Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 12

Kollektif
Yazı tipi:

Nəhayət, normalara riayət etməyin iki motvinin – mənfi nəticələrə görə qorxunun və düzgün etmək istəyinin – zaman keçdikcə bütün istiqamətlərdə bir-biri ilə qarşılıqlı təsirdə ola bilməsi problemi vardır. Bir tərəfdən, əgər verilmiş şəraitdə «ikinci» və ya «üçüncü tərəfin nəzarəti (təzyiqi)» (cəmiyyət və ya dövlət tərəfindən cəzalandırma) aktyorların təkrar-təkrar normalara riayət etməsinə gətirən dərəcədə möhkəmdirsə, onda zaman keçdikcə onlar bunu hüquqa əməl etmək və ya münasib hərəkət etməklə üstünlük qazanmaq mövqeyindən mənimsəyə bilərlər. Döğrudan da, bu, bizim uşaq olaraq keçdiyimiz sosiallaşma prosesinin ədalətli təsvirinə bənzəyir. Əvvəlcə biz pis işlər görməyə görə cəzalandırılır, sonra isə pis işlər görməyə əxlaqdan kənar kimi baxmağı öyrənirik.

Digər tərəfdən, normanı pozanlara kifayət qədər nəzarət olmadıqda, düzgün etmək istəyi zaman keçdikcə zəifləyə də bilər. Gəlin gecə saat 3-də boş yolda işıqforun qırmızı işığına dayanmış, sosiallaşmanın gerçək nümunəsi kimi baxıla biləcək şəxsi təsəvvür edək. Polis nəzarəti qəflətən zəifləsə və yol qaydalarının pozulması artsa, bu şəxs çox ehtimal ki, sual verəcək: «Əgər heç kim etmirsə, mən niyə qaydalara əməl etməliyəm?»68 Beləliklə normalara riayət edilməsinə üçüncü tərəfin nəzarəti hərdən «birinci tərəfin nəzarətinə», şəxsin düzgün iş gördüyünü hesab etməsi səbəbindən riayət etməsi istəyinə yardımçı ola bilər.

Belə qarşılıqlı təsirlər, birinci və üçüncü tərəf nəzarəti arasında inkişaf edən iş bölgüsünün olmasını nəzərdə tutur. Normalar yeni olduqda, biz üstün vəziyyəti pozmağa səbəb ola biləcək pis nəticələrdən qorxulacağını gözləyə bilərik. Zaman ötdükcə, sosiallaşma getdikcə, münasiblik məntiqi üstünlük təşkil edə bilər, lakin hələ də «istismarçıların» qarşısını almaq, və ya artmasına mane olmaq üçün cəzalandırma üsulları ilə qorxudan ictimai və ya qanunvericilik təsisatlarından qismən asılı qala bilər.69

Yekunda qeyd edək ki, ən azı bir vacib formulada insanlar normalara niyə riayət edir məsələsinin «rasionalist» və «konstruktivist» izahları arasında müəyyən fərqlər mövcud olmasına baxmayaraq, bunu çox da qabartmamaq üçün ciddi əsaslar da vardır. Birlikdə baxıldıqda bu iki izah bir-birini istisna edəndən daha çox, tamamlayandır, empirik olaraq bir-birindən fərqləndirilməsi çətindir və bəzən onları ümumiyyətlə fərqləndirmək üçün hər hansı mahiyyət də yoxdur. Hal paylanmasının kənar nöqtələri, və ya «quyruqlarında» iki təklif arasındakı rəqabət aydın görünür, lakin ortada onlardan hər hansı birinə üstünlük verilməsi mümkün olmaya da bilər. Belə bulanıq empirik şərait, tərəfdarları xoşlarına gələn fərziyyəyə bəsit nəzəri təməllər əsasında üstünlük verməyə, o birisini isə bunun xüsusi halı kimi qələmə verməyə təhrik edə bilər, lakin bunun bizim dünyanı başa düşməyimizi irəli aparacağının ehtimalı çox azdır.

Aktyorların problemləşdirilməsi I:
Üstünlüklərin formalaşması

Ola bilsin ki, rasionalist və konstruktivist nəzəriyyələri ayırmaq haqqında fikirləşiləndə, ən çox iqtibas edilən məsələ nəyin asılı dəyişən və ya eksplanandum olması, konkret desək aktyorları «eksogen (kənardan) verilmiş» kimi qəbul edərək, diqqəti onların hərəkətlərinə vermək, yoxsa bilavasitə aktyorların özlərini «problemləşdirmək» və ya «endogenləşdirmək» («daxililəşdirmək») lazımdır məsələsidir. Rasionalizmə adətən birincini, konstruktivizmə isə ikincini edən kimi baxılır, hərçənd ki, biz bu bölgünü ağır və ya cəld formada saxlamağın çətin olduğunu göstərəcəyik. Məsələ çoxtərəfli və buna görə də potensial ziddiyyətlərlə dolu olduğundan, biz müzakirələrin içərisinə girmək üçün analitik əhatəni necə gördüyümüz haqqında bir neçə söz deməliyik. Xüsusi halda iki şeyi – birincisi, aktyorların problemləşdirilməsi və ya izah edilməsinin müxtəlif üsullarını, ikincisi isə belə prosesdə aktyorların xüsusiyyətlərinin təhlükə altında qala biləcək növləri arasındakı müxtəlifliyi fərqləndirmək faydalıdır.

Aktyorları iki geniş mənada – səbəbiyyət və təsisçilik mənasında «endogenləşdirməyə» çalışmaq olar.70 Səbəbiyyət yanaşması aktyorların haradan gəldiyini və ya bu gün malik olduqları keyfiyyətlərin haradan gəldiyini soruşur. Əsrlər keçdikcə dövlətlərin, şəhər-dövlətlər və şəhərlər liqası kimi rəqiblərini sıxışdıraraq dünya siyasətində necə dominanta çevrilməsinin Hendrik Spruyt tərəfindən verilən izahı və ya Rodney Hall-ın dövlətlərin daxili quruluşundakı dəyişikliklərin, sülalədən milli əsasda qurulmaya qədər dövlətlərarası münasibətləri necə dəyişməsi haqqında hesabatı, aktyor dövlətləri verilmiş kimi götürməyib, problemləşdirdiyimiz zaman öyrənilə biləcək yaxşı misallardır (Hall, 1999; Spruyt, 1994; bax, habelə Reus-Smit, 1999). Daha ümumi halda, BM-də çoxlu sayda konstruktivistlər digər dövlətlər və QHT-lərlə (Qeyri Hökumət Təşkilatları) qarşılıqlı təsir nəticəsində dövlətlərin xüsusiyyətlərinin və maraqlarının zaman keçdikcə təkamül etməsi barədə səbəbiyyət arqumentinin müxtəlif variantlarını inkişaf etdirmişlər.71

Əksinə, təsisçi yanaşma tarixi və ya prosesi izləmək mənasında aktyorlar və onların xüsusiyyətlərinin haradan gəldiyini (alındığını) yox, hazırki anda onların imkanlarının sosial vəziyyəti haqqında soruşur. Kosta-Rikaya digər dövlətlərinkinə bərabər hüquqla BMT-də iştirak etməyə nə imkan verir? Onun suverenlik haqqının digər ölkələr tərəfindən tanınması. Keçmişdə aqressivliyi ola bilsin ki, başqa cür qiymətləndirilmiş İraqı, 1990-cı illərin əvvəlində başqa ölkələrin çoxunun bir müddət əlaqə saxlamaqdan imtina etdiyi «cinayətkara» nə çevirmişdi? Məqbul xarici siyasət praktikasının sərhədlərini müəyyən edən ümumi qəbul edilmiş anlayış. Aktyorların təsisçi izahı, aktyorları onların nədən düzəldilməsi, və ya içərisində olduqları cəmiyyət tərəfindən onların xüsusiyyətlərinin necə mühüm və ya mümkün edilməsini bizə xəbər vermək mənasında «izah» edir. Aşağıda göstərəcəyimiz kimi aktyorların endogenezinə (mənşəyinin müəyyən edilməsinə) səbəbiyyət yanaşması rasionalizmlə o qədər də böyük ziddiyyətdə deyildir, təsisçi yanaşmanı uyğunlaşdırmaq isə daha çətin ola bilər.

Aktyorların problemləşdirilməsi barədə bu iki təfəkkür tərzi müxtəlif olduğundan, rasionalizm və konstruktivizm arasındakı debatlar üçün müxtəlif çəkiyə malik olduğundan, biz onlara müxtəlif bölmələrdə müraciət edəcəyik. Bu bölmədə biz səbəbiyyət məsələsinə, növbəti bölmədə isə təsisati məsələyə baxacağıq.

Aktyorların xüsusiyyətlərinin təhlükəyə məruz qala biləcək növlərinin arasındakı ikinci analitik fərqə qayıdaq. Aktyorlara səbəbiyyət və ya təsisçi mövqedən yanaşmaqdan asılı olmayaraq, onlar haqqında üç müxtəlif şeyi verilmiş və ya verilməmiş kimi götürə bilərik: onların cismi, inamları, və istəkləri. Ekzogen (xarici) aktyorlar endogenə (daxiliyə) qarşı müzakirəsində bunları fərqləndirmək lazımdır, çünki onlar rasionalizm və konstruktivizm arasında narazılıq mənbəyinə çevriləcək miqyasda müxtə-lifliyə malikdir.

Cism üzərində aktyor həyatının (aktyorluğun) qurulmuş olduğu platformadır. Cismlərin sosial mövqeyi və mənası dəyişəcəkdir, lakin bu dəyişikliklər baş verməzdən əvvəl o, ilk məqamda ona hərəkət etmək, fəaliyyət göstərmək və dəyər qazanmaq imkanı verən daxili təşkilati struktur və ya proses tərəfindən təsis edilməlidir. Fərdlər halında bu daxili təşkilati struktur biologiya tərəfindən yaradılır. Dövlətlər kimi korporativ aktyorlar halında bu, təşkilatın strukturunun imkan verdiyi, cərəyan edən kollektiv hərəkətlərə cəlb edilmiş bioloji yaradılmış şəxslər tərəfindən təşkil edilir.72 Maraqlıdır ki, cismləri verilmiş kimi götürüb-götürməmək məsələsində əsas nəzəri parçalanma rasionalist və konstruktivistlər arasında deyil, hər ikisinin özünü Maarifçiliyin – fərd və ya agentin imtiyazlı mövqeyə qoyulduğu liberal layihənin – bir hissəsi hesab edən rasionalist və konstruktivist «modernlər» və bu layihəni rədd edən, fərd və ya agentin ziddiyyətlərini axıra qədər açmaq istəyən (bu girişdə yada saldığımız performativlik arqumentinin oyuna daxil olduğu məqamlardan biridir) «postmodernlər» arasındadır. Beləliklə rasionalistlər kimi müasir konstruktivistlər də müəyyən növ aktyorla, istər dövlət, istər beynəlmiləl ictimai hərəkat, istərsə də beynəlxalq təşkilatla, nə olur-olsun, məşğul olduqda onu «ekzogen» kimi götürməkdən kifayət qədər məmnun olardılar. Bu mənada, adətən konstruktivistlərin mənsubiyyətin formalaşdırılması ilə bağlı məşğuliyyəti, ilk növbədə təşkilati aktyorların necə yarandıqlarını (korporativ mənsubiyyət) izah etmək əvəzinə, verilmiş aktyor sinfi daxilində müxtəlif formaların qurulması üzərində cəmlənirdi.73

Aktyorlar həmçinin inama (etiqada) malikdirlər. Burada da bütün çeşidlərdən olan rasionalistlər və konstruktivistlər arasında kiçik rəy fərqləri vardır; bu dəfə ona görə ki, rasionalistlər inamları və onlardakı dəyişiklikləri izah etməyə çalışmaqda qətiyyətlidirlər. Qeyri-kooperativ oyun nəzəriyyəsinin bütün həll konsepsiyaları (Nash tarazlığı kimi) «müxtəlif sosial təyinatlarda hansı növ inam nümunələrinin meydana çıxacağını gözləmək olar» barədə təkliflər istiqamətində düzlənir. Sonra, natamam məlumatlı dinamik oyunlar özgələrin üstünlük verdikləri və inamları (məsələn, başqalarının onlar haqqında olan və «mənsubiyyətin» müzakirəsində əhəmiyyətli dərəcədə iştirak edən inamları da daxil olmaqla) haqqında aktyor inamlarının təkamülünü aşkar şəkildə modelləşdirə bilir. Və belə təhlil zamanı yeni məlumatın alınması nəticəsində şəxslərin inamlarının (hətta bu onların öz üstünlükləri haqqında olsa belə) dəyişməsi və inkişaf etməsi tamamilə mümkündür.

Əlbəttə, rasionalizmin inamları nə dərəcədə dərindən izah edə bilməsi haqqında mübahisələr var, məsələn o, üstünlüklərin formalaşmasına cəlb edilmiş «kompleks» öyrənmə ilə, və ya fərdlərin inamlarının sosial kollektivlər tərəfindən təşkil olunması yolları ilə davrana bilərmi. Lakin bu aydındır ki, ən azı xarici mühitin «sadəcə» öyrənilməsi ilə əlaqədar, rasionalizm özü də aktyorların problemləşdirilməsi məsələsində konstruk-tivizmlə birgə iş görməkdədir.74 Bir an sonra üstünlüklərin formalaşmasına ayrıca bənd kimi müraciət edəcəyimizdən, və burada ziddiyyətli məsələlər nisbətən az olduğundan, bu fəsildə biz ekzogen aktyor probleminin bu cəhətinə toxunmayacağıq.

Üstünlüklər, istəklər və ya konstruktivist dildə desək «mənsubiyyət və maraqlar» haqqında məsələ hələ qalır. Üstünlükləri verilmiş kimi emal etməyə meyl edən rasionalistlərlə, onları endogenləşdirməyə (mənşəyini müəyyən etməyə) çalışan konstruktivistlər arasında mübahisələrin əksəriyyətini məhz burada yaranır. Bizim mövqeyimiz belədir ki, burada xarakteristik fərqlər olsa da onlar heç də çox vaxt güman edildiyi qədər fundamental deyil.

Lakin bu arqumentə keçməzdən əvvəl bildiririk ki, üstünlüklər verilmiş kimi nəzərdən keçirilməlidirmi seçimi sosial tədqiqatda, həm nəzəri, həm də siyasi səbəblərdən çox mühüm məsələdir. Bu, ona görə nəzəri əhəmiyyətə malikdir ki, ekzogenliyi fərz etmək üstüörtülü olaraq dünya haqqında empirik şərtlər, konkret desək, baxılan məsələ kontekstində aktyorların istədiklərinin sabit olmasını irəli sürməkdir. Bu şərt dəqiq deyildirsə, biz davranış haqqında sonrakı səbəbiyyət tarixçəsinin şübhə altına alınmasına gəlib çıxarıq. Ekzogenlik fərziyyəsi ona görə siyasi mənaya malikdir ki, əgər aktyorların istəkləri dayanıqlı deyildirsə, və ya dayanıqsız edilə bilərsə, onda dayanıqlıq haqqında fərziyyələr üzərində qurulmuş siyasətlər istənilən səmərəni verə bilməz, və ya sosial dəyişiklik potensialını kiçildə bilər. Əlbəttə ki, sonuncu konstruk-tivistlərin mənsubiyyət və maraqların endogenezi ilə məşğul olmalarının başlıca səbəbidir. Əgər sosial qarşılıqlı təsir vasitəsilə bunun istehsal və təkrar istehsal olunduğunu göstərmək mümkün olarsa, onda dəyişikliklər imkanı, deyək ki, «dustaqlar dilemması»nı dünya siyasətinin müəyyən cəhətləri barədə dəyişməz fakt kimi nəzərdən keçirilməsindən daha böyük ola bilər.

Hər halda bunu dərin praqmatik fərq üçün əsas kimi qəbul etməkdən çəkindirən ən azı üç səbəb mövcuddur. Birincisi odur ki, ekzogen üstünlüklər endogenə qarşı seçiminə dünyanın təbiəti haqqında müstəqil yox, sadəcə analitik tələb kimi baxıla bilər.75 Biz onu nəzərdə tuturuq ki, ayrılıqda götürülmüş hər hansı bir səviyyədə seçim tədqiqatçıların şəxsən maraqlandıqları sual və ya asılı dəyişəndən daha ciddi heç bir şey haqqında ola bilməz. Hər şeydən əlavə, burada iki sual mövcuddur – «X davranışının səbəbləri nədir? (dünyada hərəkət)» və «X üstünlüyünün səbəbləri nədir? (təfəkkürün halı, əhval-ruhiyyə)» və bizim birinə cavab vermək üçün digərinə də cavab verməli olduğumuz heç də öz-özünə aydın deyil. Üstünlükləri sabit qəbul etməklə birinciyə, davranışın səbəblərini mötərizəyə almaqla isə ikinciyə cavab vermək tam qanunidir. Jeffrey Legro bu ümumi vəziyyəti «iki-addım» rəqs bənzətməsi ilə yekunlaşdırır: əvvəlcə biz üstünlükləri, sonra isə davranışı izah edirik (Legro, 1996).

Bu o demək deyildir ki, bu iki sualı bir-birindən ayırmaqda risk yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi, üstünlüklərin verilmiş olduğunu fərz etmək özüylə əlavə yük – dayanıqlıq haqqında üstüörtülü fərziyyə gətirir. Güman ki, rasionalistlərin çox az hissəsi bu fərziyyəyə bir prinsip kimi sadiqdirlər, yəni üstünlüklərin bütün zaman ərzində həqiqətən də dayanıqlı olmasını qəbul edirlər.76 Əksəriyyət üçün bu daha çox «metodoloji seçim» – onları maraqlandıran davranış seçiminə kontekstin təsiri sualına cavab verməyə imkan yaradan analitik rahatlıqdır. Bununla belə, qorxu var ki, nə etdiyimizi unutmaq prosesi vasitəsilə, sadəcə olaraq analitik qolaylıq kimi başlayan bir şey olduğundan daha böyük bir şeyə, bizim nəzəri və/və ya siyasi üfüqlərimizi daraldan, dünyanın həqiqətdə nəyə bənzəməsi barədə sükutla qəbul edilən fərziyyəyə çevrilməyə başlasın. Məsələn, dövlətlərin mənfəətini güdən olması fərziyyəsi, analitik qolaylıq üçün edildikdə qorxusuzdur, lakin dinməzcə qəbul edilən ümumi təklifə çevrilərsə bizi səhv olaraq belə bir nəticə çıxarmağa gətirə bilər ki, anarxik sistemlər yalnız xüsusi tarixi vəziyyətlərdə deyil, qalan hallarda da mütləq özünə yardım edən aləmlərdir. Təhlükəli analitik fərziyyələrin dinməz ontologiyalara bu cür çevrilməsi, konstruktivist və rasionalistlərin uyğun suallarını bir-birindən izolə edilmiş şəkildə «iki-addıma» verdikləri «əməyin bölünməsi» yanaşmasında xüsusilə ehtimallı görünür. İki-addımın nüfuzunu saxlamağın ən yaxşı yolu tərəfdaşların hər birinin öz yolu ilə getməsi əvəzinə, onların uzlaşdırılmasını təmin etməkdir.

Üstünlüklərin verilmiş olub-olmamasına çox da böyük çəki verilməməsi üçün ikinci səbəb ondan ibarətdir ki, bu məsələ barədə debatların istər-istəməz toxunacağı üstünlüklər və hərəkətlər arasındakı sərhəd nisbi və dayanıqsızdır. Bəzi tədqiqatçılar üstünlükləri nəticələr, digərləri isə hərəkətlər əsasında müəyyən edirlər. Kuba Raket Böhranını nəzərdən keçirək. «Rasionalistlər» soruşa bilər ki, ABŞ qərar qəbul edənlərinin Sovetlərin raketlərini Kubadan götürməsinə və nüvə müharibəsindən qaçmağa üstünlük verdiklərini nəzərə alsaq, niyə onlar dəniz blokadası strategiyasını seçdilər? Və niyə bu, Sovetləri, onların üstünlüklərini və mümkün hərəkətlərini nəzərə alsaq, geri çəkilməyə inandırdı? Digər tərəfdən, Jutta Weldes-in etdiyi kimi, «konstruktivist» sual da vermək olar ki, belə yozum zəruri olmasa da, ABŞ siyasət quranları Sovet raketlərinin götürülməsini ilk növbədə onların marağı kimi necə quraşdırmışdılar (Weldes, 1999). Weldes bu suala ABŞ-ın maraqlarını müəyyən yolla təşkil edən milli təhlükəsizlik mülahizələrinə və onunla əlaqəli Soyuq Müharibə səciyyəsinə istinad etməklə cavab verir. Hər halda, Kennedi administrasiyası daxilində «ABŞ-ın maraqlarının» bu cür qiymətləndirilməsi barədə kollektiv razılaşmaya, müxtəlif kurs və hərəkətlərə xalq və elitanın gözlənilən reaksiyasının nəzərə alınması ilə aparılmış administrasiyadaxili müsahibə və nail olma oyununda strateji davranışın məhsulu kimi baxıla da bilər. Kollektiv maraqların müəyyən edilməsinin özü də müəyyən seçimlər dəstinin nəticəsi olduğundan, biz «hərəkət» nədiri izah etməli olan yeni «rasionalist» sual verə bilirdik, və problem belə seçimin administrasiya daxilində daha yüksək, və ya «meta-üstünlüklər» (məsələn, «ABŞ-ın kapitalist, demokratik dövlət kimi təşhlükəsizliyi»), və yenidən seçilmək, və ya nisbi güc kimi «daha aşağı» üstünlüklər işığında necə meydana çıxdığını göstərmək olurdu.

Başqa sözlə, soruşulan sualdan asılı olaraq biz potensial olaraq, hər verilmiş nəticəyə digər nəticələr üçün vasitə kimi baxıla biləcək sonsuz vasitələr-nəticələr zəncirinə malik oluruq. Eləcə də, nəyisə əsasında üstünlüyün qəbul edildiyi nəticə, və ya izah edilməli hərəkət (ya da hərəkətlər dəsti) adlandırmaq qərarı dünya haqqında bəyanat deyil, tədqiqatçının analitik hərəkətidir. Hərəkət və maraqlar arasında bərkidilmiş sərhəddin olmaması onların, bəzən maraqların izah edilməsi tələbini hərəkəti izah etməkdən ayırmağın çətin olduğu, rasionalist modellərin konstruktivist tənqidindəki təsadüfi birləş-məsini izah etməyə yardım edə bilərdi.77 Və istənilən halda, tədqiqat sualını sadəcə olaraq bir addım irəli (və ya geri) çəkməklə «rasionalistləri» «konstruktivistlərə» və ya əksinə çevrmək olarsa, üstünlüklərin verilmiş kimi götürülüb-götürülməməsi paradiqmlərın müharibəsi üçün çox sürüşkən əsasa bənzəyir.

Sonuncu məsələ ondan ibarətdir ki, «iki-addımın» rasionalistlər və konstruktivistlər arasında iş bölgüsünü hər iki tərəfdən dəqiq təsvir etməsinin özü də aydın deyildır. Belə ki, bir tərəfdən «rasionalistlərin» bəziləri üstünlükləri ekzogen (kənardan) verilmiş kimi götürmürlər. Məsələn, BM-də Andrew Moravcsik iki-addımın məntiqini qəbul edir, lakin bununla belə xarici siyasət quranların üstünlük verdiklərini daxili siyasətə istinad etməklə izah etməyə çalışır (Moravcsik, 1997). Üstünlük verilən şeyin soruşulacaq sualdan asılı olması nəzərə alındıqda, rasionalistlərin bunu edə bilməsi gözlənilməz deyildir: nəzəriyyənin bir səviyyəsindəki üstünlük verilən, digər səviyyədə seçim (vasitə) ola bilər. Təkamülçü oyun nəzəriyyəsində bəzi rasionalistlər aktyorların üstünlükləri differensial təkrar istehsal prosesi, və ya təqlid və uyğunlaşma nəticəsində əldə etdikləri modellər qurmaqla daha uzağa getməyə hazırdırlar; beləliklə aktyorların üstünlükləri endogen (daxili) olaraq, seçimin müəyyən növü və ya təkamülçü dayanıqlıq (tarazlıq) arqumenti vasitəsilə izah edilir.78 Əgər biz «rasionalist» yarlığını, yalnız bu məsələylə məşğul olmayan modellərlə məhdudlaşdırmırıqsa, özünün «rasionalizm kompleks öyrənməni təmin edə bilmir» fərziyyəsində Ruggie bu mənada çox uzağa gedir (Ruggie, 1998: 868).

Əgər «rasionalistlər», haqlı olaraq, üstünlüklərin formalaşmasına dair müəyyən anlam təklif etdiklərini deyə bilərlərsə, «konstruktivistlər», öz növbələrində, haqlı olaraq, iki-addımın ikinci yarısına – hərəkətlərin seçilməsinə dair müəyyən anlama təklif etdiklərini deyə bilərlər. Yuxarıda müzakirə etdiyimiz kimi, konstruktivizm insan davranışının çox hissəsi «instrumentalist (vasitəli) nəticələr məntiqi ilə deyil, normativ münasiblik məntiqi ilə idarə olunur» fərziyyəsi ilə əlaqələndirilmişdir, və bu mənada, nəzərdə tutulan iş bölgüsünün «rasionalist» addımının təsir dairəsinin bir hissəsinə girmişdir.

Son nəticədə, üstünlükləri səbəbiyyət qaydasında izah edib-etməmək haqqında qərar dərin və analitik debat mövzusu kimi yararlı görünmür. Üstünlüklər və hərəkətin seçilməsi arasında sərhədlər əhəmiyyətli dərəcədə sualdan asılı, ona görə də dayanıqsızdır, və kəskin epistemoloji və ya ontoloji parçalanmaya səbəb olmamalıdır. Demək olmaz ki, hər bir halda üstünlüklərin, onları daha yüksək sonlar üçün vasitələrə çevirmək vasitəsilə, nəticələrə görə izah edilməsi faydalı olacaqdır. Və əlbəttə bu, siyasi nəticələri (yekunları) üstünlüklərin endogenliyi imkanlarını tədqiq etmədən çıxaran arqument və ya modelin tənqidinə yer qoyur, necə ki mənsubiyyəti və marağın formalaşmasını, potensial olaraq rasionalist izahın təsiri altına düşən seçimlərin nəticəsi kimi nəzərdən keçirməyən təhlilin də mütləq tənqid ediləcəyinə təminat vermək olar. Lakin bunlar «paradiqmatik» həssaslığı cəlb etmədən baxıla biləcək nisbətən daha konkret məsələlərdir.

Aktyorların problemləşdirilməsi II: Subyektivliyin təsisi haqqında

BM-də «rasionalizm konstruktivizmə qarşı»nın xarakterizə edilməsinin ən sabit və, ən azı, ilk baxışda həqiqətə bənzəyən üsullarından biri, sosiologiyanın fəlsəfəsindəki metodoloji individualizmlə holizm (tamlıq fəlsəfəsi) arasındakı bölgüyə istinad etmək vasitəsilədir. Biz artıq bu baxışa inamımızı rasionalizmi makro-səviyyəli hadisələri («güc balansı sistemi» kimi) çoxlu sayda mikro-səviyyəli hadisələrə (dövlətin motivləri və imkanları kimi) istinad etməklə izah etməyə çalışan yanaşma kimi təsvir edərkən bildirmişdik. Sahədəki holistlər beynəlxalq siyasətdə və ya hər hansı bir yerdə sosial həyatın əksər mərkəzi xassələrini bu və ya başqa formada tərkib hissələrə bölməklə onları lazımi dərəcədə, və ya tam başa düşməyin mümkün olacağına ciddi şübhə etdiklərini bildirirlər. Praktik ifadələrdə, BM-dəki konstruktivistlər dövlətlər kimi hissələrin beynəlxalq sistem və ya hakim ideyalar kimi tamların, ifadələrində başa düşülməsinin xeyrinə arqumentlər gətirirlər.

Bu müxalifliyi ifadə etməyin digər üsulu izahın səbəbiyyət və təsisçi formalarını qarşı-qarşıya qoymaqladır. Zamanca izah edilməli hadisələri yaradan səbəblərdən əvvəl gələn və artıq mövcud olan hərəkətlərə istinad edən səbəbiyyət izahları, sanki rasionalizmin mikrodan-makroya proqramı ilə müəyyən bənzərliyə malik idi. Məsələn, quldar və qul, və ya dövlətlər kimi sosial obyektləri faktik olaraq yaradan və ya müəyyən edən inam və praktikalar sistemini xarakterizə edən təsisçi izahlar sanki fəaliyyətdə olan holizmi təsvir edirdilər.

Biz hətta burada belə, bizi daha aydın mənzərə cızmaqdan çəkindirən mürəkkəb problemlərlə qarşılaşırıq. Ola bilsin ki, əsas sual «rasionalizm strukturların agentləri necə təşkil etməsinin müdafiə qabiliyyətli və faydalı hesabatı üçün konseptual resurslara malikdirmi» ilə bağlıdır. Burada sosial strukturla (agentliyə müxalif olaraq) bağlı olan rasionalist/konstruktivist fərqlər barədə tam tədqiqata bənzər bir iş görmək üçün yer çox azdır. Lakin biz ədəbiyyatdakı bəzi standart formulələrin doğrudan da «həddindən artıq tələsik» ola biləcəyini göstərmək istəyirik.

Həqiqətən də, geniş mənada rasionalist tədqiqatlar, ənənəvi olaraq tamı hissələrin hərəkəti və qarşılıqlı təsiri ifadələrində izah etmək cəhdlərini işə cəlb edir. Lakin BM nəzəriyyəsindəki yanlış ümumi təsəvvürün əksinə olaraq, bu, nəzərdə tutmur ki, rasionalistlər «sosial strukturlar» kimi makro-səviyyəli hadisələrin fərdi aktyorlara necə təsir etdiyi barədə heç bir hesabata malik deyillər. Bu hesabatın necə işləməsi haqqında misala baxmaq faydalı olar.

ABŞ-da iki xəttli yolda əhalinin öz maşınlarını ancaq yolun sağ tərəfi ilə sürməsi hadisəsini izah etmək üçün rasionalist üsulun tətbiq edilməsinə baxaq. Aktyorlarının yolda eyni zamanda maşın sürüb-sürməməyi, sürərsə, solla, orta və ya sağla sürməyi seçməyə məcbur olan çoxlu sayda fərdlərdən ibarət olduğu model təsəvvür edin. Fərdlərin mənzil başına özü və maşını heç bir təhlükəyə məruz qalmadan, mümkün qədər tez çatmağı arzu etdiyini fərz edirik. Bu, uzlaşdırma – birinin optimal seçiminin digərlərinin necə seçəcəyindən asılı olduğu, və seçilmiş nümunələrin bəzilərinin hamı üçün digərlərindən daha yaxşı olması problemidir. Baxılan, bu və ya digər dərəcədə hər bir kəsin maşını sağ tərəflə sürdüyü nümunə, optimal seçimlərin tarazlıq nümunəsi kimi izah edilir. Yəni, hər bir kəsin sağla sürməsinin gözlənildiyini nəzərə alsaq, sağla sürmək hər bir kəsin öz məqsədinə tez və itkisiz çatması üçün səmərəli vasitədir.79

Fikir verin ki, bu variantda üstüörtülü olaraq iki növ, ekzogen və endogen «strukturun» olması nəzərdə tutulur. Fərdlər modeldə fiziki məhdudiyyətlər mənasında ekzogen strukturlarla qarşılaşırlar. Əgər siz yoldan kənara çıxsanız sizin maşın ehtimal ki, zərər çəkər və getmək istədiyiniz yerə çatmağınız qeyri-mümkün olar.80 Lakin tarazlıqda da onlar, hər bir kəsin bütün digərlərinin maşını yolun sağı ilə sürməsini güman etməsindən çıxan, sosial struktur məhdudiyyətləri ilə üzləşirlər. Bu, modeldəki bütün fərdlərin inamları və uyğun hərəkətləri ilə birgə təsis edilmiş endogen strukturdur və o postulə edilmir, modelin daxilində izah edilir. Hər bir ayrıca götürülmüş aktyorun müşahidə nöqtəsinə görə, inamların və uyğun hərəkətlərin bu endogen strukturları yolun kənarındakı ağaclar qədər obyektiv və gerçəkdir, baxmayaraq ki, hər bir aktyor bu gerçəkliyin yaradılmasında iştirak edir və bu başqa cür də edilə bilərdi. Diqqət edin ki, bu sosial struktur maddi şəraitlə təyin edilməmişdir, razılıq sol tərəflə sürməkdən də ibarət ola bilərdi.

Bu səbəbiyyət izahıdırsa, əvvəlcədən mövcud olmuş və sonrakı təsirləri etibarlı olaraq yaradan səbəblərin ən birbaşa mənasında bu, səbəbiyyəti deyildir. Hərəkətlər qismən bu hesabatdakı inamlara istinadən izah edilir, lakin eyni zamanda, inamlar (tarazlıqdakı) hərəkətlərin düzgün dərk edilməsi kimi izah edilir. İnam və davranışların tarazlıq modelinə istinad edən izah «belə alınmağa səbəb nə oldu?» sualından daha çox «bu necə mümkündür?» sualına cavab verir.81 Bu mənada, o, izahın holizmlə əlaqəli olan təsisçi formasına sanki daha oxşardır.

Maşını sağ tərəflə sürmək haqqında razılaşma təsisatidən daha çox tənzimləyicidir; sürməyin özünün hansı məna daşıdığı bu razılaşma ilə təsis edilmir.82 Lakin razılaşma hesabatı sözlərin və hərəkətlərin mənasını və ya, deyək ki, aktyorların səciyyələrini müəyyən edən təsisçi qaydalar üçün də təklif edilə bilər. Danışıq səsləri və jestlər kimi davranışlardan mənalara qədər (hansılarınki inikasları «hərəkətləri» təsis edir) inikaslar, yəqin ki, həm də mədəniyyət daxilində uzlaşdırma məsələsidir. ABŞ-da gülümsəyərək əl yelləmək adətən «mən səni öldürmək istəyirəm» yox «salam» mənasını daşıyır, hərçənd ki, başqa cür də ola bilərdi.83

İndi gəlin quldar-qul dixotomiyası (ikiliyi) kimi sosial mənsubiyyət məsələsini nəzərdən keçirək. Altı fut uzunluğunda olmaq xüsusiyyətindən fərqli olaraq, «quldar» və ya «qulun» sosial mənsubiyyəti yalnız fərd haqqında faktlara istinad etməklə müəyyən edilə bilməz. Qulsuz quldar və, əksinə, quldarsız qul yoxdur. Həqiqətən də, (məsələn) quldar olmaq üçün bəzi başqa fərdlərlə münasibətdə, sosial razılaşmaya uyğun olaraq, müəyyən səlahiyyətlər alınmalıdır. Sürücülük razılaşmasında olduğu kimi, quldarlıq sistemini təsis edən uzlaşdırılmış hərəkətlər və inamlar başqa ola bilər, bununla belə bu, hər bir fərd üçün, müxtəlif gözlənilməyən vəziyyətlərdə özgələrinin inamları və ehtimal edilən hərəkətləri ilə müəyyən edilən obyektiv gerçəklikdir. Bu yanaşmada aktyorların mənsubiyyəti, özü və başqaları haqqında inamlar dəsti, onlar arasındakı münasibətlər fərd haqqında ekzogen verilmiş fakt kimi götürülmək əvəzinə, endogen olaraq uzlaşdırma oyununda tarazlıq kimi izah edilə bilərdi.84

Bu doğrudur ki, praktikada sosial razılaşmalar vasitəsilə aktyorların mənsubiyyətlərinin təsis edilməsinin üsullarına vurğu etmək adətən rasionalist arqumentlərin getdiyi ənənəvi yol deyildir. Rasionalist strategiya, daha çox müəyyən sosial strukturlar və onların təsis etdiyi mənsubiyyətləri qurmaq və ya fərz etmək, sonra isə «aşağıdan yuxarı» onların nəzərdə tutduğu seçim modellərini və strukturları izah etməkdən ibarətdir. Konstruktivistlər strukturdan kənarda təsis edilmiş mənsubiyyətlərdən qurulmuş belə tikintiyə etiraz etdilər, çünki onları ilk növbədə bunların necə təsis edilməsi maraqlandırırdı.85 Beləliklə, mənsubiy-yətlərə uzlaşdırma oyununda tarazlıq vasitəsi ilə təsis edilmiş kimi baxmağın necə mümkün olduğunu göstərmək üçün əslində biz, adətən yalnız konstruktivistlər tərəfindən qoyulan suala cavab vermək üçün rasionalist yanaşmadan istifadə edərək, ənənəvi rasionalist hekayətdən kənara çıxırıq.86 Belə hərəkət həm ritorik, həm də substantiv (müstəqil) dəyərə malikdir. Rasionalizmin «konstruktivist» anlayışlara uyğunlaşa bilmək qədər elastik olduğunu önə çəkmək, burada adətən fikirləşiləndən daha az ziddiyyət olduğunu fərz etmək cəhdidir.87 Və tarazlıqda sosial struktur və fərdi seçimin qarşılıqlı müəyyən edildiyini vurğulamaqla, aktyor təsisinin, konstruktivistlərin çox vaxt etinasızlıqla yanaşdıqları mikro-təməllər cəhətinə işıq salınır.

Bu halda belə, konstruktivistlər sual verə bilərlər ki, razılaşmalara rasionalist yanaşma sosial mənsubiyyətlərin və daha geniş mənaya malik strukturların təsisinin dərk edilməsi məsələsinə qədər də etibarlıdırmı. Sualın biri budur ki, belə hesabat bir mənsubiyyətin təsisini digərini (və ya digərlərini) fərz etmədən izah edə bilərmi. Əgər bilməzsə, onda razılaşma hesabatı konstruktivist mövqenin mühüm cəhətini diqqətdən buraxmış ola bilər.88 Praktik terminlərdə bu, o demək olardı ki, razılaşmalara rasionalist yanaşma, bəzən sosial mənsubiyyətlər dəstini ixtisar etmək yoluyla, ayrıca götürülmüş bir mənsubiyyətin başqaları tərəfindən necə himayə edildiyini başa düşmək üçün faydalı ola bilər, lakin ümumi mənzərəyə nüfuz etmək üçün daha az yararlıdır.

İkincisi, rasionalist yanaşma razılaşmaların əvvəlcədən mövcud olan inam və mənaların məcmusu olduğunu, və buna görə də, onlara gətirilə biləcəyini mütləq nəzərdə tuturmu məsələsidir. Əgər belədirsə, bu, «aktyor inamlarının sosial razılaşmaları dayanıqlı edən məzmunu bu razılaşmalardan ayrılıqda mövcud deyildir» kimi holist arqumentlə ziddiyyət təşkil edə bilər. Lakin öz-özlüyündə sürücülük və quldar-qul razılaşmalarının indicə gətirilmiş tarazlıq izahları belə gətirilə bilənlik mənasını daşımır. Bu razılaşmaları təsis və dayanıqlı edən mənalar aktyorların şüurunda əvvəlcədən mövcud ola da bilər, olmaya da. Rasionalizm ontoloji deyil analitik terminlərdə nəzərdən keçirilsə, o, bu məsələdə aqnostik, və beləliklə də, holizmlə bir araya sığan ola bilər. Və yaxşıdaki belədir, çünki konstruktivistlərin öz işlərində tarazlıq arqumentlərinin təmin etdiyi anlayışları yalnız onların «rasionalizmə» aid olduqlarına görə istifadə edə bilməmələri təəssüf doğurucu olardı.

Biz demirik ki, beləliklə holizm və individualizm arasında ontoloji mübahisələr yoluna qoyulmuşdur və ya az əhəmiyyətlidir. Filosoflar onların nisbi üstünlükləri haqqında onilliklər ərzində mübahisə etmişlər.89 Əgər varsa, mümkün son «həll» BM üçün ümumi baxımdan mənaya malik ola bilər, çünki rasionalizm və konstruktivizm beynəlxalq həyat barədə eyni müşahidə nöqtəsinə gətirilə bilərmi, və beləiklə də BM-də «mikro-təməllər» axtarışı nə məna daşıyır sualına müraciət edir. Bu mübahisəni yoluna qoymaq üçün bizim hər-hansı bir mövqeyimiz yoxdur. Lakin BM-də rasionalist-konstruktivist debatlar, bizim girişdə tövsiyyə etdiyimiz kimi, ontolojidən daha çox metodoloji terminlərdə başa düşülürsə, onda BM tədqiqatçılarının öz işlərini görmək üçün bunu yoluna qoymağa ehtiyaclarının olması aydın deyildir. Bu müzakirədən çıxarılan dərs ondan ibarətdir ki, aktyor sübyektivliyinin təsis edilməsi barədə hekayət söyləməyin diqqətlə nəzərdən keçiriləcəyi halda sanki, eyni ola da, olmaya da bilən, ən azı iki yolu mövcuddur. Konstruktivistlər bu problemi müstəsna olaraq özlərininki etməyə çalışsalar da (rasionalistlərin nisbi etinasızlığı ilə şirnikləndirilən cəhd) belə görünür ki, rasionalist yanaşma aktyorların mənsubiyyətinin endogen hesabatı üçün, həm təsisati, həm də birinci bölmədə göstərdiyimiz kimi, səbəbiyyət konseptual resurslarına malikdir. Son nəticədə bu hesabat konstruktivist arqumentin məğzini tuta da bilər, tutmaya da, və baxılan məsələnin dərin təhlilinə gətirə də bilər, gətirməyə də. Bu hələ məlum deyildir. Lakin hər halda, ən azı iki hekayəti bir-birini tamamlayan kimi emal etmək üçün güclü praktik imkandır. Bu, BƏ tədqiqatçılarını aktyorların təsisi barədə sualları onların dərk edilməsinə gətirən istənilən yollarla tədqiq etməyə, və onları birləşdirmək haqqında yaradıcı fikirləşməyə təhrik edəcəkdir.

68.Bu bənd barədə, bax Philip Pettit-in (1995) homo economikus-un «xəyali gerçəkliyi (virtual reallığı)» haqqında maraqlı müzakirəsinə; o, bəyan edir ki, istifadə etmək aktyorlar üçün yüksək dərəcədə mənfəətli olduqda instrumental (vasitəli) təfəkkür qapını sındırıb içəri girməyə meyl göstərəcəkdir, başqa hallarda isə aktyorların çoxu, əksərən sosial məqbul olanı edəcəklər.
69.Bu misal, belə etməyin doğru olduğuna inanıldığı üçün normalara riayət edilməsi ideyası haqqında daha dərin bir sualı qaldırır. Riayət etmək arzusu faktik olaraq digərlərinin bunu edib-etməməsi ilə şərtləndiyi halda kimsə normanı mənimsəyəcəkmi (vərdişə çevirəcəkmi)?
70.Bax, Wendt, 1998, 1999.
71.Məsələn, Bamett, 1998; Checkel, 1997; Cronin, 1999; Finnemore, 1996; Lynch, 1999; Wendt, 1999.
72.Kollektiv (korporativ) aktyorluq barədə bax, Wendt, 1999: ch. 5.
73.Mənsubiyyət anlayışlarının tipologiyası barədə, bax, Wendt, 1999: 224-30 və Fearon, 2000. Diqqət edin ki, ən azı rasionalistlər üçün «cismin» harada yerləşdirilməsi haqqında qərar ontoloji yox, metodoloji sual ola bilər. Nümunə üçün, bax, Lake və Powell, 1999; Elster, 1986.
74.Kompleks və sadə öyrənmə ifadələri Nye-nindir (1987).
75.Lake və Powell (1999) bunu «metodoloji mərc» adlandırırlar.
76.Hərçənd, bax, Stigler və Becker, 1977.
77.Bu bənd barədə, bax, Clark, 1998 və Lake və Powell, 1999.
78.Bax, məsələn, Bowles, 1998; Cohen və Axelrod, 1984; Gerber və Jackson, 1993; Raub, 1990.
79.Əlbəttə, hesabat izah etmir ki, niyə razılaşma sol tərəflə sürmək haqqında yox sağ tərəflə sürmək haqqındadır, baxmayaraq ki, sol tərəflə sürmək də eyni dərəcə də sosial tarazlıqdır. Bu, 1990-cı illərin mikro-iqtisadi nəzəriyyəsinin daha çox təkamülçü modellərin öyrənilməsinə dönməyə təhrik etmiş «tarazlıq seçmə probleminin» bir növünün nümunəsidir; bax, məsələn, Young, 1998.
80.Əlbəttə, bu fiziki maneələr yalnız hər kəs bir yerdən digərinə zərər çəkmədən getmək istədikdə maneədir. Hərəkətə maneələr həmişə istəklərlə münasibətdədir.
81.Doğrudan da, oyun nəzəriyyəsində tarazlıq izahlarının əsas tənqidi ondan ibarətdir ki, onlar işlərin tarazlıq halının necə ola biləcəyi və olmasının heç bir səbəbiyyət hesabatını vermirlər. Bu, 1990-cı illərdə «rasionalist» iqtisad nəzəriyyəçilərinin təkamülçü modellərə böyük diqqət verməsinin əsas səbəbidir.
82.Hərçənd biz deyə bilərik ki, razılaşma həqiqətən də «yaxşı sürücü» rolunun mənsubiyyətinin bir hissəsini təşkil edir.
83.Mənaları oyunlarda uzlaşdırılma terminlərində başa düşməyin fəlsəfi cəhətdən ən inkişaf etdirilmiş cəhdi üçün, bax, Lewis, 1969; suverenliyin təsisinin dövlət fəaliyyətinin mənası haqqında bir sıra təsisati effektlərə aydınlıq gətirən rasionalist təhlili üçün, bax, Weingast, 1995.
84.Schelling (1960: 92) qeyd etmişdir ki, sosioloji səpkidə «rollar» uzlaşdırma hesabatı terminlərində məhsuldar olaraq təhlil edilə və başa düşülə bilər. Bu istiqamətdə daha inkişaf etdirilmiş empirik təhlil üçün, bax, xüsusilə Laitin, 1998.
85.Bu və bununla bağlı problemlərlə əlaqədar faydalı mübadilə üçün, bax, Fierke və Nicholson, 2001.
86.Hərçənd ki, məna və mənsubiyyətlərin sosial inşasına bu cür «rasionalist» yanaşma çətin ki, nümunəsiz (presedentsiz) olsun. Lewis (1969) bunu dildəki mənalar haqqında fərz etmişdi (və o deyirdi ki, bu sadəcə olaraq razılaşma haqqında arqumentlərin David Hume tərəfindən inkişaf etdirilməsidir); Sugden (1989) sosial razılaşma terminlərində sosial norma və normativliyin təkamülçü hesabatını verir; Fearon və Laitin (1996, 2000), Kalyvas (1996) və Laitin (1998), hamısı politologiyada bu istiqamətdə arqumentləri izləmişlər.
87.Potensial yaxınlaşma Kratochwil-in (1989: 69-94) normaların meydana çıxması haqqında, başlıca olaraq Schelling və Lewis kimi «rasionalist» tədqiqatçılar əsasında təsvir edilmiş müzakirələrində də aşkar görünür.
88.Mandelbaum-un (1955) bu mərkəzi müraciəti, müasir fəlsəfi debatlarda holist mövqeyin ən erkən bəyanatlarından biridir.
89.Bax, Bhargava, 1992; Collin, 1997; Gilbert, 1989; və Lewis, 1969; başqaları sırasında; Wendt (1999: fəs. 4) bu ədəbiyyatın izahedici şərhini təklif edir.