Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Müharibə qadın simalı deyil», sayfa 3

Yazı tipi:

Beynimdə xor səsi duyulur. Böyük bir xor, bəzən söz-lər demək olar ki, eşidilmir də, ancaq ağlaşma səsi gəlir. Etiraf edirəm: heç də həmişə inanmırdım ki, bu yolu get-məyə gücüm çatacaq, onu başa vura biləcəyəm. Sona çat-dıracağam. Şübhə və qorxu dolu dəqiqələrim olurdu; da-yanmaq və kənara çəkilmək istəyirdim, amma artıq bacar-mırdım.

Mən Şərin əsirinə çevrilmişdim, dərin uçuruma boy-lanmışdım ki, nə isə başa düşüm. İndi isə mənə elə gəlir ki, müəyyən məlumatlar əldə etmişəm, amma beynimdə yaranan sualların sayı daha da artıb, cavablar isə, əksinə, azalıb.

Amma o zaman – yolun lap başlanğıcında bu mənim heç ağlıma da gəlməzdi.

Məni bu evə şəhər qəzetində dərc olunmuş kiçik bir qeyd gətirib çıxardı. Orda, “Zərbəçi” Minsk Yol maşınları zavodunda baş mühasib Mariya İvanovna Morozovanın təqaüdə yola salınması haqqında məlumat verilmişdi. Hə-min məlumatda o da bildirilirdi ki, o, müharibədə snay-perçi olub, on bir mükafat alıb; snayperçi kimi hesabında yetmiş beş öldürülmüş adam var. Bu qadının hərbi peşəsi ilə onun sülh zamanı gördüyü işi təsəvvürdə bir araya gətirmək həddindən artıq çətin idi. Gündəlik iş geyimin-də bir şəkil də verilmişdi. Adiliyin bütün əlamətləri ilə birgə.

Qızlığın çələngi olan hörüklərini başına dolamış bala-caboylu qadın üzünü əlləri arasına alaraq böyük kresloda əyləşmişdi:

– Yox, yox, danışmayacağam. Yenidən o zamana qa-yıtmaq? Bacarmaram… İndiyə qədər də müharibə haqqın-da filmlərə baxmıram. Mən o zaman lap gənc qız idim. Xəyal qurur və böyüyürdüm, böyüyür və xəyal qurur-dum. Elə bu vaxt – müharibə… Hətta özümə yazığım da gəlir. Mən nə dediyimi yaxşı bilirəm. Sən nə üçün bütün bunları bilmək istəyirsən ki? Dəhşətdir… İncimə ki, o də-qiqə “sən” deyirəm. Qızımla danışırmış kimi danışıram.

Sonra soruşdu:

– Bəs nə üçün mənim yanıma gəldin? Ərimin yanına getməlisən, o yada salmağı çox xoşlayır. Komandirlərin, generalların adı nə idi, hərbi hissələrin nömrələri – hər şey yadındadır. Mənimsə yox. Ancaq öz başıma gələnləri xatırlayıram. Öz müharibəmi. Ətraf adamla doludur, am-ma sən hər zaman təksən, çünki insan ölüm qarşısında yalnız olur. Mən dəhşətli bir tənhalıq xatırlayıram.

Sonra maqnitofonu götürməyimi xahiş etdi:

– Danışmaq üçün mənə sənin gözlərin lazımdır. O isə bizə mane olacaq.

Amma bir neçə dəqiqədən sonra onu tamam yaddan çıxardı…

MARİYA İVANOVNA MAROZOVA (İVANUŞKİNA)

yefreytor, snayperçi

“Bu sadə bir əhvalat olacaq… O zaman çox olan sadə rus qızlarından birinin əhvalatı… Mənim doğma kəndi-min – Dyakovskoyenin olduğu yerdə indi Moskvanın Proletar rayonu yerləşir. Müharibə başlayanda heç on səkkiz yaşım da yox idi. Uzun-uzun hörüklərim vardı, dizlərimə çatırdı. Heç kim inanmırdı ki, müharibə uzun sürə bilər; hamı gözləyirdi ki, tezliklə bitəcək. Düşməni qovacağıq.

Mən kolxoza gedirdim, sonra mühasibat kurslarını bitirdim, işləməyə başladım. Müharibə isə davam edirdi… Mənim rəfiqələrim.... Onlar mənə deyirdilər: “Cəbhəyə getmək lazımdır”. Bu söz artıq havadan asılı qalmışdı. Hamımız hərbi komissarlıq yanında kurslara yazıldıq. Bəlkə də kimsə yoldaşlıq xatirinə etdi, bilmirəm. Amma orada bizə döyüş tüfəngindən atəş açmağı, qranat atmağı öyrətdilər. İlk vaxtlar… Etiraf edim ki, tüfəngi əlimə al-maqdan qorxurdum, xoşagəlməz bir şey hiss edirdim. Ağlıma da gəlməzdi ki, kimisə öldürə bilərəm; sadəcə cəbhəyə getmək istəyirdim, vəssalam. Dərnəkdə qırx nə-fər məşğul olurdu. Kəndimizdən dörd qız vardı – biz ha-mımız qonşu kənddən rəfiqələrdik. Bir sözlə, hər kənd-dən kimsə vardı. Özü də ancaq qızlar… Kişilərin isə hamı-sı müharibəyə getmişdi – kim yarayırdısa. Mən artıq xa-tırlamıram – bizdə rəqslər olurdumu, əgər olurdusa, o zaman yəqin ki, qızlar bir-birilə rəqs edirdilər, çünki oğ-lan qalmamışdı. Kəndlərimiz səssizləmişdi.

Tezliklə Komsomol və Gənclərin Mərkəzi Komitə-sinin hər kəsi Vətənin müdafiəsinə səsləyən çağırışı mey-dana çıxdı, çünki almanlar artıq Moskvaya yaxınlaşmaq üzrə idilər. Necə yəni, Hitler Moskvanı ələ keçirəcəkdi? Yol vermərik! Təkcə mən deyil… Bütün qızlar müharibəyə getmək istədiklərini bildirdilər. Mənim artıq atam mü-haribədə idi. Elə bilirdik ki, döyüşən yeganə qadınlar biz olacağıq… Fərqlilər… Amma hərbi komissarlığa gəldiyi-mizdə – orada çoxlu qız var idi. Mən heyrətə gəldim. Ürə-yim od-tutub alışdı – güclü bir şəkildə… Seçim isə həddin-dən artıq ciddi aparılırdı. Əvvəlcə, təbii ki, sağlam olmalı idin. Qorxurdum ki, məni götürməsinlər, çünki uşaq vaxtı tez-tez xəstələnirdim… Sümüklərim də – buna anam hə-mişə təəssüf edirdi – zəif idi. Elə buna görə də bütün uşaqlar məni tez-tez incidirdilər. Bundan başqa, əgər cəb-həyə getmək istəyən qızdan başqa evdə heç bir uşaq qalmırdısa, onda da rədd cavabı verirdilər, çünki ananı evdə tək qoymaq olmazdı. Of, bizim analarımız! Onların gözlərinin yaşı qurumurdu. Bizi danlayır, bizə yalvarır-dılar… Amma mənim özümdən başqa iki bacım və iki qardaşım da var idi; düzdür, hamısı məndən balaca idi, amma hər halda, nəzərə alınırdılar. Bundan başqa, bir məsələ də qalırdı: kolxozdan hamı getmişdi, çöldə işləmək üçün heç kəs qalmırdı, sədr də bu səbəbdən bizi buraxmaq istəmirdi. Bir sözlə, bizə rədd cavabı verildi. Rayon komsomol komitəsinə getdik və orada da “rədd edildik”. O zaman rayonumuzdan olan nümayəndə heyə-ti ilə vilayət komitəsinə getdik. Hamıda böyük bir coş-qunluq var idi, ürəklərimiz yanırdı. Bizi yenə də oradan evə göndərdilər. O zaman qərara gəldik ki, bir halda ki, Moskvadayıq, ən yuxarıya, komsomolun mərkəzi komitə-sinə, birinci katibin yanına gedək. Sonuna qədər istəyimiz uğrunda mübarizə aparaq. Kim məruzə edəcəkdi, aramız-da ən cəsuru kim idi?

Düşünürdük ki, burada mütləq ancaq biz olacağıq, amma dəhlizdə irəliləmək olmurdu, o ki qala katibin qa-pısının ağzına çatmaq ola. Orada hər tərəfdən gələn gənc-lər var idi; işğal altında olmuşlar var idi ki, öz doğmaları-nın ölümü üçün qisas almağa can atırdılar. Bütün İttifaq-dan. Bəli, bəli. Qısası, biz bir müddət özümüzü itirdik də.

Hər halda, axşama yaxın katibin qəbuluna düşə bil-dik. Bizdən soruşdular:

– Yaxşı, siz atəş açmağı bacarmırsınızsa, cəbhəyə ne-cə gedəcəksiniz?

Bu zaman biz xorla cavab verdik ki, artıq öyrənmişik.

– Necə? Harada? Bəs sarğı sarımağı necə, bacarırsı-nızmı?

Bilirsinizmi, hərbi komissarlıq yanındakı o dərnəkdə rayon həkimi bizə sarğı sarımağı da öyrətmişdi. Onlar ar-tıq susdular və bizə daha ciddi nəzərlərlə baxmağa başla-dılar. Hə, daha bir üstünlüyümüz də onda idi ki, tək de-yildik, qırx nəfərdik və hamımız da atəş açmağı, ilk tibbi yardım göstərməyi bacarırdıq.

Qərar belə oldu:

– Gedin və gözləyin. Sizin məsələniz müsbət həll olu-nacaq.

Oradan qayıdanda necə də xoşbəxt idik! Heç yadım-dan çıxmaz. Hə, hə…

Və cəmi bir neçə gündən sonra çağırış vərəqlərimiz artıq əllərimizdə idi.

Hərbi komissarlığa gəldik, burada bizi o dəqiqə bir qapıdan içəri saldılar, o birindən isə çıxardılar. Mənim elə gözəl hörüklərim vardı ki! Oradan çıxanda artıq yox idi… Hörüksüzdüm… Əsgər kimi vurmuşdular saçımızı. Don-larımızı da əlimizdən almışdılar. Anama nə paltarımı, nə də hörüklərimi verməyə imkan tapdım. O, çox xahiş et-mişdi ki, məndən ona nəsə, heç olmasa nəsə bir şey qal-sın. Elə buradaca bizə hərbi köynək geyindirdilər, pilotka qoydurdular, bel çantası verdilər və maşınların yük yeri-nə mindirdilər – saman qalağının üstünə. Amma saman hələ təzə idi – çəmən qoxusu verirdi.

Maşına deyə-gülə mindik. Qorxmadan. Zarafatlaşa-zarafatlaşa… Yadımdadır ki, çox gülüşürdük. Bəli, bəli.

Hara gedirdik? Bilmirdik. Hər halda, bizim üçün kim olacağımızı bilmək elə də vacib deyildi. Əsas o idi ki, cəb-həyə gedirdik. Hamı döyüşürdü, biz də…

Şelkovo stansiyasına gəldik, onun yaxınlığında qadın snayper məktəbi yerləşirdi. Sən demə, bizi ora göndərir-mişlər. Snayperliyə. Hamımız sevinirdik. Bu, əsl iş idi. Atəş açacaqdıq.

Oxumağa başladıq. Qarnizon xidmətinin nizamna-məsini, intizamı öyrəndik, əraziyə uyğun olaraq maska-lanmağı, kimyəvi müdafiəni öyrəndik. Qızların hamısı çox çalışırdılar. Snayperi gözüyumulu yığıb-sökməyi, kü-ləyin sürətini, hədəfin hərəkətini, hədəfə qədər olan mə-safəni müəyyən etməyi, çala qazmağı, dirsəklər üzərində sürünməyi öyrəndik. Bütün bunların hamısını artıq baca-rırdıq. Bircə cəbhəyə tez gedəydik. Odun içinə. Atıcılıq kursunu bitirdikdən sonra imtahanları beşlə verdim. Yaxşı yadımdadır ki, ən çətini həyəcan siqnalı çalınanda oyanmaq və beş dəqiqə ərzində hazırlaşmaq idi.

Çəkmələri ayaqlarımızın ölçüsünə görə deyil, bir-iki ölçü böyük götürürdük ki, boş yerə zaman itirməyək, tez hazırlaşa bilək. Beş dəqiqənin içərisində əynini, ayaqqabı-larını geyinməli və cərgədə durmalı idin. Elə vaxtlar olur-du ki, yalın ayağa geyindiyimiz çəkmələrlə qaçıb cərgədə dayanırdıq. Qızlardan birinin az qala ayaqlarını don vur-muşdu. Starşina5 gördü, bərk danladı, sonra da bizə ayaq sarığını necə bağlamalı olduğumuzu öyrətdi. Başımızın üstündə durur və gur-gur gurlayırdı:

– Qızlar, mən necə sizdən almanlar üçün hədəf deyil, əsgər düzəldim, axı?!

Qızlar, qızlar… Hamı bizi çox istəyirdi, hamısının da bizə yazığı gəlirdi. Xətrimizə dəyirdi ki, görəsən, nə üçün yazıqları gəlir. Məgər biz də hamı kimi əsgər deyilik?

Nə isə…

Nəhayət ki, cəbhəyə gəldik. Orşa yaxınlığına… 62-ci piyada diviziyasına. Komandir, indi də yadımdadır, pol-kovnik Borodkin idi; bizi görən kimi hirsləndi:

– Bu qızları mənə niyə sırıdılar axı…

Nə bilim, “Bu nə qadın xorovodudur6, kordebalet-dir7”… “Bu müharibədir, rəqs gecəsi deyil. Dəhşətli mü-haribə…”

Amma sonra öz yanına dəvət etdi, nahara qonaq elədi. Elə hey eşidirdik ki, adyutantından soruşdu:

– Çayın yanına qoymaq üçün şirin nəsə var?!

Hə, əlbəttə ki, biz bundan da incidik: axı o bizi nə he-sab edirdi? Bura döyüşməyə gəlmişdik. O isə bizi əsgər kimi deyil, qız kimi qarşılamışdı. Yaşımıza baxılsaydı, qızı yerində idik.

– İndi mən sizinlə neyləyəcəyəm axı, əzizlərim? Sizi hardan belə yığıb göndəriblər?

Bax, o bizə belə yanaşdı, bizi belə qarşıladı. Biz isə elə təsəvvür edirdik ki, guya artıq döyüşçüyük. Bəli, bəli… Müharibədə…

Səhəri gün o, bizim necə atəş açdığımızı, məkana gö-rə necə maskalandığımızı görmək istədi. Yaxşı atəş açdıq, hətta ön cəbhədən iki günlük kurslara çağırılan və onların işini necə etdiyimizi görüb təəccüblənən kişi-snayperçilər-dən də yaxşı. Onlar yəqin ki, həyatlarında ilk dəfə idi ki, qadın-snayperçi görürdülər. Atəşaçmadan sonra şəraitə uyğun maskalanma lazım idi. Polkovnik gəldi, gəzdi, çə-mənliyi gözdən keçirdi, sonra bir təpəciyin üstünə qalxdı: “Heç bir şey görünmür”.

Elə bu vaxt onun ayaqları altındakı “təpə” yalvarma-ğa başladı: “Oy, yoldaş polkovnik, daha bacarmıram, ağırdır”.

Hə, elə bir gülüşmə qopdu ki, gəl, görəsən! O inana bilmirdi ki, biz belə yaxşı maskalana bilmişik.

– İndi, – dedi, – qızlarla bağlı dediyim sözləri geri gö-türürəm.

Bununla belə, yenə də əzab çəkirdi. Uzun müddət bi-zə alışa bilmədi.

İlk gün idi ki, “ova” çıxmışdıq (snayperçilər belə adlandırırdı), mənim yoldaşım Maşa Kozlova idi. Mas-kalanıb uzanmışdıq: müşahidə aparırdım, Maşa isə silah-la dayanmışdı. Birdən Maşa dedi:

– Atəş aç! Atəş aç! Almandır, görürsən?!

Mən ona cavab verdim:

– Müşahidə edirəm, sən atəş aç!

– Biz burada aydınlaşdırana qədər, – o dedi, – alman çıxıb gedəcək.

Mənsə ona yenə də öz bildiyimi təkrarladım:

– Əvvəlcə atıcılıq xəritəsi tərtib etmək, orientrləri8 çəkmək lazımdır: saray, tozağacı hardadır…

– Məktəbdə olduğu kimi, kağız-kuğuzla əlləşəcək-sən? Mən kağız-kuğuzla qurdalanmaq üçün yox, atəş aç-maq üçün gəlmişəm.

Gördüm ki, Maşa artıq hirslənir.

– Onda at da, nəyi gözləyirsən?

Biz beləcə xeyli mübahisə etdik. Bu əsnada, doğ-rudan da, alman zabiti əsgərlərə tapşırıq verib getdi. Son-ra araba yaxınlaşdı və əsgərlər cərgəyə düzülərək ora yük yığmağa başladılar. Zabit dayanmışdı, nəsə əmrlər verir-di, sonra da gözdən itdi. Bizsə hələ də mübahisə edirdik. Gördüm ki, o artıq iki dəfə göründü və əgər biz bir dəfə də onu əldən buraxsaq, hər şey bitəcək. Ona görə də o üçüncü dəfə peyda olduqda – bu artıq bircə saniyə çəkdi, o gah görünür, gah da yox olurdu – atəş açmaq qərarını verdim. Qərar verdim, amma o an ağlıma başqa bir fikir gəldi: axı bu insandır, düşmən də olsa, insandır… Və mənim əllərim əsməyə başladı, bütün bədənimdən titrəmə keçdi. Üşütmə. Qəribə bir qorxu… Bəzən yuxu-larda, hətta indi də həmin təəssürat dəfələrlə yadıma dü-şür. Faner hədəflərdən sonra canlı insana atəş açmaq çətin idi.

Mən onu optik nişangahda görürdüm, özü də çox yaxşı görürdüm. Sanki yaxınlıqda idi. Daxilimdə nəsə mənə qarşı çıxırdı; nəsə qərar verməyimə mane olurdu. Sonra nəhayət, özümü ələ alıb tətiyi çəkdim. O əl-qol ataraq yıxıldı. Ölmüşdümü, ya yox, bilmirəm. Amma bundan sonra məni daha çox əsməcə tutdu, içimdə qorxu yarandı: “Mən adam öldürdüm?”

Bu fikrin özünə belə adət etmək lazım idi. Bəli… Uzun sözün qısası – dəhşət idi. Yaddan çıxarmaq olmur.

Biz geri qayıtdığımız zaman vzvodda başıma gələn-lər haqqında danışmağa başladıq, iclas keçirdik. Komso-mol təşkilatçımız Klava İvanova idi. O məni əmin etməyə çalışdı: “Yazığın gəlməsin, onlara nifrət etmək lazımdır”.

Faşistlər onun atasını öldürmüşdülər. Bəzən elə olur-du ki, biz mahnı oxuyurduq, o isə xahiş edirdi: “Qızlar, lazım deyil, bax, bu əclaflara qalib gələk, o zaman oxuya-rıq”.

Amma bu heç də dərhal alınmadı. Bizdə dərhal alın-madı. Bu, qadın işi deyildi – nifrət etmək və öldürmək! Bizim işimiz… Özümüzü inandırmaq lazım idi. Dilə tut-maq lazım idi.”

Bir neçə gün sonra Mariya İvanovna mənə zəng etdi və öz cəbhə rəfiqəsi Klavdiya Qriqoryevna Kroxinanın evinə qonaq çağırıb. Mən bir daha yaxın söhbətləri dinlə-məli oldum…

KLAVDİYA QRİQORYEVNA KROXİNA

baş serjant, snayperçi

“İlk dəfə qorxuluydu… Çox qorxuluydu.

Biz uzanmışdıq və mən müşahidə edirdim. Odur, diqqətimi çəkdi ki, bir alman səngərdən başını qaldırır. Çıqqıldatdım və o yıxıldı. Bilirsinizmi, məni o dəqiqə əs-məcə tutdu. Hətta sümüklərimin necə şaqqıldadığını da eşidirdim. Ağlamağa başladım. Maşınları atəşə tutmaq – başqa məsələdir, indisə adam öldürmüşdüm. Mən! Tanı-madığım adamı. Onun haqqında heç nə bilmirdim, amma öldürmüşdüm.

Sonra hər şey keçdi… Bax… bu, belə baş verdi.

Biz hücuma keçmişdik. Hardasa böyük bir qəsəbənin yaxınlığında idik. Deyəsən, Ukraynada idi… Getdiyimiz yolun kənarında barak9 idimi, ya bir ev idimi – müəyyən etmək olmurdu – hər şey yanıb kül olmuşdu, yerində qap-qara kömür qalmışdı. Bir də yanmış daşlar… Qızların əksəriyyəti yaxın getmədi, mənisə elə bil, nə isə ora çəkir-di. Kömürlərin arasında insan sümükləri gördük, onların içindəsə bizim döş nişanlarını… Bunlar bizim yaralılar, ya da əsir götürülənlər idi.

O gündən sonra nə qədər öldürürdümsə, öldürüm, heç kimə yazığım gəlmirdi. Qara kömürə bələnmiş insan sümüklərini gördükdən sonra…

… Müharibədən qayıdanda saçlarım ağarmışdı. İyir-mi bir yaşım vardı, amma saçım ağappaqdı. Mənim ağır yaralanmam vardı, kontuziya almışdım, qulağımın biri yaxşı eşitmirdi.

Anam məni bu sözlərlə qarşıladı: “İnanırdım ki, qayı-dacaqsan. Gecə-gündüz sənin üçün Tanrıya yalvarırdım”.

Qardaşım cəbhədə həlak olmuşdu. Anam ağlayırdı: “İstər oğlan doğ, istərsə də qız – indi eynidir. Hər halda, o kişi idi, vətəni müdafiə etməliydi, sən isə qızdın. Allah-dan bir şey istəyirdim, əgər səni eybəcər hala salacaqsa, yaxşısı budur, elə öldürsün. Həmişə stansiyaya gedirdim. Qatarları qarşılamağa… Bir dəfə orda üzü yanmış bir əs-gər qız gördüm… Diksindim, elə bildim, sənsən! Ondan sonra belə dua etməyə başladım”.

Evimizin yaxınlığında (əslən Çelyabinsk vilayətin-dənəm) mədən işləri aparılırdı. Elə ki partlayışlar başladı (bu hər dəfə də nə üçünsə gecələr baş verirdi), o dəqiqə çarpayıdan atılıb düşür, ilk iş olaraq şinelimi götürür, qaçmaq haqqında düşünürdüm. Mən harasa qaçmalı idim.

Anam məni tutur, bağrına basır, dilə tutmağa çalı-şırdı… “Ayıl… ayıl… Müharibə bitib. Sən evdəsən”. Yalnız onun bu sözlərindən sonra özümə gəlirdim: “Mən sənin ananam… Anan…”

O astadan danışırdı. Pıçıltı ilə. Bərkdən danışılanda qorxurdum…”

… Otaq isti idi, amma Mariya İvanovna ağır şala bü-rünmüşdü, üşüyürdü. O sözünə davam etdi:

“Biz tez bir zamanda əsgər olduq. Bilirsiniz, düşün-mək üçün xüsusi zamanımız yox idi. Öz hisslərimizi ya-şamaq üçün…

Kəşfiyyatçılar bir dəfə alman zabitini əsir götürmüş-dülər və o çox təəccüblənmişdi ki, yerləşdikləri yerdə çox-lu əsgər vurulub və hamısı da başından yaralanıb. Demək olar ki, eyni yerdən. Elədir ki var.

– Mənə o atıcını göstərin! Mənim bu qədər əsgərimi öldürəni… Hər dəfə çoxlu yeni əsgər qəbul edirdim, am-ma hər gün də onlarla əsgər sıradan çıxırdı.

Polkun komandiri ona cavab verdi:

– Təəssüf ki, göstərə bilmərəm, o snayper qızdır, amma həlak olub.

Bu Saşa Şlyaxova idi. O snayperçilərin təkbətək dö-yüşündə həlak olmuşdu. Və onu satan əşya – qırmızı şarfı olmuşdu. Saşa bu şarfı həddindən çox sevirdi. Qırmızı şarf isə qarın üstündə diqqət çəkir – yerini aşkar edir.

Alman zabiti onun qız olduğunu eşidəndə sarsıldı, necə reaksiya verəcəyini bilmədi. Uzun müddət susdu.

Onu Moskvaya göndərməmişdən qabaq (məlum ol-muşdu ki, vacib adamdır) – sonuncu istintaq zamanı fik-rini gizlətmədi:

– Mən heç vaxt qadınlarla döyüşməmişəm. Sizin ha-mınız gözəlsiniz. Bizim təbliğat isə iddia edir ki, Qızıl or-duda qadınlar deyil, hermafroditlər döyüşürlər…

Heç yadımdan çıxmaz.

Biz növbəyə cüt-cüt gedərdik, qaranlıqda tək-tənha oturmaq çətindir: gözlər yorulur, yaşarır, əllərini hiss elə-mirsən, gərginlikdən bütün bədənin keyləşir. Yazqabağı və yazda isə xüsusilə çətin olur. Altında qar əriyir, bütün günü su içində üzürsən, bəzən də elə olur ki, donub tor-pağa yapışırsan.

Dan yeri yeni-yeni sökülməyə başladığı vaxt qazma-dan çıxır, qaranlıq qarışanda isə ön cəbhədən geri qayıdır-dıq. On iki saat, bəzən hətta daha çox qarın üstündə uza-nır, ya da ağacların başına, anbarların, dağıdılmış evlərin damına dırmaşır, orada maskalanmış şəkildə dururduq ki, kimsə bizi görməsin… Harada olduğumuzu, haradan müşahidə apardığımızı anlamasın. Mövqeni bacardıqca yaxınlarda seçməyə çalışırdıq. Bizi almanların oturduqları səngərlərdən yeddi yüz-səkkiz yüz, bəzən hətta beş yüz metr ayırırdı. Səhər tezdən hətta onların danışıqları belə eşidilirdi. Gülüşləri…

Bilmirəm niyə, amma biz qorxmurduq. İndi bunu başa düşmək mənim üçün çətindir…

Hücum etdilər, çox tez hücum etdilər. Nəfəsimiz kə-sildi, təminatla əlaqəmiz qırıldı: döyüş sursatımız bitdi, ərzaqlar tükəndi, mətbəximizi belə mərmi dağıtdı. Üçün-cü sutka suxarı ilə keçindik, quru çörək dilimizi elə bir hala salmışdı ki, danışa bilmirdik. Yoldaşımı öldürmüş-dülər, ön cəbhəyə “təzə qız”la getməli olurdum.

Bir gün gördük ki, neytral ərazidə bir dayça var. Elə gözəldir ki, quyruğu da yupyumşaq. Öz-özünə sakit-sakit gəzişir, elə bil, heç nə olmayıb, heç müharibə də yoxdur. Və bir də gördük ki, almanlar səs-küy saldılar: onu gör-müşdülər. Bizim əsgərlər də öz aralarında bu barədə razı-laşma aparırdılar.

– İndi çıxıb gedəcək. Amma nə yaxşı şorbası olar…

– Bu məsafədə avtomatdan vura bilmərik.

Elə bu vaxt bizi gördülər.

– Snayperçilər gəlir. Onlar indi vurarlar. Hə, görək sizi, qızlar…

Mən heç düşünməyə belə macal tapmamışdım ki, adətim üzrə nişan aldım və atdım. Dayçanın ayaqları bü-küldü və böyrü üstə aşdı. Mənə elə gəldi ki, (bəlkə də, bu artıq hallüsinasiya idi) amma mənə elə gəldi ki, o astadan kişnədi də.

Mən yalnız sonradan ayıldım: bunu niyə elədim? Be-lə gözəl dayça idi, mənsə onu öldürdüm və şorbanın içi-nə atdım… Arxadan eşitdim ki, kimsə iç çəkə-çəkə ağla-yır. Geri çevrildim, “təzə qız”dı.

– Sənə nə olub? – soruşdum.

– Dayçaya yazığım gəldi, – dedi, gözləri yaşla dol-muşdu.

– Ay, ay, necə də incə qəlbliyik? Bizim hamımız üç gündür ki, acıq. Yalnız ona görə heyfislənirəm ki, hələ heç kimi aclıqdan o dünyaya göndərməmişəm. Gün ərzində tam təchizatla otuz kilometr get, görüm, necə gedirsən, üstəlik, acqarına… Əvvəlcə almanları qovmaq lazımdır, ondan sonra mütəəssir olarıq. Yazığımız gələr… Sonra… Başa düşürsən, sonra…

Əsgərlərə baxdım, onlar isə elə hey məni həvəslən-dirir, qışqırışırdılar. Xahiş edirdilər. Amma və lakin… Bir neçə dəqiqə əvvəl… Mənə heç kim nəzər yetirmirdi, sanki heç görmürdülər də. Hərəsi bir yerə soxulmuş, hər biri də öz işi ilə məşğul idi: siqaret çəkir, yer qazırdılar… Kimsə nəsə yonurdu. Mənsə…

– İndi necə istəyirsən, elə də et… Otur, ağla, hönkür… Elə bil, qaniçən zadam, kimi istəsəm asanlıqla öldürər, vecimə də almaram. Halbuki, uşaqlıqdan bəri canlı olan hər şeyi sevirdim.

Bir dəfə – mən onda artıq məktəbə gedirdim – inəyi-miz xəstələndi və onu kəsdilər. Düz iki gün ağladım. Sa-kitləşə bilmirdim. İndi isə “part”! – köməksiz bir dayçanı güllələdim. Və demək olar ki, iki il ərzində gördüyüm ilk dayça idi.

Axşam yeməyini gətirdilər. Aşpazlar:

– Hə, afərin sənə, snayper. Bu gün qazanda ət var, – deyib qazançamızı qarşımıza qoydular və getdilər. Qızlarsa oturmuş, yeməyə əllərini belə vurmurdular. Mən məsələnin nə yerdə olduğunu anladım, göz yaşı məni boğdu və ağlaya-ağlaya qazmadan qaçdım. Qızlar da da-lımca… Hamısı bir ağızdan məni sakitləşdirməyə çalışırdı. Tez öz qazançalarını əllərinə aldılar, birnəfəsə yeməyə gi-rişdilər…

Hə, belə bir məsələ olmuşdu… Heç… Yaddan çıx-maz…

Gecələr, əlbəttə ki, söhbətlərimiz olurdu. Nə haqda danışardıq? Təbii ki, evimiz haqqında, hər kəs öz anası barədə söz açardı, kiminsə atası, ya da qardaşı döyüşür-dü. Müharibədən sonra nə olmaq istədiyimiz haqda da-nışırdıq. Ərə gedəcəyikmi, ərimiz bizi sevəcəkmi? Ko-mandir gülürdü:

– Eh, qızlar! Hamınız gözəlsiniz, amma müharibədən sonra sizinlə evlənməkdən qorxacaqlar. Əliniz itidir, qab-la birinin başını nişan alacaqsınız, vəssalam, ölüdür!

Mən ərimlə müharibədə tanış olmuşdum, eyni polk-da xidmət edirdik. İki dəfə yaralanmışdı, kontuziyası da vardı. O, müharibənin əvvəlindən sonuna kimi döyüş-müşdü, sonra da bütün ömrü boyu hərbçi oldu. Mühari-bənin nə demək olduğunu ona izah etmək lazım deyildi. Mənim haradan qayıtdığımı da… Necə olduğumu da… Əgər səsimi yüksəldərək danışırdımsa, o ya fərqinə varmır, ya da susur, dinmirdi. Mənsə onu bağışlayırdım. Mən də öyrənmişdim. İki uşaq böyütmüşdük, onlar institut bitiriblər. Biz onunla xoşbəxtik.

Sizə daha bir şey danışacağam…

Deməli, məni tərxis etmişdilər, Moskvaya gəlmişdim. Moskvadan isə bizim evə qədər hələ yol vardı. Bir neçə kilometr də piyada getməliydim. İndi orada metro tikilib, amma o zaman köhnə albalı bağları vardı, bir də dərin yarğanlar…

Yarğanlardan biri böyük idi, adlayıb keçməliydim. Mən keçənə, adlayana kimi hava qaralacaqdı. Əlbəttə, həm də bu yarğandan adlamağa qorxurdum. Dayanmış-dım, necə davranmalı olduğumu bilmirdim: qayıdım və havanın işıqlanmasını gözləyim, yoxsa cəsarətimi topla-yıb riskə gedim?

İndi bunu xatırlamaq o qədər gülməlidir ki… Cəbhə arxada qalmışdı, oralarda nə görməmişdim ki! Həm me-yitlər, həm fərqli-fərqli şeylər… İndisə yarğanı keçməkdən qorxurdum.

Mən indiyə qədər də tütün qoxusuna qarışmış meyit iyini xatırlayıram. Amma hələ də qız uşağı kimi qalmı-şam.

Xatırlayıram. Vaqonda gedirdik… Artıq Almaniyadan geri qayıdırdıq. Kiminsə çantasından siçan qaçdı, qızları-mızın hamısı elə atılıb-düşdülər ki. Yuxarı yataqlarda uzananlar da başıaşağı sallanıb elə ciyildəşdilər ki, gəl, görəsən!

Bizimlə bir kapitan vardı, heyrətə gəldi:

– Hər birinizin ordeni var, amma siçandan qorxur-sunuz.

Nə isə… Yarğanın yanında dayanmışdım. Bəxtimdən yük maşını göründü. Düşündüm ki, səsimi qaldırmalı-yam.

Maşın dayandı.

– Mən Dyakovskiyə gedəcəyəm, – qışqırdım.

– Elə mən də Dyakovskiyə gedirəm, – cavan oğlan qapını açdı.

Kabinə qalxdım, o mənim çamadanımı kuzova qal-dırdı və biz yola düşdük. Gördü ki, əynimdə forma var, sinəmdə medallar. Soruşdu:

– Nə qədər alman öldürmüsən?

Ona cavab verdim:

– Yetmiş beş.

O bir az gülümsəyərək:

– Yalan demə, bəlkə, heç birini də üzbəsurət görmə-misən.

Elə bu vaxt mən onu tanıdım:

– Kolka Çijov? Sənsən? Yadındadır, sənə qırmızı qals-tuk bağlamışdım?

Müharibəyə qədər bir zamanlar mən öz məktəbimdə pioner baş dəstə rəhbəri işləmişdim.

– Maruska, sənsən?

– Mənəm…

– Doğrudan? – əyləci basdı.

– Hə… Evə apar məni, bu nədi, yolun ortasında niyə maşını saxlayırsan? – deyəndə gözlərimdən yaş süzüldü-yünü hiss etdim. Gördüm ki, onun da gözləri yaşarıb. Bax, belə bir görüş…

Evə gəlib çatanda o, əlində çamadanla anamın yanına qaçıb, həyətin ortasındaca elə bu çamadanla rəqs etməyə başladı:

– Tez olun, sizin qızınızı gətirmişəm!

Heç yadımdan çıxmaz… Axı… Belə şeyi necə yaddan çıxarasan?

Qayıtmışdım, amma hər şeyə yenidən başlamaq la-zım idi. Tuflidə gəzməyi öyrənirdim. Axı cəbhədə üç il çəkmələrdə dolaşmışdım. Kəmərlərə alışmışdım, həmişə səliqə-səhmanlı. İndisə bizə elə gəlirdi ki, paltar əynimiz-dən torba kimi sallanır. Özünü nəsə narahat hiss edirsən.

Ətəyə dəhşət içərisində baxırdım. Dona… Biz axı cəbhədə həmişə şalvarda olurduq; axşam onu yuyursan, altına sərib yatırsan, hesab elə ki, ütülənibdir. Düzdür, tam qurumurdu, şaxtada isə qırov bağlayırdı.

İndisə ətəkdə gəzməyə necə alışmaq olardı? Ayaq-larım sanki bir-birinə dolaşacaqdı. Mülki geyimdə, tufli-lərdə gedirsən, bir zabitlə qarşılaşırsan, özündən asılı ol-madan əlin yuxarı dartınır ki, hərbi salam verəsən. Adət etmişdik…

Bütün dövlət təşkilatlarında ərzaq payı verilir, indisə çörək mağazasına gəlirsən, özünə lazım olan qədər çörək götürürsən və pulunu verməyi unudursan. Satıcı artıq səni tanıyır, məsələnin nə yerdə olduğunu başa düşür, yadına salmağa utanır, amma pulu ödəmədən çörəyi gö-türür və gedirsən, o isə dillənmir… Sonra vicdan əzabı çə-kirsən, səhərisi gün üzr istəyir, başqa bir şey götürür və hər şeyin pulunu birlikdə ödəyirsən.

Bir sözlə, bizə bütün adi olan şeyləri yenidən öyrən-mək lazım gəlirdi… Adi həyatı xatırlamaq… O zaman biz-də indiki psixoterapevtlər yox idi. Psixoanalitiklər. Qon-şunun yanına qaçırdıq… Ananın yanına gedirdik.

Mən bir də nə düşünürəm? Bax, qulaq asın. Müha-ribə nə qədər oldu? Dörd il… Çox uzun müddətdi… Nə quşları, nə çiçəkləri xatırlamırdım. Onlar əlbəttə ki, vardı-lar, amma mən onları xatırlamırdım. Bəli, bəli… Qəribə-dir, elə deyil?

Məgər müharibə haqqında filmlər rəngli ola bilərlər-mi? Axı orada hər şey qara rəngdədir. Təkcə qanın rəngi fərqlidir… Ancaq qan qırmızı rəngdədir…

Bu yaxınlarda – cəmi səkkiz il əvvəl, bizim Maşa Al-ximovanı tapdıq. Artdiviziyanın komandiri yaralanmışdı, o da sürünə-sürünə onu xilas etməyə getdi. Sonra bir az irəlidə mərmi partladı. Düz onun qabağında… Komandir həlak oldu, Maşa sürünərək ona çata bilməmişdi. Mərmi onun iki ayağını da doğrayıb tökmüşdü. Biz onu heç bağlayıb qurtara da bilmirdik. Əldən düşmüşdük. Belə də sarıyırdıq, elə də yoxlayırdıq. Xərəkdə tibb-sanitar batal-yonuna apardıq, o isə yalvarırdı: “Qızlar, güllələyin. Mən belə yaşamaq istəmirəm”. Elə xahiş edir, elə yalvarırdı ki… Elə…

Onu hospitala yola salıb özümüz yolumuza davam etdik. Hücuma keçmişdik. Axtarmağa başladığımızda artıq izi itmişdi. Harada olduğunu, başına nə iş gəldiyini bilmirdik. Uzun illər keçdi… Hara yazmadıq ki… Heç kim müsbət cavab vermirdi. Bizə Moskvanın 73 saylı məktə-binin kəşfiyyatçıları kömək etdilər. Bu oğlanlar, bu qız-lar… Onlar Maşanı müharibədən otuz il keçdikdən sonra tapdılar. Əlillər evində, haradasa Altaylarda… Çox-çox uzaqlarda. Bütün bu illər ərzində o, əlillər üçün internat-larda, hospitallarda dolaşıb, on dəfələrlə əməliyyat olu-nub. Hətta öz anasına belə sağ olduğunu bildirməyib. Hamıdan gizlənib… Biz onu öz görüşümüzdə iştirak et-mək üçün gətirtdik. Hamımız göz yaşı içində üzürdük. Sonra anası ilə görüşdürdük… Otuz ildən artıq müddət keçdikdən sonra onlar üz-üzə gəldilər. Anası az qala ağlı-nı itirəcəkdi…

– Nə böyük xoşbəxtlikdir ki, səni görməmiş ürəyim dərddən partlamayıb. Nə böyük xoşbəxtlikdir!

Maşinka isə durmadan təkrar edirdi:

– Mən indi görüşməyə qorxuram. Mən artıq qocal-mışam.

Belə… Qısası… Müharibə elə budur…

Yadımdadır, bir gecə qazmada uzanmışdım. Yatma-mışdım. Hardasa artilleriya işləyirdi. Bizimkilər top atır-dılar. Və heç ölmək istəmirdim… Mən and içmişdim, hərbçi andı. Lazım gəlsəydi, həyatımı verəcəkdim, amma qəti ölmək istəmirdim. Ordan hətta sağ qayıtsaydın belə, ürəyin yenə də ağrıyacaqdı.

İndi fikirləşirəm, kaş ki, ya ayağımdan, ya da əlimdən yaralanaydım, heç olmasa bədənim ağrıyaydı. Yoxsa ruhum.... Çox ağrıyır. Biz axı cəbhəyə çox cavan getmişdik. Qız uşaqları idik… Mən hətta müharibə ərzin-də boy da atdım… Düz on santimetr uzandım…”

Sağollaşdığımız vaxt narahat bir hərəkətlə əllərini mənə tərəf uzatdı və məni qucaqladı:

– Bağışla…

BÖYÜYÜN, QIZLAR… SİZ HƏLƏ YETİŞMƏMİSİZ

Səslər… Onlarla səs… Onlar alışmadığım bir həqiqəti mənə göstərərək üstümə hücum etdilər və bir həqiqət artıq mənə uşaqlıqdan tanış olan o qısa formulla heç cür bir araya gəlmirdi: “Biz qalib gəlmişik”.

Ani kimyəvi reaksiya baş verdi: pafos canlı insan ta-lelərinin fonunda əriyib yoxa çıxdı: o ən qısa ömürlü maddə imiş… Uçan, yoxa çıxan və iz qoymayan…

On illər keçdikdən sonra mən nə eşitmək istəyirəm? Moskva və Stalinqrad yaxınlığında nə və necə baş vermiş-di? Hərbi əməliyyatların təsviri, əldə edilmiş yüksəklik-lərin yaddan çıxmış adları… Mən bölmə və cəbhələrin hərəkəti, hücumlar və geri çəkilmələr, partladılan eşelon-lar və partizan basqınları haqqında eşitmək istəyirəm. O şeylər ki, haqqında minlərlə roman yazılıb. Bu əhvalatlar lazımdırmı? Yox, mən başqa bir şey axtarıram.

Mən ruhun məlumatı adlandırıla biləcək şeyləri gəzi-rəm… Ruhi həyatın izləri ilə gedir, ruhun qeydlərini aparıram. Ruhun yolu mənim üçün hadisənin özündən daha vacibdir; “bu necə olub” sualı elə də vacib deyil, birinci yerdə deyil; məni narahat edən və qorxudan başqa məsələdir – orada insanla nə baş vermişdi? O, orada nə gördü və nəyi başa düşdü? Ümumiyyətlə, həyat və ölüm haqqında nə qərara gəldi. Nəhayət, öz-özü haqqında…

Mən hisslərin əhvalatı haqqında yazıram – ruhun əhvalatı. Dövlətin və müharibənin əhvalatı və qəhrəman-ların tərcümeyi-halı haqqında deyil… Bu, sadəcə, həyat-dan qoparılaraq möhtəşəm bir hadisənin dərinliyinə atıl-mış balaca adamın əhvalatıdır. Böyük Tarixə sıçrayışın…

Qırx birin qızları… Soruşmaq istədiyim ilk məsələ budur: onlar haradan idilər? Nə üçün bu qədər çox idilər. Kişilərlə eyni anda əllərinə silah götürməyə necə cəsarət etdilər? Necə bacarırdılar bunu – atəş açmağı, minalama-ğı, partlatmağı, bombalamağı, öldürməyi?

Hələ on doqquzuncu əsrdə Puşkin “Sovremennik” jurnalında Napaleonla aparılan müharibədə iştirak etmiş süvari əsgər Nadejda Durovanın xatirələrindən bir parça dərc etdirməklə belə bir sual vermişdi: ”Yaxşı zadəgan ailəsindən olan gənc bir qızı ata evini tərk edərək, öz cin-sindən üz döndərərək kişiləri belə qorxudan zəhmət və vəzifələri üzərinə götürməyə və döyüş meydanında – özü də necə bir meydanda – Napaleon meydanında peyda olmağa nə vadar etmişdi? Onu buna nə təhrik etmişdi? Gizli qəlb ağrıları? Xəstə təxəyyülü? Anadangəlmə qarşı-sıalınmaz həvəs? Məhəbbət?”

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
411 s. 2 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre