Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 8
Belə bir hiss yaranır ki, indi fənnin bir-birinə əks olan istiqamətlər boyu sıraya düzülmüş kimi nəzərdən keçirdiyi üç kontinium (səlt mühit) mövcuddur. Onlardan birincisi izah/anlama bölgüsüdür (Hollis və Smith, 1990). İkincisi pozitivizm/post-pozitivizm bölgüsüdür (Lapid, 1989; Sylvester, 1993). Üçüncüsü rasionalizm və reflektivizm arasında Keohane bölgüsüdür (Keohane, 1989). Yeni meydana çıxan konstruktivizm onların arasında «orta əsas (torpaq)» mövqeyinə iddia edir (Adier, 1997; Price və Reus-Smit, 1998; Wendt, 1999). Bu, Şəkil 2.2-dəki kimi formalaşdırılmış sahəni təşkil edir
Belə strukturla əlaqədar problemlər yuxarıdakı müzakirələrdən artıq aydın olmalıdır, lakin «rasionalizm» adlandırılan hansısa bir şeyin pozitivizmlə bir sıraya qoyulması istehzasını xüsusi qeyd etməyə dəyər. Xüsusən də, pozitivizm empirik epistemologiyanı təcəssüm etdirir bəyanatı doğrudursa (Nicholson, 1996a, 1996b; S. Smith, 1996); rasionalizm və empirizmə adi halda epistemoloji müxaliflər kimi baxılmalıdır22 (Haack, 1993). Bundan əlavə «elm = pozitivizm» bərabərliyi qəbul edilirsə, bu, post-pozitivizmin mütləq anti-elm olması mənası verərdi. Lakin bu belə deyil, çünki çoxlu sayda post-pozitivist mövqelər elm yönümlüdür. Bundan əlavə BM-ə Marksist yanaşmalar bu struktura rahat oturmur, çünki onlar pozitivizmə deyil elmə uyğun gəlir (Maclean, 1981; H. Smith, 1996). Fənnin bəzi bölmələrində rasionalist/reflektivist oxu rasionalist/konstruktivist oxla əvəz etmək meyli vardır və bu, bu kitabdakı fəsillərin çoxunda aydın görünür. Lakin bu, yalnız konstruktivizm kateqoriyasının rəqabət aparan və bəzən də bir-biri ilə bir araya sığmayan mövqelərə bölünəcəyi halda mənaya malik ola bilər (belə hesabat quraşdırmaq cəhdi üçün Adier-in bu kitabdakı 5-ci fəslinə bax). Belə hərəkətlə nə qazanmaq mümkün olduğunu görmək çətindir, çünki mövqelər diapazonunu tam örtmək üçün bir yarlıqdan istifadə edilməsi yalnız o zaman xeyirli ola bilər ki, onlar mühüm elementlərə müştərək sahib olsunlar.
Digər mürəkkəbləşdirici amil səbəbiyyət asılılığıdır (etiologiya, kauzasiya) (Harre və Madden, 1975; Lemer, 1965; Suganami, 1996; Wright, 1974). Hollis və Smith son nəticədə pozitivizm və post-pozitivizmi səbəbiyyət asılılığı probleminə tətbiq etmək vasitəsilə izah və anlama arasındakı fərqi azaldırlar: «Anlamaq aktyorların şüurunda nizam yaratmaqdır; izah etmək – elmi tərzdə səbəb tapmaqdır» (Hollis və Smith, 1990: 87). Bu, bütün səbəbiyyət hesabatlarının mütləq pozitivist olduğunu fərz etmək olardı. Doğrudan da, bu strukturun məntiqini qəbul etməklə bağlı David Campbell bildirir: «Mən «real səbəblərin» kataloqlaşdırılması, hesablanması və dəqiq müəyyən edilməsinin mümkünsüzlüyünü etiraf edən yozumun məntiqini anlayıram» (Campbell, 1992: 4). Burada sanki yozumçu (anlama) hesabatların səbəbiyyət asılılığından uzaq durması təklif edilir. Lakin burada hansı növ səbəbiyyət əlaqəsi rədd edilir? Hollis və Smith səbəbə Humea-nın pozitivist terminlərində baxırdılar, Campbell isə «real səbəblərə» hansı məna verməsi haqqında heç bir izah gətirmir (Hollis və Smith, 1991: 407; 1994:248-50).
Güman ki, post-pozitivist/reflektivist mövqedə dayanan Ruggie səbəbiyyətə sadiqdir, lakin bunu izahın hər şeyi nəzərə alan qanunu (cowering law) modeli kontekstində müzakirə edir, və bunu izahın təsvir (nəqli) forması ilə müqayisə edir (üz-üzə qoyur) (Ruggie, 1998: 34). Hidemi Suganami də səbəb probleminə oxşar formada müraciət etmişdir, lakin onun hesabatının ontologiyası aydın deyil və görünür ki, o, təsvirin (nəqlin) özünə səbəb kimi baxır (Suganami, 2000). Bu, səbəbin çox idealist hesabatıdır və belə təsəvvür yarada bilər ki, guya Pelopones Müharibəsinin (Peloponnesian War) Thucydides nəqli əslində onun səbəbidir (Patomaki və Wight, 2000; Suganami, 2000). Suganami-nin müzakirəsində yaddan çıxarılan «səbəblərin nəqli» və «nəql səbəb kimi» arasındakı fərqdir. Sosiologiya terminlərində bunların hər ikisi eyni dərəcədə düzgündür, lakin zamandan asılı terminlərdə fərq çox vacibdir. Birinci Dünya Müharibəsinin səbəblərinin nəqli sözün hərfi mənasında Birinci Dünya Müharibəsinin səbəbi ola bilməz, lakin müxtəlif qrupları düşmən kimi göstərən nəql onlarla düşmən kimi davranılmağa başlanmasına səbəbin bir hissəsi ola bilər. Dessler (1991) səbəbi qeyri-Humea mövqeyindən yaxşı müzakirə etmiş və onun korrelyasiya ilə müqayisəsini aparmışdır.23
Problemləri çərçivələməyin müasir üsulunun nəticəsi kimi fənnin daxilində meydana çıxan digər məsələ, təsisçi (konstitutiv) və yozumçu (eksplanator) nəzəriyyələr arasındakı fərqdir (Burchill və Linklater, 1996; Smith, 1995; Wendt, 1999). Steve Smith buna bu gün fənnin üzləşdiyi əsas meta-nəzəri problem kimi baxır (Smith, 1995: 26). Smith yozumçu nəzəriyyənin öz yönümünə görə böyük dərəcədə pozitivist, təsisçi nəzəriyyənin isə post-pozitivist olduğunu aydın görür (Smith, 1995: 26-7). Smith-ə görə yozumçu nəzəriyyə Beynəlxalq münasibətlərin izahını təklif etməyə çalışır, təsisçi nəzəriyyə isə «nəzəriyyəni həmin bu gerçəklikdən təsis olunan kimi» görür (Smith, 1995: 26-7). Bu fərqi necə yozmaq lazım olduğunu anlamaq çətindir. Smith bunu ictimai dünyanın rəqabət aparın görüşlərinin daxilinə hörülmüş əsas ontoloji fərq kimi formulə edir (Smith, 1995: 27). Lakin Smith-in formasının təməlində dayanan yenə də elm/anti-elm sxemidir; ictimai dünyaya da «alimlərin «təbii» dünya barədə fikirləşdikləri, yəni bizim nəzəriyyələrimizdən kənarda olan, yoxsa bizim yaratmaqda olduğumuz ictimai dünya» kimi baxılmalıdır (Smith, 1995: 27)?
Bəs buradakı «biz» əvəzliyi kimə aiddir? Bu fərqi Beynəlxalq münasibətləri izah etməyə çalışan yozumçu nəzəriyyə ilə qarşı-qarşıya qoysaq, belə nəticəyə gələ bilərik ki, «biz» deyəndə Smith BM nəzəriyyəçilərini, qeyri-«biz» deyəndə isə cəmiyyətin üzvlərini nəzərdə tutur. Digər tərəfdən, məsələ sadəcə olaraq dünyanın sosial qurulmuş olmasıdırsa, ictimai elmlər sahəsində, istər elmi qanaddan olsun, istərsə də yox, başqa cür fikirləşən çoxlu sayda mütəxəssis tapmaq asan olmazdı (Holsti, 1998: 29; Searle, 1995). Hətta Kenneth Waltz kimi hakim meyldən olan mütəxəssis belə sosial dünyanın sosial qurulduğunu qəbul edir (Waltz, 1979: 48).24
Tamamilə mümkündür ki, son nəticədə akademik nəzəriyyələr cəmiyyətə hopur və onu fundamental olaraq dəyişir, lakin hələlik bizim «biz» – BM nəzəriyyəçiləri öyrəndiyimiz dünyanı yaradırıq demək qədər imtiyazlı mövqeyə malik olduğumuzu iddia etmək ehtimalı çox azdır. Bu məsələ ilə əlaqədar Wendt-in Smith-ə cavabı sanki əsaslı səslənir, və sosial obyektlər anlayışların daşıyıcılarından müstəqil mövcud olmasalar belə, sosial obyektlər «onları izah etmək istəyən fərdlərin şüur və bədən üzvlərindən asılı olmayan kimi» mövcuddurlar (Wendt, 1999:75). Wendt bu məsələdə Smith-in elm/anti-elm strukturunu rədd edir və belə hesab edir ki, həm yozumçu, həm də təsisçi nəzəriyyə təbiət elmi – ictimai elm bölgüsündən kənara çıxır (Wendt, 1999: 78; cavab üçün bax, Smith, 2000). Wendt-ə görə təsisçi nəzəriyyə sosial obyektlərin «necə» təsis olunması və «X»-in nə olması ilə məşğul olur (Wendt, 1999: 78). Dövlət nəzəriyyəsi burada yaxşı misal ola bilər. O (dövlət nəzəriyyəsi), «dövlət nədir?» soruşur, lakin səbəbləri zamana görə əlaqələndirməyə çalışmır (Bosanquet, 1899; Jessop, 1990; Laski, 1935). Wendt həm də sübut edir ki, təbiət elmlərində də ən mühüm nəzəriyyələrdən bəzisi təsisçidir – məsələn DNK-nın ikispirallı modeli (Wendt, 2000: 107).
Tez-tez təsisçi və yozumçu nəzəriyyələr problemi motivlər nə vaxt səbəb ola bilər məsələsi ilə əlaqələndirilirdi (Hollis, 1994; Smith, 2000). Bu, adətən sosiologiyanın fəlsəfəsinin məşğul olduğu əsas problem olurdu (Winch, 1958, habelə müqayisə et Winch, 1990; Davidson, 1963; Macintyre, 1973). Smith, kimlər tərəfindən aparıldığını göstərmədən, bu məsələnin qızğın müzakirələrinin hələ də davam etdiyini bildirsə də, bu gün üçün motivlərin səbəblər kimi qurulması yozumçu hesabatların zəruri komponent kimi ümumi qəbul edilmişdir (Smith, 2000: 158). Ümumiyyətlə, motivlərin səbəblər kimi başa düşülməsinə hərəkət və davranış arasında fərqi qoruyub saxlamaq üçün zəruri bir şey kimi baxılmağa başlanmışdır (Bhaskar, 1979; Carlsnaes, 1986; Collin, 1985; Davidson, 1963; Porpora, 1987). Çünki, hərəkət üçün motiv, hərəkət üçün cavabdeh olan səbəbiyyət kompleksinin bir hissəsi deyilsə, hermenevtik (yozumçu) hesabatların təkid etdiyi, hərəkət (akt) və fiziki hərəkət arasında çəkilmiş sərhəd inkar edilir; məsələn, dostlara işarə etmək və ya başını qaşımaq arasında olan kimi (Bhaskar, 1979: 169-95). Dostlara əl yelləməklə işarə vermək arasındakı fərq ötürücüyə malik olmaqdan, kiminsə əlini bu tərzdə yelləməsinin motivindən, daha konkret desək, dostlara işarə vermək istəyindən asılıdır. Bu mənada, kiminsə dostuna əl etmək istəyi, tamamilə düzgün olaraq, əlin uyğun tərzdə yellədilməsi üçün cavabdeh olan səbəbiyyət kompleksinin bir hissəsi kimi baxıla bilər (Carlsnaes, 1986; Patomaki, 1996). Əgər əsaslar səbəbiyyət funksiyalarından məhrum edilirsə beheviorizm salamat qal deyir.
Bu məsələ elmə pozitivist baxışın möhkəmliyini bir daha nümayiş etdirir. Smith-in motivləri səbəblər kimi rədd etməsi onun səbəbin pozitivist hesabatını qəbul etməsindən çıxır. Winch etiraf edirdi ki, onun sosial izahlarda (yozumlarda) səbəbiyyət hesabatlarını rədd etməsi səbəbin Humea/pozitivist hesabatına əsaslanırdı, və belə hesabatdan məhrum edilmiş səbəbiyyət söhbəti sosial yozumlar üçün təkcə məqbul yox, həm də zəruridir (Winch, 1990). Ona görə də Wendt güman etmişdi ki, Hollis və Smith-in «iki tarixçə» tezisi «yozumun pozitivist konsep-siyalarının mirasıdır» (Wendt, 1991: 391). Bir sıra müəlliflər yozumçu/təsisçi bölgüsünü rasionalist/reflektivist dixotomiyası ilə əlaqələndirir (Adier, 1997; Laffey və Weldes, 1997; S.Smith, 1996; Wendt, 1999). Fənnin rasionalist və reflektivist düşərgələrə bölünməsini adətən Robert Keohane-ın (Keohane, 1989) adına yazırlar, baxmayaraq ki, son illər bu bölgü daha az rol oynayır və fənnin daxilində çoxları rasionalist/konstruktivist fərqlərdən danışmağa üstünlük verir. Beynəlxalq təsisatlara yanaşmanın iki növü arasında müxtəlifliyi göstərmək üçün Keohane tərəfindən xüsusi olaraq orijinal fərq formalaşdırılmışdı, lakin çox tezliklə bu terminlər bilavasitə BM-in özünün öyrənilməsinə iki fundamental əks yanaşmanı işarə etmək üçün işlədilməyə başladı. (Keohane, 1989; S. Smith, 1996; Wendt 1992). Keohane-a görə, rasionalistlər onun rasionallığın «substantiv» (müstəqil, məğzi) konsepsiyası adlandırdığı şeyi qəbul edən nəzəriyyəçilərdir. Bununla o, davranışın, obyektiv olaraq, şəraitə uyğunlaşdırıldığı qəbul edilən yerə qədər rasional hesab edilə biləcəyini nəzərdə tutur (Keohane, 1989: 160). Digər tərəfdən reflektivistlər «təsisatların öyrənilməsinə sosioloji yanaşmanı» qəbul edir və «konkret şəxsiyyətlə bağlanmayan ictimai qüvvələrin rolunu, həmçinin mədəni ənənələrin, normaların və maraqların hesablan-masından çıxarıla bilməyən dəyərlərin təsirini» qabardırlar (Keohane, 1989: 160). Reflektivistlər «beynəlxalq təsisat fəaliyyətinin «fərdlərarası mənasının» vacibliyinə» vurğu edirlər (Keohane, 1989: 161).
Belə formada bu, epistemoloji və ya metodoloji deyil, ontoloji fərqdir. Keohane hesab edir ki, empirik tədqiqatın zərər çəkməməsi üçün, beynəlxalq siyasətin öyrənilməsi hər iki yanaşmadan istifadə edilməsini tələb edir (Keohane, 1989: 161). Keohane-ın rasionalist/reflektivist fərqi, rasionalistin öz diqqətini təsisatların necə fəaliyyət göstərdiyi; reflektivistin isə daha çox təsisatların necə meydana çıxdığı, onların fəaliyyətinin necə təmin edildiyi, mədəni və tarixi kontekstə uyğun olaraq necə dəyişdiyi üzərində cəmləməsi kimi başa düşülə bilər (Keohane, 1989: 170). Reflektivist tənqidə görə, rasionalist nəzəriyyələr, necə deyərlər, birölçülü, statik, universalist, antitarixi və kontekstsizləşdirilmişdir (Keohane, 1989: 170-3). Keohane bütün bu məhdudluqları etiraf edir, lakin tədqiqat proqramının reflektivist perspektivin birləşdirilə biləcəyi qədər genişləndirilməsi naminə rasionalist yanaşmaların bütövlükdə rədd edilməsinin əksinə dəlillər gətirir (Keohane, 1989: 171). Problem bundadır ki, rasionalist baxışın reflektivist tənqidi təsirli görünsə də, istənilən halda reflektivistlər bəyanatlarının düzgünlüyünü göstərəcək və Keohane-ın «tədqiqat proqramı» adlandırdığı şeyi qurmalıdırlar (Keohane, 1989: 173). Belə «tədqiqat proqramı» olmadan rasionalist hakim meylin reflektivist tənqidi fənn üçün əhəmiyyət kəsb etməyəcəkdir (Keohane, 1989: 173).
Əslində Keohane-ın Lakatos-çu «ya tədqiqat proqramı, ya ölüm» müdaxiləsinə çağırışı xahiş və hətta reflektivist tədqiqatçılara daimi tənqiddən kənara çıxmaq və bəyanatlarının doğruluğunu empirik üsulla nümayiş etdirmək çağırışı kimi də başa düşülə bilər (Katzenstein et al., 1998). Kifayət qədər proqnozlaşdırıla biləcək reflektivist cavab «kimin terminlərində?» sualı olmuşdur (S. Smith, 1996). Nəhayət, empirik təsdiq əsasında «tədqiqat proqramı» yaratmaq tələbi, birin-birə, reflektivistlərin əlcək atdığı pozitivist prinsiplərə müraciət etmək deyilmi (George, 1994)? Reflektivistlərin çoxu pozitivizmi qəbul edən vaxtı ötmüş elmi görüşlərə bağlı olaraq qalır. Məhz bu yolla pozitivizm rasionalizmlə tən qoyulur.
Bu tənləşdirmədə ontologiya səviyyəsində nəsə var. Pozitivizm özünün bütün təzahürlərində nəzəri terminlərin ontoloji statusu barədə aqnostik qalmağa üstünlük verərək, və ya onların hər hansı ontoloji statusa malik olmasını birbaşa inkar etməklə, həmişə ontoloji cəhətdən sadə olmuşdur. Bu, əlbəttə ki, onun nəzəri terminləri instrumental emal etməsindədir. Keohane-ın rasionalistləri hər hansı faktik agentin rasional insan modelinə uyğun gəlməsinə inanmırlar; özü də iqtisadçıların hər bir firmanın mütləq rasional istifadəni maksimallaşdıran olduğuna inandıqlarından daha çox (Katzenstein və başq., 1998; Keohane, 1989). Rasionallıq tədqiqat istiqamətini saxlamaq üçün zəruri hesab edilən fərziyyədir. Reflektivist tənqid ya nəzəri mülahizə yürütməyin «əgər belədirsə» (ehtimal) formasının etibarlılığının inkarı, ya sadəcə olaraq edilmiş konkret fərziyyələrin, ya da ki, hər ikisinin inkarı kimi yozula bilər.
Keohane lap əvvəldən ontoloji bazaların fərqləndirilməsinə əsaslandığı və tədqiqatların ontoloji üfüqlərini genişləndirmək ehtiyacını qəbul etdiyi halda, ona reflektivist cavab (reaksiya) Keohane-ın danışıq predmeti kimi qəbul etmədiyi epistemoloji meyarlara əsaslanırdı (Keohane, 1989: 174; Katzenstein et al., 1998). Keohane-ın mövqeyinə reflektivist cavabın başlıca olaraq epistemoloji məsələlərə əsaslanması fənn daxilində elm/anti-elm parçalanmasının dərinliyini göstərir. Bundan əlavə, fənn daxilində reflektivist adlandırılanların əksəriyyətinin (hamısı olmasa da) onların bəyanatına doğrudan da empirik yardım göstərməsi faktı bu özünəməxsus parçalanmanın doğruluğuna daha böyük şübhə yaradır. (Campbell, 2001; Wendt, 1999: 67; 2000: 173). Əgər rasionalist və reflektivistlər arasında fərq yalnız bu epistemoloji təmələ əsaslanırsa, deməli, bu gün BM-də sadəcə olaraq praktikayla məşğul olan reflektivistlər yoxdur, onların arqumentlərinə empirik yardım göstərməyə Keohane-ın epistemoloji işlərinin ən ciddi tənqidçiləri səfərbər edilsə belə (Ashley, 1987, 1989; Ashley və Walker, 1990; Campbell, 1998b, 2001; George, 1994; Smith, 1997; Walker, 1993).
Bu xam strukturun onun üzərinə qoyulmuş yükü çəkmək imkanında olmamasını nümayiş etdirən daha bir yekun dixotomiya da var. Bu, maddi/təsəvvüri parçalanmasıdır. Hazırda fənnin bu məsələni strukturlaşdırması üsulu haqqında deyilə biləcək konstruktiv şey çox azdır. Elmin fəlsəfəsi baxımından bunun elə bir mənası yoxdur. Rasionalistlər, izahçılar (yozumçular) və pozitivistlər diqqətini necə deyərlər maddi amillər üzərində, reflektivistlər, anlayıcılar, konstruktivistlər və post-pozitivistlər isə təsəvvüri üzərində cəmləyirlər (Laffey və Weldes, 1997; Ruggie, 1998; S. Smith, 1996, 2000; Wendt, 1995, 1999, 2000).
Bu problem də elm/anti-elm parçalanmasından törəmədir. Lakin, sadəcə olaraq, elmin fəlsəfəsinin bu parçalanmanı legitimləşdirə biləcək heç bir mövqeyi yoxdur. Bütün təriqətlərdən olan pozitivistlər təsəvvüri faktorların təhlilini legitimləşdirə də bilərlər; əhəmiyyətlisi onları necə nəzərdən keçirmələridir. (Haas, 1991: 190; Laffey və Weldes, 1997). Eyni ilə də, elmin və sosiologiyanın qeyri-pozitivist fəlsəfəsi maddi amillərə üstünlük verə bilər (Marx, 1966). Əlbəttə, müxtəlif nəzəriyyəçilər öz diqqətlərini bu amillər üzərində müxtəlif dərəcədə cəmləşdirirlər, lakin bu halda belə tədqiqat obyekti ilə əlaqədar ontoloji seçim edilməlidir, nəticələr hansısa əfsanəvi epistemoloji mövqeyə aprior sadiqlikdən çıxarılmamalıdır. Əgər rasionalist və reflektivistlər, ya pozitivist və post-pozitivistlər, lap konstruktivist və rasionalistlər arasında da fərq maddi yoxsa təsəvvüri məsələsinə söykənirsə, «təsisatlar onların qaydaları terminlərində təyin edilə bilər» bəyanatı nəzərə alındıqda, Keohane nə rasionalist, nə də post-pozitivistdir. (Keohane, 1989: 163).
Belə görünür ki, mövcud mənzərənin (landşaftın) qeyri-rasionalist/post-pozitivist adlandırılan tərəfində olanlardan çoxu belə güman edir ki, Wendt-in təbiətin daxilinə hörülmüş sosiologiyanı himayə etmək üçün arqumenti yalnız maddi amillərin əhəmiyyətə malik olduğunu təklif edir. (Campbell, 2001: 445). Lakin Wendt bunu fərz etməmişdir (1999). Onun fərz etdiyi, BM maddi amillərin rol oynamasının mümkünlüyünü də açıq saxlamalıdır fikridir; bunun niyə yalnız maddi amillər mənaya malikdir kimi yozulması aydın deyil, baxmayaraq ki, müasir strukturun məntiqinin anlanılması bunu qismən izah edir, çünki struktur hər ikisini/və ya fərqi təsis edir. Lakin, bu məsələnin müzakirəsi zamanı konseptual aydınlığın çatışmaması son nəticədə bu məsələyə kömək etmir. Məsələn, David Campbell, həm «mülahizədən (dikursdan) kənarda heç nə yoxdur» (Campbell, 2001: 444), həm də «danılmaz dünyanın şüurdan kənarda mövcud olması müzakirə predmeti deyildir» (Campbell, 2001: 444) kimi bəyanatlar edə bilər.
Əlbəttə, bu iki bəyanatı bir-biri ilə uzlaşdıran məntiqi ardıcıl yollar ola da bilər, lakin bu daha böyük konseptual aydınlıq tələb edir. Bundan əlavə, şüurdan kənardakı obyektlərə sadiqliyinə baxmayaraq, əslində Campbell mövcudluğu və ya haqqında mülahizələrin (diskursların) aparıldığı obyektləri əlaqələndirməkdə fəlsəfi idealizm formasını, müəyyən mənada pozitivizmin bir variantını müdafiə etməkdə davam edir; insanlarsız mülahizələr (diskurslar); mülahizələrsiz obyektlər yoxdur. BM daxilində maddi/təsəvvüri problemi haqqında daha çox şey demək, ona layiq olmadığı açıq-aydın olan legitimlik vermək olardı. Lakin əslində bu, problemlərin strukturlaşdırılmasının hazırki üsulunun belə cəfəngiyyatlara necə gətirməsini nümayiş etdirir.
NƏTİCƏ
Bir dəfə Mervyn Frost BM-i «geridə qalmış fənn» adlandırmışdı (Frost, 1986). O hesab edirdi ki, bu fənn onun analitik və elmi-tədqiqat səylərinin şüurlu inikasının çatışmaması üzündən «geridə qalmışdır» (Frost, 1986:39). Bu baxımdan, bu gün BM-i «geridə qalmış» adlandırmaq çətin olardı. Lakin şüurlu inikasın labüd olaraq inkişafa gətirəcəyini fərz etmək də səhv olardı. Ola bilsin ki, fənnin Holsti tərəfindən ayırıcı kimi xarakterizə edilməsi daha dəqiq təsvirdir (Holsti, 1985). Lakin bu halda belə ayırıcı xəttlər haradan keçir və ayırma fənnin arzuladığı şeydirmi kimi çətin suallar yaranır. Pozitivizm elmin fəlsəfəsini üstələdiyi şəraitdə fənn üçün seçim asan və yeganə idi. Ya elm, ya da qeyri-elm; hansı ki, faktik olaraq «ya pozitivizm, ya da ölümə» çevrilmişdi. Pozitivist ortodoksallıq aşınmağa başlayanda daha plüralist BM yaranacağına ümidlər yüksək idi: bəziləri determinist elmin sərt görüşlərinə daha az əsaslanan, digərləri alternativ düşüncə modellərinin daxil edilməsinə daha meylli. Biz bu gün də belə vəziyyətdəyikmi?
Təəssüf ki, yox. Pozitivist ortodoksluğu heç vaxt gerçək olaraq anlamaması səbəbindən onun mövqeyini zəiflədə bilməyən fənn yeni meydana çıxan təfəkkür modellərini sadəcə olaraq köhnə strukturun içərisinə tökmüşdür. Lakin istənilən riyaziyyatçı təsdiq edər ki, «minlərlə nəzəri çiçək» ikisinin içərisinə sığa bilməz, və bu səbəbdən də indiki struktur tikiş yerlərindən partlayır. Sadəcə olaraq, yeni «aralıq əsas» kateqoriyasının əlavə edilməsi nə kömək edə, nə də müxtəlif kateqoriyalar diapazonunu bir yarlıq altında toplaya bilər. Buradan da «fənnin» mövcud strukturu və hər kəsin ona sədaqətini elan etməsi tələbi doğur. Elan edən kimi, iqtibasların analitik strukturu müəyyən edilir, mənsubiyyət də möhkəm bərkidilir. Rasionalist kimi siz maddi amillərə, səbəbiyyət və elmə üstünlük verəcəksiniz; post-pozitivist/reflektivist kimi təsəvvüri amillərə üstünlük verəcəksiniz, səbəbiyyəti rədd edəcəksiniz və anti-elm olacaqsınız. Bu cür çeşidləməni dəyişmək üçün edilən hər bir cəhd ram edilmiş, və zorla bu və ya digər ifrat mövqeyə aid edilmişdir. Bu, Wendt-in orta əsası tutmaq cəhdinə bir-birindən ayrılmış tərəflərin hər ikisinin dəqiq reaksiyasıdır. Hər bir kəsin hansı tayfaya məxsus olduğunu bəyan etməli olması, və bu bəyanatın onun ontoloji iqtibas çərçivəsini, epistemologiyasını və uyğun metodlarını müəyyən etməsi ideyası fənnin keçməli olduğu əcayib yol kimi görünür. Lakin fənnin daxilində bəziləri bilavasitə strukturun özünün doğruluğunu şübhə altına almağa başlamışdır (Ashley, 1996; Patomaki və Wight, 2000; Serenson, 1998; Waever, 1996).
Etirazlara baxmayaraq, fənnin bu struktura bağlılığının uzun tarixçəsini nəzərə alsaq, onun rədd edilməsi az ehtimallı görünür. Əlbəttə ki, çox dərində oturan bu bağlılığın izahının bir hissəsi yəqin ki, fənni mənsubiyyət siyasətinin (üstündən yalnız ağılsızların adlayacağı) sərhədləri mərzləyən formasıdır (Campbell, 1998a, 2001). Nəhayət, sərhəd polisi sərhədlərsiz nə edərdi? Əgər bu, BM-də sosiologiyanın fəlsəfəsinin nəticəsidirsə, güman ki, fənn bunsuz da keçinə bilərdi. Lakin belə qiymətləndirmə mövqeyi itirmək olardı. Sosiologiyanın fəlsəfəsi fənnin bu cür istifadə və ya rədd edəcəyi bir şey deyil. Bizim öyrəndiyimiz predmet tamamilə empirik deyil, deməli fəlsəfə bizim öyrəndiyimizin, bizim olduğumuzun bir hissəsini təşkil edir, və nə etdiyimiz haqqında məlumat verməyə kömək edir. Belə şəraitdə, bizim ümid edə biləcəyimizin ən yaxşısı güman ki, bunu daha yaxşı edə biləcəyimizə inanmaqdır. Yekun təhlillər zamanı mənim bu fəsildə əhatə etdiyim məsələlər barəsində meta-nəzəri debatların sözdə praktikadan daha mühafizəkar (tayfabaz) olduğunu yadda saxlamağa dəyər. Məsələ konkret empirik tədqiqata gəldikdə, kiminsə mövqelərdən hər hansı birində davamlı olaraq dayanmaqla məntiqi ardıcıllığı təmin edəcəyi şübhəlidir. Ümid edirəm ki, bu kitabdakı sonrakı fəsillər deyiləni təsdiq edəcəkdir.
Ədəbiyyat
Abbott, G.F. (1970) Thucydides: A Study in Historical Reality. New York: Russell and Russell.
Adler, Emanuel (1997) ‘Seizing the Middle Ground: Constructivism in World Polities’, European Journal of International Relations, 3 (3): 319-63.
Adomo, Theodor, Abert, Hans, Dahrendorf, Ralf et al. (eds) (1976) The Positivist Dispute in German Sociology. London: Heinemann.
Alker, Hayward (1965) Mathematics and Politics. New York: Macmillan.
Alker, Hayward (1996) Rediscoveries and Reformulations: Humanistic Methodolgies for International Relations. Cambridge: Cambridge University Press.
Aliotta, Antonio (1914) The Idealistic Reaction Against Science (trans. Agnes McCaskill). London: Macmillan.
Althusser, Louis and Balibar, Etienne (1970) Reading Capital. London: New Left Books.
Angell, Norman (1947) The Steep Places. London: Hamish Hamilton.
Appleyard, Brian (1992) Understanding the Present: Science and the Soul of Modern Man. London: Pan Books.
Ashley, Richard (1984) ‘The Poverty of Neorealism’, International Organization, 38 (2): 225-86.
Ashley, Richard K. (1987) ‘The Geopolitics of Geopolitical Space’, Alternatives, XII: 403-34.
Ashley, Richard K. (1989) ‘Living on Border Lines: Man, Poststructuralism, and War’, in James Der Derian and Michael J. Shapiro (eds), Intemational/Intertextual Relations: Postmodern Readings of World Politics. Lexington: Lexington Books, pp. 259-321.
Ashley, Richard K. (1996) ‘The Achievements of Post-structuralism’, in Steve Smith, Ken Booth and Marysia Zaiewski (eds). International Theory: Positivism and Beyond. Cambridge: Cambridge University Press. pp. 240-53.
Ashley, R.K. and Walker, R.B.J. (1990) ‘Reading Dissidence/Writing the Discipline: Crisis and the Question of Sovereignty in International Studies’, International Studies Quarterly, 32 (4): 367-416.
Aune, Bruce (1970) Rationalism, Empricism and Prgamatism: An Introduction. New York: Random House.
Bagby, Laurie M. Johnson (1994) ‘The Use and Abuse of Thucydides in International Relations’, International Organization, 48 (I): 131-53.
Bain, William (2000) ‘Deconfusing Morgenthau: Moral Inquiry and Classical Realism Reconsidered’, Review of International Studies, 26 (3): 445-64.
Banks, Michael (1984) ‘The Evolution of International Relations Theory’, in Michael Banks (ed.). Conflict in World Society. Brighton: Wheatsheaf Books. pp.3-21.
Banks, Michael (1985) ‘The Inter-Paradigm Debate’, in Margot Light and A.J.R. Groom (eds). International Relations: A Handbook of Current Theory. London: Francis Pinter. pp. 7-26.
Bauman, Zygmunt (1978) Hermeneutics and Social Science. London: Hutchinson.
Bhaskar, Roy (1978) A Realist Theory of Science, 2nd edn. Brighton: Harvester.
Bhaskar, Roy (1979) The Possibility of Naturalism: A Philosophical Critique of the Contemporary Human Sciences, 2nd edn. Brighton: Harvester.
Bhaskar, Roy (1986) Scientific Realism and Human Emancipation. London: Verso.
Biersteker, Thomas J. (1989) ‘Critical Reflections on Post-Positivism in International Relations’, International Studies Quarterly, 33: 263—7.
Bluhm, William T. (1967) ‘Thucydides’, in Paul Edwards (ed.), The Encyclopedia of Philosophy: New York: Macmillan. p. 123.
Bohman, James (1991) New Philosophy of Social Science. Cambridge: Polity.
Bosanquet, Bernard (1899) The Philosophical Theory of the State. London: Macmillan.
Boucher, David (1998) Political Theories of International Relations: From Thucydides to the Present. Oxford: Oxford University Press.
Bourdieu, Pierre (1977) Outline of a Theory of Practice. Cambridge: Cambridge University Press.
Brecht, Arnold (1959) Political Theory. Princeton: Princeton University Press.
Brodribb, Somer (1992) Nothing Mat(t)ers: A Feminist Critique of Postmodernism. Melbourne: Spinifex Press.
Brown, Chris (1994) ‘Critical Theory and Postmodernism in International Relations’, in A.J.R. Groom and Margot Light (eds). Contemporary International Relations: A Guide To Theory. London: Pinter Publishers, pp. 56-68.
Brown, S.C. (ed.) (1979) Philosophical Disputes in the Social Sciences. Brighton: Harvester Press.
Bull, Hedley (1969) ‘International Theory: The Case for a Classical Approach’, in James Rosenau (ed.), Contending Approaches to International Politics. Princeton: Princeton University Press, pp. 20-38.
Bunge, Mario (1963) The Myth of Simplicity: Problems of Scientific Philosophy. Englewood Cliffs: Prentice Hall.
Bunge, Mario (1996) Finding Philosophy in Social Science. London: Yale University Press.
Burchill, Scott and Linklater, Andrew (1996) ‘Introduction’, in Scott Burchill and Andrew Linklater (eds), Theories of International Relations. London: Macmillan. pp. 1-27.
Bury, J.B. (1975) History of Greece, 4th edn. New York: Macmillan.
Butterfield, Herbert (1951) ‘The Scientific versus the Moralistic Approach to International Affairs’, International Affairs, 27: 411-22.
Callinicos, Alex (1990) Against Postmodernism: A Marxist Critique. New York: St Martins Press.
Campbell, David (1988) ‘Recent Changes in Social Theory: Questions for International Relations’, in R. Higgott (ed.). New Directions in International Relations: Australian Perspectives. Canberra: Australian National University, pp. 11-65.
Campbell, David (1992) Writing Security: United States Foreign Policy and the Politics of Identity. Manchester: Manchester University Press.
Campbell, David (1998a) Writing Security: United States Foreign Policy and the Politics of Identity, rev. edn. Manchester: Manchester University Press.
Campbell, David (1998b) ‘MetaBosnia: Narratives of the Bosnian War’, Review of International Studies, 24 (2): 261-81.
Campbell, David, (1999) ‘Contra Wight: The Errors of a Premature Writing’, Review of International Studies, 25(2): 317-21.
Campbell, David, (2001) ‘International Engagements -The Politics of North American International Relations Theory’, Political Theory, 29 (3): 432-48.
Carlsnaes, Walter (1986) Ideology and Foreign Policy. Oxford: Blackwell.
Carlsnaes, Walter (1992) ‘The Agent-Structure Problem in Foreign Policy Analysis’, International Studies Quarterly, 36 (3): 245-70.
Carr, E.H. (1946) The Twenty Years Crisis, 1919-39, 2nd edn. London: Macmillan.
Chalmers, Alan F. (1992) What is This Thing called Science?, 2nd edn. Buckingham: Open University Press.
Christensen, Thomas J. and Snyder, Jack (1997) ‘Evaluating Theories’, American Political Science Review, 91 (4): 919-22.
Collin, Finn (1985) Theory and Understanding: A Critique of Interpretive Social Science. Oxford: Blackwell.
Comte, Auguste ([1854] 2000) The Positive Philosophy of Auguste Comte. Kitchner: Batoche Books.
Cox, R. (1981) ‘Social Forces, States and World Orders: Beyond International Relations Theory’, Millennium: Journal of International Studies, 10(2): 125-55. Davidson, Donal (1963) ‘Actions, Reasons and Causes’, Journal of Philosophy, 60: 685-700.
Der Derian, James and Shapiro, Michael J. (eds) (1989) Internalional/Intertextual Relations: Postmodern Readings of World Politics. Lexington: Lexington Books.
Derrida, Jacques (1988) ‘Structure, Sign and Play in the Discourse of the Human Sciences’, in David Lodge (ed.), Modern Criticism and Theory. Harlow: Longman. pp. 108-24.
Dessler, David (1989) ‘What's at Stake in the Agent-Structure Debate?’, International Organization, 43(3): 441-73.
Dessler. David (1991) ‘Beyond Correlations: Towards a Causal Theory of War’, International Studies Quarterly, 35: 337-55.
Dessler. David (1999) ‘Constructivism within a Positivist Social Science’, Review of International Studies, 25 (I): 123-37.