Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 13

Kollektif
Yazı tipi:
NƏTİCƏ

Rasionalizm və konstruktivizm arasında baş döyüş və ya «Böyük debatlar» ideyası cəlbedici dərəcədə dramatik olsa da, diqqətlə nəzərdən keçirilərkən həll edilməli məsələlərin çoxunun aradan qalxdığını lazımi dərəcədə başa düşmüşdür. Çox vaxt ontologiya və ya empirik təsvirlər barədə mübahisə kimi formalaşsa da, biz onların iki rəqabət aparan Weltanschauungen (dünyagörüşü) deyil, beynəlxalq siyasət barədə suallara verilməli olan cavablara iki yanaşma kimi nəzərdən keçirildikləri praqmatik yozumun xeyrinə dəlillər gətirdik.

Əgər debatlar ontologiya məsələsi kimi müəyyən edilimişdirsə, onda bu sıfır cəmə, və böyük cıdırda qalib gəlməyə yaxınlaşır. Məsələn, beynəlxalq gerçəkliyin «son nəticədə» tamlardan və hissələrdən ibarət olduğunu bilmək bizə dövlətlərin, qeyri-dövlət təşkilatlarının və ya beynəlxalq korporasiyaların beynəlxalq siyasətə necə təsir etməsi; dünya siyasətinin daha münaqişəli və ya kooperativ olması şərtləri; anarxiyanın sərhəddən çıxa bilməsi və necə çıxa bilməsi, qısası BM tədqiqatçılarının məşğul olduğu sualların əksəriyyəti haqqında, çox az şey deyir. Belə suallara cavab vermək üçün bizim əlavə fərziyyələrə ehtiyacımız var ki, bunlar da rasionalizm və konstruktivizmin təmin etdiklərindən kənara çıxır.

Təkrar da olsa, bu o demək deyildir ki, ontoloji (və bu mənada epistemoloji) məsələlər BM tədqiqatçıları tərəfindən öyrənilməməlidir, və ya bunun edilməsi heç bir fayda verməyəcəkdir. Doğrudan da, bəzi faydalar göz qabağındadır. Politologiyanın empirik yönümlü alt-sahələrindən BM güman ki, fəlsəfi cəhətdən ən şüurlu və məlumatlısıdır, sosial tədqiqatın nədən ibarət olması və nə etməsi kimi fundamental məsələlərin müntəzəm öyrənilməsi ilə ən çox maraqlananıdır. Bütövlükdə bu məşğuliyyət tədqiqatçılar üçün yelbeyin «normal elmə», və ya özünün standart metodlarını fikirləşməyi və müdafiə etməyi bacarmayan «normal postmodernizmə» yuvarlanmağı daha çətin edir. Lakin biz beynəlxalq siyasətin mənasına varmaq üçün fəlsəfi debatların hüdudlarını hiss etməliyik. Əgər «rasionalizm konstruktivizmə qarşı» BM-də başqa bir «Böyük debat» olacaqsa, qoy o, ontologiya haqqında mübahisə kimi qurulmasın.

Əgər debatlar daha empirik terminlərdə nəzərdən keçirilərsə iki yanaşma arasındakı münasibət daha mürəkkəbdir. Bəzi hallarda onlar rəqabət aparan fərziyyələr təklif edir, başqa hallarda bir-birini tamamlayan kimi görünür, üçüncü halda isə bir-birini təkrarlayır. Buna bənzər məsələlər barəsində müzakirələr güman ki, dünya siyasətinə ontologiyadan daha çox aydınlıq gətirər, lakin burada da məsələyə «rasionalizm konstruktivizmə qarşı» kimi baxmaq problemlidir. Heç bir istiqamət tədqiqatçını dünya haqqında «üstünlüklər həqiqətən də qarşılıqlı təsirə ekzogendir (endogendir)» kimi bəyanatlar verməsini zəruri etmir. Rasionalizm və konstruktivizmi hər şeyi eyni zamanda əhatə edə bilməyən, sadəcə olaraq tədqiqatçının maraqlandığı şey haqqında təklif kimi nəzərdən keçirmək eyni dərəcədə doğrudur. Bundan əlavə, məsələn biz həqiqətən də X kontekstində üstünlüklərin «doğrudan da» ekzogen (endogen) olması bəyanatını yoxlamaq istəyiriksə, bu bizə əks hökmün də doğru ola biləcəyi U və ya Z haqqında çox az məlumat verə bilər. Başqa sözlə, empirik mübahisə kimi müəyyən edildikdə belə, «Böyük debatın» son nəticəsi güman ki, zamanın müəyyən kəsiyində hər iki yanaşmanın doğru olması olardı. Bu, o məna daşımır ki, onlar bir-biri ilə rəqabətdə olan empirik öngörümlər etdikdə, biz heç vaxt «rasionalist» və «konstruktivist» fərziyyələr haqqında hökm çıxarmağa cəhd etməməliyik. Lakin biz bu halların nədən ibarət olması, və nəyin «paradiqmatik» olaraq o birisindən üstün olan fərziyyədən çıxıb çıxmadığını aydın bilməliyik.

Qısası, biz inanırıq ki, «rasionalizm konstruktivizmə qarşının» ən məhsuldar forması praqmatik yol, onlara sosial gerçəkliyi nəzərdən keçirmək üçün linzalar kimi baxılması yoludur. Bu növ işlərdə hər linzanın ən yaxşı işlədiyi problemlərin növünü mərzləməyə (və ya hesaba almağa) çalışmaq adi haldır. Bəzi bu növ fərziyyələr etməyimizə baxmayaraq, biz bildirdik ki, bütövlükdə iki «izm» və onların ehtimal edilən səlahiyyətləri arasında sərhəd xətti çəkməyin standart yolları laxlayan dayaqlar üzərində dayanmışdır. Beləliklə, konkret tədqiqat üçün hansı linzadan istifadə edilməsi məsələsini də metodoloji və ya nəzəri mülahizələrlə əvvəlcədən təyin edilmiş kimi deyil açıq qoymaq lazımdır.

Bizim müzakirəmiz problemin «agentlik» tərəfində cəmlənmişdi. Biz tənliyin struktur tərəfini, dolayısıyla agentlərin təsisi məsələsində edildiyindən başqa, tədqiq etmədik. Rasionalizm və konstruktivizm arasında bəzi əlavə «nifaq almalarını» onların mikrostruktur makrostruktura qarşı, ümumi bilik kollektiv biliyə qarşı, xarici əlaqələr daxili əlaqələrə qarşı və «dərin» strukturların gerçəkliyi kimi məsələləri əhatə edən struktura yanaşmasında tapmaq olar. Bu problemlərin tədqiqi məhsuldar ola bilərdi, lakin bizə belə gəlir ki, nəticə bizim buradakı nəticələrimizlə, yəni praqmatik başa düşüldükdə, iki yanaşma arasındakı münasibət mühüm dərəcədə bir-birini tamamlayır, və ya üst-üstə düşür fikirləri ilə paralel ola bilər.

Qeyd edilməlidir ki, biz praqmatik baxışı mudafiə etməklə metodun idarə etdiyi sosiologiyanı təsdiq etmirik. Beynəlxalq münasibətlərdə çox tədqiqatların mövzuları, və ya izahı verilməli olan şeylər bu və ya digər «izm» tərəfindən himayə edilib-edilməyəcəyindən asılı olaraq seçilir. Lakin BM tədqiqatçılarının mövqeyi metodları təsdiq etmək yox, beynəlxalq siyasət haqqında böyük normativ maraq doğuran suallara cavab vermək olmalıdır. Metodlar vasitədir, nəticə deyildir. Fərdi akademik seçim kimi, hər hansı bir metodu seçib, bizi haraya qədər apara biləcəyinə baxmaq daha məntiqli olardı. Lakin fənnin məqsədi dünya siyasətini başa düşməkdirsə, biz hər üsulun haraya qədər aparacağını bilmədiyimizdən əvvəlcədən verilmiş əsaslara görə bu və ya digər yanaşmanı istisna etmək o qədər də məntiqli deyil. Doğrudan da, belə halda metod həllinə gücü çatmadığı problemlərin üstündən keçən dinməz ontologiyaya çevrilir. Rasionalist-konstruktivist debatların ontoloji, empirik və praqmatik səviyyələrini bir-birindən fərqləndirmək məhz şüurlu seçim edə bilmək üçün vacibdir. Biz evristik əsaslar üzərində praqmatik yanaşmaya üstünlük versək də, hesab edirik ki, söhbət hər üç səviyyədə davam etdirilməlidir.

Bu belə bir yekun təklifə gətirir: rasionalizm-konstruktivizm məsələsi debat kimi yox söhbət kimi nəzərdən keçirilməlidir. «Debat» dünyanın nəyə bənzəməsi barədə möhkəm və müstəqil görüşlərə malik iki tərəf arasında cəmi sıfır olan münaqişə mənası daşıyır. Bu, dünya siyasətinin məğzi barədə razılığa gələ bilməmiş realistlər və idealistlər arasındakı birinci «Böyük debatlar» üçün uyğun nəticə ola bilərdi. Lakin indiki də daxil olmaqla, bütün sonrakı «debatlar», məğzdən daha çox metodlar barəsində olmuşdur və bu səviyyədə əhəmiyyətli dərəcədə daha az risklidır. Rasionalistlər və konstruktivistlər beynəlxalq həyata onları səciyyəvi fərqli suallar verməyə və səciyyəvi fərqli cavablar qurmağa gətirən müxtəlif analitik mövqelərdən yanaşırlar. Metodoloji fundamentalizm naminə hər iki tərəfin bir-birini izolə etmək, və ya ikinci dərəcəli kimi qələmə vermək üçün alışıb-yandığı karların dialoqundan fərqli olaraq, indi vəzifə borcu müştərək sərhədləri birləşdirmək, və mümkünsə daha dəfedilməz cavablar, və gerçəkliyin daha yaxşı mənzərəsini almaq ümidiylə məxsusi arqumentləri sintez etmək olmalıdır.

Biz münaqişə və fikir ayrılığının ümumi qəbul edilmiş bir sıra məqamları üzərində işləməklə bu söhbətə öz payımızı verməyə çalışdıq. Bu fəslin on (!) fərqli layihəsi üzərində irəli-geri gəzişmələrimizə əsaslanan təcrübəmizə görə deyə bilərik ki, bu «izm»lər barədə söhbəti izləmək də, etmək də çox çətindir. Lakin maraqlısı odur ki, bizim çətinliklərimizin çoxu aşkar olan əhəmiyyətli fikir ayrılıqlarından yox, daha çox təsvir məsələlərindən, və müəyyən nöqtələrdə «digər tərəfin» arqumentinin necə işləməsi haqqında aydınlıq əldə etmək cəhdlərindən yaranırdı. İstənilən halda, biz hesab edirik ki, kor adamların beynəlxalq siyasətin başa düşülməsinin inkişafı ilə əlaqədar ən böyük ümidi hüquqi mübahisəyə yox, həqiqət axtaranların söhbətinədir.

Qeydlər

Müəlliflər Walter Carlsnaes, Thomas Risse, Joel Westra, PIPES seminarı və Beynəlxalq münasibətlər üzrə Stanford Reading Group-un üzvləri, və bir anonim rəyçinin ilkin layihələrə şərhlərini minnətdarlıqla qəbul edirlər.

Ədəbiyyat

Adler, Emanuel (1997) ‘Seizing the Middle Ground: Constructivism in World Polities’, European Journal of International Relations, 3: 319—63.

Akerlof, George (1970) ‘The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism’, Quarterly Journal of Economics, 84: 488-500.

Ashley, Richard (1984) ‘The Poverty of Neorealism’, International Organization, 38: 225—86.

Bamett, Michael (1998) Dialogues in Arab Politics. New York: Columbia University Press.

Becker, Gary (1957) The Economics of Discrimination. Chicago: University of Chicago Press.

Bhargava, Rajeev (1992) Individualism in Social Science. Oxford: Clarendon Press.

Bowles, Samuel (1998) ‘Endogenous Preferences: The Cultural Consequences of Markets and Other Economic Institutions’, Journal of Economic Literature, 36: 75-111.

Campbell, David (1998) Writing Security, 2nd edn. Minneapolis: University of Minnesota Press.

Cederman, Lars-Erik (1997) Emergent Actors in World Politics. Princeton: Princeton University Press.

Checkel, Jeffrey (1997) ‘International Norms and Domestic Politics: Bridging the Rationalist-Constructivist Divide’, European Journal of International Relations, 3: 473-95.

Checkel, Jeffrey (1998) ‘The Constructivist Turn in International Relations Theory', World Politics, 50: 324-48.

Clark, William (1998) ‘Agents and Structures: Two Views of Preferences, Two Views of Institutions’, International Studies Quarterly, 42: 245-70.

Cohen, Michael and Axelrod, Robert (1984) ‘Coping with Complexity: The Adaptive Value of Changing Utility’, American Economic Review, 74: 30-42.

Collin, Finn (1997) Social Reality. London: Routledge.

Cronin, Bruce (1999) Community Under Anarchy: Transnational Identity and the Evolution of Cooperation. New York: Columbia University Press.

Dekel, Eddie and Gul, Faruk (1997) ‘Rationality and Knowledge in Game Theory’, in David M. Kreps and Kenneth F. Wallis (eds). Advances in Economics and Econometrics: Seventh World Congress, Volume 1. Cambridge: Cambridge University Press, pp. 87-172.

Dessler, David (1989) ‘What's at Stake in the Agent-Structure Debate?’, International Organization, 43:441-73.

Ellickson, Robert (1991) Order Without Law: How Neighbors Settle Disputes. Cambridge, MA: Harvard University Press.

Elster, Jon (1985) Making Sense of Marx. Cambridge: Cambridge University Press.

Elster, Jon (1986) The Multiple Self. Cambridge: Cambridge University Press.

Elster, Jon (ed.) (1995) ‘The Strategic Uses of Argument’, in Kenneth Arrow et al. (eds), Barriers to Conflict Resolution. New York: W.W. Norton, pp. 236-57.

Emirbayer, Mustafa (1997) ‘Manifesto for a Relational Sociology’, American Journal of Sociology, 103: 281-317.

Esser, Hartmut (1993) ‘The Rationality of Everyday Behavior’, Rationality and Society, 5: 7-31.

Fearon, James (1998) ‘Deliberation as Discussion’, in Jon Elster (ed.). Deliberative Democracy. Cambridge: Cambridge University Press, pp. 44-68.

Fearon, James (2000) ‘What is Identity (As We Now Use the Word)?’, mimeo, Stanford University.

Fearon, James D. and Laitin, David D. (1996) ‘Explaining Interethnic Cooperation’, American Political Science Review, 90: 715-35.

Fearon, James D. and Laitin, David D. (2000) ‘Violence and the Social Construction of Ethnic Identity’, International Organization, 54: 845-77.

Ferejohn, John (1991) ‘Rationality and Interpretation’, in K. Monroe (ed.). The Economic Approach to Politics,.New York: Harper Collins. pp. 279-305.

Fierke, K.M. and Nicholson, Michael (2001) ‘Divided by a Common Language: Formal and Constructivist Approaches to Games’, Global Society, 15: 7-25.

Finnemore, Martha (1996) National Interests in International Society. Ithaca: Cornell University Press.

Finnemore, Martha and Toope, Stephen (2001) ‘Alternatives to Legalization: Richer Views of Law and Polities’, International Organization, 55: 743-58.

Fudenberg, Drew and Levine, David K. (1998) The Theory of Learning in Games. Cambridge, MA: MIT Press.

Gerber, Elisabeth and Jackson, John (1993) ‘Endogenous Preferences and the Study of Institutions’, American Political Science Review, 87: 639-56.

Gilbert, Margaret (1989) On Social Facts. Princeton: Princeton University Press.

Goldstein, Judith and Keohane, Robert (eds) (1993) Ideas and Foreign Policy. Ithaca: Comell University Press.

Hall, Rodney (1999) National Collective Identity: Social Constructs and International Systems. New York: Columbia University Press.

Hollis, Martin and Smith, Steve (1990) Explaining and Understanding International Relations. Oxford: Clarendon Press.

Howe, R. (1994) ‘A Social-Cognitive Theory of Desire’, Journal for the Theory of Social Behaviour, 24: 1-23.

Hurd, Ian (1999) ‘Legitimacy and Authority in International Polities’, International Organization, 53: 379-408.

Jackson, Patrick and Nexon, Daniel (1999) ‘Relations before States’, European Journal of International Relations, 5: 291-332.

Kalyvas, Stathis (1996) The Rise of Christian Democracy in Europe. Ithaca: Comell University Press.

Katzenstein, Peter, Keohane, Robert and Krasner, Stephen (1998) ‘International Organization and the Study of World Politics’. International Organization, 52: 645-85.

Keohane, Robert (2000) ‘Ideas Part-way Down’, Review of International Studies, 26: 125-30.

Kratochwil, Friedrich (1989) Rules, Norms, and Decisions. Cambridge: Cambridge University Press. Kratochwil, Friedrich (2000) ‘Constructing a New Orthodoxy? Wendt's “Social Theory of International Politics” and the Constructivist Challenge’, Millennium, 29: 73-101.

Laffey, Mark (2000) ‘Locating Identity: Performativity, Foreign Policy and State Action’, Review of International Studies, 26: 429-44.

Laitin, David (1998) Identity in Formation: The Russian-Speaking Populations in the Near Abroad. Ithaca: Comell University Press.

Lake, David and Powell, Robert (1999) ‘International Relations: A Strategic Choice Approach’, in D. Lake and R. Powell (eds). Strategic Choice and International Relations. Princeton: Princeton University Press. pp. 3-38.

Lapid, Yosef (1989) ‘The Third Debate: On the Prospects of International Theory in a Post-Positivist Era’, International Studies Quarterly, 33: 235-54.

Legro, Jeffrey (1996) ‘Culture and Preferences in the International Cooperation Two-Step’, American Political Science Review, 90: 118-37.

Lewis, David (1969) Convention: A Philosophical Study. Cambridge, MA: Harvard University Press.

Lynch, Marc (1999) State Interests and Public Spheres: The International Politics of Jordan’s Identity. New York: Columbia University Press.

Mandelbaum, Maurice (1955) ‘Societal Facts’, British Journal of Sociology, 6: 305—17.

March, James and Olsen, Johan (1998) ‘The Institutional Dynamics of International Political Orders’, International Organization, 52: 943-69.

Mas-Collel, Andreu, Green, Jerry R. and Whinston, Michael D. (1995) Microeconomic Theory. New York: Oxford University Press.

Meyer, John and Jepperson, Ronald (2000) ‘The “Actors” of Modem Society: The Cultural Construction of Social Agency’, Sociological Theory, 18: 100-20.

Moravcsik, Andrew (1997) ‘Taking Preferences Seriously: A Liberal Theory of International Polities’, Intenational Organization, 51: 513-53.

Norkus, Zenonas (2000) ‘Max Weber's Interpretive Sociology and Rational Choice Approach’, Rationality and Society, 12: 259-82.

Nye, Joseph (1987) ‘Nuclear Learning and US-Soviet Security Regimes’, International Organization, 41:371-402.

Pettit, Philip (1995) ‘The Virtual Reality of homo economicus’, The Monist, 78: 308-29.

Rabin, Matthew (1993) ‘Incorporating Fairness into Game Theory and Economies’, American Economic Review, 83 (5): 1281-302.

Rabin, Matthew, and O'Donoghue, Ted (2001) ‘Choice and Procrastination’, Quarterly Journal of Economics, 116 (1): 121-60.

Raub, Wemer (1990) ‘A General Game-theoretic Model of Preference Adaptations in Problematic Social Situations’, Rationality and Society, 1: 67-93.

Reus-Smit, Christian (1999) The Moral Purpose of the State. Princeton: Princeton University Press.

Ruggie, John (1983) 'Continuity and Transformation in the World Polity', World Politics, 35: 261-85.

Ruggie, John (1998) ‘What Makes the World Hang Together? Neo-utilitarianism and the Social Constructivist Challenge’, International Organization, 52: 855—85.

Schelling, Thomas (1960) The Strategy of Conflict. Cambridge, MA: Harvard University Press.

Schelling, Thomas (1978) Micromotives and Macrobehavior. New York: W.W. Norton & Co

Searle, John (1995) The Construction of Social Reality. New York: Free Press.

Smith, Steve (2000) ‘Wendt's World’, Review of International Studies, 26: 151-64.

Spruyt, Hendrik (1994) The Sovereign State and its Competitors. Princeton: Princeton University Press.

Stigler, George and Becker, Gary (1977) ‘De Gustibus Non Est Disputandum’, American Economic Review, 67:76-90.

Sugden, Robert (1989) ‘Spontaneous Order’, Journal of Economic Perspectives, 3 (4): 85-97.

Sugden, Robert (1993) ‘Thinking as a Team: Toward an Explanation for Nonselfish Behavior’, Social Philosophy and Policy, 10: 69-89.

Walker, R.B.J. (1987) ‘Realism, Change, and International Political Theory’, International Studies Quarterly, 31: 65-86.

Walt, Stephen (1998) ‘International Relations: One World, Many Theories’, Foreign Policy, 110: 29-46.

Waltz, Kenneth (1979) Theory of International Politics. Boston, MA: Addison-Wesley.

Weber, Cynthia (1998) ‘Perfonnative States’, Millennium, 27: 77-95.

Weibull, Jorgen (1995) Evolutionary Game Theory. Cambridge, MA: MIT Press.

Weingast, Barry R. (1995) ‘A Rational Choice Perspective on the Role of Ideas: Shared Belief Systems and State Sovereignty in International Cooperation’, Politics and Society, 23 (4): 449-64.

Weldes, Jutta (1999) Constructing National Interests: The US and Missiles in Cuba. Minneapolis: University of Minnesota Press.

Wendt, Alexander (1992) ‘Anarchy is What States Make of It: The Social Construction of Power Polities’, International Organization, 46: 391-425.

Wendt, Alexander (1994) ‘Collective Identity Formation and the International State’, American Political Science Review, 88: 384-96.

Wendt, Alexander (1998) ‘On Constitution and Causation in International Relations, Review of International Studies, 24, Special Issue: 101-17.

Wendt, Alexander (1999) Social Theory of International Politics. Cambridge: Cambridge University Press.

Wendt, Alexander (2001) ‘Driving with the Rearview Mirror: On the Rational Science of Institutional Design’, International Organization, 55 (4): 1021-51.

Young, H. Peyton (1998) Individual Strategy and Social Structure: An Evolutionary Theory of Institutions. Princeton: Princeton University Press.

4
Rasional seçim və Beynəlxalq münasibətlər
DUNCAN SNIDAL

RASİONAL SEÇİMƏ ŞÜBHƏLƏR

Rasional seçim müharibədən sonrakı dövrdə Beynəlxalq münasibətlərin (BM) öyrənilməsində əsas yanaşma üsullarından biridir. O, beynəlxalq siyasət barədə müasir nəzəri debatları müəyyən etməyə kömək etmiş, anarxiyanın nəticələri və kooperasiyanın mümkünlüyü kimi mövzuları başa düşməyimiz işini irəli aparmışdır. Bəzilərinə görə, rasional seçim sahə üzərində öz hegemonluğunu qurmaq vəzifəsini daşımış, lakin nə özünün məhdudiyyətlərini, nə də təbii yanaşmaların dəyərini qiymətləndirmək qabiliyyətində olmamışdır. Bu yanaşmanın bəzi həm daxili, həm də xarici kəskin tənqidləri indi möhkəm mövqelərə malikdir və rasional seçim onların qarşısından geri çəkilən kimi görünə bilər.90

Bu fəsil həmin tənqidlər tərəfindən qaldırılmış sualları, rasional seçimin onlarla necə davrana bilməsi istiqamətində dəyərləndirir.91 Mən tənqidlərin müzakirə-sindən başlayacaq və göstərəcəyəm ki, onlardan hər biri müəyyən həqiqət elementinə malikdir. Lakin onlardan hər biri haqqında rasional seçimi rədd etməyə səbəb kimi yox, onu təkmilləşdirmək üçün stimul kimi düşünmək daha faydalı olardı. Sonra mən bu hökmü rasional seçim və BM sahəsinin hazırda daha geniş şəkildə məşğul olmağa çalışdığı substantiv və nəzəri tapmacalar dəsti terminlərində qısaca olaraq tədqiq edirəm. Rasional seçim bu problemlər üçün sadə həllər təklif etmir və bu, onlara müraciət etməyin yeganə yolu deyil. Lakin bu, güclü və mütəhərrik yanaşmadır və tənqidi ciddi qəbul etdikdə, onlara cavab verməyə qabildir.

Rasional seçimin öz təhlillərini aparması üsulları barədə daxili tənqidləri iki başlıca növə bölmək olar. Birincisi ondan ibarətdir ki, rasional seçim riyazi texnika üzrə fetişizm yaratmışdır ki, bu da onun sağlam düşüncəyə əsaslanan nəzəri quruculuğu mücərrəd və mürəkkəb modellərlə əvəz etməsinə gətirir. Özünün ən müsbət formasında bu fikir belə davam etdirilir ki, rasional seçim bizim «artıq bildiyimizi» daha anlaşılmaz dildə təkrar edir; ən mənfi formada, özünün əsassızlığını örtmək üçün qarmaqarışıqlıqdan istifadə edir. Daha pisi, «izahlar rasional seçim dilində baxılacaq obyektlər deyil», və hətta, «rasional seçimlə yüksək dərəcədə uzlaşan, lakin onun texniki geyimində təsvir edilməyən arqumentlər qiymətləndirilməyiblər» fikridir. Texnika məzmun üzərində saxta qələbə qazanmışdır.

Müəyyən həqiqət elementinə malik olsa da, bu tənqid lazımi qaydada istifadə edilən texniki üsulların dəyərini müəyyən etmək qabiliyyətində deyil. Daha vacibi isə odur ki, bu tənqid rasional seçim etməyin konkret yollarının müzakirəsini, texniki cəhətdən sadə və riyazi cəhətdən aydın olmalı ümumi yanaşma ilə birləşdirir. Tənqidin tərəfdarları anlamalıdırlar ki, formallaşdırma rasional seçimin zəruri şərti (sine qua non) deyil, onun alətidir. Rasional seçimdə hökmlər, hətta məntiqi nəticələr belə tamamilə «şifahi» ola bilər. Bu çox vaxt davam etməyin ən yaxşı yoludur. Lakin bədbinlər (skeptiklər) anlamalıdırlar ki, yanaşmanın gücü, əldə edilmiş nəticələrin formallaşdırmadan fərqli hər hansı yolla alına bilməyən hər hansı kiçik hissəsi əsasında müəyyən edilmir.

İkinci daxili tənqid ondan ibarətdir ki, rasional seçim güclü empirik dayaqlara malik deyil. Bü baxışa görə, tərəfdarlar bunu lazımınca yoxlamamışlar və yoxlayanda da çox az himayə tapmışlar. Onlar deyirlər ki, bu çatışmamazlığı düzəltmək əvəzinə rasional seçim daha çox yersiz nəzəri fərziyyələrə doğru geri çəkilmişdir.

Burada da, həqiqət elementi var, belə ki, rasional seçim beynəlxalq siyasət haqqında arqumentlərin dəyərləndirilməsindən daha çox onların inkişaf etdirilməsinə yönəldilmişdi. Bundan əlavə, rasional seçimin çoxcəhətliliyi və elastikliyi sınaq üçün xüsusi çətinliklər yaradır. Lakin bu tənqid iki mühüm mənada yanlışdır. Birincisi, rasional seçimin ümumi bir yanaşma kimi sınaqdan keçirilməsinin mümkünlüyü, rasional seçim görüşlərinə əsaslanan konkret fərziyyələrin və ya substantiv nəzəriyyələrin sınaqdan keçirilməsi barədə daha ağılabatan layihə ilə qarışdırılır. İkincisi, rasional seçimin empirik mülahizələr tərəfindən idarə edildiyi mərhələnin səviyyəsini, və onun empirik işlərin geniş diapazonunda oynadığı mərkəzi rolun dərəcəsini ciddi surətdə qiymətdən salır. Lakin rasional seçimə ən böyük çağırış onun empirik tətbiq oblastını genişləndirmək və dərinləşdirmək istiqamətindədir. Bu, davam etməkdə olan layihədir, və mən də bu çağırışa cavab verəcək işin vacib olduğunu qeyd edirəm. Yekunda rasional modelləri empirik olaraq ən yaxşı necə qiymətləndirmək barədə çox maraqlı debatlar olmalıdır, çünki bunun edilməsinin vacibliyi haqqında bu günə qədər hər hansı fikir ayrılığı yoxdur.

Diqqətsizlikdən konstruktivist yarlıq altında qruplaşdırılmış mühüm xarici tənqid dəsti lap bu yaxınlarda belə iddia edirdi ki, rasional seçim fərz etmə yoluyla bəzi problemləri ön plana çəkir, digərlərini isə nəzərə almır. Bu, bəzilərinin rasional seçimin çəkdiyi zəhməti ümumiyyətlə şübhə altına qoymasına, digərlərinin isə bu paya rəğbətlə yanaşmasına, lakin buna öz yolu ilə getmək, və ya böyük suallara cavab vermək qabiliyyətində olmamaq kimi baxmasına gətirir. Rasional seçim əsas aktyorların kim olmasının, onların maraqlarının, təsisatların mənşəyinin və ya onların necə dəyişməsinin izahı məsələlərində qeyri-mükəmməl hesab edilir. Bu natamamlıqlar başa düşülməli və mümkün hallarda həll edilməli olan məsələlərdir. Lakin natamamlıqlar həm də şişirdilmişdir, və onlara (onların zəif formalarında) rasional seçim təhlilinin güc aldığı sağlam düşüncəli metodoloji addımlar kimi bəraət qazandırıla bilər.

Burada mənim məqsədim konstruktivist-rasionalist debatla məşğul olmaq yox, konstruktivist tənqidi rasional seçimin həll edə biləcəyi və etməli olduğu mühüm problemlər kimi işə cəlb etməkdir.92 Mən göstəririəm ki, BM rasional seçim təhlili bu məsələlərin hamısını həll edə bilmir, lakin onlara ciddi yanaşmaqla, cavabdan-cavaba inkişaf etməklə özünü təkmilləşdirə bilər.

Mən bu müxtəlif tənqidlərə ilk növbədə metodoloji, sonra isə, ona əsaslanaraq, substantiv yönümdən yaxınlaşıram. Növbəti bölmə «Rasional seçim nədir?» sualından başlayır. Mən hesab edirəm ki, rasional seçim ümumi nəzəri fərziyyələri birləşdirən, lakin konkret substantiv məzmun terminlərində geniş açıq olan metodologiyadır. Doğrudan da onun konkret substantiv mövqelərlə, xüsusilə də BM daxilində realizm, neorealizm və, lap sonuncu, neoliberalizm ənənəsindən qaynaqlanan əlaqəsi bu substantiv yanaşmaların hüdudlarını rasional seçimin məxsusi hüdudları ilə qarışıq salmağı çox asanlaşdırır. Əslində, rasional seçim son dərəcə elastikdir, və substantiv yanaşmaların geniş diapazonu ilə bir araya sığandır. Digər fərz edilən məhdudiyyətlər rasional seçimə xas deyil, lakin təhlili asanlaşdırmaq üçün taktiki metodoloji seçimi təmsil edir. Bu onları bir məhdudiyyət kimi aradan qaldırmır, lakin diqqətli yanaşma potensial olaraq onları aradan qaldırmağın necə mümkün olduğunu, və ya əksinə, onların aradan qaldırılmasının niyə məqsədəuyğun olma-dığını göstərir.

Buna əsaslanaraq, mən rasional seçim metodologiyasının iki daxili tənqidini nəzərdən keçirirəm. Göstəririəm ki, formallaşdırma rasional seçimin zəruri xüsusiyyəti deyildir, lakin onun inkişafında mühüm rol oynamışdır. Bununla belə, daha yumşaq, qeyri-riyazi yanaşmalar nəzəriyyənin inkişafı və onun konkret problemlərə tətbiqində eyni dərəcədə mərkəzi yer tutmuşlar. Ən vacibi, formal və yumşaq yanaşmalar rəqib yox, bir-birini yüksək dərəcədə tamamlayandır. Empirik istiqamətdə rasional seçim bəzi konkret məhdudiyyətlərlə üzləşir və ona görə də onun empirik inkişafı nəzəri inkişafından geridə qalır. Lakin o, empirik baxımdan da onun tənqidçilərinin dediyindən çox güclüdür; əhəmiyyətli miqdarda empirik tədqiqatlar onu bu istqamətdə gücləndirmək üçün istifadə edilən üsulların geniş diapazonunu nümayiş etdirir.

Bu fəslin yekun bölməsində rasional seçimin, onun BM-də daha geniş tətbiqinin üzləşdiyi üç mühüm sualın öhdəsindən necə gəlindiyi nəzərdən keçirilir. Birincisi ümumi dəyişikliklər problemidir. Mən göstərirəm ki, rasional seçim yanaşmasını istifadə edən bəzi substantiv nəzəriyyələr dəyişikliklərin öyrənilməsindən imtina edə bilərsə də, ümumilikdə rasional seçim üçün bu düzgün deyil. Rasional seçim birləşdirilmiş dəyişiklik üzərinə müəyyən metodoloji məhduduiyyətlər qoysa da, beynəlxalq vəziyyətdəki dəyişikliyin vacib məsələlərinin həllinə girişə bilər. İkinci problem rasional seçim daxilində üstünlüklərin (üstün hesab edilən şeylərin) və aktyor mənsubiyyətlərinin izahı problemidir. Mən bu dəyişikliklərin müzakirəsini davam etdirir və göstərirəm ki, sistemli qaydada edəcəyi halda, rasional seçim dəyişməz (qeyd edilmiş) üstünlüklər barədə özünün fərziyyəsini yumşalda bilər. Üçüncü substantiv şübhə normativ məsələləri əhatə edir. Mən, tam normativ müzakirə ilə məşğul olmasam da, göstərirəm ki, rasional seçim normativ mülahizələri çoxlu sayda müxtəlif üsullarla işə cəlb etməyə qabildir, və onlarla məşğul olmaq öz növbəsində nəzəriyyənin aktivinə fayda gətirəcəkdir.

RASİONAL SEÇİM NƏDIR?

Rasional seçim məsaməli sərhədlərə malik geniş tədbirdir. Bu, ən ümumi səviyyə istisna edilməklə, substantiv nəzəriyyə deyil.93 Ona görə də, o, adətən məhdudiyyətlər şəraitində fərdi və kollektiv (sosial) nəticələri fərdi məqsədyönlü axtarış terminlərində izah edən metodoloji yanaşma kimi nəzərdən keçirilir. Bu geniş anlayış, konkret nəzəri və empirik məzmuna malik olmazdan xeyli əvvəl doldurulmalıdır. Bunu etmək üçün, bəzilərinin yanaşmaya edilən mühüm tənqidlərə cavab verə bildiyi sonsuz sayda yol mövcuddur.

İstənilən halda, rasional seçim kimi hər bir nəzəri metodologiya çox ümumi olan müəyyən substantiv öhdəliklərə səbəb olur.94 Diqqətin məqsədyönlülük üzərində cəmlənməsi izahın uyğun aktyorlar, onların güddüyü məqsədlər və bunu edə bilmələri imkanları terminlərində aparılmalı oldu-ğunu nəzərdə tutur. Yanaşma, həmçinin texnoloji, təsisati, və ya aktyorların seçimlərinin qarşılıqlı surətdə asılı olması nəticəsində yarana biləcək məhdu-diyyətlərin müəyyən müfəssəl təsvirini tələb edir. Bunun çərçivəsində və bundan kənarda rasional seçim alternativ təfsilatlar üçün son dərəcə açıqdır. Diqqətəlayiqdir ki, məqsədlər eqoizm və ya maddi maraqlarla məhdud edilməmişdir, və başqa şeylərlə əlaqədar, normativ və ya təsəvvüri «məqsədləri» də əhatə edə bilər. Bundan əlavə, nəzəriyyənin əsas istiqaməti adətən güclü hesablama qabiliyyətinə malik hiper-rasional aktyorlar terminlərində yaradılsa da, nəzəriyyə öz imkanlarına qoyula biləcək sərhədləri və ya qərar qəbul edilməsində məhdudiyyətləri də əhatə etməyə açıqdır. Nəhayət nəzəriyyə çox tez-tez aktyorların praktikada necə davranması barədə müsbət (pozitiv) nəzəriyyə kimi istifadə edilir, lakin o, aktyorların davranışını qiymətləndirmək, və ya onların necə davranmalı olduqlarını göstərmək üçün normativ nəzəriyyə kimi də istifadə edilə bilər.

Rasional seçimin «nəyinsə» nəzəriyyəsi olmağa çalışan hər bir tətbiqi daha müfəssəl substantiv öhdəliklər tələb edir. BM-də «neo»-ənənə dövlətlərin əsas aktyorlar olduğunu, onların güc və ya rifah kimi məqsədlər güddüklərini və öz maraqlarını təmin etməkdə nisbi səmərəli olduqlarını fərz edir. Belə fərziyyələr üçün təminat rasional seçimdən deyil, beynəlxalq siyasət haqqında substantiv biliklərdən doğur. Məsələn, sosial seçim barədə ədəbiyyat toplumların aktyorlar kimi nəzərdən keçirilməsi ilə əlaqədar tikanlı suallar qaldırır (Arrow, 1951), yəni «dövlət aktyor kimi» fərziyyəsi üstüörtülü substantiv təkliflərə əsaslanır. Başqa aktyorlar (məsələn, beynəlxalq aktivistlər və ya sub-milli maraqlar), müxtəlif məqsədlər (məsələn, mənəvi dəyərlər və ya mənfəət) güdən aktyorlar, və ya bunu etmək üçün fərqli imkanlara malik aktyorlar (məsələn, daha məhdud hesablama imkanları və ya məlumatın çatışmaması mənasında) təklif edən alternativ fərziyyələr də eyni dərəcədə rasional seçimlə bir araya sığandır. Beləliklə, rasional seçim tamahkar, materialist «iqtisadi» aktyorlar, və ya beynəlxalq işlərdə məqsədsiz, güc axtaran dövlət-aktyorlar anlayışı ilə heç cür məhdudlaşmır. Daha geniş rasional seçim çətiri altında, müxtəlif substantiv təfsilatlar müxtəlif nəzəriyyələrə gətirə bilər.

90.Konkret Beynəlxalq münasibətlərə ünvanlanmamış tipik tənqidlər diapazonu üçün, bax: Elster, 1989; Friedman, 1995; Green və Shapiro, 1994; Katzenstein, 1996; Monroe, 2001; Ruggie, 1998; Walt, 1999; Wendt, 1999; Yee, 1997.
91.Bu suala son zamanlar müxtəlif perspektivlərdən baxmaq üçün edilmiş cəhdlərlə əlaqədar bax: Lake və Powell, 1999a; Katzenstein və başq., 1998 və Hasenclever və başq., 1997-də bir sıra məqalələr.
92.Konstruktivizm və rasionalizm arasındakı münasibətləri Fearon və Wendt bu kitabdakı məqalələrində müzakirə edirlər.
93.Həmişə olduğu kimi, «nəzəriyyə» sözü burada bir qədər sezilməyəndir. Əslində, müxtəlif (mücərrəd) şəraitlərdə aktyorların necə seçim etməli olmalarının normativ nəzəriyyəsi olan rasional seçim, aktyorlar rasional qəbul edildikdə və empirik şərait (məsələn, BM) müəyyən olduqda pozitiv nəzəriyyəyə çevrilir. Formallaşdırma minimal substantiv məzmunlu mücərrəd təsvir təmin edən paralel riyazi «nəzəriyyə» daxil edir. Bu mücərrəd nəzəriyyənin konkret empirik yozumu onu substantiv nəzəriyyəyə çevirir.
94.Bu bənddə məni «sıxdığına» görə Thomas Risse-yə təşəkkür edirəm.

Ücretsiz ön izlemeyi tamamladınız.