Kitabı oku: «Vanina Vanini», sayfa 2
– Allah xatirinə deyin görüm kim sizin xoşunuza gələ bilərdi?
– Bu gün qaladan qaçan cavan karbonari Hər halda o özünə zəhmət verib dünyaya gəlməkdən başqa da bir iş görüb.3
Knyaz Azdrubalo qızına yaxınlaşdı. Bir varlı əsilzadə iyirmi il olardı ki təssərüffatını idarə eləyən adamdan haqq-hesab istəmirdi. O da tənbəllik eləmir knyazın öz pullarını çox yüksək sələmlə özünə borc verirdi. Azdrubaloya çöldə-bayırda rast gəlsəniz knyazdan daha çox qoca aktyora oxşadarsınız; hətta barmaqlarını bəzəyən iri brilyant üzüklərdə nəzərinizi cəlb etməzdi. Vaxtıilə knyazın oğulları yezuitlər ordeninə4 yazılmış sonralar hər ikisi ağır ruhi xəstəlikdən ölmüşdü.
Knyaz onları unutsa da, qayğıdan azad deyildi. Gözünün ağı qarası Vanina artıq on doqquz yaşında idi, ancaq ən yaxşı təkliflərə məhəl qoymur deyəsən heç ərə getmək barədə fikirləşmirdi də. Görəsən niyə? Nə səbəbə?
Bu səbəb vaxtıilə Sullanı hakimiyyətdən əl çəkməyə təhrik edən səbəb eyni idi: romalılara nifrət.5
Balın səhəri gün Vanina atasını dördüncü mərtəbəyə qalxan ensiz pilləkənin böyük cidd-cəhdlə qıfılayyan görəndə məətəl qald.ı Knyaz dedikcə səhlənkar bir adamdı və ömründə açar-qıfıla əl vurmazdı. Dördüncü mərtəbədəki otaqdakı pəncələrin dibçəkdə əkilən portağal ağacları düzülmüş aynabəndə açılırdı.
Vanina şəhərə yollandı. Dəvət olunduğu bir-iki yerə dəyməli idi. Qayıdanbaş alaqapının qarşısının rəngsazların taxta-tuxtası ilə kəsildiyinə görə kareta dal həyətdən keçməli oldu. Vanina başını qaldıranda üst mərtəbədəki otaqlardan birinin pəncərəsinin birini açıq görüb təccübləndi. Axı knyaz həmin mərtəbənin qapısını öz əli ilə qıfıllamışdı. O rəfiqəsini başından tez eləyib sarayın damına qalxdı portağal ağacları bəzəyən aynabəndlə üzbəüz barmaqlı nəfəsliyi çətinliklə də olsa tapdı. Qızı bu qədər maraqlandıran açıq pəncərə iki addımlıqda idi. Otaqda kim isə vardı. Buna söz ola bilməzdi Bəs o kim idi?
Vanina həmin aynabəndə açılan kiçik qapının açarını ertəsi gün ələ keçə bildi. O səssizcə pəncərəyə yaxınlaşdı. Pəncərə hələ açıq idi.
Şəbəkənin arxasından gizlincə içəri baxmaq olardı. Otağın yuxarı başında çarpayıda kim isə uzanmışdı. Qız əvvəlcə utandı, dönüb qaçmaq istədi ancaq birdən stulun üstünə atılmış qadın paltarı gözünə sataşdı. Bir az fəhmlə baxandan sonra sarışın saçları və balıncdan güclə seçilən zərif çöhrəni ayırd eləyə bildi. Vanina onun gənc bir qız olduğuna daha şübhə eləmirdi. Stuldan sallanan don qana bulanmışdı. Mizin üstündəki qadın çəkmələrində qan ləkələri vardı. Sarışın qız azacıq qımıldanan kimi knyajna onun yaralı olduğunu başa düşdü. Sinəsini örtən kətan sarğıda da qırmızı ləkələr gözə dəyirdi. Səliqəsiz şəridlərdən hiss olunurdu ki naşı əllə bağlanıb.
Vanina göz qoyub gördü ki, atası hər gün saat dördə yaxın öz otaqlarına çəkilir sonra sarışın qızın yanına qalxır və orada çox ləngimir. Knyaz yaralıya baş çəkib qayıdandan sonra dərhal karetaya əyləşir və qrafiniya Vitteleskagilə yollanırdı. Atası gedən kimi Vanina aynabəndə qalxıb pəncərədən içəri tamaşa edirdi. Bu gənc və bədbəxt qadının taleyini düşündükcə knyajnanın ona daha çox yazığı gəlirdi. Kim onu bu kökə salıb? Axı nəyə görə? Paltarındakı qanlı şırımlar yəqin kixəncər zərbələrinin yeri idi. Vanina onları saya bilmirdi.
Bir dəfə knyajna onun üzünü əməlli-başlı gördü Arxası üstündə hərəkətsiz uzanmışdı baxışları səmaya zillənmişdi elə bil dua eləyirdi Birdən qəşən mavi gözləri doldu Bu anda Vanina ona təskinlik verməkdən güclə saxladı.
Həmin günün səhərisi o atasının gəlişindən qabaq aynabənddə gizlənməyi qərara aldı. Don Azdurbalo yaralının yatağına yaxınlaşdı. Əlində ayın-oyunladolu zənbil vardı Knyaz həyəcanlı idi: alçaqdan kəsik-kəsik danışırdı. Vanina bütün bunları görürdü ancaq otağın şüşəli qapısı açıq olsa da, heç nə eşidə bilmirdi. Knyaz həmişəki kimi yenə də içəridə çox qalxmadı. O gedəndən sonra Vaninanı fikir götürdü.
«Qəribədir indiyədək heç kimə heç nəyə məhəl qoymayan atam kimsəyə ürək qızdıra bilmir, yüz iyirmi pilləni hər gün özü qalxır… Belə çıxır ki bu yazığın düşmənləri çox güclüdür.»
Bir dəfə axşam knyajna ehmalca pəncərəyə yaxınlaşıb içəri boylananda baxışları onun baxışları ilə qarşılaşdı. Daha dayanmaq olmazdı Vanina yerindəcə diz çöküb:
– Mən sizi sevirəm – dedi-Mən sizin dostunuzam.