Kitabı oku: «Müridizm və Şamil», sayfa 4
biləcəyini söylərkən dərin səhvə yol verirdi. Müridizmin irticaçı xarakteristikası, bax. qeyd 36.
55
və Həştərxana gəlmiş, sonra isə öz vətənlərinə dönmüşdülər. Bu sürətlə müridlər xeyli çoxalmışdılar.
Orenburq tatarlarından Mansur adlı biri62 Buxarada ruhani təlim-tərbiyəsini başa vurub, 1742-ci ildə öz vətəninə qayıtmışdı; burada niyyətlərinə meydan görmədik-də, elə o vaxt Həştərxan vasitəsilə Cənub-Şərqi Dağıstana gəlib çıxmış, Şeyx Əlauddin Mansur adı ilə məşhurlaşmış-dı. O, burada çoxlu şər əməllər törədə bilərdi, bu işlərin artıq təməlini qoymuşdu, amma Dağıstanın bu qisminin itaət altına alınması və orada rus silahının bərqərar olması bəd niyyətinə son qoydu. Mansurdan sonra bizə Məhəmməd Xasməhəmməd, Həddislər və Camaluddinin adları məlumdur. Onlar Kürə və Avar xanlıqlarında indiki müridçiliyə zəmin hazırlamışdılar. Ata və oğul Həddislər mürşid idilər və çoxlu müridləri vardı. Kumıklı Camaluddin güclü mürşid63 idi, onun çoxsaylı müridləri sırasında Qazi Molla da vardı. Lakin onların hamısı ümumi şər üçün istifadə olunmurdu, müridlik özünün indiki siyasi xarakterini almamışdı. Bunun üçün ruhani biliklərin bütün 62Müəllif Şeyx Mansuru yanlış olaraq “Orenburq çöllərinin oğlu” deyə təqdim edən XIX yüzilin ortalarının rus şərqşünası N.V.Xanıkovun məlumatından qeyri-tənqidi olaraq istifadə etmişdir (Н.В.Ханыков. О мюридизме и
мюридах. Газ. Кавказ, 1847, N 15). Əslində isə Şeyx Mansur – Aldı kəndinin sakini – məzmunu anlamadan 5 duanı əzbərləmiş, savadsız çoban olan bir çeçen idi. O, heç vaxt Buxarada olmamışdı (Вопросы истории религии и
атеизма. – М., 1950, с.22-23).
63Cəmaləddin Qazikumuxi – nəqşbəndi təriqətinin müridi. Gəncliyində Kürə
və Qazikumux hakimi olan Aslan xanın yanında katib olmuşdu. Vaxt ötdükcə
“Camal, dünya işlərindən usanaraq idarəçilik işindən imtina edir və xanın yanında mirzə olaraq qalır (Джемал ад-Дин. Адабул Марзия. – Сб. свед. о
кавказ. горцах, 1869, вып. 2, с.3). Sonralar naibin yanında xidmətdən tam uzaqlaşır, təriqət şeyxi olur, bunun üstündə Aslan xan tərəfindən təqib olunur, guya xan onu, hətta öldürmək istəyib (Гаджиев В.Г. Абдурахман и его вос-поминания. – Из истории дореволюционного Дагестана. – Махачкала, 1976, с.127).
56
şərtlərini, yəni şəriəti də, təriqəti də birləşdirməyi, fanatizm silahı ilə müridlərə açıq şəkildə təsir göstərməyi, cihada dəvətə başlamağı, uğurla, cəsarətlə qanlı savaşlara girişməyi bacaran adam lazım idi: ilk dəfə bütün bunlar Qazi Mollaya və onun varisi Şamilə belə bir uğurla nəsib oldu. İndi ondan söz açmaq istəyirik.
Onun haqqında danışarkən, biz, əlbəttə, ötəri də olsa mürşidi Qazi Mollanı da xatırlayacağıq.
57
III. İMAM ŞAMİL
Ac-yalavac, talana həris64, quldurluqda cəsur, ovlarını təqib edərkən inadkar olan müxtəlif qəbilələr və yarımvəhşi camaatın yaşadığı məhəmədiyyə Qafqazı hərbi basqınların qanlı yolunda qoyulmuş şirnikləndirici tələ yem-lərinə həmişə həssas olmuşdur: hansısa bir qoçağın gecələr yad tayfalara, qonşu ərazilərinə qısamüddətli reydə
çıxması kifayət edirdi ki, onların gəlişini gözləməyən dinc sakinlərə qorxu və dəhşət yaşadan iyirmi-otuz silahlı və
cəsur dağlı dərhal onun arxasınca düzülsün.
1810-cu ildən 1820-ci ilə qədər mən yeniyetmə yaşlarında idim, müdhiş hadisələr isə bu yaşda olanların yad-daşına bütün dərinliyi ilə həkk olunur və həmişəlik orada özünə yer tutur;
Dərbənd və Quba sakinlərinin ləzgilərin bu sayaq basqınlarından necə əziyyət çəkdiklərinin və sonuncuların yazıq rəcbərlərin65 (əkinçilərin) sürülərini, ilxılarını 64Talançılığa və basqınlara “meyli” Qafqazın “məhəmmədi” xalqlarının az qala anadangəlmə cizgisi saymaqla, müəllif dərin yanlışlığa yol verir. Qonşulara basqınları, bir qayda olaraq, feodallar təşkil edirdilər. Yeri gəlmişkən, az sonra Kazım bəy özü yazır ki, bir sıra basqınların təşkilatçısı Dərbənddən qovulan Şeyxəli xan idi. Müəllifin fikrinin əksinə olaraq, feodallar dağlıları talançı basqınlara heç də asanlıqla təhrik edə bilmirdilər. Şeyxəli xan bunun üçün aldatmaya, hədə-qorxuya, çox vaxt isə pulla satın almağa əl atırdı. Bəllidir ki, Şeyxəli xanın yasavulları Dağıstan aullarını dolaşır və tələb edirdilər ki, “hər iki evdən bir döyüşçü verilsin, bu əmrə qulaq asmayanların evi-eşiyi dağıdılacaq, mülkü əlindən alınacaq (АКАК, т.IV, с.606). Zaman keçdikcə
təhdidlər və satınalmalar dağlılara təsirsiz qalırdı. Şeyxəli xan nə qədər çalışsa da, “Tarkudan tutmuş Göysuya və Kızılyara qədər heç kəs keçmiş xanın tərəfini tutmağa razılaşmırdı (АКАК, т. IV, с. 673).
65 Rəcbər (farsca – rəncbər) – asılı kəndli. Xanlıqlarda bu termin gah yardar, gah da istisnasız olaraq öz ağasının şəxsi təsərrüfatında işlə məşğul olan kəndlilərin xüsusi kateqoriyasını ifadə edirdi (Петрушевский И.П. Очерки по
58
necə sürüb apardıqlarının və bağ-bostanlarını, ev-eşikləri-ni, taxıl zəmilərini yandırdıqlarının və nəhayət, gecələr qala qapılarından bayırda qalmış gəncləri tutub apardıqlarının şahidi olmuşam. Dağlıların ruslara və ölkənin rus silahına tabe olan yerli sakinlərinə nifrəti o zaman indikindən daha güclü idi66. Ruslara qədərki Quba-Dərbənd hökmdarı Fətəli xanın 67 oğlu və varisi Şeyxəli xan öz adamları ilə o vaxtlar əlçatmaz Akuşa aulunda yaşayırdı. Dərbənd ruslar tərəfindən qəti olaraq tabe edilərkən ona göstərdikləri hörmət və ehtirama baxmayaraq, onların düşər-gəsindən68 “qoçaqcasına” qaçan69*, kafirlərə tabe olmadığına görə gənc xana öz aralarında mötəbər yer verən, истории феодальных отношений Азербайджана и Армении. – Л., 1949, с.316).
66 Müəllif çarizm və rus xalqı arasında bərabərlik işarəsi qoymaqla, yanlışlığa yol verir. Mövcud materialın təhlili şübhə yeri qoymur ki, dağlılar rus xalqına meyil edirdilər və dəfələrlə Rusiyaya onları öz himayəsi altına almaq xahişi ilə müraciət etmişdilər (Гаджиев В.Г. Роль России в истории Дагестана. –
М., 1965).
67 Fətəli xan (1736-1789) – Quba, 1758-ci ildən sonra isə həm də Dərbənd hökmdarı, görkəmli dövlət xadimi və diplomat. O, cənubda Ərdəbilə qədər, demək olar, bütün Şimali Azərbaycan vilayətlərini öz xanlığı ətrafında birləşdirməyi bacarmışdı. Rusiya ilə yaxınlaşmanın ardıcıl tərəfdarı idi (Левиатов
В.И. Фатали-хан Кубинский. – Изв. АН Азерб. ССР, серия историч.
1946, вып. 4, N 9; Абдуллаев Г.Б. Из истории Северо-Восточного
Азербайджана в 60-80 гг. XVIII в. – Баку, 1958, с.72).
68Bax. qeyd35. *Mən Dağıstan yürüşlərinin bəzi köhnə qəhrəmanlarını görmüş-düm və şəxsən tanıyırdım. Onlar danışırdılar ki, 1806 və ya 1807-ci ildə qaliblərə təslim olmuş və onların arasında hörmət-izzətlə saxlanan gənc xan qoşunlara hərbi baxış günündə Marlinskinin Ammalat bəyi sayaq atını bizim-kilərin arasından səyirdib getmiş və dağlarda görünməz olmuşdur. Ona görə
də “rus qoşunları Dərbəndin həndəvərində görünən kimi azğın xandan narazı olan sakinlər onu qovub itirdilər…”, – deyə “Şərq yollarının yolçusu”nda yazılanlar möhtərəm müəllifin öz düşüncələrinə məxsusdur və heç bir əsası yoxdur.
69 ”Şərqə səyahət” müəllifi İ.Berezini tənqid edərkən M.Kazım bəy haqlı deyildir. 1806-cı ildə dərbəndlilər gerçəkdən Şeyxəli xanı xanlığın idarəsindən kənarlaşdırmışdılar (bax. qeyd 35).
59
ruslara düşmənçilik münasibəti bəsləyən dağlılarla ittifaqda – Şeyxəli xan hər həftə öz nökərlərini say-seçmə
akuşalılarla birlikdə Dərbəndə və onun həndəvərinə gözlənilməz basqınlar etmək üçün göndərərdi. Öz taleyindən narazı olan gənclər tez-tez “xanın yanına qaçır”, öz ifadə-lərincə deyilərsə, onun yanında xidmətə daxil olurdular; çox vaxt arxası olmayan, cəmiyyətdə güclü adamlardan haqsızlıq görənlər də öz düşmənlərindən qisas almaq məqsədilə ora yollanırdılar; nəhayət, yerli hakimiyyətin təqibindən birtəhər qaça bilmiş bütün cinayətkarlar da xanın yanına gedirdilər. Beləliklə, Akuşa dağlıları ehtiyac olduqda şəhərin bütün sirlərini bilən, ətraf yerlər üzrə əla bələdçi olan insanları həmişə tapa bilərdilər.
Dərbənd və Bakını əhatə edən, həmçinin ruslara tabe olmuş kəndlərin dinc sakinləri onların bu əməllərinə barmaqarası baxa bilərdilər. Qaraqaytaq usmisi, Tarku şamxalı və Tabasaran məsumu (onların hakimləri belə adlanırlar)70 zahirən, ruslara sadiq olsalar, hətta bədəməl dağlıların təqibində onlara kömək etmək istəsələr belə bunu aşkar şəkildə və tam mənası ilə edə bilmirdilər; onlar demək olar hər şeyi bilir və susurdular, əks təqdirdə özləri nadinc qan qardaşlarının basqınlarından və öz ikili təbəələrinin narazılığından az əziyyət çəkməzdilər. Yəni istər-istəməz onlar özləri də ikili olmalı idilər.
Qazi Mollanın zühuruna qədər Dərbənd və Quba sakinlərinə və rus hakimiyyətinə itaət edən mahalların da, 70Usmi, şamxal, maysum, qazi Dağıstan – Qaytaq, Tarku və Tabasaranın feodal hakimlərinin titulları idi.
60
aulların da sakinlərinə dikbaş dağlıların münasibəti belə
idi71.
Alicənablıq, təmənnasız cəsurluq və ədalət mühakiməsi – bütün Qafqazı itaətə gətirməyi mümkün edən üç alətin mahiyyəti bunlardan ibarətdir: biri digəri olmadan uğur qazana bilməz.
Bu diyar üçün Yermolovun72 adı dəhşət saçırdı və xüsusilə yadda qalıb: o həm geniş qəlbli, həm də bəzən qəddar və sərt xarakterə sahib idi. Qafqazı dinclik və itaət içərisində saxlamaq üçün onun gördüyü tədbirlər o vaxt zəmanəyə uyğun və məntiqli hesab oluna bilər.
Yeri gəlmişkən, o, xanlara münasibətdə ciddiyyət və
səxavətlə hərəkət etdiyi halda, ruhani təbəqəni özünə
bağlamaq kimi bir siyasət aparırdı73. O, itaəti altında olan 71 Qazi Molla (Qazi Məhəmməd, 1795-1832) – avar uzdeni, Dağıstan və
Çeçenistanın birinci imamı. XIX yüzilin 20-ci illərindən təriqət tərəfdarı və
müridizmin təbliğatçısına çevrilir. 1830-cu ildə özünü imam elan edərək Xun-zaxa sahib olmağa çalışsa da, bacarmır. 1831-ci ildə hərbi əməliyyatları Şimali Dağıstana keçirdi, burada bir sıra qələbələr qazandı. Qazi Məhəmmədi dəstəkləyən Tarku şamxallığının kəndliləri feodal istismarından xilas olunacaq-larına ümidlərinin puç olduğunu yəqin etdikdə ondan uzaqlaşmağa başladılar.
Çar qoşunlarının təzyiqləri altında Qazi Məhəmməd Dağıstanın dağlıq bölgə-sinə çəkildi və 17 oktyabr 1830-cu ildə Gimri alınarkən öldürüldü (Берже А.
Кази-Мулла. – Кавказ, 1868, N 10; Материалы по истории Дагестана и
Чечни. – Махачкала, 1940, с.283).
72 A.P.Yermolov (1777-1861) – artilleriya generalı, Qafqazda baş komandan və çarın canişini (1816-1828). Yermolov çox mürəkkəb və ziddiyyətli xarak-terdə adam idi. 1812-ci il Vətən Müharibəsi qəhrəmanı, dvoryan inqilabçıların yeniləşən Rusiyada gələcək Ali Hökumətin tərkibində gördükləri siyasətçi, ömrünün son illərində I Aleksandrın etibar etmədiyi və II Nikolayın öz səltənətinin ilk illərində qorxub çəkindiyi dövlət xadimi idi (А.П.Ермолов. Материалы для биография. – м., 1864, с. 446). Qafqazda 1817-1820-ci illərdə
feodalların antirus çıxışlarını yatırtdığı vaxtlarda Yermolov ifrat sərtlik göstərmişdi.
73A.P.Yermolovun zamanında müsəlman ruhaniləri üçün xüsusi bir əsasnamə
işləyib hazırlamaq məqsədi ilə onların statusu haqqında məsələnin öyrənilmə-sinə başlanmışdı, lakin bu məsələ Şamilin başçılığı altında dağlıların hərəkatı 61
dağlılardan ən kasıb sakini belə təhqir edən rusları sərt şəkildə cəzalandırırdı. Bu kimi düşünülmüş idarəetmə
qayda-qanunu uzun müddət saxlandıqda bu, qəhrəman rusu şöhrətləndirdi. Bizim məqalənin ikinci hissəsindən göründüyü kimi, bir çox fanatiklərin Qafqaz daxilində
müridizmə meydan açmağa gizli cəhd göstərməsinə və
müridizmin bütün ünsürlərinin hazır olmasına baxmayaraq, Yermolovun zamanında bədniyyətlər və fanatik avantüristlər uğur qazana bilmədilər. Çünki itaətdə olan dağlılar ondan bu və digər dərəcədə razı idilər və ən əsası, çəkinirdilər.
Sonra İran müharibəsi, ardınca Türkiyə ilə müharibə
başlandı74. Bütün diqqət səltənətin sərhədlərinə yönəlmiş-yatırdıldıqdan sonra həllini tapdı. Ümumiyyətlə, yerli müsəlman ruhaniləri mövcud üsul-idarəyə qarşı təkcə özünün İslam Şərqinə oriyentasiyası ilə deyil, həm də dövlət dininin xristianlıq olduğu ölkənin təbəəsi olmağın müsəlman zümrə tərəfindən onun imtiyazlarına təhdid olaraq qiymətləndirildiyi səbəbincə, müxalif əhvali-ruhiyyədə idi. Dağıstan ruhaniləri 1819-cu ildə Akuşanın baş qazisinin Qafqaz administrasiyası tərəfindən təyin ediləcəyini elan edən, 1824-cü ildə isə Quba şəhərinin bütün ruhaniləri təmsil edən baş qazisinə yeddi bənddən ibarət “qısa əsasnamə verən” Yermolovun hərəkətlərində də özləri və müsəlman dini üçün xoşagəlməz mahiyyət görmüşdülər (Смирнов Н.А.
Указ.соч., с. 77-78).
74 Rus-İran (1826-1828) və Rus—Türk (1828-1829) müharibələri nəzərdə tutulur. Həm müharibə başlamazdan əvvəl, həm də onun gedişində dağlıları Rusiyaya qarşı qaldırmaq məqsədilə Qafqaza İran şahı və Osmanlı sultanının çoxsaylı agentləri göndərilmişdi, lakin onlar arzu etdikləri nəticəni ala bilmədilər. “Rus-İran müharibəsi dövründə, – deyə gen. A.P.Yermolov Peterburqa məlumat verirdi, – Dağıstan özünün Siz İmperator Əlahəzrətlərinə sədaqətini dəyişmədi və davranışının sarsılmazlığı ilə digər dağlı xalqlara faydalı örnək oldu” (ЦГВИА, ф. ВУА, д. 4200, л.337). Osmanlı ilə müharibə zamanı Dağıstanda, gen. Sipyaginin şahidliyinə görə, “tamamilə sakitlik idi” (ЦГВИА
ф. ВУА, д. 6230, л.79 ). Rus-İran müharibəsi 1813-cü ilin “Gülüstan” sülhü-nün şərtlərini təsdiqləyən “Türkmənçay” müqaviləsinin imzalanması ilə başa çatdı və İrəvanla Naxçıvan xanlıqları ərazilərinin Rusiyaya birləşdirilməsini tanıdı. Osmanlı da bu müharibədən məğlub çıxdı və Ədirnə sülh müqaviləsini 62
di, bu səbəbdən, əlbəttə, Qafqaz əyalətlərinin daxili idarəetməsi zərər çəkdi. Onsuz da əsəblər həddən artıq tarı-ma çəkilmişdi, onların qopması üçün kiçik bir gərginlik kifayət edirdi. Siz bir işə baxın, ağlasığmaz tale qanlı döyüş meydanına uzaq və uzunmüddətli qələbə addımları üçün yol açmaqla rus silahına yeni şöhrət imkanı hazırlamışdı. Bununla da adı və qanı ilə birinci dərəcəli qəhrəmanların tarixində yeni və ölümsüz bir ismi üzə çıxarması lazım imiş: knyaz Baryatinskiyə eşq olsun!75
Beləliklə, hər şey Qafqazda müridizmin tam inkişafı-na76 və dəhşət saçan nəticələrə gətirib çıxarmasına rəvac verirdi: onun bütün elementləri ruhanilərin gecəli-gündüzlü calışması ilə işlənib hazırlanmışdı; dəvət, təriqət və
cihad ümumi ideya halına gətirilmişdi.
Qazi Məhəmməd zühur etdi və bununla da hazır zəmin üzərində yalan-gerçək möminlik pərdəsi ilə öz fəaliy-imzaladı. Bu müqavilənin müddəalarına görə, Osmanlı Şimal-Qərbi Qafqaz ərazilərinin Rusiyanın tərkibinə daxil edildiyini tanıdı.
75Baryatinski A.İ. (1815-1879) – knyaz, general-feldmarşal, 1856-cı ildən Qafqazda qoşunların komandanı və çarın canişini. 1859-cu ildə Şamili əsir almışdır (Зиссерман А. Фельдмаршал княз Барятинский, т.1-3, – М., 1889-1891 ).
76M.Kazım bəy dağlıların Şamilin başçılığı altındakı hərəkatının səbəbləri olaraq müridizmi və xarici siyasi təsiri görür. Şübhəsiz, xarici xüsusatlar hərəkatın meydana çıxmasında açıq rol oynamışdı, lakin bu hərəkat hər şeydən öncə dərin sosial-siyasi səbəblərdən və ilk növbədə feodal zülmünün güclən-məsindən və mütləqiyyətin Qafqaz siyasətində sərtləşməsindən doğmuşdu.
“Fəth edilmiş Dağıstanda başlanan həmin bu həyəcanları müridizmin ayağına yazmaq… heç də ədalətli deyildir” (Добролюбов Н.А. Полн. собр.соч. т.IV
– М., 1937, с.143). Müridizmin uğurlarını daha çox Dağıstanda və Çeçen-İn-quşetiyada qərarlaşmış olan durumla izah etmək gərəkdir. “Müridizm ideyaları burada bu ideyaların Şimal-Şərqi Qafqaz dağlılarının kütləvi hərəkatı ilə
birləşməsinin baş verdiyi vaxtlardan yayıldı və siyasi çalar kəsb etdi” (Фадеев
А.В.Кавказ в системе международных отношений 20-50 гг. XIX в. – М., 1957, с.19 ).
63
yətinə başladı. Öz alimliyi və təriqətə bələdliyi ilə özünə
müridlər cəlb etdi və silahlı qüvvə yığdı; sayseçmə müridlərini cihada dəvətlə hər yerə göndərdi; onun öz vətənindəki şöhrəti bu cür şöhrət həvəsində olanların yolunu kəsdi, bir çox alimlər də daxil, hamı ona tabe oldu. O, ən məşhur möminlərə inandırıcı məktublar yazaraq, lazım gələn yerlərdə qüvvə, qılınc və oddan istifadə edib cihad naminə birləşmələrinin zəruriliyini onlara sakitliklə sübut edirdi. Beləliklə, 1830-cu ildə Avarıstanda imamət quruldu və Qazi Məhəmməd imam elan olundu.
Məhəmmədiyyə qanununa görə, bu söz mühüm mə-
na daşıyır. Müsəlman dövlətində və ya cəmiyyətində
imam İslamın başçısıdır: “Müsəlmanlar imama itaət etmə-dikdə (qanun belə deyir) imam mehribanlıqla onları itaətə
dəvət edir (dəvət) və onların şübhələrini həll edir; əgər onlar itaət etməsələr və hamılıqla üsyana qalxsalar, imamın onları qırmasına icazə verilir” və s.
Oxucular bu məqalənin ilk iki hissəsindən imam sözünün mənasını anlaya bilərlər. Bu predmetin təfsilatlı izahı ayrıca söhbət açılmasını tələb edir və ona görə də
bəlkə də, başqa vaxt oxuculara məlumat vermək imkanımız oldu.
Qazi Molla barədə biz burada ötəri söhbət açacağıq.
Müxtəlif mənşəli və fərqli dilləri olan tayfaların maraqlarını özündə cəmləşdirən müridizmin ilkin təsisi kimi çətin bir iş ona məxsusdur. Avarıstanda bu mollanın (Şərqdə
alim və ruhani şəxs belə adlanır) evdə, öz vətənindəki fəaliyyəti, göründüyü kimi, çoxdan başlanıbmış. Ən azından 1824-cü ildə bizə onun Kumık üləmasına və el başçılarına ilk gizli dəvətləri haqqında şaiyələr gəlib çatmışdı.
O zaman Qazi Məhəmməd təriqətdə o diyarda məşhur 64
arif 77(mistik və alim) sayılan Kumıklı Camaluddinin şagirdi və müridi idi. Lakin bu “iradət”78 sırf dini-mistik səciyyədə idi və hələ heç bir siyasi məna daşımırdı. Qazi Məhəmməd imam mənsəbində təsdiqlənəndə müridləri artıq onun iradəsinə tabe olan və istənilən əmrini fədakarlıqla yerinə yetirən az-çox nizamlı qoşun hissəsi təşkil etməyə başlamışdılar.
1830-cu ildən etibarən müridizm qəti olaraq siyasi xarakter kəsb edir və Qazi Molla təhlükəyə çevrilir. 1831-ci ildə Dərbənd qalası müridlər tərəfindən mühasirəyə alınır.
Basqınlardan qayıdıb dincəldiyi vaxtlarda o, irşad79
ilə öz müridlərinə təriqət tərbiyəsi verməklə məşğul olurdu. Bir vaxt onunla birlikdə Camaluddinin mühazirələri-ni dinləmiş tələbə yoldaşları 1829-cu ildə və sonra onun yanına gəldilər və bir imam olaraq ona biət etdilər. Onların sırasında ilk yeri tutan adam başqalarına baxanda da-ha dərin alim və imama daha sadiq olan otuz iki yaşlı gənc hesab olunurdu: bu, Şamil80 idi. Onun rəqibləri var idi. İctimai mənşələrinə görə bəlkə də, ondan güclü idilər, lakin alimliyə və iradətə, yaxud daha texniki dillə deyilsə, 77Arif − ərəb sözü olub, “bilikli adam”, “Allahı dərk etmiş” mənasındadır.
78 İradət − ərəbcə [Allahın] buyuruğu.
79 İrşad − ərəbcə [düz] yola yönəltmək.
80 Şamil hicri 1212-ci ildə (1797-1798) Koysubul kənd camaatlığına aid olan Gimridə çox da varlı olmayan uzden Dinqau-Mahomanın ailəsində doğulub.
Şamilə məxsus atadanqalma mülk “kiçik bir əkin sahəsi, bağ və qiyməti 200
rubl olan daş evdən ibarət idi” (Движение горцев Дагестана и Чечни в 20-50 гг. XIX в. с.688). Şamil əsir götürüldükdən sonra onun və çoxsaylı ailəsinin yaşayış yeri Kaluqa şəhəri təyin edildi. 1869-cu ilin aprelində Şamilin həcc ziyarətinə yollanmasına izin verildi. O, Mədinə şəhərində vəfat etmişdir (Хроника Мухаммеда ал-Карахи о дагестанских войнах в период Шамил.
– М. – Л., 1941, с. 308-309).
65
şəriətə və təriqətə gəldikdə, Şamil hamıdan yüksəkdə dayanırdı. Üstəlik, onun imama ciddiyyətlə, qeyd-şərtsiz sədaqəti ruhani tərbiyəçini ona həddindən artıq bağlamışdı, hətta o, onsuz heç bir işə təşəbbüs etmirdi.
Dağıstanın güclü başçılarından biri olan Həmzə bəyin 81
öz mövqeyinə və əlbəttə, mürşidə sədaqətinə görə Şamildən yüksəkdə dayanmasına baxmayaraq, o, imamın naibi mənsəbinə yüksəldilmişdi. Qazi Mollanın və onun tabeliyində olanların gözündə Şamil, ruhani keyfiyyətlərinə
toxunmadan belə, hər şeydə daha qabil, səmimi və xoş
görünüşlü idi ki, bu da sonralar özünü doğrultdu.
1833-cü ildə82 Gimrə (bu adı Şamil və onun yanında qalan müridləri belə tələffüz edirdilər) alınarkən Qazi Mollanın sonu gəldikdə onun bütün müridlərindən yalnız Şamil öz şərəfini döyüş meydanından ləkəsiz çıxara bilmişdi. Ötən il oktyabrın 3-də mən imamın görüşünə
gedəndə onun oğlundan və müridlərindən eşitdiklərimə
inanmaq, əslində, çətin idi.
81 Həmzət bəy (1789-1834) – Qosatl kəndində bir avar bəyi ailəsində doğulub.
Lap başlanğıcdan dağlıların hərəkatında fəal iştirak edib. 1830-cu ilin qışında Zaqatalada həbs edilib və Tiflis həbsxanasına salınıb. Avar xanlığını idarə
edən Paxu-bikə ilə ədavəti olan Qazi-Kumuxlu Aslan xan onun azad edilməsinə nail olana qədər orada saxlanmışdır (Кавказский сборник, т.32, ч., с.
112-116). Dağıstana dönən Həmzət bəy yenidən hərəkata qoşulur, Qazi Məhəmmədin ölümündən sonra isə imam olaraq tanınmasına nail olur. 1834-cü ildə Xunzaxı ələ keçirir və Avar xanları nəslinin, demək olar, hamısını qı-rır (Неверовский. Истребление аварских ханов в 1834 г. – СПб., 1848).
Həmin 1834-cü ildə Xunzax məscidindən çıxarkən Həmzət bəy Avarıstan xanlarının süd qardaşları olan Osman və Hacı-Murad tərəfindən (lakin Əhməd xan Mehdili bu qisasda iştirak etməyib) öldürülür (Движение горцев Дагестана и Чечни…с. 685).
82Müəllif yanlışlığa yol verir – bu hadisə 1832-ci ilin payızında baş verib.
Bax. qeyd 59.
66
Qəhrəmanın həyatının belə bir anına inanmamaq da olmaz. Onlar bu anın şahidləri olduğundan o, bütün digərlərindən yüksəkdə dururdu.
Qazi Molla rus silahının zərbələri altında yıxılanda, sevimlisi onun cansız cəsədini müdafiə edirdi. Qızğın əlbəyaxa döyüşdə sıravi əsgərin süngüsü bu vaxt başqa bir düşmənlə çarpışan Şamilin sinəsini deşib keçir; süngü-nün ucu sol çiyninin altından − kürəyindən çıxır. Bu ölümcül yaraya baxmayaraq83, Şamil tüfəngi sıravi əsgərin əlindən dartıb alır və öz düşmənini vurub öldürür!
Söhbətin qüvvəsi təkcə bu igidlikdə deyil. O hələ də
çarpışırdı, halsızlıq ona yalnız o zaman üstün gəlir ki, artıq sonrakı təqib təhlükəsindən uzaqda olur. Bu yara, bu qəhrəmanlıq imam dərəcəsinə yetişmək istiqamətində
uğurun başlıca səbəblərindən biri idi.
Qazi Mollanın ölümü və onun sevimli şagirdinin yuxarıda təsvir etdiyimiz qəhrəmanlığı xalq arasında daha çox hörmət bəslənilən ikinci imamın fəaliyyəti üçün meydan açır. Onun yeniyetməlik və gənclik illəri barədə bir neçə söz deyək.
Şamil 1212-ci ildə, bizim ilsayımı ilə 1797-ci ildə Gimrədə doğulub84: buna görə də altmış beş yaşında olduğunu deyir, hərçənd astronomik hesabla onun altmış üç yaşı var, çünki Ay illəri Günəş illərindən demək olar ki, on gün qısadır, hər otuz iki Günəş ili otuz üç Ay ilini təşkil edir. Onun valideynlərinin bir oğuldan başqa övladı yox idi. Bir qızları da vardı, lakin Dağıstanda qızlardan do-83Şamil sinəsindən yaralanıb, buna baxmayaraq, qaçmaqla xilas ola bilmişdi.
Öz ailəsi ilə birlikdə sığınacaq tapdığı Aşal kəndində yarasını bir ay müalicə
ediblər.
84 Bax. qeyd 80.
67
ğulanlar nəsildən sayılmır, nəsil yalnız oğuldan doğulan-la davam edir; ona görə də mən imamdan onun atasının neçə övladı olduğunu soruşanda “təkcə mənəm”, – deyə
cavab verdi və şəhadət barmağını qaldırdı. Həm Şərqdə, həm də Avropa pantomimasında olan bu jest “tək”, “yeganə” anlamındadır.
Yeni doğulan körpəyə Əli adı verdilər, tək övlad olduğuna görə onu ərköyün böyütdülər və o, əlbəttə, uşaqlara münasibətdə Dağıstan mülayimliyi dərəcəsində və
yerli avar tərbiyə üsulları ilə təminat içərisində, sevgi ilə
əhatə olunmuş halda böyüdü.
Dağıstanda uşaqların tərbiyəsi nə qədər kobud olsa da, bizim anlayışda və yanaşmada nə qədər vəhşi görünsə də, bu tərbiyədə bizim “yad təsirlərdir” deyə bəyənmə-diyimiz şərtlər qədər Asiyadan etnoqrafik yolla bizə keçmiş olan xeyli yaxşı cəhətlər də tapmaq olar.
Uşaqlara sevgi ataya və anaya aid məsələdir – bu, bütün canlı aləminin ümumi instinktiv xüsusiyyətidir; fərq adamların anlayışında və tərbiyədədir. Mehriban analar övlad sevgisində hüdud tanımadıqlarından (mehribanlıq
– hər yerdə və hər zaman qadınlara xas cəhətdir) adətən nə fəlsəfi qaydalara, nə də gigiyena qaydalarına daxil olan ən müxtəlif vasitələrə əl atırlar; hamısı da olmasa, bu qaydaların çoxu savadsız mamaçalar, süd anaları, dayələr tərəfindən diqtə olunur. Ana, hətta öz ərindən və təbib-dən gizlicə onların hamısına qulaq asmağa, deyilənləri ic-ra etməyə hazırdır.
Ananın zərif bir məhəbbətlə sevdiyi balaca Əlini xəs-tələndirmişdilər. Onu sağaltmaq üçün bütün vasitələrə –
kömürlə, “müqəddəs su” ilə çimizdirmələrə, üzərlik yandırmağa, yatdığı yeri dəyişdirməyə və s. əl atıldı, lakin 68
uşaq sağalmırdı. Bircə vasitə qalmışdı, ancaq bu vasitəyə
əl atılması qınaq doğura bilərdi və çətin məsələ idi: bu –
ona doğulanda verilmiş adın dəyişdirilməsi idi.
Qeyd etmək lazımdır ki, Əli adına bütün Şərqdə böyük hörmət var. Sünnilər peyğəmbərin kürəkəni olan Əlini yeganə qanuni xəlifə kimi tanıyan, ilk üç xəlifəni –
Əbubəkr, Ömər və Osmanı lənətləyən şiələrə məzhəb nifrəti bəsləyirlər; dağıstanlıların da mənsub olduğu sünnilərin bu nifrəti peyğəmbərin onların dördüncü xəlifə saydıqları kürəkəninin özünə qarşı da yönəlmişdir85*; lakin bütün bunlara baxmayaraq, sünnilər Əli adına bütün digər xəlifələrin adlarından daha üstün yer verirlər: sünnilik təlimindəki adlar nomenklaturasında Əli adına Əbubəkr, Ömər və Osmanla müqayisədə daha çox rast gəlinir.
Ona görə də azyaşlı Əlinin adını dəyişdirmək nə qədər çətin olsa da, ana məhəbbəti üstün gəldi: Əli adı Şamil ilə
əvəzləndi, daha doğrusu, əvvəlki adı da saxlamaqla Şamil-Əli oldu.
Mən imamdan soruşanda ki, bu vasitənin onun sağal-masında xeyri oldumu, bir az düşünüb ikimənalı cavab verdi: “Mən tezliklə sağaldım, lakin bilmirəm, ad dəyişik-liyindənmi…”.. Bu, tamamilə müasir cavab idi.
İmam olaraq fəaliyyətə başlamasınadək (1833) Şamilin həyatının təfsilatları bizə məlum deyildir; az müddətdə Peterburqda qaldığı və gec tanış olmağımız mənə
85*Bu rəqabət və xalqın nifrəti İslamın ilk vaxtlarında buna gətirib çıxardı ki, məscidlərdə açıq şəkildə və bütün xalqın önündə Əliyə yalnız ona görə lənət oxuyurdular ki, şiələr gizlicə olaraq ilk üç xəlifəni lənətləyirdilər. Hicri 99-cu ildə, yəni miladi 717-ci ildə bu adət Əməvilərin IX xəlifəsi Ömər bin Əbdüləziz tərəfindən ləğv edilmişdi.
69
onun gənclik illərini bütün xırdalıqlarına qədər bilməyi-mə imkan vermədi. Yalnız onu öyrəndim ki, Şamil-Əli məktəbə on iki yaşında gedib, orada qrammatikanı və
məhəlli ibtidai təhsilin fənlərini mənimsəyib. İyirmi yaşında ikən müqəddəmat kursunu, yəni qrammatikanı, məntiqi və ərəb dilinin ritorikasını başa vurub və yuxarı kursları: fəlsəfəni, “Quran”ın təfsirini, hədisləri və müsəlman qanunçuluğu üzrə mühazirələri dinləməyə başlayıb.
O, Avarıstanda bu elmlərin ən yaxşı müdərrislərini dinləyib və ardınca o diyarda yaxşı tanınan mistik Həddi-sin86* dərslərinə qoşulub, ondan təriqət barədə mühazirələri dinləyib. İyirmi yeddi yaşına çatanda Qazi Mollanın mürşidi olan Camaluddin Kumıkinin87 mühazirələrinə davam edir və bu mühazirələrdə, o, mürşidin yanında xəli-fə88* məqamında olan öz gələcək imamına təhkim edilir.
Bu əsnada Qazi Molla öz müstəqil fəaliyyətinə başlamaq niyyətində idi.
Şamil hələ öz vətənində heç bir önəmə sahib deyildi, ona yalnız Camaluddinin elmli, təhsilli müridi, möhkəm xarakterli gənc və bir neçə dəfə cavanlıq macəralarında yoldaşları arasında fərqlənmiş cəsur el oğlu kimi baxırdılar.
O zamanlar özünün gələcək fəaliyyəti barədə götür-qoy edən Qazi Molla, Şamilin xarakterində onu imamın bütün sevimli müridləri arasında birinci yerə qoyan əla keyfiyyətləri gördü. Şamilin sözlərinə görə, onun özü də
86 * Şərqdə belə bir adın olduğunu bilmirik; ilk dəfə bu adı mən Şamildən eşit-dim, o dedi ki, “Həddis-ata və Həddis-oğul Dağıstanda dərin sufi alimlərdir”.
87 Bax. qeyd 63.
88* Yəni mürşidin yerini tutan, köməkçisi, naibi və s.
70
tanışlığın ilk günlərindən etibarən Qazi Mollaya dərin ehtiram duyğuları bəsləyib və bu, sonralar o dərəcəyə çatıb ki, Şamil ona bütün varlığı ilə bağlanıb. Xüsusilə də, özünü onun müridi elan edəndən sonra.
Təbiətən dərin ağlı və şöhrətsevərliyi olan Şamil, adi müridlikdən siyasi müridliyə keçidi hamıdan daha yaxşı hiss etməli idi. Camaluddinin yanında o, Qazi Mollanın özü kimi adi müridlər sırasında idi. Və öz iradətində o, bu sözün ruhani mənası ilə, yəni mistisizm təlimində anlaşıldığı şəkli ilə kifayətlənirdi (bax: yuxarıda təriqət haqqında). İndi isə o, öz mürşidinin hələ öz xəlifəliyi döv-ründən, özü onların ümumi ruhani ustadı Camaluddinin müridi olduğu vaxtlardan addım-addım və dönmədən bu təlimdən necə istifadə etdiyini görürdü. Onun fanatizmin bu kəsərli silahını necə itilədiyini və hara yönəltdiyini də
yaxşı anlayırdı. Bu, Şamil üçün tamamilə yeni, əsrarəngiz, olduqca cəlbedici ümidlər veriridi; o öz yeni mənsəbində
adi və heç nə ilə seçilməyən əvvəlki mənsəbi ilə müqayisədə tamamilə fərqli məna gördüyü üçün böyük vəcdlə
hər yerdə öz mürşidinin izi ilə gedirdi.
Şamilin zahiri görkəmi, fiziki və mənəvi gücü, yeni imam Qazi Mollaya təsvirəgəlməz sədaqəti ona birinci dərəcəli müridlər sırasında yer vermişdi. İgidliyi, fədakarlığı və imamın hökmlərinin yerinə yetirilməsindəki uğurları onu ətrafdakıların da gözündə ucaldırdı. Həm imama, həm də onun təbəələrinə münasibətdə hərəkətlərində həmişə səmimiyyət və təmənnasızlıq duyulurdu.
Qazi Mollanın həlakı və Şamilin yuxarıda təsvir edildiyi kimi, möcüzə sayəsində xilas olmasından sonra Gimrə rus qoşunları tərəfindən zəbt edildi. Müridlər dörd tərəfə qaçdılar. İdarəsizlik hər yerdə qarışıqlıq doğurdu; 71
imam mənsəbinə iddiaçılar bir-bir üzə çıxmağa başladılar. Başçılığa iki adamın: biri vuruşmada öldürülmüş imamın naibi olan və öz dünyəvi sanbalına görə seçilən Həmzə bəyin89*, bir də öz ruhani sanbalına görə Şamilin daha çox haqqı çatırdı.
Hər iki iddiaçı ayrılıb getdilər. Şamil öz adamları ilə
Aşiltaya, Həmzə – Qaradağa yollandı. Qeyd etmək lazımdır ki, Gimrə ruslar tərəfindən alınarkən baş verən qaçışdan sonra Həmzə hələ naib qismində keçmiş imamın müridlərinin taleyinə sərəncam verməkdə idi.
Qazi Mollanın ölümü barədə xəbər dörd bir yana ya-yılanda – buna isə dağlar diyarında iyirmi dörd saatdan da az vaxt lazım gəldi – Həmzə bəy öz imamlığını elan etmək üçün aullara qasidlər göndərdi və üləmaya, mötəbər şəxslərə Qaradağ məscidinə toplaşmağı hökm etdi ki, onlar dünyadan getmiş hökmdarlarının iradəsini dinləsin-lər. Bu arada Şamillə birlikdə Aşiltaya çatan və onun sonuncu qəhrəmanlığından da, möcüzəli xilasından da heyrətə gəlmiş müridlər yekdilliklə bu fikirdə idilər ki, Qazi Mollanı əvəz etmək üçün Şamildən layiqlisi yoxdur. “Əlbəttə ki, Allah onu böyük işlər üçün belə möcüzəli şəkildə