Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ölüm qədər sadə», sayfa 5

Yazı tipi:

Baxmayaraq ki, bütün monitorlar söndürülmüşdü, heç bir masada səliqə görünmürdü. Hər bir iş şöbəsi elə görünürdü ki elə bil sahibi tələsik tərk edib və indicə qayıdacaq. İşdə cəmi iki işçi qalıb. Hündür və arıq detektiv konstembl19 Nik Nikoll zəhmətkeş və sürətli futbol hücumçusunu və detektiv-serjant 35 yaşlı ifadəli simalı, uzun qarışıq saçlı Bella Moy.

Heç kəs onu sevincli səs-küylə qarşılamadı. O, bütünlüklə hansısa anketin doldurulmasına qapanmış Nik Nikolun yanından keçdi. Dodaqlarını sıxaraq o, sanki imtahanda olan oğlan kimi diyircəkli qələmlə çap hərflərini boş damalara yazırdı. Bella gözünü bilgisayardan çəkmirdi. Onun sol əli avtomatik olaraq qutudan drajeləri20 götürüb ağzına qoyurdu. Qamətli bədən quruluşuna baxmayaraq, o, Qlen Brensona məlum olan istənilən insani varlıqdan çox yeyirdi.

Masanın arxasına keçəndə həmişəki kimi, o yenə məktub işarəsinin yanıb-söndüyünü gördü. Həyat yoldaşı Eri, 8 yaşlı oğlu Semmi və 3 yaşlı qızı Remmi çəçivədəki şəkildən ona gülümsəyirdilər.

Brenson saata baxdı. Hər an vaxta nəzarət etmək lazımdır. Əgər məşğələnin başlanğıcını ötürsə Eri özündən çıxacaq. Bir də ki, bu onun üçün çətin deyil, o uşaqlarla məşğul olmağı çox sevirdi. Bu an telefon çağırdı.

Qəbul otağından zəng vururdular. Bir qadın onu bir saatdan artıqdır gözləyir və getmək istəmir. Bəlkə onunla danışsın, qalanlar hamısı məşğuldur.

– Sanki mən məşğul deyiləm! – Qlen öz qıcıqlanmasını gizlətməyərək deyindi.– O nə istəyir?

– Bu ikinci gün olmuş qəza ilə bağlıdır…itmiş bəy…

Brenson o dəqiqə sakitləşdi.

– Yaxşı gəlirəm.

Solğun olmasına baxmayaraq Eşli Harper həyatda, Mayklın mənzilindəki şəkildəki kimi gözəl idi. Onun əynində enli kəmərli dizayner cinsi var idi, çiynində isə bahalı çanta asılmışdı. Onu sorğu otağına ötürərək Qlen hərəsinə bir fincan qəhvə süzdü, qapını örtdü və qarşı tərəfdə əyləşdi. Oxşar başqa məkanlar kimi bu yer də kiçik və pəncərəsiz idi, tünd sarılı-yaşıl rəngdə boyanmış divarlar, döşəmə isə qəhvəyi gecçirklənən xalça ilə örtülmüşdü. Otağın mərkəzini metal masa və stullar tuturdu, havada aydın şəkildə siqaret tüstüsündən qalmış qoxu hiss olunurdu.

Eşli çantasını döşəməyə qoydu. Solğun sifətdən çavuşa tuş izi olan iki göz baxırdı. Şabalıdı saçının bir hissəsi çiyinlərinə və alnına düşmüşdü. Dırnaqları qüsursuz idi, sanki manikür salonundan çıxan kimi bura gəlib. Qızın qüsursuz görkəmi biraz Brensonu təəccübləndirdi. O, sadəcə inanılmaz görünürdü, axı belə vəziyyətlərdə insanlar adətən xarici görkəmləri barədə unudurlar. Eyni zamanda Brenson bilirdi ki, qadınları tanımaq asan deyil. Bir dəfə onun ailə həyatında ağır günlər yaşananda Eri ona “Kişilər Marsdan, qadınlar Veneradan gəlib” adlı kitab vermişdi. Kitab ona az-çox kişi və qadın psixologiyası fərqləri müəyyən etməkdə kömək etmişdi, lakin sona qədər yox.

– Sizi tapmaq asan deyil, – Eşli alnından uzun şabalıdı saç topasını çəkərək bəyan etdi. – Mən sizə dörd məktub göndərmişəm.

– Bəli bağışlayın. – O, əllərini açdı. Tabeliyimdə olan iki nəfər xəstəxana rejimində, daha iki nəfər isə məzuniyyətdədirlər. Təsəvvür edirəm, siz indi nə hiss edirsiniz.

– Doğrudan, siz təsəvvür edirsiniz mən indi nə hiss edirəm? Şənbə günü mən ərə getməliyəm, mənim nişanlım isə çərşənbə axşamından yoxa çıxıb. Biz keşişlə danışmışıq, mən gəlinlik paltarı geyinib baxmalıyam, 200 nəfərdən artıq qonaq çağırılıb, toy hədiyyələri göndərilib… Yox, siz dəqiq bunun necə bir hiss olduğunu təsəvvür etmirsiniz! – Qızın gözlərindən yaş axmağa başladı. O burnunu çəkdi, çantasını axtarıb, kağız salfet çıxartdı.

– Qulaq asın, mən çox təəssüf edirəm. Mən sizinlə danışdığımız günün səhərindən sizin… Mayklın yoxa çıxması işi ilə məşğul oluram.

– Və nə? – O, gözlərini quruladı.

Brenson əlindəki qəhvə stəkanını oynatdı, içmək üçün hələ çox istidir. Qoy soyusun.

– Təəssüf ki, mənim sizə verəcək məlumatım yoxdur.

Bu həqiqətə o qədər də uyğun gəlmədi, lakin Brenson Eşlinin ona nə demək istədiyini öyrənmək niyyətində idi.

– Dəqiq olaraq siz nə ilə məşğul idiniz?

– Sizə səhər telefonda dediyim kimi adətən kimsə itəndə…

– Anlayın, bizdə adi hadisə deyil. – Eşli onun sözünü kəsdi. – Maykl çərşənbə axşamı gecəsi yoxa çıxıb. Biz onunla gün ərzində bir yerdə olmayanda o, mənə 10 dəfə zəng vurur. Artıq iki gün keçib, başa düşürsüz iki bütöv gün…

Brenson dəqiqliklə onun üz cizgilərini izləyirdi ki, o, özünü ələ verəcəkmi, lakin elə bir şey baş vermədi. Onun qarşısında sevdiyinin hara itdiyini öyrənmək istəyən gənc qadın əyləşmişdi. Bəlkə… Çavuşun beynində ədəbsiz fikir canlandı, o əla aktrisadır.

– Xahiş edirəm, məni dinləyin. Ümumilikdə iki gün qəribə deyil. Ancaq mən sizinlə razıyam, bütün bu olanlar çox qəribə görünür.

– Ona nə isə olub, başa düşürsünüz? O hamı kimi yoxa çıxmayıb. Dostları ona nə isə ediblər, haradasa bağlayıblar, ya da harasa salıblar, bilmirəm… mən… – Qız başını aşağı saldı, elə bil gözyaşlarını gizlətməyə çalışırdı, çantasını axtararaq yeni salfet çıxardı və başını yelləyərək gözlərini sildi.

Qlen təsirlənmişdi. Onun təsəvvürü belə yox idi. Deməli, hələ ki, məntiqli söhbət olmayacaq.

– Biz Mayklı tapmaq üçün əlimizdən gələni edirik.

– Nə məsələn? Nə edirsiniz?

Onun kədəri harasa itdi, sanki onu duvaq kimi gəzdirirdi. Sonra yeni acı gözyaşları və hıçqırıq dolu hönkürtülər başladı.

– Biz qəza yerinə yaxın olan rayonu axtardıq, bizim adamlarımız hələ də oradadır, hərdən avtoqəzadan sonra zərər çəkənlər məkanda istiqaməti itirirlər və biz ətrafdakı hər yeri axtarırıq. İndi isə biz tammiqyaslı axtarış elan etmişik. Sizin nişanlınızın rəsmi bütün polis bölmələrinə göndərilib. Bütün hava və dəniz limanları…

– Siz düşünmürsünüz ki, o qaçıb? – Eşli yenidən onun sözünü kəsdi – İlahi, niyə?

Brenson qərara gəldi ki, Roy Qreysdən öyrəndiyi fəndi təkrar etsin. Bu üsulla insanın yalan danışıb danışmadığını bilmək olar.

– Siz bu gün naharda nə yemisiniz? – O, gözlənilmədən soruşdu.

Qız təəccüblə ona baxdı:

– Naharda nə yemişəm?

– Bəli, – Brenson diqqətlə onun bəbəklərini izləyirdi. Onlar sağa istiqamətlənirdi. Yaddaş rejimi!

İnsanın beyni sağ və sol yarımkürələrə ayrılır. Bir yarımkürə yaxınmüddətli yaddaş qabıdır, digərində isə yaradıcı proseslər gedir. İnsana sual verərkən onun bəbəkləri demək olar ki, həmişə cavab üçün hazırlanmış istiqamətə yönəlir. Bəzilərində yaddaşı sağ yarımkürə tutur, bəzilərində isə sol – yaradıcı yarım-kürə. İnsan doğru danışan zaman göz bəbəkləri yaddaş yarımkürəsində hərlənir, yalan danışanda isə yaradıcı istiqamətə yönəlir.

Brenson insanda hansı yarımkürənin harada yerləşdiyini tapmağı öyrənib. Əvvəlcə, o, sadə yoxlama sualları verirdi. İndi verdiyi sual kimi. Belə hallarda yalan danışmaq lazım deyil.

– Mən bugün ümumiyyətlə nahar etməmişəm.

Çavuş anladı ki, yeni gediş etməyin vaxtıdır.

– Xanım Harper, siz nişanlınızın işlərindən nə dərəcədə xəbərdarsınız?

– Bilirsiniz ki, mən yarım il onun katibəsi olmuşam. Çətin ki, mən bilmədiyim nə isə tapılsın.

– Deməli, onun Kayman adalarındakı şirkəti haqqında sizin məlumatınız var?

Qızın sifətində saxta heyrət canlandı. Bəbəkləri sola istiqamətləndi. Uydurma rejimi. Demək ki, yalan danışır.

– Kayman adalarında?– Qız soruşdu.

– O və onun şəriki, – yavaşlayaraq Brenson qeyd kitabçasını çıxartdı, bir neçə səhifə çevirdi – Mark Marren sizə onların orada hərraclıq şirkəti olduğunu bildiribmi? “H V Properties İnternational”

Eşli susaraq çavuşa baxırdı.

–“H V Properties İnternational”!?

– Tamamilə doğrudur.

– Xeyr, mən bu barədə ilk dəfədir eşidirəm.– Brenson cavab verdi.      – Yaxşı…

Onun səs ahəngi azca hiss olunacaq dərəcədə dəyişdi. Roy Qreysin sayəsində niyə belə olduğunu anladı.

– Siz mənə başqa nəsə də danışacaqsınız?

– Mən başqa heç nə bilmirəm.

– Mən ümid edirəm ki, siz mənə aydınlıq gətirəcəksiniz.

Eşlinin göz bəbəkləri yenə sola dartıldı.Yenə uydurur.

– Xeyr, – o başını tərpətdi. – Mən çox təəssüf edirəm, lakin…

– Ola bilər ki, iş “yeyilmiş yumurtaya dəymir”– Brenson heyrətləndi, – nəhayətində kim vergidən qaçmaq istəmir?.

– Maykl işgüzar insandır və yaxşı biznesmendir. Lakin o, heç vaxt qanundankənar heç nə etməyib.

– Mən isə xanım Harper bunu iddia etmirəm. Mən sadəcə olaraq demək istəyirəm ki, ola bilsin, sizin ərə getməyə hazırlaşdığınız insanı sonadək tanımırsınız. Ancaq bu..

– Siz nəyi nəzərdə tutursunuz?

Çavuş yenidən razılıq əlaməti olaraq qollarını qaldırdı. Yeddiyə beş dəqiqə işləyir. O, artıq getməlidir.

17

Devinin yaşadığı inanılmaz zibillənmiş treyler atasının Luisin kənarında olan evi ilə yan-yana idi. Devi köhnə titrəyən ekranlı televizorunda “Qanun və nizam intizam” adlı amerikan polis serialına baxırdı. Onun sevimli personajı – güclü detektiv Reynaldo Kertis dələduzun yaxasında yapışaraq onu zəhmli baxışla süzdü.

– “Mən yaxandan əl çəkməyəcəm anladın?– Reynoldo nərildədi. Əynində torbayaoxşar şalvar və günlüyü arxaya çevrilmiş beysbol papağı olan Devi sındırılmış divana yıxıldı və “tuinkler” adlanan şokolad batona girişdi, hansıları ki, o hər həftə poçtla ştatlardan sifariş edirdi.

– Hə, əclaf – o, öz kumirinə tərəf çıxdı. –Mən səndən əl çəkməyəcəm bildin?

Devinin ayağının altındakı yırtıq linoleniumun üstündə yemək qırıntıları səpələnmişdi: qızardılmış kartofdan bifşteks, bununla belə başqa zibillər də taya kimi idi. Atası ilə işləyən zaman o, gözünə görünən hər şeyi evə gətirirdi. Bu zirzibil demək olar ki, onun bütün evini tutmuşdu, masa və rəfləri də. Yanında bir neçə gecə əvvəl götürdüyü ratsiyanın da qalıqları var idi. Devi onu düzəltmək istəyirdi, lakin necə alınırdısa əli qalxmırdı. O, tənbəlliklə əlində uoki-tokinin korpusunu fırlatdı. Korpus boyunca dərin yarıq uzanıb gedirdi. Onun üstündən iki batareya düşüb. Devi onları düşdükləri yoldan götürüb. Həqiqətən, ratsiyanı düzəltmək istəyirdi, lakin necə olurdusa unudurdu. Yaddaşı həqiqətən, yerində deyildi. O, demək olar ki, hər şeyi unudurdu. Demək olar ki, hər şeyi. Ətrafda daim ona tamamilə mənasız gələn nə isə baş verirdi. Həyat tapmacanı xatırladırdı, harada ki, daim bir hissə çatışmır. Həm də ən vacib hissə. Hal-hazırda onun qarşısında ratsiya adlı tapmaca dururdu, hansı ki 4 hissədən ibarət idi: çatlamış korpus, iki batareya, bir də qapaq kimi bir şey.

Devi batonu yedi, kağızı yaladı və döşəməyə tulladı.

– Başa düşdün?– O, boşluğa təkrar etdi. Əyilərək qamburgerin altından plastik qutunu qaldırdı və barmağı ilə ketçup qalıqlarını təmizlədi.

– Hə, mən səndən əl çəkməyəcəm, anladın?

O, güldü. Televizorda reklam çarxı gedirdi. Xalçanın üzərində bir körpə iməkləyirdi, nə üçünsə başda yoğun kişi səsi danışırdı. Bir neçə saniyə Devi reklamı izlədi. Necə də cəfəngiyatdır? Körpə böyük səsi ilə danışa bilməz axı. Sonra onun diqqəti ratsiyaya yönəldi. Korpusdan teleantena görünürdü. Onu bütünlüklə dartıb çıxararaq Devi diqqətlə nəzərdən keçirdi, sonra yenidən yerinə yığdı.

– Çırık.– O, antenanı yenidən dartaraq, mızıldandı. – Çırık!

Onu silah kimi televizorun ekranına tuşladı. O anda ki, se-rial yenidən davam etməyə başladı.

Devi atasının dünən doğum gününə hədiyyə etdiyi saata baxdı. Belə saatlarla avtoyarışlara baxmaq əladır. Onun üzərində çoxlu düymələr, rəqəmlər və displey var. O, hələ də nəyin, nə üçün olduğunu bilmirdi. Çünki hələ göstərişdən baş çıxarmamışdı. Atası ona göstəriş vərəqəsini oxuyacağına, bütün çətin sözləri izah edəcəyinə söz vermişdi.

Bazar gününə qədər ona hər şeyin işləməsi lazımdır. Bazar günü Monako Qran-Prisini göstərəcəklər, buna da əvvəlcədən hazırlaşmaq lazımdır.

Qapı döyüldü və bir az aralandı. Qapının girəcəyində qulaqları endirilmiş küləkdən qorunmaq üçün köhnə ovçu gödəkcəsi və uzunboğaz çəkmələrdə atası durmuşdu.

– Devi, hazırlaşmaq lazımdır, beş dəqiqəyə.

– Oy! Axı indi “Qanun və nizam-intizam” gedir. Olmaz ki, 15 dəqiqədən sonra olsun?

Otağı tütün buludu doldurdu. Devi qırmızı alov gördü: atası ləngiyirdi.

–Əgər dovşan ovuna getmək istəyirsənsə, 5 dəqiqədən sonra çıxmaq lazımdır. Sən az qala ki, öz “Qanun və nizam-intizam” serialının bütün bölmələrini əzbər öyrənmisən.

Növbəti reklam fasiləsindən sonra serial davam edirdi… Devi barmaqlarını dodaqlarına tərəf apardı. Zarafatyana kədərlə başını tərpədərək Fil Uiler otaqdan çıxdı.

– Beş dəqiqə. – O, qapıdan çıxarkən təkrarladı.

– On, – amerikan ləhcəsi ilə Devi onun ardınca qışqırdı.–Kompromis! Anladın?

O, diqqətini ratsiyaya yönəltdi. Onu özünlə ova götürmək əla olar. Batareyaların yerinə baxaraq o, mənfi və müsbətin yerini müəyyənləşdirdi və onları yerinə qoydu. Sonra yandakı iki düyməni basdı və o anda səs-küy eşitdi. Devi ratsiyanı qulağına yaxınlaşdırdı və dinlədi. Sadəcə səs-küy və birdən gözlənilmədən kişi səsi elə bərkdən gəlirdi ki, elə bil onunla danışan eyni otaqdadı.

– Alo!

Qorxudan Devi ratsiyanı döşəməyə saldı.

– Alo! Alo!

O, sevincdən işıq salaraq qutuya baxdı, ancaq bu anda qapı döyüldü və atası çağırdı:

– Gedək, mən artıq sənin silahını götürmüşəm. – Devi qorxdu. Atası ratsiyanı görüb hirslənsə, nə olacaq? Axı ona qəza məkanından nə isə aparmağa icazə verilmirdi. Devi çömələrək oturdu və digər düyməni basdı. Belə qərara gəldi ki, bu cür danışmaq təhlükəlidir və sakitcə amerikan ləhcəsi ilə dedi:

– Bağışla danışa bilmirəm. O, məndən əl çəkməyəcək anladın? – Sonra ratsiyanı çarpayısının altına soxdu və televizoru açıq qoyaraq otaqdan qaçdı. Qoy detektiv Reynaldo Kertis onun köməyi olmadan öhdəsindən gəlsin.

18

– Ey. Alo, Alo! Alo! – Sakitlik və fil sümüyü rəngli ipək.

– Xahiş edirəm, kömək edin. – Hıçqıraraq Maykl bir neçə dəfə ardıcıl olaraq çağırış düyməsini basdı.

– Xahiş edirəm. Xahiş edirəm sizdən.

Lakin cavab olaraq yalnız səs-küy gəldi. Necə də qəribə səsdir, ancaq sanki çox pis aktyor amerikan qanqsterini canlandırır. Bəlkə bu da oyunun bir hissəsidir? Mayklın gözlərindən duzlu yaşlar çatlamış dodaqlarında diyirləndi. Bir anlıq o, nəmlik hiss etdi, sonra isə qurutma kağızı kimi onu dili ilə özünə çəkdi.

O, saata baxdı. Doqquza 10 dəqiqə qalır. Bu işgəncə daha nə qədər çəkəcək? İndiyə qədər bunu sirr kimi saxlamağı necə bacarırlar? Axı yəqin ki, Eşli, onun anası, bütün qalanlar uşaqlardan hara itməyi barədə soruşurlar. O isə burada atılıb artıq…

Onu yeni həyəcan dalğası basdı. İndi 9-a 10 dəqiqə qalıb, lakin nə vaxtın? Axşamın ya səhərin?

– Bir az əvvəl günorta idi düzdür? O saatbasaat ölçərək izləyirdi. Yəni o, bu qədər özünü unudub ki, bütün günləri ötürüb? Bu gün gecə olmalıdır, bu günkü gecə, sabahkı səhər yox!

– Deməli 48 saat keçib. Onlar hara yoxa çıxıblar?

O ovcunu tabutun dibinə sıxdı və yüngülcə yuxarı qalxdı. Keyləşmiş belini ovxalamaq istəyirdi. Qozbel kimi oturduğuna görə çiyinləri ağrıyırdı, oynaqları hərəkətsizlikdən keyimiş, və susuzluqdan… Təcrübəsinə əsasən Maykl bilirdi ki, uzun müddət susuz və hərəkətsiz qalmaq necə qorxuludur, axı, o, üzmək üçün dəfələrlə dənizə atılmışdı. Başağrısı azalmırdı. Baş barmaqları ilə gicgahlarını sıxanda bir neçə saniyəlik ağrı keçirdi, əllərini aşağı salan kimi əvvəlki şiddətlə geri qayıdırdı.

– İlahi, şənbə günü mən evlənirəm, eşidirsiniz, qoyunlar? Məni buradan çıxarın! – Ciyərlərinin bütün gücü ilə qışqırdı və yumruqları ilə tabutun qapaqlarını döyəclədi.

Ağılsızlar! Sabah cümə günüdür. Toyqabağı! O, kostyumunu götürməlidir, bərbərə getməlidir. Şənbə günü axşam onlar Eşli ilə Taylanda toy səyahətinə gedəcəklər, uçuşdan əvvəl isə o qədər iş var ki. Axı onlar iki həftəlik gedirlər. Toy nitqi yazmaq lazımdır.

– Oğlanlar buraxın məni, mən hələ o qədər iş görməliyəm. Artıq məndən qisas aldınız bəsdir! Bütün əməllərimin əvəzini ödədim. Hər şeyin əvəzini çıxdınız.

Əlini qarnının üstünə qoyaraq, Maykl fənəri axtardı və batareyaya qənaət edərək, cəmi bir neçə saniyəlik yandırdı. Ona elə gəldi ki, ağ ipək daha da yaxınlaşdı. Axırıncı dəfə baxanda tabutun qapağı altı dyüm məsafədə idi. İndi isə üç dyümdən çox deyil, sanki tabut yavaş-yavaş və durmadan daralır. Maykl gözünün qarşısında tərpənən nəfəs borucuğunu tutdu, gözlərini yenidən qıyaraq ona baxmağa çalışdı. Lakin, yenə də heç nə görmədi. Sonra ratsiyada düzgün düyməni basıb basmadığını yoxladı. Çağırış düyməsini basdı və var gücü ilə çığırdı. Səssizlik. Onda Maykl qəbul düyməsini basdı və qulaq asdı. Heç nə…

Gözlərinin önündə səhnə canlandı: anasının mətbəxində qaz piltəsinin üstündə tava. Tavada sosislər qızarır, yumurta pomidorlar cızıldayır, fışıldayır, şişir… O, demək olar ki, ətri hiss edirdi. Lənət şeytana, bir də qonşu tavada qızaran çörək, yanında da bankada qızdırılan lobya ətri gəlirdi.

– İlahi, mən necə də yemək istəyirəm.

O, çalışırdı ki, yemək haqqında düşünməsin və ağrıları unutsun, lakin sancılar dözülməz idi. Sanki, turşuluq mədəsinin divarlarını yeyirdi. Başındakı bərk döyünən ağrı örtüyünün arxasında nə vaxtsa oxuduğu kitabın xatirələri sayrışırdı. Bu qurbağalar, ya da quru qurbağaları haqqında kitab idi. Bu canlı məxluqlar öz övladlarını uşaqlıqda yox, mədədə daşıyırlar. Hansısa səbəbdən mədə şirəsi çömçəquyruqlara zərər vermirdi. Necə bir möcüzə baş verməlidir ki, biz insanlar öz mədəmizi korlamayaq. Gözlənilmədən Maykl bunu fikirləşdi. Gözlərinin qarşısındakı duman yüngülcə çəkilirdi və ağlına müxtəlif cəfəngiyyatlar dolurdu.

Bir neçə il əvvəl o gündəlik bioritmlər haqqında nəzəriyyə oxumuşdu. İnsandan başqa yer üzündəki bütün canlı orqanizmlər 24 saatlıq dövrəyə tabedir. Bizim dövrə 24 saat 20 dəqiqə təşkil edir. Sınaq gedişatında insanları qaranlıq otağa salırdılar və saat vermirdilər. Bütün sınaqdan keçənlərə elə gəlirdi ki, onlar qaranlıqda, əslində olduqlarından az vaxt keçiriblər.

Əla, mən indi onların təcrübə dovşanlarından biri ola bilərəm. Ağzı o qədər qurumuşdu ki, dodaqları yapışmışdı. O, ağzını açanda elə ağrıdı ki, sanki dərisini soydular.

Maykl fənərlə yuxarını işıqlandırdı. Üzərində işlədiyi kiçik qanov21 getdikcə dərinləşirdi. O, qayışı qaldırdı və yenidən onun küncü ilə tabutun qapağını qaşımağa başladı. Maykl ağac növlərindən yaxşı anlayırdı və başa düşürdü ki, qapaq hind ağacından hazırlanıb, yəni, ən möhkəm ağacdan. Gözlərini qıyırdı ki, yonqar gözlərinə düşməsin. Toqqa getdikcə daha çox qızırdı. Nəhayət, o qədər qaynarlaşdı ki, kəmərin bir az soyuması üçün işini dayandırdı.

– Bağışla, mən danışa bilmirəm. O, məndən əl çəkməyəcək, anladın? – Maykl qaşqabağını tökdü. Bu amerikan ləhcəli səfeh nə danışırdı görəsən? Yəni onlardan hansınasa bu gülməli gəlir? Görəsən, Eşliyə və anama hansı yalanı uydurublar?

Bir neçə dəqiqədən sonra Maykl fasilə vermək qərarına gəldi, lakin anlayırdı ki, olmaz.

Susuzluqdan tez yorulursan. Yorğunluğa fikir vermədən mübarizə aparmaq lazımdır. Bacardıqca lənətlənmiş tabutdan tez çıxmaq lazımdır. Bayıra çıxıb, o axmaqların necə lazımdır payını vermək. O, onlara nələr edəcək!

Maykl ara-ara barmaqlarının sümüklərini ağaca toxunduraraq, daha bir neçə dəqiqə qapağı cırmaqladı. Ən əsası gözünü açmamaqdır ki, xırda yonqar və oduncağın tozu gözünə dolmasın. Nəhayət, o qədər yoruldu ki, işləməyə gücü qalmadı. Əlləri gücsüz halda düşdü, endirilmiş boyun əzələləri taqətdən düşmüşdü, başı ixtiyarsız olaraq arxaya gedirdi. Nəhayət, haldan düşmüş Maykıl yuxuladı.

19

Həmin axşam adətdən fərqli olaraq hava tez qaraldı. Avtobus dayanacağının arxasında avtomobilini saxlayan Mark mühərriki söndürüb bir neçə saniyə hərəkətsiz dayandı. Dayanmadan yağan yağışdan parıldayan geniş küçə boş idi, avtomobillər çox nadir hallarda keçirdilər. Piyadalar, deyəsən, ümumiyyətlə yox idi, belə görünürdü ki, onu heç kim görməyəcək.

O, papağını gözünün üstünə basdı, gödəkcəsinin yaxasını qaldırdı və evin ətrafında olan bütün avtomobillərə baxaraq Mayklın evinin giriş qapısına qaçdı. Onu qaranlıqda görəsən, heç kim güdməyib ki? Maykl həmişə inanırdı ki, Mark işlərdə hər bir şeyi xırdalığa qədər götür-qoy edir. Düzdür, sonra isə hər dəfə əlavə edirdi: “Ancaq olmayacaq dərəcədə bezdiricisən”, bu da dəhşətli dərəcədə şərikini əsəbiləşdirirdi.

Maykl əslində düz deyir. Öz uğuruna görə onların şirkəti çox işdə ona, Marka borcludur. Ona görə ki, bütün ağır işləri o, könüllü olaraq öz üzərinə götürüb. Dəqiqliklə bütün smetaları22 yoxlayır, tikinti meydanında gecələyir və sabahlayır, şəxsən özü alınmış materialların keyfiyyətini yoxlayır, vaxtlara riayət edir, iş cədvəlinə göz qoyur və xərcləri axırıncı qəpiyə kimi hesablayır. O vaxt ərzində Maykl qızların ardınca gəzməyə yarım ömrünü sərf edir və çox nadir hallarda nəyisə ciddi qəbul edir. Onların şirkəti təkcə Markın hesabına inkişaf edir, çiçəklənir. Ancaq səhmlərin nəzarət paketi Mayklda idi. Elə alındı ki, hələ onlar işə başlayanda, daha çox nəğd pul Mayklda oldu.

Binanın panel fonunda 42 mənzil qeyd olunurdu. O, düşünmədən düymələrdən birini basdı. Əsas odur ki, mənzil başqa mərtəbədə olsun. Heç kim cavab vermədi. O, “Manarello” yazılan lövhəcikdəki düyməni basdı. Bir neçə saniyə sonra ona qalın səsli, güclü italyan ləhcəsi olan kişi cavab verdi:

– Alo, Bəli! Alo!

– Çatdırılma xidmətidir, – Mark qışqırdı.

– Hansı çatdırılma?

– Poçt “Federal ekspress”, Amerikadan Monorello üçün.

– Nəə? Poçt? Mən… mənə?

Lakin qısa fasilədən sonra elektron qıfılın açılma səsi eşidildi. Mark qapını itələdi, daxil oldu, liftlə 7-ci mərtəbəyə qalxaraq Mayklın mənzilinə doğru getdi. O bilirdi ki, Maykl ehtiyat açarı xalçanın altında saxlayır ki, birdən qapı örtülər və bağlanar. Bir dəfə artıq belə bir hadisə baş vermişdi. Maykl lül-qənbər, lüt dəhlizə qaçmışdı. Xalçanın altını axtararaq rahatlıqla nəfəs aldı: açar yerində idi. Budur, bütünlüklə toz içində olan sadə qıfıl açarı.

Buna baxmayaraq hər ehtimala qarşı, o qapının zəngini çaldı və bir müddət ətrafa göz gəzdirərək sakit dayandı. Kaş ki, qonşulardan heç kim onu görməyəydi. Açarı qıfılda fırladaraq Mark girişə keçdi, tez arxasınca qapını bağladı və fənəri cibindən çıxartdı. Mayklın mənzilinin pəncərələri küçəyə açılırdı, daha dəqiq desək, qarşı tərəfdəki yaşayış binasının ön tərəfinə. Yəqin ki, işığı yandırsa qorxulu heç nə baş verməyəcək, lakin Mark hər bir şeyə xırdalığına qədər diqqət etməyə çalışırdı. Birdən onu pəncərədən kimsə görər.

İslanmış gödəkcə və papağını çıxardaraq asılqandan asdı və donaraq qulaq asdı. Əsəbiləşmək lazım deyil! Qonşu divarın arxasından marşa bənzər səslər gəlirdi. Yəqin qonşular televizorun səsini yüksək açıblar. Əmin olduqdan sonra ki, mənzildə heç kim yoxdur, Mark fənəri yandırdı və axtarışa başladı.

O, qonaq otağından başladı: yuyulmamış qab-qacaq qalağı, tam içilməmiş şərab şüşəsi, içərisində yanıb qurtarmış şam görünən şüşə fincan, televizor pultu… GQ, FHM, yaxtalar və yelkən idmanı adlı jurnalların qalıqları. Yanında avtocavablayıcının qırmızı işığı yanıb-sönürdü.

Mark xəbəri dinlədi. Onlardan biri cəmi bir saat əvvəl Mayklın anası tərəfindən qoyulub.

– Salam, Maykl, – onun səsi haldan düşmüşdü. –Mən hər ehtimala qarşı zəng vururam, bəlkə, sən qayıtmısan?

Eşlidən də xəbər var idi. Görünür, o, hardansa uzaqdan cib telefonu ilə zəng vurub, çünki əlaqə yaxşı deyildi.

– Maykl, əzizim, zəng vururam ki, yoxlayım. Bəlkə, sən evdəsən? Xahiş edirəm səndən, qayıdan kimi zəng vur. Səni sevirəm.

Berkliz-bankdan daha bir zəng: Maykl bankın öz müştəriləri üçün verdiyi kredit sistemindən istifadə etmək istəyir, ya yox.

Özü üçün maraqlı heç nə tapmayan Mark, iki divan, stullar və jurnal masasına baxdı və sonra kabinetə keçdi. Masanın üzərində, bilgisayarın qarşısında klaviatura, naqilsiz siçan, kiçik xalça, onun üzərində lampa, ürək formalı şüşədən papye press, kalkulyator, mobil telefon üçün enerji aləti, qələm və karandaşlar olan hündür qara stəkan. Markın axtardığı burada yox idi. Eləcə də, kitab rəflərində. Mayklın yığışdırılmamış yataq otağından isə heç bir söhbət gedə bilməzdi.

– Lənət şeytana!

Lənət, lənət, lənət şeytana! Qapını bağlayaraq Mark yanğın pilləkənləri ilə düşdü və arxa çıxışdan qaranlıq avtodayanacağa çıxdı. Küçə ilə tələsərək addımladı. O fikirləşdi ki, işlər çox pisdir. On beş dəqiqədən sonra onun BMW-X-5-i artıq təpənin yamacı ilə qalxırdı harda ki, Susseks sahə xəstəxanasının nəhəng kompleksi yerləşirdi. Avtomobilini qəbul otağının girişində saxlayaraq və iki təcili yardım mikroavtobusunu keçərək Mark artıq, dünənki gəlişdən sonra tanış parlaq işıqlandırılmış vestibülə23daxil oldu. Sağlamlıq haqqında arayışın üç saat ərzində verilməsi elanı yazılan otağın qarşısında plastik stullarda əyləşənlərin yanından ötərək uzun keçidlə liftə gedib çıxdı və beşinci mərtəbəyə qalxdı.

Mark “reanimasiya” yazılmış işıqlanan lövhəcikli qapıya tərəf yönəldi. Burun dəliklərinə kəskin xlor iyi dolurdu. O, küncdən döndü və sendviç avtomatı ilə plastik yarımkürənin altındakı taksafonun yanından keçərək qarşıda intensiv terapiyanın növbətçi postunu gördü. Orada iki tibb bacısı oturmuşdu. Biri telefonla danışırdı, digəri isə ağlayan yaşlı qadını sakitləşdirirdi.

Palataya daxil olaraq Mark küncə tərəf yönəldi. Coşun dünən uzandığı istiqamətdə. O, burada Zoyini görməyə ümid edirdi, lakin əvəzində ağarmış saçları və çuxura düşmüş saralmış yanaqları olan oksigen borucuqları qoşulmuş qoca gördü. Çarpayının yanında süni nəfəs aləti dururdu. Mark tələsik nəzərləri ilə digər çarpayıları da axtardı, lakin Coş burada ümumiyyətlə yox idi. O dəhşətə gəldi. Birdən oğlan özünü yaxşı hiss edər və onu başqa palataya köçürərlər. Mark çaparaq növbətçı yerinə atıldı və telefonda asılmış zirək, gombul 30 yaşlarında uzun saçlı və yaxa-sında “BİT bölməsi “Meriqold Yotts” Tibb bacısı” yazılmış tibb bacısına yaxınlaşdı. Belə görünürdü ki, o öz sevgilisi ilə danışırdı.

Mark taxta çəpərə söykənərək və çoxsaylı ağ-qara və rəngli monitorlara baxaraq səbirsizliklə gözləyirdi. O, bir neçə dəfə başını çevirərək tibb bacısının da diqqətini çəkməyə ümid etdi, lakin tibb bacısını görünürdü ki, yalnız harada şam edəcəyi maraqlandırır.

–Hə, nə isə çin yeməyi istəyərdim. Pekinsayağı ördək. Bilirsən harda Pekinsayağı ördək hazırlayırlar, blinçiklərlə və… Nəhayət, çərənçi qız ona diqqət yetirməyə lütf etdi. – Qulaq as, mən getməliyəm. Mən sənə zəng vuraram. Hə, mən də səni sevirəm.

O, təbəssümlə Maykla tərəf çevrildi:

– Eşidirəm sizi! Sizə necə kömək edə bilərəm?

– Coş Uoker, – Mark əli ilə palatanı göstərdi.

– O burada yatırdı… mmm dünən.

– Zəhmət olmasa deyin, onu hansı palataya köçürüblər?

Tibb bacısının üzü dondu, sanki, ona güclü miqdarda keyləşdirici iynə vurdular.

– Siz qohumsunuz?

– Xeyr mən onun şərikiyəm. – Mark o andaca təəssüf etdi ki, özünü Coşun qardaşı kimi təqdim etmədi. Onsuz da tibb bacısı bunu yoxlamayacaqdı.

– Üzr istəyirəm, – tibb bacısı fasilə verdi, yəqin ki, ona görə söhbətini yarımçıq saxladığına peşman olmuşdu, – lakin biz bu tipli məlumatı yalnız qohumlara veririk.

– Sadəcə deyin, onu hara köçürüblər?

Cırıltı eşidildi. Tibb bacısı monitora baxdı. Onun üzərində qırmızı lampa yanırdı.

– Bağışlayın, mən getməliyəm, – elan edərək az qala qaça-qaça qız palataya tələsdi. Mark cib telefonunu çıxartdı, ancaq o anda elanı gördü: ”Bölmədə cib telefonundan istifadə etmək qəti qadağandır”.

Qorxu bürümüş halda, o liftə qaçdı, birinci mərtəbəyə düşərək, dəhlizlərin labirinti ilə əsas çıxışa çatana qədər getdi. Administratorun piştaxtasına yaxınlaşan zaman, Mark, möhkəm, demək olar ki, isterik fəryad eşitdi və Zoyini gördü. Onun üzündən yaşlar süzülürdü, sarı saçları isə tamamilə qarışmışdı.

– Bunun hamısını sən eləmisən, sənin dostun Maykl və sizin səfeh zarafatlarınız, – deyərək qışqırdı. –Bədbəxtlər, ağılsızlar, ağıldankəmlər…

O, sakitcə Zoyiyə baxırdı, qız saxlaya bilmədiyi gözyaşlarının təsirindən onun qollarına düşdü.

– O öldü, Mark! İndicə! İlahi! Öldü! Coş öldü! Mənə kömək et, xahiş edirəm! Mən nə edim? – Mark qızı daha bərk qucaqladı.

– Mən fikirləşdim ki, o sağalır… və ayağa qalxacaq, – o, dili dolaşaraq dedi.

– Onlar dedilər ki, heç nə ilə kömək edə bilmədilər. Yaşasaydı da, huşsuz olacaqdı. İlahi, Mark, xahiş edirəm, kömək et. Nə edək? Mən uşaqlara necə deyəcəm ki, onların atası daha evə qayıtmayacaq? Mən onlara necə deyəcəm?

– Sən… çay, yaxud başqa bir şey istəyirsən?

– Mən çay istəmirəm! – Zoyi hönkürdü. – Mən öz Coşumu istəyirəm! İlahi, onu morqa apardılar. İlahi, mən nə edim?

Mark gənc qadını möhkəm qucaqlayaraq və kürəyini sığallayaraq, səssizcə dayanmışdı. O ümid edirdi ki, heç kim onun necə rahatlıq hiss etdiyini görməyəcək.

20

Maykl aldığı zərbədən oyanan kimi durdu, oturmağa çalışdı, ancaq o anda da başı tabutun qapağına dəydi. Ağrıdan qışqıraraq dartındı, ancaq çiyinləri ipəyə bürünmüş divarlara ilişdi. Maykl əzabverici qarşısıalınmaz klaustrofobiya tutması içərisində vurnuxurdu.

– Buraxın məni burdan, – o, özünə hava çəkərək, eyni zamanda həm tərləyərək, həm də soyuqdan əsərək fəryad etdi.– Yalvarıram məni buraxın!

Maykl gücsüz halda susdu. Onu heç kim eşitmir. Səsi kəsilib, onun özü ilə bir yerdə basdırılıb.

O, fənəri axtarmaq üçün ətrafı qarışdırdı, lakin çaşqınlıqdan, o dəqiqə tapmadı. Fənəri yandırdı, yuxarını işıqlandırdı, sonra öz zindanının divarlarını işıqlandırdı. Saata nəzər saldı 11:15. Gecə? Ya artıq səhər açılıb? Yox, indi gecə olmalıdır, cümə axşamı gecəsi.

Kürəyindən və sinəsindən axan tər onun altında gölməçə yaratmışdı. Əyilərək Maykl fənərlə çiyninin arxasını işıqlandırdı və aşağıda nə isə parıldadı. Su… O, dəhşətlə gözlərini tabutun dibinə zillədi. Yox, bu mümkün deyil! Qətiyyən mümkün deyil ki, tər gölməçəsi yaransın.

Maykl əlini aşağı saldı, fənərlə işıqlandıraraq, çeçələ barmağını lota24 oxşar şəkildə uzatdı. Su ikinci oynağa qədər qalxırdı. Hə, o, belə tərləyə bilməzdi. Ovuclarını qayıq kimi düzəldərək Maykl suyu yığdı və görməmişliklə duzlu lehməni içməyə başladı. O içdi, içdi… ona elə gəlirdi ki, nə qədər çox içirsə, o qədər də çox istəyir. Susuzluğunu yatızdıran kimi Maykl anladı ki, yeni təhlükə yarandı. Su qalxır! O, kəməri götürərək qapağı qaşımağa başladı, lakin bir neçə dəqiqədən sonra metal o qədər qızdı ki, barmaqlarını yandırmağa başladı.

– İt oğlu!

Maykl viski şüşəsini qaldırdı. Üçdə biri qalıb. O, şüşənin boğazı ilə başının üstündəki ağaca vurdu. Heç bir nəticə yoxdur! Bir daha! Şaqqıltı eşidildi, şüşədən xırda bir qırıntı qopdu. Yox, ancaq dəli viskini boş yerə dağıdar. Maykl şüşəni dodaqlarına yaxınlaşdırdı, əydi və ağzını yandırıcı maye ilə doldurdu. İlahi, necə yaxşıdır! O, yenidən uzandı və şüşəyə girişdi. İçdi, içdi, içdi…– boğulana qədər içdi. Şüşə ilə söhbət edərək onu fənərlə işıqlandırdı. Fikrini cəmləmək çətin idi, başı fırlanırdı. Viski demək olar ki, qalmamışdı. Əgər…

Nə isə bərk bir şey tabutun qapağına dəydi və Maykl hiss etdi ki, lənətə gəlmiş qutu tərpənir. Daha bir zərbə… Sanki kimsə ayağı ilə tabutu vururdu. Tabutun qapağının üstünə çıxıb, düz onun başının üstündə oynayır. Ümid hər bir əsəb telini tərpədirdi. İlahi, nəhayət ki, onlar məni buradan çıxardırlar!

Ücretsiz ön izlemeyi tamamladınız.