamilə fitri meyli ol-mayan qadınlar oxumağa, yazmağa və s. başlayırlar. Belə ki, gerçəkdən bəlli daxili ehtiyac üzrə azadlığa can atan çox sayda qadın vardır, təhsil ehtiyacı elə onlardan da digər-lərinə keçir, bu isə artıq dəb yaradır və nəhayət, qadınların gülünc təşviqatı sahibənin yalnız əri, qızın isə ananın haki-miyyəti əleyhinə nümayiş üçün vasitə kimi istifadə etdiyi şeyin doğruluğuna inanmağa vadar edir. Onu qanunveri-ciliyin əsasına qoymadan (heç olmasa anlaşılmaz olduğu üçün) bütün əvvəl deyiləndən belə bir praktiki nəticə çıxar-maq olar: hər şeyə sərbəst çıxış, əsl mənəvi ehtiyacları fiziki quruluşlarına həmişə uyğun olaraq onları kişi məşğu-liyyətlərinə sürükləyənlərin yolundakı bütün maneələrin aradan qaldırılması – kişi cizgilərinə malik qadınlar üçün-dür. Lakin rədd olsun bütün partiya təhsili, rədd olsun yanlış inqilabiləşdirmə, rədd olsun bu qədər qeyri-təbii, öz əsasında süni yalançı səylər doğuran qadın hərəkatı.
Rədd olsun “tam bərabərlik” haqqında gülünc ifadə! Ən kişixislət qadında çətin ki, 50%-dən artıq K olsun və özünün bütün əhəmiyyəti ilə, başqa sözlə, dəyər kəsb edə biləcəyi hər şeyi ilə o yalnız bu xalis məzmuna borcludur. Görünən budur ki, çox ağıllı qadınların etdiyi kimi, bəra-bərliyi deyil, daha çox qadın cinsinin üstünlüyünü göstə-rən bəzi (qeyd olunduğu kimi tipik olmayan) ayrı-ayrı tə-sadüfən toplanmış təəssüratlardan ümumi nəticələr çıxar-maq, Darvinin təklif etdiyi kimi hər iki cinsin zirvələrini müqayisə etmək heç bir halda yol verilən deyildir. "Əgər hər fənn üzrə yarım düjün ad göstərməklə poeziya, rəs-samlıq, heykəltaraşlıq, musiqi, təbiətşünaslıq tarixi və fəl-səfə sahəsindəki ən dəyərli kişi və qadınların siyahısını tər-tib etsək, o zaman hər iki siyahını bir-birilə müqayisə et-mək olmazdı”.
Əgər onlar onu görsəydilər ki, qadın siyahısındakı şəxslərə diqqətlə baxdıqda yalnız dahinin kişixislət oldu-ğu sübut olunur, onda feminist qadınların belə siyahıları müqayisə etməsi bu vaxta qədər edildiyindən daha da az olardı.
Adətən, edilən sadə etiraz ondan ibarətdir ki, tarix heç nə ilə isbat etmir, belə ki, hərəkat qadınların maneəsiz tam mənəvi inkişafı üçün yol açmalıdır. Lakin bu etirazı qaldı-ranlar unudurlar ki, azad olmuş qadınlar, qadın məsələsi, qadın hərəkatı müxtəlif aktivliyə malik müxtəlif mərhələ-lərlə bütün dövrlərdə olmuşdur. O həmişə kişilər tərəfin-dən yaradılmış təhsilə can atan qadınların nə vaxtsa dəf etməli olduğu və sanki yenidən baş qaldıracaq ma-neələri şişirtməyə çalışır. Nəhayət, o, onu nəzərdən qaçırır ki, azadlıq tələblərini irəli sürən əsl qadın deyil, ümumiy-yətlə qadınların adından danışmasına baxmayaraq, müs-təsna olaraq daha kişixislət, öz təbiətini yaxşı anlamayan, öz fəaliyyətinin motivlərini görməyən qadındır.
Tarixdə baş qaldırmış hər bir hərəkat və bu qadın hə-rəkatı da ola bilər, inanır ki, o yenidir, əvvəllər heç vaxt olmamışdır. Hərəkatın ilk qadın təmsilçiləri öyrədirdilər ki, qadın zülmətdə üzülmüş, qandala vurulmuş və yalnız indi öz təbii haqqını anlamışdır və onu tələb edir. Hər bir tarixi hərəkatda olduğu kimi, burada da get-gedə analogi-yaları təqib etmək mümkündür. Qadın məsələsi həm qə-dim, həm də orta əsrlərdə və həm də sosial cəhətdən möv-cud olmuşdur. Artıq çoxdan ötüb keçmiş dövrlərdə qadın-lar yaratdıqlarının köməyi ilə özləri mənəvi azadlığa can atır və bundan başqa qadın cinsinin apolegetləri olan kişi və qadınlar nəzəri tədqiqatları ilə onları dəstəkləyirdilər. Beləliklə, feminist qadınların mübarizəsinin ayağına bu qədər səy və yenilik yazmaq, son illərə qədər öz mənəvi inkişaflarını genişləndirmək üçün qadınların fürsətinin olmamasına inanmaq tamamilə yanlışdır. İakov Burkqard Renessans haqqında belə deyir: “O dövrün böyük italyan qadınları haqqında ən tərifli söz – onların kişi ruhu, kişi ürəyi barədə deyilən söz ola bilər. Burada müəyyən ideal-dan bəhs olunduğunu anlamaq üçün yalnız Boyardo və Ariostonun qəhrəmanlıq poeziyasında mədh olunan çox sayda qadının tamamilə kişi davranışına baxmaq lazımdır. Bizim dövrdə kifayət qədər ikibaşlı kompliment hesab olunan “virago” epiteti onda ən yüksək tərif idi”. XVI əsr-də qadınlara səhnəyə sərbəst çıxış verildi, ilk aktrisalar meydana çıxdı. “Bu dövrdə hesab olunurdu ki, qadın kişi ilə birgə ali təhsil dərəcələrinə yetişmək qabiliyyətində-dir”. Bu həmin dövrdür ki, bir-birinin ardınca qadın cinsi-nə mədhiyyə yazanlar meydana çıxır, Tomas Mor cinslərin tam bərabərliyini tələb edir, Aqrippa fon Nettesheym qadı-nı kişidən yüksəyə qaldırırdı. Sonralar bütün bu qələbələr məhv oldu, dövr bütünlüklə yaddaşlardan silindi və onu bu vəziyyətdən yalnız XIX əsr çıxardı.
Məgər dünya tarixində qadın azadlığı üçün edilən cəhdlərin müəyyən bərabər zaman fasilələri ilə ortaya çıx-dığı gözə çarpmırmı?
Х əsrdə, XV və XVI əsrlərdə və indi XIX və XX əsrlər-də bütün əlamətlər onu göstərir ki, azad olmuş qadın say-lı aralıq dövrlərdəkindən daha çox, qadın hərəkatı isə da-ha güclüdür. Bunun üzərində hansısa bir fərziyyə irəli sürmək böyük tələskənlik olardı, ancaq hər halda qüdrətli bir dövriliyin ortaya çıxmasının mümkünlüyünü qeyd et-mək lazımdır və onun sayəsində bu dövrdə aralıq dövr-lərdəkindən fövqəladə dəqiqiliklə daha çox hermafrodit, daha çox keçid formalar dünyaya gəlir. Əlaqədar hallarda heyvanlarda da həmçinin belə dövrlər müşahidə olunur.
Bizim fikrimizcə, bəlkə də, bu honoxronizmin ən az olduğu dövrdür. Məlum dövrlərdə, adətən, olduğundan daha çox kişixislət qadın doğulması faktının başqa bir tə-rəfdən tamamlanmağa ehtiyacı var, yəni elə həmin dövr-də dünyaya həm də daha çox qadınxislət kişi gəlir. Bunu biz həm də təəccüb doğurucu dərəcədə görürük. Yatıq döşlü, nazik budlu uca boy-buxunlu qadınlara gözəllik mükafatları iltifat edən sesessionist zövqü də, yəqin ki, elə məhz bu halla izah etmək olar. Yüngüllük və homoseksu-allığın ağlasığmaz artımının izahı da yalnız eramızın daha çox qadın erası olmasındadır. Müasir estetik və cinsi zöv-qün prerafaelitlər yaratmağa istinad etməsinin də çox də-rin səbəbləri var.
Üzvi həyatda ayrı-ayrı fərdlərin həyatındakı tərəd-düdlərə uyğun dövrlərin mövcud olması, ancaq onların yalnız çox sayda nəsillərə şamil olması faktının özü bəşər tarixinin bəzi qaranlıq nöqtələrinin anlaşılmasına gedən yolu açaraq dövrümüzdə ortaya çıxmış çox böyük sayda iddialı “tarixi dünya görüşlərindən”, ələlxüsus iqtisadi materializmdən daha geniş mənzərə ortaya qoya bilər. Şübhə yoxdur ki, bioloji tədqiqatlardan gələcəkdə bəşə-riyyət tarixi üçün də sonsuz sayda çox nəticələr gözləmək olar. Burada isə yalnız onu bizim baxdığımız hala tətbiq etmək cəhdi göstərilmişdir.
Əgər bəzi dövrlərdə daha çox, digərlərində daha az hermafrodit doğulduğu doğrudursa, onda bunun nəticəsi olaraq qadın hərəkatı çox vaxt öz-özünə yox olur və onun ardınca sonsuza qədər müəyyən tempdə dirçəlmək və ye-nidən dalmaq üçün uzun zaman fasiləsi ortaya çıxır. Am-ma ola bilsin ki, azad olmağa can atan qadınlar da bəzən daha çox, bəzən də daha az doğulur.
Əlbəttə, çoxailəli proletarın hətta ən qadınxislət arva-dını fabrikə və ya ev tikintisinə getməyə vadar edən iqti-sadi münasibətlərdən söhbət belə gedə bilməz. Sənaye və ticarətin inkişafının qadın məsələsi ilə rabitəsi, adətən, dü-şünüldüyündən, ələlxüsus nəzəriyyəçilərin, sosial-demok-ratların zənn etdiyindən daha dayanıqsızdır, bir tərəfdən mənəvi qabiliyyətə, digər tərəfdən isə iqtisadi rəqabətə istiqamətlənmiş səylər arasındakı səbəbiyyət əlaqəsi isə daha azdır. Məsələn, görkəmli qadınların üçdə birini orta-ya çıxarmış Fransada heç vaxt qadın hərəkatı möhkəm kök sala bilməmişdir, buna baxmayaraq, heç bir Avropa ölkə-sində orada olduğu qədər müstəqil şəkildə ticarətlə məş-ğul olan qadın yoxdur. Deməli, gündəlik yeyəcək uğrunda mübarizə həyatın mənəvi məzmunu uğrunda mübarizə-dən əgər qadınların bəlli qrupu tərəfindən belə mübarizə, ümumiyyətlə, aparılırsa, kəskin fərqlənir.
Mənəvi sahədə bu hərəkat üçün qoyulmuş proqnoz nikbin deyil. O, bəzi müəlliflərlə birlikdə insan irqinin pro-qressiv inkişafının tam cinsi diferensasiyaya, yəni cinsi di-morfizmə doğru getdiyini qəbul etməklə əldə edəcəyimiz ümiddən daha çarəsizdir.
Mən axırıncı fikri ona görə qəbul edə bilmərəm ki, heyvanlar aləmində fərdlərin yüksək mövqeyinin cinslə-rin daha əhəmiyyətli bölgüsü ilə əlaqəsini izləmək müm-kün deyildir. Bəzi gephyreae və rotatoriaelarda, quşların çoxunda, həmçinin mandrilla meymunları arasında mor-foloji cəhətdən insanlar arasında olduğundan daha çox honoxronizm müşahidə olunur. Əgər bu fərziyyə azadlıq ehtiyacının özünün həmişəlik yox olacağı və yalnız tama-milə inkişaf etmiş masculina və eynilə ona bənzər femini-naların qalacağı bir dövrdən xəbər verirsə, onda qadın hərəkatının dövri dönüşü nəzəriyyəsi feministlərin dəh-şətli şəkildə əzablı acizliyə can atmasını qınayır və onların bütün fəaliyyətini müəyyən zaman fasiləsindən sonra he-çə çevriləcək Donaid işi elan edir.
Əgər qadınlar özləri üçün illüziyalar yaradacaq və öz məqsədlərini yalnız sosial həyatda, cinsin tarixi gələcəyin-də, düşmənlərini isə yalnız kişilərdə və onlar tərəfindən yaradılmış hüquqi institutlarda görəcəklərsə, o zaman qa-dın azadlığı bu kədərli taleyi yaşayacaqdır. Onda ama-zonkalar ordusu yaratmaq lazım gələcək, amma o uzun müddət mövcud ola bilməyəcək, yəni məlum zaman fasi-ləsindən sonra bu ordu mütləq darmadağın olmalıdır. Re-nessans dövründən qadın hərəkatının tamamilə yox ol-ması bu anlamda feministlərə yaxşı bir ibrət dərsidir. Hət-ta ən böyük və vəhşi ordu belə ruhun həqiqi qurtuluşunu həyata keçirə bilməz. Qoy hər bir fərd onun uğrunda özü mübarizə aparsın. Kimə qarşı? Öz qəlbində bu qurtuluşa mane olan hər bir kəsə qarşı. Qadın azadlığının ən böyük və yeganə düşməni qadının özüdür. Bunu isbatı ikinci hissənin vəzifəsidir.
İ K İ N C İ H İ S S Ə
CİNSİYYƏT TİPLƏRİ
I FƏSİL
KİŞİ VƏ QADIN
Bizim nəzəriyyə indi bütün gerçək mövcud olan cinsi ziddiyyətlərin tədqiqi üçün sərbəst yol açmışdır. Bu nəzə-riyyə bizə göstərdi ki, kişi və qadın yalnız tip olaraq anla-şılmalıdır və artıq məlum olan ziddiyyətlərə get-gedə ye-ni-yeni qidalar verən mürəkkəb gerçəklik iki tipin qarış-masının nəticəsi kimi təsvir oluna bilər. Tədqiqatımızın birinci hissəsi yeganə real aralıq cinsi formaları, doğrudur, etiraf olunmalıdır ki, bir qədər sxematik bir plan üzrə nəzərdən keçirmişdir. Baxılan halda məni yönəldən inki-şaf etmiş prinsiplərə ümumi bioloji dəyər vermək istəyi idi. İnsanın əvvəllər olduğundan daha çox müşahidə obyekti olmalı və psixofizioloji axtarışların öz yerini introspektiv analizə verməli olduğu indiki dövrdə aralıq cinsi formalar prinsipinin universallığı tələbinin məhdudlandırılmağa ehtiyacı vardır. Heyvanlar və bitkilər arasında hermafrodi-tizm halları tamamilə təsdiqlənmiş və şəksiz faktdır.
Lakin artıq heyvanlarda bir orqanizmdə iki cinsiyyə-tin olması daha çox fərddə kişi və qadın rüşeym vəziləri-nin bir araya gətirilməsindən ibarətdir, nəinki hər iki cin-sin tarazlaşdırılmış mövcudluğu daha çox hər iki ifrat həddin olması, nəinki hər iki axır nöqtə arasında onların neytral vəziyyəti. Amma insana gəldikdə, bu psixoloji nöqteyi-nəzərdən tamamilə dəqiq müəyyən olunmalıdır ki, o hər bir baxılan anda ya kişi, ya da qadın olmalıdır. O hal bununla tamamilə uzlaşır ki, özünü sadəcə kişi və ya qadın hesab edən hər kəs öz tamamlayıcısını ya sadəcə “kişi”, ya da sadəcə “qadın” olaraq görür.
İnsanın təkcinsli xarakteri hər şeydən daha yaxşı o faktla təsdiq olunur və onun nəzəri əhəmiyyətini çətin ki, layiqincə qiymətləndirmək mümkün olsun: iki homoseks-ual insanın əlaqələrində kişi rolunu psixi və fiziki cəhət-dən öz üzərinə götürən uzun müddət rabitədə olduqda mütləq öz kişi adını saxlayır və ya qəbul edir, o halda ki, qadın rolunu oynayan digəri ya öz qadın adını saxlayır, ya özünə bu adı verir, ya da daha çox halda kifayət qədər xarakterik olan budur ki, onu başqalarından alır.
Buna görə də, iki lesbinin və ya iki homoseksualistin cinsi əlaqələrində bir şəxs həmişə kişi rolunu, digəri isə həmişə qadın rolunu yerinə yetirir. K və Q-nin nisbəti bu-rada həlledici halda fundamental bir şey kimi, zəruri bir şey kimi aşkara çıxır.
Bütün aralıq cinsi formalara baxmayaraq insan ən sonda hər halda ikisindən biri – kişi və ya qadındır. Bu qədim empirik ikilikdə dərin bir həqiqət vardır (nəinki anatomik və nəinki morfoloji vəziyyətlə qanunauyğun və dəqiq uzlaşan hər bir konkret hal üçün) və ona etinasızlıq cəzasız qalmır.
Göründüyü kimi, bununla çox böyük əhəmiyyətə malik, bütün sonrakılar üçün həm xeyirli, həm də həlle-dici bir addım atılmışdır. Mənim dünyagörüşüm artıq məlum olan varlığı müəyyən edir. Bu varlığın əhəmiyyə-tini tədqiq etmək isə bundan sonrakı bütün şərhin vəzifə-sidir. Xarakterologiyanın əsas çətinliyi bu problemli var-lıqla bilavasitə bağlı olduğundan sadəlövh cəsurluqla işə başlamamışdan qabaq bu incə problemlə heç olmasa bir az yaxından tanış olmaq lazımdır ki, onunla işləyərkən qətiy-yətini itirməyəsən.