Kitabı oku: «Acı həyat. Roman», sayfa 2
O bir günün səhəri bazar günü idi, qapının döyülən səsinə Gülsüm getdi baxsın kimdir gələn. Mələk oturub Gülsümün dərslərinə baxırdı. Az vaxtdan Gülsüm Dənizlə qayıtdı. Mələk ayağa qalxıb qızla görüşdü, xoş gəldin Dəniz xanım. Dənizdə zarafatla – Mələyə: xoş günün olsun Mələklərin komedyalı mələyi. Mələk Dənizin zarafatına gülümsəyib, – Gülsümə: bacım sənin ləqəbin yoxdur incimə. Buyur əyləş, Dəniz kecib əyləşidi, masadakı dəftər – kitablara baxıb zarafatla, – Gülsümə: məndə keçdim bulardan. Gülsüm ofuldayıb, – Dənizə: off Vallahi beynim yorulur çox çətindir. Mələk – Gülsümə: ofuldamaq yoxdur bacım, ən azı 5 il beynində ancaq dərslərin olacaq. Gülsüm zarafatla – Mələyə: baş üstə rəyis, o zaman mən qəhvələr süzüm. Dəniz atıq anlamışdı, Mələk Gülsümə bacı kimi idi. Dəniz – Mələyə: bu gün bazardır, sabahdan mağazada çalışaçaq adam lazımdır. Məndən də cavab gözləyirlər, gəldim fikrini bilim. Gülsümdə gəldi qəhvələri qoyub, – Dənizə: bacım razıdır sabahdan işə çıxacaq. Mələk Gülsümə baxdı ki, özü söz demədən cavab verdiyinə görə. Dəniz sevindi, – Mələyə: bilirdim düzgün qərar verəcəyinə. Mələk nə isə demək istəyirdi, yenə Gülsüm cavab verdi, bacım mənim kimi deyil. Mən bəzən qərarlarımda qorxağam, ama bacım əsla yox, çox mərtdir. Mələk biraz baxdı, – Dənizə: tamam sabahdan işə çıxacam, ancaq bir sualım var işlə əlaqəli. Dəniz Gülsümə təşəkkür etdi, qəhvəsini götürüb içərək gözlədi nə deyəcəyini. Mələk dərindən nfəs alıb, – Dənizə: niyə maaş çoxdur? Dəniz təcüblənmədi suala. Gülsüm yenə baxdı bacısına təcüblə. Dəniz qəhvə fincanını masaya qoyub, – Mələyə: o mağazaya varlı insanlardan sifarişlır gəlir. O üzdən mağaza ad – sanıyla tanındığına görə, gəliridə çoxdur. Birdə bunu deyim, sifariş olunmuş buketləri gözəl hazırlayıb, ünvanlara göndərmən gərəkəcək. Gülsüm – Mələyə: bax dedimmi sənə axşamda, adlı – sanlı tanınmış bir mağazadır ki, maaşıda yüksəkdir. Mələyin nədənsə içində başqa narahatçılıq vardı, öz – özünə: nədənsə içimdə bu işə görə başqa sıxıntı var. Dəniz – Mələyə: bilirəm sənin içində olan sıxıntını, qoxursan təsadüfən gül mağazasına Murad dayının nəvəsi gələr, qəh – qəhə çəkib güldü. Mələk Dənizə elə baxdı ki, – Mələyə: bağışla canım xatırladıb kefini qaçırmaq istəməzdim. Gülsümdə kənara baxıb gülümsədi. Mələk əsəbləşdi, – Dənizə: o heyvan eşşək başıyla kiməsə gül almağamı gələr deyirsən? Vallahi həmən günü dünya fani olar. Yox – yox dünya fani olmaz, güllər önçədən hiss edib solarlar. Yazıq onun bəxdinə düşəcək qıza, özünən razı mərəfətsiz zibil. Dəniz yenə güldü, – Mələyə: bax canım həyat belədir. Harda istəmədiyin – xoşlamadığın birisi varsa, fırrayıb üzləşdirər təkrar səni onunla, onuda səninlə. Sınanmış atalar məsləhətidir deyim bil, həmdə tez – tez üzləşdirər. Yəni deyirəm hazırıqlı ol, yenə güldü ürəkdən. Mələk artıq söz demədi, kənara baxıb öz – özünə: inşallah Allahım birdə rastlaşdırmaz o eşşəklə məni. Gülsümdə qəhvəsini götürüb, Dənizə baxıb gülümsədi. Mələk olara baxdı, ikisidə ciddi durdular ki, əsəbləşməsin özdərinədə. Ancaq yenə altdan – altdan gülümsədilər. Mələk görüb kənara baxıb öz – özünə: düşdükdə dillərə.
Beləçə Mələk gül mağazasında çalışmağa başlamışdı. Yanında başqa bir oğlanda çalışırdı, o sifariş olunan gülləri ünvanlara çatdırmaqla məşğul olurdu. Xoş xasiyyətli oğlandı, əlindəki gül buketini göstərib – Mələyə: hazırdır sifarişimiz. Bunu mən birazdan ünvanına çatdıraçam. Sən qalan 2 gül buketini hazırla mən gəlincə, – oğlana: narahat olma mən həll edəcəm. Oğlan gülümsəyərək, – Mələyə: bağışla gəlidiyindən imkan olmadı deyim, adım Uğurdur. Mələk – oğlana: desənə mağazanın Uğuru sənsənmiş. Uğur gülümsəyib, – Mələyə: sizdə artıq mağazamızın Mələyi sayılırsıznız. Mələk – oğlana: Uğur artıq birlikdə çalışacağıq, sizlə danışmayaq. Uğur gülümsəyib, – Mələyə: sən necə istərsən elədə olsun Mələk xanım. Mələk – Uğura: xanımıda götürək, mənim sənə bəy deyəcəyimi hec gözləmə. Uğur gülümsəyərək, – Mələyə: tamam Mələk, o zaman mən getdim. Mələk – Uğura: uğurlar sənə, zarafatını anladı, təşəkkür edib getdi. Mələk gülləri götürüb baxdı, Uğur başa salmışdı necə hazırlamaq lazımdır deyə. Buketi hazırlamaqçün gülləri masaya qoydu.
Beləçə bir ay ötdü keçdi, Mələk işinə alışmışdı artıq. İşdə də, əl qabilyətindən razı idilər. Çox ehtiyatla və səliqəli çlışıb sifarişləri hazırlayırdı. Günorta yanına Gülsümdə gəldi, güllərin qoxusu adamı bihuş edir bacım. Mələk əlində hazırladığı buketi qaldırıb baxdı, – Gülsümə: hə orası elədir bacım. Ançaq mən bu gözəl güllərin qoparılmalarının əleyhinəyəm, bilirsəndə. Gülsüm gəlib yanında dayanıb baxdı buketə, nə gözəl hazırlamısan bravo sənə. Mələk – Gülsümə: Uğur öyrətdi mənə, sağ olsun. O arada Uğur gəldi, artıq Gülsümüdə tanıyıdı, gəlib salamlaşıb keçib əyləşdi. Mələk – Uğura: yoruldunmu dostum? Uğur artıq Mələyin zarafatlarına öyrəşmişdi. Uğur – Mələyə: səndən öncə çalışan bir xanım vardı. Onunla çalışanda daha çox yorulurdum, əlinin yöndəmi heç yox idi buketi hazırlamağa. Gərçəkdən sən məni yorulmağa qoymursan dostum. Gülsüm Mələyi qucaqlayıb, – Uğura: mənim bacım birdənədir. Uğur zarafatla – Gülsümə: səndə bir dənə olub bizə qəhvə hazırlasanmı? Gülsüm – Uğura: aaa, qonağa dedyi sözə bax sən. Beləmi qonaq pərvərsən Uğur bəy? Mələk gülümsəyib, – Uğura: dostum adın hər addımında uğur gətirmirmiş. Qalx özün hazırla, Gülsüm üzündən öpüb —Mələyə: zarafatdı bacım. Dostunun bəxdi gətirdi sən varsan, indi sənə hazırlayanda onada hazırlayaram. Uğur Gülsümün sözünə baxıb gülümsədi, – Mələyə: axşama böyük sifarişimiz var. Bugün bütün gücümüzlə çalışmalıyıq, qəhvəmizi içək başlayarıq. Gülsüm qəhvələri hazırlayıb gətirib, birinci Mələyin qəhvəsin qoydu masaya. Sonra Uğurun qəhvəsini verdi, – Uğura: öncə xanımlaradır bilirsən. Uğur qəhvəni götürüb təşəkkür etdi, zarafatla – Mələyə: bacınıda işəmi alsaq? Mələk dönüb baxdı Uğura. Uğur gülümsəyib, – Mələyə: deyirəm qəhvələrimizi hazırlayardı. Gülsüm keçib əyləşdi, – Uğura: qəhvə hazırladığıma peşman etmə məni, zarafatlaşdılar. Mələk yorğun idi, – Uğura: bacım oxuyub bitirdikdən sonra unverstetini çalışaçaq, inçallah öz işi üzərə. Sifarişi sənmi çatdıraçaqsan? Uğurda yorğun görsənirdi. Of cox şükür sifarişi özləri alacaqlar, səhərdən ayaqlarımı hiss etmirəm ora – bura qaçmaqdan. Dəniz gəldi salam hər kəsə, salamını aldılar görüşdülər. Dəniz – Mələyə: Mələk maaşını köçürdüm kartına. Mələk birdən təcüblə baxdı, Dəniz gülümsəyərək, – Mələyə: buranın sahibiylə yaxınıq demişdim. O buralarda olmayanda, məndən xayiş edir işçilərə nəzarət etməyimi və maaş məsələsinidə. Hə birdə mən deməyə unutdum sənə, bizim işçilərimizlə belə bir anlaşmamız var. Biz karta 4 ayın maaşını bir yerdə köçürürük, sənində 4 aylıq maaşın keçdi kartına. Mələk – Dənizə: 4 ayınmı? mən hələ bir ay çalışdım, Dəniz gülümsəyərək, – Mələyə: mən müdürün qanununu poza bilmərəm. Nə deyilibsə məndə onu etdim canım, mənə elə baxma. Mələk Gülsümə baxdı, Gülsüm çiyinlərini cəkib beləymiş qanun deyə işarə etdi. Uğur əlindəki qəhvəsini içərək, altdan —altdan baxdı Dənizə. Dəniz yaxınlaşıb – Mələyə: gərçəkdən gözəl əl qabilyyətin var, bravo. Mələk buketi ehtiyatla vazaya qoyub, – Dənizə: bir daha təşəkkürlər sənə Dənizlərin fırtınası. Birdə çox sağolsun dosum Uğur öyrətdi hazırlamağı. Uğur qəhvəsini bitirib – Mələyə: təşəkkür mən sənə etməliyəm dostum, öyrətdiyimi tez qavradığınçün. Vallahi yöndəmi olmayana öyrətməklə deyil. Dəniz xanım sizədə təşəkkür Mələyi gətirdiniz. Vallahi o bir işçi xanımla çox yorulurdum. Dəniz gülümsəyərək, – olara: hər ikinizə görə şadam, təşəkkürə ehtiyac yoxdur. Gülsüm biz gedək mane olmayaq çalışsınlar. Gülsüm qalxıb Mələyin üzünədən öpüb, sizə Uğurlar. Mələk zarafatla – Gülsümə: zatən Uğur dostum yanımdadır, əksinə sizə uğurlar. Dəniz zarafatına gülümsədi, əl sallayıb getdilər Gülsümlə. Mələk – Uğura: sən çox yorğunsan dostum, dincəl mən həll edərəm. Uğur mərəfətli oğlandı, – Mələyə: olurmu elə şey? İkimiz birlikdə daha tez həll edəçəyik, ayağa qalxdı.
Dəniz Gülsümlə gəlib əyləşdilər kafedə. Dəniz- Gülsümə: bacından qurtulmaq bir o qədərdə rahat deyilmiş, güldü. Gülsüm narahat oldu, – Dənizə: amandı sonrasını heç düşünmək belə istəmirəm. İnan bilsə məndən küsər, heç istəmərəm onu incidim. Ancaq onun burda qalmasını çox istıyirəm. Mən atamdan çox cəkdim, hər zaman yanımda bacım və ailəsi oldular. Mənimçün çox dəyirlidir anlayırsanmı? çox narahatam. Dənüz gülümsəyib, – Gülsümə: bilməz narahat olma sən, elə edərik heç şüphələnməzdə. Gülsüm belə desədə narahat idi, – Dənizə: inşallah, əks halda bacımı itirmiş sayılaram. Dəniz yenə ürəkdən gülüb, – Gülsümə: bacının əsəbləşməyi mənə ayrı ləzzət verir. Gülsüm – Dənizə: ama səndə incimə sözümə ğörə. Adam elə mərəfətsizlik edərmi? babasından gətirdiyi çatntanı kobutca qəbul etdi. Dəniz gülərək, – Gülsümə: o elədir nə edək. İnsanlar eyni xasiyyətdə olmurlar, gəl kefimizi qaçırmayaq birşeylər sifariş edək. Menyünü götürüb baxdı, Gülsüm bir anlıq fikirə daldı. Dəniz baxıb başını narazılıqla sirkələyib gülümsədi.
Axşam olurdu, Mələklə Uğur sifarişi hazırlamışdılar, Mələk üzü başqa tərəfə əlində güllə nə isə iş görürdü. Kimsə gəldi salam verdi, Uğur salamı alıb qarşıladı, o arada Mələyin əlinə gülün tikanı batdı. Əlini ağzına tutub dönüb baxdığında, üzünün ifadəsi dəyişdi, gələn Səlim idi. Səlimdə Mələyi görüb Uğura baxdı tərs – tərs və, şaşqın. Mələk —Uğura: dostum bircə demə hazırladığımız sifariş bunadır. Uğur xayiş edici baxışlarla baxdı Səlimə. Səlim yaxınlaşıb – Mələyə: bircə səndə demə burda çalışırsan başımın bəlası. Mələk əsəbləşdi, – Səlimə: eyy bura bax, sözlərinə diqqət et. Dünyada tək bir baş bəlası varsada, oda sənsən. Tez Uğur yaxınlaşıb, ikisinin arasına girib Səlimi biraz dala çəkdi. Uğur dönüb – Mələyə: Səlim bəy bizim tanışımızdır, sifarişçi deyil. Xayiş edirəm davalaşmayın. Mələk şüphəli baxışlarla baxıb qolundan tutdu Uğurun. Sən hardan bildin biz bu heyvanla davalaşdığımıızı? Səlim əsəbləşdi, Uğuru kənara itələdi. Yaxınlaşıb dişlərini bir – birinə sıxıb, – Mələyə: mənə bax mərəfətdən bi kənar, sözlərinə diqqət etdə, yoxsa əlimdə qalarsan. Mələk necə əsəbləşdisə, – Səlimə: sənin əlində özünə oxşar qorxaqlar qalar, anladınmı? bir itdən qorxub toletə babanla gedirdin. İndi qarşıma keçib özündən böyük hədə ilə danışma mənimlə. Uğurun gülməyi tutsada, tez özünü ələ aldı. Tez yaxınlaşıb qolundan tutub, —Səlimə: Allah xətrinə sus heçnə demə. Səlim qolundan tutmuş əlinə baxdı. Birdən Uğura neçə yumuruq vurdusa, yazıq gül vazalarının üstünə aşdı. Mələk tez gedib yardım edib qaldırdı ayağa, – Uğura: yaxşısanmi? Uğur əsəblə Səlimə baxıb burnunun qanını sildi. Mələk elə əsəb oldu ki, Uğuru vurduğuna. Ətrafa baxıb nə fikirləşdisə, birdən gül vazasını götürüb Səlimin başından vurdu. Səlim dəyən zərbədən yerə yıxıldı, özündən keçindi. Uğur tez Səlimin yanında dizi üstə cöküb, üzünü şillələdi. Səlim, Səlim, duyursanmı məni? of dostum nə etdin sən. Mələk heç yardım etmədən baxırdı. Uğur bağırdı, başı qanayır bir şey ver. Səlim, Səlim, aç gözlərini. Səlim eşidirsənmi məni? hay verməyincə qorxdu. Tez cibindən telefonu çıxarıb təçili yardıma zəng etdi, ünvanı deyib bağırdı tələsin. Qalxıb asılı əl dəsmalını götürüb Səlimin başına tutdu ki, qan çox axmasın. Of Allah dinc durmağı bir örgənsən, Səlim aç gözlərini. Səlimin başından vaza elə tutmuşdu ki, Uğur səsləsədə duymurdu. Mələk nifrət dolu baxışlarla baxırdı.
Dənizlə Gülsümdə kafedən çıxıb maşına çatmışdılar, Dənizə zəng gəldi Uğurdan, tez açdı alo Uğur. Biraz qulaq asıb həyəcanlandı, nəə? sən nə danışırsan? hardasız indi? tamam gəlirəm. Dəniz – Gülsümə: heç yaxşı şeylər olmur, Gülsüm anlamadı. Dəniz qaçıb sükan arxasına əyləşib, – Gülsümə: sən Mələyə get tələs, tez qaza basdı getdi. Gülsüm anlamadı nə olduğunu, öz – özünə: nələr olur? həyəcanlandı. Tez taxsiyə əl edib saxlatdı, əyləşib getdi.
Səlimi xəstəxanay gətirmişdilər. Uğur qapının yanında dayanmışdı, üstünə Səlimin qanı bulaşmışdı. Qaçaraq Dəniz gəldi, Uğurun üstünü qanlı görüb həyəcanlandı. Səlim deyib qapıya baxdı, az qala özündən gedəcəkdi. Uğur tez tutub saxladı qucağında. Dəniz eşidirsənmi? yaxşıdı qorxma, üzünə şillə vurub bağırdı, yardım edin. Yaxından tibb bacları qaçıb gəldilər, baxıb – Uğura: bura palataya gətir. Uğur qucağına alıb Dənizi, tələsərək tibb bacısının ardınca apardı otağa.
Axşam olmuşdu. Səlimi həkimlər yardım edib özünə gətirə bilsələrdə, başından ciddi aldığı zərbədən başını tərpədib qalxa bilmirdi. Dəniz gözləri yaşlı oturmuşdu Səlimin yanında əlini tutub, Səlim dinmirdi. Dəniz çox üzgün idi olanlardan. Başını Səlimin sinəsinə qoyub ağladı hönkürüb. Səlim heyif alacaq baxışlarla baxdı.
Uğur xəstəxananın həyətində Mələyə məcbur gərçəkləri dediyində, Mələk qulaqlarına inanmadı baxdı Gülsümə. Gülsümdə ağlayırdı, Mələk —Gülsümə: səni vura bilmirəm, əlim qalxmaz bilirsən. Ancaq bundan sonra sən adlı bacım yoxdur. Gülsüm nə isə demək istəyirdi, Mələk barmağıyla işarə etdi ki, sussun. Demək Dəniz o tipin bacısıdır eləmi? Allah cəzanızı verməsin. Gülsüm ağlayaraq – Mələyə: qardaşının etdiyinin əvəzinə yaxşılıq etmək istədi qız. Mələk əsəblə bağırdı – Gülsümə: əksik qalaydı, eşidirsənmi? əksik qalaydı sizin yaxşılığınızda, mərəfətinizdə. Mələk baxdı, – Uğura: inandım sənə dost dedim. Oların xalan oğlu – qızı olduqlarını gizlətdin məndən. Bilirsənmi nə var? adın kimi uğurlu biri deyilsənmiş səndə. Allah hamınızın cəzasını versin deyərdim, bundan artıq cəzanız nə olar ki başqa? gözümə görsənməyin. Gülsüm Mələk elə deyib gedərkən, üzünü tutub ağladı. Uğur Gülsümü sakitləşdirməkçün, tamam ağlama günah bizdə oldu. Gülsüm uşaq kimi əllərini üzünə tutub ağladı. Mən nə etdim aman Allahım, bacımın xasiyyətini bilərək necə belə səhvə yol verdim. Allah mənim cəzamı versin, hönkürüb ağladı. Uğurda üzülmüşdü olanlara, ax Səlim axxx.
Mələk qapını döymədən gəldi Səlimin yatdığı palataya. Səlim gözlərini açıb baxdı, Mələyi görüb əsəbləşdi. İstədi qalxsın başı ağrıdı bacarmadı, ofuldayıb başını qoydu yastığa. Dəniz heç Mələk gələndə baxmadı, gözləri yaşlı qardaşının əlindən tutub oturmuşdu. Mələk baxdı, – Dənizə: səndən gözləməzdim belə iş, ayıb olsun hamınıza. Məni bir olub barmağınıza doladınız son bir ayda. Sizinlə çörək kəsdim inandım siz nə, sözünün ardını demədi. Dəniz qardaşının əlinə alnını tutub ağladı. Mələk —Dənizə: bilirsən babana hansı cəhətdən bənzəyirsən? sadəcə ona gülüşün bənzəyir. Hec biriniz qalan cəhətlərinizdən babanıza əsla oxşamırsız. Hələ bu, Səlimə baxdı əsəblə. Sənə dedimmi özündən böyük danışma? heç düşünmə səndən üzür istəməyə gəldim. Gəldim deyəm ki, Allah axtardığın cəzanı verdi, indi rahat – rahat yat burda. Bəlkə axlın başına gələr əllə – qolla danışmasan, mərəfətsiz eşşək. Son dəfə Dənizədə əsəblə baxıb, çıxdı getdi. Əsəbindən qapını bərk vurduğunda, Səlimin başı sancdı ofuldadı. Səlimin əsəbi baxışlarından anlaşılırdı Mələyi yaxşı şeylər gözdəmirdi.
Mələk evə gəldi. Gülsüm sakit oturmuşdu gözləri yaşlı. Mələk baxmadan paltarını çantasına götürüb yığmağa başladığıda, Gülsün başını qoluna qoyub hönkürüb ağladı. Mələk o qədər əsəbi idi hec baxmadıda çevrilib, ancaq Gülsümün ağlaması ürəyinə toxunurdu. Buna görədə paltarını necə gəldi basıb yığırdı çantaya. Çantasını bağlayıb əlini cibinə atdı, nə isə axtardı tapmadı. İki əlləri ilə ciblərini axtarmağa başladı, bir anlıq gözlərini yumub dayandı. Yavaş səslə öz – özünə: aman Allahım nə olar axlımdakı olmasın. Mələk kartını hardasa salmışdı, çantasının yanında oturdu, baxdı əsəbi baxışlarla. Dəniz əlavə 3 ayında pulunu köçürmüşdü kartına. Fikrində vardı pulu qaytarsın geri, əsəblə baxdı Gülsümə.Qalxıb çantasını götürüb çıxdı getdi. Gülsüm gözləri yaşlı baxa qaldı, qorxusundan hara gedirsəndə deyib soruşa bilmədi.
Dəniz qardaşına oturmağa yardım etdi, başında çox pis ağrı vardı. Dəniz yaşlı gözləri ilə baxdı. Qardaşı – Dənizə: məndən gizlin o, sözünün ardını demədi zor tutdu özünü. Bax de, sən niyə məndən gizlin iş görürsən? düşündün o kənt mərəfətsizi anlayacaq, sağol deyəçək? bax dedi sağol. Başımı yardı it qızı, mən bunun heyifini onda qoyarammı? əsla. Dəniz bilirdi qardaşının xasiyyətini. Dahada həyəcanlandı belə dediyində, – qardaşına: mənə babam tapşırdı belə etməyimi. Səlim əsəbləşdi, onunlada danışacam mən, halıma bax düşdüyüm bir it səbəb olub. Dəniz artıq söz demədi kənara baxdı. Səlim gözlərini yumub dayandı səssiz, çox əsəbi idi Mələyə.
Mələk gecəni dışarda gecələmişdi, yorğun – üzgün səhər gül mağazasına gəldi. Uğur buket hazırlayırdı üzgün -fikirli, birdən Mələyi görüb baxdı. Mələk gəldi salam vermədən – Uğura: dünən kartımı itirmişəm, burda deyil ki? əsəblə dedi sözü. Uğur masanın üstünə işarə etdi. Mələk baxdı masaya, kartını görüb biraz rahatlaşdı. Kartda qaytaracaq borç pulu vardı. Kartı götürüb çıxmaq istəyirdi, – Mələyə: dostum bağışla. Mələk dayandı dönmədi. Gülsüm gecə narahat olmuş, qız aradı səni soruşdu, sən harda qalmısan? burda tanışın yoxdu dedi. Mələk Uğuru acılamamaqçün özünü zor tutdu. Dönüb – Uğura: bunu Gülsümdə, səndə, məni aldadınca öncə düşünməliydiniz harda ola biləcəyimi. Dışarda səhərimi açdım, sevinmədinizmi? – Mələyə: bax Mələk bilirəm haqlısan sözlərində. Ancaq mən nə edə bilərdim ki? Dəniz dediyində aramızda qalacaq məcbur susdum. Bax and olsun Allahıma, dedim bunun sonu yaxşı bitməyəcək. Dostum yorğunsan, belə bizə incik getmə xayiş edirəm gəl danışaq. Mələk – Uğura: mənim Dənizə kartdan pul çəkib verməyim lazımdır gedincə. Bacarsan yardım et son dəfə, çatdır əvəzimdən pulu ona. Mən birazdan bankomatdan pulu çıxarıb gətirərəm sənə. Uğur —Mələyə: tamam çatdıraram. Mələk çantasını qapının yanında qoyub, —Uğura: o zaman çantamı burda qoyuram az vaxtda qayıdacam, getdi. Uğur dərindən nəfəs alıb baxdı, öz —özünə: ax Dəniz axx. Mən demədimmi sənə yaxşı olmayacaq bunun sonu. Gedib kefsiz buket hazırlamaqla məşğul oldu.
Geçə bacısı Səlimlə xəstəxanada qalmışdılar. Həkim- Səlimə: ən azı 1 həfdə yataq rejimində qalmanız gərəkir Səlim bəy. Dəniz xanıma yazıdğım ilacların kağızını verdim, mütləq alıb işlədin. Səlim həkimə təşəkkür edib çıxdı otaqdan. Dənizdə dayanmışdı qapıda, Uğurla telefonla danışırdı. Qardaşını görüb, – Uğura: mən səni daha sonra arayaçam, telefonu söndürüb gəldi. Qardaşının qolundan tutub yardım etdi, xəstəxanadan getməkçün. Səlim – Dənizə: bilirəm plan qurduğun xalan oğlu ilə danışırdın, hardadı o pislik? Mələyi qəst etdi. Dəniz istəmirdi qardaşına desin, – Dənizə: bu dəfədə mənə yalan deməyə hünər etmə, hardadır soruşdum. Dəniz çarəsiz – qardaşına: Uğura gələcək birazdan. Mən ona 4 ayın pulunu köçürmüşüdüm qalıb çalışsın deyə. Kartdan pul çəkməyə getmiş mənə qaytarmaqçün. Səlim getdiyi yerdən dayanıb bacısına baxdı əsəblə belə dediyində. Dəniz qardaşının üzünə baxmaqdan çəkindi. Səlimin başı ağrıyırdı, mən ona pul edəcəm dayansın. Yavaş addımlarla çıxdılar xəstəxanadan. Dəniz maşının qapısını açıb yardım etdi qardaşı əyləşsin. Qapını örtüb tez sükan arxasına keçib əyləşdiyində, – bacısına: doğru mağazaya sür. Bacısı getmək istəməsədə, qardaşının xasiyyətini bildiyindən, başqa söz demədi. Üzgün maşını işə salıb qaza basdı, getdilər.
Mələk gəlib bankomatın yaxınında dayanmışdı. Tərslikdən qarşıda dayanan bir nəfər qadın çox ləngiyirdi. Mələk tələsirdi ki, tez pulu çəksin qayıtsın Uğura gətirib versin. Qadın çantasını qurdalayaraq, başqa kart götürüb yoxlayırdı bankomatda. Mələk dərindən nəfəs alıb, bir anlıq özünü ələ almağa çalışdı. Bu son olanlar tamam əsəbini xarablaşmışdı yazıq qızın. Axır ki qadın çəkildi bankomatın önünüdən. Mələk yaxınlaşıb kartında olan borc pulu çıxarıb çibinə qoyub, tələsik getdi. Yazıq gecə səhərə qədər yatmadığından yuxusuz və yorğun idi. Baçardıqça tez – tez addımlayırdı, sanki borc puluda üstündə ağır bir yük idi. Tələsirdi ki yetişsin borcunu versin dönsün evinə, kəndinə.
Gülsüm gözləri yaşlı tənəffüsdə bir kənarda daynmışdı. Dənizlə danışırdı telefonda, yox axşam çıxdı getdi evdən. Yox açmadı telefonlarımıda, qalacaq yeridə yoxdu heç. Nə etdim mən, of Allah cəzamı versin. Nə olar sən arasan açsa mənədə bildir, tamam gözləyirəm. Telefonu söndürüb, baxdı üzgün baxışlarla.
Mələk tələsik gəlib mağazaya girdiyində, Səlimin başı sarıqlı əsəbi oturduğunu görüb, Uğura baxdı. Uğur üzgün baxışlarla baxdı ki, davalaşmasınlar yenə. Səlim heyif çıxaçaq baxışlarla süzürdü Mələyi. Mələkdə hec ona fikir vermədən Uğura yaxınlaşdı. Cibindən pulu çıxarıb masanın üstə qoyub – Uğura: Dənizə çatdırarsan. Səlim oturduğu yerdən qalxıb yaxınlaşdı, – Mələyə: sənin bizə borcun bununla bitmir. Mələk cavab verib davalaşmaq istəmirdi. Mələk – Uğura: burda çalışmadığım 3 ayın pulu var, neçə verilmişsə elədə qaytardım. Mənim artıq kimsəyə borcum yoxdur, getmək istəyirdi mağazanın qapısından içəri polislər girdilər. Mələk heç təçüblənmədi, Səlimdən artıq nə desə gözlənilirdi. Uğur təcüblə baxdı – Səlimə: sənmi çağırdın buları? Səlim kinlə gülümsədi. Polisin birisi yaxınlaşdı – Mələyə: haqqınızda şikayət var xanım. Sizi gözləyirdik bizdə burda. Mələk – Polisə: mənimdə şikayətim var bu tip haqda, iş yoldaşım Uğuru vurdu nahaq yerdə. İstəsəniz kameralardan baxıb götürərsiniz sübutları. Polis birazda qabağa gəlib əsəblə, – Mələyə: xəbərdarıq ondanda. Ama Uğur bəy xalası oğlundan şikayətçi olmadığına görə, ortada tək günahkar siz qalırsınız. Səlim bəydən üzür istəsəniz, bəlkə sizin işinizi yüngülləşdirə bilərik, orasını siz düşünün. Mələk dönüb özünə ədayla baxan Səlimə baxdı. Səlimin duruşuda, baxışıda, əsəblərinə toxunurdu. Biraz baxıb dönüb polisə, – cəzamı çəkməyə hazıram. Mən beləsindən üzür istəyincə, sözünün ardını demədi. Səlim yaxınlaşıb – Mələyə: cəzan çox ağır olacaq unutma, sən düz olanı seçdin. Əgər üzür istəsəndə, mən səni bağışlamayacaqdım. Mələk – polisə: yəqinki sizinlə şövbəyə gəlməliyəm qanuna görə. İmkan varsa biraz tez gedəyin burdan, mənim ürəyim bulanır. Bu arada Dəniz girdi içəri, polisləri görüb baxdı qardaşına. Səlimi kəssələr qan çıxmazdı. Mələyin sözləri təsir etmişdi, üzündən bəlli idi. Dəni gördü masaya qoyulmuş pulları, anladı. Dəniz – Mələyə: Gülsüm çox narahatdır səndən. Nə olar Mələk qardaşımla anlaş bitsin bu iş. Mələk baxmadan —Dənizə: tanış olduğumuzda yadındadırmı sənə zarafatla dediyim söz. Dalğalarında adamları batıran dəniz sənsənmi? səndə cavab vermişdin, hələ dalğalarımda kimsə batmadı deyə. Artıq bil, var batan dalğalarında Dəniz xanım. Bacımla qurduğunuz oyunun fırtınasına mən düşdüm. Ona de artıq məni aramsan, cəzam nədir çəkəcəm mən. Dənizin gözlərindən yaş süzüldü üzünə. Uğur kənara baxıb bir anlıq gözlərini yumub dayandı. Polis – Səlimə: Səlim bəy şövbədə görüşərik. Mələyin qolundan tutduğunda Uğur dözmədi, – polisə: canini tutmuş kimi aparmayın qızı. Çək əlini, polis məhəl qoymadan apardı mağazadan Mələyin qolundan tutub. Uğur – Səlimə: yaraşdımı bu etdiyin sənə? Səlim hec ruhunu incitmədən getdi ardlarınca. Dəniz qalmışdı ortalıqda pərişan. Uğur —Dənizə: sən qal burda mən gedirəm şövbəyə, qızın başına oyunu açdıq durduq yerdə. Mələyi indi tək qoymaq düzgün deyil qardaşının ümidinə. Dəniz keçib əyləşdi ağladı, Uğur tələsik açarlarını götürüb çıxdı mağazadan. Son Mələyin dediyi söz Dənizə çox toxunmuşdu.
Mələyi şövbəyə gətirmişdilər. Səlimin atası adlı – sanlı birsi olduğundan, Səlimin işinə tez baxmğa qərara gəlmişdilər. Mələk əyləşmişdi, rəyis – Mələyə: Səlim bəyi başından vurduğunuza görə şikayətcidir sizdən. Mələk susdu, Səlim bəy bağışlamasa cəzanızı çəkəçəksiniz. Siz anlaya bilirsinizmi dediyimi? Mələk yavaş səslə – polisə: bəli bilirəm. Səlimdə əyləşmişdi rəyisin otağında, qulaq asırdı deyilənlərə. Burda yaxınınız və ya ailəniz yaşayırmı? Mələk yox deyə işarə etdi. Rəyis —Mələyə: haqqınızda sud olacaq, işinizə baxılmayınca buranı tərk edə bilməssiniz. Dediklərim sizə aydındırmı? Mələk yavaş səslə – rəyisə: aydındır. Rəyis – Səlimə: Səlim bəy mən bacarıb işinizi tez həll etməyə çalışacam. Səlim razılığını bildirdi. Rəyis – Mələyə: telefon nömrəniz 24 saat açıq olacaq, duydunmu məni? zəng etdiyimizdə bura gələcəksən. Qacmağa və ya gəlməkdən boyun qaçırmağa çalışsan, işinin üstünə daha əlavə cəza gələçək. Mələk ayağa qalxıb – rəyisə: biz sözümüzdə duran insanlarıq yoldaş rəyis. Verəcəyiniz cəzanıda çəkməyə hazıram, sizdə bunu bilin. Rəyis tərs – tərs baxdı, – Mələyə: gedə bilərsən çağrılana qədər. Mələk otaqdan Səlimə baxmadan çıxdı. Düşünürdü karidorla gedərkən, necə etsin ki anası gil bilməsin olanları. Yazıq ömründə birinci idi ki, Səlim səbəb olub belə yerə gəlmişdi. Öz – özünə: kaşki boş başına öləcəyin kimi vursaydım, alçaq şərəfsiz zibil. Şövbədən çıxdığında dayandı, dərindən – dərindən nəfəs aldı. Sanki nəfəsi kəsiləcəkdi əsəbdən, üzüntüsündən, hec hara gedəcəyini belə bilmirdi. Uğur gəldi qarşısına həyəcanla, – Mələyə: nə dedilər? beyni dumanlanmışdı yazığın. Bir anda Uğura baxdı, yaşadıqlarının şokundan ayıldı. Dedilər burda qalmalıyam, cəzamı kəsdiklərində zəng edib bildirəcəklər. Uğura xəcalət oldu Mələyin bur duruma düşməsinə, ax Dəniz axx, nə etdin sən. Mələk birdən xatırladı çantası mağazada qlmışdı, —Uğura: çantamı götürməliyəm. Əğər yonun mağazayadırsa, məni çatdır zəhmət deyilsə sənə. Uğur- Mələyə: əlbətddə dost, dostum deyəcəkdi sözü ağzında yarımcıq qaldı deyə bilmədi. Mələkdə anladı, artıq bir söz demədən Uğurla maşınına tərəf gedib, əyləşdilər. Uğur maşını işə salıb qaza basdığında, şövbədən Səlim çıxdı. Maşınla gedərkən, ikisidə bir —birinə nifrət dolu baxışlarla baxdılar. Uğur sürəəti artırdı, getdilər. Səlimdə gedib Dənizin maşınına əyləşib getdi ordan.
Uğur yol gedərkən, – Mələyə: sonra səni Gülsüməmi catdırım? Mələk əsəbləşdi. Mənim nə işim var o satqının yanında? açdırma ağzımı indi səndə alacaqsan payını. Uğur maşını idarə edə – edə, – Mələyə: dedin buranı tərk etmə dedilər. Bəs harda qalacaqsan? Mələk əsəbləşdi, -Uğura: cəhənnəmdə qalacam Uğur duydunmu? sayənizdə gecəni küçədə gecələdim. Qalan gecələrimidə küçədə gecələyərəm, nə narahat olursan? Allam sən axlımı qoru. Uğur dərindən nəfəs alıb, – Mələyə: mən ölmüşəmmi? sən dışarda gecələyərsən it – qurdun yanında. Mələk – Uğura: ətrafında it – qurdun olduğunu bildiyində ehtiyat edirsən, qorunarsan. Ancaq ətrafındakı dost – bacı dediklərinin satqın olduqlarını hiss etmədən etibar etdiyində, əsəblə baxdı. İnan it – qurdlar səni tikə – tikə doğrasalarda canını bu qədər acıtmaz. Uğura deyilən söz daş kiimi dəydi, – Mələyə: Gülsümə getməyəcəyini anladım. Sən mənə nə desəndə səni tək qoya bilmərəm. Mələk anladınmı məni? ya mənimlə gələcəksən, yada olanları ailənə bildirəcəm. Olar bura gələcəklər vəs sən tək qalmayacaqsan, secim sənindir. Mələk əsəblə baxıb – Uğura: siz bu ikki xala uşaqları nə, pis söz deyəcəkdi özünü zor tutdu, demədi. Uğur anladı nə demək istədiyini, olanlarda özünüdə günahkar hesab edirdi. Mələyə haq verirdi, incimirdi sözlərindən.
Axşam olmuşdu. Uğur Mələyi razı sala bilmişdi qarşısına şərt qoyaraq, öz evində qalmağa. Uğurunda evi geniş və səliqəli idi, tək yaşayırdı kimsə qalmırdı özündən başqa. Mələk üzgün pəncərədən baxıb fikirə dalmışdı. Uğur gəldi – Mələyə: axşam yeməyimizi yeyək gəl, Mələk duymadı. Uğur gəlib Mələyin baxdığı tərəfə baxıb, – Mələyə: düşünmə yaxşı olacaq hər şey. Mələk fikirdən ayılıb, —Uğura: o xalan oğlunu öldürsəm, bəlkə yaxşı olardı hər şey. Uğur dərindən nəfəs alıb, – Mələyə: gəl yeməyimizi yeyək yorğunsan səndə. Uğurun üzündən yorğunluq yağırd. Mələk artıq istəmədi Uğurda özünə görə üzülsün. Mələk – Uğura: şərtimizi unutmadın elə deyilmi? Uğur dərindən nəfəs alıb – Mələyə: tamam söz verdim. Xayiş edirəm inan deməyəcəm burda olduğunu kimsəyə. Mən bir səhv etdim Dənizlə razılaşdım, bu hala düşdün. Məndə düşünmüşdüm yaxşılıq edəcəyik sənə. Biz edən yaxşılığın içinə, sözünün ardını demədi. Mələk – Uğura: tamam dostum səni bağışladım, Dənizlə – Gülsümdən fərqli olaraq. Elə baxdı ki Uğur duyduğunda, – Mələyə: of dostum inan dünyanı hədiyyə etdin mənə, coxsağol. İnan vallah çox pis olurdum, sənə dost deyə bilmədiyimçün. Mələyin qolundan tutub özünə sıxıb, otaqdan apardı yemək yeməyə. Qapıdan çıxarkən – Mələyə: bax dostunun bişirdiyini bəyənəcəksənmi. Mələk zarafatla – Uğura: inşallah uğurlu hazırlamışsan yeməyi. Uğur zarafatına gülümsəyib, qapını örtüb cıxdılar otaqdan. Uğur – Mələyə: bunu səninçün hazırladım dostum gəl hələ, getdilər.
Səlimdə Dənizlə evlərində oturmuşdular, masa arxasında axşam yeməklərini yeyirdilər. Atası 55 – 60 yaş arasında yaraşıqlı kişi idi. Atası – Səlimə: deyirsən dostunun maşınında qəza etdiniz. Səlim – Atasına: narahat olma görürsən yaxşıyam. Atası şüphəli baxışla baxdı ikisinədə. Xadimə gəldi əlavə yemək qoydu qabda masaya, – Səlimə: Səlim bəy siz bunu yeyin. Səlimin sevmədiyi yemək idi. Xadiməyə nə isə demək istəyirdi, atasının özünə baxdığını görüb – xadiməyə: tamam yeyərəm. Xadimə getdi, Dənizdə özünü toparlamağa çalışırdı ki, atası şüphələnməsin. Ancaq atasının elə bil ürəyinə dammışdı nə isə gizlətdikləri. Atası – Dənizə: qızım bilirəm qardaşın səni az bulaşdırmadı yalanlarına. Mənim bilmədiyim bir şey varmı? Dəniz gülümsədi, —atasına: yox atacan heçnə olmadı. Atası oğluna baxdı, artıq söz demədi, – ikisinədə: yeməyinizi yeyin, nuş olsun. İkisidə can dərdi yedilər atası şüphələnməsin deyə.
Uğur yeməyi dadsız hazırlamışdı. Zarafatla – Mələyə: bəzən dediyin kimi adım hər yerdə işə keçmir dostum. Uğur elə ürəkdən güldü ki, Mələk gəldiyindən birinci idi Uğuru belə ürəkdən gülən görürdü. Mələk başını narazılıqla sirkələyib gülümsədi, bir anlıq öz dərdini unutdu. Mələk – Uğura: yaxşıdır dostum əllərinə sağlıq, birdən dışada yağış yağmağa başladı. Mələk yağan yağışın səsini duyduğunda, nədənsə kövrəldi. Uğuru üzməməkçün qalxıb getdi, ağladığını görüb üzülməsin deyə. Uğur ardınca baxıb çəngəli boş qaba qoyudü üzgün – kefsiz. Bir anlıq gözlərini yumub nə isə düşündü. Ax Səlim, nə olardı dilini dişinə sıxsan bir dəfədə olsa. Mələyin kövrəlməsinə çox üzüldü.
Axşam yeməyindən sonra Səlim Dənizi otağına çağırıb sorğu – suala tutmuşdu. Dəniz sən bilirsən hardadır o pislik. Dəniz gizləmə məndən, onun harda olduğunu de. Dəniz – qardaşına: Səlim bax dedim bilmirəm, az sual ver atam duyacaq. Səlim birdən bağırdı – bacısına: duyanda duysun. İndicə zəng et Gülsümdən soruş hansı cəhənnəmdə saxlanmış. Dəniz qardaşınının yanında Gülsümü aradı. Telefonuda yüksək səsə açdı ki, qardaşı duysun danışdıqlarını. Az vaxtda Gülsüm ağlayaraq cavab verdi Dənizə. Dəniz Mələk hardadır bilirsənmi? qardaşından soruş hardadır de mənə yalvarıram. Burda onun məndən başqa kimsəsi yoxdur bilirsən. Dəniz qardaşına baxaraq – Gülsümə: bilmirəm məndə inan xəbərim yoxdu hardadır. Gülsüm ağlayaraq, – Dənizə: bəlkə qardaşın heyif çıxmaqcün qızı saxlamış, soruş nə olar. Səlim əsəbləşdi, əlindən telefonu götürüb – Gülsümə: demək ki bacın məndən qacıb gizlənə bilmiş hə? eybi yox tapacam mən onu. O zaman gününü görəcək pislik. Telefonu söndürüb atdı masaya əsəblə, düşündü hara gedər deyə. Dəniz qardaşına baxdı üzgün baxışlarla, əl çək qızı rahat burax. Səlim bunun axırı yaxşı bitməyəcək deyim bil. Hələ atam duysa heçdə yaxşı olmayacaq. Səlimin qulaqları duymurdu. Harada saxlandın sən? öz – özünə söyləndi. Dəniz əsəblə çıxdı getdi otaqdan. Səlim telefonunu götürüb kiməsə zəng etdi, alo nə oldu tapdınmı? bir iş becərmirsən. Əsəblə telefonu söndürüb baxdı.