Kitabı oku: «Müridizm və Şamil», sayfa 3
Qədim qafqazlıların ilkin inanc simvolları bütpərəstlik mahiyyətində idi. VII yüzilin ikinci yarısında Qafqazın cənub hüdudlarına yol açan müsəlman fanatikləri onları bütpərəst olaraq görürdü. İslamizm indiki Dağıstanın başlıca yaşayış məntəqələrində, demək olar ki, iki yüz il 33 Müəllif o çağın tarixşünaslığında hakim olan, lakin müasir tarix elminin qəbul etmədiyi belə bir versiyanı ifadə edir ki, guya Qafqaz xalqları daha güclü xalqlar tərəfindən qovularaq əlçatmaz dağlara doldurulmuş qəbilələrdən tö-rəmişlər.
41
müharibə apardı və ərəblərin silahı onların siyasəti ilə birləşərək burada öz yerini möhkəmlətdi34. .
IX yüzilin başlanğıcında ərəb volontyorlar kütləsi Həmzə və Abbas soyundan (Məhəmmədin iki doğma əmisi) olan beş şeyxin rəhbərliyi altında cihad üçün Kiçik Asiyaya hərəkətə başladılar. Onların uğurları şərq tərəfdən Qara dəniz sahillərinə yollarını açdı. Sayları artıq beş
minə çatan bu mühacirlər Qara dəniz sahillərindən Xəzər sahillərinə qədər səpələndilər və orada olan müsəlmanların köməyi ilə bütpərəstləri söz və qılıncla müsəlman dininə gətirdilər. O vaxtdan burada şafeilik təlimi hakim-dir35.
Xəlifələrin qüdrətli çağlarında Dağıstan və müsəlman Qafqaz bəzən, həqiqətən, bəzən də nominal olaraq xəlifə
naiblərinin idarəsi altında oldu; lakin həm daxili çəkişmələr və qarışıqlıqlar, həm də müxtəlif tayfalardan ibarət camaatda növbəti hakimiyyətlərin mövqe dəyişkənliyi və
nəhayət, qonşularla toqquşmalar üzündan orada tez-tez iğtişaşlar baş verir, qan tökülürdü. Abbasilərin hökmran-lığının zəifləməsi ilə türklər, gürcülər və farslar arasında Dağıstan nifaq predmetinə çevrildi. Monqollar oraya türk tayfalarının yeni koloniyalarını yeritdi və Dərbəndin özünün qapıları önündə bu sülalənin iki qüdrətli xanı – Hüla-34 M.Kazım bəy İslamın Dağıstanda IX yüzildə yerini möhkəmlətdiyini söy-ləməklə yanlışlığa yol verir.
35 İslam dinində 4 məktəbin – məzhəbin (ərəbcə “yol”, “fəaliyyət üslubu”,
“doktrina”, “təlim”, “məktəb”) biri. Bu məzhəbin təməlini qoyan – eponimi Məhəmməd ibn İdris əş-Şafi (767-819) olub. Bu şəxs Əbu Hənif və Malik ibn Ənəsin məzhəblərini birləşdirməyə çalışıb. Misir, Livan, Suriya müsəlmanları ilə yanaşı Dağıstan, Çeçenistan və İnquşetiya dindarları da əş-Şafei məzhəbinə
mənsubdurlar (Массе Э. Ислам. – М., 1969, с.90; Керимов Г.М. Шариат. –
М., 1978, с. 18-19).
42
qu və Berke 36 arasında Dağıstanın taleyi məsələsində mübahisə yarandı. Sonra da döyüş baş verdi. Döyüşdə üstünlük əvvəlcə Hülaqunun tərəfində idi, lakin sonra Berke qələbə çaldı və Dərbənd onun qoşunlarına qismət ol-du. Bu ölkə hələ də Şərqdə öz təsirini saxlamış monqolların qüdrətinə tabe edildi.
Daha iki yüz il ötəndən sonra bu diyara yeni türklər, yaxud osmanlılar, həmçinin iranlılar iddiaçı oldular. Onların arasında savaş XVI yüzilin sonlarında başladı. İranlılar üstün gəldilər37, Cənubi Dağıstan Böyük Pyotr tərəfindən istila edilənə qədər onların idarəsində qaldı38.
36 XIII yüzilin ortalarında Xaqan Munke tərəfindən göndərilən Hülaqu xan çox geniş əraziləri özünə tabe etdi. Amu-Dərya (Ceyhun) çayından Aralıq də-nizinə və Dərbənddən başlamış güneydə İran körfəzinədək istila etdiyi torpaqlarda Hülaqular Ulusu adı ilə tanınan sayca beşinci monqol ulusu yarandı.
Onun hökmdarları elxanlar – cahan padşahları adlanırdı. Hülaquları öz hakimiyyətinə tabe etmək ümidində olan Qızıl Orda onunla mücadiləyə başladı.
1262-1318-ci illərdə Qızıl-ordalılar Güney Qafqaza 5 dəfə böyük yürüşə baş
vurdular, özü də 1262 və 1265-ci il yürüşlərinə Berke özü başçılıq edirdi. Sonuncu yürüş zamanı o, öldü və ordusu məğlub edildi; Hülaquları tabe etməyə
sonrakı cəhdlər də Qızıl-ordalılara uğur gətirmədi. Güney Qafqazın bir hissəsi, bir də İran və Suriya onların hakimiyyəti altında qalmaqda idi. Yalnız XIV
yüzilin sonlarında olduqca kəskin mübarizədən sonra Şirvan müstəqilliyə qo-vuşdu və görkəmli dövlət xadimi, diplomat İbrahim Dərbəndi (1382-1417) onun hökmdarı oldu.
37 XVI yüzilin əvvəllərində Səfəvilər və Osmanlılar Qafqazı tabe etmək üçün savaş yolunu tutdular. Bununla bağlı olaraq Güney Qafqaz amansız müharibə
meydanına çevrildi. Onillər boyu gah bu, gah da digər tərəfin müvəqqəti uğurları ilə davam edən hərbi əməliyyatlar yalnız 1555-ci ildə sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Bunun nəticəsində Qərbi Gürcüstan və Azərbaycanın qərb əyalətləri Osmanlının hakimiyyəti altına keçdi, Güney Qafqazın qalan qismi isə Səfəvilərin əlində qaldı. Lakin artıq 1578-ci ildə Osmanlı yenidən savaşa başladı və bu savaş 1590-cı ildə Şah I Abbas üçün ağır sülh müqaviləsinin imzalanması ilə bitdi – indi bütün Güney Qafqaz Osmanlı İmperiyasının hakimiyyəti altında idi. Bu sülhün ömrü qısa oldu və 1602-ci ildə
Qafqaza sahib olmaq uğrunda mücadilə yenidən qızışdı. 1612-ci ildə Səfəvi şahı İstanbulu sülhə məcbur etdi – 1555-ci il müqaviləsinin şərtlərini təsdiqləyən sülh müqaviləsi imzalandı. Qafqaza saysız fəlakətlər gətirən hərbi 43
Lakin vəziyyət yenə dəyişdi. Nadir şah İran monarxi-yasındakı çaxnaşmalar zamanı taleyin üzünə gülməsin-dən istifadə edərək, bütün İranı özünə tabe etdi və ölkənin hüdudlarını genişləndirdi. Dağıstanı da itaətə gətir-məklə39, oraya naib təyin etdi. Onun ölümündən sonra Cənubi Dağıstanda İran şahının naibindən narazı olan əməliyyatlar 1616-1617-ci illərdə yenidən bərpa olundu və Şah I Abbas üçün uğurlu sonluqla bitdı – Osmanlı sultanı şahın Dərbənd və onun ətrafı üzərində
suverenliyini tanıdı.
38 XVI yüzildən başlayaraq Qafqaz hakimləri himayə olunmaq xahişi ilə dəfələrlə Rusiyaya müraciət etmişdilər. Bu kimi müraciətlər XVIII yüzilin əvvəlindən etibarən tez-tez olurdu. 1722-ci ilin yayında I Pyotr Qafqaza yürüşə
başladı. Dağıstanın düzənlik qisminin hakimləri I Pyotru pişvaz etdilər və ona qiymətli hədiyyələr gətirdilər. Avqustun 23-də I Pyotr Dərbəndə daxil oldu.
“Bu şəhərin naibi, – deyə I Pyotr Senata yazırdı, – bizi qarşıladı və qapıların açarını təqdim etdi. Doğrudan da, bu adamlar bizi səmimi sevgi ilə qarşıladılar və elə sevinirdilər ki, elə bil onları mühasirədən qurtarmışdıq”. (Соловьев
С.М. История России. кн. IV, т. XVI-XX. c. 677). Həmin vaxt Şamaxı, Sal-yan, Rəşt, Bakı, Tiflis, İrəvan və digər yerlərin təmsilçiləri də I Pyotrun yanına gələrək onlara dəstək olmasını və Rusiya təbəəliyinə qəbul olunmalarını xahiş etmişdilər. Lakin çox tezliklə Pyotr əsas qüvvələrini də götürüb Rusiyaya qayıtdı. 1723-cü ilin yazında sultanın ordusu Qafqaza daxil oldu. Bundan bərk qorxuya düşən Səfəvi şahı Rusiya ilə onun Xəzəryanı vilayətlərə hüququnu tanıyan müqavilə bağladı. Bu addım Osmanlı-Rusiya münasibətlərini daha da kəskinləşdirdi, lakin qaçılmaz kimi görünən müharibəni 1724-cü ilin İstanbul sülhü sayəsində təxirə salmaq mümkün oldu. Sultan Xəzəryanı əyalətləri Rusiyaya könüllü olaraq birləşən torpaqlar kimi tanıdı. Lakin bu əyalətlər Rusiyanın tərkibində çox qalmadı. 1735-ci ilin Gəncə müqaviləsinin şərtlərinə
görə Rusiyanın Şimali Azərbaycandakı cənub sərhədləri Terek çayına qədər geriyə çəkildi (Пайчадзе Г.Г. Русско-Грузинские отношении в 1725-1735
гг. Тбилиси, 1965; Абдуллaев Г.Б. Азербайджан в XVIII веке и
взаимоотношение его с Россией. – Баку, 1965).
39 Nadir şah – Dağıstanı itaətə gətirmək üçün 10 ilə yaxın müharibə edib. Bizim müəllifin iddiasının əksinə olaraq, dağlar ölkəsinə dəfələrlə viranedici basqınlara baş vuran Nadir şah o yerləri özünə tabe edə bilməyib. Bu bir yana, dağlıların vuruşa-vuruşa geri çəkilən dəstələri onları dağların dərinliklərinə
cəlb etmiş və Andalal döyüşündə onun qüvvələrini məğlub etmişdilər (Сб.
РИО, т.96, док.III). Məğlubiyyətlə barışmayan Nadir şah 1747-ci ilin yazında öldürülənə qədər Dağıstanı fəth etmək fikrindən daşınmırdı, lakin bu, alınmadı.
44
müsəlmanlar öz xanlıqlarını qurdular40 və bu xanlıqlar 1806-cı ildə Dağıstan ruslar tərəfindən qəti olaraq tabe edilənə qədər öz varlıqlarını qoruyub saxladılar41.
40Nadirin ölümündən və şah qoşunlarının bu diyardan qovulmasından sonra
“hər əyalətin bir-birindən asılı olmayan hakimləri peyda oldular” (A.Bakıxa-nov). Lakin xanlıqların yaranmasını heç bir halda mexaniki olaraq yalnız Nadirin ölümü ilə bağlamaq olmaz. Bu prosesin dərin sosial-iqtisadi kökləri vardı, sosial münasibətlərin inkişafı ilə şərtlənirdi və bütün əvvəlki tarixi hadisələrlə hazırlanmışdı (Абдуллаев Г.Б. Указ.соч., с.71). Elə həmin dövrdə
(XVIII yüzilin ortaları) Dərbənd Xanlığı meydana çıxdı, lakin müstəqilliyini saxlaya bilmədi – əlverişli daxili və xarici şəraitdən istifadə etməklə, onu XVIII yüzilin 60-cı illərində qubalı Fətəli xan öz torpaqlarına birləşdirdi.
41Dərbənd vilayətinin Rusiya ilə qarşılıqlı münasibətləri uzaq keçmişlərə dayanır. Fətəli xan 1775-ci ildə yardım və dəstək üçün minnətdarlıq əlaməti olaraq Dərbəndin açarını II Yekaterinaya göndərmiş və onun torpaqlarının Rusiya təbəəliyinə qəbul olunmasını rica etmişdi (Бутков П.Г. Материалы по
истории Кавказа с 1722 по 1803 гг., ч.III. – СПб., 1869, с.138). Lakin Rusiya beynəlxalq vəziyyəti mürəkkəbləşdirmək istəmədiyindən Dərbənd Xanlığını öz ərazilərinin tərkibinə daxil etməyə getmədi (Архив Государственного
совета, ч.2. – СПб., 1869, с. 787-789). 1796-cı ildə Tiflisin Ağa Məhəmməd xan tərəfindən müdhiş bir şəkildə talanlara və dağıntılara məruz qoyulmasın-dan və Qafqaz xanlarının xahiş-minnətlərindən sonra rus hökuməti general V.Zubovun komandanlığı altında Qafqaza ekspedisiya korpusu göndərdi. Rus qoşunu hər yerdə “yardım və dəstəklə” qarşılanaraq (Алкадари Г.-Э. Асари-Дагестан. – Махачкала, 1929, стр.102), Dərbəndə yaxınlaşdı. Şəhərin hakimi Şeyxəli xan müqavimət göstərmək niyyətində idi, lakin şəhərin təslim edilməsinə nail olan Rusiya tərəfdarlarının təzyiqi altında öz planlarından əl çəkməyə məcbur oldu. V.Zubov heç bir müqavimət görmədən Dərbəndə daxil oldu. Xanın bacısı, Rusiya tərəfdarı kimi tanınan Pərəci xanım şəhərin hakimi təyin edildi. Mühafizənin sayıqlığını itirməsindən istifadə edən Şeyxəli xan Qubaya qaçdı. II Yekaterinanın ölümündən və general Zubovun qoşunlarının çıxıb getməsindən sonra o, yenidən Dərbəndin xanı oldu. 1799-cu ildə Şeyxəli xan Rusiya təbəəliyinə daxil oldu və 3-cü klass mənsəbinə yüksəldildi (Материалы по истории Дагестана и Чечни. – Махачкала, 1940, с. 57-58).
İran tərəfdən başlanan 1804-1813-cü il Rus-İran müharibəsi zamanı rus qoşunları Dağıstanın feodal hakimlərindən Şamxalın qoşun dəstəsinin müşayiəti ilə güneyə doğru hərəkətə başlayanda Dərbəndin şəhər əhalisi Şeyxəli xanın ağılsız hərəkətlərindən hiddətlənərək onu qovdular və Əlipənah bəyi öz təmsilçiləri seçərək onu bir heyətlə rusları qarşılamağa göndərdilər. “Şəhərlilərin çox böyük kütləsi” ilə müşayiət olunan rus qoşunları 21 iyul 1806-cı ildə
Dərbəndə daxil oldu. “Dikbaş xanı özləri qovan Dərbənd sakinləri “həmin bu 45
Bu yerdə qeyd etmək lazımdır ki, daxili Dağıstanda və ümumiyyətlə, Qafqazda qədim çağlardan bəri mövcud olan müxtəlif camaatlar öz xanları və ağsaqqalları tərəfindən idarə olunurdu, lakin onların böyük qismi həmişə hökmran iqtidarların baş idarəçilərinə bağlılıqda və
tabeçilikdə idilər. Qafqaz dağlarının əlyetməz dərələrində
yaşayan elə camaatlar vardı ki, onlar çox nadir hallarda kənardan idarə olunurdular və hətta elələri də vardı, heç bir vaxt kənardan idarəçilik görməmişdi.
könüllü tabelikdən…” sonra, ertəsi gün əbədi sədaqət və Rusiya təbəəliyinə
andiçmə mərasimindən keçirildilər”, – deyə general Qlazenap Peterburqa yazırdı (ЦГИАГ. ф. 16, д. 370, л. I; ЦГВИА, ф.ВУА, д. 6164, ч.56, л.25-28).
46
b. MÜRİDLİK42
Yuxarıda qeyd etdik ki, müridlik təriqətə mənsubluğu təşkil edir və firqə başçıları onlara sadiq olan kütlənin mürşidi, mənəvi tərbiyəçisi simasını az-çox kəsb etdikdə, 42 Müridizm – sufizm ideyalarını (İslamda mistik-asketik cərəyan) və xüsusən də, onun tərkib hissəsi olan, təriqət üzvlərindən öz dini müəllimi – mürşidə sözsüz tabelik tələb edən təriqəti (dini tərbiyə və dərvişlərin hazırlanması –
bax. qeyd13) əldə rəhbər tutan mistik istiqamət (bax. qeyd20 ). Təriqətin Qafqaza nüfuz etməsinin zamanı və qolları haqqında tarixi ədəbiyyatda müxtəlif fikirlər söylənmişdir, fəqət əksər qafqazşünaslar hesab edirlər ki, nəqşbəndi təriqəti burada XIX yüzildən xeyli əvvəl yayılmış (bizim müəllif hesab edir ki, Dağıstanda müridizmin izlərinə XV yüzildən etibarən rast gəlinir) və mövcud qayda-qanunlarla dinc bir şəkildə uzlaşmışdır. Yalnız qəzavat ideyası (bax. qeyd14) təriqət təlimi ilə birləşəndən sonra müridizm siyasi rəng almağa başlamışdır. Özü də ilk vaxtlar mömin təriqətçilər qəzavat elan olunmasına qarşı çıxırdılar. Gələcək birinci imam Qazi Məhəmməd qəzavatı təbliğ etməyə
başladıqda mürşidi Cəmaləddin Qazi-Kumuxlu nəqşbəndi təriqəti və qəzava-tın uyğun gəlmədiyini göstərməklə, Qazi Məhəmmədə, əgər o, təriqətdə mürid adlanırsa, bu xətti-hərəkət tərzindən geri durmağı məsləhət bilmişdi (Сб. свед.
о кавказ. горцах. – Тифлис, 1869, с.6 ). Cəmaləddin Şamilə də “silah qal-dırmağı” yasaq etmişdi (Движение горцев Дагестана и Чечни в 20-50 гг.
XIX в. – Махачкала, 1959, с. 419-420). Belə çıxır ki, sözdə Qafqaz müridizmi nəqşbəndi ordeninin ideya və təşkilati prinsiplərindən istifadə etməklə
“bütün müsəlmanların bərabərliyi” və onların “kafirlərin” hakimiyyətindən nicat tapmağı kimi demaqoq şüarlar səsləndirir və “kafirlərə” qarşı “müqəddəs savaşı” qarşıya qoyulan məqsədə çatmaq üçün başlıca yol olaraq görürdü.
Qeyd etmək lazımdır ki, hətta mürşid Cəmaləddin və onun müridləri dağlıların hərəkatına qoşulduqdan sonra da, onlar, yəni təriqətin müridləri hərbi əməliyyatlarda bilavasitə iştirak etmir, onların əvəzinə başqalarının vuruşma-sına üstünlük verirdilər. Onlardan fərqli olaraq nəqşbəndi təriqətinə aidiyyəti olmayan, dini bilikləri məzmunu anlamadan “Quran” oxumağı bacarmaqla məhdudlaşan, sözdə naib müridlərin qəzavatda iştirakını zəruri sayırdılar. Onlar çox deyildilər – hər naibin 5-12 müridi vardı. Deməli, bəzi müəlliflərin etdiyi kimi, əgər hərəkatın bütün iştirakçılarını mürid saymasaq, ümumi kütlədə
müridlər cüzi azlıq təşkil edirdilər. Və onlar çarpışmalara girən xalqın sırala-rında olmaqdan daha çox, xalqın başı üzərində idilər (Смирнов Н.А.
Указ.соч. с.147).
47
cihad və dəvət43 onu eyni şəkildə doğura bilər. Xəlifələr-dən Osman44*, Valid (hicri 96-cı il), Hişam (hicri 105-111-ci illər)45 tərəfindən göndərilən sərkərdələrin başçılığı altında ərəblərin ilk ekspedisiyalarının davamında cihad İslama qənimət də, torpaqlar da, çoxlu sayda ardıcıllar da qazandırırdı. Odur ki, İslamın III əsrində Həmzə və Abbasın soyundan olan dərviş şeyxlər Qafqazda öz dinlərindən olan yetərli sayda müsəlmana rast gəlmişdilər. Onlar yerli
“kafirlərlə”, Osetiyada46* yerləşən rus alayları ilə vuruş-muş və nəhayət, qalib gəlmişdilər47. Beləliklə, cihad Qaf-43 Bax. Qeyd17 və 27 .
44* Osman – dörd rəşid xəlifədən üçüncüsü, 644-656-cı illərdə hakimiyyətdə
olmuşdur. *İbn-ül-Ə’sam əl-Kufi bu ekspedisiyanı Osmanın ayağına yazır.
Lakin “Dərbəndnamə”də deyilir ki, bu ekspedisiya hicri 41-ci ildə, yəni on il sonra Xəlifə Müaviyənin zamanında olub. Lakin birinci iddia daha əsaslıdır.
45 Bax. Аbu Мухаммед Ахмад ибн А’сам ал-Kуфи. “Книга завоеваний”: Извлечения по истории Азербайджана VII-IX вв. /Перевод с арабского
З.М.Буниатова. – Баку. 1981.
46 * Svyatoslav 965-ci ildə Xəzərlərə qarşı yürüşə başlayıb. Qafqazda ərəblərlə
üzləşdiyi, Osetiyada və Kaxetiyada onlarla savaşdığı XIII yüzildə bir dağıstanlı alim tərəfindən ötəri təsvir edilib.
47Müəllif tərəfindən bu bilginin haradan iqtibas edildiyi və bu hadisəni “ötəri”
qeyd etmiş bir dağıstanlı alimə istinad edərkən, kimi nəzərdə tutduğu aydın deyildir. Bəllidir ki, Dağıstan mənşəli mənbələrdə Dağıstan dağlıları və rusların birgə mübarizəsi haqda məlumatlar yer alır. “Dağıstan sakinləri bundan (yəni ərəblərin hücumundan – Red. ) xəbər tutanda, − deyə mənbədə bildirilir,
− onların həmişə faydanı və ziyanı bərabərcə paylaşan rus qoşunları tərəfindən müşayiət olunan kafirləri bir yerə cəm oldular. Onlar müsəlmanları dəf etmək və onları fəlakətlərə ürcah etmək məqsədilə Çur adlanan şəhərin yanında gö-ründülər” (Тарихи-Дербенд-наме., прил. II – Тифлис, 1898, с.172; eləcə də
bax.: Бакиханов А.-К. Указ.соч. с.52 ). O da bəllidir ki, Dağıstan dağlılarının əcdadları rusların X yüzildə Güney Qafqaza yürüşlərində iştirak etmişlər (Сведения арабских авторов IX-X вв. о Кавказе, Армении и Азербайд-жане. /Пер. Н.А. Караулова. – СМОМПК, вып. 38, с.47; Якубовский
А.Ю. О русско-хазарских и русско-кавказских отношениях в IX-X вв. –
Изв. АН СССР, сер. истории, 1946, т. III, N 5, с. 467; Византийских
временник, 1926, т.XXIV, с.65). 965-966-cı ildə Svyatoslav Xəzərlərə qarşı yürüşə baş vurdu. Belə bir fikir söyləmək üçün əldə dəlillər var ki, bu yürüşdə
48
qazın içərilərində dini yaymaq və hakimiyyət əldə etmək üçün istifadə olunan daimi silah kimi qalmaqda idi. İslamın xeyli gücləndiyi, bütün Dağıstanı48 və Qafqazın böyük qismini əhatə etdiyi XIV yüzilin sonlarında bu diyar arasıkəsilməz müharibələr və uzun sürən çaxnaşmalar teatrına çevrilmişdi. Bundan başqa, özünün əlverişli mövqeyinə görə ərəblərin “qələbə dağları” adlandırdığı Qafqaz uzun müddətdə iranlılar, türklər, monqollar və digər qonşular arasında mübahisə və çəkişmə predmeti olmuşdur. Buna əlavə olaraq hakimiyyət hərisi olan yerli xanla-Tşina çayı (Kuban çayının qolu) üzərindəki vuruşmadan sonra ruslara qoşulan alanlar və adıqlarla birlikdə Dağıstan dağlıları da iştirak ediblər (Бутков П.Г.
Вести черкеса о князьях русских – Святославе и Мстиславе. – Северная
пчела, 1850, N 99).
48 Bəlli olduğu kimi, ərəblər IX yüzilin əvvəllərindən Dağıstanda hərbi əməliyyatlar aparmayıblar, bu yüzilin ortalarına doğru isə Şimal-Şərqi Qafqaz faktik olaraq Xilafətdən asılı idi. Bu yaxınlara qədər belə qəbul olunmuşdu ki, Dağıstanın islamlaşmasını Şirvan və Dərbənd hakimləri, eləcə də Səlcuqlar, Teymur və b. başa çatdırıblar. Heç şübhəsiz, onların hamısı Dağıstanda İslamın yayılmasında xeyli rol oynayıblar, lakin həlledici faktor qazilərin (ərəbcə: din uğrunda mücahid) fəaliyyəti olmuşdur. Dağıstanda, eləcə də digər yerlərdə xüsusi qoşun dəstələrində (səraya) birləşən qazilər, hətta yerli hökmdarların hesablaşdığı sanballı qüvvə təşkil edirdilər. Qazi dəstələri yerli sakinlərdən və eləcə də gəlmələrdən, o cümlədən Yaxın Şərq ölkələrindən olanlardan təşkil olunurdu. Din uğrunda mücahidlərin zümrəsi, Şərqdə bütün zümrələr kimi korporativ quruluşa malik idi, könüllü döyüşçü dəstələrinin rəisləri çox vaxt yerli hakimlər tərəfindən rəsmən tanınırdılar (Бартольд В.В. Соч., т.I. – М., 1963, с.273). Bir qayda olaraq öz rəisləri başda olmaqla, qazi dəstələri xüsusi tərzdə qurulmuş dayaq məntəqələrində yerbəyer olur, İslamı yaymaqla me-todiki olaraq və gündəlik məşğul olurdular. Qazilər bəzi hallarda adamları ov-layırdılar ki, onları sonra köləliyə satsınlar (Минорский В.Ф. История Шир-вана и Дербента. – М., 1963, с. 167-168). Beləliklə, Dağıstan əhalisinin bir hissəsi zorla, qan axıdılması və dağıntılarla, bir hissəsi xoşluqla İslama keçdi-lər (Тарихи-Дагестан, в кн.: Тарихи Дербенд-наме, с.175 ). Bununla birlikdə, hətta XVII-XVIII yüzillərdə, xüsusən də Şimal-Qərbi Dağıstanın yüksək dağlıq rayonlarında İslamaqədərki inanclar və ayinlər – daşlara, ağaclara və s. sitayiş qalmaqda idi.
49
rın və ruhanilərin daxili üsyanları da bu ölkəni uzun zaman həyəcanlarla yükləmişdir49.
Müridizmin kökləri burada həmin qarışıq zamanlara gedib çıxır, lakin o hələ siyasi məna kəsb etməmişdi. X
yüzilin sonlarına doğru Dağıstan şeyxlərindən o yerin bütün müsəlmanlarına gizli çağırış – dəvət edildi. Həmin çağırış onun nəticəsində üzə çıxmışdı ki, Dağıstanın bəzi dünyəvi hakimləri bu ölkənin iki hamisi – Həmzə və Ab-basın50 törəmələrinin bütün hakimiyyətlərini mənimsə-mişdilər, bundan sui-istifadə edir və qanuna zidd olan əməllərə yol verirdilər. Şeyxlərin fikrincə, bütün Qafqazın ruhani və dünyəvi idarəçiliyinə başqalarından daha çox qanuni hüquqları olan sözügedən törəmələrin taleyi çağırış əsnasında Əli nəslindən olan İmamların51 Əməvilər və
Abbasilər hökmranlığı zamanındakı halları ilə eyniləşdirilir: onlar dünyəvi hakimlərdən gələn arasıkəsilməz təhlükə altında idilər, hətta onlardan gizlənirdilər. Ona görə ki, hər yerdə onları tapıb öldürür və nəsillikcə qılıncdan 49 Yadellilərin fasiləsiz basqınları, bitib-tükənmək bilməyən feodal çəkişmələri buna səbəb oldu ki, orta əsrlərin Şərq müəllifləri Dağıstanı “qan çanağı”,
“ədavət ocağı” və ya “savaş evi” (dar-ül-hərb) adlandırırdılar (Тарихи
Дербенд-наме, с.170; вопросы истории Дагестана, вып. II. – Махачкала, 1975, с.114).
50 Həmzə və Abbas – Məhəmmədin əmiləri, Məkkənin Haşimilər soyundan idilər.
51 Əli (602-661) – dördüncü rəşid xəlifə (656-cı ildən), Məhəmmədin əmisi oğlu və onun qızının əri. 661-ci ilin yanvarında məsciddən çıxarkən xaricilər tərəfindən öldürülüb. Onun böyük oğlu, şiələrin ikinci imam saydıqları Həsən xilafətə iddiasından əl çəkdi və bunun müqabilində Müaviyədən 2 milyon dir-həm aldı. Xəlifə Müaviyənin ölümündən (680) və Həsənin vəfatından (669) sonra şiələr Əlinin ikinci oğlu, Əməvilərə qarşı çıxış edən Hüseyni imam olaraq tanıdılar. 680-ci ilin oktyabrında Kərbəla yaxınlığında Hüseyn qeyri-bərabər döyüşdə həlak oldu. Sonralar şiələr arasında o, şəhidlik kultuna çevrildi.
50
keçirirdilər. Odur ki, X yüzilin sonlarında siyasi meydan-da onlardan heç kəs qalmamışdı.
“Ey möminlər! – deyə XIII yüzilin yazılı abidələrin-dən birində qorunub saxlanan çağırışda deyilir, – Həmzə
və Abbasın nəslindən, onun nəvələrindən, nəticələrindən, kötükcələrindən olan, kişi və ya qadın cinsindən olan, yaşlı və cavan olan bir kimsə tayfalar arasında (Qafqaz tayfaları) görünsə, siz ona ehtiram göstərməli və yuxarıda təsvir edilən ölçülərdə ona hörmət etməlisiniz. Bunu siz, peyğəmbərə və onun iki əmisinə hörmət naminə etməlisiniz. Əgər kimsə bunu etməsə, qoy onda Allah bizi bağışlasın – qoy ona Allah-təalanın və onun mələklərinin lənəti olsun!”
Mətnin sonrasından göründüyü kimi, bu dəvət uğur qazanıb, çünki tezliklə Məhəmməd nəslindən olan ruhani şəxs – Kumık52 qazisi Əbdürrəhim Şirvani53* başda olmaqla silahlı dəstə təşkil olunur. Lakin müridlərin bu birləşməsinin sonrakı təfsilatları bizə bəlli deyildir. Ehtimal ki, bu birləşmənin uğur qazanmasına türklərin və ya türk-monqolların hərbi yürüşü mane olub. Kumıkın talan edilməsi ilə nəticələnən bu yürüş tarixi mənbələrin birində
göstərilir 54* .
52 Daha dəqiq – Kumuxi.
53 * O, öz epitetlərinə görə sufilərə mənsub olmalıdır. Dağıstan tarixinə aid bir məqalənin üzünü köçürdüyüm əlyazmada o, Mövlana, əl-Mühəqqəqi, əl-Səfəvi adlandırılır – bu epitetlər, xüsusilə də, birincisi və sonuncusu sufilərə aiddir. Bax, buna görə mən düşünürəm ki, onun başçılığı altındakı qoşun hissəsi müridlərdən təşkil olunubmuş, üstəlik də, burada müridliyin bütün şərtləri: dəvət, təriqət və cihad vəhdət halındadır.
54* Bax. Derbent Nameh. St.-Petersburg, 1851, p. XXI. Monqollar 1231-1239-cu illərdə ikinci yürüşləri zamanı Azərbaycanı fəth etdilər və Dərbəndi tutdular. Həmin bu vaxtlarda feodal ara müharibəsində Qaziqumux şamxalı Qaytaq hakimi olan öz düşmənini ağır məğlubiyyətə uğratdı. Yerli feodallar 51
Beləliklə, müridliyin izləri Dağıstanda hələ hicrətin VIII yüzilinin əvvəllərində və ya miladi XV yüzilin sonlarına yaxın mövcud idi, fəqət bütöv bir xalq qoşununun və
ya camaatın rəsmən, yaxud siyasi olaraq mürid adı daşı-dığını heç bir fakt göstərmir: bu yalnız əvvəlki bir çox hadisələrin nəticəsində ola bilərdi, bunlar barədə biz qismən növbəti fəsildə danışacağıq.
Mistiklərin tarixində biz ötən yüzillərdə Dağıstana mənsub iki-üç məşhur sufini tanıyırıq. Digər tərəfdən, sxolastik təlimlər Dağıstana ilk islam missionerləri ilə birlikdə daxil olub: bu təlimlər orda çox ləng, lakin möhkəm bir şəkildə və xeyli dərəcədə inkişaf etmişdir. Şərq alimləri nomenklaturasında əllidən çox şöhrətli ad Dağıstana mənsubdur. Orada əla (müsəlman qiymətləndirməsinə
görə) filoloqlar, filosoflar və qanunşünaslar olub və indi də vardır55*. Bütün bu alimlər və mistiklərin Kiçik Asiya, Türkiyə, İran, hətta Türküstanla əlaqələri olmuşdu. Bu surətlə, bir tərəfdən, irşad və iradət olmadan varlığını davam etdirə bilməyən təriqət (bax: yuxarıda təriqətin izahı) müridlərini doğurması zəruri idi; digər tərəfdən, qanunşünaslar və ümumiyyətlə, Şərqdə insanların siyasi taleyinin həmişə asılı olduğu ruhani təbəqə ac fanatiklərdə
əhatələrindəki başqa dinlərdən olanlara və kafirlərə nifrə-arasındakı ixtilaflara baxmayaraq Dağıstana soxulan monqollar inadlı müqavi-mətlə rastlaşdılar (xüsusən də, Riça kəndi yaxınlığındakı meydan müharibəsi uzun çəkdi). Yalnız 1240-cı ilin yazında monqollar Qazi-Kumuxa yaxınlaşdılar və uzun çəkən qızğın savaşdan sonra onu ələ keçirərək bünövrəsinə qədər dağıtdılar (История Дагестана, т.I. – М., 1967, с.203-205).
55* Dağıstan alimləri haqqında bax.: Бакиханов А.-К. Указ.соч. с.163-181; Алкадари Г.-Э. Указ.соч. с. 146-160; Али Каляев. Биография дагестанских ученых. Рук.фонд Инст-та истории, языка и литературы ДагФАН
СССР, ф.25, оп.1.
52
ti körükləməyə bilməzdilər. Bunun nəticəsində qədimdən, xüsusilə də, rus silahı o diyarda bərqərar olandan bə-ri Dağıstanda başqa tayfalardan olan qonşulara qarşı tez-tez soyğunlar və gözlənilməz hücumlar baş verirdi.
Əgər X-XI yüzillərdə Dağıstan ruhani zümrəsinin Svyatoslav zamanında Osetiyaya gələn ruslara qarşı cihad üçün tarixən o diyara gəlmiş mühacirlərdən ibarət könüllü qoşun yarada bildiyini görürüksə, onda, əlbəttə, İslamın daha genişlənmiş olduğu bir şəraitdə cihad ideyası daha mütəşəkkil ola və elliklə həyata keçirilə bilərdi.
Lakin kafirlər çoxsaylı olduqda, işin uğuruna ümid yeri qalmadıqda, əksinə, təhlükə yaratdıqda – qanun hücumçu cihadı yasaq edir56*. Bu səbəbdən də ona quldurluq və talan xarakteri verməklə, onu həmişə gizlilik şəraitində
edirdilər.
Beləliklə, əgər Dağıstanda 500 il əvvəl müridlər mövcud idisə və orada təriqət tədricən inkişaf edirdisə, həmçinin ruhanilərin təsiri yarımvəhşi dağlılar arasında57 cihad ideyasını ifrat dərəcəyədək inkişaf etdirməyə macal tapmışdısa, onda heç şübhəsiz, müridliyin indiki sistemi özündən əvvəlki bütün faktların ağıllı və bu keyfiyyətlərə
malik zəruri nəticəsi olmalıdır:
a) güclü dini mövqeyi;
b) təriqət barədə bilikləri;
c) soyuqqanlı və sarsılmaz igidliyi olan adamın hüzuruna gəlmək kifayət edirdi.
Birinci və sonuncu Dağıstanda nadir hal deyildir, lakin hakimiyyət məqsədlərinə qovuşmaq üçün gözəl bir si-56 * Müdafiə cihadı müsəlman üçün həmişə, xüsusən də, din təhlükədə olanda məcburidir.
57 Müəllif düzgün sayılmayan terminologiyadan istifadə edir.
53
lah olaraq ikincini də onlara birləşdirmək lazım gəlirdi; müridizmə rəsmi və ya siyasi xarakter vermək üçün əldə
bəhanə olmalı idi. Bu məsələni gözdən keçirək.
Biz yuxarıda qeyd etdik ki, rahiblik qardaşlığı müsəlman Şərqində ilk vaxtlardan mürid adını daşıyıb və rahib zümrəsindən ayrılıqda da müridlər vardı: bunlar hər zaman sayca xeyli çox olublar. Təriqətdə az-çox yüksək mövqeyə çatan və rəsmi ordenlərdən58* birinə mənsub olmayan adamların da müridləri olurdu. Bu ruhani şəxslər sırasından olan və əksərən imam-rəbbani Şeyx Əhməd59*
soyundan gələn Buxara işanlarının60* bütün Türküstanda və müsəlman Hindistanında müridləri vardı və bu gün də var. İyirmi il olar bundan əvvəl Xokand xanının elçisi qismində Rusiya sarayına gələn və hazırda Buxarada yaşayan İşan Sahibzadə Qufranullahın Türküstanda və Rusiya tatarları arasında 40 000 müridi vardır. Onlar ona hörmət edir və tam səmimi olaraq ehtiramını saxlayırdılar.
Fəqət bu müridçiliyə pis niyyətlərin kölgəsi düşmür: o, təriqətin zərərsiz, hətta faydalı olan təməllərinə söykənir.
Vyatka quberniyasında, Malmıj qəzasında müridlərin kiçik bir dairəsinə malik, onlara güclü təsiri olan İşan Ali 58 * Mən xanəgah və ya təkyələrdə (monastıra bənzər yerlər) yaşayan məlum qardaşlıq zümrəsini nəzərdə tuturam.
59*961-ci ildə (miladi 1563-cü il) doğulmuşdur, Fərrux şah Kabuli hökmdar evinə mənsubdur; onu “imami-rəbbani” – “Allahın imamı”, eləcə də təriqət-dəki yüksək məqamına görə “ikinci minilliyin başçısı” adlandırırlar, ona görə
ki, bu şəxs X yüzilin sonrası və XI yüzilin əvvəllərində yaşamışdı. 1034-cü il-də (1624) ölmüşdür.
60*Bu işan sözü farsca əvəzlik olaraq onlar deməkdir. Nəzakətli danışıqda bu sözü, eynilə rus dilində olduğu kimi tək halda o yerinə işlədirlər. Cəmiyyətdə
yüksək mövqe tutan şəxslər haqqında qiyabi danışıqda çox vaxt bu söz işlədilir; nəhayət bu söz xalq arasında böyük ehtiram və nüfuz sahibi olan ruhani mürşidlərin ünvanına işlədilir. Yeri gəlmişkən, sonralar bu söz yalnız Türküstan və Hindistan müsəlmanları tərəfindən mənimsənilmişdir.
54
adlı biri var. Onun bu təsiri həmin ölkənin sakinlərinin faydasınadır, onların arasında ruhaniliyin yayılmasına xidmət edir. Mən Vyatka quberniyasında – Malmıjda olarkən əminlik hasil etdim ki, işanın yaşadığı kəndin sakinləri, hətta qonşu kəndlərin sakinləri də özlərini digər tatarlardan yaxşı aparırlar: onlar əyyaşlıqdan, bizim tatarların sevimli məşğuliyyəti sayılan at oğurluğu kimi əməllərdən uzaqdırlar. Hətta tatarlar arasında qalmaqal və xoşagəlməz hallar baş verdikdə, xəzinəyə vergi borcları qaldıqda işan onları doğru yola yönəldir və işi elə nizamlayır ki, dairə rəisləri ondan tam razı qalırlar.
Bütün bunlardan görünür ki, müsəlmanlar arasında müridlik mənəvi tərbiyəçiyə sədaqətdən başqa bir şey deyildir. Rəhbərlər yaramazlıq və cinayətə istiqamət götürdükdə fəlakətli, yaxşı tərəfə istiqamət götürdükdə isə özlüyündə müsbət nəticələr verə bilər 61.
Kiçik Asiyada olduğu kimi Dağıstanda da müridlik nominal şəkildə mövcud idi. Bu, şər naminə istifadə edil-məzdən öncə, inkişaf etməli və dağlılar arasında ümumi ideyaya çevrilməli idi. Buna ötən yüzilin sonları, bu yüzilin əvvəllərində dağıstanlıların və onların ruhani şəxslərinin bir tərəfdən Kiçik Asiya və Türkiyənin, digər tərəfdən Buxara və Türküstanın ruhani şəxsləri ilə gizli və açıq əlaqələri sayəsində nail olunmuşdu. Buxara şeyxləri dəfələrlə Həştərxan vasitəsilə Dağıstana gəlmiş və orada təriqət qaydalarını tədris etmişdilər. Dağıstanın ruhani şəxsləri dəfələrlə Məkkəyə, oradan Türküstana səyahət etmiş, Bu-xaradan geriyə – evə qayıdarkən karvanlarla Orenburqa 61M. Kazım bəy müridizmin əgər rəhbərliyi yaxşı olarsa, müsbət nəticələr verə