Kitabı oku: «Son yeniçəri», sayfa 4
Uzun-uzadı səfərdən sonra nəhayət ki, yüzlərlə qa-yığın bizi gözlədiyi dəniz qırağına gəldik. Qalatanı qarşı tərəfdən ilk dəfə idi ki, görürdüm. Məşhur qülləsi bütün əzəməti ilə qarşımızda ucalırdı. Məhəllələr uzaqdan bi-zim Beltsinin görünüşünü xatırladırdı.
Qayıqlara mindik və insanın qanını donduran so-yuqda Qalataya doğru üzməyə başladıq. Daş binaların əhatəsində olan dəniz kənarında qayıqlardan endik. “Bə-şər övladı həmişə quruda yaşayar”, – deyirdi yoldaşlar. Kəndirçilər isə bunun əksini düşünürdülər hər halda. Çox sərt yoxuşlardan, daş binaların və kilsələrin yanından keçməyə başladıq. Bura bizim Əli Fakih və Hacı Həmzə məhəllələrinə qətiyyən oxşamırdı. Hətta biz tərəfdəki er-məni və yunan məhəllələrindən də çox fərqlənirdi. Belt-siyə isə çox bənzəyirdi. Həddindən artıq rütubətli havası və dözülməz iyi var idi. Öz-özümə burada necə döyüşə-cəyimizi düşündüm. Belə bir yerdə vurulub ölmək istə-mirdim. Bu qaranlıq, rütubətli və havasız küçələrdə öl-mək insanda çirkab dolu gölməçələrdə can vermək duy-ğusu yaradırdı. Bunu düşününcə istər-istəməz dodaqla-rımdan bir cümlə çıxdı:
− Ya Haqq Ərənlər, bizi qoru, köməyimiz ol!
Nəhayət, qüllənin dibinə gəldik. Gözlərimi ən yüksək bürcündən ayıra bilmir, hər yerə diqqətlə baxırdım. Qül-ləni adlayıb bir az da gedəndən sonra aşağıda – xaraba qa-lan bir mağazanın qarşısında minə yaxın yeniçəri gördük. Bura yəqin ki, Qoca Həmzənin çayxanası idi. İki qrup bir-biri ilə qucaqlaşır, bu hadisənin necə baş verdiyi, Qoca Həmzənin necə gözəl yoldaş olduğu haqda danışırdılar. Zabitlərin toplaşdıqlarını, izdihamdan xeyli uzaqlaşıb öz aralarında nəsə danışdıqlarını gördüm.
Qəfildən yoldaşlarımız hərəkətə gəldi. Əllərində si-lahları olan əlli nəfərə yaxın əsgər divarın dibi ilə irəlilə-məyə başladı. Zabitlər də bunların arasında gedir, biz isə arxadan onları təqib edirdik.
Xeyli yol qət edəndən sonra kəndirçilərin izinə rast gəlməyə başladıq. Yoxuşun dibinə köhnə əşyalar yığılmış, bununla da sədd yaradılmışdı. İstehkamların arxasında təpədən-dırnağa silahlı kəndirçilər, müsəlman və qeyri-müsəlmanlar cəmləşmişdi. Gərgin olduqları dərhal hiss olunurdu. Qabaqdakı yeniçərilər bu məsafəyə gəlib da-yanmış, qalan yeniçərilər isə dayanmaq məcburiyyətində qalmışdılar. Bizim tərəfdən bir yeniçəri qışqırdı:
− Ağalarımız sizinlə görüşmək istəyir.
O biri tərəfdən bir səs cavab verdi:
− Yaxınlaşmayın! Gözləyin!
Araya sakitlik çökdü və bir müddət beləcə gözlədik. Sonra istehkamın arxasından beş kəndirçi zabiti çıxdı. Yanlarında iyirmi nəfərə yaxın əsgərlə birlikdə bizə tərəf, daha doğrusu, ağalara tərəf addımlamağa başladılar. Ha-mı gərginlik içində idi. Ətrafa böyük səssizlik hakim idi və hər an açıla biləcək atəş aləmi qarışdıra bilərdi.
Uzaqdan Arif ağaya baxdım. Altmış dördüncü və iyirmi beşinci orta komandirlərinin yanında dayanmışdı. Sağ əli ilə qılıncını, sol əli ilə piştovlardan birini tutmuş-du. Boynunu uzadıb diqqətlə sağa-sola baxır, gözləri ilə də ərtafdakı binaları müşahidə edirdi.
Hər iki tərəfin zabitləri danışıqlara başladılar. Da-yandığım yerdən nə danışdıqlarını eşitmirdim, amma çox gərgin olduqlarını görürdüm. Bizimkilər nəsə istəyir, qar-şı tərəf də israrla rədd edirdi. Görüş uzanır, gərginlik azalmaq yerinə daha da artırdı. İçimdə qəribə bir hiss ya-ranmışdı. Hər an hər şey ola bilərdi. Birdən-birə gedən danışıqlar kəsilə, hər yer müharibə meydanına çevrilə bi-lərdi. İki əlim də piştovlarımın üstündə idi. Gözlərimi sü-rətlə ətrafda gəzdirir və arada diqqətlə Arif ağaya baxır-dım. Onun da vəziyyəti məndən fərqli deyildi. Sadəcə arada bir çevrilib kəndirçi zabitləri ilə nəsə danışırdı. Rən-gi qıpqırmızı olmağa başlamışdı. Get-gedə qəzəblənirdi.
Birdən Mehmet qışqırmağa başladı:
− Arif ağam, diqqət!
Tez Mehmetin baxdığı yerə baxdım, ağaların görüş-düyü yerdən bir az kənardakı üç mərtəbəli evin damın-dan iki kəndirçi tüfənglə atəş açmaq istəyirdi. O yönə atəş açmağa başladıq. İstehkamlardan heç kim atəş aça bil-mirdi, çünki öz ağalarını və əsgərlərini də vura bilərdilər. Görüşün keçirildiyi yerdə birdən-birə aləm qarışdı, mən də piştovlarımı çıxarıb atəşə hazır vəziyyətə gətirdim. Or-talıq duman içində idi, qılınc səsləri gəlirdi. O anda Arif ağanı gördüm. Sol əlindəki piştovun güllələrini bayaq da-nışdığı kəndirçi zabitinin başına necə boşaltdığını, zabitin başından axan qanı gördüm. Eyni anda Arif ağanın ona atəş açmağa çalışan kəndirçinin qolunu da qılıncla necə qopartdığının şahidi oldum. Ona tərəf getməyə çalışdım. Hər yerdən güllə yağırdı üstümüzə. Artıq ətrafımı çətin-liklə görürdüm. Yanına çatanda üst-başı, əlləri qan içində idi. Elə bildim ki, yaralanıb. Üzündə heç bir ifadə yox idi. Qəzəblə üzümə baxaraq geri qayıtmağımı istədi:
− Geri qayıt, Sarı, geri!
Artıq istehkamlardan atəş açmağa başlamışdılar. Bir neçə yeniçərinin fəryadı eşidilirdi. Qan içində yerə yıxı-lırdılar. Qabağa çıxan bütün kəndirçilər qan içində yerə uzanmışdılar. Yerdə qalan kəndirçilər də ağrıdan qıvrı-lırdılar. Qolu kəsilən bir kəndirçi qışqıra-qışqıra qolunu axtarırdı sanki. Arif ağa xəncərini bu yazığın ürəyinə sancdı. Bunu bəlkə də, onu ağrıdan xilas etmək üçün et-mişdi, hələ də bilmirəm. Gözləri qançanağına dönmüşdü. Əvvəlki adam deyildi. Səsi də dəyişmişdi. Dəmirdən dü-zəldilmiş alət idi, elə bil. Hərəkətləri ani və düşünülmə-miş görünürdü. Sadəcə hərəkət edirdi. Vəssalam.
Qolumdan tutdu və sərt səslə:
− Dala qayıdırıq, geri çəkilirik, – deyə qışqırmağa başladı, – eşidirsən, dala qayıdırıq…
Sürətlə çayxananın yanına tərəf qaçmağa başladıq. Hər tərəfdən üstümüzə güllə yağırdı. Yan küçələrdən də silah səsləri eşidilirdi. Ard-arda iki dəfə top atıldı, elə bil böyük bir divar yerlə-yeksan oldu. Onun altında qalanlar ağrı içində qışqırdılar. İstehkamlaragedən binaların üs-tündə dayanan bir xeyli yeniçəri gördüm. Onlar isteh-kamlara tərəf atəş açırdılar. Birdən fikir verdim, bayaq-dan heç kəsə atəş açmamışdım. Piştovum əlimdə olsa da, eləcə dayanıb durmuşdum. Bunun istəyib-istəməməklə heç bir əlaqəsi yox idi. Sadəcə bu qarışıqlıqda özüm üçün hədəf müəyyənləşdirə bilməmişdim. Bunun öhdəsindən belə tez və bacarıqla gələnlərə, sadəcə heyranlıqla tamaşa edirdim.
Çayxananın yanına gələndə dayanıb bir anlığına ar-xaya baxdım. Damların üstü yeniçərilərlə dolu idi. Kər-tənkələ kimi yerə uzanır, çevrilib atəş açır, sonra təzədən silahlarını doldururdular. Onlar bunu eləyəndə digərləri atəş növbəsini ələ keçirirdi. Yoxuş və istehkamlar cəsəd-lərlə dolu idi. Qarşımızdakı istehkamın dağıldığını, kən-dirçilərin və digər sadə camaatın aşağıya tərəf qaçdığını gördüm. Nəfəs ala bilmirdim. Sonra silah səsləri azalma-ğa başladı və kəsildi.
Döyüş nə qədər davam etmişdi? Səhər-səhər sübh azanı, Ətmeydanından dəniz qırağına gəlməyimiz, Qala-taya gəlməyimiz, danışıqlar, filan… İndi də günorta azanı oxunurdu. Atəş də ona görə dayandırılmışdı. İnana bil-mirdim. Mənə elə gəlirdi ki, bütün günü döyüşmüşük, halbuki döyüş cəmi yarım saat davam etmişdi.
Hər iki tərəf bir-birinin atəş məsafəsindən kənara çıx-mışdı. Kəndirçilər ilk barrikadalarının və ətraf binaların yeniçərilər tərəfindən ələ keçirildiyini görəndən sonra ge-ri çəkilmişdilər. Digər küçələrdə də vəziyyət eyni idi. İn-diki barrikada digərindən bir xüsusiyyəti ilə fərqlənirdi. Ortasında qoyulmuş böyük bir topun lüləsi düz bizə tərəf tuşlanmışdı.
Bir az bundan əvvəl müharibə meydanına çevrilən küçələrdə indi sakitlik hökm sürürdü. Eşidilən təkcə bir səs var idi: o da azan səsi. Bir küncdə meyidlərin birindən axan qan səki daşlarını islatmışdı. Başqa tərəfdə bir meyid köksündəki güllə yarası ilə divara söykənib, elə bil din-cini alırdı. Bir tərəfdə yerə düşən kəsilmiş əl, bir tərəfdə qollar, ayaqlar… Qısası, insanlar, insanlar və insanlar…
Azan səsi bitəndən sonra küçədəki insanların heç də hamısının ölmədiyini anladım. Böyük bir yas yerindən gələn inilti səslərinə bənzər səslər gəlirdi hər yandan. Ya kömək, ya su, ya da son anda analarının səsini arzulayırdı bu səslər.
Bizimkilərdən bəzilərinin silahlarını çıxarıb yoldaş-larına əmanət etdiklərini və bu insanlara doğru addımla-dıqlarını gördüm. Eyni anda qarşı tərəfdə − kəndirçilər arasında da hərəkətbaşladı. Silahsız yeniçərilər və kəndir-çilər əl arabaları ilə yaralılara və ölülərə doğru hərəkət edirdilər.
Sanki bu qaydalar əvvəlcədən müəyyən olunmuşdu. Və heç kim bu qaydaları əsla və əsla poza bilməzdi. İki tə-rəf də müzakirəsiz-filansız eyni işi görür və bilirdi ki, qar-şı tərəf ona məhz bu anda hücum etməyəcək. Öz cəsədlə-rini yığır, yaralıları da təcili şəkildə öz tərəflərinə aparır-dılar. Bütün bu səssiz və qarışıq vəziyyətdə ən qəribə işi görən Bəktaşi dərvişi idi. Bu dərviş heç kimə fikir vermir-di. Elə bil ki, dünya-aləm vecinə deyildi. Yanındakı iki nə-fərlə birlikdə binalardan su gətirir, küçəyə, axan qanın üs-tünə tökürdü. İki-üç dəfə bu işi təkrarladıqdan sonra su gətirməyi yoldaşlarına tapşırdı. Özü isə yekə bir süpürgə götürüb tökülən suların köməkliyi ilə küçədəki qanı tə-mizləməyə başladı. Heç nəyə fikir vermir, elə bil öz evini təmizləyirmiş kimi diqqətlə və ehtiyatla yerdəki qanı tə-mizləyirdi.
Bir saat içində bu üzücü və səssiz fəaliyyət bitdi. Hər iki tərəf sakitcə öz ərazisinə çəkildi. Küçə əvvəlkindən də sakit və təmiz idi.
Danışıqların faydasız, hətta deyərdim ki, zərərli ol-duğu meydana çıxmışdı. Elə bil heç kim yeni bir döyüşə hazırlaşmırdı. Elə bir ab-hava yox idi heç kimdə. İnsanlar uzanıb, ya da oturub söhbət edir, tütün çəkir və qəhvə içirdilər. Yeni bir döyüş olmadı və axşam düşdü.
Gecə olan kimi küçələrin kəsişməsində böyük bir ton-qal qalandı. Əhali çıxıb getdiyi üçün onsuz da binalar boş idi. Ona görə də bir hissəmiz binalarda, bir hissəmiz qa-lanan tonqalın ətrafında uzandıq və uzun-uzadı söhbət etməyə başladıq. Bu söhbətlərdə rəvayətlər müxtəlif idi. Dəniz yolu bağlanmış, burdan şəhərə, şəhərdən də bura heç bir keçid qalmamışdı. Hökümət təlaşlanmış, olacaq-ları maraqla müşahidə edir, öz mülahizəsinə uyğun ola-raq tədbirlər görürdü. Bəziləri deyirdi ki, saray artıq belə şeylərdən bezib. Hamını yığacaq, qarışıqlıq salanlar kim-lərdisə, cəzalandıracaq. Vəzirin nümayəndəsi gəlib danı-şıqlar aparır, tərəfləri sakitləşdirməyə çalışırdı. Söz-söhbət beləcə davam edirdi.
Sübh azanı oxunan kimi oyandıq. Bu qədər hərbə-zorba ilə keçən gündən sonra gecə gördüyüm yuxu ol-duqca gözəl idi. Səhərə kimi yuxumda Zeynəbi görmüş-düm. Bədənim burda, ruhum və fikrim isə evimdə idi.
Azandan dərhal sonra silah səsləri eşidilməyə başla-dı. Əvvəlcə narahat oldum, sonra baxdım ki, yox, heç kim yerindən tərpənmir, bir balaca rahatlaşdım. Sanki kim-lərsə ancaq “biz də burdayıq” demək üçün qarşı tərəfə atəş açırdı.
Hər şeydən bezmişdilər. Bezginliklərini yox etmək məqsədi ilə tez-tez atəş açır, sonra yenə öz qəhvələrini iç-məyə başlayırdılar. Kəndirçilər də eyni vəziyyətdə idilər. Elə bil hamı birinci gün verdiyi itkiləri bu oyun üçün ki-fayət hesab edir, yeni və daha qanlı bir günə başlamaq is-təmirdi. Əlbəttə, can qiymətlidir.
Sonra iyirmi beşinci ortanın çorbacısı Musa ağa əs-gərlərə xitab etmək üçün hamının ortasına kimi gəldi:
− Yoldaşlar, – deyə Musa ağa öz çıxışına başladı, − hal-hazırda vəzirin şəxsi nümayəndəsi ilə danışıqlar apa-rırıq. Qoca Həmzə yoldaşımızın qatilinin cəzasını vermək üçün onu bizə verməlidirlər. Danışıqlar bitənə kimi daha çox itki verməyi, daha çox qan axıdılmasını istəmirik. Bi-lirəm ki, axırıncı kəndirçini də məhv edə biləcək qədər gücünüz var. Lakin bunun nə sizə, nə mənə, nə də dövlə-timizə xeyri var. Buna görə də bu danışıqların nə ilə bitə-cəyini gözləməliyik.
Arada açılan atəşləri və edilən qarşılıqlı təhdidləri saymasaq, demək-gülməklə ikinci günün də axırına gəlib çatmışdıq. Qoca Həmzə kimi igid yoldaş, elə bil bu laü-balı vəziyyətə səbəb olmuşdu. Uzun müddətdir bir-birini görməyən yeniçərilər dərdləşir, söhbətləşir, xatirələrini danışır, aralarındakı inamı və sarsılmaz dostluğu daha da möhkəmləndirir, bir yerdə əylənirdilər. Bir neçə saat son-ra zabitlərin çoxdan qadağan etdiyi şərab və “köçək” de-dikləri oğlan rəqqasların meydana çıxması ilə əyləncə başladı. Mən çaşıb qalmışdım. Bu qədər qanlı hadisənin axırında bu cür əyləncənin olacağını heç vaxt düşünməz-dim. Bütün əyləncəyə məna qatan, hamıya həyatın əslin-də nə qədər mənalı olduğunu göstərən, ölümün bol oldu-ğu səhnə artıq başa çatmış, əyləncənin dərinliyinin və tə-sirliliyinin qiyməti ödənmişdi. Ölümə bu qədər yaxın olanların, kəlləsi qoltuğunda yaşayanların, üstəlik bunu evlərinin bir addımlığında – Qalatada eləyənlərin bu qə-dər əyləncəyə haqqı çatırdı. Onlar belə düşünürdülər. Bu düşüncə zabitlər içkini qadağan etdikdən sonra yaranan narazılıqda özünü göstərdi. Zabitlər bu vəziyyəti – yara-nacaq narazılığı yaxşı bildiklərinə görə köçək oynatmağı qadağan etməmişdilər.
Zeynəbdən ayrılmağımdan üç gün keçirdi. Yenə sübh azanı idi. Yenə qarşılıqlı əyləncələr və sıxıntı yaşanırdı. Artıq hamı illərin həsrətini üstündən atmışdı. Cəngin ki-şilərin qanını coşduran havası xeyli sakitləşmişdi. Dostlar öz aralarında:
− Bu gün burda olmalı olduğum üçün burdayam. Məhz bir yerdə olmalı olduğumuz üçün, – deyirdilər bir-birilərinə. Bu mənəvi ab-havanı hamı paylaşmışdı. Bəs, elə idisə niyə burdayıq bu saat? Niyə evimiz bu qədər ya-xında ikən çıxıb evimizə getmirik? Niyə sevgililərimizin isti, yumşaq qoynunda deyilik? Niyə gedib uşaqlarımızın və nəvələrimizin tərbiyəsi ilə məşğul olmuruq? Bu sual-ların cavabı onsuz da var idi. Bizim mübarizəmiz hələ də nəticələnməyib axı. Bunu niyə unutmuşuq ki?
Yavaş-yavaş narahatlıqlar artır, əsgərlər, “ya bu dö-yüş bitsin, ya da imkan versinlər bu kəndirçilərin hamısı-nı bir-bir qıraq”, – deyə deyinirdilər. Söyüşlərin biri bir qəpik idi. Artıq söyüşlərdən vəzirlər də öz nəsiblərini gö-türürdülər. Hamı sevinirdi. Bir anda oturduğumuz yerdə müharibənin bitməyini bayram edirdik. “Çox yaşa, Musa ağa!”, “Çox yaşasın ağalarımız!” səslərindən sonra hava-ya atılan piştovların səsi eşidildi. Halbuki Musa ağanın nitqi hələ bitməmişdi. O, səbirlə bu qarışıqlığın bitməyini gözlədi. Müzəffər və şirin təbəssüm dolu çöhrə ilə yetə-rincə izlədi, sonra öz zəfərinin şərbətini son damcısına ki-mi sevinclə başına çəkdi. O anda yanında dayanan Arif ağanın əsəbi tərzdə deyindiyinin fərqinə vardım:
− Buna bax da, elə bil Moskvaya qalib gəlib dəyyus, – deyirdi.
− Nə olub, Ağam? – soruşdum.
− Nə olmalıdır ki, Sarı, – dedi. – İndi qarşında daya-nıb özündən razı tərzdə gəzişən adam var ha… Bu dəy-yus, əslində, bu qədər səs-küyün və tökülən qanın səbəb-karlarından biridir. Ortasına sahib çıxsaydı, bu qədər qar-maqarışıqlığa da ehtiyac qalmazdı.
O əsnada Musa Ağa yenidən danışmağa başlamışdı.
−Yoldaşlar, min yaşayın! Hacı Bəktaş ocağının gücü-nü göstərdiniz. İşinizi, gücünüzü, evinizi, eşiyinizi qoyub döyüşə gəldiniz. Amma indi hər biriniz evinə, evi olma-yanlar da öz kazarmalarına geri qayıda bilər. Əhali bu qa-rışıqlıqdan qorxub, tədirgin olub. Qayıdanda qətiyyən heç kimə ziyan vurmayın. Hamının: müsəlman, qeyri-müsəlman, bizdən qorxmamasına şərait yaradın. Əhalini düşünün. Əhali ilə üz-göz olmayın. Unutmayın, Hacı Bəktaş ocağının gücü cəmiyyətlə, insanlarla birgə hərəkət etməyindədir.
Arif ağa da bu əsnada ətrafdakı əsgərlərə əmrlər ve-rirdi. Otuz səkkizinci ortanın əsgərləri sürətlə yığışmağa başladılar. Bir neçə təcrübəli əsgər Ağanın yanına gəlib yüksək səslə:
Hər şey hazırdır, ağam, – dedilər, – elə bir əksiyimiz yoxdur.
Ağa qətiyyən təmkinini pozmadan:
− Bəs yaralılarımız necə? – deyə soruşdu.
− Xeyr, ağam, yoxdur, – cavabını alandan sonra Arif ağa bir balaca rahatlandı. Dərin bir nəfəs aldı:
− Yoldaşlar, – deyə danışmağa başladı yüksək səslə, -vahid komanda halında istiqamətimiz Yeni Odalaradır. Yeni Odalara çatana kimi heç kim burdan ayrılmasın. Ha-ra gedəcəyiksə, bir yerdə gedəcəyik. Heç bir hörmətsizlik, uyğunsuzluq istəmirəm. Ortamıza yaraşacaq şəkildə hə-rəkət edək. Kiminsə başqa cür davrandığını görsəm, aya-ğını qıraram!
Hamı bir yerdə:
− Baş üstə, ağa! – deyə qışqırdı.
Gəldiyimiz yollarla təzədən qayıtmağa, dəniz qırağı-na enməyə başladıq. Arif ağanın qayğılı olduğunu dərhal hiss eləmək olurdu. Üst-başı qurumuş qan ləkələri ilə do-lu idi. Bunlar o qədər böyük idi ki, uzaqdan görünürdü. Birdən danışmağa başladı:
− Oğlum, Sarı, – dedi, − güc elə bir şeydir ki, öz hök-münü zamanla göstərir. Hacı Bəktaş Vəli ocağının əvvəlki gücü qalmayıb. Bunu səbəbini də Musa ağa kimilər var ikən, kənarda axtarmaq düzgün deyil. Nə atamın, nə də babamın dövründə belə hadisələr baş verməyib. Baş verə də bilməzdi. O dövrdə bir kəndirçinin təqaüddə olan ye-niçəri əsgərini vurmağı mümkün deyildi. Tutaq ki, işdir, elə bir şey oldu, tutaq ki, kəndirçilərdən biri dəli oldu, be-lə bir iş tutdu, kəndirçilər onu tutub öz əlləri ilə gətirib ocağa təslim verirdilər. Hələ bir üzrxahlıq da edirdilər. Güc elə bir şeydir ki, ağırlığı gərək uzaqdan hiss edilsin. Dayandığın yerdən gücü görəsən, hiss edəsən, fərqinə va-rasan. Gücünü göstərmək üçün ondan iki dəqiqədən bir istifadə etsən, bu təkcə bir şeyin göstəricisidir: artıq əv-vəlki gücdə deyilsən. Uşağına qarşı da, xanımına qarşı da belə olmalıdır. Bir baxışın kifayət etməlidir. Təkcə bir ba-xışla hər şeyi yerinə qoymağı bacarmalısan. Yox, qoya bil-mirsənsə, deməli, qocalmağa başlamısan, itlərin məsxərə-si olan qoca qurda çevrilmisən.
Ürəyini açmaq, ətrafında olan fikir dumanını yox et-mək üçün:
− Yox, – dedim, – maşallah, qocalmağınız heç görün-mür…
Əsəbi tərzdə mənə baxdı. Artıq kölə Pyotr deyildim. Kafir deyildim və üstəgəl Arif ağanın kürəkəni idim. O an anladım ki, o vaxt yediyim iki şillənin bənzərini hər an si-fətimdə hiss etməməyim üçün heç bir səbəb yox idi. Bun-ların heç biri səbəb deyildi. Yaxşı ki, sifətimə şillə dəymə-di.
− Dediklərimdən heç nə anlamamısan, axmaq! – dedi, – Mən qocalmasam, nə dəyişəcək? İki nəfər heç bir günahı olmayan kəndirçini öldürmüşəmsə, burda nə var ki? Bu-nun igidliklə heç bir əlaqəsi yoxdur. Həyat oyundur! Oyunu qaydalarına uyğun oynasan, udarsan. Arif ağa iki kəndirçini öldürməklə qürurlanırsa, onda nə oldu ki?! Mən sənə deyirəm, oyun dəyişib. Əvvəlkiqaydalara uy-ğun oynanılmır. Bu oyunda heç bir qayda qalmayıb. Mən bundan qorxuram.
Bir az susdu, sonra təzədən danışmağa başladı:
− Amma, qılıncı əlinə almısansa, haqqını verməlisən. Qılıncı əlinə alıb haqq meydanına girmisənsə, tərəddüd etməməlisən. Cəng meydanında tərəddüd ölümün qan qardaşıdır. Öldürməsən, öləcəksən. Cəngin qaydası bu-dur. Haqlı, haqsız, igid, qorxaq – heç nə düşünməməlisən. Bunları sonra düşünərsən. Əslində, heç düşünməsən daha yaxşı olar, amma… Amma qılınc bir dəfə qınından çıxıbsa, onu bir dəfə sıyırmısansa, al qana bulamadan yerinə qoy-mamalısan. Kəsilməli olan kəsiləcək, vurulmalı olan vu-rulacaq. Eyni ilə səni o mağaranın ağzında görəndə vur-duğum kimi…
Arif ağa birinci dəfə idi ki, məni yaxaladığı gün haq-qında danışırdı. Artıq qayıqlara minib qarşı tərəfə − şəhə-rə keçirdik. Qayığın arxa tərəfində oturub saçlarımıza sı-ğal çəkən mehə fikir vermədən odlu-alovlu danışırdıq.
− Onda məni niyə öldürmədin, Ağam? – deyə soruş-dum.
− Yaxşı pula gedərdin.
− Amma sata bilmədin.
− Hə, sata bilmədim. Çünki Hotinə çatanda Sabitin doğulduğu xəbərini aldım. Bunun, Haqq Ərənlərin bir işarəsi olduğunu anladım. Madam, Allah bu bəxtsizi sənə ürcah etdi, deməli, bir hikməti var, deməli, bunu əldən çı-xarmamalısan, – deyə düşündüm.
− Bəs, birdən tüfəngimə əlim çatsaydı, onda neyləyə-cəkdiniz?
Güldü, özü də uzun-uzadı güldü.
− Başını belə şeylərə yorma, Sarı, – dedi. – Bu qılıncı mən altı yaşımdan bəri qurşanıram. Atam rəhmətlik bü-tün gününü mənimlə keçirirdi. Tüfəngini heç vaxt əlinə ala bilməzdin. Ən xırda ehtimal belə yox idi. O, sənin təc-rübəsizliyinin sübutu idi.
Ətmeydanında bir az da vaxt öldürəndən, hamı bir-birini Allaha tapşırandan sonra Yusif və Mehmetlə birgə evə yola düşdük. Arif ağa yolda elədiyimiz söhbətdən bir balaca açılışmış, özünə gəlmişdi. Amma əhvalı bir çörək bişirənin sözlərindən sonra təzədən pozuldu. O, çörək mağazasının qapısının ağzında dayanıb Arif ağanı təbrik edəndə ağa dözmədi:
− Nəyi təbrik edirsən, ay yaltaq? Nəyi təbrik edirsən? Paltarımdakı qan toyuq qanıdır ki, təbrik edirsən?
BÖYÜMƏK
Bu keçmiş xasiyyətimdən qətiyyən əl çəkə bilməmiş-dim. Mənə anamdan keçən bir xasiyyət idi. Anam… Anam, görəsən, sağdır? Sağdırsa, nə işlə məşğuldur? Xa-siyyətimə gəldikdə, bu, təqvimlə bağlı idi. Anam da mə-nim kimi din dəyişdirmişdi. Atamla evlənənə kimi katolik olan anam evlənəndən sonra pravoslav olmuşdu. Amma təqvimini heç unutmurdı. Həmişə ona uyğun davranırdı. Mən də anamdan götürmüşəm bu təqvimi. İndi bir bu təqvim, bir də boynumda olan, arada ovuclarımın içinə götürdüyüm xaç keçmişimdən nişanə idi. İkisini də qo-ruyurdum.
Sabit də, maşallah, aləm uşaqdır. Düşünün, bu ölkə-də mənə, “ağam”, deyən ilk kişidir. Kişi deyirəm, çünki böyüklərin yanında özünü elə aparır. Həzrəti İsa əfəndi-mizin miladının 1870-ci ilində olduğumuza görə artıq on bir yaşındadır. Arif ağa demək olar ki, hər gün ona qılınc və piştovla davranmağın qaydalarını öyrədir. Ya özü edir bunu, özü də olmayanda başqası məşğul olur onunla. Bu düz beş ildir ki, beləcə davam edir. İndi artıq özü də ata olan, amma atasının yanından ayrılmayan və Əhməd Ba-baya hələ də xidmət edən Dərviş Mehmet həftənin üç gü-nü gəlib Sabitə dərs keçir.
Sabit düz dörd ildir ki, oxuyub yaza bilir. İndi daha çox nəfəsləri öyrənir. Onlar haqqında düşünür və suallar verir. Bəzən verdiyi suallarla məni və Arif ağanı əməlli-başlı tərlədir. Belə hallarda onu Mehmet babaya, daha doğrusu Seyyid Mehmet babaya həvalə edirik. Çünki, doğrudan da, olduqca çətin suallar verir adama. “Yolun dəstəmazı nədir?”, “Yolun orucu nədir?”, “Yolun həcci nədir?”, “Yolun zəkatı nədir?”
Əvvəl bu suallardan başlamışdı. Arif ağa da, mən də rahatlamışdıq. Burda nə var idi ki, uşaq maraqlanırdı və biz də sualların cavablarını bilirdik. Növbə ilə və xüsusi bir əda ilə, amma eyni zamanda ciddi vurğuyla dayanma-dan sayırdıq: “Yolun dəstəmazı: bütün pis xüsusiyyətləri bir kənara qoyub, xoşa gələn xasiyyətlərə uyğun davran-maqdır, hər zaman sidq ürəklə mürşidin ətəyindən yapış-maqdır”, “Yolun orucu yalan və zərərli şeylərdən uzaq durmaqdır”, “yolun həcci mürşidin ürəyinə girməkdir”, “Yolun zəkatı dünya nemətlərindən əl çəkmək və bu yox-sulluqla öyünməkdir”.
Əslində, uşaq ilk çətin suallarının bünövrəsini qoy-muşdu. “Təriflənəcək xüsusiyyətlər deyirsən, Sarı ağa, be-lə çıxır, kim tərifləyirsə, yaxşıdır, kim tərifləmirsə, pisdir? Ziyanlı şeylərdən qaçmaq deyirsən, bəzilərinə görə zərərli olan başqaları üçün zərərli olmaya da bilər…”
Keçən ildən etibarən suallar əməlli-başlı çətinləşmiş-di: “Hardan gəldik, hara gedirik? Əvvəl, axır Əlidir deyi-rik, bu nə deməkdir?”
Arif ağa bəzən bu suallardan əsəbiləşir, Sabitin üstü-nə qışqırır, “Mehmet babandan soruş, o, belə şeyləri sə-nə öyrətmir?” – deyirdi. Haqq Ərənlərin haqqı üçün de-yirəm, Mehmet baba bütün bunları uşağa gözəl, yumşaq dillə öyrədirdi. Ta ki, şahidi olduğum bir söhbətlərinə ki-mi…
− Babacan, – deyə Sabit sözə başladı, – Allah bizi necə yaradıb?
− Allah hər şeyə qadirdir, nəzərim, – deyə cavab ver-di Mehmet baba. Allah, “ol”, – desə, o şey dərhal olur. Bir zamanlar “kün” dedi, “kün” ərəb dilində “ol” deməkdir və bu “ol” əmri ilə bütün bu gördüyün aləmi və içindəki hər şeyi yaratdı.
Sabit dayandı, mavi gözlərini bərəldərək, diqqətlə üzümə baxdı. Elə bil məndən kömək istəyirdi. Hiss olu-nurdu ki, Mehmet dərvişin dedikləri onu qane etməyib. Yerdə diz çöküb oturmuşdu, dayanmadan qurdalanırdı. Mehmet babanın hücrəsinin torpağını eşirdi.
Bəs, babacan, Allah kimə “ol!” deyə əmr edib?
Mehmet baba heyrətləndi birdən-birə. Amma bilmək olmurdu ki, bu heyrətinin səbəbi nə idi? Cavabı bilmə-məyi, yoxsa bir uşağın belə bir sual verməsi?
−Nə istəyirsən, nəzərim? Bu sualı verməkdə məqsə-din nədir?
−Yəni, – deyə cavab verdi Sabit, – heç kim və heç nə yox ikən Allah “ol” deyə əmr edib? Sən mənə əvvəllər de-yirdin axı, yoxdan ancaq yox var olar. Elə isə yoxluğa “ol” deyə səslənməsi mümkün deyil. Bəs kimə səsləndi Allah?
−Bax, nəzərim, – deyə sakit-sakit danışmağa başladı Mehmet baba, pilləkən bir-bir çıxmaq üçün düzəldilir. Pil-ləkənləri iki-iki çıxmaq istəsən ya aralarda boşluq qalar, ya da yıxılarsan, şikəst qalarsan. Yolumuz da belədir. Sən indi bu fağıra hələ gəlib çatmadığın pillələri soruşursan. Hələ bir sırayla pillələri qalx, vaxtı gələndə o sualların ca-vablarını da öyrənəcəksən, inşallah.
−Yaxşı, ağlıma gələn sualın vaxtı gəlməyib ki?
Sabit artıq israr edirdi.
Mehmet babanın əsəbiləşdiyini birinci dəfə onda gör-düm. Əsəbi tərzdə:
− Yox, övladım, – dedi, – mürşid mütləqdir. Sıranın gəlib-gəlmədiyini o, müəyyən edir. Sonrası da sualı ver-dirənin kim olduğu da mühümdir. Bəli, sual gəlir ağlına, amma onu sənin ağlına kimin gətirdiyi də vacibdir. Vaxt-sız suallar, Allah göstərməsin, şeytani də ola bilər. Sualın imani, ya da şeytani olduğunu ayırd etmək, artıq mürşi-din vəzifəsidir.
Sabit Mehmet babanın əsəbiləşdiyini ya görmür, ya da heç buna fikir vermirdi.
− Amma baba, – dedi, – sən bu fağıra Hünkar Hacı Bəktaş Vəlinin adının çəkildiyi yerə şeytan girə bilməz de-mirdinmi? Mənim də yadıma gündə ən azı yüz dəfə hün-karımızın adı düşür. Onun adını zikr edirəm. Belə olan halda ağlıma şeytan necə girə bilər?
Baba yenə də əsəbiləşdi:
− Bax, övladım, – sakitliyini qorumağa çalışaraq dedi, – bir aşiqə bu qədər özündən əminlik yaraşmaz. İçindən Allah adını zikr edib şeytana əsir olan neçə-neçə adəm su-rətində iblislər tanıyıram mən. Adın zikr olunması yox, onun nə qədər ixlasla zikr olunması vacibdir. Bu ixlasın dərəcəsinə də yenə mürşid qərar verir.
Sabitin cavab verəcək halı qalmamışdı. Bağlanmışdı əməlli-başlı. Dayandı, məcburiyyət qarşısında susduğu dərhal hiss olunurdu. Qarışısındakı usta şir təlimçisi qə-tiyyən özündən çıxmır, özünü itirmir, normal dillə bu cür sualların cavabının dərhal verilməyəcəyini, bunun üçün səbrin vacib olduğunu sakit tərzdə başa salmağa çalışırdı. Seyid Mehmet baba uşağın könlünü almaq məqsədi ilə söhbəti təzədən eyni məcraya köklədi:
− Yaxşı, nəzərimin başqa sualı var? Yoxsa bu günlük bu qədər kifayət edər?
Birdən Sabitin gözlərinin balaca, şıltaq uşaqlara xas ifadə ilə işıldadığını gördüm. Babaya hörmətsizlik sayıl-masa, tez ayağa durub:
− Bəli, bu günlük bu qədər kifayət edər, – deyəcək-dim. Deyə bilmədim. Çünki Sabit:
− Var, babacan, – dedi sakit bir səslə, – bir sualım da var.
− Ver, görək, – dedi Mehmet baba.
− Babacan, sən mənə öyrətmişdin ki, əvvəlcə Allah var idi və başqa heç nə yox idi. Sonra Allah, “Mən bir giz-li xəzinə idim və bilinmək istədim,” − hədisinə görə bi-linmək istədi və aləmi, əşyaları yaratdı. Elə deyil?
− Bəli, elədir, – cavab verdi Mehmet baba, – eynən elədir.
− Yaxşı, babacan, – deyə davam etdi Sabit, – bilinmə-yi istəmək, məşhur olmağı istəmək zəiflik deyilmi?
Bu sual qala divarlarının altından qoyulan dinamit təsiri göstərdi otaqda. Mehmet baba qızardı. Bir müddət bığlarının ucunu gəmirdi, daha sonra:
− Haşa, haşa, – dedi, – bu gün sənin ağlına nə girib belə?
Biz ayağa durmuşduq. Geri-geri gedərək hücrə qapı-sından çıxmağa hazırlaşırdıq. Babaya niyaz etmək istə-yəndə onun əlinin tərsini görüb, etiraz etmədən qaçaraq çölə, isti iyun günəşinin altına çıxdıq.
Bayırdakı iyun istisi Mehmet babanın isitdiyi otağın yanında payız küləyi kimi idi. O an bağçadakı çardağın altında geniş divanda oturan Əhməd babanı gördüm. Su-yun insanı qeyb aləminə daldıran səsindənmi, yoxsa də-rin düşüncədənmi qaynaqlandığını bilmədiyim dalğınlıq-la oturub çubuq çəkirdi.
Sakitcə bağçadan çıxıb gözdən itmək istəyirdim. Niy-yətim bu idi. Sabitin Əhməd babanı qəzəbləndirəcəyin-dən qorxurdum. Elə çıxmaq istəyirdik ki, Əhməd babanın səsini eşitdik:
− Abdullah, nəzərim, mürşidindən qaçırsan?
Əhməd babanın bu sözlərindən sonra geri qayıtmaq məcburiyyətində qaldım. Sabitlə birlikdə Babaya niyaz et-dik. Diz çöküb qarşısında oturduq.
− Mehmet baba hələ gəncdir. Gənclik və mücərrədlik5 bəzən çox çətin olur. Dözmək olduqca müşküldür. Uşaq-lara isə, “səbirli ol”, demək, ümumiyyətlə, mümkün mə-sələ deyil.
Deməli, dalğınlığı, aramızdakı otağın divarları Əh-məd babaya içəridəki hadisələri eşitməyə mane olmamış-dı. Bir az qabağa gəlib, əlini uzadıb Sabitin saçlarını sı-ğalladı:
− Nəzərim, səbirli ol, bir gün hər şey gözünə açıq-aş-kar görünəcək, maraqlandığın şeylər azalacaq, o zaman Allaha ürəyində: “Kaş, daha az şey biləydim”, – deyə dua edəcəksən. Ona görə də tələsmə.
Sabit, gördüyü diqqətdən bir balaca qürurlanmış, qı-zaran üzünü aşağı salmışdı.
“Budur, – dedim içimdə. – Boş yerə bu ataların birinə “camallı”, digərinə “cəlallı” demirlər”.
Əhməd babaya təkrar niyaz etdik və evimizə doğru yola düzəldik.
Yanımda tez-tez yeriyən bu uşaq ağa oğlu idi və bu-nu əsnafa rəftarı ilə açıqca göstərirdi. Bağçada oynayan, evdə Zəhra xanımın dizinə sərilib yatan, tək oğlan uşağı olduğuna görə Xədicə xanıma ərköyünlük göstərən, sanki o deyildi. Əsnafla yaşına uymayan ciddi ədayla salamla-şır, atasından aldığı dərsləri, hafizəsinə həkk etdiyi hərə-kətləri təkrarlayırdı.
Yenə də Arif ağanın Sabitə görə qayğılandığını öyrə-nəndə, düzünü desəm, çaşbaş qaldım. Çaşqınlığımı bö-yüdən səbəb o idi ki, Arif ağa oğlunun Bəktaşi təriqətinə və oxumağa-yazmağa maraq göstərməsindən narahatlıq keçirirdi. Arif ağa da Bəktaşi idi, tam yaxşı olmasa da, oxumaq-yazmaq məsələsində babat idi. Bəs onda bu qay-ğılar, narahatlıq nəyə görə idi?
− Yeniçəriyə Bəktaşiliyin azı qərar, çoxu zərərdir, Sa-rı, – deyərdi, – Mənim cəddim əzəldən yeniçəridir. Bilir-sənmi, bizim nəsildən sıravi əsgər çıxıb, zabit çıxıb, amma bir dənə də olsun çorbaçı62, ya da daha böyük rütbəli zabit çıxmayıb. Mən istəyirəm ki, Sabit şeytanın qıçını qırsın. Silah təlimində çətinlik yoxdur. Həvəslə öyrənir, amma bilmir ki, Bəktaşilikdə dərinə getməsi onun qəlbinin yum-şalmasına səbəb olar. Vurması lazım olan yerdə lazımı qaydada vura bilməz, can almaq lazım gələndə bağışla-yar, öz başına iş açar, fəlakət gətirər. Bizim peşəmizdə mərhəmət ancaq düşünülərək edilən, yüz dəfə ölçüb bir dəfə biçilən şeydir, Sarı. Mərhəmətin nə vaxt zəiflik və acizliyə çevriləcəyini qabaqcadan bilməzsən. Həyat de-dikləri bu oyunda bizim payımıza az düşüncə, çox qərar düşüb. Bunu inkar eləmək olmaz. Qorxuram ki, bu uşaq iki yolun ayrıcında qalsın. Bir tərəfdən cəlladlıq, bir tərəf-dən eşq yolu – çətin işdir. Adəm oğlunun içinə qurd salar, nəfsində daralma yaradar. İkisini də birdən yaşamağa cəhd etsən, heç birindən ola bilməzsən. Necə ki, təriqəti-mizin böyükləri deyiblər: “Hər yerdə olan heç bir yerdə-dir, bir yerdə olan hər yerdədir”. Bu uşaq dərvişlik, atalıq yoluna qoşulsa, təriqətin uşağı olar, ocağın yox!
Ücretsiz ön izlemeyi tamamladınız.