Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 11

Kollektif
Yazı tipi:

Belə vəziyyət, konstruktivizmlə davranmaqda müəlliflərə iki yol qoyur: biz ya epistemoloji və ontoloji məsələlərin bir-birinə nə qədər çulğaşmış olub-olmadığını göstərə, ya da, bu əlaqəni mötərizəyə alaraq yalnız axırıncının üzərində dayana bilərik. Əlbəttə, biz birinci dəstin nəzərdən keçirilməsinə ehtiyac olduğuna inanırıq. Rasionalist/konstruktivist müqayisəsində bəzi məsələlər nəyisə bilmək nə deməkdir və bu necə mümkündür kimi sualları daxilində saxlayır. Lakin bizim fikrimizcə bu, o demək deyildir ki, epistemoloji fərqlər məsələnin hamısıdır – rasionalist/konstruktivist müqayisəsi «pozitivizm post-pozitivizmə qarşı» probleminə qədər kiçilmir. Beləliklə də, onun daha az inkişaf etmiş vəziyyətini, habelə zaman və yerin məhdud olmasını nəzərə alaraq biz yuxarıdakı ikinci dəsti seçirik, baxmayaraq ki, rasionalizmə münasibətdə konstruktivistlər arasındakı epistemoloji müzakirələrdən yaranan müəyyən fərqlər işin gedişində meydana çıxacaqdır. Lakin bu fəsildə mötərizəyə alınmış (təxirə salınmış) epistemoloji sualların olması səbəbindən, biz nəticələrin yalnız «konstruktivizmin» xüsusi və mübahisəli yozumu olduğunu qeyd edirik.

Beləliklə, konstruktivizm barədə hansı ümumiləşdirmələr aparıla bilər? Aydın olandan başlasaq, konstruktivistləri sosial həyatın obyektləri və praktikasının, xüsusilə də cəmiyyətlər və ya tədqiqatçıların verilmiş və ya təbii hesab etdiklərinin necə «qurulduğu» maraqlandırır. Təbiiləşdirmə problemlidir, çünki o, sosial obyekt və praktikaların mövcudluğunun davam edən seçimdən asılılı olması yollarını kölgələyir, və bu mənada repressiv, və sosial dəyişiklik üçün maneə ola bilər. Bunun əksinə, başlanğıcda şübhə altına alınmamış obyektin və ya praktikanın, məsələn, güc siyasəti, etnik mənsubiyyət və ya suverenliyin təbiilikdən məhrum edilməsinin ümumi məqsədi proqressiv dəyişikliklər üçün imkanlar açmaq olduğundan, belə proses deyilən təsirə malik olmamalıdır. Bəzi hallarda aktyorlar qərara ala bilər ki, praktika dəyişməsin, bunun belə qəbul edilməsi ən azı daha şüurlu və demokratik baxımdan daha məsuliyyətli olardı.

Sosial obyekt və praktikaların qurulması barədə konstruktivist fikrin ən azı dörd xüsusiyyətini və qarşılıqlı əlaqəli xassəsini müəyyən etmək olar. Birincisi, konstruktivizm əsasən sosial həyatın qurulmasında ideyaların rolu ilə məşğul olur. Bu ideyalar tez-tez çoxlu insanlar tərəfindən bölüşdürüləcəkdir, və sosial uyğunluğa malik olmaları üçün onların praktikadan götürülmüş nümunələrlə təsdiqlənməsi tələb edilir; bu da hər iki halda onların əhəmiyyətli dərəcədə obyektivliyə, faktikliyə və ya «maddiliyə» malik ola bilməsi mənasını verir. Konstruktivizm subyektivizm və ya bəsit idealizm deyildir. İdeyalara vurğu etmək, sosial həyat haqqında biologiya, coğrafiya və texnologiya kimi kobud maddi şərtlərin roluna vurğu edən arqumentlərə müxalif olmaq mənasındadır. Bu, onların ümumiyyətlə heç bir rol oynamadığını demək deyil, onların təsirinin həmişə onlara məna verən ideyalarla vasitələndirilməsi deməkdir.

İkincisi, konstruktivizm agentlərin və ya subyektlərin sosial qurulmuş təbiətini nümayiş etdirməklə məşğuldur. Rasionalistlərin meyl etdiyi kimi, sosial izahda agentləri verilmiş, və ya primitivlər (ilkin anlayışlar) kimi götürməkdən daha çox, konstruktivistlər onları şübhə altına almaqda, onlardan «asılı dəyişənlər» düzəltməkdə maraqlıdırlar. Bu iş iki səviyyədə aparılır. Daha səthi səviyyədə, diqqət mərkəzində, ictimailəşmənin, vasitəsilə konkret agentlərin öz mənsubiyyətini və maraqlarını əldə etdiyi, səbəbiyyət prosesləri dayanır. Daha dərin səviyyədə konstruktivistlər, ilk növbədə, subyektivliyin müxtəlif modlarının mümkünlüyünün təsisati şərtləri ilə məşğuldur. Bu şərtlərin bəzisi tarixidir, o mənada ki, agent olmağın nə demək olduğu barədə anlayışlar zaman keçdikcə dəyişə bilər, və ona görə də, mədəni cəhətdən nisbidir, və insanın bioloji quruluşunun universal xüsusiyyətlərinə gətirilə bilməyəndir. Məsələn, müasir liberal cəmiyyətdə biz tez-tez agentin şüura, müstəqillik və məsuliyyət səlahiyyətlərinə malik «fərd» olmasını təbii bir şey kimi qəbul edirik. Lakin John Meyer və Ron Jepperson-un digərləri ilə birlikdə göstərdikləri kimi, bu, daha çox, subyektivlik haqqında fikirləşməyin mədəni mənada özünəməxsus yoludur.46 Subyektivlik üçün imkanların digər şərtləri sinxrondur, o mənada ki, agentlərin nə etmək istədikləri haqqında başlarında saxladıqları ideyalar məzmunu və mənası baxımından digər aktyorların bölüşdürdüyü diskursiv strukturlardan asılıdır, belə ki, cəmiyyətin digər üzvləri bunu mümkün etmədən kimsə subyektin müəyyən növü, məsələn cadugər ola bilməz. Bu şərtlər daxilində, verilmiş agentlərdən başladıqda «sosial formalar adekvat başa düşülə bilərmi» sualı qismən izahçı sualdır, lakin son nəticədə, həm də, «cəmiyyət normativ olaraq, müəyyən təbii əsas kimi fərdin liberal konsepsiyası üzərində qurula bilərmi» mənasında siyasi sualdır.

Üçüncüsü, konstruktivizm metodoloji individualizminkindən daha çox metodoloji holizmin tədqiqat strategiyasına əsaslanır. Ciddi formada metodoloji individualizm sosiologiyada izahların son təhlilidə «mikro-təməllərə» gətirilə bilməsini tələb edir ki, bu da ontoloji primitiv fərdlər və/və ya onların qarşılıqlı təsiri barədə tələbdir. Holistlər, müxtəlif səbəblərdən, bu cəhdin son nəticədə uğursuz olacağını və sosial elmi izahlarda fərdlərdən daha çox sosial tamlar və daxili əlaqələri primitiv kimi seçməyimizə ehtiyac olduğunu bildirirlər.47 Verilmiş fərdin endoqenləşdirilməsi haqqında yuxarıda qeyd edilmiş ikinci bəndə gəldikdə bu, holizmə sədaqətlə eyni şey deyil. Aşağıda aydın olacağı kimi, agentlərin subyektivliyinin müxtəlif cəhətlərini, gətirilə bilmə haqqında individualist tələbləri pozmayan üsullarla izah etmək mümkündür. (Fikir verin ki, bu rasionalizmin mütləq individualist olmasını fərz etmir. Rasionalizmin gətirilə bilənlik tələblərinə uyğun olub-olmaması onu necə yozmaqdan asılıdır: ontologiya kimi yozulursa, onda güman ki, hə, sosial izahın praktik yararlı strategiyası kimi yozulursa, onda yox.)

Nəhayət, yuxarıda gətirilmiş üç məqamı birləşdirən səbəbiyyət izahlarının əksinə, təsisçi izahlarla məşğul olmaqdır.48 Səbəbiyyət nəzəriyyəsi əvvəl mövcud olan səbəbi sonrakı təsirlə (nəticə ilə) əldaqələndirən zəruri və kafi şərtləri çox və ya az dərəcədə mexanistik üsulla qurmağa çalışır. Ona görə də, belə nəzəriyyənin fərziyyəsi səbəb və effektin bir-birindən asılı olmayaraq mövcud olan hadisə olmasıdır. Təsisçi nəzəriyyə isə əksinə, obyektlər və ya hadisələr üçün mümkünlük şərtlərini onların nədən düzəldildiyini və necə təşkil olunduğunu göstərməklə qurmağa çalışır. Bu mənada, baxılan obyekt və ya hadisə onu mümkün edən şərtlərin (şəraitin) «effektidir», lakin ondan asılı olmayaraq mövcud deyildir. Bu məqamı təsvir edən ümumi misal quldar-qul münasibətidir. Subyektivlik modları kimi «Quldar» və «qul»un təbiəti və mənası onların münasibəti ilə təsis edilir, o mənada ki, digərləri ilə münasibətdə onlar «quldar» və ya «qul» ola bilməzlər. Bu, təhlil zamanı sosial münasibətlərin primitiv ola bilməsi yolunu, və ya əvvəlcədən mövcud olan fərdlər haqqında ciddi mülahizələrə gətirilə bilməyənliyi önə çəkir. Bu, o demək deyildir ki, konstruktivistlər, xüsusən də «pozitivist» qanad, səbəbiyyət izahlarında maraqlı deyillər. Hər şeydən əlavə, quldarlar və qullar da səbəbiyyət mənasında, «onların mənsubiyyəti və maraqları onların arasındakı münasibətlərlə yaradılmış və sabitləşmişdir» kimi ümumi ideyanın nəticəsidir. Lakin konstruktivist məktəbin təsisati cəhətləri daha fərqlidir.49

NİFAQ ALMALARI?

Biz indi rasionalist-konstruktivist debatının məğzinə qayıdırıq. Müzakirə eyni zamanda müxtəlif cəbhələrdə baş verir, müntəzəm olaraq genişlənir və bu mənada problemlərin hamısını bilmək çətindir, onları təfsilatı ilə əhatə etmək isə ondan da çətindir. Lakin başlanğıcda qeyd etdiyimiz kimi, bu fəslin landşaftını təşkil etmək və idarə olunan hissəni ayırmağın bir yolu agentlər haqqında sualları struktur haqqında suallardan ayırmaqdır. Bu fəsildə biz yalnız birincilərə diqqət yetirəcəyik. Belə təəssürat yaranır ki, «rasionalizm konstruktivizmə qarşı»nın nə haqqında olduğunu xarakterizə etmək üçün ən azı beş yol vardır. Ədəbiyyatı xülasə edərkən onların hamısının analitik olması təəssüratı yaransa da biz göstəririk ki, bu belə deyil. Bəziləri sosial kontekstdə davam edənlər haqqında həqiqətən rəqabət aparan fərziyyələri; digərləri vurğulardakı fərqləri və ya tədqiqat problemini və bu mənada ziddiyyətdən daha çox qarşılıqlı asılılığı; bir başqaları isə hər bir ən kiçik fərqi də işə cəlb edir.

Maddi təsəvvüriyə qarşı

Ədəbiyyatda rasionalist-konstruktivist fərqin birincinin maddi amillər, sonrakının isə ideyalar haqqında olması terminlərində xarakterizə edidiyini görmək demək olar ki, adi haldır. Agentliyin dərk edilməsi ilə məşğul olan bu fəslin çərçivəsinə salındıqda, bu, tez-tez belə bir gümana gətirir ki, guya rasionalistlər insanların həmişə öz maddi-maraqlarına, konstruktivistlər isə norma və dəyərlərə uyğun hərəkət etdiyini hesab edirlər. Aktyorların niyyətinin «şəxsi maraqlar qeyri-şəxsi maraqlara qarşı» təsvirinin nisbi üstünlüklərindən asılı olmayaraq, biz hesab edirik ki, bunu maddi şərtlər ideyalara qarşı problemi kimi nəzərdən keçirmək o qədər də faydalı deyil. Burada problem konstruktivizmdən daha çox rasionalizmin dərk edilməsindədir.

Konstruktivizmin qismən materializmə müxalif kimi təyin olunması fikri düzgündür. Bu müxalifliyin təbiəti materializmin necə başa düşülməsindən asılıdır, lakin burada biz bu barədə danışmayacağıq, və buna lazım olandan artıq əhəmiyyət verilməməlidir. Konstruktivizm maddi mülahizələrin hər hansı rolunu inkar edən radikal «ideyalar hər şeydir» idealizmini nəzərdə tutmur. John Searle-in qeyd etdiyi kimi məntiqi olaraq maddi faktlar təsisati faktlardan əvvəldir (Searle, 1995: 34-5). Və konstruktivizm də sosial həyatın xəyali strukturlarının obyektiv və ya gerçək olmadığını nəzərdə tutmur. «Maddi» «obyektiv»lə eyni şey deyil. Lakin bu məhdudiyyətləri nəzərə alsaq, John Ruggie-nin konstruktivizm sosial həyatda şüurun rolunu qabardır deməsi, Emanuel Adier-in diqqəti Popper-in razılaşdırılmış anlayışların World 3-ünə (3-cü Dünyasına) cəlb etməsi və s. düzgündür (Adier, 1997; Ruggie, 1998: 856). Maddi amillər son nəticədə əhəmiyyətə malikdir, lakin onların mühümlük dərəcəsi ideyalardan asılıdır.50

Rasionalist cəbhədə mənzərə daha mürəkkəbdir. Bir yandan həm tərəfdarlar, həm də tənqidçilər hərdən rasionalizmi, istər gizli, istərsə də aşkar, materializmlə bağlayırdılar. Məsələn, xarici siyasətdə ideyaların rolu haqqında nüfuzlu işlərində Judith Goldstein və Robert Keohane bildirirdilər ki, ideyaların roluna vurğu edən izahlar rasionalistlərin üstünlüklərin roluna vurğu edən izah etmə fəaliyyətinə «rəqibdir» (Goldstein və Keohane, 1993: 4). Bu güman edilən rəqabət nəzərdə tutur ki, üstünlüklər və ya maraqlar51 özləri bilavasitə ideya deyillər və ona görə də güman ki, maddidirlər.52 Eləcə də, Ruggie-nin konstruktivizmin diqqəti ideyalar üzərində toplaması barədə mövqeyi, onun dediyi kimi «normativ amilləri» əhatə etməyən, və ideyaları ya ümumiyyətlə nəzərdən keçmirməyən, ya da yalnız «köməkçi» kimi nəzərdən keçirən rasionalizmə müxalif kimi nəzərdə tutulur (Ruggie, 1998: 864, müxtəlif yerlərdə).

Rasionalizmin materializmlə belə əlaqələndirilməsi rasional seçim nəzəriyyəsinin BM-ə necə daxil edilməsi barədə biliyin sosiologiyasından irəli gələ bilər. Əvvəllər, 1960-cı illərdə, buna nüvə silahı ilə çəkindirmənin, daha geniş götürüldükdə isə hərbi strategiyanın məntiqini tədqiq etməyin faydalı üsulu kimi baxılırdı.53 Bu intellektual tədbirlərə siyasi realizm təsir göstərdiyindən və realizm beynəlxalq siyasətdə maddi gücə yüksək mövqe ayırdığından, materialist məzmun götürməsi «rasionalizm» üçün təbii idi. Bu, güman ki, Kenneth Waltz-un 1979-cu ildə nəşr edilmiş, neorealizmi sistem strukturunun materialist tərifini anarxiyanın məntiqi haqqında düşünmək üçün mikroiqtisadi analogiyalar ilə üstüörtülü birləşdirilmiş Theory of International Politics kitabı ilə möhkəmləndirilmişdi (Waltz, 1979). (Biz ona görə «üstüörtülü» deyirik ki, Waltz faktik olaraq materializmi müdafiə etmirdi və ya ideyaların əhəmiyyətsiz olduğunu bildirmirdi. O, daha çox, fərz edirdi ki, özünü təkmilləşdirən sistemlərdə qavrama, təkamül təzyiqləri hesabına, digərinə ziyan vurmaq üçün maddi gücə malik olanın gerçəkliyini əks etdirməyə meyl edəcəkdir ki, bu da onun maddi imkanların paylanması ilə uzlaşan beynəlxalq strukturuna gətirir. Nəhayət, 1980-ci illərdə və 1990-cı illərin əvvəlində rasionalist realistlərin fənni hegemonluğu hesab etdikləri şey ilə üzləşən postmodernçi və konstruktivist tənqidçilər rasional seçim nəzəriyyəsinin qavranılan maddiyyətə meylini möhkəmlətməklə iki sahili bir-birindən ayırmağa çalışmışdılar.54

Bu bir həqiqətdir ki, siyasətin materialist anlayışlarının təsirinə məruz qalmış rasionalistlər ideyaların izah edici roluna etina etməməyə və ya onu minimuma endirməyə meyl edirdilər. Lakin buna rasionalizmə deyil materializmə sədaqətin nəticəsi kimi baxılmalıdır. Ən azı üç mülahizə belə nəticəyə gətirir.

Birincisi, rasional izahlar bazis strukturu «İstək + İnam = Hərəkət» düsturu olan zehni izahın nümunələridir.55 Bu, o deməkdir ki, özünün özəyində (fərdi seçim səviyyəsində) ideyalar rasionalist izahın təkcə köməkçi yox, həm də vacib elementidir. İkincisi, sosial qarşılıqlı təsir səviyyəsində, oyun nəzəriyyəsi səciyyəvi olaraq toplum nəticələri müəyyən dayanıqlıq şərtlərini ödəyən inam nümunələri və ya strukturlarından ibarət «tarazlığa» istinad etməklə izah edir.56

Nəhayət, hətta istəklərin də hansı mənada mütləq maddi olması tam aydın deyildir. Bəzi istəklər bioloji əsasa malik olmaq mənasında maddi ola bilər, məsələn, yemək və yatmaq istəyi kimi. Lakin hansı mənada demək olar ki, istək maddiliyə malikdir? Bu, o mənadadır ki, maddiliyə malik olmaq pul mükafatı ilə nəticələnəcək. Digər tərəfdən birinin özünü professor kimi görməsi (və başqaları tərəfindən görülməsi) faktı, hansındaki ilk növbədə maddiliyi birinci yerə qoymaq olardı, biolojidən daha çox ideyalar haqqında fakt kimi görünür. Müəyyən səviyyədə istəyin həmişə maddi əsası vardır, çünki insanlar fiziki varlıqlardır, lakin çox hallarda bu əsas ona məzmun verən ideya olmadıqda «istiqamətsizdir» (Howe, 1994). Bu, «İstək + İnam» modelinə ziyan gətirmir, çünki «İstəyin» maddi olmasını tələb edən modeldə belə bir şey yoxdur. O maddi ola da bilər, maddi olmaya da bilər; rasional seçim nəzəriyyəsi, verilmiş istək və inamın seçilməsi nəzəriyyəsi kimi, bu məsələdə dəqiq desək aqnostikdir.

Bu müzakirələrdən iki dərs götürmək mümkündür. Birincisi ideyaların «maddi» olub-olmaması məsələsində rasionalizm və konstruktivizm arasında fərqin kiçik olmasıdır. Konstruktivistlər rasionalistləri onların ideyaları öyrənmək üsullarına, məsələn, aktyorların gerçək olaraq hansı növ ideyalara malik olmasından çıxış etmək əvəzinə, aktyorların təfəkkürünün məzmununu müəyyən deduktiv nəzəriyyə əsasında yozmalarına görə, rasionalistlər isə konstruktivistləri verilmiş hərəkət nümunələri və inamlar sisteminin bir-birini qarşılıqlı olaraq gücləndirib-gücləndirməməsi, və hansı yolla gücləndirməsi məsələsini izah edə bilməməkdə tənqid edə bilərlər.57 Lakin bu başqa məqamdır. Hər iki yanaşmanın məntiqi, həlledici olaraq, öz inamlarının əsasında seçim edən aktyorlardan asılıdır. Belə ki, rasionalizm və konstruktivizmin hər ikisinin öz köklərini Weber-dən götürdüyünü yada salmaq üçün qısa bir ara versək burada xüsusi məna kəsb edən hər hansı fundamental fərq olmamalıdır. «Məramlı» və «yozumçu» arasındakı fərqə baxmayaraq, onlar çoxlu ümumi şeylərə də malikdir.58

Birincidən çıxan sonrakı dərs ondan ibarətdir ki, rasionalist modellərin həqiqətən də ideyaların əhəmiyyətini azaltmağa çalışdığı (və tez-tez onlar bunu edirlər) görünürsə, bu, rasionalizmdən daha çox materializmin işidir. Burada John Ferejohn-un «arıq» və «kök» rasionalist modellər arasında qoyduğu fərq faydalıdır (Ferejohn, 1991). Arıq model, sadəcə olaraq, yuxarıda iqtibas edilmiş istək və inamların məzmunu haqqında heç bir şey deməyən məramlı izahın məntiqidir. Kök model isə verilmiş hal üçün istək və inamların məzmunu haqqında fərziyyələr (məsələn, «şəxsi maraq» və «üstünlüklər haqqında tam məlumat») əlavə edir. Lakin bu fərziyyələrin haradan alınması arıq mənada rasionalizmin aqnostik olduğu sualdır. Materialist rasionalizmlər və idealist rasionalizmlər mövcuddur, və biz sosial həyatda ideyaların nisbi əhəmiyyəti haqqında mübahisə etmək istyiriksə, diqqəti rasionalizm və konstruktivizmdən daha çox maraqların kök nəzəriyyələri üzərində cəmləmək daha artıq mənaya malik olardı.

Bütün bunlar o demək deyildir ki, rasionalizm və konstruktivizm arasında ideyaların əhəmiyyətli olması haqqında necə düşünməkləri ilə əlaqədar mühüm fərqlər yoxdur. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, rasionalistlər ideyalar/inamlar ilə istəklər və ya üstünlüklər arasında aydın fərq qoymağa meyl edirlər. Bu, ideyalar haqqında rasionalist təfəkkürün köklü xassələri ilə (bu fəslin müəlliflərindən birinin onların izahedici roluna təsisçidən daha çox səbəbiyyət terminlərində baxmaq lazımdır fikri kimi) əlaqələndirilə bilər. İdeyalar da digər səbəbiyyət mexanizmləri kimi səbəbiyyət mexanizmidir. O, həmin mexanizmlərdən asılı omayaraq mövcuddur və aktyorların davranışındakı fərqlərin müəyyən hissəsini izah edir. Digər tərəfdən konstruktivistlər ideyaların təsisçi rolunu, ideyaların digər amillərə, onların malik olduğu izahedici rola məna və məzmun verməsi yollarını vurğulamağa meyl göstərirlər. Bu baxımdan, ideyalar izahedici qüvvəsi izolə edilə bilən (ayrıca baxıla bilən) müstəqil dəyişən formalaşdırmır, daha çox sosial həyata nüfuz edir. Bu fərq əhəmiyyətli ola bilər, və biz buna aşağıda qayıdacağıq. Lakin bu, ideyalar «əhəmiyyətə malikdir» kimi ümumi razılığın daxilindəki fərqdir.

Nəticələrin məntiqi münasibliyin məntiqinə qarşı

«Rasionalizm konstruktivizmə qarşı»nın BM-də digər səciyyəvi yozum üsulu homo economicushomo sociologicus arasındakı təzad terminlərindədir. Birincisi, hərəkətlərin müxtəlif istiqamətlərini diqqətlə qiymətləndirən və onun son nəticədə ən səmərəli imkanları təmin edənini seçən hesablama maşınıdır. Sonuncu, qaydalara riayət edən və adət üzrə, və ya «mənim rolumda olan (və ya mənə oxşar) şəxs belə şəraitdə necə hərəkət edərdi?» sualına cavab verən həllər əsasında hərəkət edəndir. March-ın ifadələrində homo economicus, qərar qəbul etmək üsulunda, necə deyərlər, «nəticələrin məntiqinə», onun sosioloji həmkarı isə «münasibliyin məntiqinə» əməl edir.59

Tərəfdarlar bir məntiqi digərinin səviyyəsinə qədər endirmək kimi güclü tamahla üzləşirlər. İqtisadçılar münasiblik məntiqini nəticəsi kimi nəzərdən keçirməyə meyllidirlər – işin nəticəsi, sadəcə olaraq, hərəkətin normalar dəsti və ya mənsubiyyətə uyğun gəlməsidir. İqtisadçılar bildirirlər ki, onların yanaşmasında məlumatlı olmaq və ya normalara əsaslanmaq kimi istəyə (ya «maraqlara», ya da «üstünlük verməyə») malik olmağın qarşısını alan heç bir şey yoxdur. Sosioloqlar isə nəticələr məntiqini, sadəcə olaraq, verilmiş nəticəni əldə etmək üçün səmərəli vasitələrin hesablanmasının sosial məqbul hesab edildiyi vəziyyətlərdə qaydalara riayət edilməsi kimi nəzərdən keçirməyə meyl edirlər.

Biz qərar qəbul edilməsinin təbiəti barədə ontoloji tələblər məsələsində hər hansı ixtisarın yaxşı fikir olmasına March və Olsen-in bədbin münasibəti ilə qeyd-şərtsiz razıyıq (March və Olsen, 1998: 953-4). İki məntiq arasındakı fərq, əlbəttə ki, empirik cəhətdən maraqlı hadisəyə işarə edir. Hərdən aktyorlar həqiqətən də nəticələri hesablamağa çalışmaqla qərar qəbul edirlər. Digər tərəfdən müəyyən seçimlər norma və rollar toru ilə o qədər güclü məhdudlaşdırılmış görünür ki, onları çox çətinliklə «seçimə» bənzətmək olur. Güclü surətdə məhdudlaşdırılmış olmasa belə, bir çox hallarda nə etməyin aydınlaşdırılması, bu və ya digər hərəkətin bu və ya digər nəticəyə gətirəcəyinin ehtimalını hesablamaq əvəzinə, sanki, hər şeydən əvvəl, ziddiyyətli normativ tələblərin yozulması və tətbiqinə gətirir. Biz nəzəri olaraq bir məntiqi digərinin xüsusi halı kimi qruplaşdıra bilsək də, bu empirik fərqləri kölgədə qoymaq istəmiriksə, onları tuta bilmək üçün sadəcə olaraq yeni linqvistik və ya konseptual fərqlər daxil etməliyik.

Bu və ya digər qərar qəbul etmə üsulunun daha çox mübahisəli olduğu halların təhlilində adi qaydada işlədilən rasionalist və konstruktivist təhlildən istifadə edilməsinin müqayisəli üstünlüyə malik ola biləcəyini düşünmək üçün də ciddi əsaslar var. Güman ki, beynəlxalq siyasət üçün böyük əhəmiyyət daşıyan qərarlar çox vaxt mürəkkəb ideoloji və ya dini sistemlərin (məsələn, Marksizm-Leninizm, İslam və ya Liberalizm) daxili məntiqinin şəxs və ya qrup tərfindən yozulmasından doğurdu. İndiki formada rasionalist metodlar belə sistemlərin söykəndiyi təsəvvüri məntiqin, və ya debat və fəaliyyət üçün onların nəticələrinin bəsirətli təhlilini aparmaq üçün münasib deyil. Əksinə, burada konstruktivistlər öz yerindədir. Digər tərəfdən, rasionalistlər çoxaktyorlu hallarda fərqli nəticlələrə gətirən vasitələr seçilməsi barədə düşünmək üçün güclü alətlər dəsti yaratmışlar. Hətta münasibliyin xeyrinə «ixtisara» sadiq qalan konstruktivistlər də belə təhlilin nomaların nəticəçiliyə icazə verdiyi sahələrdə müəyyən qiymətə malik olmasını etiraf edə bilərdilər.

Lakin belə iş bölgüsünün cəftəsi çox da çətin açılmamalıdır. Burada, rasionalist (konstruktivist) təhlilin münasiblik (nəticələr) məntiqinin üstünlüyə malik olduğu sahələrə tətbiq ediləcəyi halda dəyərli anlayışlara gətirə bilməsi imkanlarını qabaqcadan (aprior) istisna etməyə heç bir əsas yoxdur. Məsələn, fərz edin ki, müəyyən cari davranış modeli üçün həqiqət ondan ibarətdir ki, insanlar və ya dövlətlər, sadəcə olaraq, normalardan, adətdən və ya hər ikisindən kənar hərəkət edirlər. Agentlərin hesablama-layihələndirmə-nəticələr sxemi üzrə hərəkət etdiyini fərz edən təhlil belə, müşahidə edilən nümunənin necə dayanıqlı ola biləcəyini və müəyyən vaxtdan sonra özünü necə təkrar istehsal edəcəyini göstərmək üçün qiymətli olardı. Dayanıqlı olması üçün adət və ya normalara əsaslanan hərəkətlərin sosial nümunəsinin alternativ normaları himayə edən agentlərin «mövqelərinə», və ya yeni (qeyri-ənənəvi) hərəkətləri təcrübədən keçirən agentlərə qarşı möhkəm olması lazımdır. Oyun-nəzəri modellər sosial şəraitdə bu növ dayanıqlığı təhlil etmək üçün çox münasibdir. Digər tərəfdən nəticələrin məntiqi nəzəriyyəsini, onun empirik universallığını, və ya nəzəri zəruriliyini şübhə altına almaqla onu müzakirə mövzusuna çevirən BM tədqiqatı da dəyərli anlayışlar verə bilər.60

Faydalı mənada normalar Hüquq mənasında normalara qarşı

«Rasionalizm konstruktivizmə qarşının» strukturlaşdırılması sosial normaların başa düşülməsi və normalara uyğunluğu izah etmək üçün fikirləşilmiş səbəblər kimi bir-birindən fərqli iki yanaşma görür. Burada məsələ, «İnsanlar öz davranışlarında nəticələrin, yoxsa münasibliyin məntiqinə riayət edirlər?»dən daha çox «İnsanlar normalara niyə riayət edir? Onları bunu etməyə nə təhrik edir?»dir. Bəziləri rasionalistlərə insanlar normalara ancaq onlar üçün faydalı olduğu zaman riayət edirlər fikrinin tərəfdarları, konstruktivistlərə isə insanların qaydalara sadəcə olaraq, bunu etmək düzgündür və qanunidir kimi fikirləşməkləri səbəbindən riayət etdiyini düşünən kimi baxırlar.61

Əlbəttə aktyorların normalara riayət etməsini onun ümumi faydalılığından daha çox, özlərinin xeyri üçün arzu edə bilməsi ideyası rasional seçimin «arıq nəzəriyyəsi»nə tam uyğundur (Ferejohn, 1991). Bu sonuncu, son nəticədə, üstünlüklərin məzmunu haqqında müxtəlif «kök nəzəriyyələr» arasında aqnostikdir, və öz xeyri üçün normalara riayət etməyə üstünlük verən aktyorları istisna etmir. Doğrudan da, normaları üstünlüklər kimi yozmaq güman ki, rasionalistlərin normaları dərk etməyə cəhd etdikləri ilk yol idi.62 Konstruktivistlər «norma üçün üstünlüklər» ideyasının sadəcə olaraq «dada» (şokoladın dadı kimi) istinad etdiyini, və onların normaların normativ və ya icbari gücünü anlamaqda maraqlarını əhatə edə bilməməsini vurğulaya bilərlər.63 Lakin belə hiss edilir ki, rasionalizmin üstünlükləri qaydaya-riayət-etmək üçün uyğunlaşdırmaq məntiqi qabiliyyəti ən azı «rasionalizm konstruktivizmə qarşı»nın bu çərçivəsində yelkənlərə axan küləyin əsas hissəsini aradan götürür.

Ona görə də, bu problemlə əlaqədar gerçək debatlar yaratmaq üçün, rasionalist mövqeni aktyorların üstünlükləri barəsində konkret kök – normalara riayət etmələri üçün aktyorların əhəmiyyətli üstünlükləri olmadığı – nəzəriyyə vasitəsi ilə təsadüfi qaydada məhdudlaşdırmaq lazımdır. Bu, o deməkdir ki, aktyorların normalara meylliliyi «şəxsi maraqlarının» «realist» formasıdır, çünki normalar öz-özlüyündə dəyərə malik olan kimi görünmür, və ya son məqsədə bənzəmir.64 Əslində, bu addım normalara aktyorların xidmət funksiyalarında (İstək) arqument kimi çıxış etməy imkan verməkdən daha çox, onun rolunu məramlı hərəkət tənliyinin İnam tərəfi ilə məhdudlaşdırır.

Bu halda, konstruktivist mövqe üstünlüklərin başqa «qeyri-Realist» kök nəzəriyyəsi ilə, konkret olaraq, aktyorların, ola bilsin ki, müəyyən mənsubiyyət göstərməyin düzgün və ya icbari olduğuna inamından qaynaqlanan, normalara riayət etmək istəyinə həqiqətən də malik olduqları nəzəriyyə ilə eyniləşir.

Bu, sanki, aktyorların normalar istiqamətində qeyri-şəxsi, kollektiv maraqlara malik olmasını nəzərdə tutur ki, bu da onların normaları özlərinin «özümünki» anlayışı ilə eyniləşdirdiyi, və ya ona birləşdirdiyi, və beləliklə də, normaların himayə edilməsi üçün qrup maraqlarını fərdi maraqları etdiyindən xəbər verir (Wendt, 1999: 337).65 Burada normalar ətraf mühit haqqında inamlarla məhdudlaşdırılandan daha çox, aktyorların xidmət funksiyalarında arqument kimi çıxış edir.

«Rasionalist» baxışa belə məhdudiyyət qoyduqdan sonra, rasionalist və konstruktivistlər artıq həqiqi empirik fikir ayrılığı ala bilərlər. Bir tərəfdən məsələ aktyorların motivi baxımından təhlükə altındadır. Lakin bu, eyni zamanda, normaların dərk edilməsi dərəcəsi ilə əlaqədar kimi də nəzərdən keçirilə bilər. «Normalar dərk edilən, icbari qüvvəyə malik istəklərə çevrilir» demək, normaların yalnız aktyorların instrumental (vasitəli) olaraq münasibətdə olduqları ətraf mühit haqqında inamlardan ibarət olduğunu demək halındakından daha dərin internalizasiyanı (mənimsənilməni, özününküləşdirməni) nəzərdə tutur. Bu mənada, bizim qaydasız olaraq qoyduğumuz məhdudiyyəti nəzərə aldıqda, burada ümumi xarakterizə üçün nəsə bir şey tapmaq olar; rasionalizmdə normaların əsas izahedici rolu ekzogen verilmiş agentlərin davranışı üçün «tənzimləyicidir», konstruktivizmin normaları isə aktyorların fərdiyyəti və maraqları üçün, hər şeydən əvvəl, «təsisatidir».66

Bu fərqlər həm mülahizə, həm də davranış üçün diqqətəlayiq əhəmiyyətə malik ola bilər. Məntiqi tərəfdən, aktyorlar öz hərəkətlərinə müxtəlif cür, iki məntiq əsasında bəraət verə bilərlər; birincisi vasitəli, ikincisi isə normativ mülahizələrə istinad etməklə. Məsələn, ticarətdə və ya digər beynəlxalq münasibətlərdə qarşılıqlıq norması (qaydası) səciyyəvi ədalət, və ya son məqsədə çatmaq üçün faydalı vasitə olması əsasında haqlı (yerində olan) hesab edilə bilərmi? Belə təsdiq birqiymətli deyil, çünki aktyorlar, əsasən vasitəli və ya şəxsi maraq motivlərinə malik olsalar da, cəmiyyət qarşısında normativ ifadələrdə çıxış edə bilərlər.67 Lakin biz bütün söhbəti ucuz bir şey kimi kənara qoymağa hazırıqsa, onda aktyorların istifadə etdiyi mülahizə növləri nəsə bir əhəmiyyətə malik olmalıdır. Öz növbəsində, davranışçılıq tərəfində normalara riayət edilməsi dərəcəsində, həm fərdi, həm də toplum səviyyədə, diqqətəlayiq fərqlər görəcəyimizi güman edə bilərik. Əgər aktyorlar normalara riayət etməkdə öz faydaları üçün maraqlıdırlarsa, onlar ona əməl etməyə daha çox meylli olmalıdırlar (bütün başqa şərtlərin eyni olduğu şəraitdə).

Nəhayət, belə təəssürat yaranır ki, normaların bəyənilməsi üçün iki motivasiya arasındakı fərqdə, həm nəzəri, həm də empirik mənada, nəsə təhlükəyə məruz qalacaqdır. Rasionalistlərin normaları üstünlüklərdən uzaqlaşdırmamağa ehtiyacları olması kimi artıq qeyd edilmiş çətinlikdən əlavə, motivasiyaya bu iki baxış arasındakı rəqabətə sıfır nəticəyə gətirmiş kimi baxmamaq üçün, ən azı üç əlavə səbəb vardır (hələ paradiqmatik terminləri demirik).

Birincisi, insanların normalarla bağlı davranışının həmişə şəxsi maraqlar üzündən, və ya həmişə dərk edilmiş legitimliyin funksiyası olmasını düşünməyə əsas çox azdır. Müxtəlif insanlar verilmiş normanı müxtəlif dərəcədə qavramasına görə, eyni bir insan isə müxtəlif normaları hansı dərəcədə qavramasına görə fərqlənə bilər. Ona görə də, nəzəri məsələ birinin doğru digərinin isə yalan olduğunu göstərmək əvəzinə, hər bir fərziyyənin yaradığı şəraiti müəyyən etməkdən ibarətdir. Şeylərin geniş sxemində fərziyyələrin hər ikisi güman ki, doğrudur.

İkinci problem odur ki, çox vaxt edə bildikləri kimi hər ikisi eyni nəticəni qabaqcadan xəbər verərkən, bu iki baxış arasında praktik olaraq fərq qoymaq mümkün olmaya da bilər. Verilənlərin çatışmaması və ya birinci mərhələdə normalara riayət etmək üçün şüurlu və ya aydın «seçim» edilə bilinməməsi üzündən yalnız davranış dəlillərinə malik olduğumuz hallarda bu, xüsusilə çətin olacaqdır. Keçən il Almaniya niyə Danimarkanı özünə birləşdirmədi? Hər iki fərziyyə həqiqətə bənzər izah təklif edir: çünki nəticələr çox ağır ola bilərdi və Alman rəhbərliyi hesab edirdi ki, bu düzgün olmazdı. «Gerçək» səbəb hansıdır, və Almaniyanın güman ki, keçən il də daxil olmaqla nə vaxtsa işğal etməmək barədə şüurlu qərar qəbul etmədiyini nəzərə alsaq biz bunu necə bilə bilərdik? Bundan əlavə, kimisə normalara biri öndə, digəri isə arxa planda olan hər iki səbəbə görə, riayət etdiyini söyləməkdən necə çəkindirmək olar? Aydındır ki, bu iki fərziyyə verilmiş halda bir-birini istisna etməməlidir. Bu iki fərziyyənin fərqli davranış proqnozları (qaydanı pozmaq əvəzinə, razılaşmaq kimi) verdikləri halda, bu empirik problemlər daha az üzücü olacaqlar, çünki onda biz subyektiv məramın qiymətləndirilməsini müşahidə edilə bilən davranışla əvəz edə bilərik. Lakin aydın deyildir ki, halların neçə faizi bu cür olardı (hətta, biz bu faizi necə tapa bilərdik), ya proqnozların eyni olduğu qalan hallarla nə etmək lazımdır, ya da normativ və qeyri-normativ motivlərin nisbi vacibliyini qolay yolla qiymətləndirmək üçün hansı növ ölçü sistemi yaradıla bilərdi.

46.Meyer və Jepperson, 2000.
47.Müzakirə və illüstrasiya üçün, bax Emirbayer, 1997; Jackson və Nexon, 1999; Wendt, 1999: fəs. 4.
48.Bu fərqi «səbəbiyyət-təsisçi» kimi deyil, başqa cür yozmaq üçün müxtəlif üsullar var; bu konkret dil, əhəmiyyətli dərəcədə Wendt-in, 1998, 1999 işlərində yaradılmışdır.
49.Hesab edilir ki, səbəbiyyət-təsisçi fərqi öz növbəsində pozitivist «İzah (etmə)» və yozumçu «Başa düşmə (anlama)» arasında epistemoloji debatlar üçün əhəmiyyətə malikdir (bax Hollis və Smith, 1990); biz əmin deyilik ki, izah etmə və başa düşmə fundamental fərqli epistemologiyalar tələb edir, lakin bu məsələni cari fəsildən kənarda saxlamaq istərdik.
50.Sonrakı müzakirələr üçün, bax Wendt, 1999: fəs. 3.
51.Biz bu terminləri sinonimlər kimi aktyorların ehtimal ki, malik olmalı olduqları normativ və ya obyektiv istəkləri deyil, həqiqətən malik olduqları subyektiv qavranmış istəkləri qeyd etmək üçün istifadə edəcəyik, (qeyri-normativ «üstünlüklərin» əksinə olaraq) maraqlar anlayışının necə başa düşülməsi barədə Fearon-un fikirləşdiyi kimi. Bu fərqin sonrakı iqtibaslarla xülasəsi üçün, bax Wendt, 1999: 231-3.
52.Baxmayaraq ki, Keohane rasionalizmə «materialist» nəzəriyyə kimi baxmadığını indiyə qədər açıq bildirirdi; bax Keohane, 2000.
53.Xüsusi olaraq, bax Schelling, 1960.
54.Bax Ashley, 1984; Dessler, 1989; Walker, 1987; Wendt, 1992.
55.Xülasə üçün, bax Wendt, 1999: 113-19.
56.Məsələn, Nash tarazlığında oyunçuların digərlərinin hərəkətləri haqqında inamları belədir ki, hər bir oyunçu digərlərinin inamlarını düzgün kimi təsdiq edən hərəkətləri etməyə üstünlük verir.
57.Bax Ferejohn, 1991.
58.Rasionalizm və yozumçu sosiologiya arasında bənzərlik barədə, bax Esser, 1993; Ferejohn, 1991; Norkus, 2000.
59.Bax, March və Olsen, 1998.
60.Bu istiqamətdə müəyyən fərziyyələr üçün bax, məsələn, Wendt, 2001.
61.Legitimləşdirmənin rolunu aydınlaşdıran bu təzadın yaxşı müzakirəsi üçün, bax Kurd, 1999.
62.Bax, məsələn, Gary Becker-in (1957) irqi ayrıseçkiliyin praktikasının «dadlar» terminlərində izah etməsinə, və ya Ellickson-un (1991) sosial normaların «birinci tərəfin məcburiyyəti»nə (normaların üstünlüklər kimi internalizasiya olunmasına istinad etməklə).
63.Bax, Finnemore və Toope, 2001. Diqqət edin ki, bu heç də konstruktivistlərin artıq adekvat öhdəliklər nəzəriyyəsi yaratdıqları demək deyildir; hərçənd ki, başlanğıc üçün, bax, Kratochwil, 1989.
64.Sonrakı müzakirə üçün, bax, Wendt, 1999: 238-43.
65.Bu ideyanın daha rasionalist müzakirəsi üçün, «komanda kimi fikirləşmək» haqqında bax, Sugden (1993)
66.Bax, habelə, aktyorların mənsubiyyətinin və üstünlüklərinin təsisinin uzlaşdırma (və ya razılaşma) hesabatı terminlərində anlaşıla bilib-bilməməsi haqqında aşağıdakı müzakirəyə.
67.Doğrudan da bu tez-tez gözlənilməlidir. Əgər siz imkan olanda müstəqil olaraq mənim rifahım qayğısına qalmırsınızsa, «X-i mənim maraqlarıma uyğun olduğu üçün etməlisiniz» arqumenti çətin ki, məni inandırsın, burada motivlər eqoistik olan halda belə vətənpərvər ifadələrdə əsaslar gətirməyə möhkəm stimul var. Bax, Elster, 1995 və Fearon, 1998.