Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bozqurdlar», sayfa 6

Yazı tipi:

xeyirli olurdu.

Çalıq bu böyük evə girincə duruxdu. İndiyə qədər buraya bir neçə dəfə gəlmiş, amma heç birində bu qədər qələbəlik görməmişdi.

Sağa-sola boylanarkən gözünə Onbaşı Yamtarla Onbaşı Pars sataşdı. İki onbaşı, Qərb Kağanının elçiləri ilə birlikdə gələn və türkə bənzəməyən uzun qara saqqalı adamlarla danışırdılar. Çalıq yavaş-yavaş onlara yanaşdı. Bu adamlar pozuq bir türk ləhcəsiylə və ağır-ağır söhət edirdilər. Yamtar Çalığı görüncə:

− Bunlar suğdakılardır, − dedi.

Çalıq bu sözü heç eşitməmişdi.Soruşdu:

− Suğdaklı nə deməkdir?

− Suğdakılar qərbdə yaşayan kiçik bir xalqdır. Qərb Kağanının buyruğundadırlar. Buraya alış-veriş üçün gəlmişlər.

Çalıq suğdakılıları müştəri gözüylə süzdü. Demək ki, alış-verişi bunlarla başlaya bilərdi.

Torbasını açaraq quşları göstərdi:

− Bunları alarsınızmı? − deyə soruşdu.

Suğdaklılar bir anlığa bir-birləri ilə öz dillərində nəsə danışdılar. Sonra biri Çalığa belə dedi:

− Bu quşların kiçiklərinə bir axça, böyüklərinə iki axça verirəm.

− Axça nəyimə gərək? Mənə kımız ver. Axça qarın doyurmaz!

Onbaşı Pars sözə qarışdı, bax evin o biri küncündə çinlilər var. Bayaq kımız da satırdılar.

Qurtarmayıbsa, sən də alarsan.

Pars bu sözləri söyləyək əli ilə evin o biri küncünü göstərdi. Çalıq adamların arasından göstərilən yerə baxdı. Çinliləri gördü. Həm də bu çinlilərin arasında səhər meşədə gördüyü yoxsul hərifi də

tanıdı. Kımızın qurtarmasından qorxaraq suğdaklıya bağırdı:

− Tez ol, axçaları ver. Quşları al!

Çalıq bir hərəkətlə quşları torbasından boşaltdı. Suğdaklının verdiyi pulu alaraq çinlilərə doğru getdi. Arada səkkiz-on addımlıq yer qalmışdı. Yoxsul çinli ilə göz-gözə gələn Çalıq hayqırdı:

− Ey!, çinli! Məni tanıdınmı?

Amma çinli bu suala cavab vermədi. Gülünc bir çaşqınlıqla və çevikliklə yerindən tərpəndi.

Adamları yararaq o tərəf-bu tərəfə dəyərək qapıya doğru getdi. Arxasına baxmadan qaçdı. Çalığın ağzı açıq qaldı. Çinlilər də çaşmışdılar. Olub bitəni görənlər də Çalığa baxırdılar. Mehtər bu hərifin niyə

qaçdığını çinlilərdən soruşacaqdı ki, sərt, gurultulu bir qəhqəhə qopdu. Türklər və çinlilər onbaşı Sançarın qəhqəhəsini tanıdılar. Suğdaklılar isə bundan bir şey anlamayaraq çaşqın-çaşqın bir-birlərinə

baxdılar. Sançar həm uğunur, həm də kəsik-kəsik Çalığa belə deyirdi:

− Çalıq, hələ adam olmadın. Heç çinlinin üstünə hirsli-hirsli gedərlərmi? Bax belə ödü partlayıb qaçar. Yəqin canını almağa gəldiyini sandı…

51

Gənc onbaşının bu sözlərindən sonra bütün evi dolduran və bayırda uğuldayan camaatdan bir qəhqəhə qopdu. Bütün türklər gülür, çinlilər də ya qorxudan, yaxud da gülməsələr, acığa düşəcəklərindən onlara qoşulurdular. Suğdaklılara gəlincə, onlar da çox az gülən türklərin yanında gülmək ehtiyaclarını duyura bilmədikləri üçün bu fürsətdən istifadəyə çalışırdılar. Yoxsa onlar olub bitəni görməmişdilər və az-çox bildikləri türkcə ilə onbaşı Sançarın gülərək söylədiyi sözləri anlamamışdılar.

Sançarla Çalıq o qədər çox gülürdülər ki, ikisi də yerə yuvarlanmışdılar. Qəşş etməmək üçün əllərini böyürlərinə basır, arada bir söz demək istədikləri halda gülməkdən söyləyə bilmirdilər. Onbaşı Sançar gülməyə başladımı, yerə yuvarlandımı, artıq bunun arxası kəsilməzdi. Halbuki onun qəhqəhəsinin ötükənlilər üzərində elə bir təsiri vardı ki, Sançar gülməyə başlayanda hamısı gülər, o susmadan susmaq bilməzdilər. İndi Sançar yerə yuvarlanmış, bayılacaqmış kimi gülürdü. Susmazsa, ordakıların halı necə olardı? Sançar bu gülməyə bəlkə dayanardı, amma o birilər özlərinə çox güvənmirdilər. Keçən il Sançarla birlikdə gülərkən qəşş edib ölən bir əsgər hamının ağlında idi. Parsla Yamtar bu təhlükənin önünə keçəcək yolu tapdılar. Yerdə qıvrılan, qəhqəhələr atan Sançarı qaldırıb evdən bayıra çıxardılar. Atına mindirdilər. atın yalına yaslanan Sançarı xəfifcə bağladılar. Ondan sonra atını qırmaclayaraq qovdular.

At dördnala gedərkən Sançar hələ qəhqəhələr atır və bu qəhqəhələr düzdə cingildəyir, kükrəyirdi…

Çalıq yerdən qalxınca çinli tacirlərə yönəldi. Axçaları önlərinə qoyaraq:

− Mənə bunların dəyərincə kımız verin, − dedi.

Çinlilərdən biri pulları saydı:

− On doqquz axçan var. Sənə bir çamçaq kımız verə bilərəm. − deyə cavab verdi.

Çalıq, çamçağını uzatdı. Sonra çinlinin doldurduğu çamçağı sonuna qədər içdi. Bir çamçaq kımızı içdiyi üçün özünə gəldiyi üzündən anlaşılırdı. Amma yavaş-yavaş üzünün nəşəli halı keçdi.

Mırıldanır kimi:

− Ay sizi qəhr olasınız! Mən bu kımızı evə aparacaqdım. Sançar mənə hər şeyi unutdurdu, − deyə

söyləyirdi. Sonra birdən-birə qaşlarını çatdı. Çinliyə dönərək soruşdu:

− Nə dedin, məndən on doqquz axçamı aldın?

− Bəli, bəyimiz!

− Mənə bəy demə, gözünü partladaram! Mən mehtərəm!

Çalıq həmin an suğdaklının yanına getdi:

− Sən mənə neçə axça vedin?

− Otuz axça verdim.

− 30 axça verdin, bəs niyə çinlinin önündə 19 axça çıxdı?

− Ola bilməz. Mən sənə 30 axça verdim.

Çalıq yenə çinlinin qarşısına dikəlib bağırdı:Ey,çinli! Məni hirsləndirmə. Bax suğdaklı mənə 30

axça verdiyini söyləyir. Mən ondan aldığım bütün pulu sənə verdim. Doğru söylə, yoxsa…

Çinli min cür bəhanə gətitir, and-aman eləyirdi. Çalıq yenə suğdaklını yanına getdi. Qolundan tutunca hərifi sürükləyirmiş kimi çinli tacirin yanına gətirdi. Suğdaklıdan soruşdu:

− Mənə neçə axça verdin?

− Otuz!

− Sən məndən neçə axça aldın?

− On doqquz!

− Axmaq adam, hansınız yalan söyləyirsə, bildirsin gözünü partladım!

Çinli arsız-arsız gülümsəməyə çalışaraq dedi:

− Əcaba, axçaların yarısı bəyimizin kisəsində qalmış olmasın!

− Ey! dəli olmusan, nədir? Mənim pulum sizin bəyin kisəsinə girərmi?

− Xeyr, xeyr! Yəni sizin kisənizdə qalmış olmasın!

− Nə kisə? Mənim ox qabımla torbamdan başqa nəyim var ki?

Bu zaman suğdaklı sözə qarışdı:

− Bəlkə axçaları bayaq gülərkən əlindəm salmısan?

Çalıq düşündü. “Əcaba” deyə mızıldandı. Bu düşüncə doğru idi. Amma Çalıq pulları itirmədiyni yaxşı bilirdi, amma bu həriflərin hansının onu anldatdığını aydın edə bilmədiyi üçün susdu. Onsuz da 52

çox gözləyəsi vaxtı yoxdu. Yenidən Meşəyə gedərək quş ovlamalıydı. Heç olasa bir çamçaq kımız alıb evə aparmalıydı. Bu düçüncə çinli ilə suğdaklını qurtardı…

* * *

Günün batmağına az qalmışdı. Çalıq yenidən torbasına doldurduğu 20 quşla tələsik geri qayıdırdı. Çinli tacirlər getməmiş yetişib bir çamçaq kımız da almasa, anasının dilindən, arvadının qəzəbli baxışından qurtara bilməyəcəkdi. Bir anda Meşənin sıx bir yerinə gəlib çatdı. Ağaclar burada o qədər sıx idi ki, qar bu sıx və qarışıq budaqlardan ələnib yeri tamam örtə bilməmişdi. Çalıq addımılarını yavaşıtdı. Başını yuxarı qaldıraraq və səs salmağa çalışaraq irəliləməyə başladı. Bu sıx budaqların arasında quş cox olmalıydı. Onları hürkütmədən aramaq, sonra qəfil oxlamaq gərəkdi.

Beləliklə alacağı kımız bir az da çox olarsa, evdəki hörməti də o qədər artacaqdı.

Çalıq belə səssiz və asta addımlarla yeriyərkən sol tərəfində bir gurultu duydu. Sonra bu səsə

oxranmalar və hənirtilər də qarışdı. Çalıq bir anda quşları, evi, kımızı unutdu və sola yönəldi. Sıx ağaclar ortalığı əməllicə qaraldırdı. Daha bir neçə addım atmadan eşitdiyi çincə bir söyüş Çalığı dikəltdi. Eyni zamanda durub olduğu yerəcə mıxlandı. Ağacların ancaq bir qulac seyrəldiyi iki adam boyu yüksəkliyində bir ayı, üstü parçalanmış və qan içində olan bir çinliyə hücum etmək üçün ayaqları üsdə qalxmışdı. Ayı ilə arasındakı məsafə o qədər az idi ki, çinli arxasındakı ox qabından bir ox çəkə

bilmir, yalnız əlindəki iri bıçaqla özünü qorumağa çalışırdı. Çalıq, çinlinin arxasındakı ox qabının Ötükəndə heç görünməmiş bir şey olduğunu düşünəcək halda deyildi. Ancaq kiçik quşları vurmaq üçün hazırladığı taxta oxu ayının gözünə doğru nişanlayaraq atdı. Ox ayının gözünə girmiş, amma eyni zaman da ayı da qorxunc bir hücüm və dəhşətli bir hayqırışla çinliyə doğru cummuşdu. Çalıq daha dayanmadı. Bıçağını çəkərək irəliyə atıldı. Ayının arxasına üç dəfə sapladı. Bu qorxunc ayı, yeni düşməninin daha güclü olduğunu görüncə birdən çinlini buraxaraq Çalığa doğru yönəldi.

Ayı və Çalıq üç-dörd addım aralıda durub bir baxışdılar. Çalığın atdığı ox dəmirdən olsaydı bu ayı çoxdan gəbərmişdi. Amma ağac ox bu ayının yalnız gözünü kor etmiş, bu isə ayını hiddətləndirmişdi. Çalıq canıyanan ayının getdikcə necə quduzlaşdığını bilir, ona görə əlli tərpənirdi.

İşbara Alpın mehtəri minbaşının bir sözünü xatırladı. İşbara Alp “Qorunmaq üçün ən yaxşı yol hücumdur” deyərdi. Ayı ilə Çalıq eyni zamanda bir-birlərinə hücum etdilər. İlk yıxılan Çalıq oldu.

Amma güclü pəhlivan iki ayağı ilə ayının göbəyinə möhkəm bir təpik vuraraq onu da oturtdu.

Çalıq daha öncə qalxdı. Bu yıxılışdan içi sarsılmış, başı da möhkəm qızışmışdı. Ayı hələ özünü toplayıb qalxana qədər bıçağını ona yenidən saplaya bildi.

Ayı da ayağa qalxmışdı. Yaralarından sel kimi qan axırdı. Çalıq ayıya bağırdı:

− Ayə qoca kaftar! Özünü Yamtarmı sandın? Bəlkə güləşi udub quşları da alıb, əkiləsən, eləmi?

Ayı bir daha hücum etdi. Bu dəfə Çalığın bıçağı sapına qədər ayının boğazıına saplandıqdan sonra hoqquldayıb yerə yıxıldı. Bir-iki tərpənişdən sonra hərəkətsiz qaldı.

Bütün bunları ağzı açıq, gözləri qorxudan bərələrək seyr edən çinli, ayı yerə yuvarlandıqdan sonra Çalığın ona doğru təngənəfəs yeridiyini görüncə əyildi. Yerə düşmüş kiçik papağını götürdü.

Üstünü başını düzəltmədən, Çalığa təşəkkür etmədən tülkü kimi ağacların arasına girib gözdən itdi.

Amma bütün bunların bir anda olub-bitməsi belə Çalığa çinlinin üzünü yaxşı və yaxından görə bilmək üçün kifayət idi. Bu, səfər Van-zin-şanla birlikdə meşədən keçən, bi az öncə də onu görüncə qaçaraq onbaşı Sançarı güldürən yoxsul çinli idi.

Çinlini dürüst xatırlamaq üçün bir daha huşunu cəmlədi. Öz-özünə “Vay canına!..” − deyə

söyləndi. Gözləri sevinclə parladı. “Vay canına!…” deyə bir də söylədi. Bu dəfə gözləri çaşqınlıqla açıldı. Çalıq ətrafına qorxulu işlər baş verirmiş kimi sağa-sola boylandı. Sonra irəliləməyə başladı.

* * *

Gün çoxdan batmışdı. Çalıq təngənəfəs evinin qapisini açdı. Anasına, arvadına bir şey söyləmədən quşları yerə tulladı. Tez-tələsik ən yaxşı silahlarını qurşandı. Sonra çevrilərək qapıdan çıxdı. Surətlə atına atıldı. Dördnala çapıb uzaqlaşdı.

ONBAŞI PARS

53

Onbaşı Pars bir şam ağacına söykənib düşünürdü. Yamtar onun qarşısında böyük bir taxta parçasında bıçağı ilə bəzi şeylər cızırdı. Hava qaralırdı, amma ötükənlilər işində-gücündə idi. Yamtar başını qaldırdı:

− Bilirsənmi, bu dünyada çox axmaq adamlar var− dedi.

− Hardan bildin?

− Suğdakılarla danışdıqdan sonra bildim.

− Yer üzündə ən yaxşı işin alış-verişlə axça qazanmaq olduğunu söylədilər.

Pars üzünü turşutdu:

− Bu onların axmaqlığını deyil, qorxaqlığını göstərir.

Yamtar:

− Mən onlardan savaşmı yaxşıdır, alış-verişmi? – deyə soruşdum. Güldülər, öz aralarında, öz dillərində isə danışdılar. Dilləri də insan dilinə bənzəmir ki?!.

− Sənə nə cavab verdilər ki?

− Savaşda adamlar ölür. Bunun harası yaxşıdır? − dedilər.

− Hay, axmaq kişilər, hay! Demək savaşın dadını hələ bilməmişlər! Öküzə kımız versən, dadını bilərmi? Bunlar da elə…

Yamtar qəzəblənməyə başlayırdı:

− Bu çinliləri suğdaklıları Tanrı niyə yaratmış? Belə xalq yaratmaqdansa, yaratmasaydı yaxşı idi!..

− İşləri, gücləri yaman-yalanlıq…

− Alçaq, qorxaq həriflər!..

− Uzaqdan çinlilər gəlir.

Onbaşı Parsın iti gözləri çox uzaqdan gələn Şen-kinqlə üç Çin zabitini seçmişdi. Çinlilər olduqca sürətlə at sürürdülər. Onlara yanaşınca yavaşıdılar. Bir-birləri ilə danışırdılar. Yamtarla Pars heç sevmədikləri çinlilərin üzlərini görməmək üçün onlara arxalarını çevirdilər. Şenq-kinq bu zaman Van-zin-şana tərəf əyilərək nəsə söylədi.

O da gülümsəyərək atını döndərdi və iki onbaşının yanına gəldi:

− Sizi salamlayıram, igidlər! − dedi.

Pars əhəmiyyət vermədi.Yamtar tərs-tərs baxdı. Van-zin-şan gülümsəyərək:

− Uca bəyimiz Şen-kinqdən izn aldım. Sizinlə ar ötüşdürmək istəyirəm. Özünüzə güvənirsinizmi?

Yamtar çaşdı:

− Başa düşmədim, sənmi yarışacaqsan? Kiminlə yarıçacaqsan?

− Sizinlə…

Pars cavab verdi:

− Ötükəndə çocuq yoxdurmu? Sən onlarla yarış!

Çinli gülürdü:

− Uca bəyimiz mənə bir qızıl axça verdi. Yarışı udan axçanı alacaq.

− Uca bəyinizin canı bizə bir qızıl axça verməkmi istəyir?

Çin zabiti meydan oxuyurdu:

− Özünə güvənən ər meydana çıxar!

İki onbaşı baxışdılar. Çinli onları yarışa cəlb etməyə çalışırdı:

− Türk əsgərləri yarışdan çəkinərmi? İndi üçümüz atları mahmızlayıb sürərik. Bu gəldiyimiz yerdə

uca bəyimizin otağına varmadan öncəki təpəyədək gedər, sonra yenə buraya qayıdarıq. Qızılı birinci gələn alar.

Pars çinliyə dik-dik baxdı:

− Elə isə qızılı bizə ver. Biz sonra Yamtarla yarışarıq. Udan qızılı alar, – dedi.

− Bəyimiz ikinci üçün də bir gümüş axça verdi.

− Onu da bizə ver. Üçüncü üçün bir şey veribsə, onu özünə götür.

− İgid! Sən çox yüksəkdən danışırsan, amma qorxuram yarı yolda qalasan!

Pars bu gözəl, qarlı havada Şen-kinqin də yarışa girməsini təklif edəcəkdi. Bunun üçün başını ona tərəf çevirdi. Amma qıribə idi: Şen-kinq yanındakı iki çinli ilə birlikdə düzənlikdə atını sürüb uzaqlaşmışdı. Yarışı seyr etmədikdən sonra necə axça təklif edirdi? Parsın beynində bir şimşək çaxdı.

Sonra çinliyə tərəf dönərək:

54

− Sən Yamtarla yarış. Mən burada sizi gözləyirəm, − dedi.

Yamtar bir az irəlidə otlayan atına sıçradı. Çinliyə:

− Yüz addım irəliyə get. Sənin atın yorğundur.

Pars qırmancını qaldırıb endirincə “Yarışa başlayırıq” – dedi.

Van-zin-şan yüz addım irəliyə getdi. Başını çevirərək işarə gözlədi. Pars qamçısını yuxarı qaldırmışdı. Birdən-birə sürətlə endirdi. İki at götürüldü.

Pars bir müddət atların axasınca baxdı. Sonra tələsik öz atına mindi. Çinli ilə Yamtarın getdikləri istiqamətin tam əksinə dördnala sürdü. Çinli bəylə yoldaşlarının izlərinə düşmüşdü.

Onbaşı qar üzərində atını böyük sürətlə çaparkən gözləri ilə üfüqü axtarırıdı. Onun düzənlikdə

belə ildırım kimi uçmasına çinlilər səbəb olmuşdu. Pars, bu çinlinin gəlib yarış təklif etməsindən, nədənsə, şübhələnmişdi. Hələ yarışın bu yana doğru deyil, o biri yana tərəf olması onu büsbütün yerindən oynatmışdı. Pars çox yaxşı bilirdi ki, arada xeyri olmasa, çinli pul xərcləməz. Hələ bu yarışda Van-zin-şanın şübhəsiz məğlub olacağı məlumkən bir qızıldan keçməsində, çinli bəyin əlbəttə, pis bir niyyəti vardı. Pars bunları düşündüyü üçün yarışa girməmiş çinlilərin ardınca düşmüşdü. Onun üçün ən böyük iş çinlilərin arxasınca getmək deyil, çinlilərin getdiyi yerə yetişmək idi. Onbaşı uzaqdan atlıları görüncə atını qamçıladı. İldırım kimi enərək çinlilərin yanına gəldi. Üç çinli kürən bir ata minmiş olan Almılanın qarşısında durmuşdular. Gözəl Almıla hər zamankı sakit və biganə halı ilə

onlara baxırdı. Parsın yetişdiyini görüncə gülümsədi.

Onbaşı atını Şen-kinqin düz qarşısına sürərək dayandı. Susaraq baxışdılar. Sonra Pars Almıladan soruşdu:

− Sənə bir şey dedilərmi?

− Çin bəyi haraya getdiyimi soruşdu.

− Nəyinə gərəkmiş?

Pars çinliyə dik-dik baxdı. Sonra onun üzünə tüpürürmüş kimi belə dedi:

− Bilmirəm.

− Çinlisən, çoxbilmiş deyilsən.

Şen-kinq gülür, bu türkü ələ salmaq istəyirdi. Yuxarıdan aşağı baxaraq onbaşıdan soruşdu:

− Hardan bildin?

− Yarışı araya salaraq bizi buradan uzaqlışdırmaq istədin, amma olmadı.

− Sənə bu ağlınla uca bir tarkan olman gərəkdir.

− Sənin kimi bir bəy olmaqdansa, olmamaq yaxşıdır…

Şen-kinq istehza etmək istərkən acı həqarətə məruz qaldığından qızardı. Bir an özünü qayğılı kimi göstərdikdən sonra bağırdı:

− İrəli getmə! Sonra qan olar.

− Nə olar. Qanının rəngini görərik.

− Qarşında üç nəfər dayandığını unutma! Buradan sağa dönə bilməzsən!

− Üç nəfərsinizmi? Çox azsınız!…

Şen-kinq qəzəblə qılıncını çəkdi. Onu görüncə iki çin zabiti də elə etdi. Amma onbaşı Pars eyninə də almadı. Çin bəyinə dedi:

− Mənim yerimə üçünüzlə Almıla döyüşsə, olarmı?

Böyük bir soyuqqanlılıq və ciddiyyətlə verilən bu sual Şen-kinqi özündən çıxardı, hayqıraraq onbaşının üstünə cumdu. Pars, atını çevik bir hərəkətlə dəhmərləyib onun bu hücumunu boşa çıxararkən qılıncını çəkdi. Dörd atlı bir-birinə qarışdı.

Döyüş başlamışdı.

Pars heç təlaş etmir, usta bir döyüşçü olduğunu göstərən hərəkətlərlə qılınc oynadırdı. Çinlilər bağırışır, hücum edir, Parsı mühasirəyə alır, qılınc oynadır, amma vura bilmirdilər. O, yalnız endirilən zərbələri geri qaytarır, durmadan at oynadırdı. Almıla at üzırində gülümsəyərək döyüşü seyr edirdi: bu savaşdan xoşhal olduğu sifətindən bəlli idi.

Bu zaman döyüşçülər ona yaxınlaşınca dilləndi:

− Pars! Üçünü də təpələyə bilməsən, gözümdən düşərsən ha!

Pars, qılınc çaqqıltıları arasında cavab verdi:

− Narahat olma! Yoruldular.

55

Bir az sonra çinlilərdən biri hayqıraraq atından yerə sərildi. Yarası böyük deyildi, bu, bir çinli qorxaqlığı idi. Onbaşı Parsın da üzündə incə çapıqlar vardı, amma əhəmiyyət vermirdi. Özündən çox atını qorumağa çalışırdı. Almıla yenidən dilləndi:

− Pars! Yaxşı aşıra bilmədin!

Amma Almılanın gözləri yerə sərilən çinliyə sataşınca sözünü kəsdi. Çünki yaralı çinli ayağa qalxıb yayını gərirdi. Atacağı ox Parsı vurmasa belə, atını yaralayacaq; Pars iki atlıya qarşı piyada döyüşməyə məcbur olacaqdı. Almıla bunu görüncə ondan 30 addım aralıda duran çinlinin üstünə

dördnala sürdü. Çinli bu hücumu görüncə yarım bir dönüş etdi və oxunu Almılaya atdı. Atın köksünə

saplanan ox onu yerə yıxarkən Almıla da atın üstündən qarın içinə yıxıldı. Bu düşmə kəskin olsa da, yumşaq qar onu qorumuşdu. Çinlinin yanında yerə düşən Almıla böyük çevikliklə sıçrayaraq ayağa qalxdı və çinliyə hücum etdi. Aralıda üç kişi at üstündə çarpışarkən bu ikisi də yerdə boğuşmağa başladı. Onsuz da sol qolundan qılınc yemiş olan çinlini Almıla ilk hücumda qatlayıb dizinin altına qoydu və iki əli ilə boğazından yapışdı. Çinli əlləri ilə Almılanın biləklərinə sarılaraq özünü boğulmaqdan qurtarmaq üçün çabaladı. Bacarmayınca son bir sürətlə belindəki bıçağa əl ataraq Almılanın üzünə atdı. Gözəl Almılanın yanağı başdan-başa cızılmış, qan axmağa başlamışdı. Gənc qız yaralanınca çinlini buraxıb ayağa qalxdı. Çinli də o dəqiqə yerindən sıçradı. Almıla bıçağını çəkmişdi.

Bir-birlərinin ətrafında fırlanmağa başladılar. Sonra Almılanın onun üstünə atılması ilə yenə döş-döşə

gəldilər. Çevik bir zərbə ilə çinlini yerə çalan Almıla sol əli ilə onun bıçaq tutan sağ əlini, yıxılarkən dizi ilə də o biri qolundan basdı. Sonra sürətlə qaldırdığı bıçağını sapına qədər boğazına sapladı. Hərif çabalayıb gəbərirkən ayağa qalxan Almıla qarşıdan bir atlının dördnala onlara doğru gəldiyini gördü.

Onbaşı Pars hələ ki, çinli ilə vuruşurdu. Qarşıdan ildırım kimi şığıyan atlı döyüşçülərin yanına gəlincə

durub bağırdı:

− Bu nə deməkdir? Endir qılıncı!

Almıla üzündən, Pars da səsindən bunun Kür Şad olduğunu tanıdılar. Həmin an qılıncı endirən Pars, Kür Şada dönmək istədi; bunu fürsət bilən Şen-kinq qılıncını endirmiş olan Parsa bir zərbə

vuraraq onu qolundan yaraladı. Pars can acısı ilə atının yanına sərildi və inlədi.

Çin bəyinin bu xainliyini görən Kür Şad ona doğru at sürdü.

− Sən mənim qılınc endir, deyə əmr etdiyimi eşitmədinmi? – deyə soruşdu.

Sonra onun cavab verməsini gözləmədən qamçısı ilə Şen-kinqin üzünə elə bir zərbə vurdu ki, Çin bəyinin söz deməyə taqəti çatmadı, atdan düşərək qarın üzərinə sərilə qaldı. O biri çinli bunu görüncə həmin an yerə atıldı. Diz çökərək Kür Şadı salamladı.

Kür Şad ətrafına baxdı. Üzündən qanlar axdığı halda ona baxan Almılanı, yaralı qolundan tutaraq özünü toplamağa çalışan Parsı, yerdə ölü yatan çinlini nəzərdən keçirdi. Dördnala at sürərkən bu gözəl qızın çinlini öldürdüyünü görmüşdü. Soruşdu:

− Qız, sən kimsən?

− Minbaşı İşbara Alpın qızı Almılayam.

Kür Şad ona simsarlığı çatan gənc qıza gülümsədi:

− Niyə vuruşdunuz?

Almıla olub keçəni anlatdı.

− İşbara Alpın qızı olduğun bəllidir. Necə döyüşdüyünü də gördüm. Polad ürəkli, bahadır qızsan.

Səni bəyəndim!

Sonra Parsa dönərək soruşdu:

− Sən kimsən?

Üst-başı qan içində olan Pars atından atıldı. Yerə diz vurub Kür Şadı salamlayaraq:

− İşbara Alpın onbaşılarından Parsam, − deyə cavab verdi.

− İlk hücum edən kim oldu?

− Onlar…

Kür Şaddan yediyi qamçı ilə bayılıb düşən Şen-kinq yavaş-yavaş özünə gəlirdi. Kür Şad nifrət dolu baxışlarla ona baxaraq dedi:

− Bu sənin qulağında sırğa olsun! Burada dəyərsiz olduğunu unutma. Bir də ədəbsizlik etməyə

qalxsan sənin o murdar canını cəhənnəmə göndərərəm. Sonra Parsla Almılaya döndü: 56

− Almıla! Atını öldürən çinlinin atı sənindir. O birilərin atları da onbaşınındır. Mən yetişməsəydim, Pars ikisinin də payını vermişdi. Atları verməklə borclarının hamısını ödəmirlər.

Haydı gedin!

Almıla ilə Pars Kür Şadı salamlayaraq atları götürüb yola düşdülər. Şen-kinq yoldaşının köməyi ilə ayağa qalxmışdı. Kür Şad:

− Çin bəyləri təkbətək vuruşmağı bilirmi? − deyə soruşdu.

– Biləyinə güvənirsənsə gəl, səninlə qılınclarımızı bir sınayaq!

Çinli bir səs çıxarmadı. Kür Şad səsini daha da sərtləşdirdi:

− Mən də piyada olacağam. İstəyirsiniz, ikiniz birdən vuruşun. Ürəyiniz möhkəmdirmi? Lap istəyirsiniz qalxanımı da atım, yalın qılınc vuruşaq. Dəbilqəmi də ataram.

Çinlilərdən boş yerə cavab gözləyən Kür Şad onların bu susmağı qarşısında üzünü turşutdu:

− Siz alçaq, ürəksiz adamlarsınız. Ancaq bir neçəniz bir araya gəlincə bir qadının ardınca gedə

bilirsiniz, − dedi.

Sonra atını sürətlə sürərək uzaqlaşdı.

Van-zin-şan ilə yarışı udub qızılı alan Yamtarın ilk işi Parsı axtarmaq oldu. Onun yaralanıb çadırında yatdığını öyrənincə bir şey anlamayaraq atını oraya səyirtdi. Qapıdan içəri girincə Parsın yatdığını, ətrafında Almıla ilə Sançarı, Süləmiş Arıq Buğanı, Göy Börü və Üç Oğulun toplandığını gördü. Parsın bənizi saralmışdı. Ağ saqqallı bir həkim onun yaralı qolunu dağlayırdı. Yamtar:

− Nə oldu, Pars? – deyə bağırdı.

Pars yorğun bir səslə:

− Çox qanım axdı, yoruldum, − deyə cavab verdi.

Yamtar ətrafına baxındı. Almılanın üzündəki yaranı görüncə gözlərini açdı:

− Bir-birinizlə qılınc oyununamı çıxdınız? – deyə soruşdu.

Onbaşı Üç Oğul olanları qısaca Yamtara anlatdı. Həkim işini görüb qurtarmışdı. Bu zaman bayırda bir gurultu, bir şaqqıltı eşidildi. Minbaşı İşbara Alp iti addımlarla içəri girdi. Onbaşılar yerə diz vurdular. Həkim əlini bağrına basaraq baş endirdi. İşbara Alp, yatağından qalxmağa çalışan Parsa əli ilə uzanmasına işarə edərək həkimə dedi:

− Necədir? Yarası dərindirmi?

− Uzun yol gəldiyi üçün çox qanı axmışdır. Bu yara qapanar. Çox kımız içərsə, bədəni güclənər, ölməz.

Onbaşılar bir-birinə baxdılar.

Minbaşı Almılaya dönərək:

− Get nə qədər kımız varsa, hamısını gətir, − dedi.

Almıla çıxarkən İşbara Alp Yamtara baxdı:

− Yamtar! Çalığı tap. Gün batmazdan əvvəl məni görsün,

− dedi. Sonra Parsa dönərək bir deyəcəyi olub olmadığını soruşdu.

Pars:

− Bir deyəcəyim yoxdur. Qızınla öyün! Döyüşüb bir çinli öldürdü. Məni də buraya kürəyində

gətirdi. Bayılmışdım, − deyə cavab verdi.

İşbara Alp getdikdən bir az sonra Almıla gəldi. Əlində kiçik bir çamçaq vardı. Parsın yanına qoydu:

− Bütün kımızımız budur, − dedi.

O zaman onbaşılar hamı birdən çıxdılar. Yamtar yarışda qazandığı qılıncı çıxararaq Sançara verdi:

− Bununla tapa bildiyin qədər kımız al. Mən Çalığı axtarmağa gedirəm, − dedi.

Onbaşılar bir-birlərindən evlərində kımız olub-olmadığını soruşdular. Heç birində qalmamışdı.

Ayaq üstə qısa bir söhbət oldu. Yeddi qoyunla iki atın yerini elədilər. Sançar bunları hər onbaşının obasından toplayıb çinlilərə atacaq, üstünə qızılı da qoyaraq hamısına kımız alıb Parsa gətirəcəkdi.

***

Axşam onbaşı Sançar yanında Almılanın keşik çəkdiyi halsız Parsın çadırına yeddi böyük çamçaq dolu kımızla girərkən Yamtar da minbaşı İşbara Alpın qarşısına çıxıb və diz vurduqdan sonra:

− Çalıq yoxa çıxmışdır. Arvadı bir neçə gündür Çalığın görünmədiyini, haraya getdiyini də

bilmədiyini söylədi, − dedi.

57

CASUS

Sançar qara qış dondurduğu halda təlimlərindən qalmırdı. Öz buyruğundakı ərləri indi də dörd günlük bir savaş təliminə çıxarmışdı. İlk günü dördnala yol getmiş, gecəynən də fırtına altında yüyürmüşdülər. Üç yedəkli atları vardı. Bu yürüşdə ov tapacaqlarını bildikləri üçün atları özləri ilə

götürmüş, ovladıqlarını atlara yükləmişdilər. Onbaşı Sançarın adını Ötükəndə hər kəs tanıyırdı. İgid döyüşçü və yaxşı əsgər idi.

Bu dörd günlük döyüş təlimlərində Ötükəndən o qədər uzaqlaşmışdılar ki, harda isə bir az da getsələr, Çinə hücum edə bilərdilər.

Dördüncü gün təlimlər bitmiş, yedəkli atları ovla yükləyib Ötükənə qayıdırdılar, yorğun idilər, fırtına və qar dayanmışdı. Göz gördükcə uzanan bu geniş çöldə atla getmək çox gözəl idi. Sançar və

əsgərlərin yorğunluqları çıxırdı. Birdən-birə döyüşçülərdən biri:

− İrəlidə bir at gedir, − dedi.

Qarşıda bir at ağır-ağır Ötükənə doğru irəliləyirdi. Sançar tez sağa, sola, önə, arxaya baxaraq, ərləri, atları saydı. Hamı yerindəydi. Yenə gözlərini irəlidəki ata dikən Sançar bir müddət baxdıqdan sonra:

− Atın üstündə bir adam da var. Ardımca tez gəlin,

− deyərək atını mahmızladı. Hamısı birdən sürətlə çatdılar.

Sançarın iti gözləri yanılmamışdı. Atın yanına çatdıqları zaman onun üstündə yaralı bir adamın olduğunu, atın yalına yataraq yıxılmamağa çalışdığını, atın üstündə güc-bəla ilə dura bildiyini gördülər. Sahibini yıxmamaq üçün at çox yavaş, tələsmədən gedirdi. Sançar yaralıdan soruşdu:

− Kimsən? Burada nə axtarırsan?

Cavab yox idi. O zaman atlılardan biri yerə atıldı. Yaralıya yaxınlaşaraq əyilib üzünə baxdı və

Sançara dönərək:

− İşbara Alpın mehtəri Çalıqdır, − dedi.

Döyüşçülər baxışdılar

Sançarın əmri ilə yerə endirilən Çalıq danışa bilmirdi. Ara-sıra gözlərini açır, sonra yenə

qapayırdı. Bəlkə də öləcəkdi. Sançar göstəriş verdi:

− Tez olun, yaralarını sarıyın!

Yaralarını dağladılar. Çalığa zorla kımız içirdilər. Sançar iki atın arasına geydirdiyi keçə ilə Çalıq üçün bir yataq hazırlatmışdı. Çalıq onun üzərinə uzandırıldı. Üstü yaxşıca örtüldü. Yola çıxdılar.

Sançar beyninin çatladacaq qədər düşünürdü. Çalıq niyə yaralanmışdı? Buralarda işi nə idi?

Sançar bu bilməcəni çözənə qədər Ötükənə çatdılar. Çalığı çadırına qoyduqdan sonra onbaşı Sançar, minbaşı İşbara Alpın yanına gedərək olanları danışdı.

İşbara Alp gəldiyi zaman Çalıq gözlərini açmışdı. Minbaşı:

− Haraya getmişdin? – deyə soruşunca Çalıq gözləri ilə işarə edərək güneyi göstərdi. Sonra huşunu itirdi.

Həkimlər Çalığı qurtarmaq üçün əlac gəzir, yaralarına məlhəm sürtür, dualar oxuyurdular.

Amma yaralı heç cür özünə gələ bilmir, hətta halı pisləşirdi.

***

Ötükənə gəldiyinin dördüncü günü Çalıq bir az yaxşılaşan kimi oldu. Onu hər gün yoxlayan İşbara Alp Çalığı yaxşı görüncə nə üçün yoxa çıxdığını yenə soruşdu. Çalıq çox çətinliklə yalnız:

− Casus, − deyə bildi və susdu.

Minbaşı qaşlarını çatmışdı. Bu casus kim idi? Çalıq hər kəlmə başı huşunu itirəcək qədər yorulmasaydı, çox söz soruşacaqdı. Çalıq o qədər gücsüz idi ki, zorla nəfəs ala bilirdi. Buna baxmayaraq İşbara bu mühüm işi aydınlaşdırmadan rahat ola bilməzdi. Soruşdu:

− Bu casus haradadır?

− Gəbərdi.

58

− Sənmi gəbərtdin?

− Bəli.

Çalığın gücü tükənmişdi. Gözləri ilə bəli işarəsi verib susdu. O qədər çarəsiz idi ki, artıq suallara cavab verə bilmirdi.

Minbaşı ilə Çalıq bunları danışarkən onbaşı Sancar Çalığın çadırında idi. Birdən- birə heyrətləndi.

Çalığa tərəf döndü:

− Bu səni görüncə qaçan hərif olmasın? − deyə soruşdu. Çalıq gülümsədi. Gözləri ilə “bəli!”

işarəsi verdi. O zaman Sançar alış-veriş evindəki yoxsul çinlini və bu çinlinin Çalığı görüncə necə

qaçdığını İşbara Alpa danışdı.

Minbaşı başını əyərək Sançardan soruşdu:

− O çinlinin casus olduğunu haradan bildin?

Sançar bunu hiss etmişdi. Cavab verməsi üçün Çalığa baxınca mehtər özündə son bir qeyrət tapdı.

Kəsik-kəsik:

− Çində əsir olarkən onu görmüşdüm. Çin zabiti idi. Bir də məktub tapdım. Atımın yəhəri altında… Torbanın içində… – deyə bildi və yenidən huşunu itirdi.

İşbara Alp Sançara baxdı. Onbaşı başa düşmüşdü.

− Arvadı atına minib ova gedib. İndi taparam, − dedi və çevrilərək atını dördnala çapdı.

***

Gün batmasına çox az qalmış Sançar qan-tər içində İşbara Alpın çadırına girdi. Salam verdikdən sonra minbaşıya bir kağız uzatdı:

− Çalığın atının yəhəri altından bunu tapdım, − dedi.

İşbara Alp burulmuş kağızı açaraq baxdı. Üzünü bürüşdürərək:

− Bu, çincə yazılmışdır. Ötükəndə bu dildə kağız kimə lazımmış? – dedi. Sonra Sançara sarı dönərək bunları söylədi:

– Sən get. Bunu sabah oxuyarıq. Kimsəyə bir söz demə!

− Buyruq sənindir!

Sançar öz çadırına yönəldi.

İşbara Alp və Sançar ağızlarını möhkəm tutsalar da “casus” xəbəri Ötükənə yayılmışdı.

Ötükənlilər kimsədən eşitmədikləri halda bunu özləri sezmişdilər. Cürbəcür söhbətlər dolaşırdı:

− Çalıq bir casus yaxalamışdır.

− Çalığı casuslar vurmuşdur.

− Çalıq bihuş olduğu üçün casusun adını söyləyə bilmirmiş.

Ötükəndəki çinlilər büsbütün qorxuya düşmüşdülər. Nədənsə, bu işdən çox hürkürdülər. Şen-kinq belə üzündəki qamçı yarasının acısını unudub bu işin üstünə düşmüşdü. Gecə vaxtı Van-zin-şanı və digər çinli zabiti çadırına aparmış, onlarla danışırdı. Belə deyirdi:

− Çindən bir casusun gəlməsi bizim üçün yaxşıdır. Çünki kağanı təhrik etmək üçün bir səbəb olacaq. Çində indiki ailəni yıxıb ailəmizi kağan edərsə, bir daha belə casus görməyəcəyinə onu inandırmalıyıq.

Van-zin-şan bu fikrə etiraz etdi:

− Xeyr, bəyimiz. Kağan casusluğu duyarsa, bizim üçün də pis olar. Çünki onun üçün Çindəki o və

bu ailədən öncə Çindən gələn casus mühümdür. Bu casus xəbəri doğrudursa, kağan artıq bizə də yaxşı gözlə baxmaz.

− Niyə baxmasın? Sən də amma qəribə düşünürsən. Bu İşbara Alpın mehtəri özünə gəlsə, casususn adını söyləsə…

− İşbara Alpın mehtəri bilirmişmi?

− Bilirmiş. Bu mehtərin çincə yaxşı bildiyini duydum. Hər halda bir şey öyrənmişdir. Casusun Çin kağanından gəldiyi açıqca məlum olsa, Qara Kağandan Çinə hücum etmək üçün izn istəyəcəyəm.

Əlbəttə, mənə qırx min, əlli min atlı verər.

− Xeyr, bəyimiz! Qara Kağan sizə döyüşçü verməz.

− Niyə?

− Hücumda qarət olunacaq malları yalnız türklərə vermək istəyir, ona görə.

− Mən malı neynirəm! Ələ keçirdiyim malı yenə Kağana verərəm. Mənə Çin kağanlığı gərəkdir!..

59

− Elə olsa, yenə verməz!

− Sən də bu gecə hər şeyin çürüyünü çıxarırsan.

Şen-kinq elə hiddətlənmişdi ki, həmin an qılıncına əl atmışdı. Yaxşı ki, Van-zin-şan tez yerindən qalxmış, özünü qapıdan bayıra atmışdı. Yoxsa o birisinin əlindən xata çıxardı. Şen-kinq ikinci Çin zabitinə tərəf döndü:

− Bu miskin hərifə birdən-birə nə oldu belə? Həddini yamanca aşmışdı. Qarşımda olduğunu unutmuşdu.

− Bəli, bəyimiz! İki-üç gündür onun halında bir dəyişiklik var.

***

Gecə yarısına doğru Ötükəndə yaman bir fırtına qopdu. Külək qorxunc fəryadla uğuldayır, qar dəli kimi yağırdı. Meşədəki qurdların birdən ulaması bu qorxuncluğu bir az da artırdı. Soyuq da kəskinləşdi. Boran, tufan, fırtına, qar, soyuq Ötükəni görünməmiş bir biçimdə çapıb talayırdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺136,99
Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
530 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri