Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bozqurdlar», sayfa 4

Yazı tipi:

− On Ox Kağanı Tünq Yabqu Kağnın baş elçisi Kül Ər Təginəm! Uca Qara Kağana kağanımın salamını, məktubunu və hədiyyələrini gətirdim. Tünq Yabqu Kağan, Qara Kağanın sağ-salamat olmasını, əsgərlərinin qılıncının kəskin, yayının qatı, ürəklərinin dəmir kimi möhkəm olmasını Göy Tanrıdan diləyir.

Sonra irəliləyərək Qara Kağana, Tünq Yabqu Kağanın məkubunu uzatdı. Bu məktub ipək işləməli bir torbaya salınmış böyük və qalın bir kağız idi. Məktubu verincə arxasında duran dörd kişiyə tərəf döndü. Bir işarə verdi. Bu dörd bəydən öncə biri irəlilədi. Yerə diz vuraraq kağanı salamladıqdan sonra əlində gətirdiyi dəridən düzəldilmiş böyük bir qutunu kağanın önünə

qoydu:

− Mən Türgit bəyi Oğulcaq Buğra Bəyəm! Tunq Yabqu Kağanın ikinci elçisiyəm. Bunları kağanımız, uca Qara Kağana yolladı, − dedi.

Dəridən düzəldilmə qutunun içi qızılla dolu idi. Oğulcaq Buğra yerinə dönüncə ikinci bəy irəliləyib kağanı salamladı:

− Mən Oğuz bəyi Gül Erkinəm. Tünq Yabqu Kağanın üçüncü elçisiyəm… Bunu Tünq Yabqu Kağan sənə yolladı. Döyüşlərdə sənə uğur dilədi, − dedi. Gül Erkinin əlində çox gözəl və dəyərli bir qılınc vardı.

32

Üçüncü bəyin sol qolunda qızıl gözlü bir ağ doğan22 vardı. Kağana doğru irəliləyib salamladı:

− Mən minbaşı Alp Kutluğam! Tunq Yabqu Kağanın dördüncü elçisiyəm. Bu, Yer Üzündə

az tapılan cins bir doğandır. Qartallarla döyüşür. Pəncəsindən quş qurtulmaz. Ox kimi uçar. Tunq Yabqu Kağan, bu doğan quşları necə tutursa, səni də düşmənlərini elə tutmanı dilədi, − dedi.

Dördüncü bəyin əlində qızıl işləməli bir yəhər vardı. Qara Kağana bunları söylədi:

− Mən Yüzbaşı Alp Çavlıyam! Tunq Yabqu Kağanın beşinci elçisiyəm. Kağanımızın sənə

göndərdiyi doqquz bədəvi at23 uşaqlarımızdadır. Bu yəhəri Tunq Yabqu Kağan sənə yolladı. Bu yəhərin üstundə uğurun açıq, qənimətlərin bol olsun, − dedi.

Qara Kağanın ərləri hədiyyələri və ağ doğanı qəbul etdilər. Sonra Kağan baş elçi Kül Ər Təginə bunları söylədi:

− Şöhrətli qardaşım Tunq Yabqu Kağanın məni unutmamasından çox sevindim. Hələ

göndərdiyi misilsiz hədiyyələr! Onun iti ağıllı, yüksək bilikli, vuran qollu, sərt qılınclı kağan olduğunu yaxşı bilirəm. Mən də onun kimi olmaq istərdim. Hamımız Bozqurd ailəsinin oğulları olduğumuzdan aramızda ayrılıq, ziddiyət yoxdur. Səni də Kül Ər Təgin, öz igidlərimdən, təginlərimdən ayrı tutmuram… Burada sizi öz bəylərim, öz əsgərlərimlə bərabər tuturam. Tunq Yabqu Kağanın məktubunu oxuduqdan sonra sizinlə yenə görüşəcəyəm. Hələlik çadırlarınızda dincəlin. Arzu etdiyiniz bir şey olarsa, Tunqa Təginlə minbaşı İşbara Alpa söyləyin. Onlar hər diləyinizi yerinə yetirərəcklər.

Qara Kağan ayağa qalxanda camaat tərəfindən alqışlandı. Elçilərə hörmətlə yol verdilər.

Qara Kağan öz çadırına çəkilib yalnız qalanda Tunq Yabqu Kağanın məktubunu açdı:

“Mən Tunq Yabqu Kağan, bunu Qara Kağana yazdım. Sənin sağ-salamat olmanı Tanrıdan diləyirəm. Bir gövdədə bir can, bir başda bir beyin olduğu kimi, bir eldə də bir kağan olur. Biz Türk elində iki kağan olduğu üçün el obamız yoxsul qalır, getdikcə azalır. Bir eldə “baş” çoxalarsa, camaat azalar. Qədimdən Türk elində bir kağan varkən işlar yolunda idi. Yeridilən əsgər ilə ölkəyə mal, davar gətirilirdi. İndi Türkün gücü iki yerə ayrılıb. Adamlar bir-birindən şübhələnir. Xarici düşmənlərimizə qarşı bir bayraq altında birləşsək, xalq da qazanar, biz də güclənərik. Baş elçim Kül Ər Təgin ilə sənə beş min qızıl, uca dədəmiz İstəmi Kağan tərəfindən alınmış dəyərli bir qılınc, bir ağ doğan, doqquz bədəvi at göndərirəm”.

Qara Kağan, məktubu oxuyunca qalxıb çadırda gəzişməyə başladı. Çox düşüncəli olduğu üzündən bəlli idi. Kağan olandan bəri Türklərin könlünü qazana bilməmişdi. Xalqı bir az varlandırıb qarnını doyurmaq gərəkdi. Əcaba, indi bu fürsətin zamanı gəlmişdimi? Kağan bunu düşünür, doğru bir qərara gələ bilmirdi. Gənəşməkdən başqa bir yol yox idi. Qapını açdı, növbədə

olan bəylərdən birinə göstəriş verərək, Katunun otağına doğru yeridi.

Katun, əslində, Qara Kağanı gözləyirdi. Maraqlanıb Qərb Kağanının nələr yazdığını öyrənmək istəyirdi. Qaradinməz sərt kağandan doğrudan- doğruya, sual verməklə bir şey öyrənə

bilməyəcəyini yəqin etdiyindən şirin dilini işə salmağı vacib sandı. Kağanı üzüntülü görüncə

soruşdu:

− Qara Kağan! Qəlbinə dəyəcək bir şeymi oldu?

− Xeyr!

− Ona cavab veəcəksənmi?

− Bəli!

− Birləşəcəksənmi?

− Bunu qurultay həll edəcək.

İçinq Katun, kağanın göründüyü qədər qəzəbli olmadığını fərq etmişdi. Ondan daha çox şeylər soruşmağın vaxtı çatmışdı:

− Kağan, sənin mənə bir vədin vardı.

− Nədir?

22 Doğan − vəhşi ov quşu, qızıl quş.

23 Bədəvi at − yorğa gedən cins at.

33

− Çinə hücum edib Tanqları yıxmağa, yerinə mənim soyumu hakimiyyətə gətirməyə söz vermişdin.

− Yenə həmin fikirdəyəm.

− Nə zaman?…

− Vaxtı gələndə!

− Bu vaxt nə zaman gəələcək?

− Məqamı çatanda Qərb Kağanı ilə sözümüz tutsa, Çinə hücum edəcəyik.

− Tanqları yıxacaqsan, eləmi?

− Bu iş o qədər də asan deyil.

− Niyə?

− Onda çəx qan tökülər.

− Qan tökməkdənmi çəkinirsən?

− O töküləcək qan həmdə Türkündür.

İçinq Katun işin çətinə düşdüyünü gördü. Kağanı təhrik üçün onu suala çəkdi:

− Bir türk kağanı türklərin döyüşdə axacaq qanını düşünərmi?

− Yurd qorumaq naminə olarsa, düşünülməz. Faydasız işlər üçün olarsa, düşünülər.

− Mənim nəslimin Çində kağan olma fürsətini faydasız işmi hesab edirsən? Yanılırsan, uca kağan! Mənim ailəm Çində kağan olarsa, əvvəla, Çindən torpaq alacaqsınız. Sonra Çin şəhərlərində

türklər sərbəst ticarət edəcəklər Sonra da Çin hər il sənə buğda, darı, qumaş yollayacaqdır.

− Sizin verəcəyiniz qədər torpağı biz qılıncımızla da ala bilərik. Ticarət isə bizə bir şey gətirməz. Alış-verişdə istənilən zaman çinlilər türklərin başını qatıb aldadırlar. Ona görə də

sizinlə ticarət etməmək yaxşıdır. Ərzaqla qumaşa gəlincə, bunu biz, onsuz da hər hücumda Çindən öz gücümüzlə alırıq. Döyüşdən məqsəd xalqa qazanc gətirməkdir. Qazanc olmayan yerdə türkün qanı axıdılmamalıdır.

− Elə isə Çini bütünlüklə alıb bu sərvətin hamısına birdən sahib olmaq daha yaxşı olmazmı?

− Biz bütün Çini ala bilmərik.

− Niyə ala bilməzsiniz? Əsgərləriniz bu qədər qorxmaz, mərd ikən siz nə üçün Çini almayasınız?

Qara Kağan sərt bir baxışla Katuna baxdı. Səsini bir az da yüksəldərək soruşdu:

− Çində nə qədər insan yaşayır?

− 4.000 tümən!24

− Bəs bizdə neçə nəfər?..

− Bilmirəm.

− 200 tümən. Qərb Kağanında da bir o qədər əhali olduğunu nəzərə tutsaq, bütün Türk elində 400 tümən adam olar. Demək ki, mən Qərb Kağanı ilə birləşsəm, on çinliyə qarşı ancaq bir əsgər çıxara biləcəyəm. Halbuki Qərb Kağanı mənə əsgər verməz. Əsgər verməsi özünə

qalsın, yağılıq göstərməsin. O, mənə düşmənçilik etməyincə, mən də qərb sərhədlərindəki bütün əsgərlərimi könül rahatlığı ilə oradan çəkə bilərəm. Bu qədər əsgərlə Çin alınarmı? Alınar, amma böyük meydan savaşında! Çində qalalar, divarlar olmasa, Çini bir ucundan girib, o biri ucundan çıxmaq çətin deyil. Amma çinlilər meydan savaşına girməz ki; qalalarda gizlənirlər. Bir qalaya 1000 nəfər girincə 10.000 nəfərlik bir ordunun qabağını aylarca kəsir. Sonra da, tutalım, Çini aldıq, sonu nə olacaq? Çini hər kəndinə, şəhərinə bir neçə türk əsgəri qoysam, iki nəsil sonra yer üzündə türk qalmaz.

− Bilmirəm, sən mənə söz vemişdin.

− Mən sənə Çinə basqın etmək üçün söz vemişdim. Bu sözümün üstündə duracağam!

24 Tümən − on min.

34

ONBAŞI SANÇAR

Onbaşı Sançar tarlasını şumlayırdı. Torpaq yaş olduğu üçün rahat çevrilirdi. Üzü, hər zaman olduğu kimi sərtdi. Bununla bərabər minbaşı İşbara Alpın onbaşıları arasında az-çox yenə də onun vəziyyəti yaxşıydı. Heç kimi yoxdu. Bir neçə baş qoyunu ilə atı ona rahat güzəran keçirməyə yetirdi.

Çadırında təkbaşına səssiz bir həyat sürər, çox danışmağı sevmədiyi üçün də tənhalıqdan sıxılmazdı.

Onbaşı Qara Budaq, onun dayısının oğlu idi. Qoyunlarının yunlarını qara Budağın anasına verər, o da bunu əyirdikdən sonra Sançara yetəcək qumaş toxuyar, qalanını özü alardı.

Sançar az danışdığı kimi az da yeyərdi. Yamtar onun bu halına çaşar, necə yaşadığını anlamazdı.

Onbaşı Sançar həm də zəngin sayıla bilərdi; çadırında bir çox qılınc, yay, bıçaq, ox qınları vardı.

Bunların bir qismi atasından qalmış, bir qismini də özü savaşlarda ələ keçirmişdi. Indiyə qədər başı dara düşmədiyi üçün evinin əşyasından heç birini satmamışdı. Hələ kürkləri o qədər çoxdu ki, bəlkə

Qara Kağandə belə bu qədər kürk olmazdı.

Gənc onbaşının soyuqqanlılığı bundanmı irəli gəlirdi? Xeyr! Onun çadırında 20-yə qədər dəyərli kürk, qızıl işləməli bir qılınc, gümüşdən bir çamçaq, bir çox dəyərli silahlar olmasa belə yenə həminki Sançar olacaqdı. Onun üçün azın-çoxun mənası yoxdu.

Sançar arada bir öz döyüşçülərini toplayar, onlara savaş təlimləri keçərdi.

Bu təlimlərdə savaşda olduğu kimi, eləcə komanda verərdi. Bəyəndiyini öyüb, bəyənmədiyini söyməzdi. Onbaşının bəyənmədiyi nədir? Hansı şeydən ötrü qəribsəyir, sevinirmi, mütəəssir olurmu, bunlar bəlli olmazdı. Bu gün axşama qədər tarlasında çalışmışdı. İşini bitirəndən sonra tarlaya bir nəzər saldı. Sabaha çox az iş qalırdı. Qayıdacaqdı. Bu zaman Fu-lin göründü. Fu-lin Çinli qadın idi.

Hər kəsə onun Çin bəylərindən birinin qızı olduğunu söylərdi. Bunu Ötükəndə Sançardan başqa duymayan qalmamışdı. Əri zəngin bir Çin taciri idi. İşini o qədər bilirdi ki, bir hücumda çılpaq, yoxsul bir vəziyyətdə əsir düşüb Ötükənə gəldikdən sonra çox keçmədən burada zəngin olmuşdu. Ötükən türkləri onun adını bilməzdilər. Buna görə də onu eləcə “Bay” deyə çağırardılar. Bay Çinli yalnız türkləri ticarətlə deyil, hətta öz soyundan olanları da qumarla soyurdu. Türklər alış-verişdə

uduzduqlarının fərqinə varmırdılar. Amma qumarda uduzan çinlilər ondan əvəz çıxırdılar. Indi onbaşı Sançar işini-gücünü bitirib tarlasına baxdığı zaman oraya yanaşan Fu-lin həmin Bay Çinlinin arvadı idi…

Onbaçı Sançarın sərt üzü çinliləri çox qorxutduğu halda Fu-lin heç çəkinmədən ona yaxınlaşdı.

Gülərək:

− Avand olsun, onbaşı Sançar, nə edirsən? − dedi.

Sayıb hesablasan, gündə on sözdən artıq danışmayan Sançar iyirmi illik həyatında indiyə qədər heş bir çinliyə bircə söz də deməmişdi. Ara-sıra ona söz söyləyən, yaxud salam verən çinlilərə də

cavab qaytarmazdı. Onun üçün Fu-linə əhəmiyyət vermədi. Amma qadın hələm-hələm durub gedənə

bənzəmirdi. Sözünü təkrarladı:

− İşin yüngül olsun, onbaşı Sançar, nə edirsən?

Sançar bu alxışı da da cavabsız buraxdı. Qadın, Sançarın yaxın qonşularından olduğu üçün onun xasiyyətini yaxşı bilirdi. Onbaşı onun “yüngül olsun” deməyinə əslində əsəbiləşməli idi. Çünki onun üçün yüngül olmayan iş yox idi. Fu-lin sözünü bir daha təkarladı:

− Onbaşı Sançar, nə edirsən?

− Görmürsənmi nə işlə məşğulam?!

Bu sərt cavab qadını sevindirdi. Hər halda tilsim qırılmışdı. Axı Sançardan bundan yumşaq bir cavab gözlənilməzdi. Qadın artıq tarlaya girmişdi. Nazlanaraq yeni bir sual verməyə cəsarətləndi:

− Tarlada nə var?

− Torpaq, daş, ot, soxulcan… Bir də sən!

Fu-lin bu sözə əhəmiyyət də vermədi. Onbaşıya bir az da yaxınlaşdı:

− Sənə bir şey söyləyəcəyəm.

35

− Söyləməsən yaxşı olar.

− Niyə?

− Çinli sözündən iyrənirəm.

Qadın çox arsız davranırdı; bu ikrahlı sözlərdən incimir, Onbaşı Sançara yaxınlaşır, bir az da irəli soxulub, işvə-naz atırdı. Bu qadın bir Çin gözəli idi, incə, solğun bir üzü vardı. Gözəlcə də

ətirlənmişdi.

− Onbaşı Sançar! Sənə mühüm sözüm var.

Onbaşı yenə fikir vermədi. Qadın gülümsəyərək ta yanına qədər gəlib ona sığınmaq istədi:

− Onbaşı Sançar! Sənə vacib bir şey söyləyəcəyəm. Heç güman etməyəcəyin bir şey!..

Birdən-birə Sançarın göz bəbəkləri böyüdü:

− Hə!.. Yoxsa, mənim igidlərimin birisimi atdan yıxldı?

− Yox, canım! Burada nə var ki? Çox mühüm bir şey…

− Qara Kağanmı öldü?

− Xeyr, ondan da mühüm!

− Eləsə, tez söylə!

Fu-lin işvələnib naz satmağa başladı. Qollarını Onbaşının boynuna dolayaraq:

− Mən sənə vurulmuşam, − dedi.

Onbaşı büsbütün çaşdı:

− Bundan mənə nə!… Sən o deyəcəyin mühüm şeyi söylə!

Qadın sarsıldı. Təzədən gülümsəməyə çalışdı, başını Sançarın köksünə yaslandırdı:

− Mühüm olanı söyləmədimmi: Səni sevirəm!

− Söyləyəcəyin buydumu?

− Buydu… Sevinmədinmi?

Sançar, ondan sevgi gözləyən qadını özündən kənara itələdi. Fu-lin bir neçə addım geriyə

səntirləyib yumşaq tarlaya yıxıldı. Düşdüyü vəziyyətdən sərsəmləmişdi.

Sançar bağırdı:

− Ağlınımı itirdin? Bir türk əsgərinin atdan yıxılması, Qara Kağanın ölməsi mühüm deyil, sənin mənə könül verməyinmi mühümmüş? Dəli olmusan! Çinə hücum edib atanı, ananı, soyunu, sülaləni çapıb taladığım, malını-mülkünü, yurdunu qarət etdiyim üçünmü mənə vurulmusan?

Sançar geri döndü. Çadırına yönəldi. Artıq gün batmışdı. Fu-lin düşdüyü yerdən qalxdı. Qızın üzü yavaş-yavaş dəyişdi. Təbəssümləndi. Sonra dodaqlarının arasından bunları pıçıldadı:

− Gələrsən, bir gün sən də yola gələrsən, onbaşı Sançar! əvvalkilər də öncə sənin kimi idilər.

görüşərik…

MƏSLƏHƏT…

Qurultay qurulmuşdu. Kağan Qərb Kağanından gələn məktubu oxuması üçün Kür Şada uzatdı.

Məktub oxunduqdan sonra kağan sözə başladı:

− Türk bəyləri! Ağıl ağıldan üstündür. Bu barədə nə düşünsəniz, gərəkli nə fikriniz varsa, söyləyin, gənəşək, məsləhətləşək! Olar ki, məsləhətləşib doğru yolu tapar və ona münasib də iş

görərik.

Bəylərdən biri söz istədi:

− Qara kağan! İzn ver. Deyəcəklərim var.

Bu, yaşlı bir bəy idi. Saçına, saqqalına dən düşmüşdü. Alnında, üzündə qılınc çapıqlarının izləri qalmışdı. Düşünmədən söz söyləmwk istəyən bir tövrü vardı. Amma söyləydiyi sözlər gözəldi:

− Mən Qərb turk elini yaxşı tanıyıram. Arvadım da oralıdır. Onlar bizdən güclüdürlər. Ən yaxşı atlar da oradan çıxır. Qərb elində aclıq olmaz. Ətirli, gözəl növbənöv meyvələri var. Onların tarlaları məhsuldar, meşələri genişdir. Tunq Yabqu Kağanın sözlərini olduğu kimi qəbul etməliyik. Qədimdən Türk elində tək kağan varkən xalqın boğazı tox, arxası möhkəm, düşməni də

azdı. El ikiyə bölününcə hər şeydən əvvəl bir-birinə yan baxmağa başladılar. Çinə gedən türklər hələ türklüklərini unutmadıqları zaman belə bizə neçə qılınc çəkməyə başladılarsa, Şərq Türk eli ilə Qərb eli də, belə gedərsə, bir-birini çinli kimi görəcəklər. Mənə qalarsa, Tunq Yabqu Kağana 36

elçi göndərək. Bir andlaşma edək, sülh bağlayaq. İki kağan bir-birinə düşmənçilik etməyəcəklərinə and içsinlər, bizə at və yaxşı silah yollasınlar. Biz də onlara çindən aldığımız ipək yollayaq. Kağanlar savaşlarda bir- birinə əsgərlə də kömək göstərsinlər.

Qara kağan o biri bəylərə baxdı. Tunqa Təgin söz aldı. Dedi ki:

− Tunq Yabqu Kağan bizdən güclü imiş. Güclülər güclülərlə birləşmək istər, biz də ona gücümüzü göstərərik. Elçiləri bu qış necə olsa burda saxlayacağıq. Yaz gəlincə, Çinə hücum edək.

Elçilər əsgərimizi, gücümüzü görsünlər, ondan sonra biz də oraya elçilərimizi göndərək. Tunq Yabqu Kağan bizim də güclü olduğumuzu görərsə, andlaşmağı daha çox istər, bizə güvənər.

Bizə ülfət göstərər.

Bu sözlərdən sonra qurultaydakı bəylərin ən gənci olan Kür Şad söz aldı:

− Deyilənlərə mən də şərikəm. Elçilərə gücümüzü göstərək. Sonra andlaşma edək. İki kağan bir-birinə yardımçı olsun. Yalnız bir şeyi unudursunuz !

Hər kəs bir-birinə baxdı. Deyiləni başa düşməmişdilər. Kür Şad davam etdi:

− Ötukəndə türklərin yarısı qədər də çinli olduğunu elçilər görməyəcəkmi?

Kür Şad bu sualı verincə ortalığa səssizlik çökdü. Nə demək istədiyini yenə anlamamışdılar.

Kağan cavab verdi:

− Qoy görsünlər! onlardan əsir aldığımızı başa düşərlər.

− Xeyr, belə başa düşməzlər. Bunlara əsir deməzlər.

Bir bəy soruşdu:

− Nə deyirsən, Kür Şad? Bu çinlilər bizim əsirlərimiz, kölələrimiz deyilmi?

− Əsirlərimizdir. Amma Ötükəndə aşağı-yuxarı türklərlə bərabər hüquqda yaşayırlar. Əsirə bənzər halları yoxdur ki.

Kağan yenə soruşdu:

− Kür Şad! Fikrini açıq de.

− Demək istədiyim bu: Burada çinlilərin şeypuru da bizimki qədər ötür. Qara Kağan taxta oturduğu gün otağının ardında döyüş gedirdi. Çinli mehtərləri bir türk əsgəri ilə döyüşürdülər.

Əvvəllər çinlilər buna cürət edə bilərdilərmi? Çinlilər bu gücü hardan alırlar? Bu Çin bəyi Şen-kinq kimdir? Hay deyəndə Katunun, hətta kağanın otağına gedir, türk bəyləri ilə bərəbərmiş kimi danışır?

− Şen-kinq əsir deyil, qonaqdır.

− Qonaqdır, amma çinlidir. Çinli əsirkən də, qonaqkən də yenə öz çinliliyində qalır. Qonaq olsa belə onu biz çağırmadıq ki?! Öz xalqına yaramayan, bizim işimizə yararmı? Sonra onun yoldaşı Van-zin-şan? Ötükənin hər yerində dolaşır. Hər yerə girib-çıxır. Ondan sonra da Çen-kinqlə baş-başa verib danışır.

− O da qonaqdır. Gəzsə, nə olar?

− Qonaqsa nə haqla, əsir çinlilərlə oturub durur. Onlarla nə danışdıqlarını bilirsinizmi?

− Bilsək nə olasıdır? Çinlilər nə danışır ki? Ya çalğı, ya qadın, ya pul…

− Təkcə bunlardan söz getmir. Bir də hiylə… Bu çinlilərin casusluq edib-etmədiklərini düşündünüzmü heç?

Bəylərlə kağan dikəldilər, hamısının qaşları çatıldı. Kağan soruşdu:

− Çinli bəy casusmu? Necə ola bilər? Çində öz ailəsi kağan deyil ki…

− Bunun nə mənası varmış? Ötükəndə Bozqurdlar yıxılıb, yerinə Doqquz Oğuzlar, karluqlar kağan olsalar belə mən yenə Çinə düşmən olardım. Mənim görə biləcəyimi işi, çinli bəyi niyə etməsin?

Aralığa bir ölüm səssizliyi şökdü. Kağan Kür Şada, bəylərə bir-bir diqqətlə baxırdı. Bəylər isə

gözlərini Kür Şaddan ayırmırdılar. Kür Şad başını yerə əymişdi. Səssizliyi Tunqa Təgin pozdu:

− Aramızda Çin bəyi casusluq edirsə, bundan nə çıxar? Qılınclarımız kəsərinimi itirəir?

Oxlarımızmı korşalar?

− Xeyr, bunların heç biri baş verməz. Bizim sayımızı öyrənərlər, hücum edəcəyimizi əvvəlcədən xəbər tutarlar. Ona görə hazırlaşar, pusqu qurarlar. İçərimizdə Çinin varlığı üçün qorxulu adamlarımızı imkan tapıb öldürərlər.

− Kür Şad, sən bizi uşaq yerinəmi qoyursan? Bu əsirlər bizlərdən birini necə öldürməyi bacararlar.

Çinli əsirin əlindəki qılınc bir türk bəyini öldürə bilərmi? Ötükəndə bir türk bəyini öldürmək üçün bütün Çin silaha sarılmalıdır.

37

− Mən sizə çinlilər bizi mərdü-mərdanə vurub öldürərlər, demirəm k?! Savaş meydanında bir türk bəyini öldürmək çinlinin işi deyil. Amma bir türk kağanını öz otağında bir çinlinin necə zəhərləyib öldürdüyünü yaxşı gördünüz. Mən sizə qılınc gücündən danışmıram. Iş görən, can alan zəhərdən danışıram.

Kür Şad ildırım kimi şaqqıldayırdı. Kağan bu sözlərdən tutulmuşdu. Kür Şada soyuqqanlılıqla dedi:

− Yaxşı, Kür Şad, Tünq Yabqu Kağana elçi göndərməkdən öncə nə edək deyirsən?

− Nə edək deyirsiniz? Bu çinlilərin əsir olduqlarını onlara göstərək. Əsir düşənə torpaq, tarla verməzlər ki? Bizm insafımızdan onlar buna nail olub başımıza çıxdılar. Verdiyimiz torpaqları geri alaq. Qoyunlarının heç olmazsa, yarısını alıb, özümüzünkülərə paylayaq. Biz gedib hücumda, savaşda qan tökür, ölürük; onlar əsirdir deyə Ötükəndə rahatca yer şumlayır, qoyun otarır, varlanırlar. Sonra bizimkiləri alış-verişdə aldadıb, bir qoyuna on tülkü dərisi alırlar. Sonra da bu dəriləri Çində satıb birə-beş qazxanırlar.

− Bunun qarşısını almaq asandır.

− Asandır, amma tədbir görən yoxdur. Bu çinlilər türklərin əxlaqını da pozur. Əsir çinli qadınlar min cür işvə, naz edib türk döyüşçülərini aldadırlar. Bizim qızlarımız belə cilvəni bacarmaz. Necə Çin kişiləri pis mallarını yaxşı adıyla sırıyıb bizi aldadırlarsa, Çin qadınları da özlərini boya ilə, cilvə ilə

türk ərlərinə satırlar. Kişilər tez aldanır…

Al yanaqlı, ipək kimi qumral saçlı, işıq kimi yaşıl ala gözlü, sona boylu türk qızları dura-dura bizim kişilər sarı bənizli, qaranlıq baxışlı, sısqa Çin arvadlarına könül veririlər. Evli qadına da pis gözlə baxarlarmı? Türk adətincə, evli qadına ilişmək ölümlə nəticələnir. Amma indi artıq bu adət də

əhəmiyyətini itirməyə başladı. Çünki evli qadınların özləri buna inkan yaradırlar.

Qurultaya bir çaxnaşma düşdü. Kağan və bəylər ayağa qalxdılar. Kağan bağırdı:

− Nə deyirsən? Evli qadınlara toxunan olsa, biz bunu indiyədək duymazdıqmı?

− Duymadıq. Duyuq salmırlar. Əvvəllər xəyalımıza gəlsə, ağlımızı itirərdik, deyilmi? Bəli!… Çinli əsirlərin arvadları türk kişilərini ovsunlayırlar. Çinlilər arvadlarının nə etdiklərini bilmirlərmi?

Bilirlər… Bilirlər, amma səslərini çıxarmırlar. Əksinə onları şirnikləndirirlər. çünki bununla hücumlarda ələ keçirdiyimiz nə qədər qızıl, gümüş, mal varsa, hamısı çinli əsirləri çadırına daşınır…

Çinli budur… Yad-yalavac… Bizim adətimizcə bir kişi evli qadına ilişirsə, qadın şikayət edər, ona toxunanın, ilişənin nəfəsini kəsərlər, bəs qadın şikayət etməzsə… Türk adəti bunun üçün hər şeyi söyləmir.

Qurultay daha da həyəcanlanmışdı. Bir bəy bağırdı:

− Qadın şikayət etməzmi? Belə qadın görülübmü? Bəs o qadının əri sağdırmı?

Kür Şad soyuqqanlılıqla ildırım kimi guruldayırdı:

− Türk qadını olsa, sən deyəndir, beləsi tapılmaz. Amma çinli arvadlardan nə desən çıxar! Çünki çinli kişilərə pul, mal gərəkdir. Onun kisəsi pul ilə dolmalıdır. Pulu almaq üçün də malını sırıyır, hər şeyindən keçir, arvadını da verir. Çin qadınları türkləri beləcə soyub ərlərini varlandırırlar. Çinlilərin necə zənginləşdiklərini düşünmədinizmi? Baxın, Ötükəndə doğulan çinli uşaqlar o qədər də çinliyə

bənzəmir. Bunu Ötükənin suyuna, havasınamı yozursunuz? Çindəki köpək Ötükənə gəlməklə qurd olmur. Çinli Ötükənə gəlməklə necə türkə bənzəyir? Çünki ona Türk qanı qarışır. Belə getsə, bəlkə

irəlidə Çindən daha cəsur əsgər çıxar və daha yaxşı savaşarıq. Halbuki indi türklər də Çin qadını almağa başlamışlar. Bizim bildiyimizə görə çinli qadın almaq Kağanlar üçündür. Bunun da səbəbləri vardır. Bu türk ərlərinin hamısı yoxsa indi Kağanmı oldu? Çinlilər türk qanı qarışdırılaraq canlanır, bahadırlaşırkən biz də qanımıza Çin qanı qataraq soysuzlaşamırıqmı? Bu gündən gec olmayaraq türk ərlərini başdan çıxaran çinli arvadlara sədd çəkməli. Çinli arvadın əri bunu bilirsə, gəbərtməli. Çinlilər sərbəstcə torpaq sahibi olmamalı! Türk ərləri çinli qadınla evlənməməli! Bütün çinlilərə göz-qulaq olmalıyıq! Yoxsa baharda Çinə hücum etməyimizi indidən duyarlar.

Kağan dönüb bəylərə baxdı. İndiyə qədər sönbətə qarışmayan bir bəy söz aldı:

− Kür Şad doğru söyləyir. Türk adəti dəyərsiz sayıla bilməz. Bizim xalqın da suçu yox deyildir.

Bir kişi tələyə düşərsə, günah yalnz tələ quranın deyil, bir az da tələyə düşənindir. Türk ərləri çinli arvadlara aldanıb başdan çıxırsa, yalnız çin qadınlarını dəyənəkləyib, Çin kişilərini öldürməklə iş

bitməz. Türk adətini tam yerinə yetirilməsi üçün evli qadına türk əsgərlərinin də başını bədəninindən 38

uçurmaq lazımdır. Bizim adətimiz, evli qadına ilişən bir ərin başını kəsmək üçün o qadının türk, çinli yaxud əsir olub-olmadığına baxmır.

Tunqa Təgin sözə qarışıb “doğrudur” dedi. Kür Şad etiraz etdi:

− Olmaz. O zaman türklə çinli bir olar. Türk adəti türklər üçün qoyulmuşdur. Həm də bizim adətimizdə qadına zorla hücum edənin başı kəsilir. Türk ərləri çinli qadınlaa zorla hücum etmirlər ki…

Müzakirə uzanacaqdı. Gün batırdı. Kağan, bəylərdən bir-bir fikirlərini soruşdu. On iki bəydən yarısı Kür Şadın tərəfundə idi. Kağan hanısı yana keçərsə, mübahisəni onlar qazanacaqdı. Kağan son sözünü söylədi:

− Yay gəlincə Çinə hücum edib gücümüzü elçilərə göstərəcəyik. Çinliləri ayrca tarlası olmayacaq, mallarının yarısı türklərə dağıdılacaq; türklər Çin qadınları ilə evlənməyəcəklər. Türk ərlərini aldadan Çin qadınlarına dəyənək vurulacaq. ərlərinin də bu işdən xəbəri olarsa, onlar da yox ediləcək. Türk adəti evli qadının milliyyətinə baxmadığı kimi bu qadınlara ilişən türk kişiləri də öldürüləcəkdir!

MƏHKƏMƏ

Bütün yasovullar25 kağandan tapşırıq almışdılar. Gecələr çinlilərin çadırlarına yaxşı göz-qulaq olacaq, bu gecədən işə başlayacaqdılar. Evli bir çinlinin çadırına gedən türk yaxalanacaq, çadırdakı çinli qadın da onunla birlikdə həbs ediləcəkdi. Qadının əri varsa, həbs edilməzdən öncə əlli dəyənək yeyəcəkdi. Yasovulbaşı Bağa Tarkan da bu gecə iş başında olacaqdı.

Bağa Tarkan, biri çincə bilən iki yasovulla gəzib dolaşır, ara-sıra çinlilərə məxsus çadırların önündə dururdu. Ən kiçik bir səsə belə qulaq verirdi. Kağanın buyruğu qəti və sərt idi. Zatən Bağa Tarkan da çoxdandır belə buyruq gözləyirdi. Ötükəndə işlərin pis getməsinə üzülənlərin biri də o idi.

Ona görə də gün doğana qədər gecələr ətrafı gəzməyi, izləməyi qərara almışdı.

Gecə yarısına doğru ətraf soyudu. Bağa Tarkan gəzməkdən yorulmuşdu. Yasovullardan birini kımız gətirməyə göndərdi. Özü də o biri yasovullarla bir ağacın dibində gözlədi.

Uzaqdan ağır addımlarla kimsə gəlirdi. Bağa Tarkan yasovula yavaşca:

− Yaxşı bax. Görək tanlyacaqsanmı? – dedi.

Gələn, onların lap yaxınından keçdi. Sağa-sola baxmırdı. Yeriyib yox oldu. Bağa Tarkan soruşdu:

− Tanıdınmı?

− Bəli! Bəli! Minbaşı İşbara Alpın onbaşılarından Sançardır.

− Bu zaman burada nə axtarır?

− Sançarın işlərindən baş açmaq müşkül məsələdi.

Kımız gəlmişdi. Içib canlandılar. Yenə gəzməyə başladılar. Vaxtları beləcə keçib gedirdi. Arada yasovullardan biri durub:

− Eşidirsənmi, Tarkan? – deyə soruşdu.

Bağa Tarkanın da qulağı çalmışdı. Yaxından bir mırıltı gəlirdi. Səs eləmədəın, gurultu salmadan səsin gəldiyi yerə doğru irəlilədilər. Səs bir çinlinin çadırından gəlirdi. Bir qadınla bir kişi əsəbiliklə

danışırdılar. Bağa Tarkan çincə bilən yasovula dinləməsi üçün him elədi. Yasovul diz çöküb qulağını çadıra dayadı.

Çinli kişi nəfəs almadan söylənir, qadın ara-sıra kəsik-kəsik cavab verirdi. Bağa Tarkan yasovulu dümsükləyərək yavaşca soruşdu:

− Nə deyir?

− Qadına “sən bacarıqsızsan” deyir. Bir onbaşını aldada bilmədik.

Bağa Tarkan partladı:

− Bu onbaşı kimdir? Aman, Sançar olmasın ha?

İçəridə ağız döyüşü qızışırdı. İndi kişi susmuş, qadın durmadan söylənirdi. Yasovul, qadının sözlərinin Tarkana çatdırdı:

25 Yasovul – polis, inzibat

39

− “Mən onbaşını çadıra qədər gətirdim, bundan artıq bacarmadımsa, məndə nə günah?” deyir. “Bu qədər malı, pulu yığıb nə edəcəksən?”

Yasovul birdən-birə susdu. Qulağını çadıra bir az da yaxınlaşdırdı. İndi kişinin səsi gəlirdi. Bağa Tarkan yenə dümsükləyib soruşdu:

− Nə söyləyir?

− Deyir ki: “Bu pulları, malları alıb Çinə qaçacaq, bəy kimi yaşayacağam. Sən istəyirsən burda onbaşı Sançarınla qal”.

Bağa Tarkan daha gözləmədi. Çadırın qapısını açaraq içəriyə girdi. İki yasovul da arxalarınca.

Çinlinin bənizi sapsarı oldu. Bu, Ötükəndə hər kəsi qumarla, ticarətlə soyan Bay çinli idi. Arvadı gözəl Fu-lin çaşqınlıqla Tarkan və yasovullara baxırdı. Bağa Tarkanın səsi gurladı:

− Ay it çinli! Arvadını qabağa verib türkləri soyursan, eləmi?

Çinli, “Bəyimiz…” deyə sözə başlamaq istədi. Amma Bağa Tarkan onun sözünü kəsdi.

− Sus!.. sonra da Çinə qaçacaqdın, eləmi?!

Çinli titrəməyə başladı. Yasovulbaşı bir daha gurladı:

− Mən sənin o murdar canını cəhənnəmə yollaram, ondan sonra istəsən yenə Çinə qaç!

Yıxın bunu yerə!

Çinli onsuz da yıxılmaq üzrə idi. Yasovulun biri ona toxunar-toxunmaz yuvarlandı. Bağa Tarkan bağırdı:

− Əlli dəyənək vurun!

Iki yasovulun qamçıları birdən qalxıb-endikcə çinli bar-bar bağırmağa başladı. Amma bu bağırtı uzun sürmədi. Bəlkə iyirminci, bəlklə otuzuncu zərbədən sonra, yarısı da qorxu üzündən Bay çinli, belinə enən sərt bir zərbəyə davam gətirməyərək canını tapşırdı. Fu-lin tez olub bitən bu işlərdən o qədər çaşmışdı ki, sanki dilini tutub bağlamışdılar. Bağa Tarkan hiddətlə soruşdu:

− Sən də onbaşı Sançarı başdan çıxardın, eləmi?

− …

− Niyə susursan? Amma Sançarı bir daha başdan çıxara bilməyəcəksən. Ona könül verdinsə, sən də o biri dünyaya gedincəyə qədər gözləyəcəksən.

Sonra keçinmiş çinliyə baxaraq belə söylədi:

− Hə, yaxşı, ərin dünyanı soydu, axırı nə oldu? Bu pullar o dünyada işə keçəcəkmi, heç inanmıram. Amma ərin zirəkmiş. Tez gəbərdi. Həm kötək yeməkdən, həm də edam olunmaqdan canı qurtardı.

Sonra yasovullara buyurdu:

− Bu pul, qızıl, gümüş dolu sandıqları yükləyin, sən də düş qabağıma, görək gerisi nə olur?…

Dan sökülürdü. Bay çinlinin yığdığı bütün pulu iki yasovul çiyinlərinə yükləyib götürmüşdülər.

Fu-lin də Bağa Tarkanın arxasınca sürünməkdə idi. Tir-tir əsirdi. Çünki haraya və nə üçün aparıldığını hələ bilmirdi.

Yasovulbaşı sandıqları bir etibarlı yerdə yerləşdirib Fu-lini zindana saldıqdan sonra yasovulları da götürüb onbaşı Sançarın çadırına yönəldi. Sançar çox erkən qalxardı. O gün döyüşçülərinə savaş-idman təlimi keçəcəkdi. Kımızını içmiş, qılıncını qurşanmışdı. Birdən-birə bayırda ayaq səsləri eşidildi. Sonra qapı açılaraq bir yasovul göründü:

− Onbaşı Sançar, bayıra çıx, − dedi.

Sançar onsuz da çıxırdı. Bağa Tarkanın sərt üzünü görüncə heç heyrətlənmədi. Yerə diz vuraraq Tarkanı salamladı. Bağa Tarkan soruşdu:

− Onbaşı Sançar! Bu gecə harada idin?

Sançar hər zamankı sərt üzüylə Tarkana baxdı. Cavab vermədi. Bağa Tarkan, Onbaşı Sançarın xasiyyətini heç bilmirdi. Hirslənərək bağırdı:

− Səndən soruşuram! Bu gecə harada idin?

− Sənə nə!

− Mən yasovulbaşıyam. Qadağan olunan yerlərə gedib-getmədiyini bilmək üçün soruşuram.

− Ötükəndə də yasaq yer olarmı bə?

− Olar.

− Mən bilmirəm.

− Söyləməyəcəksənmi?

40

− Xeyr!

− Yıxın bunu yerə, əlli zərbə vurun!

İki yasovul Sançarı yerə ysxdılar. Qamçılarını sürətlə qaldırıb-endirməyə başladılar. Sançar heç əhəmiyyət vermirdi. Nədən zərbə yediyini anlamır, zəhmət çəkib soruşmağa da lüzum görmür, yalnız qarşısında yasovulbaşını gördüyü üçün səsini çıxarmırdı. Əlli zərbə bitincə Sançar ayağa qalxdı:

− Bu günkü idman üçün yaxşı tumar oldu! – dedi.

Bağa Tarkanın qəzəbi artırdı. Sançarı çaşdırmaq üçün bağırdı:

− Sən istədiyin qədər gizlə. Mən sənin bu gecə harada olduğunu bilirəm.

− Bilirsənsə, boş yerə niyə soruşursan?

− Sən bu gecə Bay çinlinin çadırında deyildinmi? Nə haqla yalan söyləyirsən?

Sançarın gözləri açıldı:

− Nə? Nə? Ey, sən dəlimi olmusan? Yuxumu görürsən?

Bağa Tarkan yasovullara bağırdı:

− Söyləmək istəmir. Tutun bunu, Fu-linin yanına salın.

Yasovullar tərpəndilər. amma Fu-linin adını eşidincə dəliyə dönən onbaşı qılıncını çəkərək bağırdı:

− Tərpənməyin! Deşərəm ha!..

− Qarşımı gəlirsən?

Artıq iş işdən keçmişdi. İki yasovul və Bağa Tarkan qılınc çəkərək Sançara hücum edirdilər.

Döyüş qanlı olacaqdı. Amma baş tutmadı. Çünki ildırım kimi bir səs:

− Onbaşı Sançar! − deyə bağırdı.

Sançar qılıncını endirərək və dikələrək:

− Buyur! – deyə cavab verdi. Bu, Minbaşı İşbara Alp idi.

− Onbaşı Sançar! Qılıncını qınına qoy.

Bir çaqqırtı eçidildi. Qılınc qınına girmişdi. Sonra İşbara Alp Bağa Tarkana tərəf dönərək soruşdu:

− Bağa Tarkan! Onbaşını aparmaqmı istəyirsən?

− Bəli.

Minbaşı yenidən Sançara buyurdu:

− Onbaşı Sançar! Qılıncını çadıra qoy. Bağa Tarkanla get!

Sançar diz vuraraq cavab verdi:

− Buyruq sənindir!

***

Gün doğduqdan bir az sonra məhkəmə quruldu. Doqquz hakim qalın keçələrlə döşənən yerlərinə

₺125,23