Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Avtoritar şəxsiyyətin necəliyi», sayfa 4

Yazı tipi:

G.
HAKİM ROLUNDA İTTİHAMÇI

İdeoloji nöqteyi-nəzərdən antisemitin konfliktində demokratiyanın rəsmi olaraq üstün olan miqyasları və insanların bərabərliyi haqqında prinsiplər adi yanlış fikrin mədəni “bəyənilmiş” stereotipləri kimi mübahisəli olaraq qoyulub. Psixoloji nöqteyi-nəzərdən bir tərəfdən, bu, Onun hansısa şüurlu və ya basılmış meylləri, digər tərəfdən isə Məndən üstün və ya onun çox və ya az ifadə edilmiş şərti əvəzedicisidir. Burada təqdim edilmiş materiala əsasən çətin ki, hər konkret hadisədə münaqişənin necə həll edildiyi barədə qabaqcadan xəbər vermək və ya hətta ona kafi izahatı vermək olar, hərçənd hamı daim güclənən fikirlər haqqında danışır,

Ümumiyyətlə, onlar düşüncə tərzinin nümayiş edilmiş formasına necə tətbiq oluna bilərlər? Bundan başqa, bu hadisələrdə biz xarakterin potensial faşist strukturu haqqında söhbət gedən münaqişənin belə nəticəsini gözləyə bilərik. Əgər fərddə olan münaqişə yəhudilərə qarşı yönəlirsə, onda bu nöqteyi-nəzər demək olar ki, həmişə səmərəli öyüd-nəsihət xarakteri qazanır.

Görünür ki, yanlış fikirlərin daxili gücləri, mübarizə edən yönəldilmələrin öhdəsindən gəlib, onlar üzərində qələbəni bayram edirlər ki, onlara qarşı mübarizə edən enerjini tabe edirlər. Eqo20 carçı olur – lakin, bu dinamik vəziyyət psixoanalizə tamamilə yad deyil. Antisemitizmində ifadə edilmiş meylləri biz “ittihamçı” sözü ilə, fərddə vicdan sözünü “hakim” sözü ilə göstərə bilərik, və deyə bilərik ki, onlar bir-biri ilə əlaqəlidir. Parodiyanın xarakterindəki fikirlərdə tam olaraq, yəhudilər məhkəmə təhqiqatını görməlidirlər. Bu psixoloji cəhətdən, onların fərdlərin əvvəlcədən yaranmış fikirlərindən müvəffəqiyyətlə qorunmaq şanslarının niyə o qədər kiçik olduğunu qismən izah edir. Üçüncü Reyxin məhkəmə təcrübəsi bu sxemə əməl edirdi. Yəhudilərin heç vaxt, nə şəxsi proseslərdə, nə bütövlükdə özünü müdafiə etmək imkanları yox idi. Daha sonra faşist xarakterinin köməyi ilə nə bahasına olursa olsun susmağa məcbur edilən, günahın şüursuz hissi ilə əlaqəli olan eqonun özgələşməsinin əhəmiyyətli dərəcədə transformasiyaya və doymaq bilməyən düşmənçiliyin dağıdıcı instinktləri ilə qidalandırılan “mədəni diskriminasiyaya” səbəb olmağı məlum olacaq.

Eqonun antisemit ideologiyaya tabe olmağını izah edən birmənalı dəlil mövcuddur – bu yəhudilərin dözdükləri hər şey üçün, xüsusən milli-sosializm soyqırımı üçün, məsuliyyəti qatillər deyil, qurbanların daşıdıqlarını iddia edir. Antisemit böyük ehtimalla bu fikri həmişə məqbul sayan klişedən istifadə edir: yəhudilərin özlərinin bunun mümkün olmasına səbəb olmaları barədə olan fikir. M107 cavan, “od olmayan yerdən tüstü çıxmaz” məsəlindəki şübhəli məntiqə tabe olan rasional yanaşmanı təsvir edən uğurlu nümunədir:

– Mən heç vaxt, Hitlerin onlara belə vəhşicəsinə (insafsızcasına) münasibət göstərməsinin səbəbini anlaya bilmirdim. Görünür ki, onu buna sövq edən hansısa səbəblər mövcud idi. Bəziləri deyir ki, bu ona öz nüfuzunu təsdiq etmək lazım idi, amma mən buna inanmıram. Güman edirəm ki, yəhudilər bir çox şeydə özləri buna imkan yaradırdılar.

Yəhudilərdə günahın əxlaqi konstruksiyasının necə qurbanın və qatilin tam yerdəyişməsinə aparmasını 5064 inandırıcı təsvir edir (oğlan ekskursiya qrupunun rəhbəri, peşəsi qəssabdır. E və F şkalaları üzrə yuxarı bal, PEC şkalasında aşağı bal yığıb). O, almanları qəddar sayaraq, gözlənilməz təklif edir: “Heç bir amerikalı nasistlərin yəhudilərə etdiklərini bəyənmir. Mən həqiqətən hesab edirəm ki, burada oxşar nə isə olsa yəhudilər əvvəlcədən bir tədbir görəcəklər. Qərar xüsusən azlıqlara aid olduqda tərbiyədən ibarət olur”.

Görünür, mənəvi pozğunluğun bu tipi ənənəvi liberal müdrikliyin fondundakı ideyadan istifadə edir: özü-özünə kömək et, onda Allah da sənə kömək edəcək. Yəhudilər təhlükədədirlər və özləri öz qayğılarına qalmalıdırlar. Mədəni atmosferdə, müvəffəqiyyət bütün dəyərlərin əsas miqyası olduğu yerdə, yəhudilərin kritik vəziyyəti özləri onlara qarşı arqumentə çevrildi. Bunun PEC haqqında “kasıblara yazığı gəlmək olmaz” ideyasına yaxın olmasına əhəmiyyət verməmək olmaz.

5044 bütün şkalalarda yuxarı göstəricilər nümayiş etdirib, 55 yaşı var, Avstraliyada doğulub və oğlan ekskursiya qrupunun rəhbəridir. Onun düşüncə tərzi buna yaxındır: yalnız yəhudilər, nə isə təşəbbüs etməlidirlər. Axı kiməsə deyil, onların özlərini ciddi çətinliklər hədələyir. Onlar başqalarının dabanlarına basmalıdır. Nə qədər ki, yəhudilər özünə olan münasibəti təhrik edirlər, onların məhvetməsinə yönəldilmiş milli sosialistlərin siyasəti ya bəraət qazanacaq ya da qarşı tərəfin bütün sübutlarına baxmayaraq, yəhudilərin özləri tərəfindən şişirdilmiş kimi nəzərdən keçiriləcək.

Daha bir nümunə göstərək.

M359 yuxarı bal yığmış dəri məmulatlarının fabriki emalatxanasının müdiri, “yəhudilər arasında çoxlu xeyirxah dostu” olanlardan biridir. E və PEC şkalalarında yuxarı, hərçənd F şkalasında nisbətən aşağı bal yığmasına baxmayaraq, müsahibədə o deyir:

–Faşistlər tərəfindən yəhudilərə qarşı tədbirlər haqqında nə düşünürsünüz?

–Məni bu ölçülərin yalnız yəhudilərə yönəldilməsinə inandırmaq mümkün deyil. Mənə belə hesab edirəm ki, bu yəhudilərin öz əzablarını şişirdərək, şəfqət doğurmaq və dəstəyi al maq üçün olan təbliğatıdır; hərçənd nasistlərin başqa xalqlarla bağlı siyasətini bəyənmirəm.

Onun Fələstin haqqında saxta rasional fikirlərində millətçilərə olan yarım apologetik21 münasibəti ilə yanaşı mövcud olan bir qəddarlıq görünür. Zahirən o “yəhudilərə şans vermək” istəyir, ancaq eyni zamanda onların guya daimi olan pis meylliliyini göstərərək onların arxasında gələcəkdə müvəffəqiyyət hüquqlarını tanımır.

– Problemin həlli nədir?

– Onları Fələstinə göndərmək axmaqlıq olardı, çünki bu irrasionaldır. Yaxşı olardı ki, onların öz şəxsi ölkəsi olsun, ancaq kifayət qədər böyük olsun ki, bizneslə məşğul olmağa davam etmək mümkün olsun, lakin bu onlara xoşbəxtlik gətirməyəcək. Yəhudilər yalnız başqalarını özlərinə işləməyə məcbur edə biləndə xoşbəxt olurlar.

Başqa cür Mən senzurasının buraxmadığı yəhudilərin hər şeydə günahkar özləri olmağı barədə izahatlar dağıdıcı arzuların rasional əsaslandırılması üçün cəlb edilir.

Dindirilənlərdən bəziləri bu iddianı fakt kimi təqdim edirlər. Məsələn, 5012a, 21 yaşlı bütün şkalalarda yuxarı bal yığmış, hərbi dəniz donanmasının keçmiş unter-zabitidir. O belə deyir,

“Onlarla ümumi heç nəyim yoxdur. Onlar qıcıqlanmaya səbəb olurlar, amma təhlükələr yaratmırlar. Onlar öz davranışları ilə layiq olduqlarını alacaqlar”.

F103 (yuxarı bal yığanlar qrupuna aid olan və interyer üzrə memarlıq sferasına ictimai təminat sahəsində təhsil sferasından keçmiş) kisədən pişiyi buraxır:

“Mən nasistləri yəhudilərlə rəftarlarına görə qınamıram. Bilirəm, bu qorxunc səslənir, amma əgər yəhudilər orada özlərini buradakı kimi aparırdılarsa, onda mən nasistləri ittiham etmirəm. Yəhudilər mənə pis heç nə etməyiblər, amma özlərini necə aparırlar. Heç vaxt yaxınlarına kömək etmirlər – bu onların əqidəsidir”.

Burada həlak etmə arzusu və səmərəli-öyüd-nəsihət izahatı arasındakı əlaqə dəhşətli formalar alır. Dindirilən öz münasibətinin irrasionallığını vurğulasa da, onun fikrinə görə, bu ona yəhudilərin anadangəlmə qüsurluluğunu səmərələliləşdirməyə mane olmur. Onun yəhudilərlə ünsiyyətində mənfi təcrübəsinin olmamasını boynuna alması, bu antisemitin gözündə və elan edilən hökmlə müşahidə olunsa belə, antisemit ekstremizminin vacib aspektini – yəhudilərin “günahı” arasında fantastik nisbətsizliyi üzə çıxarır. Biz artıq qərəzli fərdlərin intiqam hissinin hansı rolu oynamasını qeyd etdik. İnsanlar tez-tez şikayət edirlər ki, heç vaxt layiq olduqlarını almırlar, hər kəs onları istismar edir. Aldanma hissi güclü olmaq və mənimsəmək kimi şiddətli arzuları ilə birləşir. Buna görə, nə vaxt ki, dindirilənlər yəhudilərlə bağlı “ədalət” haqqında fikir söyləyir, həqiqətdə onlar ekvivalentlərin mübadiləsinin gözlənilməz və irrasional güc əlaqələrinin əsasında bölgü ilə əvəz olunduğu həmin haqsızlıq barədə öz arzularını ifadə edirlər. Neqativ mənada bu, yəhudilərə qarşı çıxmaqdır: onların “layiq olduqlarından” daha sərt cəza almaları yaxşı olardı. Adətən hətta çox təcavüzkar fikirli insanın ağlına kiminsə pis davranışına görə və ya hətta yalana görə ölümə məhkum etmək gəlməz. Ancaq, görünür, əgər söhbət yəhudilərdən gedirsə, onda təkcə əsassız deyil, həm də sübuta malik olmayan əhəmiyyətsiz ittihamlardan ciddi cəzaya keçid əngəlsiz baş verir. Burada potensial faşist xarakterinin qorxunc xüsusiyyətlərindən biri görünür.

Stereotipin məntiqi xüsusiyyəti – tərəfindən hər şeyin yekunlaşdırıldığı və heç bir kənara çıxma qəbul etməyən şəraitdir, o, təkcə qərəzli fikirləri olan şəxslər üçün müəyyən tələblərə şərait yaratmır, həmçinin psixi meylin bilavasitə ifadəsidir. Bütövlükdə, bunu, çox güman ki, daim bütün informasiyanı canına çəkmə və subyektin formulu altında gizlənməyən hər şeyə qarşı səbirli olmama kimi özünəməxsus tendensiyaya malik paranoyyanın və paranoik “sistemin” nəzəriyyəsi ilə əlaqədar anlamaq olar.

Qərəzli fikirlərin hədsiz tendensiyalarına malik fərd can atdığı özünəməxsus mikroskopik formada totalitar dövlət olan “psixi totalitarlığa” meyllidir. Heç nə hərəkətsiz qala bilməz, hər şey öz donmuş və sabit qrupunda ideal-eqoya tabe edilmiş olmalıdır. Yadlar qrupu, yəni seçilmiş düşmən, əbədi çağırış təşkil edir. Nə qədər ki, nə isə qaydasında deyil, faşist xarakteri digərinin gücündən asılı olmayaraq, təhlükə hiss edir. Deyəsən, antisemit ideyaları ilə o qazanacağı paranoik sistemin parametrlərinə bütün dünyanı transformasiya etmədən rahat yata bilmir. Milli sosialistlər öz antisemit proqramının çərçivələrindən çox kənara çıxıblar. Bu “günahın” və “cəzanın” arasında tam uyğunsuzluğun mexanizmidir: ekstremist antisemit sadəcə dayana bilmir. Ona məxsus arxaik məntiqə arxalanaraq, o diskursiv nəticələrdən çox assosiativ keçidlərə meylli olur. Sonda o, sözün əsl mənasında “dözə bilmədiyi” insanları ölüm hökmünün bəyannaməsinə daxil edərək, nisbətən ehtiyatlı ittihamlardan ən vəhşi nəticələrə qədər çatır. Bu mexanizmə başqa tədqiqatlardakı müsahibənin materiallarında rast gəlinir, burada dindirilənlər tez-tez antisemitizm haqqında “danışığa daxil olurdular”. Müsahibəmizin sxemi bu fenomeni anlamaq üçün çox standart idi. Ancaq bəzi hallarda biz günahın və cəzanın arasında ekstremal uyğunsuzluğun müsbət sübutunu aldıq. Burada eqonun “özgələşməsi” cəzanı tələb edən antisemit nəsihətamizinin köməyi ilə bütünlüklə açılır. O psixi totalitarlığa gedən yolda olan son maneəni kənara atır. Dağıdıcı ideyaların assosiativ zirvəsini heç nə saxlamır. Nifrət demək olar ki, tamamilə yad eqo və empirik22 obyektə aid olmadan avtomatik və zorakı üsulla doğulur və güclənir. O, intizamdan və formalizm kəskinləşdirilmələri haqqında danışsa da, sosioloji nöqteyi-nəzərdən günahın və cəzanın arasında uyğunsuzluq göstərir ki, ekstremist antisemitizm üçün rasional qanunun ideyası qənaətbəxş deyil. O özünə yaxşı hissəni kəsmək imkanına nail olub, bərabər hüquqlar ideologiyasını qurban etməyə hazırdır. Psixoloji nöqteyi-nəzərdən yəhudilərin qədim günahı haqqında təsəvvürü antisemitin sıxışdırılmış şəxsi günah kompleksinin proyeksiyası kimi anlamaq olar. İdeoloji nöqteyi-nəzərdən, sözün ciddi mənasında o, bərabər gedən, təkmilləşdirmə, hadisə sidir. Ekstremal hadisədə nifrətin obyektini aradan qaldırmaq arzusu əsas məsələdir. Yalnız bundan sonra antisemit yəhudilər məhv edilməsi üçün səbəblər axtarır. Bu səbəblər onların məhvetməsinə yönəldilmiş fantaziyalara tam ölçüdə bəraət qazandırmaq üçün heç vaxt qənaətbəxş olmur. Ancaq bu da antisemiti vicdanının özgəninkiləşdirilməsinə bir dəfə nail olduqdan sonra “sağalmasına” aparmır. Günah və cəza arasındakı uyğunsuzluq onun haqlı olmalı olduğunu özünə və başqalara sübut etmək üçün öz nifrətinə tabe olmağa məcbur edir. Bu “yəhudilər özünə buna səbəb olurlar” və ya ümumiləşdirilmiş “bunda nə isə var” düsturunda xülasə edilmiş kimi təsəvvürlərin son funksiyasıdır. Ekstremist antisemit öz mövqeyinin ekstremallığı hesabına vicdanın səsinin qalıqlarını susmağa məcbur edir. Görünür, başqalarını qorxudaraq, özünü də qorxutmalıdır. Yəhudilər barəsində qərəzli baxışlı fərd tərəfindən həyata keçirilən bu təkmilləşdirmə üzrə olan saxta məhkəmə prosesi bəzən onların xüsusi müdafiəsinə gətirib çıxarır. Ancaq o, daha çox nasional-sosializmin gəmilərinin təcrübəsini xatırladır: o yalnız vicdanın yad boş qabığının, qanuniliyin formalizm və axtaladılmış arzusunun təmin olunması üçün buraxılır. Müdafiə həmişə gücsüz olmalıdır; hətta yəhudilər haqqında deyilən o xoş sözlər, standart ittihamların acı və yalançı variantı kimi səslənir. Məsələn, yəhudilərin mistik və qaydasında olan ailə həyatına aid sıx istinadlar kifayət qədər şəffaf formada olsalar da, özlərinin sui-qəsd həmrəyliklərində ittihamlar gizləyirlər. Bu ikiüzlü inandırmalarla yəhudilərin həmin xüsusiyyətlərinin həsəd yaratdıqlarına inandırmaq istəsələr də, ancaq faktiki olaraq bu həyatda antisemit üçün daha pisdir, çünki təbiətinin alicənablığı ona öz üstünlüyündən istifadə etməyə imkan vermir.

Yəhudilərin müdafiəsi üzrə başqa müsahibədə bizim tərəfimizdən müşahidə edilən iddia odur ki, onlar çox ağıllı, qeyri-yəhudilərdən daha hiyləgər xüsusiyyətlərinə görə heyranlığa layiqdirlər. Bu mexanizmin əsasına dəyərlərin iki sistemi daxildir, onlar müasir mədəniyyətdə paralel təsdiqlənirlər. Bir tərəfdə sözlə verilən comərdlik, fədakarlıq, ədalət və sevgi “idealları” yerləşdirilib; başqa tərəfdə praktik həyatda hesablaşmalı olduğumuz müvəffəqiyyət, nəticə, sosial nüfuz kimi meyarlar durur. Dəyərlərin bu hər iki sistemi yəhudilər üçün elə bil əksinə istifadə olunur: yəhudiləri tərifləyirlər, çünki onlar antisemit həqiqətdə istiqamətləndiyi xəyali və ya əsl miqyaslara görə yaşayırlar, eyni zamanda onun müvəffəqiyyətlə azad olduğu mənəvi qanunu pozduqlarına görə onlar lənətə məruz qalırlar. Şəxsi vicdanlarını sakitləşdirmək üçün “seçilmiş düşmənə” verilmiş mənəvi kreditin qaytarılmasını tələb etmək üçün vicdan frazeologiyasına qaçırlar. Yəhudilərə verilən tərif həmçinin onlar üçün qabaqcadan təyin edilmiş günahlarının sübutunun möhkəmləndirilməsinə xidmət edir.

Növbəti nümunə göstərək.

5039 (E şkalası üzrə orta və RES və F şkalaları üzrə yuxarı bal yığmış 27 yaşlı tələbədir), düşüncənin qabaqcadan inandırılmış tipinin başqa xüsusiyyətləri ilə yanaşı yuxarıda qeyd olunanı təsvir edir: dindirilən müsahibə alan tərəfindən “kifayət qədər eqosentrik23 tip” kimi səciyyələndirilir:

Atanın nəsihətlərinə qarşı etiraz əlaməti kimi o kilsədən imtina edib, ancaq onları yəhudilərlə müqayisə edərək hələ özünü xaçpərəstlərə aid etməyə davam edir. O, bunu özünün yalnız xaçpərəst yəhudilərin mühitində böyüyüb, onlar tərəfindən özünü özgə hiss etməsi faktı ilə izah edir. O, yəhudilərin tərbiyəsi ilə müqayisədə xaçpərəstlərin dini tərbiyəsində çox böyük fərqi görür və iki dini qrupun uyğunsuzluğu üçün nəzərəçarpacaq dərəcədə məsuliyyət hiss edir. O, bunu belə izah edir: xristian dinində gənclərin arasında itaətkarlığın və inamsızlığın formalaşmasına gətirir “o biri yanağını çevir” sülhsevər ideyası vurğulanır, halbuki yəhudilərin dini “sizin atalarınız əzab çəkirdilər, indi sizin kim olduğunu göstərmək növbəniz gəlib”, ideyasına əsaslanaraq: təcavüzkarlığa və müvəffəqiyyətin nailiyyətinə stimullaşdırır. Bununla əlaqədar olaraq o güman edir ki, həqiqətən dindar xaçpərəst həmişə şöhrətpərəst yəhudi tərəfindən “sıxışdırılacaq”… Görünür, o mühitlə öz xüsusi təcrübəsi və əlaqəsi əsasında ümumiləşdirmələr etdiyini dərk etmirdi.

Yəhudilərin dini ilə stimullaşdırılan belə adlandırılan həqiqi tərbiyə haqqında refleksiyanın obyektivliyi yalnız qeyri-səmimilikdir, reallıq isə yalnız sonsuz düşmənçilik üçün bəhanədir, Hitlerin cinayətləri haqqında suala (məsələyə) bu tələbənin cavabı bunu sübut edir:

“Düşünürəm, o vaxt Almaniyada olsaydım, mən də eyni şeyi edərdim… Güman edirəm ki, özüm nasist ola bilərdim… İntizamı faydalı şey hesab edirəm…”

Dindirilən öz düşmənçiliyini açıq göstərdiyi və yəhudilərlə qeyri-yəhudilərin rəqabətini təsəvvür edərək çatışmazlıqlarla kifayətləndiyi halda, bəzən yanlış təvazökarlığın növü ilə hiylə haqqında ideya təqdim edilir. Məsələn, M104 (texniki universitetin sonradan onu hüquqşünaslıq fakültəsi ilə dəyişmiş keçmiş tələbəsi) deyir ki, “kapitalist-yəhudilər bizim ölkəmizi idarə edirlər, onların əllərində bütün hakimiyyət cəmləşdirilib. Əgər bu belədirsə, o bu o deməkdir ki, bizim insanlarımız lazımi qədər hiyləgər deyillər. Əgər bizim insanlarımız yəhudilərin onların işlərini necə idarə etdiklərini bilirlərsə, və lakin özləri bunu edə bilmirlərsə, onda bu yəhudilərə daha çox hakimiyyət verir. Əgər onlara yəhudilərin hər şeyi necə idarə etdiyi məlumdursa, onda onlar da eyni şeyi etməyə məcburdurlar”.

O, başqalarının yəhudilər kimi hiyləgər olmamalarını “boynuna almır”. Ancaq yəhudi-kapitalistlərin bu ölkəni idarə etmələrini boynumuza almaq məsləhətdir və əgər onlar bizdən daha hiyləgərdirlərsə, qoy onda ölkəni idarə etsinlər.

Ancaq bu fikrinin son hissəsinin səmimiliyi nəyisə qaranlıq saxlayır. “Yəhudilər öz başabəla ağılının sayəsində ölkəni idarə edirlər” və “bütün konstitusiya sistemini idarə etdikləri” fikri tezliklə “bizə onlardan qurtulmaq lazımdır” haqda fikrinə transformasiya etməsi üçün kifayətdir. Bu yalnız zorakı üsulla mümkündür, çünki onların hiyləsi qanuni hədləri qeyri-aktiv edir. Yəhudilərin hiylə ilə əldə edilən qüdrəti haqqında ideyanın proyeksiyadan başqa heç nə olmaması fikri F105-də (bütün şkalalarda yuxarı bal yığmış qadın) olduğu kimi xüsusi dəqiqliklə ifadə edilib. Uşaqlığında keçirdiyi iflic ucbatından o əlil olmuşdu. O, yəhudilərin hiyləsi haqqında təsəvvürü (“ölkənin işgüzar həyatını öz əllərinə alan yəhudilər haqda”) yəhudilərə qarşı qanlı üsyanı qabaqcadan deməsi ilə, antiyəhudi talanlarının şəxsi mühakiməsinin yalnız bir az örtülü proyeksiyasını təşkil edən öncədən görməni deməklə bitirir.

–Ağlar qərara gəldilər ki, biz qara və sarı ilə müqayisədə haqlıyıq. Mən düşünürəm ki, müharibə bitirdikdən sonra yəhudilərin üsyanı olacaq. Doğrusu mən, onlara qarşı deyiləm. Onlarla yaxınlıq xoş idi. Onlardan kimlə dostluq edirdim, çox xoş idi. Əlbəttə, mən dözülməz olanlara da rast gəlmişəm.

–Onlarda sizə xoşagəlməz olan nə idi?

–Çox təmtəraqlıdırlar və sevirlər ki, onlara diqqət yetirsinlər. Həmişə irəlidə olmağa çalışırlar. Mən onların dostlarına necə xəyanət etdiklərini eşitmişəm, və s. Ancaq, inanmazdan əvvəl, mən özüm buna əmin olmalıyam.

–Üsyan haqqında nə fikirləşirsiniz?

–Məncə burada qan töküləcək.

–Sizcə buna bəraət qazanılıb?

–Şübhəsiz, onlar burada işgüzar sferada hakimiyyəti tutacaqlar. Burada onlara göstərilən qaçqınlara dəstəyi düzgün hesab etmirəm. Düşünürəm ki, onlar özləri öz işlərinin qayğısına qalmalıdırlar.

Dindirilənin kimin qanının töküləcəyi haqda düzünü deməməsi doğrusu diqqətəlayiqdir. O, mövcud olmayan yəhudi-səbəbkarları arzu etdiyi intizamsızlıqlarda ittiham edir, ancaq problemi açılmış saxlayır. Amma bu hamısı deyil. Ekstremal antisemitlərdə “tökülmüş qan” haqqında ideya, görünür, məqsədli olur. Şüurun dərinliyində onlar artıq subyekt və obyekt arasında fərqi ayırd etmirlər. Burada gizlədilmiş dağıtma instinkti bərabər ölçüdə həm düşmənə, həm də özünə aiddir: dağıdıcılıq doğrudan da totalitardır.

Bu fəsildə danışılan antisemit ekstremizminin strukturuna aid olan xülasə kimi tək aydın surətdə soyqırımın ideyasını tanıyan yeganə dindirilənin fikirlərini kifayət qədər ətraflı çatdıraq. 5006 —tələbə, həkim-stomatoloq, bütün şkalalarda yuxarı ballarla, müxbirin fikrincə, güclü inkişaf etmiş Edip kompleksi səbəbindən daltonizmlə və psixogen impotensiyadan əzab çəkir. Onun yəhudiləri kökünü kəsmək kimi qızğın arzusunun olmağı erkən uşaqlıqda aldığı ağır travmaların nəticəsi (axtalama qorxusunun təsəvvürləri səbəbindən) hesab edilir. Dərk edilməmiş zəiflik hissi, görünür, onun şişirdilmiş eyniləşdirməsini öz qrupu ilə müşayiət edir: o başqa heç nə bilmək istəmir, çox güman ona görə ki, bunu təhlükəli hesab edir.

O – əsl amerikalıdır, onun babası bura dörd yaşında gəlib. Heç vaxt ölkə xaricində olmayıb və bir yerə getmək arzusunda deyil. Bir dəfə Tiksanada olub və “bu kifayətdir”: o, amerikalı olmağı ilə çox fəxr edir.

Onun fikrincə, potensial güc azlıqların tipik əlamətidir: “Yəhudilərlə çətinliklər onların çox güclü olmasından irəli gəlir”. Onun fikrincə, Qrupların gücü, potensiyanın simvollarında, yəni, məhsuldarlıqda və sərvətdə ifadə edilir:

“Əlbəttə, problem burada var. Qaradərililər elə sürətlə çoxalırlar ki, tezliklə bütün dünyanı məskun edəcəklər, yəhudilər isə bütün pullara sahib olacaqlar”.

Öz antisemitizminin səbəbi haqqında o aşağıdakını deyir:

“Məndə heç vaxt yəhudilərlə ünsiyyətin müsbət təcrübəsi olmayıb”. (Ancaq ikinci müsahibədə o bu fikri yumşaldır – o xatırladı ki, bir dəfə kollecdə “çox xoş yəhudilər” onu Katalinaya idmançı kimi öz şəxsi yaxtalarında aparmışdılar.) Onlar daim onu və onun ailəsini aldatmağa çalışırdılar, hər şeydə prinsipsizdirlər. O, öz anasının Miladına almaq istədiyi xəz palto haqqında tam olaraq, yaza bilmədiyimiz uzun bir əhvalat danışdı. Yəhudi-satıcı qəbzi yanlış oxumuş və qiyməti əsl dəyərindən 100 dollar aşağı demişdi. Onlar alışı rəsmiləşdirmişdilər, ancaq satıcı səhv etdiyini bildikdən sonra, paltonu götürməyi təkid etmişdi. O, məmnunluqla bildirdi: “Bu halda mən yəhudini tam olaraq yəhudi dilində aldatdım”.

Onun o “yəhudi dilində” yəhudini aldatması hadisəni çıxmaqla, yəhudilərlə ünsiyyətinin mənfi təcrübəsinə istinadları kifayət qədər yayğındır və “hiylə” mövzusunun əks etdirmə xarakterinin sonrakı sübutudur. İstisna olan yaxta sahibini, zəngin yəhudi ilə hadisəni təşkil edir, o tələbənin onun sinfi şüurunun formalaşmasına səbəb olan antisemit baxışlarında qarışıqlığı sübut edir. Həmçinin milli sosialistlərə də özlərini, tərəfdarlarını və yəhudilərin ən varlı qruplarını onların (sonuncuların) Şərqdən kasıb mal-qara tacirlərinin və immiqrantların taleyini bölməli olmalarına inandırmaq üçün müəyyən vaxt tələb olunurdu. Fərdiyyətçilik prinsiplərini o özü aşağıdakı qaydada izah edir:

“Onlara fərdlər kimi münasibət bəsləmək lazımdır, ancaq nəticədə hamısı eynidir”.

Əlbəttə, “hər kəs yəhudini müəyyən edə bilər”. Özününkü və özgə qrupları arasında fərqlər demək olar ki, metafizik məna alırlar: bu dixotomiyanın yox olmasının təsəvvür edilən imkanı istisna edilir: “Mən yəhudi ola bilməzdim”.

Günahın, cəzanın və onların nəticələrinin nisbəti probleminə o bərabəri olmayan qısa fikir tapır:

“Mən düşünürəm ki, Hitlerin yəhudilərə etdiyi hər şey, tamamilə normal idi. Mənim rəqiblərlə çətinliklərim olanda mən tez-tez düşünürdüm: “bura Hitlerin əsl yeridir”. Xeyr, mən diskriminasiya olunmuş ölçülərin qanuniləşməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, bizim bu əclafları məhv etməli olacağımız vaxt gələcək”.

20.Eqo. Bir fərdin özü haqqında fikirləri
21.Üzr istəyən, peşman
22.Təcrübəyə dayanan
23.Özünü çox sevən, amma başqalarının hisslərinə əhəmiyyət verməyən
₺118,28
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
20 ekim 2022
ISBN:
978-9953-8066-2-5
Telif hakkı:
Alatoran yayınları / Алаторан

Bu kitabı okuyanlar şunları da okudu