Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Son yeniçəri», sayfa 3

Yazı tipi:

–Yox, elə bir saatdır, səninləyəm.

–Olsun, − dedi Yusif, – sənə deməliyəm.

Sağa-sola baxandan, ətrafını yoxlayandan sonra sə-bəbini bilmədiyim bir gərginlik var idi hərəkətlərində. Bəlkə də, məsuliyyət hissinin altında əzilirdi.

–İndi, Sarı, – dedi, – mən sənə nə desəm, sən də eyni-sini təkrar edəcəksən. Mənim kimi yüksək səslə de.

Bədənimi qəribə bir hiss bürüdü. Budur, artıq daşlar aşağıya doğru gedirdi və onları heç kim saxlaya bilməzdi. Artıq heç nə əvvəlki kimi olmayacaq, heç nə gözümə əv-vəlki kimi görünməyəcəkdi. Eşitdiyim heç bir səs əvvəlki kimi səslənməyəcəkdi. Yusif, sanki yüksək səslə mahnı oxuyurmuş kimi avazla:

–Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhəm-mədən əbduhu və rəsuluh, – dedi.

Mən də eyni sözləri təkrarladım. İki dəfə də oxudu, mən də onun oxuduqlarını təkrar etdim. İkimiz də sus-duq qəfil. Dərin bir səssizlik bürüdü ətrafımızı. Mənə bax-dı və titrəyən səslə, vəcdə gətirən ahənglə:

–Artıq sən də müsəlman oldun, – dedi.

Özümdən asılı olmadan:

–Elə bu? – soruşdum.

Bu sözləri inan ki, mən deməmişdim. Qeyri-ixtiyari ağzımdan çıxmışdı. Bütün dünyam alt-üst oldu. Günlərlə ciddi-ciddi düşün, üz-üzə oturub səninlə heç kimin indi-yə kimi danışmadığı şeylərdən danışılsın, günlərlə hazır-lıq görülsün, yeməklər hazırlansın, paltarlar alınsın, sonra da bir cümlə deyəsən, vəssalam, hər şey bitsin. “Artıq sən də müsəlman oldun”. Bütün hazırlıqlar buna görə idi? Elə bu? Buna görə idi yuxusuz keçirdiyim gecələr, oturub ağ-lamağım, həyatımın bütün anlarını gözdən keçirməyim?! Həzrəti İsa əfəndimizdən bir səs, bir işarə gözləyərək sə-həri diri gözlü açım, axırı da belə!

Daldığım dərin düşüncədən Yusifin səsi ilə ayrıldım.

–Müsəlman oldun, amma yolumuza hələ ki, girmə-misən. İndi isə burda yolumuza girəcəksən. Rəhbərin mə-nəm, dediyimi eləyəcək, etdiklərimə tamaşa edəcəksən. Mən də səni mürşidinə və yola təslim edəcəyəm.

Birdən rahatladım. Hələ qurtarmamışdı. Hə də, bu cür vacib məsələ belə asan qurtara bilməzdi ki.

Sonra ləyən və aftafanın yanına getdi. Aftafanı götü-rən kimi yüksək səslə qışqırmağa başladı:

–Bismi şah! Allah Allah! Heydərin rahində bədənim oldu çax. Üz sürtüb dərgahına eylədim Haqq. Pirimiz, us-tadım Salmani-pak! Bər camalı Muhəmməd, Kamali İma-mi Həsən və Hüseyn ruhuna salavat!

Bundan sonra mənasını o qədər də yaxşı başa düş-mədiyim bir dua oxudu. Sonra:

–İndi gəl, – dedi, – gəl, əvvəlcə əllərini ləyənə uzat.

Əllərimi yumaq üçün su tökür, bir tərəfdən də bun-ları oxuyurdu:

–Ey talib! Lap əzəldən bəri hər nə qədər Allahın qa-dağan etdiklərinə toxunsan da, hamısından təmizlənmək üçün əllərini yumaq Cənabı-Rəsulun sünnətidir.

Əllərimi yumuşdum ki, iki dəfə də yumalı olduğumu bildirdi. Sonra mənə ağzımı, qollarımı, üzümü, başımı ne-cə yuyacağımı öyrətdi. Elə ağzımı yumaq istəyirdim ki, dualara yenidən başladı:

–Ey talib! Bu ana kimi ağzımdan çıxan küfr və xəta kimi hər nə olubsa, onların hamısından xilas olmaq istə-yirəm. Bu da Muhəmməd Mustafanın sünnəti-şərifəsidir! Ey talib! Bəzmi-ələstdən bu günə kimi iylədiyin pis iyləri yox etmək üçün burnuna su vermək Muhəmməd Musta-fanın sünnəti-şərifəsidir! Ey talib! Əzəldən bu ana kimi vaqe olan həyasızlığın hamısından xilas olmaq üçün üzü-nü yumaq Cənabı-Haqqın fərzidir! Ey talib! Kiçik yaşın-dan indiyə kimi qol-boyun olduğun haramların hamısın-dan xilas olmaq üçün qollarını yumaq Cənabı-Haqqın fər-zidir! Ey talib! Baş bədənin mərtəbəsi, ən yüksəkdə olanı-dır. Bədən insanı daşıyar, baş hər şeyi bilib anlayar. Ağıl və fikir başda lazımdır. Bu günə kimi şəriyi-qədim və əq-li-müstəqimin tərsinə hərəkət etmişiksə, bütün etdiyin gü-nahların hamısından arı və duru olmaq naminə başına məsh çəkirsən. Bu da Cənabı-Haqqın fərzidir! Ey talib! Əzəldən əbədə Allahın istəyinin əksinə səhv yol və üsya-na getmisənsə, səni günahlara aparan ayaqlarına da məsh çəkməlisən. Bu da Cənabı-Haqqın fərzidir!

Aman Allah, bütün bu sözləri belə ard-arda sıraya düzən bizim Yusif idimi? Bizim keşişlər belə kilsədə dua-ları kitabdan oxuyurdular. Yusif gör necə də aramla ard-arda düzmüşdü sözləri. Sonra mənə dəsmalı uzatdı və be-lə dedi:

–Ey talib! Bu dəstəmaz Həzrəti Cəfər Sadiq ədəbinə uyğundur. Cənabı-Haqq Ərənlər dərgahında və dəstə-mazında sabitqədəm elə! Allah, eyvallah! Hu, dost!

Daha sonra isə əlavə etdi:

–Elədiklərimə fikir ver! Eynisini təkrar elə! İndi iki rükət namaz qılacağıq. Bu sənin cənazə namazındır. Bun-dan əvvəlki varlığından xilas olmaq mənasındadır.

Otaqdan çıxdıq. “Meydana çıxacağıq”, – deyə mənə yuxarını göstərdi. Yuxarıya çıxanda dar qapıdan içəri keç-dik. Kətillərin qabağındakı dərilərin qarşısında əyilib səc-də etdikdən sonra mənə “gir və otur”, –deyə işarə etdi.

Bura olduqca geniş otaq idi. Ən diqqət çəkən yerin-də – dərinin üstündə Əhməd baba oturmuşdu. Hər iki tə-rəfində dərvişlər düzülmüşdülər. Bu dərvişlərdən birini tanıyırdım. Bu, dərviş paltarının içində olduqca təvazökar görkəm alan Arif ağa idi. Dərvişlərdən bu tərəfdə isə baş-larından çiyinlərinə kimi ağappaq şala bürünmüş beş qa-dın oturmuşdu. Bu qadınlardan da birini tanıyırdım. Bu da Zəhra xanım idi.

Bir hissəsini başa düşdüyüm, bir hissəsini isə başa düşmədiyim bir sıra dualar edildi, Babanın qarşısına gə-ləndə xüsusi hərəkətlər başladı. Bunların hamısını yadda saxlamaq istəyir, sonra unutduğumun fərqinə varır və ümidsizliyə düçar olurdum.

Nəhayət, Yusif ayağa durub Babanın qarşısına keç-mək üçün yol göstərdi mənə. Əhməd baba saf, dupduru ifadə ilə üzümə baxdı. Bu üz ifadəsində nə yaxşı, nə də pis heç nə görmürdüm.

–Ey can, – deyə sözə başladı, – bu yerə, bu məkana niyə və necə gəldin? Haqq eşidib, Haqq bilib, Haqq görüb gəldin. Can, sən Muhəmmədin, Əlinin və on iki İmamın qatarına qatılıb, pirimiz Həzrəti Hünkar Hacı Bəktaş Vəli sahibimizin ərkanı aliyyələrinə girmək istəyirsən. Bu yol çətindir, çətinlikləri çoxdur. Dəmir ləbləbidir, qılıncdan incə, qıldan kəskindir. Atəşdən köynəkdir. Ərənlər də be-lə buyurublar: “Biz, bizə tərəf gələnlərə belə deyirik: “Gəlmə! Gəlmə! Dönmə! Dönmə! Gələnin malı, gedənin canı!”

Lakin kimsə səni təşviq və ya məcbur etməmişdir. Əgər görüb eşitdiyini Haqq deyə qəbul etsən, Haqq yo-lunda qurban getməyə hazırsan deməkdir. Yox, əgər vic-danın razı olmasa, ərənlər yolunda məcburiyyət yoxdur, geri qayıdarsan. Sonrakı peşmançılıq fayda verməz. Haqq ərənlərdən verdiyi, verəcəyi öyüdlərlə, məsləhətlərlə hə-rəkət edəcəksən? Burda olanların hər biri iqrar sahibi haqq olanlardır. İqrarına indi şahid olduqları kimi, yolu-muzdan dönsən, məhşər günü də sənə şahidlik edəcəklər. Bu barədə əməlli-başlı düşünmüsənmi? Nə deyirsən?

Nə deyəcəyimi çoxdan bilirdim. Əhməd baba da nə cavab verəcəyimi bilirdi. Amma öz-özümə:

–Görəsən, – dedim, – bu meydana çıxıb, buraya kimi gəlib sonra vaz keçib gedən olub? Olubsa, axırı necə olub?

Bu ağıl nələrə qadirdir, Tanrım, dayanmadan düşü-nür…

–Allah, eyvallah, razıyam, – dedim və dər adlanan məqama niyaz etdim.

Əhməd baba bu dəfə meydandakılara xitab edib:

–Ərənlər, – dedi, – bu can üçün nəsə deyəcəksiniz? Onu qardaşlığınıza qəbul edirsiniz?

Meydanda olanların hamısı bir ağızdan:

–Allah, eyvallah, – deyərək başlarını önə doğru əyib qaldırdılar. Bu qəbul edilməyim mənasına gəlirdi.

Əhməd baba təzədən üzünü mənə çevirdi:

–Ey can! Rizayi-Haqqdan və ərkani-təriqdən və pən-di-mürşiddən və rəhbərdən bir addım da olsun ayrılma-yıb, On iki İmamımızın ictihadi-cəlilələri və pirimiz Hün-kar Hacı Bəktaş Vəli əfəndimizin seyri-süluki səniyyələ-rinə tabe olaraq təriqi-müstəqimi-şəriət və üsuli-qədimi-təriqətə, kamali-təməssük və təvəssül birlə sülukünüzdə aşiq və qərarınızda sadiq olacaqsınızmı? Təkliflərimizi, tənbehlərimizi qəbul edəcəksinizmi? Verdiyimiz təlqinləri və etdiyimiz nəsihətlərə haqqı ilə əda edəcəksinizmi? Bu yolda sizin zamininiz varmı?

Yusifin gur səsini eşitdim:

–Allah, eyvallah!

Əhməd baba mənə dönüb:

–Yaxşı, − dedi, – yerinizə oturun! Ərənlər sizə yaxşı düşünmək üçün vaxt verir.

Üsuluna uyğun olaraq salam verib keçib yerimə otur-dum.

Bəs indi nə olacaqdı? Hər şey yolunda gedirdi axı, mənə verilən vaxt nə idi belə? Bu müddət elə qəhvə falla-rındakı vaxt kimi idi. Bilmədən bəlkə nəsə hörmətsizlik eləmişdim? Amma yox, ayin necə varsa, eləcə də, olduğu kimi davam edirdi. Əgər hardasa səhv etsəydim, ayini də saxlayardılar. Halbuki ayin olduğu kimi davam edirdi. Xidmətçilər xidmət edir, dualar oxunur və çıraqçılar çı-raqları bir-bir yandırır, Əhməd baba ilə uzun-uzun qarşı-lıqlı salamlaşırdılar.

Birdən Əhməd baba yerindən durdu və digər dərinin üstündə dayanıb namaz qılmağa başladı. Uzun-uzadı du-alar etdi. Geri qayıdıb öz dərisinin üstündə oturandan sonra üzünü mənə çevirib:

– Ərənlər, – dedi, – bizim yolumuzda mürşidə var-maq üçün bir rəhbər lazımdır. Burdakı canların hər biri iqrar və iman sahibi, rəhbərlik etmək iqtidarında olan in-sanlardır. Rəhbərliyinə kimi istəyirsən? Tez get, seçdiyin rəhbərin qarşısında niyaz et!

Qalxdım, Yusifin qarşısına keçib niyaz etdim. O da mənə eyni şəkildə qarşılıq verdi. Əhməd baba üzünü Yu-sifə çevirib:

– Ərənlər, – dedi, – bu can sizin ona rəhbərlik etməyi-nizi istəyir. Qalx, ərkanı-Həzrəti Muhəmməd, Əli və təri-qəti Hünkar Hacı Bəktaş Vəli üstünə bu canın rəhbərliyini icra etməyə başla.

Yusif ayağa durdu, “Allah, eyvallah,” – dedi. İndi də Yusiflə Əhməd baba arasında qarşılıqlı dualar bir-birini izləyirdi.

Nəhayət, Yusif məni meydandan çıxartdı və boynu-ma yundan bir ip keçirtdi. Sonra təzədən içəri keçməyimə icazə verdi və boynumdakı ipi alıb Əhməd babaya uzatdı. Baba yenə dualar oxudu və boynumdakı ipi təzədən Yu-sifə verdi. Yusif məni demək olar ki, hər dəri parçasının qarşısında saxlayaraq nəsihətlər edir, dualar oxuyurdu. Sonra məni təzədən Əhməd babanın hüzuruna gətirib bunları dedi:

–Bismi şah! Allah Allah! Əli ərdə, özü dərdə, üzü yer-də, Haqq hüzurunda, Muhəmməd Əli divanında, pirimiz Həzrəti Hünkar Hacı Bəktaş Vəli sahibimizin meydanın-da, On iki İmam və on dörd məsumun dostlarını dost bi-lib düşmənlərindən uzaq durmaq şərti ilə və Haqq Ərən-lərin verdiyi nəsihətlərlə hərəkət etmək üçün yalınayaq, başıaçıq, boynubağlı ərənlər meydanında Piri təriqət Sey-yid Muhəmməd Hünkar Hacı Bəktaş Vəli sahibimizin tə-riqi-nazənininə Mixail oğlu Sarı Abdullahın verəcəyi bir qoç qurbanımız var. Bu yöndə hansısa bir fərmanınız var-mı? Gətirəkmi? Allah, eyvallah!…

Əhməd baba bu dəfə yenə hüzurundakılardan so-ruşdu:

–Bu munis aşiq boynubağlı ərənlər meydanına gəlib qul və qəbul olmağı diləyir. Bu yöndə ərənlərin mərifət rəyini tələb edir. Bu candan razısınız?

Hamı qəbul etdiyini bir daha bildirdi. Bundan sonra Yusif məni babanın qarşısında diz çökdürdü və uzun dua oxudu. Bu uzun duaları heç çaşmadan oxuyan insanın Yusif olduğuna hələ də inana bilmirdim.

Əhməd baba boynumdan ipi çıxardıb yanına qoydu. Əlini uzadıb sağ əlimi tutdu. Baş barmağımı bərk-bərk öz baş barmağı ilə birləşdirdi. Mənə necə öyrətmişdilərsə, mən də eləcə babanın ətəyindən tutdum. Lakin bu öyrə-diləndən daha dəhşətli duyğu idi. Elə bil bu ətəyi burax-sam, yıxılacaqdım. Hara? Yıxılmaqdan qorxduğum yer kifayət qədər yüksək idi.

–Dediklərimi təkrarla, – dedi Əhməd baba, – bütün günahlarıma görə böyük Allahın məni bağışlamasını is-təyirəm. Bilərəkdən, ya da bilməyərəkdən, səhvən, gizli, ya da açıq bütün günahlarıma görə Allah məni bağışlasın. Bilinən və bilinməyən bütün günahlarıma görə Allah mə-ni bağışlasın! Tövbə edirəm. Allahım, sən gizlinləri bilən, eyibləri örtən və günahları bağışlayansan.

Deyilənlərin hamısını yüksək səslə təkrar etməyə başladım.

–İndi isə təkrar etməyəcək, ancaq və ancaq mənə qu-laq asacaqsan, – dedi Əhməd baba.

–Ey talib! Allah, Muhəmməd və On iki İmama iman gətir. Məzhəbini bir bil. Həqiqi mürşidini Əli, rəhbərini Muhəmməd bil. Yalan demə, haram yemə. Dedi-qodu et-mə. Şəhvətə uyma. Əlinə, belinə və dilinə sahib ol. Qürur-lanma və kin saxlama. Heç kimə paxıllıq etmə. Gördüyü-nü ört, görmədiyini demə. Əlinlə qoymadığın bir şeydən yapışma. Əlinin getmədiyi bir yerə də əlini uzatma. Sözü-nün keçmədiyi yerdə söz demə.

İbrətlə bax. Yumşaq de. Özündən kiçikləri sev, özün-dən böyüklərə hörmət et. İqrarın saf olsun. Haqqı özündə bil. Ərənlərin sirrinə vaqif ol. Həqiqi mürşidin Əli, rəhbə-rin isə Muhəmməddir. Məzhəbin Cəfəri, güruhun nacı, pirin Hünkar Hacı Bəktaş Vəlidir. Özünü bu yolda daim sabitqədəm elə. Əvvəli Hu, axırı Hu.

Dualar və gəzişmələr bir müddət də davam etdi. La-kin artıq mən tamaşaçı idim. Baxırdım, amma durmadan Babanın dediklərini düşünürdüm. Bunlar çətin andlar idi. Burada hazır-nazir olanların hamısı, demək olar ki, bu andları qeydsiz-şərtsiz yerinə yetirirdilər. Əgər belə idisə, onda bu gördüyüm insanlar hamısı Müqəddəs idilər. Bəs, elə olmasalar? Bəs, birdən mən bu andlardan hansınasa uymadım, əməl etmədim, əməl edə bilmədim. Onda necə olacaq?

Öz-özümə: “Bunlar bir neçə gündə öyrəniləcək şeylər deyil, Pyotr, – dedim, – İnşaallah, yaşayarıq görərik”.

***

İndi düşünürəm ki, Arif ağa düz deyirmiş. Sən demə, doğrudan da onların başlarına bəla imişəm. Məndən son-ra evin bütün səliqə-səhmanı dəyişdi. Artıq yeməyi tək yemirəm. Xədicə xanım və on dörd yaşında olan Zeynəb xanım məndən qaçmır. Ailənin bir üzvü idim artıq. Bu, əl-bəttə olduqca xoş idi. Amma əvvəlcə ağlıma heç gəlmə-yən, heç hiss etmədiyim və rastlaşmadığım hadisələrlə rastlaşıram indi. Məsələn, Arif ağa kimi mühüm insan, hamıya hörmətlə yanaşan şəxs, sən demə, çətinlik çəkir-miş. Bunu bu yaxınlarda öyrənmişəm və ilk dəfə eşidəndə gözlərim heyrətdən böyümüşdü.

− Bir kilo odunun, ya da bir kilo düyünün qiyməti bi-lirsən neçəyədir, Sarı? – kimi şikayətlər tez-tez eşitdiyim sözlərdən idi. Əslində, Arif ağanı üzən hadisə ərzaq mal-larının bu qədər bahalı olması deyildi.

− Oğlum, Sarı, – deyirdi, – bir tüfəngi almaq üçün sərvət ödəməlisən hardasa, bir qılınc almaq istəsən, yenə eyni vəziyyət. Dövlət tüfəng verib ondan istifadə etməli-yik, belə deyirlər. Bilirsən, bunu belə deyənlər kimlərdir? Alimlər, bəylər, ağalar. Ömürlərində bir dəfə də olsun müharibə üzü görməmiş varlılar… Yeniçərilər tüfənginə, qılıncına görə canını verir. Yaxşı, deyək ki, dövlət bu tü-fənglərin üstündə dayanır. Partlayarsa, düzgün partlaya-caq, yoxsa partladanın beyninimi partladacaq? Bilinmir. Özü də heç bilinmir. Belə olanda tüfəngə can təslim et-mək olarmı? Gedərik, bazardan ən yaxşısını alarıq. Hələ nə qədər alarıq? Bunu heç bizdən soruşub-eləyən də yox-dur.

Arif ağanı ziyarətə gələn yeniçərilərdən Mahmud ağa yadıma düşdü birdən. Mahmud ağa parça alveri ilə məş-ğul olurdu. Özü də bildiyim qədər pis dolanmırdı. Bir də-fə mən də Arif ağaya belə bir təklif etdim:

Ağam, – dedim, – bəlkə siz də ticarətlə məşğul olası-nız.

Cavabında çətin vəziyyətdə qaldığı, əsəbiləşdiyi vaxtlarda elədiyi kimi bığlarını yolmağa başladı:

− Bu ocaq belə işlər üçün qurulmayıb, Sarı, – dedi, – Bu ocaq dini dövlət üçün qəza məqsədi ilə qurulub. Bu ocaq padşahımızı həm daxili, həm də xarici − hər hansı təhlükədən qorumaq məqsədi ilə qurulub. İndi isə vəziy-yəti özün görürsən də… Yoldaşlarımızın hərəsi bir yol tu-tub və o yolda irəliləyir. Ayaqqabıçı, qəhvəçi, şirniyyatçı, parça alverçisi… Bir sözlə, ağlına nə gəlirsə, bütün işləri görürlər. Onları qınamıram. Pis iş görmürlər. Hamısının oğul-uşağı var. Hamısı ailəsini dolandırmalıdır. Ailələrini dolandırmasalar, kim dolandıracaq? Ruzilərini kim verə-cək? Ruzini bir kənara qoyaq, tüfəngi, qılıncı kim alacaq? Səfərə yola düşəndə ailənin dolanışıq pulunu kim ödəyə-cək? Yeniçəri səfərə gedəndə nə vaxt qayıdacağını bilmir axı. Allaha çox şükür, yoldaşlarımız arxada qalanların əlindən tuturlar. Əllərindən gəldiyi qədər − üç-beş qəpik kömək edirlər. Onlar da olmasa, neyləyərik?

−Bəs sən, ağam, niyə pul qazanacağın işlərlə məşğul olmursan?

− Bax, Sarı, – dedi, – hər daş öz yerində dayanmalıdır. Vəziyyət olduqca ağırdır. Bir tərəfdə rus, bir tərəfdə al-man, sərhədlərimizə hücum çəkir. Əgər boş dayansaq, inan ki, nə dövlət qalar, nə paytaxt, nə də taxt-tac! İstan-bul da daxil olmaqla, hər şey əldən gedəcək. Kim döyü-şəcək? Bu gördüyün yeniçərilərin, elə bilirsən, hamısı sa-vaşacaqlar? Yox, müharibəyə getməyənləri qınamıram, qətiyyən. Onların da özlərinə görə xidmətləri var. Ən azı, gözümüz arxada qalmır.

Buralarda gördüyün yeniçərilərin isə ya biri, ya da ikisi müharibəyə gedər. Mənim atam Kazım ağa da, ba-bam Cəfər ağa da yeniçəri idi. Mən onların danışdıqlarını dinləyərək böyümüşəm. Deyirdilər ki, onların dövründə kafir orduları harda yeniçərilər yoxdursa, ordan hücum çəkirmişlər. Çoxlu yeniçəri görəndə özlərindən asılı ol-madan səfləri pozulurmuş. İndi elədir məgər? Padişahı-mız səfərə getmir. Lap tutaq ki, padişahımız səfərə çıxmır, əgər çıxsa, Allah göstərməsin, çıxsa və əsir düşsə, nə ola-caq? Kim bunun hesabını ödəyəcək? O səfərə getməyəndə isə alimlərin, əyan-əşrəfin hansı durub səfərə gedəcək ki? Zadəganlar gizlənmək üçün deşik axtarırlar. Ordunun mənəviyyatı da ancaq bizim kimi dərvişlərin öhdəsində qalıb. Ordu deyəndə ilk yada düşən onsuz da bizik. Krım əldə çıxıb, bilirsən. Rumelinin və Anadolunun əsgərləri əyan-əşrəfin ağzının içinə baxır. Əyan əgər müharibəyə getməsə, hamıonlar kimi edəcək. Belə vəziyyətdə ordunu bir yerə cəm edən yenə də yeniçərilərdir. Bizim əyanımız yoxdur, əşrəfimiz yoxdur. Əyanımız dövlətdir. Dövləti-miz əldən getsə, neyləyərik? Onun üçün də səngərlərdə, qalalarda ancaq biz dayanırıq. Amma belə necə dayanaq? Buna görə də, heç olmasa, bir hissəmiz başqa işlərə əl at-mamalıdır. Əslini unutmamalıdır. Təlimindən əl çəkmə-məlidir. Heç olmasa, bir hissəmiz qəzavatla məşğul ol-malıdır. Bax, mənim seçdiyim yol da elə budur. Başqa bir yol bilmirəm, bilsəm də, eləmərəm. Noxud satdığı gün Arif ağa öləcək. Amma vaxt keçdikcə vəziyyətimiz daha da çətinləşir. Kafirlər hər gün silahda, elmdə daha da irə-liləyirlər. Daha üzbəüz dayanmadan belə ordumuzun ya-rısı şəhid olur. Xəyanət artıb, mərdlik azalıb. Çörəkçi, ayaqqabıçı qəzavata gedə bilməz, inan mənə.

Mən yalnız indi Arif ağanın bəzən birdən-birə niyə kədərləndiyini, dövlət söhbətlərində niyə qəzəbləndiyini anlayırdım. Gülə-gülə danışdığı yerdə birdən ağlamağa başlamasının da altında elə bu səbəblər yatırdı bəlkə də. Gələcəkdən narahat olurdu. Bu gününə görə ehtiyatlanır-dı.

Pyotrdan dönüb Abdulla olandan sonra İslambul əhalisini tanımağa başlamışdım. İki ildir ancaq Bəktaşilər və yeniçəriləri görmüşdüm. Kafirləri də bunlara əlavə et-sək, düşünürdüm ki, şəhər ancaq bunlardan ibarətdir. Əs-lində elə deyildi. Bunu, şəhəri gəzə-gəzə daha yaxşı başa düşürdüm. Alimlər bu fərqliliyin ən əsas hissəsini təşkil edirdi. Onlar, əsasən, məscidlərin və mədrəsələrin ətra-fında yaşayırdılar. Artıq özləri üçün məhəllə də salmışdı-lar. Ətraflarında çox vaxt tələbələri olur, vaxtlarının bö-yük əksəriyyətini məhəllələrində keçirirdilər. Məcburiy-yət hiss etmədikcə kənara çıxmırdılar. Bizimkilər də on-ların məhəllələrinə getmirdi. Arada hər iki məhəlləyə ge-dib-gələnlər var idi. Amma çox az adam belə edirdi. Sanki bir-birilərinin yaşadıqları həyatı sevmir, təqdir etmirdilər. Bu da hər iki tərəf arasında müəyyən gərginliklər yaradır, aralarındakı münasibətə mənfi təsir göstərirdi.

İslambulda qış çox sərt keçirdi. Hər yeri örtsəniz də, soyuq və nəm girməyə bir yer tapır, yavaş-yavaş içinizə işləyirdi. Lakin artıq soyuqdan çox da şikayət etmirdim, odunumuz quru idi, sobamız yaxşı yanırdı. Qızandan sonra soyumaq bilmirdi. Bundan başqa manqallarımız da vardı. Amma o insanı zəhərləyə də bilər. Ona görə də diq-qətli olmaq lazım idi.

Həyatımda manqal kimi həm isidən, həm də ağlımı başımdan alan bir dəyişiklik də vardı. Artıq otağımda tək yatmırdım. Bəli, səhv eşitmədiniz, tək yatmırdım. İsinir-dim və ağlım başımdan çıxırdı.

1772-ci ilin yanvar ayında Arif ağa məni indi on beş yaşında olan qızı Zeynəb xanımla evləndirdi. Artıq onun kürəkəni idim. Zeynəb xanımı isə dəli kimi sevən bir aşiq.

QALATADA CƏNG VAR

İnsanı titrədən fevral gecəsi sobanın ətrafında otur-muşduq. Arif ağa çubuq çəkir, Zəhra xanım dizlərində yatan Sabitin başını sığallayır, Xədicə xanım qızlarla da-nışır, biz də Zeynəblə gizli-gizli bir-birimizə baxıb gülü-şür, bunu hamıdan gizli etməyin zövqünü paylaşırdıq.

Arif ağa birdən yerindən durdu. Onun ayağa dur-ması ilə eyni anda qapı döyüldü. Yusifin səsi eşidildi:

− Ağam, mənəm, Yusif!

Bayırdan gələn səslərdən hiss olunurdu ki, Yusif tək gəlməyib. Xanımlar da nəsə fövqəladə vəziyyətin oldu-ğunu dərhal hiss etmişdilər. Yuxarı mərtəbəyə çıxdılar. Mən də qapını açmağa getdim.

Çöldə qar yağırdı. Qapını açan kimi əvvəlcə soyuq, sonra isə Yusif və yanındakı yeddi-səkkiz nəfərlik yeni-çəri qrupu içəri girdi. Təlaş içində idilər. O biriləri qapının ağzında gözlədilər, Yusif isə ayaqqabılarını çıxarıb mə-nimlə bir yerdə Arif ağanın yanına getdi.

− Xeyir ola, Yusif?

− Xeyir deyil, ağam! – deyə cavab verdi Yusif.

Arif ağa artıq heç bir sual vermədi. Xeyir, ya da şər, əsas o idi ki, Yusif tək gəlməmişdi.

Əsgərlərə de, içəri gəlsinlər.

Əsgərlər başlarına örtdükləri papaqları çıxarıb içəri girdilər. Arif ağanın əlini öpüb onun ətrafında hilal for-masında diz üstə yerə çökdülər.

− İndi danışın görək, nə baş verib?

− Kəndirçilər… – deyə sözə başladı Yusif, – Qalatada Qoca Həmzənin çayxanasını dağıdıb yağmalayıblar.

Arif ağa onların sözünü kəsdi və təlaşla soruşdu:

− Bəs Qoca Həmzə?

Yusif başını önə əydi, kədərli olduğunu və qəzəbini gizlətməyə çalışan bir səslə:

− Şəhid olub, ağam! – dedi.

Bu dəfə Arif ağa:

− Bəs kim şəhid edib onu? – deyə soruşdu.

− Kəndirçilərdən sıravi bir əsgər, ağam, – deyə Yusif cavab verdi.

Arif ağanın səsi buz kimi olmuşdu. Gözlərində dərin qəzəbin izləri görünməyə başladı.

− Bəs indi vəziyyət necədir?

− Bir saat bundan əvvəl altmış beşin və iyirmi beşin əsgərləri toplanmağa başlayıblar. Biz bura gələndə müx-təlif ortalardan əsgərlər qarşıya – Qalataya tərəf keçirdi-lər, – deyə cavab verdi Yusif.

− Bəs kəndirçilər?

− Kəndirçilər Oxçu Musanın altında Əməkyeməz məscidinin yanında yığışmağa başlayıb, tərsanəyə düşən küçədə istehkam qurublar, Ağam, – dedi Yusif. – Gəmi-lərə də hücum çəkiblər, bəziləri gəmilərdən topu götürüb küçələrdə istehkam qurublar.

− Buna bax, sən Allahın, – dedi Arif ağa öz-özünə de-di, – bilmirəm, Moskvanın kafiri ilə məşğul olaq, yoxsa burdakı avara-uvara ilə? Bir az da bu cür davam etsə, bir-birimizi qıracağıq. Bunlar, görəsən, heç düşünmür ki, əha-li artıq belə ikitirəlikdən bezib?!. Yorulub artıq. “Bahalıq”, “qıtlıq”, − deyə-deyə birtəhər yaşayırlar, bu üsyanlar da bir tərəfdən… Niyə baş verib bütün bunlar axı?

− Heç bir səbəb yoxdur, Ağam, – deyə cavab verdi Yusif, – üç nəfər kəndirçilərə sataşıb. Kəndirçilər çox imiş-lər. Qoca Həmzə baxıb ki, iş böyüyür, sakitləşdirmək üçün araya girib. Amma bu avaralardaböyüyə belə hör-mət qalmayıb. Onun üstünə hücum çəkiblər. Qoca Həm-zəni tanıyırsan da, o da qılıncını sıyırıb, elə həmin anda Simon adlı kafir kəndirçi piştovunu çıxarıb, düz ürəyin-dən vurub.

− Bəs bu davaya başlayanlar?

− Dediyim kimi, ağam, kəndirçilər çox imiş, Qoca Həmzənin yıxıldığını görən bizimkilər hücum çəkiblər. Amma heç nə alınmayıb. Üçünü də öldürüblər.

Yusif susdu. Ağasının verəcəyi cavabı gözləməyə başladı. Narahatlıqla gözləyirdi. Nəhayət dözə bilmədi:

− Neyləyək, ağam?

Arif ağa bezgin ifadə ilə:

− Neyləməliyik sizcə, yoldaşlar? – dedi, – neyləyəcə-yimizi əla bilirəm. O qədər əla bilirəm ki, canım sıxılır. Bu danışdıqların olmasaydı, daha yaxşı olmazdımı?

− Əlbəttə, yaxşı olardı, Ağam, – deyə cavab verdi Yu-sif. – Üç avara birləşib dava salır, Qoca Həmzə dünyasını dəyişir. Üç avaranın elədikləri bütün ocağı ayağa qaldırır. O boyda Hacı Bəktaş Vəli ocağında üsyan çıxır. Neyləyə-cəyik? Etməli olduğumuz ortadadır. Sən də bilirsən bunu, mən də. Bilirsən, Yusif, bilirsən. Durub geyinəcəyik, Mos-kva kafirləri ilə müharibəyə getdiyimiz kimi, əjdaha sifə-tində döyüşə girəcək, qan tökəcək, can alacağıq. Bilirsən, niyə? Çünki bunu eləməsək, ocaqda bir-birimizə inamı-mız qalmayacaq, sabah haqlı olanda belə bir-birimizi dəs-təkləməyəcəyik. Hamı bizə, “Bunlarda iş yoxdur, öldürü-lən yoldaşlarının qanını yerdə qoydular”, – deyəcək. Sa-ray və alimlər bizim qorxduğumuzu düşünəcək. Bunların hansı birisini qəbul edə bilərik? Bu da üç avaranın gördü-yü işin nəticəsi. Amma bu işin əsl məsuliyyəti kimindir, bilirsən? Əsl məsuliyyət əsgərlərinə yiyə durmağı bacar-mayan piyadabaşıların, odabaşıların, ocaq ağalarınındır. Təəssüf, gör nə vəziyyətə düşmüşük. Niyə otuz səkkizinci ortanın əsgərləri belə hadisələrə qarışmırlar? Niyə? Çünki “balıq başdan iylənir”.

Daha sonra əsəbi-əsəbi ah çəkdi:

− Məni burda gözləyin, – deyərək ikinci mərtəbəyə çıxdı. Bir azdan aşağı düşən Arif ağa bir zamanlar qara-basmalarımdakı Arif ağa idi. Başında zərli papağı, belinə çarpaz bağladığı piştovları, belində mənim üçün xüsusi xatirəsi olan qılıncı ilə elə dediyi kimi − əjdəha sifətində idi. Əsgərlərə üzünü tutub:

− Siz niyə silahsızsınız? – soruşdu.

Yusif:

− Ağam, yoldaşlar Yeni Odalarda bizi gözləyir, silah-larımızı ordan götürəcəyik, – deyə cavab verdi.

Bəs mən neyləməli idim? Hələ ki, qərara gələ bilmə-mişdim. Evdə arvad-uşaqla bir kişi xeylağı qalmalı idi. Amma qayınatam səfərə çıxırdı, mən necə onu tək qoya bilərdim? Mən də “yoldaş” idim axı. Sonra məhəllədə mənə “qorxaq” deyərdilər. Qəribə olan bu idi ki, Qalataya heç vaxt getməmişdim və indi belə qorxunc mühitdə get-məli olacaqdım.

− Ağam, – dedim, – mən də gəlirəm.

− İcazə istəyirsən, yoxsa əmr verirsən?

− Əstağfirullah, Ağam, əmr vermək nə həddimə? İca-zə istəyirəm, ağam, yoldaşlarımla bir yerdə olmaq istəyi-rəm.

Artıq fikrimi sözlərlə tam ifadə edə bilirdim.

− Gözlə, – dedi və təzədən yuxarı çıxdı. Aşağı düşən-də əlində bir papaq, iki dənə də piştov var idi.

− İki şərtlə icazə verəcəyəm sənə, Sarı. Birincisi, ya-nımdan heç yerə ayrılmayacaqsan. İkincisi, mən vurma-dıqca sən də vurmayacaqan!

− Baş üstə, ağam, – deyə cavab verdim.

Piştovları və papağı mənə uzatdı. Yusif bu gecə ilk dəfə güldü.

Sən də artıq yeniçəri oldun, nəzərim!

Qaça-qaça evdən çıxdıq və Yeni Odalara tərəf get-məyə başladıq. Harda küçə qurtarıb başqa bir küçə başla-yırdısa, həmin küçədə Yeni odalara gedən yoldaşlarla rastlaşırdıq. Yeni Odalara çatanda artıq iki yüz nəfərlik qrup idik. Bu böyük meydan arı pətəyini xatırladırdı. Lampalar, məşəllər, qışqır-bağırlar, qılınc və tüfəng, yeri-göyü titrədən addım səsləri xəyallarımda canlandırdığım məhşər meydanını yada salırdı. Otuz səkkizinci camaat ortası artıq yığılmışdı, orta işarələrini göstərə-göstərə Arif ağanı gözləyirdi. Çorbacı Mustafa ağa cəbhədə olduğuna görə orta komandanı Arif ağa idi və belə başa düşdüm ki, biz evdə vəziyyəti müzakirə edəndə ortanın əsgərləri Arif ağanın nə deyəcəyini narahatlıqla gözləmişdilər. Ağanı görən kimi orta hərəkətə gəldi və özlərini düzəltdilər.

− Salam, yoldaşlar, – deyə Arif ağa onları salamladı. Hamısı bir ağızdan bu salamı aldı. İki yüz nəfərə yaxın idilər və hamısı təpədən-dırnağa silahlanmışdı. Arif ağa onların zabitləri ilə bir müddət danışdı. Sonra cərgə ilə düzülən əsgərlərin qarşısından keçib hər birinin üzünə diqqətlə baxdı. Bəziləri ilə elə-belə danışdı. Sonra yenə cərgənin qarşısına çıxıb:

−Yoldaşlar, – deyə əsgərlərə müraciət etdi, – hamınızı burda görmək istəyirdim. Elə də oldu. Ocaqdakı birliyiniz təqdirəlayiqdir. Gecə demədən, qar demədən durub Qoca Həmzənin ölümü ilə bağlı haqq-hesab çəkməyə və ocağın namusunu xilas etməyə gəlmisiniz. Çox sağ olun!

Əsgərlər hamısı bir ağızdan, “sağ ol”, – deyə qarşı-lıq verdilər. Arif ağa isə sözlərinə davam etdi:

− Bu qaranlıqda qarşıya keçməyə ehtiyac yoxdur. Yə-qin ki, qarşıda da indi hazırlıq görürlər. Ona görə də bu gecə odalarımızda qalırıq, sabah sübh azanından sonra qarşıya keçəcəyik. Sizlərə əmr edirəm, qarşıya keçəndən sonra sadə xalqa və tacirlərə zərər vurmayın. Qeyri-mü-səlmanlara da toxunmayın. Soyğunçuluq etməyin. Kim belə hərəkət etsə, özüm şəxsən cəzasını verəcəyəm. Oca-ğın sahmanını qorumaq bizim üçün namusdur, onun na-musunu qorumayan isə namussuzdur. Unutmayın, rus əsgərləri ilə müharibəyə getmirik. Məqsədimiz qətlə yeti-rilən Qoca Həmzənin qanını yerdə qoymamaqdır. Bu qanı yerdə qoymayacağımızı hamıya göstərməkdir. Sizə hü-cum etməyənlərin üstünə hücuma keçməyin. Kəndirçiləri qırmaqla əlimizə heç nə keçməyəcək. Bundan ancaq dini-miz və dövlətimiz zərər görəcək. Haqlı olduğumuz bir məsələdə haqsız vəziyyətinə düşməyək. Günahkarlar öz cəzalarına çatan kimi bizim də qəzamız bitəcək. İndi isə gecəniz xeyrə qalsın!

Meydana baxanda hər tərəfdə hərəkətlilik olduğunu gördüm. Amma ən çox izdiham yaşanan orta məhz bizim orta idi. Bunu görən kimi istər-istəməz sevindim və fərqi-nə vardım ki, bu sevincin içində Arif ağanın da payı var.

Arif ağa, “Gecəniz xeyrə qalsın!” – demişdi, amma əsgərlərin hamısı ayaq üstə idi. Geniş otaqlar qışsoyuğu-nun, izdihamın və yandırılan sobaların təsiri ilə yayın isti-sinin hiss edildiyi, sazların çalındığı bir yer halına gəl-mişdi. Hamı danışıb gülürdü. Onlardan biri kimi bu qə-dər içəri ilk dəfə gedirdim. Mənə çox isti münasibət gös-tərirdilər, Arif ağanın kürəkəni olduğuma görə hörmət edirdilər. Mənsə hər yerə baxır, hər şeyi müşahidə edir-dim. Aralarındakı əlaqənin bu müddət ərzində hiss etdi-yimdən daha güclü olduğunu ilk dəfə burda gördüm. Mənə bəzi şeylər maraqlı gəlirdi.

Düz yanımda köhnə əsgərlərdən biri gənc əsgərlər-dən birini qucaqlayıb dodaqlarından öpür, yançaqlarını sığallayırdı. Belə qəribəlikləri görmüş və hiss etmişdim, amma öz gözümlə birinci dəfə idi ki, yaxından görürdüm. Əhməd baba da mənə, “Qulamparalardan uzaq dayan, oğlansevənlərdən uzaq dayan”, – demişdi onsuz da. Gör-düyüm bu mənzərədən heyrətə gəlmişdim və elə diqqətlə baxırdım ki, birdən Yusif məni dürtmələdi. Başqa yönə baxmağımı istədi.

Birdən ayıldım ki, ancaq mən fikir verirəmmiş bu se-vişən oğlanlara. Üzüm qıpqırmızı oldu. Hamı kimi mən də söhbətlə başımı qarışdırmağa çalışdım, amma yenə də Allah şeytana lənət eləsin, iki dəqiqədən bir maraq məni ora çəkirdi. Zeynəbi xatırladım, bir balaca toxtadım, yuxu gözümə necə gedibsə, heç xəbərim olmayıb. Mehmetin məni dürtmələməsi ilə oynadım.

− Sarı, oyan, səhər açılıb!

Səhər şorbamızı içəndən sonra ortalar və bölmələr şəklində Yeni Odalardan çıxdıq. Təxminən iki min nəfərə yaxın təpədən-dırnağa silahlı əsgər Əminönünə tərəf ad-dımlamağa başladıq. Tacirlərdən çox az hissəsi dükanla-rını açmış və işlərinə başlamışdılar. Bizi görən kimi baş-larını qaldırır, dərin təəssüf hissi ilə başsağlığı verirdilər. Onlar da bizə Qoca Həmzənin qanını yerdə qoymamağı məsləhət görürdülər. Bəziləri isə qorxudan mağazalarını açmamış, evlərində oturub hadisələrin sonunu gözləyir-dilər.

₺118,24

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
331 s. 2 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre