Kitabı oku: «Qiyamət günü açarı», sayfa 2
Yalnız Ceyson bilirdi ki, ona hara lazımdı. Krista bu vaxtadək elmi tədqiqat mərkəzində idi. Üç ay əvvəl Ceyson onunla Ştatlarda, təlimat zamanı tanış olmuşdu. Ağcaqanadlara qarşı tora bürünmüş çarpayısını yalnız keçən ay onunla bölüşməyə başlamışdı. Lakin dünən axşam Krista mərkəzdə qalmışdı. Onlar bütün gecə ilk qarğıdalı məh-sulunun DNT analizini bitirmək üçlün işləməyə hazırla-şırdılar.
Kristanı tapmaq vacibdir.
24
İnsan axını ilə qarşı-qarşıya gələrək Ceyson düşərgənin şimal qurtaracağına tələsdi. Elə onun qorxduğu kimi, atışma və yanğın orada daha güclü idi.
Ehtimal ki, üsyançılar toplanmış məhsulu ələ keçirməyə
qərar vermişdilər. Onlara mane olan olmasa, hamı sağ qalacaq. Qoy qarətçilər qarğıdalını aparsınlar. Onlar qəniməti ələ
keçirən kimi gecənin qaranlığında gəldikləri kimi tələsik yox olacaqlar. Bütün qarğıdalı məhsulu onsuz da məhv olmalı idi.
Hər tərəfli analizlər aparılanadək onu qidada istifadə etmək olmaz.
Tini dönərkən Ceyson ilk qarşısına çıxan, öldürülmüş on beş yaşlı yeniyetməyə ilişərək yıxıldı. O burada, ev sayılan kasıb komaların yolunda sərələnmişdi. Oğlan güllədən həlak olmuşdu, sonra isə onu tapdamışdılar. Ceyson kənara süründü, sonra isə ayağa qalxaraq qaçdı.
Daha yüz təhlükəli yarddan sonra o, düşərgənin şimal kənarına çatdı. Burada cəsədlər bir-birinin üzərinə qalaqlanaraq hər tərəfə səpələnmişdi, − kişi, qadın və uşaq. Burada əsl qırğın baş vermişdi. Bəzi cəsədlər pulemyot güllələri ilə sözün əsl mənasında ikiyə bölünmüşdülər. Ölüm meydanının arxasında elmi tədqiqat mərkəzinin metaldan quraşdırılmış anbarları Qərbi Afrika savannasında ilişib qalmış qara gəmilər kimi dururdu. Orada işıq yox idi – yalnız alov dilləri.
“Krista…”
Ceyson yerindəcə dondu. O, irəli getmək istəyir və öz qor-xaqlığını lənətləyirdi. Ancaq ayaqları onun sözünə baxmırdı.
Gözləri ümidsizlik yaşıyla doldu.
Birdən arxadan səlis uğultu eşidildi. Dönərkən Ceyson mühasirəyə alınmış düşərgənin üzərindən, lap alçaqdan uçan bir cüt vertolyot gördü. Şübhəsiz bu vertolyotlar yaxınlıqda yerləşən hökumət ordusunun bazasından idi. “VİATUS”
25
korporasiyası eksperimental fermanın təhlükəsizliyini daha çox qorumaq üçün kisələrlə Amerika dollarını havaya sovururdu.
Ceysonun sinəsindən titrək ah çıxdı. Vertolyotlar üsyançıları asanlıqla qovacaqlar. Yenidən inamla dolub daşan Ceyson aşağı əyilib sahəni qaçaraq keçdi. O, ən yaxınlıqdakı anbara tərəf gedirdi, ora yüz yarddan az məsafə qalmışdı.
Orada onu qatı kölgə gizlədəcəkdi, Kristanın laboratoriyası isə
növbəti anbarda idi. Ceyson Allaha yalvarırdı ki, qız orada gizlənmiş olsun.
Ceyson anbarın arxa divarına çatanda geridə güclü işıq yandı. Baş vertolyotdan çıxan projektorun gözqamaşdırıcı işığı qaçqın düşərgəsi üzərindən keçdi. Ceyson xırıltılı ah çəkdi…
Bu üsyançıları qorxudacaq, onları getməyə məcbur edəcək. Sonra düşərgənin üzərinə qurğuşun yağışı tökərək vertolyotun hər iki tərəfindən pulemyotlar şaqqıldadı. Bu düşərgəyə soxulan üsyançı dəstələrinə cərrahi zərbə deyil, tammiqyaslı qırğın idi.
İkinci vertolyot düşərgənin kənar hissəsində dövrə vuraraq o biri tərəfdən daxil oldu. Arxa lyukdan çəlləklər töküldü, onlar yerə dəyən kimi partladı və havaya alov dilləri qalxdı. Qışqırıqlar daha da yüksəldi. Ceyson gördü ki, bir kişi kürəyində alov tamamilə lüt halda səhraya qaçır. Yandırıcı bomba axını Ceysonun olduğu yerə yaxınlaşırdı. O, çevrilərək anbarın ətrafına atıldı.
İrəlidə tarlalar və elevatorlar vardı, amma orda qurtuluş
olmayacaq. Səlis qarğıdalı cərgələri tərəfdən qara fiqurlar yaxınlaşırdı. Ceyson, Kristanın laboratoriyasına çatmaq üçün, açıq sahədən keçməyi qərara aldı. Anbarın pəncərələri qaranlıq idi, yeganə qapı isə tarlaya çıxırdı.
26
Ceyson toxtamaq üçün yubanırdı. Axırıncı bir sıçrayış –
və o, anbarın içində olacaq. Amma o, addım atmağa macal tapmamış, yeni alov axını tarlanın kənar hissəsini işıqlandırdı.
İnsan zənciri qarğıdalı sıraları boyunca gələrək, hələ yığıl-mamış məhsulu odsaçan silahla yandırırdı.
“Lənət şeytana, burda nə baş verir?
Uzaqda, sağ tərəfdə elevatorun tənha qülləsi alov qa-sırğasıyla partlayıb göyə sovruldu. Şokdan sonra özünə gələn Ceyson anbarın açıq qapısına tərəf atılıb içəri soxuldu.
Yanğın işığında otaq əl dəyilməmiş, hətta səliqəli görünürdü. Anbarın arxa yarımhissəsində mümkün olan hər cür elmi avadanlıq düzülmüşdü. Bunlardan − mikroskoplar, sentrifuqalar, inkubatorlar, termostatlar, gel-elektrofarez qur-ğularından genetik və bioloji tədqiqatlar üçün istifadə
olunurdu. Sağda üzərində daşınabilən kompüterlər, peyk rabitəsi avadanlıqları, fasiləsiz təminatlı akkumulyator olan masalar durmuşdu. Akkumulyatorlarla işləyən kompyu-terlərdən birinin ekranı başlıq şəkillə işıqlanırdı. O, Kristanın masasının üzərində idi, amma qızın özü görünmürdü.
Masaya yaxınlaşan Ceyson baş barmağı ilə klaviaturaya toxundu. Başlıq şəkil itdi və əvəzinə açıq elektron poçt pəncərəsi gəldi. Bu da Kristanın poçtu idi…
Ceyson həyəcanla ətrafa nəzər saldı.
Belə görünürdü ki, Krista qaçmışdı, amma hara?
Ceyson cəld özünün elektron poçtuna daxil oldu və
atasının Kapitoliya təpəsindəki xidməti ünvanını yığdı. O, nəfəsini dərməyə çalışıb, hücumu təsvir edən tələsik bir neçə
qısa cümlə yazdı. Əgər o, xilas ola bilməsə, qoy baş verənlər barədə məlum olsun. Ceyson artıq “göndərmək” düyməsini basmağa hazırlaşırdı ki, ağlına bir fikir gəldi. İş masasına 27
Kristanın hansısa faylları qoyulmuşdu. Ceyson onları öz məlumatına qatdı və yalnız bundan sonra göndərdi.
Elektron məlumat ünvana dərhal getmədi. Qatılmış
fayllar çox böyük idi; onların çatdırılması bir dəqiqədən az vaxt aparmayacaqdı. Lakin Ceyson daha gözləyə bilməzdi.
Ümid etmək qalırdı ki, məlumatı tam göndərmək üçün ak-kumulyatorun enerjisi çatacaq.
Burda yubanmaqdan qorxan Ceyson qapıya tərəf döndü.
O, Kristanın hara yox olduğunu onsuz da bilməyəcəkdi. Ümid etmək istəyirdi ki, qız səhrada gizlənməyə macal tapıb. O da indi ora tələsəcək. Orada yarğanların və qurumuş çay məc-ralarının böyük labirinti var. Lazım gəlsə orada bir neçə gün gizlənmək də olar.
Ceyson qapıya tərəf atıldı və bu zaman qapı yerini qara siluet tutdu. Ceyson ah çəkib, geriyə çəkildi. Fiqur anbara addımladı və təəccüblə pıçıldadı:
− Ceys, bu sənsən?
Ceyson yüngüllük hiss etdi.
− Krista…
Ceyson qucağını açaraq, ona tərəf atıldı. Onlar birlikdə
xilas olacaqlar.
− Ah, Ceyson, şükürlər olsun!
Onun sevinci Kristanın hiss etdiyi sevincə bərabər idi, ta ki, Krista tapancanı qaldırıb onun sinəsinə üç güllə atdı.
Güllələr ağır yumruq kimi Ceysonu vurub yerə sərdi. Sonra isə onu, gecəni daha qaranlıq edən, yandırıcı ağrı bürüdü.
Hardasa uzaqlarda atışmalar, partlayışlar, qışqırıqlar eşidilirdi.
Krista onun üzərinə əyildi:
− Sənin çadırın boş idi. Biz fikirləşdik ki, sən qaçmağa macal tapmısan.
28
Ceyson öskürdü, ağzı qanla dolduğuna görə, cavab verə
bilmədi.
Çox güman ki, onun susmasından razı qalan Krista çevrilib geriyə − ölüm və alovun kabusuna qayıtdı. O, alovlanan tarlaların fonunda qara siluet kimi görünərək, qapıda bir an dayandı, sonra isə gecədə yox oldu.
Ceyson əbəs yerə nəyisə başa düşməyə çalışırdı.
“Niyə?”
Zülmət onu sürükləyirdi. Ceyson başa düşdü ki, bu sualın cavabını tapa bilməyəcək. Amma, hər halda, ölümündən əvvəl nəsə eşidə bildi. Qonşu masadakı kompyuter ciyildədi. Məlumat göndərilmişdi.
2
10 oktyabr,
Saat 07: 04
Şahzadə Uilyamın meşə parkı
Virciniya ştatı
O, sürətini artırmalı idi.
Kommander Qreyson Pirs motosiklin sükanına doğru əyilərək, sərt viraj etdi. Altıfutluq bədənını döngənin mərkəzinə tərəf əyərək o, sözün əsl mənasında, motosikli ho-rizontal yerləşdirərək, az qala dizini yerə sürtüb dağıdacaqdı.
Mühərrik axıradək açılmış drossel qapağa cavab olaraq guruldadı. Motosikl irəli yönələrək dik durdu. Hədəf əlli yard uzaqlıqda axarlı “Honda”da sürətlə gedirdi. Qrey isə onu 29
köhnə “Yamaha”da izləyirdi. Hər iki motosikl dördsilindrli mühərriklə təchiz edilmişdi, amma Qreyin maşını daha ağır və böyük idi. “Honda”ya çatmaq üçün, o, bütün məharətini göstərməli idi.
Bəlkə bir az da bəxti gətirməli idi.
Hər iki motosikl meşə massivini bölən qısa düz yola çıxdılar. Yolun hər iki tərəfində enliyarpaqlı ağacların sıx cəngəlliyi uzanırdı. Hündür fıstıq və göyrüş ağaclarının ahəngi həyəcanlı mənzərə yaradırdı, ələlxüsus indi, yarpaqlar rən-gini dəyişdiyi vaxt. Təəssüf ki, axşamüstü güclü tufan olmuşdu və külək yarpaqları qopararaq, asfaltı sürüşkən yaş
ləkələrlə örtmüşdü.
Qrey yenidən tam qaz verdi. Bu sürətlənmə, əsl mənada, onu kürəyindən itələdi. Motosikl azca oyan-buyana dartınaraq raket sürətilə irəli şütüdü. Qırıq-qırıq yol nişanları bütöv xəttə
çevrildi.
Lakin o biri motosiklçi də düz yolun açdığı üstünlükdən istifadə etdi. Hələ ki, 619 nömrəli şossenin böyük hissəsi başgicəlləndirici “amerikasayağı dağlıqlar”ın gözlənilməz döngələrini, sərt yoxuşlarını və ölümcül enişlərini təmsil edirdi. Bir saat davam edən ötüşmə çox sərt keçirdi, lakin Qrey ikinci yarışçıdan geri qalmağı heç ağlına gətirmirdi.
Növbəti döngəyə keçəndə hədəf sürətini azaltdı və motosikllər arasındakı məsafə qısaldı. Qrey isə tormozlamadı.
Bəlkə bu, ehtiyatsızlıq idi, ancaq o, öz “Yamaha”sının imkanını bilirdi. Motosikl Qreydə olandan bəri, o, həmişə
“METİPPİ” mühəndislərinə müraciət edirdi, onlar da konstruksiyaya yeni təkmilləşmələr əlavə edirdilər.
Onlar Qreyə borclu idilər.
Qreyin xidmət etdiyi “Siqma” dəstəsi METİPPİ-nin güc bölməsini təmsil edirdi. Bu bölmə keçmiş xüsusi təyinat 30
qoşunu döyüşçülərindən ibarət idi. Onlar operativ işlər təc-rübəsilə yanaşı həmçinin elmin bu və ya digər sahəsində də
ciddi biliklərə malik idilər. Motosiklin təkmilləşmələrindən biri dəbilqəyə yerləşdirilmiş displey idi. Dəbilqə üzlüyünün solunda cihazların göstəriciləri işıqlanırdı: sürət, dövrlərin tezliyi, yağın dərəcəsi. Sağ hissəsində naviqasiya xəritəsi, həmçinin hazırkı yol şəraitinə uyğun optimal ötürücü və sürət haqda təkliflər göstərilirdi.
Qrey gözucu gördü ki, taksometr qırmızı zonaya keçdi.
Sağda naviqasiya matrisası həyəcanla yanıb-sönməyə başladı.
O, döngəyə çox sürətlə girirdi.
Bu xəbərdarlığa fikir verməyərək Qrey sürət dəstəyini döndərməyə davam edirdi.
İki motosikl arasındakı məsafə daha da qısaldı.
İndi, hər ikisinin döngəyə girdiyi zaman onları bir-birindən 30 yarddan çox olmayan məsafə ayırırdı.
Birinci yarışçı uğultu ilə dönərək motosikli yana əydi. Bir müddətdən sonra bu manevri Qrey təkrar etdi. O, döngənin kənarına daha da yaxınlaşmaq hesabına bir neçə yard qazanmağa çalışdı və fasiləsiz mərkəzi nişan xəttini keçib qarşı yola çıxdı. Xoşbəxtlikdən belə erkən saatda qarşı yolda maşın yox idi.
Təəssüf ki, bunu vəhşi heyvanlar haqda demək olmazdı.
Düz döngə qurtaran yerdə, yolun kənarında dişi ayı, yanında da balası oturmuşdu.
Hər ikisi burnunu “Mc Donalds” paketinə soxmuşdu. Birinci motosikl yandan ötüb keçdi. Gurultu və tez ötüb keçən kölgə heyvanları qorxutdu: dişi ayı arxa pəncələri üstə qalxdı, bala isə instinktə uyğun düz yola qaçdı.
Qrey onu yanlayıb keçməyə imkan tapmadı. Seçimi olmadığından o, motosikli yerlə sürünməyə buraxaraq, cəld 31
tormoza basdı. Təkərlər qara tüstülənən iz qoyaraq asfaltla sürüşdü. Yolun digər kənarındakı yumşaq giltorpağa çatanda Qrey motosikli buraxdı və ayaqları ilə ondan geri itələndi.
İnersiya qanunu onu kürəyi üstə yerə tökülmüş yaş
yarpaqların üzərilə iyirmi futadək sürüklədi. Arxada isə motosikl bərkdən palıd ağacına dəydi.
Nəhayət yaş arxda dayanan Qrey geri çevrildi. O, meşəyə
qaçan ayının kürəyini gördü. Ayı balası da onun arxasınca qaçırdı. Görünür, bu günlük hamburger onlara bəs edərdi.
Yenə səs eşidildi: tam sürətlə yaxınlaşan motosikl uğultusu.
Qrey yerdə oturdu. Yolla bir qədər irəli gedən birinci yarışçı döndü və indi geri qayıdırdı.
“Ah, lap əladır…”
Qrey qaytanı açaraq dəbilqəni başından çıxardı.
İkinci yarışçı ona yaxınlaşdı və ön təkər üstə qalxaraq, birdən tormoz verdi. Yarışçı alçaqboylu, dolubədənli və əzələli idi, lap bulteryer kimi. Motosikli dayanan kimi o da dəbilqə
sini çıxararaq qırxılmış başını açdı. Yarışçı qaş-qabağını tökərək Qreyə baxdı.
− Sən salamatsan?
Bu yarışçı “Siqma”nın operativ işçisi və Qreyin ən yaxşı dostu Monk Kokkalis idi. Onun daş cizgili sifətində narahatçılıq və təlaş əks olunmuşdu.
− Hər şey qaydasındadır. Yolda ayıya rast gələcəyimi heç gözləmirdim.
− Bunu kim təsəvvür edə bilərdi? – Monk gülümsəyərək, uzunboğaz çəkməsilə ayaqaltını qatladı və motosikldən düşdü. – Amma sən heç ümid etmə ki, bu, sənə bizim mərcdən yayınmağa imkan verəcək. Təbii əngəllər barədə
şərtdə heç nə deyilməmişdi. Deməli, konfrans bitdikdən sonra 32
məni şama dəvət edəcəksən. Göl kənarında restoran, bifşteks və orda olan ən tünd porter.
− Yaxşı, amma mən əvəzini çıxmalıyam. Sən düzgün olmayan üstünlükdən istifadə etdin.
− Üstünlükdən? Mən? − Bir əlindən əlcəyi çıxaran Monk süni biləyini göstərdi. − Mənim əlim yoxdur. Eləcə də
yaddaşımın xeyli hissəsi. Mən artıq bir ildir ki, xidmətə
yararsız hesab olunuram. Bu da mənimçün üstünlük!
Bununla belə gülümsəməyinə ara verməyən Monk METİPPİ mühəndislərinin yaratdığı protez əli uzatdı. Qrey, soyuq plastmass barmaqların onu necə bərk sıxdığını hiss edərək, süni əli tutdu. Bu barmaqlar asanlıqla qoz sındıra bilərdi.
Monk dartıb dostunu ayağa qaldırdı.
Qrey kevlar motosikl kostyumundan yaş yarpaqları çırpmağa başladı və bu vaxt döş cibindəki mobil telefonu zəng çaldı. Aparatı çıxaran Qrey zəng edənin nömrəsinə baxdı və
qaş-qabağını tökdü.
− Mərkəzdəndir, − o, Monka dedi və telefonu qulağına apardı. − Kommander Pirs eşidir.
− Pirs? Axır ki, cavab verdin. Son bir saatda sənə dörd dəfə zəng vurmuşam. Maraqlanmaq olar, sən Virciniyanın ortasında, meşədə nə edirsən?
Bu, Peynter Krou – “Siqma”nın direktoru və Qreyin rəisi idi.
Münasib izahat fikirləşməyə çalışan Qrey motosiklə
baxdı. Şübhəsiz, onun yerini “Yamaha”da təchiz edilmiş QMS
naviqator bildirmişdi. Qrey əbəs yerə bir şey fikirləşməyə
çalışırdı: onun heç bir bəhanəsi yox idi. Onu Monkla birlikdə
Vaşinqtondan Kvantikoya FTB -nin tədris mərkəzinə
göndərmişdilər ki, bioterrorçuluq problemləri üzrə sim-33
poziumda iştirak etsinlər. Bu gün simpoziumun ikinci günü idi və Qreylə Monk qərara almışdılar ki, səhərki iclasdan yayınsınlar.
− Dayan, qoy özüm tapım, − deyə Peynter davam edirdi. –
Siz bir gəzməyi qərara aldınız.
− Ser…
Direktorun səsindəki sərtlik bir qədər yumşaldı.
− Hə, necədir, Monk rahatlaşdı?
Həmişəki kimi, Peynter hər şeyi başa düşdü. Direktorun hər bir vəziyyəti dərk edən qeyri-adi qabiliyyəti vardı. Hətta belə vəziyyəti də.
Qrey dostuna baxdı. Monk qollarını sinəsində çarpazlayıb durmuşdu. Onun sifətində təlaş vardı. Bu il Kokkalis üçün çox ağır keçmişdi. Düşmən öz elmi-tədqiqat mərkəzində onun beyninin bir hissəsini çıxarıb yaddaşını pozmuş, onunla amansızcasına rəftar etmişdi. Baxmayaraq ki, yaddaşı hissə-hissə
qayıtmışdı, boşluqlar qalırdı və bunun dostunu necə üzdüyünü Qrey bilirdi.
“Siqma”dakı vəzifələrinin hələ xeyli məhdud olmasına baxmayaraq, son iki ayda Monk tədricən onlara öyrəşirdi. Ona əsasən kağızlarla işləməyi tapşırırdılar və eləcə də burda –
Ştatlarda ikinci dərəcəli tapşırıqlara göndərirdilər. Monk yalnız məlumatlar və onların analizi ilə məşğul olurdu. O, bunu çox vaxt öz xanımı kapitan Ket Brayentlə birgə edirdi. Keçmişdə hərbi-dəniz kəşfiyyatında xidmət edən xanım indi “Siqma”nın mərkəzi idarəsinin işçisi idi.
Qrey bilirdi ki, Monk bütün varlığı ilə nəsə daha ciddi bir şey istəyir. Monk ondan oğurlanan həyata qayıtmaq arzusundaydı. Ətrafdakılar onunla kövrək farfor kimi davranırdılar. Bütün bu şəfqətli baxışlar, pıçıltıyla deyilən ruhlandırıcı sözlər onu özündən çıxarırdı.
34
Elə buna görə Qrey, Kvantikonun dəniz piyadaları hazırlayan mərkəzilə həmsərhəd olan parkın dərə-təpəli yerində yarış keçirməyi təklif etmişdi. Bu, əsəbləri sakitləşdirməyə, küləklə üz-üzə gəlməyə, riskdən həzz almağa imkan verməli idi.
Telefonu əliylə örtərək, Qrey pıçıltıyla Monka dedi:
− Peynter qəzəblənib.
Dostu razı halda gülümsədi.
Qrey yenə telefonu qulağına apardı.
– Mən hər şeyi eşitdim, − rəis dedi. – Əgər siz artıq do-yunca əyləndinizsə, onda elə bu gün mənzil-qərargaha qa-yıdın. Hər ikiniz.
– Baş üstə, ser. Amma bilmək olar nə olub?
Pauza uzun sürdü. Sanki direktor nə deyəcəyini fikirləşirdi. Nəhayət Peynter sözləri diqqətlə seçərək danışdı.
– Bu sənin motosiklinin əvvəlki sahibi ilə bağlıdır.
Qrey dönüb sınmış “Yamaha”ya baxdı. Əvvəlki sahibi ilə?
Onun yadına iki il əvvəlki o gecə düşdü, qulaqlarında motosiklin uğultusu səsləndi. Şəhərkənarındakı boş küçə ilə sürətlə motosikl gedirdi, sükanın arxasında ölümcül təhlükəli qatil-qadın əyləşmişdi.
Qrey udqunaraq danışmağa başladı.
– Onun nə dəxli var?
– Gələndə sənə hər şeyi danışaram.
35
Saat 13:00
Vaşinqton.
Bir neçə saatdan sonra Qrey duş qəbul edib cins və imdan köynəyi geyinərək “Siqma”nın mərkəzi idarəsinin peyk nəzarəti zalında əyləşmişdi. Onunla birgə Peynter və Monk da burada idi. Ekranda rəqəmlənmiş xəritə işıqlanırdı, Tay-landdan İtaliyayadək qırmızı qırıq xətt keçirdi.
Qatilin yolu Venesiyada kəsilirdi.
“Siqma” bir ildən artıqdır ki, bu qadını təqib edirdi. Onun yerini peykdən alınan Venesiyanın planını işıqlandıran kompyuter monitorundakı balaca qırmızı üçbucaq göstərirdi.
Binalar, dolambac küçələr və dolaşıq kanallar, hətta müəyyən bir zamanda yaxalanmış, yerindəcə donub qalan bapbalaca qondolalar da xırda təfərrüatı ilə ağ-qara rəngdə təsvir edilmişdi. Həmin zaman qatilin təxmini coğrafi koordinatları ilə birgə monitorun küncündə işıqlanırdı.
9 OKTYABR.
10:52:45 Qrinviçlə.
41º 52' 56,97” Ş.E.
12º 29' 5,19” Ş.U
– O, çoxdan Venesiyadadır? – deyə Qrey soruşdu.
– Bir aydan çoxdur.
Peynter yorğun-yorğun əlini saçlarında gəzdirdi və
kədərlə başını yellədi. Görünürdü ki, o, yorulub. Bu il 36
“Siqma”nın direktoru üçün ağır keçmişdi. Onun üzünün rəngi həyatının daima otaqlarda, mümkün olan kabinetlərdə və
iclaslarda keçdiyindən solğun idi. Peko hindilərinin qanı yalnız almacıq sümüklərinin qranit cizgilərində və qətran kimi qara saçlarını ağ lələk kimi ayıran bir topa çal saçlarında bilinirdi.
Qrey planı öyrəndi.
– Onun harda qaldığı məlumdur?
Peynter başını yellədi.
– Hardasa Santa-Kroçe rayonunda. Bu, Venesiyanın ən qədim məhəllələrindən biridir, turistlər oranı çox sevmirlər.
Körpülərin, döngələrin və kanalların labirinti. Orada itmək çox asandır.
Monk ayrıca oturmuşdu və protezindəki elektrik sök-mələri qururdu.
Bəs niyə Seyhan gizlənmək üçün bütün dünyada məhz bu şəhəri seçib?
Qrey monitorun küncünə baxdı. Orada otuz yaşlarında qatil qadının fotosu çəkilmişdi. Onun üz cizgilərində vyet-namlı və avropalı, güman ki, fransalı qanının qarışığı əks olunurdu: bürünc dəri, azacıq çəp gözlər, dolu dodaqlar. Üç il ön-cə Qrey ilk dəfə Seyhanla rastlaşanda, qadın onun sinəsinə
atəş açaraq az qalmışdı öldürsün. Hətta indi də o, qadını həmin qara, boğazlı, əyninə kip oturan kostyumda təsəvvür edir və paltarın onun elastik bədəninə necə yaraşdığını yada salırdı.
Qrey axırıncı görüşlərini də xatırladı. Ciddi yaralanmış
Seyhan əsir alınmış və onu qarın boşluğundan əməliyyat etdikləri hərbi hospitalda saxlanılırdı. O zaman Qrey ona qaçmağa kömək etmişdi. Qadın onun həyatını xilas etdiyinə görə
37
Qrey borcunu qaytarmışdı – amma azadlıq Seyhana baha başa gəlmişdi.
Əməliyyat zamanı “Siqma”nın rəhbərliyinin göstərişilə
cavan qadının qarın boşluğuna gizlicə passiv polimer düyməcik yerləşdirildi. Onun bütün hərəkətlərini izləməyin əlavə
qarantı kimi bu, onun azadlığa buraxılmasının vacib şərti idi.
Seyhanı elə-belə buraxmaq üçün o, çox qiymət kəsb edirdi, çünki “Gildiya” adıyla tanınan gizli terror təşkilatı ilə sıx bağlıydı. Bu təşkilatın həqiqi başçıları haqda heç kim heç nə
bilmirdi – yalnız onun gizli fəaliyyətdə olduğu, köklərinin və
caynaqlarının bütün dünyada dərin yayıldığı məlum idi.
Seyhan ikili agent olduğunu iddia edirdi. Ona tapşırılıb ki, “Gildiya”ya daxil olub, ona əslində kimin başçılıq etdiyini öyrənsin.
Lakin bu bəyanatın yeganə sübutu onun sözləri idi. Qrey özünü elə göstərdi ki, guya ona qaçmağa kömək etdi, amma bədənindəki düyməcikdən heç nə demədi. Bu düyməcik Birləşmiş Ştatların kəşfiyyatına “Gildiya”nın fəaliyyəti barədə
daha çox bilməyə imkan verirdi. Lakin Qrey Seyhanın Venesiyada gizlənmək qərarının “Gildiya” ilə bir əlaqəsinin olmamasına şübhə edirdi. O, öz üzərində Peynter Krounun nəzərini hiss etdi, sanki direktor ondan cavab gözləyirdi.
Rəisin sifəti anlaşılmaz, ehtirassız qalırdı, amma buz kimi soyuq gözlərinin parıltısı deyirdi ki, bu sınaqdır.
– Seyhan cinayət yerinə qayıdıb, – Qrey yerini ra-hatlayaraq dedi.
– Nə? – deyə Monk heyrətlə soruşdu.
Qrey Venesiyanın planı yerləşən displeyə işarə etdi.
– Santa-Kroçedə həmçinin Venesiya universitetinin ən qədim binaları yerləşir. İki il əvvəl Seyhan bu universitetlə
əlaqəli olan muzey mühafizəçisini öldürmüşdü. Soyuq-38
qanlılıqla, amansızcasına öldürmüşdü. Özü bu barədə dedi ki, guya bunu mühafizəçinin ailəsini – arvadı və qızını qorumaq üçün edib.
Peynter onun zənnini təsdiq etdi:
– Ana və uşaq həqiqətən bu rayonda yaşayır. Biz ora öz adamlarımızı göndərdik ki, Seyhanın dəqiq yerini müəyyən etsinlər. Amma düyməcik passivdir. Maksimal rüsxət iki mil təşkil edir. Hər ehtimala qarşı biz haminin ailəsinə nəzarət tətbiq etmişik. Seyhan başa düşür ki, onu çoxları axtarır və bacardıqca özünə diqqət cəlb etməməyə çalışır. İstisna deyil ki, o öz xarici görünüşünü dəyişib.
Qrey xatırladı ki, Seyhan muzey mühafizəçisinin soyuqqanlı qətlinə bəraət qazandırmağa çalışanda onun üzü sanki ağrıdan dəyişmişdi. Bəlkə onu geriyə − Venesiyaya “Gildiya”
deyil, günah hissi gətirib. Bəs onun planları nədir? Bəs əgər o səhv edir? Bəlkə bütün bunlar məharətli kələkdir?
Qrey yenidən gözlərini ekrana zillədi.
Burda nəsə başqa bir iş vardı.
– Niyə siz bütün bunları mənə indi göstərirsiniz? – deyə
Qrey soruşdu.
“Siqma” bir ildən çoxdur ki, Seyhanı izləyir, bəs mərkəzə
bu cür qəfil çağırış nəylə izah olunur?
– MTA -dan mərkəzi idarənin yeni rəhbərinə sərəncam gəlib, o da bizimlə əlaqə saxladı. Belə ki, Seyhanın keçən il boyu azadlıqda olmasına baxmayaraq, “Gildiya”nın fəaliyyəti barədə əsaslı məlumat əldə edilməyib. Yuxarıda əyləşənlər səbrlərini itirib dərhal onun tutulmasını əmr etdilər. Seyhanı Bosniyadakı MKİ -nin gizli düşərgəsinə göndərəcəklər.
– Axı bu ağılsızlıqdır! Seyhan heç bir vəchlə da-nışmayacaq. “Gildiya” haqqında müəyyən bir şey öyrənməyin yeganə yolu nəzarəti davam etdirməkdir.
39
– Razıyam. Bədbəxtlikdən, bu fikri bölüşən ancaq bizik.
Əgər idarəyə əvvəlkitək Şon rəhbərlik etsəydi…
Peynterin bitirmədiyi cümlədə ağrı duyulurdu. Doktor Şon Maknayt “Siqma”nın yaradıcısı olub, sonralar METİPPİ-yə rəhbərlik edirdi. Keçən il “Siqma”nın qərargahına hücum zamanı öldürülmüşdü. METİPPİ-nin yeni rəhbəri general Qreqori Metkalf, yeni yerinə öyrəşməyə macal tapmamış, həmin hücumun siyasi nəticələrini araşdırmağa məcbur idi.
Onunla Peynter arasında daima toqquşmalar baş verirdi. Qrey şübhələnirdi ki, yalnız prezidentin şəxsi himayəsi Peynter Krounu “Siqma”nın direktoru vəzifəsindən çıxarılmaqdan qoruyurdu. Lakin burda da son hədd vardı.
– Metkalf digər kəşfiyyat idarələrilə pozuşmaq istəmir və
bu məsələdə tamamilə MTA ilə şərikdir.
– Deməli, Seyhanı tutacaqlar.
Peynter çiyinlərini çəkdi:
– Əgər bacarsalar. MKİ heç təsəvvür də etmir ki, kimə baş
qoşur.
– Mənim indi təcili heç bir işim yoxdur. Mən Venesiyaya yollana bilərdim. Köməyimi təklif edə bilərəm.
– Nədə kömək? Seyhanı tutmaqda, yoxsa onun giz-lənməsində?
Qrey bir-birinə zidd hislərdən baş çıxarmağa çalışaraq susurdu. Nəhayət, Peynterin düz gözlərinə baxaraq qətiyyətlə
dedi:
– Mən nə əmr etsələr, onu yerinə yetirərəm.
Direktor başını yellədi:
– Əgər Seyhan səni görsə və ya şübhələnsə ki, sən Ve-nesiyadasan, o saat başa düşəcək ki, onu təqib ediblər. Biz yeganə üstünlüyümüzü itirərik.
40
Peynterin haqlı olduğunu başa düşən Qrey qaşqabağını tökdü.
Telefon zəng çaldı və direktor dəstəyi qaldırdı. Qrey fikrini cəmləmək üçün bir az vaxt qazandığına sevindi.
– Nə olub, Brent? – deyə Peynter soruşdu. O, köməkçisinin cavabına qulaq asdı və alnındakı qırış dərinləşdi. –
Zəngi bura qoş.
Sonra Peynter dəstəyi Qreyə uzatdı.
– Leytenant Reyçel Veronadır, Romadan zəng vurur.
Təəccübünü gizlədə bilməyən Qrey dəstəyi aldı və qulağına apardı. O, hər iki kişiyə arxasını çevirdi.
– Reyçel?
Qrey o saat onun səsindəki göz yaşlarını hiss etdi. Cavan qadın hönkürmürdü, lakin onun adi halda qıvraq, tələsik nitqi indi hissələrə, ayrı-ayrı sözlərə ayrılırdı.
– Qrey… mənə sənin köməyin lazımdır.
– Hər nə istəsən. Nə baş verib?
Onların bir neçə aydır ki, ünsiyyətdə olmağa imkanları olmamışdı. Bir il ərzində Qrey və qarğa qanadı kimi qara saçlı bu qız birlikdə olmuşdular, hətta evlənməyi planlaşdırırdılar.
Lakin heç nə alınmadı və hər ikisinin razılığı ilə ayrıldılar.
İtalyan karabineri xidmətindən ayrılmaq barədə Reyçel eşitmək belə istəmirdi. Eləcə də Qreyin Ştatlarda çox dərin peşəkar və şəxsi kökləri vardı. Aralarındakı məsafə isə həddən ziyadə böyük oldu.
– Mənim əmim Viqor, – deyə Reyçel davam edirdi. Sözlər sürətli axınla süzüldülər, sanki Reyçel göz yaşlarına qərq olmazdan əvvəl hər şeyi çatdırmaq istəyirdi. – Dünən gecə…
Müqəddəs Pyotr kilsəsində partlayış olub. Əmim komadadır.
– İlahi, nə baş verib?
Reyçel tələsik davam edirdi.
41
– Bir keşiş də öldürülüb, əmimin keçmiş şagirdlərindən.
Partlayışda terrorçulardan şübhələnirlər. Amma mən… məni istəmirlər… mən bilmirəm, kimə müraciət edim.
– Hər şey qaydasındadır. Mən ən yaxın reyslə Romaya uça bilərəm.
Qrey çevrilib Peynterə baxdı. Rəis heç bir izahat tələb etmədən başı ilə razılıq verdi.
Monsinyor Viqor Verona əvvəllər artıq iki dəfə “Siqma”ya kömək etmişdi. Onun arxeologiya və qədim tarix haqda biliyi, həmçinin katolik kilsəsinin başındakılarla sıx əlaqəsi müvəffəqiyyət qazanmaqda həlledici rol oynamışdı.
“Siqma”nın monsinyor Verona qarşısında ödənilməz borcu vardı.
– Sağ ol, Qrey. – Reyçel bir az sakitləşdi. – Mən istintaq barədə məlumatı faylla göndərərəm. Amma bəzi təfərrüatlar hesabata daxil olmayıb. Gələndə sənə hər şeyi danışaram.
Ona qulaq asarkən, Qrey nəzərini kompyuter mo-nitorundan, Venesiyanın planında yanıb-sönən qırmızı üçbucaqdan çəkmirdi. Ekranın küncündən ona Seyhanın fotosu baxırdı, cavan qadının üz ifadəsi soyuq və acıqlı idi. Keçmişdə qatillə Reyçelin və onun əmisinin də yolları kəsişmişdi.
İndi Seyhan yenə də İtaliyadadır.
Qrey artan narahatlığı hiss etdi.
Burda nəsə başqa bir iş vardı. Qrey hiss etdi ki, orada –
İtaliyada tufanlı buludlar qatılaşır. Amma o təyin edə bilmirdi: külək hansı tərəfə əsir.
–Romada mümkün qədər tez olacam. – deyə Qrey Reyçeli inandırdı.
42
10 oktyabr
Saat 19:28
İtaliya, Roma
Romanın mərkəzi hissəsində qatılaşan alatoran vaxtı xəstəxanadan çıxan leytenant Reyçel Verona narahatçılığının bir qədər azaldığını hiss edib, sərin payız havasından sinədolusu uddu. Dezinfeksiya maddələrinin kəskin qoxusu çarpayılarda hərəkətsiz uzanan bədənlərin iyini güclə gizlədirdi. Xəs-təxanalarda həmişə çox pis qoxu olur.
Neçə il ərzində Reyçel ilk dəfə siqaret çəkmək istədi. Bəlkə bu onu əmisinin komada olduğu hər saatda artan na-rahatçılıqdan xilas edərdi. Onu damcısalana birləşdirmişdilər: cihazlara gedən simlər həyati funksiyaları izləyirdi, süni nəfəsalma cihazı sinəni qaldırıb-endirirdi. Viqor birdən-birə
on il qocalmışdı, üzü sıyrıntılar və qançırlarla örtülmüşdü, qırxılmış başı bintlə sarılmışdı. Həkimlər izah etdilər: dərialtı qan sızması və kəllə sümüklərinin kiçik əzikləri. Onlar diqqətlə
yaralının kəllədaxili təzyiqini izləyirdilər. Maqnit-rezonans tomoqrafiyası baş beyində zədə göstərmədi, lakin Viqor özünə
gəlmirdi, bu da həkimləri narahat edirdi. Polis və tibbi hesabatlara görə monsinyor Verona xəstəxanaya yarıhuşsuz vəziyyətdə daxil olmuşdu. Komaya düşməzdən əvvəl o, bir neçə
dəfə həyəcanla tək bir söz təkrar etmişdi: “Morte”, yəni
“ölüm”…
Lakin bu nə demək idi? Digər keşişin taleyi Viqora məlum olmuşdu? Yoxsa bu adi sayıqlama idi?
Onun özündən soruşmaq mümkün deyildi. O, ətraf mühitə reaksiya vermirdi.
43
Reyçeli narahatçılıq tərk etmirdi. Günün çox hissəsini o, əmisinin əlindən tutaraq onun yanında keçirdi. Ara-sıra əlini sıxırdı, dua edirdi ki, hər hansı bir yaxşılaşma baş versin.
Lakin Viqorun barmaqları taqətsiz qalırdı, sanki həyat əlamətləri onun bədənini tərk etmişdi, təkcə qişası qalmışdı.
Hər şeydən çox Reyçeli üzən o idi ki, əmisinə kömək etmək iqtidarında deyildi. Əslində Viqor onu tək böyütmüşdü və əmisindən savayı onun heç kimi yox idi. Buna görə Reyçel bütün günü onunla oturmuşdu, yalnız bir dəfə Birləşmiş Ştat-lara zəng vurmaqçün qalxmışdı.
Qrey sabah səhər burda olacaq.
Bu son iyirmi dörd saat ərzində yeganə şad xəbər oldu.
Baxmayaraq ki, Reyçel əmisinə sağalmaqda kömək edə bilmirdi, o bu hücumun arxasında əslində nəyin durduğunu nə
olursa-olsun öyrənməyi qətiləşdirmişdi.
Hal-hazırda Müqəddəs Pyotr kilsəsindəki partlayışın təhqiqatı bütün əlaqədar strukturların – italyan kəşfiyyat xidmətindən ta İnterpoladək idarələrarası hay-küyə çevrilmişdi.
Hamı bunun terror aktı olduğuna qərar vermişdi. Belə nəticə
ilk növbədə ona əsaslanırdı ki, həlak olan keşişin cəsədi ölümdən sonra eybəcər hala salınmışdı. Onun alnına qeyri-adi damğa vurulmuşdu.
Şübhəsiz bu işarə ilə nəsə demək istəyirdilər. Məhz nə və
onu kim vurmuşdu? Hələ ki, heç bir terrorçu qruplaşma partlayışı öhdəsinə götürməmişdi.
Reyçel başa düşürdü ki, həqiqəti müəyyən etməyin ən tez yolu saysız-hesabsız idarələrin yaratdığı xaos yox, cərrah dəqiqliyi ilə, daha incə fokuslaşdırılmış şəxsi təhqiqatın apa-rılmasıdır.
Buna görə də o, Qreyə zəng vurdu. Lakin şəxsi planda bu köməyə çağırış onun üçün asan olmadı. Reyçel başa düşürdü 44
ki, əgər o həqiqəti tapmaq istəyirsə, “Siqma”nın qlobal re-sursları olmadan keçinməyəcək. Həm də, o, bilirdi ki, təklikdə
onun buna gücü çatmayacaq. Ona tam inandığı adam lazım idi: Qrey.
“Bəs əgər bu zəng ona peşəkar maraq kimi gəlməsə?”
Bu fikri özündən qovan Reyçel xəstəxananın qarşısındakı dayanacağı keçdi. Öz balaca “Mini-Kuper”inə çatan cavan qadın sükanın arxasına əyləşdi və Romanın küçələrinə çıxdı. O, qatlanmış damı qaldırmırdı və qarşıda işlənmiş qaz tüstüsü buraxan turist avtobusu ortaya çıxanadək külək onun fikirlərini bir qədər aydınlaşdırdı.
Magistraldan dönən Reyçel dar küçələrlə sürdü; kü-çəboyu kiçik mağazalar, kafe və restoranlar yerləşirdi. O
sabahkı günədək fikirlərini toplamaqçün düz evə getmək istəyirdi, amma özü də hiss etmədən Tibr sahilinə gəlib çıxdı.