Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 3

Kollektif
Yazı tipi:
Presentism

Sahənin tarixini, onun qədim və ya klassik fikir ənənəsində iştirakı mənasında yazmaq kimi geniş yayılmış meyl, çox vaxt cari tədqiqat proqramının legitimliyini təsdiqləmək işinə xidmət edir. BM-in müxtəlif tarixçələrinin əsas xüsusiy-yətlərindən biri sahənin mövcud xarakteri haqqında nə isə nüfuzlu bir şey söyləməkdən ibarətdir ki, bu da çox vaxt sahənin tarixinin təhrif edilməsi meylinə özünün əlavəsini edir. Sahə üçün yeni istiqaməti müdafiə, onun cari strukturunu tənqid etmək, və ya əksinə, mövcud vəziyyəti müdafiə etmək məqsədi ilə, öz mövqelərini doğrultmaq üçün tədqiqatçılar tez-tez sahənin ümumi təkamülünə istinad etməyə və onu xarakterizə etməyə məcbur olurlar. Məsələn, realist nəzəriyyənin inkişafı və sonrakı hökmranlığını izah etmək istəyən tarixçələr, tez-tez realist ənənələrin Thucydides və ya Machiavelli ilə başlayan əbədi bəsirətini nümayiş etdirməyi özünə borc bilir. Sahənin çoxrəyli xarakterini dövri olaraq tənqid edənlər kifayət qədər tez-tez ehtimal edilən dominant paradiqma və ya onu birləşdirən metodun olduğu başlanğıc dövrlərə reverans edirlər. Problemin çətinliyi ondan ibarətdir ki, BM-in tarixini əks etdirmək cəhdlərinin çoxu keçmişi əsaslı surətdə və dəqiq bərpa etmək istəyindən daha çox «cari» ('presentist') məqsədlər üçün edilir.

Herbert Butterfield-in (1959: v) «keçmişdəki müəyyən inkişaf prinsiplərini önə çəkmək və indinin şöhrətləndirilməsi olmasa da, ratifikasiyası olan tarix yaratmaq» meyli kimi təsvir etdiyi 'Whig' tarixi («liberalların» tarixi), və ümumilikdə prezentizm problemi, sosial elmlərin tarixini yazmaqla məşğul olanların arasında ziddiyyətə gətirən məsələyə çevrilmişdir. (Collini və başqaları, 1983; Dryzek və Leonard, 1988; Farr və başqaları, 1990; Gunnell, 1991; Ross, 1991). Prezentizmlə əlaqədar problem onda deyil ki, tarixi təhlil indi haqqında rəy yaratmaq üçün istifadə edilir, problem ondadır ki, tarix yazıçının əvvəlcədən müəyyən etmiş olduğu yardım və ya dağıtma mövqeyini əsaslandırmaq və ya tənqid etmək vəzifəsinə uyğun olaraq yenidən qurulmaq yoluyla təhrif edilir. Whig (Liberal) tarixi «tarixi geriyə yazmaqdan ibarətdir», hansına görə ki, «fənnin indiki konsensusu … definitiv (təyinedici) kimi götürüldükdə qüvvədədir və keçmiş, buna gətirən və bunda tam ifadəsini tapan teologiya kimi, insanlar tərəfindən bərpa ediləndir» (Collini və başq., 1983: 4).

Birləşmiş Ştatlarda BM-in əsas axınının nəzərə çarpmayan, lakin təkidli məqsədinin «əsl» elm statusuna çatmaq olduğu nəzərə alınarsa, sahənin tarixinin mövcud olan dəyərləndirilmələrinin çoxunun xaraktercə Whiggish (liberal) olmaqda davam etməsini anlamaq olar. Sahənin tarixçələri və onların təsviri tez-tez nəzəri inkişafı və elmi irəliləyişi əks etdirmək, və ya sahəni elmi inkişafdan saxlayan çətinlikləri müəyyən etmək üçün önə çəkilir (Brecher, 1999). George Stocking peşəkar sosial elm aliminin niyə liberala (Whiggish) bənzəməli olmasının yerinə düşən və inandırıcı izahını vermişdir. Stocking-ə görə «əslində elmin tarixinə, bir qədər də genişləndirsək isə davranışçılığın (biheviorizmin) tarixinə hörülmüş gizli liberal prezentizm mövcuddur» (Stocking, 1965: 213). Elmin 1950 və 1960-cı illər ərzində elm filosofları tərəfindən təklif edilmiş, sosioloqların əksəriyyətinin elmi anlayışlarını əldə etdiyi mühit olan hakim, məntiqi pozitivist hesabatı (hansınınki vasitəsilə nəzəriyyə və fakt arasında uyğunluğu artırmaqla dünyanın daha yaxşı başa düşülməsi mümkün olmuşdur), artan və kumulyativ nailiyyətlərdən biri olmuşdur. Məntiqi pozitivistlər elmi metodun daxili birliyə və ierarxiyaya malik olduğunu iddia etdiklərindən sosiologiya tarixi də gec və ya tez biliyin irəliyə doğru inkişafını təkrarlamağa məhkum idi.

Thomas Kuhn-un The Structure of Scientific Revolutions (1970) əsəri elmin məntiqi pozitivist hesabatını şübhə altına aldı və elmin post-pozitivist filosofları və tarixçiləri üçün əsaslı stimul təmin etdi. Kuhn təkcə pozitivizmin mərkəzində duran nəzəriyyənin və faktın ayrılması, habelə həqiqətin uyğunluğu nəzəriyyəsinə hücum etmirdi, o, sanki elm tarixinin ənənvi dərslik hesabatını elmi inqilabların diskret tarixi, yəni «köhnə paradiqmlərin onlarla bir araya sığmayan yeniləri ilə qismən və ya bütövlüklə əvəz edildiyi, qeyri-kumulyativ inkişaf epizodları» ideyası ilə əvəz etməyə çalışırdı (Kuhn, 1970: 92).

Kuhn-un paradiqmalar və elmi inqilablar nəzəriyyəsi elmi inkişafın ənənəvi hesabatı üçün güclü rəqibdir. Kuhn-un elm tarixinin təftişçi hesabatının mühüm bəndi onun inkişaf meyarlarının paradiqmalara həssas olması səbəbindən, bir paradiqmanı digəri ilə əvəz etməyin «inkişaf» yaratdığına hökm vermək üçün heç bir müstəsna nəzər nöqtəsinin olmaması haqqında arqumenti idi. Kuhn-un çox hissəsi elmi inkişafı sübut etməyə imkan verməyən nisbi arqumentin cəlb edilməsindən narazı qalan filosoflara və elm tarixçilərinə kifayət dərəcədə təsir göstərmiş bu kitabı BM sahəsində də, xüsusən də sahənin tarixini anlamağa başlayan tədqiqatçıların sayı ilə əlaqədar, eyni dərəcədə dramatik təsirə malik olmuşdu. BM tədqiqatçılarının getdikcə daha çox hissəsinin Kuhn-a, və çoxları üçün inkişafın dəyərləndirmə meyarını yenidən qurmağa çağıran kimi görünən Imre Lakatos (1970) kimi elm filosoflarına tərəf dönməsi faktı, sahənin tarixini yazmaq vəzifəsinin sahənin inkişafını göstərmək kimi daha fundamental vəzifəyə tabe olduğunu göstərməyə xidmət edir.

BM-in paradiqmaları və tarixşünaslığı

Xüsusi halda Kuhn-un işinin, ümumi halda isə elmin fəlsəfəsi və tarixindən qaynaqlanan ədəbiyyatın BM-in tarixşünaslığına təsirinin iki başlıca yolu vardır. BM tədqiqatçıları əvvəlcə böyük sürətlə öz paradiqmalarını yaratmağa üz tutdular. Vəziyyət, siyasi elm tədqiqatçılarının söz paradiqmalarını davranışçılıq (biheviorizm) kimi xüsusi fikir məktəblərini qeyd (fiksə) etmək üçün istifadə etməyə başladıqları siyasi elmdəkinə çox oxşar idi (Almond, 1966). Realizm çoxları tərəfindən BM-də paradiqma üçün aparıcı namizəd hesab edilirdi və tədqiqatçılar təkrar-təkrar realist paradiqmanın fundamental fərziyyələrini müəyyən etmək və praktikləşdirmək vəzifəsini yerinə yetirməyə cəhd göstərirdilər (Guzzini, 1998; Keohane, 1983; Lijphart, 1974b; Vasquez, 1983). Realizmin tarixi sosiologiyasında Stefano Guzzini bildiridi ki, ən səlis Hans J. Morgenthau tərəfindən ifadə edilmiş realist paradiqma müstəqil tədqiqat sahəsinin müəyyən edilməsinin fənni funksiyasına xidmət edirdi. Guzzini-yə görə realizm «fənnin paradiqmatik sərhədlərini müəyyən etmişdir» (1998: 27). Morgenthau beynəlxalq siyasətin də ümumi siyasət kimi hakimiyyət uğrunda aramsız mübarizə ilə xarakterizə olunduğunu əsaslandırsa da, hər şeyi əhatə edən mərkəzi hakimiyyətin olmaması səbəbindən, beynəlxalq sahədə mübarizənin keyfiyyətcə fərqli olduğunu müdafiə edirdi (Morgenthau, 1948). Sonradan neorealistlərin əsas müddəasına çevrilən «beynəlxalq sistem anarxiya vəziyyəti ilə xarakterizə olunur» ideyası, daxili siyasəti beynəlxalq siyasətdən fərqləndirməyə kömək edirdi (Waltz, 1979). Beynəlxalq sistemin anarxist strukturuna neorealistlərin etdiyi xüsusi vurğu sonradan beynəlxalq təhlükəsizlik, beynəlxalq təşkilatlanma və siyasi iqtisad sahələrində problemlərin geniş müxtəlifliyinin təhlili üçün dominant struktur təmin etməyə başladı. Realist paradiqmaya edilən istinadların çoxluğu bəzilərini bu ifadəni, Arend Lijphart-ın ifadə etdiyi kimi, «dövlət süverenliyi və onun məntiqi nəticəsi olan beynəlxalq anarxiya anlayışları ətrafında dolanan» «ənənəvi paradiqma» adlandırmağa sövq etmişdi (1974b: 43). Realist paradiqmaya istinadlar tez-tez «realist ənənə» və ya «realist fikir məktəbi»-nə istinadlarla növbələşdirilərək istifadə edilirdi*. Son zamanlar bir sıra tədqiqatçılar realizmin ayrıca, ardıcıl nəzəri mövqeyi təmsil etməsini şübhə altına alır, və faktik olaraq, müxtəlif realizmlərin mövcud olduğunu hesab edirlər (Ashley, 1981; Doyle, 1997; Dunne, 1997; Fraakel, 1996; Goldmann, 1988; Guzzini, 1998). Buna baxmayaraq, bu sahədə işləyən demək olar ki, hər bir kəs realizm ilə bağlı olan, və adətən suveren dövlət beynəlxalq siyasətdə ən mühüm aktyordur; dövlətin davranışını rasional izah etmək mümkündür; dövlətlər unitar aktyorlardır; daxili və beynəlxalq siyasət arasında kəskin fərq vardır; dövlətlər gücü anarxik özünü təkmilləşdirməni daxil etməklə qazanırlar, və müharibə və sülh problemləri əsasdır kimi fikirləri əhatə edən mərkəzi prinsipləri müəyyən etməyə qabildir. Realizmin hökmranlığı Jack Donnelly-ni «realizmin taleyinin izlənməsi Beynəlxalq münasibətlər sahəsinin inkişafının qismən, lakin hələ də faydalı olan tədqiqini təmin edir» fərziyyəsinə gətirmişdir (1995: 175).

Çoxlarının realizmi sahənin rəhbər paradiqmi hesab etməsinə baxmayaraq, o, əlbəttə ki paradiqmatik statusa yeganə namizəd deyildi. Tədqiqatçılar demək olar ki, həmişə, realizmin mülahizələrinə müxalif olaraq müəyyən edilən, və adətən mənşəyi beynəlxalq siyasətdəki hadisələrə bağlanan alternativ paradiqmlər toplusuna istinad edirdilər. Bunun klassik nümunəsi, realist paradiqmdən əvvəl olduğu fərz edilsə belə, müharibələrarası dövrün idealist paradiqması adlandırılan şeydir. John Vasquez hesab edirdi ki, «sahənin qurulması və sülh və müharibəyə vurğu edilməsi mənasında mühüm olan» «Beynəlxalq münasibətlərin mühakimələrinin birinci mərhələsi idealist paradiqmin hakimiyyəti altında idi» (1998:33-4). İdealist adlandırılan paradiqmin, əhəmiyyətli dərəcədə İkinci Dünya Müharibəsindən sonrakı realist tənqidçilər tərəfindən hərtərəfli müəyyən edilmiş əsas xüsusiyyətləri realizmə məxsus prinsiplərin dəqiq antitezisləridir (Bull, 1972; Carr, [1939] 1964; Guzzini, 1998; Hollis və Smith, 1991; Kegley və Wittkopf, 1989; M.J. Smith, 1986; Vasquez, 1998). Realizmə rəqib olan digər paradiqmlərə “davranışçı (beheviorist) paradiqm” (Lijphart, 1974a), «dünya siyasəti paradiqmi» (Keohane və Nye, 1972), «qlobal cəmiyyət və neo-Marksist paradiqm» (Holsti, 1985), «qlobal dövlət quruluşları üçün yeni paradiqm» (Mansbach və Vasquez, 1981) və plüralizm (Little, 1996; Viotti və Kauppi, 1999) də daxildir.

Böyük mübahisələr (debatlar)

Kuhn-un paradiqma anlayışı, eləcə də Lakatos-un (1970) elmin fəlsəfəsi və tarixindən götürmüş olduğu «elmi tədqiqat proqramı» kimi digər anlayışlar, yalnız fərqli «fikir məktəblərini» müəyyən etmək məqsədilə əsas təmin etmək deyil, həm də sahənin ümumi təkamülünü, habelə sahədəki konkret yanaşma üsullarını dəyərləndirmək üçün istifadə edilmişdir (Ferguson və Mansbach, 1993; Guzzini, 1998; Keohane, 1983; Kugler, 1993; Lijphart, 1974b; Smith, 1987; Tellis, 1996; Vasquez, 1998; Walt, 1997). Məsələn, Arend Lijphart belə hesab edirdi ki, Beynəlxalq münasibətlərin İkinci Dünya Müharibəsindən bu yana inkişafı elmi inqilabların Kuhn təsvirinə uyğun gəlir (1974a: 12). Fəlsəfə və elm tarixindən götürülmüş analitik strukturların istifadəsinin başlıca məqsədi əsasən elmi nailiyyətlərin əldə edildiyini və sahənin ümumilikdə inkişafda olduğunu nümayiş etdirmək idi. Beynəlxalq siyasətin mövzusu üzərində idrak hakimiyyəti axtarışında, empirik mülahizələr və qiymətləndirmə üçün əsas təmin edəcəkləri ümidi ilə BM elm filosoflarının öhdəsinə verilmişdi. Məsələn, Ferguson və Mansbach BM-in tarixini təsvir etmək üçün Kuhn-un strukturunun şirnikləndirici tərəfinin «Beynəlxalq münasibətlərin tədqiqatçılarına, nəzəri məntiqsizliklə əhatə olunsalar belə, öz sahələrində baş verən inkişafı görmək» imkanı verməsində olduğunu qeyd edirdilər (Ferguson və Mansbach, 1993: 22). Amma istənilən halda bu, Kuhn-un düzgün istifadə edilməməsidir, çünki sosial elmlər «paradiqmatikə qədərki» olduğundan, o, özünün elmin inkişafı hesabatının onların tarixinə tətbiq edilə bilməyən olduğunu qeyd edirdi. Bundan başqa, idealizm və realizm kimi konstruksiyalar paradiqmin Kuhn-un təsvir etdiyi qaydada meyarına cavab vermir. Kuhn-un strukturu inkişafı göstərmək üçün istifadə edilsə də, onun təməl arqumenti bundan ibarət idi ki, ikinci tərtib mövqedən inkişaf haqqında danışmaq mümkün deyildir.

BM-in ənənəvi tarixşünaslığı çərçivəsində «böyük debatlar» silsiləsi görüntüsünün təşkili vasitəsilə, guya sahənin inkişaf tarixinin əhatə edildiyi barədə təsəvvür yaradılmışdı. Bu müntəzəmliyi və ya əlaqəsizliyi, əksər hallarda isə elmi inkişafı nümayiş etdirməyə xidmət edirdi. Sahənin tarixinin üç böyük ardıcıl debat ilə xarakterizə olunması inamı o qədər geniş yayılmış və hökmrandır ki, Waever-in qeyd etdiyi kimi «fənnin tarixini nəql etmək üçün yaradılmış heç bir başqa vasitə yoxdur» (1998: 715). Sahənin üç böyük debatı hekayəsi, Steve Smith (1995) və Kjell Goldmann-ın (1996) əsaslandırdıqları kimi, sahənin ən hakim avtoportretlərindən biridir. Bütün akademik fənnlər özlərinin fənni ziddiyətlər payına malik olduqları halda, praktiklərin çoxunun, sahənin tarixinin məxsusi olaraq bu müəyyənedici müzakirələrlə təyin edildiyinə inanması baxımından BM nadir hadisədir. Bu mövqe, debatların İkinci Dünya Müharibəsinin alovlanması, OPEC-in meydana çıxması, Vyetnam məğlubiyyəti və Soyuq müharibənin sonu kimi xarici təsirlər terminlərində izahı ilə gücləndirilmişdi. Beynəlxalq siyasət praktikasındakı dəyişikliklərin fənnin öyrənilməsi və tədrisində zəruri və birbaşa dəyişikliklərə gətirməsi sahədə çalışanların çoxu üçün izaha ehtiyacı olmayan kimi görünür. Məsələn, bu, İkinci Dünya Müharibəsindən sonra paradiqmin «idealizmdən» «realizmə» güman edilən dəyişməsinin standart izahıdır. Ola bilsin ki, sahənin ümumi tarixi haqqında iddialardan tənqidi cəhətdən ən çox öyrənilməli olanı üç böyük debatı postulə edəndir (Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Bütün müzakirələrin faktik olaraq aparılıb aparılmadığı tam dəqiq deyil və sahənin pərakəndə süni obyektlərinin (artefaktlarının) tədqiqi, bu çərçivələr daxilində baxılmasının tarixin ciddi təhrifinə gətirib-gətirməməsini soruşmağa sövq edir. Mən sahənin çoxlu sayda mübahisələrə meydan olduğunu inkar etmirəm, mən bunların sahənin üç böyük debatının şərti tarixçəsi anlayışlarında başa düşülməsinin məqbulluğuna şübhə edirəm.

Ənənəvi baxışlara görə Miles Kahler-in (1997) «sahənin təməl əfsanəsi» adlandırdığı ilk böyük debat müharibələrarası «idealistlərlə» müharibə-dən sonrakı «realistlər» arasında olmuşdur.5 Demək olar ki, hər bir tarixi hesabat etiraf edir ki, realistlər ilk debatı udmuşlar və nəticədə sahəni daha praktik və elmi istiqamətdə yönəltmişlər (Dunn, 1948; Fox, 1949; Guzzini, 1998; Kirk, 1947; M.J. Smith, 1986; Thompson, 1960). Realist görüşün ehtimal edilən bu üstünlüyü, sahənin İkinci Dünya Müharibəsindən əvvəlki yazarlarının etdiyi iddiaların təbiətinin, və hətta, erkən realist kimi qəbul edilənlərin çoxunun yazılarının da diqqətlə nəzərdən keçirilməsinin zəruriliyinə sanki ehtiyac olmaması fikrinə gətirmişdi. Son dərəcə cılızlaşdırılmiş müharibələrarası «idealistlər» diqqətlərini millətlər arasındakı siyasətin reallıqlarından daha çox, beynəlxalq siyasəti islah etmək üzərində cəmləşdirən utopik pasifist (sülh tərəfdarları) və leqalistlər (qanunuçular) kimi təsvir edilirdilər. Millətlər Liqası sisteminin pozulmasından sonra baş verdiyi fərz edilən «debat» Kuhn-un ifadələrində təsvir edilirdi. İdealistlərin daimi sülh gözlədikləri bir vaxtda, açıq-aşkar anomaliya kimi təsvir edilən və idealist paradiqmdə ciddi böhran yaradan İkinci Dünya Müharibəsi, son nəticədə idealist paradiqmi millətlər arasında hakimiyyət uğrunda daimi və hər yerdə gedən mübarizəni rasional izah etmək qabiliyyətinə görə ondan üstün olan realist paradiqm ilə əvəz edilməsinə gətirmişdi (Guzzini, 1998; Hollis və Smith, 1991; Vasquez, 1998). Hərdən idealistlər «nə olmalıdır»la məşğul olan kimyagərlər kimi, realistlər isə diqqətini siyasət elmini yaratmağın zəruri şərti olan «nə var» üzərində cəmləşdirmiş alimlər kimi təsəvvür edilirdilər (Carr, [1939] 1964). «İdealistlər» və «realistlər» arasındakı debatların bu tarixçəsi, sahənin öz tarixini başa düşməsinə güclü təsirini davam etdirir, və qismən, BM-in nə vaxtsa idealizmdə cücərdiyi, lakin İkinci Dünya Müharibəsindən sonra realizmi əhatə etmək dərəcəsində uğurlu olması haqqında hekayəni təkrarən söyləməyə olan sonsuz ehtiyacı nəzərə alır.

Ədəbiyyatdakı xarakterik təsvirinə görə, ikinci böyük debat, sosial elmlərə, xüsusən də politologiyaya artıq güclü təsir edən, və «ənənəçiləri» («tradisionalistləri») «davranışçılara», və ya «elmçilərə» qarşı qoyan davranışçı inqilab kontekstində baş vermişdi. Debat, «klassik yanaşma» adlandırdığı şeyi müdafiə etməyi fikirləşən Hedley Bull (1966) ilə, «elmi yanaşma» kimi tanınmağa başlayan şeyin ilk müdafiəçilərindən biri olan Morton Kaplan (1966) arasında intellektual mübadilə ilə rəmziləşdirilir. Amerikalı tədqiqatçılar arasında getdikcə artan hiss bundan ibarət idi ki, sahə elm mantiyası əldə etmək üçün lazım olan təməli itirir. Artıq müzakirə edildiyi kimi, realizm bir sıra paradiqmatik funksiyalar yerinə yetirsə də, bəzi tədqiqatçılar bildirirdilər ki, onun «hakimiyyət uğrunda mübarizə, insanın təbiətinə xas olan əsas bioloji hərəkətverici qüvvələrdən qaynaqlanır» kimi aprior fundamental prinsipi, eləcə də tarixi nümunələrə güclü vurğu edən metodologiyası sahənin elm statusu almasına mane olur.

Debat, siyasi elmdə olduğu kimi, təbiət elmlərinin metodlarının və ya ən azı onların elmin məntinqi-pozitivist filosofları tərəfindən hipotetik-deduktiv model kimi təsvir edilmişlərinin surətinin çıxarılıb, beynəlxalq siyasətdə istifadə etmək üçün uyğunlaşdırıla bilməsinə inananlarla, sosial dünyanın öyrənilməsinin təbiət elmlərinin dəqiq empirik metodlarına tabe olmadığını əsaslandıranlar arasında baş vermişdi. (Knorr və Rosenau, 1969; Morgenthau, 1946; Nicholson, 1996; Reynolds, 1973; Rogowski, 1968; Vital, 1967). Ənənəçilər və davranışçılar arasında debatın getdiyi dövrü George Liska «qəhrəmanlıq onilliyi» kimi təsvir etmiş və fərz etmişdir ki, əsas fikir ayrılığı «hər şeydən əvvəl Beynəlxalq münasibətlərlə maraqlananlar və, ilk növbədə, sosial elmin işlənilməsinə sadiq olanlar arasında» olmuşdur (1966: 7). Əlbəttə, pozitivist yanaşmanın üstünlükləri və məqsədəuyğunluğu haqqında debatlar azalmadı, lakin debatın, beynəlxalq siyasətin kumulyativ nəzəriyyəsinin inkişafı vəzifəsinə yardım edən elmi metodların geniş qəbulu və istifadəsi vasitəsilə, sahənin elmi müəyyənliyini gücləndirməsi haqqında ümumi fikir yarandı. Morton Kaplan-ın (1957) sistem nəzəriyyəsi, Karl Deutsch-ün (1953, 1964) rabitə (kommunikasiya) və kibernetika nəzəriyyəsi, Thomas Schelling-in (1960) erkən oyun nəzəriyyəsi, Richard Snyder, H.W. Bruck və Burton Sapin-in (1954, 1962) qərar qəbul etmə nəzəriyyəsini inkişaf etdirməsi və J. David Singer və Melvin Small-ın (1972) məlumatlar toplaması və Michigan Universitetindəki müharibə layihəsi ilə əlaqələndirməsi, adətən sahənin elmi müəyyənliyinə töhfə kimi baxılır.

Üçüncü debatın tarixi hesabatı digər ikisininkindən daha iddialı olmağa meyl göstərir, lakin ümumi halda, 1980-ci illərin əvvəllərində realist, plüralist və strukturalistlər arasında baş vermiş paradiqmlərarası debat kimi təsvir edilir. (Banks, 1985; Maghroori, 1982; Olson və Groom, 1991; Waever, 1996). Üçüncü debatın tarixi mənşəyinin izahında deyilir ki, 1970-ci illərdə beynəlxalq siyasət sahəsində, xüsusən də iqtisadi sferada, habelə sülh və təhlükəsizlik problemləri ilə əlaqədar baş verən hadisələr, realizmin dövlətlərarası siyasətin təbiəti haqqında əsas fərziyyələri ilə sanki ziddiyyət təşkil etməyə başladıqda, realizm müəyyən çətin dövrlər keçirmışdır (S. Smith, 1987). Ümumiyyətlə belə hesab edilir ki, bu uyğunsuzluğun səbəbindən Robert Keohane və Joseph Nye-nin ([1977] 1989) «mürəkkəb qarşılıqlı asılılıq» nəzəriyyəsi, Immanuel Wallerstein-in (1974, 1980) «dünya sistemi nəzəriyyəsi», John Burton-un «hörümçək toru nəzəriyyəsi» (1972) və «asılılıq nəzəriyyəsi» (Cardoso və Faletto, 1979; Evans, 1979) kimi alternativ «yanaşmalar» yaranmış, və bilavasitə realizmin bir-çox mərkəzi prinsipləri şübhə altına alınsmışdı. Ən əsası, realizmin tənqidçiləri dövlət-mərkəzliliyin özək tələbinə –beynəlxalq siyasətin vəziyyətini müstəqillik qarşılıqlı asılılıqdan daha yaxşı xarakterizə edir, və «yüksək siyasətlə» (yəni hərbi və təhlükəsizlik məsələləri) «aşağı siyasət» (yəni iqtisadi, ekoloji və insan hüquqları məsələləri) arasında dəqiq fərq qoyula bilər fikirlərinə hücum edirdilər. Belə fərz edilirdi ki, ayrıca Beynəlxalq Siyasi İqtisadiyyat alt-sahəsinin yaranması (Katzenstein və başqaları, 1999) qarşılıqlı asılılığa artan diqqət kontekstində baş vermişdir (Cooper, 1968; Rosecrance və Stein, 1973). Waltz-un Theory of International Politics (1979) əsərinin nəşrinin realizmə, sürətlə yeni ortodoksallığa (ehkama) çevrilməyə başlayan neorealizm formasında, yeni həyat verdiyi fikrini əsaslandırmağa çalışsa da, üçüncü debatın hesabatlarının heç də tam əksəriyyəti realizmin qalib gəlməsi nəticəsini çıxarmır. Waever-ə görə ilk iki «böyük debatdan» fərqli olaraq, «üçüncü debat» «qalib gəlmək üçün deyil, çoxrəylik şəraitində yaşamaq üçün debata bənzəyirdi» (Waever, 1996:155). Başqa sözlə, neorealizmin hakim mövqe tutduğunun iddia edilməsi, liberal (plüralist) və ya Marksist (qlobalist) yanaşma metodu tərəfdarlarının BM haqqında mülahizələrə yardımlarını dayandırması mənasını daşımırdı, və bəziləri ümumiyyətlə bu üç «paradiqmin» nə vaxtsa bir-biri ilə yarışdığını şübhə altına alırdı. Fənn tarixinin «üçüncü debat» ifadələrində başa düşülməsindəki qarışıqlığın yarandığı bu dövrə, sahədəki əsas yanaşma istiqamətlərinin hamısına kəskin tənqidi münasibətdə olan çoxlu sayda post-pozitivist yanaşmaların meydana çıxmasını da əlavə etmək olar (Der Derian və Shapiro, 1989; George və Campbell, 1990; Peterson, 1992). Yosef Lapid-ə görə sahənin pozitivist epistemioloji əsasları olacağı gözlənilən şeylərə feministlər, Frankfurt Məktəbinin tənqidi nəzəriyyəçiləri və post-strukturalistlərin hücumu, Lapid-in «post-pozitivist dövrdə nəzəri üsulların yenidən qiymətləndirilməsi üçün cəhdlərdən» ibarət olduğunu iddia etdiyi «üçüncü debatın» başlanmasına işarə oldu (1989: 237). Ədəbiyyatın «üçüncü debat» yarlığı altında yerləşən fundamental fərqli iki mübahisəyə eyni zamanda iqtibas edə bilməsi, sahənin tarixinin belə anlanılmasında nəyinsə ciddi səhv olduğunu göstərmək üçün kifayət olmalıdır.

Böyük Debatların təsvirində düzgün olmayan nədir?

Fənn tarixçilərinin ən yeni dəstəsinin bütün üzvləri sahənin portretinin təkrar debatlar silsiləsi ideyasından çıxarılmasının özünəməxsusluğunu qeyd edir, və sahənin tarixinin bu tərzdə nəzərdən keçirilməsində müəyyən prolemlərin olduğunu vurğulayırlar (Goldmann, 1996; Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Sahənin tarixinin üç böyük debat çərçivəsində başa düşülməsində o qədər problem və çətinliklər mövcuddur ki, sahənin inkişaf etməsi haqqında bu hesabatın müzakirəsini sadəcə olaraq kənara qoymaq bizim üçün daha yaxşı olardı. Əvvəla, diqqət sahənin tarixinin detallarına yönəldildikdə, üç debatın hamısının faktik olaraq baş verdiyi, heç də tam aşkar deyildir. Bu, xüsusilə birinci «böyük debatla» əlaqədardır (Wilson, 1998). İkincisi, debatların stilizə edilmiş variantları, faktik olaraq, baş vermiş mübahisələrin xarakterinə kifayət qədər diqqət yetirmir. Üçüncüsü, diqqətin yalnız üç böyük debat üzərində cəmləşdirilməsi nəticəsində çoxlu miqdarda başqa, və son dərəcə mühüm fənni müzakirələr diqqətdən kənarda qalmaqda davam edir. Nəhayət, sahənin tarixinin tərtib edilməsi üçün böyük debatların analitik çərçivəsinin istifadə edilməsi, sahəyə onun faktik tarixinin təmin etdiyindən daha artıq məntiqi əlaqəlilik görkəmi verən mühafizəkar addımdır. (Waever, 1998).

Sahə tarixinin son tədqiqatlarının gözlənilməz tapıntılarından biri ondan ibarət olmuşdur ki, geniş yayılmış inamın əksinə olaraq, idealist paradiqm kimi təsvir edilənə bənzər hər hansı bir şeyin tərəfdarı olan Utopik tədqiqatçıların sahədə heç vaxt hökmranlığı olmamışdır (Baldwin, 1995; Kahler, 1997; Little, 1996; Long, 1991; Long və Wilson, 1995; Osiander, 1998; Schmidt, 1998a, 1998b; Wilson, 1998). Çox hallarda BM sahəsinin şüurlu və təsisati üzvü olan, eyni zamanda da, adətən «idealizm» və ya «utopiyaçılıq» ('utopianism') adlandırılan konstruksiyalarla əlaqəli prinsipləri rəhbər tutan tədqiqatçı tapmaq çətindir. İki müharibə arasındakı dövrün alimlərinin beynəlxalq siyasətin praktikasını yenidən qurmaq vəzifəsini daşıdıqları bir faktdırsa da, ikinci tərtib meta-praktikaların təbiətinə xas olan bu məqsəd sahənin tarixini canlandırmaqda davam edirdi. Mən bildirirəm ki, bu məqsəd öz-özlüyündə utopik deyil, və görülən işləri Utopik kimi qiymətləndirmir. Yaxından nəzər saldıqda, «idealist» yarlığı yapışdırılanların çoxu onların köməkçi ədəbiyyatda təsvirindən kifayət qədər fərqlənən mövqeyə aid olurlar. Müharibələr arası dövrün BM tədqiqatlarına yapışdırılmış sıravi idealizm yarlığı, beynəlxalq siyasətin başa düşülməsinə yönəlmiş müzakirələrin faktik xarakterini ciddi surətdə təhrif edir (Osiander, 1998; Schmidt, 1998a; Wilson, 1998). İdealist yarlığı, sahənin tarixinin formalaşdığı illəri ciddi surətdə təhrif etməkdən başqa, indi və keçmiş arasında mövcud olan dərin məntiqi varisliyi başa düşməyi çətinləşdirir.

Ola bilsin ki, ən mühüm miras BM sahəsinə fərqləndirilə bilən məntiqi (diskursiv) mənsubluq vermiş anarxiya anlayışıdır. BM-in təsisati tarixi ilə yaxından tanış olmayanlara anarxiya yeni kəşf edilmiş, və özünü ictimai elmi tədqiqatların son alətlərinə icarəyə verən hansısa bir tədqiqat tapmacası kimi görünə bilərsə də, anarxiya və onunla sıx əlaqədə olan suverenlik anlayışı sahənin təkamülü boyu əsas təsisati prinsip kimi xidmət göstərmişdir. (Schmidt, 1998b). Müharibələrarası tədqiqatçılar müharibə və sülhün səbəblərinin təhlilini əhatə edən müzakirə predmetinin anarxiya şəraitində suveren dövlətlərin mövcud olmasından doğan problemlərlə birbaşa əlaqəsi olduğunu dəqiq bilirdilər (Dickinson, 1916,1926). Müharibələrarası dövrdə yazanların çoxu başa düşürdülər ki, suverenlik və anarxiya mürəkkəb qaydada əlaqəli, və bir-birini qarşılıqlı təsis edəndir, və bu, müharibələrarası dövrdəki müzakirələrin çoxunun niyə dövlət suverenliyi anlayışı üzərində cəmləndiyini izah edir. Dövlət haqqında tədqiqatlarında siyasət alimləri dövlət süverenliyinin daxili və xarici aspektləri, eləcə də daxili və beynəlxalq siyasət arasında nəzəri əlaqə yaratmışdılar. 1900-cü illərin əvvəllərində siyasi elmi öyrənmək üçün ən təsirli paradiqm (anlayışlar sistemi) olan dövlətin hüquqi nəzəriyyəsi, beynəlxalq şəraiti dövlətlərin müstəqil və izolə edilmiş həyat sürdüyü mühit kimi təsvir edirdi (Willoughby, 1918). Hüquqi nəzəriyyənin tərəfdarları, dövlətlərin xarici vəziyyətini təsvir etmək üçün təbiət şəraitində yaşayan fərdlərin müqaviləyə (demokratiyaya) qədərki obrazına müraciət edir, realistlərin mərkəzi hakimiyyətin olmadığı şəraitdə aparılan siyasət haqqında çıxardıqlarına bənzər bədbin nəticələrə gəlirdilər.

1920-ci illərin əvvəllərində hüquqi nəzəriyyə həm politologiya, həm də BM barədə mülahizələri fundamental surətdə dəyişdirən plüralizm nəzəriyyəsini kollektiv surətdə irəli sürmüş mütəfəkkirlərin yeni qrupu tərəfindən şübhə altına alındı. (Gunnell, 1993; Little, 1996; Schmidt, 1998b). Harold Laski (1921, 1927) və Mary Parker Follett ([1918] 1934) kimi plüralistlər bildirirdilər ki, hüquqi nəzəriyyə müasir qarşılıqlı-asılılıq şəraitinə heç cür uyğun deyil və bu da aydınca göstərir ki, dövlət artıq hər şeyə qadir və hakimiyyətin bütün digər mənbələrindən asılı olmayan deyildir. Beynəlxalq siyasətin, plüralistlərin aksioma kimi qəbul etdikləri qarşılıqlı asılılıq xüsusiyyəti və çoxlu sayda beynəlxalq dövlət ittifaqlarının mövcudluğu (Reinsch, 1911), digər aktyorlarla münasibətdə hər bir milli dövlətin tam suveren olması haqqında fərziyyələrin doğruluğuna ciddi şübhə yaradırdı. Hüquqi nəzəriyyənin plüralist tənqidi ilə qarşılıqlı asılılıq barədə 1970-ci illərdə aparılmış debatlar arasında çoxlu oxşarlıqlar olsa da, sonrakılarda əvvəlki mülahizələrin mövcud olması barədə heç bir etiraf yoxdur (de Wilde, 1991). Richard Little belə mühakimə yürüdür ki, plüralizmin intellektual mirasının kölgədə qoyulmasının əsas səbəblərindən biri «fənnin bu orijinal ədəbiyyata idealist yarlığı vurulmasını qəbul etməyə hazır olmasından» irəli gəlirdi (1996: 69). «İdealist yarlıq» müharibələrarası tədqiqatçıların beynəlxalq təhlükəsizlik (Baldwin, 1995) və beynəlxalq təşkilatların öyrənilməsinə yanaşması tərzinə də kölgə salmışdı. Müharibələrarası tədqiqatlar çox vaxt Millətlər Liqasının uğursuzluğu ilə əlaqələndirilsə də, bu dövrdə yazanların heç də hamısı belə hesab etmirdi ki, bu yeni beynəlxalq təşkilatın yaradılması öz-özlüyündə beynəlxalq siyasətin məntiqini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir (Duggan, 1919; Hicks, 1920). Beynəlxalq təşkilatların öyrənilməsi ilə məşğul olanlar üçün ən təxirə salınmaz nəzəri problem, dövlət suverenlyi haqqında müxtəlif konsepsiyaların Millətlər Liqasının fəaliyyəti ilə hansı tərzdə uyğunlaşdırılacağı ilə bağlı idi. Əlbəttə bu, Birləşmiş Ştatlarda beynəlxalq təşkilatların öyrənilməsinə müəyyən forma vermək üçün məsul şəxs olan Pitman Benjamin Potter üçün də belə idi (Potter, 1923, 1925).

Lakin müharibələr arası dövrü digərlərindən idealizmin fərqləndirdiyi barədə fikrin təkzib edilməsi, heç də İkinci Dünya Müharibəsindən sonra sahənin vurğuların dəyişməsinə məruz qalması fikrinin rədd edilməsinə əsaslanmır. 1940-cı illərin əvvəllərinə artıq aydın idi ki, sahədə keçid baş verir və bunun ən bariz ifadəsi sahədə aparılan tədqiqatların mərkəzi obyektinin beynəlxalq siyasətin yox, beynəlxalq təşkilatların öyrənilməsi olmalı olduğu haqqında mübahisələr idi (Dunn, 1948; Fox, 1949; Kirk, 1947; Schuman, 1933; Schwarzenberger, 1941). Sahənin vurğularının dəyişməsinə ixtisasa saxta «realist» mənsubiyyəti altında daxil olanlar cavabdehlik daşısalar da, BM haqqında müharibədən əvvəlki və sonrakı mülahizələr arasındakı fərqləri həddindən artıq şişirtmək lazım deyildir. İkinci Dünya Müharibəsindən əvvəl yazanlar kimi, «realistlərin» də çoxunun məqsədi güc (hakimiyyət) haqqında həqiqəti demək idi. Həm politologiya, həm də BM mülahizələrinin dərin təsirinə məruz qalmış emiqrant alimlər üçün bu xüsusilə belə idi. E.H. Carr ([1939] 1964), Hans J. Morgenthau (1948) və Frederick L. Schuman-ın (1933) yazdıqlarının diqqətlə oxunması, onların işlərinin, idealizm və realizm arasındakı şübhəli dixotomiya (haçalanma) terminlərində nəzərdən keçirilməsi səbəbindən tamamilə kənarda qalmış əvvəlki mülahizələrlə çoxlu sayda əlaqələri aşkarlayır. Morgenthau və digər «realistlərin» «beynəlxalq siyasəti» sahənin nüvəsinə çevirməyə kömək etdikləri həqiqət olsa da, İkinci Dünya Müharibəsindən əvvəlki dövrün müəlliflərinin «yeni» güc siyasəti modelinin təməl fərziyyələrinin əksəriyyəti ilə tanış olmaması həqiqət deyildir (Bryce, 1922; Reinsch, 1900). Sahənin tarixinin ardıcıl olmayan eksponatları nəvaxtsa müharibələrarası və İkinci Dünya Müharibəsindən sonrakı dövrün tədqiqatçıları arasında, müxalif nəzəri mövqelər və ya anlayışlar sistemlərinin intellektual mübadiləsi mənasında, debatın baş verməsi fikrinin lehinə kifayət qədər dəlil vermir.

5.Özləri-özlərinə ad qoymuş akademik realistlərin ilk nəslinə və onların ən nüfuzlu işlərinə E.H. Can-1939; George F. Kennan, 1951; Hans J. Morgenthau, 1948; Reinhold Niebuhr, 1940; Frederick L. Schuman, 1933; Georg Schwarzenberger, 1941; və Nicholas J. Spykman, 1942 daxildirlər.