Kitabı oku: «Müharibə qadın simalı deyil», sayfa 4
Hər halda, nə? Yüz ildən də artıq bir müddət keçdik-dən sonra yenə də beyinlərdə eyni sual səslənir…
ANDLAR VƏ DUALAR HAQQINDA
NATALYA İVANOVNA SERGEYEVA
piyada, tibb bacısı
Mən danışmaq istəyirəm. Danışmaq… Ürəyimdəki-ləri söyləyib bitirmək. Nəhayət, bizə də qulaq asmaq istə-yən tapıldı. Neçə illər susmuşuq, hətta evimizdə belə su-surduq… On illərlə…
Müharibədən qayıtdığım birinci il mən elə hey danı-şır, danışırdım. Heç kim qulaq asmırdı. Nəhayət, susdum. Yaxşı ki, sən gəldin. Həmişə kimisə gözləyirdim, bilirdim ki, kimsə gələcək. Gəlməlidir.
O zaman gənc idim. Həddindən artıq gənc. Heyf! Bilirsən, niyə? Bütün baş verənləri yaddaşımda saxlamağı bacarmadım.
Müharibə başlamamışdan bir neçə gün əvvəl biz rəfi-qəmlə müharibə haqqında danışırdıq; əmin idik ki, heç bir müharibə-filan olmayacaq.
Onunla birlikdə kinoya getdik, filmdən əvvəl jurnal göstərirdilər: Ribbentrop və Molotov bir-birinin əlini sı-xırdı. Diktorun sözləri beynimə işlədi: “Almaniya Sovet İttifaqının sadiq dostudur”.
Bir neçə ay da keçmədi ki, alman ordusu Moskvanın yaxınlığına qədər gəlib çıxdı.
Ailədə səkkiz uşaqdıq, ilk dördümüz qızdıq, mən ha-mıdan böyüyəm.
Atam bir gün işdən gəlib ağlamağa başladı:
– Bir zamanlar sevinirdim ki, ilkim qızlardır. Gəlin-dilər. İndisə hər ailədən kimsə cəbhəyə gedir, bizdən isə heç kim… Mən qocayam, götürmürlər, siz hamınız qızsı-nız, oğlanlar isə balacadılar.
Nədənsə ailədə hər kəs bunu çox çətin yaşayırdı.
Tibb bacıları kursu yaradılmışdı, atam bacımla məni ora apardı. Mənim on beş yaşım, bacımın isə on dörd yaşı vardı. O dedi:
– Qələbə üçün verə biləcəyim yeganə töhfəm qızla-rımdır.
O zaman başqa bir məqsəd yox idi.
Bir il sonra mən artıq cəbhədə idim.
YELENA ANTONOVNA KUDİNA
sıravi, sürücü
İlk günlərdə şəhərdə qarmaqarışıqlıq idi. Xaos… Buz kimi vahimə. Elə hey hansısa casusları həbs edirdilər. Bir-birilərini inandırırdılar: “Provakasiyaya uymaq lazım de-yil”. Heç kim, hətta xəyalən belə, inana bilmirdi ki, or-dumuz fəlakətə uğrayıb, onu cəmi bir neçə həftə ərzində darmadağın ediblər.
Bizi öyrətmişdilər ki, yad ərazilərdə döyüşəcəyik. “Bir qarış da torpaq verməyəcəyik”. Halbuki, geri çəkilir-dik…
Müharibədən əvvəl söz-söhbət gedirdi ki, Hitler So-vet İttifaqına hücum etməyə hazırlaşır, amma bu söhbət-lərin qarşısı ciddi şəkildə alınırdı. Özü də müvafiq orqan-lar tərəfindən.... Sizə aydındır da, bu, hansı orqanlardır? NKVD10… çekistlər… Əgər adamlar öz aralarında pıçılda-şırdılarsa da, o da evdə, mətbəxdə, kommunal evlərdə isə – ancaq öz otaqlarında, bağlı qapılar arxasında, ya da vanna otağında. Özü də bu barədə danışmazdan əvvəl su kranını açaraq…
Amma Stalin danışdıqdan sonra… O bizə müraciət etdi: “Qardaşlar və bacılar…”
Bu zaman hər kəs öz incikliyini yaddan çıxardı. Bi-zim dayımız düşərgədə idi, anamın qardaşı, o dəmiryolçu idi, köhnə kommunist. Onu iş zamanı həbs etmişdilər. Sizə aydındır da kim? NKVD… Bizim sevimli dayımızı. Amma bilirdik ki, o günahkar deyil. İnanırdıq. O, hələ Vətəndaş Müharibəsində iştiraka görə mükafatlar almış-dı. Amma Stalinin çıxışından sonra anam dedi:
– Əvvəlcə vətəni müdafiə edək, sonra məsələni ay-dınlaşdırarıq.
Vətəni hamımız sevirdik.
Mən dərhal hərbi komissarlığa qaçdım. Boğazımda angina ilə… Hətta hərarətim belə düşməmişdi. Amma gözləyə bilməzdim…
ANTONİNA MAKSİMOVNA KNYAZEVA
kiçik serjant, rabitəçi
Bizim anamızın oğlu yox idi. Beş qız boyüyürdük. Elan etdilər: “Müharibə!” Mənim gözəl musiqi duyumum vardı. Konservatoriyaya qəbul olmaq istəyirdim. Qərara gəldim ki, səsim mənə cəbhədə lazım olacaq, mütləq rabi-təçi olmalıyam.
Stalinqrada sığınmışdıq. Şəhər mühasirəyə alındıqda isə könüllü olaraq cəbhəyə yollandıq. Hamımız birlikdə. Bütün ailə – ana və beş qız, o zaman atam artıq döyüşür-dü.
TATYANA YEFİMOVNA SEMYONOVNA
serjant, nizamlayıcı
Hamıda eyni arzu vardı: cəbhəyə getmək. Qorxur-duqmu? Əlbəttə, qorxurduq. Amma yenə də… Hərbi ko-missarlığa getdik, orda isə bizə dedilər:
– Bir az da böyüyün, qızlar, siz hələ çox təcrübəsiz-siniz.
On altı-on yeddi yaşlarında idik. Amma istəyimə nail oldum və məni cəbhəyə götürdülər. Rəfiqəmlə birlikdə snayper məktəbinə yazılmaq fikrində idik, bizə dedilər:
– Nizamlayıcı olarsınız. Sizi öyrətməyə vaxtımız yox-dur.
Anam bir neçə gün dəmiryolu stansiyasında qarovul çəkdi ki, görəsən, bizi nə zaman aparacaqlar. Komanda heyətinə tərəf getdiyimizi gördükdəsə mənə piroq və on-larla yumurta yığılmış səbəti uzatdı. Az qala, huşumu iti-rəcəkdim.
YEFROSİNYA QRİQORYEVNA BREUS
kapitan, həkim
Həyat tez bir zamanda dəyişdi. Mən ilk günləri xatırlayıram… Anam axşam pəncərənin qarşısında daya-naraq dua edirdi. Anamın Tanrıya inandığını bilmirdim. O dayanmadan elə göy üzünə baxır, baxırdı…
Məni səfərbərliyə aldılar, həkim idim. Vəzifə borcu hissi ilə yola düşdüm. Atamsa cəbhəyə getdiyim üçün özünü xoşbəxt hiss edirdi. Vətəni müdafiə edəcəkdim… Atam hərbi komissarlığa səhər lap erkəndən yollandı. O mənim attestatımı almaq üçün gedirdi və məxsusi olaraq səhər erkəndən çıxmışdı, bütün kənd görsün ki, onun qızı cəbhəyə yola düşür…
LİLİYA MİXAYLOVNA BUTKO
cərrahiyyə bölməsinin tibb bacısı
Yaydı… Sonuncu sakit gün… Axşamlar biz rəqs mey-dançasında olardıq. Hər birimizin on altı yaşı vardı. Biz qrup halında gəzirdik, birlikdə əvvəlcə birimizi yola salır-dıq, sonra o birimizi. Elə olmazdı ki, hansısa cütlük kəna-ra çəkilib ayrı getsin. Məsələn, altı qız, altı oğlan gedir-dik…
Artıq iki həftədən sonra bu uşaqları – bizi rəqsdən evə ötürən tank peşə məktəbinin kursantlarını başdan-ayağa tənzif içərisində, şikəst halda gətirdilər. Bu, dəhşət idi! Dəhşət! Əgər kiminsə güldüyünü görürdümsə, bunu ona bağışlaya bilmirdim. Müharibə getdiyi bir zamanda necə gülmək, ya da hansısa bir şeyə sevinmək olardı?
Tezliklə atam könüllülər dəstəsinə qoşularaq cəbhəyə getdi. Evdə ancaq kiçik qardaşlarım və mən qaldım. Qar-daşlarım otuz dördüncü və otuz səkkizinci il təvəllüdlü idilər. Anama dedim ki, müharibəyə gedəcəyəm. O ağla-mağa başladı, elə özüm də bütün gecəni göz yaşı tökdüm. Səhər qaçaraq evdən çıxdım… Ancaq hərbi hissəyə yerləş-dikdən sonra anama məktub yazdım. Artıq oradan məni geri qaytara bilməzdi…
POLİNA SEMYONOVNA NOZDRAÇEVA
sanitar-təlimatçı
Əmr verilmişdi: sıraya düzlən! Biz boy sırası ilə düzləndik, mən ən balacaları idim. Komandir gəlib bizə baxdı. Mənə yaxınlaşdı:
– Bu Düyməcik hardan gəlib belə? Sən burada neylə-yəcəksən? Bəlkə, ananın yanına gedib, hələ bir az da bö-yüyəsən?
Anam artıq yox idi. O, bombardman altında qalaraq həlak olmuşdu.
Ən güclü təəssürat bu idi. Bütün həyatıma bəs edə-cəkdi… Bu, ilk ildə baş vermişdi – bizim geri çəkilməyə başladığımız zaman. Mən gördüm (biz kolluqların arxa-sında gizlənmişdik) ki, bizim əsgər necə əlində silah tankın üstünə atıldı və tüfəngin qundağı ilə zirehi döyəcləməyə başladı. Vurdu, qışqırdı, ta ki yıxılana qə-dər. Alman avtomatçıları onu güllələyənə kimi…
Birinci ildə biz tanklara və “messer”lərə qarşı tü-fənglə döyüşürdük.
YEVGENİYA SERGEYEVNA SAPRONOVA
qvardiya serjantı, aviamexanik
Mən anamdan xahiş edirdim… Ona yalvarırdım: bir-cə ağlamaq lazım deyil.
Bu, baş verəndə gecə deyildi, amma qaranlıq idi və ətrafda dəhşətli bir səs-küy vardı. Öz qızlarını yola salan analarımız ağlamırdılar, onlar fəryad edirdilər. Mənim anam isə daşa dönmüş kimi dayanmışdı. Özünü birtəhər saxlayırdı, deyəsən, mənim hönkürəcəyimdən ehtiyat edirdi.
Axı anamın balası idim, evdə məni çox ərköyün bö-yütmüşdülər. Amma indi saçlarımı oğlan saçı kimi vur-muş, başımda balaca bir kəkil saxlamışdılar. Atamla anam məni buraxmaq istəmirdilər, mənsə yalnız bir arzu ilə yaşayırdım: Cəbhəyə! Cəbhəyə! Cəbhəyə!
Bax, bu gün muzeylərdə asılan o plakatlar – “Ana və-tən çağırır!”, “Cəbhə üçün sən nə etmisən?” – məsələn, mənə çox təsir etmişdi. Elə hey gözlərimin qabağında idi-lər. Hələ mahnılar! “Qalx ayağa, böyük vətən… Qalx, aya-ğa, son döyüşə…”
Yola çıxdığımız zaman perronlarda meyitlərin olması bizi dəhşətə gətirdi. Bu, artıq müharibə demək idi. Amma gənclik öz sözünü deyir, biz dayanmadan mahnı oxuyurduq. Hətta hansısa şən mahnıları. Çastuşkaları da…
Müharibənin sonlarına yaxın artıq bütün ailəmiz döyüşürdü. Atam, anam, bacım – onlar dəmiryolçu ol-muşdular. Ön cəbhənin ardınca irəliləyir və dağıdılmış yolları bərpa edirdilər. “Qələbəyə görə” medalını bizdə hər kəs alıb: atam da, anam da, bacım da, mən də…
QALİNA DMİTRİYEVNA ZAPOLSKAYA
telefonçu
Müharibəyə qədər orduda telefonçu işləyirdim. Bi-zim hərbi hissə Borisovo şəhərində yerləşirdi, ora isə mü-haribə başladığı ilk həftələrdəncə gəlib yetişdi. Rabitə mü-diri hamımızı sıraya düzdü. Biz hərbi xidmətdə deyildik, əsgər deyildik, muzdla tutulan işçilər idik.
O bizə dedi:
– Amansız müharibə başlayıb. Sizə, qızlara çox çətin olacaq. Nə qədər ki, gec deyil, kim istəyirsə, öz evinə qa-yıda bilər. Cəbhədə qalmaq istəyənlər isə bir addım irəli!
Bütün qızlar bir nəfər kimi irəli çıxdılar. İyirmi nəfər-dik. Hamı Vətəni müdafiə etməyə hazır idi. Müharibəyə qədərsə mən müharibə haqqında yazılmış kitabları belə sevmirdim. Ancaq məhəbbət haqqında oxumağı xoşlayır-dım. İndisə…
Sutkalarla aparatların arxasında otururduq. Tam bir sutka. Əsgərlər bizə yemək qazançaları gətirir, oturdu-ğumuz yerdəcə yeyir, elə oradaca, aparatların yanındaca mürgüləyir, sonra yenə də qulaqcıqları taxırdıq. Başımızı yumağa belə zamanımız olmurdu. Elə o vaxtlar idi – qız-lardan xahiş etdim:
– Qızlar, saçlarımı kəsin.
YELENA PAVLOVNA YAKOVLEVA
starşina, tibb bacısı
Biz elə hey hərbi komissarlığa gedir, gəlirdik…
Və bir gün yenidən gələndə (artıq neçənci dəfə oldu-ğunu da unutmuşam) hərbi komissar az qala bizi bayıra atacaqdı:
– Əgər siz heç olmasa hansısa bir ixtisasa sahib olsay-dınız… Tibb bacısı, ya da sürücü olsaydınız… Axı sizin əli-nizdən hansı iş gəlir? Müharibədə nə edəcəksiniz?
Bizsə heç bir şey başa düşmək istəmirdik. Onların qarşısında belə bir sual qoyulmamışdı: biz müharibədə nə edəcəyik. Döyüşmək istəyirdik, vəssalam. Bizə çatmırdı ki, döyüşmək – nəsə etməyi bacarmaqdır. Nəsə konkret bir şeyi bacarmaq. Və o öz sualı ilə bizi elə heyrətləndirdi ki…
Mən, bir də daha bir neçə qız tibb bacıları kursuna getdik. Orada dedilər ki, altı ay oxumaq lazımdır. Qərara gəldik ki, bu, uzun müddətdir, bizə uyğun gəlmir. Elə kurslar da vardı ki, üç ay oxumaq lazım gəlirdi. Düzdür, fikrimizcə, üç ay da çox uzun müddət idi. Amma bu kurslar artıq sona çatmaq üzrə idi. Xahiş etdik ki, imta-hanlarda iştirak etməyimizə icazə versinlər. Bundan baş-qa, bir ay da məşğələlərə getdik. Gecələr hospitalda təc-rübə keçir, gündüzlər isə oxuyurduq. Belə alındı ki, bir aydan da az oxuduq…
Bizi cəbhəyə deyil, hospitala yola saldılar. 41-ci ilin avqust ayının sonları idi. Məktəblər, xəstəxanalar, klublar yaralılarla dolmuşdu. Amma fevral ayında mən hospital-dan getdim. Demək olar ki, qaçdım, fərarilik etdim (bunu başqa cür adlandırmaq mümkün deyil). Sənədsiz, heç bir şeysiz sanitar qatarı ilə yola düşdüm. Balaca bir kağız parçası yazmışdım: “Növbəyə gəlməyəcəyəm. Cəbhəyə gedirəm…”
Vəssalam!
VERA DANİLOVSOVA
serjant, snayper
Mənim həmin gün görüşüm vardı. Az qala, qanad taxaraq getmişdim. Elə düşünürdüm ki, həmin gün o mə-nə “Sevirəm” deyib məhəbbətini etiraf edəcək, amma gö-rüşə kədərli gəldi:
– Vera, müharibə! Bizi elə dərsdəncə cəbhəyə yola sa-lacaqlar!
O, hərbi məktəbdə oxuyurdu. Və mən də, əlbəttə ki, o dəqiqə özümü Janna D`Ark rolunda təsəvvür etdim. Təki cəbhəyə gedim, təki əlimə silah alım. Biz birlikdə olmalı-yıq! Ancaq birlikdə!
Hərbi komissarlığa qaçdım, amma orada mənə sərt cavab verdilər:
– Hələ ki, ancaq tibb işçiləri lazımdır. Onu da öyrən-mək üçün altı ay oxumalı olacaqsınız.
Altı ay – bu ki lap sərsəmlikdir!
Mənimki – məhəbbət idi…
Nəysə, məni birtəhər əmin etdilər ki, oxumaq lazım-dır.
– Yaxşı, oxuyacağam, amma tibb bacılığını deyil. Atəş açmağı öyrənəcəyəm – onlar kimi!
Mən necəsə buna artıq hazır idim. Bizim məktəbdə tez-tez vətəndaş müharibəsinin qəhrəmanları və İspaniya müharibəsində iştirak edənlər çıxış edirdilər. Qızlar özlə-rini oğlanlarla eyni səviyyədə hiss edir, bizi bir-birimiz-dən ayırmırdılar. Əksinə, məktəbdə uşaqlıqdan elə hey eşidirdik: “Qızlar – traktorun sükanı arxasına!”, “Qızlar, təyyarənin şturvalı arxasına!”
Burada hələ bir məhəbbət məsələsi də vardı axı… Mən hətta onunla birlikdə necə həlak olacağımızı da tə-səvvür edirdim. Bir döyüşdəcə…
O zaman Teatr İnstitutunda oxuyurdum. Aktrisa ol-maq istəyirdim. İdealım Larisa Reysner idi. Dəri gödəkcə geyinən qadın-komissar. Onu elə çox bəyənirdim ki, o qəşəng idi…
ANNA NİKOLAYEVNA XROLOVİÇ
tibb bacısı
Dostlarımı (onların hamısı məndən böyük idilər) cəbhəyə daha tez aparmışdılar. O qədər ağlamışdım ki, tək qalıram, məni aparmırlar deyə.
Mənə dedilər:
– Qızım, oxumaq lazımdır.
Amma mən çox az oxudum. Tezliklə dekanımız qar-şımızda çıxış etdi:
– Qızlar, müharibə qurtaracaq, ondan sonra siz də təhsilinizi tamamlayarsınız. İndisə Vətəni müdafiə etmək lazımdır.
Müharibəyə bizi zavoddan şeflərimiz yola saldı. Bu, yayda olmuşdu. Yadımdadır ki, bütün vaqonlar yaşıllıq-lar, çiçəklər içində idi. Bizə çoxlu hədiyyələr gətirmişdilər. Mənim payıma dadlı ev peçenyeləri, bir də gözəl bir sviter düşmüşdü. Böyük həvəslə perronda Ukrayna qo-pakı11 oynayırdım.
Bir neçə sutka yol getdik… Hansısa stansiyada qızlar-la birlikdə vedrəni götürüb su götürmək üçün çıxmışdım. Ətrafa boylandıq və içimizi çəkdik. Bir-birinin ardınca dəstələr gedirdilər və onların hamısı ancaq qızlardan iba-rət idi. Oxuyurdular. Yaylıq və papaqlarını yelləyirdilər. Hər şeyi başa düşdük: kişilər çatışmırdı, onlar artıq yatır-dılar, torpaq altında idilər. Ya da əsir düşmüşdülər. İndi onların yerinə biz gedirdik.
Anam mənim üçün bir dua yazmışdı, onu medalyo-numun içinə qoymuşdum. Bəlkə, kömək elədi – mən geri qayıtdım. Hər dəfə döyüşdən əvvəl medalyonu öpür-düm.
ANTONİNA QRİQORYEVNA BONDAREVA
qvardiya leytenantı, təyyarəçi
Mən təyyarəçi idim… Hələ yeddinci sinifdə oxuyur-dum – yanımıza bir təyyarə uçub gəldi. Bu hələ o illərdə idi. Təsəvvür edirsiniz, otuz altıncı ildə… O zaman bu o qədər əcaib bir şey idi ki!
Elə həmin zamanda bir çağırış meydana çıxdı: “Qız-lar və oğlanlar – təyyarəyə!”
Əlbəttə, bir komsomol kimi mən də ön cərgələrdə idim. O dəqiqə aerokluba yazıldım. Təbii ki, atam kəskin şəkildə etiraz edirdi. O zamana kimi bizim ailəmizdə hər kəs metallurq olurdu. Ümumiyyətlə, biz metallurq-bənna nəsli idik. Və atam hesab edirdi ki, metallurqluq qadın sə-nətidir, təyyarəçi olmaq isə yox. Aeroklubun müdiri bu barədə eşitdikdən sonra atamı təyyarədə gəzdirməyə ica-zə verdi. Mən elə belə də elədim. Atamla birlikdə havaya qalxdıq və o gündən etibarən o daha bu barədə danışma-dı. Uçuş xoşuna gəlmişdi.
Aeroklubu əla qiymətlərlə bitirdim, paraşütdən yaxşı tullanırdım. Müharibəyə qədər ərə getməyə və bir qız dünyaya gətirməyə də imkan tapmışdım.
Müharibənin ilk günlərindən başlayaraq aeroklubu-muzda yenidənqurma işlərinə başlanıldı: kişiləri cəbhəyə apardılar, onları isə biz – qadınlar əvəz etdik. Kursantlara dərs verirdik. İşimiz həddindən artıq çox idi – səhər tez-dəndən gecəyə kimi. Ərim cəbhəyə ilk gedənlərlə birlik-də yola düşmüşdü. Məndə ancaq şəkli qaldı: onunla bir-likdə təyyarənin yanında dayanmışıq, başımızda təyya-rəçi papaqları. İndi artıq qızımla birlikdə yaşayırdıq və adətən düşərgələrdə qalırdıq. Necə yaşayırdıq? Deyim… Mən səhər tezdən onun ağzını bağlayıb gedirdim. Getmə-miş kaşa verir, çıxırdım. Səhər saat dörddən başlayaraq uçurduq. Axşama yaxın qayıdırdım, o isə bu kaşanı ya yeyir, ya da yemirdi, amma təpədən-dırnağa kimi ona bulaşmış olurdu. Daha heç ağlamırdı da, sadəcə mənə baxırdı. Gözləri də yepyekə idi, lap əriminki kimi…
Qırx birinci ilin sonlarına yaxın mənə qara kağız gəl-di: ərim Moskva yaxınlığında həlak olmuşdu. O, dəstə ko-mandiri idi. Mən qızımı sevirdim, amma onu ərimin doğ-malarının yanına aparmalı oldum. Sonra da səfərbərliyə alınmağım üçün müraciət etdim.
Sonuncu gecə… Bütün gecəni uşaq çarpayısının ya-nında dizi üstə qaldım…
SERAFIMA İVANOVNA PANASENKO
kiçik leytenant, motoatıcı batalyonun feldşeri
Mənim on səkkiz yaşım tamam olmuşdu. Elə se-vincli idim ki – bayram edirdim. Ətrafda isə hər kəs qışqı-rırdı: “Müharibə!”
İnsanların necə ağladıqlarını xatırlayıram. Küçədə nə qədər adam görürdümsə, hər kəs hönkürürdü. Bəziləri hətta dua da edirdilər. Bu nə isə alışmadığımız şeylər idi. Küçədə insanlar dua edir və xaç çəkirdilər. Məktəbdə bizi öyrədirdilər ki, Allah yoxdur.
Bəs bizim tanklarımız və gözəl təyyarələrimiz harda idi? Biz onları həmişə paradlarda görərdik. Qürurlanar-dıq. Bizim sərkərdələrimiz harda idi? Budyonnıy… Əlbət-tə çaşqınlıq oldu. Qısa bir zaman… Sonra isə başqa bir şey haqqında düşünməyə başladıq: necə qalib gələk?
Mən Sverdlovsk şəhərində feldşer-akuşer məktəbinin ikinci kursunda oxuyurdum. O dəqiqə düşündüm: bir halda ki, müharibədir, deməli, cəbhəyə getmək lazımdır! Atam təcrübəli kommunist idi, politkatorjan12. O uşaqlıq-dan etibarən hər zaman bizə təlqin edirdi ki, Vətən – hər şeydir, Vətəni müdafiə etmək lazımdır. Və mən tərəddüd içində idim: əgər mən getməyəcəyəmsə, o zaman kim ge-dəcək? Deməli, mən getməliyəm.
TAMARA ULYANOVNA LADİNİNA
sıravi əsgər, piyada
Anam qatara tərəf qaçdı. O, çox sərt qadın idi. Heç vaxt bizi öpməz, tərifləməzdi. Əgər nəsə yaxşı bir şey olardısa, ancaq nəvazişlə baxardı, vəssalam. İndisə qatara tərəf qaçırdı; çatdı, başımı qucaqladı, ara vermədən öpdü, öpdü… Və düz gözlərimin içinə elə baxdı ki! Baxdı… Uzun müddət. Həmin an başa düşdüm ki, bir də heç vaxt onu görməyəcəyəm. Hiss etdim… Hər şeyi buraxmaq, çantamı qaytarmaq və evə qayıtmaq istədim. Mənim ha-mıya yazığım gəldi. Nənəmə… Balaca qardaşlarıma… Elə bu vaxt musiqi çalındı. Komanda verildi: “Da-ğı-lı-şın! Əy-lə-şin! Va-qon-la-ra!”
Mən uzun müddət dayanmadan ona əl yellədim, yel-lədim…
MARİYA SEMYONOVNA KALİBERDA
böyük serjant, rabitəçi
Məni rabitə polkuna təyin etdilər. Heç vaxt rabitədə çalışmağa getməzdim, razılaşmazdım, çünki başa düş-mürdüm ki, bunun özü də döyüşmək deməkdir. Diviziya komandiri yanımıza gəldi, hamımız sıraya düzüldük. Aramızda bir Maşenka Sunqurova var idi. Həmin Maşen-ka birdən-birə cərgədən çıxdı və:
– Yoldaş general, icazə verin, müraciət edim! – dedi.
– Yaxşı, müraciət edin, müraciət edin, döyüşçü Sun-qurova!
Sıravi Sunqurova onu rabitə işindən azad edərək atəş açılan yerlərə göndərilməsini xahiş etdi.
Başa düşürsünüz, hamımız bu cür köklənmişdik. Biz-də elə bir təsəvvür vardı ki, məşğul olduğumuz iş – rabitə çox əhəmiyyətsiz şeydir, hətta bu iş bizi alçaldırdı da; bi-zə ancaq ön cəbhədə olmaq lazım idi.
Generalın üzündəki təbəssüm o dəqiqə silindi:
– Qızlarım mənim! (gərək görəydiniz ki, o zaman biz nə halda idik – ac-susuz, yuxusuz, bir sözlə, o bizim üçün artıq komandir deyildi, atamız kimi idi). Yəqin ki, cəbhə-də necə böyük rolunuz olduğunu başa düşmürsünüz; siz bizim gözlərimiz, qulaqlarımızsınız, rabitəsiz ordu qansız insan kimidir.
Maşenka Sunqurova yenə də özünü saxlaya bilmədi, hamıdan qabaq irəli atıldı:
– Yoldaş general! Sıravi Sunqurova sizin istənilən əmrinizi yerinə yetirmək üçün “ştık”13 kimi hazırdır!
Biz onu sonralar – düz müharibənin sonuna kimi elə belə çağırdıq: “Ştık!”
… Qırx üçüncü ilin iyununda Kursk qövsündə bizə polk adı verdilər; polkumuz isə altmış beşinci ordunun rabitə üzrə yüz iyirmi doqquzuncu xüsusi polku idi; özü də artıq səksən faiz qadınlardan ibarətdi. Sizdə təsəvvür yaransın deyə, danışmaq istəyirəm… Anlayasınız deyə… Bizim ürəklərimizdə nələr baş verdiyini biləsiniz deyə.
Yəqin ki, insanlar bir də heç vaxt bizim o zamanlar oduğumuz kimi olmayacaqlar. Heç zaman! Belə sadəlövh və belə səmimi! Bu qədər inanclı! Bayrağı qəbul edən polk komandiri əmr etdi:
– Polk, bayraq altına! Diz üstünə çök!
Hamımız özümüzü xoşbəxt hiss edirdik. Bizə etibar eləmişdilər, biz indi digərləri – tank, atıcılıq polkları kimi polk idik. Durmuşduq və ağlayırdıq, hər kəsin gözü yaşla doluydu. Siz indi inanmayacaqsınız, bu sarsıntının təsi-rindən mənim bütün bədənim gərginləşdi. Hətta xəstəli-yim – mən “toyuq korluğu”ndan əziyyət çəkirdim, buna az yeməkdən və əsəb gərginliyindən tutulmuşdum – de-mək belə, mənim “toyuq korluğu”m keçib getdi. Başa dü-şürsünüz, səhəri gün artıq sağlam idim; belə bir ruhi sar-sıntıdan sonra sağalmışdım…
KSENİYA SERGEYEVNA OSADÇEVA
sıravi, təsərrüfat üzrə tibb bacısı
Elə təzəcə böyümüşdüm. Qırx birinci ilin doqquz iyununda on səkkiz yaşım tamam oldu: artıq yaşa dolmuş hesab edilə bilərdim. İki həftə sonra isə bu lənətəgəlmiş müharibə başladı, hətta on iki gündən sonra. Bizi Qaqra-Suximi dəmiryolunun tikintisində işləməyə göndərdilər. Ancaq gəncləri toplamışdılar.
Yadımdadır ki, orada necə çörəkləri yeyirdik. İçində demək olar ki, un yox idi; hər şey vardı, amma hər şey-dən daha çox olan su idi. Bu çörəyi stolun üstünə qoyur-dular, o dəqiqə ətrafında gölməçə əmələ gəlirdi, biz onu dilimizlə yalayardıq.
Qırx ikinci ildə. Mən könüllü olaraq üç min iki yüz birinci təxliyyə-çeşidləyici hospitalına çeşidləyici xidmə-tinə yazıldım. Bu, çox böyük cəbhə hospitalı idi; Zaqafqa-ziya və Şimali Qafqaz cəbhələrinin Promoriya xüsusi or-dusunun tərkibinə daxil idi.
Həddindən artıq dəhşətli döyüşlər gedirdi, yaralılar çox idi. Mənə ərzağın paylanması işini həvalə etdilər; bu işdə gecə-gündüz işləməli idin; artıq səhərdi, səhər ye-məyini paylamaq lazımdı, amma biz hələ axşam yemə-yini paylayıb bitirməmişdik.
Bir neçə aydan sonra sol ayağımdan yaralandım – sağ ayağımın üstündə hoppana-hoppana gəzirdim, amma ye-nə də işləyirdim. Sonra yenə bir vəzifə – təsərrüfatçı-tibb bacısı vəzifəsini də həvalə elədilər. Bu işdə də gərək gecə-gündüz yerində olaydın. Demək olar ki, iş yerində yaşa-yırdım…
Qırx üçüncü ilin otuz mayında… Düz gündüz saat birdə Krasnodar üzərinə kütləvi hücum başladı. Mən bi-nadan çıxaraq qaçdım ki, görüm yaralıları dəmiryolu vağ-zalından göndərib qurtara bildilərmi. İki bomba döyüş sursatının saxlandığı anbarın üstünə düşdü. Gözlərimin önündəcə yeşiklər altımərtəbəli bina hündürlüyünə uçdu-lar və partladılar. Məni partlayışın dalğası kərpic divara çırpdı. Huşumu itirdim… Özümə gələndə artıq axşam idi. Başımı qaldırdım, barmaqlarımı sıxmağa çalışdım – de-yəsən, hərəkət edirdilər; sol gözümü birtəhər açdım və başdan-ayağa qan içində şöbəyə getdim. Dəhlizdə bizim baş tibb bacısı ilə qarşılaşdım, məni tanımadı, soruşdu:
– Siz kimsiniz? Hardan gəlmisiniz?
Sonra yaxına gəldi, heyrətdən içini çəkib dedi:
– Sən belə uzun müddətdi haralardaydın, Ksenya? Yaralılar acdılar, sənsə yoxa çıxmısan.
Tələm-tələsik başımı, sol qolumu dirsəkdən yuxarı sarıdılar və mən şam yeməyini qəbul etmək üçün getdim. Gözlərim qaralırdı, bədənimdən tər dolu kimi yağırdı. Şam yeməyini paylamağa başladım və yıxıldım. Birtəhər özümə gətirdilər; həmin an ancaq bu sözləri eşidirdim:
– Tez olun! Tələsin!
Sonra yenə də:
– Tez olun! Tələsin!
İki gün sonra məndən iki ağır yaralıya vermək üçün qan da aldılar. İnsanlar ölürdülər… Belə bir zaman idi.
Müharibə müddətində elə dəyişilmişdim ki, evə qa-yıdanda anam məni tanımadı.
Mənə onun yaşadığı yeri göstərdilər, qapıya yaxınlaş-dım və döydüm. Cavab verdilər:
– Bəli… Bəli…
İçəri girdim, salamlaşıb dedim:
– Sizdə gecələmək olarmı?
Anam sobaya odun qoyurdu, iki balaca qardaşım isə yerdə bir yığın samanın üstündə oturmuşdular, çılpaq idilər, geyinməyə heç bir nəyləri yox idi. Anam məni tanımadan dedi:
– Vətəndaş, siz bizim necə yaşadığımızı görürsünüz? Nə qədər ki, hava qaralmayıb, bir az irəlilərə gedin…
Bu sözdən sonra bir az da yaxınlaşdım, o isə yenə də:
– Vətəndaş, bir az da qabaqlara gedin, nə qədər ki, qaranlıq düşməyib… – dedi.
Ona tərəf əyildim, boynunu qucaqladım və:
– Ana, anacan… – dedim.
O zaman hamısı üstümə elə atıldılar ki! Elə hönkürüb ağladılar ki…
İndi mən Krımda yaşayıram. Mən hər gün pəncərə-dən dənizə baxıram, başdan-ayağa kimi ağrı içində əzab çəkirəm; indiyə qədər də üzüm qadın üzü ola bilmir.
QORXUNUN QOXUSU HAQQINDA
VƏ BİR ÇAMADAN KONFET
OLQA MİTROFANOVA RUJNİTSKAYA
tibb bacısı
Mən cəbhəyə yola düşürdüm. Çox gözəl bir gün idi. Hava açıq idi və narın-narın yağış çisələyirdi. Elə gözəl idi ki ! Səhər tezdən çıxdım, dayandım: yəni mən bir daha buralara qayıtmayacağam? Öz bağımızı görməyəcəyəm?! Bizim küçəmizi…
Anam ağlayırdı, bərk-bərk məndən yapışmışdı, bu-raxmaq istəmirdi. Mən ayrılıb yola düşdüm, o arxadan qaçıb çatdı, qucaqladı, yenə də buraxmaq istəmirdi…
NADEJDA VASİLYEVNA ANİSİMOVA
pulemyot bölüyünün sanitar təlimatçısı
Ölmək… Ölməkdən qorxmurdum. Gənclik üzündən idi, ya da başqa bir səbəb vardı, bilmirəm.
Ətraf ölümlə dolu idi, hər zaman yanımızda ölüm hərlənirdi, mənsə onun haqqında düşünmürdüm. Ümu-miyyətlə, biz onun haqqında danışmırdıq. O haradasa çox yaxınlarda fırlanırdı, amma elə hey bizdən yan keçirdi.
Bir dəfə gecə polkumuzun ərazisində bütöv bir rota döyüş kəşfiyyatı aparırdı. Səhərə yaxın uzaqlaşdılar, am-ma birdən-birə neytral xətdən inilti səsləri eşidilməyə başladı. Yaralı qalmışdı.
– Getmə, öldürəcəklər, – döyüşçülər məni buraxmaq istəmirdilər, – görürsən, artıq hava işıqlanmaq üzrədir.
Dinləmədim, sürünməyə başladım. Yaralını tapdım, onu səkkiz saata daşıdım, kəmərlə əlimə bağlamışdım. Sağ-salamat gətirib çıxardım. Komandir xəbər tutdu, hirs-lənərək özbaşına çıxıb getdiyim üçün mənə beş sutka həbs cəzası verdi. Polk komandirinin müavini isə başqa cür reaksiya göstərdi: “Mükafata layiqdir!”
On doqquz yaşımda artıq mənim “Şücaətə görə” medalım vardı. Amma on doqquz yaşımda həm də saç-larım ağarmışdı. On doqquz yaşımda sonuncu döyüşdə hər iki ciyərim güllə yarası aldı, digər gülləsə fəqərə sü-müyümün arasından keçdi. Ayaqlarımın ikisi də işləmir-di. Və hər kəs məni ölmüş bilmişdi…
On doqquz yaşımda… Mənim indi nəvəm elədir. Ona baxıram və inana bilmirəm. Uşaqdır.
Cəbhədən geri qayıdanda bacım onlara göndərilmiş qara kağızı çıxarıb göstərdi. Məni dəfn etmişdilər…
ALBİNA ALEKSANDROVNA QANTİMUROVA
baş serjant, kəşfiyyatçı
Anamı xatırlamıram. Yaddaşımda ancaq tutqun köl-gələr qalıb. Ümumi təsəvvür… Ya onun dumanlı sifəti, ya da mənim üzərimə əyildiyi zaman aldığı görünüş. Yadım-da olan bu idi. Hər halda, mənə sonralar elə gəlirdi.
Anam vəfat edəndə üç yaşım vardı. Atam Uzaq Şərq-də xidmət edirdi, köhnə hərbçilərdən idi. Mənə at çap-mağı o öyrətmişdi. Bu, uşaqlığımla bağlı ən güclü təəssü-rat idi. Atam mənim zərif bir xanım olmağımı istəmirdi. Leninqradda (orada mən beş yaşımdan sonrakı vaxtımı xatırlayıram) xalamla birlikdə yaşayırdım. O rus-yapon müharibəsində şəfqət bacısı olmuşdu. Mən onu anam ki-mi sevirdim.
Uşaqlıqda necə idim? Məsələn, mərc gəldiyim üçün məktəbin ikinci mərtəbəsindən tullanmışdım. Futbolu çox sevirdim, həmişə oğlanlarla birlikdə oynayardım, özü də qapıçıları olurdum.
Sonra Fin müharibəsi başladı, mən də dayanmadan bu müharibədə iştirak etmək üçün qaçırdım. Qırx birinci ildəsə yeddinci sinfi yenicə başa vurmuşdum, sənədlərimi peşə məktəbinə verməyə yenicə macal tapmışdım ki…
Xalam ağlayırdı: “Müharibə!”
Mənsə sevinirdim ki, cəbhəyə gedəcəyəm, döyüşəcə-yəm. Hardan biləydim ki, qan nə deməkdir?
O zaman könüllülərdən ibarət ilk xalq diviziyası ya-radılırdı və bizi – bir neçə qızı tibbi-sanitar batalyonuna qəbul etdilər.
Xalama zəng etdim:
– Cəbhəyə gedirəm.
Xəttin o biri başından mənə cavab verdilər:
– Cəld evə gəl. Yeməyin soyuyur.
Dəstəyi asdım. Sonra ona ürəyim ağrıdı, dəhşətli də-rəcədə yazığım gəldi. Şəhərin blokadası başlamışdı, Le-ninqradın amansız blokadası… O zaman şəhərin yarısı xa-raba qaldı, xalam isə tək-tənha… Qoca…
Yadımdadır ki, məni hərbi qulluqdan azad etmişdi-lər. Xalamın yanına getməmişdən əvvəl bir mağazaya girdim. Müharibəyə qədər dəhşətli dərəcədə konfet sevir-dim. Dedim:
– Mənə konfet verin.
Satıcı üzümə dəliyə baxan kimi baxdı. Mən başa düş-mürdüm ki, “kartoçka” nə deməkdir, mühasirə nə de-məkdir. Növbədə dayanan adamlar bir-bir mənə tərəf çevrildilər; əlimdəki tüfəng özümdən böyük idi. Onu bizə verdikləri zaman üzünə baxıb fikirləşmişdim ki, “Mən axı nə zaman böyüyüb bu tüfəng boyda olacağam?”
İndi də birdən-birə növbədə dayananların hamısı xa-hiş etməyə başladı. Bütün növbə: “Ona konfet verin… Bi-zim talonlarımızdan kəsin…”
Və mənə konfet verdilər.
Küçədə cəbhə üçün yardım toplayırdılar. Düz mey-danın ortasındaca stolların üstünə böyük məcməyilər qo-yulmuşdu; insanlar gedir, kimisi qızıl sırğasını, kimisi qızıl üzüyünü çıxararaq ora qoyurdu. Saat gətirirdilər, pul verirdilər. Heç kim heç nə yazmırdı, heç kim heç nə-yə qol çəkmirdi. Qadınlar barmaqlarından nişan üzüklə-rini belə çıxarıb ora atırdılar.
Bu səhnələr hələ də mənim yaddaşımdadır.
Və… Stalinin məşhur iki yüz iyirmi yeddi nömrəli əmri verildi: “Bir addım da geri çəkilməyin! Geri çəkil-mək istəyən güllələnsin! Yerindəcə güllələnsin! Ya da tri-bunala verilsin və xüsusi cəza batalyonuna göndərilsin!”
Ora düşənləri “Ölümə məhkum olmuşlar” adlandı-rırdılar. Mühasirədən qurtulan və əsirlikdən qaçanları isə “filtirasiya düşərgələri”nə göndərirdilər. Bizim arxamızca xüsusi nəzarət dəstələri gəlirdi. Özümüzünkülər özümü-zünkülərə güllə atırdı.
Bu səhnələr mənim indi də yaddaşımdadır…
Adi bir talaydı. Yağışdan sonra hər yan yaş olmuş, palçıqdı. Gənc bir əsgər dizləri üstə çökmüşdü. Gözlə-rində eynək vardı; nə üçünsə eynəyi tez-tez gözlərindən sürüşüb düşür, o isə qaldırırdi. Yağışdan sonraydı. Le-ninqradlı ziyalı bir oğlan…
Hamımızı sıraya düzmüşdülər. Hər yerdə gölməçələr vardı. Biz… Onun necə yalvardığını eşidirdik. O başını əyir… yalvarırdı ki, güllələməsinlər, evdə anası təkdir… Ağlayırdı. Elə bu vaxt düz alnının ortasından… Ta-pançadan… Nümayişkaranə bir güllələmə – əgər kimsə geri çəkilmək istəyərsə, bu, “hər birimizlə belə olacaq!” – deməkdi. Tərəddüd… Bircə anlıq belə olsa! Bircə anlıq…
Bu əmr dərhal mənim böyüməyimə səbəb oldu. Am-ma o zaman bu barədə danışmaq olmazdı. Uzun müddət bunu heç xatırlamadıq da. Bəli, biz qələbə çaldıq, amma nəyin bahasına?! Necə dəhşətli bir qiymətə…
Sutkalarla yatmırdıq, o qədər yaralı vardı ki. Bir dəfə üç sutka heç kim yatmamışdı. Məni yaralılarla birlikdə maşına mindirib hospitala göndərdilər. Yaralıları təhvil verdim, maşın geri boş qayıdırdı və mən yuxumu aldım. Geri qayıdanda gümrah idim, bizimkilərsə artıq ayaq üst-də dayana bilmirdilər.
Komissarla qarşılaşdım:
– Yoldaş komissar, mən xəcalət çəkirəm.
– Nə olub?
– Mən yatmışdım.
– Harda?
Ona yaralıları necə apardığımı, qayıdanda maşının boş olduğunu, mənim də yatıb yuxumu aldığımı danış-dım.